Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-629/2024 10.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X3-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1988-ci ildə Şamaxı şəhəri, Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşqul olmuş, məhkumluğu olan, orta təhsilli, Qobustan şəhərində qeydiyyatda olan, Bakı şəhəri, Qaradağ rayonu, Müşfıqabad qəsəbəsi, İzlivnoy küçəsi nömrəsiz fərdi tikili evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 228.4 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq başqa vaxtda başqa mənbədən soyuq silah hesab edilən ov bıçağını, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə hesab edilən heroini əldə edib üzərində saxlayaraq Bakı şəhərində daşımış, Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən 12 noyabr 2023-cü il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Müşfıqabad qəsəbəsi, Mədəniyyət evinin yaxınlığında keçirilmiş əməliyyat tədbiri zamanı Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində, eləcə də soyuq silah gəzdirməsində şübhəli bilinib saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasına gətiriib orada onun üzərinə şəxsi axtarış keçirilərəkən üzərində gəzdirdiyi, «A3157 Columbia» hərf və rəqəmləri zavod işarəsi həkk olunmuş soyuq silah hesab olunan qatlanan ov bıçağı və əynindəki şalvarının sağ yan cibində saxladığı üzərində «Parlament» sözləri əks olunmuş qutunun içərisindən 0,884 qram, 0,730 qram, 0,854 qram, 1,423 qram və 0,566 qram 5 (beş) ədəd bükümdə təmiz çəkisi 4,457 qram olan qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək protokolla götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü təqsirli bilməyib ifadələrində göstərdi ki, o, 12 aprel 2023-cü il tarixdə diş həkiminə gedəndə polis əməkdaşları tərəfindən Qaradağ rayonunda saxlanılmışdır. Avtomobili də onu saxlayan yerdə qalıb. Narkotik vasitə polis bölməsində onun üzərinə qoyulub, həmin narkotik vasitə ona aid deyildir. Üzərindən çıxan bıçaq onundur. Onu döyüb narkotikin onun olmasını boynuna almasını məcbur ediblər. Döyən şəxslərin adları Faiq, Fuad idi. Üzərinə şəxsi axtarış keçirilən zamanı video çəkilişdə o, narkotik vasitənin ona aid olmadığını deyəndə polis əməkdaşları onu döymüşlər. O, İstintaq təcridxanasına daxil olanda üzərində xəsarətlər olub. O, polis bölməsində dindirilərkən yanında müdafiəçi olub. Onun barəsində məhkəmədə həbsə sanksiya verilməsi məsələsinə baxılarkən hakimə döyüldüyünü deməmişdir, çünki halı olmamışdır. O, polis əməkdaşları tərəfindən döyülməyi ilə bağlı heç kimə şikayət etməmişdir. Polis əməkdaşlarının nəyə görə məhz onu saxladığını bilmir. Onu yenidən Qaradağ rayon polis şöbəsinə qaytaracaqdılar deyə, o, məhkəmədə narkotik vasitənin özünə məxsus olduğunu demişdir,lakin həmin narkotikin ona aidiyyəti yoxdur. İfadələrinə də başqa lavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 228.4 və 234.1-1-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, narkotik və psixotrop maddələrin alüdəçisi olduğu üçün əzab çəkir və arada bir tanımadığı şəxslərdən əldə edib müxtəlif üsullarla qəbul edir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Hökməli qəsəbəsində yadında qalmayan yerdə olarkən adını və heç bir anket məlumatlarını bilmədiyi oğlan ilə təsadüfən rastlaşmışdır. Narkotik alüdəçisi olduğunu bildikdən sonra bir çet (kakos) yəni narkotik vasitə olan heroini 10 manata, iri bükümü isə 20 manata ona verə biləcəyini bildirmişdir. O, həmin oğlanla razılaşıb 60 manat verib ondan beş büküm yəni 04 ədəd kiçik ölçüdə sellofanda, 01 ədəd iri bükümdə siqaret kağızı kəsiyində cəmi 05 büküm «kakos» yəni narkotik vasitə heroin alıb əvvəllər içərisində tütün olmuş üzərində «Paıiament» sözləri əks olunmuş qutunun içərisinə yerləşdirib əynində olan boz rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur ki, sonra istifadə edər. İri büküm üzərindən bir az istifadə etsə də qalanını saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Müşfıqabad qəsəbəsi, Mədəniyyət evinin yaxınlığında mülki geyimdə iki nəfər ona yaxınlaşdıq da əvvəlcə onların polis olduqlarını başa düşməmiş, tanımamış, onalırı onunla nəsə münaqişə etmək istəyən mülki şəxs bilib həyəcanlanıb əynində olan şalvarının sağ yan kiçik cibindən qatlanan bıçaqı çıxarıb açaraq boyun nahiyyəsinə xəsarət yetirmiş ki, ondan qorxub əl çəksinlər. Lakin onlar onu tərki silah edib bıçaqı əlindən almışlar, özlərini polis əmkdaşları kimi təqdim edib onu dövlət qeydiyyat nişanına fikir vermədiyi qara sedan avtomobilə otuzdurub 10-cu PB-nə gətirmişdirlər. Daim polis nəzarətində olduğu üçün həmin bükümləri cibindən çıxarıb kənara atmaq imkanı olmamışdır. Narkotik vasitələrin dövrüyyəsinə görə şübhəli şəxs qismində tutulmuş və hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuşdur. Xidməti otaqların birində polis əməkdaşları ona xəbərdarlıq edib video çəkliş aparmaqla ona təqdim edilmiş müdafiəçisinin iştirakı ilə ona məxsus əlindən alınmış bıçaqı təqdim edilərək sual vermişdirlər. O, da baş verənləri onlara danışıb həqiqətən də bıçaqm ona məxsus olmaqla özünə yəni boyun nahiyyəsinə xəsarət yetirdiyini, xəsarətə dair heç bir şikayətinin olmadığını və Məhkəmə Tibbi Ekspertizasından keçməkdən imtina etmişdir. Bundan sonra üzərində şəxsi axtarış və götürmə aparılarkən ona təklif etmişdirlər ki, üzərində dövriyyəsi qadağan olunmuş maddələr və əşyalar varsa təqdim etsin. O, da şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən həmin aldığı içərisində 5 büküm narkotik saxladığı üzərində «Parlament» sözləri əks olunmuş qutunu çıxardıb masanın üzərinə qoymuşdur. Həmin qutunun içərisində kakos yəni heroin olmasını bildirmişdir. Qutu açılaraq içərisindən 5 büküm yəni dörd sellofan və bir kağız kəsiyi bükümlərdə qəhvəyi rəngli toz şəklində (kakos) yəni narkotik vasitə hesab edilən heroin aşkar olunmuşdur. Öz isfadəsi üçün üzərində saxlayaraq daşıdığım bildirmişdir. Sorğu zamanı polis əməkdaşlarına da ifadəsin də göstərdyi kimi haradan necə əldə etdiyini bildirmişdir. Ondan aşkar edilmiş həmin bükümlər və bıçaq iştirakçıların yanında ayrı zərflərə qoyulub möhürlənmiş, zərfin üzəri onun və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə polis əməkdaşlarından biri protokol tərtib etmişdir. Protokol ucadan oxunandan sonra hüquqlarının müdafiəsi üçün dəvət edilmiş müdafiəçisinin və iştirakçıların iştirakı ilə imzalanmışdır. Heroinə digər sözlə (Kakos) deyildiyinə görə çəkliş zamanıda o qaydada adlandırmışdır. Verilən sallara cavab olaraq bildirmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşğul olmur. Həmin narkotik vasitələri öz istifadəsi üçün əldə etmişdir. Lakin əvvəllər ona narkotik satan şəxsin onda heç bir məlumatları yoxdur, heç bir əlamətlərinə fikir verməmişdir. Ağır dərəcəli narkotik alüdəçisi olduğu, çox istifadə etdiyi, hər dəfə narkotik ələ düşmədiyi üçün bir dəfəlik hazır bükümlərdə almışdır ki, yavaş-yavaş özü üçün istifadə edər. Evində isə anası narkotik istifadə etməyini bilmədiyini, narkotiki saxlamağa güvəndiyi yeri olmadığı üçün məcbur qalıb şəxsi istifadə məqsədilə üzərində daşımışdır. Ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilməyib, törətdiyi əməlin cinayət olduğunu dərk edir, əməlimdən peşmandır. Şahid3 ifadələrində göstərdi ki, məhkəmədə təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs o, xidməti vəzifələrinin icrası ilə əlaqədar tanıyır. Onunla ədavəti və yaxınlığı yoxdur. Onlar başqa narkotik vasitə istifadəçilərini saxlayan zaman onların narkotik vasitələri “Mosan” ləqəbli şəxsdən aldıqlarını bildirdilər. “Mosan” ləqəbli şəxs də Təqsirləndirilən şəxs idi. 12 aprel 2023-cü il tarixdə keçirilən əməliyyat tədbirləri zamanı saat 17:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Müşfıqabad qəsəbəsində, Mədəniyyət evinin yaxınlığında Təqsirləndirilən şəxs saxlanılaraq Qaradağ RPİ- nin 10-cu PB-nə gətirildi. Bölmədə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi və onun üzərindən heroin və bıçq aşkarlandı. Narkotikin miqdarını xatırlamır. Onlar Faiqi saxlamaq istədikdə Faiq qəflətən bıçaq çıxardıb özünə xəsarət yetirmək istədi, lakin onların polis əməkdaşları olduqlarını bilib, bıçağı geri çəkdi. Təqsirləndirilən şəxs saxlanılarkən ona fiziki və psixi təsir göstərilməyib İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid3 ibtidai istintaq zamanı 10cu PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət etdiyini bildirib ifadələrində göstərmişdir ki, Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1, sahə inspektoru Şahid2, Faiq Bağırovla 12 aprel 2023-cü il tarixdə keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı saat 17:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Müşfıqabad qəsəbəsi, Mədəniyyət evinin yaxınlığında qanunsuz narkotik vasitələrin dövrüyyəsində, soyuq silah gəzdirməsində şübhəli bilinən Təqsirləndirilən şəxs saxlanılaraq Qaradağ RPİ- nin 10-cu PB-nə dəvət edilmişdir. O, saxlanılarkən onların mülki geyimdə çevik hərəkətlərini görüb, özülərini təqdim etməyə imkan verməyib, onları onunla münaqişə etmək istəyən mülki şəxs bilib qorxuzmaq üçün şalvarının sağ yan kiçik cibimdən qatlanan bır bıçaq çıxardıb boyun nahiyyəsinə xəsarət yetirmişdir. Onu tərki-silah edib 10-cu PB-nə gətirmişdirlər. Qaradağ RPİ-nin 10-cu PB-də məlum olmuşdur ki, həmin şəxs Qaradağ rayon Müşfıqabad qəsəbəsi sakini Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması məqsədi ilə hüquqlarını müdafiə olunması üçün Bakı şəhəri 10 saylı vəkil bürosundan bölmənin təhqiqatçısı tərəfindən dövlət hesabına müdafiəçi təyin olunaraq dəvət olunmuşdur. Bundan sonra iştirakçılara xəbərdarlıq edilməklə görüntünü əks etdirən video çəkliş vasitəsi ilə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün dəvət edilmiş müdafiəçisinin iştirakı ilə hadisə yerində əlindən alınmış bıçaq təqdim edilərək ona suallar verilmişdir. O, da baş verənləri danışıb həqiqətən də bıçaqın ona məxsus olmaqla özünə yəni boyun nahiyyəsinə xəsarət yetirdiyini, xəsarətə dair heç bir şikayətinin olmadığını və Məhkəmə Tibbi Ekspertizasından keçməkdən imtina etmişdir. Bıçaqın isə rəhmətlik atasından yadigar qalmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində boz rəngli cins şalvarının sağ yan cibindən üzərində «Parlament» sözləri əks olunmuş qutunu çıxardıb masanın üzərinə qoymuş və həmin qutunun içərisində kakos yəni heroin olmasını öz istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Qutu açılaraq içərisindən 5 büküm yəni dörd sellofan və bir kağız kəsiyi bükümlərdə qəhvəyi rəngli toz şəklində maddələr müəyyən edilmişdir. Təqsirləndirilən şəxs sorğu zamanı bildirmişdir ki, həmin bükümdə olan maddələri tanımadığı şəxsdən 60 manata əldə etmişdir. Ondan aşkar edilmiş bıçaq və həmin bükümlər, iştirakçıların yanında ayrı-ayrılıqda zərfə qoyulub möhürlənmiş, zərflərin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Buna görə də təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, dəvət edilmiş müdafiəçi, Təqsirləndirilən şəxs və onlar həmin protokolun düzgünlüyünü imzalarla təsdiq etmişdirlər. Şahid1 ifadələrində göstərdi ki, o,Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar tanıyır. Onunla ədavəti və yaxınlığı yoxdur. Bölməyə Təqsirləndirilən şəxs narkotik vasitələr əldə edib üzərində saxlaması barəsində məlumat daxil olmuşdu. Məlumatı yoxlamaq məqsədi ilə əməlliyaat qrupu yaradıldı. Əməliyyat tədbiri zamanı 12 aprel 2023-cü il tarixdə saat 17:00 radələrində Qasımov X4 rayonu, Müşfıqabad qəsəbəsində, Mədəniyyət evinin yaxınlığında saxlanılaraq Qaradağ RPİ- nin 10-cu PB-nə gətirildi. Orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Axtarış zamanı Faiqin üzərindən heroin və bıçaq aşkarlanıb götürüldü. Miqdarını xatırlamır. Onlar Faiqi saxlamaq istədikdə Faiq onların cəld hərəkət etmələrini görüb onları ona hücüm edən mülkü şəxslər kimi qəbul edib cibindən bıçaq çıxardıb özünə xəsarət yetirmək istədi, lakin onların polis əməkdaşları olduqlarını bilib əməlindən əl çəkdi. Məlumat narkotik vasitənin dövriyyəsi barəsində idi, lakin həmin məlumatın təsdiq olunb-olunmaması barəsində məlumaı yoxdur. Təqsirləndirilən şəxs saxlanılarkən ona fiziki və psixi təsir göstərilməyib. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifsində xidmət etdiyini bildirib Şahid3 ibtidai istintaq zamanı ifadələrində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid2 ibtidai istintaq zamanı göstərmişdir ki, Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkilləri Şahid1, Şahid3 və sahə inspektoru Faiq Bağırovla 12 aprel 2023-cü il tarixdə keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı saat 17:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Müşfıqabad qəsəbəsi, Mədəniyyət evinin yaxınlığında qanunsuz narkotik vasitələrin dövrüyyəsində, soyuq silah gəzdirməsində şübhəli bilinən Təqsirləndirilən şəxs saxlanılaraq Qaradağ RPİ- nin 10-cu PB-nə dəvət edilmişdir. O, saxlanılarkən onların mülki geyimdə çevik hərəkətlərini görüb, özülərini təqdim etməyə imkan verməyib, onları onunla münaqişə etmək istəyən mülki şəxs bilib qorxuzmaq üçün şalvarının sağ yan kiçik cibimdən qatlanan bır bıçaq çıxardıb boyun nahiyyəsinə xəsarət yetirmişdir. Onu tərki-silah edib 10-cu PB-nə gətirmişdirlər. Qaradağ RPİ-nin 10-cu PB-də məlum olmuşdur ki, həmin şəxs Qaradağ rayon Müşfıqabad qəsəbəsi sakini Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması məqsədi ilə hüquqlarını müdafiə olunması üçün Bakı şəhəri 10 saylı vəkil bürosundan bölmənin təhqiqatçısı tərəfindən dövlət hesabına müdafiəçi təyin olunaraq dəvət olunmuşdur. Bundan sonra iştirakçılara xəbərdarlıq edilməklə görüntünü əks etdirən video çəkliş vasitəsi ilə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün dəvət edilmiş müdafiəçisinin iştirakı ilə hadisə yerində əlindən alınmış bıçaq təqdim edilərək ona suallar verilmişdir. O, da baş verənləri danışıb həqiqətən də bıçaqın ona məxsus olmaqla özünə yəni boyun nahiyyəsinə xəsarət yetirdiyini, xəsarətə dair heç bir şikayətinin olmadığını və Məhkəmə Tibbi Ekspertizasından keçməkdən imtina etmişdir. Bıçaqın isə rəhmətlik atasından yadigar qalmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində boz rəngli cins şalvarının sağ yan cibindən üzərində «Parlament» sözləri əks olunmuş qutunu çıxardıb masanın üzərinə qoymuş və həmin qutunun içərisində kakos yəni heroin olmasını öz istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Qutu açılaraq içərisindən 5 büküm yəni dörd sellofan və bir kağız kəsiyi bükümlərdə qəhvəyi rəngli toz şəklində maddələr müəyyən edilmişdir. Təqsirləndirilən şəxs sorğu zamanı bildirmişdir ki, həmin bükümdə olan maddələri tanımadığı şəxsdən 60 manata əldə etmişdir. Ondan aşkar edilmiş bıçaq və həmin bükümlər, iştirakçıların yanında ayrı-ayrılıqda zərfə qoyulub möhürlənmiş, zərflərin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Buna görə də təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, dəvət edilmiş müdafiəçi, Təqsirləndirilən şəxs və onlar həmin protokolun düzgünlüyünü imzalarla təsdiq etmişdirlər. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 12 aprel 2023-cü il tarixli şəxsi axtarış və götürmə keçirilməsi barədə protokoludan və protokola əlavə axtarışı əks etdirən bir ədəd rəqəmsal vidi diskdən ( DVD) görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı bıçağı təqdim edərək bıçağın özünə məxsus olduğnu özünün boyun nahiyyəsinə xəsarət yetirdiyini, xəsarətə dair heç bir şikayətinin olmadığını və Məhkəmə Tibbi Ekspertizasından keçməkdən imtina etdiyini, bıçaqın rəhmətlik atasından yadigar qalmasını bildirir. Bıçaqa baxış keçirilərkən bıçaqın tiyəsi üzərində «Columbia- A3157» sözlərinin əks olunması müəyyən edilir. Təqsirləndirilən şəxs bundan sonra əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən üzərində «Parlament» sözləri əks olunmuş qutunu çıxardaraq masanın üzərinə qoyur. Həmin qutu açılarkən cəmi 05 büküm aşkar olunur. Bükümlərdə açıldıqda içərisindən qəhvəyi rəngli toz şəkilli maddələr aşkar olunur. Təqsirləndirilən şəxs həmin bükümlərin narkotik vasitə olan heroin (kakos) olub, özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyiyni bildirir. Bundan sonra həmin bıçaq və 05 ədəd büküm iştirakçıların yanında ayrılıqda zərfə qoyulub möhürlənir, zərfin üzəri iştirakçılar tərəfindən imzalanır. Görüntü dayandırılmadan, kəsilmədən 15:54 dəqiqə davam edir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə ballistik 04 may 2023-cü il tarixli 3/678 N:-li rəyindən görünür ki, tədqiqata təqdim edilən 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə fiziki-kimyəvi şöbəsinin 13 aprel 2023-cü il tarixli 6/2167 N:-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün 222Nç” dairəvi möhür əksi və şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut. şübhəli şəxs: Təqsirləndirilən şəxs-imza; müdafiəçi-imza, iştirakçılar: 4-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 05 (beş) ədəd bükümlərdəki təmiz çəkiləri- 0,884 qram, 0,730 qram, 0,854 qram, 1,423 qram və 0,566 qram, ümumi təmiz çəkisi 4,457 qram olan qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin ümumi təmiz çəkisi 4,457 qramdır, tədqiqata 0,25 (0,05) qram, sərf olunmuş, tədiqatdan sonra 4,207 qram qalmışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ov bıçağı və ümumi təmiz çəkisi 4,457 qram çəkidə narkotik vasitə heroin tədqiqatdan sonra maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalmış 4,207 qram heroin saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş ambulator Məhkəmə Prsixiatrik Ekspertizasının 10 iyul 2023-cü il tarixli 1865 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi xəstəliyin əlamətləri aşkar olunmur, Təqsirləndirilən şəxs törətdiyi əməllər dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazır ki, psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Əməlləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, Psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü təqsirli bilməyib ifadələrində göstərdi ki, o, polis əməkdaşları tərəfindən 12 aprel 2023-cü il tarixində o, diş həkiminə gedəndə Qaradağ rayonunda onu saxlayıblar . Narkotik vasitəni polis bölməsində onun üzərinə qoyulub, həmin narkotik vasitə ona aid deyildir. Üzərindən çıxan bıçaq onundur. Onu döyüb narkotikin onun olmasını boynuna almasını məcbur ediblər. Döyən şəxslərin adları Faiq, Fuad idi. Üzərinə şəxsi axtarış keçirilən zamanı video çəkilişdə o, narkotik vasitənin ona aid olmadığını deyəndə polis əməkdaşları onu döymüşlər. O, İstintaq Təcridxanasına daxil olanda üzərində xəsarətlər olub. O, polis bölməsində dindirilərkən yanında müdafiəçi olub. Onun barəsində məhkəmədə həbsə sanksiya verilməsi məsələsinə baxılarkən hakimə döyüldüyünü deməmişdir, çünki halı olmamışdır. O, polis əməkdaşları tərəfindən döyülməyi ilə bağlı heç kimə şikayət etməmişdir. Polis əməkdaşlarının nəyə görə məhz onu saxladığını bilmir. Onui yenidən Qaradağ rayon polis şöbəsinə qaytaracaqdılar deyə, o, məhkəmədə narkotik vasitənin özünə məxsus olduğunu demişdir. Məhkəmə, Təqsirləndirilən şəxs həmin ifadələrini onun özünün ibtidai istintaq zamanı təqsiləndirildiyi ittihamın mahiyyəti üzrə verdiyi etirafedici ifadələri, ona təzyiq və təsir göstərilməsinin inkar olduğunu bəyan edən şahidlərin ifadələri, onun üzərinə keçirilmiş baxışı özündə əks etdirən vidioçəkilişdə əks olunan təsvirlərdə onun sərbəst şəkildə müdafiəçisinin iştirakı ilə cinayət əməlinin predmetini təşkil edən narkotik vasitələri təqdim edib özünə məxsus olmasını təsdiq etdiyi görüntülərlə, onun tərəfindən təqdim olunan narkotik vasitələrin ondan götürülməsini təsdiq edən qeyd və iradsız təsdiq etdiyi protokolun məzmunu ilə, onun təqdim etdiyi narkotik vasitələrin heroin olmasını təsdiq edən məhkəmə ekspertizasının rəyi ilə, habelə işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu iddialarını həqiqətə uyğun olmayan özünün məsuliyyətini yüngülləşdirməyə yönələn cəhd kimi qiymətləndirir. Çünki onun bu iddialarını təsdiq edən sübut müəyyən olunmadı. O da məhkəməyə belə sübut təqdim etmədi. Belə ki, məhkəmə bu hallarla bağlı qeyd edir ki, təqsirləndirilən şəxs sərbəst ifadə vermək hüquna malikdir. O, bilə-bilə yalan xəbərçilik etməkdən başqa özünün müdafiəsi üçün göstərdiyi hallara görə məsuliyyət daşımır. O, xəbərçilik etdikdə isə bunu təsdiq edən sübutları da təqdim etməlidir. Əks halda özündə dəqiq faktı nəzərdə tutmayan məlumatın əsassız olaraq yoxlanılması hüquq müstəvisinə çıxarılardı. Bu da hüququ müəyyənlikdən “in abstrakto”-ya, yəni mücərəddiyə, qeyri-müəyyənliyə çevirərdi. Buna isə qanunla yol verilmir. Beləliklə, məhkəmə yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin onun tərəfindən qəsdən və anlaqlı şəkildə törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə, Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası CM-nin 228.4-cü və 234.1-1-cü maddələri ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əməllərə görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 92 ( doxsan iki) manat xərclənməsi müəyyən olundu. Məhkəmə ekspertiza xərclərini təşkil edən 192 (yüz doxsan iki) manat vəsaitin təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə qaytarılmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş soyuq silah hesab olunan ov bıçağı və ümumi təmiz çəkisi 4,457 qram çəkidə narkotik vasitə heroin tədqiqatdan sonra qalıq qalmış 4,207 qram hissəsinin məhv edilməsini, şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınaraq yaddaş daşıyıcısına köçürülmüş, özündə videgörüntüləri əks etdirən 01 (bir) ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin və maddənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi ibtidai istintaq zamanı etirafedici ifadələr verməsi, məcburi köçkün olması müəyyən olundu. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarınəlavə olunmuş Təqsirləndirilən şəxs barəsində olan 27 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, o, Binəqədi rayon məhkəməsinin 22 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19 may 2021-ci ildə Sabunçu rayon məhkəməsinin qərarı ilə 01 ay 28 gün vaxtından əvvəl şərti azad edilmiş, 13 iyul 2021-ci il tarixdə cəza müddəti başa çatmışdır.Həmin əməl cinayət qununu ilə az ağır cinayətlər keteqoriyasına aid olunub belə əməllərə görə cəza çəkildikdən sonra iki il müddətinə məhkumluq müddəti müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs da hazırkı əməlləri məhkumluğu dövründə törətmişdir. Bu səbəbdən də onun əməlində cinayətlərin residivi olması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivi müəyyən edildi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu və əməlində cinayətələrin residivi olduğunu nəzərə alıb ona təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs bu iş üzrə 12 aprel 2023-cü il tarixdən hazırki vaxtadək həbsdə saxlanılması müəyyən olundu. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcının 12 aprel 2023cü il tarixdən hesablanmalı olduğu qənaətinə gəlir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 25 iyun 2023-cü il tarixli 4064 No-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və KANNABİNOİDLƏRİN birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, həmin halları nəzərə alıb Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmasını və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4 və 234.1-1 ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 228.4-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM- nin 234.1-1 ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələbələrinə əsəasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplanılmaqla qəti olaraq ona 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 12 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına məhkəmə kimyəvi ekspertizasının keçirilməsinə sərf olunmuş 192 (yüz doxsan iki) manat vəsait Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ov bıçağı və tədqiqatdan sonra maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalmış 4,207 qram heroin məhv edilsin, onun şəxsi axtarış zamanı yaddaş daşıyıcısına köçürülmüş özündə videgörüntüləri əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-629/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-629/2024
10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver