Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-63/2024 30.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X30 Nüsrət oğlunun sədrliyi, hakimlər X25 və X4 ibarət tərkibdə, Hüseynova Dürdanə Mahir qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi4, “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkum olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2,3, 180.2.4, 234.4.3, 235.4.2-ci maddələri xx.xx.1990-cı il tarixdə Ağsu rayonu, Ülgüçlü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkum olmayan, barəsində həbs qətimkan tədbiri seçilənədək Ağsu rayonu, Ülgüçlü kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.3-cü maddələri xx.xx.1993-cü il tarixdə Lənkəran rayonu, Port- İliç şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkum olmayan, barəsində həbs qətimkan tədbiri seçilənədək ünvan 4 ünvanında qeydiyyatda olmaqla ünvan 5 blok, otaq 20-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2,3, 180.2.4, 234.4.3 və 235.4.2-ci maddələri ilə irəli sürülmüş ittihama görə o, təqsirləndirilir ondan ötrü ki, özgənin əmlakını talama məqsədi ilə qohumu Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayətin törədilməsinə yönələn niyyətlə 09 noyabr 2021-ci il tarixdə saat 22:15-də Zərərçəkmiş şəxs1 kirayədə yaşadığı ünvan 6 ünvanda yerləşən mənzilin qapısını açaraq qanunsuz olaraq yaşayış sahəsinə daxil olub oradan sonuncuya məxsus bir ədəd üzərində 3 manat qiymətində ***-***-**-** saylı nömrə olan 250 manat dəyərində "Xiaomi" markalı, ‘M2010J19CG (POCO M3)" modeli 128 GB yaddaş telefon aparatını və içərisində 23 manat pul olan 10 manat qiymətində '"xxxx" ASC tərəfindən verilmiş “Birkart Umico" plastik karlı götürmüş, həmin vaxt evdə olan Zərərçəkmiş şəxs2 ondan getmələrini xahiş etdikdə iki dəfə sillə ilə onu vuraraq sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmiş, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 isə mənzili axtardıqdan sonra bir ədəd 150 manat qiymətində ‘"İphone 5S” modelli mobil telefon, bir ədəd üzərində 6 manat qiymətində ***-***-**-** saylı nömrə olan 200 manat qiymətində "Samsung markalı A30" modelli telefon aparatını açıq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 619 (altı yüz on doqquz) manat məbləğdə maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Bundan başqa, o, külli miqdarda narkotik vasitələri talama məqsədilə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi tanıdığı X2 yaşadığı mənzildə narkotik maddələr olmasını əvvəlcədən bilərək 09 noyabr 2021-ci il tarixdə saat 22:15 dəqiqədə onun kirayə yaşadığı ünvan 6 ünvanda yerləşən mənzilin qapısını açaraq içəri daxil olub masanın üzərində olan bir ədəd bükümdə təmiz çəkisi 5,140 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini talayaraq ələ keçirmişdir. Bundan başqa, o, taladığı təmiz çəkisi 5.140 qram külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 19 noyabr 2021-ci il tarixdə saat 13 radələrində Bakı Metropolitenin Xətai rayonu ərazisində yerləşən “Əhmədli" stansiyası yaxınlığında saxlanılıb ünvan 7 ünvanda yerləşən Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasına gətirilərək orada videoçək il işdən istifadə etməklə müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən külli mqidarda bir ədəd bükümdə təmiz çəkisi 5,140 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayətin törədilməsinə yönələn niyyətlə 09 noyabr 2021-ci il tarixdə saat 22:15 dəqiqədə Zərərçəkmiş şəxs1 kirayədə yaşadığı ünvan 6 ünvanda ycıiəşən mənzilin qapısını açaraq qanunsuz olaraq yaşayış sahəsinə daxil olub Təqsirləndirilən şəxs2 oradan sonuncuya məxsus bir ədəd üzərində 3 manat qiymətində 050-301-42-5(5 saylı nömrə olan 250 manat qiymətində "Xiaomi” markalı, "M2010J19CG (POCO M3)" modelli 128 GB yaddaşiı telefon aparatını və içərisində 23 manat pul olan 10 manat qiymətində "Kapital Bank” ASC tərəfindən verilmiş “Birkart Umico" plastik kartı götürmüş, həmin vaxt evdə olan Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 getmələrini xahiş etdikdə iki dəfə sillə ilə onu vuraraq sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmiş, o və Təqsirləndirilən şəxs1 isə mənzili axtardıqdan sonra bir ədəd 150 manat qiymətində "İphone 5S” modelli mobil telefon, bir ədəd üzərində 6 manat qiymətində ***-***-**-** saylı nömrə olan 200 manat qiymətində "Samsung" markalı, "A 30" modelli telefon aparatını açıq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 619 (altı yüz on doqquz) manat məbləğdə maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını talama məqsədi ilə qohumu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayətin törədilməsinə yönələn niyyətlə 09 noyabr 2021-ci il tarixdə saat 22:15 dəqiqədə Zərərçəkmiş şəxs1 kirayədə yaşadığı ünvan 6 ünvanda yerləşən mənzilin qapısını açaraq qanunsuz olaraq yaşayış sahəsinə daxil olmuşlar. Təqsirləndirilən şəxs2 oradan sonuncuya məxsus bir ədəd üzərində 3 manat qiymətində ***-***-**-** saylı nömrə olan 250 manat qiymətində "Xiaomi” markalı, “M2010J19CG (POCO M3)" modelli, 128 GB yaddaşlı telefon aparatını və içərisində 23 manat pul olan 10 manat qiymətində "xxxx" ASC tərəfindən verilmiş “Birkart Umico” plastik karlı götürmüş, həmin vaxt evdə olan Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 getmələrini xahiş etdikdə iki dəfə sillə ilə onu vuraraq sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmiş, o və Təqsirləndirilən şəxs3 isə mənzili axtardıqdan sonra bir ədəd 150 manat qiymətində “İphone” 5S modelli mobil telefon, bir ədəd üzərində 6 manat qiymətində ***-***-**-** saylı nömrə olan 200 manat qiymətində "Samsung” markalı "A30" modelli telefon aparatını açıq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 619 (altı yüz on doqquz) manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2,3, 180.2.4, 234.4.3 və 235.4.2-ci maddələri ilə elan ona edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadələrində göstərdi ki, polis əməkdaşları tərəfindən saxlanılaraq Xətai RPİ-nin 34-cü Polis bölməsinə aparılmışdır. Üzərindən çıxan əşyalar video çəkiliş zamanı müəyyən olunmuş, lakin üzərindən olan mobil telefon videçəkilişdə aşkarlanmamış, həmçinin müstəntiqə verilməmişdir. Telefonu 10 gün bölmədə qaldıqdan sonra anası bölmədən götürmüşdür. Barəsində əvvəlcə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə cinayət işinin açılmış, əməli sonradan həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. Zərərçəkmiş şəxs Amilin evində 2 qram narkotik vasitə olmuş və sonuncu həmin narkotik vasitəni istifadə etməsin deyə onlar, yəni o, Rahim və Kamran narkotik vasitələri suya tökmüşlər. Amili çoxdan tanımış, dəfələrlə evinə gedib-gəlmiş, həmçinin Amilin qardaşı ilə də münasibəti olmuşdur. Amilin qardaşı sonuncuya narkotik vasitələrdən istifadə etməsinə icazə verməməsini tapşırmışdır. O da Amilə narkotik vasitələrdən uzaq durmağı tapşırmış, sonuncuda olan narkotik vasitələri suya tökmüşdür. Amilin evindən narkotik vasitə götürməmişdir. Daha sonra Xətai RPİ-nin 34-cü PB-ə aparılaraq həmin bölmədə zorla boynuna narkotik vasitə qoyulmuşdur. İş üzrə zərərçəkmiş şəxs X34 Nazirliyinin 102 xidmətinə zəng vuraraq evindən qızıl-zinət əşyaları və pulların oğurlanması barədə məlumat vermişdir. Lakin aparılan araşdırmalar nəticəsində Səmanın evindən qızıl-zinət əşyaları və pulların oğurlanmadığı müəyyən edildikdən sonra Xətai RPİ-nin 34-cü PB-də zorla onun üzərinə narkotik vasitə qoyulduğunu bildirmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı fərqli izahat verərək DİN-in 102 xidmətinə zəng edərkən təzyiq altında olduğunu bildirmişdir. Lakin Səma DİNin 102 xidmətinə zəng edərkən heç kəs Səmaya təzyiq göstərməmişdir. Səma evində narkotik vasitə olduğunu bildirə bilmədiyi üçün evdən qızıl-zinət əşyalarının oğurlandığını demişdir. Daha sonra evdən qızıl-zinət əşyaları və pul oğurlanmadığını görüb ona CM-nin 234.4.3-cü maddəsilə ittiham irəli sürüldüyünü bildirmişdir. Təqsirləndirilən şəxs2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Amil narkotik vasitə istifadə etməsin deyə narkotik vasitələri suya atmışdır. Amil narkotik vasitə ala bilməsin deyə telefonunu ona vermiş, Amilin evindən telefon oğurlamamışdır. O, narkotik vasitə istifadəçisi olmamış, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmamışdır. Amilin evinə Kamran və Rahimlə birlikdə getmiş, evin qapısı açıq olduğu üçün ora daxil olmuşlar. Amilin evindən şəxsi istifadəsi üçün narkotik vasitə götürməmişdir. Narkotik vasitəni suya tökərkən Amil heç bir etiraz etməmişdir. Hadisədən 1 həftə sonra noyabr ayının 19-da saat 09:00-11:00 radələrində Hövsanda olarkən saxlanılmış və 34-cü polis şöbəsinə gətirilmişdir. Amilin evində ittiham aktında qeyd edilən sayda, yəni 03 ədəd mobil telefon olmamışdır. O, ibtidai istintaq zamanı təzyiq altında ifadə verdiyini bildirərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etməmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı elan edilərək araşdırılmış ibtidadi istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, bir neçə ay narkotik vasitənin “şüşə" kimi tanıdığı növündən istifadə etmişdir. Narkotik vasitəni inyeksiya yolu ilə qəbul etmişdir. Bir neçə ay əvvəl X5 ilə tanış olmuş, sonuncu da narkotik vasitə istifadəçisidir. Amil Rüstəmov saç kəsməklə məşğul olur. 09 noyabr 2021-ci il tarixdə axşam saatlarında narkotik vasitə lazım olmuş, mütamadi olaraq narkotik vasitə istifadə etmişdir. Bunun üçün də Amilin yaşadığı evə getmək qərarına gəlmişlər. Belə ki, Amil narkotik vasitə satmaqla məşğul olur. Eyni zamanda Amildən bir dəfə pulla narkotik vasitə almışdır. Amilin yaşadığı ev Bakı şəhəri, Xətai rayonu ərazisində ünvanını dəqiq bilmədiyi yerdə yerləşir. Amil həmin evdə kirayə yaşayır. Lakin Amilin kiminlə yaşamasını bilməmişdir. Bundan sonra xalası oğlu Təqsirləndirilən şəxs1 ilə tanıdığı Təqsirləndirilən şəxs3 yaşadığı evə getmişlər. Kamranı səsləyib çağırmışdır. Kamran Amil adlı şəxsin narkotik vasitə sataraq insanları zəhərlədiyi üçün sonuncu ilə danışmaq lazım olduğunu bildirmişdir. Həmin ifadələri xalası oğlu Rahimə də bildirmişdir. Bundan sonra onlar hər üçü Amilin yaşadığı evin qarşısına gəlmişlər. Evin qapısına yaxınlaşıb əli ilə itələmiş, lakin qapı bağlı olmuşdur. Evin daş hasarından həyətə düşüb qapını açmış və Kamranla Rahim içəri daxil olmuşlar. Evin qapısını itələdikdə qapı açılmış, çünki qapı açıq olmuşdur. Evə daxil olduqda Amilin bir nəfər qadın ilə narkotik vasitə istifadə etməsini görmüşdür. Belə ki, Amil və qadın çarpayıda uzanıqlı olmuş və qarşılarında qablaşdırılmış şəkildə çoxsayda bükümlər olmuşdur. Məlum olmuşdur ki, bükümlərdə narkotik vasitə vardır. Amildən qadının kim olmasını soruşmuş, o da tanışı olmasını bildirmişdir. Bilmişdir ki, Amil narkotikləri satmaq üçün yanında olan qadınla qablaşdırır. Amilə narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün iki dəfə şillə ilə vurmuşdur. Amil və qadın narkotik vasitənin təsiri alında olmuşlar. Çarpayıda üç ədəd telefon da olmuş, bükümləri və telefonlardan birini götürmüşdür. Kamran və Rahim isə digər telefonları, yəni hər biri bir telefon götürmüşdür. Həmin vaxt evdə çarpayının üzərində kart olmasını görmüşdür. Həmin kartı götürüb Amildən kimə məxsus olduğunu soruşmuş, o da yanında olan qadının kartı olduğunu demişdir. Amilin yanında olan qadından kartın kodunu istəmiş, o da kartın kodunu demişdir. Bundan sonra onlar evdən küçəyə çıxmışlar. Yolla gələn zaman mobil telefonların yalnız birinin işlək olmasını müəyyən etmişlər. Belə ki, Kamran və Rahim götürdüyü telefonlar işləməmişdir. Ona görə də, həmin telefonları xatırlamadığı yerdə atmışlar. Götürdüyü telefon isə işlək və üzərində nömrə olmuşdur. Həmin nömrəni çıxarıb sındırıb atmışdır. Telefonların markasını isə xatırlamır. Evdən götürdüyü bükümlərə baxdıqda 14 ədədinin “şüşə” kimi tanıdığı narkotik maddə, bir bükümdə isə “kakos" kimi tanıdığı narkotik maddə olmuş, “şüşə" kimi tanıdığı narkotik maddələri yolda suya tökmüşdür. “Kakos" kimi tanıdığı narkotik vasitəni isə özü ilə götürmüşdür. Sonra isə onlardan ayrılıb getmişdir. Həmin günü Qara Qarayevə gəlmiş və metronun yaxınlığında olan “Kapitalbank”a məxsus bankomatdan istifadə edərək kartdan pul çıxarmaq istəmiş, kartda 23 manat pul olmuş, lakin kartdan pul çıxarmamışdır. Buna görə də, kartı yerə atmışdır. Səhəri gün mobil telefonu “Neftçilər" stansiyası yaxınlığında yerləşən lombardda özünə məxsus olmasını bildirməklə 100 manata girov qoymuşdur. Həmin lombardı tanıyır və göstərmişdir. Əldə etdiyi pulu isə öz şəxsi məqsədləri üçün xərcləmişdir. xx.xx.2021-ci il tarixdə günorta saatlarında yaşadığı evdən çıxaraq Bakı Metropolitenin Xətai rayonu ərazisində olan "Əhmədli" stansiyası yaxınlığına gəlmişdir. Həmin vaxt narkotik vasitə də üzərində olmuşdur. Saat 13:00 radələrində metronun yaxınlığında dayanıb gözləyən zaman iki nəfər mülki geyimdə olan şəxslər yaxınlaşmışlar. Həmin şəxslər xidməti vəqisələrini göstərib Xətai RPİ-nin 34-cü Polis Bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları Xətai rayonu ərazisində baş vermiş oğurluqda və narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhələndiyini bildirmişlər. Polis əməkdaşları onda özünü təqdim etməyini xahiş etmişlər. Polis əməkdaşlarına özünü təqdim etmişdir. Bundan sonra polis əməkdaşları Xətai RPİ-nin 34-cü PB-nə dəvət etmişlər. Razılaşmış və birlikdə polis şöbəsinə gəlmişlər. Polis bölməsində xidməti otaqların birinə vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmışdır. Üzərində qanunsuz əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etmək təklif olunmuşdur. Bundan sonra əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli sellofan torbaya bükülmüş qəhvəyi rəngli toz halında olan narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Həmin maddənin nə olması barədə sual verilmiş, bu zaman bildirmişdir ki, həmin maddə “kakos" kimi tanıdığı narkotik vasitədir. Polis əməkdaşı tərəfindən narkotik vasitə elektron tərəzidə çəkilmiş və çəkisi 5.83 qram olmuşdur. Həmin maddəni haradan əldə etməyi barədə sual verildikdə həmin maddəni Bakı şəhər, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində adını Amil kimi tanıdığı şəxsin evindən özünün istifadəsi üçün oğurladığını bildirmişdir. Bundan sonra üzərində axtarış aparılmış, lakin qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitələr polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Sonra protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğunu axtarışda iştirak edən şəxslər imza edərək təsdiq etmişlər. O, həmçinin üzərindən aşkar edilmiş narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə etdiyini narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitədən başqa heç bir yerdə hər hansı bir növ narkotik vasitə saxlamamışdır. Narkotik maddələrin istifadəsi, satışı, saxlanılması, əldə edilməsinin və əkilib-becərilməsinin qadağan olunması barədə məlumatı vardır. Üzərimdə narkotik vasitə olmağı və gəzdirməyi barədə heç kimin məlumatı olmamışdır. X5 ilə narkotik vasitə istifadə etməmiş, Amili narkotik vasitə satan şəxs kimi tanımış və sonuncudan bir dəfə pulla narkotik vasitə almışdır. Amil Rüstəmovun narkotik vasitəni haradan almasını bilməmiş və bu barədə maraqlı da olmamışdır. Amilin yaşadığı mənzildə narkotik vasitə olmasını əvvəlcədən bilməmişdir. Lakin Amilin narkotik vasitə satmasını bildiyi üçün onda narkotik vasitə olacağını fikirləşmişdir. Amilin evində ilk dəfə olmuşdur. Amilin yaşadığı mənzilə Kamran və Rahim ilə getmiş, həmin vaxt yanında başqa heç kim olmamış, mənzilə Kamran və Rahim ilə birlikdə icazəsiz daxil olmuş və evdə bir nəfər uca boylu, arıq bədən qruluşlu qadın olmuşdur. Amil həmin qadınla narkotik vasitə istifadə etmişdir. Yalnız Amildən şifahi olaraq pul verməsini tələb etmiş, lakin nə o nə Kamran, nə də ki Rahim Amili və yanında olan qadını vurmamış, onlara xəsarət yetirməmiş, həmin şəxslərə hədə-qorxu gəlməmiş, həmin şəxslərə xəsarət yetirəcəyi ilə də hədələməmiş, pul və qiymətli əşya tələb etməmişlər. Mənzildən yalnız 15 ədəd bükümdə narkotik vasitə və bir ədəd telefon götürmüş, həmin narkotik vasitələrin 14 bükümünü suya tökmüş, bir bükümü isə üzərindən aşkar edilmişdir. Rahim və Kamran isə evdən hər biri bir ədəd telefon götürmüşdür. Bundan sonra heç bir cinayət hadisəsi törətməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs3 məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2,3-cü maddələri ilə elan ona edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Rusiyada böyümüşdür. Rusiyada yaşadığı müddət ərzində bazarda işləmişdir. Atası 2 il əvvəl vəfat etmişdir. Atasının səhhəti pisləşdiyi üçün Rusiyadan Azərbaycana gəlmişdir. Hadisə Azərbaycana gəldikdən təxminən 5-6 ay sonra baş vermişdir. Onun Rafaillə yaxın dostluq münasibəti olmuş, Rahimi yaxından tanımamışdır. 12 il boks idman növü ilə məşğul olmuş, narkotik vasitələrdən uzaq olmuşdur. O, narkotik vasitədən istifadə edən şəxslə dostluq etməyəcəyini, digər təqsirləndirilən şəxs Rahimin 4 qızı olduğu üçün sonuncuya narkotik vasitənin yaraşmadığını bildirmişdir. Rafail onun Azərbaycanda tək dostu olmuşdur. Daha sonra X18 dostu kimi tanımışdır. Amili isə 1-2 dəfə Əhmədlidə görmüş, sonuncu ilə yaxın dostluq münasibətləri olmamışdır. Uzun müddət Rusiyada yaşadığından Azərbaycan Respublikasının qanunvericiliyini yaxşı bilməmiş, lakin Rusiya Fedrasiyasının qanunvericiliyini yaxşı bildiyini, başqasına məxsus evə girməyin cinayət olduğunu bildiyini qeyd etmişdir. Amilin narkotik vasitə istifadəçisi olduğundan xəbərdar olmuşdur. Rahim və Rafail ilə birlikdə Amilin evinə daxil olduqda evin qapısının açıq olmuşdur. Amilin evinə daxil olduqda sonuncunun və başqa bir qadının divanda uzanıb narkotik vasitə istifadə etdiklərini görmüşdür. Rafail Amili yaxından tanıdığı üçün yaxınlaşıb narkotik vasitələrdən uzaq durmasını tapşırmışdır. Amil də Rafailə bu bəladan uzaqlaşa bilmədiyini demişdir. O, həmçinin Rafailin Amilin evindən narkotik vasitə götürmədiyini bildirmişdir. Rafailin narkotik vasitələri Amilin gözü qabağında suya tökdüyünü görmüşdür. Amilin evinə soyğunçuluq məqsədilə girməmişlər. Daha sonra Rafail Amilə narkotik vasitələrdən uzaq durması barədə məsləhətlər vermişdir. O, Amilin narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirmişdir. Amilin narkotik vasitələrin satışını telefon vasitəsilə həyata keçirmişdir. Mobil telefonu Rafailə Amil vermiş, özü isə Amilin evindən heç nə aparmamışdır. Hadisə baş verən günün səhəri Rafaildən Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən saxlanıldığını öyrənmişdir. Daha sonra o, əlinin bütün sinirləri kəsildiyi üçün xəstəxanaya getmiş, əməliyyat olmuşdur. 1 ay xəstəxanada yatdıqdan sonra barmaqları işləmədiyi üçün Qara Qarayevdə massaj salonunda qeydiyyatdan keçmişdir. Bir müddət sonra evində saxlanılaraq polis bölməsinə aparılmışdır. Amilə məxsus telefonun arxasında bank kartının olduğunu həbs edildikdən sonra bilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2,3-cü maddələri ilə elan ona edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər bir dəfə Amilin evinə getmişdir. Hadisə baş verən gün xalası oğlu Rafailin təklifi ilə Amilin evinə qonaq kimi getmişdir. Qapının açıq olduğunu gördükdən sonra içəri daxil olmuşlar. Amilin həmin evdə tək yaşadığını, qadın cinsindən olan şəxsin yaşamadığını bildirmişdir. Amilin evində daxil olduqda Amil və yanındakı qadının narkotik vasitə istifadə etdiklərini görmüşdür. Bu zaman Amil Rafailə narkotik vasitə istifadə etməyi təklif etmiş, Rafail narkotik vasitə istifadə etmədiyini bilmişdir. O, Səmaya qarşı heç bir fiziki təzyiq etməmiş, onunla heç bir söhbət aparmamışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı elan edilərək araşdırılmış ibtidadi istintaq zamanı vermiş olduğu ifadəsindən göstərmişdir ki, Təqsirləndirilən şəxs2 xalası oğludur. Həbs edilməmişdən əvvəl Rafail ilə görüşüb söhbət etmişlər. 09 noyabr 2021-ci il tarixdə axşam saatlarında Rafail ilə görüşmüş və sonuncu Amil adlı şəxsin, uşaqlara narkotik vasitə satdığı üçün onunla danışmaq lazım olduğunu bildirmişdir. Rafail Amilin yaşadığı evi tanıdığını bildirmiş və onunla oraya getməsini xahiş etmişdir. X37 tək olmayacağını bildirib tanışı Kamranı da oraya aparmağı demişdir. Bundan sonra Rafail və Kamran ilə birlikdə Amil adlı şəxsin yaşadığı evə getmişlər. Rafail Amil haqqında bildirdiklərini Kamrana da demiş və onlar üçü də axşam saat 22:15-də Amilin yaşadığı ı dəqiq bilmədiyi evinin qarşısına gəlmişlər. Rafail qapıya yaxınlaşıb açmaq istəmiş, lakin qapı bağlı olmuşdur. Kamran isə kənarda dayanıb ətrafa baxmışdır. Rafail qapının üzərinə çıxıb həyətə düşmüş və qapını arxadan açmışdır. Kamran içəri daxil olmuş, Rafail mənzilin qapısını əli ilə itələdikdə qapı açılmış, belə ki, qapı bağlı olmamış, mənzilin içərisində işıqları isə yanmışdır. İçəri daxil olduqda bir nəfər cavan oğlan və bir nəfər uca boylu cavan qadın görmüşdür. Həmin şəxslər çarpayıda uzanıb narkotik vasitə istifadə etmişlər. Eyni zamanda çarpayının üzərində çoxsayda bükümlər, telefonlar və plastik kart olmuşdur. Başa düşmüşdür ki, həmin oğlan Amildir və bükümlərdə narkotik vasitə vardır. Rafail həmin oğlana yaxınlaşıb onu iki dəfə şillə ilə üzündən vurmuşdur. Həmin şəxs Rafailə dayanmasını bildirmişdir. Rafail həmin oğlan və qadının narkotik vasitə satmaqla milləti korladığını demişdir. Rafail bir neçə dəqiqə Amili söydükdən sonra çarpayıda olan kartı, bir ədəd telefonu və bükümləri götürmüşdür. Pulu olmadığı üçün telefonun birini sataraq pul əldə etmək fikrinə düşmüşdür. Çarpayıda olan digər telefonu götürmüş, qalan bir ədəd telefonu da Kamran götürmüşdür. Bundan sonra isə hər biri evdən küçəyə çıxmışdır. Yolla gələn zaman Kamran ilə götürdüyü telefonların işlək vəziyyətdə olmamasını aşkar etmişlər. Telefonları sata bilməyəcəkləri üçün yerə atmışlar. Rafailin götürdüyü telefon isə işlək vəziyyətdə olmamışdır. Rafail götürdüyü bükümlərdən birini özündə saxlayıb digərlərini suya tökmüşdür. Sonra isə hər biri ayrılıb çıxıb getmişlər. O, həmçinin içəri daxil olan kimi Amil və Səmanın çarpayıda uzanaraq narkotik vasitə istifadə etdiklərini görmüşlər. Onlar ümumiyyətlə Səma ilə danışmamışdır. Rafail yalnız Amil ilə danışmış və onu iki dəfə şillə vurmuşdur. O və Kamran Amili, istərsə də Səmanı vurmamış, ondan heç nə tələb etməmiş, onlara qarşı hədə-qorxu gəlməmişlər, yalnız Rafail iki dəfə Amili vurmuş, ancaq heç nə tələb etməmişdir. Mənzildən telefonu götürmüşlər ki, sataraq pul əldə edəcəklər, ancaq telefonlardan ikisi, yəni onun və Kamranın götürdüyü telefonlar işlək olmadığına görə alan olmayacağı üçün atmışlar. Həmin mənzilə Amili narkotik vasitə satmasına görə onun qarşısı almaq üçün getmişlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 ittiham olunduğu cinayət əməlini törətməsi özlərinin ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni zərəçəkmiş şəxs, şahidlərin ifadələri, götürmə aparılması haqqında, tanınmaya təqdim etmə haqqında, ifadənin yerində yoxlanılması haqqında protokollar, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə tam təsdiq edilmişdir. Məhkəmə istintaqında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsləri tanıyır, eyni zamanda Rafaillə dostdur. Narkotik vasitə istifadəçisi olmuşdur. Narkotik vasitələrdən istifadə etdiyinə görə Rafail onu bir neçə dəfə danlamış, narkotik vasitələrdən istifadə etməməyi tapşırmışdır. Səma Rafaili tanımamışdır. Narkotik vasitə istifadə edərkən Rafail onu görmüş, narkotik vasitələrdən uzaq durmasını tapşırmışdır. Daha sonra Rafail ona məxsus təxminən 02 qram narkotik vasitəni ayaqyoluna atmışdır. Yaşadığı evin otağında narkotik vasitələrin alışını həyata keçirmək üçün istifadə etdiyi mobil telefonu olmuşdur. Rafail onun razılığı ilə 2 ədəd mobil telefonu götürmüş və ona istədiyi vaxt həmin telefonu qaytara biləcəyini bildirmişdir. Rafail Amil narkotik vasitə almasın deyə otaqda olan 3 ədəd mobil telefonun sonuncuya məxsus olduğunu zənn edərək götürmüşdür. Lakin həmin telefonlardan biri Səmaya məxsus olmuş, digər 2-si isə işlək vəziyyətdə olmamışdır. Bu səbəbdən Səma polisə şikayət etmişdir. O, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ona məxsus mobil telefonu götürmədiklərini bildirmişdir. Rafail ona həmçinin narkotik vasitələrdən uzaq durmasını tapşırmışdır. O, evdən çıxdıqdan sonra Səma DİN-in 102 xidmətinə zəng edərək Rafailgildən şikayətçi olduğunu bildirmişdir. O, həmçinin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində yanlış qeydlərin olduğunu bildirərək Səmaya DİN-in 102 xidmətinə zəng etməsi barədə göstəriş vermədiyini, Səmanın 102-ə zəng etməsindən ümumiyyətlə xəbərinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı elan edilərək araşdırılmış ibtidadi istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, o, ünvan 10 ünvanında yaşayır. Bakı şəhərində daimi yaşayış yeri yoxdur, bundan əvvəl Bakı şəhərində müxtəlif ünvanlarda kirayə yaşamışdır. İki ildən artıqdır ki, narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə etmişdir. Narkotik vasitələri X22 vətəndaşlarından pulla almışdır. Belə ki, İran İslam Respublikası vətəndaşları ilə onlayn vasitəsilə sosial şəbəkələrdə əlaqə yaratmış və deyilən ünvanlardan gedib götürmüşdür. Deyilən ünvana getdikdə isə narkotik maddələrin fotoşəkillərini göndərmişlər. Narkotik vasitəni inyeksiya və doldurma yolu ilə qəbul etmişdir. 4 ay əvvəl internet sosial şəbəkəsində "Peyman" adlı şəxslə tanış olmuşdur. Həmin şəxsin deməsinə görə İran İslam Respublikası vətəndaşıdır. Peyman ilə tanış olduqdan sonra o, bildirmişdir ki, İran İslam Respublikasındadır və narkotik vasitələrin alqı-satqısı ilə məşğul olur. “Peyman" adlı şəxsin deməsinə görə o, Bakı şəhərinə çoxsaylı şəxslərə narkotik vasitə göndərmişdir. Ondan lazım olduqda narkotik vasitə göndərə biləcəyini soruşmuş, o da bildirmişdir ki, pulunu əvvəlcədən deyəcəyi hesaba ödədikdən sonra istənilən qədər müxtəlif növ narkotik vasitə göndərə bilər. 2021-ci ilin ortalarında Zərərçəkmiş şəxs1 ilə tanış olmuş və onunla yaxın münasibəti yaranmışdır. Səma ilə tanış olduqdan sonra onunla birlikdə yaşamağa başlamışlar. Belə ki, Zərərçəkmiş şəxs1 əvvəl evli olmuş, lakin sonradan boşanmış və yaşamağa yeri olmamışdır. Narkotik vasitə istifadə etdiyi üçün Səma ilə yaşadığı evə narkotik vasitə gətirmiş, sonuncu da görmüşdür. Belə ki, narkotik vasitə aldıqdan sonra evə gətirib istifadə etmişdir. Bəzən narkotik vasitədən Səma da istifadə etmişdir. 09 noyabr 2021-ci il tarixdə səhər saatlarında sosial şəbəkədə '‘Peyman” ilə danışan zaman ondan külli miqdarda narkotik maddələr istəmişdir. Peyman hesab nömrəsi deyəcəyini və pul vurduqdan sonra narkotik vasitəni götürəcəyi ünvanı bildirəcəyini demişdir. Bundan sonra Peymanın dediyi xatırlamadığı hesaba 150 manat pul ödəmiş və bu barədə ona xəbər vermişdir. Həmin günü Peymanın deməsi əsasında Bakı Metropolitenin “20 Yanvar” stansiyası yaxınlığına getmişdir. Orada Peymanın dediyi yerdən bir ədəd göy rəngli sellofan torbanı götürmüş və Səma ilə yaşadığı evə gəlmişdir. Narkotik maddələri evdə gizlətmiş və Səma ilə onun rəfiqəsinin evinə gedib-gəlmişlər. Evə gəldikdən sonra o, narkotik maddələri torbadan çıxarmış və qablaşdırmağa başlamışdır. Eyni zamanda Səma ilə narkotik maddələrdən istifadə etmişlər. Narkotik maddələr heroin və metamfetamin olmuşdur, evin küçə qapısını bağlamışlar, mənzilin qapısı isə açıq qalmış, yəni örtülü olsa da arxası bağlı olmamışdır. Axşam saat 22:15-də Səma ilə narkotik vasitə qəbul edən zaman tanıdığı Təqsirləndirilən şəxs2, sonuncunun qohumu Təqsirləndirilən şəxs1 və tanımadığı bir nəfər uca boylu şəxs içəri daxil olmuşlar. Həmin vaxt öyrənmişdir ki, uca boylu şəxs Təqsirləndirilən şəxs3dur. Rafail qadının kim olmasını soruşduqda tanışı olduğunu bildirmişdir. Həmin vaxt qarşısında narkotik maddələr olmuşdur. Rafail iki dəfə şillə ilə üzündən vurmuş və ona narkotik vasitə istifadə etdiyi üçün danlamışdır. Rafail şillə ilə vuran zaman xəsarət almamışdır. Çarpayıda Səmanın yanında üç ədəd telefon da olmuşdur. Rafail ilkin olaraq qarşısında olan bütün narkotik maddələri, sonra isə Səmaya məxsus bir ədəd “Xiaomi” markalı, “M2010J19CG (POC’O M3)" modelli telefon aparatını götürmüşdür. Kamran və Rahim isə digər telefonları, yəni bir ədəd “iPhone” “5S" modelli mobil telefon və “Samsung” markalı "A30" modelli telefonu götürmüşlər. Həmin vaxt evdə çarpayının üzərində Səmaya məxsus kart olmuş, Rafail həmin kartı götürüb kimə məxsus olmasını soruşmuş, sonuncuya kartın Səmaya aid olduğunu bildirmiş, Rafail kartı götürüb Səmadan kodunu soruşmuş, sonuncu da kartın kodunu demişdir. Bundan sonra onlar hər üçü evdən küçəyə çıxmışlar. Həmin şəxslər getdikdən sonra Səmaya demişdir ki, qonşuya gedib Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etsin və evdən telefonlardan əlavə 1.800 manat pul və 1.800 manat dəyərində qızıl-zinət əşyalarının da götürülməsini bildirsin. Səma da dediyini etmişdir. Səma DİN-nin 102 xidmətinə məlumat verdikdən sonra evdən qaçaraq getmişdir. O, ifadəsində daha sonra göstərmişdir ki, hadisə nəticəsində heç bir maddi ziyan dəyməmişdir. Belə ki, evdən ona məxsus yalnız narkotik vasitə heroin və psixotrop maddə metamfetamini Rafail götürümşdür. Kart və telefonlar da Səmaya məxsus olmuşdur. Rafail narkotik maddələri və Səmaya məxsus bir ədəd “Xiaomi” markalı, “M2010J19CG (POCO M3)" modelli telefon, Kamran və Rahim isə diggər telefonları, yəni “İphone” 5S modelli mobil telefon və “Samsung” markalı, “A30” modelli telefonları götürmüşlər. Həmin üç nəfər şəxs onlara qarşı zor tətbiq etməmişlər, yalnız iki dəfə Rafail şillə ilə onu vurmuş, lakin xəsarət almamışdır. Həmin şəxslər Səmanı vurmamışlar, ondan hər hansı bir əşya tələb etməmişlər, ona hədə-qorxu gəlməmişlər və xəsarət də yetirməmişlər. Həmin şəxslər ona hədə-qorxu gəlməmiş, hər hansı bir əmlakımı tələb etməmiş və xəsarət yetirəcəklər ilə də hədələməmişlər. Narkotik vasitələrin satışı ilə məşğul olmamış, ancaq narkotik vasitə istəyən şəxsə pay narkotik vasitə vermişdir. Rafail və digər şəxslər həmin günü evdə narkotik vasitə olmasını əvvəlcədən bilməmişlər, belə ki, onlara narkotik vasitə əldə etməyi barədə məlumat verməmişdir. Kamran və Rahimə heç vaxt narkotik vasitə verməmiş, lakin ola bilər ki, əvvəllər Rafailə narkotik vasitə vermişdir. Səma yalnız narkotik vasitə istifadə etməyini bilmiş, belə ki, onunla yaşadığı üçün narkotik vasitə istifadə etdikdə görmüşdür. Ancaq Səma narkotik vasitəni necə əldə etməyini görməmiş və bilməmişdir. Rafail, Kamran və Rahim evə daxil olduğu və Rafail onu vurduğuna görə onlara əsəbləşmiş, ona görə də, Səmadan xahiş etmişdir ki, şikayətində pul və qızıllarda götürülməsini qeyd etsin. Məhkəmə istintaqında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, əvvəllər Zərərçəkmiş şəxs2 ilə birlikdə yaşamışdır. Hadisə baş verən gün yuxudan təzə oyanmışdı. Yaşadıqları evin qapısı örtülü olsa da, qapının kilidi açıq olmuşdur. Həmin ev həyət evidir. Qapıdan əvvəlcə mətbəxə, sonra isə otağa daxil olmaq olur. Evdə olarkən qapıdan səs gəldiyini eşitmişdir. Səsin əvvəlcə evin damının üstündə olan pişik səsi olduğunu zənn etsə də, sonradan əvvəl Rafailin və arxası ilə Rahim və Kamran evə daxil olduqlarını görmüşdür. Hər üç şəxsi tanımamışdır. Amil və Rafailin dost olduqlarını sonradan öyrənmişdir. Amil narkotik istifadəçisi olmuşdur. Amil narkotik vasitə almasın deyə Rafail Amilin telefonunu götürmüşdür. Sonuncuya məxsus telefonu Amilə dedikdən sonra götürmüşdür. Bundan sonra Amil onu DİN-in 102 xidmətinə zəng etmək üçün qonşuya göndərmişdir. O da qonşuya gedib DİN-in 102 xidmətinə zəng vuraraq evinə oğru girdiyini demişdir. İbtidai istintaq zamanı ifadə verrkən 18 yaşı təzə tamam olmuşdur. İfadə verrəkən müstəntiq ona təzyiqlər etmişdir. Müstəntiq ifadəsini yazdıqdan sonra imzalamışdır. Rafail və digər təqsirləndirilən şəxslər evdən qızıl aparmamışdır. Rafail Amilə məxsus narkotik vasitəni ayaqyoluna tökmüşdür. Rafailin götürdüyü telefon onun adına olsa da, Amillə birlikdə istifadə etmişlər. Rafailgil evdən ümumilikdə 3 ədəd telefon götürmüşlər, həmin telefonların 1- işlək vəziyyətdə olmamışdır. Rafailgil həmçinin ona məxsus bank kartı da götürməmişlər. Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslərin qohumları tərəfindən ona 100 manat pul vəsaiti və yeni telefon verildiyini bildirərək təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Memarlıq və İnşaat Universitetinin nəznində Memarlıq və İnşaat kollecində İV kursunda təhsil alır. 2020-ci ilin noyabr ayında evlənmiş, lakin rəsmi nikaha daxil olmamış, sonradan yaranan problemlərə görə boşanmışdır. Boşandıqdan sonra X5 ilə tanış olmuş və onunla yaxın münasibəti yaranmışdır. Amil ilə tanış olduqdan sonra onunla birlikdə yaşamağa başlamışlar. 2021-ci ilin oktyabr ayının 07-dən Amillə ünvan 12 ünvanda yerləşən evdə yaşamışlar. Həmin mənzili Amil kirayələmişdir. Özünə məxsus olan qızıl-zinət əşyalarını və pulunu həmin mənzilə gətirmiş və orada gizlətmişdir. Mənzil həyət evi, bir otaq və bir mətbəxdən ibarət olmuşdur. Mənzilin kimə məxsus olmasını bilməmiş və aylıq 200 manatdan kirayələmişlər. Amil saç kəsməklə məşğul olmuşdur. Amillə yaşasa da onların nigahı olmamışdır. 09 noyabr 2021-ci İl tarixdə axşam saatlarında Amillə tanışı evinə getmişlər. Orada bir neçə saat olduqdan sonra Amillə yaşadığı evə gəlmişlər. Evə gəldikdən sonra həyətin dəmir qapısını bağlamışlar. Axşam saat 22:15 dəqiqədə evdə uzanmış, Amil isə telefonla danışmışdır. Anidən evin qapısı yüksəkdən vurularaq açılmışdır. Evə üç nəfər şəxs daxil olmuşdur. Həmin şəxslərin biri qısa boylu, orla bədən quruluşlu, təxminən 35-37 yaşlarında, üzü tüksüz, əynində tünd göy cins şalvarı, digər şəxs orta boylı, qarabəniz, orta bədən quruluşlu, təxminən 27-30 yaşlarında, başında papaq, digər şəxs isə uca boylu, dolu bədən quruluşlu, ağbəniz, üzü tüklü və başında papaq olmuşdur. Həmin şəxslər oldıığu otağa daxil olub evdə nə etmələrini soruşmuşlar. Dərhal qalxmış, həmin şəxslər Amildən kim olmasını soruşmuş və bildirmişlər ki, "Amil deyilsən sən, Köhnə Günəşlidə qalmırsan”. Amil də bildirmişdir ki, ‘hə Amiləm". Amil ayaq üzərinə qalxmaq istədikdə həmin şəxslərdən orta boylu olan şəxs bir dəfə yumruqla Amili vurmuşdur. Bu zaman Amil həmin şəxsə demişdir ki, “Rafail bəsdir”. Amil yerə yıxıltmş və dərhal qalxmışdır. Orta boylu şəxs Amilə demişdir ki, pullar hardadır. Amil isə həmin şəxsə "qaqa nə pul, sən kimsən” kimi ifadələri işlətmişdir. Digər iki nəfər şəxs isə evdə olan əşyaları axtarmışdır. Amili vuran şəxs, yəni Rafail ona yazılası olmayan söyüşlər söymüş və Amili yenədə vurmuşdur. Amil isə ona yalvarıb vurmamağı xahiş etmişdir. Həmin şəxs yenidən pulların harada olmasını demişdir. Qısa boylu şəxs əl çantasını götürüb içərisini açmış və şəxsiyyət vəsiqəsini götürüb baxaraq yerinə qoymuşdur. Uca boylu şəxs əşyaların olduğu qabın içərisindən 800 manat pulu və müxtəlif növ qızıl-zinət əşyalarını götürüb cibinə qoymuşdur. Digər şəxslər isə evi axtarmışlar. Qısa boylu şəxs, yəni Rafail yataq dəstinin üzərindəki içərisində nömrə olmayan bir ədəd "İphone” markalı, "5S” modelli mobil telefon aparatını, bir ədəd içərisində ***-***-**-** saylı nömrə olan “Samsung” markalı, “A30” modelli və bir ədəd içərisində ***-***-**-** saylı nömrə olan “Xiaomi” markalı, “M2010J1 9CG (POCO M3)” modelli mobil telefonu götürüb cibinə qoymuşdur. Həmin şəxslərin hər üçü mənzili bir qədər də axtardıqdan sonra Amilə divanda oturmasını bildirmişlər. Amil divana əyləşərək onlara nə üçün gəlmələrini demişdir. Həmin şəxslərdən biri Amili itələyib divanda əyləşdirmişdir. Sonra Rafail bir dəfə təpiklə Amilin sinəsindən vurmuşdur. Həmin şəxslər qızılları, pulu və telefonu götürdükdən sonra onların içərisində olan uca boylu şəxs qulağında olan sırğanı əli ilə tutub baxmış, bu zaman qışqırmaq istədikdə o, qorxaraq heç nə eləməmiş və bildirmişdir ki, "kəs səsini". Rafail mənzildən özünə məxsus olan bir ədəd "Kapial Bank” tərəfindən verilmiş plastik kartı götürmüş, Amildən kim olmağını və kartın pin kodunu soruşmuşdur. Kartın kodunu bildirmiş, kartın içərisində 20 manatdan artıq pul olmuşdur. Bundan sonra həmin şəxslər evdən çıxaraq qaçıb getmişlər. Dərhal qaçaraq qonşuluqda yaşayan şəxsin evinə getmişdir. Orada yaşayan qadından telefonu xahiş edərək almış və DİN-nin 102 xidmətinə zətıg edərək hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə keçdikdən sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və mənzilə baxış keçirib fotoşəkillərini çəkmişlər. Polislər getdikdən sonra Amildən həmin şəxslərin kim olmasını soruşmuş. Amil də demişdir ki, həmin şəxslərdən yalnız birini tanıyır, tanıdığı şəxs Təqsirləndirilən şəxs2dur. İş üzrə xərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində daha sonra göstərmişdir ki, həmin hadisə nəticəsində ümumilikdə 4.559 manat ziyan dəymişdir. Belə ki, evdən Özünə məxsus 1.800 manat pul, 1.800 manat dəyərində qızıl-zinət əşyaları bir ədəd 150 manat dəyərində “İphone” “5S” modelli mobil telefon, bir ədəd 200 manat dəyərində “Samsung” markalı, “A30” modelli telefon, bir ədəd 600 manat dəyərində “Xiaomi” markalı, “M2010J19CG (POCO M3)” modelli telefon, bir ədəd 6 manat dəyərində ***-***-**-** saylı nömrə və bir ədəd 3 manat dəyərində 050- ***-**-** saylı nömrə götürülmüşdür. Qızıl-zinət əşyaları bir ədəd sarı qızıldan 585 əyarlı 20 qram çəkidə kulonsıı/ boyunbağı, bir ədəd üzəri sadə qaşlarla bəzədilmiş 585 əyarlı İ qram çəkidə san qızıldan kulon, bir ədəd 585 əyarlı sarı qızıldan 1 qram çəkidə qolbağ, bir ədəd 585 əyarlı üzəri brilyant qaşlarla bəzədilmiş 4.5 qram çəkidə nişan üzüyü, sırğa, üzük və boyunbağı mirvari dəstdən ibarət olmuşdur. Həmin üç nəfər şəxs ona qarşı zor tətbiq etməmişlər, vurmamışlar və xəsarət yetirməmişlər. Həmin şəxslərin yalnız biri qulağında olan sırğaya baxmış, lakin başqa heç nə etməmişdir. Həmin şəxslər hədə-qorxu gəlməmiş, hər hansı bir əmlakını tələb etməmiş və xəsarət yetirəcəyi ilə hədələməmişlər. Həmin şəxslərdin biri yalnız kartın kodunu soruşmuşdur. Həmin şəxslərin əlamətlərini ifadəsində qeyd etmiş və onlar təqdim ediləcəyi halda tanıya bilər. İş üzrə zərərçəkmiş şəxs qismində əlavə dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmış və ifadə vermişdir. Lakin ifadəsində göstərdiklərini təsdiq etmir. Belə ki, ifadəsində hadisə barədə düzgün göstərməmişdir. Boşandıqdan sonra X5 ilə tanış olmuş və onunla yaxın münasibəti yaranmışdır. Amil ilə tanış olduqdan sonra birlikdə yaşamağa başlamışlar. 09 noyabr 2021-ci il tarixdə saat 22:15 dəqiqədə evdə uzanmış, Amil isə telefonla danışmışdır. Ani bir anda evin qapısı açılmışdır, evə üç nəfər şəxs daxil olmuşdur. Həmin şəxslərdən biri Təqsirləndirilən şəxs2 olmuşdur. Rafil Amili iki dəfə şillə ilə vurmuş və yataq dəstinin üzərində olan özünə məxsus bir ədəd içərisində ***-***-**-** saylı nömrə olan "Xiaomi” markalı, "M2010J19CG (POCO M3)" modelli mobil telefonu və bir ədəd “Kapial Bank’' tərəfindən verilmiş plastik kartı götürmüşdür. Yanında olan uca boylu şəxs isə içərisində nömrə olmayan bir ədəd "İphone” markalı, "5S” modelli mobil telefon aparatını, digər uca boylu şəxs isə bir ədəd içərisində ***-***-**-** saylı nömrə olan "Samsung'’ markalı, "A30'’ modelli telefonu götürmüşdür. Rafail kartın kodunu soruşmuş, bu zaman kartın kodunu sonuncuya demişdir. Bundan sonra həmin şəxslərdən evdən çıxaraq getmişlər. Hadisədən sonra Amilin dedikləri əsasında şikayət etmiş və ifadə vermişdir. Belə ki, Amil bildirmişdir ki, telefonlardan və kartdan əlavə 1.800 manat və 1.800 manat dəyərində qızılların da götürülməsini qeyd etsin. Ona görə də ifadəsində telefonlardan əlavə 1.800 manat və 1.800 manat dəyərində qızılların da götürülməsini demişdir. Faktiki olaraq qızıl və pul olmamışdır. Heç bir formada hədə-qorxu gəlinməmiş, təziq olunmamış və xəsarət yetirlməmişdir. Həmin şəxslər evdə olan şkafa lari axtarmışlar, lakin mənzildə qiymətli heç nə olmamışdır. Rafail Amili iki dəfə şillə ilə vurmuş, sonra isə telefonları və kartı götürüb çıxıb getmişlər. İş üzrə zərərçəkmiş şəxs qismində əlavə dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində daha sonra göstərmişdir ki, narkotik vasitə istifadə etməmiş, həmin gün evdə narkotik vasitə olmuş, belə ki, Amil narkotik vasitə istifadə etmiş, ona görədə evə narkotik vasitə gətirmişdir. Əvvəlcədən Amilin narkotik vasitə istifadə etməsini bilmiş, belə ki, sonuncu yanında da narkotik vasitə istifadə etmişdir. Amillə yaşadığı müddətdə sonun e u evə narkotik vasitə gətirmişdir. Təqsirləndirilən şəxs2 barəsində göstərdikləri yalandır, narkotik vasitə istifadə etməmiş, narkotik vasitə Amil istifadə etmişdir. Telefonların imei kodunu bilmir. Rafail mənzili axtarmamış, yanında olan iki nəfər şəxs isə mənzili axtarmışlar. Lakin mənzildə qiyməti əşya olmamışdır. ***-***-**-** saylı nömrə "Xiaomi” markalı, "M2010J19CG (POCO M3)” modelli mobil telefonda olmuşdur. Ola bilsin ki, əvvəl ki ifadələrində həmin nömrənin digər telefonlarda olmasım göstərmişdir. Ancaq dəqiq bilmişdir ki, ***-***-**-** saylı nömrə hadisə baş verən günü Xiaomi" markalı, “M2010J19CG (POCO M3)” modelli telefonun üzərində olmuşdur, həmin şəxslər Amilə hədə-qorxu gəlməmişlər və ondan nə isə tələb etməmişlər. X38 iki dəfə şillə ilə vurmuşdur. Ancaq Amil xəsarət almamışdır. Mənzildən Amilə məxsus hər hansı bir əşya götürülməmişdir. ***-***-**-** saylı nömrə adma qeydiyyatdan keçmiş, ***-***-**-** saylı nömrə isə adma qeydiyyatdan keçməmişdir. Həmin nömrəni Amil verdikdən sonra istifadə etmişdir. Fvdən götürülmüş bir ədəd "İphone” “5S” modelli mobil telefon və ‘'Samsung” markalı, "A30” modelli telefonlar özünə məxsus olmaqla istifadə etmiş və telefonlarda heç bir nasazlıq olmamışdır. Həmin şəxslər evə daxil olsa da hücum etməmişlər. Həmin şəxslərin əllərində bıçaq olmamış və Amilə bıçaq çıxarmamışlar. Əsəbfəşdiyim üçün və Amilin deməsi əsasında Xətai RPİ-nin 34-cü PŞ-nə etdiyi müraciətində və izahatında onların birinin sonuncuya bıçaq çıxarmasını bildirmişdir. “İphone” markalı telefonda nömrə olmamışdır. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 16 fevral 2022-ci il tarixdə 9/415 saylı rəyi ilə razıdır və telefonun dəyərinin 250 manat götürülməsinə etiraz etmir. Hadisədən sonra "Kapital Bank” ASC-yə müraciət edərək 10 manat rüsum ödəmiş və bir neçə gündən sonra kart hazır olduqdan sonra kartı bankdan götürmüşdür. Kartın cinayət yolu ilə ələ keçirilməsinə görə 10 manat ziyan dəymişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, lombard və kredit təşkilatında qızıl-zinət əşyaları və elektronik malların girov saxlanması müqabilində kredit verilməsini həyata keçirir. 2021-ci ildə işdə olarkən hazırki cinayət işi üzrə təqsirləndirilən şəxslərdən biri onun yanına gəlmişdir. O, yanına gələn təqsirləndirilən şəxsin kim olmasını xatırlamamışdır. Rafailin Şahid3 işlədiyi yerə gedərək sonuncuya mobil telefon verməsini təsdiq etdikdən sonra yanına gələn şəxsin Təqsirləndirilən şəxs2 olduğunu xatırlamışdır. Sonuncu “Xiaomi” markalı mobil telefonu girov qoyaraq əvəzində ondan pul istəmişdir. Girov predmetinin 70 faizi məbləğində pul verildiyi üçün Rafailə 100 manat verəcəyini bildirmişdir. Rafail onunla razılaşaraq mobil telefonu girov qoymuş və aralarında girov müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə Rafail hər ay girov məbləğinin 10 faizi miqdarında, yəni 10 manat pul vəsaiti ödəməyi öhdəsinə götürmüşdür. Rafail onun yanına gələrkən sakit vəziyyətdə olmuş, sonuncunun telefonu cinayət yolu ilə əldə etdiyini hiss etməmişdir. Onun işlədiyi yerin təqdim edilən mobil telefonun imei koduna baxaraq telefonun əsl sahibini öyrənmək imkanı olmamışdır. Daha sonra Rafailə verdiyi 100 manat qaytarılmış, ona hər hansı bir ziyan vurulmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 tanıyır. 19 noyabr 2021-ci il tarixdə 13 radələrində Xətai RPİ-nin 34-cü PB-ə Təqsirləndirilən şəxs2 narkotik vasitələri qanunsuz olaraq üzərində gəzdirməsi, istifadə etməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bakı Metropliteninin “Əhmədli” stansiyasının yaxınlığında “Zoluşka” mağazasının Təqsirləndirilən şəxs2 yaxınlaşaraq Xətai RPİ-nin 34-cü PB-ə dəvət etmişlər. Həmin bölmədə Rafailin əynində olan göy rəngli şalvarın cibindən siqaret qutusunu çıxardaraq təqdim etmişdir. Həmin siqaret qutusunun içərisindən bir ədəd şəfaf selofan bükümdə heroinə bənzər maddə aşkar olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, yaxın zamanda avtoqəza keçirmiş, hadisə nəticəsində kəllə-beyin travması almışdır. Neyrocərahiyyə xəstəxanasında müalicə alır. Buna görə də, hazırki cinayət işi ilə əlaqədar heç nə xatırlamır. Təqsirləndirilən şəxsləri üzdən tanısa da, onların tutulma vaxtı, yeri və bu barədə digər məlumatları xatırlamır. Həmçinin təqsirləndirilən şəxslərin saxlanılmasında iştirak etmişdir. Təqsirləndirilən şəxs2 Hövsanda saxlamamışdır. Təqsirləndirilən şəxslər saxlanılarkən Hövsanda olmamışdır. Əməliyyat tədbirləri keçirilərkən ***-***-**-** saylı mobil nömrəni istifadə etmişdir. Məhkəmənin təşəbbüsü ilə şahid qismində dindirilmiş ekspert X3 ifadəsində göstərdi ki, 1995-ci ildən ekspert fəaliyyəti ilə məşğul olur. Hazırki cinayət üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 19 noyabr 2021 -ci il tarixli, 6/5129 saylı rəyini tərtib etmişdir. İstintaq tərəfindən ekspertizaya göndərilən maddi sübut imzalar olan zərfdə təqdim olunmuşdur. Zərfin içindən siqaret qutusuna yerləşdirilmiş 1 bükümdə qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin idi. Bunu öz rəyində qeyd etmişdir. Uzun müddət keçdiyindən təqdim olunmuş zərfin içərisindən 1 ədəd siqaret dənəsinin çıxmasını xatılramır. Siqaret dənəsi çıxacağı halda, onu tədqiq olunması üçün bioloji şöbəyə təhvil verilməli idi. Çünki bitki mənşəli kütlələr bioloji ekspertizalar şöbəsi tərəfindən ekspertizadan keçirilir. Zərfin içərisində aşkarlanan əşyaların hər biri ekspert rəyində təsvir edilir. Əgər zərfdən siqaret aşkar edilsə bu barədə ekspert rəyinin təsviri hissəsində qeyd aparmalı və həmçinin həmin siqaret dənəsi bioloji eksprtizaya təqdim edilməli idi. 09 noyabr 2021-ci il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs1 həmin tarixdə saat 22:28 radələrində DİN-in 102 xidmətinə ***-***-**-** saylı nömrə ilə zəng edərək 3 nəfər tanımadığı şəxsin onun evinə gəlib həyat yoldaşı Rüstəmov Amili döyüb evdən 3000 manat pul, qızıl-zinət əşaları və 3 ədəd mobil telefonu götürüb getmələri barədə məlumat vermişdir. (Cild 1 i.v. 134) 03 fevral 2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 09 noyabr 2021-ci il tarixdə saat 22:15 dəqiqədə kirayə yaşadığı ünvan 6 ünvanda yerləşən evə Təqsirləndirilən şəxs2 və qeyrilərinin daxil olduğunu, Təqsirləndirilən şəxs2 onu şillə ilə vuraraq zor tətbiq etdiyini bildirmişdir. (Cild 2 i.v. 131) 19 noyabr 2021-ci il tarixli raportdan görünür ki, Xətai rayonu ərazisində baş vermiş oğurluq hadisələrində şübhəli bilinən və qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs2 həmin tarixdə saxlanılaraq Xətai RPİ-nin 34-cü PB-ə aparılmışdır. (Cild 1 i.v. 10) 28 noyabr 2021-ci il tarixli məktubdan görünür ki, hadisəni törətməkdə şübhəli bilinən şəxslərin Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 olduqları bilinmişdir. (i.v. 178) 19 noyabr 2021-ci il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 13:30-da (faktiki saxlanılma saat 13:00-da) Təqsirləndirilən şəxs2 Xətai RPİ-nin 34-cü PB-nin baş təhqiqatçısı, polis mayoru Asiman İmaməli tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1 i.v. 20) 20 noyabr 2021-ci il tarixli Xətai rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 barəsinə həbs qətimkan tədbirinin seçilməsi barədə Xətai rayon Prokurorluğunun təqdimatına baxılması zamanı narkotik vasitəni 3 nəfərlə birlikdə başqa evdən oğurladığını, narkotik vasitəni istifadə məqsədi ilə yox, məhv etmək məqsədilə onda olduğunu bildirərək təqdimatın təmin edilməməsini xahiş etmişdir. (İ.v. 76-81) 08 yanvar 2022-ci il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 13:40-da Təqsirləndirilən şəxs3 Xətai RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Rövşən Xanbabayev tərəfindən Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.3 –cü maddələri ilə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1 i.v. 206) 10 yanvar 2022-ci il tarixli Xətai rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 1 ay 12 gün müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. (cild 2 İ.v. 38-40) 15 fevral 2022-ci il tarixli Xətai rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində barəsində seçilmiş “həbs” qətimkan tədbiri 1 ay müddətinədək uzadılmışdır. (cild 2 İ.v. 197-198) Xətai rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri 1 ay müddətinədək uzadılmışdır. (Cild 2 i.v. 195-196) 10 noyabr 2022-ci il tarixli girov biletindən görünür ki, Təqsirləndirilən şəxs2 bir ədəd "Xiaomi” markalı, "M2010J19CG (POCO M3)" modelli telefon aparatını Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 52 ünvanda yerləşən "Uğur lombard və kredit təşkilatı”na girov qoymuşdur. (Cild 2 i.v. 66) 19 noyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 13:00 dəqiqədə Bakı Metropolitenin "Əhmədli" stansiyası yaxınlığında saxlanılaraq Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs2nıın üzərində videoçəkiliş etməklə şəxsi axtarış aparılan zaman ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olduğu halda təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra sonuncu özü könüllü olaraq əynində olan şalvarın sağ yan cibindən bir ədəd göy rəngli “Rothmans” markal siqaret qutusunun içərisindən bir ədəd ağ rəngli sellofan bükümü çıxarıb təqdim etmiş, həmin büküm açılaraq içərisinə baxış keçirilmiş, bükümün içərisində qəhvəyi rəngli toz halında maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 həmin maddənin nə olması barədə sual verilmiş, o da demişdir ki. həmin maddə “kakos” kimi tanıdığı narkotik vasitədir. Həmin maddə elektron tərəzi ilə çəkilmiş və çəkisi 5.83 qram müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 həmin maddəni nə vaxt və haradan əldə etməsi sorıışıılmuş, o da bildirmişdir ki, həmin maddəni Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində adını Amil kimi bildiyi şəxsin evindən özünün istifadəsi üçün bir büküm oğurlamışdır. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri 152 saylı möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və Təqsirləndirilən şəxs2 üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. (Cild 1 İ.v. 32-34) Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sağ yan cibindən bir ədəd göy rəngli “Rothmans” markal siqaret qutusunun içərisindən bir ədəd ağ rəngli sellofan bükümü çıxarıb təqdim etmiş, həmin büküm açılaraq içərisinə baxış keçirilmiş, bükümün içərisində qəhvəyi rəngli toz halında maddə və 01 ədəd siqaret dənəsi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 həmin maddənin nə olması barədə sual verilmiş, o da demişdir ki, həmin maddə “kakos” kimi tanıdığı narkotik vasitədir. Həmin maddə elektron tərəzi ilə çəkilmiş və çəkisi 5.83 qram müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 həmin maddəni nə vaxt və haradan əldə etməsi soruşulmuş, o da bildirmişdir ki, həmin maddəni Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində adını Amil kimi bildiyi şəxsin evindən özünün istifadəsi üçün götürmüşdür. Aşkar edilmiş büküm və 01 ədəd siqaret dənəsi siqaret qutusunun içərisinə qoyulmuşdur. siqaret qutusu kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri 152 saylı möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və Təqsirləndirilən şəxs2 üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. 20 noyabr 2021-ci il tarixli mənzildə axtarış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 14 ünvanında yerləşən mənzilə baxış zamanı heç bir qanunsuz əşya müəyyən edilməmişdir. (Cild 1 İ.v. 87-93) 17 yanvar 2022-ci il tarixli götürmə aparılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 cinayət yolu ilə ələ keçirdiyi bir ədəd “Xiaomi’ markalı, POCO “M3” modelli telefon Şahid3 götürülmüşdür. (Cild 2 i.v. 71-73) 09 noyabr 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi protokolundan görünür ki, cinayət hadisəsi ünvan 6 ünvanda baş vermişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. (Cild 2 i.v. 136-140) 08 yanvar 2022-ci il tarixli şəxsin tanınmaya təqdim edilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 Xətai RPİ-ə dəvət edilmiş başqa 3 nəfər şəxs ilə birlikdə Zərərçəkmiş şəxs1 tanınmaya təqdim edilmiş, sonuncu ümumilikdə 4 nəfər şəxsin arasında Təqsirləndirilən şəxs3 tanıyıb əli ilə göstərərək 09 noyabr 2021-ci il tarixdə evə daxil olub telefonunun birini götürən, yəni cinayət törətmiş üç nəfər şəxsdən biri olmasını bildirmişdir. (İ.v. 191-195) 08 yanvar 2022-ci il tarixli şəxsin tanınmaya təqdim edilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 Xətai RPİ-ə dəvət edilmiş başqa 3 nəfər şəxs ilə birlikdə Zərərçəkmiş şəxs1 tanınmaya təqdim edilmiş, sonuncu ümumilikdə 4 nəfər şəxsin arasında Təqsirləndirilən şəxs3 tanıyıb əli ilə göstərərək 09 noyabr 2021-ci il tarixdə evə daxil olub telefonunun birini götürən, yəni cinayət törətmiş üç nəfər şəxsdən biri olmasını bildirmişdir(İ.v. 223-227). 10 yanvar 2022-ci il tarixli ifadələrin yerində yoxlanılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 09 noyabr 2021-ci il tarixdə axşam saatlarında ünvan 6 ünvanda yerləşən mənzilə tanışı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə daxil olmasını, mənzildən bir ədəd telefon və narkotik vasitə götürməsini, Kamran və Rahimin də evi axtarıb hər birinin evdən telefon götürməsini deyərək hadisə yerini göstərmiş, bundan sonra Təqsirləndirilən şəxs2 cinayət yolu ilə ələ keçirdiyi mobil telefonu Bakı şəhəri, Qara Qarayev prospekti 52 ünvanda yerləşən lombarda girov qoymasını bildirib lombardı göstərmiş, bu barədə protokol tərtib olunmuş və fotoşəkillər çəkilib protokola əlavə olunmuşdur. (Cild 2 i.v. 43-47) 10 yanvar 2022-ci il tarixli ifadələrin yerində yoxlanılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 09 noyabr 2021-ci il tarixdə axşam saatlarında ünvan 16 ünvanda yerləşən mənzilə tanışı Təqsirləndirilən şəxs2 oglu və Təqsirləndirilən şəxs1 ilə daxil olmasını, Rafailin mənzildən bir ədəd telefon və narkotik vasitə götürməsini, özünün və Rahimin də evi axtarıb hər birinin evdən bir ədəd telefon götürməsini deyərək hadisə yerini göstərmiş, bu barədə protokol tərtib olunmuş və fotoşəkillər çəkilib protokola əlavə olunmuşdur. (Cild 2 i.v. 110-112) 10 yanvar 2022-ci il tarixli ifadələrin yerində yoxlanılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 09 noyabr 2021-ci il tarixdə axşam saatlarında ünvan 6 ünvanda yerləşən mənzilə qohumu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə daxil olmasını, Rafailin mənzildən bir ədəd telefon və narkotik vasitə götürməsini, özünün və Kamranın da evi axtarıb hər birinin evdən bir ədəd telefon götürməsini deyərək hadisə yerini göstərmiş, bu barədə protokol tərtib olunmuş və fotoşəkillər çəkilib protokola əlavə olunmuşdur. (Cild 2 i.v. 113-115) 17 yanvar 2022-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 tanınmaya təqdim edilmiş 4 ədəd Poco “X3” markalı mobil telefonlar arasından öz telefonunu əli ilə göstərib ona məxsus olmasını və yaşadığı mənzildən götürülən telefon olduğunu demişdir. Zərərçəkmiş şəxs1 mobil telefonu rənginə və əlamətlərinə görə tanıdığını dedi. (Cild 2 i.v. 74-75) 16 fevral 2022-ci il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizasının 9/415 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd "Xiaomi" markalı. "M2010J19CG (POCO M3)” modelli 128 GB yaddaşh mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 240,00 manat müəyyən olunur. (cild 2 İ.v. 200-202) 19 noyabr 2021-ci il tarixli 6/5129 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN "Zərflər üçün №152" möhür əksi, "...Təqsirləndirilən şəxs2.’ və s. yazılar, imzalar olan zərfdəki bir ədəd “Rothman” markalı siqaret qutusuna yerləşdirilmiş 01 bükümdə təmiz çəkisi 5,140 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Cild 1 i.v. 423-47) 17 yanvar 2022-ci il tarixli ambulator məhkəmə-narkoloji ekspertizasının 220 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 müayinə zamanı psixolrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2 İ.v. 141-142) Məhkəmə-xətşünaslıq ekspertizasının 27 may 2024-cü il tarixli, 4/615 nömrəli rəyindən görünür ki; Ekspertizaya təqdim edilmiş, cinayət işinin 218-222-ci vərəqlərində olan xx.xx.2022- ci İİ tarixli protokolda “İmza” qrafalarındakı imzalar, 223-225-ci vərəqələrində olan soldan 1-ci imzalar və sonuncu səhifəsində “Tanınan şəxs” (2-ci) qrafasındakı imza, 228-230-cu vərəqlərində olan “Təqsirləndirilən şəxs1” yazıları qarşısındakı imzalar, 247-ci vərəqində olan xx.xx.2022-ci il tarixli ərizədəki imza, 248-ci vərəqində olan siyahıdakı imza, 249-cu vərəqində olan eyni tarixli protokoldakı imza (cild 1); cinayət İşin 5-ci vərəqində olan 9.01.2022-ci il tarixli protokoldakı imza, 9-10-ci vərəqələrində olan ci il tarixli bildirişdə “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 11-ci vərəqində olan 9.01.2022-ci il tarixli protokolda “Təqsirləndirilən şəxs” qrafasında olan imza, 12- 13-cü vərəqələrində olan “Təqsirləndirilən şəxs" qrafasındakı imza, 14-17-ci vərəqələrində olan “Təqsirləndirilən şəxs” qrafalarındakı imzalar, 41-ci vərəqində olan, xx.xx.2022-ci il tarixli protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza, 113-114-cü vərəqlərində olan xx.xx.2022-ci il tarixli protokolda “Təqsirləndirilən şəxs:” və “İfadəsi yerində yoxlanılan:” qrafalarındakı imzalar (cild 2); cinayət işinin 75-76-cı vərələrində olan protokollarda “Təqsirləndirilən şəxs:” qrafalarındakı imzalar (cild 3) - Təqsirləndirilən şəxs1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 77-ci vərəqəsində olan protokolda “bilbbilməməsi barədə qeyd” qrafasında “bilirəm” yasızı - Təqsirləndirilən şəxs1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 205-207-ci, 209-210-cu vərəqlərində olan “Şübhəli şəxs” sözlərinin qarşısındakı imza, 209-210-cu vərəqlərindəki “Şübhəli şəxs” sözlərinin qarşısındakı imza, 211 -ci vərəqdəki imza, 212-213-cü vərəqlərdəki “Şübhəli şəxs” sözlərinin qarşısındakı imza, 214-215-ci vərəqlərdəki imzalar, 216-cı vərəqdəki “Şübhəli şəxs:” sözlərinin qarşısındakı imza, 2-ci cildinin 19-cu vərəqindəki “Təqsirləndirilən şəxs:” sözlərinin qarşısındakı imza, 21-ci vərəqindəki imza, 22-23-cü vərəqələrindəki “Təqsirləndirilən şəxs:” sözlərinin qarşısındakı imza, 24-cü vərəqdəki imzanın, 25-26-cı vərəqdəki “Təqsirləndirilən şəxs:” sözlərinin qarşısındakı imza, 27-ci vərəqdəki “İmza” və “bilirəm” sözlərinin qarşısındakı imza və “bilirəm” sözü, 28-cİ vərəqdəki imza, 29-cu vərəqdəki “Təqsirləndirilən şəxs:” sözlərinin qarşısındakı imza, 37-ci vərəqdəki “Təqsirləndirilən şəxs:” sözlərinin qarşısındakı imza, 42-ci vərəqdəki “Təqsirləndirilən şəxs:” sözlərinin qarşısındakı imza, 110-cu vərəqindəki “Təqsirləndirilən şəxs:” sözlərinin qarşısındakı imza, 111 -ci vərəqindəki, 125-ci vərəqindəki “Bitdi:” sözününü üzərində olan imza, 126-cı vərəqindəki “İmza” sözünün qarşısındakı imza və 3cü cildinin 55-ci, 58-59-cu, 61-63-cü vərəqlərindəki “Təqsirləndirilən şəxs:” sözlərinin qarşısındakı imza, 64- cü vərəqdəki “İmza” və “bilib- bilməməsi barədə qeyd” sözününü qarşısındakı imza, 65-ci vərəqdəki imza, 66-cı vərəqdəki “Təqsirləndirilən şəxs:” sözlərinin qarşısındakı imza, 90-cı vərəqdəki “Təqsirləndirilən şəxs:” sözlərinin qarşısındakı və 2-ci cild 27-ci vərəqdəki “bilirəm” protokol və bildirişlərdəki imza və yazı - Təqsirləndirilən şəxs3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 70-71-ci vərəqələrində olan 3.03.2022-ci il tarixli bildirişdə “Təqsirləndirilən şəxs:” qrafalarındakı imzaların, 72-ci vərəqində olan protokoldakı imzanın, 73-74-cü vərəqələrində olan bildirişdə qrafalarındakı imzaların və 77-79-cu vərəqələrində olan protokollarda Təqsirləndirilən şəxs:” qrafalarındakı imzaların Təqsirləndirilən şəxs1 tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi” publik hüquqi şəxsi tərəfinən yazılmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Şəhər Narkoloji Mərkəzində müalicə almamışdır. (cild 1 İ.v. 104) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfinən yazılmış məktubdan görünür ki, Həmidov X15 Nazirliyi Respublika Psixatriya Xəstəxanasında müalicə almamışdır. (cild 1 İ.v. 105) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsi tərəfinən yazılmış məktubdan görünür ki, Həmidov X15 Nazirliyi Respublika Narkoloji Mərkəzində müalicə almamışdır. (cild 1 İ.v. 179) "xxxx" MMC tərəfindən tərtib olunmuş məktubdan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus ***-***-**-** saylı mobil nömrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək **********5458, **********186 və **********2205 İMEİ kodlu mobil telefonlarda, Zərərçəkmiş şəxs2 məxsus ***-***-**-** saylı mobil nömrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək **********2205 və **********0878 İMEİ kodlu mobil telefonlarda istifadə edilmişdir. (Cild 2 i.v. 54) Məhkəmə baxışı zamanı müdaiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs2 və polis əməkdaşlarının istifadəsində olmuş telefon məlumatlarının əks olunduğu disklər "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən alınaraq cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmişdir. Xətai rayon 34-cü Polis Şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə heroini haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. (Cild 2 i.v. 49) 02 mart 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 cinayət yolu ilə ələ keçirdikləri "Xiaomi” markalı, "M2010J19CG (POCO M3)" modelli telefon aparatı maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,090 qram narkotik vasotə heroin maddi sübut kimi tanınaraq Xətai RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, bir ədəd “İphone 5S” markalı mobil telefon, bir ədəd ***-***-**-** saylı mobil nömrə, bir ədəd “Samsung” markalı A30 modelli telefon və bir ədəd ***-***-**-** saylı nömrənin dəyəri Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiyi miqdarlara əsasən götürülmüşdür. (cild 3 İ.v. 2- 28) DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 16 iyul 2005-ci il tarixdə Xətai rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisin 20 may 2016-cı il tarixli amnistiya qərarının 1.5-ci bəndinə əsasən cəzadan azad olunmuşdur. (Cild 1 i.v.108-109) Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(011)-27/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla onun 2 (iki) gün həbsdə saxlanıldığı müddət 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Suraxanı Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 1(010)-184/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinmiş və ona CM-nin 177.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrumetmə, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona çəkilməsi üçün 02 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilmiş, cəzasının əvvəli 11 noyabr 2021-ci il tarixdən hesablanmışdır. (Cild 3 i.v. 261-272) Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 20 fevral 2013-cü il təvəllüdlü X8 adında, 12 yanvar 2015-ci il təvəllüdlü X9 adında, 08 noyabr 2015-ci il təvəllüdlü X6 adında, 16 iyul 2009-cu il təvəllüdlü X12 adında azyaşlı və yetkinlik yaşına çatmayan övladı vardır. (cild 1 İ.v. 114- 120) Cinayət işinin materiallarından olan və notarial qaydada təsdqi edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs3 ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. (Cild 3 İ.v. 240) Cinayət işinin materiallarından olan və notarial qaydada təsdqi edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 təqsiləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə barışdığını, cinayət nəticəsində ona vurulmuş ziyanın tamamilə ödəndiyini bildirmişdir. (Cild 3 i.v. 242) Lənkəran Şəhər İcra Hakimiyyətinin Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rövşən Musayev tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Liman şəhərində yaşadığı müddət ərzində onun barəsinə şikayət xarakterli ərizə və təqdimat daxil olmamışdır. (Cild 3 İ.v. 259) Səhiyyə Nazirliyi Ambulator Kitabçadan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs3 başın təpə nahiyəsinin, sağ saidin orta yuxarı 1/3-nin ön səthinin kəsilmiş yaraları, bükücü əzələ-vətərlərinin, orta və dirsək sinirlərinin kəsilməsi diaqnozu qoyulmuşdur. (Cild 3 İ.v. 273-274) Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs3 16 iyun 2020-ci təvəllüdlü X13 adında bir azyaşlı övladı vardır. (cild 1 İ.v. 275-277) Elektron məhkəmə informasiya sistemindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2010-cu il təvəllüdlü X17 adında və xx.xx.2011-ci il təvəllüdlü X10 adında iki yetkinlik yaşına çatmayan, xx.xx.2018-ci il təvəllüdlü X14 adında bir azyaşlı övladı vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988- ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, soyğunçuluq epizodu üzrə sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Soyğunçuluq epizodu üzrə Təqsirləndirilən şəxs3 verilmiş ittihamda bəzi sübutların mötəbərliyi şübhə doğurmuş və məhkəmə həmin sübutların ittihamdan xaric edilməsinə aşağıda qiymət veriləcəkdir. Həmçinin Təqsirləndirilən şəxs2 verilmiş ittihamda narkotik vasitəni talama, satış məqsədilə külli miqdarda narkotik vasitə əldə etmək, saxlama və daşıma epizodu üzrə sübutun əldə edilmə, rəsmiləşdirilmə qaydası problemlidir. Həmçinin Təqsirləndirilən şəxs2 tutluması zamanı, məkanı ilə də bağlı şübhəli hallar vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2,3 və 180.2.4-cü, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3un Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.3-cü maddələri ilə irəli sürülmüş ittihamın qanuni və əsaslı olması məhkəmə istintaqında tam şəkildə öz təsdiqini tapmışdır. Cinayət hüququ nəzəriyyəsinə görə soyğunçuluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Soyğunçuluq cinayəti obyektiv cəhətdən özgə əmlakılnı açıq talamada ifadə olunur. Soyğunçuluq cinayətini törətmiş şəxs cinayəti açıq şəkildə, yəni zərərçəkmiş şəxsin, eləcə də, digər şəxslərin yanında aşkar vəziyətdə törədir. Cinayət hüququ nəzəriyyəsinə görə insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə dedikdə şəxsin orqanizminə insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan maddələr yeridilməsi, vurma, döymə, həyat ya sağlamlıq üçün təhlükəli olmayan fiziki ağrılar yetirmə başa düşülməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 7-ci bəndində göstərilir ki, soyğunçuluq cinayəti təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) bitmiş hesab edilir. Həmin qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə soyğunçuluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Yaşayış sahəsi dedikdə, yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Sözügedən qərarın 21-ci bəndinə əsasən soyğunçuluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur. Həm məhkəmə baxışı zamanı, həm də, ibtidai istintaq zamanı hər üç təqsirləndirilən şəxs ifadələrində Zərərçəkmiş şəxs2 ilə Zərərçəkmiş şəxs1 yaşadığı evə sonuncunların razılığı olmadan qanunsuz daxil olmalarını etiraf etmişlər və bu işin mübahisəsiz halıdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı vermiş olduqları ifadələrindən fərqli olaraq Amilin yaşadığı evə soyğunçuluq etmək məqsədilə getmədiklərini iddia etmələri ilə bağlı qeyd etmək istəyir ki, onlar məhkəmə baxışı zamanı həqiqətə uyğun olmayan, qeyrisəmimi ifadə verməklə Amilin yaşadığı evə daxil olma formaları ilə bağlı ziddiyyətli ifadələr vermiş, evə daxil olmamışdan əvvəl gah evin qapısının açıq olmasını, gah da qapının bağlı olmasını, Rafail qapını açdıqdan sonra evə daxil olmalarını göstərmişlər. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrini cinayət məsuliyyətindən yaxa qurtarmağa cəhd kimi qiymətləndirir və həmin ifadələri mötəbər sübut kimi qəbul etmir. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 soyğunçuluğa dair hissədə ibtidai istintaq zamanı vermiş ifadələri daha mötəbər və inandırıcıdır. Həmçinin həmin ifadələr həm zərərçəkmiş şəxslərin ifadələri, tanınmaya təqdim etmə, ifadənin yerində yoxlanılması, hadisə yerinə baxış protokolları, şahid ifadələri, məhkəmə-xətşünaslıq ekspertizasının, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə də dəstəklənmişdir. Belə ki, onlar ibtidai istintaq zamanı vermiş olduqları ifadələrində soyğunçuluq cinayəti törətmələrini dəqiqliklə, ayrıntılı bir şəkildə izah etmişlər. Hazırki işdəndə görünür ki, təqsirləndirilən şəxslərin hər biri Zərərçəkmiş şəxs2 evinə daxil olmalarını, Amilin evindən soyğunçuluq məqsədilə götürdükləri mobil telefon və plastik bank kartlarını götürmələri ilə bağlı halları bir-biri ilə əlaqəli, zəncir kimi bağlı, detallı ayrıntılarla anlatmışlar. Bundan başqa, Təqsirləndirilən şəxs2 Amildən əldə etdiyi mobil telefonu qazanc əldə etmək məqsədilə girov qoyması Şahid3 ifadəsi, sonuncudan götürmə protokolu ilə götürülmüş həmin telefonu Zərərçəkmiş şəxs1 tanıması ilə təsdiq edilmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 tanınmaya təqdim etmə zamanı onların evə daxil olan şəxslər olması və hərəsinin bir telefon götürməsini deməsi ilə də təsdiq olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı istintaq zamanı aparılmış istintaq hərəkətinin protokollarındakı imzaların da onun tərəfindən icra edildiyini bildirmiş, Təqsirləndirilən şəxs1 barəsində aparılmış istintaq hərəkətlərindəki imzalar isə məhkəmə-xəttşünaslıq ekspertizasının rəyi ilə ona məxsus olması müəyyən edilmişdir. Bundan başqa məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı vermiş olduqları ifadələrdən tamamilə fərqli məzmunda ifadə vermiş, zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı vermiş olduqları ifadələri məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş və yaranmış ziddiyyətlə əlaqədar onların mövqeyi aydınlaşdırılmışdır. Lakin zərərçəkmiş şəxslər ifadələrində yaranmış ziddiyyətlə bağlı ağlabatan fikir səsləndirə bilməmişlər. Məhkəmə bu hissədə belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 ilə dostluq münasibətləri olduğundan, eyni zamanda Rafailin digər təqsirləndirilən şəxslərə dostluq münasibətləri olduğundan cinayət nəticəsinə ona vurulmuş ziyan ödəndiyindən və təqsirləndirilən şəxslərlə barışdığından Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 məsuliyyətdən azad olunmasına nail olmaq istəmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 11-ci bəndinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən soyğunçuluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa), onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Cinayət hüququ nəzəriyyəsinə görə iştirakçılığın “qabaqcadan əlbir olan bir qrup” formasında mümkünlüyü yalnız birgə icraçıların iştirakı ilə əlaqələndirilir və iştirakçılığın bu formasının zəruri əlaməti kimi onların hərəkətlərinin “məkan və zaman ümumiliyi” əlaməti zəruri hesab edilir. Yəni, cinayət əməlinin tövsifedici əlaməti kimi “qabaqcadan əlbir olan bir qrup” dedikdə, cinayətin iki və daha çox şəxs tərəfindən birgə (eyni vaxtda və yerdə) icra edilməsi nəzərdə tutulur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ifadələrində göstərmişlər ki, evə daxil olmamışdan əvvəl evdə hər hansı qiymətli əşya olacağı halda götürülməsi barədə razılaşmışlar, evə daxil olduqdan sonra hər üçü hərəyə bir mobil telefon götürmüşlər. Göründüyü kimi razılıq əşyaların götürülməsindən əvvəl yaranmış, daha sonra hər biri bu razılaşmaya uyğun olaraq ayrıayrılıqda telefon götürməklə soyğunçuluq cinayətini birgə icra etmişlər. Məhkəmə istintaqı zamanı alınmış məhkəmə-xətşünaslıq ekspertizasının 4/615No-li rəyindən müəyyən edilmişdir ki, aşadığakı sənədlərdəki imzalar Təqsirləndirilən şəxs3 tərəfindən icra edilməmişdir: Müdafiəçinin Təqsirləndirilən şəxs3 təqdim edilməsi barədə protokol Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulması barədə protokol Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində dindirilməsi haqqında 08 yanvar 2022ci il tarixli protokol Təqsirləndirilən şəxs3 təqsirləndirilən qismində dindirilməsi haqqında 10 yanvar 2022-ci il tarixli protokol Təqsirləndirilən şəxs3 ifadəsinin yerində yoxlanılması haqqında protokol. Təqsirləndirilən şəxs3 ilə Zərərçəkmiş şəxs2 üzləşdirilməsi barədə protokol. Təqsirləndirilən şəxs3 03 mart 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində dindirilməsi haqqında protokol. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs3 təqsirliliyini təsdiq edən yuxarıda sadalanan sübutların mötəbərliyini şübhə altına alır və sübutlar siyahısından çıxarılmasını zəruri hesab edir. Qeyd olunanlara baxmayaraq digər sübutlarla Təqsirləndirilən şəxs3 CM-nin 180.2.1 və 180.2.3-ü maddəsində nəzərdə tutulan cinayəti törətməsi təsdiq edilmişdir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ifadələrində göstərmişlər ki, evə daxil olmamışdan əvvəl evdə hər hansı qiymətli əşya olacağı halda götürülməsi barədə hər üçü razılaşmışlar, evə daxil olduqdan sonra hər üçü, o cümlədən Təqsirləndirilən şəxs3 bir mobil telefon götürmüşlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrinin yerində yoxlanılması zamanı da Təqsirləndirilən şəxs3 ilə birlikdə evə daxil olmalarını, Kamranın da evdən bir ədəd telefon götürməsini deyərək hadisə yerində göstərmişlər. Bundan başqa, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı ifadələrindən də aydın olmuşdur ki, Kaman Abdulov evdə telefonlardan birini götürmüşdür. Bundan başqa, 08 yanvar 2022-ci il tarixli şəxsin tanınmaya təqdim edilməsi protokoluna əsasən Zərərçəkmiş şəxs1 ümumilikdə 4 nəfər şəxsin arasında Təqsirləndirilən şəxs3 tanıyıb əli ilə göstərərək 09 noyabr 2021-ci il tarixdə evə daxil olub telefonunun birini götürən, yəni cinayət törətmiş üç nəfər şəxsdən biri olmasını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.4.3, 235.4.2-ci maddələri ilə verilmiş ittihamla bağlı qeyd edir ki, həmin ittiham üzrə ibtidai istintaqın topladığı sübutlar, o cümlədən həmin xüsusat üzrə ibtidai istintaq zamanı verdiyi ifadələri mötəbər deyildir, zidiyyətlidir, digər sübutlarla dəstəklənməyib əksinə aşağıda tədqiq edilən sübutlarla təkzib edilmişdir. Məhkəmə ilk öncə tutulmanın qanuniliyini yoxlamağı zəruri hesab edir. Verilmiş ittihamdan və tutma protoklundan aydın olur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə 13:00 dəqiqədə Xətai rayonu ərazisində «Əhmədli» metrostansiyasının yaxınlığında saxlanılıb saat 13:10-da Xətai rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinə gətirilib növbətçi hissəyə təhvil verilmiş və həmin günü saat 13:30-da barəsində tutma protokolu tərtib edilmiş, saat 14:05-dən 14:30-dək barəsində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı ifadəsində göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdə saat 13-də Əhmədli metrostansiyasınını deyil, saat 10-11 radələrində Hövsan qəsəbəsində Çörək sexinin yaxınlığında 8 polis əməkdaşı tərəfindən saxlanılmış, məhkəmə ifadə verən şahidlər Şahid1 və Şahid2 onun saxlanılmasında iştirak etməmişlər. Təqsirləndirilən şəxs2 tutulması məkanının, zamanının, eləcə də, polis əməkdaşları Şahid1 və Şahid2 həmin tutmada iştirak edib-etməməsinin dəqiqləşdirmək məqsədilə müdafiəçinin vəsatəti əsasında həm təqsirləndirilən Təqsirləndirilən şəxs2, həm də şahidlər Şahid1 və Şahid2 mobil telefon nömrələrinin anten məlumatları yoxlanılmışdır. Təqsirləndirilən şəxs2 mobil telefonu xx.xx.2021-ci il tarixdə saat 10:11-dən saat 11:38-kimi Hovsan_2/"Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsi ev 44 A" antenasında, saat 11:39-da Bakı şəhəri, Xətai rayonu, 2-ci Zeytun savxozu, Zeytun küçəsi 42", saat 11:46:12-da X41/"Bakı şəhəri, Xətai rayonu, Nəhimov 42 a "/ antenasında, saat 11:46: 37-də KohneGUNSL1/"Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi 28V"/, saat 11:51-də Naxcivansky mektebli mmc/"Bakı şəhəri, Xətai rayonu,Zığ yolu, 2929-cu məhəllə" antenasında, saat 11:54-də «MOYKA_ELMAN/"Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, 16 A. Xəzər PUB ilə üzbə üz» antenasında, 12:04də «5 sayli Xezer qazanxana/"Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsində, 7» antenasında, saat 12:10-da «Qachaq Nabi street/"Bakı şəhəri, Xətai rayonu, X40 küçəsi, 25"/» antenasında, saat 12:31-də “LBBK3869O1/LBBK3869 5 sayli Xezer qazanxana/"Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsində, 7 "/Khatai/40.391xx/xx.95922“ ” antenasında olması müəyyən edilmişdir. Telefonunda olan sonuncu anten məlumatı saat 12:31-ə aid olmuşdur. GOOGlE MAP internet saytına əsasən qeyd olunan anten ünvanlarını təhlil etdikdə müəyyən edilir ki, Saat 12:04 və saat 12:31-də təqsirləndirilən Rafailin telefonunun qeyd alındığı antena ilə 34-cü polis şöbəsi arasından 184 metr, saat 12:10-da isə 124 metr məsafə olmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə saat saat 10:11-dən 11:38-də Hovsanda olması, sonuncu vaxtdan avtomobillə Xətai rayonu istiqamətində gələrək artıq saat 12:10da 34-cü polis bölməsində olması müəyyən olunur və orada qalmaqda davam edərək sonuncu dəfə telefonundan antenə saat 12:31-ə kimi məlumat göndərmişdir. Həmin vaxtdan sonra telefon söndürüldüyündən telefonundan hər hansı məlumat ötürülməmişdir. Rafailin hərəkət marşurutu tədqiq etdikdə qeyd olunan anten məlumatlarının Hövsan qəsəbəsindən 34-cü polis şöbəsinə kimi avtmobil yolu boyunca olan yerləşdiyi müəyyən olunur. (Rafailin hərəkət sxemi cinayət işinə əlavə olunub.) Həmçinin Şahid2 telefonunun anten məlumatları yoxlanılarkən müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 12:55-dən 14:25-dək olan müddət ərzində «Xetai ray., Seyyid-Azim Shirvani kuc.1, "PAKİZE" geyim duk» antenasının əhatə dairəsində olmuşdur. Həmin ünvanla 34-cü polis şöbəsinin yerləşdiyi ünvan 17OOGlE MAP və GOMAP.AZ internet saytlarına əsasən məsafə təhlil edildikdə müəyyən olunur ki, hər iki ünvan arasında 230 metr məsafə vardır. Həmin internet saytlarına əsasən Şahid2 olduğu «Xetai ray., Seyyid-Azim Shirvani kuc.1, "PAKİZE" geyim duk» antenası ilə ittihamda Təqsirləndirilən şəxs2 saxlanıldığı yer kimi göstərilmiş «Əhmədli» metrostansiyası arasında olan məsafə tədqiq edildikdə 880-960 metr məsafə olması müəyyən edilmişdir. Bu da onu göstərir ki, Şahid2 xx.xx.2021-ci il tarixdə saat 13-də Əhmədli metrosu ətrafında deyil, 34-cü polis şöbəsinin inzibati binasında olmuşdur. Şahid1 istifadəsində olmuş mobil telefonun anten məlumatları tədqiq edildikdə müəyyən edilmişdir ki, onun mobil telefonu xx.xx.2021-ci il tarixdə saat 12:51-də Əhmədli metrostansiyasından 1,95 km məsafədə olmuş, daha sonra saat 13:14-də 34-cü polis şöbəsindən 890 metr məsafədə, daha sonra 14:22-də 34-cü polis şöbəsindən 184 metr məsafədə olmuşdur. Göründüyü kimi Şahid1 da xx.xx.2021-ci il tarixdə ittihamda qeyd edildiyi kimi saat 13-də Əhmədli metro stansiyasının yaxınlığında olmamış, yalnız şəxsi axtarışın videoçəkilişi başlayan zaman 14:05-14:30-da 34-cü polis şöbəsində olmuşdur. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs2 telefonu ilə bağlı onu da qeyd edir ki, şəxsi axtarış zamanı sonuncunun üzərindən telefon aşkar edilməmiş, Təqsirləndirilən şəxs2 isə tulurakən üzərində mobil telefonu olmasını və tutulduqdan sonra videoçəkilişdən əvvəl üzərində axtarış aparılmasını və telefonunun üzərindən götürülməsini, 10 gün sonra anası tərəfindən polis şöbəsindən götürülməsini bildirmişdir. Ancaq şəxs axtarış və götürmə protokolunda və ona əlavə olunmuş videoçəkilişdə Təqsirləndirilən şəxs2 üzərindən telefon aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 telefon anten məlumatlarının tədqiqinə əsasən hesab edir ki, sonuncunun üzərində mobil telefon olmuşdur. Belə ki, heç də təsadüfən Təqsirləndirilən şəxs2 üzərindı olmayan telefonunun 19 noyabr 2021-ci il tarixdə 12:04-dən 12:31-ə kimi, yəni təxminən yarım saat ərzində 34cü polis şöbəsinin yaxınlığında olması, daha sonra telefonun sönməsi mümkün olan hal deyil. Belə ki, necə təsadüfən Rafailin üzərində olmayan telefon tutulduğu gün, tutulduğu saatdan (rəsmi ittihamda göstərilən saat) 29 dəqiqə əvvəl, tutulduqdan sonra gətirildiyi 34cü polis bölməsinin lap yaxınlığında ola bilərdi. Məhkəmə yuxarıda qeyd olunan sübutlara əsasən ümumiləşdirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Hovsan ərazisində xx.xx.2021-ci il tarixdə saat 10-11 radələrində Şahid1 və Ceyhun Quliyev tərəfindən deyil, başqa şəxslər tərəfindən tutularaq saat 12:04-də 34-cü polis şöbəsinə gətirilmiş və tutulduqdan sonra videoçəkiliş olmadan qeyri-rəsmi axtarış keçirilərək telefonu üzərindən götürülmüşdür. Bununla da, Azərbaycan Respublikası CPM-nin 246.3-cü maddəsinin, yəni şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir kimi tələbləri pozulmuşdur. Həmçinin yuxarıda qeyd olunanlardan aydın olur ki, Təqsirləndirilən şəxs2 üzərində faktiki olaraq tutulmasından 2 saat sonra şəxsi axtarış aparılmışdır. Avropa Məhkəməsinin “Məmmədov Azərbaycana qarşı” xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, ərizəçinin tutulması və axtarışı arasında təxminən iki saat vaxt keçməsi sübutların mümkün “qoyulması” ehtmalı ilə bağlı haqlı narahatlıq doğurur, çünki o, həmin müddət ərzində tamamilə polisin nəzarəti altında idi. Bundan başqa, ərizəçinin tutlmasından dərhal sonra axtarışın aparılmasını qeyri-mümkün edən hər hansı xüsusi halların mövcud olduğunu deməyə əsas verən heç nə yoxdur. Həmçinin həmin qərarda göstərilmişdir ki, məhkəmə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən məhkum edilmənin əsaslandığı maddi sübutun keyfiyyətinin şübhəli olduğunu hesab etmiş, çünki əldə edilmə üsulu onların etibarlılığına şübhə yaradır. Bununla da sonradan videoçəkilişlə aparılmış şəxsi axtarış istintaq hərəkətinin mötəbərliyini şübhə altına alır. Bundan başqa, polis əməkdaşları Şahid2 və Şahid1 istintaq zamanı verdiyi ifadələri tədqiq etdikdə məlum olur ki, həmin ifadələrdə fərqlilik yalnız vəzifələri və iş yerləri barədə məlumatlar və birinin digərinin adını çəkməsidir. İfadələrdəki digər bütün yazılar sözbəzsöz, cümlə-cümlə, hətta nöqtə və vergülünə kimi üst-üstə düşür. Göründüyü kimi şahidlərin ifadələri biri digərindən köçürülmüş və bu da həmin ifadələrin inandırıcı olmasına şübhələri daha da artırır. Avropa Məhkəməsi “Kobiaşvili Gürcüstana qarşı” işində göstərmişdir ki, polis əməkdaşları ərizəçiyə qarşı cinayət təqibinin təşəbbüskarları idilər, cinayət təqibinin təşəbbüskarı olan orqanın əməkdaşları idilər və ona görə də onlar ərizəçiyə qarşı cinayət təqibinin nəticələrində maraqlı idilər. Onların maraqlılığı xüsusilə ərizəçinin narkotik maddənin onun cibinə polislər tərəfindən atıldığını iddia etdiyini nəzərə alaraq daha aydın görünürdü. Buna baxmayaraq onların ifadələri məhkəmələr tərəfindən avtomatik olaraq etibarlı sübut kimi qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, polis əməkdaşlarının ifadələri ərizəçinin məhkəmə qərarı olmadan şəxsi axtarışına dair qərarı ilə ziddiyyət təşkil edirdi. Məhkəmə yuxarıdakı sübutların tədqiqindən Şahid2 və Şahid1 ifadələrinin ziddiyyətli olması, digər sübutlarla təsdiq olunmaması öz növbəsində sonuncu tərəfindən qəbul edilmiş əməliyyat axtarış-tədbirinin keçirilməsi haqqında qərarın mötəbərliyini də şübhə altına alır. Yəni Təqsirləndirilən şəxs2 barəsində hər hansı narkotik vasitəni saxlaması və istifadəsi barədə əvvəlcədən hər hansı məlumat olmamışdır. Həmçinin Avropa Məhkəməsi «Kobiaşvili Gürcüstana qarşı» qərarında ərizəçinin şəxsi axtarışının məhkəmə qərarı olmadan aparılmasını, buna səbəb olmuş əməliyyat məlumatının faktiki olaraq mövcud olmamasını və polis əməkdaşlarının şəxsi axtarışın faktiki hallarına dair ziddiyyətli ifadələrini nəzərə alaraq ərizəçinin şəxsi axtarışı nəticəsində əldə edilmiş sübutun etibarlılığının və mötəbərliliyinin şübhə doğurduğunu bildirmişdir. Beləliklə də, şahidlər Şahid2 və Şahid1 ifadələri ziddiyyətli olmaqla hadisələri ayrıntılı şəkildə əks etdirməmiş, əldə edilmiş telefon anten məlumatları, şəxsi axtarışın videoçəkilişi və digər sübutlarla uyğunsuz olmuş, sübutun əldə olunduğu üsul onun etibarlılığına və mötəbərliyinə şübhə yaratmış, tutulma və şəxsi axtarışı zamanı pozuntulara yol verilmiş, ittihamı təsdiq edən sübutlar pozuntularla əldə edilmiş, narkotik vasitənin qoyulma ehtimalı olmuşdur. Bundan başqa, şəxsi axtarış protokolunda yalnız heroninin Rafailin üzərindən aşkar edilməsi və onun qablaşdırılması göstərilsə də, məhkəmə baxışı zamanı şəxsi axtarış və götürmənin aparılmasına dair videoçəkilişə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 üzərindəki «Rothmans» siqaret qutusunu təqdim etmiş və həmin qutunun içərisindən 1 ədəd siqaret və 1 ədəd selofan büküm aşkar edilmiş və selofan bükümün içərisində heroin olmasını bildirmişdir. Daha sonra həm 1 ədəd siqaret, həm də selefonda olan heroinəbənzər kütlə «Rothman» siqaret qutusunun içərisinə qoyulmuş, həmin qutu da qeyd olunan predmetlərlə birlikdə ekspertiza göndərilməsi üçün qablaşdırılmış, daha sonra Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. xx.xx.2021-ci il tarixli 6/5129 nömrəli məhkəmə kimyəvi ekspertizası rəyinin təsviri hissəsində göstərilmişdir ki, Tədqiqat obyekti üzərində AR DİN «zərflər üçün №152» möhür əksi, «…Həmidov R…» və s. yazılar, imzalar olan bir ədəd zərfdə təqdim olunmuşdur. Zərfdə 01 ədəd «Rothman» markalı siqaret qutusunda 01 bükümdə təmiz çəkisi 5,140 qram olan qəhvəyi rəngli maddə kütləsi müəyyən edildi. Göründüyü kimi şəxsi axtarış zamanı videoçəkilişdə Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 ədəd siqaret narkotik vasitə ilə birlikdə qablaşdırılsa da, ekspertiza zamanı həmin siqaret dənəsi aşkar edilməmişdir. Həmin ziddiyətlə bağlı ekspert X3 da ifadəsində göstərmişdir ki, zərfin içərisində aşkarlanan əşyaların hər birinin ekspert rəyində təsvir edildiyini, əgər zərfdən siqaret aşkar edilsə idi bu barədə ekspert rəyinin təsviri hissəsində qeyd aparmalı olduğunu və həmçinin həmin siqaret dənəsinin bioloji eksprtizaya təqdim edilməli olduğunu bildirmişdir. Yuxarıda qeyd olunanlar ona dəlalət edir ki, qablaşdırılmış zərf ekspert tədqiqatına göndərilməzdən əvvəl tamlığı pozularaq açılmışdır. Bu da tədqiqata göndərilmiş narkotik vasitənin tərkibinin, miqdarının dəyişdiriməsi şübhəsi yaradır, eləcə də, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş kütlənin ümumiyyətlə narkotik vasitə olmasını şübhə altına alır. Həmçinin o da qeyd edilməlidir ki, faktiki olaraq ittihamın gəldiyi qənaət Rafailin üzərindən aşkar edilmiş heroinin Amilin evindən talanan heroin olmasından ibarət olmuş, yuxarıdakılara əsasən ümumiyyətlə Rafailin hər hansı narkotik talaması qeyri-müəyyəndir və bu da eyni zamanda Rafailin narkotik vasitəni talaması xüsusatını da şübhə altına alır. Bundan başqa, məhkəmə narkoloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 metamfetaminin qəbulu nəticəsində yaranan asıllılıq sindromundan əziyyət çəkir. Ancaq Təqsirləndirilən şəxs2 istintaqdakı ifadəsindən aydın olur ki, Amilin evidən çıxarkən stolun üzərindən götürdüyü 15 büküm narkotik vasitədən 14 büküm metamfetamini elə oradaca ayaqyolun tullamış, 1 büküm heroini istifadə üçün üzərində saxlamışdır. Metamfetamin asıllığından əziyyət çəkən Təqsirləndirilən şəxs2 14 büküm metamfetamini tullayaraq istifadəçisi olmadığı heroni istifadə etmək üçün talayıb üzərində saxlaması da heroini götürməsini, saxlamasını və sonradan üzərindən aşkar edilməsini şübhə altına alan haldır. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsində əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda. Daha sona həmin maddədə Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Çünki keçərliliyi mübahisələndirilən və ya təsdiq edilməmiş dəlillər varsa, ortada qaranlıq bir nöqtə olduğu söylənilə bilir. Sübutlar təqsirləndirilənin mütləq şəkildə cinayəti törətməsini təsdiq edən nöqtəyə çatmalıdır. Həmin nöqtəyə çata bilmirsə bu hal təqsirləndirilənin əleyhinə yozulmamalıdır. Bu zaman «in dubia pro red» şübhədən təqsirləndirilən yararlanır qaydasına əsasən dəyərləndirilməsi aparılacaqdır. Bu prinsipə əsasən təqsirləndirilənin bir cinayətdən cəzalandırılmasının təqsirin şübhəyə yol verilməyən əminliklə isbat edilməsidir. Törədilmə şəkli şübhəli və tam olaraq aydınlaşdırılmamış olaylar, hadisələr, ifadələr təqsirləndirilənin əleyhinə yozularaq məhrumetmə hökmü qurula bilməz. Cəza məhkumiyyəti araşdırma zamanı toplanan dəlillərin bir qisminə istinad edilərək, digər qismini isə gözardı edilərək çatılan ehtimali qənatə deyil, dəqiq və açıq bir isbata söykənməlidir. Bu isbat heç bir şübhəyə yol verilməyəcək açıqlıqda olmalıdır. Yüksək də olsa ehtimala dayanaraq təqsirləndiriləni cəzalandırmaq cinayət mühakiməsinin ən önəmli vəzifəsi olan həqiqətə çatmadan fərziyyəyə dayalı olan hökm vermək anlamına gələr. Bu işdə də əldə edilmiş sübutlar Təqsirləndirilən şəxs2 CM-nin 234.4.3 və 235.4.2-ci maddələrində nəzərdə tutulan əməli törətməsinə dair tam əminlik yaratmır və şübhəyə yer qoyur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin maddənin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X24 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işi üzrə qərarında qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. Barbera, Messege və Habardo İspaniyaya qarşı (1988) məhkəmə işində Məhkəmə bildirdi ki, təqsirsizlik prezumpsiyası prinsipi: sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Avropa İnsan Hüquqları Məhkəmsinin baxdığı işlərdə istər dövlətə, istərsə də iddiaçıya münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. Adətən cinayət mühakimə icraatında tədbiq edilən “ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsasalı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtiva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. “Əsaslı şübhədən kənar” standartı, adından göründüyü kimi onu ifadə edir ki, cinayət işində şəxsin təqsirliliyində heç bir əsaslı (ağlabatan) şübhə qalmamalıdır. Bu o demək deyil ki, onun həqiqiliyinə heç zərrə qədər də şübhə yoxdur (beyond shadow of doubt). Bu o deməkdir ki, təqdim edilmiş sübutların bütün digər alternativ izahları (əsasları, anlamları) çox az inandırıcıdırlar. İstər Azərbaycan Respublikasının Konstitusiyasında, istərsə də Avropa İnsan Hüquqları Məhkəmsinin presedent hüququnda nəzərdə tutulmuş yuxarıda sadalanan normalar Azərbaycan Respublikası CPM-də öz əksini tapmışdır. Belə ki, CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. Həmin Məcəllənin 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər; 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşınması və külli miqdarda narkotik vasitələri talamada ifadə olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 235.4.2-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törədilməsində onun təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddələr ilə verilmiş ittiham üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən bəraət verilməlidir. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 əməlinə Azərbaycan Respublikası CM-nin 180.2.1, 181.2.3 və 181.2.4-cü maddələrinin, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əməlllərində həmin Məcəllənin 180.2.1 və 181.2.3-cü maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onlar tərəfindən təqsirli olaraq törədilmişdir. Onların əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1, 181.2.3 və 181.2.4-cü maddələrinin, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 həmin Məcəllənin 180.2.1 və 181.2.3-cü maddələrinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 181.2.3 və 181.2.4-cü maddələrinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 181.2.3 və 181.2.4-cü maddələri, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 181.2.3-cü maddələri, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 181.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci, himayəsində 4 (dörd) yetkinlik yaşına çatmayan övladının olmasını 59.2-ci maddəsinə əsasən əməlində onun cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci, himayəsində 1 azyaşlı övladının olmasını 59.1.4-cü, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini 59.2-ci maddəsinə əsasən əməlində onun cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci, himayəsində 1 azyaşlı övladının olmasını 59.1.4-cü, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını 59.2-ci maddəsinə əsasən əməlində onun cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin məcmusu var. Belə ki, o, Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(011)-27/2022 saylı hökmü ilə Azərbaycan Respublıkası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinməklə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyindən bu cəza Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü azadlıqdan məhrum etmənin 1 (bir) gününə bərabər tutulmaqla 1 (bir) il 6 (altı) ay müddət hazırkı iş üzrə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanmaqla ona cinayətlərin məcmusu qaydasında qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmin hökmlə ona təyin edilmiş qəti cəzadan çıxılmış həbsdə saxlanıldığı 2 gün müddət hazırki hökm üzrə onun üzərində saxlanılacaq qəti cəzadan çıxılmalıdır. Bundan başqa Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin məcmusu var. Belə ki, o, Suraxanı Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 1(010)-184/2022 saylı hökmü ilə Azərbaycan Respublıkası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə əvvəli 11 noyabr 2021-ci il tarixdən hesablanmaqla qəti olaraq təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə növündə cəzasına məhkum edildiyindən bu cəza hazırkı iş üzrə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanmaqla ona cinayətlərin məcmusu qaydasında qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmin hökmlə onun cəzasını çəkdiyi 2 (iki) il müddət hazırki cinayət işi üzrə ona təyin edilmiş qəti cəzadan çıxılmaqla cəzasının əvvəli 11 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödədikdə və ya aradan qaldırdıqda və qismən ödədikdə və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin etdikdə əgər onun əməlində cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinindörddə üçündənartıq ola bilməz. Bu səbəbdən də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1, 181.2.3 və 181.2.4-cü maddələri, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 həmin Məcəllənin 180.2.1 və 181.2.3 maddələri ilə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) il 03 (üç) aydan artıq olmamalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxslərin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın əvvəli şübhəli şəxs qismində tutulduğu 19 noyabr 2021-ci il tarixdən, Təqsirləndirilən şəxs3 təyin ediləcək cəzanının əvvəli 08 yanvar 2022-ci il tarixdən, Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanının əvvəli 11 noyabr 2023-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub və ekspertiza tədqiqatdan sonra qalıq çəkisi 5,090 qram olan qram təşkil edən narkotik vasitə heroin ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, həmin narkotik vasitə həmin araşdırma ilə əlaqədar Bakı şəhər Xətai Rayon Polis İdarəsində saxlanılmalı, 5 (beş) ədəd CD disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə kimyəvi ekspertizasına sərf edilmiş 109,9 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul vəsaiti dövlətə aid edilməli, məhkəmə-əmtəəşünaslıq ekspertzasına 50 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 müştərək qaydada, məhkəmə-xətşünaslıq ekspertizasına sərf edilmiş 126 (yüz iyirmi altı) manat məbləğində ekspertiza xərcinin 63 (altmış üç) manat məbləğində hissəsi Təqsirləndirilən şəxs3, 63 (altmış üç) manat məbləğində hissəsi Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə köçürülməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müvafiq olaraq “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi4, “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi3 müdafiəçi təyin edilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 150 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi4 vəkil işlədiyi Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına ödənilməsi üçün 900 (doqquz yüz) manat, 250 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına ödənilməsi üçün 1500 (min beş yüz) manat və 250 iş saatı həcmində hüquqi yardımla Müdafiəçi3 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına ödənilməsi üçün 1500 (min beş yüz) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.2.4-cü, 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ : Təqsirləndirilən şəxs2 təqsirliliyi sübuta yetirilməməsinə görə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 235.4.2-ci maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Xətai Rayon Məhkəməsinin 1(011)-27/2022 saylı, 26 avqust 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü 1 (bir) günə bərabər tutulmaqla, 01 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə kimi hesablanmaqla hazırki cinayət işi üzrə ona təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs2 üzərində 4 (dörd) il 6 (ay) müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Xətai rayon Məhkəməsinin 1(011)-27/2022 saylı, 26 avqust 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzadan çıxılmış şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş qəti cəzadan çıxılmaqla üzərində 4 (dörd) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 19 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Suraxanı rayon Məhkəməsinin 1(010)-184/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki cinayət işi üzrə ona təyin edilmiş 03 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs1 üzərində 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 Suraxanı rayon Məhkəməsinin 1(010)-184/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki cinayət işi üzrə ona təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli 11 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasının əvvəli onun tutulduğu, yəni 08 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc otağına verilmiş 5,090 qram narkotik vasitə heroin ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə müvafiq materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokurorluğuna göndərilsin və göstərilən predmetlər həmin işin materiallarına əlavə edilsin, 5 ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə-kimyəvi ekspertizasına sərf edilmiş 109,9 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul vəsaiti dövlətə aid edilsin, məhkəmə-əmtəəşünaslıq ekspertzasına sərf edilmiş 50 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 müştərək qaydada, məhkəmə-xətşünaslıq ekspertizasına sərf edilmiş 126 (yüz iyirmi altı) manat məbləğində ekspertiza xərcinin 63 (altmış üç) manat məbləğində hissəsi Təqsirləndirilən şəxs3, 63 (altmış üç) manat məbləğində hissəsi Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi4 üçün 900 (doqquz yüz) manat, “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 üçün 1500 (min beş yüz) manat, “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi3 üçün 1500 (min beş yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(101)-63/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-63/2024
30.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver