Məhkəmə qərarları › İş №1(101)-63/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-63/2023

21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-63/2023 21.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri X6 və X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərəçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 nümayəndəsi - Bakı şəhəri, 16 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxslər (mülki cavabdehlər) - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4, müdafiəçilər - «Pro Bono» Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri, 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1, Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6 Babalı oğlunun və Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi7 iştirakı ilə, xx xxxxxx 1961-ci ildə Naxçıvan MR, Ordubad rayonunun Tivi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi, ev 41-4, mənzil 50-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, xx xxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Kardiologiya xəstəxanasında təsərrüfat müdiri vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda qeydiyyatda olmaqla, ünvan 3 ev 9, mənzil 12-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, xx xxxxx 1959-cu ildə Naxçıvan MR, Şərur rayonu, Qarxun kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, sürücü işləyən, əvvəllər məhkum edilməmiş, ünvan 4 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, xx xxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 5 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilənəzərdətutulan cinayət əməllərini törətməkdətəqsirləndirilmələrinədair cinayət işinəaçıq məhkəməiclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 vasitəsi ilə ona müraciət edən Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib, sonuncuya Bakı şəhəri, Nəsimi rayon İcra hakimiyyətində işləyən vəzifəli şəxslə şəxsi münasibətləri olması barədə həqiqətə uyğun olmayan məlumat verib, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 20 kv.metr torpaq sahəsi üzərində qaraj tikintisinə müvafiq icra hakimiyyətindən icazə və sərəncam alacağına dair yalan vəd verib aldadaraq, 2011-ci ilin sentyabr ayının sonlarında ünvan 7 ünvanında yerləşən «Altes Plaza» yaşayış binasının qarşısında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 həmin dövrün Azərbaycan manatı ilə məzənnəsi 30.420 (otuz min dörd yüz iyirmi) manat təşkil edən 39.000 (otuz doqquz min) ABŞ dolları pul almış, lakin vədinə əməl etməyərək əldə etdiyi pulu öz xeyrinə yönəldərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib, sonuncuya nüfuzlu vəzifəli şəxslərlə şəxsi münasibətləri olması barədə həqiqətə uyğun olmayan məlumat verib, sonuncunu Azərbaycan Respublikası Ali Məhkəməsində əleyhinə çıxarılmış qərarla bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində yeni açılmış hal üzrə qərar əldə edəcəyinə dair yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Yasamal rayonu, «Hüseyn Cavid» parkında 2016-ci ilin may ayının əvvəllərində 50.000 (əlli min) manat, 2016-ci ilin avqust ayının ortalarında 150.000 (bir yüz əlli min) manat, 07 may 2018-ci il tarixdə 30.000 (otuz min) manat pul almış, lakin vədinə əməl etməyərək əldə etdiyi pulu vahid niyyətlə ələ keçirib öz xeyrinə yönəldərək Zərərçəkmiş şəxs2 ümumilikdə 230.000 (iki yüz otuz min) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib, sonuncuya Azərbaycan Respublikasının Milli Məclisində işləyən vəzifəli şəxslə şəxsi münasibətləri olması barədə həqiqətə uyğun olmayan məlumat verib, övladı X9 Milli Məclisin Beynəlxalq şöbəsinə məsləhətçi vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, 2016-cı ilin dekabr ayının ortalarında ünvan 8 ünvanının qarşısında Zaur Oruczadənin vasitəsi ilə 3.000 (üç min) manat, 2016-cı ilin dekabr ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «Hüseyn Cavid» adına parkda 4.000 (dörd min) manat, 2017-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Səməd Vurğun» parkında 3.000 (üç min) manat, 2017-ci ilin yanvar ayının sonlarında Zaur Oruczadənin vasitəsi ilə Səməd Vurğun adına parkda 3.000 (üç min) manat pul almış, lakin vədinə əməl etməyərək əldə etdiyi pulu vahid niyyətlə ələ keçirib, öz xeyrinə yönəldərək Zərərçəkmiş şəxs3 ümumilikdə 13.000 (on üç min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Şahid1 vasitəsi ilə onlara müraciət edən Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib, sonuncunu inandırmaq üçün əvvəlcədən yaranmış özgə əmlakını əvəzsiz ələ keçirmək niyyətini gizlədərək, Zərərçəkmiş şəxs1 mülkiyyətində olan ünvan 9 ünvanında yerləşən 184.4 kv.metr ümumi sahədən ibarət birmərtəbəli qeyri-yaşayış binasının altında və ətrafında yerləşən 0,05 hektar torpaq sahəsini Dövlət Əmlak Komitəsində onun adına özəlləşdirəcəklərinə dair yalan vəd verib aldadaraq, 2011-ci ilin aprel ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsində, «Nərimanov» heykəlinin yaxınlığında Zərərçəkmiş şəxs1 30.000 (otuz min) manat pul almış, bundan bir müddət sonra özgənin külli miqdarda əmlakınıələ keçirmək niyyətini davam etdirib özəlləşdirəcəkləri ünvan 10 ünvanında yerləşən torpaq sahəsində ikimərtəbəli qeyri-yaşayış sahəsinin inşa edilməsi üçün müvafiq dövlət orqanından icazə və sərəncam alacağına dair yalan vəd verib aldadaraq, 2011-ci ilin iyun ayının əvvəllərində Yasamal rayonu, N.Nərimanov küçəsində, «Nərimanov» heykəlinin yaxınlığında Zərərçəkmiş şəxs1 40.000 (qırx min) manat pul almış, bundan bir müddət sonra özgə əmlakını ələ keçirmək niyyətini davam etdirib ünvan 11 ünvanında yerləşən 20 kv.metr boş torpaq sahəsinin üzərində qaraj tikintisi üçün Bakı şəhəri, Nəsimi rayon İcra hakimiyyətindən icazə alınmasını təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq, 2011-ci ilin iyun ayının ortalarında Yasamal rayonu, «İnşaatçılar» prospektində həmin dövrün Azərbaycan manatı məzənnəsi ilə 15.764 (on beş min yeddi yüz altmış dörd) manat təşkil edən 20.000 (iyirmi min) ABŞ dolları pul almış, bundan bir müddət sonra özgənin külli miqdarda əmlakını ələ keçirmək niyyətini davam etdirib, bu dəfə özəlləşdirəcəyi ünvan 9 ünvanında yerləşən torpaq sahəsinin üzərində doqquzmərtəbəli yaşayış binasının tikintisi üçün Bakı şəhər İcra hakimiyyətindən icazə və sərəncam alacağına dair yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsində, «Nərimanov» heykəlinin yaxınlığında 2011-ci ilin iyun ayının sonlarında 70.000 (yetmiş min) manat, iyul ayının sonlarında 50.000 (əlli min) manat, sentyabr ayının əvvəllərində 40.000 (qırx min) manat pul almış, bundan sonra Bakı şəhəri, Nəsimi rayonu, M.Kazımovski küçəsində yerləşən 20 kv.metr boş torpaq sahəsinin üzərində qaraj tikintisi üçün Bakı şəhəri, Nəsimi rayon İcra hakimiyyətindən icazə alınmasını təşkil etməsi üçün Təqsirləndirilən şəxs4 vasitəsi ilə tanış olduğu Təqsirləndirilən şəxs1 həmin dövrün Azərbaycan manatı ilə məzənnəsi 30.420 (otuz min dörd yüz iyirmi) manat təşkil edən 39.000 (otuz doqquz min) ABŞ dolları pul vermiş, sonuncu isə vədinə əməl etməyərək əldə etdiyi pulu öz xeyrinə yönəltmiş və bununla da cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə, ümumilikdə 215.344 (iki yüz on beş min üç yüz qırx dörd) manat pulu vahid niyyətlə ələ keçirib öz aralarında bölərək Zərərçəkmiş şəxs1 külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 aldatmaq və pullarını ələ keçirmək niyyəti olmamış, onun məqsədi müraciət edən həmin şəxslərə kömək etmək olmuşdur. Lakin işlərin gedişi elə gətirmişdir ki, ona da söz vermiş şəxslər vədlərinə əməl etməmiş, buna görə də işlər yubanmışdır. Sonradan Zərərçəkmiş şəxs3 ziyanını ödəmiş, Zərərçəkmiş şəxs1 da ziyanının özünə düşən hissəsini ödəyərək barışıq əldə etmiş, həmçinin Zərərçəkmiş şəxs2 də pulunun bir qismini ödəmişdir. Sonuncu ilə bu məhkəmənin sonuna qədər barışıq əldə etməyə çalışacaqdır. Təqsirləndirilən şəxs1 ifadəsinə görə, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əvvəllər tanımamışdır. Həmin şəxslər tanışı Şahid3 vasitəsilə ona yaxınlaşıb Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Elmed» Tibb Mərkəzinin yaxınlığında təxminən 20 kv.metr boş torpaq sahəsini sənədləşdirmək üçün Nəsimi rayon İcra Hakimiyyətindən sərəncam almaq lazım olduğunu deyib, kömək etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs2 özünü Ramiz Mehdiyevin qızının mühafizəçisi kimi təqdim etmişdir. Aralarında həmin torpaqda qaraj tikilməsinə icazə almaq barədə söhbət olmamışdır. Ümumiyyətlə bu məsələyə qədər torpaq sənədləşməsi ilə əlaqədar iş görməmişdir. Həmin ərazinin kimin adına sənədləşdirilməsi barədə məlumatı olmamış, bu danışıqda Zərərçəkmiş şəxs1 adı keçməmiş, həmin şəxsi tanımamışdır. Onlara lazımi adamlarla danışacağını və əgər məsləhət olsa, işi həll edəcəklərini demişdir. Onun Nəsimi rayon İcra hakimiyyətində tanıdığı şəxslər olmuş, buna görə oraya müraciət etmişdir. İcra hakimiyyətindən ona işin düzələcəyini, amma bir qədər uzun müddət çəkəcəyini bildirmişlər. O da, bu barədə Təqsirləndirilən şəxs2 demiş və sonuncu ona sənədləşmə işini həll etmək üçün 20.000 manat pul vermişdir. Həmin pulu tanışı hüquqşünas X11 daxil heç kimə verməmiş, özündə saxlamışdır. Pul torpağın sənədləşdirilməsi üçün verildiyindən, ona oradan hər hansı məbləğ çatmamışdır. Təqsirləndirilən şəxs2 pulu ona verəndən təxminən on-on beş gün sonra zəng edib pulu qaytarmasını demiş, səbəbini soruşduqda heç bir açıqlama vermədən pulu təcili qaytarmağı tələb etmişdir. O da, Yasamal rayonu, «Hüseyn Cavid» parkının yaxınlığında Zaurla görüşüb pulu ona qaytarmışdır. Bundan üç saat sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsindən ona zəng gəlmiş və idarəyə çağırılmışdır. İdarədə müstəntiq Canpolad müəllim ona yaxınlaşdıqdan sonra başqa bir nəfər şəxs yaxınlaşaraq ondan «hanı 250.000 dollar?» deyə soruşmuş, elə bu vaxt digər şəxs «bunu tutun getsin» demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 də orada olmuş və ona «gördün necə olur» demişdir. Həmin gecə Nərimanov rayon Məhkəməsinə, oradan da Bakı İstintaq Təcridxanasına aparılmışdır. Bir il müddətində işini uzatdıqdan sonra Bakı İstintaq Təcridxanasından buraxılmış və ona işinin qurtardığını bildirmişlər. Bakı İstintaq Təcridxanasında saxlanıldığı bir il müddət ərzində təqsirləndirilən şəxslərin heç biri ilə danışığı və ünsiyyəti olmamışdır. 2012-ci ildə həbs olunmuş, 2013-cü ildə həbsdən azad edilmişdir. Həbsdən azad edilməmişdən öncə zərəri ödəyəcəyinə dair ərizə yazdığını xatırlamır. Son vaxtlar müstəntiq Ramil Məhərrəmov onu çağırıb məsələnin yenidən qalxdığını və bunu həll etmək lazım olduğunu demişdir. Həmin vaxt Yasamal rayon Polis idarəsində barəsində 13.000 manatla bağlı iş getmiş, lakin həmin pulu da qaytarmışdır. Belə ki, yaxın bir dostu xanımı ilə birlikdə ona «bizim uşaq Milli Məclisdə stajor olubdur, orada işə düzəlməyinə kömək elə» demiş, o da, tanış adamlar olduğunu, danışıb onlarla görüşdürəcəyini, özlərinin razılaşmalı olduqlarını bildirmişdir. Milli Məclisdə mühafizəçi işləyən Amil Məmmədovu tanımış, onun vasitəsilə də orada Beynəlxalq şöbədə mütəxəssis vəzifəsində işləyən Vüqar Mirzəyevlə tanış olmuşdur. Amil Məmmədov işi düzəltmək üçün onunla Vüqar Mirzəyevi tanış etmişdir. Bundan sonra həmin şəxsləri görüşdürmüş və aralarında danışıb 35.000 manata razılaşmışlar. Bu işlə əlaqədar onun vasitəçiliyi ilə 13.000 manat pul verilmiş, qalan 22.000 manat isə həmin şəxslərin öz aralarında olmuşdur. Həmin məsələ qalxdıqdan sonra Təqsirləndirilən şəxs4 tutulmuş, o da,13.000 manatı həmin şəxslərə geri qaytarmış və məsələ bununla yekunlaşmışdır. Zərərçəkmiş şəxs2 epizodu ilə bağlı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Nərimanı tanışı X7 vasitəsi ilə tanımışdır. Zərərçəkmiş şəxs2 ayrı-ayrı məhkəmə instansiyalarında mülki mübahisələrlə bağlı işləri olmuş və Orucun xahişi ilə Nərimana kömək etmək qərarına gəlmişdir. İlk vaxtlar Zərərçəkmiş şəxs2 görməmiş, Oruc özü gətirib sənədləri ona vermiş və həmin sənədləri vəkil kimi tanıdığı Hətəm Əhmədova təqdim etmiş, bundan sonra Zərərçəkmiş şəxs2lə Hətəm Əhmədovun arasında Nərimanın məhkəmədəki işlərinin həll olunması üçün müqavilə bağlanmışdır. Bildiyinə görə, Zərərçəkmiş şəxs2 10-a yaxın vəkil dəyişmiş, sonuncu müdafiəçisi Hətəm Əhmədov olmuşdur. Bir müddətdən sonra isə Hətəm Əhmədov da rəhmətə getmişdir.Təqsirləndirilən şəxs1 ifadəsində özünü heç kimə özünü vəzifəli şəxs kimi təqdim etmədiyini, yazar olduğunu və hamının da onu yazar kimi tanıdığını bildirmişdir. İfadələri arasında ziddiyyətlər olduğu üçün məhkəmədə Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmişdir. O, həmin ifadəsində özünü Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi ilə qismən təqsirli bilərək göstərmişdir ki, təxminən on il bundan əvvəl qaynı Təyyar Muradov «Xalqlar dostluğu» yarmarkasında dəri məmulatları mağazasını işlətmişdir. Həmin vaxtlar mağazaya bu cür işlərlə məşğul olan Şahid3gəlib-getmiş və sonuncu ilə münasibətləri yaranmışdır. Təxminən 2011-ci ilin sentyabr ayında FərhadSəfərov ona müraciət edərək qohumu olan əvvəllər tanımadığı Təqsirləndirilən şəxs4 köməklik etmək lazım olduğunu, Təqsirləndirilən şəxs4 və sonuncunun dostu Təqsirləndirilən şəxs2 onlardan Zərərçəkmiş şəxs1 adlı bir şəxsin adına Bakışəhəri, Nəsimi rayonu ərazisində yerləşən hansısa bir torpaq sahəsinin üzərində tikinti aparılmasıüçün Nəsimi rayon İcra hakimiyyətindən sərəncam almağı xahiş etdiyini bildirib, bu işdə onlara kömək etməyi xahiş etmişdir. Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 iləözüşəxsən görüşüb işin detallarıbarədə danışdıqdan sonra bir söz deyə biləcəyini bildirmişdir. Həmin vaxtlar hüquqşunas işləyən Məftun Həsənov ilə münasibətləri olduğundan və sonuncu, bu cür işləri düzüb qoşa bildiyindən ona müraciət etmək qərarına gəlmişdir. Buna görə də o, Məftun Həsənovla əlaqə saxlayıb Nəsimi rayon İcra hakimiyyətində tanışı olub-olmaması ilə maraqlananda, sonuncu ona İcra hakimiyyətinin Hüquq şöbəsində işləyən Nəsif Niftalıyevin tanışı olduğunu və işi həmin şəxsin vasitəsilə həll edə biləcəyini bildirmişdir. Buna görə də o, Şahid3la birlikdəBakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən köhnə«Xlebni» deyilən ərazidə Fərhadın qohumu Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ilə görüşmüş, söhbət zamanı Vüqarvə ZaurNəsimi rayonu, M.Kazımovski küçəsində təxminən 20 kv.metr boş torpaq sahəsinə gələcəkdə yüngül konstruksiyalı qaraj tikilməsi üçün Zərərçəkmiş şəxs1 adına Nəsimi rayon İcra hakimiyyətindən sərəncam almaq lazım olduğunu bildirmişdir. Torpaq sahəsinə baxdıqdan sonra həmin torpaq sahəsinə dair sərancam ala bilib-bilməyəcəyini, ala bilərsə, xərcinin nə qədər olacağını deyəcəyini bildirmişdir. Bundan sonra onlar birlikdə torpaq sahəsinə gedib baxmaq qərarına gəlmişlər. Ona görə də ertəsi gün Şahid3la birlikdə torpaq sahəsinin olduğu yerə yaxın yerləşən «Elmed» Tibb Mərkəzinin qarşısına getmiş, orada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 onları qarşılamış, birlikdə 4-cü mkr. dairəsindənüzü yuxarı yerləşən əraziyə getmişlər. Ərazi beşmərtəbəli binanın küncündə, yola tərəf boş torpaq sahəsi olmuşdur. Torpaq sahəsinə baxdıqdan sonra sərəncamı 20.000 manat pulun müqabilində ala biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 də onunla razılaşmışdır. Bundan bir neçə gün sonra Şahid3la Yasamal rayonu ərazisində yerləşən «Altes Plaza» kompleksinin qarşısında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4la görüşmüş, görüş zamanı sonuncu ona iki paçka manatla ümumilikdə 20.000 manat pul vermişdir. Bundan sonra Məftun Həsənovla görüşmüş və işin həll edilməsi üçün ona 10.000manat pul vermiş, MəftundaNəsimi rayon İcra Hakimiyyətində hüquqşunas işləyən Nəsif Niftalıyevə müraciət etmişdir. Sonuncu, onu İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat BirliyindəMənzil fondunun istismarışöbəsinin müdiri vəzifəsində işləyən Nəsir Orucovilə tanış etmiş, sonuncu da torpaq sahəsinə baxdıqdan sonra bir söz deyəcəyini vəd etmişdir. Buna görə də Şahid3la birlikdəNəsir Orucova Nəsimi rayonu,M.Kazımovski küçəsində yerləşən torpaq sahəsini göstərmişlər. Nəsir Orucov torpaq sahəsinə baxandan sonra həmin torpaq sahəsinin üzərində tikintiyə dair sərəncam almağın dərhal mümkün olmayacağını, bir qədər vaxt aparacağını bildirmişdir. Bu barədə sonradan Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 bildirəndə, sonuncular bununla razılaşmamışlar. Buna görə də Məftun Həsənovdan 10.000 manat pulu alıb, həmin pulun üstünəözündə saxladığı 10.000 manat pulu qoyub Yasamal rayonu, «Hüseyn Cavid» parkının yaxınlığında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4la görüşüb onların özünə qaytarmışdır. Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadəsinə görə, 2016-cı ilin noyabrın sonları-dekabrın əvvəllərində tanışı İbad Allahverdiyev ona zəng vuraraq bir nəfər tanışının oğlu Zaur Oruczadənin Milli Məclisdə təcrübə keçdiyini, buna görə də həmin şəxsin məhz Milli Məclisə işə düzəlmək istədiyini bildirmiş, o da, bu barədə maraqlanacağını və sonra məlumat verəcəyini demişdir. Bundan sonra Milli Məclisdə əlaqələrinin olduğunun bildiyi tanışı Qəşəm Babayevə zəng vuraraq bu barədə ondan maraqlanmışdır. Bu hadisədən bir neçə gün sonra 2016-cı ilin dekabrın ortalarında Qəşəm Babayev ona Milli Məclisdə bir nəfər tanışının olduğunu bildirərək, həmin şəxsin pulun 15.000 manatının əvvəlcədən, 10.000 manatının isə əmr olduqdan sonra vermək şərti ilə ümumilikdə 25.000 manat pul müqabilində Zaur Oruczadəni Milli Məclisə işə düzəldə biləcəyini demişdir. Bundan sonra İbad Allahverdiyevə işə düzəlmək istəyən şəxslə üzbəüz görüşməyi təklif etmişdir. 2016-cı il dekabr ayının ortalarında İbad Allahverdiyevin evində işə düzəlmək istəyən Zaur Oruczadə ilə görüşmüşdür. Həmin vaxt Zaur Oruczadə görüşə anası Zərərçəkmiş şəxs3 ilə birlikdə gəlmişdir. Söhbət zamanı Qəşəm Babayevin ona dediyi kimi Milli Məclisin Maliyyə, Beynəlxalq əlaqələr və Deputatlarla iş üzrə şöbələrində boş yerlərin olduğunu və Zaur Oruczadəni həmin şöbələrin birinə bir nəfər yüksək vəzifəli tanışının vasitəsi ilə işə düzəldə biləcəyini bildirmişdir. Ardınca Zərərçəkmiş şəxs3 və oğlu Zaur Oruczadə öz aralarında məsləhətləşərək, Milli Məclisin Beynəlxalq şöbəsini seçmişlər. Bundan sonra əlavə pul qazanmaq üçün Zərərçəkmiş şəxs3 bu işin həll olunması üçün 35.000 manat pul lazım olduğunu deyərək, həmin pulun 3.000 manatının əvvəlcədən, 32.000 manatının isə əmr olduqdan sonra verilməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs3 bir qədər fikirləşdikdən sonra bu təkliflə razılaşmışdır. Bundan sonra Zaur Oruczadədən CV məlumatları olan sənədi alıb Qəşəm Babayevə verərək, sonuncuya işə düzəlmək istəyən şəxsin deyilən 25.000 manat məbləğində pulu verməyə razı olduğunu bildirmişdir. Bir neçə gün sonra Qəşəm Babayev ona zəng vuraraq işi düzəldən adamların artıq pulu istədiklərini demiş, ardınca bir neçə gün sonra ona yenidən zəng vuraraq, işi görən adamlara pul vaxtında verilmədiyi üçün həmin adamların işi görməkdən imtina etdiklərini bildirmişdir. Bundan sonra Qəşəm Babayevdən sonradan adını bildiyi Amil Məmmədovun nömrəsini alaraq sonuncuya zəng vurmuş, Amillə telefon söhbəti zamanı sonuncuya nömrəsini Qəşəmdən aldığını bildirmiş və Zaur Oruczadənin işinə kömək etməsini xahiş etmişdir. Bu zaman Amil Məmmədov ona işi həll edən şəxsin Vüqar Mirzəyev adlı şəxs olduğunu deyərək, sonuncunun nömrəsini ona vermişdir. X12 mobil telefonuna zəng vurmuş, bu zaman dəstəyi götürən Vüqar Mirzəyev ona Milli Məclisdə işlədiyini deyərək, Zaur Oruczadəni bir nəfər yüksək vəzifəli şəxsin vasitəsilə Milli Məclisə işə düzəltmək istədiyini, lakin deyilən məbləğdə pulun vaxtında verilmədiyi üçün artıq bu işdən imtina etdiyini bildirmişdir. Bu zaman o, Vüqar Mirzəyevə pul barədə problemin olmadığını deyərək, pulun tez bir zamanda veriləcəyini demişdir. Bundan sonra Vüqar Mirzəyev ona Zaur Oruczadənin diplomunun, hərbi biletinin və şəxsiyyət vəsiqəsinin surətlərini gətirməsini demişdir. Bundan sonra Zaur Oruczadə ilə əlaqə saxlayıb bu barədə bildirmiş, Zaur deyilən sənədləri hazırlayaraq Vüqar Mirzəyevlə Milli Məclisdə görüşmüş və sənədləri Vüqara vermişdir. Bu hadisələrdən sonra pula ehtiyacı olduğu üçün 2016-cı ilin dekabr ayının ortalarında Zaur Oruczadə və anası Zərərçəkmiş şəxs3 zəng vuraraq yalandan 3.000 manat pulun verilməli olduğunu bildirmişdir. Buna görə də 2016-cı ilin dekabrın ortalarında Zaur Oruczadə ilə Bakı şəhərində «Gənclik» metrostansiyasının yaxınlığında görüşərək ondan 3.000 manat pul almışdır. Həmin vaxt Zaur Oruczadəyə narahat olmamasını, işinin tez bir zamanda həll olunacağını demiş, daha sonra Zaurdan aldığı 3.000 manat pulu öz ehtiyacları üçün xərsləmişdir. Bir müddət sonra Zaur Oruczadənin işə düzəlməsi üçün 10.000 manat artıq dediyi pulu əvvəlcədən almaq və yerdə qalan 25.000 manat pulu işi düzəldən Vüqar Mirzəyevə və Amil Məmmədova vermək qərarına gəlmişdir. Buna görə də yenidən Zərərçəkmiş şəxs3 və oğlu Zaur Oruczadə ilə əlaqə saxlayaraq yalandan onları aldadıb, guya işlərin dəyişdiyini bildirməklə, 7.000 manat pul verməli olduqlarını demişdir. Bu zaman Zərərçəkmiş şəxs3 ona hazırda 7.000 manat məbləğində pulunun olmadığını, 4.000 manat verə biləcəyini bildirmiş, o da, etiraz etməmişdir. 2016-cı ilin dekabr ayının sonlarında Zaur Oruczadə və anası Dilrubə ilə «Elmlər Akademiyası» metrostansiyasının yaxınlığında görüşmüş, onlardan 4.000 manat məbləğində pulu alaraq narahat olmamalarını, bir ay müddətinə işin həll olunacağını bildirmişdir. Daha sonra aldığı 4.000 manat pulu öz ehtiyacları üçün xərcləmişdir. Bir müddət sonra 2017-ci ilin yanvar ayının əvvəllərində yenədə pula ehtiyacı olduğu üçün Zaur Oruczadəyə zəng vuraraq 3.000 manat pul verilməli olduğunu demiş, sonuncu ilə 2017-ci ilin yanvarın əvvəllərində «28 May» metrostansiyasının yaxınlığında yerləşən «Səməd Vurğun» parkında görüşərək, ondan 3.000 manat pul almışdır. Həmin vaxtdan sonra Zərərçəkmiş şəxs3 və Zaur Oruczadə ondan işin nə yerdə olması barədə tez-tez maraqlandıqlarından Vüqar Mirzəyevlə görüşmək qərarına gəlmişdir. Bundan sonra 2017-ci ilin yanvarın sonlarında Biləcəri qəsəbəsində yerləşən «Bulaq» restoranında Vüqar Mirzəyev və Amil Məmmədovla görüşmüş, görüş zamanı Vüqar ona Zaur Oruczadənin Milli Məclisə işə düzəlməsi üçün 25.000 manat pul lazım olduğunu bildirərək, həmin pulun 15.000 manatının əvvəlcədən, qalan 10.000 manatının isə əmr olduqdan sonra verilməli olduğunu demişdir. Bundan sonra 2017-ci ilin yanvarın sonlarında Zaur Oruczadə və atası Elşad İsayevlə zəngləşərək, 15.000 manat pulun verilməli olduğunu bildirmiş, sonuncular da, bununla razılaşmışdır. Buna görə də 2017-ci ilin yanvarın sonlarında Zaur Oruczadə və Elşad İsayevlə «28 May» metrostaniyasının yaxınlığında yerləşən «Səməd Vurğun» parkında görüşmüş və bu zaman Elşadla Zaur ona 15.000 manat pul vermişlər. Daha sonra Zaur Oruczadə ilə birlikdə Milli Məclisə getmiş, Milli Məclisin inzibati binasının yanında Vüqar Mirzəyevə zəng vuraraq deyilən 15.000 manat pulu gətirdiyini bildirmişdir. Bu zaman Vüqar Mirzəyev işdə olmadığını bildərək, Amil Məmmədovun onları qarşılayacığını demiş, bundan sonra Zaur Oruczadə ilə birlikdə Milli Məclisin inzibati binasının yanında Amillə görüşmüş və 15.000 manat pulu Amilə vermişdir. Görüş zamanı X30 Oruczadəyə narahat olmamasını, tez bir zamanda işinin həll olunacağını vəd etmişdir. Həmin gün axşam ona pul lazım olduğu üçün yenidən Zaur Oruczadəyə zəng edərək işin həll olunması üçün 3.000 manat pul verilməli olduğunu bildirmiş, sonuncu da, bununla razılaşmışdır. Ertəsi gün 2017-ci ilin yanvarın sonlarında Zaur Oruczadə ilə «28 May» metrostansiyasının yaxınlığında görüşmüş və 3.000 manat pulu ondan almışdır. Daha sonra həmin pulu öz ehtiyacları üçün xərcləmişdir. Bu hadisədən sonra Zaur Oruczadə və valideynləri tez-tez ona zəng vuraraq iş barədə maraqlandıqlarından, Vüqar Mirzəyev və Amil Məmmədovdan bu barədə soruşmuş, hər dəfədə Amil və Vüqar narahat olmamasını, tez bir zamanda Zaurun əmrinin olacağını və işə çıxacağını bildirmişdir. 2017-ci ilaprelin ortalarında Vüqar Mirzəyev ona zəng vuraraq həmin adamlarla danışmağı və qalan 10.000 manat pulun verilməli olduğunu bildirmişdir. Bu zaman Vüqar Mirzəyevə danışıqda 10.000 manat pulun əmrdən sonra verilməli olduğunu bildirmiş və utandığı üçün Vüqara özlərini Zaur Oruczadə və ailəsi ilə əlaqə saxlayıb onlardan pulu istəmələrini bildirmişdir. Zaur Oruczadənin işinə görə sonuncunun ailəsindən ümumilikdə 13.000 manat pul almasından Vüqar Mirzəyev və Amil Məmmədovun məlumatı olmamışdır. Bu hadisədən bir müddət sonra 2017-ci ilin aprel ayında X15 İsayeva və Zaur Oruczadə ilə görüşərək onlardan 7.000 manat pul aldığı məlum olmuşdur. Həmin vaxtdan sonra Vüqar Mirzəyev və X30 Oruczadənin iş məsələsini həll etmədiklərindən Zərərçəkmiş şəxs3 bu barədə hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Araşdırmanın gedişatında Zaur Oruczadədən aldadıb aldığı 13.000 manat puldan 5.000 manatını qaytarmışdır. Hazırda törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs2 epizodu ilə bağlı istintaqa verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 göstərmişdir ki, Nərimanı «Aloş» ləqəbi ilə tanıdığı Oruc Mehdiyevin vasitəsi ilə tanımışdır. Oruc Mehdiyevi tələbəlik vaxtından tanımış və onunla münasibətləri olmuşdur. Təxminən 2016-ci ilin mart ayında Oruc Mehdiyev ona müraciət edib Bakı şəhərinin müxtəlif yerlərində yeni yaşayış binaları inşa edən Zərərçəkmiş şəxs2 adlı qohumunun öz əmisi oğlu Vaqiflə aralarında mülki mübahisə olduğunu, Zərərçəkmiş şəxs2 Vaqifə inanıb 3-cü mikrorayonda inşa edilən binanı sonuncun adına rəsmiləşdirdiyini, Vaqifin bundan istifadə edib binaya iddia irəli sürdüyünü, buna görə də, Zərərçəkmiş şəxs2 məhkəməyə müraciət etdiyini, lakin bütün məhkəmə instansiyalarında, hətta Ali Məhkəmədə də belə onun əleyhinə qərar qəbul edildiyini bildirmiş, Zərərçəkmiş şəxs2 xeyrinə məhkəmələrdə yenidən qərar qəbul edilməsi üçün tanışı olub-olmamasını, bu işdə onlara kömək edib-edə bilməyəcəyini soruşmuş, o da, məhkəməyə təqdim edilmiş sənədləri və qəbul edilmiş qərarların surətlərini gətirməsini və bundan sonra maraqlanacağını bildirmişdir. İlk vaxt Zərərçəkmiş şəxs2 görməmiş və Oruc Mehdiyev özü gətirib sənədləri ona vermişdir. O da, bundan sonra Milli Məclisin Hüquq şöbəsində tanışları olan Qəşəm Babayevə müraciət etmiş, sonuncu da bu işdə onunla birlikdə işləyən Hətəm Əhmədovun kömək edə biləcəyini bildirmişdir. Bundan sonra X18 Əhmədovun 050573-41-50 nömrəsini əldə edib onunla əlaqə saxlayıb görüşmüş və sənədləri ona göstərib, bu işdə köməklik edə bilib-bilməyəcəyini soruşmuş, Hətəm sənədlərə baxıb sonra xəbər edəcəyini bildirmişdir. Təxminən bir aydan sonra Hətəm Əhmədovla əlaqə saxlayanda, sonuncu 350.000 manatın müqabilində bu işə köməklik edə biləcəyini, yəni birinci instansiyadan başlamaqla bütün instansiyalarda Zərərçəkmiş şəxs2 xeyrinə qərarlar qəbul etdirəcəyini bildirmişdir. Bu barədə Oruc Mehdiyevə xəbər vermiş və bundan sonra sonuncu onu Zərərçəkmiş şəxs2lə görüşdürmüşdür. İlk dəfə Zərərçəkmiş şəxs2lə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində, «Hüseyn Cavid» adına parkdakı «Yaşıl çayxana»da görüşmüş, görüş zamanı işin Hətəm Əhmədov tərəfindən görülməsini bildirməsə də, işin yuxarı vəzifəli şəxs tərəfindən görüləcəyini deyib, bu iş üçün 350.000 manat tələb edildiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 də onun təklifilə razılaşmış və bu işi həll etməkdə köməklik edəcəyi təqdirdə ona mənzil pay verəcəyini söz vermişdir. X13 işlərin görülməsi üçün vəkilə ehtiyac olduğunu bildirdiyindən, bu barədə Zərərçəkmiş şəxs2 bildirmiş və buna görə də, elə ilk görüşdə Nəriman öz tanış vəklini dəvət etmiş və onunla müqavilə bağlamışdır. İlk görüşdən təxminən iki gün sonra Zərərçəkmiş şəxs2 və Oruc Mehdiyevlə yenə də «Hüseyn Cavid» adına parkdakı çayxanada görüşmüş, həmin görüş zamanı Nəriman ilkin olaraq ona 50.000 manat pul vermiş, o da, elə orada sonuncunun yanında Hətəm Əhmədova zəng etmişdir. Bir müddət sonra sonuncu yaşıl rəngli «MersedesCKlas» markalı avtomobillə tanımadığı bir şəxslə ora gəlmiş və o, Hətəmlə görüşüb 50.000 manat pulu ona vermişdir. Həmin zaman Zərərçəkmiş şəxs2 və Oruc Mehdiyev kənarda dayanmış və hər ikisi X29 verdiyini görmüşlər. Pulu ondan götürəndən sonra Hətəm Əhmədov gəldiyi şəxslə birlikdə çıxıb getmişdir. Zərərçəkmiş şəxs2 verdiyi bu pul ilkin işə başlanılması üçün olmuş, Hətəm Əhmədovun deməsinə görə artıq Nərimanov rayon məhkəməsi ilə danışılmış və Zərərçəkmiş şəxs2 tələbi təmin ediləcəyinə söz verilmişdir. Təxminən iki-üç aydan sonra Hətəm Əhmədov onunla əlaqə saxlayıb pulun qalan hissəsini də verməyini tələb etmiş, o da, bu barədə Zərərçəkmiş şəxs2 bildirmiş və bundan sonra yenə üçü «Hüseyn Cavid» parkında görüşmüşlər. Bu görüş zamanı Zərərçəkmiş şəxs2 ona 150.000 manat pul vermişdir. O da, elə orada Hətəm Əhmədova zəng etmiş, bir müddət sonra Hətəm oraya gəlmiş və onunla parkda görüşüb pulu ona vermişdir. X29 verməyini kənarda dayanan Zərərçəkmiş şəxs2 və Oruc Mehdiyev də görmüşdür. Pulu ondan götürəndən sonra Hətəm Əhmədov çıxıb getmişdir. Aradan uzun müddət keçəndən sonra təxminən 2018-ci ilin yaz aylarında Hətəm Əhmədov onunla əlaqə saxlayıb, artıq işin hakim Fuad Abidinovda olduğunu və ilkin olaraq Zərərçəkmiş şəxs2 8.000.000 manat dəyərindəki iddiasına baxılacağını və təmin ediləcəyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 və Oruc Mehdiyev ilə birlikdə Nərimanov rayon məhkəməsinə getmiş, həmin vaxt Nərimanın əmisi oğlu Vaqif də vəkilləri ilə birlikdə orada olmuş, Nəriman özü hakim Fuad Abidinovun yanına girib-çıxandan sonra işin dayandırılmasını və bir az gözləmək lazım olduğunu bildirmişdir. Həmin zaman Zərərçəkmiş şəxs2 hakimlə nə haqda danışdığını bildirməmişdir. Aradan bir müddət keçəndən sonra Hətəm Əhmədov yenidən pul istəmiş, o da, bu barədə Zərərçəkmiş şəxs2 bildirmiş, bundan sonra Nəriman və Oruc Mehdiyevlə yenə də «Hüseyn Cavid» parkında görüşmüşdür. Zərərçəkmiş şəxs2 bu dəfə 30.000 manat pul verib qalan məbləği verməyəcəyini, işə görə ancaq bu məbləğdə pul verə biləcəyini bildirmişdir. O, yenə də Hətəm Əhmədova zəng etmiş və ona Zərərçəkmiş şəxs2 30.000 manat verdiyini, qalan məbləği verməyəcəyini və verdiyi məbləğə görə işin həll olunmasını tələb etdiyini bildirmişdir. Hətəm Əhmədov bir söz deməmiş və bundan sonra Hətəm parka gəlmiş, o, yenə də sonuncu ilə görüşüb ona 30.000 manat pulu ona vermişdir. Aradan bir müddət keçəndən sonra Zərərçəkmiş şəxs2 özü onunla əlaqə saxlayıb Vaqiflə barışdığını, hələ ki, işi «döndurmaq» istədiyini, sonradan özünün bu barədə əlavə məlumat verəcəyini bildirmişdir. Aradan beş-altı ay keçəndən sonra Zərərçəkmiş şəxs2 yenə əlaqə saxlayıb, iranlılarla başqa bir məsələ ilə bağlı məhkəmə çəkişmələri olduğunu, başının ona qarışıq olduğunu, həmin iş başa çatandan sonra bu işlə məşğul olacağını bildirmişdir. Aradan bir müddət keçəndən sonra Zərərçəkmiş şəxs2 əlaqə saxlayıb ümumiyyətlə verdiyi pulu geri tələb etmiş, o da, iki dəfə Nərimanla görüşüb X29 verdiyini və onunla danışıb pulun qaytarılmasını təmin edəcəyini bildirmişdir. Hətəm Əhmədovla əlaqə saxlayıb Zərərçəkmiş şəxs2 pulunu qaytarmalı olduğunu bildirsə də, sonuncu vaxt alıb pulu qaytaracağına söz vermişdir. Lakin bir müddət vaxt keçəndən sonra Hətəm Əhmədov rəhmətə getmişdir (cild 6, iş vərəqi 56-63). Təqsirləndirilən şəxs1 tədqiq olunan ifadə ilə məhkəmədə verdiyi ifadə arasındakı ziddiyyətlər barədə bildirmişdir ki, ibtidai istintaq zamanı da məhkəmədəki məzmunda ifadə vermiş, lakin müstəntiq onun ifadəsini düzgün yazmamışdır. O da, həmin ifadəsini oxumadan imzalamışdır. Buna görə də, hazırda məhkəmədə verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2011-ci ilin mart ayında iş yoldaşı Təqsirləndirilən şəxs3 tanışı Şahid1 məxsus torpaq sahəsinə çıxarış almaq lazım olduğunu deyib, onun Vüqarla bu barədə söhbət etməsini xahiş etmiş, öz növbəsində əlindən gələni köməyi edəcəyini bildirmişdir. Bakı Dövlət Universitetinin yaxınlığındakı «Hüseyn Cavid» parkında görüş zamanı Şahid1 torpaq sahəsinin Zərərçəkmiş şəxs1 adlı şəxsə məxsus olduğunu və torpaq sahəsini özəlləşdirmək niyyətində olduğunu bildirmiş, ona nə kömək lazımdırsa, edəcəyinə söz vermişdir. Bu barədə iş yoldaşı Təqsirləndirilən şəxs4la bir qədər fikir mübadiləsi apardıqdan sonra Vüqarın qohumu Şahid3 köməyindən istifadə etmək qərarına gəlmişlər. Şahid3 Təqsirləndirilən şəxs4 belə problemli məsələləri həll edəcəyini bildirmişdir. Şahid1 bu işin həll olunması üçün işi düzəldəcək şəxsə 40.000 manat verilməli olduğunu bildirmişlər. Növbəti görüşü «Nərimanov» heykəlinin yanında olan parka təyin etmişlər. Həmin görüşə Təqsirləndirilən şəxs3 «VAZ-2107» markalı avtomobili ilə getmiş, Təqsirləndirilən şəxs4 isə onların arxasınca «RangeRover» markalı avtomobili ilə gəlmişdir. «Nərimanov» heykəlinin yanında maşında Şahid1 gözləmişlər. Sonuncu,əlində selofan torba ilə avtomobilə əyləşmiş və avtomobildə pulu Vüqardan almış, daha sonra Vüqar sağollaşaraq getmişdir. O, Təqsirləndirilən şəxs3 onu Təqsirləndirilən şəxs4 avtomobilinin yanına aparmağı xahiş etmiş, sonuncunun maşınında əyləşib pulları saymışdır. Bundan sonra Təqsirləndirilən şəxs4 qohumu olan Şahid3 torpaq sahəsinəçıxarış almalarına kömək etmək məqsədilə onları Təqsirləndirilən şəxs1 adlı şəxsə yönləndirmişdir. Təqsirləndirilən şəxs1la bu barədə danışarkən,sonuncu, işi həll edəcəyini bildirmişdir. Sənədləşdirilən torpaq sahəsinin 20 kv.metr olduğunu bilsə də, torpaq sahəsinin harada yerləşməsini bilməmişdir. O, sadəcə olaraq 40.000 manat pulu əlbəəl Şahid1 götürmüşdür və yalnız həmin məbləğə görə cavabdehlik daşıyır. Zərərçəkmiş şəxs1 başqa məbləğlərdə alınan pullar barədə məlumatı olmamışdır. Sonradan Həsən adlı şəxs zəng edib, Şahid1 onun adından istifadə edərək ondan pul almasını demiş, o da, Həsən adlı şəxslə görüşüb, bu barədə məlumatı və işə aidiyyatı olmadığını başa salmışdır. Məqsədi yalnız kiməsə yardım etmək olmuş, başqa bir təmənna güdməmiş, hər hansı bir maddi marağı olmamışdır. Törətdiyi əməldən peşmandır. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmişdir.Təqsirləndirilən şəxs2 həmin ifadəsində göstərmişdir ki, 2011-ci ilin mart ayının son günlərində iş yoldaşı Təqsirləndirilən şəxs3 ona Şahid1 adlı bir tanıdığı şəxsin tanışı Zərərçəkmiş şəxs1 adına olan 20 kv.metr torpaq sahəsinə çıxarış alınmasında köməklik etmək lazım olduğunu bildirib, Vüqarla görüşməyi və söhbət etməyi təklif etmiş, o da, etiraz etməmişdir. İlk dəfə əvvəllər tanımadığı, sonradan tanıdığıVüqarla Bakı Dövlət Universitetinin həyətində Rəhmanın vasitəsi ilə görüşmüşdür. Görüş zamanı Şahid1 ona tanışı Zərərçəkmiş şəxs1 Bakışəhəri, Nəsimi rayonunda yerləşən, üzərində obyekt olan torpaq sahəsini özəlləşdirmək istədiyini bildirib, bu işdə köməklik etməyini xahiş etmişdir. Şahid1 bu işə köməklik edəcəyi təqdirdə onun xeyrinin nə olacağını soruşanda, sonuncu, işin həll olunacağı təqdirdəZərərçəkmiş şəxs1 ona əlavə hörmət edəcəyini demiş, bundan sonra bu barədəmaraqlanıb, ona bir söz deyəcəyinə söz vermişdir. Şahid1 ayrılandan sonra həmin vaxt Bakı Dövlət Universitetinə işlə bağlı sürücü kimi gələn iş yoldaşıTəqsirləndirilən şəxs4 Şahid1 təklifini bildirib, bu işi həl edə bilib-bilməyəcyini soruşmuş, Təqsirləndirilən şəxs4 da ümumi tanışları olan Şahin Həsənovun bu işləri görə bildiyini bildirib, sonuncuya müraciət etməyi təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4la birlikdə Şahid1 həmin işin həll edilməsi üçün 40.000 manat pul alıb həmin puldan bir hissəsini özlərinə götürmək və bir hissəsini də işin həlli üçün Şahin Həsənova vermək qərarına gəlmişlər. Bu razılığı əldə etdikdən sonra Şahid1ləəlaqə saxlayıb, ona istədiyi işi 40.000 manata həll edə biləcəyini bildirmişdir. Bundan bir neçə gün sonra, təxminən 2011-ci ilin aprel ayının ortalarında Şahid1 onunla əlaqə saxlayıb, pulun hazır olduğunu və onunla görüşüb pulu vermək istədiyini bildirib harada görüşə biləcəklərini soruşmuş, o da, həmin vaxtlar iş yeri Bakışəhəri, Yasamal rayonu ərazisindəki «Altes Plaza» yaşayış kompleksinin yaxınlığında olduğundan görüş yerini həmin yerə yaxın olan «Nərimanov» heykəlinin arxa tərəfinə təyin etmişdir. Bundan sonra Şahid1 40.000 manat pulu gətirəcəyini və onunla görüşəcəyini Təqsirləndirilən şəxs3la Təqsirləndirilən şəxs4 bildirmiş, daha sonra görüş yerinə Rəhmanla birlikdə sonuncuya məxsus «VAZ-2107» markalı avtomobillə getməyi, Vüqarın isəözünə məxsus «RangeRover» markalı avtomobillə arxalarınca gəlib, hər ehtimala qarşı onları müşahidə etməsi qərarına gəlmişlər. Bundan sonra qərarlaşdırıldığı kimi Təqsirləndirilən şəxs3 idarə etdiyi «VAZ-2107» markalı avtomobillə görüş yerinə getmiş, Təqsirləndirilən şəxs4 isə onları arxadan idarə etdiyi «RangeRover» markalı avtomobillə izləmişdir. Təqsirləndirilən şəxs3 avtomobili qeyd edilən yerəçatıb saxlayan kimi onları orada artıq gözləyən Şahid1 əlindəki selofan torba ilə birlikdə avtomobilə yaxınlaşmış və arxada əyləşmişdir. Bundan sonra onlar orada qalmayıb dərhal avtomobili 20 nömrəli məktəb istiqamətində sürmüş, yolda Şahid1 selofandakı 40.000 manat pulu çıxarıb ona vermiş, o da, selofana baxanda, orada dörd ədəd paçkada 100 manatlıq əskinasın olduğunu görüb, artıq pulu saymamışdır. «Space»telekanalına dönən yolda Şahid1 avtomobili saxlamasını istəmiş, onlar da dediyi yerdə avtomobili saxlamış və bundan sonra Vüqar çıxıb getmiş, Təqsirləndirilən şəxs3 da iş yerlərinin yanı olan «Altes Plaza»nın qarşısında onu düşürüb,çıxıb getmişdir. Bundan sonra 40.000 manat pulu götürüb, arxadan gələn Təqsirləndirilən şəxs4 avtomobilinəəyləşib birlikdə getmişlər. Bundan sonra Təqsirləndirilən şəxs4la birlikdəŞahin Həsənova müraciət edib ondan torpağın sənədləşmə işinin həll edilməsini xahiş etmişlər. Şahin Həsənov onlara torpaq sahəsini sənədləşdirmək istəyən şəxsin etibarnamə verməli olduğunu və həmin etibarnaməəsasında sənədləşmə işini görəcəyini bildirmişdir. Şahid1ləəlaqə saxlayıb, ona Zərərçəkmiş şəxs1 Şahin Həsənova etibarnamə verməli olduğunu bildirmişdir. Bir gün sonra Şahid1 onunla əlaqə saxlayıb Zərərçəkmiş şəxs1la danışdığını və razılaşdığını bildirmişdir. Buna görə də, 2011-ci ilin aprelin sonlarında Zərərçəkmiş şəxs1 notariat kontorlarının birindəŞahin Həsənovun adamına etibarnamə vermişdir. Bundan sonra Şahin Həsənov toraq sahəsinin Zərərçəkmiş şəxs1 məxsus olması barədə sənədin ona təqdim edilməsini istəmiş, o da, bu barədə Şahid1 bildirmişdir. Lakin üzərindən bir müddət keçməsinə baxmayaraq sənəd təqdim edilməmiş və buna görə dəŞahin həmin məsələni həll edə bilməmişdir.Aradan bir müddət keçəndən sonra təxminən 2011-ci ilin iyun ayının əvvəllərində bu dəfə Şahid1 ona müraciət edərək Zərərçəkmiş şəxs1 Nəsimi rayonuərazisində başqa bir torpaq sahəsini özəlləşdirmək istədiyini bildirib, bu işdə də ona köməklik etməyini xahiş etmiş, o da, bu barədə maraqlanıb ona bir söz deyəcəyini bildirmişdir. Bundan sonraTəqsirləndirilən şəxs4la birlikdə Şahin Həsənova müraciət edib, ona gedib torpaq sahəsinə baxmasını, həmin torpaq sahəsinin özəlləşdirilməsini edib-edə bilməcəyini xahiş etmişlər, Şahin də etiraz etməmişdir. Bundan sonra Şahid1ləəlaqə saxlayıb Şahin Həsənovla görüşməsini və gedib birlikdə torpaq sahəsini ona göstərməsini istəmişdir. Buna görə də Şahid1 Şahin Həsənovla şəhərdə görüşüb, ona torpaq sahəsini aparıb göstərmiş, sonra Şahin onunla əlaqə saxlayıb həmin torpaq sahəsinin sənədləşməsinin onun bacardığı iş olmadığını bildirmişdir. Buna görə də həmin iş də alınmamışdır. Bundan sonra onlar Şahid1 birinci dəfə xahiş etdiyi torpaq sahəsinin sənədləşməsi işi ilə məşğul olacaq adam axtarmağa başlamışlar. Bu dəfə Təqsirləndirilən şəxs4 qaynatasının bacanağı Şahid3 bu barədə dediyini, sonuncunun Təqsirləndirilən şəxs1 adlı tanışı olduğunu, həmin şəxsin Bakışəhərinin istənilən rayonuərazisindəki torpaq sahələrinə dair sənədləşmələri düzüb-qoşduğunu bildirib, Fərhada müraciət etməyi təklif etmişdir. Bundan sonra təxminən 2011-ci ilin avqustun sonlarında Təqsirləndirilən şəxs4 Şahid3 zəng etmiş və sonuncu ilə xatırlamadığı yerdə görüşmüşlər. Görüş zamanı Şahid3 Təqsirləndirilən şəxs1 adlı tanışının bu işlərlə məşğul olduğunu, dövlət orqanlarındakı tanışlarının vasitəsi ilə istənilən torpaq sahəsinə görə sənədləşmə işini həll etmək imkanına malik olduğunu bildirib, bu işdə onlara köməklik edə biləcəklərini vəd etmişdir. Həmin söhbət zamanı onlar Təqsirləndirilən şəxs1la birlikdə görüşüb, danışmaq barədə razılaşmışlar və buna görə də, ertəsi gün Təqsirləndirilən şəxs1la görüşmüşlər. Görüş zamanı Təqsirləndirilən şəxs1 bu işi görə biləcəyini, bunun onun üçün problem olmadığını, Nəsimi rayon İcra hakimiyyətində vəzifəli şəxsləəlaqələrinin olduğunu, həmin şəxsin vasitəsi ilə torpağa dair sərəncam alacağını, lakin ilk olaraq torpaq sahəsinə baxmalı olduğunu, həmin torpaq sahəsini baxıb, Nəsimi rayon İcra hakimiyyətinin başçısı ilə danışdıqdan sonra bu işin həll olunubolunmayacağını, həll olunursa, pulun məbləğini deyəcəyini bildirmişdir. Onlar da etiraz etməmiş və bundan sonra Şahid1ləəlaqə saxlayıb, ona sənədləşmə işini görəcək şəxsin onunla əlaqə saxlayacağını və aparıb torpaq sahəsini ona göstərməli olduğunu bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 kim olduğunu vəəslində işin onun tərəfindən görüləcəyini deməmişdir. Bundan sonra Şahid1 nömrəsini Təqsirləndirilən şəxs1 vermişdir ki, özü Vüqarla görüşüb torpaq sahəsinə gedib oranı göstərsin. Bundan bir neçə gün sonra Şahid1 özü Təqsirləndirilən şəxs1la görüşüb torpaq sahəsini ona göstərmişdir. Torpaq sahəsinin göstərilməsində iştirak etməmiş vəəvvəlcədən həmin torpaq sahəsinin harada yerləşdiyini ümumiyyətlə bilməmişdir. Təqsirləndirilən şəxs1 torpaq sahəsinə baxandan bir neçə gün sonra Şahid3 onunla əlaqə saxlayıb, guya Sərvərin İcra hakimiyyəti ilə danışdığını və razılıq əldə etdiyini, bu işüçün 40.000 ABŞ dolları pul lazım olduğunu bildirmiş, onlar da razılaşmışdır. Bir neçə gündən sonra Şahid3 və Təqsirləndirilən şəxs1 birincinin idarəetdiyi «MersedesCklass» markalı avtomobillə«Nərimanov» heykəlinin yaxınlığına gəlmiş, o və Təqsirləndirilən şəxs4 Fərhadın idarə etdiyi avtomobildə arxada əyləşmiş, əvvəlcədən Fərhadı tanıdığına görə işin həll edilməsi üçün 39.000 ABŞ dolları pulu Təqsirləndirilən şəxs4 vermiş, avtomobiləəyləşəndən sonra Təqsirləndirilən şəxs4 da həmin pulu Fərhada verib, bu işdə onu tanıdığını və bir problem olarsa, pulu ondan tələb edəcəyini bildirmişdir. Şahid3 öz növbəsində Təqsirləndirilən şəxs1 özünün cavabdeh olduğunu bildirib, heç bir problem yaranmayacağına söz vermiş və pulu selofanda özü qəbul etmiş, Sərvər dəöz növbəsindəiyirmi gün müddətinə işi həll edəcəyini vəd etmişdir. Bundan sonra o və Təqsirləndirilən şəxs4 avtomobildən enmiş və onlar ikisi çıxıb getmişlər. Artıq Təqsirləndirilən şəxs1 vəd etdiyi iyirmi gün gəlib keçəndən sonra onlar sonuncudan işin nə yerdə olması ilə maraqlanmağa başlamışlar, Sərvər isəəlavə ona iyirmi beş gün möhlət verilməsini istəyib, işin bir balaca yubanacağını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs1 vəd etdiyi vaxt gəlib çatandan sonra da Sərvər heç bir iş görməyib, işi uzatmağa başlamışdır. Təxminən yeddi-səkkiz ay Təqsirləndirilən şəxs1 müxtəlif bəhanələr gətirib, işi düzəltməmiş və aldığı pulu qaytarmamışdır (cild 6, iş vərəqi 82-86). Təqsirləndirilən şəxs2 tədqiq olunan ifadə ilə məhkəmədə verdiyi ifadə arasındakı ziddiyyətlər barədə bildirmişdir ki, ibtidai istintaq zamanı da eynilə məhkəmədəki məzmunda ifadə vermiş, lakin həmin ifadəsini oxumadan imzalamış, ifadəsi ilə tanış olmamışdır, ona görə də, hazırda məhkəmədə verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasındatəqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, sürücü kimi fəaliyyət göstərdiyindən Milli Elmlər Akademiyasının Kibernetika İnstitutuna gedib-gəldiyi vaxtlar institutda komendant işləyən Şahid1lə tanış olmuşdur. Təxminən 2011-ci ilin mart ayının əvvəllərində Şahid1 ondan tanışı Zərərçəkmiş şəxs1 adına 20 kv.metr torpaq sahəsinə dair sənəd hazırlanmasında köməklik etməyi xahiş etmiş, ona bu işlərlə məşğul olmadığını demişdir. Şahid1 təxminən bir ay ərzində dəfələrlə eyni xahişi ondan etmiş, sonuncu dəfə Zərərçəkmiş şəxs1 göstərib torpaq sahəsini sənədləşdirmək istəyən şəxsin həmin şəxs olduğunu bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 uzaqdan görmüş, sonralar onu görməmiş, onunla ümumiyyətlə ünsiyyətdə olmamışdır. Şahid1 söylədiklərini dinlədikdən sonra özü bu cür işlərlə məşğul olmadığından, həmin vaxtlar iş yoldaşı olan Təqsirləndirilən şəxs2 Vüqarın istəyini həll etməyi xahiş etmiş, bu barədə Vüqarın özünə də bildirmişdir. Təqsirləndirilən şəxs2 razılıq verdiyindən telefon nömrəsini Şahid1 vermişdir. Təqsirləndirilən şəxs2 ilə Şahid1 özləri görüşüb danışmağı razılaşmışlar. Onların arasında olan danışıqlarda iştirak etməmişdir. Sonradan Təqsirləndirilən şəxs2 ona Zərərçəkmiş şəxs1 adına olan 20 kv.metr torpaq sahəsinə dair sənədin verilməsini həmin vaxtlar sürücü işləyən ümumi tanışları Təqsirləndirilən şəxs4 tanışının vasitəsilə edəcəyini, həmin işə görə Əlinin onlara 40.000 manat pul verəcəyini bildirmişdir. Təxminən 2011-ci ilin aprel ayının ortalarında Təqsirləndirilən şəxs2 onunla əlaqə saxlayıb, Şahid1 sənədləşmə üçün 40.000 manat gətirəcəyini deyib, əgər vaxtı varsa, onunla birlikdə getməyi təklif etmiş, o da, etiraz etməmiş və idarə etdiyi ağ rəngli «VAZ- 2107» markalı avtomobillə Təqsirləndirilən şəxs2 həmin yerə aparmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs4 idarə etdiyi «RangeRover» markalı avtomobili ilə arxaları ilə gəlmişdir. Avtomobili saxlayandan sonra Şahid1 avtomobilə yaxınlaşmış və qapını açıb arxada əyləşmişdir. Bundan sonra o, avtomobili 20 nömrəli məktəb istiqamətində sürüb getmiş və Təqsirləndirilən şəxs4 da arxalarınca gəlmişdir. Bir qədər getdikdən sonra Şahid1 selofana bükülmüş 40.000 manat pulu Təqsirləndirilən şəxs2 vermiş, təxminən əlli-yüz metr getdikdən sonra avtomobili saxlamış və Şahid1 avtomobildən enərək geri qayıtmışdır. Təqsirləndirilən şəxs2 də onun avtomobilindən düşüb Təqsirləndirilən şəxs4 idarə etdiyi avtomobilə əyləşmişdir. Təqsirləndirilən şəxs2 avtomobildən düşəndə 40.000 manat pulu da özü ilə götürmüşdür. Həmin puldan ona bir manatda olsun, verilməmişdir. Bundan sonra Şahid1lə münasibəti olmamışdır. Sonradan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 aldıqları pulu Təqsirləndirilən şəxs1 adlı şəxsə verdiklərini, həmin şəxsin isə dələduzluq edib pulu mənimsədiyini öyrənmişdir. 40.000 manatdan başqa Zərərçəkmiş şəxs1 əlavə alınan pullardan məlumatsız olmuşdur. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2011-ci ilin yaz aylarında iş yoldaşı Təqsirləndirilən şəxs2 ona Şahid1 adlı müəllimin Təqsirləndirilən şəxs3 vasitəsilə torpaq sahəsi özəlləşdirmək istədiyini, eyni zamanda həmin torpaq sahəsində iki mərtəbəli obyekt tikilməsi üçün icazə almaq lazım olduğunu bildirmişdir. Bu məsələlərlə bağlı «Nərimanov» heykəlinin yanında görüş təyin etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 «VAZ-2107» markalı, o isə, özünün «Range Rover» markalı maşını ilə onların arxasınca getmişdir. Zaurla Təqsirləndirilən şəxs3 kişi kimi sözlərinin arxasında dayanıb iş həll edəcəklərinə söz verdikləri üçün onun məqsədi həmin prosesin necə baş tutacağını izləmək olmuşdur. Görüş yerində Şahid1 əlində selofanla Təqsirləndirilən şəxs3 avtomobilinə əyləşmiş, maşın yerindən tərpəndikdə onların arxasınca getmişdir. İlk olaraq Şahid1 «Space» telekanalının yanında avtomobildən düşmüş, yenidən «Nərimanov» heykəlinin yanına qayıtmışlar. Orada Təqsirləndirilən şəxs2 onun avtomobilinə əyləşmiş və Şahid1 aldığı pulu birlikdə saymışlar. Pulun məbləği 40.000 manat olmuşdur. Bilmişdir ki, həmin işi qaynatasının bacanağı Şahid3 həll etməlidir. Şahid3 onunla görüşlərində bir çox problemləri dövlət səviyyəsində həll etmək imkanı olduğunu bildirmişdir. Şahid3 deməsindən bilmişdir ki, tanışı Təqsirləndirilən şəxs1 belə işlərlə məşğuldur və bu işdə də Sərvər kömək edəcəkdir. Bu barədə danışandan sonra pulu Təqsirləndirilən şəxs1 yanında Şahid3 vermişdir. Sonradan Şahid3 pulun Təqsirləndirilən şəxs1, sonuncu isə, əksinə Şahid3 olduğunu bildirmişlər. Buna görə də, o, Şahid3 barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə şikayət etmiş, Fərhad oraya çağırılsa da heç bir faydası olmamışdır. Zərərçəkmiş şəxs1 adlı şəxsin adını o, əvvəllər eşitmiş, özünü isə ilk dəfə istintaq vaxtı görmüşdür. Bundan əvvəl isə o, heç vaxt kiməsə özəlləşdirmə işlərində kömək etməmişdir. Törətdiyi əməldən peşmandır. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmişdir. Təqsirləndirilən şəxs4 həmin ifadəsində göstərmişdir ki,təxminən 2011-ci ilin aprel ayının əvvəllərində iş yoldaşı Təqsirləndirilən şəxs2 ona müraciət edərək, Şahid1 adlı bir müəllimin ondan tanışının torpaq sahəsinin sənədləşməsini xahiş etdiyini, bu işi həll edib-edə bilməyəcəklərini soruşmuş, o da,ümumi tanışları olan Şahin Həsənovun bu işləri görə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə Şahid1 həmin işin alınmasıüçün 40.000 (qırx min) manat pul almaq və həmin puldan bir hissəsini özlərinə götürüb, qalan hissəsini də sənədləşmə işini görməsi üçün Şahin Həsənova vermək qərarına gəlmişlər. Buna görə də, 2011-ci ilin aprelin ortalarında Təqsirləndirilən şəxs2 Şahid1lə əlaqə saxlayıb, torpağın sənədləşməsi üçün 40.000 (qırx min) manat pulun çatdırılmasını istəmiş və həmin vaxtlar onların iş yerləri Bakı şəhəri, Yasamal rayonu ərazisindəki «Altes Plaza» yaşayış kompleksinin yaxınlığında olduğundan, Zaur görüşü «Nərimanov» heykəlinin arxa tərəfinə təyin etmişdir. Təqsirləndirilən şəxs2 bu barədə ona və bu işdə iştirak edən Təqsirləndirilən şəxs3la əlaqə saxlayıb məlumat verdikdən sonra üçü birlikdə görüş yerinə getməsi barədə qərara gəlmişlər. Görüş yerinə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 məxsus «VAZ-2107» markalı avtomobillə getməli, o isə,özünə məxsus «Range Rover» markalı**-RD-*** dövlət qeydiyyat nişanlı avtomobillə onların arxasınca gedib, hər ehtimala qarşı onları müşayiət etməli olmuşdur. Qərarlaşdırıldığı kimi, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 idarə etdiyi «VAZ-2107» markalı avtomobili ilə görüş yerinə getmiş, o da, onları arxadan idarə etdiyi avtomobillə izləmişdir. Təqsirləndirilən şəxs3 avtomobili «Nərimanov» heykəlinin arxa tərəfində saxlayandan sonra o, onlardan yüz metr aralı məsafədə yol kənarında dayanmışdır. Təqsirləndirilən şəxs3 dayanandan sonra yol kənarında dayanmış«MersedesC» markalı avtomobilin sərnişin istiqamətindən Şahid1 avtomobildən enmiş vəəlindəki selofan torba ilə birlikdə Rəhmanın idarə etdiyi «VAZ-2107» markalı avtomobilə yaxınlaşıb, arxa qapını açıb əyləşmişdir. Həmin zaman o, Şahid1 endiyi avtomobildə sürücü olduğunu görmüş vəo vaxt həmin şəxsin torpaq sahəsini sənədləşdirmək istəyən Zərərçəkmiş şəxs1 olduğunu başa düşmüşdür. Şahid1 avtomobiləəyləşdikdən az müddət sonra o, Təqsirləndirilən şəxs3 avtomobili 20 nömrəli məktəb istiqamətində sürdüyünü görüb onun arxasınca tərpənmişdir. Rəhman avtomobili «Space» telekanalına dönən yolla idarə edib saxlayandan sonra Şahid1 avtomobildən enmiş, bundan sonra onlar birlikdə«Altes Plaza»nın qarşısına qayıtmış və Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 avtomobilindən enəndən sonra 40.000 (qırx min) manat pulla birlikdə gəlib onun avtomobilinəəyləşmişdir. Bundan sonra onlar Şahin Həsənova müraciət edib ona torpaq sahəsinin səhədləşmə işinin həll edilməsini xahiş etmişlər. X23 müraciət edəndə bu işüçün 40.000 (qırx min) manat pul aldıqlarını da bildirmişlər. Şahin Həsənov torpaq sahəsini sənədləşdirmək istəyən şəxsin ona etibarnamə verməli olduğunu və həmin etibarnaməəsasında müvafiq dövlət orqanları qarşısında çıxış edəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2özüŞahid1ləəlaqə saxlayaraq,Zərərçəkmiş şəxs1 Şahin Həsənova etibarnamə verməli olduğunu bildirmişdir. Buna görə də, 2011-ci ilin aprelin sonlarında Zərərçəkmiş şəxs1 notariat kontorlarının birindəŞahin Həsənovun tanımadığı tanışına etibarnamə vermişdir. Bundan sonra Şahin Həsənov torpaq sahəsinin Zərərçəkmiş şəxs1 istifadəsində olması barədə sənədin ona təqdim edilməsini istəmiş, Təqsirləndirilən şəxs2 də bu barədə Şahid1 bildirmiş, lakin üzərindən bir müddət keçməsinə baxmayaraq sənəd təqdim edilmədiyindən Şahin həmin məsələni həll edə bilməmişdir. Aradan bir müddət keçəndən sonra təxminən 2011-ci il iyun ayının əvvəllərində bu dəfə Şahid1 Təqsirləndirilən şəxs2 müraciət edərək Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Nəsimi rayonuərazisində başqa bir torpaq sahəsini özəlləşdirmək istədiyini bildirib, verilən 40.000 (qərx min) manata görə həmin işin həll edilməsini istəmişdir. Buna görə də o, Təqsirləndirilən şəxs2ilə yenə dəŞahin Həsənova müraciət edib, ondan gedib torpaq sahəsinə baxmasını, həmin torpaq sahəsinin özəlləşdirlməyi bacarıb-bacarmadığını görməsini xahiş etmişlər. Şahin Həsənov da etiraz etməmiş, bundan sonra Təqsirləndirilən şəxs2 Şahid1ləəlaqə saxlayıb Şahinlə görüşməsini və gedib birlikdə torpaq sahəsini ona göstərməsini tapşırmışdır. Şahid1 Şahin Həsənovla şəhərdə görüşüb ona torpaq sahəsini aparıb göstərdikdən sonra, sonuncu, Təqsirləndirilən şəxs2 iləəlaqə saxlayıb həmin torpaq sahəsinin sənədləşməsinin mümkün olmayacağını bildirmiş və buna görə həmin iş də alınmamışdır. Bundan sonra onlar həmin torpaq sahəsinin sənədləşməsi işi ilə məşğul olacaq başqa adam axtarmağa başlamışlar. Həmin ərəfədə qaynatasının bacanağı Şahid3 bu cür işləri həll etdiyini əvvəlcədən ona dediyindən dərhal yadına Fərhad düşmüş və buna görə də, 2011-ci ilin avqustun sonlarında Fərhada müraciət edib ona Nəsimi rayonuərazisində yerləşən 20 kv.metr sahəsi olan torpaq sahəsində qaraj tikilməsi üçün Nəsimi rayon İcra hakimiyyətindən sərəncam almaq lazım olduğunu, bunun üçün 40.000 (qırx min) ABŞ dolları pul verildiyini bildirib, bu işdə hansı formada köməklik edə biləcəyini soruşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs2 ilə torpağın sənədləşməsi üçün 40.000 (qırx min) ABŞ dolları təklif etməyi və aradakı məzənnə fərqindən yaranmış pulu qazanc kimi götürməyi qərarlaşdırmışlar. Şahid3 bu işdə heç bir problem olmadığını, onun Təqsirləndirilən şəxs1 adlı köməkçisi olduğunu və həmin şəxsin belə işləri tez bir zamanda İcra hakimiyyətində aşıra bildiyini söyləmişdir. Bu söhbətdən sonra o, Təqsirləndirilən şəxs2 ilə birlikdə Şahid3la görüşmüş, görüş zamanı Fərhad Təqsirləndirilən şəxs1 adlı bir nəfər tanışının bu işlərlə məşğul olduğunu, dövlət orqanlarındakı tanışlarının vasitəsi ilə istənilən torpaq sahəsinə görə sənədləşmə işini həll etmək imkanına malik olduğunu bildirib, bu işdə onlara köməklik edə biləcəklərini vəd etmişdir. Həmin söhbət zamanı onlar Təqsirləndirilən şəxs1 adlışəxslə birlikdə görüşüb danışmaq barədə razılaşmışlar. Ertəsi gün Təqsirləndirilən şəxs1la görüşmüşlər və görüş zamanı sonuncu bu işi görə biləcəyini, bunun onun üçün problem olmadığını, lakin ilk olaraq torpaq sahəsinə baxmalı olduğunu, həmin torpaq sahəsinə baxıb Nəsimi rayon İcra hakimiyyətinin başçısı ilə danışdıqqdan sonra bu işin həll olunub-olunmayacağını deyəcəyini bildirmişdir. Onlar da etiraz etməmiş və bundan sonra Təqsirləndirilən şəxs2 Şahid1ləəlaqə saxlayıb, ona sənədləşmə işini görəcək şəxsin onunla əlaqə saxlayacağını və aparıb torpaq sahəsini ona göstərməli olduğunu bildirmişdir. Bundan bir neçə gün sonra Şahid1 özü Təqsirləndirilən şəxs1la görüşüb torpaq sahəsini ona göstərmişdir. Torpaq sahəsinin göstərilməsində nə o, nədə Təqsirləndirilən şəxs2 iştirak etmiş və onların əvvəlcədən həmin torpaq sahəsinin harada yerləşdiyindən məlumatları olmamışdır. Bundan bir neçə gün sonra Şahid1 özü Təqsirləndirilən şəxs1la görüşüb torpaq sahəsini ona göstərmiş, torpaq sahəsinə baxandan sonra Sərvər həmin torpaq sahəsinin üzərində tikinti aparılmasıüçün İcra hakimiyyətindən razılıq əldə etdiyini bildirib pulun ona çatdırılmasını istəmişdir. Onlar da razılaşmış və bir neçə gündən sonra Şahid3 və Təqsirləndirilən şəxs1 birincinin idarə etdiyi «MersedesCKlass» markalı avtomobillə iş yerinin yaxınlığındakı«Altes Plaza»nın qarşısına gəlmişlər. O, Təqsirləndirilən şəxs2 ilə Şahid3 idarə etdiyi avtomobildə arxada əyləşmiş, bundan sonra əvvəlcədən Fərhadı tanıdığına görə işin həll edilməsi üçün 40.000 (qırx min) ABŞ dolları pulu sayıb şəxsən Fərhada verib, bu işdə onu tanıdığını və bir problem olarsa, pulu ondan tələb edəcəyini bildirmiş, Fərhadda öz növbəsində pulu Təqsirləndirilən şəxs1 yanında qəbul etmiş, öz növbəsində Sərvərə də işin həll edilməsindəözünün cavabdeh olduğunu bildirib, heç bir problem yaranmayacağına söz vermişdir. Daha sonra Şahid3 guya bir jest kimi ona 1.000 (bir min) ABŞ dolları pul verib, həmin pulu ona «hörmət» etdiyini bildirmişdir. Həmin pulu götürmüş və bundan sonra onlar avtomobildən enmişlər, Şahid3 və Təqsirləndirilən şəxs1 isəçıxıb getmişlər. Artıq vəd edilən iyirmi gün gəlib keçəndən sonra onlar Şahid3 və Təqsirləndirilən şəxs1 işin nə yerdə olması ilə maraqlanmağa başlamışlar. Sərvər əlavə ona iyirmi beş gün möhlət verilməsini istəyib, işin bir balaca yubanacağını bildirmişdir. Etiraz etməmişdir. Lakin Təqsirləndirilən şəxs1 vəd etdiyi vaxt gəlib çatandan sonra da heç bir iş görməyib, işi uzatmağa başlamışdır. Bundan sonra Zərərçəkmiş şəxs1 işin həll edilməməsini görüb onların barəsindəşikayət etmişdir (cild 06, i.v. 104-108). Təqsirləndirilən şəxs4 ifadələri arasındakı ziddiyyətlə bağlı bildirmişdir ki, ibtidai istintaq zamanı da o, məhkəmədəki kimi ifadə vermiş, lakin həmin ifadəsini oxumadan imzalamış, ifadəsi ilə tanış olmamışdır, ona görə də, hazırda məhkəmədə verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, təxminən 2008-ci ildə ünvan 12 ünvanında yerləşən sex kimi istifadə edilmiş 40 kv.metr ərazidə yerləşən tikilini almış, tikiliyə dair çıxarışı olsa da, altında yerləşən torpaq sahəsinəçıxarış olmamışdır. 2011-ci ilin əvvəllərində həmin torpağı vəətrafındakıəlavə torpaq sahəsini özəlləşdirib çıxarışəldə etmək vəorada iki mərtəbəli fitnes zalı tikmək istədiyi üçün tanışlarından torpaq sahəsini hansı qaydada özəlləşdirməyin mümkün olması ilə maraqlanmışdır. Həmin vaxtlar Şahid1lə birlikdə «20 Yanvar» küçəsi, 3 ünvanında yerləşən ev alqı-satıq ofisinə onunla birlikdə işləyən Qənimət Süleymanovun yanına tez-tez gəlib-getmişdir. Bir gün Şahid1 ofisdə olarkən onun yanında telefonla bir nəfər tanışı ilə torpaq sahəsinin necəözəlləşdirə biləcəyi ilə bağlı danışarkən Vüqarməsələdən xəbər tutmuş və ona həmin dövrdə yuxarı vəzifədə işləyən şəxsin sürücüsü ilə yaxşı münasibətləri olduğunu, həmin şəxsin vasitəsilə torpaq sahəsini özəlləşdirə biləcəyini demiş və sonuncu iləgörüşməyi təklif etmişdir. 2011-ci ilin təxminən mart ayının sonlarında Şahid1 sürücü ilə danışdığını bildirib, birlikdə gedib həmin sürücü ilə görüşüb danışmağı təklif etmiş, o da, etiraz etməmiş və Vüqarla Bakı Dövlət Universitetinin həyətinə gedib orada əvvəllər tanımadığıTəqsirləndirilən şəxs3 ilə görüşmüşdür. Təqsirləndirilən şəxs3 məsələ barədə danışmış və sonuncu,bu işin onlar üçün problem olmadığını, sənədləşmə işi ilə yüksək vəzifədəçalışan şəxsin cangüdəni olan, həmin vaxta qədər tanımadığı Təqsirləndirilən şəxs2 məşğul olacağını bildirib, həmin şəxsin telefon nömrəsini Şahid1 vermişdir. Bir neçə gündən sonra Vüqar Zaurla görüşdüyünü, sonuncununşəxsən onunla görüşmək istədiyini bildirmiş, birlikdə Təqsirləndirilən şəxs2 görüş təyin etdiyi «Nərimanov» heykəlinin yaxınlığına getmiş və orada Zaurla görüşmüşlər. Təqsirləndirilən şəxs2 beş sot torpaq sahəsini özəlləşdirilməkdə köməklik göstərməsini xahiş etmiş, Zaur da bu işin onun üçün problem olmadığını və 30.000 manata başa gələcəyini bildirmişdir. O, həmin məbləğə razılaşmışdır. Bundan sonra Zaur obyektin ona məxsus olmasını təsdiq edən çıxarışın vəşəxsiyyət vəsiqəsinin surətini ona çatdırılmalı olduğunu bildirmiş, həmin sənədlərin surətlərini Zaura çatdırması üçün Şahid1 vermişdir. Təxminən 10-15 gün sonra Şahid1 onunla əlaqə saxlayıb Təqsirləndirilən şəxs2 onunla əlaqə saxladığını və 30.000 manat pulu tələb etdiyini bildirmişdir. Ertəsi gün o, özünə məxsus «MersedesE-240» markalı avtomobillə Vüqarla birlikdə«Nərimanov» heykəlinin yaxınlığına getmişlər. Orada Şahid1lə birlikdə avtomobildən enib Təqsirləndirilən şəxs2 gəldiyi ağ rəngli «VAZ-2107» markalı avtomobilə yaxınlaşmış, həmin vaxt Təqsirləndirilən şəxs3 da maşında olmuşdur. Zaur maşından düşərək onlarla görüşmüş və uzağı bir ay müddətinə torpaq sahəsinin özəlləşdirəcəyini bildirmişdir. Həmin vaxt o, özü ilə gətirdiyi 30.000 manat pulu Təqsirləndirilən şəxs2 vermişdir. Avtomobiləəyləşəndən sonra Şahid1 ona Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 gəldiyi maşının arxasınca hərəkət edən «RangeRover» markalı avtomobili sürən şəxsin yüksək vəzifədə işləyən şəxsin Vüqar adlı ailə sürücüsü olduğunuvə həmin şəxsin də bu işdə iştirak etdiyini bildirmişdir. Bundan sonra onlar geri qayıtmış və yolda Şahid1 düşürmüşdür. Bu hadisədən 10-15 gün keçsə dəƏmlak Komitəsindən heç kim gəlib torpaq sahəsinə baxmamış, torpağın sənədləşmə işinin hansı qaydada getdiyini bildiyi üçün bu vəziyyət onu narahat etməyə başlamışdır. Buna görə Şahid1 işi istəmədiyini deyib pulunu geri tələb etmiş, Vüqar da Təqsirləndirilən şəxs2 ilə bu barədə danışıb ona deyəcəyini bildirmişdir. Bir neçə gündən sonra Şahid1 onunla əlaqə saxlayıb Təqsirləndirilən şəxs2 ilə görüşmək lazım olduğunu demiş, həmin gün Vüqarla birlikdə«Nərimanov» heykəlinin yaxınlığına gedib orada Zaur və Təqsirləndirilən şəxs3la görüşmüşdür. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 görüşə«RangeRover» markalı avtomobillə gəlmiş və avtomobili Təqsirləndirilən şəxs4 idarə etmişdir. Zaurla Rəhman avtomobildən ensələr də, Vüqar maşında qalmışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 heç bir iş görmədikləri üçün verdiyi 30.000 manat pulu qaytarmalarını tələb edəndə, Zaur və Rəhman «kişi» kimi verdikləri sözün üstündə durduqlarını, torpaq sahəsini onun adına özələlləşdirəcəklərini bildirmişlər. Onların əminliklə danışmağı və hər ikisinin də yüksək vəzifəli şəxslərin adından istifadə etmələri onda bir qədər inam yaratmış, həmçinin artıq pulu verdiyini görüb onlarla razılaşmışdır. Aradan bir neçə gün keçəndən sonra Şahid1 ona Təqsirləndirilən şəxs2 onunla əlaqə saxladığını, sonuncunun bir nəfər şəxs göndərəcəyini və həmin şəxsə etibarnamə verməli olduğunu, həmin şəxsin etibarnaməəsasında onun adından müvafiq dövlət orqanlarında sənədləşdirmələrdə iştirak edəcəyini bildirmişdir. O da, etiraz etməyərək 27 aprel 2011-ci il tarixdə 43 saylı notariat kontorunda tanımadığı və Zaur tərəfindən göndərilən şəxsə etibarnamə vermişdir. Bundan 15-20 gün sonra Şahid1 onunla əlaqə saxlayıb Təqsirləndirilən şəxs2 özəlləşəcək torpaq sahəsinin üzərində iki mərtəbəli obyektin tikintisi üçün 40.000 manataİcra hakimiyyətindən icazə ala biləcəyini dediyini bildirmiş, o, bu təklifə də etiraz etməmişdir. Daha sonra Şahid1 ona Təqsirləndirilən şəxs2 tikdirmək istədiyi obyektin eskiz layihəsini hazırlatdırmağı tapşırdığını bildirmiş, təcili olaraq iki mərtəbəli avtoservisin inşasıüçün eskiz layihə hazırlatdırıb, bir nüsxəsini Zaura çatdırmasıüçün Vüqara vermişdir. Təxminən 2011-ci ilin iyun ayının əvvəllərində Şahid1 Təqsirləndirilən şəxs2 40.000 manat pulu tələb etdiyini bildirmiş, etiraz etməmiş və oğlu Şahid2la birlikdə pulu vermək üçün sonuncuya məxsus «MersedesE-240» markalı avtomobillə ilk olaraq Şahid1 yaşadığı«Musabəyov dairəsi»nin yaxınlığındakı evin qarşısına gedib Vüqarı götürdükdən sonra birlikdə«Nərimanov» heykəlinin yaxınlığına getmişlər. Orada oğlu avtomobildə qalmış, özü isə Şahid1lə birlikdə avtomobildən enib Təqsirləndirilən şəxs2 gəldiyi ağ rəngli «VAZ-2107» markalı avtomobilə yaxınlaşmışlar və həmin vaxt Təqsirləndirilən şəxs3 da avtomobildə olmuşdur. Təqsirləndirilən şəxs2 avtomobildən düşərək onlarla görüşmüş, 40.000 manat pulun rəsmi qaydada banka köçürülməli olduğunu deyib, Şahid1 onunla birlikdə banka getməyi təklif etmiş, Vüqar 40.000 manat pulu ondan götürüb onların avtomobilinəəyləşmiş və 20 saylı orta məktəb istiqamətində getmişlər. Bir qədər getdikdən sonra Şahid1 avtomobilindən enərək onun olduğu avtomobiləəyləşmiş və ona Zaurla Rəhmanın gəldiyi avtomobilin arxasınca hərəkət edən «RangeRover» markalı avtomobili sürən şəxsin yüksək vəzifədə işləyən şəxsin Təqsirləndirilən şəxs4 adlı ailə sürücüsü olduğunu və həmin şəxsin də bu işdə iştirak etdiyini bildirmişdir. Bundan sonra onlar geri qayıtmış və yolda Şahid1 düşürmüşlər. Bir müddətdən sonra Şahid1 ona, Təqsirləndirilən şəxs2 bu dəfə torpaq sahəsinin üzərində doqquz mərtəbəli yaşayış binasının tikintisinə icazənin alınmasını təşkil edə biləcəyini təklif etdiyini, işin 200.000 manata başa gələcəyini bildirmişdir. Etiraz etməyərək işə başlamalarını, pulu isə hissə-hissə verəcəyini bildirəndən sonra Şahid1 Zaurgilin inşa ediləcək hündür mərtəbəli yaşayış binasının tikintisi üçün eskiz layihəsinin təcili hazırlatdırmalı olduğunu bildirdiklərini dediyi üçün «20 Yanvar» küçəsi, 10C ünvanında yerləşən torpaq sahəsində yüksək mərtəbəli yaşayış binasının eskiz lahiyəsini hazırladıb bir nüsxəsini Zaura çatdırmasıüçün Vüqara vermişdir. Həmin ərəfədə gördüyü işlər barəsində dostu Şahid4 danışdığından, sonuncu, ondan övladının yaşadığı Nəsimi rayonu, M.Kazımovski küçəsində, beşmərtəbəli yaşayış binasının küncündə boş torpaq sahəsi olduğunu bildirib, həmin yerdə yüngül konstruksiyalı qaraj tikintisi üçün Nəsimi rayon İcra hakimiyyətindən icazənin alınmasını xahiş etmiş, bu barədə Şahid1 demiş, sonunucu da, bu barədə Təqsirləndirilən şəxs2 ilə danışıb bir söz deyəcəyini bildirmiş və bir neçə gündən sonra onunla əlaqə saxlayıb Zaurla danışdığını və sonuncunun bu işi 20.000 ABŞ dollarına həll edəcəyini bildirmişdir. Bu barədə Şahid4 demiş, sonuncu da, bununla razılaşmış və ona həmin pulu vermişdir. Təxminən 2011-ci ilin iyun ayının ortalarında rayonda olduğundan oğlu Rauf Bayramova 20.000 ABŞ dolları pulu Şahid1lə birlikdə Təqsirləndirilən şəxs2 ilə görüşüb sonuncuya verməsini tapşırmış, Rauf da Vüqarla birlikdə keçmiş«Olimp» mağazasının yaxınlığında görüşüb, həmin pulu Zaura vermişdir. Zərərçəkmiş şəxs1 ifadəsinə görə, 2011-ci ilin iyunun sonlarında Şahid1 yenə ona müraciət edərək Təqsirləndirilən şəxs2 bina tikintisi üçün tələb etdiyi puldan vermək lazım olduğunu bildirmiş, 70.000 manat pul verməyə razılaşmış və Vüqarla birlikdə idarə etdiyi avtomobillə «Nərimanov» heykəlinin yanına getmişdir. Zaur da Təqsirləndirilən şəxs3la birlikdə ağ rəngli «VAZ- 2107» markalı avtomobillə gəlmiş, Təqsirləndirilən şəxs4 isə onların arxasında öz avtomobili ilə dayanmışdır. Avtomobili saxlayandan sonra əlindəki selofanda olan 70.000 manat pulu götürüb Şahid1lə birlikdə avtomobildən enərək Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs3 yaxınlaşmış, 70.000 manat pulun tərkibində xatirində qalmayan məbləğdə ABŞ dolları da olmuşdur. Həmin vaxt 70.000 manat pulu Təqsirləndirilən şəxs2 vermiş, pulu götürdükdən sonra Zaur və Rəhman ən qısa zamanda vəd etdikləri bütün işləri həll edəcəklərini bildirib getmişlər. Aradan bir müddət keçəndən sonra Şahid1 onunla əlaqə saxlayıb Təqsirləndirilən şəxs2 verilən puldan 200 manatın çatmadığını, ABŞ dollarını manata çevirəndə 200 manat əksik olduğunu deyib, həmin məbləğdə pulun ona təcili çatdırılmasını tələb etmiş, ertəsi gün 200 manat pulu Zaura çatdırmasıüçün Vüqara vermişdir. Təxminən 2011-ci ilin iyul ayının əvvəllərində Şahid1 ona Təqsirləndirilən şəxs2 əlavə olaraq pul tələb etdiyini bildirmiş, Zaura 50.000manat vermək qərarına gəlmiş və bu məqsədlə oğlu Şahid2la birlikdə ilk olaraq gedib Şahid1 evlərindən götürmüş, həmişəki kimi «Nərimanov» heykəlinin yaxınlığına getmişlər. Təqsirləndirilən şəxs2 özünə məxsus «VAZ-2107» markalı avtomobillə gəlmiş və həmişəki kimi Təqsirləndirilən şəxs3 onun yanında olmuş, Təqsirləndirilən şəxs4 isə idarə etdiyi avtomobillə arxada müşahidə etmişdir. Oğlu sükan arxasında qalmış, özü Şahid1lə birlikdə avtomobildən enib Təqsirləndirilən şəxs2 ilə görüşmüş və 50.000 manat pulu şəxsən özüZaura vermiş, sonuncu da, pulu ondan qəbul edib, hər şeyin qaydasında olduğunu bildirərək ayrılıb getmişdir. Təxminən 2011-ci ilin avqust ayının sonları-sentyabrın əvvəllərində Şahid1 Təqsirləndirilən şəxs2 tələb etdiyi ümumi pulun sonuncu hissəsi olan 40.000 manat pulun verilməsini tələb etdiyini bildirmiş, həmin vaxtözündə pul olmadığından həmin məbləği Moskvada yaşayan bacısı oğlu Aydın Osmanovdan borc almış, Vüqarla əlaqə saxlayıb pulun hazır olduğunu bildirmiş, sonuncu da, Zaurla əlaqə saxladığını, sonuncunun rayonda olduğunu və buna görə də Təqsirləndirilən şəxs3la görüşməli olacaqlarını bildirmişdir. Bundan sonra Şahid1lə birlikdə idarə etdiyi «Mercedes» markalı avtomobillə«Nərimanov» heykəlinin yaxınlığına getmiş, Rəhman görüş yerinə ağ rəngli «VAZ- 2107» markalı avtomobillə tək gəlmişdir. Təqsirləndirilən şəxs3 avtomobildən enib onunla görüşəndən sonra yenidən avtomobiləəyləşmış, o da, avtomobilin arxasında, Şahid1 isə qabaqda əyləşmiş və avtomobildə 40.000 manat pulu Rəhmana vermişdir. Bundan sonra Zaurgilin söz verdikləri işlərindüzəlməsini gözləməyə başlamış, lakin bir müddət sonra onların nəinki onun istədiyi torpaq sahəsinə dair işləri həll etdiklərini, hətta 20 kv.metr yerə sərəncam ala bilmədiklərini görüb onlardan şübhələnməyə başlamışdır. Həm Şahid1 vasitəsi ilə, həm dəşəxsən özü Zaurla əlaqə saxlayaraq ya işi həll etmələrini, yada ki, aldıqlarıümumilikdə 230.000 manat və 20.000 ABŞ dolları pulu qaytarmalarını tələb etmişdir. Bir müddətdən sonra nə Təqsirləndirilən şəxs2, nə Təqsirləndirilən şəxs3, nədə ki, şəxsən danışmasa da, bu işdə iştirakı olduğunu bildiyi Təqsirləndirilən şəxs4 işi düzəltməmişlər, müxtəlif bəhanələr gətirməyə başlayıb vaxtı uzatmışlar. Buna görə də, məcbur qalıb həmin şəxslər barəsində şikayət etmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 ona vurulmuş maddi ziyanın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tərəfindən tam şəkildə ödənildiyini, həmin şəxslərlə barışdığını, onlara qarşı iddia tələbi və şikayətinin qalmadığını, buna görə də məhkəmədə qaldırdığı mülki iddiadan imtina etdiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Zərərçəkmiş şəxs2 göstərmişdir ki, 2013-cü ildən etibarən Bakı şəhərinin müxtəlif yerlərində tikinti layihələri həyata keçirmişdir. Özü Rusiya Federasiyasında olduğuna görə tikinti işlərini əmisi oğlu Vaqif İsayevə həvalə etmiş, lakin Vaqif sonradan tikintilərin, əsasən də yaşayış binalarının altında yerləşən qeyri-yaşayış obyektlərini ona olan etibarından istifadə edib başqa şəxslərə satıb mənimsəmişdir. Belə yaşayış və qeyriyaşayış sahələrindən bir də ünvan 13 ünvanında (keçmiş Teymur Əliyev küçəsi) yerləşmişdir. Qeyd etdiyi səbəblərdən hüquqi mübarizəyə başlayıb nümayəndələrinin vasitəsiləəmisi oğlu Vaqif İsayevə qarşı Bakışəhəri, Nərimanov Rayon Məhkəməsində mülki iddia qaldırmış, birinci, apellyasiya və Ali Məhkəmələrdəki bütün proseslərdə məhkəməonun lehinə qərarlar qəbul etmiş və icraya yönəldilmişdir. İcra müddətində Vaqif İsayev həmin obyektləri başqa şəxsin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata aldırdığına görə obyekti adına rəsmiləşdirən şəxs bu dəfə ona qarşı məhkəmələrdə iddia qaldırmağa başlamış, bu dəfə də Nərimanov Rayon Məhkəməsində, apellyasiya məhkəməsində lehinə qərarlar qəbul edilmiş, lakin işə Ali Məhkəmədə baxılarkən məhkəmə obyektin birinə görə adına rəsmiləşdirmişşəxsin xeyrinə, ikincisinə görə onun xeyrinə qərar qəbul etmiş, bir obyektin barəsində isə qərar qəbul edilməsi üçün yenidən apellyasiya məhkəməsinə baxışa qaytarmışdır. Ali Məhkəmənin bu qərarından narazı olduğundan Konstitusiya normalarının pozulmasınıəsas gətirib Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət etmişdir. Təxminən 2016-cı ilin mart ayının əvvəllərində məhkəmə işləri iləəlaqədar yaşadığı Rusiya Federasiyasının Tumen şəhərindən növbəti dəfə Bakıya gəlmiş, həmin ərəfədə Vaqif İsayevlə məhkəməçəkişmələrinin olduğunu bilən «Aloş» ləqəbi ilə tanıdığı həmyerlisi Oruc Mehdiyev qudasının vasitəsilə ona söz göndərib hansısa tanışının məhkəməçəkişmələrində ona köməklik edə biləcəyini bildirmişdir. Qudasının təklifindən sonra «Aloş»la Bakışəhərində görüşmüş və söhbət zamanı«Aloş» Təqsirləndirilən şəxs1 adlı tanışının əlaqələrinin geniş olduğuna görə ona köməklik edə biləcəyini, Konstitusiya Məhkəməsində onun xeyrinə qərar qəbul etdirə biləcəyini deyib, birlikdə Sərvərlə görüşüb söhbət etməyi təklif etmişdir. İlk dəfə 2016-ci ilin mart ayının ortalarında «Aloş»un iştirakı iləəvvəllər tanımadığı Təqsirləndirilən şəxs1la «Hüseyn Cavid» parkındakı«Yaşıl çayxana»da görüşmüşdür. Orada Təqsirləndirilən şəxs1 özünü genişəlaqəli şəxs kimi tanıdıb, Xüsusi Dövlət Mühafizə Xidmətindəçalışan yüksək vəzifəli şəxsin yaxın qohumu olduğunu, qohumluq əlaqələrindən istifadə edib, onun əli ilə müxtəlif işlər gördüyünü, məhz həmin vəzifəli şəxsin köməkliyi ilə Konstitusiya Məhkəməsində xeyrinə qərar qəbul etdirəcəyini, ilk olaraq həmin şəxslə danışacağını, əgər həmin şəxs razılıq verərsə, işin həll edilməsi üçün lazım olan məbləği deyəcəyini bildirmişdir. Bu söhbətdən sonra bir neçə gün Bakıda qalıb Tumen şəhərinə qayıtmış, təxminən bir aydan artıq müddət keçmiş, «Aloş» onunla əlaqə saxlayaraq Təqsirləndirilən şəxs1 ona zəng edib işi həll edəcək vəzifəli şəxslə danışdığını və bunun üçün Bakıya gəlməli olduğunu bildirdiyini demişdir. 2016-ci ilin aprelin sonlarında Tumendən Bakıya gəlmış, «Aloş»un iştirakı ilə Təqsirləndirilən şəxs1la «Hüseyn Cavid» parkındakı«Yaşıl çayxana»da görüşmüşdür. Sərvər Məsimov vəzifəli şəxslə danışdığını, Konstitusiya Məhkəməsində xeyrinə qərar qəbul edilməsi məsələsinin həll ediləcəyini və bunun müqabilində ondan 200.000 manat alınacağını bildirmişdir. Söhbət zamanı işin başlanmasıüçün ilkin olaraq 50.000 manat, qalan 150.000 manat pulu isə lehinə qərar qəbul edildikdən sonra verəcəyi barədə aralarında razılaşma olmuşdur. Bir neçə gün bu mövzuda iki-üç dəfə eyni yerdə «Aloş»un iştirakı ilə Təqsirləndirilən şəxs1la görüşüb söhbət edəndən sonra həm Sərvərin danışıqlarına, həmçinin «Aloş»un Sərvəri dəstəkləməsinə görə sonuncuya qarşı böyük inam yaranmış və ona pul vermək qərarına gəlmişdir. Bu məqsədlə təxminən 2016-cı ilin may ayının ilk həftəsində yenə də Təqsirləndirilən şəxs1la «Aloş»un iştirakı ilə «Hüseyn Cavid» parkındakı«Yaşıl çayxana»da görüşmüş, Sərvər görüşə tək gəlsədə, onu kənarda qara rəngli, hündür avtomobil gözlədiyini görmüşdür. Sərvər avtomobildə sürücünün polis əməkdaşı olduğunu, guya vəzifəli şəxs olan qohumunun məhz polis əməkdaşının ona sürücü təhkim etdiyini bildirmişdir. Həqiqətən də həmin avtomobilin arxa qapısında polis mundiri asılmışdır. Çayxanada söhbət zamanı Təqsirləndirilən şəxs1 bir daha onu işi həll edən vəzifəli şəxs üçün həmin işin həll edilməsində heç bir problem olmamasına və qısa müddət ərzində işi həll edəcəyinəəmin etmişdir. Bundan sonra o, özü ilə gətirdiyi qara rəngli selofanda olan 50.000 manat pulu Təqsirləndirilən şəxs1 vermiş, Sərvər onlarla bir qədər söhbət edəndən sonra sağollaşaraq aralıda dayanmış avtomobilə əyləşib çıxıb getmişdir. Bundan sonra öz işlərinin dalınca Rusiya Federasiyasına qayıtmış və oradan Təqsirləndirilən şəxs1la əlaqə saxlayıb işlərin nə yerdə olması ilə maraqlanmışdır. Təxminən bir ay keçəndən sonra Azərbaycana qayıtmış, «Aloş»un iştirakı ilə Təqsirləndirilən şəxs1la görüşüb, işlərin gedişatı ilə maraqlandıqda, Sərvər hər şeyin qaydasında olduğunu bildirmişdir. Bir müddət Bakıda qaldıqdan sonra Tumenə qayıtmış və təxminən on beş gün orada qalıb yenidən Bakışəhərinə qayıtmışdır. Bu dəfə də «Aloş»un iştirakı ilə Təqsirləndirilən şəxs1la görüşmüş, sonuncu, eyni vədlərini davam etdirib artıq məsələnin həll olunmasına az qaldığını və 150.000 manat pulu hazırlamalı olduğunu bildirmişdir. Ona məsələnin həll olunan vaxt xəbər yollamasını və istədiyi 150.000 manat pulu verməyə hazır olduğunu demişdir. Bu görüşdən sonra da Tumenə getmiş və on beş-iyirmi gün orada qaldıqdan sonra geri qayıtmışdır. Belə ki, «Aloş» onunla əlaqə saxlayıb Bakıya qayıtmalı olduğunu, Təqsirləndirilən şəxs1 artıq məsələni həll etdiyini bildirdiyini və 150.000 manat pulun çatdırılmalı olduğunu tələb etdiyini demişdir. 2016-cı ilin avqust ayının ortalarında Bakıya qayıdıb, «Aloş»un iştirakı ilə «Hüseyn Cavid» parkındakı«Yaşıl çayxana»da Təqsirləndirilən şəxs1la görüşmüşdür. Təqsirləndirilən şəxs1 əminliklə ona vəzifəli şəxsin artıq məsələni həll etdiyini və 150.000manat pulun mütləq çatdırılmalı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 onu tam əmin etdiyindən 2016-cı ilin avqust ayının ortalarında yenə «Aloş»un iştirakı ilə «Hüseyn Cavid» parkındakı«Yaşıl çayxana»da Sərvərlə görüşüb, özü ilə gətirdiyi qara selofandakı 150.000manat pulu ona vermişdir. Təqsirləndirilən şəxs1 pulu ondan götürəndən sonra əvvəlki görüşlərdə gəldiyi qara rəngli hündür avtomobiləəyləşib getmişdir. Bundan sonra bir müddət Bakıda qalıb Tumen şəhərinə qayıtmış, orada olduğu müddətdə «Aloş»un vasitəsilə işlərin hansı qaydada getməsi ilə maraqlanmış, hər dəfə Təqsirləndirilən şəxs1 guya işin getdiyini və hazır olmaq üzrə olduğunu bildirmişdir. Təxminən bir ildən çox müddət ərzində həm telefon danışıqlarında, həm də Azərbaycanda gələndə onunla görüşlərdə Təqsirləndirilən şəxs1 eyni vədləri vermişdir. Hər dəfə görüşləri «Hüseyn Cavid» parkındakı«Yaşıl çayxana»da olmuş və hər dəfə görüşə «Aloş» və Təqsirləndirilən şəxs1 təklifilə getmişdir. Həm ilk əvvəllər görüşlərdə, həmçinin 50.000 manat pul verilərkən kənarda sonradan tanıdığı Qəşəm Babayev adlışəxsin olduğunu görmüş və sonuncunun Təqsirləndirilən şəxs1la ora gəldiyini bilmişdir. Təqsirləndirilən şəxs1 kənardakı masada əyləşən Qəşəm Babayevi göstərib, yaxşı hüquqşunas olduğunu və onun işləriləşəxsən məşğul olduğunu bildirmiş, lakin ondan aldığı puldan Qəşəmə verib-verməməsi barədə deməmiş, özü də heç həmin vaxt Qəşəmlə hər hansı bir ünsiyyət qurmadığıüçün ondan bu barədə soruşmamışdır. Sonrakı görüşlərdə, həmçinin 150.000 manat pul verilərkən Qəşəm Babayevin ətrafda olduğunu görməmişdir. 2018-ci ilin aprel ayının ortalarında yenidən Bakışəhərinə qayıtmış, 04 may 2018-ci il tarixdə, həftənin beşinci günü ad günündə səhər saatlarında «Aloş»əlaqə saxlayıb Təqsirləndirilən şəxs1 onunla əlaqə saxladığını və görüşmək istədiyini bildirdiyini demiş, o da, etiraz etməyərək saat 11-12 radələrində həmişə olduğu kimi «Hüseyn Cavid» parkındakı«Yaşıl çayxana»da Təqsirləndirilən şəxs1la «Aloş»un iştirakı ilə görüşmüşdür. Görüş zamanı Təqsirləndirilən şəxs1 artıq Konstitusiya Məhkəməsində onun xeyrinə qərar qəbul edildyini, lakin həmin qərarın Məhkəmə Hüquq Şurasında təsdiq edilməli olduğundan əlavə olaraq 30.000 manat pul verməli olduğunu bildirib, həftənin birinci günü qərarı təsdiq etdirib, ona təqdim edəcəyini bildirmişdir. Lehinə qəbul olunmuş Konstitusiya Məhkəməsinin qərarını görmədən istədiyi 30.000 manat pulu verməyəcəyini deyəndə, Təqsirləndirilən şəxs1 narahat olmamasını, birinci gün qərarı təsdiq etdirəcəyini bildirmişdir. 30.000 manat pulu verəcəyinə dair konkret söz deməmiş, Nabrana gedib qayıdandan sonra bu barədə fikirləşəcəyini bildirmişdir. Həftənin bazar günü«Aloş» onunla əlaqə saxlayıb Təqsirləndirilən şəxs1 onunla əlaqə saxladığını və Məhkəmə Hüquq Şurasının birinci günü qərarı təsdiq etdirəcəyini bildirib, 30.000 manat pulun dərhal çatdırılmalı olduğunu, əks təqdirdə işin həll edilə bilməmək riski olmasını bildirdiyini demişdir. İşin həll edilməsi üçün 200.000 manat verdiyini, işi axıra çatdrmaq lazım olduğunu fikirləşib,əlacsız qalaraq Təqsirləndirilən şəxs1 təklifini qəbul etmiş və ertəsi gün yenə də «Hüseyn Cavid» parkındakı«Yaşıl çayxana»da «Aloş»un iştirakı ilə Təqsirləndirilən şəxs1la görüşmüş, görüş zamanı sonuncu artıq qərarı Məhkəmə Hüquq Şurasında təsdiqlətdirmək ərəfəsində olduğunu, bunun üçün Şurada işləyən hansısa şəxsə 30.000 manat çatdırılmalı olduğunu bildirib, məhz buna görə ondan tez bir zamanda 30.000 manat pulu tələb etdiyini demişdir. Özü ilə gətirdiyi 30.000 manat pulu Təqsirləndirilən şəxs1 vermişdir. Həmin gündən etibarən Təqsirləndirilən şəxs1 Məhkəmə Hüquq Şurasının qərarı təsdiqləməsinin yubandığınıəsas gətirərək vaxtı uzatmağa başlamışdır. Bundan bir neçə gün sonra işləri ilə bağlı Rusiya Federasiyasına qayıtmış, oradan Təqsirləndirilən şəxs1la əlaqə saxlayıb işin nə yerdə olması ilə maraqlanmış, o da, eyni bahənələri gətirib bu gün-sabah deyərək vaxt qazanmağa başlamışdır. Bir müddət keçəndən sonra yaşadığıünvana Konstitusiya Məhkəməsindən müraciətinin icraata qəbul edilməməsi barədə məktub daxil olmuş, bundan sonra Təqsirləndirilən şəxs1la əlaqə saxlayıb bu barədə soruşanda, sonuncu, ona başa düşə bilmədiyi bəhanələr gətirib guya işə yenidən birinci instansiyasında baxılmalı olduğunu, yəni onun adından Bakışəhəri, Nərimanov Rayon Məhkəməsində iddia qaldıracağını bildirib, ona etibarnamə verməsini və onun adından özünün məhkəmələrdəçıxış edəcəyini təklif etmişdir. Əvvəlcə buna etiraz etsə də, Təqsirləndirilən şəxs1 təkidlərindən sonra ona Rusiya Federasiyasından etibarnamə göndərmişdir. Artıq Təqsirləndirilən şəxs1 dələduzluq etdiyindən, onu aldatdığından şübhələnməyəbaşlamış, buna görə də Sərvərə xəbər vermədən onun məhkəməyə hansıəsasla müraciət etməsini öyrənmək üçün 2018-ci ilin noyabr ayının əvvəllərində Azərbaycana qayıtmışdır. Azərbaycana qayıdandan təxminən iki gün sonra əvvəllər ünsiyyəti olmayan Qəşəm Babayev ona zəng edib görüşmək istədiyini bildirmiş, etiraz etməmiş və Babək prospektindəki restoranların birində görüşmüşlər. Görüşdə «Aloş»da iştirak etmiş, restoranda oturub yemək yeyəndə Qəşəm Babayev ona narahat olmamasını, onun da bu işin içində olduğunu, işdə yüksək vəzifəli şəxsin əli olduğunu, onun köməkliyi ilə işini Təqsirləndirilən şəxs1la birlikdə həll edəcəyini, bunun üçün də yenidən birinci instansiya məhkəməsindən iddialara başlayacaqlarını, lakin bunun üçün əlavə 50.000 manat verməli olduğunu bildirmişdir. Qəşəm Babayev bu işdə olduğunu eşidəndən sonra onun Təqsirləndirilən şəxs1la birlikdə olduğunu başa düşmüş vəöz növbəsində işinin həll edilməsi üçün Təqsirləndirilən şəxs1 ümumilikdə 230.000 manat pul verdiyini, lakin bunun müqabilində heç bir işin görülmədiyini, buna baxmayaraq ondan əlavə 50.000 manat pul tələb edilməsinə görə narazılıq edib, heç bir məbləğdə pul verməyəcəyini bildirmişdir. Bundan sonra Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsində Təqsirləndirilən şəxs1 onun adından verdiyi mülki iddia tələbi ilə maraqlananda, onun adından məhkəmə qarşısında eyni əsasla, eyni predmet üzrə iddia qaldırdığınıöyrənmiş və işinin nəticəsiz olacağını görüb, Sərvərlə əlaqə saxlayaraq ona verdiyi 230.000 manat pulunu geri istəmişdir. Təqsirləndirilən şəxs1 hər dəfə bu gün-sabah deyərək pulunu qaytaracağına dair yalan vədlər vermiş, gah gəmisi, gah daşınmaz əmlakı olduğunu, satıb pulunu verəcəyini demişdir. Hətta həmin ərəfələrdə Təqsirləndirilən şəxs1 onunla görüşüb, onun pulunu tələb edən qudasına guya «Fəvvarələr» meydanında yerləşən 200 kv.metrdən artıq sahəsi olan qeyri-yaşayış sahəsinin çıxarışını göstərib, həmin obyektin ona məxsus olduğunu, təcili satıb pulumu qaytaracağını bildirmiş, qudası da həmin çıxarışın surətini götürüb, vəkilin müraciəti ilə Daşnmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərmiş, cavab məktubunda Sərvərin adına həmin qeyri-yaşayış sahəsinin olmadığı göstərilmiş və bununla da onun saxtakarlıq edib pulunu qaytaracağına dair özündə inam yaratmaq üçün saxta çıxarış təqdim etdiyi müəyyən olunmuşdur. Sonrakı günlər isə Təqsirləndirilən şəxs1 ümumiyyətlə onunla görüşlərdən və zənglərinə cavab verməkdən yayınmış, buna görə də, onun barəsindəşikayət etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs2 nümayəndəsi qismində iştirak edən vəkil Nümayəndə cinayət işinin ibtidai istintaqı dövründə Təqsirləndirilən şəxs1 tərəfindən təmsil etdiyi şəxsə vurulmuş maddi ziyanın bir qisminin, yəni 15.000 manatın ödənildiyini bildirib, qalan pulun da qaytarılmasını tələb etdiyini, bununla bağlı Təqsirləndirilən şəxs1 qarşı maddi ziyana görə 230.000 manat, mənəvi ziyana görə 30.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə mülki iddia qaldırdığını, həmin mülki iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Zərərçəkmiş şəxs3 göstərmişdir ki, oğlu Zaur Oruczadə bir müddət Azərbaycan Respublikası Milli Məclisində təcrübə keçmiş, 2016-cı ilin əvvəllərində işdən çıxdığıüçün işsiz qalmışdır. Həmin vaxtlarda Zaur üçün dövlət orqanlarında iş axtarmışdır. 2016-cı ilin noyabr ayının sonu-dekabr ayının əvvəllərində yas mərasimindəİbad Allahverdiyevlə tanış olmuş, söhbət zamanı oğlunun işsiz olduğunu, bir müddət Milli Məclisdə təcrübə keçdiyini bildirmiş, İbad ona iş barədə maraqlanıb məlumat verəcəyini bildirmişdir. Bu hadisədən bir neçə gün sonra 2016-cı ilin dekabr ayının ortalarında İbad Allahverdiyev ona zəng vuraraq bir nəfər tanışı olduğunu, onun Zauru işə düzəldə biləcəyini demiş və evində həmin şəxslə görüşməyi təklif etmişdir. Həmin gün Zaurla birlikdə İbad Allahverdiyevin evinə getmişdir. İbad Allahverdiyevin evində olarkən Təqsirləndirilən şəxs1 adlı şəxs oraya gələrək özünü təqdim etmiş və Zauru bir nəfər yüksək vəzifəli tanışının vasitəsi ilə Milli Məclisə işə düzəldə biləcəyini bildirmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs1 Milli Məclisdə bir sıra şöbələrdə, o cümlədən Beynəlxalq münasibətlər, Maliyyə və Deputatlarla iş üzrə şöbələrdə vakant yerlərin olduğunu bildirmişdir. X31 Universitetinin beynəlxalq münasibətlər fakültəsini bitirdiyi üçün ixtisasına uyğun olaraq Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinə işə düzəlməsini istəmişdir. Təqsirləndirilən şəxs1 bu işin düzəlməsi üçün 35.000 (otuz beş min) manat pul lazım olduğunu bildirmiş, deyilən məbləğlə razılaşmışdır. Söhbət zamanı Təqsirləndirilən şəxs1 deyilən pulun 3.000 (üç min) manatının əvvəlcədən, qalan 32.000 (otuz iki min) manatının isəəmr olduqdan sonra verilməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 istəyi ilə oğluna məxsus CV məlumatları olan kağızıona vermişdir. Bu hadisədən bir neçə gün keçdikdən sonra Təqsirləndirilən şəxs1Zaura zəng vuraraq hərbi biletinin, şəxsiyyət vəsiqəsinin, diplomunun notariat qaydada təsdiq olunmuş surətlərini hazırlamasını tapşırmışdır. Zaur deyilən sənədləri hazır etdikdən sonra Milli Məclisə getmiş və hazırladığı sənədləri özünü Milli Məclisin Beynəlxalq şöbəsinin əməkdaşı kimi təqdim edən Vüqar Mirzəyevə təqdim etmişdir. Bu hadisədən sonra X24 zəng edərək, sənədlərinin kadrlar idarəsində yüksək səviyyədə qəbul olunduğunu bildirmişdir. Bir neçə gün keçdikdən sonra 2016-cı ilin dekabr ayının ortalarında Təqsirləndirilən şəxs1 onunla əlaqə saxlayaraq danışıldığı kimin 3.000 (üç min) manat pulun verilməli olduğunu bildirmişdir. Bundan sonra evdə olan ümumi ailə büdcəsindən 3.000 (üç min) manat pul götürərək Zaura vermişdir. 2016-cı ilin dekabr ayının ortalarında saat 15 radələrində Zaur «Gənclik» metrostansiyasının yaxınlığında Təqsirləndirilən şəxs1la görüşərək 3.000 (üç min) manat pulu təklikdəona vermişdir. Həmin vaxt söhbət zamanı Təqsirləndirilən şəxs1 oğluna işin 2017-ci ilin yanvar ayıərzində həll olunacağını bildirmişdir. Bu hadisədən bir neçə gün keçdikdən sonra 2016-cı ilin dekabr ayının sonlarında Təqsirləndirilən şəxs1 zəng vuraraq 7.000 manat da verilməli olduğunu demiş, ona danışığın belə olmadığını, qalan pulun əmrdən sonra verilməli olduğunu bildirmişdir. Lakin Təqsirləndirilən şəxs1 ona Milli Məclisdə işləyən rəhbər şəxslərin yeni il bayramı iləəlaqədar tətilə gedəcəklərini bəhanə edərək, əlavə 7.000 (yeddi min) manatda verilməli olduğunu demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 hazırda deyilən məbləğdə pulunun olmadığını, 4.000 (dörd min) manat pul verə biləcəyini bildirmişdir. Daha sonra 2016-cı ilin dekabr ayının sonlarında saat 15 radələrində Təqsirləndirilən şəxs1la «Elmlər Akademiyası» metrosunun yaxınlığında Zaurla birlikdə görüşərək 4.000 (dörd min) manat pulu ona vermişdir. 2017-ci ilin yanvar ayının əvvəllərindəəri Elşad İsayev və oğlu Zaurla birlikdə rayondan gələrkən, yolda Təqsirləndirilən şəxs1 oğluna zəng vuraraq 3.000 (üç min) manat pul verilməli olduğunu bildirmişdir. Bundan sonra 2017-ci ilin yanvar ayının əvvəllərində evdə olan ümumi pullarından 3.000 (üç min) manat pulu Zaura vermiş, ardınca həmin gün saat 15 radələrində Zaur «28 May» metrostansiyasının yaxınlığında Təqsirləndirilən şəxs1la görüşərək həmin pulu sonuncuya vermişdir. Daha sonra 2017-ci ilin yanvar ayının sonlarında Təqsirləndirilən şəxs1 zəng vuraraq oğlunun işinin artıq həll olunma mərhələsində olduğunu və 15.000 (on beş min) manat məbləğində pulun verilməli olmasını bildirmişdir. 2017-ci ilin yanvar ayının sonlarında əri evdə olan puldan 15.000 (on beş min) manat götürərək Zaurla birlikdə Təqsirləndirilən şəxs1la «28 May» metrostansiyasının yaxınlığında yerləşən «Səməd Vurğun» adına parkda görüşmüş və həmin məbləğdə pulu Sərvərə vermişdir. Pulu aldıqdan sonra Təqsirləndirilən şəxs1 Zaurla birlikdə Milli Məclisə gedərək orada həmin pulu Milli Məclisdə işləyən Amil Məmmədov adlı şəxsə vermişdir. 2017-ci ilin yanvar ayının sonlarında Təqsirləndirilən şəxs1 ərinə zəng vuraraq 3.000 (üç min) manat pulun da verilməli olduğunu, işin artıq həll olunma mərhələsində olduğunu dediyi üçün səhəri gün saat 11 radələrində Zaur Təqsirləndirilən şəxs1la «28 May» metrostansiyasının yaxınlığında yerləşən «Səməd Vurğun» parkında görüşərək 3.000 (üç min) manat pulu ona vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 oğluna narahat olmamağı, qısa zamanda əmrinin veriləcəyini bildirmişdir. Bu hadisədən sonra həm Vüqar Mirzəyev, həm də Amil Məmmədovla telefonla danışaraq işin nə yerdə olması barədə maraqlanmış, onlar hər dəfəmüxtəlif bəhanələrlə onları aldatmışlar. Daha sonra 2017-ci ilin mart ayının ortalarında əri ilə birlikdə Vüqar Mirzəyev və Amil Məmmədovla Bakışəhəri, Nəsimi rayonunda yerləşən «Zorge» parkında görüşmüşlər. Həmin görüş zamanı Vüqar Mirzəyev və Amil Məmmədov onları aldadaraq, işi düzəldən adamın ölkədə olmadığını, qayıtdıqdan sonra işi həll edəcəklərini bildirmişlər. Bu hadisədən bir müddət keçdikdən sonra 2017-ci ilin aprel ayının ortalarında Amil Məmmədov ona zəng vuraraq qalan pulu istəmişdir. Həmin danışıq zamanı Amil Məmmədova oğlunun işə düzəlməsi üçün Təqsirləndirilən şəxs1 onlardan 35.000 (otuz beş min) manat pul istədiyini, həmin pulun 13.000 (on üç min) manatınışəxsən Təqsirləndirilən şəxs1, 15.000 (on beş min) manat pulun isə ona verildiyini bildirmişdir. Bu zaman X25 Məsumovun aldığı 13.000 (on üç min) manat puldan xəbəri olmadığını, oğlunu işə düzəltmək üçün Təqsirləndirilən şəxs1 25.000 (iyirmi beş min) manat pul dediklərini və həmin puldan 15.000 (on beş min) manatın onlara verildiyini bildirmişdir. Bundan sonra əri Vüqar Mirzəyevə zəng vuraraq bu barədə maraqlandıqda, sonuncu da, Amil Məmmədovun dediklərini təsdiq etmişdir. Həmçinin telefon danışığı zamanı Vüqar Mirzəyev ərinə problem olmadığını, qalan 7.000 (yeddi min) manat pulu verməsini demişdir. 2017-ci ilin aprel ayının ortalarında oğlu ilə birlikdə saat 19 radələrində Milli Məclisin inzibati binasının yaxınlığında Amil Məmmədovla görüşərək 7.000 (yeddi min) manat pulu sonuncuya vermişlər. Həmin vaxtdan sonra Amil Məmmədov, Vüqar Mirzəyev və Təqsirləndirilən şəxs1 onları aldatmışdır. Daha sonrabu barədə hüquq mühafizə orqanına şikayət etmişdir (cild 02, i.v. 137-145). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2009-cu ildən bir neçə il Yasamal rayonu, Mirəli Seyidov küçəsində 34 nömrəli binada kirayədə yaşamış, həmin binanın girişində üzbəüz mənzildə ev-alqı ofisində makler işləyən Qənimət Süleymanovu tanımış və yaxın münasibətləri olmuşdur. Həmin müddətdə ev alqı-satqısı ilə məşğul olan Zərərçəkmiş şəxs1 da tanımış, sonradan sonuncu ilə də yaxın münasibəti yaranmışdır. 2011-ci ilin martın sonlarında Zərərçəkmiş şəxs1la söhbət zamanı, sonuncu ona Bakı şəhəri, Nəsimi rayonu, «20 Yanvar» küçəsində «Qızıl Tac» şadlıq sarayı ilə üzbəüz binanın arasında özünə məxsus birmərtəbəli qeyri-yaşayış sahəsi olduğunu, lakin həmin obyektin altında təxminən 3 sot torpaq sahəsinin özələşdirilmədiyini, həmçinin həmin obyektin ətrafında əlavə boş torpaq sahəsi olduğunu, həmin torpaq sahələrini özəlləşdirib, ümumilikdə 5 sot torpaq sahəsinə dair öz adına çıxarış almaq istədiyini bildirmiş və bu işdə ona necə köməklik edə biləcəyini soruşmuşdur. Həmin ərəfələrdə onun işlədiyi institutun həyətində yüksək vəzifədə işləyən şəxsin sürücüsü olan Təqsirləndirilən şəxs3 ilə münasibəti olduğundan, həmin şəxslə bu barədə danışıb ona bir söz deyəcəyini bildirmişdir. Bundan sonra Əli özəlləşdirmək istədiyini torpaq sahəsinə aparıb həmin yeri ona göstərmişdir. Ertəsi gün o, Bakı Dövlət Universitetinin həyətində Təqsirləndirilən şəxs3la görüşüb ona Əlinin xahiş etdiyi məsələni danışmış və bu işdə hansı formada köməklik edə biləcəyini soruşmuş, Təqsirləndirilən şəxs3 da Zərərçəkmiş şəxs1 onun yanına gətirməsini və özünün şəxsən onunla danışaçağını bildirmişdir. Təxminən 2011-ci ilin aprelin ilk günlərində onlar Bakı Dövlət Universitetinin həyətində Təqsirləndirilən şəxs3la görüşmüşlər. Söhbət zamanı Rəhman Əlini dinlədikdən sonra məsələnin həllinə zəmanət verib bu işlə vaxtı olmadığı üçün şəxsən özünün deyil, «müəllim» kimi müraciət etdiyi yüksək vəzifədə işləyən şəxsin həyat yoldaşının mühafizəsinin rəhbəri olan Təqsirləndirilən şəxs2 məşğul olacağını bildirib, sonuncunun nömrəsini ona vermişdir. Daha sonra Təqsirləndirilən şəxs3 onların yanında Təqsirləndirilən şəxs2 zəng edərək, ona zəng edəcəklərini və Zərərçəkmiş şəxs1 işini həll edilməsini köməklik göstərməsini tapşırmışdır. Təqsirləndirilən şəxs3 ayrılandan sonra o, Təqsirləndirilən şəxs2 zəng edərək özünü təqdim etmiş, sonuncu da, görüşüb söhbət etmək üçün səhəri gün saat 15:00-da «Nəriman Nərimanov»un heykəlinin yanına gəlmələrini təklif etmişdir. Ertəsi gün o, deyilən saatda görüşə Zərərçəkmiş şəxs1la gedib heykəlin yanında Təqsirləndirilən şəxs2 ilə görüşmüşlər. Təqsirləndirilən şəxs2 əvvəlki gün telefonda danışarkən Zərərçəkmiş şəxs1 almaq istədiyi yerlə bağlı hər hansı bir sənəd varsa surətini gətirməsini bildirdiyindən, Zərərçəkmiş şəxs1 özü ilə müvafiq sənədin surətini götürmüşdür. Söhbət zamanı Təqsirləndirilən şəxs2 müvafiq şəxslərlə danışdığını, hər hansı bir problem olmayacağını, Zərərçəkmiş şəxs1 istədiyi 5 sot torpaq sahəsinin mühafizəçisi olduğu yüksək vəzifəli şəxsin vasitəsi ilə Dövlət Əmlak Komitəsindən özəlləşdirəcəyini bildirmişdir. Həmin vaxt onlarla danışan Təqsirləndirilən şəxs2 olsa da, Təqsirləndirilən şəxs4 hər hansı bir ünsiyyətə girməmiş və yalnız avtomobildə əyləşmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 onda olan sənədlərin surətlərini götürmüş və bu barədə «müəllim»ə deyəcəyini, əgər alınarsa, işin həll edilmə məbləğini deyəcəyini bildirib çıxıb getmişdir. Aradan təxminən 3-4 gün keçəndən sonra Təqsirləndirilən şəxs2 onunla əlaqə saxlayıb işin həll edilməsi üçün 30.000 manat lazım olacağını bildirmiş, o da, bu barədə Zərərçəkmiş şəxs1 məlumat vermiş, sonuncu da razılaşmışdır. Bir gün sonra Zərərçəkmiş şəxs1 ona zəng edərək 30.000 manat hazırladığını xəbər etmiş, o da, Təqsirləndirilən şəxs2 zəng edərək bu barədə məlumat vermiş, sonuncu da, əvvəl görüşdükləri yerə gəlmələrini təklif etmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs1la görüşüb birlikdə qeyd edilən yerə sonuncunun idarə etdiyi «Mersedes E» markalı avtomobillə getmişdir. Təqsirləndirilən şəxs2 isə görüş yerinə özünün idarə etdiyi VAZ-2107 markalı ** AC *** qeydiyyat nişanlı avtomobili ilə gəlmişdir. Həmin zaman onun yanında Təqsirləndirilən şəxs3 da olmuş, arxada isə Təqsirləndirilən şəxs4 BMV markalı avtomobillə gəlmişdir. Zaur və Rəhman avtomobildən enəndən sonra Zərərçəkmiş şəxs1 30.000 manat pulu Zaura vermiş, bundan sonra sonuncunun təklifi ilə onların avtomobilinə əyləşmişlər, Zaur pulu saymış və düz olduğuna əmin olduqdan sonra X33 Bayramovu işin ən uzağı bir ay ərzində düzələcəyinə əmin etmişilər. Daha sonra onlar Zaur və Rəhmandan ayırılıb geri qayıtmışlar. Aradan təxminən 15 gün keçəndən sonra Zaur onunla əlaqə saxlayıb Dövlət Əmlak Komitəsinin torpaq sahəsini özəlləşdirmək üçün həmin torpaq sahəsində tikili layihəsinin olması şərtini irəli sürdüyünü bildirib, ondan ümumiyyətlə Əlinin həmin torpaq sahəsində hansı obyekti inşa etmək fikrində olduğunu soruşmuş, Əli də əvvəlcədən ona həmin yerdə iki mərtəbəli fıtnes zalı inşa etdirmək istədiyini bildirdiyindən, o da, bu barədə Zaura demiş, sonuncu da, ona bunun üçün həmin tikintinin eskiz layihəsinin təcili hazırlanmalı olduğunu bildirmişdir. Bundan sonra o, Əli ilə əlaqə saxlayıb ona Zaurun dediklərini bildirmişdir. Aradan bir neçə gün keçəndən sonra Əli həmin torpaq sahəsində inşa ediləcək iki mərtəbəli obyektin eskiz lahiyəsini hazırlatmışdır. Bundan sonra həmin layihəni Zaura vermişlər. Aradan bir neçə gün keçəndən sonra Zaur onunla əlaqə saxlayıb Dövlət Torpaq Komitəsində sənədləşmə işlərində iştirak etmək üçün Zərərçəkmiş şəxs1 onun adamına etibarnamə verməli olduğunu bildirmiş, o da, bu barədə Zərərçəkmiş şəxs1 məlumat vermiş, sonuncu da, razılaşıb 2011-ci ilin aprelin sonlarında Zaur tərəfindən göndərilmiş bir şəxsin adına etibarnamə vermişdir. Aradan bir müddət keçəndən sonra Zaur onunla əlaqə saxlayıb eskiz layihəsi çəkilən obyektin qeyd edilən torpaq sahəsində inşa edilməsi üçün Bakı şəhər İcra Hakimiyyətindən sərəncam almaq lazım olduğunu, bundan sonra torpaq sahəsinin özəlləşdirilə biləcəyini, obyektin inşasına sərəncam almaq üçün isə 40.000 manat lazım olduğunu bildirmişdir. O da, bu barədə Zərərçəkmiş şəxs1 bildirdikdə, sonuncu, bu təklifin məqbul olduğunu görüb razılaşmış, bundan sonra o, bu barədə Zaura məlumat vermiş, sonuncu da, tez bir zamanda pulun düzəlib ona çatdırılmasını istəmişdir. Təxminən 2011-ci ilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs1 40.000 manat pulu düzəltdiyini, həmin vaxtlar Rusiya Federasiyasında yaşayan oğlu Ramilin də Azərbaycanda olduğunu və birlikdə gedib Zaurla görüşüb həmin pulu ona vermələrini təklif etmişdir. O da, Zaurla əlaqə saxlayıb ona artıq pulun hazır olduğunu bildirmiş, sonuncu da, yenə həmişəki görüş yerində görüşmələrini təklif etmiş, bundan sonra Zərərçəkmiş şəxs1 oğlu Ramillə birlikdə gəlib onu yaşadığı evdən götürmüşlər və birlikdə «Nəriman Nərimanov»un heykəlinin yanına getmişlər. Həmin vaxtı Zərərçəkmiş şəxs1 avtomobilini onun oğlu Ramil idarə etmişdir. Onlar ora çatanda Zaurun görüş yerinə Rəhmanla birlikdə sonuncunun idarə etdiyi VAZ-2107 markalı avtomobillə gəldiyini, Təqsirləndirilən şəxs4 isə idarə etdiyi «Range Rover» markalı avtomobildə arxada müşahidə etdiyini görmüşlər. Ora çatandan sonra Zərərçəkmiş şəxs1la avtomobildən enmiş, həmin zaman sonuncu əlində tutduğu selofandakı 40.000 manat pulu özü ilə götürmüş, onlar Zaur və Rəhmana yaxınlaşıb onlarla görüşmüşlər. Bir qədər söhbət edəndən sonra Zaur onu avtomobilinə dəvət etmiş, o da, 40.000 manat pulu götürüb Rəhmanın idarə etdiyi avtomobildə arxada əyləşmiş, bundan sonra Rəhman avtomobili 20 nömrəli məktəb istiqamətində idarə etmiş, həmin zaman Zaur Rəhmanın yanında olmuş, Təqsirləndirilən şəxs4 isə avtomobili axralarınca idarə etmişdir. Bir qədər getdikdən sonra Zaur ondan 40.000 manat pulu almış, bundan sonra Zaur, həm də Rəhman Zərərçəkmiş şəxs1 işinin yüksək səviyyədə tez bir zamanda həll ediləcəyinə söz vermişlər. Bir qədər getdikdən sonra o, avtomobildən enmiş və Zərərçəkmiş şəxs1 olduğu yerə qayıdıb onlarla birlikdə geri qayıtmışlar. Şahid1 ifadəsinə görə, təxminən 2011-ci ilin iyunun ortalarında Zərərçəkmiş şəxs1 ofisində olarkən Zərərçəkmiş şəxs1 Zaurun onunla əlaqə saxladığını, hansısa başqa bir yerdə boş torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsinin özəlləşdirilməsi üçün Zaura müraciət etdiyini, sonuncunun da 20.000 manat pul istədiyini və bununla razılaşdığını bildirib, Zauru o, tanıdığı üçün özünün isə işi olduğundan Rusiya Federasiyasında yaşayan, lakin həmin vaxt Azərbaycanda olan böyük oğlu Rauf Bayramovla birlikdə Zaurla görüş yerinə gedib həmin pulu ona verməyini istəmişdir. Həmin zaman Zərərçəkmiş şəxs1 ona torpaq sahəsinin harada yerləşdiyini konkret deməmişdir. O da, etiraz etməmiş və Zərərçəkmiş şəxs1 böyük oğlu Raufla birlikdə sonuncunun idarə etdiyi avtomobillə Zaurun görüş yeri təyin etdiyi «Olimp» mağazasında üzü «Salyanski» kazarmaya qalxan yola getmişdir. Zaur görüş yerinə tək gəlmiş, görüş yerinə çatandan sonra o və Rauf avtomobildən enib Zaurla görüşmüş, həmin zaman Rauf 20.000 ABŞ dolları pul gətirmiş, Zaur ABŞ dolları ilə pul götürmədiyindən Raufa ABŞ dollarını manata çevirib verməsini tələb etmişdir. Rauf bundan sonra yaxınlıqdakı valyuta dəyişmə məntəqəsində 20.000 ABŞ dolları pulu manata çevirib Zaura vermişdir. Bundan sonra Zaur ayrılıb getmiş, onlar da geri qayıtmışlar. Şahid1 ifadəsində həmçinin göstərmişdir ki, aradan bir müddət keçəndən sonra təxminən 2011-ci ilin iyunun sonlarında Zaur yenidən onunla əlaqə saxlayıb həmin yerdə 9 mərtəbəli yaşayış binasının tikintisinə sərəncam ala biləcəyini bildirib, bu haqda Zərərçəkmiş şəxs1 fikrinin öyrənilməsini istəmişdir. O da, Zərərçəkmiş şəxs1la əlaqə saxlayıb Zaurun təkilifini bildirəndə, sonuncu, bununla razılaşmışdır. Bundan sonra o, Zaurla əlaqə saxlayıb Əlinin təklifi ilə razılşadığını bildirəndə, Zaur həmin yerdə 9 mərtəbəli yaşayış binasının tikintisinə icazə və sərəncam ala biləcəyini deyib, bunun yaxşı təklif olduğunu, gələcəkdə orada bina tikdirmək istəsə, həttda tikinti materiallarını da Əliyə ucuz qiymətə təşkil edə biləcəklərini, bina inşa edilərkən Bakı şəhər İcra hakimiyyətinin həmin binaya müdaxiləsinin qarşısını alacaqlarını bildirib, həmin binanın tikintisinə «paket»in alınmasının başqalarına 300.000 manata başa gəldiyini, lakin özlərinin geniş səlahiyyətlərə malik olduğunu, buna görə də əlavə 70.000 manat verilərsə, bunu təşkil edə biləcəklərini bildirmişdir. Bundan sonra o, Əli ilə əlaqə saxlayıb Zaurun təklifləri ilə bağlı ona danışmış, sonuncu da, bununla razlıaşmışdır. O, bu barədə Zaura bildirəndə, sonuncu, təcili 9 mərtəbəli yaşayış binasının eskiz layihəsinin hazırlanmasını tapşırmışdır. O da, bu barədə Zərərçəkmiş şəxs1 məlumat vermiş, bundan sonra qısa müddətdə Zərərçəkmiş şəxs1 yüksək mərtəbəli yaşayış binasının eskiz İayihəsini hazırlatmış, o da, bu barədə Zaura məlumat vermişdir. Bundan sonra Zaur həm eskiz layihəni, həm də 70.000 manat pulu təcili çatdırılmalı olduğunu bildirmiş, o da, bu barədə Zərərçəkmiş şəxs1 məlumat vermişdir. Aradan bir neçə gün sonra Zərərçəkmiş şəxs1 onunla əlaqə saxlayıb 70.000 manat pulun hazır olduğunu bildirmiş, o da, bu barədə Zaura məlumat vermiş, sonuncu da, yenə görüş yerini «Nəriman Nərimanov»un heykəlinin yaxınlığına təyin etmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs1la birlikdə görüş yerinə getmiş, görüş yerinə yenə Zaur Rəhmanla birlikdə birincinin idarə etdiyi ağ rəngli VAZ-2107 markalı avtomobillə gəlmiş, həmişə olduğu kimi Təqsirləndirilən şəxs4 da onların arxasında öz avtomobili ilə dayanmışdır. Əli Zərərçəkmiş şəxs1ndəki selofanda olan 70.000 manat pulla birlikdə avtomobildən enmiş və onunla bilirkdə Zaur və Rəhmana yaxınlaşmış, Zaur və Rəhmanla görüşəndən sonra Zərərçəkmiş şəxs1 70.000 manat pulu Zaura vermişdir. Həmin vaxt Rəhman və Zaur kişi olduqlarını, verdikləri sözün üstündə duracaqlarını, ən qısa zamanda vəd etdikləri bütün işləri həll edəcəklərini bildirib sağollaşaraq ayrılıb getmişilər. Həmin gün aradan bir az müddət keçəndən sonra Zaur onunla əlaqə saxlayıb əsəbi şəkildə puldan 200 manat çatmadığını, ABŞ dollarını manata çevirəndə 200 manat əskik olduğunu, həmin pulu «müəllim»ə verərkən əskik verə bilməyəcəyini bildirib, 200 manat pulun ona təcili çatdırılmasını tələb etmişdir. Buna görə də, ertəsi gün Zərərçəkmiş şəxs1la birlikdə «Nəriman Nərimanov»un heykəlinin qarşısında görüşüb 200 manat pulu Zaura vermişlər. Həmin zaman Zaur Zərərçəkmiş şəxs1 irad tutub ona pulu verərkən ABŞ dolları ilə deyil, manatla vermək lazım olduğunu bildirmişdir. Aradan təxminən 15-20 gün keçəndən sonra Zaur onunla əlaqə saxlayıb bu dəfə artıq işin həll edilmə mərhələsinə yaxın olunduğunu, işi artıq həll etdiyini, lakin əlavə olaraq 50.000 manat lazım olduğunu, bu işin onsuz da ucuz qiymətə həll edildiyini, işin həll edilməsi üçün mütləq surətdə 50.000 manat pulun verilməli olduğunu, bu sonuncu veriləcək pul olduğunu və həmin pul veriləndən dərhal sonra iş öz həllini tapacağını bildirmiş, o da, bu barədə Zərərçəkmiş şəxs1 məlumayt vermiş, sonuncu da, işin həll edilməsi üçün artıq 140.000 manat verdiyindən məcbur olub Zaurun təklifi ilə razılaşmışdır. Həmin ərəfələrdə Zərərçəkmiş şəxs1 Rusiya Federasiyasında yaşayan oğlu Şahid2 Azərbaycanda olduğundan Ramil məsələnin həlli üçün veriləcək 50.000 manat pulun verilməsi prosesində özünün iştirak edəcəyini bildirmişdir. Buna görə də, Zərərçəkmiş şəxs1 oğlu Ramillə birlikdə gəlib onu evdən götürmüş və onlar birlikdə yenə həmişəki kimi görüş yeri olan «Nəriman Nərimanov»un heykəlinin yaxınlığına getmişlər. Həmin görüşə Zaur özü VAZ- 2107 markalı avtomobillə gəlmiş və həmişəki kimi Rəhman onun yanında olmuş, Təqsirləndirilən şəxs4 isə öz avtomobili ilə arxada müşahidə etmişdir. Bu dəfə də Ramil sükan arxasında qalmış və o, Zərərçəkmiş şəxs1la birlikdə avtomobildən enib Zaur və Rəhmanla görüşmüş və 50.000 manat pulu Zərərçəkmiş şəxs1 şəxsən özü Zaura vermiş, sonuncu da, həmşəki kimi onları arxayın salıb çıxıb getmişdir. Aradan bir müddət keçəndən sonra Zaur yenə onunla əlaqə saxlayıb həll edəcəkləri işin əslində başqalarına qiymətinin 300.000 manat olduğunu, lakin özünün xahiş edib qiyməti 200.000 manata saldığını bildirib, həmin işə görə onlara əlavə 40.000 manat pulun da verilməli olduğunu, artıq işin tam həll olunduğunu və bir neçə günə «paket»in alınıb veriləcəyini bildirmişdir. O da, bu barədə Zərərçəkmiş şəxs1la saxlamış və sonuncu da, Zaurgil tərəfdən işin artıq həll edildiyini zənn edib təkliflə razılaşmışdır. Təxminon 2011-ci ilin avqustun sonları, sentyabrın əvvəllərində Zərərçəkmiş şəxs1 40.000 manat pulun hazır olduğunu bildirmiş, o da, Zaurla əlaqə saxlayıb pulun hazır olması barədə məlumat vermiş, sonuncu da, Bakıdan kənarda olduğunu, ona görə də Rəhmanla görüşməli olacaqlarını bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs1la yenə həmişəki kimi «Nəriman Nərimanov»un heykəlinin yaxınlığına getmiş, Rəhman həmin yerə tək idarə etdiyi ağ rəngli «VAZ-2107» markalı avtomobillə gəlmiş, Rəhmanla görüşəndən sonra Əli 40.000 manat pulu şəxsən Rəhmana vermiş, sonuncu da, həmin pulu sayaraq qəbul etmişdir. Orada Zərərçəkmiş şəxs1 bir daha əmin olmaq üçün Rəhmandan işin hansı mərhələdə olduğunu soruşanda, sonuncu, həm 9 mərətəbli yaşayış binasının inşa edilməsi üçün sərəncam alınması işinin, həm də 20 kvadrat metr torpaq sahəsinin özəlləşdirilməsi məsələsinin tez bir zamanda həll ediləcəyinə əmin etmişdir. Lakin aradan xeyli müddət keçsə də, Zaur və Rəhman işi həll etməmiş və müxtəlif bəhanələr, əsasən də «müəllim»in Bakıda olmaması bəhanələrini gətirməyə başlamış və vaxtı uzatmışlar. Bir müddət sonra Zərərçəkmiş şəxs1 Rəhman və Zauru onun səbəbinə tanıdıını əsas gətirib onu sıxışdırmağa və hamısının barəsində şikayət edəcəyini bildirməyə başlamışdır. O da, 28 noyabr 2012-ci il tarixdə Zaur və Rəhmanla «Şıxov»dakı «Dərya» restoranında görüşmüş, onlara Zərərçəkmiş şəxs1 şikayət edəcəyini xəbərdar edib ya Əlinin işinin həll edilməsini, ya da ki, pulunun qaytarılmasını istəmişdir. Zaur və Rəhman ondan narahat olmamasını, özlərinin işləri qaydasına qoyacaqlarını, işi həll edəcəklərini bildirmişlər. Hətta həmin vaxt, səhf etmirsə, Rəhman Əliyə zəng edib özü də onunla danışıb onu əmin etmişdir. Lakin üstündən uzun müddət keçməsinə baxmayaraq Zaur və Rəhman işi həll etməmiş və bundan sonra Zərərçəkmiş şəxs1 onların barəsində şikayətlər etmişdir. Şahid1 Zilfı oğlu istintaqa verdiyi ifadəsində göstərdiyi həmin xüsusatları aparılmış üzləşdirmələr zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 üzünə qarşı deyərək bir daha təsdiq ertmişdir (cild 4, iş vərəqi 210-218). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun atasıdır. Onun özü isə ailəsi ilə birlikdə Rusiyada Moskva şəhərində yaşamış və işləmiş, hərdən valideynlərinə baş çəkmək üçün Azərbaycana gəlmişdir. Atasına məxsus ünvan 9 ünvanında «Qızıl Tac» restoranı ilə üzbəüz yerləşən ərazidə təxminən 3 sot torpaq üzərində tikilisi və həmin tikiliyə dair çıxarış olmuşdur. Təxminən 2011-ci ilin əvvəllərində atası həmin tikilinin altında yerləşən torpaq sahəsini və həmin tikilinin ətrafında yerləşən əlavə torpaq sahəsini, ümumilikdə 5 sot özəlləşdirmək və bundan sonra orada tikinti həyata keçirmək üçün İcra hakimiyyətindən icazə almaq istəmişdir. Bunun üçün də tanışlarına bu barədə demiş və sonradan tanıdığı Şahid1 Zilfı oğlu bi işdə köməklik edəcəyini atasına vəd etmişdir. Şahid1 atasına həmin vaxtlar yüksək vəzifədə işləyən tanışlarının vasitəsilə torpaq sahəsinə sənəd alınması və tikiliyə icazə alınması üçün köməklik edə biləcəyinə söz vermişdir. Şahid1 bu məqsədlə yüksək vəzifədə işləyən şəxsin həyat yoldaşının sürücüsü Təqsirləndirilən şəxs3la, sonuncu da yüksək vəzifədə işləyən şəxsin cangüdəni Təqsirləndirilən şəxs2 ilə tanış etmişdir. Söhbət zamanı həm Təqsirləndirilən şəxs3, həm də Təqsirləndirilən şəxs2 atasına qeyd etdiyi məsələnin 70.000 manat pulun müqabilində həll olunmasna köməklik edəcəklərini vəd etmişlər. Buna görə də atası onlarla razılaşmış və onlara, səhf etmirsə, 30.000 manat pul vermişdir. Onun bütün bu məsələdən əvvəlcədən xəbəri olmamış və 2011-ci ilin iyun ayında növbəti dəfə Azərbaycana gələndə atası bu barədə ona danışmışdır. Təxminən 2011-ci ilin iyunun 10-da atası ona Zaur və Rəhmanla görüşəcəyini və həmin şəxslərə 40.000 manat pul verəcəyini bildirib, onunla birlikdə görüşə getməyi təklif etmişdir. Buna görə də o, atası ilə birlikdə Zaur və Rəhman adlı şəxslə görüşməyə getmişdir. Atası hər zaman Zaur və Rəhmanla görüşlərə Şahid1lə getdiyi üçün həmin gün yenə də sonuncu ilə görüşüb görüş yerinə getməyi qərarlaşdırmış, o, atasına məxsus «Mersedes F-240» markalı ** MF *** dövlət qeydiyyat nişanlı avtomobillə atasını əvvəlcə Şahid1 yaşadığı Yasamal rayonu, «Musabəyov dairəsi»nin yaxınlığındakı evin qarşısına aparmışdır. Şahid1 evdən çıxaraq avtomobilə əyləşmiş, daha sonra o, avtomobili «Nəriman Nərimanov»un heykəlinin yaxınlığına sürmüşdür. Orada o, sükan arxasında avtomobildə əyləşmiş, atası və Şahid1 avtomobildən enərək əvvəllər tanımadığı Təqsirləndirilən şəxs2 gəldiyi ağ rəngli «VAZ-2107» markalı avtomobilə yaxınlaşmış, həmin vaxt sonradan tanıdığı Təqsirləndirilən şəxs3 da Zaurun gəldiyi avtomobildə olmuş, atası və Şahid1 avtomobilə yaxınlaşarkən Təqsirləndirilən şəxs2 avtomobildən düşərək atası və Şahid1lə görüşmüşdür. Bundan sonra Şahid1 Zaurun idarə etdiyi avtomobillə 20 saylı orta məktəb istiqamətində getmiş, lakin bir qədər getdikdən sonra Şahid1 onların avtomobilindən enərək idarə etdiyi avtomobilə əyləşmiş, avtomobilə əyləşərkən Şahid1 Zaurgilin avtomobilin arxası ilə gedən avtomobilin də Vüqar adlı sürücüyə məxsus olduğunu və onun da bu məsələnin həllində iştirak etdiyini bildirmişdir. Bundan sonra onlar geri qayıtmış və yolda Şahid1 düşürmüşlər. Bundan bir neçə gün sonra o, Rusiya Federasiyasına getmiş və təxminən iyulun ortalarında Azərbaycana qayıtmışdır. Bu dəfə atası ona Təqsirləndirilən şəxs2 və Rəhman Flümbətovun torpaq sahəsində 9 mərətəbəli yaşayış binasının tikintisinə icazə alacaqlarını vəd etdiyini, Rusiyada olduğu müddətdə atasının Zaurgilə əlavə olaraq 70.000 manat pul verdiyini, yenə də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la görüşüb onlara əlavə olaraq pul verəcəyini bildirib, görüşə onun da getməsini xahiş etmiş, o da, razılşamışdır. Bundan sonra atası Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 pul verməsi üçün Şahid1 zəng etmiş, onlar eyni üsulla Şahid1 evindən götürərək «Nəriman Nərimanov»un heykəlinin yaxınlığına getmişlər. Təqsirləndirilən şəxs2 yenə idarə etdiyi ağ rəngli «VAZ-2107» markalı avtomobillə Təqsirləndirilən şəxs3la birlikdə həmin yerə gəlmiş, atası üzərində olan pulu Təqsirləndirilən şəxs2 vermişdir. Bundan sonra o, Rusiya Federasiyasına qayıtmış və sonradan atasının yenə də Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əlavə olaraq 40.000 manat pul verdiyini, lakin həmin şəxslərin işi görəmədiklərini öyrənmişdir (cild 5, iş vərəqi 118-121). İbtidai istintaq zamanı Şahid2 ifadəsində göstərdiyi xüsusatları üzləşdirmə keçirilən zamanı Təqsirləndirilən şəxs2 üzünə qarşı söyləyərək bir daha təsdiq etmişdir (cild 5, iş vərəqi 123-126). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs4 bacanağı Zakir Abdullayevin kürəkənidir. Təxminən 2011-ci il avqustun son günlərində Təqsirləndirilən şəxs4 ona zəng edərək, Nəsimi rayonu ərazisində mikrorayonda 20 kv metr torpaq sahəsi olduğunu, həmin yerə sənəd alınması üçün köməklik etməsini xahiş etmiş, o da, bu cür işlərlə məşğul olmadığını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs4 ondan əl çəkməyərək tez-tez bununla əlaqədar ona zənglər etmişdir. Həmin zənglərin birində o, «Lider» televiziyasının yaxınlığında yerləşən «Qəbələ» restoranında tanışı Təqsirləndirilən şəxs1 ilə çay içib söhbət etmişlər. Təqsirləndirilən şəxs4 zəng edərkən o, yenə onun təklifindən imtina etmiş, etiraz edərək sağollaşmaq istədikdə, Təqsirləndirilən şəxs1 nə məsələ olduğunu soruşmaqla telefonu əlindən alıb Təqsirləndirilən şəxs4la özü danışmış, məsələnin mahiyyətini biləndən sonra Təqsirləndirilən şəxs1 onu Təqsirləndirilən şəxs4la görüşdürməsini istəmişdir. İki gündən sonra o, Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs4 Bakı şəhəri, Yasamal rayonu, Həmid Sultanov küçəsində «Altes Plaza»nın qarşısında görüşdürmüş, Təqsirləndirilən şəxs4 həmin vaxt görüşə tək gəlmiş, söhbət zamanı Təqsirləndirilən şəxs4 Bakı şəhəri, Nəsimi rayonunda mikrorayonda 20 kv metr torpaq sahəsi olduğunu və həmin torpaq sahəsinə dair Bakı şəhəri, Nəsimi Rayon İcra Hakimiyyətindən müvafiq sərəncam almaq lazım olduğunu, buna görə adına sərəncam alınmalı olan şəxsin pul verdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 torpaq sahəsini ona göstərməsini istəmiş, Təqsirləndirilən şəxs4 da etiraz etməyib Təqsirləndirilən şəxs1 mikrorayonda olan ünvana aparmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs1 avtomobili olmadığı üçün sonuncunu idarə etdiyi «Mersedes-C» markalı avtomobillə torpaq sahəsinə özü aparmışdır. Təqsirləndirilən şəxs4 göstərdiyi ərazi 9-cu mikrorayon tərəfdə boş torpaq sahəsi olmuşdur. Təqsirləndirilən şəxs1 torpaq sahəsinə baxdıqdan sonra müvafiq şəxslərlə danışıb xəbər edəcəyini bildirmişdir. Bir neçə gündən sonra Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs4la danışaraq Nəsimi rayon icra hakimiyyətində danışdığını və pulu gətirməsini bildirmişir. Ertəsi gün Təqsirləndirilən şəxs1la birlikdə yenidən «Altes Plaza»nın qarşısında Təqsirləndirilən şəxs4la görüşmüşlər, görüşə Təqsirləndirilən şəxs4 əvvəllər tanımadığı Təqsirləndirilən şəxs2 ilə birlikdə gəlmişdir. Təqsirləndirilən şəxs1 atomobildən düşəndən sonra Təqsirləndirilən şəxs4 3 ədəd paçka ABŞ dollarını, yəni 30.000 ABŞ dolları pulu onun avtomobilinin motorxanasının üstünə qoymuş, bundan sonra Təqsirləndirilən şəxs1 həmin pulu götürüb avtomobildə əyləşərək pulu saymış, o isə, həmin vaxt çöldə Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ilə söhbət etmişdir. Təqsirləndirilən şəxs1 pulu sayıb qurtardıqdan sonra Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2dan ayrılmışlar. Razılığa görə Təqsirləndirilən şəxs1 iki ay ərzində sənədləri düzəltməli olmuş, sənədləri də Nəsimi Rayon İcra hahimiyyətində işləyən Nəsir adlı şəxsin vasitəsi ilə düzəldəcəyini və alınan pulun da ona çatacağını bildirmişdir. Lakin o, Təqsirləndirilən şəxs1la pulu vermək üçün Nəsir adlı şəxsin yanına getməmiş və Təqsirləndirilən şəxs1 pulu Nəsir adlı şəxsə verməsini görməmiş, sadəcə olaraq onun dediyinə inanmışdır. Təqsirləndirilən şəxs1 onu Nəsirin yanına Vüqar Mrüsəlov və Təqsirləndirilən şəxs2 onu sıxışdırmağa başladıqdan sonra aparmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 əvvəlcədən ona Nəsir adlı şəxsin Nəsimi rayon icra hakimiyyəti başçısının müavini işlədiyini bildirsə də, sonradan o, Təqsirləndirilən şəxs1la birlikdə Nəsimi rayon icra hakimiyyətinin yerləşdiyi binaya gedəndə, sonuncunun onu həmin binaya bitişik olan Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsinin inzibati binasına apardığını görmüşdür. Təqsirləndirilən şəxs1 onu ikinci mərtəbəyə aparmış və dəhlizdə gözləməsini bildirmiş, bu zaman o, Təqsirləndirilən şəxs1 daxil olduğu otağın qapısını adının baş hərfi «N» ilə başlayan qeydə rast gəlmiş, lakin Nəsir adlı şəxsi görməmişdir. Təqsirləndirilən şəxs1 beş dəqiqədən sonra otaqdan çıxaraq narahat olmamasını, Nəsir adlı şəxsin qısa müddətdə sərəncamı hazır edəcəyini bildirmişdir. Həmin ərəfədə Sərvər onu Nəsir adlı şəxsin yaşadığı bina kimi təqdim etdiyi yerə aparmış, həmin yüksək mərtəbəli bina «göz xəstəxanası» ilə üzbəüz yerləşmişdir. O, binanın həyətində Təqsirləndirilən şəxs1 gözləmiş, sonuncu isə binanın girişlərindən birinə daxil olaraq Nəsir adlı şəxsin yaşadığı mənzilə getdiyini bildirmişdir. Təxminən 30-45 dəqiqədən sonra Təqsirləndirilən şəxs1 aşağı düşərək Nəsirin ürəyindən əməliyyat olunduğunu və işə çıxmadığını, buna görə də sərəncamın alınması ilə məşğul ola bilmədiyini bildirib qısa müddətdə Nəsirin sərəncamı həll edəcəyinə söz vermişdir. 21 dekabr 2011-ci il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 Nəsir adlı şəxsin yaşadığı evə aparmış, yolda Vüqar və Zaur öz tanışlarının vasitəsilə Nəsirin mobil telefonunu əldə edib zəng etmişlər, bu zaman özünü Nəsir kimi təqdim edən şəxs yaşadığı binanın həyətində gəzdiyini bildirmiş, o da, bundan təəccüblənmiş, çünki 5-6 gün əvvəl Təqsirləndirilən şəxs1 ona Nəsirin xəstə halda yatdığını və ayağa qalxa bilmədiyini bildirmişdir. Onlar Nəsirin yaşadığı binanın həyətində görüşmüşlər. Söhbət zamanı Vüqar və X26 Məsumov adlı şəxsi tanıyıb-tanımamasmı, sonuncu ilə sərəncam alınması ilə əlaqədar söhbət edib-etməməsini soruşmuş, Nəsir də Təqsirləndirilən şəxs1 tanımadığını və onunla heç bir söhbət etmədiyini bildirmişdir. Cinayət işi üzrə bu idarədə barəsində həbs qətimkan tədbiri seçilməsi mərhələsində Təqsirləndirilən şəxs1 onun yanında telefonla Məftun adlı hüquqşünasa zəng edib 20.000 manat gətirməsini tələb etmişdir. Sonradan Sərvər həbs edildiyindən sonuncu ilə əlaqəsi olmamış və buna görə Məftunun həmin pulu Sərvərə veribvermədiyini bilməmişdir (cild 3, iş vərəqi 191-194). İbtidai istintaq dövründə keçirilmiş üzləşdirmələr zamanı Şahid3 ifadəsində göstərdiyi xüsusatları təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 üzünə qarşı söyləyərək bir daha təsdiq etmişdir (cild 3, iş vərəqi 202-207, 219-224, 229- 232). İbtidai istintaq zamanı ifadənin yerində yoxlanılması keçirilərkən Şahid3 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Zaur Cənıilzadənin sənədləşmə üçün Təqsirləndirilən şəxs1 müraciət etdiyi torpaq sahəsini əyani şəkildə göstərmişdir (cild 5, iş vərəqi 90-91). Məhkəmə iclasında şahid X10 ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olundu. Həmin ifadəsində Şahin Həsənov göstərmişdir ki, 2011-ci ildə rəsmi olaraq heç bir yerdə işləməmiş, «İçərişəhər»də bir mağaza icarəyə götürməklə həmin mağazada əl işlərinin satışı ilə məşğul olmuşdur. Həmin mağazada işlətdiyi vaxtldarda təxminən 2008-ci ildən mağazaya alıcı qismində gəlib-gedən Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ilə tanış olmuş və onlarla münasibəti yaranmışdır. Təxminən 2011-ci ilin aprel ayının ortalarında Zaur onunla görüşərkən Nəsimi rayonu ərazisində yerləşən köhnə bir obyekt olduğunu, həmin obyektin altındakı torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaq lazım olduğunu, həmin yerdə, səhv etmirsə, gözəllik salonu tikdirmək istənildiyini bildirib, torpaq sahəsinə dair çıxarış ələdə edilməsi üçün ona köməklik etməyini xahiş etmişdir. Qardaşı Pərviz əvvəllər ev alqı-satqı ofisində makler kimi işləmiş və həmin ərəfədə sonuncu ilə birlikdə Balakişi adlı şəxs də işləmişdir. O, Pərvizin vasitəsilə Balakişi ilə tanış olmuş və onun ev alqı-satqı sahəsində müəyyən qədər təcrübəsi olduğunu bilmişdir. Ona görə də Zaur ona obyektə çıxarış alınması ilə əlaqədar müraciət etdikdə, həmin məsələ ilə bağlı Balakişiyə müraciət etmək qərarına gəlmiş, lakin Balakişi barədə Zaura deməmişdir. O, obyekt sahibinin Balakişinin adına etibarnamə verməsini, sonuncunun da sənədləşmə işlərini həll etməsini qərarlaşdırmışdır. Buna görə də o, Zaurla əlaqə saxlayıb ona obyektin sahibinin onun adına etibarnamə verməli olduğunu bildirmiş, Zaur da «Şamaxinka» kimi tanınan ərazidə «20 Yanvar» küçəsində obyektin sahibi ilə görüşəcəyini və həmin şəxs onun adına etibarnamə verəcəyini bildirmişdir. Bundan sonra o, Balakişi ilə əlaqə saxlamış və ona 20 kv metr torpaq sahəsinin üzərində yerləşən obyektə çıxarış alınması üçün köməklik etməsini tapşırmış və ona müvafq sənədləşmə aparılması ilə əlaqədar obyektin sahibinin onun adına etibarnamə verəcəyini bildirmişdir. Balakişi də qardaşı Pərviz vasitəsilə şəxsiyyət vəsiqəsini ona çatdırmışdır. Bundan sonra o, «20 Yanvar» küçəsində 43 saylı dövlət notariat kontorunun yaxınlığında Əli adlı şəxslə görüşmüş, həmin şəxsin olduğu yeri ona Zaur demiş, lakin sonuncu Əli adlı şəxsin telefon nömrəsini ona verməmiş, sadəcə həmin şəxsin obyektin sahibi olduğunu bildirmişdir. O, 43 saylı dövlət notariat kontoruna qardaşı Pərvizlə getmiş, lakin Pərvizin məsələdən xəbəri olmamışdır. Pərviz onu avtomobildə gözləmiş, o isə, notariat kontorunun qarşısında Zaurun dediyi şəxslə görüşərək kontora daxil olmuş, Əliyə Balakişinin şəxsiyyət vəsiqəsini vermiş, sonuncu sənədə baxmamış və şəxsiyyət vəsiqəsinin ona məxsus olduğunu və etibarnaməni ona verdiyini zənn etmişdir. O, etibarnaməni və Balakişinin şəxsiyyət vəsiqəsini Əlidən geri aldıqdan sonra Pərvizin yanına qayıtmışdır. Sonradan Balakişinin şəxsiyyət vəsiqəsini Pərvizlə özünə göndərmiş, etibarnaməni isə özündə saxlamışdır. O, Balakişiyə zəng edərək şəxsiyyət vəsiqəsini götürməsini, etibarnaməni aldığını və bir-iki gün, yəni sənədlər təqdim edilənə kimi gözləməsini tapşırmışdır. Əvvəlcədən razılşamaya görə Zaur obyektə çıxarış alınması üçün müvafiq sənədləri verməli olmuş, həmin sənədləri almadığı üçün etibarnaməni Balakişiyə göndərməmişdir. Bundan sonra o, Zaurla əlaqəsi saxlayaraq obyektin sahibindən etibarnaməni aldığını və çıxarış alınması üçün müvafiq sənədləri göndərməsini istəmişdir. Zaur da bir qədər gözləməyini bildirmişdir. Təxminən 10 gündən sonra Zaur ona zəng edərək obyektə çıxarış alınması işini saxladıqlarını, ona görə də ondan cavab gözləməsini bildirmişdir. O, Balakişiyə zəng edərək artıq etibarnamə əsasında işin olmayacağını və etibarnaməni ləğv etdirdiyini bildirmiş, o da, bundan sonra etibarnaməni cırıb atmışdır. Aradan bir müddət keçəndən sonra 2011-ci il iyul ayının axırlarında Zaur ona zəng edərək obyektə çıxarış alınması ilə əlaqədar «İmperial» şadlıq sarayının qarşısında Vüqar adlı şəxslə görüşməyini və həmin şəxsin onu obyektə apararaq göstərəcəyini bildirmişdir. O da, Vüqar adlı şəxslə necə görüşəcəyini soruşmuş, bu zaman Zaur ona idarə etdiyi avtomobilin markasını və nömrəsini Vüqar adlı şəxsə verəcəyini və həmin şəxsin onu özü tapacağını bildirmişdir. Həmin ərəfədə o, qara rəngli «Nisan X-TRELL» markalı ** GG *** dövlət qeydiyyat nişanlı avtomobil idarə etmişdir. O, Zaurun sözü ilə «İmperial» şadlıq sarayının qarşısında yerləşən avtobus dayanacağında avtomobilini saxlamış, bundan bir müddət sonra həmin yerə köhnə furqon avtomobillə gələn, sonradan tanıdığı Şahid1 yaxınlaşmış, görüşdükdən sonra Şahid1 onu «Tərlan» şadlıq sarayından bir qədər irəli sürdürdükdən sonra yolun sağ tərəfində yerləşən boş torpaq sahəsinə aparıb oranı ona göstərmişdir. Həmin torpaq sahəsi avtomobil yolunun kənarında şamlıq ərazi olmuşdur. O, torpaq sahəsinə baxandan sonra həmin torpaq sahəsinə obyekt olmadığını, sadəcə olaraq şam ağaclarının olduğu boş ərazi olduğunu görüb Şahid1 Zaurun ona üzərində hazır obyekt olan torpaq sahəsinə görə çıxarış alınması üçün müraciət etdiyini, lakin orada hər hansı bir obyekt görmədiyini bildirəndə Şahid1 bununla bağlı bütün suallarını Zaura verməyini bildirmişdir. O da, bundan sonra Şahid1 əlaqə nömrəsini istəmiş, lakin sonuncu ona nömrə verməmişdir. O, Şahid1 görüşdüyü yerə qaytarmış və orada avtomobildən düşürmüşdür. Bundan sonra Zaura zəng edərək ona obyektə çıxarış alması ilə əlaqədar müraciət etdiyini, lakin orada hər hansı bir obyekt olmadığını bildirdikdə, Zaur işləri ilə əlaqədar telefonda danışa bilmədiyini, görüşüb onunla söhbət edəcəyini bildirmişdir. Ertəzi gün o, Zaurla görüşmüş, söhbət zamanı Zaur həmin torpaq sahəsinə dair Nəsimi rayon icra hakimiyyətindən sərəncam aldıqdan sonra çıxarış almalı olacağını bildirmiş və bunun üçün 40.000 manat verildiyini və bu işdə onun da qazancı olacağını bildirmişdir. O da, sənədlərin alınması üçün söz verməmiş, lakin maraqlanacağını bildirmişdir. Bundan sonra qeyd edilən torpaq sahəsinə sərəncam alınması ilə maraqlanmış və həmin torpaq sahəsinə sənəd alınmasının qeyri-mümkün olduğunu öyrənmiş, buna görə də Zaura zəng edib sərəncamın alınmasının qeyri-mümkün olduğunu bildirib bu işə baş qoşmamasını məsləhət görmüşdür. Aradan təxminən 3-4 ay keçəndən sonra Zaur yenə də təlaş içində onunla əlaqə saxlayıb ona göstərilən yerə sərəncam alınmasında köməklik etməsini xahiş etmiş, o da, yenə Zaura bunun mümkün olmadığını bildirmişdir (cild 4, iş vərəqi 58-63). Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olundu. Həmin ifadəsində Şahid4 göstərmişdir ki, Zərərçəkmiş şəxs1 uzun müddət əvvəl iş prosesində tanımış, sonuncu ilə hər zaman münasibəti yaxşı olmuşdur. O, Zərərçəkmiş şəxs1 tanıdığı müddətdə, sonuncu, ev alqı-satqısı ilə məşğul olmuşdur. Təxminən 2011-ci ilin aprel-may aylarında oğlunun yaşadığı yeni tikilmiş yaşayış binasının yaxınlığında yerləşən Bakı şəhəri, Nəsimi rayonu, Kazımovski küçəsində beş mərtəbəli binanının küncündə yol kənarında boş torpaq sahəsi görmüş, həmin torpaq sahəsinin 20 kvadratmetr sahəsini özəlləşdirib orada oğlu üçün qaraj tikmək istəmişdir. Bunun üçün də o, makler kimi tanıdığı Zərərçəkmiş şəxs1 müraciət etmiş, sonuncu da, bu barədə bir şey fikirləşib ona bir söz deyəcəyini bildirmişdir. Bır neçə dəfə o, bu barədə Zərərçəkmiş şəxs1 xahiş etdikdən sonra sonuncu bir nəfər tanışı olduğunu, hamin şəxslə maraqlanıb ona bir söz deyəcəyini bildirmişdir. Lakin Zərərçəkmiş şəxs1 tanışının kim olmasını ona deməmişdir. Aradan bir neçə gün keçəndən sonra Zərərçəkmiş şəxs1 həmin şəxslə danışdığını və 20.000 manat pulun müqabilində həmin torpaq sahəsini onun adına özəlləşdirə biləcəyini bildirmişdir. O da, 2011-ci il iyununun əvvəllərində Zərərçəkmiş şəxs1la görüşüb 20.000 manat pulu ona vermişdir. Lakin sonrakı 4 ay müddətində o, torpaq sahəsinin sənədləşmədiyini görüb bu barədə dəfələrlə Zərərçəkmiş şəxs1la maraqlananda, sonuncu torpaq sahəsinin sənədləşmə işini söz verən və bunun üçün onun verdiyi 20.000 manat pulu ondan alan şəxsin onu aldatdığını bildirirmişdir. Sonda Zərərçəkmiş şəxs1 iki dəfəyə ondan aldığı 20.000 manat pulu özünə qaytarmışdır (cild 5, iş vərəqi 145-147). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, ilkin təhqiqat zamanı izahatı alınmış X14 göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun uzaq qohumumdur. Belə ki, bacısı Zərərçəkmiş şəxs2 əmisinin yoldaşıdır, onunla hər zaman münasibəti yaxşı olubdur. X5 təxminən 7-8 ildir ki, tanıyır. Təqsirləndirilən şəxs1 rəhmətlik xalası oğlu Ələsgərə görə tanımışdır. Oruc Mehdiyevin izahatına görə, qohumu Zərərçəkmiş şəxs2 2013-cü ildən etibarən Bakı şəhərinin müxtəlif yerlərində tikinti layihələri həyata keçirmiş və tikinti işlərini özü Rusiya Federasiyasında olduğuna görə əmisi oğlu Vaqifə həvalə etmişdir. Lakin Vaqif sonradan tikintilərin, əsasən də yaşayış binalarının altında yerləşən qeyri-yaşayış obyektlərini Nərimanın ona olan etibarından istifadə edib başqa şəxslərə satmışdır. Ona görə də Nəriman əmisi oğluna qarşı Nərimanov Rayon Məhkəməsində iddia qaldırmış, birinci insitansiyada, Apelyasiyada və Ali Məhkəmələrdəki bütün proseslərdə məhkəmə onun lehinə qərarlar qəbul etmiş, bundan sonra icraya yönəltmiş, lakin icra müddətində Vaqif həmin obyektləri başqa şəxsin adma Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata aldırtdığına görə obyektləri adma rəsmiləşdirən şəxs bu dəfə Nərimana qarşı məhkəmələrdə iddia qaldırmış, Nərimanov Rayon Məhkəməsində, Apellyasiyada Nərimanın xeyrinə qərar qəbul edilsə də Ali Məhkəmədə işə baxılarkən məhkəmə obyektin birinə görə iddia qaldırmış şəxsin xeyrinə, obyektin ikincisinə görə Nərimanın xeyrinə qərar qəbul etmiş, obyektin 3-cü barəsində isə qərar qəbul edilməsi üçün yenidən Apellyasiya Məhkəməsinə baxışa qaytarmışdır. Ali Məhkəmənin bu qərarından razı olmadığı üçün Nəriman hüquqşünasların məsləhəti ilə Konistitusiya normalarının pozulmasını əsas gərtirib yeni açılmış hal üzrə Azərbaycan Respublikası Konistitusiya Məhkəməsinə müraciət etmişdir. Həmin ərəfədə o, bir qohum kimi Nərimanın çıxılmaz vəziyyətdə olduğunu, haqsız olaraq Vaqifin Nərimana məxsus əmlakları ələ keçirdiyinə görə hansı yolla olursa olsun Nərimana köməkilil etmək qərarına gəlmişdir. Nərimanın bu porbelmi ilə əlaqədar o, geniş əlaqələrinin olduğunu zənn etdiyi tanışı Təqsirləndirilən şəxs1 yanında danışanda sonuncu tanışlarının vasitəsi ilə Nərimanın lehinə Konistitusiya Məhkəməsində qərar qəbul etdirə biləcəyini, yüksək vəzifələrdə geniş əlaqələrinin olduğunu, bu işin həll edilməsinin onun üçün cox asan bir məsələ olduğunu bildinnişdir. O da bu barədə Nərimanla məsləhətləşəııdən sonra sonuncu Sərvərlə görüşüb onun özü ilə söhbət eməyi təklif etmiş, o da bu barədə Sərvərə deyəndə o, razılşamış və görüş yerini Bakı şəhəri Yasamal rayonu H.Cavid prospektində yerləşən «H.Cavid» Parkındakı «Yaşıl çayxana»da təyin etmişdir. 2016-ci ilin yaz aylarında günlərin birində, Nəriman onu evdən götürmüş və birlikdə yuxanda qeyd etdiyi yerə getmişlər. Görüşə Sərvər yaşıl rəngli köhnə «Mersedes C klas» (hamının «çeşka» kimi tanıdığı avtomobillə) markalı avtomobillə gəlmiş və Sərvər avtomobili kənarda saxlatdırmış, avtomobili sürücü idarə edirmiş və avtomobildə əyləşib gözləyirmiş. Görüş zamanı Təqsirləndirilən şəxs1 özünü geniş əlaqəli şəxs kimi təqdim edib nüfuzlu vəzifəli şəxslərlə iş gördüyünü, onların köməkliyilə Konistitusiya Məhkəməsində Nərimanın xeyrinə qərar qəbul etdirəcəyini bildirmişdir. Tanışlıq görüşündən sonra təxminən 10-15 gün müddətində o, Nəriman və Sərvər eyni yerdə görüşüb işlə bağlı danışmış və hər dəfə Sərvər özünü böyük nüfuza malik adanı kimi təqdim etmiş və işin həll edilməsinin onun əlində heç nə olmadığım, işin həll edilməsi üçün lazımı adamlarla görüşüb danışıqlar apardığını və nəticəsini yaxın günlərdə deyəcəyini bildirmişdir. Ardıcıl görüşlərdən sonra Sərvərlə yenidən Nərimanla birlikdə çayxanada görüşmüş, görüş zamanı Sərvər artıq məsələni lazımi adamla danışdığını və məsələni həll etmək üçün razılıq aldığını, bu işin müqabilində bəmin şəxsin 200.000 manat pul istədiyini, ilkin olaraq 50.000 manat pul verilməli olduğunu, qalan 150.000 manat pulun isə işin həllindən sonra verilməli olduğunu bildirmişdir. Həmin söhbət zamanı Nəriman Sərvərə razılıq verməmiş və bu barədə fikirləşib ona bir söz deyəcəyini bildirmişdir. Bundan sonra bir həllə ərzində Sərvərlə yenə eyni yerdə Nərimanla görüşüb söhbətlər etmiş, bir neçə görüşdən sonra Nəriman Sərvərəin təklifini qəbul edib ona pul vermək qərarına gəlmişdir. Sonuncu görüş zamanı Nəriman Sərvərə təklifi ilə razı olduğunu bildirib ertəsi gün görüş saatını təyin etmişlər. Ertəsi gün Nəriman onu evdən götürmüş və onlar birlikdə Ədliyyə Nazirliyinin inzibati binasının yaxınlığına getmişlər. Nəriman avtomobilin baqajından 50.000 manat pulu götürüb Sərvərin avtomobilində pulu ona vermiş və geri qayıdıb pulu Sərvərə verdiyini bildirmişdir. Bundan sonrakı bir ay müddətində mütamadi olaraq Sərvərlə əlaqə saxlanılmış və ya görüşülmüş, hər dəfə də Sərvər artıq işin həll edilməyə yaxın olduğunu bildirmişdir. Bu bir ay müddətində Sərvərlə görüşlərin birində çayxanada kənarda əyləşən, sonradan tanıdığı Qəşəm Babayevin əyləşdikləri masaya yaxınlaşmış və Sərvərlə görüşmüşdür. Bu zaman Sərvər həmin şəxsi ona və Nərimana təqdim edib həmin şəxsin adının Qəşəm olduğunu və onun yaxın dostu olduğunu bildirmişdir. Qəşəm də onlarla görüşəndən sonra çıxıb getmişdir. Bundan sonrakı görüşlərdə o, Qəşəmin başqa masada əyləşib başqa şəxslərlə çay içdiyini müşahidə etmişdir. Təxminən 3-4 ay keçəndən sonra yay ayında günlərin birində Sərvər artıq məsələnin həll olunduğunu bildirib, qalan 150.000 manat pulu da verməsini Nərimandan tələb etmiş, lakin ilk olaraq Nəriman razılaşmayıb lazım olan məhkəmə qərarını gönnədən həmin pulu verməyəcəyini bildirmişdir. Bir müddətdən sonra Sərvər Nərimanla əlaqə saxlayıb artıq qərarın hazır olma ərəfəsində olduğunu bildirib onu dərhal Azərbaycana gəlməsini tələb etmiş, Nəriman da Azərbaycana gəlmiş və bu dəfə də o, Nərimanla birlikdə yuxarıda qeyd etdiyi həmişə görüşdükləri çayxanada Sərvərlə görüşmüşlər. Görüş zamanı Sərvər artıq Konstitusiya Məhkəməsində işin öz həllini tapıdığmı və buna görə də 150.000 manat pulun verilməli olduğunu bildirmiş, Nəriman da onunla razılaşmış və bir gün sonra Nəriman onunla əlaqə saxlayıb "xxxx" ASC-nin «Neftçilər» filialından öz hesabından 150.000 manat götürdüyünü və Sərvərlə görüşüb ona verməli olduğunu bildirmişdir. O da Nərimanla görüşüb yenə həmişəki kimi «H.Cavid» Parkındakı «Yaşıl çayxana»da Sərvərlə görüşmüş, bir qədər söhbətdən sonra Nərimanla Sərvər masadan qalxıb Vergilər Nazirliyi istiqamətində Sərvərin maşınına tərəf piyada getmiş, Nəriman maşından pulu götürüb Sərvərə vermiş, bundan sonra Sərvər də birbaşa maşına əyləşib çıxıb getmişdir. Bundan sonrakı hər gün Sərvər bu gün-sabah deyərək müxtəlif bəhanələr gətirməyə başlamışdır. Bu müddət ərzində mən dəfələrlə Sərvərlə görüşüb söhbətlər etmiş və iş barəsində maraqlanmışdır. Aradan uzun müddət keçəndən sonra təxminən 2018-ci ilin may ayında Sərvər bu dəfə guya Konstitusiya Məhkəməsinin Nərimanın lehinə qərar qəbul etdiyini, lakin həmin qərarın Məhkəmə Hüquq Şurasında təsdiq edilməli olduğunu bildirib bunun üçün əlavə olaraq 30.000 manat pul lazım olduğunu bildirmişdir. Buna görə də o və Nəriman yenə də Yasamal rayonu, H.Cavid prospektindəki «H.Cavid» Parkındakı «Yaşıl çayxana»da Sərvərlə görüşmüş, söhbət zamanı Nəriman qərarı görməyəcəyi təqdirdə pul verməyəcəyini bildirəndə Sərvər həftənin 1-ci günü qərarın hazır olacağını bildirmiş, Nəriman da həftənin 1-ci günü pulun hazır olacağını bildirib şəxsi işilə əlaqədar Nabrana getmişdir. Həftənin bazar günü Sərvər onunla əlaqə saxlayıb dərhal 150.000 manat pulun ertəsi gün çatdırılmalı olduğunu, guya işi həll edən şəxsin pulu təcili istədiyini bildirib ondan Nərimanla əlaqə saxlamasım və dərhal görüşməyi təklif etmişdir. O da zəng edib bu barədə Nərimana bildirmiş, sonuncu da Sərvərin təklifini qəbul etmiş və Nabrandan geri qayıtmışdır. Həmin gün yenə də Yasamal rayonu «H.Cavid» parkındakı «Yaşıl çayxana»da Sərvərlə görüşmüş və Nəriman 30.000 manat pulu Sərvərə vermişdir. Bundan sonrakı günlər bu dəfə Sərvər Məhkəmə Hüquq Şurasının qərarı təsdiqlənməsinin yubandığını əsas gətirərək vaxtı uzatmağa başlamışdır. Bir müddət sonraNəriman Rusiya Federasiyasına qayıtmış və oradan Sərvərlə əlaqə saxlayıb işin nə yerdə olması ilə maraqlanmışdır. Bir müddət sonra Nərimana Konstitusiya Məhkəməsindən müraciətinin icraata qəbul edilməməsi barədə məktub daxil olduqdan sonra sonııncu Sərvərlə əlaqə saxlayıb bunun nə məsələ olduğunu soruşanda Sərvər yenidən birinci insitansiyasında, yəni Nərimanov Rayon Məhkəməsində iddia qaldıracağını bildirib Nərimandan ona etibarnamə verməsini və onun adından özünün məhkəmələrdə çıxış edəcəyini təklif etmişdir. Bundan sonra Nəriman da Sərvərə Rusiya Federasiyasından etibarnamə göndərmişdir. Bir müddət sonra Nəriman Azərbaycana qayıtmış və sonuncu Nərimanov Rayon Məhkəməsində Sərvərin verdiyi iddia ilə tanış olanda mənasız olaraq eyni əsasla, eyni predmet üzrə iddia qaldırıldığım öyrənmiş, bunun nəticəsiz və faydasız olacağını görüb Sərvərdən 230.000 manat pulunu geri qaytarmasını tələb etmiş, sonuncu da bu gün-sabah deyərək pulu qaytaracağını yalan vəd etməyə başlamışdır (cild 1, iş vərəqi 14- 18). İş materiallarında olan xx.xx.2021-ci il tarixli baxış protokolundan görünür ki, "xxxx" MMCnin xx.xx.2021-ci il tarixli 5073 nömrəli müşaiyət məktubu ilə əldə edilmiş bir ədəd CD diskdəki Zərərçəkmiş şəxs1 istifadəsində olan 050 320-36-97, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 istifadəsində olan 050 442-03-00, Təqsirləndirilən şəxs3 istifadəsində olan 050 532-43-48, Təqsirləndirilən şəxs4 istifadəsində olan 050 312-12-44, şahidlər Şahid3 istifadəsində olan 050 ***- **-** və Şahid1 istifadəsində olmuş 050 ***-**-** saylı «Azərcell» mobil rabitə şəbəkəsinə məxsus telefon nömrələr ilə ötürülən məlumatlara baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Şahid1 istifadəsində olan 050 ***-**-** nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan 050 ***- **-** nömrəyə ilk dəfə xx.xx.2011-ci il tarixdə saat 17:03-də zəng etmiş, həmin gün saat 21:08-də Zərərçəkmiş şəxs1 istifadəsində olan 050 ***-**-** nömrəsindən zəng edərək Təqsirləndirilən şəxs2 ilə əlaqə yaratmışdır. Bundan sonrakı tarixlərdə Şahid1 və Zərərçəkmiş şəxs1 mütəmadi olaraq Təqsirləndirilən şəxs2 ilə əlaqə saxlamış, həmçinin Şahid1 və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 ilə əlaqə saxladığı vaxtlarda paralel olaraq Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4la əlaqə yaratmışdır. Təqsirləndirilən şəxs4 istifadəsində olan 050 ***-**-** nömrə ilə ilk dəfə xx.xx.2011-ci il tarixdə saat 12:41-də Şahid3 istifadəsində olan 050 ***-**-** nömrə ilə əlaqə saxlamış və bundan sonra əlaqələr mütəmadi xarakter almışdır. Təqsirləndirilən şəxs2 istifadəsində olan 050 ***-**-** nömrə ilə Şahid3 istifadəsində olan 050 ***-**-** nömrə arasında ilk dəfə əlaqə xx.xx.2011-ci il tarixdə olmuş və bundan sonrakı tarixlərdə əlaqələr mütəmadi xarakter daşımışdır. Nömrələrlə otürülmüş «sms» yazışmalarına baxış keçirilərkən müəyyən edilmişdir ki, Şahid1 xx.xx.2011-ci il tarixdə saat 15:42-də Zərərçəkmiş şəxs1 «men size miqdarın bildirecem siz hazirliqinizi mueyyen qeder her ehtimala qarsi yuksek seviyede hazir ol» məzmunlu sms göndərmişdir (cild 5, iş vərəqi 150-192). Cinayət işində olan Bakı şəhəri, 43 saylı Notariat kontorunda təsdiq edilmiş 27 aprel 2011-ci il tarixli etibarnamədən görünür ki, Zərərçəkmiş şəxs1 dövlət orqanlarında, idarə və təşkilatlarında təmsil olunması üçün X1 6 ay müddətində etibarnamə vermişdir (cild 3, iş vərəqi 119). İş materiallarında olan üzləşdirmə protokollarından görünür ki, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs1 arasında aparılmış həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs3 sərbəst ifadəsində qeyd etdiyi halları Təqsirləndirilən şəxs1 üzünə qarşı deməklə bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 130-132, 227-238). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 03 oktyabr və 05 oktyabr 2020-ci il tarixli protokollarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində olan cinayət işi üzrə vurduğu maddi ziyanın 2.000 (iki min) manat hissəsini 03 oktyabr 2020-ci il tarixdə istintaq orqanına təqdim etmiş və həmin məbləğ 05 oktyabr 2020-ci il tarixdə zərərçəkmiş şəxs Dilrubə İsyevanın nümayəndəsi X3 verilmişdir (cild 3, iş vərəqi 31-32). Cinayət işinə əlavə edilmiş xx.xx.2019-cu il tarixli protokolun surətindən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 5.000 (beş min) manatın ödənilməsi məqsədilə həmin məbləğdə pulu istintaqa təqdim etmişdir (cild 2, iş vərəqi 60). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2013-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CPM-nin 153.4, 161.0.14 və 162.5.1-ci maddələrinin tələblərinə uyğun olaraq protokol tərtib edilməklə həmin tarixdə həbsdən azad edilmişdir (cild 4, iş vərəqi 246). Bakı şəhəri, 23 saylı Notariat ofisi tərəfindən təsdiq edilmiş Zərərçəkmiş şəxs3 xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş maddi ziyan tam həcmdə ödənildiyindən ona qarşı heç bir iddiası, tələbi və şikayəti yoxdur (cild 5, iş vərəqi 201). Zərərçəkmiş şəxs3 nümayəndəsi X2 məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs3 dəymiş maddi zərər Təqsirləndirilən şəxs1 tərəfindən ödənildiyi üçün ona qarşı şikayətləri yoxdur. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 məhkəməyə xx.xx.2021-ci il tarixli mülki iddia təqdim edərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada 230.000 (iki yüz otuz min) manat pul vəsaitinin alınıb ona verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli mülki iddiaya əlavənin məzmunundan məlum olur ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada 230.000 (iki yüz otuz min) manat və 20.000 (iyirmi min) ABŞ dolları pul vəsaitinin alınıb ona verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 məhkəməyə mülki iddia ərizəsi təqdim edərək, cavabdeh Təqsirləndirilən şəxs1 maddi ziyana görə 230.000 (iki yüz otuz min) manat, mənəvi ziyana görə 30.000 (otuz min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Cinayət işinə əlavə olunmuş 20 iyun 2022-ci il və 15 mart 2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tərəfindən ona vurulmuş maddi ziyanın tam olaraq ödənildiyini, onlarla barışdığını, onlara qarşı heç bir şikayəti, iddiası və tələbi qalmadığını, gələcəkdə də olmayacağını bildirib, cinayət işinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü iləAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, şərti maliyyə vahidinin 5.000 (beş min) misli, yəni 5.500 (beş min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həbsdə və ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla təyin edilmiş cəzası qəti olaraq 06 (altı) il 04 (dörd) ay 06 (altı) gün müəyyənləşdirilmiş, barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq olunmaqla müəyyən edilmiş 3 (üç) il şərti sınaq müddəti xx.xx.2015-ci il tarixdə başa çatmış, xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, xx.xx.2013-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 153.4, 161.0.1.4, 162.5.1-ci maddələrinin tələblərinə uyğun olaraq həbsdə saxlama müddəti başa çatdığına görə protokola əsasən həbsdən azad olunmuşdur (cild 1, iş vərəqi 103-105, cild 2, iş vərəqi 85-89, cild 4, iş vərəqi 26-42, 87). Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnamələrinə əsasən, idarənin məlumat bazasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 məhkumluqları barədə məlumat yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək, onun zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 aldatmaq və pullarını ələ keçirmək niyyətinin olmadığını, məqsədinin müraciət edən həmin şəxslərə kömək etmək olduğunu, lakin işlərin gedişi səbəbindən ona da söz vermiş şəxslərin vədlərinə əməl etmədiklərini, buna görə də işlərin yubandığını, sonradan Zərərçəkmiş şəxs3 ziyanını ödədiyini, Zərərçəkmiş şəxs1 da ziyanının özünə düşən hissəsini ödəyərək barışıq əldə etdiyini, həmçinin Zərərçəkmiş şəxs2 də pulunun bir qismini ödədiyini, sonuncu ilə bu məhkəmənin sonuna qədər barışıq əldə etməyə çalışacağını bildirib öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası iş üzrə toplanmış və hökmdə sadalanan çoxsaylı sübutlarla təkzib olunduğuna görə belə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmədə gətirdiyi həmin dəlillər onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 törətdikləri əməllərindən peşman olduqlarını bildirərək, öz müdafiəsi üçün dəlillər gətirmədi. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzaların onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın qismən ödənilməsi Təqsirləndirilən şəxs1 münasibətdə cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, 59.1.13-cü maddəsinə uyğun olaraq, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, həmçinin lk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə əməlindən peşman olmaları təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmədə adları çəkilən təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası hesab edir ki, CM-nin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların olması və cəzanı ağırlaşdıran halların olmaması təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə 12 dekabr 2012-ci il tarixdən 08 dekabr 2013-cü il tarixədək 11 (on bir) ay 26 (iyirmi altı) gün həbsdə saxlanılmış, həbsdə saxlama müddətinin başa çatması ilə əlaqədar 08 dekabr 2013-cü il tarixdə həbsdən azad edilmiş və iş üzrə icraat dayandırılmışdır. 28 aprel 2021-ci il tarixdə iş üzrə icraat təzələnmiş və 29 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 29 aprel 2021-ci il tarixdə, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 isə 30 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin tarixlərdə barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmənin hazırlıq iclasının qərarı əsasında təqsirləndirilən şəxslərin barəsində seçilmiş qətimkan tədbirləri dəyişdirilmədən saxlanılmışdır. Lakin məhkəmə baxışı zamanı dəfələrlə üzrsüz səbəblərdən məhkəmə iclaslarına gəlməyərək qətimkan tədbirinin şərtlərini pozan Təqsirləndirilən şəxs1 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2023-cü il tarixli qərarı ilə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan edilmişdir. 10 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 axtarış tədbirləri nəticəsində tutulmuş və Bakı İstintaq təcridxanasına yerləşdirilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə 12 dekabr 2012-ci il tarixdən 08 dekabr 2013-cü il tarixədək həbsdə saxlanıldığı 11 (on bir) ay 26 (iyirmi altı) gün ona təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılmalı, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 10 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 şəxsiyyətini, onların zərərçəkmiş şəxslə barışıq əldə etmələrini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəmələrini və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmaqla əməlindən səmimi peşman olmalarını nəzərə alaraq, onların cəza çəkmədən də islah oluna biləcəyini mümkün hesab edir. Bu səbəbdən, məhkəmə kollegiyası adları çəkilən təqsirləndirilən şəxslər barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsini, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunmaqla onun şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 üzərinə həmçinin vəzifələr qoyulmalı və həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən onların üzərində nəzarət müvafiq dövlət orqanlarına həvalə olunmalıdır. Sınaq müddətlərinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarının 2-ci bəndində nəzərdə tutulan “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarında dəyişiklik edilmiş və həmin dəyişikliyə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinin tələbinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəaya əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə maddi sübutlar – telefon məlumatlarının əks olunduğu 4 ədəd disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə məhkəməyə mülki iddia ərizəsi təqdim edərək, Təqsirləndirilən şəxs1 maddi ziyana görə 230.000 (iki yüz otuz min) manat, mənəvi ziyana görə 30.000 (otuz min) manat və dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaitinin tutularaq zərərçəkmiş şəxsə ödənilməsini xahiş etmişdir. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li qərarının 38-ci bəndində məhkəmələrə tövsiyyə edilir ki, dələduzluğun törədilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi ilə bağlı zərərçəkmiş şəxs cinayət təqibi mərhələsində CPM-nin 179-183-cü maddələrinin tələblərinə əməl etməklə mülki iddia verdikdə, həmin iddialara cinayət işi ilə birlikdə baxılmalıdır. Qeyd olunan mülki iddia ilə bağlı məhkəmə kollegiyası belə hesab edir ki, zərərçəkmiş şəxsin vurulmuş maddi və mənəvi ziyanın ödənilməsinə dair mülki iddiası qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əsasən zərərçəkmiş şəxs Azərbaycan Respublikası CPM-nin 179- 183-cü maddələrinin tələblərinə əməl etməklə cinayət təqibi mərhələsində mülki iddia qaldırmış və həmin mülki iddia ilə bağlı müvafiq dövlət rüsumunu ödəmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 qarşı külli miqdarda, yəni 230.000 manat maddi ziyan vurmaqla dələduzluq etməsi faktı öz təsdiqini tapmışdır. Məhkəmədə həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyanın bir qismi, yəni 15.000 manatı ödənilmiş, yerdə qalan 215.000 manat isə ödənilməmiş qalmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi tərəfindən mənəvi ziyana görə 30.000 (otuz min) manat məbləğində mülki iddianı təsdiq edəcək hər hansı sübut təqdim edilmədi. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 qarşı qaldırdığı mülki iddia qismən təmin edilməli, vurulmuş maddi ziyana görə Təqsirləndirilən şəxs1 215.000 (iki yüz on beş min) manat və dövlət rüsumu kimi ödəniləmiş 30 (otuz) manat, ümumilikdə 215.030 (iki yüz on beş min otuz) manat pul vəsaiti tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 qaytarılmalıdır. Qalan hissədə mülki iddia təmin edilməməlidir. Həmçinin, məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qarşı müştərək qaydada 230.000 (iki yüz otuz min) manat və 20.000 (iyirmi min) ABŞ dolları pul vəsaitinin alınması barədə mülki iddia qaldırmış, lakin məhkəmə baxışı zamanı ona vurulmuş maddi ziyanın Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tərəfindən könüllü olaraq tamamilə ödənildiyini, təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı iddia tələbi və şikayəti qalmadığını, gələcəkdə də təqsirləndirilən şəxslərə qarşı heç bir tələbi olmayacağını, cinayət işinə xitam verilməsini bildirərək, bu barədə notarial qaydada təsdiq olunmuş yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası CPM-nin 186-cı maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qarşı mülki iddiadan imtinası qəbul edilməli, cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməlidir. Cinayət işi üzrə məhkəmə məsrəflərinin müəyyən edilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İbtidai araşdırma zamanı 12 dekabr 2012-ci il tarixdən 08 dekabr 2013-cü il tarixədək həbsdə saxlanıldığı 11 (on bir) ay 26 (iyirmi altı) gün ona təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 7 (yeddi) il 4 (dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 10 iyun 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 barəsində şərti məhkumetmə tətbiq edilsin və ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti hesab olunsun. Sınaq müddəti ərzində hökmün icrasını həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində hökmün icrasına nəzarət qeydiyyatda olduğu ərazi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilniş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 barəsində şərti məhkumetmə tətbiq edilsin və ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti hesab olunsun. Sınaq müddəti ərzində hökmün icrasını həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində hökmün icrasına nəzarət qeydiyyatda olduğu ərazi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilniş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs4 barəsində şərti məhkumetmə tətbiq edilsin və ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti hesab olunsun. Sınaq müddəti ərzində hökmün icrasını həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində hökmün icrasına nəzarət qeydiyyatda olduğu ərazi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs4 barəsində seçilniş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işinin materiallarına əlavə edilmiş telefon məlumatlarının əks olunduğu dörd ədəd CD disk iş materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 qarşı qaldırdığı mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs1 vurulmuş maddi ziyana görə 215.000 (iki yüz on beş min) manat və dövlət rüsumu kimi ödəniləmiş 30 (otuz) manat, ümumilikdə 215.030 (iki yüz on beş min otuz) manat pul vəsaiti tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilsin. Qalan hissədə mülki iddia təmin edilməsin. Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qarşı mülki iddiadan imtinası qəbul edilsin və cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilsin. Cinayət işi üzrə məhkəmə məsrəflərinin müəyyən edilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar