Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-629/2022 15.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi: «VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx xxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Cəfərov küçəsi, ev 35-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 216-cı maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs terrorçuluq, yəni insanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və ya sair ictimai təhlükəli nəticənin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış, yanğın və başqa hərəkətlər barəsində bilə-bilə yalan məlumat vermişdir. Belə ki, Təqsirləndirilən şəxs 29 oktyabr 2021-ci il tarixdə saat 11:57-də ünvan 1 ünvanda yerləşən “Mərdəkan Stansiyası” adlanan yerin qarşısındakı telefon danışıq məntəqəsindən Azərbaycan Respublikası DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə zəng edib, həqiqəti əks etdirməyən, naməlum şəxsin “Stansiya Mərdəkan” adlanan yerdə yerləşən 181 saylı məktəbin damında bomba olduğunu deməsini eşitməsi, yəni terrorçuluq – insanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və ya sair ictimai təhlükəli nəticənin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış, yanğın və başqa hərəkətlər barəsində bilə-bilə yalan məlumat vermişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 29 oktyabr 2021-ci il tarixdə saat 11:57-də “Mərdəkan Stansiyası” adlanan ərazidə avtobus dayanacağında olan zaman iki cavan oğlanın bir-biri ilə söhbət etdiklərini və birinin digərinə 181 saylı məktəbin damına bomba qoyulduğunu deməsini eşitdiyi üçün dərhal yaxınlıqdakı taksofondan Azərbaycan Respublikası DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə zəng edərək, bir nəfər oğlanın “Stansiya Mərdəkan” adlanan yerdə yerləşən 181 saylı məktəbin damında bomba olduğunu deməsini eşitməsi barədə məlumat vermiş, məlumatı qəbul edən qadına öz ad və soyadını da bildirmişdir. O, yaşayışından narazıdır. Belə ki, dəfələrlə məhkum olunmuş, məhkumluq həyatına öyrənmişdir. Özünə bir məşğuliyyət tapa bilmədiyi üçün dolanışığını da təmin edə bilmirdi. Ona himayədarlıq edən kimsə də yoxdur. Ona görə də yenidən cəzaçəkmə müəssisəsinə qayıtmaq fikrinə düşmüşdür. Bu səbəbdən də Azərbaycan Respublikası DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə zəng etmişdir. Özü də başa düşür ki, kiminsə bu barədə söhbəti həqiqətə uyğun olmaya bilərdi. Ona ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunmuşdur. Həmin ifadələrdə göstərmişdir ki, 29 oktyabr 2021-ci il tarixdə saat 11:57-də “Mərdəkan Stansiyası” adlanan yerin qarşısındakı telefon danışıq məntəqəsindən Azərbaycan Respublikası DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə zəng edərək, guya bir nəfər oğlanın “Stansiya Mərdəkan” adlanan yerdə yerləşən 181 saylı məktəbin damında bomba olduğunu deməsini eşitməsi barədə məlumat vermişdir. Həqiqətdə isə bu məlumatın yalan olmasını bilirdi. Bu ifadəsini inkar etmir, elə məhkəmədə də bu cur ifadə verir. Məhkəmə iclasnda şahid qismində dindirilmiş Şahid oğlu ifadəsində göstərmişdir ki, 181 saylı orta Məktəbin Təsərrüfat İşləri üzrə direktor müavini vəzifəsində işləyir. Təqsirləndirilən şəxs tanımır, onu heç vaxt görməmişdir. 29 oktyabr 2021-ci il tarixdə məktəbə polis əməkdaşları gəldikdən sonra bilmişdir ki, məktəbin damına partlayıcı maddə qoyulması barədə DİN-nin 102 xidmətinə zəng olmuşdur. Polis əməkdaşları məktəbin bütün otaqlarını, o cümlədən dama baxış keçirmiş, heç bir təhlükəli əşya aşkar etməmişlər. Qeyd etmək istəyir ki, məktəbin damına çıxmaq üçün istifadə edilən pilləkanlar artıq uzun müddətdir ki, çıxarılmışdır. Ona görə də dama çıxmaq qeyri-mümkündür. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin rəisinə ünvanlanan 29.10.2021-ci il tarixli raportdan müəyyən olunur ki, 29.10.2021-ci il tarixdə, saat 11:57-də Mərdəkan qəsəbəsi, Rəfael Cəfərov küçəsi, ev 35-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-in 102 xidməti-zəng mərkəzinə zəng edərək 1 nəfər oğlanın Stansiya Mərdəkanda yerləşən 181 saylı məktəbin damına bomba qoyulduğunu deməsini eşitməsi barədə məlumat vermişdir. Məhkəmədə elan edilib araşdırılmış «baxış keçirilməsi haqqında” 29.10.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, baxış keçirilən yer Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Q.İsmayılov küçəsi, 181 saylı binada yerləşən 181 saylı tam orta məktəbdir. Əlavə pilləkan qoyulmaqla məktəbin damına qalxmaqla baxış keçirilmiş, baxış zamanı heç bir partlayıcı və ya qurğu, o cümlədən hər hansı təhlükəli hal və ya əşya müəyyən edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» 29.10.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 216-cı maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 30.10.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, ifadəfnin yerində yoxlanılası zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs bilə-bilə yalan məlumat verməsi barədə ifadəsində göstərilən yeri, şəraiti, əşya və predmetləri əyani olaraq göstərərək ifadəsini bir daha təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xəzər rayon məhkəməsinin 30.10.2021ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 216cı maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 29 oktyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının 19.11.2021-ci il tarixli, 2719 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və sair sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-fonoskopik ekspertizasının 22 dekabr 2021-ci il tarixli, 4/1685 saylı rəyindən müəyyən olunur ki;
1. Ekspertizaya təqdim olunmuş 01 ədəd «ZYKLEN» markalı CD diskdə olan mübahisəli fonoqram məhdud sahədə tədqiqat üçün yararlıdır.
2. Ekspertizaya təqdim olunmuş 01 ədəd «ZYKLEN» markalı CD diskdə olan mübahisəli fonoqramdakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətndən ibarətdir.
3. Ekspertizaya təqdim olunmuş 01 ədəd «ZYKLEN» markalı CD diskdə olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur. Məhkəmədə elan edilib araşdırılmış «diskə baxış keçirilməsi haqqında» 20.11.2021-ci tarixli protokoldan müəyyən olunuri ki, Təqsirləndirilən şəxs səsi və nitqi olan mübahisəli fonoqram yazılmış 01 ədəd CD diskə baxış keçirilmiş və baxış keçirilən zaman Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə zəng edib, həqiqəti əks etdirməyən, naməlum şəxsin “Stansiya Mərdəkan” adlanan yerdə yerləşən 181 saylı məktəbin damında bomba olduğunu deməsini eşitməsi, yəni terrorçuluq – insanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və ya sair ictimai təhlükəli nəticənin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış, yanğın və başqa hərəkətlər barəsində biləbilə yalan məlumat verməsi müşahidə olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “Respublika Psixatriya Xəstəxanası” publik hüquqi şəxsin 15.11.2021-ci il tarixli, 9780 saylı məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə həmin xəstəxanada müalicədə olmayıb. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» 04.10.2021-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs səsi və nitqi olan fonoqram yazılmış 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Əzizbəyov rayon məhkəməsinin 23.07.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzsına məhkum olunmuşdur. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 11.05.2011-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, 23.05.2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon məhkəməsinin 20.05.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 02.09.2013-cü tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon məhkəməsinin 16.05.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli btilinərək 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon məhkəməsinin 14.11.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 186.2.1, 186.2.2-ci maddədəlri ilə təqsirli bilinərək, CM-nin 66.5-ci maddəsinə əsasən 04 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16.03.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 186.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu üzrə cəza sonu ilə azad olunma tarixindən baxılan iş üzrə törətdiyi cinayət əməli arasında iki ildən çox müddət keçmişdir. Belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş şəxs hesab edilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 216-cı maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, şahidin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 29 oktyabr 2021-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməli, cinayət işinin materiallarına əlavə edilmiş CD disk cinayət işinin ateriallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3, məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X3 üçün Bakı şəhəi 8 saylı Vəkil Bürosunun nəfinə 180 yüz səksən) manat, müdafəçi Müdafiəçi oğlu üçün isə 240 AZN (iki yüz qırx manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 07 (yeddi) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 29 orktyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işinin materiallarına əlavə edilmiş CD disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi X3 üçün 180 (yüz səksən) manat pul Bakı şəhəri 8 saylı Vəkil Bürosunun, məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı isə Müdafiəçi oğlu üçün 240 AZN (iki yüz qırxmanat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.