Məhkəmə qərarları › İş №1(101)-63/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-63/2020

10.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-63/2020 10.01.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu Hakimlər Abasov Əliövsəd Məzahir oğlu və X2 ibarət tərkibdə Məhkəmə iclas katibləri - X35 və X15 Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndələri- Nümayəndə və X5, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər kollegiyası fərdi fəaliyyət göstərən vəkillər Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1989-cu il tarixdə Ağstafa rayonunun Q.Kərəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətən-daşı, evli, himayəsində iki azyaşlı övladı olan, ali təhsilli, Bakı şəhəri Zərərçəkmiş şəxs MMC-nin marketinq şöbəsinin mütəxəssis-xxxxxxxxxxxxxi vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Qazax rayonunun Q.Kərəm kəndində daimi qeydiyyatda olmaqla ünvan 1 mənzil 102 ünvanda yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş külli miqdarda özgə əmlakını vahid qəsdlə mənimsəmə yolu ilə talamışdır. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2014-cü il tarixdən xx xxxxxx 2018-ci il tarixədək Zərərçəkmiş şəxs MMC-nin marketinq şöbəsinin mütəxəssis-xxxxxxxxxxxxxi vəzifəsində işləyərkən həmin cəmiyyətlə aralarında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 14/83 saylı Əmək müqaviləsi və eyni tarixli Tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən o cümlədən ticarət markası (brend) üzrə məhsullarının satış, istehsalat və loqistika (daşıma) işlərini əlaqələndirməli, peşəkar menecer fəaliyyəti üzrə rəhbərlik tərəfindən verilən digər əlavə vəzifə və tapşırıqları yerinə yetirməli; xxxxxxxxxxin ona verdiyi əmlaka (avadanlığa) qayğı ilə yanaşmaq və ona vurulan zərərin qarşısını almaq üçün bütün zəruri olan tədbirləri görmək; xxxxxxxxxxin ona verdiyi əmlakın (avadanlığın) salamatlığının təmin olunmasına təhlükə törədən bütün hallar haqqında xxxxxxxxxxə müəyyən olunmuş qaydada və vaxtında yazılı surətdə məlumat vermək; xxxxxxxxxxin ona verdiyi əmlakın (avadanlığın) müntəzəm surətdə uçotunda iştirak etmək, əmlakın (avadanlığın) hərəkəti barəsində xxxxxxxxxxə müəyyən olunmuş qaydada hesabatlar tərtib və təqdim etmək, bununla yanaşı ona MMC-nin rəhbərliyi tərəfindən xx xxxx 2017-ci il tarixli etibarnamə əsasında «X50» MMC-nə satılmış kolbasa məhsullarına görə nağd pul vəsaitini həmin MMC-dən alıb Zərərçəkmiş şəxs MMC-nin xəzinəsinə təhvil vermək və digər səlahiyyətlərə malik məsul şəxs olmaqla öz qulluq mövqeyindən istifadə edib ona etibar olunmuş özgə əmlakını vahid qəsdlə talama məqsədilə Zərərçəkmiş şəxs MMC-nin ünvan 2 ünvanda yerləşən anbarından onun öhdəsi üzrə xx xxxx 2017-ci il tarixdən xx xxx 2018ci il tarixədək olan müddət ərzində həmin cəmiyyət tərəfindən ümumilikdə 709548,71 (yeddi yüz doqquz min beş yüz qırx səkkiz manat, yetmiş bir qəpik) manat dəyərində “xxxxxxxxxxxx” markalı çeşidlər üzrə kolbasa məhsulları satış üçün Bakı şəhəri və respublikanın müxtəlif rayonlarının ərazisində yerləşən «X50» MMC-nin marketlərinə 709548,71 manat dəyərində təhvil verilmiş və qeyd edilən dövrdə qarşılıqlı öhdəliklər üzrə “mal alan tərəf” kimi «X50» MMC tərəfindən Zərərçəkmiş şəxs MMC-nin xəzinəsinə ödənilməsi üçün Təqsirləndirilən şəxs və sonuncunun tabeçiliyində olmuş işçilər tərəfindən xx xxxxxx 2017-ci il tarixli, **********28 saylı kassa məxaric orderi ilə 10000 (on min) manat, xx xxxxxxx 2017-ci il tarixli **********35 saylı kassa məxaric orderi ilə 10000 (on min) manat, xx xxxxxx 2017-ci il tarixli **********40 saylı kassa məxaric orderi ilə 20000 (iyirmi min) manat, xx xxxxxx 2017-ci il tarixli **********41 saylı kassa məxaric orderi ilə 50000 (əlli min) manat, xx xxxxxx 2017-ci il tarixli **********44 saylı kassa məxaric orderi ilə 30000 (otuz min) manat, xx xxxxxx 2017-ci il tarixli **********51 saylı kassa məxaric orderi ilə 30000 (otuz min) manat, xx xxxxxx 2018-ci il tarixli **********28 saylı kassa məxaric orderi ilə 50000 (əlli min) manat, xx xxxxxx 2018-ci il tarixli **********29 saylı kassa məxaric orderi ilə 20000 (iyirmi min) manat, xx xxxxxx 2018-ci il tarixli **********32 saylı kassa məxaric orderi ilə 20000 (iyirmi min) manat, xx xxxxxx 2018-ci il tarixli **********34 saylı kassa məxaric orderi ilə 30000 (otuz min) manat, xx xxxxxx 2018-ci il tarixli **********38 saylı kassa məxaric orderi ilə 35000 (otuz beş min) manat, xx xxxxxx 2018-ci il tarixli **********39 saylı kassa məxaric orderi ilə 15000 (on beş min) manat, xx xxxx 2018-ci il tarixli **********41 saylı kassa məxaric orderi ilə 16000 (on altı min) manat, xx xxxx 2018-ci il tarixli **********44 saylı kassa məxaric orderi ilə 35000 (otuz beş min) manat xx xxxx 2018-ci il tarixli **********45 saylı kassa məxaric orderi ilə 30000 (otuz min) manat, xx xxxx 2018-ci il tarixli **********46 saylı kassa məxaric orderi ilə 6000 (altı min) manat, xx xxxxx 2018-ci il tarixli **********48 saylı kassa məxaric orderi ilə 20000 (iyirmi min) manat, xx xxxxx 2018-ci il tarixli **********48 saylı kassa məxaric orderi ilə 20000 (iyirmi min) manat, xx xxxxx 2018-ci il tarixli **********49 saylı kassa məxaric orderi ilə 15000 (on beş min) manat, xx xxxxx 2018-ci il tarixli **********50 saylı kassa məxaric orderi ilə 28000 (iyirmi səkkiz min) manat və xx xxx 2018-ci il tarixli **********56 saylı kassa məxaric orderi ilə 80000 (səksən min) manat olmaqla - cəmi 570000 (beş yüz yetmiş min) manat pulu qəbul edilərək, həmin puldan Zərərçəkmiş şəxs MMC-nin xəzinəsinə xx xxxxxxxx 2017-ci il tarixli mədaxil qəbzi ilə 17500 (on yeddi min beş yüz) manat, xx xxxxxx 2018-ci il tarixli mədaxil qəbzi ilə 20500 (iyirmi min beş yüz) manat, xx xxxx 2018-ci il tarixli mədaxil qəbzi ilə 170000 (yüz yetmiş min) manat, xx xxxxx 2018-ci il tarixli mədaxil qəbzi ilə 27000 (iyirmi yeddi min) manat - cəmi 235000 (iki yüz otuz beş min) manat məbləğində vəsait Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs MMC-nin xəzinəsinə ödənilmiş, bununla yanaşı həmin dövrdə «X50» MMC-nə satılmış “xxxxxxxxxxxx” adlı çeşidlər üzrə satılmış kolbasa məhsullarına görə Təqsirləndirilən şəxs tabeçiliyində olmuş işçilər tərəfindən xx xxxx 2018-ci il tarixli 003572 saylı ödəniş qəbzinə əsasən 7000 (yeddi min) manat, xx xxxxxx 2018-ci il tarixli 004807 saylı ödəniş qəbzinə əsasən 28000 (iyirmi səkkiz min) manat, xx xxx 2018-ci il tarixli 001780 saylı ödəniş qəbzinə əsasən 47000 (qırx yeddi min) manat xx xxxxxx 2018-ci il tarixdə müvafiq olaraq 11100 (on bir min bir yüz) manat, 6800 (altı min səkkiz yüz) manat və 10100 (on min bir yüz) manat məbləğlərində olmaqla- cəmi 110000 (yüz on min) manat pul vəsaiti Zərərçəkmiş şəxs MMC-nin xəzinəsinə ödənilmiş və beləliklə qeyd edilən dövrdə cəmi 345000 (üç yüz qırx beş min) manat məbləğində pul vəsaiti nağd qaydada Zərərçəkmiş şəxs MMC-nin xəzinəsinə ödənilmiş, qalan 225000 (iki yüz iyirmi beş min) manat məbləğində pul vəsaiti isə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs MMC-nin xəzinəsinə təhvil verilməyərək onun tərəfindən şəxsi ehtiyaclarına xərclənməklə ona etibar edilmiş külli miqdarda özgə, Zərərçəkmiş şəxs MMC-nin əmlakını öz qulluq mövqeyindən istifadə edib vahid qəsdlə mənimsəməklə talamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək həmçinin öz ifadəsini yazılı qaydada da təqdim etməklə göstərdi ki, Qazax rayonunun Q.Kərəm kəndində daimi qeydiyyatda olsa da, uzun müddətdir ki, öz ailə üzvləri ilə birlikdə ünvan 1 mənzil 102 ünvanda yaşayır. Ona qarşı irəli sürülmüş ittihamla bağlı bildirmək istəyir ki, barəsində olan cinayət işi çox qısa müddətə bağlanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Ona qarşı verilmiş ittihama görə o, Zərərçəkmiş şəxs MMC-yə məxsus 335000 AZN pulu mənimsəməkdə təqsirləndirilir. Bununla bağlı bildirmək istəyir ki, ona elan olunan ittihamla qəti şəkildə razı deyil. İlkin araşdırma zamanı 240000 AZN pulu mənimsədiyi məzmununda izahatını isə Zərərçəkmiş şəxs MMC-nin rəhbərliyinin xahişi və istəyi ilə “narahat olma sənə heç bir problem olmayacaq” sözlərinə inanıb yazmışdır. Belə hesab edir ki, ona qarşı irəli sürülmüş ittihamın sona qədər səhv olduğu öz təsdiqini tapır. Belə ki, o, Zərərçəkmiş şəxs MMC-də 2014-cü ilin avqust ayında deyil, 2011-ci ilinin sentyabr ayının 1-dən etibarən fəaliyyətə başlamışdır. 2018-ci ilin may ayının 15-də işdən çıxmaq üçün müəssisə rəhbərliyinə ərizə yazmış, may ayının 25-dən etibarən Zərərçəkmiş şəxs MMC-yə işə getməmiş, həmin ilin iyun ayının birindən etibarən başqa müəssisədə fəaliyyətə başlamışdır. Zərərçəkmiş şəxs MMC-də yeddi illik fəaliyyəti dövründə “Araşdırma qrup meneceri”, “xxxxxxxxxxxxx”, “Marketinq meneceri” “Ət məhsulları layihə rəhbəri” və “X4” vəzifələrində çalışmışdır. Sonuncu vəzifəsi “Ət məhsulları layihə rəhbəri” olmuşdur. Həmin vəzifədə onun tabeçiliyində 450 nəfər işçi olmuşdur. MMC-də ət məhsulları istehsal sahəsində istehsal olunan “Rosko” “Dadım” və “xxxxxxxxxxxx” kolbasa məhsullarının istehsalı, satış və marketinq proseslərində planlaşdırma, təşkil etmə, koordinasiya və nəzarət funksiyalarının yerinə yetirilməsinə cavabdeh şəxs onun özü olmuşdur. Yalnız 2014-cü ilin avqust ayında “xxxxxxxxxxxxx” kimi onun vəzifəsi rəsmiləşdirilmişdir. Həmin MMC-də fəaliyyət göstərdiyi yeddi il ərzində bu fəaliyyətin altı ilini ət məhsulları-kolbasa məhsulları sahəsində çalışmışdır. Kolbasa məhsulları quruyub çəki itirən məhsullar olduğu üçün onun özündən əvvəl və özü işlədiyi dövrdə də, MMC-yə məxsus satış anbarında və satış nümayəndələrinə məxsus yük avtomobillərində hər ay 5000-10000 AZN arası əskiyin yaranması adi və normal hal hesab edilmişdir. Məhz bu səbəbə görə nə müəssisə rəhbərliyi də ki, onun özü heç vaxt tam maddi məsuliyyət haqqında müqavilə imzalanmasına təşəbbüs göstərməmiş və o, heç vaxt “tam maddi məsuliyyət haqqında” müqavilə və ya sənədə imza atmamışdır. Ona qarşı irəli sürülmüş ittiham üzrə MMC-nin anbarından həmin firmanın satış nümayəndələri- X6, X23, Şahid2, X36, X27, X29, X19 vasitəsilə xx xxxx 2017-ci il tarixdən etibarən xx xxx 2018-ci il tarixinədək anbardan çıxış fakturalarının dəqiq sayları göstərilməklə mütəmadi olaraq və cəmi 709548 AZN dəyərində müxtəlif adla kolbasa məhsullarının çıxarılaraq “X50” MMC-nin marketlərinə təhvil verildiyi iddia olunur. Bununla bağlı qeyd etmək istəyir ki, yuxarıda adları çəkilən şəxslərin əksəriyyəti 2018-ci ilin yanvar ayınadək MMC-nin ümumiyyətlə işləməmiş, həmin şəxslərin bəzilərini MMC-də işləmək üçün həmin ilin yanvar ayında onun özü dəvət etmiş və onun ərizəsi əsasında həmin şəxslər işə götürülmüşlər. Belə olan halda əvvəlki illərdə Zərərçəkmiş şəxs MMC-ni ümumiyyətlə tanımayan, həmin müəssisədə işləməyən şəxslər həmin MMC-nin anbarından satışa mal çıxara bilməzdilər. Ona qarşı irəli sürülmüş ittihamda faktiki olaraq həmin MMC-də fəaliyyət göstərməyən şəxslərin 709548 AZN miqdarında mal götürdüklərini təsdiqləyən “Anbar çıxış fakturaları” məhkəməyə təqdim olunmuşdur. Lakin, həmin satış nümayəndələrinin 709548 AZN dəyərində məhsulu haraya, nə vaxt, şansı miqdarda satıldığını təsdiq edə biləcək sənədlər təqdim olunmamış, MMC-nin satış nümayəndələrinin götürdükləri məhsulları “xxx” marketlərə satdığını göstərə bilən qaimə-fakturalar təqdim olunmamışdır. Belə hesab edir ki, ona qarşı irəli sürülmüş ittihamın mahiyyəti səhvdir. Belə ki, onun satışla bağlı 570000 AZN pulu qəbul edib, həmin puldan 235000 AZN ödədiyi, hesabından 5854 AZN endirimli mal qiyməti edildiyi, anbara 31828 AZN dəyərində mal qaytarıldığı, eləcə də MMC-nin marketlərdə 101865 AZN mal qalığı olması, 335000 AZN pulu isə onun tərəfindən mənimsədiyi iddia olunur. Lakin, həmin hesablamaları təsdiq edə biləcək hər-hansı bir rəsmi sənəd təqdim olunmamış, həmin hesablamaların nəyə əsaslandığı ümumiyyətlə məlum deyil. Onu da bildirmək istəyir ki, o zaman müəssisədə 600 nəfər satış nümayəndəsi fəaliyyət göstərmişdir. Onun özü işdən çıxanadək heç bir satış nümayəndəsinə MMC-nin hal-hazırda istintaqa təqdim etdiyi mədaxil qəbzlərindən verilməmiş, yəni MMC-nin təqdim etdiyi tipdə mədaxil qəbzlərindən ümumiyyətlə istifadə edilməmişdir. Belə hesab edir ki, istintaqa və məhkəməyə təqdim olunmuş, yəni onun tərəfindən MMC-tə 235000 AZN ödədiyini göstərən mədaxil qəbzləri real ödəmələri və real tarixləri əks etdirmir. Həmin mədaxil qəbzləri sonradan, yəni müəssisənin istədiyi formada, 2018-ci ilin iyul ayında hazırlanmış və Korrupsiyaya qarşı Mübarizə Baş Baş İdarəsinə təqdim olunmuşdur. Onu da bildirmək istəyir ki, Zərərçəkmiş şəxs MMC-nin iddia etdiyi kimi hər hansı bir ticarət nöqtəsinə 709548 AZN dəyərində məhsul satılıbsa, müəssisənin ticarət nöqtələri ilə işləmə siyasətinə əsasən 50000-55000 AZN məbləği, həmin ticarət nöqtəsinin MMC-yə ödədiyi puldan faiz şəklində, yəni 709548 AZN-nin 7 faizi, yəni 50000 AZN geri ödənilməli və ticarət nöqtəsində işin inkişafına xərclənməli, yəni ticarət nöqtəsinin rəhbərliyinə və ya ticarət nöqtələrindəki satıcılara verilməli idi. İstintaq zamanı Zərərçəkmiş şəxs MMC-nin kassiri Şahid1 öz ifadəsində mütəmadi olaraq ondan pul qəbul etdiyini və ona qəbzlər verdiyini bildirmişdir. Əslində isə Nərmin yalnız müəssisə rəhbərliyinin dediklərini söyləmişdir. Lakin, əslində onun özü heç vaxt həmin kassirə və ya digər kassirlərə pul verməmiş, ödəməni onun tabeçiliyində olmuş işçilər həyata keçirmişlər. Onu da bildirmək istəyir ki, onun özünə və eləcə də tabeçiliyində olan digər işçilərə istintaqa təqdim olunmuş tipdə mədaxil qəbzləri verilməmişdir. Onu da qeyd etmək istəyir ki, işdə satış nümayəndəsi Şahid2 ifadəsində 2017-ci ilin əvvəllərindən əmək müqaviləsi ilə işə başladığını qeyd edilib. Əslində isə Şahid2 2018-ci ilin yanvar ayında onun özünün razılığı əsasında işə götürülmüşdür. Şahid2 istifadəsində göstərmişdir ki, hər gün anbardan məhsul götürür, götürdüyü məhsula görə anbardan ona «Anbardan çıxış fakturası” təqdim edir. Həmin sənəddə «Təhvil verdi» qrafasına anbardar, «Təhvil aldı» qrafasına özü imza edir, sonra isə anbardan götürdüyü məhsulları “xxx” marketlərə təhvil verir. Həmin proses gündəlik olaraq həyata keçirilir. Lakin, ona qarşı irəli sürülmüş ittihama əsasən Şahid2 2017-ci il iyul ayından etibarən 2018-ci il iyun ayınadək hər ay yalnız ayda bir dəfə olmaqla 11 faktura ilə cəmi 190670 AZN dəyərində anbardan məhsul çıxarmış olduğu göstərilmişdir. Ona qarşı irəli sürülmüş ittihamda digər satış nümayəndələrinin də Şahid2 kimi izahat verdikləri göstərilmiş, anbardarın da ifadəsində 709548 AZN dəyərində məhsulun satış nümayəndələrinə verdiyi, anbardan çıxış fakturalarına onun imza atdığı ifadəsində göstərilmişdir. Bununla bağlı tam əminliklə bildirmək istəyir ki, anbardan çıxışı fakturaları sənədləri 2018-ci ilin iyul ayında hazırlayıb, anbardar və satış nümayəndələrinə imzalatdırmışlar. Onu da bildirmək istəyir ki, Zərərçəkmiş şəxs MMC hüquqi şəxsdir və bütün alıq-satqı əməliyyatları, maliyyə əməliyyatları və sairə qarşılıqlı «alqı-satqı» müqavilələri əsasında, satılan məhsullara görə miqdarından asılı olaraq Vergilər Nazirliyinə vergi və hesabatlar verməklə həyata keçirilir. Yəni Zərərçəkmiş şəxs MMC-nin «X50» MMC-nə 709548 AZN dəyərində kolbasa məhsulu satdığı, həmçinin «X50» MMC tərəfindən 570000 AZN məbləğində pul ödəyib-ödəmədiyini dəqiqləşdirmək üçün Vergilər Nazirliyinə müraciət edilməli idi. Belə hesab edir ki, Zərərçəkmiş şəxs MMC tərəfindən istintaqa təqdim edilmiş sənədlər həqiqəti əks etdirmir. Ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli hesab etmir. Belə hesab edir ki, ona qarşı irəli sürülmüş ittiham üzrə xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək olan dövrdə ümumilikdə "Zərərçəkmiş şəxs" MMC tərəfindən «X50» MMC-nin marketlərinə cəmi 709548 manat 71 qəpik dəyərində kolbasa məhsullarının verildiyi barədə adlarını göstərdiyi satış nümayəndələrinin adlarına tərtib olunmuş anbardan çıxış fakturaları saxtadır. Belə ki, «X50» MMC-nə həmin fakturalarda göstərilmiş kolbasa məhsulları, yəni “Rosko” markalı “krakovskaya” kolb çəki, “lyubitelskaya” kolb çəki, “lyubitelskaya sinyuqa” kolb, “Oxotniçiy” kolb çəki, “servelat”, “servelat” zakaz və digər çeşidlərdə kolbasa məhsullarının heç vaxt verilməmişdir. Yuxarıda qeyd etdiyi kimi həmin MMC-yə yalnız «xxxxxxxxxxxx» kolbasa çeşidlərinin satılmışdır. Həmin məhsulların dəyəri işçilərə ödənildikdən sonra Zərərçəkmiş şəxs MMCnin kassasına mədaxil edilmişdir. İşlədiyi dövrdə o, Zərərçəkmiş şəxs MMC-də hər-hansı məbləğdə pulu mənimsəməmişdir. Məhsulun satışı ilə bağlı onun özü birbaşa olaraq pul almamış, həmçinin mağazalara pul təhvil verməmişdir. Onun rəhbərliyi ilə «X50» MMC-yə kolbasa məhsullarından yalnız «xxxxxxxxxxxx» çeşidli məhsullar satılmışdır. Həmin məhsulların dəyəri tabeçiliyində olmuş işçilərə «X50» MMC tərəfindən ödənildikdən sonra Zərərçəkmiş şəxs MMC-nin kassasına mədaxil edilmişdir. Zərərçəkmiş şəxs MMC-nin rəhbərliyi tərəfindən ona alıcıların marketlərindən pulların qəbul edilərək xəzinəyə ödənilməsi işi də həvalə olunmuş və bununla bağlı ona etibarnamə də verilmişdir. Lakin, əksər hallarda pulları satış nümayəndələri qəbul edərək xəzinəyə özləri təhvil vermişlər. Belə hesab edir ki, işlədiyi dövrədə şəxsən onun özü və tabeçiliyində olmuş işçilər tərəfindən «X50» MMC-nin marketlərindən qəbul edilmiş pullar tam halda Zərərçəkmiş şəxs MMC-nin kassasına ödənilmişdir. İş üzrə istintaq zamanı o, alınmış pulların onun tərəfindən tam olaraq Zərərçəkmiş şəxs MMC-nin kassasına ödənilmədiyini öhdəsində 335000 manat deyil, cəmi 210000 manat çatışmazlığın olduğunu bildirmişdir. Bununla bağlı müstəntiq tərəfindən ona qarşı təzyiqlər olmamışdır. Bir daha bildirir ki, onun özü Zərərçəkmiş şəxs MMC-yə məxsus hər-hansı məbləğdə pulu mənimsəməmişdir. 2018-ci ilin may ayında o, Zərərçəkmiş şəxs MMC-də işləməkdən imtina edib başqa yerə işə getdiyinə görə həmin MMC-nin rəhbərliyi tərəfindən ona qarşı qərəzli mövqe tutularaq guya ki, onun 335000 manat məbləğində pulu mənimsədiyi barədə qəsdən saxta sənədləşmə aparılaraq istintaqa verilmişdir. Yuxarıda qeyd etdiyi kimi Zərərçəkmiş şəxs MMC-də işlədiyi dövrdə yəni 2014-cü ilin avqust ayında onun özü rəsmi qaydada satış şöbəsinin «xxxxxxxxxxxxxi» vəzifəsinə təyin olunmuşdur. xxxxxxxxxxxxx kimi onun əsas vəzifəsi ticarət markasının, brendin, yəni ət məhsullarının texnoloji xüsusiyyətlərini öyrənmək, həmin malların bazarını, yəni real alıcıları təhlil etmək, digər bölmələrlə birgə həmin məhsulların çeşidlər üzrə optimal satış qiymətlərini müəyyən etmək, həmin malların reklamını və s. təşkil edərək MMC-nin rentabelli işləməsi üçün müvafiq proqnozlaşdırma işləri aparmaqdan, həmçinin satışın təşkil edilməsindən ibarət olmuşdur. Alıcılardan pul vəsaitlərini birbaşa qəbul edərək Zərərçəkmiş şəxs MMC-nin xəzinəsinə mədaxil edilməsi işi onun vəzifə funksiyalarına aid olmamış və bu əmək müqaviləsində də nəzərdə tutulmamışdır. Həmin işi satış nümayəndələri həyata keçirməli olmuşdur. Bir daha bildirir ki, Zərərçəkmiş şəxs MMC-də işlədiyi müddət ərzində «X50» MMC-yə kolbasa məhsullarından yalnız «xxxxxxxxxxxx» brendinin kolbasa və sosis məhsulları satılmışdır. «X50» MMC-yə ona qarşı irəli sürülmüş ittiham üzrə qaimələrdə göstərilmiş məhsullar, yəni «Rosko» markalı, «Krakovskaya», «Lyubitelskaya», «Ustdad servelat premium», «Dadım» markalı və digər marka və çeşidli kolbasa məhsulları heç vaxt satılmamışdır. Yəni ona qarşı irəli sürülmüş ittiham üzrə guya ki, xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018ci il tarixədək olan müddət ərzində “Zərərçəkmiş şəxs" MMC-nin anbarından «X50» MMCyə cəmi 709548 manat 71 qəpik dəyərində həmin qaimələrdə qeyd edilən kolbasa məhsullarının təhvil verildiyi tam əsassızdır və belə hesab edir ki, həmin qaimələr saxtadır. Həmin qaimələrdə göstərilmiş məhsullar, yəni «Rosko» markalı, «Krakovskaya» və sairə kimi ona qarşı irəli sürülmüş ittiham üzrə qaimələrdə göstərilmiş kolbasa məhsullarının hər hansı biri «X50» MMC-yə satılmamış və bunu satış nümayəndələri də təsdiq edə bilər. Həmçinin belə hesab edir ki, onun özü və tabeçiliyində olan işçilər tərəfindən «X50» MMCdən həqiqətən 570000 manat məbləğində pul alındığı və həmin puldan cəmi 235000 manat pulun “Zərərçəkmiş şəxs" MMC-nin xəzinəsinə təhvil verildiyi barədə tərtib edilmiş kassa mədaxil qəbzləri həqiqəti əks etdirmir. “Zərərçəkmiş şəxs" MMC tərəfindən istintaqa təqdim edilmiş həmin kassa mədaxil qəbzlərindən heç vaxt istifadə edilməmişdir. Həmin kassa mədaxil qəbzələrində onun özünün və yaxud tabeçiliyində olmuş işçilər tərəfindən heç bir imza edilməmişdir və belə hesab edir ki, həmin qəbzlər də saxta yolla hazırlanıb istintaqa təqdim edilmişdir. Bəzi hallarda o, «X50» MMC-dən aldığı pulları xəzinəyə ödənilməsi üçün tabeçiliyində olmuş işçilərə vermişdir. İşçiləri isə onlara verdiyi pulları Zərərçəkmiş şəxs MMC-nin kassasına köçürmələrini onun özü MMC-nin kompüter sistem bazasında mütəmadi olaraq yoxlamışdır. Onun işçilərə ödəniş üçün verdiyi bütün pullar MMC-nin kassasına köçürülüb. MMC-nin kompüter sistem bazasında olan məlumatlar bağlı sənədlər onun özündə qalmamışdır. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin materiallarında olmaqla aşağıda qeyd edilən sənədlər üzrə, yəni «X50» MMC-nin marketlərinə təhvil verilmiş «xxxxxxxxxxxx» kolbasa çeşidləri ilə bağlı marketlərdən xx xxxxxx 2017-ci il tarixli (**********28 saylı) kassa məxaric orderi ilə 10000 manat, (cild 1, iş vər. 75), xx xxxxxxx 2017-ci il tarixli (**********35 saylı) kassa məxaric orderi ilə 10000 manat, (cild 1, iş vər. 76) və xx xxxxxx 2017-ci il tarixli (**********40 saylı) kassa məxaric orderi ilə 20000 manat (cild 1, iş vər. 77) pulun onun özü və yaxud tabeçiliyində olmuş işçilər tərəfindən alınmadığı və həmin sənədlərin onlar tərəfindən imzalanmadığını, xx xxxxxx 2017-ci il tarixli (**********41 saylı) kassa məxaric orderi ilə 50000 manat, (cild 1, iş vər. 78) pulun onun özü tərəfindən, xx xxxxxx 2017-ci il tarixli (**********44 saylı) kassa məxaric orderi ilə 30000 manat, (cild 1, iş vər. 79) pulun, xx xxxxxx 2017-ci il tarixli (**********51 saylı) kassa məxaric orderi ilə 30000 manat, (cild 1, iş vər. 80) pulun və xx xxxxxx 2018-ci il tarixli (**********28 saylı) kassa məxaric orderi ilə 50000 manat, (cild 1, iş vər. 81) pulun tabeçiliyində olan işçilər tərəfindən alındığını, xx xxxxxx 2018-ci il tarixli (**********29 saylı) kassa məxaric orderi ilə 20000 manat, (cild 1, iş vər. 82) pulun onun özü və yaxud tabeçiliyində olmuş işçilər tərəfindən alınmadığı və həmin sənədlərin onlar tərəfindən imzalanmadığını, xx xxxxxx 2018-ci il tarixli (**********32 saylı) kassa məxaric orderi ilə 20000 manat, (cild 1, iş vər. 83) pulun onun tərəfindən alındığını, xx xxxxxx 2018-ci il tarixli (**********34 saylı) kassa məxaric orderi ilə 30000 manat, (cild 1, iş vər. 84) pulun onun özü və yaxud tabeçiliyində olmuş işçilər tərəfindən alınmadığı və həmin sənədlərin onlar tərəfindən imzalanmadığını, xx xxxxxx 2018-ci il tarixli (**********38 saylı) kassa məxaric orderi ilə 35000 manat, (cild 1, iş vər. 85) pulun, xx xxxxxx 2018-ci il tarixli (**********39 saylı) kassa məxaric orderi ilə 15000 manat, (cild 1, iş vər. 86) pulun, xx xxxx 2018-ci il tarixli (**********41 saylı) kassa məxaric orderi ilə 16000 manat, (cild 1, iş vər. 87) pulun, xx xxxx 2018-ci il tarixli (**********44 saylı) kassa məxaric orderi ilə 35000 manat, (cild 1, iş vər. 88) pulun, xx xxxx 2018-ci il tarixli (**********45 saylı) kassa məxaric orderi ilə 30000 manat, (cild 1, iş vər. 89) pulun və xx xxxx 2018-ci il tarixli (**********46 saylı) kassa məxaric orderi ilə 6000 manat, (cild 1, iş vər. 90) pulun onun özü və tabeçiliyində olmuş işçilər tərəfindən alındığını, xx xxxxx 2018-ci il tarixli (**********48 saylı) kassa məxaric orderi ilə 20000 manat, (cild 1, iş vər. 91) pulun onun özü və yaxud tabeçiliyində olmuş işçilər tərəfindən alınmadığı və həmin sənədlərin onlar tərəfindən imzalanmadığını, xx xxxxx 2018-ci il tarixli (**********48 saylı) kassa məxaric orderi ilə 20000 manat, (cild 1, iş vər. 92) pulun, xx xxxxx 2018-ci il tarixli (**********49 saylı) kassa məxaric orderi ilə 15000 manat, (cild 1, iş vər. 93) pulun, xx xxxxx 2018-ci il tarixli (**********50 saylı) kassa məxaric orderi ilə 28000 manat (cild 1, iş vər. 94) pulun və xx xxx 2018-ci il tarixli (**********56 saylı) kassa məxaric orderi ilə 80000 manat (cild 1, iş vər. 95) pulun onun özü və tabeçiliyində olmuş işçilər tərəfindən alındığını bildirmişdir. Beləliklə, satılmış kolbasa məhsullarına görə 570000 manat məbləğində deyil, təxminən cəmi 460000 manat məbləğində pulun «X50» MMC-nin marketlərindən onun özü və yaxud tabeçiliyində olmuş işçilər N.Nağıyev və Xəqani Həsənov tərəfindən qəbul edilmiş və onlar tərəfindən həmin pullar "Zərərçəkmiş şəxs" MMC-nin kassasına ödənilmişdir. Belə hesab edir ki, ona qarşı qərəzli hərəkətlər edilərək onun özü və tabeçiliyində olmuş işçilər tərəfindən «X50» MMCnin marketlərindən alınaraq ödənilmiş pullar üzrə kassa mədaxil orderləri "Zərərçəkmiş şəxs" MMC-nin məsul işçiləri tərəfindən istintaqa və və yaxud məhkəməyə tam təqdim edilməmişdir. 2018-ci ilin iyun ayında "Zərərçəkmiş şəxs" MMC-nin rəhbərliyi tərəfindən dəvət olunmuş auditor tərəfindən onun öhdəsinə həvalə edilmiş kolbasa məhsullarının satışı ilə bağlı sənədli yoxlama aparılmış və onun özü də həmin yoxlamada iştirak edərək yoxlama aktını imzalamışdır. Auditor tərəfindən aparılmış yoxlama zamanı onun hesabında 335000 manat çatışmazlıq yarandığı göstərilmişdir. O zaman o, həmin aktla tam razılaşmayaraq onun öhdəsində həmin məbləğdə deyil, cəmi 210000 manat çatışmazlığın olduğunu bildirmişdir. İş üzrə aparılmış ibtidai istintaq zamanı müstəntiq tərəfindən dindirilən zaman bir nəfər vəkil onun müdafiəçisi qismində iştirak etmişdir. İstintaq zamanı verdiyi ifadələrində o, öz öhdəsində 335000 manat deyil, təxminən cəmi 240000 manat məbləğində çatışmamazlıq olduğunu və həmin məbləğdə pulu öz ehtiyaclarına xərclədiyi demişdir. Hal-hazırda o, istintaq zamanı verdiyi ifadələri təsdiq etmir. Həmin etirafedici ifadələri o zaman Zərərçəkmiş şəxs MMC-nin rəhbərliyi tərəfindən ona təzyiq olduğuna görə vermişdir. İş üzrə məhkəmədə verdiyi ifadələr tam doğrudur. Bir daha bildirir ki, "Zərərçəkmiş şəxs" MMC-də işlədiyi müddət ərzində o, hər-hansı bir məbləğdə pulu mənimsəməmişdir. Onu da bildirmək istəyir onun "Zərərçəkmiş şəxs" MMC-nə məxsus pul vəsaitlərini mənimsəmək məqsədi olmamış və hər-hansı bir məbləğdə pulu mənimsəməmişdir. Ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli hesab etmir və işə düzgün baxılıb barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini əməlini törətməkdə təqsirli olması o, özünü hər-hansı bir cinayət əməli törətməkdə təqsirli bilməməsinə baxmayaraq işin işin faktiki hallarına uyğun olmaqla onun özünün mahiyyəti üzrə qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, ekspertiza rəyləri, sənədlər və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi- Nümayəndə çıxış edərək bildirdi ki, Zərərçəkmiş şəxs MMC hüquqi şəxsdir Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsində xx xxxxx 2000-ci ildə dövlət qeydiyyatına alınmışdır. Sonradan həmin MMC yenidən Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində xx xxxxxxx 2017-ci il tarixdə yenidən qeydiyyata alınmışdır. Zərərçəkmiş şəxs MMC-nə ********** VÖEN qeydiyyat nömrəsi üzrə ********** olan vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Zərərçəkmiş şəxs MMC əsasən qida məhsullarının, yəni müxtəlif çeşidli kolbasa məhsullarının topdan satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs xx xxxxxx 2014-cü il tarixdən xx xxxxxx 2018-ci il tarixədək Zərərçəkmiş şəxs MMC-nin marketinq şöbəsinin mütəxəssis-xxxxxxxxxxxxxi vəzifəsində işləmişdir. Həmin işə təyin olunan zaman xx xxxxxx 2014-cü il tarixdə onunla Əmək müqaviləsi və Tam maddi məsuliyyət haqqında müqavilələr bağlanmış və həmin sənədlər istintaqa təqdim edilmişdir. 2018-ci ilin iyun ayında MMC-yə dəvət edilmiş rəsmi auditor tərəfindən Zərərçəkmiş şəxs MMC-nin rəhbərliyi, baş mühasibi, audit şöbəsinin müdirinin və həmçinin Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun fəaliyyəti sənədli yoxlanılmışdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, 2017-ci ilin iyul ayından xx xxxx 2018-ci il tarixədək olan dövrdə satış üzrə nümayəndələr tərəfindən «X50» MMC-nin marketlərinə ümumilikdə "Zərərçəkmiş şəxs" MMC tərəfindən «X50» MMC-nin marketlərinə faktiki olaraq cəmi 709548 manat 71 qəpik dəyərində kolbasa məhsulları verilmiş, Təqsirləndirilən şəxs tərəfindən «X50» MMC-nin marketlərindən 570000 manat pul qəbul edildiyi halda, sonuncu tərəfindən cəmi 235000 manat pul "Zərərçəkmiş şəxs" MMC-nin xəzinəsinə ödənilmişdir. Satılmış mallara endirim, anbara qaytarılmış malların qiyməti və mal qalığı da nəzərə alınmaqla son nəticədə Təqsirləndirilən şəxs öhdəsində cəmi 335000 manat məbləğində çatışmamazlıq olduğu müəyyən edilmişdir. Belə hesab edir ki, Təqsirləndirilən şəxs həmin məbləğdə pulu "Zərərçəkmiş şəxs" MMC-nin xəzinəsinə ödəməyərək mənimsəmişdir. Onu da bildirmək istəyir ki, ilkin araşdırma zamanı və həmçinin istintaq zamanı Təqsirləndirilən şəxs öhdəsində çatışmamazlıq olduğunu və cəmi 210000 manat pulu mənimsədiyini etiraf etmişdir. Belə hesab edir ki, «X50» MMC-nin marketlərinə təhvil verilmiş kolbasa məhsulları üzrə satış nümayəndələrinin adlarına tərtib edilməklə istintaqa təqdim edilmiş fakturalarda texniki səhvlərə yol verilərək, həmin dövrdə «X50» MMC-yə «xxxxxxxxxxxx» çeşidləri üzrə kolbasa məhsulları satıldığı halda, həmin fakturalarda «X50» MMC-yə satılmamış digər kolbasa məhsulları qrafalarında qeydlər olmasından istifadə edərək Təqsirləndirilən şəxs məsuliyyətdən yaxa qurtarmaq istəyir. Halbuki istintaqa təqdim edilmiş həmin faktura sənədlərində "Zərərçəkmiş şəxs" MMC-nin satdığı bütün kolbasa çeşidləri və o cümlədən «xxxxxxxxxxxx» çeşidləri üzrə kolbasa məhsullarının nömrələr üzrə adları sadalanmaqla qrafalar üzrə göstərilmişdir. Lakin, qeyd etdiyi kimi həmin fakturalarda müvafiq qraflarda «xxxxxxxxxxxx» çeşidləri qarşısında deyil, səhvən digər kolbasa çeşidləri qarşısında qeydlər aparılmışdır. Onu da bildirmək istəyir ki, istintaqa təqdim edilmiş fakturalar Zərərçəkmiş şəxs MMC-nin mühasibatlığında kompüter sistemində qeydə alınmaqla gündəlik tərtib edilmiş fakturalar deyil, satış nümayəndələrinin adlarına olan ilkin məlumatlar əsasında cəm formada tərtib edilmiş fakturalar olduğuna görə, həmin fakturaların məzmununda və tarixlərində texniki səhvlərə yol verilmişdir. Təqsirləndirilən şəxs öhdəsinə olan, yəni xx xxxx 2017-ci il tarixdən xx xxx 2018-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs MMC tərəfindən «X50» MMC-nə faktiki olaraq satılmış «xxxxxxxxxxxx» çeşidləri üzrə MMC-nin mühasibatlığında kompüter bazasında satış nümayəndələri üzrə fakturalardan bütün çıxarışlar və digər sənədlər onlar tərəfindən məhkəməyə təqdim edilmişdir. Onu da bildirmək istəyir ki, onunla bağlanmış əmək müqaviləsi və həmçinin tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən Təqsirləndirilən şəxs ona etibar edilmiş əmlakın, yəni kolbasa məhsullarının surətdə uçotunda iştirak etmək, hansı məbləğdə və çeşiddə mal satıldığı, həmçinin satılmış məhsula görə pulların alınmasına nəzarət etməli və bu barədə Zərərçəkmiş şəxs MMC-nə müvafiq hesabatlar təqdim etməli olmuşdur. Bundan başqa Zərərçəkmiş şəxs MMC tərəfindən ona ona verilmiş etibarnamə əsasında satışdan əldə edilmiş pulları qəbul edərək onları Zərərçəkmiş şəxs MMC-nin xəzinəsinə təhvil verilməsinə də cavabdeh olmuşdur. Təqsirləndirilən şəxs 2018-ci ilin may ayının sonlarında işdən çıxmış, lakin maddi məsul şəxs olmasına baxmayaraq öhdəsində olan mallara görə təhvil-təslim etməmişdir. Bundan sonra, yəni 2018-ci ilin iyun ayında auditorun iştirakı ilə yoxlama aparılan zaman Təqsirləndirilən şəxs öhdəsində külli məbləğdə çatışmamazlıq olduğunu özü də etiraf etmişdir. Beləliklə hesab edir ki, Zərərçəkmiş şəxs MMC üzrə istintaqa və məhkəməyə həmin sənədlərə və o cümlədən «X50» MMC tərəfindən tərtib və təsdiq edilmiş kassa məxaric orderlərinə əsasən xx xxxx 2017-ci il tarixdən xx xxx 2018-ci il tarixədək olan dövrdə Təqsirləndirilən şəxs tərəfindən «X50» MMC-dən cəmi 570000 manat manat pul qəbul edilərək, həmin puldan Zərərçəkmiş şəxs MMC-nin xəzinəsinə cəmi 235000 manat pul ödənildiyi, qalan 335000 manat məbləğində pulun isə Təqsirləndirilən şəxs tərəfindən mənimsənildiyi təsdiq olunur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirli bilinərək ona ağır cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasınla şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ali təhsilli olmaqla 2013-cü ilin avqust ayından hal-hazıradək Zərərçəkmiş şəxs MMC-də xəzinədar vəzifəsində işləyir. Zərərçəkmiş şəxs MMC qida məhsullarının satışını həyata keçirir. Onun özü «Tam maddi məsuliyyət haqqında» müqaviləyə əsasən cəmiyyətin xəzinəsindəki vəsaitlərə birbaşa cavabdehlik daşıyır. Cəmiyyətin xəzinədarı kimi vəzifəsi cəmiyyətin xəzinəsinə daxil olan pul vəsaitlərini xəzinəyə mədaxil etməkdən və xəzinədəki pul vəsaitlərini müvafiq sənədlər əsasında xəzinədən məxaric etməkdən ibarətdir. Cəmiyyətin anbarından mallar götürən məsul şəxslər məhsulların ödənişini həyata keçirmək üçün cəmiyyətin operatoru tərəfindən onlara verilmiş kassa mədaxil qəbzləri ilə birlikdə ona yaxınlaşırlar. Həmin qəbzdəki məsul şəxsin ödəmək istədiyi pul məbləği qeyd olunur. Onun özü isə həmin qəbzdəki olan məbləğlə məsul şəxsin ona verdiyi pul vəsaitinin düzgün olub-olmamasını yoxlayır. Əgər qəbzdəki məbləğlə pul vəsaiti düz gəlirsə, həmin vərəqəni pulla birlikdə qəbul edərək xəzinəyə mədaxil edir, orderin bir nüsxəsini də məsul şəxsə verir. Onun özü kassir kimi Zərərçəkmiş şəxs MMC-də işlədiyi müddətdə Təqsirləndirilən şəxs MMC-nin kassasına ödəmələr etmişdir, lakin həmin ödəmələri konkret olaraq hansı tarixlərdə və hansı məbləğlərdə etdiyini dəqiq xatırlamır. Kolbasa məhsullarının satışı ilə əlaqədar olaraq əldə edilən pullardan Təqsirləndirilən şəxs başqa sonuncunun tabeçiliyində olmuş digər işçilər də MMC-nin kassasına ödənişlər etmişlər. Təqsirləndirilən şəxs kolbasa məhsullarının satışı ilə əlaqədar olaraq, Zərərçəkmiş şəxs MMC-nin qarşısında yaranmış kəsr-borcları barədə onun özünün məlumatı yoxdur. Onun özü İqtisad Universitetinin maliyyə-kredit fakültəsini bitirmişdir. Zərərçəkmiş şəxs MMC-də işlədiyi müddətdə orada ondan başqa da xəzinədarlar da işləyiblər, hal-hazırda da bir neçə xəzinədar fəaliyyət göstərir. Onun özünü istintaq zamanı dindiriblər və o, öz iş fəaliyyəti ilə bağlı ifadə vermişdir. Hal-hazırda istintaq zamanı verdiyi ifadəsinin məzmununu və ifadəsində hansı miqdarda pul məbləğlərinin qeyd olunduğunu xatırlamır. Bildiyinə görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də bir il altı ay müddətində işləyib. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin 1-ci cildinin 17-20-ci vərəqlərində olan kassa mədaxil qəbzləri ona tanışdır, həmin qəbzlərdə kassir qrafasının qarşısındakı imzalar ona məxsusdur. Bildirmək istəyir ki, həmin sənədləri müvafiq olaraq xx xxxxxxxx 2017, xx xxxxxx 2018, xx xxxx 2018 və xx xxxxx 2018-ci il tarixlərdə imzalamasını dəqiq xatırlamır. Lakin, həmin sənədləri imzalayan zaman şəxsən özü tərəfindən qəbul edilmiş pul vəsaitlərinin məbləğlərini yazıb göstərmişdir. Bir daha bildirir ki, Təqsirləndirilən şəxs onun özü kassir olaraq işlədiyi vaxtlarda şirkətin kassasına ödənişlər etmişdir. Lakin, həmin ödənişlərin məbləğini və konkret olaraq tarixlərini dəqiq olaraq xatırlamır. Zərərçəkmiş şəxs MMC-nin daxili qaydalarına əsasən MMC-nin kassasına pul ödənilərkən müvafiq order tərtib olunurdu və həmin order kassir tərəfindən imzalanaraq möhürlənirdi. Pulu kassaya ödəyən şəxs özü orderə imza çəkmirdi. Zərərçəkmiş şəxs MMC-nin kassasına ödəmələrə nəzarəti MMC-nin maliyyə şöbəsi həyata keçir. Zərərçəkmiş şəxs MMC-nin kassasına ödəmələrə nəzarəti MMC-nin maliyyə şöbəsinin müdiri şəxsən nəzarət etmişdir. xx xxxxxxxx 2017-ci il tarixdən xx xxxxx 2018-ci il tarixlərini əhatə edən dövr ərzində Zərərçəkmiş şəxs MMC-nin maliyyə müdiri Fərid Teymurquliyev olmuşdur. Hal-hazırda isə maliyyə şöbəsinin müdiri vəzifəsində Rəna adlı xanım çalışır, soyadını dəqiq xatırlamır. Təqsirləndirilən şəxs fəaliyyəti ilə bağlı MMC-də yaranmış borcları ilə bağlı onun özünün məlumatı yoxdur. Məhkəmə iclasınla şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 2018-ci ilin aprel ayından avqust ayına kimi Zərərçəkmiş şəxs MMC-də satış nümayəndəsi vəzifəsində işləmiş, sonra isə həmin MMC-dən işdən çıxmışdır. Həmin vaxt ərzində satış müdiri Namiq Babayev olmuşdur. Aqşinlə onun arasında işlə bağlı əlaqələri olmayıb. Aqşinin Zərərçəkmiş şəxs MMC-də yaranmış borcları barədə onun heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs şirkətdə problemlərinin olduğu barədə məlumatlar yayılan ərəfələrdə o, yeni işə düzəlmişdir. Bir müddət sonra bölgə müdiri Namiq Babayev onu yanına çağırıb çatdırdığı mallara görə qaimələrə qol çəkməli olduğunu demişdir. Onun özü isə tərtib olunmuş qaimələrin tam düzgün olmasını fikirləşmiş və buna görə də onları imzalamışdır. İstintaq zamanı dindirilən zaman ifadənin məzmununu oxumadın imzalamış və onun ifadəsi hansı məzmunda yazıldığından xəbəri yoxdur. Hal-hazırda məhkəmədə həqiqəti bildirir. Onun özü və eləcə də digər satış nümayəndəsi işləyənlərin şəxslərin əli pula dəyməmiş, yəni onlar satışdan pul qəbul etməmişlər. Onlar yalnız anbardan malları götürüb, müvafiq olaraq sifarişi vermiş mağazalara çatdırmışlar. Zərərçəkmiş şəxs MMCnin anbarından sifariş verilmiş malları müvafiq mağazalara çatdırmaq üçün götürərkən, anbardar tərəfindən sənəd olaraq ancaq faktura verilmişdir. Onlar malları qol çəkdirib alıcılara təhvil vermiş, sonra isə həmin fakturaları satış şöbəsinə təhvil vermişlər. Verdikləri malların əvəzində “X50” MMC-dən pulun kim tərəfindən götürüldüyü barədə onun məlumatı yoxdur. O, Zərərçəkmiş şəxs MMC-də işlədiyi müddətdə ancaq mağazalara Zərərçəkmiş şəxs MMC-nin anbarından ona verilən malları çatdırmaqla məşğul olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də fəaliyyəti ilə bağlı yaranmış kəsrlərindən xəbəri yoxdur. O, Zərərçəkmiş şəxs MMC-də satış nümayəndəsi işlədiyi müddətdə ancaq “X50” MMC-yə mal vermişdir, həmçinin «xxx» MMC-nin mal üçün sifariş vermişdir. O, Zərərçəkmiş şəxs MMC-də işlədiyi vaxtlarda bölgə müdiri Namiq Babayev olmuşdur. «xxx» MMC-dən Zərərçəkmiş şəxs MMC-nin hesabına hansı məbləğdə və kim tərəfindən pul köçürülməsi barədə məlumatı yoxdur. Onun özü Zərərçəkmiş şəxs MMC-də yalnız əmək müqaviləsi əsasında 2018-ci ilin aprel ayından avqust ayına kimi işləmişdir. İstintaq zamanı verdiyi ifadəni oxumamışdır. Dediklərinin tam yazıldığını zənn edərək ifadəyə qol çəkmişdir. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin 1-ci cildinin 32-42-ci vərəqlərində olan qaimələr ona tanışdır, həmin qaimələri bir neçə ay bundan əvvəl, yəni 2018-ci ilin yay aylarında Zərərçəkmiş şəxs MMC-nin rəhbər işçiləri onu şirkətə çağırıb həmin sənədlərə qol çəkdirmişlər. O isə adına çıxan mallar üzrə qaimələrin düzgün olduğunu düşündüyünə görə onların məzmunu ilə tanış olmadan onları imzalamışdır. Bir daha bildirir ki, o, Zərərçəkmiş şəxs MMC-də 2018-ci ilin aprel ayından həmin ilin avqust ayına kimi işləmişdir. Bu səbəbdən cinayət işinin 1-ci cildinin 32-40-cı vərəqlərində olan müvafiq olaraq xx xxxx 2017, xx xxxxxx 2017, xx xxxxxxxx 2017, xx xxxxxxx 2017, xx xxxxxx 2017, xx xxxxxx 2017, xx xxxxxx 2018, xx xxxxxx 2018, xx xxxx 2018-ci il tarixlərə olan fakturalar onun Zərərçəkmiş şəxs MMC-də işləmədiyi müddəti əhatə etdiklərindən, həmin fakturaların ümumiyyətlə onun özünə heç bir aidiyyatı ola bilməz. xx xxxxx 2018 və xx xxx 2018-ci il tarixli qaimələri də təsdiq etmir. Qeyd etdiyi kimi ona təqdim edilmiş qaimələrə o, 2018-ci ilin ortalarında şirkətə dəvət olunduqdan sonra imzalamışdır. O, Zərərçəkmiş şəxs MMC-də işlədiyi müddətdə «xxx» MMC-yə ancaq “xxxxxxxxxxxx” brendinin kolbasa və sosis məhsullarını sifariş olaraq çatdırmışdır. Qaimələrdə qeyd olunan “Ustdad servelat premium” çeşidli kolbasa məmulatı, “Dadım” markalı, “servelat” kolb ekonom və “Ukraynskaya” kolb çəki çeşidli, “Rosko” markalı “Krakovskaya” kolb çəki, “Lyubitelskaya” kolb çəki, “lyubitelskaya sinyuqa” kolb, “Oxotniçiy” kolb çəki, «sala, donuz piyi vakumpaket», “servelat” kg, “servelat” zakaz, “Tallinskaya” kolb çəki, “Tallinskaya” kolb vakumpaket, “Tallinskaya” zakaz fibrouz, “toyuq döş əti” file vakumpaket çeşidli kolbasa məhsullarını Zərərçəkmiş şəxs MMC-nin anbarından götürməmiş və bu adda məhsulları heç vaxt «xxx» MMC-yə təhvil verməmişdir. Onun özü ixtisasca ingilis dili müəllimidir. Bir daha bildirir ki, cinayət işinin 1-ci cildinin 32-40-cı vərəqlərində olan anbar çıxış fakturalarına o, 2018-ci ilin ortalarında Zərərçəkmiş şəxs MMC-nin rəhbərliyi tərəfindən şirkətə dəvət olunan zaman qol çəkmişdir və o, onların məzmununu diqqətlə oxumamışdır. Belə hesab etmişdir ki, onun adına çıxan bütün mallar orada düz yazılıb və buna görə də onları imzalamışdır. Məhkəmə iclasınla şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, 2007-ci ilin dekabr ayından hal-hazıradək Zərərçəkmiş şəxs MMC-də anbardar-operator vəzifəsində çalışır. Zərərçəkmiş şəxs MMC qida məhsullarının satışı ilə məşğuldur, bunun üçün MMC-nin icazə verən xüsusi razılığı da vardır. Səlahiyyətlərinə əsasən onun vəzifəsi satış nümayəndələrinin anbardan satış üçün götürdükləri malların qeydiyyatını aparmaq, xəzinəyə satışdan əldə olunan pulları ödəmək istəyən məsul şəxslərə kassa mədaxil qəbzi tərtib edərək iki nüsxədə verməkdir. Zərərçəkmiş şəxs MMC-nin anbarı müvafiq olaraq Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti 13 ünvanda yerləşir. Müştəri mağazalarda mal və ya pul qalması barədə satış nümayəndəsi rəsmi olaraq ona məlumat verir və o, bu barədə müvafiq qeydləri aparmışdır. Təqsirləndirilən şəxs təxminən 4-5 ildir ki, Zərərçəkmiş şəxs MMC-də işləməyindən tanımışdır. MMC-nin kolbasa məhsullarının satışı və satışının təşkili üzrə idarəetmə Təqsirləndirilən şəxs olub. Onun özü isə anbardar olaraq Zərərçəkmiş şəxs MMC-də işlədiyi müddət ərzində MMC-nin anbarından «xxx» marketlər şəbəkəsinə aparılması üçün ekspeditorlara müxtəlif çeşidlərdə mal vermiş və bu barədə hər dəfə müvafiq fakturalar tərtib olunub. Hazırda dəqiq olaraq hansı satış nümayəndəsinə hansı tarixlərdə və hansı miqdarda mal verilməsini xatırlamır. Marketlərə mal verilməsi ilə bağlı sənədlər işlədiyi kompüter sistemində qalmadığına görə onların surətlərini və yaxud da çıxarışlarını məhkəməyə təqdim edə bilmir. Bildirir ki, Zərərçəkmiş şəxs MMC tərəfindən «xxx» marketlər şəbəkəsinə kolbasa və sosis məhsulları çərçivəsində yalnız “xxxxxxxxxxxx” brendi adı altında məhsullar satılıb və müvafiq malların sifarişləri üzrə həmin ad altında müxtəlif çeşidlərdə malları satış nümayəndələrinə vermişdir. Zərərçəkmiş şəxs MMC-nin «xxx» marketlər şəbəkəsi üzrə mal çatdıran çoxlu sayda satış nümayəndələri olduğundan, hazırda dəqiq olaraq kimlərin anbardan «xxx» marketlər şəbəkəsinin sifarişi üzrə mal götürdüyünü dəqiq xatırlamır. Təqsirləndirilən şəxs özü şəxsən onun işlədiyi anbardan heç vaxt sifariş üzrə mal götürməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də yaranmış kəsr-borcları barədə yalnız 2019-ci ilin ortalarında MMC-də səs soraq yayıldıqdan sonra xəbəri olub. Zərərçəkmiş şəxs MMC-də kompüter sistem bazasına məlumatları «X38» proqramı vasitəsilə işləyirlər. Müvafiq olaraq kompüter sistem bazasına nəzarətin kim tərəfindən həyata keçirilməsi barədə məlumatı yoxdur. Satış nümayəndələri müvafiq fakturalara imza etmədən anbardan mal götürə bilməzlər, müvafiq olaraq hər bir satış nümayəndəsi anbardan mal təhvil alarkən onun tərtib etdiyi fakturalara həm onun özü, həm də satış nümayəndəsi imza etməklə sənədləşdirilib. «xxx» MMC-yə Zərərçəkmiş şəxs MMC tərəfindən «xxxxxxxxxxxx» məhsullarının “servelat, krakovkaya, doktorskaya və s. çeşidlərində məhsullar satılıb, digər brend adı altında olan məhsullar onun işlədiyi müddətdə Zərərçəkmiş şəxs MMC tərəfindən «xxx» marketlər şəbəkəsinə satılmayıb. «Üstdad» kolbasa məhsullarının istehsalı və satışına Zərərçəkmiş şəxs MMC 2018-ci ilin yay aylarında müvafiq lisenziya və razılıq sənədi aldıqdan sonra başlayıb. O, iş materiallarında fakturalarda adı keçən X13 şəxsən tanımır və ola bilsin həmin şəxs bölgə üzrə ekspeditor olub. Onun tərəfindən anbardan məhsulların qəbulu və çıxması barədə kompüterə işlədiyi sənədlər hazırda kompüterin yaddaşında qalmadığına görə onları məhkəməyə təqdim etməyi mümkünsüzdür. Elan edilməklə ona təqdim olunmuş cinayət işinin birinci cildinin 21-74-cü vərəqlərində olan fakturalardakı «anbardar Şahid3» qrafası qarşısındakı imzalar ona məxsusdur. Həmin fakturaları hazırda xatırlamadığı tarixdə, 2018-ci ilin ortalarında MMC-nin rəhbərliyinin dəvəti ilə onların məzmunu ilə dəqiq tanış olmadan imzalamışdır. Bir daha bildirir ki, «xxx» mağazalar şəbəkəsinə yalnız “xxxxxxxxxxxx” brendinin adı altında istehsal olunan kolbasa məhsulları satılıb. “Tallinskaya”, “Salo”, “Oxotniçaya”, “xxxxx”, “Rosko” və “Servelat zakaz” çeşidli kolbasa məhsulları «xxx» marketlərə onlar tərəfindən, yəni Zərərçəkmiş şəxs MMC tərəfindən verilməyib. Ona təqdim edilmiş həmin fakturalar kompüter sistemində yığılmış ümumi faktura formasıdır və həmin faktura blankında Zərərçəkmiş şəxs MMC-nin brend məhsul kimi satışa çıxardığı bütün kolbasa məhsullarının və o cümlədən «xxxxxxxxxxxx» məhsullarının çeşidləri, həmçinin digər kolbasa çeşidləri sadalanıb. Onun tərəfindən anbardan hər-hansı satış nümayəndələrinə kolbasa məhsulları verilən zaman tərtib etdiyi fakturalarda sifarişi üzrə çeşidlərə uyğun olaraq verdiyi malın çeşidləri üzrə qrafalarda malın çəkisi və qiyməti göstərilmişdir. Ona təqdim olunmuş fakturalar malları satış nümayəndələrinə verərkən onun özü tərtib etdiyi ilkin fakturalar deyildir və həmin fakturaları onun özü tərtib etməmişdir. Buna görə də həmin fakturalarda «xxx» mağazalar şəbəkəsinə satılmış “xxxxxxxxxxxx” brendi üzrə kolbasa məhsulları qrafalarında deyil, digər kolbasa çeşidləri qarşısında qeydlər edildiyinin səbəbi ona məlum deyil. Ona təqdim edilmiş fakturalara imza edən zaman buna diqqət yetirməmiş və həmin fakturaların kompüter bazasına işlədiyi fakturalarda olan məlumatlara əsasən tərtib olunduğunu zənn edərək onlara diqqətlə baxmadan imzalamışdır. Bildiyinə görə Aqşın Rəhimov Zərərçəkmiş şəxs MMC-də kolbasa məhsulları üzrə menecer vəzifəsində çalışıb. Satışdan əldə olunmuş pulların alınması və Zərərçəkmiş şəxs MMC-nin xəzinəsinə təhvil verilməsini onun özü deyil, buna məsul olan satış menecerləri həyata keçirmişlər və pulu ona yox, MMC-nin xəzinəsinə özləri ödəmişlər. «X50» MMC-yə satdıqları kolbasa məhsullarının hər birinin bir kiloqramının qiyməti maksimum 7 manat olmuşdur. Onun özünün Təqsirləndirilən şəxs sifarişləri barədə məlumatı olmayıb. MMC-nin satış nümayəndələri özləri anbara yaxınlaşaraq şifahi şəkildə mağazalardan sifarişlər olduğunu bildirib, malların çeşidlər üzrə adlarını və miqdarını qeyd edərək mal istəmişlər. Onun özü isə həmin satış nümayəndələrinin istədikləri çeşiddə və miqdarda məhsulları hazırlayıb, müvafiq fakturalarda qeyd etməklə sənədləşdirərək onlara təhvil vermişdir. Satış nümayəndələrinin sifarişi əsasında verdiyi kolbasa məhsulları üzrə fakturaları kompüter sistemində hazırlayıb çap etdiyinə görə həmin məlumatlar Zərərçəkmiş şəxs MMC-nin mühasibatlığına verilmişdir. Həmçinin satış nümayəndələrinin adlarına tərtib etdiyi fakturaların ikinci nüsxəsinə onlara imza etdirdikdən sonra həmin sənədləri də Zərərçəkmiş şəxs MMC-nin mühasibatlığına təhvil vermişdir. Buna görə də onun özündə satış nümayəndələrinin adlarına tərtib etdiyi fakturalar qalmamışdır. Tərtib etdiyi fakturalar üzrə məlumatlar onun istifadəsində olan kompüterdə qalmadığına görə, xx xxxx 2017-ci il tarixdən xx xxx 2018-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs MMC tərəfindən «X50» MMC-nə faktiki olaraq cəmi hansı miqdarda və dəyərdə kolbasa məhsulları satıldığı, hansı məbləğdə malların anbara qaytarıldığı barədə onun özündə heç bir sənəd yoxdur və həmin sənədlər Zərərçəkmiş şəxs MMC-nin mühasibatlığında saxlanılmalıdır. 2017-ci il və xx xxxx 2018-ci il tarixədək olan müddət ərzində MMC daxilində onun anbarı üzrə məhsulların inventarizasiyası aparılmayıb və bununla bağlı onun özündə hər-hansı bir sənəd yoxdur. Məhkəmə iclasınla şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, 2017-ci ilin noyabr ayından Zərərçəkmiş şəxs MMC-də satış nümayəndəsi vəzifəsində çalışır və müvafiq olaraq Zərərçəkmiş şəxs MMC-nin ət və ət məhsullarının Bakı ərazisində «xxx» marketlər şəbəkəsi üzrə satış nümayəndəsi olaraq işləyir. Aqşın Rəhimovu Zərərçəkmiş şəxs MMC-də işlədiyi müddətdən tanıyır və münasibətləri yaxşıdır. Aqşın Rəhimov Zərərçəkmiş şəxs MMC-də kolbasa məhsulları üzrə menecer vəzifəsində çalışıb. Bakı şəhəri üzrə işlədiyi müddətdə «xxx» mağazalar şəbəkəsinə daxil olan marketlərə, müvafiq olaraq şifahi sifarişlər əsasında Zərərçəkmiş şəxs MMC-nin anbarından “xxxxxxxxxxxx” brendi adı altında kolbasa və sosis məhsulları çatdırmışdır. Lakin, hansı tarixlərdə və miqdarlarda məhsul təhvil verdiyini hal hazırda xatırlamır. Çatdırdıqları məhsulların müqabilində «xxx» MMC tərəfindən Zərərçəkmiş şəxs şirkətinə hansı şəkildə pul ödənilməsindən onların, yəni satış nümayəndələrinin xəbəri olmamışdır. Çünki satış nümayəndəsinin pul təhvil almağa səlahiyyəti yoxdur. İşlədiyi müddətdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də kəsirlərinin yarandığını eşitmişdir, lakin məbləği barədə dəqiq məlumatı yoxdur. Aqşin işdən çıxandan təxminən bir-iki ay sonra Zərərçəkmiş şəxs MMC-nin rəhbərliyindən olan Namiq Babayev onun özü də daxil olmaqla, bir neçə satış nümayəndəsini çağıraraq onların adlarına tərtib edilmiş fakturaları təqdim etmiş və onlar tərəfindən «xxx» MMC-yə verilmiş kolbasa məhsulları ilə bağlı olduğunu bildirərək həmin sənədləri imzalamağı xahiş etmişdir. Həmin vaxt Namiq Babayev onun müdiri olduğu və orada olan məlumatların düzgün olmasını bildirdiyinə görə o, öz adına tərtib edilmiş fakturaların məzmunu ilə tanış olmadan onların məzmununun düzgün olmasını zənn edərək həmin fakturaları imzalamışdır. Onun işi “xxx” marketlər şəbəkəsinə “xxxxxxxxxxxx” çeşidlərinə aid kolbasa məhsullarının verilməsindən ibarətdir. O, Zərərçəkmiş şəxs MMC-də 2017-ci ilin noyabr ayında işə başlamışdır. Elan edilməklə ona təqdim olunmuş cinayət işinin 1-ci cildinin 58-68-ci vərəqlərində olan müvafiq olaraq xx xxxx 2017, xx xxxxxx 2017, xx xxxxxxxx 2017, xx xxxxxxx 2017, xx xxxxxx 2017, xx xxxxxx 2017, xx xxxxxx 2018, xx xxxxxx 2018, xx xxxx 2018, xx xxxxx 2018 və xx xxx 2018-ci il tarixli fakturalardakı maddi məsul şəxs qrafası qarşısındakı imzalar ona məxsusdur. Həmin sənədlərə o, 2018-ci ilin yay aylarında işə çağırıldığı vaxt qol çəkmişdir. Müvafiq olaraq xx xxxx 2017, xx xxxxxx 2017, xx xxxxxxxx 2017, xx xxxxxxx 2017-ci il tarixli fakturaları onun özü imzalasa da, həmin tarixlərdə o, Zərərçəkmiş şəxs MMC-də işləməmiş və fakturaları imzalayarkən tarixə diqqət yetirməmişdir. Zərərçəkmiş şəxs MMC tərəfindən “Ukrainskaya” kolbasası «xxx» marketlərə verilməyib. xx xxxxxx 2017-ci, xx xxxx 2018-ci il, xx xxxxx 2018-ci il xx xxx 2018-ci il tarixli fakturalarda sənəddə qeyd olunan kolbasa məhsullarından «Ukrainskaya», «Sinyuga», «Oxotniçaya sardelki», «Oxotniçaya», «Tallinskaya», «xxxxx» çeşidli kolbasa məhsulları onun tərəfindən «xxx» MMC-yə çatdırılmayıb və həmin fakturalarda “xxxxxxxxxxxx” çeşidlərinə aid kolbasa məhsullarının verilməsi deyil digər çeşidli kolbasa məhsullarının verildiyi qeyd olunmasına diqqət yetirməmişdir. «xxx» marketlərə onun tərəfindən aparılmış məhsullar «xxxxxxxxxxxx» adlı məhsullar olmaqla, «Servelat», «Doktorskaya», «Lyubitelskaya», «Krakovskaya», «Pörtləmə sosis» və quş əti çeşidlərində aid məhsullar olub. Ondan əvvəl işləmiş olan satış nümayəndəsi ilə onun özü işə başlayarkən təhvil-təslim proseduru həyata keçirilməyib. O, Zərərçəkmiş şəxs MMC-də işlədiyi müddətdə anbardan yalnız faktura adına yazılıb onları imzalayıb qəbul etdikdən sonra sifarişçi mağazalara malı çatdırmaqla məşğul olmuşdur. Onun işlədiyi marketlər məhsul sifarişini şifahi şəkildə şəxsən onun özünə vermişlər. Mağazalara mal veriləndə anbardan onlara qaimə verilmişdir. Ona təqdim edilməklə cinayət işinin birinci cildinin 58-68-ci vərəqlərində olmaqla onun adına tərtib edilmiş qaimələr onlar malı anbardan qəbul etdikləri zaman tərtib edilmiş fakturalar deyildir. Həmin fakturaları imzalayan zaman müdiri Namiq Babayev onun adına çıxmış malların hamısı orada qeyd olunduğunu ona dediyinə görə o, həmin fakturaların tarixlərinə və məzmununa diqqətlə baxmadan onları imzalamışdır. Onun özü malları çatdırdığı mağazalardan pul yığmamışdır. Onun özündə əlavə Zərərçəkmiş şəxs MMC-də “xxx” marketlər şəbəkəsi ilə əlavə iki nəfər də işləyir. Həmin şəxslər Teymur Məmmədzadə və Ceyhun Hüseynovdur. Mağazalardan onlara sifariş şifahi şəkildə verilirdi. Ümumiyyətlə Zərərçəkmiş şəxs MMC-nin əməkdaşlıq etdiyi və mal satdığı təxminən 60-70 ədəd «X50» MMC şirkətinə məxsus market vardır. Onun özü anbara ona daxil olan şifahi qaydada olan sifariş barədə məlumatı elə şifahi olaraq anbar müdirinə bildirir və anbardan həmin malları faktura əsasında qol çəkərək qəbul etmişdir. İşlədiyi dövrdə “xxx” marketlər şəbəkəsinə cəmi hansı məbləğdə mal çatdırıldığını xatırlamır və onun adına tərtib olunmuş sənədləri o zaman təhvil verdiyinə görə bununla bağlı onun özündə heç bir rəsmi sənəd yoxdur. Məhkəmə iclasınla şahid qismində dindirilmiş X23 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Nəsimi rayonu ərazisində öz ailəsi ilə birlikdə qeydiyyatda olmaqla yaşayır. Zərərçəkmiş şəxs MMC-də 2017-ci ilin noyabr ayından əmək müqaviləsi bağlayaraq Bakı şəhəri üzrə satış nümayəndəsi vəzifəsində çalışır. Onun özü yalnız Bakı şəhərində yerləşən «xxx» marketlər şəbəkəsinə qida məhsulları vermişdir. Zərərçəkmiş şəxs MMC tərəfindən ona xidməti olaraq «xxxxxxxxxxxx» markalı, soyuduculu avtomobil də verilmişdir. Müvafiq olaraq MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti 13 ünvanda yerləşən anbarından təhvil aldığı məhsulları müvafiq sifarişçi mağazalara çatdırmışdır. Şirkət daxili qaydalara əsasən satış nümayəndələri şəxsən sifarişçi mağazadan təhvil verilən malların əvəzində verilən pulları təhvil almağa səlahiyyəti olmadığından, heç bir zaman təhvil verdiyi məhsulun əvəzində pul almamışdır. Həmin malların əvəzində pulları kimlərin alıb kassaya mədaxil etməsi barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də işlədiyi müddətdən tanıyır. Aralarında yaxın münasibət olmasa da, Aqşinin Zərərçəkmiş şəxs MMC-də kolbasa məhsulları üzrə menecer vəzifəsində çalışdığını bilmişdir. O, işlədiyi müddətdə Zərərçəkmiş şəxs MMC-nin anbarından mal təhvil alarkən aldığı mallar üzrə faktura tərtib olunmuş və o, malı sifariş edən marketə çatdırmışdır. Mağazalara verdikləri malların müqabilində ödənilən pulların onlara aidiyyəti olmamışdır. Çünki satış nümayəndəsinin səlahiyyəti yox idi ki, hansısa mağazadan hər hansı bir miqdarda pul alsın. Bildiyinə görə Aqşın Rəhimov Zərərçəkmiş şəxs MMC-də kolbasa məhsulları üzrə menecer vəzifəsində çalışıb. Zərərçəkmiş şəxs MMC-nin daxili audit şöbəsi var idi və maliyyə hesabatlarına və digər əməliyyatlara nəzarət məhz həmin şöbə tərəfindən həyata keçirilirdi. Elan edilməklə ona təqdim olunmuş, cinayət işinin 1-ci cildinin 21-31-ci vərəqlərində olmaqla onun adı qeyd olunmuş müvafiq olaraq xx xxxx 2017, xx xxxxxx 2017, xx xxxxxxxx 2017, xx xxxxxxx 2017, xx xxxxxx 2017, xx xxxxxx 2017, xx xxxxxx 2018, xx xxxxxx 2018, xx xxxx 2018, xx xxxxx 2018 və xx xxx 2018-ci il tarixlərdə qeyd olunmuş fakturalardakı maddi məsul şəxs qrafası qarşısındakı imzalar onun özünə məxsusdur. Həmin fakturalara bir neçə ay bundan əvvəl, yəni 2018-ci ilin ortalarında MMC-nin rəhbərliyinin üzvü olan Namiq Babayevin deməsinə əsasən onların məzmunu ilə tanış olmadan qol çəkmişdir. O, Zərərçəkmiş şəxs şirkətində 2017-ci ilin iyul, avqust, sentyabr və oktyabr aylarında işləməmişdir. Zərərçəkmiş şəxs MMC-də işləməyə göstərdiyi kimi 2017-ci ilin noyabr ayından başlamışdır. Elə bu səbəbdən müvafiq olaraq xx xxxx 2017, xx xxxxxx 2017, xx xxxxxxxx 2017 və xx xxxxxxx 2017-ci il tarixlərdə onun Zərərçəkmiş şəxs MMC-nin anbarından mal təhvil almağı ümumiyyətlə mümkünsüz olmuşdur. O, «xxx» marketlər şəbəkəsinə daxil olan mağazalara, yalnız müvafiq sifarişlər əsasında «xxxxxxxxxxxx» çeşidlərinə aid kolbasa məhsullarının dörd növünü aparmışdır. O, «xxx» marketlərinə “Rosko”, “Salo. Donuz əti”, “Servelat zakaz”, “Rosko toyuq” və “xxxxx” markalı kolbasa məhsullarını aparmamışdır. Həmin fakturalara qol çəkən zaman MMC-nin rəhbərliyi ona qaimələrdə onun adına buraxılmış mallar qeyd olunduğunu bildirdiyinə görə o, həmin sənədlərin məzmununa baxmadan onları imzalamışdır. O, öz öz fəaliyyəti barədə istintaq zamanı da eyni məzmunda ifadə vermişdir. Lakin, istintaq zamanı adına yazılmış ifadəni də oxumadan imzalamışdır. Məhkəmə iclasınla şahid qismində dindirilmiş X19 ifadəsində göstərdi ki, o, dəqiq xatırlamadığı tarixdə təxminən bir ay müddətində Zərərçəkmiş şəxs MMC-nin Ağsu rayon filialında çalışmışdır. Orada işləyəndə ona mal götürməyi tapşırmışlar. “xxx” marketlərə mal paylayırdım rayonlara. Zərərçəkmiş şəxs MMC-də 2018-ci ilin təxminən yay aylarında işləmişdir. Zərərçəkmiş şəxs MMC-də işlədiyi müddətdə Ağsu rayonu üzrə “xxx” marketlərinə ancaq “xxxxxxxxxxxx” brendi altında olan çeşidlərdə kolbasa məhsulları paylamışlar. Zərərçəkmiş şəxs MMC-dən «xxx» marketlərinə çatdırmaq üçün “xxxxxxxxxxxx” brendi adı altında olan çeşidlərdən başqa çeşidlərdə kolbasaları qəbul etməmişlər və «xxx» marketlər şəbəkəsinə təhvil verməmişlər. Elan edilməklə ona təqdim edilmiş, cinayət işinin 1-ci cildinin 43-47-ci vərəqlərində olan fakturalarda, onun adının yazılmasına baxmayaraq həmin fakturalar ona tanış deyildir. Təqdim olunan fakturalardan göründüyü kimi, fakturalarda adı qeyd olunsa da maddi məsul şəxs qrafası qarşısında heç bir imza yoxdur. Bir daha bildirir ki, o, Zərərçəkmiş şəxs MMC-də təxminən 2018-ci ilin yay aylarında cəmi bir ay müddətində işləmişdir. Bu səbəbdən xx xxxxxx 2018, xx xxxxxx 2018, xx xxxx 2018, xx xxxxx 2018 və xx xxx 2018-ci il tarixlərdə adından qeyd olunmuş fakturaların həqiqətən onun tərəfindən Zərərçəkmiş şəxs MMC-dən mal götürülməsini təsdiq etməsi mümkünsüzdür. Bir daha bildirir ki, o, həmin tarixlərdə Zərərçəkmiş şəxs MMC-də işləməmiş və həmin fakturaların məzmununda qeyd olunan çeşidlərdə kolbasa məhsullarını «xxx» marketlər şəbəkəsinə təhvil verməmişdir. Hazırda təqsirləndirilən şəxs kimi məhkəmədə iştirak edən Təqsirləndirilən şəxs tanımır və onunla heç bir əlaqəsi olmayıb. Zərərçəkmiş şəxs MMC-də işlədiyi müddətdə həmin şəxslə rastlaşmamışdır. O, Zərərçəkmiş şəxs MMC-dən əvvəl Ağsu rayonunda «Elit» adlanan marketdə işləmişdir. Zərərçəkmiş şəxs MMC-də işlədiyi ayı dəqiq xatırlamasa da, dəqiq olaraq bildirir ki, 2018ci ilin yay aylarında cəmi bir ay müddətində Zərərçəkmiş şəxs MMC-də işləmişdir. İşlədiyi müddət ərzində mal təhvil verdiyim mağazalardan pul yığmamışdır. Mağazalardan pulları Zərərçəkmiş şəxs MMC-nin Rabil adlı əməkdaşı almışdır, lakin həmin şəxsin soyadını xatırlamır. Bir daha bildirir ki, o, dəqiq xatırlamadığı tarixdə təxminən bir ay müddətində Zərərçəkmiş şəxs MMC-nin Ağsu rayon filialında çalışmışdır. Mağazalara paylamaq üçün malları əsasən Zərərçəkmiş şəxs MMC-nin Kürdəmirdəki malları gətirən avtomobildən götürürmüşlər. Məhkəmə iclasınla şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs MMC-də 2012-ci ilin yanvar ayından 2018-ci ilin iyun ayınadək auditor vəzifəsində, sonra isə kolbasa üzrə region satış meneceri vəzifəsində işləmişdir. 2018-ci ilin may ayında Aqşın Rəhimov tərəfindən Zərərçəkmiş şəxs MMC-nin kassasına 70000 manat ödənilib. 2018-ci ilin fevral ayında da Zərərçəkmiş şəxs MMC-nin kassasına ödəniş olunub. Ümumiyyətlə işlədikləri müddətdə Aqşinin ödənişləri üzrə Zərərçəkmiş şəxs MMCnin kassasına hər ay az miqdar olsa da belə ən azından ödəniş olunmuşdur. Çünki ödəniş olmadığı təqdirdə, şirkətin audit şöbəsi tərəfindən aylıq yoxlamalar zamanı problem yaradılırdı. Müvafiq audit yoxlamaları zamanı isə heç vaxt Təqsirləndirilən şəxs fəaliyyətində problemlər aşkar edilməmişdir. Onun özü Zərərçəkmiş şəxs MMC-də Təqsirləndirilən şəxsla əlaqəli işləmiş və Aqşinin ona verdiyi pulları şirkətin kassasına mədaxil etdirmişdir. Elan edilməklə ona təqdim olunmuş cinayət işinin birinci cildinin 75- 95-ci vərəqlərində olan kassa məxaric orderləri üzrə, 75-ci vərəqdə olan xx xxxxxx 2017-ci il tarixli, 76-cı vərəqdə olan xx xxxxxxx 2017-ci il tarixli, 77-ci vərəqdə olan xx xxxxxx 2017-ci il tarixli, 78-ci vərəqdə olan xx xxxxxx 2017-ci il tarixli, 79-cu vərəqdə olan xx xxxxxx 2017-ci il tarixli, xx xxxxxx 2017-ci il tarixli, 81-ci vərəqdə olan xx xxxxxx 2018-ci il tarixli, 82-ci vərəqdə olan xx xxxxxx 2018-ci il tarixli, 83-cü vərəqdə olan xx xxxxxx 2018-ci il tarixli, 84-cü vərəqdə olan xx xxxxxx 2018-ci il tarixli kassa məxaric orderlərindəki imzalar ona məxsus deyil və kim tərəfindən imzalandığı ona məlum deyil. Cinayət işinin 85-ci vərəqində olan xx xxxxxx 2018-ci il tarixli kassa məxaric orderindəki imza onun imzasına bənzəyir, lakin bunu dəqiq bilmir. Cinayət işinin 86-cı vərəqində olan xx xxxxxx 2018-cil tarixli, 87-ci vərəqində olan xx xxxx 2018-ci il tarixli, 87-ci vərəqində olan xx xxxx 2018-ci il tarixli, 89-cu vərəqində olan xx xxxx 2018-ci il tarixli, 90-cı vərəqində olan xx xxxx 2018-ci il tarixli, 91-ci vərəqində olan xx xxxxx 2018-ci il tarixli, 92-ci vərəqində olan xx xxxxx 2018-ci il tarixli, 93-cü vərəqində xx xxxxx 2018-ci il tarixli, 94-cü vərəqində olan xx xxxxx 2018-ci il tarixli, 95-ci vərəqində olan xx xxx 2018-ci il tarixli kassa məxaric orderlərindəki imzalar ona məxsus deyil və kim tərəfindən imzalanmasını bilmir. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin 2-ci cildinin 188-ci vərəqində olan 003572 nömrəli xx xxxx 2018-ci il tarixli, 001078 nömrəli xx xxx 2018-ci il tarixli, 189-cu vərəqində olan 004807 nömrəli xx xxxxxx 2018-ci il tarixli qəbzlər Zərərçəkmiş şəxs MMC-də istifadə olunan «X50» MMC-nin regionlardakı mağazalarından Zərərçəkmiş şəxs MMC-nin kassasına mədaxil olunarkən verilən qəbzlərdir. Həmin qəbzlərdə müvafiq olaraq onunla birlikdə işləyən və Təqsirləndirilən şəxs verdiyi pulları MMC-nin kassasına mədaxil edən Ramin Qasımovun adı qeyd olunub. Elan edilməklə ona təqdim olunmuş cinayət işinin 2-ci cildinin 190-cı vərəqində olan kassa ödənişlərinə dair xx xxxxxx 2018-ci il tarixli çıxarış, Zərərçəkmiş şəxs MMC-nin kompüter sistem bazasından çıxarışdır. Orada onun özünün adı qeyd olunub və onun Zərərçəkmiş şəxs MMC-nin kassasına ödənişlərini göstərir və həmin ödənişləri təsdiq edir. Bildirmək istəyir ki, müvafiq olaraq «X50» MMC-nin Bakı şəhərində yerləşən mağazaları üzrə ödənişlər Zərərçəkmiş şəxs MMC-nin kassasına məhz 2-ci cildin 190-cı vərəqində olan sistem vasitəsilə qeydə alınaraq köçürülürdü, regionlar üzrə isə müvafiq olaraq 188-189-cu vərəqlərində olan surətləri və 192-193-cü vərəqlərdə olan yaşıl rəngli qəbzlərlə sənədləşdirilirdi. Elan edilməklə ona təqdim olunmuş cinayət işinin 2-ci cildinin 194-196-cı vərəqlərində olan Zərərçəkmiş şəxs MMC-nin kompüter sistemindən çıxarışlardır. Müvafiq olaraq xx xxxxxx 2018-ci il tarixdə 11100, 6800 və 10100 manat pulların Zərərçəkmiş şəxs MMC-nin kassasına onun adından pul köçürülməsi qeyd olunub. Hal hazırda həmin tarixdə dəqiq olaraq həmin məbləğləri Zərərçəkmiş şəxs MMC-nin kassasına köçürdüyümü dəqiq xatırlamasa da, həmin kassa ödənişləri çıxarışlarının işlədiyi müddətdə Zərərçəkmiş şəxs MMC-də istifadə olunan kompüter sistemindən çıxarışlar olmasını və pulun ödənildiyini təsdiqləyir. Elan edilmiş həmin sənədlərdə müvafiq olaraq ekspeditorların mağazaları üzrə verdikləri malların əvəzində kassaya ödənilən məbləğlər qeyd olunub. Cinayət işinin 2-ci cildin 194-cü vərəqəsində satış nümayəndəsi Elçin Zeynalov, 195-ci vərəqində satış nümayəndələri Daşqın Süleymanov, 196-cı vərəqində Ceyhun Hüseynovun Zərərçəkmiş şəxs MMC-nin anbarından mal verdiyi Bakı şəhəri üzrə «X50» MMC-nin mağazalarından alınan pullar qeyd olunub və həmin pullar onlara tərəfindən Zərərçəkmiş şəxs MMC-nin xəzinəsinə ödənilmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər müvafiq sübutlarla da tam təsdiq olunur. Belə ki, həmin ********* №-li cinayət işi Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə istintaq olunaraq məhkəməyə göndərilmiş ********* №-li cinayət işindən xx xxxx 2018-ci il tarixdə Təqsirləndirilən şəxs və qeyriləri barəsində CM-nin 179.3.2-ci maddəsi ilə ayrılaraq həmin idarənin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi M.Şahmarov tərəfindən icraata qəbul edilərək iş üzrə ibtidai istintaq aparılmışdır. (cild 1, iş vər. 1-3). Cinayət işinin başlanmasına səbəb və əsas Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin marketinq şöbəsinin mütəxəssis-xxxxxxxxxxxxxi vəzifəsində işləyərkən firmanın külli miqdarda pulunu mənimsəməsi barədə Zərərçəkmiş şəxs MMC-nin xx xxx 2018-ci il tarixli 231 nömrəli məktubu ilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna daxil olmuş müraciəti ilə təqdim olunmuş sənədlər və bununla bağlı toplanmış materialda cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin mövcudluğu olmuşdur. (cild 1, iş vər. 6 -109). İş materiallarında olmaqla Zərərçəkmiş şəxs MMC tərəfindən istintaq orqanına təqdim edilmiş sənədlərdən göründüyü kimi, "Zərərçəkmiş şəxs" MMC-nin rəhbərliyi ilə bağlanmış xx xxxx 2018-ci il tarixli 000031 saylı müqavilə əsasında Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş xx xxxxxx 2014-cü il tarixli 080794 saylı lisenziya əsasında fəaliyyət göstərən «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin auditoru X17 tərəfindən təqdim edilmiş sənədlərə əsasən "Zərərçəkmiş şəxs" MMC-nin direktoru C.Abbasov, baş mühasib A.Abbasov, audit şöbəsinin müdiri R.Cabarov və marketinq üzrə mütəxəssis-xxxxxxxxxxxxx Təqsirləndirilən şəxs iştirakı ilə tərtib edilmiş xx xxxx 2018-ci il tarixli auditor aktına əsasən xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək olan dövrdə ümumilikdə "Zərərçəkmiş şəxs" MMC tərəfindən «X50» MMC-nin marketlərinə cəmi 709548 manat 71 qəpik dəyərində kolbasa məhsullarının verildiyi, malın pulundan 235000 manat pulun "Zərərçəkmiş şəxs" MMC kassasına təhvil verildiyi, 31828 manat 70 qəpik dəyərində malın anbara geri qaytarıldığı, 5854 manat 19 qəpik məbləğində endirim edildiyi, yerdə qalan 436865 manat 50 qəpik məbləğində maldan 101865 manat 59 qəpik dəyərində malın «X50» MMC-nin marketlərində mal qalığı kimi qaldığı və Zərərçəkmiş şəxs MMC-nin marketinq şöbəsinin mütəxəssis-xxxxxxxxxxxxxi Təqsirləndirilən şəxs öhdəsində cəmi 335000 manat məbləğində satış pulunun çatışmamazlığı aşkar olunduğu göstərilmişdir. (cild 1, iş vər. 7-14). Təqsirləndirilən şəxs adından «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin auditoruna verilmiş xx xxxx 2019-ci il tarixli əlyazma izahatın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs onun öhdəsində olmaqla «X50» MMC-nin marketlərinə verilmiş cəmi 709548 manat 71 qəpik dəyərində məhsulla bağlı 210000 manat borcu olmasını, öhdəsində çatışmamazlığın 335000 manat məbləğində deyil, qeyd etdiyi məbləğdə olduğunu bildirmişdir. (cild 1, iş vər. 15). İş materiallarında olmaqla kassa mədaxil qəbzlərindən görünür ki, satış pulu kimi Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs MMC-nin xəzinəsinə xx xxxxxxxx 2017ci il tarixli mədaxil qəbzi ilə 17500 (on yeddi min beş yüz) manat, xx xxxxxx 2018-ci il tarixli mədaxil qəbzi ilə 20500 (iyirmi min beş yüz) manat, xx xxxx 2018-ci il tarixli mədaxil qəbzi ilə 170000 (yüz yetmiş min) manat və xx xxxxx 2018-ci il tarixli mədaxil qəbzi ilə 27000 (iyirmi yeddi min) manat pul vəsaitləri ödənildiyi rəsmiləşdirilmiş və həmin sənədlər Zərərçəkmiş şəxs MMC-nin möhürü, həmçinin MMC-nin rəhbəri, baş mühasibi və kassirinin imzaları ilə təsdiq olunmuşdur. (cild 1, iş vər. 17-20). Zərərçəkmiş şəxs MMC tərəfindən istintaqa təqdim edilmiş anbardan çıxış fakturalarından görünür ki, həmin MMC-nin anbarından 2017-ci ilin iyul ayından 2018-ci ilin may ayı da daxil olmaqla olan müddət ərzində müvafiq olaraq: satış nümayəndəsi X14 vasitəsi ilə xx xxxx 2017-ci il tarixli 0FS1.40620.0096 saylı anbardan çıxış fakturası ilə 8177,44 manat, müvafiq olaraq anbardan çıxış fakturaları üzrə xx xxxxxx 2017-ci il tarixli 0FS1.46459.0084 saylı ilə 17 137,99 manat, xx xxxxxxxx 2017-ci il tarixli 0FS1.46420.0183 saylı ilə 13659,96 manat, xx xxxxxxx 2017-ci il tarixli 0FS1.46420.0224 saylı ilə 20891,99 manat, xx xxxxxx 2017-ci il tarixli 0FS1.46720.7258 saylı ilə 22 679,99 manat, xx xxxxxx 2017-ci il tarixli 0FS1.46420.0402 saylı ilə 25811,98 manat, xx xxxxxx 2018-ci il tarixli 0FS1.46428.0428 saylı ilə 19671,02 manat, xx xxxxxx 2018-ci il tarixli 0FS1.46428.0456 saylı ilə 12887,01 manat, xx xxxx 2018-ci il tarixli 0FS1.46698.0586 saylı ilə 24694,03 manat, xx xxxxx 2018-ci il tarixli 0FS1.46698.0616 saylı ilə 17076,99 manat, xx xxx 2018-ci il tarixli 0FS1.46698.0736 saylı ilə 15980,9 manat, (cild 1, iş vər. 21- 31); satış nümayəndəsi Şahid2 vasitəsi ilə xx xxxx 2017-ci il tarixli 0FS1.40620.0096 saylı anbardan çıxış fakturası ilə 7021,64 manat, müvafiq olaraq anbardan çıxış fakturaları üzrə xx xxxxxx 2017-ci il tarixli 0FS1.46459.1856 saylı ilə 21060,99 manat, xx xxxxxxxx 2017-ci il tarixli 0FS1.46490.1234 saylı ilə 10749,03 manat, xx xxxxxxx 2017-ci il tarixli 0FS1.46420.2564 saylı ilə 21392,99 manat, xx xxxxxx 2017-ci il tarixli 0FS1.46720.6558 saylı ilə 24822,99 manat, xx xxxxxx 2017-ci il tarixli 0FS1.46420.0852 saylı ilə 28620,98 manat, xx xxxxxx 2018-ci il tarixli 0FS1.46428.0428 saylı ilə 18273,99 manat, xx xxxxxx 2018-ci il tarixli 0FS1.46428.0429 saylı ilə 10131,98 manat, xx xxxx 2018-ci il tarixli 0FS1.46698.8886 saylı ilə 17847,98 manat, xx xxxxx 2018-ci il tarixli 0FS1.46698.5016 saylı ilə 14983,02 manat, xx xxx 2018-ci il tarixli 0FS1.46698.6336 saylı ilə 15776,97 manat, (cild 1, iş vər. 32-42); satış nümayəndəsi X9 vasitəsi ilə xx xxxxxx 2018-ci il tarixli 0FS1.40620.0322 saylı anbardan çıxış fakturası ilə 6802,34 manat, müvafiq olaraq anbardan çıxış fakturaları üzrə xx xxxxxx 2018-ci il tarixli 0FS1.40620.0388 saylı ilə 2072,01 manat, xx xxxx 2018-ci il tarixli 0FS1.40620.0422 saylı ilə 6258,47 manat, xx xxxxx 2018-ci il tarixli 0FS1.40620.0468 saylı ilə 3162,02 manat, xx xxx 2018-ci il tarixli 0FS1.40620.0523 saylı ilə 4860,85 manat, (cild 1, iş vər. 43-47); satış nümayəndəsi X18 vasitəsi ilə xx xxxxxx 2017-ci il tarixli 0FS1.40620.0126 saylı anbardan çıxış fakturası ilə 5045,40 manat, müvafiq olaraq anbardan çıxış fakturaları üzrə xx xxxxxx 2018-ci il tarixli 0FS1.46420.0084 saylı ilə 5266,66 manat, xx xxxxxx 2018-ci il tarixli 0FS1.46420.0154 saylı ilə 5674,10 manat, xx xxxx 2018-ci il tarixli 0FS1.46420.0194 saylı ilə 9602,81 manat, xx xxxxx 2018-ci il tarixli 0FS1.46420.0224 saylı ilə 5458,92 manat, xx xxx 2018-ci il tarixli 0FS1.46420.0389 saylı ilə 3492,92 manat, (cild 1, iş vər. 48-53); satış nümayəndəsi X20 vasitəsi ilə xx xxxxxx 2018-ci il tarixli 0FS1.40620.0125 saylı anbardan çıxış fakturası ilə 3168,46 manat, müvafiq olaraq anbardan çıxış fakturaları üzrə xx xxxx 2018-ci il tarixli 0FS1.40620.0238 saylı ilə 4513,06 manat, xx xxxxx 2018-ci il tarixli 0FS1.40620.0312 saylı ilə 2123,31 manat, xx xxx 2018-ci il tarixli 0FS1.40620.0348 saylı ilə 3842,01 manat (cild 1, iş vər. 54-57); satış nümayəndəsi X6 vasitəsi ilə xx xxxx 2017-ci il tarixli 0FS1.35640.0026 saylı anbardan çıxarış fakturası ilə 6970,71 manat, müvafiq olaraq anbardan çıxış fakturaları üzrə xx xxxxxx 2017-ci il tarixli 0FS1.46459.2856 saylı ilə 21663,06 manat, xx xxxxxxxx 2017-ci il tarixli 0FS1.46490.4454 saylı ilə 11979,03 manat, xx xxxxxxx 2017-ci il tarixli 0FS1.46420.6564 saylı ilə 20604,99 manat, xx xxxxxx 2017-ci il tarixli 0FS1.46720.6558 saylı ilə 22 216,99 manat, xx xxxxxx 2017-ci il tarixli 0FS1.46420.0852 saylı ilə 25464 manat, xx xxxxxx 2018-ci il tarixli 0FS1.46428.0428 saylı ilə 16905,99 manat, xx xxxxxx 2018-ci il tarixli 0FS1.46428.5838 saylı ilə 10732,98 manat, xx xxxx 2018-ci il tarixli 0FS1.00298.0046 saylı ilə 21 794,88 manat, xx xxxxx 2018-ci il tarixli 0FS1.46698.5016 saylı ilə 17176,04 manat, xx xxx 2018-ci il tarixli 0FS1.46698.6336 saylı ilə 16161,69 manat, (cild 1, iş vər. 58-68); satış nümayəndəsi X24 vasitəsi ilə xx xxxxxx 2017-ci il tarixli 0FS1.40620.0333 saylı anbardan çıxış fakturası ilə 8389,65 manat, müvafiq olaraq anbardan çıxış fakturaları üzrə xx xxxxxx 2018-ci il tarixli 0FS1.40620.0392 saylı ilə 11452,40 manat, xx xxxxxx 2018-ci il tarixli 0FS1.40620.0465 saylı ilə 5872,87 manat, xx xxxx 2018-ci il tarixli 0FS1.40620.0492 saylı ilə 11247,80 manat, xx xxxxx 2018-ci il tarixli 0FS1.40620.0525 saylı ilə 9996,14 manat və xx xxx 2018-ci il tarixli 0FS1.40620.0543 saylı anbardan çıxış fakturası ilə 10224,29 manat (cild 1, iş vər. 69-74) dəyərində müxtəlif çeşidli kolbasa məhsullarının satış üçün «X50» MMCnin marketlərinə göndərildiyi rəsmiləşdirilmiş və həmin sənədlər Zərərçəkmiş şəxs MMCnin kolbasa şöbəsinin ştampı, anbar müdirinin imzaları, X19 istisna edilməklə müvafiq olaraq yuxarıda qeyd edilən şəxslərin adların qarşısında imzalar edilməklə təsdiq olunmuşdur. İstintaq orqanına təqdim edilmiş yuxarıda qeyd edilməklə Zərərçəkmiş şəxs MMC-nin anbardan çıxış fakturalarından görünür ki, həmin sənədlər bir ədəd ağ rəngli vərəqdə çap üsulu formasında hazırlanmış blank forması olmaqla, həmin blankın başlığında “Anbardan çıxış fakturası”, “Satış nümayəndəsi”, “Terminal kodu”, “Satış”, “Tarix” mətnləri çap olunmuş, müvafiq olaraq blank vertikal və horizontal xırda qrafalar formasında tərtib olunmaqla, “Malın adı” qrafasında iki hissədə vertikal cərgə üzrə birinci vertikal qrafa üzrə malın kod nömrələri göstərilməklə, həmin qrafalar üzrə cəmi 126 adda və o cümlədən “Baranya” kolb çəki, “Doktorskaya” kolb çəki, “Krakovskaya» kolb çəki, “lyubitelskaya” kolb çəki, “Moskovskaya” kolb çəki, “Oxotniçiy” kolb çəki, «Dadım», «xxxxxxxxxxxx Doktorskaya», “Lyubitelskaya sinyuqa” kolb, “Sala” donuz piyi vakumpaket, “Servelat” kg, “Servelat” zakaz, “Tallinskaya” kolb çəki və digər markalı kolbasa və məhsullarının adları və çeşidləri cədvəl formasında çap edilmiş, blankın müvafiq olaraq horizontal qrafa üzrə başlıqda 2-4-cü qrafalar üzrə malın çəkisi “kq”, 4-cü qrafada “Total kq” və 5-ci qrafada “Qiymət” qrafaları üzrə vertikal cədvəl formasında çap edilmiş, blankın aşağı hissəsində isə “Təhvil verdi: Anbardar Şahid3”, “Təhvil aldı: Maddi məsul şəxs” mətni blankın sağ aşağı hissəsində isə “cəm” mətn qrafası çap formasında hazırlanmışdır. Yuxarıda qeyd edilən satış nümayəndələrinin adlarına tərtib olunmuş həmin formada tərtib olunmuş qaimə-fakturalardan görünür həmin satış nümayəndələrinin adlarına olmaqla qeyd edilən kolbasa və digər ət məhsulları üzrə «xxxxxxxxxxxx» marksına aid olan çeşidlər istisna olunmaqla “Dadım” markalı, “Ukraynskaya” kolb çəki çeşidli, “Krakovskaya” kolb çəki, “Lyubitelskaya” markalı kolbasa və digər ət məhsulları çeşidləri qrafalarında malın çəkisi və qiymətləri barədə çap üsulu çəki və məbləğlər qeyd olunmuşdur. (cild 1, iş vər. 21-74). İş materiallarında olmaqla kassa məxaric orderlərinin surətlərindən görünür ki, “xxxxxxxxxxxx» kolbasa çeşidləri üzrə alınmış məhsulların dəyərinin ödənilməsi ilə bağlı «X50» MMC-nin baş ofisi üzrə Təqsirləndirilən şəxs xx xxxxxx 2017-ci il tarixli **********28 saylı kassa məxaric orderi ilə 10000 manat, müvafiq olaraq məxaric üzrə xx xxxxxxx 2017-ci il tarixli **********35 saylı orderi ilə 10000 manat, xx xxxxxx 2017-ci il tarixli **********40 saylı orderi ilə 20000 manat, xx xxxxxx 2017-ci il tarixli **********41 saylı orderi ilə 50000 manat, xx xxxxxx 2017-ci il tarixli **********44 saylı ilə 30000 manat, xx xxxxxx 2017-ci il tarixli **********51 saylı orderi ilə 30000 manat, xx xxxxxx 2018-ci il tarixli **********28 saylı orderi ilə 50000 manat, xx xxxxxx 2018-ci il tarixli **********29 saylı orderi ilə 20000 manat, xx xxxxxx 2018-ci il tarixli **********32 saylı orderi ilə 20000 manat, xx xxxxxx 2018-ci il tarixli **********34 saylı orderi ilə 30000 manat, xx xxxxxx 2018-ci il tarixli **********38 saylı orderi ilə 35000 manat, xx xxxxxx 2018-ci il tarixli **********39 saylı orderi ilə 15000 manat, xx xxxx 2018-ci il tarixli **********41 saylı orderi ilə 16000 manat, xx xxxx 2018-ci il tarixli **********44 saylı orderi ilə 35000 manat, xx xxxx 2018-ci il tarixli **********45 saylı orderi ilə 30000 manat, xx xxxx 2018-ci il tarixli **********46 saylı orderi ilə 6000 manat, xx xxxxx 2018-ci il tarixli **********48 saylı orderi ilə 20000 manat, xx xxxxx 2018-ci il tarixli **********48 saylı orderi ilə 20000 manat, xx xxxxx 2018-ci il tarixli **********49 saylı orderi ilə 15000 manat, xx xxxxx 2018-ci il tarixli **********50 saylı məxaric orderi ilə 28000 manat və xx xxx 2018-ci il tarixli **********56 saylı kassa məxaric orderi ilə 80000 manat məbləğlərində olan pul vəsaitlərinin nağd qaydada Təqsirləndirilən şəxs ödənildiyi rəsmiləşdirilmiş və qeyd edilən sənədlər «xxx Baş ofis Ödənilib” ştampı və kassirin imzası ilə təsdiq olunmuş, həmçinin pulu nağd qaydada qəbul edən şəxsin, yəni Təqsirləndirilən şəxs adından imzalar edilməklə təsdiq olunmuşdur. (cild 1, iş vər. 75-95). İş materiallarında olmaqla Zərərçəkmiş şəxs MMC üzrə xx xxxxxx 2014-cü il tarixli 111/k saylı əmrin surətindən görünür Təqsirləndirilən şəxs həmin tarixdən Zərərçəkmiş şəxs MMC-nin marketinq şöbəsinin mütəxəssis-xxxxxxxxxxxxxi vəzifəsinə təyin edilmişdir. (cild 1, iş vər. 98). Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs MMC “xxxxxxxxxx” tərəf olmaqla həmin MMC- nin direktoru E.H.Kərimovla aralarında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 14/83 saylı Əmək müqaviləsi və eyni tarixli Tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, işçi kimi Təqsirləndirilən şəxs o cümlədən ticarət markası (brend) üzrə məhsullarının satış, istehsalat və loqistika (daşıma) işlərini əlaqələndirməli, peşəkar menecer fəaliyyəti üzrə rəhbərlik tərəfindən verilən digər əlavə vəzifə və tapşırıqları yerinə yetirməli; xxxxxxxxxxin ona verdiyi əmlaka (avadanlığa) qayğı ilə yanaşmaq və ona vurulan zərərin qarşısını almaq üçün bütün zəruri olan tədbirləri görmək; xxxxxxxxxxin ona verdiyi əmlakın (avadanlığın) salamatlığının təmin olunmasına təhlükə törədən bütün hallar haqqında xxxxxxxxxxə müəyyən olunmuş qaydada və vaxtında yazılı surətdə məlumat vermək; xxxxxxxxxxin ona verdiyi əmlakın (avadanlığın) müntəzəm surətdə uçotunda iştirak etmək, əmlakın (avadanlığın) hərəkəti barəsində xxxxxxxxxxə müəyyən olunmuş qaydada hesabatlar tərtib və təqdim etmək, kimi əmək funksiyasını üzərinə götürmüşdür. (cild 1, iş vər. 99-101, 102). Zərərçəkmiş şəxs MMC-nin direktoru E.H.Kərimov və xxxxxxxxxxxxx kimi Təqsirləndirilən şəxs tərəfindən təsdiq edilmiş xx xxxxxx 2014-cü il tarixli “Marketinq departamentinin xxxxxxxxxxxxxinin vəzifə təlimatları»ndan görünür ki, vəzifə təlimatlarına əsasən xxxxxxxxxxxxx o cümlədən: İqtisadi qanunvericiliyin, sahibkarlıq və kommersiya fəaliyyətinin əsaslarını, həmçinin bu fəaliyyəti tənzimləyən hüquqi- normativ aktları; ona təhkim olunmuş ticarət markasının (brendin) məhsul çeşidlərini, təsnifatını, texniki və psixoloji xüsusiyyətlərini və istehsal texnologiyasını; biznes-planların və digər kommersiya və inzibati sənədlərin (təqdimat, müqavilə, hesabat, plan və s.) hazırlama qaydalarını bilməli və yuxarıda qeyd edilməklə əmək müqaviləsində qeyd olunmuş müvafiq vəzifələri yerinə yetirməlidir. Brend-menecer müvafiq hesabatların rəhbərliyə vaxtında və tam təqdim olunmasına və sənədlərin, rəqəmlərin və məlumatların etibarlığına və düzgünlüyünə görə intizam və maddi məsuliyyət daşıyır. (cild 1, iş vər. 103-104). Daimi yaşayış yeri üzrə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 mənzil 102 ünvanda yaşayır və daimi yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cild 1, iş vər. 106). 1 saylı Bakı ASAN xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2015-ci il tarixdə verilmiş AZ-İİİ № 631 311 saylı və həmçinin 1 saylı Bakı ASAN xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixdə verilmiş AZ-İİ/ № 094351 saylı Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx xxxxxx 2015-ci il təvəllüdlü X30 və xx xxxxxx 2018-ci il təvəllüdlü X25 adlı iki az yaşlı övladı vardır. (cild 1, iş vər. 107-108). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 daxil olmuş xx xxxx 2018-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vər. 111-112). Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 1 №-li Respublika Psixiatriya Xəstəxanasından daxil olmuş xx xxxx 2018-ci il tarixli 4384 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. (cild 1, iş vər. 114). Həmin iş üzrə ibtidai istintaq zamanı xx xxxx 2018-ci il tarixli qərar əsasında təyin edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin İqtisad ekspertizalar şöbəsinin böyük eksperti X31 tərəfindən verilmiş məhkəməmühasibatlıq ekspertizasının xx xxxx 2018-ci il tarixli 18151 saylı saylı rəyinə əsasən, xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək olan dövrdə ümumilikdə "Zərərçəkmiş şəxs" MMC tərəfindən «X50» MMC-nin marketlərinə cəmi 709548 manat 71 qəpik dəyərində kolbasa məhsullarının verildiyi, malın pulundan 235000 manat pulun "Zərərçəkmiş şəxs" MMC kassasına təhvil verildiyi, 31828 manat 70 qəpik dəyərində malın anbara geri qaytarıldığı, 5854 manat 19 qəpik məbləğində endirim edildiyi, yerdə qalan 436865 manat 50 qəpik məbləğində maldan 101865 manat 59 qəpik dəyərində malın «X50» MMC-nin marketlərində mal qalığı kimi qaldığı və Zərərçəkmiş şəxs MMCnin marketinq şöbəsinin mütəxəssis-xxxxxxxxxxxxxi Təqsirləndirilən şəxs öhdəsində cəmi 335000 manat məbləğində satış pulunun çatışmamazlığı aşkar olunduğu barədə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin auditoru R.H.Heydərov tərəfindən "Zərərçəkmiş şəxs" MMC-nin müvafiq əməkdaşları və Təqsirləndirilən şəxs iştirakı ilə tərtib edilmiş xx xxxx 2018-ci il tarixli auditor aktında göstərilmiş nəticələr təsdiq edilərək marketinq üzrə mütəxəssis Təqsirləndirilən şəxs hesabında cəmi 335000 manat məbləğində satış pulu çatışmamazlığı müəyyən olunduğu barədə nəticəyə gəlinmişdir. (cild 1, iş vər. 121-122). İş materiallarında olmaqla Zərərçəkmiş şəxs MMC-nin rəhbərliyi tərəfindən təsdiq edilməklə verilmiş xx xxxx 2017-ci il tarixli etibarnamədən görünür ki, həmin MMC-nin brend-meneceri Təqsirləndirilən şəxs həmin MMC-yə (A kateqoriya, Topdan və horeka kolbasa satış şöbəsi üzrə) məxsus nağd pul vəsaitini «X50» MMC-dən alıb Zərərçəkmiş şəxs MMC-nin xəzinəsinə ödəməsi səlahiyyətləri də həvalə edilmişdir. (cild 1, iş vər. 166). Həmin iş üzrə Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddədə ilə müdafiəçinin iştirakı ilə ittiham elan edilmişdir. (cild 1, iş vər. 167- 170). İş materiallarında olmaqla xx xxxxxx 2018-ci il tarixli «Təqsirləndirilən şəxsi dindirmə protokolu»ndan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində dindirilmiş və Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı Zərərçəkmiş şəxs MMC-də marketinq departamentinin brend-meneceri vəzifəsində işlədiyini, ona «X50» MMC-nin marketləri təhkim olunduğunu, qida məhsullarının həmin marketlərə müvafiq satış nümayəndələri tərəfindən çatdırıldığını, pulların yığılması onun özü tərəfindən icra olunduğunu, 2018-ci ilin iyun ayında cəmiyyət tərəfindən dəvət olunmuş auditor tərəfindən onun hesabı üzrə yoxlama aparılan zaman hesabında 335000 çatışmazlıq yarandığını qeyd olunduğunu, onun isə həmin çatışmazlığın şişirdilmiş rəqəm olduğunu, öhdəsində cəmi 210000 manat çatışmazlığı ola biləcəyini və həmin pulu mənimsədiyini etiraf etdiyini, sonradan isə öhdəsində cəmi 240000 manat mənimsəməsi olmasını xatırladığını və həmin məbləğdə pulu mənimsədiyini səmimi etiraf etdiyini bildirmişdir. Həmin protokolun sonunda Azərbaycan dilində latın əlifbası ilə «Protokolu oxudum. İfadəm sözlərimlə düzgündür. Etiraz etmirəm. Təqsirləndirilən şəxs» əlyazma qeydi icra olunmaqla imza edilmiş və həmçinin müdafiəçi kimi iştirak etmiş şəxsin imzası ilə də təsdiq olunmuşdur. (cild 1, iş vər. 184-186). İşdə olmaqla Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli iş № 4 (001)-491/2018 saylı qərarından görünür ki, həmin qərarla iş üzrə istintaq orqanının Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilməsi barədə vəsatəti təmin edilərək, Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx xxxxxx 2018-ci il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir. Həmin qərarın mətnindən həmçinin görünür ki, həmin məhkəmə iclasında müdafiəçi ilə birlikdə iştirak etmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamı 240000 manat hissəsində qəbul etdiyini və istintaqdan yayınmayacağını bildirərək istintaq orqanının vəsatətinin təmin olunmamasını xahiş etmişdir. (cild 1, iş vər. 197-198). İş materiallarında olmaqla «Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və cinayət işinin icraata qəbul edilməsi haqqında» xx xxxxxx 2018-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi M.Şahmarov tərəfindən hazırki ********* saylı cinayət işindən X10 və qeyrilərinin hesabında külli miqdarda çatışmazlıq müəyyən edilməsi, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə faktına dair Azərbaycan Respublikası CM-nin 179.3.2 və 318.1-ci maddələri ilə ********* saylı cinayət işi ayrıca icraata ayrılaraq onun tərəfindən icraata qəbul edilmişdir. (cild 1, iş vər. 201-203, 204,). Beləliklə, məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini, -öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş külli miqdarda özgə əmlakını vahid qəsdlə mənimsəmə yolu ilə taladığı, yəni Zərərçəkmiş şəxs MMC-nin marketinq şöbəsinin mütəxəssis-xxxxxxxxxxxxxi vəzifəsində işləyərkən həmin Zərərçəkmiş şəxs MMC-nin anbarından xx xxxx 2017-ci tarixdən xx xxx 2018-ci il tarixədək olan müddət ərzində «X50» MMC-nə “Zolotoy kpay” adlı çeşidlər üzrə satılmış kolbasa məhsulları üzrə həmin dövrdə «X50» MMC tərəfindən Zərərçəkmiş şəxs MMC-nin xəzinəsinə ödənilməsi üçün Təqsirləndirilən şəxs və həmçinin tabeçiliyində olmuş işçilər tərəfindən yuxarıda qeyd edilən kassa məxaric orderləri ilə «X50» MMC-dən nağd qaydada cəmi 570000 (beş yüz yetmiş min) manat pul qəbul edilərək, həmin puldan Təqsirləndirilən şəxs və onun tabeçiliyində olmuş işçilər tərəfindən qeyd olunan kassa mədaxil qəbzlərinə cəmi 345000 (üç yüz qırx beş min) manat məbləğində pul vəsaiti nağd qaydada Zərərçəkmiş şəxs MMC-nin xəzinəsinə ödənildiyi, qalan 225000 (iki yüz iyirmi beş min) manat məbləğində pul vəsaitinin isə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs MMC-nin xəzinəsinə təhvil verilməyərək onun tərəfindən şəxsi ehtiyaclarına xərclənməklə ona etibar edilmiş külli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə edib vahid qəsdlə mənimsəməklə cinayət əməli törətməkdə təqsirli olması, o, özünü həmin cinayət əməlini törətməkdə təqsirli bilməməsinə baxmayaraq, onun özünün vəzifə səlahiyyətləri, qeyd edilən dövrdə Zərərçəkmiş şəxs MMC-nin xəzinəsinə ödənilməsi yuxarıda qeyd edilən bir çox kassa məxaric orderlərinə əsasən həqiqətən «X50» MMC-dən nağd qaydada külli miqdarda pul vəsaitlərini qəbul etdiyi və sairə bağlı onun özünün işin faktiki hallarına uyğun olmaqla məhkəmə baxışı zamanı vermiş olduğu öz mahiyyəti üzrə qismən etirafedici ziddiyyətli ifadələri, «X50» MMC-dən nağd qaydada alınmış pul vəsaitlərinin müəyyən hissəsini mənimsədiyi barədə iş üzrə məhkəmə baxışı zamanı tədqiq edilməklə iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadələri ilə yanaşı, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin çıxışı, şahid ifadələri, ekspertiza rəyləri ilə təsdiq edilmiş aşağıda qeyd olunan müvafiq hallar, maddi sübutlarla və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı Zərərçəkmiş şəxs MMC-nə məxsus hər-hansı məbləğdə pulu mənimsəmədiyi həmin MMC tərəfindən «X50» MMC-nə “xxxxxxxxxxxx” adlı çeşidlər üzrə satılmış kolbasa məhsullarına görə nağd qaydada alınmış pulların onun özü və tabeçiliyində olmuş işçilər tərəfindən tam olaraq Zərərçəkmiş şəxs MMC-nin xəzinəsinə təhvil verildiyi, Zərərçəkmiş şəxs MMC-nin rəhbərliyi tərəfindən ona qarşı qərəzli mövqe tutularaq onun külli məbləğdə pulu mənimsədiyi barədə qəsdən saxta sənədləşmə aparılaraq istintaqa verildiyi, iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadələri ona qarşı edilmiş təzyiq nəticəsində vermiş olduğu barədə olan hissədə məhkəmə baxışı zamanı verdiyi ifadələri məhkəmə baxışı zamanı tədqiq edilmiş sənədlər və işin digər faktiki halları ilə təkzib edildiyindən məhkəmə onun bu kimi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun bu kimi ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə verilmiş, onun yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə tam təsdiq olunmuşdur. Bununla yanaşı qeyd etmək lazımdır ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı ittiham irəli sürülmüşdür ki, o, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş külli miqdarda özgə əmlakını vahid qəsdlə mənimsəmə yolu ilə talamışdır. Belə ki, o, xx xxxxxx 2014-cü il tarixdən xx xxxxxx 2018-ci il tarixədək Zərərçəkmiş şəxs MMC-nin marketinq şöbəsinin mütəxəssis-xxxxxxxxxxxxxi vəzifəsində işləyərkən həmin cəmiyyətlə aralarında bağlanmış xx xxxxxx 2014-cü il tarixli tam maddi məsuliyyət haqqında və eyni tarixli əmək müqavilələrinə əsasən xxxxxxxxxxin ona verdiyi əmlaka (avadanlığa) qayğı ilə yanaşmaq və ona vurulan zərərin qarşısını almaq üçün bütün zəruri olan tədbirləri görmək, təhlükə törədən bütün hallar haqqında xxxxxxxxxxə müəyyən olunmuş qaydada və vaxtında yazılı surətdə məlumat vermək, əmlakın müntəzəm surətdə uçotunda iştirak etmək, əmlakın hərəkəti barəsində xxxxxxxxxxə müəyyən olunmuş qaydada hesabatlar tərtib və təqdim etmək, satışdan əldə olunan pulları xəzinəyə təhvil vermək və digər səlahiyyətlərə malik məsul şəxs olmaqla öz qulluq mövqeyindən istifadə edib ona etibar olunmuş özgə əmlakını vahid qəsdlə talama məqsədilə cəmiyyətin ünvan 2 ünvanda yerləşən anbarından həmin firmanın cinayətdən xəbərsiz olan satış nümayəndəsi X6 vasitəsi ilə xx xxxx 2017-ci il tarixli 0FS1.35640.0026 saylı anbardan çıxış fakturası ilə 6970,71 manat, xx xxxxxx 2017-ci il tarixli 0FS1.46459.2856 saylı anbardan çıxış fakturası ilə 21663,06 manat, xx xxxxxxxx 2017-ci il tarixli 0FS1.46490.4454 saylı anbardan çıxış fakturası ilə 11979,03 manat, xx xxxxxxx 2017-ci il tarixli 0FS1.46420.6564 saylı anbardan çıxış fakturası ilə 20604,99 manat, xx xxxxxx 2017-ci il tarixli 0FS1.46720.6558 saylı anbardan çıxış fakturası ilə 22216,99 manat, xx xxxxxx 2017-ci il tarixli 0FS1.46420.0852 saylı anbardan çıxış fakturası ilə 25464 manat, xx xxxxxx 2018-ci il tarixli 0FS1.46428.0428 saylı anbardan çıxış fakturası ilə 16905,99 manat, xx xxxxxx 2018-ci il tarixli 0FS1.46428.5838 saylı anbardan çıxış fakturası ilə 10732,98 manat, xx xxxx 2018-ci il tarixli 0FS1.00298.0046 saylı anbardan çıxış fakturası ilə 21794,88 manat, xx xxxxx 2018-ci il tarixli 0FS1.46698.5016 saylı anbardan çıxış fakturası ilə 17176,04 manat, xx xxx 2018-ci il tarixli 0FS1.46698.6336 saylı anbardan çıxış fakturası ilə 16161,69 manat, cinayətdən xəbərsiz olan satış nümayəndəsi X14 vasitəsi ilə xx xxxx 2017-ci il tarixli 0FS1.40620.0096 saylı anbardan çıxış fakturası ilə 8177,44 manat, xx xxxxxx 2017-ci il tarixli 0FS1.46459.0084 saylı anbardan çıxış fakturası ilə 17137,99 manat, xx xxxxxxxx 2017-ci il tarixli 0FS1.46420.0183 saylı anbardan çıxış fakturası ilə 13659,96 manat, xx xxxxxxx 2017-ci il tarixli 0FS1.46420.0224 saylı anbardan çıxış fakturası ilə 20891,99 manat, xx xxxxxx 2017-ci il tarixli 0FS1.46720.7258 saylı anbardan çıxış fakturası ilə 22679,99 manat, xx xxxxxx 2017-ci il tarixli 0FS1.46420.0402 saylı anbardan çıxış fakturası ilə 25811,98 manat, xx xxxxxx 2018-ci il tarixli 0FS1.46428.0428 saylı fakturayla 19671,02 manat, xx xxxxxx 2018-ci il tarixli 0FS1.46428.0456 saylı anbardan çıxış fakturası ilə 12887,01 manat, xx xxxx 2018-ci il tarixli 0FS1.46698.0586 saylı anbardan çıxış fakturası ilə 24694,03 manat, xx xxxxx 2018ci il tarixli 0FS1.46698.0616 saylı anbardan çıxış fakturası ilə 17076,99 manat, 0FS1.46698.0736 saylı anbardan çıxış fakturası ilə 15980,9 manat, cinayətdən xəbərsiz olan satış nümayəndəsi Şahid2 vasitəsi ilə xx xxxx 2017-ci il tarixli 0FS1.40620.0096 saylı anbardan çıxış fakturası ilə 7021,64 manat, xx xxxxxx 2017-ci il tarixli 0FS1.46459.1856 saylı anbardan çıxış fakturası ilə 21060,99 manat, xx xxxxxxxx 2017-ci il tarixli 0FS1.46490.1234 saylı anbardan çıxış fakturası ilə 10749,03 manat, xx xxxxxxx 2017-ci il tarixli 0FS1.46420.2564 saylı anbardan çıxış fakturası ilə 21392,99 manat, xx xxxxxx 2017-ci il tarixli 0FS1.46720.6558 saylı anbardan çıxış fakturası ilə 24822,99 manat, xx xxxxxx 2017-ci il tarixli 0FS1.46420.0852 saylı anbardan çıxış fakturası ilə 28620,98 manat, xx xxxxxx 2018-ci il tarixli 0FS1.46428.0428 saylı anbardan çıxış fakturası ilə 18273,99 manat, xx xxxxxx 2018-ci il tarixli 0FS1.46428.0429 saylı anbardan çıxış fakturası ilə 10131,98 manat, xx xxxx 2018-ci il tarixli 0FS1.46698.8886 saylı anbardan çıxış fakturası ilə 17847,98 manat, xx xxxxx 2018-ci il tarixli 0FS1.46698.5016 saylı anbardan çıxış fakturası ilə 14983,02 manat, xx xxx 2018-ci il tarixli 0FS1.46698.6336 saylı anbardan çıxış fakturası ilə 15776,97 manat, cinayətdən xəbərsiz olan satış nümayəndəsi X24 vasitəsi ilə xx xxxxxx 2017-ci il tarixli 0FS1.40620.0333 saylı anbardan çıxış fakturası ilə 8389,65 manat, xx xxxxxx 2018-ci il tarixli 0FS1.40620.0392 saylı anbardan çıxış fakturası ilə 11452,40 manat, xx xxxxxx 2018-ci il tarixli 0FS1.40620.0465 saylı anbardan çıxış fakturası ilə 5872,87 manat, xx xxxx 2018-ci il tarixli 0FS1.40620.0492 saylı anbardan çıxış fakturası ilə 11247,80 manat, xx xxxxx 2018-ci il tarixli 0FS1.40620.0525 saylı anbardan çıxış fakturası ilə 9996,14 manat, xx xxx 2018-ci il tarixli 0FS1.40620.0543 saylı anbardan çıxış fakturası ilə 10224,29 manat, cinayətdən xəbərsiz olan satış nümayəndəsi X18 vasitəsi ilə xx xxxxxx 2017-ci il tarixli 0FS1.40620.0126 saylı anbardan çıxış fakturası ilə 5045,40 manat, xx xxxxxx 2018-ci il tarixli 0FS1.46420.0084 saylı anbardan çıxış fakturası ilə 5266,66 manat, xx xxxxxx 2018ci il tarixli 0FS1.46420.0154 saylı anbardan çıxış fakturası ilə 5674,10 manat, xx xxxx 2018-ci il tarixli 0FS1.46420.0194 saylı anbardan çıxış fakturası ilə 9602,81 manat, xx xxxxx 2018-ci il tarixli 0FS1.46420.0224 saylı anbardan çıxış fakturası ilə 5458,92 manat, xx xxx 2018-ci il tarixli 0FS1.46420.0389 saylı anbardan çıxış fakturası ilə 3492,92 manat, cinayətdən xəbərsiz olan satış nümayəndəsi X20 vasitəsi ilə xx xxxxxx 2018-ci il tarixli 0FS1.40620.0125 saylı anbardan çıxış fakturası ilə 3168,46 manat, xx xxxx 2018-ci il tarixli 0FS1.40620.0238 saylı anbardan çıxış fakturası ilə 4513,06 manat, xx xxxxx 2018ci il tarixli 0FS1.40620.0312 saylı anbardan çıxış fakturası ilə 2123,31 manat, xx xxx 2018-ci il tarixli 0FS1.40620.0348 saylı anbardan çıxış fakturası ilə 3842,01 manat, cinayətdən xəbərsiz olan satış nümayəndəsi X9 vasitəsi ilə xx xxxxxx 2018-ci il tarixli 0FS1.40620.0322 saylı anbardan çıxış fakturası ilə 6802,34 manat, xx xxxxxx 2018-ci il tarixli 0FS1.40620.0388 saylı anbardan çıxış fakturası ilə 2072,01 manat, xx xxxx 2018-ci il tarixli 0FS1.40620.0422 saylı anbardan çıxış fakturası ilə 6258,47 manat, xx xxxxx 2018-ci il tarixli 0FS1.40620.0468 saylı anbardan çıxış fakturası ilə 3162,02 manat, xx xxx 2018-ci il tarixli 0FS1.40620.0523 saylı anbardan çıxış fakturası ilə 4860,85 manat cəmi 709548,71 manat dəyərində müxtəlif adda kolbasa məhsullarını satış üçün Bakı şəhəri və respublikanın müxtəlif rayonlarının ərazisində yerləşən «X50» MMC-nin marketlərinə təhvil verəndən sonra, xx xxxx 2017-ci il tarixli etibarnaməyə əsasən həmin məhsulların satışından qeyd olunan marketlərdən xx xxxxxx 2017-ci il tarixli kassa məxaric orderi ilə 10.000 manat, xx xxxxxxx 2017-ci il tarixli kassa məxaric orderi ilə 10.000 manat, xx xxxxxx 2017-ci il tarixli kassa məxaric orderi ilə 20.000 manat, xx xxxxxx 2017-ci il tarixli kassa məxaric orderi ilə 50.000 manat, xx xxxxxx 2017-ci il tarixli kassa məxaric orderi ilə 30.000 manat, xx xxxxxx 2017-ci il tarixli kassa məxaric orderi ilə 30.000 manat, xx xxxxxx 2018-ci il tarixli kassa məxaric orderi ilə 50.000 manat, xx xxxxxx 2018-ci il tarixli kassa məxaric orderi ilə 20.000 manat, xx xxxxxx 2018-ci il tarixli kassa məxaric orderi ilə 20.000 manat, xx xxxxxx 2018-ci il tarixli kassa məxaric orderi ilə 30.000 manat, xx xxxxxx 2018ci il tarixli kassa məxaric orderi ilə 35.000 manat, xx xxxxxx 2018-ci il tarixli kassa məxaric orderi ilə 15.000 manat, xx xxxx 2018-ci il tarixli kassa məxaric orderi ilə 16.000 manat, xx xxxx 2018-ci il tarixli kassa məxaric orderi ilə 35.000 manat, xx xxxx 2018-ci il tarixli kassa məxaric orderi ilə 30.000 manat, xx xxxx 2018-ci il tarixli kassa məxaric orderi ilə 6.000 manat, xx xxxxx 2018-ci il tarixli kassa məxaric orderi ilə 20.000 manat, xx xxxxx 2018-ci il tarixli kassa məxaric orderi ilə 20.000 manat, xx xxxxx 2018-ci il tarixli kassa məxaric orderi ilə 15.000 manat, xx xxxxx 2018-ci il tarixli kassa məxaric orderi ilə 28.000 manat və xx xxx 2018-ci il tarixli kassa məxaric orderi ilə 80.000 manat - cəmi 570.000 manat pulu qəbul edib, həmin puldan cəmiyyətin xəzinəsinə xx xxxxxxxx 2017-ci il tarixli mədaxil qəbzi ilə 17500 manat, xx xxxxxx 2018-ci il tarixli mədaxil qəbzi ilə 20500 manat, xx xxxx 2018-ci il tarixli mədaxil qəbzi ilə 170000 manat, xx xxxxx 2018-ci il tarixli mədaxil qəbzi ilə 27000 manat - cəmi 235000 manat ödəmiş, hesabından 5854.19 manat endirimli mal qiyməti, anbara qaytarılan 31828.93 manat, eləcə də MMC-nin marketlərdəki 101865.59 manat mal qalığı çıxılmış, 335.000 manat məbləğində pulu isə təhvil verməyib şəxsi ehtiyaclarına xərcləməklə ona etibar edilmiş külli miqdarda özgə, Zərərçəkmiş şəxs MMCnin əmlakını öz qulluq mövqeyindən istifadə edib vahid qəsdlə mənimsəməklə talamışdır. İş materiallarından göründüyü kimi ibtidai istintaq orqanı müvafiq dövrdə Zərərçəkmiş şəxs MMC-nin məsul işçiləri tərəfindən «X50» MMC-nin marketlərinə təhvil verilmiş kolbasa məhsullarının ümumi dəyəri, Zərərçəkmiş şəxs MMC-nə məxsus olmaqla Təqsirləndirilən şəxs tərəfindən mənimsənilmiş pul vəsaitinin dəqiq məbləği və işin digər müvafiq halları ilə bağlı nəticəyə Zərərçəkmiş şəxs MMC-nin istintaq orqanına təqdim etmiş olduğu yuxarıda qeyd edilən sənədlər, yuxarıda qeyd edilməklə xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək olan dövrdə ümumilikdə "Zərərçəkmiş şəxs" MMC tərəfindən «X50» MMC-nin marketlərinə cəmi 709548 manat 71 qəpik dəyərində kolbasa məhsullarının verildiyi, malın pulundan 235000 manat pulun "Zərərçəkmiş şəxs" MMC kassasına təhvil verildiyi, 31828 manat 70 qəpik dəyərində malın anbara geri qaytarıldığı, 5854 manat 19 qəpik məbləğində endirim edildiyi, yerdə qalan 436865 manat 50 qəpik məbləğində maldan 101865 manat 59 qəpik dəyərində malın «X50» MMC-nin marketlərində mal qalığı kimi qaldığı və Zərərçəkmiş şəxs MMC-nin marketinq şöbəsinin mütəxəssis-xxxxxxxxxxxxxi Təqsirləndirilən şəxs öhdəsində cəmi 335000 manat məbləğində satış pulunun çatışmamazlığı aşkar olunduğu barədə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin auditoru X17 tərəfindən verilmiş auditor aktı, həmçinin yuxarıda qeyd edilən auditor aktının nəticələri tam təsdiq olunmaqla son nəticədə marketinq üzrə mütəxəssis Təqsirləndirilən şəxs hesabında cəmi 335000 manat məbləğində satış pulu çatışmamazlığı müəyyən olunduğu barədə iş üzrə ibtidai istintaq zamanı xx xxxx 2018-ci il tarixli qərar əsasında təyin edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin İqtisad ekspertizalar şöbəsinin böyük eksperti X31 tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxx 2018-ci il tarixli 18151 saylı rəyi, Təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu qismən etirafedici ifadəsi və şahid ifadələri əsas götürülməklə, Təqsirləndirilən şəxs tərəfindən 335000 manat məbləğində pul vəsaitini mənimsənildiyi barədə qənatə gəlinmişdir. Onu da qeyd etmək lazımdır ki, həmin cinayət işi üzrə məhkəmə baxışı zamanı həmin iş üzrə ibtidai istintaq zamanı bir sıra nöqsanlara yol verilərək, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamla bağlı qeyd edilən dövrdə Zərərçəkmiş şəxs MMC və «X50» MMC arasında qarşılıqlı mal dövriyyəsi, əmtəə-material qiymətlərinin və pul vəsaitlərinin hərəkətlərini əks etdirən bütün ilkin sənədlər, Zərərçəkmiş şəxs MMC-nin «X50» MMC-nin marketlərinə satılmış kolbasa məhsullarının dəqiq çeşidi, həmin MMC-yə satış üçün verilmiş kolbasa məhsullarından «X50» MMC-nin marketlərində məhz hansı dəyərdə mal qalığı kimi qaldığı, hansı dəyərdə kolbasa məhsullarının Zərərçəkmiş şəxs MMC-nin anbarına qaytarıldığı, hansı məbləğdə endirimli mal qiyməti müəyyən edildiyi və digər hallarla bağlı müvafiq sorğular edilməklə müvafiq ilkin mühasibatlıq və hesabat sənədləri tam alınaraq iş materiallarına əlavə olunmamışdır. Göstərilən nöqsanların aradan qaldırılması, iş üzrə müvafiq olaraq bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin təmin olunması üçün həmin iş üzrə məhkəmə baxışı zamanı cinayət prosesi tərəflərinin vəsatətləri təmin edilərək qeyd edilən xüsusatlarla bağlı Zərərçəkmiş şəxs MMC-nin və «X50» MMC-nin, həmçinin X3 sorğular göndərilərək müvafiq sənədlər əldə olunaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, iş üzrə məhkəmə baxışı zamanı “X50” MMC-nə təkrar sorğu edilərək həmin MMC və tabeçiliyində olan mağazalar tərəfindən xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018ci il tarixədək Zərərçəkmiş şəxs MMC-dən yuxarıda qeyd anbar çıxış fakturalarında qeyd olunmaqla kolbasa məhsullarının alınıb-alınmadığı, əgər alınmışdırsa həmin məhsulların hansı miqdar və məbləğdə alındığı barədə məlumatın verilməsi xahiş olunmuşdur. Qeyd olunan sorğuya cavabda “X50” MMC tərəfindən xx xxxxxx 2019-cu il tarixli № H-250 saylı məktubla «Ustdad servelat premium” markalı (çeşidli) kolbasa məmulatı, “Dadım” markalı “servelat” kolb ekonom və “ukraynskaya” kolb çəki çeşidli, “Rosko” markalı “krakovskaya” kolb çəki, “lyubitelskaya” kolb çəki, “lyubitelskaya sinyuqa” kolb, “Oxotniçiy” kolb çəki, “sala” donuz piyi vakumpaket, “servelat” kg, “servelat” zakaz, “Tallinskaya” kolb çəki, “Tallinskaya” kolb vakumpaket, “Tallinskaya” zakaz fibrouz, “toyuq döş əti” file vakumpaket çeşidli kolbasa məhsullarının Zərərçəkmiş şəxs MMC-dən alınmadığı bildirilmişdir. (cild 2, iş vər. 132, 136). Müvafiq sorğuya cavab olaraq “X50” MMC tərəfindən xx xxxx 2019-cu il tarixli № H- 307 saylı məktubla “X50” MMC tərəfindən xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək Zərərçəkmiş şəxs MMC-dən “xxxxxxxxxxxx” adlı çeşiddə 6778,592 kq. çəkidə 50370,92 manat dəyərində delikates kolbasa, 31534,632 kq. çəkidə 157613,9 manat dəyərində bişmiş kolbasa, 79176,503 kq. çəkidə 490603,34 manat dəyərində bişmiş hisə verilmiş kolbasa, 8349,974 kq. çəkidə 50254,61 manat dəyərində yarım hisə verilmiş kolbasa, 13089,187 kq. çəkidə 59264,29 manat dəyərində bişmiş sosiska olmaqla, cəmi 138928,888 kq. çəkidə 808107,06 manat dəyərində məhsulların alındığı, qaytarılan məhsulların olmadığı bildirilmişdir. Bununla yanaşı, həmin sorğu üzrə cinayət işinin materiallarında olmaqla “X50” MMC tərəfindən Təqsirləndirilən şəxs adına tərtib olunmuş, yəni xx xxxxxx 2017-ci il tarixli, **********28 saylı kassa məxaric orderi ilə 10000 (on min) manat, xx xxxxxxx 2017-ci il tarixli **********35 saylı kassa məxaric orderi ilə 10000 (on min) manat, xx xxxxxx 2017-ci il tarixli **********40 saylı kassa məxaric orderi ilə 20000 (iyirmi min) manat, xx xxxxxx 2017-ci il tarixli **********41 saylı kassa məxaric orderi ilə 50000 (əlli min) manat, xx xxxxxx 2017-ci il tarixli **********44 saylı kassa məxaric orderi ilə 30000 (otuz min) manat, xx xxxxxx 2017-ci il tarixli **********51 saylı kassa məxaric orderi ilə 30000 (otuz min) manat, xx xxxxxx 2018-ci il tarixli **********28 saylı kassa məxaric orderi ilə 50000 (əlli min) manat, xx xxxxxx 2018-ci il tarixli **********29 saylı kassa məxaric orderi ilə 20000 (iyirmi min) manat, xx xxxxxx 2018-ci il tarixli **********32 saylı kassa məxaric orderi ilə 20000 (iyirmi min) manat, xx xxxxxx 2018-ci il tarixli **********34 saylı kassa məxaric orderi ilə 30000 (otuz min) manat, xx xxxxxx 2018-ci il tarixli **********38 saylı kassa məxaric orderi ilə 35000 (otuz beş min) manat, xx xxxxxx 2018-ci il tarixli **********39 saylı kassa məxaric orderi ilə 15000 (on beş min) manat, xx xxxx 2018-ci il tarixli **********41 saylı kassa məxaric orderi ilə 16000 (on altı min) manat, xx xxxx 2018-ci il tarixli **********44 saylı kassa məxaric orderi ilə 35000 (otuz beş min) manat xx xxxx 2018-ci il tarixli **********45 saylı kassa məxaric orderi ilə 30000 (otuz min) manat, xx xxxx 2018-ci il tarixli **********46 saylı kassa məxaric orderi ilə 6000 (altı min) manat, xx xxxxx 2018-ci il tarixli **********48 saylı kassa məxaric orderi ilə 20000 (iyirmi min) manat, xx xxxxx 2018-ci il tarixli **********48 saylı kassa məxaric orderi ilə 20000 (iyirmi min) manat, xx xxxxx 2018-ci il tarixli **********49 saylı kassa məxaric orderi ilə 15000 (on beş min) manat, xx xxxxx 2018-ci il tarixli **********50 saylı kassa məxaric orderi ilə 28000 (iyirmi səkkiz min) manat və xx xxx 2018-ci il tarixli **********56 saylı kassa məxaric orderi ilə 80000 (səksən min) manat olmaqla pul vəsaitlərinin alınması barədə tərtib edilmiş kassa məxaric orderlərinin surətləri “X50” MMC-nə təqdim olunmuş və qeyd edilən sorğuya cavab olaraq həmin MMC-nin direktoru V.Əmrahov tərəfindən təsdiq edilmiş həmin məktubla “X50” MMC tərəfindən qeyd edilən dövrdə Təqsirləndirilən şəxs cəmi 570000 (beş yüz yetmiş min) manat pulun nağd qaydada ödənilməsi barədə yuxarıda qeyd olunan 20 ədəd kassa məxaric orderlərindəki qeydlərin həqiqəti əks etdirdiyi və həmin əməliyyatların aparıldığı təsdiq edilmişdir. (cild 2, iş vər. 152-153, 158). Həmin cinayət işi üzrə məhkəmə baxışı zamanı müdafiə tərəfindən təqdim edilməklə iş materiallarına əlavə olunmuş, ekspeditor Ramin Qasımovun adına tərtib olunmuş qəbzlərin əsli və surətlərindən görünür ki, xx xxxx 2018-ci il tarixli 003572 saylı ödəniş qəbzinə əsasən onun tərəfindən 7000 (yeddi min) AZN, xx xxxxxx 2018-ci il tarixli 004807 saylı ödəniş qəbzinə əsasən onun tərəfindən 28000 (iyirmi səkkiz min) AZN, xx xxx 2018-ci il tarixli 001780 saylı ödəniş qəbzinə əsasən onun tərəfindən 47000 (qırx yeddi min) AZN Zərərçəkmiş şəxs MMC-nin xəzinəsinə ödənilmişdir. Həmçinin Zərərçəkmiş şəxs MMC-nin kolbasa məhsulları üzrə satış menecerləri Xəqani Hüseynov, Elçin Zeynalov, Daşqın Süleymanov və Ceyhun Hüseynov tərəfindən xx xxxxxx 2018-ci il tarixdə müvafiq olaraq 11100,00 (on bir min bir yüz) AZN, 6800,00 (altı min səkkiz yüz) AZN və 10100,00 (on min bir yüz) AZN məbləğlərində olmaqla cəmi 110000 (yüz on min) AZN məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs MMC-nin xəzinəsinə ödənildiyi rəsmiləşdirilmiş və həmin sənədlər Zərərçəkmiş şəxs MMC-nin məsul işçiləri tərəfindən imza edilib ödənilməsi barədə ştamp vurulmaqla təsdiq olunmuşdur. (cild 2, iş vər. 188- 196). Həmin iş üzrə məhkəmə baxışı zamanı zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin xx xxx 2019-cu il tarixli 292 saylı məktubu ilə cəmi 850 vərəqdə olmaqla xx xxxx 2017-ci il tarixdən xx xxx 2018-ci il tarixədək olan müddət üzrə Zərərçəkmiş şəxs MMC tərəfindən “X50” MMC-nə “xxxxxxxxxxxx” adlı çeşidlər üzrə tarix, faktura №-si, verilmiş kolbasa məhsullarının çeşidləri, miqdar və qiyməti əks olunmaqla cəmi 126483,922 qr çəkidə 756545,83 manat dəyərində kolbasa məhsulları verildiyi barədə kompüterdə tərtib edilmiş qaimə fakturaları-hesabat çıxarışları məhkəməyə təqdim edilmiş və həmin sənədlər iş materiallarına əlavə edilmişdir. Həmin qaimə fakturaları-hesabat çıxarışlardan göründüyü kimi zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMCə tərəfindən xx xxxx 2017-ci il tarixdən xx xxx 2018-ci il tarixədək olan müddət üzrə “X50” MMC-nə yalnız “xxxxxxxxxxxx” adlı çeşidlər üzrə tarix, faktura №-si, verilmiş kolbasa məhsullarının çeşidləri, miqdar və qiyməti əks olunmaqla cəmi 126483,922 qr çəkidə 756545 manat 83 qəpik dəyərində kolbasa məhsulları verildiyi sənədləşdirilmişdir. (cild 3, iş vər. 1-320, cild 4, iş vər. 1- 290, cild 5, iş vər. 1-245). İş üzrə məhkəmə baxışı zamanı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X11 sorğu edilərək zərərçəkmiş hüquqi şəxs olan Zərərçəkmiş şəxs MMC (VÖEN **********) ilə “X50” MMC (VÖEN **********) arasında xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək olan dövr ərzində Zərərçəkmiş şəxs MMC tərəfindən “X50” MMCyə satılmış kolbasa məhsulları üzrə ümumi mal dövriyyəsi üzrə xx xxxx 2017-ci il tarixə debitor-kreditor borclarının ümumi məbləği, həmçinin xx xxxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixə və eləcə də xx xxxxxx 2018-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək olan dövr ərzində Zərərçəkmiş şəxs MMC ilə “X50” MMC arasında kolbasa məhsullarının alğısatqısı üzrə mal dövriyyəsinin ümumi məbləği və həmin dövr üzrə Zərərçəkmiş şəxs MMC ilə “X50” MMC arasında mövcud olan qarşılıqlı debitor-kreditor borclarının ümumi məbləği barədə sorğular edilmiş və Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X7 xx xxx 2019-cu il tarixli №**********210300 saylı məktubu ilə Zərərçəkmiş şəxs MMC (VÖEN **********) ilə “X50” MMC (VÖEN **********) arasında xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək aparılmış qarşılıqlı əməliyyat barədə məlumatlar məhkəməyə təqdim olunmuşdur. (cild 6, iş vər. 2-10). Məhkəmə baxışı zamanı verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı X8 xx xxxx 2019-cu il tarixli №**********9783100 saylı məktubu ilə Zərərçəkmiş şəxs MMC (VÖEN **********) tərəfindən “X50” MMC-nə (VÖEN **********) kolbasa məhsullarının satışı ilə bağlı xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək olan dövr üzrə ümumi mal dövriyyəsi barədə məlumatlar məhkəməyə təqdim olunmuş və həmin məktubla “X50” MMC ilə Zərərçəkmiş şəxs MMC arasında aparılmış əməliyyatlar üzrə debitor-kreditor borcların müəyyən edilməsi mümkün olmadığı bildirilmişdir. (cild 6, iş vər. 77-83). Müvafiq sorğuya cavab olaraq “X50” MMC-nin xx xxxx 2019-cu il tarixli № HŞ-1045 saylı məktubu ilə Zərərçəkmiş şəxs MMC ilə “X50” MMC arasında xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək olan dövr ərzində kolbasa məhsullarının satışı ilə bağlı ümumi mal dövriyyəsi və ödənişlər barədə kompüter sistemində məlumatlar və həmin məlumatlar əks etdirilmiş bir ədəd ÇD disk məhkəmə göndərilmiş və həmin çıxarış məlumatlar və bir ədəd CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur. Həmin çıxarış məlumatlardan göründüyü alınmış kolbasa və digər ət məhsullarına görə «X50» MMC-nin baş ofisin xəzinəsindən Zərərçəkmiş şəxs MMC-nin xəzinəsinə ödənilməsi üçün Təqsirləndirilən şəxs adına nağd qaydada xx xxxxxx 2017-ci il tarixdə 10000 (on min) manat (cild 6, iş vər. 107), xx xxxxxxx 2017-ci il tarixdə 10000 (on min) manat (cild 6, iş vər. 128), xx xxxxxx 2017-ci il tarixdə 20000 (iyirmi min) manat (cild 6, iş vər. 146), xx xxxxxx 2017-ci il tarixdə 50000 (əlli min) manat (cild 6, iş vər. 150), xx xxxxxx 2017-ci il tarixdə 30000 (otuz min) manat (cild 6, iş vər. 162), xx xxxxxx 2017-ci il tarixdə 30000 (otuz min) manat (cild 6, iş vər. 185), xx xxxxxx 2018-ci il tarixdə 50000 (əlli min) manat (cild 6, iş vər. 189), xx xxxxxx 2018-ci il tarixdə 20000 (iyirmi min) manat (cild 6, iş vər. 200), xx xxxxxx 2018-ci il tarixdə 20000 (iyirmi min) manat (cild 6, iş vər. 208), xx xxxxxx 2018-ci il tarixdə 30000 (otuz min) manat (cild 6, iş vər. 214), xx xxxxxx 2018-ci il tarixdə 35000 (otuz beş min) manat (cild 6, iş vər. 229), xx xxxxxx 2018-ci il tarixdə 15000 (on beş min) manat (cild 6, iş vər. 233), xx xxxx 2018-ci il tarixdə 16000 (on altı min) manat (cild 6, iş vər. 239), xx xxxx 2018-ci il tarixdə 35000 (otuz beş min) manat (cild 6, iş vər. 253), xx xxxx 2018-ci il tarixdə 30000 (otuz min) manat (cild 6, iş vər. 256), xx xxxx 2018-ci il tarixdə 6000 (altı min) manat (cild 6, iş vər. 258), xx xxxxx 2018-ci il tarixdə 20000 (iyirmi min) manat (cild 6, iş vər. 264), xx xxxxx 2018-ci il tarixdə 20000 (iyirmi min) manat (cild 6, iş vər. 268), xx xxxxx 2018-ci il tarixdə 15000 (on beş min) manat (cild 6, iş vər. 270), xx xxxxx 2018-ci il tarixdə 28000 (iyirmi səkkiz min) manat (cild 6, iş vər. 274) və xx xxx 2018-ci il tarixdə 80000 (səksən min) manat (cild 6, iş vər. 297) olmaqla - cəmi 570000 (beş yüz yetmiş min) manat pul vəsaitinin Təqsirləndirilən şəxs və onun tabeçiliyində olmuş işçilərə nağd təhvil verilmişdir. (cild 6, iş vər. 85-316). İş üzrə məhkəmə baxışı zamanı ibtidai istintaq zamanı təyin edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin İqtisad ekspertizalar şöbəsinin böyük eksperti Z.Z.Məmmədov tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxx 2018-ci il tarixli 18151 saylı rəyində ekspert qarşısında qoyulmuş suallar tam cavablandırılmadığı, Zərərçəkmiş şəxs MMC və həmçinin “X50” MMC tərəfindən istintaqa və məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən sənədlərdə olan məlumatlar qarşılıqlı ziddiyyətli olduğu, alınmış kolbasa məhsullarının çeşidi, ümumi dəyəri və ödənilmiş pul vəsaitlərinin məbləğləri arasında böyük fərq olduğuna görə iş üzrə toplanmış sənədlər, o cümlədən Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X7 xx xxx 2019-cu il tarixli məktubu ilə Zərərçəkmiş şəxs MMC ilə “X50” MMC arasında xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək aparılmış qarşılıqlı əməliyyat barədə məlumatlar, həmçinin həmin MMC-lər tərəfindən məhkəməyə təqdim olunmuş sənədlər qarşılıqlı qaydada təhlil edilərək xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs MMC tərəfindən “X50” MMCnə cəmi hansı dəyərdə kolbasa məhsullarının verildiyi, “X50” MMC tərəfindən Təqsirləndirilən şəxs və yaxud sonuncunun tabeçiliyində olmuş işçilərə cəmi hansı məbləğdə pul vəsaiti ödənildiyi, öz növbəsində həmin şəxslər tərəfindən Zərərçəkmiş şəxs MMC-nin xəzinəsinə cəmi hansı məbləğdə pul vəsaiti ödənildiyi və marketinq üzrə mütəxəssis Təqsirləndirilən şəxs hesabında faktiki olaraq hansı məbləğdə çatışmamazlığın olduğu müəyyən olunması üçün tərəflərin vəsatəti əsasında xx xxxx 2019-cu il tarixli qərarla iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinə həvalə olunmuş və ekspert qarşısında yuxarıda göstərilən tərəflərin vəsatətlərində göstərilmiş müvafiq suallar qoyulmuşdur. Həmin qərara əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iqtisad ekspertizalar şöbəsinin aparıcı eksperti R.R.Cəlilov tərəfindən verilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 18878 saylı rəyinə əsasən "Zərərçəkmiş şəxs” firması ilə Təqsirləndirilən şəxs arasında xx xxxxxx 2014-cü il tarixli 14/83 saylı əmək müqaviləsi imzalanmış, işçi marketinq üzrə mütəxəssis vəzifəsinə təyin edilmişdir. Bundan başqa tərəflər arasında xx xxxxxx 2014-cü il tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Əmək müqaviləsinin 5.1 bəndinə əsasən tərəflərdən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına qanunla qorunan mənafeylərinə ziyan vurarsa digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. Həmçinin, həmin müqavilənin 5.2 bəndinə əsasən isə tərəflər istehsal və icra riski istisna olmaqla biri digərinə ziyan vurarsa dəyən zərəri könüllü şəkildə dəyən tərəfə ödəməyi öhdəsinə götürürlər. Əgər bir tərəf digər tərəfin hüquqlarını pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi razılığına gəlinməzsə ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir. Əmək müqaviləsi ilə yanaşı Zərərçəkmiş şəxs firmasının marketinq üzrə mütəxəssis vəzifəsində işləmiş Təqsirləndirilən şəxs ilə 01,08.2014-cü il tarixində tam maddi məsuliyyət haqqında müqavilə bağlanılmışdır. Müqavilənin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində ‘İşçi” maddi məsul şəxsdir və əmək müqaviləsinə əsasən görüləcək işi layiqincə yerinə yetirməyi, həmçinin tutduğu vəzifəsinə uyğun olaraq əmək münasibətləri prosesində ona «xxxxxxxxxx» tərəfindən etibar edilmiş əmlakın, məhsulların və digər sərvətlərin, həmçinin maliyyə-pul vəsaitlərinin, qiymətlilərin və onların ekvivalentlərinin yığılması, saxlanması, daşınması, «xxxxxxxxxxin» kassasına mədaxil edilməsi və bank hesabına köçürülməsi, istifadəsi və bununla bağlı başqa əməliyyatların aparılması zamanı onların bütünlüyünə, qorunub saxlanılmasına və mühafizəsinə görə tam həcmdə maddi məsuliyyət daşıyır. İş materiallarında dəymiş ziyanın məbləği Zərərçəkmiş şəxs MMC tərəfindən tərtib olunmuş anbardan çıxış fakturasına və mədaxil qəbzlərinə (möhürlənmiş, rəhbər və kassir tərəfindən imzalanmış) və s əsasən müəyyən edilmişdir. Həmçinin qeyd edilir ki, iş materiallarında Zərərçəkmiş şəxs MMC, “X50” MMC tərəfindən aparılmış əməliyyatlarla bağlı istintaqa və məhkəməyə təqdim edilmiş çıxarışlar (müəssisələr tərəfindən elektron sistem əsasında qurduqları sistemdən çıxarışlar) mədaxil-məxaric orderləri (müəssisələr tərəfindən tərtib olunmuş) öz əksini tapmışdır. Bundan başqa iş materiallarında Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər departamenti tərəfindən müəssisələr arasında aparılmış əməliyyatlar barəsində çıxarış öz əksini tapmışdır. Qeyd edilir ki, iş materiallarında öz əksini tapmış çıxarışlarda, məktublarda və s sənədlərdə dövriyyə tərqı və s. fərqlər mövcuddur. Məhkəmə-mühasibat ekspertizası yoxlama (təftiş, audit) materialları (mühasibat sənədləri) əsasında aparılır. İş materiallarında isə yuxarıda da qeyd olunduğu kimi, dəymiş ziyan Zərərçəkmiş şəxs MMC tərəfindən tərtib olunmuş anbardan çıxış fakturasına və mədaxil qəbzlərinə (möhürlənmiş, rəhbər və kassir tərəfindən imzalanmış) və s əsasən müəyyən edilmişdir. Həmçinin qeyd edilir ki, iş materiallarında Zərərçəkmiş şəxs MMC, “X50” MMC tərəfindən aparılmış əməliyyatlarla bağlı istintaqa və məhkəməyə təqdim edilmiş çıxarışlar (müəssisələr tərəfindən elektron sistem əsasında qurduqları sistemdən çıxarışlar) mədaxil-məxaric orderləri (müəssisələr tərəfindən tərtib olunmuş) öz əksini tapmışdır. Təcrübədə, əgər iş materiallarına “qara mühasibatlıq” (qeyri-rəsmi) sənədləri əlavə edilibsə və həmin sənədlərdə təyin olunmuş ekspertizanın predmetinə aid informasiya mövcuddursa, tədqiqatda ekspert tərəfindən bu növ informasiya ekspertizanı təyin etmiş hakimin yaxud müstəntiqin qoyduğu sualda bilavasitə həmin sənədlərin nəzərə alınmasına dair konkret qeydin olması hallarında istifadə olunur. Mühasibat uçotu mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır (“Mühasibat uçotu haqqında" AR Qanunu, maddə 2.1.6). Məhkəmə-mühasibat ekspertizası ilkin sənədlərin məlumatları əsasında aparılan tədqiqatdır, ilkin uçot sənədlərinin rəsmiləşdirilməsinə dair tələblər mühasibat uçotu sahəsini tənzimləyən normativ-hüquqi aktlarda müəyyən edilmişdir. Bu sənədlər təsərrüfat əməliyyatları haqqında etibarlı məlumatları əks etdirməli və həmin əməliyyatların həyata keçirildiyi anda zəruri rekvizitlər doldurulmaqla nümunəvi formalı blanklarda tərtib edilməlidir. Mühasibat uçotunda əks etdirilən ilkin sənədlərdə onların təkrar istifadəsinin mümkünlüyünü istisna edən qeydlər olmalıdır. Mühasibat uçotu subyektləri Azerbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş ilkin uçot sənədlərinin və uçot registrlərinin formalarından istifadə edir. Təsərrüfat əməliyyatlarının baş verməsi faktını əks etdirən ilkin uçot sənədləri mühasibat uçotu registrlərində yazılışlar üçün əsas hesab olunur. İlkin uçot sənədləri özündə sənədin (formanın) adı, nömrəsi, kodu, tərtib edilmə yeri, tarixi, sənədi tərtib edən mühasibat uçotu subyektinin adı, təsərrüfat əməliyyatlarının məzmunu, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları kimi zəruri rekvizitlər əks etdirir. Əməliyyatların xarakterindən və mühasibat uçotu subyektinin fəaliyyətinin xüsusiyyətindən asılı olaraq ilkin uçot sənədlərinə digər əlavə rekvizitiərin daxil edilməsinə yol verilir. İlkin uçot sənədləri əməliyyatların baş verdiyi anda, bu mümkün oimadıqda isə əməliyyatlar başa çatdıqdan sonra tərtib edilməlidir. Sənədlərin keyfiyyətli tərtibatı, onların vaxtında mühasibat uçotunda əks etdirilməsi üçün müəyyən edilmiş müddətlərdə təqdim edilməsi, sənədlərdəki məlumatların doğruluğu həmin sənədləri tərtib etmiş və imzalamış şəxslər tərəfindən təmin edilir. Pul vəsaitlərinin, material qiymətlilərinin və başqa əmlakların qəbul-təhvili ilə əlaqədar əməliyyatlar ilkin uçot sənədləri əsasında həyata keçirilən zaman iştirak edən hüquqi şəxsin nümayəndələrinə və ya fiziki şəxslərə sənədləşmənin bir nüsxəsi verilir. Əməliyyatda iştirak edənləri sənədlərin surəti ilə təmin etmək mühasibat uçotu subyektində bu əməliyyatı rəsmiləşdirənin öhdəsinə düşür. İşdə olan audit aktı və iş materiallarında öz əksini tapmış, həmçinin iş materiallarına əlavə olunması üçün təqdim olunmuş Zərərçəkmiş şəxs MMC-yə «xxx» MMC tərəfindən aparılmış əməliyyatlara dair çıxarışlar və s. sənədlər nəzərə alınmaqla çatışmazlıq 335000,0 manat məbləğində müəyyən olunur. (cild 7, iş vər. 7-22). İş üzrə məhkəmə baxışı zamanı təyin edilməklə keçirilmiş yuxarıda qeyd edilən əlavə məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 18878 saylı rəyində ekspert qarşısında qoyulmuş birinci sual istisna edilməklə digər suallar tam cavablandırılmadığı nəzərə alınaraq bununla bağlı müdafiə tərəfinin vəsatəti təmin olunaraq, iş üzrə yuxarıda qeyd əlavə məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsi barədə göstərilmiş müvafiq halların tam aydınlaşdırılması üçün yuxarıda qeyd olunmaqla cinayət işi üzrə toplanmış bütün sənədlər təqdim edilməklə xx xxxxxxx 2019-cu il tarixli qərarla iş üzrə əlavə təkrar komisyon məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin digər ekspertlərindən və Azərbaycan Respublikası Auditorlar Palatasının müstəqil auditorundan ibarət ekspert komissiyasına həvalə olunmuş və ekspertlər qarşısında müdafiə tərəfinin vəsatətlərində göstərilmiş müvafiq suallar qoyulmuşdur. Həmin qərara əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin İqtisad ekspertizalar şöbəsinin ekspertləri M.Q.Allahverdiyev və E.H.Səfərov, həmçinin Azərbaycan Respublikası Auditorlar Palatasının xx xxxxxxx 2019cu il tarixli 18 1/58 SDO nömrəli Sərəncamına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 1 (101)-117/2019 nömrəli qərarın icrası həvalə olunmuş auditor V.O.Bayramov tərəfindən verilmiş əlavə təkrar komisyon məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 26003 saylı rəyi və həmin rəyə əlavə olunmaqla auditor V.O.Bayramov tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli müstəqil auditor rəyinə əsasən cinayət işinin materiallarında olan sənədlərə əsasən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasınin Qanunun tələblərinə uyğun tərtib olunmamışdır. Ona görə də marketinq üzrə mütəxəssis Təqsirləndirilən şəxs hesabına qeyd edilmiş 335000 manat məbləğində satış pulu çatışmamazlığının düzgünlüyünü təsdiq etmək mümkün deyil. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2017-ci il tarixli 1460 saylı Fərmanında “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın və “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Fərmanin 1-ci, 2-ci və 4-cü hissələri 2017-ci il iyulun 15-dən qüvvəyə minmişdir. Həmin Fərmanin təsdiq edilmiş Qaydasının 2-ci müddəasının 2.2-ci yarımbəndində Topdansatış ticarəti sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri mühasibat uçotunun, gəlirlərin (xərclərin) və vergi tutma obyektlərinin, o cümlədən əmtəəmaterial ehtiyatlarının uçotunun aparılması, habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanılması ilə bağlı Azərbaycan Respublikasınin Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasınin Qanunu ilə müəyyən edilmiş vəzifələr, habelə onlara uyğun qəbul edilmiş digər qanunvericilik aktlarının tələblərini yerinə yetirməyə borcludurlar. Həmin Fərmanin təsdiq edilmiş Qaydasınin 3-cü müddəasının 3.1.2.-ci yarımbəndində Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin malların əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərindən malları aldıqda malların alışına dair qaimə-faktura və ya elektron qaimə-faktura ilə yanaşı, elektron vergi hesab-fakturasının da verilməsi tələb edilir və belə malların anbara təhvil verilməsi qaimə-faktura və ya elektron qaimə-faktura ilə yanaşı, elektron vergi hesabfakturasının da verilməsi tələb edilir və belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilməlidi. Fərmanin təsdiq edilmiş Qaydasınin 3-cü müddıasının 3.8-ci yarımbəndində Topdansatış ticarəti sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin mədaxil etdiyi mallar, həmin malların alqı-satqısına dair müqaviləyə uyğun olaraq, yararlılıq müddətinin bitməsinə və ya digər səbəblərə görə qaytarıldıqda, “Malların qaytarılması aktı” tərtib edilir. Fərmanın təsdiq edilmiş Qaydasınin 4-cü müddəasının 4.1ci yarımbəndində Topdansatış ticarəti sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində malların satışı Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura tələb edilməklə həyata keçirilir. Malların dəyəri nağdsiz qaydada (POS-terminal vastəsilə) ödənildikdə, alıcıya qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası ilə yanaşı, POS-terminaldan çıxarış verilir. Yuxarıda qeyd olunan Fərmana əsasən təsdiq edilmiş Qaydalarin yerinə yetirilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən, həmin Qaydanın ayrı-ayrı müddəaları üzrə ciddi hesabat blankları və formaları təsdiq edilmışdir. Ancaq, həmin Cəmiyyətlərin Cinayət işinin 1-ci cildinin müvafiq olaraq 21-74-cü vərəqlərində olan anbardan çıxış fakturaları növündə mühasibat uçotu sənədlərində “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu, habelə onlara uyğun qəbul edilmiş digər qanunvericilik aktlarının tələbləri əsasında etibarlı məlumatları əks etdirilməmiş və həmin əməliyyatların həyata keçirildiyi anda zəruri rekvizitlər doldurulmaqla nümunəvi formalı blanklarda tərtib edilməmişdir. Cinayət işinin 1-ci cildinin müvafiq olaraq 21-74-cü vərəqlərində olmaqla X6 vasitəsi ilə xx xxxx 2017-ci il tarixli 0FS1.35640.0026 saylı, xx xxxxxx 2017-ci il tarixli 0FS1.46459.2856 saylı, xx xxxxxxxx 2017-ci il tarixli 0FS1.46490.4454 saylı, xx xxxxxxx 2017-ci il tarixli 0FS1.46420.6564 saylı, xx xxxxxx 2017-ci il tarixli 0FS1.46720.6558 saylı, xx xxxxxx 2017-ci il tarixli 0FS1.46420.0852 saylı, xx xxxxxx 2018-ci il tarixli 0FS1.46428.0428 saylı, xx xxxxxx 2018-ci il tarixli 0FS1.46428.5838 saylı, xx xxxx 2018-ci il tarixli 0FS1.00298.0046 saylı, xx xxxxx 2018-ci il tarixli 0FS1.46698.5016 saylı, xx xxx 2018-ci il tarixli 0FS1.46698.6336 saylı anbardan çıxış fakturaları, satış nümayəndəsi X14 vasitəsi ilə xx xxxx 2017-ci il tarixli 0FS1.40620.0096 saylı, xx xxxxxx 2017-ci il tarixli 0FS1.46459.0084 saylı, xx xxxxxxxx 2017-ci il tarixli 0FS1.46420.0183 saylı, xx xxxxxxx 2017-ci il tarixli 0FS1.46420.0224 saylı, xx xxxxxx 2017-ci il tarixli 0FS1.46720.7258 saylı, xx xxxxxx 2017-ci il tarixli 0FS1.46420.0402 saylı, xx xxxxxx 2018-ci il tarixli 0FS1.46428.0428 saylı, xx xxxxxx 2018-ci il tarixli 0FS1.46428.0456 saylı, xx xxxx 2018-ci il tarixli 0FS1.46698.0586 saylı, xx xxxxx 2018-ci il tarixli 0FS1.46698.0616 saylı, 0FS1.46698.0736 saylı anbardan çıxış fakturası ilə, satış nümayəndəsi Şahid2 vasitəsi ilə xx xxxx 2017-ci il tarixli 0FS1.40620.0096 saylı, xx xxxxxx 2017-ci il tarixli 0FS1.46459.1856 saylı, xx xxxxxxxx 2017-ci il tarixli 0FS1.46490.1234 saylı, xx xxxxxxx 2017-ci il tarixli 0FS1.46420.2564 saylı, xx xxxxxx 2017-ci il tarixli 0FS1.46720.6558 saylı, xx xxxxxx 2017-ci il tarixli 0FS1.46420.0852 saylı, xx xxxxxx 2018-ci il tarixli 0FS1.46428.0428 saylı, xx xxxxxx 2018-ci il tarixli 0FS1.46428.0429 saylı, xx xxxx 2018-ci il tarixli 0FS1.46698.8886 saylı, xx xxxxx 2018-ci il tarixli 0FS1.46698.5016 saylı, xx xxx 2018-ci il tarixli 0FS1.46698.6336 saylı anbardan çıxış fakturası ilə, satış nümayəndəsi X24 vasitəsi ilə xx xxxxxx 2017-ci il tarixli 0FS1.40620.0333 saylı, xx xxxxxx 2018-ci il tarixli 0FS1.40620.0392 saylı, xx xxxxxx 2018-ci il tarixli 0FS1.40620.0465 saylı, xx xxxx 2018-ci il tarixli 0FS1.40620.0492 saylı, xx xxxxx 2018-ci il tarixli 0FS1.40620.0525 saylı, xx xxx 2018-ci il tarixli 0FS1.40620.0543 saylı anbardan çıxış fakturası ilə, satış nümayəndəsi X18 vasitəsi ilə xx xxxxxx 2017-ci il tarixli 0FS1.40620.0126 saylı, xx xxxxxx 2018-ci il tarixli 0FS1.46420.0084 saylı, xx xxxxxx 2018-ci il tarixli 0FS1.46420.0154 saylı, xx xxxx 2018-ci il tarixli 0FS1.46420.0194 saylı, xx xxxxx 2018-ci il tarixli 0FS1.46420.0224 saylı, xx xxx 2018-ci il tarixli 0FS1.46420.0389 saylı anbardan çıxış fakturası ilə, satış nümayəndəsi X20 vasitəsi ilə xx xxxxxx 2018-ci il tarixli 0FS1.40620.0125 saylı, xx xxxx 2018-ci il tarixli 0FS1.40620.0238 saylı, xx xxxxx 2018-ci il tarixli 0FS1.40620.0312 saylı, xx xxx 2018-ci il tarixli 0FS1.40620.0348 saylı anbardan çıxış fakturası ilə, cinayətdən xəbərsiz olan satış nümayəndəsi X9 vasitəsi ilə xx xxxxxx 2018-ci il tarixli 0FS1.40620.0322 saylı, xx xxxxxx 2018-ci il tarixli 0FS1.40620.0388 saylı, xx xxxx 2018-ci il tarixli 0FS1.40620.0422 saylı, xx xxxxx 2018-ci il tarixli 0FS1.40620.0468 saylı, xx xxx 2018-ci il tarixli 0FS1.40620.0523 saylı anbardan çıxış fakturaları ilə cəmi 709548.71 manat dəyərində “Ustdad servelat premium” markalı(çeşidli) kolbasa məmulatı, “Dadım” markalı “servelat” kolb ekonom və “ukraynskaya” kolb çəki çeşidli, “Rosko” markalı “Krakovskaya” kolb çəki, “Lyubitelskaya” kolb çəki, “lyubitelskaya sinyuqa” kolb, “Oxotniçiy” kolb çəki, “sala” donuz piyi vakumpaket, “servelat” kg, “servelat” zakaz, “Tallinskaya” kolb çəki, “Tallinskaya” kolb vakumpaket, “Tallinskaya” zakaz fibrouz, “toyuq döş əti” file vakumpaket, “Rosko “Qovyaji” sardelka çeki” adlı çeşidlərdə malların “X50” MMC-yə satıldığı qeyd olunmaqla, Təqsirləndirilən şəxs qeyd olunan anbardan çıxış fakturaları əsasında hesablanmış mal dövriyyəsi əsasında ittiham verilməsinə baxmayaraq, iş materiallarında olan Zərərçəkmiş şəxs MMC və “X50” MMC tərəfindən yerləşdikləri ərazi üzrə vergi orqanlarına verdikləri hesabatlarında (Bakı şəhər X7 xx xxx 2019-cu il tarixli **********210300 saylı məktubu ilə, eyni zamanda Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı X8 xx xxxx 2019-cu il tarixli, **********783100 nömrəli məktubu ilə təqdim olunmuş Zərərçəkmiş şəxs MMC ilə “X50” MMC arasında xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək aparılmış qarşılıqlı əməliyyat barədə məlumatlarda) yuxarıda qeyd olunan fakturalarda göstərilən tarixlərdə və fakturaların məzmununda qeyd olunan çeşidlərdə kolbasa məhsullarının satılmış olması öz təsdiqini tapmamış, bununla yanaşı “X50” MMC (həmin MMC-nin tabeçiliyində olan mağazaları) tərəfindən xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək Zərərçəkmiş şəxs MMCdən aşağıda qeyd olunan kolbasa məhsullarının alınıb-alınmadığı ilə bağlı müvafiq məlumatın məhkəməyə verilməsi üçün müraciətə xx xxxxxx 2019-cu il tarixli H-250 saylı cavab məktubu ilə “X50” MMC tərəfindən “Ustdad servelat premium” markalı(çeşidli) kolbasa məmulatı, “Dadım” markalı “servelat” kolb ekonom və “ukraynskaya” kolb çəki çeşidli, “Rosko” markalı “Krakovskaya” kolb çəki, “Lyubitelskaya” kolb çəki, “lyubitelskaya sinyuqa” kolb, “Oxotniçiy” kolb çəki, “sala” donuz piyi vakumpaket, “servelat” kg, “servelat” zakaz, “Tallinskaya” kolb çəki, “Tallinskaya” kolb vakumpaket, “Tallinskaya” zakaz fibrouz, “toyuq döş əti” file vakumpaket çeşidli kolbasa məhsullarının Zərərçəkmiş şəxs MMC-dən alınmadığı bildirilmişdir ki, qeyd olunan hallar sözügedən cinayət işinin 1-ci cildinin 21-74cü vərəqlərində olan özlüyündə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə müvafiq olaraq tərtib edilməmiş anbardan çıxış fakturalardakı məlumatların sual altına alınmasına əsas verir. Cinayət işinin materiallarında olan sənədlər araşdırılarkən aşağıdakılar müəyyən edilmiş, yəni həmin Cəmiyyətlərdə kassa kitabları aparılmamış, kassa mədaxil və məxaric sənədləri vaxtında tərtib olunmamış, aparılmış kassa əməliyyatları üçün nəzərdə tutulan sənədləşdirmələr müvafiq formada qeydiyyata alınmamışdır. Cəmiyyətin aylıq kassa hesabatı, günün-ayın sonuna qalıq çıxarılmamış, bu sahədə nəzərdə tutulan müvafiq normativ-hüquqi sənədlər lazımı qaydada saxlanılmamışdır. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən ciddi hesabat blankı olan kassa mədaxil orderləri həmin Cəmiyyətlərdə aparılmamışdır. Cəmiyyətlərdə ilkin mühasibat uçotu sənədləri kimi tərtib edilmiş kassa mədaxil və məxaric orderləri adı ilə qeyd olunmuş sənədlərdə isə zəruri rekvizitlər öz əksini tapmamışdır. Ona görə də müxtəlif tarixlər üzrə eyni nömrəli kassa məxaric orderləri tərtib etmək əməliyyatların etibarlığına sual yaradır. Bununla yanaşı müvafiq sualın məzmununda qeyd olunan həqiqiliyi şübhə doğuran kassa məxaric orderlərindən də göründüyü kimi, müvafiq cəmiyyətlər arasında hesablaşmalara dair aparılmış nağd şəkildə ödənişlərin həcmi 2017-ci ilin noyabr, dekabr, 2018-ci ilin isə yanvar, fevral, mart, aprel və may ayları üzrə minimum 30.000 manat və ondan yuxarı olmuşdur ki, hazırki cinayət işi üzrə MMC-lərə münasibətdə 2017-ci il aprelin 1-dən qüvvəyə minmiş, xx xxxxxx 2016-cı il tarixli, 461-VQ №-li Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməli olduğu halda, iş materiallarında hər iki MMC tərəfindən hesablaşmaların müvafiq qanuna əsasən nağdsız şəkildə deyil də, qanunvericiliyin tələblərinə uyğun olmayaraq nağdlı şəkildə hesablaşmalar aparılmışdır ki, bu hal da özlüyündə sualda qeyd olunan kassa məxaric orderlərində göstərilən hesablaşmaların həqiqətdə aparılmış olmasını şübhə altına alır, eyni zamanda “X50” MMC və Zərərçəkmiş şəxs MMC tərəfindən xx xxxxxx 2016-cı il tarixli, 461-VQ №-li Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulmasına dəlalət edir. Cinayət işinin 2-ci cildinin müvafiq olaraq 126, 130-131 və 132-134 vərəqlərində olmaqla ekspeditor Ramin Qasımovun adına tərtib olunmaqla sonuncu tərəfindən xx xxxx 2018-ci il tarixli 003572 saylı ödəniş qəbzinə əsasən 7000 AZN, xx xxxxxx 2018-ci il tarixli 004807 saylı ödəniş qəbzinə əsasən 28000 AZN və xx xxx 2018-ci il tarixli 001780 saylı ödəniş qəbzinə əsasən isə 47000 AZN Zərərçəkmiş şəxs MMC-nin xəzinəsinə ödənildiyi, həmçinin satış menecerləri Xəqani Hüseynov, Elçin Zeynalov, Daşqın Süleymanov və Ceyhun Hüseynov tərəfindən xx xxxxxx 2018-ci il tarixdə 11100,00 AZN, 6800,00 AZN və 10100,00 AZN məbləğlərində pul vəsaitlərinin Zərərçəkmiş şəxs MMC-nin xəzinəsinə ödənilməsi barədə kassa ödəniş qəbzləri müvafiq təlimat və mövcud normativlərə, ciddi hesabat sənədləri blanklarının forma və rekvizitlərinə uyğun tərtib edilməmiş və həmin sənədlərə əsasən həmin məbləğlərdə pul vəsaitlərinin Zərərçəkmiş şəxs MMC-nin xəzinəsinə ödənildiyinə sual yaranır. Pul vəsaitlərinin kassaya ödənişi ciddi hesabat blankı olan kassa mədaxil orderləri ilə tərtib edilməlidir. Malların alışına dair qaimə-faktura və ya elektron qaimə-faktura ilə yanaşı, elektron vergi hesab-fakturasının da verilməsi tələb edilir və belə malların anbara təhvil verilməsi qaimə-faktura və ya elektron qaimə-faktura ilə yanaşı, elektron vergi hesab-fakturasının da verilməsi tələb edilir və belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilməlidir. Malların alqı-satqısı üçün nəzərdə tutulan qaimə-faktura Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən ciddi hesabat blankı kimi qəbul olunmuşdur. Ona görə də Cəmiyyətlərdə ilkin mühasibat uçotu sənədləri olan ciddi hesabat blankı qaimə-faktura tərtib edilməlidir, əgər sənədlər müvafiq təlimat və mövcud normativlərə əməl edilmədən əksini tapmamışdırsa əməliyyatların etibarlığına sual yaranır. Cinayət işinin müvafiq olaraq 3, 4 və 5-ci cildlərində cəmi 850 vərəqdə olmaqla zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin xx xxx 2019-cu il tarixli 292 saylı məktubu ilə xx xxxx 2017-ci il tarixdən xx xxx 2018-ci il tarixədək olan müddət üzrə Zərərçəkmiş şəxs MMC tərəfindən “X50” MMC-nə “xxxxxxxxxxxx” adlı çeşidlər üzrə tarix, faktura №-si, verilmiş kolbasa məhsullarının çeşidləri, miqdar və qiyməti əks olunmaqla cəmi 126483,922 qr çəkidə 756545 manat 83 qəpik dəyərində kolbasa məhsulları verildiyi barədə kompüterdə tərtib edilmiş cədvəl formasında olan məlumatlar, qanunvericiliyin tələbləri baxımından ilkin mühasibat uçotu sənədləri olan ciddi hesabat blankı qaiməfakturaların zəruri rekvizitlərini özündə əks etdirmir, ona görə həmin məlumatların ilkin mühasibat uçotu sənədləri kimi qəbul edilməsi mümkün deyildir və həmin cədvəllərdə olan məlumatların həqiqiliyi yalnız digər ciddi uçot sənədləri ilə uyğunluq təşkil etdikdə həqiqəti əks etdirən məlumatlar kimi qəbul edilə bilər. Bununla bağlı qeyd edilməlidir ki, cinayət işinin 3, 4 və 5-ci cildlərində cəmi 850 vərəqdə olmaqla zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin xx xxx 2019-cu il tarixli 292 saylı məktubu ilə xx xxxx 2017-ci il tarixdən xx xxx 2018-ci il tarixədək olan müddət üzrə Zərərçəkmiş şəxs MMC tərəfindən “X50” MMC-nə “xxxxxxxxxxxx” adlı çeşidlər üzrə tarix, faktura №-si, verilmiş kolbasa məhsullarının çeşidləri, miqdar və qiyməti əks olunmaqla cəmi 126483,922 qr çəkidə 756545 manat 83 qəpik dəyərində kolbasa məhsulları verildiyi barədə məlumat qeyd olunduğu təqdirdə, verilmiş ittihamın əsasına qoyulmuş cinayət işinin 1-ci cildinin müvafiq olaraq 21-74-cü vərəqlərində olmaqla müxtəlif tarixli və nömrəli anbardan çıxış fakturaları ilə cəmi 709548.71 manat dəyərində “Ustdad servelat premium” markalı (çeşidli) kolbasa məmulatı, “Dadım” markalı “servelat” kolb ekonom və “ukraynskaya” kolb çəki çeşidli, “Rosko” markalı “Krakovskaya” kolb çəki, “Lyubitelskaya” kolb çəki, “lyubitelskaya sinyuqa” kolb, “Oxotniçiy” kolb çəki, “sala” donuz piyi vakumpaket, “servelat” kg, “servelat” zakaz, “Tallinskaya” kolb çəki, “Tallinskaya” kolb vakumpaket, “Tallinskaya” zakaz fibrouz, “toyuq döş əti” file vakumpaket, “Rosko “Qovyaji” sardelka çeki” adlı çeşidlərdə malların “X50” MMC-yə satıldığı qeyd olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhər X7 xx xxx 2019-cu il tarixli **********210300 saylı məktubunun qoşmasında Zərərçəkmiş şəxs MMC ilə “X50” MMC arasında xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək aparılmış kolbasa və sosiska məhsullarının satışı üzrə qarşılıqlı əməliyyat barədə məlumatlarda “xxxxxxxxxxxx” adlı çeşidlər üzrə aldığı malın 21626 manat 87 qəpik dəyərində və ona hesablanmış əlavə dəyər vergisi 3892 manat 87 qəpik məbləğdə kolbasa və sosiska məhsulları verildiyi göstərilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı X8 xx xxxx 2019-cu il tarixli, **********783100 nömrəli məktubunun qoşmasında qeyd olunan Zərərçəkmiş şəxs MMC ilə “X50” MMC arasında xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək aparılmış qarşılıqlı əməliyyat barədə məlumatlarda “X50” MMC-nin Zərərçəkmiş şəxs MMC-dən almış olduğu “xxxxxxxxxxxx” adlı çeşidlər üzrə aldığı malın 18488 manat 54 qəpik dəyərində və ona hesablanmış əlavə dəyər vergisi 3328 manat 02 qəpik məbləğdə kolbasa məhsulları verildiyi göstərilmişdir. Bundan başqa Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli sorğusuna cavab olaraq Zərərçəkmiş şəxs MMC-nin direktoru tərəfindən imzalanmış və möhürlənmiş 428 saylı, xx xxxx 2019-cu il tarixli məktubda Zərərçəkmiş şəxs MMC ilə “X50” MMC arasında xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək olan dövr ərzində ümumi mal dövriyyəsinin həcminin cəmi 709.548,71 manat olduğu göstərilmişdir. Göründüyü kimi, cinayət işi üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs MMC-nin tərtib və ibtidai istintaq orqanına və məhkəməyə təqdim etdiyi cinayət işinin 1-ci cildinin 21-74cü vərəqlərində olan özlüyündə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə müvafiq olaraq tərtib edilməmiş anbardan çıxış fakturaları ilə cəmi 709548.71 manat dəyərində malın verildiyi, cinayət işinin 3, 4 və 5-ci cildlərində cəmi 850 vərəqdə olan Zərərçəkmiş şəxs MMC-nin xx xxx 2019-cu il tarixli 292 saylı məktubu ilə təqdim olunan cədvəl formasında olan məlumatlarda cəmi 756545 manat 83 qəpik dəyərində kolbasa məhsulları verildiyi qeyd olunmuşdur ki, həmin cədvəldə olan məlumatların təqdim olunmasından sonra məhkəmənin sorğusuna cavab olaraq təqdim olunan Zərərçəkmiş şəxs” MMC-nin direktoru tərəfindən imzalanmış və möhürlənmiş 428 saylı, xx xxxx 2019-cu il tarixli məktubda Zərərçəkmiş şəxs MMC ilə “X50” MMC arasında xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək olan dövr ərzində ümumi mal dövriyyəsinin həcminin cəmi yenidən fərqli olaraq 709.548,71 manat olduğu göstərilmişdir. Bu səbəbdən ayrı-ayrı tarixlərdə təqdim olunmasına baxmayaraq Zərərçəkmiş şəxs MMC ilə “X50” MMC arasında xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək aparılmış qarşılıqlı əməliyyat barədə məlumatları özündə əks etdirən hər iki məlumatlarda bir-birinə zidd olan mal çeşidləri, məhsulların verildiyi tarixlər və verilmiş məhsulların ümumi məbləği qeyd olunmuşdur ki, bu hal özlüyündə heç bir rəsmi uçot sənədlərində öz təsdiqini tapmayan yuxarıda qeyd olunan cinayət işinin 1-ci cildinin 21-74-cü vərəqlərində olan və cinayət işinin 3, 4 və 5-ci cildlərində cəmi 850 vərəqdə olan cədvəldə göstərilən məlumatların həqiqiliyini şübhə altına alır və sözügedən Zərərçəkmiş şəxs MMC-də mühasibat uçotunun düzgün təşkil olunmamaqla, ibtidai istintaq orqanına və məhkəməyə təqdim olunan sənədlərin mühasibat uçotu haqqında qanunun tələblərinə uyğun tərtib edilməklə rəsmiləşdirilmədiyinə dəlalət edir ki, nəticədə də xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək olan bir dövrü əhatə edən Zərərçəkmiş şəxs MMC ilə “X50” MMC arasında aparılmış eyni qarşılıqlı əməliyyatlar barədə məlumatlarda yuxarıda göstərilən ziddiyyətli məlumatların əks etdirilməsinə gətirib çıxarmışdır. Əvvəlki suallara cavablarda (həm mühasibat uçotu sənədlərinin tərtib olunması qaydaları, həm də onların zəruri rekvizitlərinə dair, eləcə də iş materiallarında olan məlumatlarda göstərilən mal dövriyyələrinin xüsusatları barədə) geniş şəkildə izahı verilməklə Zərərçəkmiş şəxs MMC və “X50” MMC-də əmtəə-material ehtiyatlarının uçotunun aparılması, habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanılması ilə bağlı Azərbaycan Respublikasınin Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasınin Qanunu ilə müəyyən edilmiş vəzifələr, habelə onlara uyğun qəbul edilmiş digər qanunvericilik aktlarının tələblərini yerinə yetirmədikləri üçün xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs MMC tərəfindən “X50” MMC-nə cəmi hansı dəyərdə kolbasa məhsulları verildiyi, “X50” MMC tərəfindən Təqsirləndirilən şəxs və yaxud sonuncunun tabeçiliyində olmuş işçilərə cəmi hansı məbləğdə pul vəsaiti ödənildiyi, öz növbəsində həmin şəxslər tərəfindən Zərərçəkmiş şəxs MMC-nin xəzinəsinə cəmi hansı məbləğdə pul vəsaiti ödənildiyi və marketinq üzrə mütəxəssis Təqsirləndirilən şəxs hesabında faktiki olaraq hansı məbləğdə çatışmamazlığın olduğunu müəyyən etmək mümkün olmadı. Cəmiyyətlərin mühasibat uçotunda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən ciddi hesabat blankı kimi qəbul olunmuş kassa mədaxil və qaimə-faktura əsasında əməliyyatlar aparılmamışdır. Kolbasa məhsulları verildiyi barədə kompüterdə tərtib olunmuş qaimə fakturalar müvafiq təlimat və mövcud normativlərə əməl edilmədən tərtib edilmişdir. İlkin sənədlərin mühasibat uçotunda necə əks edildiyi və mühasibat uçotu sənədlərinin harada saxlandığı müəyyən edilməmişdir. Cəmiyyətlər arasında aparılmış qarşılıqlı əməliyyatlar barədə məlumatın sənədlərə uyğun olunub-olunmadığı müəyyən edilməmişdir. Qeyd olunduğu kimi Zərərçəkmiş şəxs MMC-də əmtəə-material ehtiyatlarının uçotunun aparılması, habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanılması ilə bağlı müəyyən edilmiş qaydalara əməl edilmədiyi üçün dəqiq məlumat müəyyən etmək mümkün olmadı. İlkin mühasibat uçotu sənədləri qanunvericilik aktlarının tələblərinə uyğun tərtib olunmadığı üçün çatışmamazlığın faktiki məbləğini müəyyən etmək mümkün olmamışdır. Qeyd olunan məsələ ilə bağlı məhkəmənin həm “X50” MMC-yə, həm də Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X11 və Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı X12 müraciət etməsinə baxmayaraq, göstərilən Departamentlər və “X50” MMC Zərərçəkmiş şəxs MMC ilə “X50” MMC arasında xx xxxx 2017-ci il tarixə olan qarşılıqlı debitor kreditor borclarının həcmi barədə məlumatları məhkəmə təqdim edə bilməmişlər. Belə ki, “X50” MMC-nin xx xxxx 2019-cu il tarixli, H-239 nömrəli məktubundan göründüyü kimi, məhkəmənin müvafiq sorğusuna cavab olaraq Zərərçəkmiş şəxs MMC ilə “X50” MMC arasında xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək dövrü əhatə edən üzləşmə aktlarının 2018-ci ilin dekabr ayında Vergilər Nazirliyinin Vergi Cinayətlərinin ibtidai araşdırma departamenti əməkdaşları tərəfindən heç bir prosessual qaydalara riayət etmədən toplam şəkildə apardıqları sənədlər arasında olduğu üçün həmin üzləşmə aktlarının hazırda Vergilər Nazirliyində olduğu göstərilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı X8 xx xxxx 2019-cu il tarixli, **********783800 nömrəli məktubu ilə məhkəmənin müraciətinə cavab olaraq “X50” MMC tərəfindən təqdim edilmiş bəyannamələrdə müəssisə ilə Zərərçəkmiş şəxs MMC arasında aparılmış əməliyyatlar üzrə debitor-kreditor borcların müəyyən edilməsinin mümkün olmadığı göstərilmişdir. Ekspertiza tədqiqatına təqdim edilən cinayət işinin materiallarında göstərilən tarixdə Zərərçəkmiş şəxs MMC ilə “X50” MMC arasında aparılmış əməliyyatlar üzrə debitorkreditor borcların həcminin müəyyən edilməsini mümkün edə biləcək rəsmi mühasibat uçotu sənədlərinə rast gəlinmədiyindən, eyni zamanda cəmiyyətlərin mühasibat uçotu lazımı qaydada aparılmadığı üçün, habelə ilkin uçot sənədləri qanunvericilik aktlarının tələblərinə əsasən tərtib edilmədiyi və saxlanılmadığı səbəbindən iş materiallarında olan məlumatlar əsasında Zərərçəkmiş şəxs MMC ilə “X50” MMC arasında xx xxxx 2017-ci il tarixə olan qarşılıqlı debitor kreditor borclarının həcminin nə qədər olmasını müəyyən etmək mümkün olmamışdır. Əvvəlki suallara cavablarda (Zərərçəkmiş şəxs MMC tərəfindən təqdim edilməklə cinayət işi materiallarında olan məlumatlarda olan ziddiyyətlərin xüsusiyyətləri göstərilməklə) geniş şəkildə izahı verilməklə göstərilmişdir ki, aparılmış qarşılıqlı əməliyyatlar barədə iş materiallarında olan “Zərərçəkmiş şəxs" MMC tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən qarşılıqlı əməliyyatlar və pulların ödənilməsinə və kassaya mədaxil edilməsinə dair məlumatlar habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanılması qanunvericilik aktlarının tələblərinə uyğun təşkil edilməmiş, məlumatların özlüyündə də ziddiyyətlər olmaqla, Bakı şəhər X7 xx xxx 2019-cu il tarixli **********210300 saylı məktubu ilə, eyni zamanda Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı X8 xx xxxx 2019-cu il tarixli, **********783100 nömrəli məktubu ilə təqdim olunmuş hər iki hüquqi şəxsin verdikləri müvafiq vergi hesabatları əsasında qeydə alınmış Zərərçəkmiş şəxs MMC ilə “X50” MMC arasında xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək aparılmış qarşılıqlı əməliyyat barədə məlumatlarla həm satılmış malların çeşidlər, həm də ümumi mal dövriyyəsinin həcmi ilə bağlı fərqliliklər mövcuddur. Əvvəlki suallara cavablarda (Zərərçəkmiş şəxs MMC tərəfindən təqdim edilməklə cinayət işi materiallarında olan məlumatlarda olan ziddiyyətlərin xüsusiyyətləri göstərilməklə) geniş şəkildə izahı verilməklə göstərilmişdir ki, aparılmış qarşılıqlı əməliyyatlar barədə iş materiallarında olan Zərərçəkmiş şəxs MMC və “X50” MMC tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən qarşılıqlı əməliyyatlar və pulların ödənilməsinə və kassaya mədaxil edilməsinə dair məlumatlar habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanılması qanunvericilik aktlarının tələblərinə uyğun təşkil edilməmiş, məlumatların özlüyündə də ziddiyyətlər olmaqla, Bakı şəhər X7 xx xxx 2019-cu il tarixli **********210300 saylı məktubu ilə, eyni zamanda Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı X8 xx xxxx 2019-cu il tarixli, **********783100 nömrəli məktubu ilə təqdim olunmuş hər iki hüquqi şəxsin verdikləri müvafiq vergi hesabatları əsasında qeydə alınmış Zərərçəkmiş şəxs MMC ilə “X50” MMC arasında xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək aparılmış qarşılıqlı əməliyyat barədə məlumatlarla həm satılmış malların çeşidlər, həm də ümumi mal dövriyyəsinin həcmi ilə bağlı fərqliliklər mövcuddur. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhər X7 xx xxx 2019-cu il tarixli **********210300 saylı məktubunun qoşmasında Zərərçəkmiş şəxs MMC ilə “X50” MMC arasında xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək aparılmış kolbasa və sosiska məhsullarının satışı üzrə qarşılıqlı əməliyyat barədə məlumatlarda “xxxxxxxxxxxx” adlı çeşidlər üzrə aldığı malın 21626 manat 87 qəpik dəyərində və ona hesablanmış əlavə dəyər vergisi 3892 manat 87 qəpik məbləğdə kolbasa və sosiska məhsulları verildiyi göstərilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı X8 xx xxxx 2019-cu il tarixli, **********783100 nömrəli məktubunun qoşmasında qeyd olunan Zərərçəkmiş şəxs MMC ilə “X50” MMC arasında xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək aparılmış qarşılıqlı əməliyyat barədə məlumatlarda “X50” MMC-nin Zərərçəkmiş şəxs MMC-dən almış olduğu “xxxxxxxxxxxx” adlı çeşidlər üzrə aldığı malın 18488 manat 54 qəpik dəyərində və ona hesablanmış əlavə dəyər vergisi 3328 manat 02 qəpik məbləğdə kolbasa məhsulları verildiyi göstərilmişdir. Qeyd olunmalıdır ki, hər iki Vergi Departamenti tərəfindən qeyd olunan məlumatlarda heç bir qarşılıqlı ziddiyyət olmamış, məlumatlarda olan ümumi mal dövriyyəsinin fərqliliyinə səbəb Bakı şəhər X7 təqdim etdiyi məlumatlarda Azərbaycan Respublikası Vergilər Nazirljyinin 2 saylı X8 təqdim etdiyi məlumatlara nisbətən əlavə olaraq “X42 sosiska” məhsullarının da əməliyyatlarda qeydiyyatının aparılması olmuşdur. Qeyd olunan Vergilər Departamentlərinin təqdim etdiyi məlumatlarda Zərərçəkmiş şəxs MMC ilə “X50”MMC arasında satılmış mallar və onların dəyəri barədə məlumatlar qeyd olunsa da, qarşılıqlı əməliyyatlar zamanı “X50”MMC tərəfindən alınmış mallara görə Zərərçəkmiş şəxs MMC-yə hansı tarixlərdə və miqdarda pulların ödəndiyi göstərilmədiyindən həmin məlumatlar əsasında Təqsirləndirilən şəxs hesabında çatışmamazlığın olub-olmaması müəyyən etmək mümkün olmamışdır. Bununla yanaşı əvvəlki sualların cavablarında daha geniş şəkildə izah olunmaqla, hazırki cinayət işi üzrə MMC-lərə münasibətdə 2017-ci il aprelin 1-dən qüvvəyə minmiş, xx xxxxxx 2016-cı il tarixli, 461-VQ №-li Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməli olmuşlar ki, cinayət işinin materiallarında müvafiq olaraq MMC-lər arasında nağdsız hesablaşmaların aparılmasını təsdiq edən heç bir sənədə rast gəlinməmişdir. Audit zamanı təqdim olunmuş sənədlər əsas kimi götürülmüş təsdiqedici materiallar yoxlanılmışdır. Zərərçəkmiş şəxs MMC-də mühasibat uçotunun düzgün təşkil olunmaması səbəbindən, ibtidai istintaq orqanına və məhkəməyə təqdim olunan sənədlərin mühasibat uçotu haqqında qanunun tələblərinə uyğun tərtib edilməklə rəsmiləşdirilmədiyinə görə xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək olan dövrü əhatə edən Zərərçəkmiş şəxs MMC ilə “X50” MMC arasında aparılmış əməliyyatların etibarlığına sual yaranır. Zərərçəkmiş şəxs MMC-də əmtəə-material ehtiyatlarının uçotunun aparılması, habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanılması ilə bağlı müəyyən edilmiş qaydalara əməl edilmədiyi üçün dəqiq məlumat müəyyən etmək mümkün olmadı. İlkin mühasibat uçotu sənədləri qanunvericilik aktlarının tələblərinə uyğun tərtib olunmadığı üçün maliyyə vəziyyətinin uçotda tələb olunan səviyyədə əks olunmaması səbəbindən çatışmamazlığın faktiki məbləğini müəyyən etmək mümkün olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən, yəni müstəqil auditor X26 xx xxxxxx 2019-cu il tarixli müstəqil auditor rəyini və digər göstərilənləri nəzərə alaraq xx xxxx 2017-ci tarixdən xx xxxx 2018-ci il tarixədək olan dövr üzrə çatışmazlığı müəyyən etmək mümkün olmadı. (cild 7, iş vər. 65-77, 81, 84-98, 101- 131). Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsi, 127-ci maddəsinin 2-ci hissəsi və 129-cu maddəsinin 3-cü hissəsinin müddəalarına əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməli, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxmalı və məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 28.1 və 28.4-cü maddələrinin müddəalarına əsasən məhkəmələr cinayət işlərinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası CPM-nin 33.1 və 33.3-cü maddələrində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 351.2-ci maddələrinin tələblərinə əsasən məhkəmə yekun qərar çıxarmazdan əvvəl təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilmədiyi, əməlin cinayət olmasını aradan qaldıran halların olub-olmadığı və digər məsələləri müzakirə etməlidir və məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1997-ci il tarixli, 4 saylı Qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə, yuxarıda qeyd edilən ekspertiza rəylərini, sənəd və digər sübutları müqayisəli qaydada tədqiq edərək, həmçinin məhkəmə baxışı zamanı dindirilmiş yuxarıda qeyd edilən şahidlərin və həmçinin Təqsirləndirilən şəxs işin faktiki hallarına uyğun hissədə olan ifadələrini, həmin hallarla bağlı iş üzrə məhkəmə baxışı zamanı müvafiq sorğulara əsasən Zərərçəkmiş şəxs MMC və həmçinin «X50» MMC-dən alınaraq iş materiallarına əlavə edilmiş yuxarıda qeyd edilən sənədləri və işin digər hallarını nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə müvafiq olaraq cinayət işi yuxarıda qeyd edilən ekspertiza rəyləri, cinayət işi üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı toplanmış sənəd və digər sübutları müqayisəli qaydada tədqiq edərək, belə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin marketinq şöbəsinin mütəxəssis-xxxxxxxxxxxxxi vəzifəsində işləməklə həmin cəmiyyətlə aralarında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 14/83 saylı Əmək müqaviləsi və eyni tarixli Tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən o cümlədən; xxxxxxxxxxin ona verdiyi əmlakın (avadanlığın) salamatlığının təmin olunmasına təhlükə törədən bütün hallar haqqında xxxxxxxxxxə müəyyən olunmuş qaydada və vaxtında yazılı surətdə məlumat verməli, həmin əmlakın müntəzəm surətdə uçotunda iştirak etməli və onun hərəkəti barəsində xxxxxxxxxxə müəyyən olunmuş qaydada hesabatlar tərtib və təqdim etməli olduğu, bununla yanaşı ona həmin MMC-nin rəhbərliyi tərəfindən xx xxxx 2017-ci il tarixli etibarnamə əsasında «X50» MMC-nə satılmış kolbasa məhsullarına görə nağd pul vəsaitini həmin MMC-dən alıb Zərərçəkmiş şəxs MMC-nin xəzinəsinə ödəməsi səlahiyyətləri də həvalə edildiyi, onun ona etibar olunmuş əmlakın, məhsulların və digər sərvətlərin, həmçinin maliyyə-pul vəsaitlərinin, qiymətlilərin və onların ekvivalentlərinin yığılması, saxlanması, daşınması, «xxxxxxxxxxin» kassasına mədaxil edilməsi və bank hesabına köçürülməsi, istifadəsi və bununla bağlı başqa əməliyyatların aparılması zamanı onların bütünlüyünə, qorunub saxlanılmasına və mühafizəsinə görə tam həcmdə maddi məsuliyyət daşıdığı tam təsdiq olunur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Zərərçəkmiş şəxs MMC tərəfindən istintaqa təqdim edilməklə müvafiq olaraq cinayət işinin birinci cildinin 21-74-cü vərəqlərində olan anbardan çıxış fakturalarına əsasən xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək olan dövr ərzində cinayətdən xəbərsiz olan satış nümayəndələri: yəni müvafiq olaraq satış nümayəndəsi X14 vasitəsi ilə xx xxxx 2017-ci il tarixli 0FS1.40620.0096 saylı anbardan çıxış fakturası ilə 8177,44 manat, müvafiq olaraq anbardan çıxış fakturaları üzrə xx xxxxxx 2017-ci il tarixli 0FS1.46459.0084 saylı ilə 17 137,99 manat, xx xxxxxxxx 2017-ci il tarixli 0FS1.46420.0183 saylı ilə 13659,96 manat, xx xxxxxxx 2017-ci il tarixli 0FS1.46420.0224 saylı ilə 20891,99 manat, xx xxxxxx 2017-ci il tarixli 0FS1.46720.7258 saylı ilə 22 679,99 manat, xx xxxxxx 2017-ci il tarixli 0FS1.46420.0402 saylı ilə 25811,98 manat, xx xxxxxx 2018-ci il tarixli 0FS1.46428.0428 saylı ilə 19671,02 manat, xx xxxxxx 2018-ci il tarixli 0FS1.46428.0456 saylı ilə 12887,01 manat, xx xxxx 2018-ci il tarixli 0FS1.46698.0586 saylı ilə 24694,03 manat, xx xxxxx 2018-ci il tarixli 0FS1.46698.0616 saylı ilə 17076,99 manat, xx xxx 2018-ci il tarixli 0FS1.46698.0736 saylı ilə 15980,9 manat; satış nümayəndəsi Şahid2 vasitəsi ilə xx xxxx 2017-ci il tarixli 0FS1.40620.0096 saylı anbardan çıxış fakturası ilə 7021,64 manat, müvafiq olaraq anbardan çıxış fakturaları üzrə xx xxxxxx 2017-ci il tarixli 0FS1.46459.1856 saylı ilə 21060,99 manat, xx xxxxxxxx 2017-ci il tarixli 0FS1.46490.1234 saylı ilə 10749,03 manat, xx xxxxxxx 2017-ci il tarixli 0FS1.46420.2564 saylı ilə 21392,99 manat, xx xxxxxx 2017-ci il tarixli 0FS1.46720.6558 saylı ilə 24822,99 manat, xx xxxxxx 2017-ci il tarixli 0FS1.46420.0852 saylı ilə 28620,98 manat, xx xxxxxx 2018-ci il tarixli 0FS1.46428.0428 saylı ilə 18273,99 manat, xx xxxxxx 2018-ci il tarixli 0FS1.46428.0429 saylı ilə 10131,98 manat, xx xxxx 2018-ci il tarixli 0FS1.46698.8886 saylı ilə 17847,98 manat, xx xxxxx 2018-ci il tarixli 0FS1.46698.5016 saylı ilə 14983,02 manat, xx xxx 2018-ci il tarixli 0FS1.46698.6336 saylı ilə 15776,97 manat; satış nümayəndəsi X9 vasitəsi ilə xx xxxxxx 2018-ci il tarixli 0FS1.40620.0322 saylı anbardan çıxış fakturası ilə 6802,34 manat, müvafiq olaraq anbardan çıxış fakturaları üzrə xx xxxxxx 2018-ci il tarixli 0FS1.40620.0388 saylı ilə 2072,01 manat, xx xxxx 2018-ci il tarixli 0FS1.40620.0422 saylı ilə 6258,47 manat, xx xxxxx 2018-ci il tarixli 0FS1.40620.0468 saylı ilə 3162,02 manat, xx xxx 2018-ci il tarixli 0FS1.40620.0523 saylı ilə 4860,85 manat; satış nümayəndəsi X18 vasitəsi ilə xx xxxxxx 2017-ci il tarixli 0FS1.40620.0126 saylı anbardan çıxış fakturası ilə 5045,40 manat, müvafiq olaraq anbardan çıxış fakturaları üzrə xx xxxxxx 2018-ci il tarixli 0FS1.46420.0084 saylı ilə 5266,66 manat, xx xxxxxx 2018-ci il tarixli 0FS1.46420.0154 saylı ilə 5674,10 manat, xx xxxx 2018-ci il tarixli 0FS1.46420.0194 saylı ilə 9602,81 manat, xx xxxxx 2018-ci il tarixli 0FS1.46420.0224 saylı ilə 5458,92 manat, xx xxx 2018-ci il tarixli 0FS1.46420.0389 saylı ilə 3492,92 manat; satış nümayəndəsi X20 vasitəsi ilə xx xxxxxx 2018-ci il tarixli 0FS1.40620.0125 saylı anbardan çıxış fakturası ilə 3168,46 manat, müvafiq olaraq anbardan çıxış fakturaları üzrə xx xxxx 2018-ci il tarixli 0FS1.40620.0238 saylı ilə 4513,06 manat, xx xxxxx 2018-ci il tarixli 0FS1.40620.0312 saylı ilə 2123,31 manat, xx xxx 2018-ci il tarixli 0FS1.40620.0348 saylı ilə 3842,01 manat; satış nümayəndəsi X6 vasitəsi ilə xx xxxx 2017-ci il tarixli 0FS1.35640.0026 saylı anbardan çıxarış fakturası ilə 6970,71 manat, müvafiq olaraq anbardan çıxış fakturaları üzrə xx xxxxxx 2017-ci il tarixli 0FS1.46459.2856 saylı ilə 21663,06 manat, xx xxxxxxxx 2017-ci il tarixli 0FS1.46490.4454 saylı ilə 11979,03 manat, xx xxxxxxx 2017-ci il tarixli 0FS1.46420.6564 saylı ilə 20604,99 manat, xx xxxxxx 2017-ci il tarixli 0FS1.46720.6558 saylı ilə 22 216,99 manat, xx xxxxxx 2017-ci il tarixli 0FS1.46420.0852 saylı ilə 25464 manat, xx xxxxxx 2018-ci il tarixli 0FS1.46428.0428 saylı ilə 16905,99 manat, xx xxxxxx 2018-ci il tarixli 0FS1.46428.5838 saylı ilə 10732,98 manat, xx xxxx 2018-ci il tarixli 0FS1.00298.0046 saylı ilə 21 794,88 manat, xx xxxxx 2018-ci il tarixli 0FS1.46698.5016 saylı ilə 17176,04 manat, xx xxx 2018-ci il tarixli 0FS1.46698.6336 saylı ilə 16161,69 manat; satış nümayəndəsi X24 vasitəsi ilə xx xxxxxx 2017-ci il tarixli 0FS1.40620.0333 saylı anbardan çıxış fakturası ilə 8389,65 manat, müvafiq olaraq anbardan çıxış fakturaları üzrə xx xxxxxx 2018-ci il tarixli 0FS1.40620.0392 saylı ilə 11452,40 manat, xx xxxxxx 2018-ci il tarixli 0FS1.40620.0465 saylı ilə 5872,87 manat, xx xxxx 2018-ci il tarixli 0FS1.40620.0492 saylı ilə 11247,80 manat, xx xxxxx 2018-ci il tarixli 0FS1.40620.0525 saylı ilə 9996,14 manat və xx xxx 2018-ci il tarixli 0FS1.40620.0543 saylı anbardan çıxış fakturası ilə 10224,29 manat olmaqla, qeyd edilən dövrdə ümumilikdə "Zərərçəkmiş şəxs" MMC tərəfindən «X50» MMC-nin marketlərinə cəmi 709548,71 manat dəyərində müxtəlif adda kolbasa məhsullarının təhvil verildiyi sənədləşdirilmiş, həmin sənədlərə əsasən müvafiq olaraq «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin auditoru R.H.Heydərov tərəfindən "Zərərçəkmiş şəxs" MMC-nin müvafiq əməkdaşları və Təqsirləndirilən şəxs iştirakı ilə tərtib və təsdiq edilmiş xx xxxx 2018-ci il tarixli auditor aktına və həmçinin iş üzrə ibtidai istintaq zamanı təyin edilməklə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxx 2018-ci il tarixli 18151 saylı rəyinə əsasən xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək olan dövrdə cəmi "Zərərçəkmiş şəxs" MMC tərəfindən «X50» MMC-nə məhz cəmi 709548,71 manat dəyərində müxtəlif adda kolbasa məhsullarının təhvil verildiyi təsdiq olunmuş və istintaq orqanı tərəfindən həmin sənədlər mötəbər sübut kimi qiymətləndirilmişdir. Bununla yanaşı, yuxarıda qeyd edildiyi kimi iş üzrə məhkəmə baxışı zamanı təyin edilməklə keçirilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 18878 saylı rəyinə əsasən o cümlədən xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək olan dövrdə cəmi "Zərərçəkmiş şəxs" MMC tərəfindən «X50» MMC-nə məhz cəmi 709548,71 manat dəyərində müxtəlif adda kolbasa məhsullarının təhvil verildiyi barədə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin auditoru R.H.Heydərov tərəfindən "Zərərçəkmiş şəxs" MMC-nin müvafiq əməkdaşları və Təqsirləndirilən şəxs iştirakı ilə tərtib və təsdiq edilmiş xx xxxx 2018-ci il tarixli auditor aktı və həmçinin iş üzrə ibtidai istintaq zamanı təyin edilməklə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxx 2018-ci il tarixli 18151 saylı rəyinin əsaslı olması təsdiq olunmuşdur. Yuxarıda qeyd olunduğu kimi, iş üzrə məhkəmə baxışı zamanı təyin edilməklə keçirilmiş əlavə təkrar komisyon məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2019cu il tarixli 26003 saylı rəyi və həmin rəyə əlavə olunmuş xx xxxxxx 2019-cu il tarixli müstəqil auditor rəyinə əsasən o cümlədən:- cinayət işinin 1-ci cildinin müvafiq olaraq 21- 74-cü vərəqlərində olmaqla xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək olan dövrdə ümumilikdə "Zərərçəkmiş şəxs" MMC tərəfindən «X50» MMC-nin marketlərinə cəmi 709548,71 manat dəyərində müxtəlif adda kolbasa məhsullarının «X50» MMC-nin marketlərinə təhvil verildiyi barədə yuxarıda qeyd edilən satış nümayəndələrinin adlarına tərtib edilmiş anbardan çıxış fakturaları növündə mühasibat uçotu sənədləri “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu, habelə onlara uyğun qəbul edilmiş digər qanunvericilik aktlarının tələbləri əsasında etibarlı məlumatları əks etdirilmədiyi və həmin əməliyyatların həyata keçirildiyi anda zəruri rekvizitlər doldurulmaqla nümunəvi formalı blanklarda tərtib edilmədiyi; “X50” MMC-nin xx xxxxxx 2019-cu il tarixli H-250 saylı cavab məktubu ilə həmin fakturalarda göstərilmiş “Ustdad servelat premium” markalı (çeşidli) kolbasa məmulatı, “Dadım” markalı “servelat” kolb ekonom və “ukraynskaya” kolb çəki çeşidli, “Rosko” markalı, “Krakovskaya” kolb çəki, “Lyubitelskaya” kolb çəki və digər çeşidli kolbasa məhsullarının Zərərçəkmiş şəxs MMC-dən alınmadığı bildirildiyi nəzərə alınaraq, həmin halların cinayət işinin 1-ci cildinin 21-74-cü vərəqlərində olan özlüyündə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə müvafiq olaraq tərtib edilməmiş anbardan çıxış fakturalardakı məlumatların sual altına alınmasına əsas verdiyi barədə nəticəyə gəlinmişdir. Yuxarıda qeyd olunmaqla iş üzrə məhkəmə baxışı zamanı məhkəmə baxışı zamanı müvafiq sorğulara cavab olaraq “X50” MMC-nin xx xxxxxx 2019-cu il tarixli № H-250 saylı məktubu ilə həmin MMC-nin tabeçiliyində olan mağazalar tərəfindən xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs MMC tərəfindən istintaq orqanına təqdim edilməklə yuxarıda qeyd olunmuş satış nümayəndələrinin adlarına rəsmiləşdirilmiş anbar çıxış fakturalarında verildiyi qeyd olunmuş məhz «Ustdad servelat premium” markalı (çeşidli) kolbasa məmulatı, “Dadım” markalı “servelat” kolb ekonom və “ukraynskaya” kolb çəki çeşidli, “Rosko” markalı “krakovskaya” kolb çəki, “lyubitelskaya” kolb çəki, “lyubitelskaya sinyuqa” kolb, “Oxotniçiy” kolb çəki, “Tallinskaya” kolb çəki, və sair çeşiddə olan kolbasa və ət məhsullarının Zərərçəkmiş şəxs MMC-dən alınmadığı, həmçinin həmin MMC-nin xx xxxx 2019-cu il tarixli № H-307 saylı məktubu ilə “X50” MMC tərəfindən xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək Zərərçəkmiş şəxs MMC-dən məhz “xxxxxxxxxxxx” markalı kolbasa çeşidləri üzrə cəmi 138928,888 kq. çəkidə 808107,06 manat dəyərində məhsulların alındığı, qaytarılan məhsulların olmadığı, “X50” MMC-nin xx xxxx 2019-cu il tarixli № HŞ- 1045 saylı məktubu ilə isə Zərərçəkmiş şəxs MMC ilə “X50” MMC arasında xx xxxx 2017ci il tarixdən xx xxxx 2018-ci il tarixədək olan dövr ərzində kolbasa məhsullarının satışı ilə bağlı ümumi mal dövriyyəsi və ödənişlər barədə həmin MMC-nin mühasibatlığı üzrə kompüter sistemində olan məlumatlar və həmin məlumatlar əks etdirilmiş bir ədəd ÇD disk məhkəmə təqdim olunmuş və həmin sənədlərdən göründüyü kimi qeyd edilən dövrdə “X50” MMC tərəfindən Zərərçəkmiş şəxs MMC-dən “xxxxxxxxxxxx” adlı kolbasa çeşidləri üzrə qeyd olunan mal dövriyyəsi olmuşdur. Yuxarıda qeyd edildiyi kimi məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində 2007-ci ilin dekabr ayından hal-hazıradək Zərərçəkmiş şəxs MMCdə anbardar-operator vəzifəsində çalışdığını, anbardan məhsulları məhz satış nümayəndələrinin sifarişləri əsasında kompüterdə tərtib etdiyi fakturalara əsasən həmin sənədləri satış nümayəndələrinə imza etdirərək təhvil verdiyini və həmin məlumatları Zərərçəkmiş şəxs MMC-də kompüter sistem bazasına daxil etdiyini, müvafiq olaraq cinayət işinin 1-ci cildinin 21-74-cü vərəqlərində olmaqla xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək olan dövrdə ümumilikdə "Zərərçəkmiş şəxs" MMC tərəfindən «X50» MMC-nin marketlərinə cəmi 709548,71 manat dəyərində müxtəlif adda kolbasa məhsullarının «X50» MMC-nin marketlərinə təhvil verildiyi barədə rəsmiləşdirilmiş anbardan çıxış fakturalarını anbardar kimi özü imzaladığını, həmin fakturaları hazırda xatırlamadığı tarixdə 2018-ci ilin ortalarında MMC-nin rəhbərliyinin dəvəti ilə onların məzmunu ilə dəqiq tanış olmadan həmin sənədlərdə anbardan buraxdığı malların qeyd olunduğunu zənn edərək imzaladığını, «xxx» mağazalar şəbəkəsinə yalnız “xxxxxxxxxxxx” brendinin adı altında istehsal olunan kolbasa məhsulları satıldığı və həmin qaimələr üzrə qeyd edilmiş “Tallinskaya”, “Salo”, “Oxotniçaya”, “xxxxx”, “Rosko” və “Servelat zakaz” və digər çeşidli kolbasa məhsulları «xxx» merketlərə onlar tərəfindən verilmədiyini göstərmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş satış nümayəndələri X6, X23, X16 və X19 qeyd edilən xüsusatlarla bağlı eyni məzmunda ifadə verərək işlədikləri dövrdə Zərərçəkmiş şəxs MMC tərəfindən «xxx» mağazalar şəbəkəsinə yalnız “xxxxxxxxxxxx” kolbasa məhsullarını brendinin adı altında istehsal olunan kolbasa məhsulları çatdırdıqlarını, 1-ci cildinin müvafiq vərəqlərində olmaqla 2017-ci ilin ikinci yarısı və 2018ci il may ayının sonunadək olan dövrdə "Zərərçəkmiş şəxs" MMC tərəfindən «X50» MMCnin marketlərinə müxtəlif adda kolbasa məhsullarının «X50» MMC-nin marketlərinə təhvil verdikləri barədə onların adlarına rəsmiləşdirilmiş anbardan çıxış fakturalarını 2018-ci ilin ortalarında Zərərçəkmiş şəxs MMC-nin rəhbərliyinin dəvəti ilə onların məzmunu ilə dəqiq tanış olmadan və həmin sənədlərin düzgün tərtib olunduğunu zənn edərək imzaladıqlarını, qaimələr üzrə qeyd edilmiş fakturalarda göstərilmiş “Ustdad servelat premium” markalı (çeşidli) kolbasa məmulatı, “Dadım” markalı “servelat” kolb ekonom və “ukraynskaya” kolb çəki çeşidli, “Rosko” markalı, “Krakovskaya” kolb çəki və və digər çeşidli kolbasa məhsullarını «X50» MMC-nin marketlərinə təhvil vermədiklərini göstərmişlər. Bununla yanaşı həmin şəxslər onların adlarına tərtib olunmuş anbardan çıxış fakturalarının bir qisminin faktiki olaraq onlar Zərərçəkmiş şəxs MMC-də işləmədikləri dövr üzrə də tərtib olunduğunu göstərmişlər. Məhkəmə, qeyd edilən xüsusatla bağlı həmin əlavə təkrar komisyon məhkəməmühasibatlıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 26003 saylı rəyi və həmin rəyə əlavə olunmuş xx xxxxxx 2019-cu il tarixli müstəqil auditor rəyində göstərilmiş halları, həmçinin xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək olan dövrdə məhz həmin anbardan çıxış fakturaları əsas göstərilməklə "Zərərçəkmiş şəxs" MMC tərəfindən «X50» MMC-nə cəmi 709548,71 manat dəyərində müxtəlif adda kolbasa məhsullarının təhvil verildiyi barədə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin auditoru R.H.Heydərov tərəfindən "Zərərçəkmiş şəxs" MMC-nin müvafiq əməkdaşları və Təqsirləndirilən şəxs iştirakı ilə tərtib və təsdiq edilmiş xx xxxx 2018-ci il tarixli auditor aktını, bu barədə iş üzrə ibtidai istintaq zamanı təyin edilməklə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxx 2018-ci il tarixli 18151 saylı rəyini və həmçinin bu kimi nəticələrin təsdiq edildiyi barədə iş üzrə məhkəmə baxışı zamanı təyin edilməklə keçirilmiş yuxarıda qeyd edilən əlavə məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 18878 saylı rəyinin, həmçinin qeyd edilən dövrdə "Zərərçəkmiş şəxs" MMC tərəfindən «X50» MMC-nə yalnız “xxxxxxxxxxxx” markalı çeşidlər üzrə külli dəyərdə məhsulların satıldığı təsdiq olunmaqla bununla bağlı həmin məhsulun çəkisi və dəqiq dəyəri ilə bağlı müəyyən fərqlər olmaqla, cəmi 709548,71 manat dəyərində deyil daha artıq dəyərdə məhsulun verildiyi barədə həmin MMC-in hər ikisi tərəfindən tərtib və təsdiq olunmaqla onlar tərəfindən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən sənədləri və iş üzrə toplanmış digər sübutları müqayisəli qaydada tədqiq edərək, həmçinin bununla yanaşı məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş yuxarıda qeyd edilən şəxslərin və həmçinin Təqsirləndirilən şəxs işin faktiki hallarına uyğun hissədə olan ifadələrini, yəni həmin dövrdə "Zərərçəkmiş şəxs" MMC tərəfindən «X50» MMC-nə yalnız “xxxxxxxxxxxx” markalı çeşidlər üzrə kolbasa məhsulların satıldığı və bununla bağlı sənədləşmə aparıldığı barədə hissədə olan ifadələrini və iş üzrə yuxarıda qeyd edilən digər halları nəzərə alaraq belə hesab edir ki, xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək olan dövrdə ümumilikdə "Zərərçəkmiş şəxs" MMC tərəfindən «X50» MMC-nin marketlərinə cəmi 709548,71 manat dəyərində digər markalı kolbasa və ət məhsulları verildiyi barədə yuxarıda qeyd edilən satış nümayəndələrinin adlarına tərtib edilmiş anbardan çıxış fakturalarının tərtib və təsdiq olunması, həmin sənədlərlə olan məlumatların iş materiallarında olan digər sənədlər arasında qarşılıqlı ziddiyyətlərin mövcud olması, həmin fakturalar tərtib olunması tarixi, bununla yanaşı qeyd edilən anbardan çıxış fakturalarının bir qisminin yuxarıda qeyd edilən satış nümayəndələrinin faktiki olaraq işlədikləri tarixlərdən əvvəlki tarixlərə tərtib olunduğu və digər nöqsanlara yol verilməklə tərtib olunduğu və bununla bağlı Zərərçəkmiş şəxs MMC-nin müvafiq məsul işçiləri tərəfindən mühasibat uçotunun tam düzgün təşkil olunmamaqla, bu kimi uçot və hesabat sənədlərinin əsas etibarı ilə həmin MMC-nin müəyyən daxili qaydaları üzrə tərtib və təsdiq olunduğu, bununla bağlı "Mühasibat uçotu haqqında" xx xxxx 2004-cü il tarixli 716-İİQ saylı Azərbaycan Respublikası Qanununun və digər normativ akt və təlimatların müvafiq tələblərinə tam riayət edilmədiyi müəyyən olunmuş və buna görə də məhz yuxarıda qeyd edilən satış nümayəndələrinin adlarına tərtib olunmuş həmin anbardan çıxarış fakturalarının mötəbər sübut kimi qiymətləndirilərək, qeyd edilən dövrdə məhz həmin sənədlər əsasında “Zərərçəkmiş şəxs" MMC tərəfindən «X50» MMC-nə satış üçün müxtəlif markalı kolbasa məhsulları verildiyi və həmin sübutların maddi sübut kimi tanınması haqqında olan hissədə bağlı istintaq orqanı tərəfindən gəlinmiş nəticə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan xaric olunmalıdır. Bununla yanaşı, məhkəmə iş üzrə yuxarıda qeyd edilən ekspertiza rəylərini, həmçinin istintaq orqanına təqdim edilməklə qeyd edilən dövrdə qarşılıqlı öhdəliklər üzrə “X50” MMC tərəfindən tərtib və təsdiq edilməklə Zərərçəkmiş şəxs MMC-nin xəzinəsinə ödənilməsi üçün yuxarıda qeyd edilən kassa məxaric orderlərinə əsasən verilmiş külli məbləğdə pul vəsaitlərinin məhz alınmış “xxxxxxxxxxxx” markalı kolbasa çeşidləri ilə bağlı olması barədə olan sənədləri, həmçinin iş üzrə məhkəmə baxışı zamanı həmin MMC-lər tərəfindən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən sənədlər, o cümlədən Zərərçəkmiş şəxs MMC ilə “X50” MMC arasında xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018ci il tarixədək olan dövr ərzində kolbasa məhsullarının satışı ilə bağlı ümumi mal dövriyyəsi və ödənişlər barədə həmin MMC-nin mühasibatlığı üzrə kompüter sistemində olan məlumatlardan çıxarışlar və digər sənədlərə əsasən qeyd edilən dövrdə "Zərərçəkmiş şəxs" MMC tərəfindən «X50» MMC-nə yalnız “xxxxxxxxxxxx” markalı çeşidlər üzrə külli dəyərdə məhsulların satıldığı təsdiq olunduğu, bununla bağlı həmin məhsulun çəkisi və dəqiq dəyəri ilə bağlı müəyyən fərqlər olmaqla cəmi 709548,71 manat dəyərində deyil, daha artıq dəyərdə məhsulun verildiyi barədə həmin MMC-in hər ikisi tərəfindən tərtib və təsdiq olunmaqla onlar tərəfindən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən sənədləri və iş üzrə toplanmış digər sənədlər üzrə əldə olunmuş sübutları müqayisəli qaydada tədqiq edərək, həmçinin bununla yanaşı məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş yuxarıda qeyd edilən şəxslərin və həmçinin Təqsirləndirilən şəxs həmin xüsusatla bağlı yuxarıda qeyd edilən dövrdə "Zərərçəkmiş şəxs" MMC tərəfindən «X50» MMC-nə məhz “xxxxxxxxxxxx” markalı çeşidlər üzrə məhsulların satıldığı təsdiq olunduğu barədə işin faktiki hallarına uyğun olan ifadələrini nəzərə alaraq, belə hesab edir ki, iş üzrə qeyd olunan dövrdə “Zərərçəkmiş şəxs" MMC tərəfindən «X50» MMC-nə satış üçün məhz “xxxxxxxxxxxx” markalı çeşidlər üzrə məhsulların verildiyi, həmin kolbasa markası çeşidləri üzrə verilmiş məhsulların dəyəri məhz cəmi 709548,71 manat məbləğində deyil, daha artıq dəyərdə olduğu, həmin MMC-lər tərəfindən məhkəmə təqdim etmiş olduqları yuxarıda qeyd edilən sənədlərin bir qisminin müvafiq normativ akt və təlimatların müvafiq tələblərinə tam riayət edilmədən tərtib olunduğu müəyyən edilsə də, həmin sənədlərdə göstərilmiş məlumatların öz mahiyyəti üzrə iş üzrə mühüm əhəmiyyət kəsb edən halları, yəni qeyd edilən dövrdə həqiqətən “Zərərçəkmiş şəxs" MMC tərəfindən «X50» MMC-nə satış üçün külli dəyərdə məhz “xxxxxxxxxxxx” markalı çeşidlər üzrə məhsulların verildiyi və qarşılıqlı öhdəliklər üzrə alınmış məhsullara görə müvafiq ödənişlərin məhz həmin məhsullara görə həyata keçirildiyi yuxarıda qeyd edilən sənədlərlə və digər iş materiallarına əsasən təsdiq olunur və beləliklə Zərərçəkmiş şəxs MMC-nin ünvan 2 ünvanda yerləşən anbarından Təqsirləndirilən şəxs öhdəsi üzrə xx xxxx 2017-ci il tarixdən xx xxx 2018-ci il tarixədək olan müddət ərzində həmin cəmiyyət tərəfindən cəmi 709548,71 (yeddi yüz doqquz min beş yüz qırx səkkiz manat, yetmiş bir qəpik) manat dəyərində deyil, nisbətən daha artıq dəyərdə “xxxxxxxxxxxx” markalı çeşidlər üzrə kolbasa məhsullarının satış üçün Bakı şəhəri və respublikanın müxtəlif rayonlarının ərazisində yerləşən «X50» MMC-nin marketlərinə təhvil verildiyi təsdiq olunur. Bununla yanaşı, yuxarıda qeyd edildiyi kimi, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə sonuncunun öhdəsi üzrə "Zərərçəkmiş şəxs" MMC-nin anbarından cəmi 709548,71 manat dəyərində müxtəlif adda kolbasa məhsullarının satış üçün Bakı şəhəri və respublikanın müxtəlif rayonlarının ərazisində yerləşən «X50» MMC-nin marketlərinə təhvil verildiyi barədə ittiham irəli sürülmüş və həmin ittiham üzrə o cümlədən həmin kolbasa məhsullarının yuxarıda adları göstərilmiş satış nümayəndələrinin adlarına tərtib olunmuş anbardan çıxış fakturaları əsasında verildiyi göstərilməklə həmin kolbasa məhsullarının konkret olaraq hansı markalı kolbasa çeşidləri üzrə olması qeyd olunmamaqla həmin məhsulun “müxtəlif adda kolbasa məhsulu” olması göstərilmiş, yəni irəli sürülmüş ittiham üzrə yuxarıda qeyd edilən anbardan çıxış fakturalında müvafiq siyahı üzrə sadalanmış kolbasa məhsullarından məhz “Ustdad servelat premium” markalı (çeşidli) kolbasa məmulatı, “Dadım” markalı “servelat” kolb ekonom və “ukraynskaya” kolb çəki çeşidli, “Rosko” markalı, “Krakovskaya” kolb çəki və və digər çeşidli kolbasa məhsulları olması göstərilməmişdir. Göstərilənlərlə əlaqədar məhkəmə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olması barədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələblərini, həmçinin məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılmalı olduğu və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etməli, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malik olması barədə həmin Məcəllənin 318.1-ci maddəsinin tələblərini nəzərə alaraq, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə xx xxxx 2017-ci il tarixdən xx xxx 2018-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs MMC tərəfindən onun öhdəsinə “X50» MMC-nin marketlərinə satış üçün cəmi 709548,71 manat dəyərində müxtəlif adda kolbasa məhsullarının verildiyi barədə ittiham irəli sürüldüyü, lakin məhkəmə baxışı zamanı həmin dövrdə maddi məsul şəxs Təqsirləndirilən şəxs öhdəsinə Zərərçəkmiş şəxs MMC tərəfindən ümumilikdə 709548,71 (yeddi yüz doqquz min beş yüz qırx səkkiz manat, yetmiş bir qəpik) manat dəyərindən nisbətən artıq olan dəyərdə “xxxxxxxxxxxx” markalı çeşidlər üzrə kolbasa məhsullarının satış üçün «X50» MMC-nin marketlərinə təhvil verildiyi təsdiq olunduğu görə, həmin hal onun xeyrinə həll edilməklə, göstərilən dövrdə Təqsirləndirilən şəxs öhdəsinə ümumilikdə 709548,71 (yeddi yüz doqquz min beş yüz qırx səkkiz manat, yetmiş bir qəpik) manat dəyərində həmin markalı çeşidlər üzrə kolbasa məhsullarının satış üçün «X50» MMC-nin marketlərinə təhvil verildiyi kimi qiymətləndirilməlidir. Yuxarıda qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamla bağlı cinayət işinin 1-ci cildinin müvafiq olaraq 21-74-cü vərəqlərində olmaqla xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək olan dövrdə ümumilikdə "Zərərçəkmiş şəxs" MMC tərəfindən «X50» MMC-nin marketlərinə cəmi 709548,71 manat dəyərində müxtəlif adda kolbasa məhsullarının «X50» MMC-nin marketlərinə təhvil verildiyi barədə yuxarıda qeyd edilən satış nümayəndələrinin adlarına tərtib edilmiş anbardan çıxış fakturalarından görünür ki, həmin sənədlər çap üsulu formasında hazırlanmış bir ədəd vərəqdə blank formasında tərtib edilməklə, müvafiq olaraq həmin faktura blank-formasında “Anbardan çıxış fakturası”, “Satış nümayəndəsi”, “Terminal kodu”, “Satış”, “Tarix”, “Malın adı” kod nömrələri göstərilməklə müvafiq qrafalarda siyahı üzrə cəmi 126 adda və o cümlədən “Baranya” kolb çəki, “Doktorskaya” kolb çəki, “Krakovskaya» kolb çəki, “lyubitelskaya” kolb çəki, “Moskovskaya” kolb çəki, “Oxotniçiy” kolb çəki, «Dadım», “Lyubitelskaya sinyuqa” kolb, “Sala” donuz piyi vakumpaket, “Servelat” kg, “Servelat” zakaz, “Tallinskaya” kolb çəki, sairə və o cümlədən «xxxxxxxxxxxx Doktorskaya» və s. markalı kolbasa çeşidləri üzrə, məhsullarının adları və çeşidləri, “malın çəkisi “kq”, “Total kq” və “Qiymət” qrafaları üzrə cədvəl formasında çap edilməklə, həmçinin “Təhvil verdi: Anbardar Şahid3”, “Təhvil aldı: Maddi məsul şəxs” mətnləri əks etdirilmişdir. Bununla yanaşı, göstərilmiş satış nümayəndələrinin adlarına tərtib edilməklə istintaq orqanına təqdim edilmiş yuxarıda qeyd edilən edilmiş anbardan çıxış fakturalarından görünür ki, xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək olan dövrdə ümumilikdə "Zərərçəkmiş şəxs" MMC tərəfindən satış üçün «X50» MMC-nin marketlərinə faktiki olaraq məhz «xxxxxxxxxxxx» çeşidləri üzrə kolbasa məhsulları verildiyi halda, yuxarıda qeyd edilən anbardan çıxış fakturalarında kolbasa məhsullarının “xxxxxxxxxxxx» markalı kolbasa çeşidləri üzrə deyil, həmin məhsullarının çəki və qiyməti və s. göstərilməklə müvafiq siyahı üzrə sadalanmış kolbasa məhsullarından “Ustdad servelat premium” markalı (çeşidli) kolbasa məmulatı, “Dadım” markalı “servelat” kolb ekonom və “ukraynskaya” kolb çəki çeşidli, “Rosko” markalı, “Krakovskaya” kolb çəki və və digər çeşidli kolbasa məhsulları olması barədə tərtib və təsdiq olunmuşdur. Bununla yanaşı iş üzrə məhkəmə baxışı zamanı həmin anbardan çıxış fakturalarının sənədlərin tərtib və tərtib olunması ilə bağlı "Zərərçəkmiş şəxs" MMC-nin məsul işçiləri və o cümlədən yuxarıda qeyd edilən satış nümayəndələri tərəfindən müəyyən nöqsanlara yol verildiyi, o cümlədən həmin sənədlərin tərtib olunması ilə bağlı "Mühasibat uçotu haqqında" xx xxxx 2004-cü il tarixli 716-İİQ saylı Azərbaycan Respublikası Qanununun və digər normativ akt və təlimatların müvafiq tələblərinə tam riayət edilmədiyi müəyyən olunmasına baxmayaraq, həmin sənədləri tərtib və öz imza və s. ilə təsdiq etmiş şəxslərin bu kimi hərəkətlərlə həmin sənədlərin məhz qəsdən saxtalaşdırıldığı barədə heç bir təkzibolunmaz sübut əldə olunmamışdır. Bununla yanaşı, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə müvafiq olaraq:-«xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin auditoru R.H.Heydərov tərəfindən "Zərərçəkmiş şəxs" MMC-nin müvafiq əməkdaşları və Təqsirləndirilən şəxs iştirakı ilə tərtib edilmiş xx xxxx 2018-ci il tarixli auditor aktı üzrə xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək olan dövrdə ümumilikdə "Zərərçəkmiş şəxs" MMC tərəfindən «X50» MMC-nin marketlərinə satış üçün verilmiş kolbasa məhsulları üzrə 31828 manat 70 qəpik dəyərində malın anbara geri qaytarıldığı, 5854 manat 19 qəpik məbləğində endirim edildiyi, yerdə qalan 436865 manat 50 qəpik məbləğində maldan 101865 manat 59 qəpik dəyərində malın isə «X50» MMC-nin marketlərində mal qalığı kimi qaldığı barədə olan hissədə; -həmçinin üzrə ibtidai istintaq zamanı təyin edilməklə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxx 2018-ci il tarixli 18151 saylı rəyi üzrə yuxarıda qeyd edilən auditor aktında göstərilmiş həmin nəticələr təsdiq edilməklə, -yəni xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək olan dövrdə ümumilikdə "Zərərçəkmiş şəxs" MMC tərəfindən «X50» MMC-nin marketlərinə satış üçün verilmiş kolbasa məhsulları ilə bağlı Təqsirləndirilən şəxs hesabında 5854.19 manat endirimli mal qiyməti edildiyi, 31828.93 manat dəyərində malın Zərərçəkmiş şəxs MM-nin anbarına qaytarıldığı, eləcə də həmin dövrdə «X50» MMC-nin marketlərində cəmi 101865,59 manat mal qalığı qaldığı barədə olan hissədə irəli sürülmüş ittiham üzrə yuxarıda qeyd edilən anbardan çıxarış fakturalarında olan məlumatlar, qeyd edilən xüsusatlar üzrə həmin auditor aktı və iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxx 2018-ci il tarixli 18151 saylı rəyi üzrə qeyd olunan nəticələrin təsdiq olunduğu barədə olan hissədə ibtidai istintaq orqanı tərəfindən gəlinmiş nəticə iş üzrə məhkəmə baxışı zamanı təsdiq olunmamış, göstərilən hallar, yəni qeyd edilən dövrdə "Zərərçəkmiş şəxs" MMC tərəfindən «X50» MMC-nin marketlərinə satış üçün verilmiş kolbasa məhsulları ilə bağlı Təqsirləndirilən şəxs hesabında hansı məbləğdə mal qiyməti edildiyi, hansı dəyərdə malın Zərərçəkmiş şəxs MM-nin anbarına qaytarıldığı və həmin dövrdə «X50» MMC-nin marketlərində cəmi hansı dəyərdə mal qalığı qaldığı barədə iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı mötəbər sübutlar əldə olunmamış və buna görə də qeyd olunan hissələr bağlı istintaq orqanı tərəfindən gəlinmiş nəticə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan xaric olunmalıdır. Yuxarıda qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək olan dövrdə "Zərərçəkmiş şəxs" MMC tərəfindən «X50» MMC-nin marketlərinə satış üçün verilmiş müxtəlif adda kolbasa məhsullarının dəyərinin ödənilməsi ilə əlaqədar «X50» MMC tərəfindən müvafiq məbləğlərdə pul vəsaitlərinin Təqsirləndirilən şəxs nağd qaydada ödənildiyi barədə sonuncunun adına tərtib edilməklə «X50» MMC üzrə təsdiq edilmiş kassa məxaric orderləri, həmçinin satışla bağlı «X50» MMC-dən yuxarıda alınmış pul vəsaitlərindən Təqsirləndirilən şəxs tərəfindən müəyyən məbləğlərdə pul vəsaitlərinin sonuncu tərəfindən Zərərçəkmiş şəxs MMC-nin xəzinəsinə ödənildiyi barədə həmin MMC üzrə tərtib və təsdiq edilmiş kassa mədaxil orderləri, yuxarıda qeyd edilən müvafiq ekspertiza rəylərini, həmçinin iş üzrə məhkəmə baxışı zamanı müvafiq sorğulara əsasən Zərərçəkmiş şəxs MMC və həmçinin «X50» MMC-dən alınaraq iş materiallarına əlavə edilmiş yuxarıda qeyd edilən sənədləri və digər iş üzrə sübutları müqayisəli qaydada tədqiq edərək, həmçinin məhkəmə baxışı zamanı dindirilmiş yuxarıda qeyd edilən şahidləri və həmçinin Təqsirləndirilən şəxs işin faktiki hallarına uyğun hissədə olan ifadələri, yəni onun adına «X50» MMC üzrə rəsmiləşdirilmiş yuxarıda qeyd edilən kassa məxaric orderləri üzrə müəyyən məbləğlərdə pul vəsaitlərinin şəxsən onun özü və qismən onun tabeçiliyindən alındığı barədə hissədə işin faktiki hallarına uyğun olan ifadələrini və iş üzrə digər hallarını nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə müvafiq olaraq cinayət işinin birinci cildinin 75-95-ci vərəqlərində olmaqla məhz “xxxxxxxxxxxx» markalı kolbasa çeşidləri üzrə alınmış məhsulların dəyərinin ödənilməsi ilə bağlı «X50» MMC-nin baş ofisi üzrə Təqsirləndirilən şəxs ödənildiyi rəsmiləşdirilməklə həmin MMC-nin müvafiq ştampı və kassirin imzası, həmçinin pulu qəbul etmiş şəxsin, yəni Təqsirləndirilən şəxs adından imzalar edilməklə təsdiq olunmuş kassa məxaric orderi sənədlərinə əsasən o cümlədən: -xx xxxxxx 2017-ci il tarixli **********28 saylı kassa məxaric orderi ilə 10000 manat, müvafiq olaraq məxaric üzrə xx xxxxxxx 2017-ci il tarixli **********35 saylı orderi ilə 10000 manat, xx xxxxxx 2017-ci il tarixli **********40 saylı orderi ilə 20000 manat, xx xxxxxx 2017-ci il tarixli **********41 saylı orderi ilə 50000 manat, xx xxxxxx 2017-ci il tarixli **********44 saylı ilə 30000 manat, xx xxxxxx 2017-ci il tarixli **********51 saylı orderi ilə 30000 manat, xx xxxxxx 2018-ci il tarixli **********28 saylı orderi ilə 50000 manat, xx xxxxxx 2018-ci il tarixli **********29 saylı orderi ilə 20000 manat, xx xxxxxx 2018-ci il tarixli **********32 saylı orderi ilə 20000 manat, xx xxxxxx 2018-ci il tarixli **********34 saylı orderi ilə 30000 manat, xx xxxxxx 2018-ci il tarixli **********38 saylı orderi ilə 35000 manat, xx xxxxxx 2018-ci il tarixli **********39 saylı orderi ilə 15000 manat, xx xxxx 2018-ci il tarixli **********41 saylı orderi ilə 16000 manat, xx xxxx 2018-ci il tarixli **********44 saylı orderi ilə 35000 manat, xx xxxx 2018-ci il tarixli **********45 saylı orderi ilə 30000 manat, xx xxxx 2018-ci il tarixli **********46 saylı orderi ilə 6000 manat, xx xxxxx 2018-ci il tarixli **********48 saylı orderi ilə 20000 manat, xx xxxxx 2018-ci il tarixli **********48 saylı orderi ilə 20000 manat, xx xxxxx 2018-ci il tarixli **********49 saylı orderi ilə 15000 manat, xx xxxxx 2018-ci il tarixli **********50 saylı məxaric orderi ilə 28000 manat və xx xxx 2018-ci il tarixli **********56 saylı kassa məxaric orderi ilə 80000 manat məbləğlərində olmaqla “X50” MMC tərəfindən qeyd edilən dövrdə Təqsirləndirilən şəxsq adına rəsmiləşdirilməklə cəmi 570000 (beş yüz yetmiş min) manat pulun nağd qaydada ödənildiyi barədə olan hissədə; -həmçinin müvafiq olaraq cinayət işinin birinci cildinin 17- 20-ci vərəqlərində olmaqla satış pulu kimi Təqsirləndirilən şəxs özünün adından həmin puldan Zərərçəkmiş şəxs MMC-nin xəzinəsinə xx xxxxxxxx 2017-ci il tarixli mədaxil qəbzi ilə 17500 manat, xx xxxxxx 2018-ci il tarixli mədaxil qəbzi ilə 20500 manat, xx xxxx 2018ci il tarixli mədaxil qəbzi ilə 170000 manat, xx xxxxx 2018-ci il tarixli mədaxil qəbzi ilə 27000 manat olmaqla cəmi 235000 (iki yüz otuz beş min) manat ödənildiyi barədə olan hissədə istintaq orqanının həmin sənədlərin mötəbər sənəd kimi qiymətləndirilməklə maddi sübut kimi tanınması ilə bağlı olan hissədə; -həmçinin «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin auditoru R.Ş.Heydərov tərəfindən "Zərərçəkmiş şəxs" MMC-nin məsul işçiləri və mütəxəssis-xxxxxxxxxxxxx Təqsirləndirilən şəxs iştirakı ilə tərtib olunmuş xx xxxx 2018-ci il tarixli auditor aktı üzrə Təqsirləndirilən şəxs adına qeyd edilən həmin kassa məxaric orderlərinə əsasən cəmi 570000 (beş yüz yetmiş min) manat pulun nağd qaydada ödənildiyi və həmçinin yuxarıda qeyd edilən mədaxil qəbzlərinə əsasən satış pulu kimi Təqsirləndirilən şəxs özünün adından həmin puldan Zərərçəkmiş şəxs MMC-nin xəzinəsinə cəmi 235000 (iki yüz otuz beş min) manat ödənildiyi barədə təsdiq edildiyi barədə olan hissədə; -üzrə ibtidai istintaq zamanı təyin edilməklə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxx 2018-ci il tarixli 18151 saylı rəyi üzrə yuxarıda qeyd edilən auditor aktında göstərilmiş həmin nəticələri təsdiq edilməklə, xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək olan dövrdə «X50» MMC-nin xəzinəsindən cəmi 570000 (beş yüz yetmiş min) manat pulun vəsaitinin Təqsirləndirilən şəxs adına ödənildiyi barədə olan hissədə və həmçinin qeyd yuxarıda edilən mədaxil qəbzlərinə əsasən satış pulu kimi Təqsirləndirilən şəxs özünün adından həmin puldan Zərərçəkmiş şəxs MMC-nin xəzinəsinə cəmi 235000 (iki yüz otuz beş min) manat ödənildiyi barədə təsdiq olunduğu barədə olan hissədə; -bununla yanaşı iş üzrə məhkəmə baxışı zamanı təyin edilməklə keçirilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 18878 saylı rəyi üzrə yuxarıda qeyd edilən xx xxxx 2018-ci il tarixli auditor aktı üzrə və həmçinin üzrə ibtidai istintaq zamanı təyin edilməklə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxx 2018-ci il tarixli 18151 saylı rəyi üzrə tarixdən xx xxxx 2018-ci il tarixədək olan dövrdə «X50» MMC-nin xəzinəsindən cəmi 570000 (beş yüz yetmiş min) manat pulun vəsaitinin Təqsirləndirilən şəxs ödənildiyi barədə olan hissədə və həmçinin yuxarıda qeyd edilən nəticələr təsdiq edilməklə, xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək olan dövrdə «X50» MMC-nin xəzinəsindən cəmi 570000 (beş yüz yetmiş min) manat pulun vəsaitinin Təqsirləndirilən şəxs adına ödənildiyi barədə olan hissədə və həmçinin qeyd yuxarıda edilən mədaxil qəbzlərinə əsasən satış pulu kimi Təqsirləndirilən şəxs özü tərəfindən həmin puldan Zərərçəkmiş şəxs MMC-nin xəzinəsinə cəmi 235000 (iki yüz otuz beş min) manat ödənildiyi barədə təsdiq olunduğu barədə olan hissədə olmaqla, beləliklə xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək olan dövrdə «X50» MMC-nin xəzinəsindən cəmi 570000 (beş yüz yetmiş min) manat pulun vəsaitinin Təqsirləndirilən şəxs öhdəsinə nağd qayda verildiyi təsdiq olunduğu barədə olan hissədə ibtidai istintaq orqanı tərəfindən gəlinmiş nəticə iş üzrə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş yuxarıda qeyd edilən digər mötəbər sübutların məcmusu ilə tam təsdiq olunmuşdur. Bundan başqa, yuxarıda qeyd edildiyi kimi, iş üzrə məhkəmə baxışı zamanı təyin edilməklə keçirilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 18878 saylı rəyinə əsasən o cümlədən iş materiallarında olmaqla Zərərçəkmiş şəxs MMC ilə “X50” MMC tərəfindən aparılmış əməliyyatlarla bağlı istintaqa və məhkəməyə təqdim edilməklə müəssisələr tərəfindən elektron sistem əsasında qurduqları sistemdən çıxarışlar, həmçinin müəssisələr tərəfindən tərtib olunmuş mədaxil-məxaric orderlərinə əsasən yuxarıda qeyd pul vəsaitlərinin «X50» MMC-dən Zərərçəkmiş şəxs MMC-nin xəzinəsinə ödənilməsi üçün Təqsirləndirilən şəxs adına tərtib olunmuş kassa mədaxil orderlərinə əsasən nağd qaydada ödənildiyi öz əksini tapmış olduğu təsdiq olunmuş və bununla yanaşı yanaşı yuxarıda qeyd edilən auditor aktı və ibtidai istintaq zamanı təyin edilməklə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxx 2018-ci il tarixli 18151 saylı rəyi üzrə gəlinmiş nəticə təsdiq olunmaqla, Zərərçəkmiş şəxs MMC-yə «xxx» MMC tərəfindən aparılmış əməliyyatlara dair çıxarışlar və s. sənədlər nəzərə alınmaqla Təqsirləndirilən şəxs öhdəsində məhz çatışmazlığın 335000 manat məbləğində müəyyən olunduğu barədə nəticəyə gəlinmiş və yuxarıda qeyd edildiyi kimi iş üzrə məhkəmə baxışı zamanı təyin edilməklə keçirilmiş əlavə təkrar komisyon məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 26003 saylı rəyi və həmin rəyə əlavə olunmaqla xx xxxxxx 2019-cu il tarixli müstəqil auditor rəyinə əsasən isə “Zərərçəkmiş şəxs» MMCdə mühasibat uçotunun düzgün təşkil olunmaması səbəbindən ehtiyatlarının uçotunun aparılması, habelə uçot sənədlərinin tərtib ediməsi və saxlanılması ilə bağlı müəyyən edilmiş qaydalara əməl edilmədiyi üçün dəqiq məlumat müəyyən etmək mümkün olmadı. İlkin mühasibat uçotu sənədləri qanunvericilik aktlarının tələblərinə uyğun tərtib olunmadığı üçün maliyyə vəziyyətinin uçotda tələb olunan səviyyədə əks olunmaması səbəbindən çatışmamazlığın faktiki məbləğini müəyyən etmək mümkün olmadığı barədə nəticəyə gəlinmişdir. Bununla yanaşı, həmin iş üzrə məhkəmə baxışı zamanı müdafiə tərəfindən məhkəməyə təqdim edilməklə müvafiq olaraq cinayət işinin 2-ci cildinin müvafiq olaraq 126, 130-131 və 132-134 vərəqlərində olmaqla ekspeditor Ramin Qasımovun adına tərtib olunmaqla sonuncu tərəfindən xx xxxx 2018-ci il tarixli 003572 saylı ödəniş qəbzinə əsasən 7000 AZN, xx xxxxxx 2018-ci il tarixli 004807 saylı ödəniş qəbzinə əsasən 28000 AZN və xx xxx 2018-ci il tarixli 001780 saylı ödəniş qəbzinə əsasən isə 47000 AZN Zərərçəkmiş şəxs MMC-nin xəzinəsinə ödənildiyi, həmçinin satış menecerləri Xəqani Hüseynov, Elçin Zeynalov, Daşqın Süleymanov və Ceyhun Hüseynov tərəfindən xx xxxxxx 2018-ci il tarixdə 11100,00 AZN, 6800,00 AZN və 10100,00 AZN məbləğlərində olmaqla cəmi 110000 (yüz on min) manat məbləğində pul vəsaitlərinin Zərərçəkmiş şəxs MMC-nin xəzinəsinə ödənildiyi rəsmiləşdirilmiş və həmin sənədlər yuxarıda qeyd edildiyi kimi Zərərçəkmiş şəxs MMC- üzrə müvafiq məsul şəxslərin imzaları və həmin MMC-nin müvafiq ştampı ilə təsdiq olunmuşdur. Yuxarıda göstərilənlərlə əlaqədar məhkəmə iş üzrə məhkəmə baxışı zamanı dindirilmiş şahid ifadələri, qeyd olunan xüsusatla bağlı Təqsirləndirilən şəxs işin faktiki hallarına uyğun ifadələrini və iş üzrə digər müvafiq halları nəzərə alaraq, belə hesab edir ki, xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək olan dövrdə «X50» MMC-nin xəzinəsindən satış pulu kimi Təqsirləndirilən şəxs və onun tabeçiliyində olmuş işçilər tərəfindən nağd qaydada cəmi 570000 (beş yüz yetmiş min) manat pul vəsaitinin alındığı, Təqsirləndirilən şəxs özü tərəfindən həmin puldan Zərərçəkmiş şəxs MMC-nin xəzinəsinə cəmi 235000 (iki yüz otuz beş min) manat ödənildiyi, bununla yanaşı yuxarıda qeyd olunan kassa mədaxil sənədlərinə əsasən isə Təqsirləndirilən şəxs tabeçiliyində olmuş yuxarıda göstərilən şəxslər tərəfindən isə əlavə olaraq cəmi 110000 (yüz on min) manat məbləğində pul vəsaitlərinin Zərərçəkmiş şəxs MMC-nin xəzinəsinə ödənildiyi tam təsdiq olunmuşdur. Beləliklə, məhkəmə iş üzrə həmin halları və həmçinin məhkəmə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olması barədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələblərini nəzərə alaraq belə hesab edir ki, Zərərçəkmiş şəxs MMC tərəfindən xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək olan dövrdə «X50» MMC-nə satış üçün verilmiş «xxxxxxxxxxxx» markalı çeşidli kolbasa məhsulları ilə bağlı həmin MMC-nin xəzinəsindən Təqsirləndirilən şəxs və onun tabeçiliyində olmuş işçilər tərəfindən nağd qaydada cəmi 570000 (beş yüz yetmiş min) manat pul vəsaitinin alındığı, həmin puldan şəxsən Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs MMC-nin xəzinəsinə xx xxxxxxxx 2017-ci il tarixli mədaxil qəbzi ilə 17500 (on yeddi min beş yüz) manat, xx xxxxxx 2018-ci il tarixli mədaxil qəbzi ilə 20500 (iyirmi min beş yüz) manat, xx xxxx 2018-ci il tarixli mədaxil qəbzi ilə 170000 (yüz yetmiş min) manat, xx xxxxx 2018-ci il tarixli mədaxil qəbzi ilə 27000 (iyirmi yeddi min) manat olmaqla, cəmi 235000 (iki yüz otuz beş min) manat məbləğində vəsait Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs MMC-nin xəzinəsinə ödənildiyi, bununla yanaşı həmin dövrdə «X50» MMC-nə satılmış “Zolotoy kpay” adlı çeşidlər üzrə satılmış kolbasa məhsullarına görə Təqsirləndirilən şəxs tabeçiliyində olmuş işçilər tərəfindən xx xxxx 2018-ci il tarixli 003572 saylı ödəniş qəbzinə əsasən 7000 (yeddi min) manat, xx xxxxxx 2018-ci il tarixli 004807 saylı ödəniş qəbzinə əsasən 28000 (iyirmi səkkiz min) manat, xx xxx 2018-ci il tarixli 001780 saylı ödəniş qəbzinə əsasən 47000 (qırx yeddi min) manat xx xxxxxx 2018-ci il tarixdə müvafiq olaraq 11100 (on bir min bir yüz) manat, 6800 (altı min səkkiz yüz) manat və 10100 (on min bir yüz) manat məbləğlərində olmaqla- cəmi 110000 (yüz on min) manat pul vəsaiti Zərərçəkmiş şəxs MMC-nin xəzinəsinə ödənilmiş və beləliklə qeyd edilən dövrdə cəmi 345000 (üç yüz qırx beş min) manat məbləğində pul vəsaiti nağd qaydada Zərərçəkmiş şəxs MMC-nin xəzinəsinə ödənilmiş, qalan 225000 (iki yüz iyirmi beş min) manat məbləğində pul vəsaiti isə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs MMC-nin xəzinəsinə təhvil verilməyərək onun tərəfindən şəxsi ehtiyaclarına xərclənməklə ona etibar edilmiş külli miqdarda özgə, Zərərçəkmiş şəxs MMC-nin əmlakını öz qulluq mövqeyindən istifadə edib vahid qəsdlə mənimsəməklə talamış olduğu tam sübuta y yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu yuxarıda qeyd edilən əməllərin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, onun törətmiş olduğu cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 179.3.2ci maddəsi ilə tövsif edilmişdir və hal hazırda qüvvədə olan Azərbaycan Respublikası CPM-nin müvafiq maddələrinin tələbləri nəzərə alınmaqla ona cəza təyin olunmalıdır. Yuxarıda göstərilənlərlə yanaşı, məhkəmə həmin iş üzrə məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs MMC-nin müvafiq məsul işçiləri tərəfindən mühasibat uçotunun tam düzgün təşkil olunmaması "Mühasibat uçotu haqqında" xx xxxx 2004-cü il tarixli 716-İİQ saylı Azərbaycan Respublikası Qanununun və digər normativ akt və təlimatların müvafiq tələblərinə tam riayət edilmədiyi və yuxarıda qeyd olunmuş digər müəyyən nöqsanlara yol verildiyi müəyyən olunduğu ilə bağlı ilə bağlı yol verilmiş nöqsanların aradan qaldırılması və bununla bağlı müvafiq tədbirlərin görülməsi üçün xüsusi qərar çıxarılaraq Zərərçəkmiş şəxs MMC-nə göndərilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.13 və 59.2-ci maddələrinə müvafiq olaraq məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, himayəsində iki azyaşlı uşağının olmasını və daimi yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4-№-li Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən, məhkəmə, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə yuxarıda göstərilən cəzanı yüngülləşdirən halların məcmusunu, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini, cinayətin baş vermə şəraitini, məqsədi və motivini, həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan halları, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq, barəsində CM-nin 62-ci maddəsini tətbiq etməklə ona etibar edilmiş külli miqdarda özgə əmlakını vahid qəsdlə mənimsəmə yolu ilə talaması ilə bağlı təqsirli bilindiyi cinayət əməlinə görə nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddindən də az cəza təyin edilməsini əsaslı, məqsədəmüvafiq və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi xx xxxxxx 2018-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübutlar: “Zərərçəkmiş şəxs» MMC tərəfindən istintaqa və məhkəməyə təqdim etdiyi Təqsirləndirilən şəxs ilə bağlınmış xx xxxxxx 2014-cü il tarixli 14/83 saylı Əmək müqaviləsi və eyni tarixli Tam maddi məsuliyyət haqqında müqavilə, xx xxxx 2017-ci il tarixli etibarnamə, xx xxxx 2017-ci il tarixdən xx xxx 2018-ci il tarixədək olan müddət ərzində “Zərərçəkmiş şəxs» MMC tərəfindən «X50» MMC-nə kolbasa məhsulları verildiyi barədə rəsmiləşdirilmiş qaimə fakturaları, kassa mədaxil orderləri, həmin MMC ilə ümumi mal dövriyyəsi barədə mühasibatlıq üzrə çıxarış sənədləri, «X50» MMC üzrə tərtib edilmiş kassa məxaric orderləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı dəyəri cəmi 650 (altı yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib CM-nin 62-ci maddəsi tətbiq edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2018-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: “Zərərçəkmiş şəxs» MMC tərəfindən istintaqa və məhkəməyə təqdim etdiyi Təqsirləndirilən şəxs ilə bağlınmış xx xxxxxx 2014-cü il tarixli 14/83 saylı Əmək müqaviləsi və eyni tarixli Tam maddi məsuliyyət haqqında müqavilə, xx xxxx 2017-ci il tarixli etibarnamə, xx xxxx 2017-ci il tarixdən xx xxx 2018-ci il tarixədək olan müddət ərzində “Zərərçəkmiş şəxs» MMC tərəfindən «X50» MMC-nə kolbasa məhsulları verildiyi barədə rəsmiləşdirilmiş qaimə fakturaları, kassa mədaxil orderləri, həmin MMC ilə ümumi mal dövriyyəsi barədə mühasibatlıq üzrə çıxarış sənədləri, «X50» MMC üzrə tərtib edilmiş kassa məxaric orderləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı dəyəri cəmi 650 (altı yüz əlli) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak olmadığı nəzərə alınsın. Zərərçəkmiş şəxs MMC-nin müvafiq məsul işçiləri tərəfindən mühasibat uçotunun tam düzgün təşkil olunmaması "Mühasibat uçotu haqqında" xx xxxx 2004-cü il tarixli 716- İİQ saylı Azərbaycan Respublikası Qanununun və digər normativ akt və təlimatların müvafiq tələblərinə tam riayət edilmədiyi ilə bağlı yol verilmiş nöqsanların aradan qaldırılması və bununla bağlı müvafiq tədbirlərin görülməsi üçün xüsusi qərar çıxarılaraq Zərərçəkmiş şəxs MMC-nə göndərilsin. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar