Məhkəmə qərarları › İş №1(101)-628/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-628/2022

23.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-628/2022 23.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X2 iştirakları ilə, xx xxxx 1980-ci il tarixdə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X11 yaşayış massivində yerləşən nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Zərərçəkmiş şəxs bıçaqla zərbələr endirməklə, sonuncunu qəsdən öldürmüş, yəni, qəsdən həyatdan məhrum elmişdir. Belə ki, o, 08 iyul 2021-ci il tarixdə, saat təxminən 16 radələrində özünə məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, "X11" yaşayış massivində yerləşən nömrəsiz evdə qeyri-rəsmi ər-arvad münasibətlərində yaşadığı iki azyaşlı övladının anası Zərərçəkmiş şəxs Əlmusa qızı ilə aralarında baş vermiş ailə münaqişəsi zamanı qısqanclıq zəmnində pəncərənin kənarındakı qatlanmayan, zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı mətbəx bıçağını götürüb sonuncuya ölümlə səbəbli əlaqələri olmayan, istər birlikdə, istərsə də ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malik çənə nahiyyəsinin (1 ədəd), çənəaltı nahiyyənin (1 ədəd) sıyrıqları (cəmi 2 ədəd); sağ gözaltı nahiyyənin (1 ədəd), burun belinin (1 ədəd), sol budun orta üçdə birinin ön səthinin (1 ədəd), sol dizin ön səthinin (1 ədəd) qançırları (cəmi 4 ədəd); ölümlə birbaşa səbəbli əlaqələri olmayan, canlı şəxslərdə ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa YÜNGÜL dərəcəli zərər vurma əlamətlərinə; ümumilikdə isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa AZ AĞİR dərəcəli zərər vurmanın əlamətlərinə malik sağ süd vəzisinin aşağı-bayır kvadrantının (1 ədəd), sol kürək nahiyyəsinin (1 ədəd), döş qəfəsinin arxa səthinin orta üçdə birinin (1 ədəd), qarının ön divarının (1 ədəd), sol çiyin nahiyyəsinin arxa səthinin (1 ədəd), sağ saidin yuxarı üçdə birinin ön səthinin (1 ədəd), sağ saidin orta üçdə birinin arxa səthinin (1 ədəd) deşilmiş-kəsilmiş yaraları (cəmi 7 ədəd); sol bazunun yuxarı üçdə birinin bayır səthinin ( 1 ədəd), sol bazunun orta üçdə birinin ön səthinin (1 ədəd), sol bazunun orta üçdə birinin iç səthinin (1 ədəd), sol əlin ovuc səthinin (1 ədəd) kəsilmiş yaraları (cəmi 4 ədəd); ölümlə birbaşa səbəbli əlaqəli olan, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərər vurmanın əlamətlərinə malik döş qəfəsinin arxa səthinin sağ yarısının aşağı üçdə birinin döş boşluğuna və qarının ön divarının qarın boşluğuna nüfuz edən sağ ağciyərin yuxarı payının, nazik bağırsağın və bağırsaq müsariqəsinin arteriya və venalarının zədələnmələri, kəskin qanitirmə ilə müşayiət olunan 3 ədəd deşilmiş-kəsilmiş yaraları xəsarətləri yetirib Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs ilə 2007-ci ildə qeyri-rəsmi ailə həyatı qurmuşlar. Birgə yaşadıqları dövrdə 2011-ci ildə Hüseynalı, 2014-cü ildə isə Şəkurə adlı iki övladları olmuşdur. Elnarə ilə evliliklərinin ilk illərində Beyləqanda atasıgillə birlikdə qalmışlar. Təxminən 2010-2011-ci illərdə Elnarəni də özü ilə Bakıya gətirmişdir. Bakı şəhəri, Xəzər rayonu, X10 Mübariz İbrahimov küçəsində torpaq sahəsi alıb özünə iki otaqlı ev tikmişdir. Təxminən 2015-ci ildən sonra Elnarə tez-tez evi tərk edib gedirmiş. Son zamanlarda isə uşaqları ondan icazəsiz götürüb aparırmış, yerlərini ona deməmişdir. Bununla bağlı aralarında yaranmış mübahisə zamanı Elnarəni sillə ilə vurmuşdur. Bununla bağlı polisdə araşdırma aparılıb iş məhkəməyə göndərilmişdir. Həmin işə məhkəmədə 07 iyul 2021-ci il tarixdə baxılarkən Elnarə ondan şikayət etmədiyindən işə xitam verilmişdir. Yaşadıqları evlə bağlı işıq pulu borcu yaranmışdır. Buna görə də ’’Azərişıq" ASC-nin əməkdaşı evin işıqlarını kəsdiyinə görə aralarında mübahisə yaranmış və həmin mübahisə zamanı o, yüngül xəsarət almışdır. Buna görə də 08 iyul 2021-ci il tarixdə onun xəsarət almağı ilə bağlı məhkəmə prosesində o, "xxxx" ASC-nin əməkdaşı ilə barışmış, həmin işə xitam verilmişdir. Həmin prosesdə Elnarə də məhkəməyə gəlmişdir. Həm də o, məhkəmə prosesinə adını bilmədiyi bir kişi ilə birlikdə gəlmişdir. Elnarə məhkəməyə oğlanla gəlmiş, hətta oğlan da Elnarə ilə zala girmişdir. Həmin vaxt, yəni 08 iyul 2021-ci il tarixdə məhkəmə prosesindən sonra Elnarə də evə gəlmişdir. Elnarə paltarlarını götürmək üçün birlikdə qaldıqları otağa girmişdir. Onların arasında münaqişə yaranmış və o, pəncərənin ağzında mətbəx bıçağını götürüb Elnarəyə xəsarətlər yetirməyə başlamışdır. Elnarəyə neçə bıçaq zərbəsi vurmağını bilməmişdir. O, Elnarəni öldürmək üçün ona tez-tez bıçaq zərbələri yetirmişdir. Elnarənin tərpənmədiyini görüb öldüyünə əmin olmuşdur. Bundan sonra həyətə çıxıb özünə məxsus cib bıçağı ilə özünü öldürmək məqsədilə ürək nahiyəsindən bıçaqla vurmuşdur. Bundan sonra heç nəyi xatırlamamışdır. Gözlərini açanda xəstəxanada olduğunu bilmişdir. Elnarəni öldürmək məqsədi ilə vurmuşdur. Övladları başsız qaldığı üçün çox peşmandır. Elnarəni öldürərkən ayıq olmuş, içkili olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun doğma qızıdır. Elnarəni uşaqlıqdan oğlan kimi böyütmüşdür. Elnarə deyib-gülən, mehriban və səmimi olmuşdur. Elnarə 2007-ci ildə Təqsirləndirilən şəxs könüllü qoşulub qaçmış, qeyri-rəsmi ər arvad kimi yaşamaga başlamışlar. Yadigarla Elnarə evliliklərinin ilk illərində Beyləqan rayonunda Yadigargilin baba evində yaşamışlar. Təxminən 2010-2011-ci illərdə Elnarə Yadigarla Bakıya köçüb Bakıda birlikdə yaşamağa başlamışlar. Yadigar özünə Bakı şəhəri, Binə qəsəbəsi, X6 torpaq sahəsi götürüb iki otaqlı ev tikmiş və Elnarə ilə birlikdə həmin evdə yaşamağa başlamışlar. Birgə yaşadıqları dövrdə onların iki övladları olmuşdur. Evliliklərinin ilk illərində mehriban olsalar da, sonrakı dövrlərdə müəyyən ailədaxili çətinliklər yaranmış, Elnarə bir neçə dəfə Şirvan şəhərinə onun yanına qayıtmışdır. Təqsirləndirlən şəxs neçə illər qızı ilə birgə yaşasa da, onunla nikahını rəsmiləşdirməmişdir ki, birdən əmlaklarına şərik olar.Hər dəfə Yadigar qohumları ilə birlikdə gəlib üzrxahlıq edərək Elnarəni geri aparmışdır. Elnarə son zamanlarda Yadigarla evliliyinin davam etməsinin mümkünsüzlüyünü görüb övladları ilə birlikdə evi tərk etmiş və övladlarını "Ümid" sığınacaq evinə yerləşdirmişdir. Yadigarla Elnarə arasında mübahisə zamanı Yadigar Elnarəni döydüyü üçün Elnarə polisə şikayət etmişdir. Lakin bununla bağlı məhkəmə prosesi zamanı Elnarə şikayətini geri götürmüş və Yadigarı övladlarının xətrinə bağışlamışdır. Məhkəmə buna görə də həmin işə xitam vermişdir. Həmin məhkəmə zamanı və məhkəmədən sona da Elnarə Yadigara artıq onunla yaşamaq istəmədiyini bildirmişdir. Yadigargilin evlərində istifadə etdikləri elektrik enerjisinə görə borcları yarandığı üçün Yadigarla "xxxx" ASC-nin əməkdaşı arasında mübahisə olmuş və həmin vaxt Yadigar döyüldüyü üçün həmin iş də məhkəməyə göndərilmişdir. Həmin işə 08 iyul 2021-ci il tarixdə baxılarkən Elnarə də iştirak etmişdir. Sonradan danışılanlardan eşitmişdir ki, Elnarə Yadigara evdəki bəzi əşyalarını götürmək istədiyini bildirmiş və Yadigarın qardaşı Elnurla birlikdə evə getmişdir. Evdə əşyalarını götürmək istəyərkən Yadigarla Elnarə arasında mübahisə düşmüş və həmin vaxt Yadigar bıçaqla Elnarəyə xəsarətlər yetirməklə öldürmüşdür. Bundan sonra Yadigar bıçaqla özünə xəsarət yetirmişdir. Yadigar xəstəxanaya çatdırıldığı üçün həyatı xilas edilmişdir. X15 qəsdən öldürmüşdür, Təqsirləndirilən şəxsla barışıq əldə etməmiş və ona ən ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun nəvəsi imiş. Elnarə 2007-ci ildə Təqsirləndirilən şəxs könüllü qoşulub qaçmış, qeyri-rəsmi ər-arvad kimi yaşamağa başlamışlar. Yadigarla Elnarə evliliklərinin ilk illərində Beyləqan rayonunda Yadigargilin baba evində yaşamışlar. Sonradan 2010-2011-ci illərdə Elnarə Yadigarla Bakıya köçüb Bakıda birlikdə yaşamağa başlamışlar. Onların birgə yaşadıqları dövrdə iki övladları olmuşdur. Evliliklərinin ilk illərində onlar mehriban olsalar da, sonrakı dövrlərdə onların arasında narazılıqlar olmuş və Elnarə bir neçə dəfə Şirvan şəhərinə anasının yanına qayıtmışdır. Hər dəfə Yadigar gəlib üzrxahlıq edərək Elnarəni geri aparmışdır. Elnarə son zamanlarda Yadigarla evliliyinin davam etməsinin mümkünsüzlüyünü görüb övladları ilə birlikdə evi tərk etmiş və övladlarını "Ümid" sığınacaq evinə yerləşdirmişdir. Sonradan bildiyinə görə Yadigarla Elnarə arasında mübahisə zamanı Yadigar Elnarəni döydüyü üçün Elnarə polisə şikayət etmiş, lakin məhkəmə zamanı Elnarə şikayətini geri götürmüş və Yadigarı bağışlamışdır. Həmin məhkəmə zamaını Elnarə Yadigara artıq onunla yaşamaq istəmədiyini bildirmişdir. Bundan sonra Yadigarla "xxxx" ASC-in əməkdaşı arasında baş vermiş mübahisə ilə bağlı Yadigar döyüldüyü üçün həmin işə 08 iyul 2021-ci il tarixdə məhkəmədə baxılmış, işə baxılarkən Elnarə də iştirak etmişdir. Həmin işə baxılandan sonra Elnarə Yadigara evdəki bəzi əşyalarını götürmək istədiyini bildirmiş və əşyalarını götürmək üçün evə getmişdir. Evdə əşyalarını götürmək istəyərkən Yadigarla Elnarə arasında mübahisə düşmüş və həmin vaxt Yadigar bıçaqla Elnarəyə xəsarətlər yetirməklə öldürmüşdür. O, hadisənin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Mərhum Zərərçəkmiş şəxs qardaşı Yadigarla 2007ci ildən qeyri-rəsmi ər-arvad münasibətində olmuşlar. Onların evliliklərindən 2 övladları olmuşdur. Evliliklərinin ilk illərində Yadigargil Beyləqanda yaşamışlar. Daha sonra isə Elnarə ilə Yadigar Bakıya köçüb yaşamağa başlamışlar. Yadigar özünə Bakı şəhəri, Binə qəsəbəsidə torpaq alıb iki otaqlı ev tikmiş və həmin evdə yaşamışlar. Elnarə Yadigarla evləndikdən sonra ilk illərdə mehriban olsalar da, sonralar aralarında problemlər yaranmışdır. Elnarə bir neçə dəfə Şirvan şəhərinə anasının yanma qayıtmış, bir neçə dəfə başqa yerlərdən də tapılmışdır. Yadigar Elnarəni çox sevdiyi üçün Elnarənin bütün səhvlərinə baxmayaraq həmişə bağışlamış və evə qəbul etmişdir. Yadigar həmişə demişdir ki, Elnarəni sevdiyi üçün ondan ayrı yaşaya bilmir. Elnarə evdən dəfələrlə xəbərsiz çıxıb getmişdir. Sonuncu dəfə Elnarə evdən övladlarını da götürüb getmişdir. Buna görə Elnarə ilə Yadigar arasında mübahisə düşmüş və Yadigar Elnarəyə bir sillə vurmuşdur. Buna görə Elnarə şikayət etmiş, iş məhkəməyə gəlib çıxmışdır. 07 iyul 2021-ci il tarixdə olan məhkəmə prosesində Elnarə Yadigarla barışdığına görə, hakim işə xitam vermişdir. Lakin, Elnarə Yadigarla birlikdə yaşamayacağını demişdir. 08 iyul 2021-ci il tarixdə Yadigarın "xxxx" ASC-in əməkdaşı ilə arasında mübahisə ilə bağlı məhkəmə prosesi olmuşdur. Həmin prosesdə Yadigar "xxxx" ASC-in əməkdaşını bağışladığına görə məhkəmə həmin işə də xitam vermişdir. Həmin prosesdən çıxdıqları gün Elnarə də məhkəmədə olmuşdur. Elnarə həmin məhkəməyə tanımadıqları kişi ilə gəlmişdir. Elnarə həmin oğlanı onlara xalası oğlu kimi təqdim etmişdir. Amma onlar hiss etmişlər ki, həmin oğlan Elnarənin sevgilisidir. Elnarə həmin vaxt Yadigara evə gedib bəzi əşyaları götürəcəyini demişdir. Yadigarda razılıq vermişdir. Elnarə evə onun maşınında, Yadigar isə qardaşı Anarın maşınında getmişdir. Anar Yadigarı evə apardıqdan sonra çıxıb getmişdir. Elnarə evə əşyalarını yığmaq üçün girmişdir. Yadigar ona içəri girib Elnarə ilə danışacağını və barışmaq üçün Elnarənin bütün etdiyi səhvlərə keçib Elnarəyə şans verəcəyini demişdir. O, Yadigarla Elnarəni küçədə gözləmişdir. Təxminən 5-10 dəqiqə sonra həyətdən Yadigarın qışqırıq səsini eşitmiş, həyətə daxil olduqda Yadigarın ürək nahiyəsində bıçaq olduğunu görmüşdür. Yadigar "mən bir azad quşam, gedirəm, haqqınızı mənə halal edin" deyə bildirmişdir. Evə daxil olduqda Elnarəni hərəkətsiz vəziyyətdə, qan içində yerdə uzanmış vəziyyətdə görmüşdür. O, artıq özündə olmamış, tez təcili tibbi yardıma və DİN-in 102 xidmətinə zəng vurub məlumat vermişdir. Təcili tibbi yardım həkimləri gələnədək bıçağı Yadigarın sinə nahiyəsindən çıxartmamış ki, daha çox qan itirməsin. Təcili tibbi yardım avtomaşını gəldikdə, Elnarəni müayinə edib öldüyünü bildirmişlər və Yadigarı dərhal xəstəxanaya aparmışlar və həkimlərin tibbi müdaxiləsi nəticəsində Yadigarın həyatı xilas olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid4 ifadəsindən görünür ki, mərhum Zərərçəkmiş şəxs Binə qəsəbə sakini kimi tanımışdır. Elnarə və ya Dilarənin hər hansı bir qohumu, yaxını ilə aralarında düşmənçilik və ədavət olmamışdır. Elnarə ilə ölümündən təxminən 5-6 ay əvvəl tanış olmuşdur. Elnarə ilə sevgili münasibətində olmuşlar. İlk əvvəllər Elnarənin evli olduğunu bilməsə də, Elnarə ilə münasibətləri ciddiləşdikcə, Elnarə ona qeyri-rəsmi evli olduğunu və iki övladının olduğunu demişdir. Elnarənin əri Yadigarı heç vaxt tanımamış və Yadigarla hər hansı bir münasibəti olmamışdır. O, Elnarəni həqiqətən sevmiş və münasibətləri ciddi səviyyədə davam etmişdir. Hətta Elnarəni sevməsi barədə evdə də bildirmişdir. Elnarə ona Yadigarın onu döyməsi və həmçinin Yadigarın "xxxx" ASC-in əməkdaşları tərəfindən döyülməsi barədə bildirmiş və bunlarla bağlı məhkəmədə iş getdiyini demişdir. Ona görə də məhkəmə proseslərinə getdikləri vaxt Elnarə ona Elnarəni yalnız buraxmamasını xahiş etmişdir. Ona görə də o, Elnarə ilə birlikdə məhkəmə proseslərinə getmişdir. Həmin vaxt məhkəmədə Yadigar və Yadigarın qohumları onu Elnarənin yanında görmüşlər. Elnarə onu oradıkalara xalası oğlu kimi təqdim elmişdir. 08 iyul 2021-ci il tarixdə Elnarə məhkəmə prosesindən çıxdıqdan sonra evdə bəzi əşyalarını götürmək üçün Yadigargillə öz evlərinə getmişlər və o da öz işiylə məşğul olmağa başlamışdır. Həmin gün Binə qəsəbəsində adam öldürüldüyünü eşitsə də, fikirləşməmişdir ki, Yadigar Elnarəni öldürsün. Bir gün sonra danışılanlardan eşitmişdir ki, Elnarə əri Yadigar tərəfindən öldürülmüşdür. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürməsi səbəbi barədə hər hansı məlumatı yoxdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri ilə yanaşı istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin 108-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 08 iyul 2021-ci il tarixli Xəzər RPİ-nin 3-cü PB-nin məsul növbətçi əvəzi, polis mayoru Sübhan Cəbiyevin raportundan görünür ki, 08 iyul 2021-ci il tarixdə, saat 16-49 radələrində DİN-nin 102 xidmətinə Elnur adlı şəxs zəng edərək, qardaşı Yadigarın özünü və arvadı Elnarəni bıçaqladığını bildirmişdir. Cinayət işinin 3-20-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 08 iyul 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X6 yerləşən yaşayış evidir. Evə girişlə üzbəüz otağa daxil olduqda həmin otağın sol tərəfində uzanmış vəziyyətdə meyit aşkar edilmişdir. Çarpayının sağ tərəfində yerdə aşmış vəziyyətdə güldan var. Çarpayının üzərində bir ədəd bıçaq aşkar edilərək götürülmüşdür. Baxış zamanı iştirak edən Şahid2 hadisəni törtəmiş şəxsin qardaşı Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Hadisə yerində müəyyən edilmiş meyit ölüm səbəbinin dəqiqləşdirilməsi üçün MTE və PA publik hüquqi şəxsinə göndərilmişdir. Baxış zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 34-38-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 09 iyul 2021-ci il tarixli təqdim etmə, götürmə və baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs əynində olmuş geyim əşyaları- 1 ədəd göy rəngli şalvar, 1 ədəd qəhvəyi rəngli qısaqol köynək və bədənindən çıxarılmış bir ədəd bıçaq 3 saylı ŞX-dan götürülmüşdür. Cinayət işinin 114-123-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azerbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Tibbi Ekspertiza və X7» X14 04 avqust 2021-ci il tarixli, 106 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlər aşağıdakılardır: - sağ ağciyərin aşağı payının zədələnməsi və kəskin qanitirmə ilə müşayiət olunan döş qəfəsinin arxa səthinin sağ yarısının daxilə - döş boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası: - nazik bağırsağın və bağırsaq müsariqəsinin arteriya və venalarının zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan qarının ön divarının daxilə - qarın boşluğuna nüfuz edən 2 ədəd deşilmiş-kəsilmiş yarası; - sağ süd vəzisinin aşağı-bayır kvadrantının (1 ədəd), sol kürək nahiyyəsinin (1 ədəd), döş qəfəsinin arxa səthinin orta üçdə birinin (1 ədəd), qarının ön divarının (1 ədəd). Sol çiyin nahiyyəsinin arxa səthinin (1 ədəd), sağ saidin yuxarı üçdə birinin ön səthinin (1 ədəd), sağ saidin orta üçdə birinin arxa səthinin (1 ədəd) deşilmiş-kəsilmiş yaraları (cəmi 7 ədəd); - sol bazunun yuxarı üçdə birinin bayır səlhinin (1 ədəd), sol bazunun orta üçdə birinin ön səthinin (1 ədəd), sol bazunun orta üçdə birinin iç səthinin (1 ədəd), sol əlin ovuc səthinin (1 ədəd) kəsilmiş yaraları (cəmi 4 ədəd); - çənə nahiyyəsinin (1 ədəd), çənəaltı nahiyyənin (1 ədəd) sıyrıqları (cəmi 2 ədəd); - sağ gözaltı nahiyyənin (1 ədəd), burun belinin (1 ədəd), sol budun orta üçdə birinin ön səthinin (1 ədəd), sol dizin ön səthinin (1 ədəd) qançırları (cəmi 4 ədəd). Qeyd olunan deşilmiş-kəsilmiş (cəmi 10 ədəd) və kəsilmiş yaralar (cəmi 4 ədəd) deşici-kəsici alətin (alətlərin) deşici-kəsici və kəsici təsirindən törənmişdirlər, həyatidirlər: çənə nahiyyəsinin, çənəaltı nahiyyənin sıyrıqları (cəmi 2 ədəd); sağ gözaltı nahiyyənin, burun belinin, sol budun orta üçdə birinin ön səthinin, sol dizin ön səthinin qançırları (cəmi 4 ədəd) isə küt əşya (əşyalar) təsirindən ölümdən az əvvəl törənmişlər, həyatidirlər, törənmə müddətləri onun meyitinin meyitxanada məhkəmə-tibbi ekspertizasından az əvvəl olmaqla qərarda göstərilən 08.07.2021-ci il tarixə uyğun gəlirlər. Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlərdən - Döş qəfəsinin arxa səthinin sağ yarısının aşağı üçdə birinin daxilə - döş boşluğuna nüfuz edən və sağ ağciyərin aşağı payının zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan 1 ədəd deşilmişkəsilmiş yarası. Yara kanalının istiqaməti arxadan önə, sağdan az sola, yuxarıdan az aşağıya doğrudur, yara kanalının uzunluğu təxminən 7-8 sm-dir. Qarının ön divarının daxilə - qarın boşluğuna nüfuz edən nazik bağırsağın və bağırsaq müsariqəsinin arteriya və venalarının zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan 2 ədəd deşilmiş-kəsilmiş yarası. Yara kanalının istiqaməti öndən arxaya, sağdan az sola, yuxarıdan az aşağıya doğrudur, yara kanallarının uzunluğu təxminən 7-8 sm-dir. Döş qəfəsinin arxa səthinin sağ yarısının aşağı üçdə birinin döş boşluğuna və qarının ön divarının qarın boşluğuna nüfuz edən sağ ağciyərin yuxarı payının, nazik bağırsağın və bağırsaq müsariqəsinin arteriya və venalarının zədələnmələri, kəskin qanitirmə ilə müşayiət olunan 3 ədəd deşilmiş-kəsilmiş yaraları həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər, həyatidirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Sağ süd vəzisinin aşağı-bayır kvadrantının (1 ədəd), sol kürək nahiyyəsinin (1 ədəd), döş qəfəsinin arxa səthinin orta üçdə birinin (1 ədəd), qarının ön divarının (1 ədəd). Sol çivin nahiyyəsinin arxa səlhinin (1 ədəd), sağ saidin yuxarı üçdə birinin ön səthinin (1 ədəd), sağ saidin orla üçdə birinin arxa səthinin (1 ədəd) deşilmiş-kəsilmiş yaraları (cəmi 7 ədəd); sol bazunun yuxarı üçdə birinin bayır səthinin (1 ədəd), sol bazunun orta üçdə birinin ön səthinin (1 ədəd), sol bazunun orta üçdə birinin iç səthinin (1 ədəd), sol əlin ovuc səthinin (1 ədəd) kəsilmiş yaraları (cəmi 4 ədəd) həyatidirlər, ölümlə birbaşa səbəbli əlaqələri yoxdur, canlı şəxslərdə ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa YÜNGÜL dərəcəli xəsarətlərin zərəvrurma əlamətlərinə; ümumilikdə isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa AZ AĞİR dərəcəli zərərvurma əlamətlərinə malikdirlər, həyatidirlər, ölümlə birbaşa səbəbli əlaqələri yoxdur. Çənə nahiyyəsinin (1 ədəd), çənəaltı nahiyyənin (1 ədəd) sıyrıqları (cəmi 2 ədəd); sağ gözaltı nahiyyənin (1 ədəd), burun belinin (1 ədəd), sol budun orta üçdə birinin ön səthinin (1 ədəd), sol dizin ön səthinin (1 ədəd) qançırları (cəmi 4 ədəd) istər birlikdə, istərsə də ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malikdirlər, ölümlə səbəbli əlaqələri yoxdur. -Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb sağ ağciyərin yuxarı payının, nazik bağırsağın və bağırsaq müsariqəsinin arteriya və venalarının zədələnmələri nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. -Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum Zərərçəkmiş şəxs meyitinin meyitxanada müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. -Mərhum Zərərçəkmiş şəxs meyitinin bədənində olan deşilmiş-kəsilmiş və kəsilmiş yaralar qısa bir müddət ərzində yetirildiyindən onların ardıcıllığını təyin etmək mümkün deyildir. -Mərhum Zərərçəkmiş şəxs meyitinin bədənində qeyd olunan deşilmiş-kəsilmiş və kəsilmiş yaralar ekspertizaya təqdim olunmuş bıçaqlarla (№1 və №2) eləcə də o tipli digər bıçaqlarla yetirilə bilərdi. -Hadisə haqqında olan məlumatlara, xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, mərhum Zərərçəkmiş şəxs bədənində aşkar olunan xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. -Xəsarətlər yetirilərkən mərhum Zərərçəkmiş şəxs bədəni müxtəlif duruş vəziyyətlərində (ayaqüstü, yarıoturaq, yarı uzanıqlı və s. ola bilərdi.). -Mərhum Zərərçəkmiş şəxs meyitinin uşaqlıq yolu və arxa keçəcəyindən götürülmüş tamponda spermotozoidlər aşkar edilməmişdir (məhkəmə-boloji müayinə aktı № 9/107, 27.07.2021). -Mərhum Zərərçəkmiş şəxs hamiləlik əlamətləri aşkar edilməmişdir. -Mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı arxa keçəcək nahiyyəsindən qeyri-təbii yolla cinsi əlaqədə olmanın əlamətləri (sfinktorun boşalması, şüavari büküşlərin hamarlaşması və selikli qişanın zədələnməsi) aşkar edilməmişdir. -Hadisə vaxtı mərhum Zərərçəkmiş şəxs əynində olmuş paltardakı zədələrlə bədənində aşkar olmuş xəsarətlər uyğunluq təşkil edir. -Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr, güclü təsiredicilər aşkar edilməmişdir (məhkəməkimyəvi müayinə aktı № 1997/K. 17.07.2021). Cinayət işinin 124-127-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Tibbi Ekspertiza və X7» X14 10 avqust 2021-ci il tarixli, 953 saylı canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarət döş qəfəsinin sol Yarısının daxilə (döş boşluğuna) nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici təsirə malik alət (ola bilsin bıçaq) təsirindən törənmiş, törənmə müddəti onun 3 saylı Şəhər Klinik Xəstəxanasına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 08.07.2021-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddir. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətin özü tərəfindən özünə yetirilməsi istisna olunmur. Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətin xarakterinə və ölçülərinə əsasən həmin xəsarət ekspertizaya təqdim edilmiş bıçaq № 1 ilə yetirilməsi daha uyğundur. Cinayət işinin 180-184-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Tibbi Ekspertiza və X7» X14 03 noyabr 2021-ci il tarixli, 791/2021-MTBŞ saylı maddi sübutların ekspertizasının rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu Balfa(H)/İİİ/. Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən onun qan qrupu B/lİİ/ - Ekspertizaya təqdim olunmuş 01 ədəd qatlanan cib bıçağı, 01 ədəd mətbəx bıçağı, Zərərçəkmiş şəxs məxsus lifçik, kofta, trusik, cins şalvar, Təqsirləndirilən şəxs məxsus cins şalvar və köynək üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda "B” və "H" antigenləri, bəzi ləkələrdə həmçinin alfa aqqlyutinini alınmışdır. Bu qan ləkələri Balfa(H)/İİİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs məxsus ola bilər, əgər sonuncunun qanında müşayiətçi "H” antigeni varsa və hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarəti olubsa. Cinayət işinin 197-204-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Tibbi Ekspertiza və X7» X14 16 noyabr 2021-ci il tarixli, 651/MTKŞ-2021 saylı maddi sübutların ekspertizasının rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir: -Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus qısaqol köynəyin ön səthində müxtəlif istiqamətli, paltarın çıxarılması zamanı yetirilməyə uyğun gələn çoxsaylı kəsik xətləri vardır və bu kəsiklər fonunda köynəyin üzərində zədə aşkar edilməmişdir. -Təqsirləndirilən şəxs məxsus cins şalvarın üzərində zədə aşkar edilməmişdir. -Təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus qısaqol maykanın ön səthinin sağ yarısında bir ədəd, ön səthinin sol yan nahiyəsində 4 ədəd, arxa səthinin sol yarısında 1 ədəd, arxa səthinin sağ yarısında 1 ədəd, sol qolunun üzərində çoxsaylı dəlib-keçən zədə; büstqalterin ön səthinin sağ yarısında 1 ədəd dəlib-keçən zədə; cins şalvarın və tumanın hər birinin ön səthində 4 ədəd dəlib-keçən zədə aşkar edilmişdir. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, iti ucu, ülgücü və küpü olan yastı tipli deşici-kəsici alətin(alətlərin) təsirindən törənmişlər. -Mərhum Zərərçəkmiş şəxs məxsus paltarın üzərində olan deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim olunmuş hər iki bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin(alətlərin) tiyəsinin təsirindən törənməsi inkar olunmur. -Mərhum Zərərçəkmiş şəxs məxsus paltarların üzərində olan, deşilmiş-kəsilmiş zədələrlə onun meyitinin uyğun nahiyələrində olan xəsarətlər (deşilmiş-kəsilmiş və kəsilmiş) yerləşməsinə və xarakterinə görə üst-üstə düşürlər. Bununla belə, mərhum Zərərçəkmiş şəxs məxsus maykanın üzərində olan bəzi zədələrə uyğun (ön səthinin sol yan nahiyəsində və sol qolun üzərində) onun meyiti üzərində xəsarətlər, həmçinin, mərhumun meyiti üzərində olan bəzi xəsarətlərə uyğun paltarlar üzərində zədələr əks olunmamışdır ki, bu da həmin paltarlar üzərində olan zədələrin əmələ gəlmə mexanizmi, qatlanma nəticəsində törənməsi, kiçik ölçülü olması, yalnız paltarın zədələnməsi ilə müşayiət olunması, xəsarətlərin isə bədənin paltarlarla örtülməyən nahiyələrdə yerləşməsi ilə izah olunur. -Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus paltarların və mərhum Zərərçəkmiş şəxs məxsus paltarların üzərində digər xarakterli zədələr aşkar edilməmişdir. -Təqdim edilmiş Təqsirləndirilən şəxs sinə nahiyəsindən cərrahiyyə əməliyyatı zamanı həkim tərəfindən çıxarılmış qatlanan bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan cib bıçağıdır və soyuq silah hesab edilmir. -Təqdim edilmiş "Zərərçəkmiş şəxs meyitinin aşkar olunduğu yerdən götürülmüş" qatlanmayan bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət əməllərini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlləriinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının izah və tövsiyələrini də nəzərə alır. Belə ki, qərarda qeyd edilmişdir ki: “Qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu edilmə mərhələsi və şəraiti,həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı tədqiq olunmalıdır”. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs sosial vəziyyəti, şəxsiyyəti, psixi və tibbi durumu və digər halların araşdırılması üçün müəyyən orqanlara sorğular ünvanlanmış və həmin sorğulara cavablar verilmişdir. Cinayət işinin 39-43-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 1(003)- 351/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs 02 iyun 2021-ci ildə Zərərçəkmiş şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş yüngül zərər vurma əməlinə görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinmiş, Zərərçəkmiş şəxs ilə barışıq əldə olunduğuna görə Azərbaycan Respublikası CMnin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir. Belə ki, cinayət işinin 106-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən daxil olmuş 12 iyul 2021-ci il tarixli tələbnamədən görünür ki, Zərərçəkmiş şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 105-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən daxil olmuş 12 iyul 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 22-23-cü vərəqələrində olan şəxsiyyət vəsiqələrinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı - 05.07.2014-cü il təvəllüdlü X4 və 26.08.2011-ci il təvəllüdlü X3 vardır. Cinayət işinin 206-209-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X14 29 oktyabr 2021-ci il tarixli, 2539 saylı kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və.s sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eskperimental-psixoloji müayinə gedişində əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməllərini törədən zaman, ondan əvvəl və ya sonra öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməllər barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə elmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs özünə və ətrafındakılara zərər yetirmək təhlükəsi yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra onda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət törədildiyi zaman onun şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən emosional vəziyyətdə (affekt (fizioloji, kumulyativ), güclü ruhi həyəcan, kəskin stress, psixi-emosional gərginlik və s.) olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra özünə xəsarət yetirərkən emosional reaksiya halını keçirmiş, həmin halın yaranması situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs özünə xəsarət yetirən zaman emosional halından asılı olaraq öz hərəkətlərini dərk etmək və idarə elmək qabiliyyətinə malik olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar.Məhkəmə kollegiyası bu nəticəyə gələrkən həmçinin təqsirləndirilən şəxs və onun ailəsi tərəfindən zərərçəkmiş şəxsin ailəsi ilə barışığa ümumiyyətlə cəhd edilməməsini, təqsirləndirilən şəxsin mərhum Zərərçəkmiş şəxs Əlmusa qızına 14 bıçağ zərbəsi yetirməsi və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfin şikayətçi olmasını də nəzərə alır. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 12 iyul 2021ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 65-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 iyul 2021-ci il tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 95-100-cü vərəqələrində olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 4(003)-275/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsetmənin əvvəli 12 iyul 2021-ci il tarixdən hesablanmaqla, barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Xəzər Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan 1 ədəd dəstəyi qara rəngli plasmas materialdan ibarət cib bıçağı, 1 ədəd dəstəyi bozumtul rəngli metal materialdan ibarət bıçaq, Təqsirləndirilən şəxs məxsus 1 ədəd göy rəngli cins materialdan şalvar, 1 ədəd qəhvəyi rəngli qısaqol köynək, Zərərçəkmiş şəxs məxsus 1 ədəd qara rəngli qısaqol mayka, 1 ədəd qara rəngli büstqalter, 1 ədəd göy rəngli cins materialdan şalvar və 1 ədəd qara-boz rəngli alt paltarı məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 12 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Xəzər Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan 1 ədəd dəstəyi qara rəngli plasmas materialdan ibarət cib bıçağı, 1 ədəd dəstəyi bozumtul rəngli metal materialdan ibarət bıçaq, Təqsirləndirilən şəxs məxsus 1 ədəd göy rəngli cins materialdan şalvar, 1 ədəd qəhvəyi rəngli qısaqol köynək, Zərərçəkmiş şəxs məxsus 1 ədəd qara rəngli qısaqol mayka, 1 ədəd qara rəngli büstqalter, 1 ədəd göy rəngli cins materialdan şalvar və 1 ədəd qara-boz rəngli alt paltarı məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar