Məhkəmə qərarları › İş №1(101)-63/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-63/2025

25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-63/2025 25.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), X18 və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 qızının, X9, X10 və X11, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X7, X12 və Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, onların müdafiəçiləri, Bakı şəhəri 5 saylı Vəkil bürosunun vəkili Müdafiəçi3 və “Fides” Vəkil bürosunun vəkili X16 iştirakları ilə, xx xxxx 1987-ci ildə Ermənistan Respublikasının Meğri rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, 06 avqust 1981-ci ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, himayəsində 1 yetkinlik yaşına çatmayan uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4ında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamaqla daşımış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib satmaq məqsədi ilə Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqa “Rüstəm” adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən mənfəət olaraq gəlir əldə etmək müqabilində “Rüstəm” adlı şəxsə məxsus külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirəcəkləri barədə razılığa gəlib sonuncunun tapşırığı ilə 05 sentyabr 2022-ci il tarixdə gecə saatlarında qrup üzvü Təqsirləndirilən şəxs2lə birlikdə Astara rayonuna gedərək orada yerləşən meşədə əvvəlcədən təyin edilmiş yerdən istintaqa şəxsiyyəti məlum olmayan şəxs tərəfindən qoyulmuş külli miqdarda, ümumi təmiz çəkisi 20157,092 qram narkotik vasitə heroini və külli miqdarda, ümumi təmiz çəkisi 5153,966 qram psixotrop maddə metamfetamini götürüb qanunsuz olaraq əldə edərək qrup üzvü Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 5 ünvanına daşıyaraq həmin narkotik vasitə və psixotrop maddəni hissələrə bölərək bir hissəsini üzərlərində, qalan hissəsini isə qeyd edilən ünvanda saxlamış, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində o, satış məqsədilə əldə etdikləri narkotik vasitə heroinin 9,098 qram hissəsini Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 5 ünvanının qarşısında tanışı Şahid1 satmış, onların narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Binəqədi rayon Polis İdarəsinin NMB-nin və CAŞ-nin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində 09 sentyabr 2022-ci il tarixdə saat 23:10 radələrində o və Şahid1 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 5 ünvanında şübhəli şəxs qismində saxlanılaraq ünvan 7 ünvanında yerləşən Binəqədi RPİ-nin inzibati binasına gətirilmiş, orada Şahid1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd bükümdə, onun satdığı külli miqdarda, təmiz çəkisi 9,098 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüş, onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı isə əlində saxladığı 01 ədəd şəffaf sellofan bağlamada 15 ədəd bükümdə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan, ayrı-ayrılıqda təmiz çəkiləri 9,035 qram, 9,044 qram, 2,240 qram, 2,041 qram, 1,365 qram, 4,062 qram, 4,071 qram, 4,034 qram, 4,132 qram, 1,135 qram, 2,082 qram, 1,246 qram, 9,245 qram, 9,159 qram, 50,075 qram, ümumi təmiz çəkisi 112,966 qram, külli miqdarda ağ rəngli kristallik maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 12 ədəd bükümdə, xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan, ayrı-ayrılıqda təmiz çəkiləri 18,217 qram, 10,750 qram, 5,926 qram, 4,014 qram, 6,996 qram, 3,715 qram, 4,056 qram, 8,865 qram, 9,848 qram, 13,626 qram, 6,935 qram, 9,046 qram, ümumi təmiz çəkisi 101,994 qram, külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, Binəqədi RPİ-nin NMB-nin və CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirinin davamı olaraq qrup üzvü Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə saat 01:55 radələrində ünvan 9 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 7 ünvanında yerləşən Binəqədi RPİ-nin inzibati binasına gətirilmiş və orada Təqsirləndirilən şəxs2 üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçəsinin sol iç cibindən 01 ədəd göy rəngli sellofan torbada olan 01 ədəd şəffaf sellofan bağlamada külli miqdarda, təmiz çəkisi 494,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüş, bundan sonra həmin tarixdə saat 03:30 radələrində Binəqədi RPİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 iştirakı ilə yaşadığı ünvan 5 ünvanına baxış keçirilən zaman mənzildən bir ədəd qara rəngli çemodanın içərisindən 6 ədəd bükümdə, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, ayrı-ayrılıqda təmiz çəkiləri 996,0 qram, 723,0 qram, 957 qram, 998,0 qram, 995,0 qram, 372,0 qram, ümumi təmiz çəkisi 5041,0 qram külli miqdarda ağ rəngli krisatllik maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 6 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 508,0 qram, 517,0 qram, 505,0 qram, 526,0 qram, 507,0 qram, 515,0 qram tünd qəhvəyi rəngli, 28 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 498,0 qram, 501,0 qram, 485,0 qram, 501,0 qram, 491,0 qram, 540,0 qram, 502,0 qram, 500,0 qram, 501,0 qram, 500,0 qram, 501,0 qram, 505,0 qram, 1000,0 qram, 484,0 qram, 501,0 qram, 495,0 qram, 500,0 qram, 498,0 qram, 1000,0 qram, 482,0 qram, 990,0 qram, 1010,0 qram, 505,0 qram, 495,0 qram, 504,0 qram, 1000,0 qram, 490,0 qram, 495,0 qram qəhvəyi rəngli olmaqla ümumi təmiz çəkisi 19552 qram, külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, eləcə də üzərində narkotik vasitə heroin izləri olan iki ədəd elektron tərəzi, 1 ədəd böyük ölçülü dəmir qaşıq, 1 ədəd birdəfəlik istifadə üçün nəzərdə tutulmuş ağ rəngli plastik qaşıq, 1 ədəd yaşıl rəngli əlcək, 1 cüt ağ rəngli əlcək və 1 ədəd şəffaf rəngli kolba adlanan şüşə avadanlıq aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib satmaq məqsədi ilə Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqa “Rüstəm” adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən mənfəət olaraq gəlir əldə etmək müqabilində “Rüstəm” adlı şəxsə məxsus külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirəcəkləri barədə razılığa gəlib sonuncunun tapşırığı ilə 05 sentyabr 2022-ci il tarixdə gecə saatlarında qrup üzvü Təqsirləndirilən şəxs1la birlikdə Astara rayonuna gedərək orada yerləşən meşədə əvvəlcədən təyin edilmiş yerdən istintaqa şəxsiyyəti məlum olmayan şəxs tərəfindən qoyulmuş külli miqdarda, ümumi təmiz çəkisi 20157,092 qram narkotik vasitə heroini və külli miqdarda, ümumi təmiz çəkisi 5153,966 qram psixotrop maddə metamfetamini götürüb qanunsuz olaraq əldə edərək yaşadığı ünvan 5 ünvanına daşıyaraq həmin narkotik vasitə və psixotrop maddəni hissələrə bölərək bir hissəsini üzərlərində, qalan hissəsini isə qeyd edilən ünvanda saxlamış, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs1 satış məqsədilə əldə etdikləri narkotik vasitə heroinin 9,098 qram hissəsini Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 5 ünvanının qarşısında tanışı Şahid1 satmış, onların narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Binəqədi RPİ-nin NMB-nin və CAŞnin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində 09 sentyabr 2022-ci il tarixdə saat 23:10 radələrində Təqsirləndirilən şəxs1 və Şahid1 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 5 ünvanında şübhəli şəxs qismində saxlanılaraq ünvan 7 ünvanında yerləşən Binəqədi RPİ-nin inzibati binasına gətirilmiş, orada Şahid1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd bükümdə, Təqsirləndirilən şəxs1 satdığı külli miqdarda, təmiz çəkisi 9,098 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüş, Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı isə əlində saxladığı 01 ədəd şəffaf sellofan bağlamada 15 ədəd bükümdə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan, ayrı-ayrılıqda təmiz çəkiləri 9,035 qram, 9,044 qram, 2,240 qram, 2,041 qram, 1,365 qram, 4,062 qram, 4,071 qram, 4,034 qram, 4,132 qram, 1,135 qram, 2,082 qram, 1,246 qram, 9,245 qram, 9,159 qram, 50,075 qram, ümumi təmiz çəkisi 112,966 qram, külli miqdarda ağ rəngli kristallik maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 12 ədəd bükümdə, xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan, ayrı-ayrılıqda təmiz çəkiləri 18,217 qram, 10,750 qram, 5,926 qram, 4,014 qram, 6,996 qram, 3,715 qram, 4,056 qram, 8,865 qram, 9,848 qram, 13,626 qram, 6,935 qram, 9,046 qram, ümumi təmiz çəkisi 101,994 qram, külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, Binəqədi RPİ-nin NMB-nin və CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirinin davamı olaraq o, xx.xx.2022-ci il tarixdə saat 01:55 radələrində ünvan 9 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 7 ünvanında yerləşən Binəqədi RPİ-nin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçəsinin sol iç cibindən 01 ədəd göy rəngli sellofan torbada olan 01 ədəd şəffaf rəngli sellofan bağlamada külli miqdarda, təmiz çəkisi 494,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüş, bundan sonra həmin tarixdə saat 03:30 radələrində Binəqədi RPİ-nin əməkdaşları tərəfindən onun iştirakı ilə yaşadığı ünvan 12 ünvanına baxış keçirilən zaman mənzildən bir ədəd qara rəngli çemodanın içərisindən 6 ədəd bükümdə, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, ayrı-ayrılıqda təmiz çəkiləri 996,0 qram, 723,0 qram, 957 qram, 998,0 qram, 995,0 qram, 372,0 qram, ümumi təmiz çəkisi 5041,0 qram külli miqdarda ağ rəngli krisatllik maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 6 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 508,0 qram, 517,0 qram, 505,0 qram, 526,0 qram, 507,0 qram, 515,0 qram tünd qəhvəyi rəngli, 28 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 498,0 qram, 501,0 qram, 485,0 qram, 501,0 qram, 491,0 qram, 540,0 qram, 502,0 qram, 500,0 qram, 501,0 qram, 500,0 qram, 501,0 qram, 505,0 qram, 1000,0 qram, 484,0 qram, 501,0 qram, 495,0 qram, 500,0 qram, 498,0 qram, 1000,0 qram, 482,0 qram, 990,0 qram, 1010,0 qram, 505,0 qram, 495,0 qram, 504,0 qram, 1000,0 qram, 490,0 qram, 495,0 qram qəhvəyi rəngli olmaqla ümumi təmiz çəkisi 19552 qram, külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, eləcə də üzərində narkotik vasitə heroin izləri olan iki ədəd elektron tərəzi, 1 ədəd böyük ölçülü dəmir qaşıq, 1 ədəd birdəfəlik istifadə üçün nəzərdə tutulmuş ağ rəngli plastik qaşıq, 1 ədəd yaşıl rəngli əlcək, 1 cüt ağ rəngli əlcək və 1 ədəd şəffaf rəngli kolba adlanan şüşə avadanlıq aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, narkotik vasitə olan heroindən istifadə etmişdir. 3-4 aya yaxın bu işlə məşğul olmuşdur. “Oil” yanacaq doldurma məntəqəsinin yanında İran İslam Respublikası vətəndaşı Rüstəm adlı şəxs narkotik vasitə qoyurmuş, o da gedib götürürmüş. O, həmin qoyulan narkotik vvasitəni götürüb evə gətirmişdir. Narkotik vasitənin çəkisi 5-6 kiloqram olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirdi ki, o, Mahiri uşaqlıqdan tanımışdır. Mahir ondan 5-6 saat sonra tutulmuşdur. Mahirin narkotik vasitə istifadə etdiyini əvvəldən bilmişdir. Mahir ondan narkotik vasitə almamışdır. Metamfetamin və heroin meşokda olmuşdur. Hər dəfəsində narkotik vasitənin üzərindən 100 qram, 50 qram götürmüşdür. Gündə 3 qram istifadə etmişdir. Onda bir tərəzi olmuşdur. Heç bir şəbəkənin üzvü olmamışdır. Astarada istirahət məqsədilə olmuşdur. O, Astarada olanda İran İslam Respublikası vətəndaşı ilə danışmamış, Rüstəm adlı şəxsi tanımamışdır. O, Mahirlə heç bir cinayət əlaqəsinə girməmişdir, Mahir ondan narkotik vasitə istəməmişdir. Sonuncu dəfə mal götürəndə ondan 10 gün qabaq yenə götürmüşdür. Narkotik vasitəni götürdükdən sonra nə edəcəyini bilməmişdir. Saat 8-in yarısı tutulmuşdur. Niyazi adlı sinif yoldaşı olmuşdur. İbtidai istintaqda vəkili sabahısı gəlmiş, onda ifadəsi alınmışdır. İkinci dəfə ifadə verməmişdir. Heç yerə qol çəkməmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, bölmədə olan zaman gecə ona yaxınlaşaraq “evə gedirik” deyilmiş, evin açarı onda olmuşdur. Bölmədən çıxanda polislərin əlində çemodan olduğunu görmüşdür. Görmüşdür ki, həmin çemodan onun evinə məxsus çemodan imiş, əməliyyatçılar onlardan qabaq gedib evə girmişdir. Həmin çemodanın içində paltar olmuşdur. Polis əməkdaşları onu yoldaşı ilə birlikdə evə gətirərək ssenari qurmağa başlamışlar, onu öyrətmişlər ki, “nə desək, onu de”. Polis əməkdaşları ona demişdir ki, “yoldaşın içəridə olacaq, deyərsən ki, yoldaşım xəstədir”. Çəkiliş zamanı o, polis əməkdaşlarının dediyi şablon sözləri demişdir. Ona kurtka geyindirilmiş və narkotik vasitə kurtkanın cibinə qoyulmuşdur. Evdə çəkilişdən sonra onun üzərinə narkotik vasitə qoyulmuşdur, halbuki onun üstündə 1 qram belə narkotik vasitə olmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirdi göstərdi ki, onu yaşadığı ünvanın qarşısında, yəni Nizami rayonu, Qara Qarayev prospektində saxlamışlar. Onu 3 nəfər saxlamışdır. Saxlayanlar mülki geyimdə olmuşlar. O, evin açarını polis əməkdaşlarına təqdim etmiş, amma özü evə qalxmamışdır. Onunla maşında əməliyyatçı qalmışdır. Saxlanılan zaman telefonu və maşınının açarı götürülmüşdür. Yoldaşının üzərinə baxış keçirilməmişdir. Üzərində açar və telefon olmuşdur. O, maşında yarım saat qalmışdır. Bölməyə, təxminən, saat 11-12-ə işləmiş gəlmişlər. Yoldaşını da bölməyə aparmışlar. Onu apardıqları otaqda Lətif və 2 nəfər olmuşdur. Bölmədə vəkil olmamışdır. Ona fiziki təzyiq olmamış, ancaq psixi təzyiq olmuşdur. Ona yoldaşı ilə hədəqorxu gəlinmişdir. Mənzilə baxışdan imtina etməmişdir. Evə baxış keçirməyə 2 maşın getmişdir. Qapının açarı onda olmamış, polislərdə olmuşdur. O, yoldaşı ilə birlikdə evə gətirilmiş və evin içində polis əməkdaşları ssenari qurmağa başlamışlar. Ona öyrədilmişdir ki, “nə desək, onu de, yoldaşın içəridə olacaq, bizə deyərsən ki, yoldaşım xəstədir”. 3-4 dəfə çəkiliş olmuşdur. Lətiflə kirayəni birlikdə tutmuşlar. Lətifin otağı açarla bağlı olmuşdur. Yoldaşı hamilə olduğu üçün təmiz havayla əlaqədar 3-4 günlük Astaraya getmişlər. Orada “Ağ Körpü” adlanan istirahət mərkəzində qalmışlar. Rüstəm adlı şəxsi tanımamışdır. Qaçaqmalçılıqla bağlı ona suallar verilmişdir. Rüstəmlə bağlı suallar verilməmişdir. İra adlı şəxsi tanımamışdır. Astaraya ayın 3-ü günorta getmiş, 6-sı səhərə yaxın çıxmışlar. Telefonu öz istifadəsində olmuşdur. Onun istifadəsində ***-***-**-** və ***-***-**-** nömrələri olmuşdur. Yoldaşının istifadəsində ***-***-**-** nömrəsi olmuşdur. Onlar içəri girəndə görmüşdür ki, stolun üstü dağınıq vəziyyətdədir. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid7 bildirdi ki, onlara Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradılmış, Lətif saxlanılıb idarəyə gətirilmişdir. İdarədə üzərinə baxış keçirilmiş, nəticədə narkotik vasitə aşkar edilmişdir. Lətif həmin narkotik vasitəni Mahir adlı şəxsdən müəyyən ünvanlara qoymaq üçün aldığını demişdir. Daha sonra onlar Mahir adlı şəxsi evinin yaxınlığında saxlamışdır. Mahir idarəyə gətirilmiş, üzərində də narkotik vasitə aşkar edilmişdir. Mahir narkotik vasitənin qalan hissəsinin evində olduğunu, 3-4 gün öncə Astara tərəfdən meşəlikdən götürdüyünü bildirmişdir. Daha sonra Mahirin yaşadığı evə gedilmiş, baxış keçirilmişdir. Mahir narkotik vasitənin evdə şifonerin içindəki çantada olduğunu demişdir. Həmin narkotik vasitə götürülüb idarəyə gətirilmişdir. Ümumilikdə, təxminən, 25 kiloqrama yaxın narkotik vasitə aşkar edilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid7 bildirdi ki, şəxslərə qarşı heç bir psixi və fiziki təsir olmamışdır. Mahir onlara bildirmişdir ki, İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur, pul müqabilində müəyyən ünvanlara narkotik vasitə qoyurmuş. Əsas rol Mahirin olmuşdur, çünki narkotiki o gedib götürmüşdür. 2 nəfərdən əlavə maşında Araz adlı şəxs də olmuş, maşını Araz sürmüşdür. Mahir narkotik vasitəni götürmək üçün rayona getdiyini bildirmişdir. Əməliyyat məlumatı ona 2022-ci ilin sentyabrında daxil olmuşdur. Bundan sonra rəhbərliyə raportla məruzə olunmuşdur ki, tədbir keçirməyə icazə verilsin. Raportda Mahir və Lətif adlı şəxslərin məlumatı öz əksini tapmışdır. Təqsirləndirilən şəxs2 hansı küçədə saxladıqlarını xatırlamır, Nizami rayonunda, kirayə yaşadığı evin yaxınlığında saxlamışdır. Lətif saxlanılan vaxtdan 2-3 saat sonra Mahir saxlanılmışdır. Mahir saxlanılan zaman tək olmuşdur. Onlar Mahirə yaxınlaşan zaman özlərini təqdim etmişlər. Əməliyyat qrupunda Babayev Zaur, o, Mirrəsul iştirak etmişdir, digər əməkdaşları xatırlamır. Mahir saxlanıldıqdan sonra Binəqədi rayon Polis İdarəsinə aparılmışdır. İdarədə Mahirə dövlət tərəfindən vəkil təyin olunmuş, üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış və götürmədə Mahirin üzərində narkotik vasitə aşkarlanmışdır. Narkotik vasitə sellofanda olmuşdur. Mahirin üzərində aşkarlanan narkotik vasitə heroin olmuşdur. Mənzilə baxışda o iştirak etmişdir. Şəxsi axtarış və götürmədən 2- 3 saat sonra Mahirin evinə baxış keçirilmişdir. Mahir də onlarla birlikdə mənzilə getmişdir. Mənzilə gedən zaman qapını Mahir öz açarı ilə açmışdır. Evə girdikdən sonra 2-ci otaqda, sağ tərəfdə şifoner olmuşdur, həmin şifonerdən 2 tərəzi, əlcək və qaşıq aşkar olunmuşdur, qaşıq da toz içində imiş. Lətifin yanında maşının sürücüsü Araz adlı şəxs var imiş. Baxış keçirilən zaman Lətif narkotik vasitənin özünə məxsus olduğunu demişdir. Lətif saxlanılan zaman narkotik vasitəni Mahirdən aldığını bildirmişdir. Məhkəmədə verilən çarpaz suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirdi ki, o, videoçəkilişdə Astaraya narkotik vasitə əldə etmək üçün getdiyini demişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid8 ifadəsində göstərdi ki, onlara əməliyyat məlumatı daxil olmuşdur ki, Lətif, Mahir və adlarını xatırlamadığı digər şəxslər narkotik vasitələrin istifadəsi və satışı ilə məşğuldur. Bununla bağlı tədbir keçirilmiş, Nizami rayonunda Mahirə məxsus “Tofaş” maşınının blokun qarşısında saxlanıldığı görülmüşdür. Tədbir zamanı onların yaxaladığı şəxs Mahirin özü deyilmiş. Həmin şəxsin adı Niyazi olmuşdur. Onlar Niyazini dərhal saxlamış, aidiyyəti üzrə Binəqədi rayon Polis İdarəsinə gətirmişlər. O, Mahir və Lətifin saxlanılmasında iştirak etməmişdir. Onlar Lətifgilin evinə baxışda iştirak etmişdir. Mahir qapını özü açmışdır, onlar da içəri daxil olanda masanın üzərində bükümlər olduğunu görmüşdür, Mahirin özü könüllü təqdim etmişdir. Həmçinin böyük çemodan da var imiş, onun da içində çoxlu bükümlər də olmuşdur. Mahirdən soruşduqda o həmin maddələrin heroin və metamfetamin olduğunu etiraf etmişdir. Daha sonra sənədləşdirmə işləri görülmüşdür. Məhkəmədə verilən suallara cavab olaraq Şahid8 bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Şəxslərə qarşı fiziki və psixi təzyiq olmamışdır. Evə baxışda təhqiqatçı, əməliyyatçı iştirak etmişdir. O, müdafiəçinin iştirak edib-etməməsini xatırlamır. Mahir narkotik vasitələri özü könüllü şəkildə təqdim edərək İran İslam Respublikası vətəndaşında aldığını bildirmişdir. Onlar Niyazini saxlamış, digər əməkdaşlar Mahirin maşınının ardınca getmişdir. Əməliyyat məlumatı X4 daxil olmuşdur. Maşından heç kim düşməmişdir, Niyazi həmin maşına yaxınlaşan zaman saxlanılmışdır. O, Mahiri kimin saxladığını bilmir. Saat neçədə evə baxış keçirdiklərini xatırlamır. “Maqa” ləqəbli şəxsi tanımır. Niyazinin üzərinə baxış keçirilərkən iştirak etmişdir, səhv etmirsə, üzərində heroin olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid6 ifadəsində göstərdi ki, 9 sentyabr 2022-ci il tarixində Polis İdarəsinin X4 narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olan 3 nəfər şəxs barəsində məlumat daxil olmuşdur. Həmin şəxslər Binəqədi və Nizami rayonları ərazisində narkotik vasitələrin dövriyyəsi ilə məşğul imiş. Əməliyyat qrupu yaradılmış və Samir əməliyyat qrupunun rəhbəri olmuşdur. Qrupun tərkibində o, əməkdaşlar Pərviz, Zaur, Anar, Kamran və Samir iştirak etmişdir. Həmin şəxslərin saxlanılması məqsədilə Nizami rayonu, “Araz” marketin yaxınlığına getmişlər. Orada göy rəngdə “Tofaş” markalı maşına yaxınlaşmış, orada Araz və Lətifi görmüşdür. Onlar Arazı saxlamış və onu Binəqədi rayon Polis İdarəsinə gətirmişlər. İdarədə Araz üzərinə baxış keçirilən zaman üzərindən 2 kart, maşın açarı təqdim etmişdir. Arazın maşınına baxış keçirilmiş və maşında qeyri-qanuni heç nə aşkar edilməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid6 bildirdi ki, şəxsə qarşı heç bir fiziki və psixi təzyiq olmamışdır. Onlar Arazı saxlamışlar. Məlumat Mahir, Lətif və Araz barəsində olmuşdur. Nizami rayonu, “Araz” marketin yaxınlığında Araz saxlanılmışdır. Eşitdiyinə görə, Mahir və Lətifdən külli miqdarda narkotik aşkar olunmuşdur, onların İran İslam Respublikası vətəndaşı ilə əlaqəsi olmuşdur. O, Lətif və Mahirin saxlanılmasında iştirak etməmiş, onları sadəcə idarədə görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin KTQ-nun baş inspektor kriminalisti vəzifəsində işləyən Şahid4 ifadəsində göstərdi ki, hadisə günü onun vəzifəsi şübhəli şəxs qismində tutulmuş şəxslərin üzərinə baxış keçirilməsi zamanı ekspertkriminalist kimi çəkiliş aparmaqdan ibarət olmuşdur. İdarədə təqsirləndirilən şəxslərin üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxslərin üzərlərinə və yaşadıqları mənzillərə baxış keçirilməsi zamanı həmin videogörüntüləri o çəkmişdir. Baxış keçirilən zaman üzərində olan əşyalar aktlaşdırılmış, diskə yazılmış və ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid4 bildirdi ki, şəxsləri yalnız əməliyyat çəkilişi apararkən görmüşdür. Təqsirləndirilən şəxsləri hadisə ilə əlaqədar tanımışdır. Çəkiliş zamanı əməliyyat müvəkkilləri və vəkil iştirak etmişdir. Evə baxış keçirərkən bir neçə büküm aşkar edilmişdir. Səhv etmirsə, təqsirləndirlən şəxslər narkotik maddəni İran İslam Respublikası vətəndaşından əldə etdiklərini demişlər. O, idarəyə çəkiliş üçün dəvət edilmiş, əməliyyat zamanı iştirak etməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Çəkilişdə bir əməliyyatçı və iki təhqiqatçı iştirak etmişdir. O, yalnız çəkiliş aparmış, qalan nə aşkar olunduğu yadında qalmamışdır. Mənzil Nizami rayonu ərazisində yerləşmişdir, lakin binanın neçənci mərtəbəsində olduğunu xatırlamır. Mənzilə baxış keçirilən zaman hava qaranlıq olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş əvvəllər Bakı şəhəri, Binəqədi RPİ-də kiçik əməliyyat müvəkkili işləmiş, hal-hazırda Ağdaş RPŞ-nin əməliyyat müvəkkili işləyən X14 ifadəsində göstərdi ki, Binəqədi RPİ-nin X3 əməliyyat müvəkkili Şahid7 Lətif, Araz və Mahir adlı şəxslərin Binəqədi rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatla əlaqədar əməliyyat tədbiri keçirilmişdir, əməliyyat qrupuna o və Binəqədi RPİ-nin digər əməliyyat müvəkkilləri Rəsul, Anar, Zaur və Samir daxil edilmişdir. Gecə saat, təxminən, 23:15 radələrində Bakı şəhəri, Qara Qarayev prospekti 15 ünvanında, Koroğlu metrostansiyası tərəfdən gəldikdə, “Ruslan” marketi keçdikdən sonra sağda binanın həyətində əməliyyat tədbiri keçirmişlər. Orada dayandıqları vaxt qara rəngli “Tofaş” markalı avtomobil gəlmişdir, sonradan adının Niyazi olduğunu öyrəndikləri şəxs həmin avtomobilə sərnişin tərəfdən yaxınlaşmışdır, oradan uzaqlaşarkən isə o və Zaur həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək onu 7-ci Polis Bölməsinə gətirmişlər. “Tofaş” markalı avtomobilin arxasınca o və Zaur getməmişdir, digər əməkdaşlar getmişlər. 7-ci X15 üzərində şəxsi axtarış keçirilmişdir, axtarış zamanı Niyazi özü şalvarının cibindən qara rəngli sellofan bükümü çıxarıb içərisində narkotik vasitə olduğunu, özünün narkotik vasitə istifadəçisi olduğunu, sinif yoldaşı Lətifdən pulsuz aldığını demişdir. Aşkar edilmiş maddə təhqiqatçı tərəfindən qablaşdırılaraq üzəri möhürlənmişdir. Mahir, Lətif və Araz adlı şəxslərin saxlanılmasında iştirak etməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq şahid X14 bildirdi ki, o və Şahid8 ancaq Niyazinin üzərində şəxsi axtarış keçirilməsində iştirak etmişdir, təqsirləndirilən şəxslərin üzərində keçirilən şəxsi axtarışda iştirak etməmişlər. Niyazi üzərində aşkar edilmiş “kakos” adlandırılan narkotik vasitəsini öz istifadəsi üçün Lətif adlı sinif yoldaşından pulsuz əldə etdiyini demişdir. Niyazi narkotik vasitələrin satışı ilə bağlı heç bir məlumat verməmişdir, istifadəçi olduğunu və narkotik vasitəni ona sinif yoldaşı Lətifin pulsuz verdiyini bildirmişdir. Əməliyyat tədbirində Azər, Pərviz, Samir, Zaur və o olmuşdur, aralarında “Maqa” adı ilə çağırılan heç kim olmamışdır. Binəqədi RPİ-də “Maqa” adlı şəxs işləməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş ÇAŞ-nin kiçik əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid5 ifadəsində göstərdi ki, onlara narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyatın rəhbəri Şahid7 imiş, onlar Nizami rayonu, Q.Qarayev prospektinə yollanmışlar. “Tofaş” markalı avtomobili dayandıraraq sağda əyləşən şəxsi düşürtmüşlər. Saxladıqları şəxsin adı Lətif olmuşdur. Lətifin üzərinə baxış keçirilərkən külli miqdarda narkotik vasitə “heroin” və psixotrop maddə “patı” aşkar edilmişdir. Lətif narkotik vasitələri Mahir adlı şəxsdən aldığını demişdir. Sonradan Mahirin evinə baxış keçirmək üçün yollanmışlar. Evdə hamilə həyat yoldaşı var imiş. Baxış keçirərkən evdən iki ədəd böyük sellofan torba aşkar edilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid5 bildirdi ki, o, təqsirləndirilən şəxslərin üzlərini görsə də, bugünki gündə xatırlmır. Təqsirləndirilən şəxslərin tədbirdə onun iştirak etməməsi ilə bağlı bildirdikləri yalandır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, hadisə günü o, həyat yoldaşı Təqsirləndirilən şəxs2lə kirayə qaldığı Qara Qarayev küçəsində həyətdə gəzişərkən 3 nəfər onlara yaxınlaşmış, ikisi Mahirin qollarından, digəri isə onun qollarından tutub saxlamışdır. Mahir onlardan özlərini təqdim etmələrini istəmişdir. Şəxslər polis əməkdaşı olduqlarını demişlər. Onların üzərlərində olanları, hətta qol saatlarına kimi hər şeyi götürmüşlər. Onda mənzilin açarını götürən kimi ora qalxmışlar. Sonra onları ayrıayrı maşınlara mindirib idarəyə aparmışlar. İdarədə onlar ayrı-ayrı dindirilmişdir. Sonradan digər otağa keçəndə Lətif və tanımadığı 2 şəxsi, taksi sürücüsü Arazı görmüşdür. Ona polis əməkdaşlarının danışdıqlarından məlum olmuşdur ki, hadisə Lətifin təcridxanadan çıxandan sonra Mahirlə görüşməsi ilə baş vermişdir. Lətif Mahirə torbada nəsə vermişdir, nəticə polislər onları təqib etmişdir. Lətif taksidə olmuşdur və polislərin onu təqib etməsini gördükdən sonra maşından torbanı tullamışdır. Maşını saxlamaq üçün polislər öndən və arxadan vurub saxlamışlar. Lətif dindirilən zaman narkotik vasitəni haradan əldə etdiyi soruşulduqda, tanımadığı İran İslam Respublikası vətəndaşından aldığını demişdir. Lətifdən harada yaşaması soruşulduqda isə Mahirlə birgə kirayədə qaldığını söyləmişdir. Lətif subay olduğu üçün kirayə ev tuta bilməmişdir. O isə ailəli olduğu üçün Lətiflə birgə kirayə mənzil kirayələmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid10 bildirdi ki, o, Mahirin üzərinə baxış keçirilməsini görməmişdir. Lətif Mahirlə birgə evi kirayələmiş və mənzildəki otaqların birini özü üçün ayırmışdır. Mənzildə baxış keçirilən zaman onlar polis əməkdaşları tərəfindən maşında saxlanılmışdır. Mahir taksi sürücüsü olmuşdur. Lətifin narkotik vasitələrdən istifadə etməsindən xəbəri olmamışdır. Saxlanılarkən saat 9-10 aralığı olmuşdur. Mahirdən mənzilin açarını aldıqdan sonra polis əməkdaşları mənzilin axtarışına getmişdir. Onlar ayrı-ayrı maşınlara mindirilmişdir. Mənzildə axtarış, təxminən, 30-40 dəqiqə davam etmişdir. Axtarışdan sonra onlar polis bölməsinə aparılmışdır. Mahir saxlanılarkən əynində qara futbolka və qara nazik yay şalvarı olmuşdur. Polis əməkdaşları sonradan onları mənzilə baxış keçirilməsi üçün evə aparmışlar. Mənzilin açarı polis əməkdaşlarının birində olmuşdur. Bölmədən çıxanda ona məxsus olan çemodanı polis nəfərlərinin birində görmüşdür. Mənzilə baxış keçirilərkən Lətifin özü üçün ayırdığı otağa Mahirlə birgə daxil olmuşdur. Otaqda ona məxsus olan çemodanın içindən daşabənzər kiçik torbalar götürmüşdür. Bundan sonra onları ayrı-ayrı maşınlarda bölməyə gətirmişlər. Mahirin gödəkçəsinin cibinə 2 xırda daşabənzər kiçik torbaları qoyduqdan sonra çəkilişə başlanılmışdır. Onlar ayın 9-u saxlanılmış və ayın 11-i axşam buraxılmışdır. Onun “Kapital Bank” bank kartı var imiş, kart Mahirdə olmuşdur. Kartından pul çəkilmiş, bundan sonra onu polis əməkdaşları evə buraxmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, öz şəxsi maşını ilə taksi sürücüsü kimi işləmişdir. Maşını “Tofaş Şahin” markalı imiş. Hadisə günü də taksi sürücülüyü etmişdir. Lətiflə məhəllə uşağı olmuşdur. Mahiri isə Lətif vasitəsilə tanımışdır. Lətifi bir neçə dəfə maşınla Azadlıq prospektinə aparmışdır. Hadisə günü də Lətif ona zəng etmiş və demişdir ki, “gəl görüşək, bir yer var, məni ora apar”. O da Qara Qarayev metrostansiyası yaxınlığında Lətiflə görüşmüşdür. Bir yerdə maşınla yol getmiş, Qara Qarayev prospektinə çıxanda maşınını arxadan vurmuşlar. Elə bu zaman mülki geyimdə olan şəxslər onlara doğru yaxınlaşmağa başlamışdır. Bu anda Lətif əlindəki sellofana bükülmüş vəziyyətdə olan narkotik vasitəni pəncərədən çölə tullamışdır. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra onları polis bölməsinə aparmışlar. Baxış zamanı onun maşınından, ya da ki, üzərindən heç bir narkotik vasitə çıxmamışdır. Polis əməkdaşları Lətiflə onu tutub saxladıqdan bir müddət sonra Mahirin də tutulduğunu eşitmişdir. Belə ki, Mahirlə arvadı Lətifgilə gəlmişdir, onun da, ümumiyyətlə, əvvəlcədən Mahirin tutulduğundan xəbəri olmamışdır. Səs-küyü eşitdikdən sonra bir də görmüşdür ki, polis əməkdaşları Mahiri tutub gətirmişlər. - Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 bildirdi ki, bu işlə bağlı onun təqsirli olduğunu təsdiq edəcək sübutlar olmadığına görə iş məhkəməyə qədər gedib çıxmamışdır. Mahirin tutulmasından onun ilk əvvəl xəbəri olmamış, sonradan öyrənmişdir. Lətifdən baş verən hadisələrlə bağlı soruşanda ona narkotik vasitə ilə bağlı olduğunu demişdir. Polis əməkdaşları onlara yaxınlaşan zaman nə Lətif, nə də ki, o, qaçmağa çalışmış, nə də ki, müqavimət göstərmişdir. O, Mahirin tutulma səbəbini bilməmişdir. Lətiflə sonuncu dəfə danışanda onu Mehdiabada aparmasını istəmişdir. Mehdiabada aparmağını istəməkdə məqsədinin nə olduğunu bilməmişdir. Birlikdə Mehdiabada gedən zaman Lətifin əlində kiçik bir çanta olmuşdur, o, çantanın içində nə olduğunu bilməmişdir. Lətiflə birlikdə yola düşdükdən sonra heç bir saat keçməmişdir ki, polis əməkdaşları onları tutub saxlamışlar. Polis əməkdaşları onları saxladıqdan sonra ilk olaraq Dərnəgülə aparmış, orada 20 dəqiqə gözlətmiş, sonra da Lətifgilin evinə getmişlər. Polis bölməsində Mahirin də üzərinə baxış keçirilmiş, amma baxış zamanı heç bir qanunsuz vasitə aşkar edilməmişdir. X17 sinif yoldaşı olmuşdur, hadisə günü Niyazi də onlarla birlikdə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Səhv etmirsə, Niyazi Lətifdən narkotik vasitə alırmış, hətta hadisə günü həmin narkotik vasitəni artıq Lətifdən təhvil almışdır. O, Lətiflə birlikdə maşınla “Sevinc” kinoteatrını keçmiş, sonra işıqforda dayanmışdır. Niyazi də həmin vaxtı onların maşınının yanında dayanmış, Lətif də pəncərəni açıb özündə olan narkotik vasitəni Niyaziyə vermişdir. Bundan sonra onlar yoluna davam etmişdir və polis əməkdaşları maşının arxasına öz avtomobilləri ilə vurmuşlar. Polis əməkdaşları hadisə yerindən onları birbaşa Mahirgilin evinə aparmışlar, evdən çıxanda polislərin əlində bir çemodan olmuşdur. Polis əməkdaşları Mahirin evinə girən zaman əllərində çemodan olmamışdır, amma çıxan zaman çemodan əllərində olmuşdur. O, çemodanın içində nə olduğunu bilməmişdir. Onlarla birlikdə Mahirin həyat yoldaşı da tutulmuşdur. Polis bölməsinin 2-ci mərtəbəsində onu və Mahirin həyat yoldaşını bir otaqda saxlamışlar. Bölmədə Mahirin yoldaşına qarşı fiziki və ya psixi təzyiq olunmamışdır. Bölmədə Mahirin həyat yoldaşı sadəcə ağlamış, ağlamasının səbəbi ona təzyiqlər olunması deyilmiş, sadəcə olaraq, qadın hamilə imiş deyə, həm də bölmədə stress altında olduğu üçün ağlamışdır. Polis əməkdaşları əllərindəki çemodanı açaraq onlara göstərmişdir ki, təqsirlərini etiraf etsinlər. Çemodanın içində ağ rəngli maddə var imiş, kiçik həcmdə, sellofana bükülü vəziyyətdə olmuşdur. Mahir narkotik vasitənin ona aid olmadığını demiş, həyat yoldaşı isə, ümumiyyətlə, danışmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, narkotik vasitələrdən istifadə etməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1ci maddəsi ilə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxslərdən Lətif ilə sinif yoldaşı olmuş, digər təqsirləndirilən şəxs Mahiri isə tanımamışdır. O, narkotik vasitə heroindən istifadə etmişdir, Lətif də narkotik vasitə istifadəçisi olmuşdur. Özlərində narkotik vasitə olmadığı zaman Lətiflə qarşılıqlı olaraq birbirlərindən narkotik vasitə istəyib vermişdir. Hadisə baş verən gün yenə də Lətifdən narkotik vasitə istəmiş, görüş yeri təyin etmiş, oraya getmiş, orada olanda Lətif və Araz “Tofaş” markalı avtomobillə ünvana gəlmiş, işıqforda dayanaraq Lətif ona narkotik vasitəni ötürmüşdür, bundan dərhal sonra polis əməkdaşları onları saxlamışlar. Lətif və Araz başqa avtomobilə mindirilmiş, ondan Mahirin harada olduğu soruşulmuş, cavabında isə Mahiri tanımadığını bildirmişdir. Polis əməkdaşları orada dayanmış bir neçə avtomobilə yaxınlaşsalar da, Mahiri müəyyən edə bilməmiş, sonra avtomobillə bir neçə yerə dəymiş, ən sonda Qarayev prospektində bir məhəlləyə daxil olub orada Mahiri gözləməyə başlamışlar. Həmin vaxt o və Lətif ayrı-ayrı avtomobillərdə əyləşdirilmişdir. Birdən həmin həyətə “Chevrolet” markalı avtomobil daxil olmuş və polis əməkdaşlarının bir-biri ilə danışmalarından başa düşmüşdür ki, gələn Mahir adlı şəxsdir. Polis əməkdaşları həmin avtomobilə yaxınlaşıb Mahiri və yanında olan həyat yoldaşını saxlamış, ayrı-ayrı avtomobillərdə əyləşdirmişdir. Bundan, təxminən, 40-45 dəqiqə sonra onların hamısı polis idarəsinə aparılmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 bildirdi ki, o, Lətiflə sinif yoldaşı olmuşdur. O işlədiyi üçün Lətiflə tez-tez əlaqə saxlaya bilməmişdir. Lətif də, o da narkotik vasitə istifadəçisi olduğu üçün özündə narkotik vasitə olmayanda Lətifdən istəmiş, Lətifdə olmayanda ondan istəmişdir. Saxlanlan gün narkotik vasitəni Lətifdən almışdır. Həmin narkotik vasitəni Lətifdən pulla almamışdır, Lətif ona pulsuz vermişdir. Narkotik vasitənin çəkisi 1 qramdan az olmuşdur. O, şəxsi axtarış zamanı “tər-təmiz” olmuş, üzərində narkotik vasitə olmamışdır. Lətifin ona verdiyi narkotik vasitəni əyləşdirildiyi polis əməkdaşlarının avtomobilinə atmışdır. Həmin narkotik vasitə bir bükümdə olmuşdur. Məhkəmədə verilən çarpaz suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirdi ki, o, Niyaziyə narkotik vasitə verməsini təsdiq edir. Niyaziyə verdiyi narkotik vasitənin çəkisi 0,7-0,8 qram olmuşdur. Niyazi onun gəldiyi avtomobilə yaxınlaşmış, o da qapını açıb narkotik vasitəni Niyaziyə vermişdir. Özü istifadəçi olduğundan üzərində olan narkotik vasitədən Niyaziyə vermişdir. Məhkəmədə verilən çarpaz suallara cavab olaraq Şahid1 bildirdi ki, Lətifi, Arazı və onu polis idarəsinə aparmışdırlar, o, orada Mahiri və onun həyat yoldaşını da görmüşdür. Onu polis əməkdaşları saxlayandan sonra avtomobildə olarkən eşidib bilmişdir ki, evdən narkotik vasitə heroin aşkar olunmuşdur. Polis əməkdaşlarının avtomobilində əyləşdirildiyi vaxt polislər bir-biriləri ilə “Whatsapp”la yazışmış və danışmışdır, polislərin danışıqlarından bilmişdir ki, onlar Mahiri gözləyirlər. Polis əməkdaşları da ondan Lətifi haradan tanıdığını soruşmuşdur. Polis əməkdaşları onu saat 6-7 arası saxlamışdır. Saxlanılmağından, təxminən, 15 dəqiqə sonra Mahirin yaşadığı məhəlləyə çatmışlar. Mahirin gəlməsini, təxminən, saat yarım, iki saat gözləmişlər. Mahirin yanında qadın var imiş, həmin qadının Mahirin həyat yoldaşı olmasını o, sonradan bilmişdir. Mahirlə həyat yoldaşını ayrı-ayrı avtomobillərə əyləşdirmişlər. Mahir saxlanıldıqdan sonra, təxminən, 40 dəqiqə-1 saat orada qalmış, oraya qara rəngli avtomobil gəlmiş, bundan sonra hamısı birlikdə polis idarəsinə getmişlər. O, Mahiri şəxsi axtarış zamanı görməmişdir. Mahirin evindən narkotik vasitə çıxmasının özü şahidi olmamışdır, polis əməkdaşlarının deməsindən eşidib bilmişdir. Belə ki, polis əməkdaşları bir-biriləri ilə öz aralarında nəyə çıxıb getməmələrini müzakirə etmiş, onlardan biri də demişdir ki, “evdən narkotik vasitə çıxıb, rəis gəlsin, sonra çıxıb gedəcəyik”. Mahiri avtomobilə əyləşdirdikdən sonra polis əməkdaşları evə qalxmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3 ifadəsində göstərdi ki, bu əməliyyatda onunla birlikdə əməliyyat vəkili Mirrəsul, Şahid7, Şahid9, Şahid5 iştirak etmişdir. Onlar təqsirləndirilən şəxsi maşınla gedərkən Nizami rayonu ərazisində saxlamışlar. Təqsirləndirilən şəxsin yanında 2 nəfər olmuşdur. Saxlanıldıqdan sonra təqsirləndirilən şəxs Binəqədi rayon Polis İdarəsinə gətirilmişdir. Təqsirləndirilən şəxsin üzərinə və maşınına videoçəkiliş altında axtarış keçirilmişdir. Üzərindən narkotik vasitə aşkarlanmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid3 bildirdi ki, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və ya psixi təzyiqə məruz qalmamışdır. Videoçəkiliş zamanı təqsirləndirilən şəxslər təqsirli olduqlarını etiraf etmişdir. Maşının markası “Tofaş” imiş. Təqsirləndirilən şəxs saxlanılan zaman maşında 3 nəfər olmuşdur, sürücünün adı isə Araz imiş. Onlar təqsirləndirilən şəxsi saxlamış və üzərinə baxış keçirmişdir. Baxış və axtarış zamanı o iştirak etmişdir. Narkotik vasitə Mahirin üzərindən aşkarlanmışdır. Əməliyyat qrupunun rəhbərinin kim olduğunu xatırlamır. Təqsirləndirilən şəxs2 “Ruslan-93” adlı market tərəflərdə saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman üzərinə baxış keçirilməmiş, idarədə baxış keçirilmişdir. Onlar maşını saxlayan zaman təqsirləndirilən şəxs Mahir də maşında olmuşdur. Axtarış zamanı o, digər əməkdaş, təhqiqatçı və ekspertkriminalist iştirak etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda “Mahir”, “Lətif” və “Araz” adlı şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında Bakı şəhərinin Nizami, Binəqədi və digər rayonlarında qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması bildirilir. Göstərilənlərə əsasən, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, “Mahir”, “Lətif” və “Araz” adlı şəxslərin şəxsiyyətlərinin müəyyən olunaraq cinayət əməllərinin ifşa olunması, onların cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitə və psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılacaq əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi xahiş edilmişdir (cild 1, iş vərəqi 4). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2022-ci il tarixli qərardan görünür ki, “Mahir”, “Araz” və “Lətif” adlı şəxslərin ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 5-6). - xx.xx.2022-ci il tarixli raportdan görünür ki, 09 sentyabr 2022-ci il tarixdə Binəqədi RPİ-nin NMB və CAŞ-ın əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən xx.xx.1987-ci ildə Ermənistan Respublikasında anadan olmuş, Bakı şəhəri, Nizamı rayonu, Özbəkistan küçəsi, ev 8, mənzil 11-də pasport qeydiyyatında olmaqla yaşayan Təqsirləndirilən şəxs1, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Nizamı rayonu, K.Balakişiyev küçəsi, ev 8A, mənzil 39-da qeydiyyatda olmaqla yaşayan Şahid2 və xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İ.Əfəndiyev küçəsi, ev 23, mənzil 12-də qeydiyyatda olmaqla yaşayan X8 həmin tarixdə saat 23:10-da Bakı şəhəri, Nizami rayonu, Q Qarayev prospekti 5 saylı unvanın qarşısında saxlanılaraq “Tofaş Şahin” markalı **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Binəqədi RPİ-yə gətirilmişlər (cild 1, iş vərəqi 8). - xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə Binəqədi RPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1, Şahid2, Şahid1 narkotik vasitələrin saxlanması, istifadəsi, dövriyyəsi və satışında şübhəli bilinərək, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 5 ünvanında Şahid2 idarə etdiyi "Tofaş Şahın" markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə birlikdə saxlanılaraq Binəqədi RPİ-nə gətirilmişlər. Təhqiqat araşdırması zamanı Şahid2 üzərinə və idarə etdiyi avtomobilə baxış keçirilsə də, heç bir qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə aşkar edilməmişdir. Lakin, araşdırma zamanı onun idarə etdiyi avtomobil ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Təqsirləndirilən şəxs1 və Şahid1 köməklik etdiyi və həmin dəstənin üzvü olduğu muəyyən olunmuşdur (cild 1, iş vərəqi 104). - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində olan hər hansı qanunsuz əşyanın könüllü təqdim olunması təklif edildi. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 əlində saxladığı şəffaf rəngli sellofanın içərisində olan üzərində balaca kağız parçasına qramları və narkotik vasitələrinin adlarının baş hərfi yazılaraq şəffaf skoçla yapışdırılmış, qara rəngli sellofana bükülmüş 16 bükümü təhqiqata təqdim edərək, onların içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin narkotik vasitələrini bir neçə saat əvvəl tanıdığı Təqsirləndirilən şəxs2 yaşadığı mənzilin giriş qapısından ona və tanışı Şahid2 Balaxanı yolunun yaxınlığında olan gölün kənarına çatdırıb gizlətmək üçün verdiyini və bunun müqabilində Mahirin hərəsinə 50 manat pul verəcəyini bildirdi. Bundan başqa üzərinə keçirilmiş axtarış zamanı əynində olan açıq göy rəngli cins şalvarının arxa sağ cibindən narkotik vasitələrin adının baş hərfi və çəkisi yazılmış dəftər vərəqəsinin parçası aşkar edildikdə onu narkotik vasitələrlə birlikdə Mahirin ona verdiyini, həmin kağız parçasını o, narkotik vasitələrlə birlikdə gölün yanına sellofan paketin içərisinə qoymalı olduğunu bildirdi. Bundan başqa şəxsi axtarış zamanı əynindəki cins şalvarının sağ yan cibindən bir ədəd özünə məxsus ağ rəngli "Samsung" markalı mobil telefon aşkar edildi. 09 sentyabr 2022-ci il tarixdə saat 23:10 radələrində Mahirin ona verdiyi bükümlərdən "Ruslan-93" adlı marketin yaxınlığında bir bükümü tanışı Şahid1 verib və bir neçə metr kənarlaşandan sonra sayını dəqiq xatırlamadığı mülki geyimli özünü polis əməkdaşları kimi təqdim edən şəxslər Niyazini saxlayandan sonra Arazın idarə etdiyi avtomobilin qarşısını kəsərək hər ikisini saxlayıb Niyazi ilə birlikdə Binəqədi RPİ-nə gətirdiyini bildirdi (cild 1, iş vərəqi 125-126). - xx.xx.2022-ci il tarixli raportdan görünür ki, 09 sentyabr 2022-ci il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən həyata keçirilmış əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılarkən əlində saxladığı şəffaf rəngli sellofanın içərisində olan üzərində balaca kağız parçasına qramları və narkotik vasitələrinin adlarının baş hərfi yazılaraq şəffaf skoçla yapışdırılmış, qara rəngli sellofana bükülmüş 16 bükümün içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 127). - məhkəmə fiziki-kimyəvi ekspertizasının 10 sentyabr 2022-ci il tarixli, 6/5064 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №173" dairəvi möhür əksi olan "Təqdim edən şəxs: İsmayılov” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 16 ədəd qara bükümlərdə (11 ədəd bükümün hər birində 2 ədəd büküm olmaqla) ümumilikdə 27 ədəd bükümdən 15 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 9,035 qram, 9,044 qram, 2,240 qram, 2,041 qram, 1,365 qram, 4,062 qram, 4,071 qram, 4,034 qram, 4,132 qram, 1,135 qram, 2,082 qram, 1,246 qram, 9,245 qram, 9,159 qram, 50,075 qram, ümumi təmiz çəkisi 112,966 qram olan ağ rəngli kristallık maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Digər 12 ədəd bükümdə ayrı-ayrılıqda təmız çəkisi 18,217 qram, 10,750 qram, 5,926 qram, 4,014 qram, 6,996 qram, 3,715 qram, 4,056 qram, 8,865 qram, 9,848 qram, 13,626 qram, 6,935 qram, 9,046 qram ümumi təmiz çəkisi 101,994 qram qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmış "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri"in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 1, iş vərəqi 134-139). - xx.xx.2022-ci il tarixli raportdan görünür ki, 09 sentyabr 2022-ci il tarixdə Binəqədi RPİ-nin NMB və CAŞ-in əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən xx.xx.1981-ci ildə Cəbrayıl rayonunda anadan olmuş, ünvan 3-də pasport qeydiyyatında olan və ünvan 5-da kirayəşin yaşayan Təqsirləndirilən şəxs2 10 sentyabr 2022-ci il tarixdə saat 01:55-də ünvan 9 binanın qarşısında saxlanılaraq Binəqədi RPİ-yə gətirilmişdir (cild 1, iş vərəqi 145). - xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 10 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs2 vəkili X2 şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılması ilə əlaqədər istintaq hərəkətinin keçiriləcəyi barədə məlumat verildi və vəkil X6 polis idarəsinə dəvət olundu. Polis idarəsinə gəlmiş vəkil X6 şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərinə keçiriləcək şəxsi axtarış istintaq hərəkətində iştirak etməyəcəyini, onun iştirakı olmadan şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirdi (cild 1, iş vərəqi 168). - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 əyləşdiyi stuldan ayağa qalxıb əvvəlcə əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 1 ədəd göy rəngli sellofan torbanı, əynində olan mavi rəngli cins şalvarın sağ cibindən özünə məxsus olmasını bildirdiyi 1 ədəd qara rəngli “İphone 7” və 1 ədəd göy rəngli “Redmi Xiaomi” markalı mobil telefonları, əynində olan qara rəngli gödəkçənin sol çöl cibindən içərisində müxtəlif sayda siqaretlər olan “Sobranie” markalı ağ rəngli siqaret qutusunu, əynində olan mavi rəngli cins şalvarın arxa sağ cibindən qara rəngli pul kisəsini könüllü olaraq masanın üzərinə qoydu. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli gödəkçənin sol iç cibindən çıxararaq könüllü olaraq təqdim etdiyi 1 ədəd göy rəngli sellofan torbanın içərisi açıldıqda içərisindən 1 ədəd şəffaf rəngli sellofan bağlama aşkar edildi. Bağlamanın içərisi açıldıqda bağlamanın içərisində açıq qəhvəyi rəngli bərk formalı kütlənin olması müəyyən edildi. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 həmin kütlənin nə olması, haradan, kimdən və nə məqsədlə əldə etməsi soruşulduqda o, həmin kütlənin camaat arasında “kakos” deyilən narkotik vasitə olmasını, həmin kütləni təxminən 2 həftə əvvəl “İnstagram” sosial şəbəkəsində tanış olduğu, lakin anket məlumatlarını tam bilmədiyi İran İslam Respublikası vətəndaşı vasitəsilə Astara rayonu ərazisindəki meşəlik ərazidən götürməsini və müştəriyə çatdırmaq üçün üzərində gəzdirməklə daşımasını bildirdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində gəzdirdiyi içərisində “kakos” deyilən narkotik vasitə olan kütləni müştəriyə çatdırmaq üçün hər hansı bir ünvana yerləşdirəcəyini, daha sonra həmın yerin ünvanını və fotoşəklini İran İslam Respublikasının vətəndaşına göndərəcəyini bildirdi. Bundan başqa şübhəli şəxs Təqsirləndirilən şəxs2 könüllü olaraq təqdim etdiyi içərisində “kakos” deyilən narkotik vasitə olan 1 ədəd şəffaf rəngli sellofan torbadan başqa kirayəşin yaşadığı mənzildə də müştərilərə çatıdırılması üçün müəyyən qədər narkotik vasitə saxlamasını səmimi olaraq etiraf etdi. Daha sonra Təqsirləndirilən şəxs2 üzərində başqa hər hansı bir əşya və ya predmetin olub-olmaması sual edildi. Təqsirləndirilən şəxs2 isə üzərində əlavə hər hansı bir əşya və ya predmetin olmadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli gödəkçəsinin sağ iç cibindən 1 ədəd şəffaf rəngli ətir qabı və əynində olan mavi rəngli cins şalvarının arxa sağ cibindən 4 ədəd açar aşkar olundu. Təqsirləndirilən şəxs2 açarların kirayənişin yaşadığı mənzilin giriş qapısı və otaqlarının açarları olmasını bildirdi. Bundan başqa şübhəli şəxs Təqsirləndirilən şəxs2 əynində olan cins şalvarın və gödəkçəsinin ciblərindən digər hər hansı qanunla dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış əşya və ya predmet aşkar olunmadı. Bundan sonra Təqsirləndirilən şəxs2 könullü olaraq təqdim etdiyi 1 ədəd göy rəngli sellofan torbanın içərisində olan açıq qəhvəyi rəngli, bərk formalı, deməsinə görə camaat arasında “kakos” adlanan narkotik vasitənin olduğu 1 ədəd şəffaf rəngli sellofan bağlama göy rəngli sellofan torbanın içərisinə qoyulub dəqiq çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün içərisi boş olan 1 ədəd kağız zərfə qoyularaq qablaşdırıldı. Zərfin üzəri hər bir iştirakçı tərəfindən imazalandı və Binəqədi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş 173 nömrəli möhürü ilə möhürləndi. Pul kisəsi içərisində olan 1 ədəd 50 manatlıq kağız pul əskinası, içərisində müxtəlif sayda siqaretlər olan ağ rəngli “Sobranie” markalı siqaret qutusu və 4 ədəd açar şübhəli şəxs Təqsirləndirilən şəxs2 özünə qaytarıldı. Təqsirləndirilən şəxs2 əynində olan mavi rəngli cins şalvarın sağ cibindən çıxarıb özünə məxsus olmasını bildirməklə könüllü olaraq təqdim etdiyi 1 ədəd qara rəngli “İphone 7” və 1 ədəd göy rəngli “Redmi Xiaomi” markalı mobil telefonlar maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürüldü (cild 1, iş vərəqi 171-173). - Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Şahid10 ilə birlikdə yaşadığı ünvan 9 ünvanda yerləşən 126 nömrəli mənzildə müdafiəçinin iştirakı olmadan axtarış aparılmasına hər hans etirazı yoxdur və buna razılıq verir (cild 1, iş vərəqi 175). - mənzildə axtarış aparılması haqqında xx.xx.2022-ci il protokoldan görünür ki, həmin tarixdə axtarış aparılması nəzərdə tutulan mənzil ünvan 9 ünvanda yerləşən 126 nömrəli mənzildir. Mənzil 5 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində pilləkanlardan sol tərəfdə yerləşir. Mənzilin giriş qapısı şübhəli şəxs Təqsirləndirilən şəxs2 şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş açarlar vasitəsilə açıldı. Mənzil 1 qonaq otağı, 2 yataq otağı, 1 mətbəx və 1 hamam və tualetdən ibarətdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 yaşadığı mənzildə özündən başqa ər-arvad olaraq yaşadığı qadının olmasını və qadının hal-hazırda hamiləlik müddətinin son ərəfələrində olmasını bildirdi. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 şübhəli şəxs olaraq üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş “kakos” deyilən narkotik vasitənin müəyyən hissəsinin yaşadığı mənzildə də olmasını bildirdiyinə görə ona Azərbaycan Respublikası CPM-nin 245.7-ci maddəsinə əsasən axtarış aparılarkən mənzildə qanunsuz saxlanılması ehtimal olunan narkotik vasitə, psixotrop maddə və dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdınımış digər əşya və ya predmetlərin olduqları yerləri könüllü surətdə deməsi təklif edildi. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 mənzilin sol divar boyunca olan 2-ci otağına yaxınlaşıb həmin otaqda narkotik vasitə və psixotrop maddə saxlanılmasını bildirdi. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində olan açarlarla otağın giriş qapısını açdı. Otağa daxil olduqda giriş qapısı ilə üzbəüz yerləşən masanın üzərində içərisində böyük ölçülü dəmir qaşıq və ağ rəngli, kristal formalı maddə olan 1 ədəd şəffaf rəngli sellofan bağlama, içərisində qəhəyi rəngli, toz şəkilli maddə, içərisində birdəfəlik istifadə üçün nəzərdə tutulmuş 1 ədəd ağ rəngli plastik qaşıq olan 1 ədəd şəffaf rəngli sellofan bağlama, 2 ədəd kiçik ölçülü gümüşü rəngli, 1 ədəd böyük ölçülü qara rəngli elektron tərəzi, 1 cüt ağ rəngli rezin əlcək və 1 ədəd şəffaf rəngli kolba aşkar edildi. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 içərisində böyük ölçülü dəmir qaşıq və ağ rəngli, kristal formalı maddə olan 1 ədəd şəffaf rəngli sellofan bağlamanın içərisində olan maddənin camaat arasında “şüşə”, “patı” adlanan maddə olmasını, içərisində qəhvəyi rəngli toz şəkilli maddə, içərisində qəhvəyi rəngli toz şəkilli maddə və birdəfəlik istifadə üçün nəzərdə tutulmuş 1 ədəd ağ rəngli plastik qaşıq olan 1 ədəd şəffaf rəngli sellofan bağlamanın içərisində olan kütlənin isə camaat arasında “kakos” adlanan narkotik vasitə olmasını, həmin narkotik vasitəni 3-4 gün əvvəl anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşı vasitəsilə meşəlik ərazidən götürməsini və İran İslam Respublikasının vətəndaşı olan şəxsin deməsi əsasında müxtəlif şəxslərə çatdırılması üçün müəyyən yerlərə qoyulması məqsədilə yaşadığı evdə saxlamasını bildirdi. O, həmçinin aşkar olunmuş elektron tərəzilərin narkotik vasitə və psixotrop maddələrin çəkilməsində istifadə olunduğunu qeyd etdi. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 könüllü olaraq otaqda yerləşən şkafın içərisində də narkotik vasitə və psixotrop maddə saxlanılmasını bildirdi. Şkaf açıldıqda içərisindən 1 ədəd qara rəngli çemodan aşkar olundu. Çemodanın içərisi açıldıqda isə 2 ədəd böyük ölçülü qara rəngli sellofan torbalar olması müəyyən olundu. Sellofan torbalardan birindən içərisində ağ rəngli, kristal formalı maddə olan 5 ədəd şəffaf rəngli sellofan bağlama, digərindən isə içərisində açıq qəhvəyi və qəhvəyi rəngli bərk və toz şəkilli maddə və kütlələr olan 33 ədəd şəffaf rəngli sellofan bağlama, 2 ədəd kiçik ölçülü gümüşü rəngli elektron tərəzi və 1 cüt yaşıl rəngli rezin əlcək aşkar edildi. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 həmin bağlamaların içərisində olan maddə və kütlələrin nə olması, kimdən, haradan və nə məqsədlə əldə etməsi soruşulduqda, o, həmin bağlamaların içərisində olan maddə və kütlələrin də məhz İran İslam Respublikasının vətəndaşı vasitəsilə meşəlik ərazidən götürdüyünü və məhz müxtəlif şəxslərə çatdırılması məqsədilə müəyyən yerlərə qoyulması üçün yaşadığı evdə saxlamasını bildirdi. Bundan sonra masanın üzərində aşkar edilmiş bağlamalarla birlikdə içərisində ağ rəngli, kristal formalı maddə olan 6 ədəd şəffaf rəngli sellofan bağlama, içərisində açıq qəhvəyi və qəhvəyi rəngli bərk və tozşəkilli maddələr olan şəffaf rəngli sellofan bağlamalara bükülmüş 34 ədəd bağlama ayrı-ayrılıqda 2 ədəd açıq yaşıl rəngli sellofan torbalara qoyularaq qara rəngli çemodanın içərisinə qablaşdırıldı. Çemodanın zənciri bağlanıb üzəri yapışqan kağızla əhatə olunaraq bağlanıb Binəqədi RPİ-nin 173 nömrəli möhürü ilə möhürləndi. Çemodanın üzərində qeydlər olan vərəqə hər bir iştirakçı tərəfindən imzalandı. Aşkar olunmuş 4 ədəd kiçik ölçülü gümüşü rəngli və 1 ədəd böyük ölçülü qara rəngli elektron tərəzi digər bir kağız zərfə qoyulub qablaşdırıldı və zərfin üzəri Binəqədi RPİ-nin 173 nömrəli möhürü ilə möhürləndi. 1 ədəd böyük ölçülü dəmir qaşıq, 1 ədəd birdəfəlik istifadə üçün nəzərdə tutulmuş ağ rəngli plastik qaşıq, 1 cüt yaşıl rəngli rezin əlcək, 1 cüt ağ rəngli rezin əlcək və 1 ədəd şəffaf rəngli kolba adlanan şüşə avadanlıq isə digər bir kağız zərfə qoyulub qablaşdırıldı və zərfin üzəri Binəqədi RPİ-nin 173 nömrəli möhürü ilə möhürləndi. Həmçinin otaqda olan masanın üzərindəki içərisində müxtəlif məzmunlu qeydlər olan 2 ədəd dəftər maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürüldü. Bundan sonra Azərbaycan Respublikası CPM-nin 247.1.9-cu maddəsinə əsasən, mənzilin bütün otaqları üzrə ardıcıl axtarış aparılmağa başlandı. Mənzilin digər olaqlarında aparılmış axtarış nəticəsində maddi sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı bir əşya və ya predmet aşkar olunmadı (cild 1, iş vərəqi 177- 179). - məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/5066 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №173" dairəvi möhür əksi olan üç ədəd zərf və bir ədəd qara rəngli çemodan: 1) üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs2 Tərlan oğlunun kirayəşin yaşadığı..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd bir ədəd qara rəngli çemodanı açıdqda içərisindən 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 996,0 qram, 723,0 qram, 957 qram, 998,0 qram, 995,0 qram, 372,0 qram ümumi təmiz çəkisi 5041,0 qram ağ rəngli krisatllik maddə rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, hazırlanmış psixotrop maddə metamfetamindir. Digər ümumilikdə 34 ədəd bağlama ayrı-ayrılıqda təmiz çəkisi 6 ədəd bağlama - 508,0 qram, 517,0 qram, 505,0 qram, 526,0 qram, 507,0 qram, 515,0 qram tünd qəhvəyi rəngli, 28 ədəd bağlama 498,0 qram, 501,0 qram, 485,0 qram, 501,0 qram, 491,0 qram, 540,0 qram, 502,0 qram, 500,0 qram, 501,0 qram, 500,0 qram, 501,0 qram, 505,0 qram, 1000,0 qram, 484,0 qram, 501,0 qram, 495,0 qram, 500,0 qram, 498,0 qram, 1000,0 qram, 482,0 qram, 990,0 qram, 1010,0 qram, 505,0 qram, 495,0 qram, 504,0 qram, 1000,0 qram, 490,0 qram, 495,0 qram qəhvəyi rəngli ümumi təmiz çəkisi 19552,0 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 2) üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs2 Tərlan oğlunun üzərindən..." sözləri, soyad və imzalar qeyd edilmiş bır ədəd paktedə bir ədəd bağlamada təmiz çəkisi 494,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 3) üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs2 Tərlan oğlunun üzərindən..." sözləri, soyad və imzalar qeyd edilmiş iki ədəd kağız paketdə olan elektron tərəzilərdə, 1 ədəd böyük ölçülü dəmir qaşıqda, 1 ədəd birdəfəlik istifadə üçün nəzərdə tutulmuş ağ rəngli plastik qaşıqda, 1 ədəd yaşıl rəngli əlcəkdə, 1 cüt ağ rəngli əlcəkdə və 1 ədəd şəffaf rəngli kolba adlanan şüşə avadanlıqda narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparılması mümkün deyildir. Təqdim edilmış 6 ədəd bükümdə olan ayrı-ayrılıqda təmiz çəkisi 508,0 qram, 517,0 qram, 505,0 qram, 526,0 qram, 507,0 qram, 515,0 qram olan tünd qəhvəyi rəngli heroinlər bir-biri ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidir. Təqdim edilmiş 28 ədəd bağlamada və 1 ədəd bağlama 498,0 qram, 501,0 qram, 485,0 qram, 501,0 qram, 491,0 qram, 540,0 qram, 502,0 qram, 500,0 qram, 501,0 qram, 500,0 qram, 501,0 qram, 505,0 qram, 1000,0 qram, 484,0 qram, 501,0 qram, 495,0 qram, 500,0 gram, 498,0 qram, 1000,0 qram, 482,0 qram, 990,0 qram, 1010,0 qram, 505,0 qram, 495,0 qram, 504,0 qram, 1000,0 qram, 490,0 qram, 495,0 qram heroin ilə bir ədəd üzərindən götürülmüş təmiz çəkisi 494,0 qram olan heroinlər bir biri ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri"in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı 1) daxildir. Təqdim edilmiş bir ədəd zərfdə və bir ədəd cantada olan herroinlərin ümüumi təmiz çəkisi 20 kq 46 qramdır. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 1, iş vərəqi 186-204). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan ittiham elan olunmuşdur (cild 1, iş vərəqi 234-235). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan ittiham elan olunmuşdur (cild 2, iş vərəqi 2-3). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci İl tarixli, 5927 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 132-133). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 5928 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 136-137). - məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/5425 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi N65” dairəvi möhür əksləri olan “6/5064... 10 sentyabr 2022-ci il...” sözləri, soyad və imzalar qeyd edilmiş və “6/5066... 10 sentyabr 2022-ci il...” iki ədəd kağız paketdə və bir ədəd çemodanda olan; 1) şərti olaraq işarələnmiş 1-15 və 59-64 nömrəli bükümlərdə olan metamfetaminlər kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. 2) şərti olaraq işarələnmiş 16-23, 24, 31-58, 66 nömrəli heroinlər kimyəvi komponent tərkibinə görə öz aralarında eyni olub, 25-30 nömrəli heroinlər ilə komponent tərkibinə görə eynilik təşkil etmir. Tədqiqata təqdim edilmiş digər paketlərdə olan elektron tərəzilərdə, 1 ədəd böyük ölçülü dəmir qaşıqda, 1 ədəd birdəfəlik istifadə üçün nəzərdə tutulmuş ağ rəngli plastik qaşıqda, 1 ədəd yaşıl rəngli əlcəkdə, 1 cüt ağ rəngli əlcəkdə və 1 ədəd şəffaf rəngli kolba adlanan şüşədə heroin iz şəklində olduğu üçün müqayisəli tədqiqatın aparılması mümkün deyildir (ətraflıməlumat 6/5066 nömrəli ekspert rəyində verilmişdir). Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 2, iş vərəqi 140-144). - ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 3005 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə özü və ətrafdakılara qarşı təhlükə əhəmiyyəti kəsb etməsi müəyyən edilmədi. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikasının CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqi 153-155). - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(001)-2164/2022 nömrəli qərarından görünür ki, Binəqədi RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid7 tərəfindən qəbul edilmiş və Binəqədi RPİ-nin rəisi polis polkovniki Musa Musayev tərəfindən təsdiq edilmiş "Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında" 09 sentyabr 2022-ci il tarixli qərarın qanuniliyinin yoxlanılmasına dair müraciət geri qaytarılmışdır (cild 3, iş vərəqi 6-8). - maddi sübut kimi tanınması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 götürülmüş 16 ədəd qara bükümlərdə (11 ədəd bükümün hər birində 2 ədəd büküm olmaqla) ümumilikdə 27 ədəd bükümdən 15 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 9,035 qram, 9,044 qram, 2,240 qram, 2,041 qram, 1,365 qram, 4,062 qram, 4,071 qram, 4,034 qram, 4,132 qram, 1,135 qram, 2,082 qram, 1,246 qram, 9,245 qram, 9,159 qram, 50,075 qram ümumi təmiz çəkisi 112,966 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, digər 12 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 18.217 qram, 10,750 qram, 5,926 qram, 4,014 qram, 6,996 qram, 3,715 4,056 qram, 8,865 qram, 9,848 qram, 13,626 qram, 6,935 qram, 9,046 qram ümumi təmiz çəkisi 101,994 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış, tədqiqata 0,81 qram sərf edildikdən sonra 112,156 qram metamfetaminin qalığı və tədqiqata 0,60 qram sərf edildikdən sonra 101,394 qram heroinin qalığı məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onların təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin saxlama kamerasına təhvil verilmiş, iş üzrə Təqsirləndirilən şəxs2 götürülmüş 01 ədəd göy rəngli sellofan torbadakı 01 ədəd şəffaf rəngli sellofan bağlamada olan təmiz çəkisi 494,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, onun yaşadığı mənzildən aşkar olunaraq götürülmüş bir ədəd qara rəngli çemodanın içərisində olan 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 996,0 qram, 723,0 qram, 957 qram, 998,0 qram, 995,0 qram, 372,0 qram ümumi təmiz çəkisi 5041,0 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 36 ədəd bağlama ayrıayrılıqda təmiz çəkisi 6 ədəd bağlama 508,0 qram, 517,0 qram, 505,0 qram, 526,0 qram, 507,0 qram, 515,0 qram, 28 ədəd bağlama 498,0 qram, 501,0 qram, 485,0 qram, 501,0 qram, 491,0 qram, 540,0 qram, 502,0 qram, 500,0 qram, 501,0 qram, 500,0 qram, 501,0 qram, 505,0 gram, 1000,0 qram, 484,0 qram, 501,0 qram, 495,0 qram, 500,0 qram, 498,0 qram, 1000,0 qram, 482,0 qram, 990,0 qram, 1010,0 qram, 505,0 qram, 495,0 qram, 504,0 qram, 1000,0 qram, 490,0 qram, 495,0 qram, ümumi təmiz çəkisi 19552,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 02 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və tədqiqata 0,30 qram sərf edildikdən sonra 5039,962 qram metamfetaminin qalığı və tədqiqata 1,80 qram sərf edildikdən sonra 20044,19 qram heroinin qalığı, 02 ədəd elektron tərəzi, 1 ədəd böyük ölçülü dəmir qaşıq, 1 ədəd birdəfəlik istifadə üçün nəzərdə tutulmuş ağ rəngli plastik qaşıq, 1 ədəd yaşıl rəngli əlcək, 1 cüt ağ rəngli əlcək və 1 ədəd şəffaf rəngli kolba adlanan şüşə avadanlıq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onların təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin saxlama kamerasına təhvil verilmişdir (cild 3, iş vərəqi 9-11). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə Nəsimi RPİ-də Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuş, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası CPM-nİn 39.1.11-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Əvvəllər məhkum olunmamışdır (cild 3, iş vərəqi 73-74). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 3, iş vərəqi 75-76). - ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 3380 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikasının CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə özü və ətrafdakılara qarşı təhlükə əhəmiyyəti kəsb etməsi müəyyən edilməmişdir (cild 3, iş vərəqi 119-121). - baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-nin CAŞ və NMB-nin əməkdaşları tərəfindən 09 sentyabr 2022-ci il tarixdə saat 23:10 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 5 ünvanının yaxınlığında keçirilmiş əməliyyat tədbirləri nəticesində saxlanılaraq Binəqədi RPİ-nin inzibati binasına getirilmiş xx.xx.1987-ci ildə Ermənistan Respublikası Mehri rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 üzərinə video çəkilişdən istifadə olunmaqla baxış keçirilmiş və qeyd olunan çəkilişin video görüntülərinin 1 ədəd diski araşdırma materiallarına əlavə olunmuşdur. HP markalı kompyuter vasitəsilə həmin diskə baxış zamanı 00127 qovluğunda olan video yazıdan göründüyü kimi, şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əlində saxladığı şəffaf rəngli sellofanın içərisində olan, üzərində balaca kağız parçasına qramları və narkotik vasitələrin adlarının baş hərfi yazılaraq şəffaf yapışqan lentlə yapışdırılmış, qara rəngli sellofana bükülmüş 16 bükümü təqdim edərək bükümlərin içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin narkotik vasitələri bir neçə saat əvvəl tanıdığı Təqsirləndirilən şəxs2 yaşadığı mənzilin giriş qapısında Balaxanı yolunun yaxınlığında olan gölün kənarına çatdırıb gizlətmək üçün ona verdiyini, bunun müqabilində Mahirin ona 50 manat pul verəcəyini və tanışı Şahid2 idarə etdiyi avtomobillə həmin yerə aparmaq istədiyini bildirir. Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş axtarış zamanı əynində olan açıq göy rəngli cins şalvarın arxa sağ cibindən narkotik vasitələrin adının baş hərfi və çəkisi yazılmış dəftər vərəqəsinin parçası aşkar edilir. Təqsirləndirilən şəxs1 həmin kağızı Mahirin narkotik vasitələrlə birlikdə ona verdiyini, həmin kağız parçasını o, narkotik vasitələrlə birlikdə gölün yanına sellofan paketin içərisinə qoymalı olduğunu bildirir. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki cins şalvarın sağ yan cibindən bir ədəd özünə məxsus ağ rəngli "Samsung" markalı mobil telefon aşkar edilir. Təqsirləndirilən şəxs1 09 sentyabr 2022-ci il tarixdə saat 23:10 radələrində "Ruslan-93" adlı marketin yaxınlığında Mahirin ona verdiyi bükümlərdən bir bükümü tanışı Niyazi adlı şəxsə verdiyini, bir neçə metr aralandıqdan sonra mülki geyimli, sayını dəqiq xatırlamadığı, özlərini polis əməkdaşları kimi təqdim edən şəxslərin Niyazini saxlayandan sonra Arazın idarə etdiyi avtomobilin qarşısını kəsərək hər ikisini saxlayıb Niyazi ilə birlikdə Binəqədi RPİ-nə gətirdiklərini bildirir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi şəffaf rəngli sellofanın içərisində olan üzərində balaca kağız parçasına qramları və narkotik vasitələrin adlanının baş hərfi yazılaraq şəffaf yapışqan lentlə yapışdırılmış, qara rəngli sellofanlara bükülmüş 16 büküm narkotik vasitəyə bənzər maddələr zərfə qoyularaq qablaşdırılır və möhürlənərək götürülür (cild 3, iş vərəqi 222). - baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-nin CAŞ və NMB-nin əməkdaşları tərəfindən 10 sentyabr 2022-ci il tarixdə saat 01:55 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Teymurov küçəsi 63 ünvanının yaxınlığında keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Binəqədi RPİ-nin inzibati binasına gətirilmiş xx.xx.1981-cl ildə Cəbrayıl rayonunda anadan olmuş, ünvan 3-də qeydiyyatda olan və Bakı şəhəri, Nizami rayonu, R. Teymurov küçəsi, ev 63, mənzil 126-da kirayə yaşayan Təqsirləndirilən şəxs2 üzərinə video çəkilişdən istifadə olunmaqla baxış keçirilmiş və qeyd olunan çəkilişin video görüntülərinin 1 ədəd diski araşdırma materiallarına əlavə olunmuşdur. Həmin diskə baxış zamanı 00128 qovluğunda olan video yazıdan göründüyü kimi, şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə subut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əvvəlcə əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 1 ədəd göy rəngli sellofan torbanı, əynində olan mavi rəngli cins şalvarın sağ cibindən özünə məxsus olmasını bildirdiyi 1 ədəd qara rəngli “İphone 7” və 1 ədəd göy rəngli “Redmi Xiaomi” markalı mobil telefonları, əynində olan qara rəngli gödəkçənin sol çöl cibindən içərisində müxtəlif sayda siqaretlər olan “Sobranie” markalı ağ rəngli siqaret qutusunu, əynində olan mavi rəngli cins şalvarın arxa sağ cibindən qara rəngli pul kisəsini könüllü olaraq masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli gödəkçənin sol iç cibindən çıxararaq könüllü olaraq təqdim etdiyi 1 ədəd göy rəngli sellofan torbanın içərisi açıldıqda içərisindən 1 ədəd şəffaf rəngli sellofan bağlama aşkar edilir. Bağlamanın içərisi açıldıqda bağlamanın içərisində açıq qəhvəyi rəngli bərk formalı kütlənin olması müəyyən edilir. Suallara cavab olaraq Təqsirləndirilən şəxs2 həmin kütlənin “kakos” adlandırılan narkotik vasitə olduğunu, həmin kütləni təxminən həftə əvvəl “İnstagram” sosial şəbəkəsində tanış olduğu, lakin anket məlumatlarını tam bilmədiyi İran İslam Respublikası vətəndaşının bildirdiyi Astara rayonu ərazisindəki meşəlik ərazidən götürdüyünü və müştəriyə çatdırmaq üçün üzərində gəzdirməklə daşıdığını, narkotik vasitəni müştəriyə çatdırmaq üçün hər hansı bir ünvana yerləşdirəcəyini, daha sonra həmin yerin ünvanını və fotoşəklini İran İslam Respublikasının vətəndaşına göndərəcəyini bildirir. Bundan başqa Təqsirləndirilən şəxs2 kirayə yaşadığı mənzildə də müştərilərə çatıdırılması üçün müəyyən qədər narkotik vasitə saxlamasını səmimi olaraq etiraf edir. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi baxış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ iç cibindən 1 ədəd şəffaf rəngli ətir qabı və əynində olan mavi rəngli cins şalvarın arxa sağ cibindən 4 ədəd açar aşkar olunur. Təqsirləndirilən şəxs2 açarların kirayə yaşadığı mənzilin giriş qapısı və otaqlarının açarları olduğunu bildirir. Bundan başqa Təqsirləndirilən şəxs2 üzərindən digər hər hansı qanunla dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış əşya və ya aşkar olunmur. Təqsirləndirilən şəxs2 könüllü olaraq təqdim etdiyi 1 ədəd göy rəngli predmet sellofan torbanın içərisində olan açıq qəhvəyi rəngli bərk formalı, “kakos” adlandırılan narkotik vasitəyə oxşar maddənin olduğu 1 ədəd şəffaf sellofan bağlama göy rəngli sellofan torbanın içərisinə qoyulub ekspertiza tədqiqatına təqdim olunması üçün içərisi boş olan 1 ədəd kağız zərfə qoyularaq qablaşdırılır və möhürlənərək götürülür. İçərisində 1 ədəd 50 manatlıq əskinas olan pul kisəsi, içərisində müxtəlif sayda siqaretlər olan “Sobranie” markalı ağ rəngli siqaret qutusu və 4 ədəd açar Təqsirləndirilən şəxs2 qaytarılır. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 1 ədəd qara rəngli “İphone 7” və 1 ədəd göy rəngli “Redmi Xiaomi” markalı mobil telefonlar maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülür (cild 3, iş vərəqi 223-224). - baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-nin CAŞ və NMB-nin əməkdaşları tərəfindən 10 sentyabr 2022-ci il tarixdə saat 01:55 radələrinda Bakı şəhəri, Nizami rayonu, R.Teymurov küçəsi 63 ünvanının yaxınlığında keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Binəqədi RPİ-nin inzibati binasına gətirilmiş xx.xx.1981-ci ildə Cəbrayıl rayonunda anadan olmuş, ünvan 3-da qeydiyyatda olan və ünvan 5-da kirayə yaşayan Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 5-ya video çəkilişdən istifadə olunmaqla baxış keçinimış və qeyd olunan çəkilişin video görüntülərinin 1 ədəd diski araşdırma materiallarına əlavə olunmuşdur. HP markalı kompyuter vasitəsilə həmin diskə baxış zamanı 00122 qovluğunda olan video yazıdan göründüyü kimi, mənzildə axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edilərək sözügedən mənzildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilir. Bu təklifdan sonra Təqsirləndirilən şəxs2 mənzilin sol divan boyunca olan 2-ci otağa yaxınlaşıb həmin otaqda narkotik vasitə və psixotrop maddə saxlamasını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində olan açarlarla otağın giriş qapısını açır. Otağa daxil olduqda giriş qapısı ilə üzbəüz yerdə masanın üzərində içərisində böyük ölçülü dəmir qaşıq və ağ rəngli, kristal formalı maddə olan bir ədəd şəffaf rəngli sellofan bağlama, içərisində qəhvəyi rəngli toz şəkilli maddalarin içərisində birdəfəlik istifadə üçün nəzərdə tutulmuş bir ədəd ağ rəngli plastik qaşıq olan bir ədəd şəffaf rəngli sellofan bağlama, iki ədəd kiçik ölçülü gümüşü rəngli, bir ədəd böyuk ölçülü qara rəngli elektron tərəzi, bir cüt ağ rəngli rezin əlcək və bir ədəd şəffaf rəngli kolba aşkar edilir. Təqsirləndirilən şəxs2 içərisində böyük ölçülü dəmir qaşıq və ağ rəngli, kristal formalı maddə olan bir ədəd şəffaf rəngli sellofan bağlamanın içərisində olan maddənin “şüşə”, “patı” kimi adlandırılan psixotrop maddə olduğunu, içərisində qəhvəyi rəngli toz şəkilli maddə və birdəfəlik istifadə üçün nəzərdə tutulmuş bir ədəd ağ rəngli plastik qaşıq olan bir ədəd şəffaf rəngli sellofan bağlamanın içərisində olan kütlənin isə “kakos” adlandırılan narkotik vasitə olduğunu, həmin narkotik vasitə və psixotrop maddəni 3-4 gün əvvəl anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşının ona bildirdiyi məşəlik ərazidən götürdüyünu və İran İslam Respublikasının vətəndaşı olan şəxsin bildirəcəyi müxtəlif şəxslərə çatdırılması üçün müəyyən yerlərə qoyulması məqsədilə yaşadığı evdə saxladığını bildirir. Mahır İsayev mənzildən aşkar olunmuş elektron tərəzilərin narkotik vasitə və psixotrop maddalarin çəkilməsində istifadə olunduğunu qeyd edir. Daha sonra Təqsirləndirilən şəxs2 könullu olaraq otaqda yerləşən şkafın içərisində də narkotik vasitə və psixotrop maddə saxlanılmasını bildirir. Şkaf açıldıqda içərisindən bir ədəd qara rəngli çemodan aşkar olunur. Çemodanın içərisi açıldıqda isə iki ədəd böyük ölçülü qara rəngli sellofan torbalar aşkar olunur. Sellofan torbalardan birindən içərisində ağ rəngli, kristal formalı maddə olan beş ədəd şəffaf rəngli sellofan bağlama, digərindən isə içərisində açıq qəhvəyi və qəhvəyi rəngli bərk və toz şəkilli maddə və kütlələr olan 33 ədəd şəffaf rəngli sellofan bağlama, 2 ədəd kick ölçülü gümüşü rəngli elektron tərəzi və 1 cüt yaşıl rəngli rezin əlcək aşkar edilir. Təqsirləndirilən şəxs2 həmin bağlamaların içərisində olan psixotrop maddə və narkotik vasitələri də İran İslam Respublikasının vətəndaşının bildirdiyi meşəlik ərazidən götürdüyünü və müxtəlif şəxslərə çatdırılması məqsədilə müəyyən yerlərə qoyulması üçün yaşadığı evdə saxlamasını bildirir. Bundan sonra masanın üzərində aşkar edilmiş bağlamalarla birlikdə içərisində ağ rəngli, kristal formalı maddə olan 6 ədəd şəffaf rəngli sellofan bağlama, içərisində açıq qəhvəyi və qəhvəyi rəngli bərk və tozşəkilli maddələr olan şəffaf rəngli sellofan bağlamalara bükülmuş 34 ədəd bağlama ayrı-ayrılıqda 2 ədəd açıq yaşıl rəngli sellofan torbalara qoyularaq qara rəngli çemodanın içərisinə qablaşdırılır. Çemodanın zənciri bağlanıb üzəri yapışqan kağızla əhatə olunaraq bükülüb möhürlənir. Çemodanın üzərində qeydlər olan vərəqə hər bir iştirakçı tərəfindən imzalanır. Aşkar olunmuş 4 ədəd kiçik ölçülü gümüşü rəngli və 1 ədəd böyük ölçülü qara rəngli elektron tərəzi digər bir kağız zərfə qoyulub qablaşdırılır və möhürlənir. 1 ədəd böyük ölçülü dəmir qaşıq, 1 ədəd birdəfəlik istifadə üçün nəzərdə tutulmuş ağ rəngli plastik qaşıq, 1 cüt yaşıl rəngli rezin əlcək, 1 cüt ağ rəngli rezin əlcək və 1 ədəd şəffaf rəngli kolba adlanan şüşə avadanlıq isə digər bir kağız zərfə qoyulub qablaşdırılır və möhürlanır. Həmçinin otaqda olan masanın üzərindəki içərisində müxtəlif məzmunlu qeydlər olan 2 ədəd dəftər maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülür (cild 3, iş vərəqi 225-226). - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixində daxil olmuş, 087-42482-1222 sayı xx.xx.2022-ci il tarixli məktubunuza cavab olaraq, məlumatları məktuba əlavə edilmiş qoşmada CD şəklində təqdim edilmişdir (cild 3, iş vərəqi 230-231). - Bakı şəhəri Nizami rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli məktubundan və ona əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində şərh edilənlərə əsasən toplanmış material üzrə Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən döyülməsi barədə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir (cild 3, iş vərəqi 248-251). - Bakı şəhəri Nizami rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli məktubundan və ona əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində şərh edilənlərə əsasən toplanmış material üzrə Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən döyülməsi barədə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir (cild 3, iş vərəqi 252-255). -“Bakcell" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Bakcell" MMCyə xx.xx.2022-ci ildə daxil olmuş, 087-42483-1222 saylı xx.xx.2022-ci il tarixli sorğu ilə əlaqədar əldə olunmuş mümkün məlumatlar CD şəklində təqdim edilmişdir (cild 4, iş vərəqi 14-15). - baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nizami RPİ-nin İstintaq şöbəsində Şahid1, Təqsirləndirilən şəxs1, Şahid2 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM- nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı, anten dairəsi, mesajlar (məzmunla), zəngləri qəbul edən və zəng edən şəxslərin anketləri barədə məlumatlar "xxxx" MMC-dən 01 ədəd disk şəklində götürülmüş, HP markalı kompüter vasitəsilə həmin diskə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən məlumat aşkar olunmamışdır (cild 4, iş vərəqi 19). - baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli protokollardan görünür ki, Bakı şəhəri, Nizami RPİ-nin İstintaq şöbəsində Şahid1, Təqsirləndirilən şəxs1, Şahid2 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı, anten dairəsi, mesajlar (məzmunla), zəngləri qəbul edən və zəng edən şəxslərin anketləri barədə məlumatlar "xxxx" MMC-dən 01 ədəd disk şəklində götürülmüş, HP markalı kompüter vasitəsilə həmin diskə baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ********** mobil telefon nömrəsindən xx-xx-2022-ci il tarixdə saat 21:53:03-də ********** mobil telefon nömrəsinə “catir catsin vururam sen maraqlan kola isteyen olsa de”, saat 22:29:57-də ********** mobil telefon nömrəsinə “İRA 5 DENENİN PULUN ALMİSAM ALİNMİRSA QAYTARİM HE YA YOX DE”, saat 23:29:18-də “meni niye agrida saxlayirsan sora da deyirsen komek ele mene hec olmasa mene 2 dene pulu var sen balavin cani”, xx-xx-2022-ci il tarixdə saat 14:39:23-də ********** mobil telefon nömrəsinə “zaklatka gotururem goturub gelirem iraynanam arxayin ol cox cekmez”, xx-xx-2022-ci il tarixdə saat 22:42:59-da ********** mobil telefon nömrəsinə “qaqas sendeki k cetinden hec ne qalmayib inan ki uje heyim yoxdu”, xx-xx-2022-ci il tarixdə saat 10:33:42-də ********** mobil telefon nömrəsinə “qurban olum masinanam hara gelim tema istiyen de var elimden cixmasin ozum de olurem dunenden sen balavin cani mene bir kelme bir soz de bilim xahis edirem”, saat 10:55:38-də “men senden 1 saatliq nisye alirdim onsuz eybi yox canin sag olsun men sene soz verdim ki atiram puluvu atim dunen yene de goturub en geci 1 saata atacaqdim”, saat 10:58:04-də “EYBİ YOX SADECE OZUM COX PİS HALDAYAM İMKAN VARSA SAATİMİ QOYUM ZALOQ MENİ VEZİYETEN CİXART MAMA EVE GELENE QEDER YENİ PİS HALDAYAM”, xx-xx-2022-ci il tarixdə saat 16:16:22-də ********** mobil telefon nömrəsinə “men evdeyem prob eledim hele ki normaldi ona verilen mene de verilib nece ola biler ay brat isteyirsen gel prob ele sen de soram gedib goturek”, xx-xx-2022-ci il tarixdə saat 19:16:49-da ********** mobil telefon nömrəsinə “qaqas sende 05 das var istiyen var mene he yox de bilim menden cavab gozleyiler”, xx-xx-2022-ci il tarixdə saat 02:12:52-də ********** mobil telefon nömrəsinə “sadece metronun yanindaki meni gozleyen ozun qoydu peyseriye onu basa salla bilmedim ki bu sen dediyin eheng deil ay serefsiz goturmedi men de vermedim”, saat 02:19:12-də “Men de elinde 5 manati var idi onu tutub aldim indi yanima gelem adamdan da 20alib atiram sene bir de ota elin catan yer var sa negd 3 dene 4 dene istiyen var”, xx-xx-2022-ci il tarixdə saat 00:44:02-də ********** mobil telefon nömrəsinə “Mahir mamanin cani arxeyin ol nese isteyen olsa pulun senin kartiva vurdurub soram verecem inan ki sen verdiyin siqareti cekirem o da 1 dene qalib”, xx-xx-2022-ci il tarixdə saat 02:05:46-da ********** mobil telefon nömrəsinə “menik deyil ancaq yene de xahis ederem bilirem ki deyecek yarisini ve pulun qalanin verende yarisin da verersen razi olsa eger deyerem pencereden ataram”, saat 02:13:14-də “mene tel lazim deyil vallah borcum var ona gore dedim yoxsa men senden zaloq nese alaram deli”, xx-xx-2022-ci il tarixdə saat 00:37:11-də ********** mobil telefon nömrəsinə “ira yanib idare aparib xezerin kuruqundan anasi yigdi meni gedibler cahangirin dalincaq deyir it gorsenme sekil elerinde dunen goturmeli idiler adimiza kimi”, saat 00:44:06-da “mama yigir dayanmadan 2 defe acmiram 100% gedibler bize sende telde nomre yazsam baxa bilirsen adi ne cixir tez mene cavab yaz bilim ozum de olurem day ağrıda”, xx-xx- 2022-ci il tarixdə saat 00:50:51-də ********** mobil telefon nömrəsinə “usaq da masinda olub ira ozu nadir var o da masinda olub 3 onlar 2 nefer tema goturen 5 neferi paket apariblar 4 nefer idareye aparialar tek irani eve”, xx-xx-2022-ci il tarixdə saat 14:03:44də ********** mobil telefon nömrəsinə “QAQAS MEN DEDİYİMİ HAZİRAYA BİLERSEN GELİM QAYİDİM”, saat 15:54:16-da “karti at mene”, saat 16:05:30-da “20 atilar mende olan 20 ni de atiram 15 deq qardaşım”, saat 16:21:29-da “qardasim var ancaq lazimdi axi pul da atiram sene 15 deq”, xx-xx-2022-ci il tarixdə saat 00:32:42-də ********** mobil telefon nömrəsinə “mahir qardasimsan men kece bilerem arxa terefe titiyirem evdeki de olur imkan varsa yoxdursa canin sag olsun”, xx-xx-2022-ci il tarixdə saat 21:15:41də ********** mobil telefon nömrəsinə “musu catir goturub deyirem dus”, xx-xx-2022-ci il tarixdə saat 01:24:44-də ********** mobil telefon nömrəsinə “Hardasan kecmemisen vasmoya mene he yox de olurem agridan vere bilirsen pencereden ver”, xx-xx-2022ci il tarixdə saat 20:15:11-də ********** mobil telefon nömrəsinə “VİDADİ MEN SİZE ELE OLMAMİSAM ANCAQ AZİNDAN O GUN VERDİM NESE ANCAQ SENANA DE Kİ YENE GELECEK USTUME BU GUNUN SABAHİ VAR”, xx-xx-2022-ci il tarixdə saat 10:53:47-də ********** mobil telefon nömrəsindən “PROBLEM VAR İDİ ONA GORE GELE BİLMEDİM UZURLU SAY TUTULDUQ TEMA GOTURUB CİXANDA BU DEQ BURAXİBLAR EVDE BİYABR Oldum gedirem eve bir az yatim durum zengleserik”, xx-xx-2022-ci il tarixdə saat 22:20:06-da ********** mobil telefon nömrəsinə “QOSQAR QARDASİM SEN-K İSTEDİN YOXSA P İSTEDİN QARDASİM”, saat 22:22:22-də “koka kola icirsen de he”, xx-xx-2022-ci il tarixdə saat 22:25:13-də ********** mobil telefon nömrəsinə “QARDASİM SEN NARDAHAT OLMA MEN GOTURUB HARDA OLSAN GETİRİB CATİRACAM YAXSİ QAQA”, xx-xx-2022-ci il tarixdə saat 22:43:38-də ********** mobil telefon nömrəsinə “Qardasim dunenkin yanimda qoydu tereziye 5.02 idi mama cani ona gore anamin canina and icmerem vallah”, xx-xx-2022-ci il tarixdə saat 03:30:37-də ********** mobil telefon nömrəsinə “SENE DEDİM MENİM NOMREMLE CİNDİR CİRİQ İNSANLARA YAZMA GECE BİLMİLER GUNDUZ BİLMİLER YİGİLAR SEN DEMEDİN SİLMİSEM NECE SİLMİSEN Kİ BUTUN BAKİ YİGİR MENİ”, xx-xx-2022-ci il tarixdə saat 18:25:01-də ********** mobil telefon nömrəsinə “Usdundedi emanet deqiq ancaq qaqas catir Camahati dolayiriq camahat bizi gozleyir seni yigir sene zeng catmir”, xx-xx-2022-ci il tarixdə saat 02:15:28-də ********** mobil telefon nömrəsinə “Goturub yigiram harda olsan gelecem day ehmedliye getmeli olmadiq ehtiyac deyil gelim basimizi acaq”, xx-xx-2022-ci il tarixdə saat 00:00:07-də ********** mobil telefon nömrəsinə “Qardasim sene quzu kesim gelirem bir dene terezi goturum dedi terezi getir ozunle Super bir seydi deyir men aparib seni dusurdecem arxeyin ol 5 deq mehledeyem sebirli ol gelirem mama cani”, xx-xx-2022-ci il tarixdə saat 16:16:37-də ********** mobil telefon nömrəsinə “Qaqas menim adim olmasin meleye yiga bilersen kola var ya yox elin catir sorus veziyetim pisdesir qoyacam ona”, xx-xx-2022-ci il tarixdə saat 18:06:00-da ********** mobil telefon nömrəsinə “Qardasim qaqas yigmisdi ozu tema ancaq axsam olacaq narahat olma ne qeder verilmelidi sene verilecek sadece bir az sebirli olun”, 01-08- 2022-ci il tarixdə saat 18:09:16-da ********** mobil telefon nömrəsinə “Ay vidos qaqas yigdi qadan alaram axsam duzelecek qum sohbeti narahat olma qardas cani arxeyin of harda oldun yigacam gel apar ya getirim verim”, xx-xx-2022-ci il tarixdə saat 23:08:47-də ********** mobil telefon nömrəsinə “Hele yox gedirem dalincaq gotursem gelirem ramaniya anamin cani”, xx-xx-2022-ci il tarixdə saat 18:09:14-də ********** mobil telefon nömrəsinə “Qadir das dalincaq gelmisem o da yoxdu gedibler gotursuner ona gore gozleyirem gelen kimi gelirem”, xx-xx-2022-ci il tarixdə saat 23:22:32-də ********** mobil telefon nömrəsinə “Vidadi gelirem narahat olma qardaşım”, saat 01:29:03-da “Vidadi tema hardadi sendedi usdunde di qardasim qadan alaram mene bir soz yaz bilim”, xx-xx-2022-ci il tarixdə saat 11:48:14-də ********** mobil telefon nömrəsinə “170 manat cole tokmeyibler ki yigim sene dedim getir satim verim vesalam”, saat 11:56:15-də “Yaxsi saat 3 de adam var deyecem karta vursun zaki ele getsin”, saat 16:01:40-da “Oldu qardasim 1 qr 30 demisem men deyende 2 dene bagliyib bir yere atarsan gelib gotursun 60 manat da pul vuracaq sene”, xx-xx-2022ci il tarixdə saat 20:38:43-da ********** mobil telefon nömrəsinə “Kola yoxdu vallah das var qara goyerti var”, xx-xx-2022-ci il tarixdə saat 21:19:39-da ********** mobil telefon nömrəsinə “Qardasim getizdirib meni nefciler gedib gelsin ata goturum hara desen gelecem arxeyin ol”, xx-xx-2022-ci il tarixdə saat 21:29:44-də ********** mobil telefon nömrəsinə “Vidadi ne hereketi eliyirsiz vermirsiz camahati avara saxlamayim burda tutub eliyeler biyabir olaram” mətnli yazışmaların aparıldığı müəyyən edildi. CD diskə baxış zamanı “Zənglərin Detallaşması” qovluğundakı məlumatlardan göründüyü kimi Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saat 00:05:24-dən saat 03:55:49-dək olan müddət ərzində Bakı şəhərinin Nizami və Xətai rayonlarının ərazisində quraşdırılmış antenlərin əhatə dairəsində olmuşdur. Təqsirləndirilən şəxs1 bildirdi ki, ən çox istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsi, həmin dövrdə tanışı olan İra adlı xanıma, ***-***- **-** mobil telefon nömrəsi sinif yoldaşı olan Şahid1 məxsusdur, ***-***-**-** mobil telefon nömrəsi tanışı olan Təqsirləndirilən şəxs2 əvvəl işlətdiyi mobil telefon nömrəsi olub, ***-***-**-** nömrəli mobil telefon nömrəsinin isə kimə məxsus olduğunu hazırda xatırlamır (cild 4, iş vərəqi 20-22, 90-92). - baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid1, Təqsirləndirilən şəxs1, Şahid2 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə ibtidai istintaqın tam, hərtərəfli və obyektiv aparılmasını təmin etmək məqsədilə təqsirləndirilən şəxs Şahid2 idarə etdiyi "Tofaş" markalı **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Təqsirləndirilən şəxs2 idarə etdiyi "Chevrolet Cruz" markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin və "Tofaş" markalı **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin içərisində olan **-DU-*** dövlət nömrə nişanının 03 sentyabr 2022-ci il tarixdən 10 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində nömrə tanıma sistemi üzrə hərəkət istiqaməti barədə məlumatlar DİN-in BDYPİ-dən 01 ədəd disk şəklində götürülmüş, HP markalı kompüter vasitəsilə həmin diskə baxış zamanı CD diskdə olan “77DN735” qovluğundakı məlumatlardan göründüyü kimi Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobil ilə xx.xx.2022-ci il tarixdə saat 19:28:03-də Astara-Ələt istiqamətində hərəkət etmiş və xx.xx.2022-ci il tarixdə saat 21:44:31-də Bakı-Ələt yolunun 55.1-ci kilometrində olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 20:37:33-də Ələt-Astara yolu ilə hərəkət etmiş xx.xx.2022-ci il tarixdə saat 22:21:38-də Ələt-Astara yolunun 189-cu kilometrində olmuş və xx.xx.2022-ci il tarixdə geri qayıdaraq saat 02:04:46-da Ələt-Astara yolunun 183-cu kilometrində, xx.xx.2022- ci il tarixdə saat 06:02:26-da Baki kenar dairəvi yolunun 11.2-ci kilometrində olmuşdur. “99HO556” qovluğundakı məlumatlardan göründüyü kimi Şahid2 idarə etdiyi avtomobil ilə xx.xx.2022-ci il tarixdə gecə saatlarında Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində olmamışdır. “90DU509” qovluğundakı məlumatlardan göründüyü kimi xx.xx.2022-xx.xx.2022-ci il tarixləri intervalında 90DU509 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsinə dair nömrə tanıma sistemində məlumatlar mövcud deyildir (cild 4, iş vərəqi 24). - cinayət işinin materiallarından cinayət işinin ayrılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki,hazırkı cinayət işinin materiallarından Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ayrıca cinayət işi ayrılmışdır (cild 4, iş vərəqi 82-84). - cinayət işinin materiallarından cinayət işinin ayrılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, hazırkı cinayət işinin materiallarından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələri və psixotrop maddələri əldə etməkdə əlbir olduğu “Rüstəm” adlı şəxs və narkotik vasitələrin mənbəyi ilə bağlı Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca cinayət işi ayrılmışdır (cild 4, iş vərəqi 86- 88). - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respulbikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan yenidən ittiham elan edilmişdir (cild 4, iş vərəqi 93-95). - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respulbikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan yenidən ittiham elan edilmişdir (cild 4, iş vərəqi 106-108). - əmələ hissəvi xitam vermə və həbsdən azad etmə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şahid2 Azərbaycan Respulbikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət törətməsi öz təsdiqini tapmadığından barəsində cinayət təqibinə xitam verilmişdir (cild 4, iş vərəqi 119-122). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən hazırkı iş üzrə cinayət törədilən an heroinin təmiz halda 0,15 qramı şəxsi istehlak miqdarı, 2 qramı külli miqdar, metamfetaminin təmiz halda 0,15 qramı şəxsi istehlak miqdarı, 2 qramı külli miqdar hesab olunmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 narkotiklərin satışı ilə məşğul olmaması, narkotiklərdən yalnız istifadə etməsi, Təqsirləndirilən şəxs2 isə aşkar olunan narkotiklərə heç bir aidiyyətinin olmaması, evindən içərisindən narkotiklər aşkar edilmiş çemodanı polislərin evinə aparıb sonra evindən çıxarması, polis əməkdaşlarının ona psixoloji təsiri nəticəsində narkotikləri boynuna götüməsi barədə ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxslərin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslərin hər ikisi tam sərbəst şəkildə üzərilərindən və mənzildən aşkarlanan narkotik vasitələrin onlara aid olmasını təsdiq etmiş, bununla bağlı həm üzərilərindən aşkar olunmuş, həm də yaşadıqları mənzildən aşkar olunmuş narkotiklərlə bağlı ibtidai istintaq zamanı ətraflı etirafedici ifadələr vermişlər, həmin narkotiklərin aşkarlanması ilə bağlı tərtib edilmiş protokolları isə imzalayıb təsdiq etmişlər. Məhkəmə həmin protokolların qanunvericiliyin tələblərinə uyğun tərtib edilməsi, eləcə də üzərilərinə və mənzilə baxış keçirilməsi ilə bağlı polis əməkdaşları tərəfindən qanunvericiliyin hər hansı pozuntusu hallarına yol verilmədiyi qənaətinə gəlmişdir. Bununla bağlı da məhkəmə müdafiə tərəfinin iddialarını əsassız hesab edir. Bundan başqa, həm Təqsirləndirilən şəxs2, həm də onun qeyri-rəsmi arvadı Şahid10 içərisindən narkotik aşkarlanmış çemodanın polislər tərəfindən onların yaşadıqları mənzilə gətirilməsi barədə ifadələri iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsi ilə təkzib edilmişdir. Belə ki, Şahid2 bildirmişdir ki, polis əməkdaşları Mahirin yaşadığı mənzilə axtarış məqsədilə qalxarkən o, həyətdə olmuş, bu zaman polislərin əllərində çemodan olmamışdır. Axtarışdan sonra polislər həyətə düşərkən isə polislərin əllərində çemodan olduğunu görmüşdür. Bundan başqa, polislər tərəfindən özünə qarşı qanunsuz hərəkətlər edilməsinə dair Şahid10 ifadəsi Şahid2 məhkəmədə verdiyi ifadəsi ilə təkzib olunmuşdur. Belə ki, Şahid2 göstərmişdir ki, onlarla birlikdə Mahirin həyat yoldaşı da tutulmuş, polis bölməsinin 2-ci mərtəbəsində onu və Mahirin həyat yoldaşını bir otaqda saxlamışlar. Bölmədə Mahirin yoldaşına qarşı fiziki və ya psixi təzyiq olunmamışdır. Bölmədə Mahirin həyat yoldaşı sadəcə ağlamış, ağlamasının səbəbi ona təzyiqlər olunması olmamış, sadəcə olaraq, qadın hamilə imiş deyə, həm də bölmədə stress altında olduğu üçün ağlamışdır. Bundan başqa, təqsirləndilən şəxslərə mümkün fiziki təzyiq göstərilməsi ilə bağlı ehtimalın yoxlanılması məqsədilə məhkəmə araşdırması zamanı məhkəmə müvafiq sorğu verərək təqsirləndirilən şəxslərin saxlandığı İstintaq təcridxanasından onların tibbi kitabçalarının surətini əldə etmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən kitabçada təqsirləndirilən şəxslərin bədən səthində yeni xəsarətlərin olmadığının qeyd olunduğu müəyyən edilmişdir. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Nizami rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 saxlanılarkən polis əməkdaşları tərəfindən ona fiziki zorakılıq göstərilməsi, Təqsirləndirilən şəxs2 isə saxlanılarkən ona fiziki və psixoloji zor tətbiq edilməsi ilə bağlı müraciətləri əsasında prokurorluqda müvafiq araşdırmalar aparılmışdır. Araşdırma zamanı təqsirləndirilən şəxslərin, habelə onların saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının izahartları alınmış, məhkəmə-tibbi ekspertizalar keçirilərək müvafiq rəylər alınmışdır. Araşdırma nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən hər hansı qanunsuz hərəkətlərə yol verilməsi müəyyən edilməmiş və toplanmış materiallar üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Qeyd edilənlərlə bağlı məhkəmə belə nəticəyə gəlir ki, polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər məhkəmə istintaqında onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdürlər. Məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı barədə məlumatlar "xxxx" MMC-dən disk şəklində götürülmüş, həmin diskə Təqsirləndirilən şəxs1 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 yazışma apardığı şəxslərdən biri də ***-***-**-** mobil telefon nömrəsini istifadə edən Təqsirləndirilən şəxs2 olmuşdur. Belə ki, baxış zamanı Təqsirləndirilən şəxs1 həmin nömrənin Təqsirləndirilən şəxs2 tərəfindən əvvəl işlədilən mobil telefon nömrəsi olduğunu bildirmiş, eyni zamanda yazışmaların mətnindən də görünür ki, nömrəni Mahir istifadə edir. Təqsirləndirilən şəxs2lə aparılmış yazışmaların məzmunundan isə görünür ki, həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 əlbir olmaqla uzun müddət ərzində intensiv şəkildə narkotik vasitələrin satışı ilə məşğul olmuşlar. Ona görə də təqsirləndirilən şəxslərin narkotik vasitələrin satışı ilə məşğul olmamaları barədə məhkəmədə verdikləri ifadələrini məhkəmə həqiqətə uyğun olmayan ifadələr hesab edir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadə etdiyi mobil telefonlarla narkotik vasitələrin alqı-satqısı ilə bağlı aparılmış yazışmaları, onlardan aşkar edilmiş narkotik vasitələrin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, onların bükümlərə bükülməsini, habelə iş üzrə toplanmış bütün sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlardan aşkar edilmiş narkotik vasitələri və psixotrop maddəni məhz satış məqsədilə əldə etmişlər. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamaqla daşıması və satması, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamaqla daşıması kifayət qədər sübuta yetirilir, onlar təqsirlidir, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. “Elektron məhkəmə” informasiya sistemində əldə edilmiş məlumata görə Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2011-ci il təvəllüdlü Nərmin İsazadə adlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar, habelə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirrən hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilərlər, buna görə də onlara təqsirləndirildikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzalar ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan, müstəntiqin və məhkəmənin qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 10 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 sentyabr 2022-ci Binəqədi RPİ MSY-dən azad edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 12 sentyabr 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 114, 207; cild 2, iş vərəqi 42-44; cild 3, iş vərəqi 59-63, 175-178; cild 4, iş vərəqi 25-26, 191-195). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 onun şübhəli şəxs kimi 10-11 sentyabr 2022-ci ildə tutlduğu 2 (iki) gün ona təyin olunacaq cəzadan çıxılmalı, cəza çəkməsinin başlanğıcı onun 12 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İşdə olan tutma protokolundan, müstəntiqin və məhkəmənin qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2 10 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 sentyabr 2022-ci Binəqədi RPİ MSY-dən azad edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 10 sentyabr 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 160-161, 208; cild 2, iş vərəqi 50-56; cild 3, iş vərəqi 59-63, 172-174; cild 4, iş vərəqi 25-26, 186-190). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 onun şübhəli şəxs kimi 10-11 sentyabr 2022-ci ildə tutlduğu 2 (iki) gün ona təyin olunacaq cəzadan çıxılmalı, cəza çəkməsinin başlanğıcı onun 12 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs1 götürülərək Bakı şəhəri Nizami rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 112,156 qram metamfetamin və 101,394 qram heroin, Təqsirləndirilən şəxs2 götürülərək Bakı şəhəri Nizami rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 5039,962 qram metamfetamin və 20044,19 qram heroin, 02 ədəd elektron tərəzi, 1 ədəd böyük ölçülü dəmir qaşıq, 1 ədəd birdəfəlik istifadə üçün nəzərdə tutulmuş ağ rəngli plastik qaşıq, 1 ədəd yaşıl rəngli əlcək, 1 cüt ağ rəngli əlcək və 1 ədəd şəffaf rəngli kolba adlanan şüşə avadanlıq məhv edilməlidir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəylərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar cəmi 195 (yüz doxsan beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mütərək qaydada, yəni hər birindən 97,5 (doxsan yeddi manat əlli qəpik) manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 2 (iki) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində 10 (on) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 12 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 2 (iki) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində 10 (on) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin 12 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan: - Təqsirləndirilən şəxs1 götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 112,156 qram metamfetamin və 101,394 qram heroin məhv edilsin; - Təqsirləndirilən şəxs2 götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 5039,962 qram metamfetamin və 20044,19 qram heroin, 02 ədəd elektron tərəzi, 1 ədəd böyük ölçülü dəmir qaşıq, 1 ədəd birdəfəlik istifadə üçün nəzərdə tutulmuş ağ rəngli plastik qaşıq, 1 ədəd yaşıl rəngli əlcək, 1 cüt ağ rəngli əlcək və 1 ədəd şəffaf rəngli kolba adlanan şüşə avadanlıq məhv edilsin. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar 195 (yüz doxsan beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mütərək qaydada, yəni hər birindən 97,5 (doxsan yeddi manat əlli qəpik) manat tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Aygün Qurbanova Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar