Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-629/2023 16.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ BAKİ AĞİR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 14:25-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1977-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası ƏN PX Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 4,004 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanının yaxınlığına daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 17 sentyabr 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:10-da ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilmiş, orada saat 17:50-dən etibarən üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən iki ədəd sellafon bükümdə kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ayrı-ayrılıqda 1,755 qram və 2,249 qram olmaqla ümumilikdə 4,004 qram təmiz çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, o, narkotik vasitə istifadəçisidir və fəhlə işləyirmiş. O, 14 sentyabr 2022-ci il tarixdə narkoloji xəstəxanadan çıxmış, kokteylli vəziyyətdə olduğundan, heç özündə olmamış, “malı” saxlanılmamışdan iki gün əvvəl evin yanındakı transformatorun yanından tapmışdır. O, 17 sentyabr 2022-ci il tarixdə ünvan 1 ünvanında stansiyanın yanında olduğu zaman, polis əməkdaşları ona yaxınlaşmışlar. Polis əməkdaşları özlərini ona təqdim etmədən, onun qoluna qandalı vurub, başına döyərək avtomobilə əyləşdirib, polis idarəsinə gətirərək üzərinə “malı” qoymuşlar. İdarədə ona zor tətbiq edilmiş və ittiham aktında həmin “malı” mədənlikdən tapdığı göstərilmişdir. Polis əməkdaşlarının məlumatına əsasən, o, 15 sentyabr tarixində “malı” tapmış, 2 gün üzərində gəzdirmiş və 17 sentyabr tarixində polisə məlumat gəlmişdir ki, o, guya satışla məşğuldur, buna əsasən polis əməkdaşları gəlib onu saxlamışlar. Əgər o, narkotik vasitə istifadəçisidirsə tapdığı narkotik vasitəni istifadə edərdi, həmin vaxtı onun cibində heç 1 manat pul olmamış, amma ittiham aktında cibindən 1 manat pul çıxdığı qeyd olunmuşdur. Onun cibində filtirsiz siqaret olmuş, o, narkotik vasitələrin satışı ilə məşğul olsaydı filtirsiz siqaret çəkməzdi. Qeyd edilən “mal” onda olmamış, o, narkotik vasitələrin satışı ilə məşğul deyil, həmçinin narkotik vasitə satdığı şəxslərdə mövcuddeyil. İlk müstəntiq onun AR CM-in 234.1-ci maddəsi ilə ittiham olunduğunu bildirdiyi üçün o, sənədləri imzalamışdır. Sonuncu dəfə müstəntiq dəyişəndə sənədləri imzalamamışdır ki, onun “mal”ı tapdığı yerdəki videogörüntülər də cinayət işinə əlavə olunsun. Amma müstəntiq o, sənədləri imzalamadan işi məhkəməyə göndərmişdir. Barəsində qətimkan tədbiri seçmək üçün məhkəmə getdikdə ona heç kim söz verməmişdir. Zala daxil olmuş, anket məlumatlar yoxlanılmış və barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarındakı telefon danışıqlarında isə tanış, məhəllə uşaqlarından “mal” olub-olmadığını soruşduğunu, atışıb birlikdə “mal” aldıqlarını bildirmişdir. O, özünü narkotik vasitə istifadə etmə epizodu üzrə təqsirli bilir. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, o, polis kapitanıdır. xx xxxx 1977-ci ildə Salyan şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda faktiki yaşamış, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq 17 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində işlədiyi idarənin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və əməliyyat müvəkkili polis kapitanı Şahid3 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu ərazisinə getmişlər. Saat 16:10-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mədən küçəsi 1 ünvanının yaxınlığında saxlamışlar. Onlar özlərini təqdim etdikdən sonra onun da şəxsiyyətini müəyyən etmişlər. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamasında şübhəli olduğu bildirilmiş və "Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında" qəbul edilmiş qərarla tanış etmişlər. Bundan sonra o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilmiş, Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə Baş İdarəyə gəlmişlər. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X1 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş, şəxsi axtarış zamanı əvvəlcə ona təklif edilmişdir ki, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya sənədlər varsa təqdim etsin. Bu təklifdən sonra o, üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan qara rəngli şalvarının sağ yan cibindən 02 ədəd sellofan bükümü və sol yan cibindən "Samsung" markalı mobil telefonu, eləcə də 1 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan bükümün içində şəxsi istifadə etməsi üçün narkotik vasitə heroin saxladığını bildirmişdir. Aşkar edilmiş 02 ədəd bükümə baxış keçirilərkən bükümlərin içərisində narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 manat pul onun özünə geri qaytarılmış, aşkar edilmiş "Samsung" markalı mobil telefon təhqiqatçı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini iki gün əvvəl yaşadığı ünvana yaxın ərazidə yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış, şəxsi axtarış və götürmənin, keçirilməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib olunaraq ucadan oxunmuşdur. İştirakçılar tərəfindən hər hansı şikayət daxil olmadığından tərtib edilmiş protokola imza etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələri satdığı şəxsləri müəyyən edə bilməmişlər. Təqsirləndirilən şəxs saxladıqları zaman əlverişli şərait olmadığına görə onun üzərinə baxışı idarədə keçirilmiş, Təqsirləndirilən şəxs başqa yerdə narkotik vasitə olmadığını dediyinə görə, onlar ona inanaraq başqa yerə baxış keçirməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, o, polis kapitanı xüsusi rütbəsini daşıyır. xx.xx.1977-ci ildə Salyan şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda faktiki yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat Şahid1 tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik Şahid1 həvalə edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq 17 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində işlədiyi idarənin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və əməliyyat müvəkkili polis kapitanı Şahid3 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu ərazisinə getmişlər və saat 16:10-da Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mədən küçəsi 1 ünvanının yaxınlığında onu saxlamışlar. Özlərini təqdim etdikdən sonra onun da şəxsiyyətini müəyyən etmişlər. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlanmasında şübhəli olduğu bildirilmiş və "Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında" qəbul edilmiş qərarla tanış edilmişdir. Bundan sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla Baş İdarəyə gəlmişdir. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X1 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən də, istifadə edilmişdir. Şəxsi axtarış zamanı əvvəlcə ona təklif edilmişdir ki, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya sənədlər varsa təqdim etsin. Bu təklifdən sonra o, üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan qara rəngli şalvarının sağ yan cibindən 02 ədəd sellofan bükümü və sol yan cibindən "Samsung" markalı mobil telefonu, eləcə də 1 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan bükümün içində şəxsi istifadə etməsi üçün narkotik vasitə heroin saxladığını bildirmişdir. Aşkar edilmiş 02 ədəd bükümə baxış keçirilərkən bükümlərin içərisində narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 manat pul onun özünə geri qaytarılmışdır. Aşkar edilmiş "Samsung" markalı mobil telefon təhqiqatçı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini iki gün əvvəl yaşadığı ünvana yaxın ərazidə yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış, şəxsi axtarış və götürmənin, keçirilməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib olunaraq ucadan oxunmuşdur. İştirakçılar tərəfindən hər hansı şikayət daxil olmadığından tərtib edilmiş protokola imza etmişlər. Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsinə ehtiyac olmamış və ona qarşı hər hansı zor tətbiq olunmamışdır. Məhkəmədə ifadəsi elan edilmiş şahid Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, polis kapitanı xüsusi rütbəsini daşıyır. xx.xx.1977-ci ildə Salyan şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda faktiki yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat Şahid1 tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik Şahid1 həvalə edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq 17 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində işlədiyi idarənin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və əməliyyat müvəkkili polis kapitanı Şahid2 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu ərazisinə getmişlər və saat 16:10-da Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mədən küçəsi 1 ünvanının yaxınlığında onu saxlamışlar. Özlərini təqdim etdikdən sonra onun da şəxsiyyətini müəyyən etmişlər. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlanmasında şübhəli olduğu bildirilmiş və "Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında" qəbul edilmiş qərarla tanış edilmişdir. Bundan sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla Baş İdarəyə gəlmişdir. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X1 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən də, istifadə edilmişdir. Şəxsi axtarış zamanı əvvəlcə ona təklif edilmişdir ki, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya sənədlər varsa təqdim etsin. Bu təklifdən sonra o, üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan qara rəngli şalvarının sağ yan cibindən 02 ədəd sellofan bükümü və sol yan cibindən "Samsung" markalı mobil telefonu, eləcə də 1 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan bükümün içində şəxsi istifadə etməsi üçün narkotik vasitə heroin saxladığını bildirmişdir. Aşkar edilmiş 02 ədəd bükümə baxış keçirilərkən bükümlərin içərisində narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 manat pul onun özünə geri qaytarılmışdır. Aşkar edilmiş "Samsung" markalı mobil telefon təhqiqatçı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini iki gün əvvəl yaşadığı ünvana yaxın ərazidə yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış, şəxsi axtarış və götürmənin, keçirilməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib olunaraq ucadan oxunmuşdur. İştirakçılar tərəfindən hər hansı şikayət daxil olmadığından tərtib edilmiş protokola imza etmişlər. Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsinə ehtiyac olmamış və ona qarşı hər hansı zor tətbiq olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/5297 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün 6 nömrəli dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə oxşar maddə..” sözləri, soyadlar və imzalar qeyd edilmiş paketdəki 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,755 qram, 2,249 qram ümumi təmiz çəkisi 4,004 qram olan tünd qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Qeyd: Heroinin təmiz çəkisi – 4,004 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 3,904 qramdır. (iş vərəqə 44-48) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X3 ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2021-ci il tarixli 7179 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPOİDLƏRİN qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 171-172) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X3 məhkəmə psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli 3240 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, A.N.Məmmədli əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da hər hansı psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. (iş vərəqə 149-152) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” və xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokollardan görünür ki, 17 sentyabr 2022-ci il tarixdə saat 16:10 radələrində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mədən küçəsi 1 ünvanının yaxınlığında saxlanılaraq adı çəkilən İdarəyə dəvət edilmişdir. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah edilmiş və Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı polis baş leytenantı Babək Haqverdiyev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları könüllü surətdə təqdim etsin. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirib, əynində olan qara rəngli şalvarının sağ yan cibindən 02 ədəd sellofan bükümü və sol yan cibindən "Samsung" markalı mobil telefonu, eləcə də 1 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan bükümün içində şəxsi istifadə etməsi üçün narkotik vasitə heroin saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş 02 ədəd bükümə baxış keçirilərkən bükümlərin içərisində narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün" 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 manat pul onun özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş "Samsung" markalı mobil telefon götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə videoçəkilişə qeydə alınaraq 01 ədəd “CD” disk protokola əlavə edilmiş və sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (iş vərəqə 29-31,144) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “təqdim olunmuş diskə baxış keçirilməsi haqqında” protokoldan ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten əhatə dairəsi məlumatlarının əks olunduğu və həmin mobil nömrəyə göndərilən və qəbul edilən SMS-lərin mətnlərini əks etdirən "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, 20344 saylı sorğuya cavab məktubuna əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilmişdir. Baxış keçirilən zaman müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs oğluna məxsus ***-***-**- ** saylı mobil nömrədən ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, 077- 310-74-61,***- ***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrə narkotik vasitələrin alışı və satışı barədə sms yazışmaları göndərilmişdir. Həmin sms yazışmaları çap olunaraq protokola əlavə edilmişdir. "xxxx" həyata keçirilməsi haqqında” Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi vəzifəsini müvəqqəti icra edən Fariz Vəliyev tərəfindən təsdiq edilmiş 17 sentyabr 2022-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir. (iş vərəqə 95-97) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “maddi sübut hesab etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1,755 qram, 2,249 qram, ümumi təmiz çəkisi 4,004 qram olan narkotik vasitə heroinin ekspertizadan sonra ümumi qalıq çəkisi 3,904 qram olan heroin saxlanılması üçün DİN-nin BMCMİ-nin saxlancına təhvil verilmişdir. (iş vərəqə 91) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü narkotik vasitə istifadəçisi qismində təqsirli bilməsi, onda olan narkotik vasitə heroini yaşadığı ünvanın yaxınlığında tapması, narkotik vasitə satışı ilə məşğul olmaması və polis əməkdaşlarının onun üzərinə narkotik vasitə yükləmələri və ona qarşı zor tətbiq etmələri barədə ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun məhkəmədə verdiyi ifadəsi özünün qismən etiraf edici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, “təqdim olunmuş diskə baxış keçirilməsi haqqında” protokollar və digər sənədlərlə tam təkzib olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş itthamla özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2009-cu ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 234.4.3cü maddələri ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. xx.xx.2018-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. O, 15 ildir ki, narkotik vasitə heroindən istifadə edir. Tutulmamışdan 2 gün əvvəl yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi. Kommunist küçəsi ilə piyada hərəkət edən zaman yerdə iki ədəd sellofan büküm olduğunu görmüşdür. Nəzərini cəlb etdiyindən həmin bükümün içərisində nə olduğunu bilmək üçün onu yerdən götürmüşdür. Bükümün içərisinə baxdıqda içərisindəki maddələrin narkotik vasitə heroin olduğunu bilib cibinə qoymuşdur. Belə ki, həmin bükümləri özündə saxlamaqda məqsədi onlardan istifadə etmək olmuşdur. 17 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində şəxsi işləri ilə əlaqədar olaraq Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mədən küçəsi 1 ünvanının yaxınlığında olan zaman əvvəllər tanımadığı mülki geyimdə olan üç nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Onlar ondan özünü təqdim etməsini və anket məlumatı barədə məlumat verməsini tələb etdikdə, o, öz anket məlumatlarını demişdir. Bundan sonra polis əməkdaşları ona külli miqdarda narkotik maddələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə getmişdir. Qeyd etmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılan zaman iki gün əvvəl tapdığı narkotik vasitə heroini cibində saxlamışdır. Baş İdarəyə gəldikdən sonra onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil təqdim olunmuşdur. O, vəkillə söhbət edib ona etirazı olmadığını dedikdən sonra onun barəsində tutma haqqında qərar qəbul olunmuşdur. Bundan sonra ona qanunsuz olaraq külli miqdarda narkotik vasitə, psixotrop maddə əldə etmə, özündə saxlayaraq daşıma, istifadə və satışı ilə məşğul olmaqda şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. O, etiraz etmədikdən sonra videoçəkilişlə üstünə şəxsi axtarış keçirilməyə başlanmışdır. Ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya varsa təqdim etsin. O, ilk öncə üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan qara rəngli şalvarının sağ yan cibindən 02 ədəd sellofan bükümü və sol yan cibindən "Samsung'' markalı mobil telefonu, həmçinin 1 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 02 ədəd sellofan bükümün içində şəxsi istifadəsi üçün narkotik vasitə heroin saxladığını bildirmişdir. Aşkar edilmiş 02 ədəd bükümə baxış keçirilərkən bükümlərin içərisində narkotik vasitə heroin aşkar edilmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 02 ədəd sellofan bükümdə narkotik vasitə heroin bir ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş 1 manat pul ona geri qaytarılmışdır. Ona məxsus “Samsung” markalı mobil telefon isə polis əməkdaşı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı o, üzərindən aşkar olunan 02 ədəd bükümü tutulan gündən iki gün əvvəl, yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış və bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunduqdan sonra o və digər iştirakçılar protokola imza etmişlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər–narkotik müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən iki ədəd sellafon bükümdə kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ayrı-ayrılıqda 1,755 qram və 2,249 qram olmaqla ümumilikdə 4,004 qram təmiz çəkidə narkotik vasitə heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir, digər tərəfdən, narkotikin bir neçə bağlamada olması da təsdiq edir ki, o, qeyd olunan miqdarda olan narkotik vasitələri qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən və Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1, 234.4.3, 66.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə və 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzasına məhkum edilmişdir. (iş vərəqə 126-134) Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsində göstərilmişdir ki, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nın 83.3.4-cü maddəsində göstərilmişdir ki, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsində göstərilmişdir ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin təhlükəli residivini yaradır. Odur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi halı mövcuddur. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi halı müəyyən edildiyindən ona cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin qaydaları əsasında, yəni onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin üçdə ikisindən az olmamaqla təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların müəyyən edilmədiyini, CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin təhlükəli residivi halını isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 4(005)-1015/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 17 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 19,86-90) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 17 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2021-ci il tarixli 7179 №-li rəyinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 55 (əlli beş) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş və DİN-in BMCMİ-in maddi sübutları saxlama yerinə təhvil verilmiş 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,755 qram, 2,249 qram olmaqla, ümumi təmiz çəkisi 4,004 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 3,904 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 120 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 08 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 17 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş və DİN-in BMCMİ-in maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra 3,904 qram qalıq qalmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərcləri- ekspertiza xərcinin dəyərini təşkil edən 55 (əlli beş) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 120 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: imza: Əhməd Quliyev hakimlər: imza: Rasim Sadıxov imza: İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-629/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-629/2023
16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver