Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-63/2022 29.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X4, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin nümayəndəsi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə1 iştirakları ilə, 11 setyabr 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, cəzası 06 ay sınaq müddəti ilə şərti hesab olunmuş, məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə, təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, yerdə və şəraitdə hüquq verən və ya vəzifədən azad edən digər rəsmi sənədi istifadə etmək üçün saxtalaşdırmaqla qanunsuz hazırlamaq məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 2 ədəd bildiriş məktubunu, 20 fevral 2018-ci il tarixli İcarəyə Verilmiş Əmlakın Alqı-Satqı Müqaviləsinə dair 2433 nömrəli, 20 fevral 2018-ci il tarixli Özələşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satıqısma dair 3962 nömrəli müqavilələri və 2 ədəd 27 aprel 2018-ci il tarixli özəlləşdirilmiş qeyriyaşayış sahələrinin hesab vərəqələrini saxtalaşdırmaqla qanunsuz hazırlamış və həmin saxta sənədlərdən bilə-bilə istifadə etməklə 10 mart 2018-ci il tarixdə ünvan 3 ünvanında fəaliyyət göstərən Azərbaycan Respublikası Dinlət Neft Şirkətininin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs təqdim etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs özgənin külli miqdarda əmlakını dələduzluqla, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən 2,7 hektar sahəsini əhatə edən torpaq sahəsinə əlavə 0,3 hektar torpaq sahəsi ilə birlikdə ümumilikdə 3 hektar torpaq sahəsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyət hüququna dair çıxarışın alacağını yalandan vəd edib aldatmış, 10 mart 2018-ci il tarixdə ünvan 3 ünvanında fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Neft Şirkətininin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs külli miqdarda 260.000 manat nağd pulunu alıb etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs həmin məbləğdə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin küllü miqdarda əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində digər 3 hektar torpaq sahəsini göstərib sənədləşdirdikdən sonra baha qiymətə satıb qazanc əldə edəcəyinə dair yalan vəd verib aldatmış, 2018-ci ilı aprel ayının əvəllərində ünvan 3 ünvanında fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Neft Şirkətininin inzibati binasının qarşısında Nuri Quliyevdən 70.000 manat, 07 may 2018-ci il tarixdə qeyd edilən ünvanda həmin dövr üçün məzənnəyə görə Azərbaycan Respublikasının pul vahidi ilə 13.600 manat təşkil edən 8000 ABŞ dollarını, 2018-ci ilin may ayının ortalarında isə qeyd olunan yerdə 35.000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 118.600 manat nağd pulunu alıb etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs həmin məbləğdə külli miqdarda ziyan xurmaqla təkrarən, dələduzluq etmişdir Bundan başqa o, təkrarən, özgənin xeyli miqdarda əmlakını etibardan suiistifadə etmə və ya aldatma yolu ilə ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs Xaçmaz rayonunun Zeyxur kəndi ərazisində yerləşən 200 hektar torpaq sahəsinin alqısatqısına dair zəruri sənədlərin hazırlamasına dair yalan vəd verib aldatmış, 2018-ci ilin may ayının ortalarında ünvan 3 ünvanında fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Neft Şirkətininin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs 30.000 manat nağd pulunu alıb etibardan sui-ıslifadə etmə və ya aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, O, Zərərçəkmiş şəxs sözügedən yerin sənədlərinin qaydasında olmadığını, ona təqdim olunan sənədləri Regional Mərkəzdə yoxlatdıraraq onların satxa olduğunu demişdir. Daha sonra Nuru ona sənədləri götürərək Socara gəlməyini demişdir. O, sənədləri Socarın binasında Nuruya təqdim etmişdir. Bu hadisədən sonar Bəxtiyarın onunla düşmənçiliyi yaranmış, sonuncu ona Nurunun onu satdığını, həmin adamın şikayət etdiyini və həmin sənədə görə 3-4 nəfərin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin podvalında olduqlarını bildirmişdir. 2 ay sonra Nuru müəllim ona zəng edərək Socara gəlməyini və sözügedən yer ilə bağlı ona məsləhət verəcəyini demişdir. O, oraya gedən zaman Nuru ona sənədlərin saxta olduğunu və həmin sənədlərə görə 1.200.000 pul verdiyini demişdir. O, orada Nuruya bunun Bəxtiyarın işi olduğunu, tutulanların bəlkə də günahsız olduqlarını demişdir. Nuru Qulyev onun sözünü əsas götürmüş və daha sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Bundan əlavə ifadəsində Bəxtiyarın qeyri-rəsmi olaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı olduğunu və bütün olanların onun qurması olduğunu bildirmişdir. Nuru müəllimin ondan şikayət etməsinin səbəbi Bəxtiyar tərəfindən şantaj olunmasıdır. Onun adına heç bir mülk yoxdur. Sənədi ona Bəxtiyar vermiş, o, da idarəyə təqdim etmişdir. Sözü gedən sənədlərə görə tutulanların istintaqı getmiş, onların birinin adı Mübariz, digərinin isə İmran olmuşdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs o, 2017-ci ilin sentyabr ayının sonu Şahid1 vasitəsilə tanımışdır. O, torpaq alqı-satqısı ilə məşğul olmuş və ofisi yaşadığı ünvanda yerləşmişdir. Bəxtiyar ofisinə gəlmiş və torpaqları olduğunu və həmin torpağı satmaq istədiyini demiş, sonra da Nuru müəllim sürücüsü Samir ilə gələrək həmin yeri ona göstərmişdir. Həmin yer Dübəndi-Zirə massivində mayak adlandırılan yerdə yerləşmişdir. Ona sənədləşmə ilə bağlı deyil, torpağın satışı ilə bağlı müraciət olmuşdur. Onun 260.000 manat pul vəsaiti haqqında məlumatı olmamışdır. Nuru müəllimin onunla heç bir düşmənçiliyi olmamış, belə ifadə verməyinin səbəbi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində təzyiq altında olmuşdur. Yerin satışı ilə bağlı iki-üç dəfə Zərərçəkmiş şəxslə telefon əlaqəsi, 2 dəfə də görüşləri olmuşdur. Birinci dəfə yerin satılması, ikinci dəfə isə sənədlərin saxta olduğunu bildirmək üçün görüşmüşlər. İbtidai istintaq zamanı adından yazılan ifadəyə təzyiqlər altında imza çəkmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi hazırki ifadəsi özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsi onun ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, eləcə də tədqiq edilmiş digər mötəbər sübutların məcmusu ilə təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə 05 oktyabr 2019-cu il tarixdə vermiş olduğu ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, həmçinin həmin tarixdə şübhəli şəxs qismində dindirilərkən göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ortaq tanışlar vasitəsi ilə tanımışdır.2017-ci ilin sentyabr ayında ümumi söhbət əsnasında Zərərçəkmiş şəxs onun Xəzər rayonunda Pirallahı qəsəbəsində yerləşən 3 hektar torpaq sahəsi üçün çıxarış almaq adı ilə 1.200.000 manat pul verdiyini,bunun əvəzində ona Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən çıxarış verildiyi, sonradan həmin çıxarış ləğv olunduğu, əvəzində yenidən çıxarış veriləcəyini guya təsdiq edən qəbz verildiyini bildirmişdir. Həmin qəbzi ona göstərdiyi zaman o, həmin qəbzlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə gedərək oradakı bir neçə şəxsdən bu barədə soruşmuşdur. Ona qəbzin saxta olduğu bildirildikdə bu barədə Zərərçəkmiş şəxs bildirmişdir. Bundan sonra Nuru həmin torpaq sahəsini göstərmişdir ki, baxsın və ona çıxarış alınmasında köməklik göstərsin. Onun müxtəlif şəxslərə 200.000-220.000 manat arasında borcu olduğundan belə qərara gəlmişdir ki, Zərərçəkmiş şəxs çıxarış almaq adı ilə həmin pulu alaraq öz borclarını bağlasın. Beləliklə daşınmaz əmlakın alğı-satqısı ilə məşğul olduğundan Nuruda özünə qarşı inam yaratmışdır.Hər dəfə Nuruya guya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış işi ilə məşğul olduğu görüntüsü yaratmışdır. İlk dələ Zərərçəkmiş şəxs ona hissə-hissə olmaqla SOCAR-ın əsas binasının qarşısında 10 mart 2018-ci ildə 260.000 manat pul vermişdir ki. onun 3 hektar torpaq sahəsinə çıxarış alsın. Nurudan aldığı 260.000 maıuıt pıılıı öz şəxsi ehtiyacları və borcları üçün xərcləmişdir. Zərərçəkmiş şəxs bildirmişdir ki, əgər onun başqa torpaq sahələri də varsa onların hamısına birdən çıxarış ala bilər.Zərərçəkmiş şəxs özünə inam formalaşdırdığından onun əlavə 3 hektar torpaq sahəsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alacağı adı ilə aldadaraq yenidən Xətai rayonunda yerləşən SOCAR-ın əsas binasında və bəzən də binanın qarşısında hissə-hissə olmaqla əlavə 70.000 manat pul almışdır. Aldığı həmin puldan özünə **-KT-*** nömrə nişanlı "Niva" markalı avtomobil, 10-JL-lll nömrə nişanlı “Maseratti” markalı avtomobil almışdır. “Maseratti” avtomobilini lizinq yolu ilə ilkin 26.000 manat ödəniş etməklə almış və hər ay lizinq müqaviləsinə görə 2080 manat pul ödəmişdir. Bundan başqa yenidən Xaçmaz rayonu Zeyxur kəndində özü tapdığı torpaq sahəsini ucuz qiymətə almaq adı ilə 2018ci ilin may avında Zərərçəkmiş şəxs yenidən 30.000 manat pul almışdır. Həmin pulu da şəxsi ehtiyacları üçün xərcləmiş, bir qismini isə borclarına sərt etmişdir.2018-ci ilin may ayında Zərərçəkmiş şəxs yenidən aldadaraq onun Mərdəkan qəsəbəsində yerləşən 3 hektar torpaq sahəsinə çıxarış alacağı adı ilə əvvəl aldığı 70.000 manatdan başqa yenidən ehtiyac olduğunu bildirib 35.000 manatı və 8000 ABŞ dollarını “SOCAR’hn əsas binasının qarşısında aldadaraq almışdır. Zərərçəkmiş şəxs bir növ ayılmaması üçün hətta Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin adından saxta arayış hazırlayıb vermişdir ki, guya verdiyi pullar həmin quruma getmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, torpaq alğı-satqısı ilə məşğul olduğundan çoxlu sayda çıxarışları əldə etmişdir.Əldə etdiyi çıxarışlardan birini kompyuterdə skan etməklə üzərində düzəlişləri edib sonradan rəngli printerdə çap etmişdir. Zərərçəkmiş şəxs sənədləri təqdim etdikdən sonra pul almış, Nurudan pulu alarkən pulu Dövlət Revst Xidmətinin vəzifəli şəxslərinə verəcəyini deməmişdir. Hər dələ pulu alarkən həmin pul öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş 30 avqust 2019-cu il tarixli razılaşma aktından və 04 dekabr 2019-cu il tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə sonuncunu aldatma yolu ilə onun külli və xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etməsini bir daha təsdiqləmiş və buna görə də sonuncuya dəymiş ziyanı 15 yanvar 2020-ci il tarixə dək ödəyəcəyi barədə üzərinə öhdəlik götürmüşdür. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 1999-cu ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində müxtəlif vəzifələrdə çalışmış, hazırda da Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəis müavini vəzifəsində çalışır, Təqsirləndirilən şəxs tanışı Şahid1 vasitəsi ilə tanımışdır. Belə ki, özünə məxsus olan Xəzər rayonunda yerləşən 2,7 hektar torpaq sahəsinə uzun müddət idi ki, çıxarış ala bilməmişdir. Şahid1 Xəzər rayonunda "Daşınmaz Əmlakın Dövlət Reyestri" xidmətinin nümayəndəsi işləyən Təqsirləndirilən şəxs ilə tanış etmişdir. Sonuncu danışıqlar zamanı hər dəfə özünü qeyd etdiyi qurumun Xəzər rayonu üzrə nümayəndəsi kimi təqdim etmişdir. O da Cavanşirə inanıb onunla yuxarıda qeyd etdiyi torpaq sahəsinə baxış keçirmişdir Qeyd etdiyi hadisələr 2017-ci ilin avqust-sentyabr aylarında baş vermişdir. Cavanşir həmin torpaq sahəsini özünə məxsus GPS aparatı vasitəsi ilə ölçüb bir müddət sonra ona demişdir ki, hazırki torpaq sahəsi bir növ "havadadır", yəni heç kəsə məxsus olmadığından onun sənədləşməsini həyata keçirə bilər. Lakin bundan sonra Cavanşirdən heç bir səs soraq çıxmamışdır.Təxminən 2018-ci ilin yanvar-fevral avlarında Təqsirləndirilən şəxs işlədiyi ünvan 4 ünvanına gələrək bildirmişdir ki, bu işi müəyyən ardıcıllıqla həll elmək olacaqdır. İlkin mərhələdə torpaq sahəsi üçün icarə müqaviləsi alınmalı, onun əsasında isə özəlləşmə prosesi getməli və nəticədə torpaq sahəsinə çıxarış alınmalıdır. Belə ki, birinci dəfə 2018-ci ilin marı ayının 10-da ondan yuxarıda qeyd etdiyi iş yerində 260.000 manat pul almışdır ki. guya bu pula ona məxsus Xəzər rayonunda yerləşən 2,7 hektar sahəni əhatə edən torpağı üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən 3 hektarlıq çıxarış alacaqdır və beləcə əlavə 0,3 hektar torpağı alacaqdır. Bundan sonra 2018-ci ilin aprel ayının əvvəllərində yenə eyni ünvanda ondan 70.000 manat pul almışdır ki, Mərdəkan rayonunda 3 hektar torpağı münasib qiymətə alıb daha sonra baha qiymətə satmaqla qazanc əldə edə bilər. Növbəti dəfə 2018-ci ilin may ayının əvvəllərində eyni ünvanda ondan Xaçmaz rayonu Zeyxur kəndindən 200 hektar torpaq sahəsinin alınması üçün zəruri sənədlərdən ötrü 30.000 manat pul almışdır. Növbəti dəfə isə 2018-ci ilin may avının ortalarında Mərdəkan rayonunda 3 hektar torpaq alınması üçün əlavə 35000 manal pul almışdır. 2018- ci ilin may ayının 7də isə ondan təcili olaraq əlavə sənədləşmə xərcləri üçün 8.000 ABŞ dolları pul almışdır. Pulları verdikdən bir müddət sonra Cavanşirin heç bir iş görmədiyini başa düşüb pulları geri tələb etdiyi zaman, Cavanşir uydurma şəxslərin adlarını verərək hazırda bu işlərin üzərində çalışdığını bildirmişdir. Artıq Cavanşirin dələduz olduğuna əmin olduqdan sonra şikayət etmişdir. Beləliklə, Cavanşir onu aldadaraq ümumilikdə 395.000 manat və 8.000 ABŞ dolları pulunu ələ keçirmişdir. Bundan əlavə ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs indiyə qədər ona cəmi 3 000 ABŞ dolları pul qaytarmışdır. Ona dəymiş ziyanı tələb edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 oğlu ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs 2011-2012-ci illərdən tanımışdır. Təqsirləndirilən şəxs isə ortaq tanışları vasitəsi ilə tanımışdır. Cavanşir özünü Xəzər rayonunda həm bir növ "makler" kimi fəaliyyət göstərən, həm də "Daşınmaz Əmlak üzrə Dövlət Reyestrinin" nümayəndəsi kimi təqdim etmişdir. Zərərçəkmiş şəxs 2015-ci ildən başlayaraq Xəzər rayonunda sahibi olduğu təxminən 3 hektar torpaq sahəsinin sənədləşməsi ilə bağlı problemi olmuş, həmin torpaq sahəsinə çıxarış almaq istəmişdir. Zərərçəkmiş şəxs ona demişdir ki, həmin torpağa çıxarış almaq istəyir və bilmək istəyir ki, torpaq həqiqətən də hal-hazırda onun adınadır, ya yox. Belə olduqda ağlına Cavanşir gəlmiş və Zərərçəkmiş şəxs bu barədə demişdir. Belə ki, Cavanşirin torpaq sahəsinin koordinatlarını ölçmək üçün aparatı olduğunu bilmişdir. Sonra Cavanşirdən xahiş etmişlər ki, həmin torpaq sahəsinin koordinatlarını aparatı vasitəsi ilə təyin edib nümayəndəsi olduğu '‘reyestr” xidmətindən öyrənsin. Qeyd etdiyi hadisələr 2017-ci ilin avqust-sentyabr avlarında baş vermişdir. Zərərçəkmiş şəxs özü də sürücüsü ilə birlikdə həmin torpaq sahəsinə, yəni hamının “Mayak” kimi dediyi əraziyə getmişdir. Cavanşir də onlarla yolda görüşüb oraya gedib ölçmələri aparmışdır.Özü oraya getməmişdir. Bu barədə Nuru ilə danışdığı zaman ona demişdir ki, Cavanşirə torpaq sahəsini göstərib, koordinatları götürmüş və lazımı məlumatları verəcəkdir. Səhəri günü Cavanşir onunla əlaqə saxlayıb torpaq sahəsinin Zərərçəkmiş şəxs məxsus olsa da, faktiki çıxarışı olmadığını, amma çıxarış ala biləcəyini demişdir. Bundan bir müddət sonra Cavanşirlə Xətai rayonunda yerləşən “Mirage” çay evində görüşmüşlər. Görüş zamanı Cavanşir demişdir ki, məhkəmə yolu ilə çıxarış almaq mümkündür. Təxminən 1 ay müddətində bu məsələni 300.000 manata həll edəcəyini demişdir. O da Cavanşirə demişdir ki, Zərərçəkmiş şəxslə danışıb xəbər edəcəkdir. Bundan sonra Zərərçəkmiş şəxslə danışmış və o, demişdir ki, bu pulu verə bilər. Lakin bundan sonra o,bir qədər şübhələndiyi üçün araşdırma aparmış və başa düşmüşdür ki, bu torpağa çıxarış almaq mümkün deyildir. O da bir müddət sonra Cavanşirə demişdir ki. bu torpağa çıxarış almaq mümkün deyildir.Zərərçəkmiş şəxs də bu barədə məlumat vermişdir ki. çıxarış almaq mümkün deyildir. Bundan xeyli sonra bilmişdir ki, Cavanşir özü yenidən Nuru ilə əlaqə saxlayıb və onu aldadaraq külli miqdarda pulunu ələ keçirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2009cu ildən Zərərçəkmiş şəxs sürücüsü işləyir. Qeyd olunan proseslərin bir növ içərisində olmuş, çünki Zərərçəkmiş şəxs hər yerə o, aparmışdır.Ona məlum olan hadisə ondan ibarət olmuşdur ki, Mərdəkan qəsəbə sakini Təqsirləndirilən şəxs müdiri Zərərçəkmiş şəxs aldadaraq bildiyi qədər təxminən 400.000 manatdan yuxarı pulunu dələduzluq yolu ilə aldadıb ələ keçirmişdir. Qeyd etdiyi hadisələr 2018-ci ildə baş vermişdir. Bu pulları Təqsirləndirilən şəxs torpaq sahələrinin sənədləşdirilməsi adı ilə almışdır. Dəfələrlə yanında Təqsirləndirilən şəxs guya Daşınmaz Əmlakın Dövlər Reyestr xidmətinin əməkdaşları ilə telefonda danışıb özünə inam formalaşdırmışdır. Hətta sonradan saxta olduğu məlum olan sənədlərdən istifadə etməklə qeyd etdiyi məbləğdə pulları almışdır. Cavanşirin Zərərçəkmiş şəxs aldatdığını başa düşdükdən sonra dəfələrlə özü Cavanşirlə görüşüb pulun qaytarılmasım tələb etsə də, hər dəfə müxtəlif bəhanələrlə aldadaraq pulu qaytarmaqdan imtina etmişdir.Hər dəfə söz verib vaxt udsa da, sonda onları aldatmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə xətşunaslıq ekspertizası üzrə 19 yanvar 2020-ci il tarixli 861 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 02 ədəd “Bildiriş məktublar”ın, 02 ədəd “Özəlləşdirilmiş qeyri- yaşayış sahələrinin hesab vərəqlərin” və 02 ədəd "alqı-satqı mıiqavilələri”n üzərlərindəki möhür əksləri mətbəə şriftləri dəstindən istifadə etməklə hazırlanmış relyef klişedən sənədlərin üzərlərinə bir başa vurulmuşlar. Tədqiqata təqdim edilmiş 02 ədəd “Bildiriş məktubların”, 02 ədəd "Özəlləşdirilmiş qeyri-yaşayış sahələrinin hesab vərəqləri”n və 02 ədəd "alqı-satqı müqavilələri"n üzərlərindəki çap mətnləri eyni növ üsulla işləyən lazer printerlərdə çap edilmişlər. Tədqiqata təqdim edilmiş 02 ədəd “Özəlləşdirilmiş qeyri-yaşayış sahələrinin hesab vərəqləri”n və 02 ədəd “alqı-satqı müqavilələri”n üzərlərində imzalar əvvəl icra edilmiş, sonra isə möhür əksləri vurulmuşdur Bundan əlavə, cinayət işinin materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin sənədlərin texniki ekspertizası üzrə 30 yanvar 2020-ci il tarixli 862 №-li rəyindən görünür ki. ekspertizaya təqdim olunmuş, 20.02.2018-ci il tarixli 3962 saylı "Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsi”nin 2-ci vərəqəsinin aşağı hissəsində möhürün sağ kənarında "R.Cəlilov" qrafasında olan imza; 20.02.2018-ci il tarixli 2433 saylı “icarəyə verilmiş əmlakın alqısatqısı müqaviləsi”nin 2-ci vərəqəsinin aşağı hissəsində möhürün sağ kənarında “R.Cəlilov” qrafasında olan imza: 27.04.2018-ci il tarixli “Özəlləşdirilmiş qeyri-yaşayış sahələrinin hesab vərəqələri”nin aşağı hissələrində möhürlərin sağ kənarlarında “Ə.Cənnətov” qrafalarında olan imzalar; 20.02.2018-ei il tarixli 2433 sayı və 20.02.2018-ci il tarixli 3962 sayı “Bildiriş məktubları”nın aşağı hissələrində “Sədr müavini Rafiq Cəlilov” qrafalarında oln imzalar – X5 tərəfindən icra olunmuşdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının çıxarışından görünür ki, 07 may 2018-ci il tarixdə Azərbaycan Respublikası manatının həmin dövr üçün dollara olan məzənnəsi 1,7000 manat təşkil etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini onun ibtidai istintaq zamanı verdiyi ifadələri, eləcə də cinayət təqibi üzrə toplanmış digər mötəbər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri obyektiv həqiqəti əks etdirir və məhkəmə həmin ifadələri sübüt növü kimi qəbul edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsi özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satmanı, Cinayət Məcəlləsinin 320.2-ci maddəsi isə bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etməni nəzərdə tutur. Verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədləri istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz hazırlamış və həmin saxta sənədlərdən bilə-bilə istifadə etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin tərkibi ilə əhatə edildiyindən, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan 320.2 rəqəm ifadəsi xaric edilməli, Təqsirləndirilən şəxs əməlləri yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Beləliklə, məhkəmə məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs törətdiyi həmin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsə qeyd olunan ittihamlar üzrə qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin mateillarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqları-2011-ci il təvəllüdlü X6 və 2008-ci il təvəllüdlü X1 vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, 03 noyabr 2004-cü il tarixli Ağdam Hərbi Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzası 06 ay sınaq müddəti ilə şərti hesab olunmuş və məhkumluğu ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hall müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1 maddələrinin sanksiyasında nəzərdə tutulmuş qaydada ayrı-ayrılıqda azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, X2 təyin ediləcək cəzanın əvvəli 03 dekabr 2021-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur (maddə 179.1). Ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır (maddə 181.1). Mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin aid olduğu məhkəmədə həmin işlə birlikdə baxılır (maddə 187.1). Cinayət işinin materiallarına əlavə edilmiş mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı iddia ərizəsindən görünür ki, 395.000 (üç yüz doxsan beş min) manat və 8.000 (səkkiz min) ABŞ dolları əsas vəsait, 63.346 (altmış üç min üç yüz qırx altı) manat və 1.144 ( bir min yüz qırx dörd) ABŞ dolları Mərkəzi Bankın müəyyən etdiyi uçot faiz dərəcəsinə uyğun olaraq hesablanmış məbləğ, 100.000 (bir yüz min) manat məbləğində əldən çıxmış fayda, 1000 ( bir min ) manat hüquqi yardım göstərilnəsi üçün ödənilmiş məbləğ və 50 000 (əlli min) manat mənəvi zərər olmaqla, cəmi 609.346 (altı yüz doqquz min üç yüz qırx altı) manat və 9.144 (doqquz min yüz qırx dörd) ABŞ dolları pulun və 30 manat ödənilmiş dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməsi xahiş edilmişdir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində Zərərçəkmiş şəxs 408.600 manat məbləğində maddi ziyan vurulması və hüquqi yardım göstərilməsi üçün zərərçəkmiş şəxs tərəfindən müdafiəçiyə 1000 manat məbləğində ödəniş edilməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs X8 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyandan 3000 ABŞ dolları məbləğində pul ona qaytarılmışdır. Həmin dövrün məzənnəsi ilə 3000 ABŞ dolları(3000 x 1,70000= 5100) 5100 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs ödənilməli olan məbləğ (408.600-5100=403.500) 403.500 manat məbləğində müəyyən edilməlidir. Odur ki, məhkəmə qeyd edilən mülki iddianı və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs iddia ərizəsi qismən təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs vurulmuş maddi ziyanla bağlı 403.500 manat və hüquqi yardım göstərilməsi üçün ödənilmiş 1000 manat məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Zərərçəkmiş şəxsa mülki iddiasının qalan hissəsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 193,52 (yüz doxsan üç manat əlli iki qəpik) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi cinayət işinə əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş iki ədəd bildiriş məktubları, iki ədəd icarəyə verilmiş əmlakn alqı-satısı müqaviləsi və iki ədəd özəlləşdirilmiş qeyriyaşayış sahələrinin hesab vərəqələri cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1 -ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2–ci maddəsi ilə 07 (yeddi ) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 320.1-ci maddələri ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası stəyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 03 dekabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs iddia ərizəsi qismən təmin edilsin və mülki cavabdeh Təqsirləndirilən şəxs vurulmuş maddi ziyanla bağlı 403.500 manat və hüquqi yardım göstərilməsi üçün ödənilmiş 1000 manat məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. Zərərçəkmiş şəxs mülki iddiasının qalan hissəsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 193,52 (yüz doxsan üç manat əlli iki qəpik) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş iki ədəd bildiriş məktubları, iki ədəd icarəyə verilmiş əmlakn alqı-satısı müqaviləsi və iki ədəd özəlləşdirilmiş qeyri-yaşayış sahələrinin hesab vərəqələri cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-63/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-63/2022
29.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver