Məhkəmə qərarları › İş №1(101)-629/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-629/2020

14.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-629/2020 14.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ BakıAğırCinayətlərMəhkəməsi, sədrlik edən Xankişiyev Mirzə Aslan oğlu, hakimlər MahmudovİlhamAğaoğluvəQəniyevFaiqƏsədoğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru MehrəliyevCövdətSərvəroğlu, müdafiəçi SəmədovaElnazOktay qızı, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Füzuli rayonu, Yuxarı Əbdülrəhimanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada tikintilərdə usta işləmiş, məhkumluğu olmayan, Bakı şəhəri, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 101 saylı yataqxanada müvəqqəti olaraq məskunlaşmış, barəsində həbs qətimkan tətbiri seçilməklə hazırda AR Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinədair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 08:39-da Bakı şəhəri, Xətai rayonu, X3 küçəsi, 39C ünvanında yerləşən “OBA” mağazasının içərisində, həmin mağazada satıcı işləyən, əvvəllər qeyri-rəsmi münasibətləri olmuş, tanışı Zərərçəkmiş şəxs onu mobil telefonla mütəmadi olaraq narahat etməsi, ailəsində yersiz söz-söhbət yaratması və nəlayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış münaqişə zamanı, yaşadığı mənzildən götürdüyü zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsicı, ucu batıcı xassəyə malik olan soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Gülnarə Əlyevanın döş qəfəsinin sağ yarısından 1 dəfə, sağ çiyin nahiyəsindən 1 dəfə, bel nahiyəsinin sol yarısından 1 dəfə, döş qəfəsinin arxa səthinin sol yarısından 1 dəfə olmaqla ardıcıl 4 zərbə vuraraq, ona, döş qəfəsinin sağ yarısından və sağ çiyin nahiyəsindən daxilə nüfuz etməyən 2 ədəd dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər, habelə bel nahiyəsinin sol yarısında qarın boşluğuna, döş qəfəsinin arxa səthinin sol yarısındanplevra boşluğuna nüfuz edən sol tərəfli hemopnevmotoraksla müşahidə olunan 2 ədəd deşilmiş kəsilmiş yaralardan ibarət ümumilikdə həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri yetirərək. Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxsı təxminən 14-15 ildir tanıyır. Onunla qonşuluqda yaşamış, gənc vaxtalarında Gülnar subay olan vaxtlarda bir-birini sevmişlər. X5 adlı oğlanla ailə qurmuşdur. Daha sonra Misir işləmək üçün Rusiya Federasiyasına getmişdir. Həmin vaxtlarda Gülnarla münasibətləri yenidən yaranmağa başlamışdır. Təxminən hadisədən 2 ay əvvəl Gülnarın əri Misir vətənə qayıtmış və onlar birlikdə yaşamağa başlamışlar. Bundan sonra o, Gülnarla danışmışdır ki, artıx əri gəlmiş ona görə münasibətlərinin davam etməsi düzgün alınmaz. Bununla bağlı Gülnarla aralarında söz-söhbətlər yaranmağa başlamışdır. O israrla ayrılmalarını istəmiş lakin, Gülnar buna qarşı çıxmış, Nəhayət təxminən hadisədən 10 gün əvvəl yoldaşı Günay, atası evinə getmişdir. Bu hadisə ona daha da pis təsir etmişdir. Lakin buna baxmayaraq Gülnar yenə ondan əl çəkmir və mütamadi olaraq zəng vurmuş və narahat etmişdir. Sosial şəbəkədə onunla yazışmış və münasibətlərinin davam etməsini tələb etmişdir. Bir neçə dəfə onunla birlikdə çəkdirdikləri şəkillərini “Whats app” da paylaşmış, bu paylaşımı ailə üzvləridə görmüşdür. Evində olan söz-söhpət dahada qızışmışdır. Artıq Gülnarla olan münasibətləri bütün ailə üzvləri bilmişdir. xx xxxxxx 2020-ci ildə saat 23 radələrində yenə də Gülnarla yazışma zaman onunla pis danışmışdır. Daha sonra ona zənğ vurmuş və aralarında telefonda sözlə mübahisə olmuş və onu telefonda söymüşdür. Gülnara qarşı hirsli olduğundan onun söyüşləri ona çox pis təsir etmişdir. Gecə əri evdə olduğuna görə ora getməmişdir. Həmin günü səhərisi söydüyü söyüşlərə görə iş yerinə getməyi qərara almışdır. xx xxxxxx 2020-ci il tarixdə Gülnarla səhər tezdən saat 07 rədələrində danışmışdır. Bu dəfə Gülnar ona rədd cavabı vermişdir. İşin onun üçün vacib olduğunun deyib, işə gedəcəyini bildirmiş və təkrar olaraq ona telefonda nəlayıq sözlər işlətmişdir. O, daha da əsəbləşmiş və yaşadığı evin mətbəxindən bıçaq götürmüşdür ki, gedib Gülnarla görüşsün və onu qorxutsun ki, bir daha onu narahat etməsin, ailəsini dağıtmasın, ailəsində yersiz söz-söhbət yaratmasın. Eləcə də onu bir daha söyməsin. Bu məqsədlə taksi ilə Gülnarın işlədiyi mağazasına getmişdir. Mağazada Gülnarla başqa satıcı olmuşdur. O Gülnara yaxınlaşmış, nə üçün söyüş söydüyünü, ailədə yersiz söz-söhbət yaratdığını, ailəsini dağıtmaq istədiyini, şəkilləri nə üçün paylaşdığını soruşmuşdur. Gülnar yenə ona qarşı hörmətsizlik etmişdir. Sanki sözlərini saymamışdır. O, üzərində gətirdiyi bıçağı əynində olan gödəkcənin cibindən onu qorxutmaq məqsədi ilə çıxarıb onun boğaz hissəsinə dayamış və sadaladığı bu hərəkətlərinə son qoymasını tələb etmişdir. Bu hadisə mağazanın daxilində piştaxların qarşısında baş vermişdir. Bu dəfə Gülnar qışqırmış və səs-küyə mağazanın arxa hissəsində olan Ülviyyə gəlmişdir. Ülviyyə onu kənara çəkmiş və sakitləşdirməyə başlamışdır. O, bıçağı cibinə qoymuş, nisbətən sakitləşmişdir. Bu zaman ondan təxminən 2-3 metr kənarda olan Gülnar, yenə də onun ünvanına nəlayiq ifadələr işlətmişdir. Artıx onun bu söyüşlərinə dözə bilməmiş və Gülnarın üzərinə getmiş və bıçağı cibindən çıxarmış və ona bıçaqla yüngül bir zərbə vurmuş və zərbədən Gülnar yerə yıxılmışdır. Bundan sonra Gülnar yerdə təkrarən ona söyüş söymüşdür. Bu dəfə bıçaqla 3 dəfə, bir dəfə sağ ciyin hissəsinə, 2 dəfə isə kürək nahiyəsinə zərbə vurmuş və dərhal mağazadan qaçıb getmişdir. Bu zaman Gülnarın iş yoldaşı olan Lalə mağazaya daxil olmuş və Gülnarı xəstəxanaya aparmışdır. O isə özü könüllü olaraq həmin mağazadan yuxarıda yerləşən 35-ci PB-nə getmiş və hadisə barədə danışaraq könüllü olaraq təslim olmuşdur. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi öz ifadəsindən başqa məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və məhkəmədətədqiqedilmişdigərprotokollarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Mən 2004-cü ildə Şahid2 ilə ailə həyatı qurmuşam. Misir ilə birgə nigahdan 6 övladımız olub. Talehnən təxminən 15 ildirki tanışıq. Belə ki, Taleh ilə mən əvvəllər qonşuluqda yaşamışım və subay vaxtlardan bir-birimizi istəmişik. Lakin sonra Misir məni qaçırtdı və mən Misirlə ailə həyatı qurdum. Bir müddət sonra Misirlə mənim aramda olan mütəmadi olaraq söz-söhpətlərimiz yarandı və ailəmiz yalnız kağız üzərində qaldı. Bundan sonra Misirlə mənim aramda münasibət tam soyuqlaşdı. Sonra Misir işləmək məqsədi ilə Rusiya Federasiyasına getdi. Həmin vaxtdan etibarən mənim Talehlə münasibətim yarandı. Taleh ilə mən arada görüşürdük və get gedə münasibətim yarandı. Həmin vaxtlarda Talehlə mənim münasibətim çox yaxşı idi. 2019-cu ilin dekabr ayında ərim Rusiya Federasiyadan qayıtdı. Bundan sonra Taleh daha münasibət saxlamamağımı və ayrılmağımızı istədi. Lakin mən isə bu ayrılığa qarşı idim və ərimlə armda heç bir münasibət olmadığını Talehə bildirdib münasibətlərimizi davam etdirməyimi istədim. Taleh məndən ayrılmaq istəməsinə baxmayaraq münasibət saxlamaq üçün mütəmadi olaraq Talehə zəng edirdim və sosial şəbəkələrdə Talehlə yazışaraq münasibətlərimizi davam etdirməyi təklif edirdim. 16 fevralda saat 07 radələrində mən Taleh ilə telefonda danışan zaman Taleh mənim işə getməməyimi və münasib bir yerdə görüşməyimizi təklif elədi. Lakin mən işə vacib getməli olduğum üçün Talehin görüşünü rədd edərək işə getdim. Həmin gün saat təxminən 08:00 idi Taleh mənim işlədiyim mağazaya gəldi və mağazanın daxilində, yeni müxtəlif içkilər satılan şöbədə mənimlə üzüzə dayanıb mənimlə başqa bir yerdə söhpət etməyimi bildirdi. Mən Talehə etirazımı bildirdim. Mən əsəbi olduğumdan Talehin ünvanına nalayiq ifadələr işlətdim. Lakin onun məni vuracağını inanmırdım. Talehin belə bir şey edəcəyini güman etməzdim. Buna görə Taleh gödəkcəsinin cibindən bıçağı çıxarıb mənim üzərimə gəldi və bıçaqla məni sağ döş qəfəsi hissəsinə bir zərbə vurdu. Mən yerə yıxıldım, yerə yıxılan zaman yenə də Talehin ünvanına nalayiq ifadə işlətdim. Bu dəfə Taleh təkrar mənə bıçaq zərbələri endirdi. Taleh bıçaqla məni vurub xəsarət yetirdikdən sonra oradan qaçaraq mağazanı tərk etdi. Həmin vaxtı oraya mağazada satıcı işləyən Lalə gəldi. Bundan sonrqa Ülviyyə və Lalə dərhal təcilli tibbi yardıma zəng etdilər. Bir neçə dəqiqədən sonra mağazaya təcili tibbi yardım yaxınlaşdı. Həmin vaxt Ülviyyə mağazada qaldı, Lalə isə mənimlə birlikdə təcili tibbi yardım avtomobili ilə xəstəxanaya getdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 oğlu ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 2011-ci ildə rəsmi olaraq evlənmişlər. Talehlə evlənməzdən əvvəl də, atası və anası həmin yataqxanada müvəqqəti olaraq yaşamışlar. Yəni, əvvəllər Talehgilə qonşu olmuşlar. Bu nigahdan 2 övladları var. Yoldaşı ilə normal həyat yaşamışlar. Taleh evlərdə fərdi olaraq ustalıqla məşqul olub ailəsini dolandırmışdır. Bir müddət münasibətləri normal olmuşdur. Sonra Talehin telefonuna ardıcıl olaraq tez-tez zənğlər gəlməyə başlamışdır. Bir gün Taleh telefonla danışaraq qızın səsin eşitmiş və tanımışdır ki, Gülnardı. Onunla maraqlanmış və öyrənmişdir ki, Gülnar əvvəllər onlar yaşayan yataqxanada yaşamışdır. Sonradan Gülnarın əri ilə güya münasibətləri olmayıb və Talehlə münasibətləri yaranıb. Bir sözlə öyrənmişdir ki, aralarında yaxın münasibət vardır. Getdikcə onların Talehlə münasibəti korlanıb. Hadisədən 15 gün əvvəl yenə də həmin şəxsin Talehə zəng etdiyini görəndə Talehlə söz- söhbət yaranmışdır. Həmin şəxsin telefon zəngləri və yazışmaları onu bezdirmiş və dalaşaraq uşaqlarını da götürüb, rayona atasının evinə getmişdir. Sonra Taleh neçə dəfə zəng etsədə ona Gülnarla münasibətlərinə son qoyduqdan sonra onlarla əlaqə saxlamasını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, «Oba» marketdə baş satıcı kimi işləyir. Onun işi mağazada olan məhsulların satışını həyata keçirmək və mağazada olan satıcıların iş fəaliyyətinə nəzarət etməkdən ibarətdir. Hadisə baş verdiyi zaman Zərərçəkmiş şəxs və Şahid4 həmin mağazada işdə olmuşlar. Təqsirləndirilən şəxs tanıyır, Gülnar rəsmi olaraq evli olsa da, qeyri-rəsmi olaraq Taleh ilə münasibətdə olmuşdur. Gülnar özü bu barədə ona məlumat vermişdir. Taleh müxtəlif vaxtlarda bir neçə dəfə Gülnara görə işlədiyi mağazaya gəlmişdir. Sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə, saat 08:30-da Taleh onun işlədiyi marketə gəlmişdir. Gülnarla görüşərək bir neçə saniyə söhbət etdikdən sonra aralarında mübahisə yaranmış, Gülnarın boğaz nahiyəsindən tutaraq bir əlində özü ilə gətirmiş olduğu bıçağı Gülnara tərəf tutmuş, o, Gülnarın səsindən Gülnarla Talehin yanına qaçmışdır. Həmin vaxtı o, bu hadisəni görüb dərhal Talehi sakitləşdirmişdir. Bundan sonra Taleh Gülnardan kənara çəkilmiş və sakitləşərək əlində olan bıçağı cibinə qoymuşdur. Orada bilmişdir ki, Gülnar Talehi narahat edir, ayrılmaq istəmir. Həmin vaxt Gülnar Talehin ünvanına nalayiq söyüş söydüyü üçün Taleh ilə Gülnarın arasında yenidən sözlə mübahisə yaranmışdır. Bundan sonra Taleh cibindən həmin bıçağı çıxarıb bir dəfə Gülnarı ayaq üstə duran vəziyyətdə vurmuşdur. Gülnar yerə yıxıldıqdan sonra Talehə təkrar nalayiq söyüşlər işlətmiş, sonra Taleh Gülnarı bir neçə dəfə bıçaqla vurmuşdur. Bundan sonra Taleh dərhal hadisə yerindən qaçıb mağazanı tərk etmişdir. Mağazada işləyən Şahid4 mağazaya gəlmiş və Lalə ilə birlikdə dərhal təcili tibbi yardıma zəng etmişlər. Bir neçə dəqiqədən sonra mağazaya təcili tibbi yardım stansiyasının həkimləri gəlmişdir. Həmin vaxt o, mağazada qalmış, Lalə isə Gülnarla birlikdə təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yollanmışdır. Bundan sonra ona məlum olmuşdur ki, Gülnarı bıçaqla vurub xəsarət yetirən Taleh özü könüllü şəkildə Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə gedərək təslim olmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid4 Şahid5 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Xətai RPİ-nin 35-ci Polis Bölməsinin baş təhqiqatçısı vəzifəsində işləyir və polis kapitanı rütbəsindədir. xx xxxxxx 2020-ci il tarixdə, Xətai RPİ-nin 35-ci Polis Bölməsində günlük növbədə olmuşdur. Həmin gün saat 09 radələrində, Bölmənin növbətçi hissəsinin qarşısında təhvil-təslim aparan zaman Taleh bölməyə daxil olmuş, ona yaxınlaşaraq özünü təqdim etmişdir. Təqsirləndirilən şəxs şəxsiyyəti barədə ona məlumat verdikdən sonra əvvəllər tanıdığı və qeyri-rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs az əvvəl, yəni xx xxxxxx 2020-ci il tarixdə, saat 08:30-da Bakı şəhəri, Xətai rayonu, X3 küçəsi 39C ünvanında yerləşən «Oba» marketin içərisində, yaşadığı mənzilin mətbəxindən əvvəlcədən özü ilə götürmüş olduğu mətbəx bıçağı ilə dörd dəfə bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirdiyini və mağazadan çıxaraq məlumat vermək üçün birbaşa 35-ci Polis Bölməsinə könüllü gəldiyini bildirmişdir. O, dərhal bu barədə 35-ci Polis Bölməsinin rəhbərliyinə məlumat vermişdir. Həmin gün, yəni xx xxxxxx 2020-ci il tarixdə, saat 09:30-da 3 saylı şəhər xəstəxanasının həkimi Xətai rayon Polis idarəsinin növbətçi hissəsinə telefonla məlumat verərək xx xxxxxxx 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sözü gedən hadisə zamanı daxilə nüfuz etmiş xəsarətlərlə xəstəxanaya müraciət etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs verdiyi məlumatın doğru olduğunu bilmiş, sonra 3 saylı şəhər xəstəxanasına getmişlər. Zərərçəkmiş şəxs cərrahi əməliyyat olunduğundan onun izahatının alınması mümkün olmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs Xətai rayon X1 şöbəsinə təqdim etmişlər. İstintaq şöbəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirmiş olduğu bıçağı könüllü şəkildə istintaqa təqdim etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2004-cü ildə o, Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. Zərərçəkmiş şəxs ilə birgə nigahdan 6 övladı vardır. Övladlarından ikisi oğlan, dördü isə qız uşaqlarıdır. O, bir müddət Zərərçəkmiş şəxs ilə yaxşı münasibətdə olsa da, sonradan Gülnar ilə onun arasında mütəmadi olaraq sözsöhbətlər yaranmışdır. Gülnar ilə birgə nigahdan 6 övladı olduğu üçün ailəsi yalnız kağız üzərində qalmışdır. Bundan sonra Gülnar ilə onun arasında olan münasibətlər daha da soyumağa başlamışdır. Təxminən 2014-cü ildə o, işləmək məqsədilə Rusiya Federasiyasına yollanmışdır. 2019-cu ilin dekabr ayında o, Rusiya Federasiyasından Azərbaycan Respublikasına qayıtmışdır. Lakin yenə də Gülnar ilə onun arasında heç bir münasibət qalmamışdır. Hətta Gülnar ilə onun arasında olan sözlü mübahisələrin birində Gülnar 15 il əvvəl tanıdığı Təqsirləndirilən şəxs ilə yaxın münasibətdə olmasını ona bildirmişdir. O isə Gülnara övladları var deyə birlikdə yaşadığım, Taleh ilə arasında olan münasibətin ona heç bir aidiyyətinin olmadığını bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, o, Rusiya Federasiyasına getdikdən sonra Gülnar ilə Talehin arasında yaxın münasibət yaranmış, o, Rusiya Federasiyasından Azərbaycan Respublikasına qayıtdıqdan sonra Taleh Gülnara ayrılmağı təklif etmiş, lakin Gülnar Talehdən ayrılmaq istəmədiyi üçün mütəmadi olaraq Talehə zəng etmiş və sosial şəbəkələrdə yazmışdır, bundan başqa Gülnar Taleh ilə birlikdə çəkdirdiyi şəkilləri «Whatsapp» ani mesajlaşma sistemində paylaşmış, həmin şəkli Talehin arvadı gördüyündən Gülnar ilə Talehin arasında telefonda yaranan mübahisə zamanı Gülnar Talehi söymüşdür. Bunun nəticəsi olaraq xx xxxxxx 2020-ci il tarixdə, saat 08:30-da Taleh Gülnarın işlədiyi Bakı şəhəri, Xətai rayonu, X3 küçəsi 39C ünvanında yerləşən «Oba» marketə gedərək özü ilə gətirmiş olduğu bıçaqla qəsdən Gülnarın bədəninin müxtəlif nahiyələrinə dörd dəfə vuraraq Gülnara bədən xəsarətləri yetirmişdir. Bundan sonra həmin mağazada işləyən satıcı Ülviyyə və Lalə təcili tibbi yardıma zəng edib mağazaya həkim briqadası çağırmış, həmin mağazaya təcili tibbi yardım stansiyasının həkimləri gəlmiş və Gülnarı 3 saylı şəhər xəstəxanasına aparmışlar. Orada Gülnara cərrahi əməliyyat etmişlər. Hazırda vəziyyəti normaldır. Talehdən şikayət etməsi və ya etməməsinin ona aidiyyatımn olmadığını bildirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "MTE və PA” ETT Birliyinin Xətai rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 291 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - bel nahiyəsinin sol yarısında daxilə - qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş kəsilmiş yara, sol tərəfli hemopnevmotoraks ilə qeyd olunan döş qəfəsinin arxa səthinin sol yarısından hər ikisi daxilə - plevra boşluğuna nüfuz edən iki ədəd deşilmiş - kəsilmiş yaralar, sağ çiyin və döş qəfəsinin sağ yarısından daxilə nüfuz etməyən cəmi iki ədəd deşilmiş -kəsilmiş yaralar, deşici - kəsici əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və tibbi sənəddə qeyd olunan xx.xx.2020-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs (şəxslər) tərəfindən yetirilə bilərdilər, bel nahiyəsinin sol yarısından daxilə - qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş kəsilmiş yara, sol tərəfli hemopnevmotoraks ilə qeyd olunan döş qəfəsinin arxa səthinin sol yarısından hər ikisi daxilə - pievra boşluğuna nüfuz edən iki ədəd deşilmiş - kəsilmiş yaralar ümumilikdə və ayrı-ayrılıqda dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər, sağ çiyin və döş qəfəsinin sağ yarısından daxilə nüfuz etməyən cəmi iki ədəd deşilmiş - kəsilmiş yaralar ümumilikdə və ayrı-ayrılıqda dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 370 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxsdahəmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-trasoloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 4467/4468 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə istehsal olunmuş, bir tərəfi kəsici ucu batıcı xassəyə malik olan mətbəx bıçağıdır, onun üzərində hər-hansı bir əlavə və dəyişiklik edilməmişdir və soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş köynəyin üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələrin yerləşdiyi yeri, ölçüsü və sayı verilib. Köynəyin üzərində olan zədələr öz formasına, quruluşuna və s. Ümumi əlamətlərinə görə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağın tiyəsi də aiddir. Tədqiqata təqdim edilmiş köynəyin üzərində ələbyaxa zamanı yarana bilən dartılıb cırılma zədələri aşkar edilmədi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Narkoloji Disponserinin xx xxxxx 2020-ci il tarixli, 1349 nömrəli məktubun məzmununda göstərilmişdir ki, xx.xx.1987ci ildə Füzuli rayonu, Yuxarı Əbdlülrəhmanlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 101 saylı yataqxanada müəvəqqəti olaraq məskunlaşaraq yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxanda adı göstərilən disponserdə qeydiyyatda yoxdur. Beləliklə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəlişəkildə obyektiv hüquqi qiymət verərəkməhkəməbelə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə əməlin hüquqi tövsüfi məsələsini müzakirə edərək hesab edirki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən AzərbaycanRespublikası CM-nin 126.1-ci maddəsiilədüzgüntövsifedilmiş və o, həmin maddəilə təqsirli bilinib cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsiüçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinəəsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri vəictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. AzərbaycanRespublikasının 59-cu maddəsinəəsasənMəmmədovTalehİxtiyaroğlunun zərərçəkmiş şəxs GülnarƏliyevailəbarışıq əldə etməsi və sonuncunun ondan şikayət və tələbinin olmaması, himayəsində 2 azyaşlı övladının olması və hərəkətlərindən səmimi peşiman olması cəzasını yüngülləşdirən hallar kimi məhkəmə tərəfindən nəzərə alınır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs MəmmədovTalehİxtiyaroğlunun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasənəməlində cəzasını ağırlaşdırıcı halların olması müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət işinin materiallarından görünür ki, MəmmədovTalehİxtiyaroğlu xx xxxxxx 2020-ciiltarixdə şübhəli şəxs qismində tutulmuşdur, odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu, yəni xx xxxxxx 2020-ciiltarixdənhesablanmalıdır. İş üzrə məhkəmə məsrəfləri 100 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Xətai RPİ-də saxlanılan bir ədəd bıçaq, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qırmızı rəngli qadın köynəyi məhv edilməlidir. İş üzrə maddi sübut olan hadisə yerindən götürülmüş hadisəni özündə əks etdirən video görüntü köçürülmüş CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs MəmmədovTalehİxtiyar oğluna Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəməistintaqızamanı “İnsanhüquqlarınıvəəsasazadlıqlarınınmüdafiəsihaqqında” Konvensiyanın 6-cımaddəsinin 3-cühissəsinincbəndinə, AzərbaycanRespublikasıCPM-nin 19-cumaddəsinin 19.4.4-cü bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cümaddələrinintələblərinəzərəalınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərəödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ciil tarixli, 31 nömrəli qərarına 3.05.2018-ciil tarixdə edilmiş dəyişikliklərəəsasən MəmmədovTalehİxtiyar oğlunamüdafiəçisiqismindəişəburaxılmışvəonunhüquqlarınımüdafiəetmişBakışəhəri12 saylıvəkilbürosununvəkiliSəmədovaElnazOktayqızına, yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər12 saylıvəkilbürosununhesabına 180 (yüzsəksən) manatpulödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: MəmmədovTalehİxtiyar oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. MəmmədovTalehİxtiyar oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. MəmmədovTalehİxtiyar oğlu ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfləri 100 (yüz) manat təqsirləndirilən şəxs MəmmədovTalehİxtiyar oğlundan tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Xətai RPİ-də saxlanılan bir ədəd bıçaq, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qırmızı rəngli qadın köynəyi məhv edilsin. İş üzrə maddi sübut olan hadisə yerindən götürülmüş hadisəni özündə əks etdirən video görüntü köçürülmüş CD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 12 saylı vəkil bürosunun hesabına180 (yüzsəksən) manatpulödənilsin. Hökmdən, elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün ona təqdim olunduğu gündən 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətinbaşaçatdığıvaxtdansonrakıgünqüvvəyəminir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar