Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-630/2022 04.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1971-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, “Xalq TV”də icraçı direktor işləmiş, Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 04 may 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 oktyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 07 ay 03 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluqları ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs özünü İqtisadi İnkişaf Nazirliyinin əməkdaşı və İqtisadi İnkişaf Nazirliyinin Yanında X3 tender komissiyasının üzvü kimi təqdim edərək Ağdam rayonunun Yusifcanlı qəsəbəsinin tikilişi, Suqovuşan-Tərtər və Suqovuşan-Bərdə istiqamətində çəkilən su kanallarının çəkilişinin tenderini alıb ona verəcəyini yalandan bildirməklə 2021-ci ilin aprel ayının ortalarında ünvan 2 ünvanın yaxınlığında yerləşən “1 №” adlı kafedə Şahid1 vasitəsilə 10 manat və 4700 ABŞ dolları həmin dövrün rəsmi məzənnəsi ilə 7990 manat, 12 iyun 2021-ci il tarixdə ünvan 3 ünvanda yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasının qarşısında 50000 manat pulu alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək şəxsi ehtiyaclarına sərf etmiş, bununla da Zərərçəkmiş şəxs ümumilikdə külli miqdarda - 58000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, Şahid1 uzun illər əvvəldən tanıyır. Sonuncu ilə universitetdə müəllim işləyən ərəfələrdə tanış olmuş və yaxın münasibətləri yaranmışdır. Zərərçəkmiş şəxs ilə isə Hacıəlinin vasitəsilə tanış olmuşdur. Jurnalist kimi fəaliyyət göstərərək işi ilə əlaqədar ölkənin işğaldan azad olunmuş ərazilərində olmuş, orada təmir, abadlıq işlərin getdiyini görmüşdür. Hacıəli ilə mütəmadi görüşüb söhbət etmiş və görüşlərin birində söhbət zamanı sonuncuya yalandan Ağdam rayonunun Yusifcanlı qəsəbəsinin tikilişi, Suqovuşan-Tərtər və Suqovuşan-Bərdə istiqamətlərində inşa olunan su kanallarının çəkilişinin tenderini istəyən şəxs olacağı halda həmin layihələri pulla alıb verə biləcəyini bildirmişdir. X2 Nazirliyinə işə düzələcəyini də demişdir. Hacıəli tenderi hansı yolla ala biləcəyini soruşmuş, o da bunun pulla mümkün olacağını, o cümlədən Yusifcanlı qəsəbəsinin tenderinin dəyərinin 65 milyon manat, su kanallarının çəkilişi tenderinin 40 milyon manat olduğunu, həmin tenderləri alıb verəcəyi şəxsin ümumi məbləğin 5 faizini ona ödəməli olduğunu, həm də tenderi götürmək üçün əvvəlcədən də 100000 manat pul verilməli olduğunu bildirmişdir. 2021-ci ilin aprel ayının ortalarında Hacıəli zəng etmiş və onlar görüşmüşlər. Hacıəli tanışı Ceyhun adlı şəxs barədə məlumat vermiş və Hacıəliyə dedikləri haqqında Ceyhuna da məlumat verməsini xahiş etmişdir. Hacıəliyə Ceyhun razı olduğu halda pulu verməyini istəmişdir. Həmin gün axşam saatlarında Hacıəli zəng edərək Ceyhundan pulun bir qismini alıb vermək istədiyini bildirmişdir. Hacıəli ilə görüşmüşlər və Hacıəli ABŞ dolları ilə ona pul verib müvafiq kursla bu məbləğin 8000 manat olduğunu demişdir. O, pulu sayıb 4700 ABŞ dolları olduğunu dəqiqləşdirmişdir. Hacıəli Ceyhunun 3-4 günə qalan məbləği də çatdıracağını demişdir. Həmin vaxt Hacıəli “Fuad, Ceyhun mənim yaxınımdır, bax birdən aldadarsan haa” deyib onu xəbərdar etmişdir. Hacıəlinin inanması üçün yalandan ona “Hacıəli, biz yaxınıq, arada sən varsan, mən heç sizi aldadaram, narahat olma, Ceyhun qalan məbləği də versin, işi həll edəcəm 4-5 günə” demişdir. Bundan sonra onlar ayrılmış və o, yaşadığı evə getmişdir. Amma əslində heç bir iş görməmiş və Ceyhunun Hacıəli vasitəsilə aldığı həmin pulunu isə bir neçə gün ərzində öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Növbəti günlərdə Hacıəli zəng edərək Ceyhunun onunla şəxsən tanış olmaq və görüşmək istədiyini demişdir. Məcbur olub Hacıəliyə Ceyhunla birlikdə İqtisadi İnkişaf Nazirliyinin binasının qarşısına gəlmələrini bildirmişdir. 2021ci ilin iyun ayında İqtisadi İnkişaf Nazirliyinin binasının yaxınlığında dayanıb onların gəlməsini gözləmiş, onlar gəldikdə nazirliyin binasına daxil olub qapıdan geri qayıdaraq onlara guya nazirlikdən çıxırmış kimi görüntüsü yaratmışdır. Hacıəli onu Ceyhunla tanış etmiş, sonuncunu ilk dəfə o vaxt görmüşdür. Ceyhun ondan tenderi həll edib-etmədiyini soruşmuş, o da heç bir problem olmadığını və tenderi alıb verəcəyini, Hacıəlinin də onun 8000 manat pulunu artıq çatdırdığını bildirmişdir. Ceyhun işin nə səbəbə görə uzandığını soruşduqda, ona “Ceyhun müəllim, nazirlikdə bir qədər problemlər var, mən də burdayam, burda işləyirəm, X3 tender komissiyasının üzvüyəm, heç bir narahatçılığa səbəb yoxdur, bizə vaxt ver, bu həftə hər iki tender sənə veriləcək, narahat olmayın, siz qalan məbləği də çatdırın” deyə cavab vermişdir. Bundan sonra onlar çıxıb getmişlər. 2021-ci ilin iyun ayının ortalarında Hacıəliyə zəng edərək Ceyhuna qalan məbləği də çatdırmalı olduğunu tapşırmasını bildirmişdir. 12 iyun 2021-ci il tarixdə Xətai rayonu ərazisində olan Respublika Neyrocərrahiyyə Xəstəxanasının yaxınlığında yerləşən “Bizim market” mağazasının qarşısında o, Ceyhun və Ceyhunun adını bilmədiyi daha iki nəfər dostu ilə görüşmüşlər. Ceyhun avtomobilində 50000 manat pul olduğunu, qalan 42000 manat pulu da yaxın vaxtlarda verəcəyini bildirmişdir. Bundan sonra Ceyhun 50000 manat pulu vermiş, o da pulu götürüb saydıqdan sonra cibinə qoymuşdur. Ceyhun tenderi nə vaxt götürəcəyini soruşmuş, o da yalandan ən geci 10 gün müddətində tenderi götürəcəyini demişdir. Bundan sonra oradan Sumqayıt şəhərinə getmiş, Ceyhundan aldığı pulu bir neçə ay ərzində özünün şəxsi ehtiyaclarına xərcləmişdir. Ceyhun və Hacıəli mütəmadi olaraq zəng edib tender barədə maraqlanmış, narahat olduqlarını demiş və məsələnin uzanmasının səbəblərini soruşmuşlar. Onların inanması üçün hər dəfə bir bəhanə ilə vaxtı uzatmış və müxtəlif vədlər verərək “büdcədən pul ayrılmalıdır və nazirlikdə problem var, ancaq tezliklə həll olunacaq” demişdir. Hacıəli hər gün zəng edərək Ceyhunun narahat olduğunu, tenderi həll etməsinin lazım olduğunu bildirmiş, o da məcbur olub yalandan X4 Nazirliyinin yanına gəlməyini və orada onu qarşılayacaqlarını demişdir. Ceyhun oraya çatdıqda ona zəng etmişlər, o isə yalandan Hacıəliyə “nazir müavini iclasdadır, özü də tədbirlərdədir və Ceyhunu qəbul edəcəklər” deyə bildirmişdir. Sonradan Ceyhunun şikayət edəcəyini görüb o, Ceyhun və Hacıəli görüşmüşlər. Görüş zamanı öz xətti ilə Ceyhundan pul almağı barədə iltizam yazmış, həmin iltizama o, Ceyhun və Hacıəli imza etmişlər. Amma pulları özünün şəxsi ehtiyaclarına xərclədiyindən Ceyhunun pulunu qaytarmamışdır. Sonradan istintaq başlanmış, araşdırma aparılmışdır. Hazırda Ceyhuna vurduğu ziyanı tam ödəmişdir. Ona görə də barəsində qərar qəbul edilərkən məhkəmədən bu halların nəzərə alınmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı tam etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, rəsmi olaraq heç bir dövlət orqanında işləmir, yalnız fərdi qaydada kiçik ticarətlə məşğul olur. 2021-ci ilin fevral ayında Ramiz adlı dostunun vasitəsilə Hacıəli adlı şəxslə tanış olmuşdur. Hacıəli ilə tanış olduqdan sonra mütəmadi olaraq görüşüb söhbət etmişlər. Görüşlərin birində X7 Nazirliyi Yanında X3 tender komissiyasının üzvlərindən birinin onun yaxın dostu olduğunu və böyük iş görmək istəyirsə istədiyi tenderi alıb verə biləcəyini demişdir. O, isə “baxır hansı tender” ifadələrini işlətdikdə Hacıəli Ağdam rayonunun Yusifcanlı qəsəbəsinin tikilişi, Suqovuşan-Tərtər və Suqovuşan-Bərdə istiqamətində çəkilən su kanallarının çəkilişinin tenderini alıb verə biləcəyini demişdir. Hacıəlidən harada işlədiyini və tenderin dəyərinin nə qədər olduğunu soruşmuşdur. Hacıəli də əvvəllər universitetdə müəllim işlədiyini, hazırda isə təqaüddə olsa da işgüzar adam kimi yüksək vəzifədə işləyən şəxslərlə münasibəti olduğunu və istənilən işi gördüyünü bildirmişdir. Hacıəli həmçinin Yusifcanlı qəsəbəsinin tenderinin dəyərinin 65 milyon manat, su kanallarının çəkilişi tenderinin 40 milyon manat olduğunu, bu tenderləri ona versə ümumi məbləğin 5 faizini onlara verəcəyini və əvvəlcədən tenderi götürmək üçün 100000 manat pul verməli olduğunu bildirmişdir. Hacıəlini tanıdığı və onun danışıqları kifayət qədər inandırıcı olduğu üçün razılaşmışdır. 2021-ci ilin aprel ayının ortalarında Hacıəli ilə dostu Əfqanın iştirakı ilə ünvan 2 ünvanın yaxınlığında yerləşən “1 №” adlı kafedə görüşmüşlər. Həmin vaxt üzərində 4700 ABŞ dolları, yəni kursa əsasən 8000 manat pul olmuşdur. Kafedə həmin pulu Hacıəliyə vermiş, qalan 92000 manatı isə 3-4 gün ərzində çatdıracağını demişdir. Hacıəlidən bir daha tenderi necə alacağını soruşmuş, sonuncu da yüksək vəzifədə işləyən tanışının olduğunu və tenderlərin həll edilməsini həmin şəxsin həyata keçirdiyini demişdir. Bir neçə gün ərzində Hacıəlidən israrla onu işi görən şəxslə görüşdürməyini tələb etmiş, Hacıəli isə əvvəlcə etiraz etmişdir. Amma israrlı tələblərindən sonra Hacıəli “gəl gedək İqtisadi İnkişaf Nazirliyinə, dediyim şəxslə səni tanış edəcəm, sənə sözü var” deyə bildirmişdir. 2021-ci ilin iyun ayında Hacıəli ilə İqtisadi İnkişaf Nazirliyinin qarşısında görüşmüşlər və nazirliyin binasının giriş qapısının qarşısında gözləmişlər. Həmin vaxt nazirliyin binasından kostyumda rəsmi geyimli bir nəfər şəxs çıxmış və onların yanına gəlmişdir. Hacıəli həmin şəxsi göstərərək “tanış ol, Fuad müəllimdir, İqtisadi İnkişaf Nazirliyinin əməkdaşı olmaqla, X3 tender komissiyasının üzvüdür, Fuad müəllimin dediklərini eşit” deyə bildirmişdir. Dəqiq adını sonradan bildiyi həmin Təqsirləndirilən şəxs da ona “Ceyhun müəllim, nazirlikdə bir qədər problemlər var, mən də burdayam, burda işləyirəm, X3 tender komissiyasının üzvüyəm, heç bir narahatçılığa səbəb yoxdur, bizə vaxt ver, bu həftə hər iki tender sənə veriləcək” demişdir. Bundan sonra Hacıəliyə və rəsmi dövlət işçisi kimi qəbul etdiyi Təqsirləndirilən şəxs daha da inanaraq etibar etmişdir. 2021-ci ilin iyun ayının ortalarında Hacıəli ilə görüşmüş, Hacıəli səhəri gün Fuadın gələcəyini və qalan pulu ona verməli olduğunu bildirmişdir. Hacıəlinin dediyinə görə Fuad daha yüksək vəzifədə işləyən şəxsin də işlərini görmüşdür, qalan pulu da həmin şəxs gəlib götürəcəkmiş. 12 iyun 2021-ci il tarixdə Fuad ona zəng etmiş, o, Fuada atasının Respublika Neyrocərrahiyyə Xəstəxanasında əməliyyat olunduğunu deyib ondan xəstəxananın yaxınlığına gəlməsini xahiş etmişdir. Həmin gün səhər saatlarında Hacıəli ilə xəstəxanada, bir neçə dəqiqə sonra isə xəstəxananın yaxınlığında yerləşən “Bizim market” mağazasının qarşısında Fuadla görüşmüşlər. Həmin vaxt yanında Hacıəli, tanışı Əli və Ramiz adlı şəxslər olmuşdur. Mağazanın qarşısında söhbət edəndə yenə çox rəsmi geyimdə və görünüşdə olan Təqsirləndirilən şəxs bir daha heç bir narahatçılıq olmadığını demişdir. Fuad ilə söhbət edərək yaxınlıqda saxladığı avtomobilin yanına getmiş və ona avtomobilində 50000 manat pul olduğunu, danışılmış 100000 manatdan qalan 42000 manatı isə yaxın vaxtlarda verəcəyini bildirmişdir. Bundan sonra avtomobildən 50000 manat pulu götürüb Fuada vermiş, sonuncu da pulu sayaraq cibinə qoymuşdur. Fuaddan tenderi nə vaxt götürəcəyini soruşmuş, o da ən geci 10 gün müddətinə tenderi götürəcəyini söz vermişdir. Bundan sonra daha da əmin olmaq üçün qalan pulu özü qəsdən gecikdirmişdir. 10 gün müddət keçdikdən sonra narahat olmağa başlamış və dəfələrlə Hacıəliyə və Fuada zəng edərək onlarla danışmışdır. Onlar da “büdcədən pul ayrılmalıdır, nazirlikdə problem var, ancaq tezliklə həll olunacaq” deyə bildirmişlər. Həmin gündən sonra Təqsirləndirilən şəxs onu aldatdığını başa düşmüşdür. Ona görə də onlardan pulunu tələb edərək daha tenderi istəmədiyini boldirmişdir. Bundan sonra Fuad Hacıəlinin vasitəsilə demişdir ki, səliqəli geyinib İqtisadi İnkişaf Nazirliyi yanına gəlmək lazımdır, nazir müavini qəbul edəcək. Üç dəfə müxtəlif günlərdə səliqəli geyinib nazirliyin qarşısına gedərək saatlarla gözləyib Fuadla əlaqə saxlamış, sonuncu da onu gözlədərək nazir müavininin iclasda, tədbirlərdə olmasını və qəbul edəcəyini demişdir. Amma sonda Fuadın yalan danışdığını və onu aldatdığını tam başa düşmüşdür. Daha sonra Fuad və Hacıəlidən pulunu tələb etmiş və onlarla görüşmüşdür. Görüş zamanı Fuad öz xətti ilə pul alması barədə iltizam yazmış, həmin iltizama o, Fuad və Hacıəli imza etmişlər. Amma yenə nəticəsi olmamış, buna görə məcbur olub rəsmi şikayət etmişdir. Araşdırma aparılan uzun müddət ərzində çox böyük çətinliklə Fuad onun pullarını qaytarmışdır. Hazırda Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, rəsmi olaraq heç bir dövlət orqanında işləmir, müəyyən işlər düşəndə fərdi qaydada məşğul olur. Əvvəllər universitetdə müəllim işləmiş, daha sonra yaş həddi ilə əlaqədar təqaüdə çıxmışdır. Zərərçəkmiş şəxs ilə tanışı Ramiz adlı şəxsin vasitəsilə tanış olmuşdur. Təqsirləndirilən şəxs Orcuc oğlu ilə də yaxın münasibəti olmuş və mütəmadi olaraq görüşüb söhbət etmişlər. Fuadla görüşlərinin birində sonuncu Ağdam rayonunun Yusifcanlı qəsəbəsinin tikilişi, Suqovuşan-Tərtər və Suqovuşan-Bərdə istiqamətlərində çəkilən su kanallarının çəkilişinin tenderini istəyən şəxs olacağı halda pulla alıb verə biləcəyini, özünün İqtisadi İnkişaf Nazirliyində işlədiyini demişdir. Fuaddan tenderi hansı yolla ala biləcəyini soruşmuş, o da Yusifcanlı qəsəbəsinin tenderinin dəyərinin 65 milyon manat, su kanallarının çəkilişi tenderinin 40 milyon manat olduğunu, bu tenderləri verəcəyi şəxsin ümumi məbləğin 5 faizini ona verəcəyini və əvvəlcədən tenderi götürmək üçün 100000 manat pul verməli olduğunu demişdir. Lakin Fuad tenderi kimin vasitəsilə edəcəyini deməmişdir. 2021-ci ilin fevral ayında Ceyhunla görüşüb söhbət edərkən Fuadın dediklərini ona demişdir. Ceyhun da razılaşmış və tenderin ona verilməsinə kömək etməyini xahiş etmişdir. 2021-ci ilin aprel ayının ortalarında Fuadla görüşüb Ceyhun barədə ona məlumat vermiş və tender barədə dediklərini Ceyhuna da bildirdiyini demişdir. Fuad da ona Ceyhundan pulu almağını bildirmişdir. Sonrakı günlərin birində Ceyhunla adını bilmədiyi dostunun iştirakı ilə ünvan 4 ünvanın yaxınlığında yerləşən “1 №” adlı kafedə görüşmüş, Ceyhun 4700 ABŞ dolları, yəni kursa görə 8000 manat təşkil edən məbləği ona vermişdir. Ceyhun qalan 92000 manat pulu 3-4 gün ərzində çatdıracağını demişdir. Ceyhun tenderi necə alacağını soruşmuş, o da İqtisadi İnkişaf Nazirliyində işləyən tanışı olduğunu və tenderlərin həll edilməsini həmin şəxsin həyata keçirdiyini bildirmişdir. Bundan sonra Ceyhundan ayrılıb Fuadla görüşmək üçün kafedən çıxmışdır. Həmin gün Fuadla görüşüb 8000 manat pulu ona vermiş və ona “Fuad, Ceyhun mənim yaxınımdır, bax birdən aldadarsan haa” deyə xəbərdarlıq etmişdir. Fuad isə “ayıbdır Hacıəli, biz yoldaşıq narahat olma, qalan məbləğ də verilsin” ifadələrini işlətmişdir. Bir neçə gün ərzində Ceyhun onunla görüşiüş və hər gün zəng edərək işi görən şəxslə onu bilavasitə görüşdürməyini tələb etmişdir. Bundan sonra Fuadla danışaraq Ceyhunun onunla görüşmək istədiyini demişdir. Fuad da Ceyhunla birlikdə İqtisadi İnkişaf Nazirliyinin binasının qarşısına gəlmələrini və Ceyhuna sözü olmasını bildirmişdir. 2021-ci ilin iyun ayında X5 Nazirliyinin qarşısında görüşmüş, nazirliyin binasının giriş qapısının qarşısında Fuadı gözləmişlər. Fuad kostyumda rəsmi adam kimi çıxıb onların yanına gəldikdən sonra o, Ceyhuna Fuadı təqdim etmişdir. Fuad orada Ceyhuna “Ceyhun müəllim, nazirlikdə bir qədər problemlər var, mən də burdayam, burda işləyirəm, X3 tender komissiyasının üzvüyəm, heç bir narahatçılığa səbəb yoxdur, bizə vaxt ver, bu həftə hər iki tender sənə veriləcək” deyə bildirmişdir. Bundan sonra oradan çıxıb getmişlər. 2021-ci ilin iyun ayının ortalarında Fuad zəng edərək Ceyhunun qalan məbləği də çatdırmasını tapşırmışdır. Ceyhunla görüşüb səhəri gün Fuadın gələcəyini və qalan pulu ona verməli olduğunu bildirmişdir. 12 iyun 2021-ci il tarixdə Ceyhunla danışarkən atasının Xətai rayonu ərazisində olan Respublika Neyrocərrahiyyə Xəstəxanasında əməliyyat olunduğunu öyrənmişdir. Həmin gün xəstəxanaya gedərək Ceyhunla görüşmüş, Ceyhunun yanında iki nəfər tanışı da olmuşdur. Bundan bir neçə dəqiqə sonra isə xəstəxananın yaxınlığında yerləşən “Bizim market” mağazasının qarşısında Fuadla görüşmüşlər. Mağazanın qarşısında söhbət edəndə Fuad bir daha Ceyhuna bildirmişdir ki, İqtisadi İnkişaf Nazirliyi Yanında X3 tender komissiyasının üzvüdür, tenederləri onlar keçirir, heç bir narahatçılıq yoxdur, hər iki tender ona veriləcəkdir. Ceyhun da yaxınlıqda saxladığı avtomobilində 50000 manat pul olduğunu, qalan 42000 manat pulu isə yaxın vaxtlarda verəcəyini demişdir. Bundan sonra Ceyhun avtomobildən 50000 manat pulu götürüb Fuada vermiş, o da pulu sayaraq cibinə qoymuşdur. Ceyhun Fuaddan tenderi nə vaxt götürəcəyini soruşmuş, sonuncu da ən geci 10 gün müddətinə tenderi götürəcəyinə söz vermişdir. Növbəti günlərdə Ceyhun zəng edərək tender barədə maraqlanmış, o da narahat olduğu üçün Fuada zəng etmiş, Fuadın dediklərini də Ceyhuna çatdırmışdır. Fuad “büdcədən pul ayrılmalıdır və nazirlikdə problemlər var, ancaq tezliklə həll olunacaq” deyə bildirmişdir. Fuad bir neçə dəfə demişdir ki, Ceyhun səliqəli geyinib İqtisadi İnkişaf Nazirliyinin yanına gəlsin. Ceyhun da lazımi geyimdə oraya getmiş, amma Fuad və yaxud hər hansı bir şəxs görüşmək üçün çıxmamışdır. Fuada davranışı, sözlərinin düz gəlməməsi barədə iradını bildirmiş, sonuncu da “nazir müavini iclasdadır, tədbirlərdədir və Ceyhunu qəbul edəcəklər” demişdir. Müəyyən vaxtdan sonra Ceyhun artıq aldadıldığından şübhələnmiş və daha tenderi istəmədiyini bildirib israrla pulu geri tələb etmişdir. Bu səbəbdən o, Ceyhun və Fuad birlikdə görüşmüşlər. Görüş zamanı Fuad öz xətti ilə Ceyhundan pul alması barədə iltizam yazmış, həmin iltizama o, Ceyhun və Fuad imza etmişlər. Fuad sonradan pulu tezliklə qayaracağını bildirsə də pulu qaytarmamışdır. Onun bu işdə heç bir marağı olmamış, hər iki şəxsi tanıdığı üçün onların arasında vasitəçi olmuşdur. Fuad Ceyhundan aldığı cəmi 58000 manat puldan ona heç nə verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Zərərçəkmiş şəxs və Şahid1 tanıyır, həmin şəxslərin hər ikisi ilə eyni səviyyədə tanışlıq münasibətindədir. Ceyhun Hacıəlini onun vasitəsi ilə tanımışdır. Bildiyinə görə Hacıəli əvvəllər hansısa universitetdə müəllim işləmişdir. 2021-ci ilin fevral ayında Ceyhunla görüşüb söhbət edərkən o, Hacıəlinin vasitəsilə Fuad adlı şəxslə tanış olduğunu, sonuncunun İqtisadi İnkişaf Nazirliyi yanında X3 tender komissiyasının üzvü və bundan əlavə həmin nazirliyin yüksək vəzifəli əməkdaşı olduğunu demişdir. Ceyhun Fuad adlı şəxsin Ağdam rayonunun Yusifcanlı qəsəbəsinin tikilişi, habelə Suqovuşan-Tərtər və Suqovuşan-Bərdə istiqamətində çəkilən su kanallarının çəkilişinin tenderini alıb ona verəcəyini və bu işin qarşılığında 100000 manata razılaşdıqlarını bildirmişdir. Ceyhunun dediyinə görə Fuadın dediklərini Hacıəli də təsdiq etmişdir. O da Ceyhuna demişdir ki, Hacıəlini tanıyır, işi görməmiş heç kimə pul verməsin. 2021-ci ilin iyun ayının 12-də Ceyhunun atasının Xətai rayonu ərazisində olan Respublika Neyrocərrahiyyə Xəstəxanasında əməliyyat olunduğunu eşitmiş və xəstəxanaya getmişdir. Orada Ceyhunun yanında Şahid3 da olmuşdur. Onlar üçü də söhbət edərək xəstəxananın həyətinə düşmüşlər. Orada Ceyhun həmin tender məsələsi üçün Hacıəliyə artıq 8000 manat pul verdiyini demişdir. Daha sonra Hacıəli və Fuad adlı şəxslərin də gələcəyini, onlarla görüşəndə onun yanında olmalarını xahiş etmişdir. Onlar da etiraz etməyərək razılaşmışlar. Həmin gün səhər saatlarında xəstəxananın yaxınlığında yerləşən “Bizim market” mağazasının qarşısında dayananda Hacıəli və Fuad onların yanına gəlmişdir. Fuadı ilk dəfə orda görmüşdür. X12 İnkişaf Nazirliyi yanında X3 tender komissiyasının üzvü olduğunu, tenderləri onların keçirdiyini, heç bir narahatçılığın olmadığını, hər iki tenderin Ceyhunun olduğunu demişdir. Butün bunları Hacıəli də təsdiq etmişdir. Ceyhun Fuada avtomobilində 50000 manat pul olduğunu, qalan 42000 manatı isə yaxın vaxtlarda verəcəyini demişdir. Bundan sonra Ceyhun avtomobildən pulu götürüb Fuada vermişdir. Fuad da pulu götürüb sayaraq cibinə qoymuşdur. Ceyhun Fuaddan tenderi nə vaxt götürəcəyini soruşmuş, sonuncu da söz verərək 10 gündən artıq olmayan müddətdə tenderi götürəcəyini öz öhdəsinə götürmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, Zərərçəkmiş şəxs onun tanışıdır, amma Şahid1 və Təqsirləndirilən şəxs əvvəllər ümumiyyətlə tanımamışdır. 2021-ci ilin iyun ayının 12-də Ceyhunun atası Xətai rayonu ərazisində olan Respublika Neyrocərrahiyyə Xəstəxanasında əməliyyat olunmuş və ona baş çəkmək üçün oraya getmişdir. Xəstəxanada Ceyhunla görüşmüş və söhbət zamanı Şahid2 da Ceyhunun atasına baş çəkmək üçün gəlmişdir. Onlar üçü də söhbət edərək xəstəxananın həyətinə düşmüşlər. Xəstəxananın həyətində Ceyhun Hacıəli və Fuad adlı şəxslərin gələcəyini, onlarla görüşəcəyini demiş və onlardan həmin şəxslərlə birlikdə görüşmələrini, yəni görüşdə onun yanında iştirak etmələrini xahiş etmişdir. Həmin gün səhər saatlarında xəstəxananın yaxınlığında yerləşən “Bizim market” mağazasının qarşısında dayanarkən Hacıəli və Fuad adlı şəxslər gəlmiş, Fuad Ceyhuna demişdir ki, İqtisadi İnkişaf Nazirliyi yanında X3 tender komissiyasının üzvüdür, tenderləri onlar keçirir, heç bir narahatçılıq yoxdur, hər iki tender ona, yəni Ceyhuna veriləcəkdir. Fuadın dediklərini yanında olan Hacıəli də təsdiq etmişdir. Ceyhun Fuadla söhbət edərək yaxınlıqda saxladığı avtomobilinin yanına gəlmişlər. Ceyhun Fuada avtomobilində 50000 manat pul olduğunu, qalan 42000 manatı isə yaxın vaxtlarda verəcəyini demişdir. Bundan sonra Ceyhun avtomobildən pulu götürüb Fuada vermiş, sonuncu da pulu sayaraq cibinə qoymuşdur. Ceyhun Fuaddan tenderi nə vaxt götürəcəyini soruşmuş, sonuncu da 10 gün artıq olmayan müddətdə tenderi götürəcəyini öz öhdəsinə götürmüşdür. Bundan sonra həmin şəxslər çıxıb getmiş və Ceyhunla söhbət edəndə sonuncu bir neçə gün əvvəl Hacıəli adlı şəxsə həmin tender məsələsinə görə artıq 8000 manat pul verdiyini bildirmişdir. Ceyhunun dediyinə görə Fuad və Hacıəli adlı şəxslər Ağdam rayonunun Yusifcanlı qəsəbəsinin tikilişi, Suqovuşan- Tərtər və Suqovuşan-Bərdə istiqamətlərində çəkilən su kanallarının çəkilişinin tenderini alıb Ceyhuna verilməsi üçün sonuncu ilə 100000 manata razılaşmışlar. Həmin 8000 manat və 50000 manat pul da məhz bu tender məsələsinə görə verilmişdir. Sonradan Ceyhunun aldadıldığını eşitmişdir. İbtidai istintaq zamanı dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid4 göstərmişdir ki, rəsmi olaraq heç bir dövlət orqanında işləmir, lakin kiçik ticarətlə məşğul olur. Zərərçəkmiş şəxs bir neçə ildir tanıyır. Belə ki, 2021-ci ilin təxminən may ayında Zərərçəkmiş şəxs işlədiyi ünvan 5 ünvanın yaxınlığında yerləşən “Kafe 1” adlı kafeyə gəlib bildirmişdir ki, işlə bağlı Hacıəli adlı şəxslə görüşəcək və sonuncuya 8000 manat pul verəcək. Ceyhun Hacıəli adlı şəxsə pul verərkən yanında şahid olaraq iştirak etməyini xahiş etmişdir. Ceyhuna Hacıəli adlı şəxsə nə məqsədilə pul verməsini soruşduqda, Ceyhun X3n Fuad adlı şəxsin iki tender alıb ona verməsi üçün Hacıəli adlı şəxsin söz verməsini və bu zəmində ondan 50000 min manat pul istəmələrini bildirmişdir. Ceyhuna etiraz etməmiş və şahid olaraq pulun verilməsində iştirak etməyini demişdir. Bundan sonra Hacıəli adlı şəxs kafeyə gəlmiş və Ceyhun onu Hacıəli adlı şəxslə tanış edib birlikdə masa arxasında oturub su içmişlər. Söhbət əsasında Ceyhun Hacıəli adlı şəxsə üzərində 8000 manat pul olduğunu bildirib qalan 50000 manat məbləği bir həftə ərzində verəcəyini demişdir. Bundan sonra Ceyhun cibindən pulları çıxarıb sayıb və ümumilikdə 8000 manat hesablamaqla Hacıəli adlı şəxsə vermişdir. Ceyhun Hacıəliyə 8000 manat pulu Ağdam rayonu Yusifcanlı qəsəbəsinin tikilişi və Suqovuşan Tərtər istiqaməti, Suqovuşan Bərdə istiqamətində çəkilən su kanallarının çəkilişinin tenderini ona verilməsi üçün vermişdir. Sonradan onlar sağollaşaraq ayrılmışlar. Bir müddət keçəndən sonra o, Ceyhunla görüşdükdə onun tender işinin nə yerdə qaldığını bildirdikdə Ceyhun əlavə olaraq Hacıəlinin tanışı Fuad adlı şəxsdə əlavə olaraq 50000 manat verməsini, hal-hazırda heç bir nəticə olmamasını bildirmişdir. Sonradan məlum olmuşdur ki, Ceyhundan alınan pulları Hacıəli və Fuad adlı şəxslər qaytarmamışlar (cild , iş vərəqə 153-155 ). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspertiza rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. Hadisə yerinə baxış keçirilməsi haqqında 04 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 50000 manat pul vəsaitini Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasının qarşısında vermişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 08-13). Götürmə aparılması haqqında 23 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus səs danışıqlarının yazıldığı bir ədəd CD disk Zərərçəkmiş şəxs götürülmüşdür (cild 1, iş vərəqə 32-34). Diskə baxış keçirilməsi haqqında 28 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında aşağıdakı məzmunda danışıqların olduğu müəyyən edilmişdir: K1: Zəng eləmisən mənə. K2: Məqsədim odu mənim də ağsaqqalım var, yığdım dedim ki, konkret olaraq ağır söyüş söydüm, ona da o da dedi ki, gəlirəm, Fuad sabahlarım saat üçdə gəlməsən bax 15:00-da beş dəqiqə sonra, yəni 15:05 də, yəni dördə beş dəqiqə işləmiş gəlməsən, mən səni həmin dəqiqə həmin saat səni qoyuram bloka, ondan sonra mən səni axtarmayacam, mən onsuzda söyüş qoymuşam, mənim prosdu sənə hələ yazığım gəlir, deyirəm ki eybi yoxdur, mən əyərlərim sabah saat üç tamamda dördə beş dəqiqə işləmişə kimi səni gözləyəcəm, beş dəqiqəni ona görə gözləyəcəm ki, yoluna görə dördə beş dəqiqə işləmişə kimi gəlib çatmasan səni bloka qoymasam. K1: Aydındı mümkün olan şey deyil o. K1: Mən də Hacıəliyə yığıram, Hacıləliyə də denən ki, qardaş sənə verdiyim 8000 manatıda alacam, belə üzr istəyirəm divara çıxsa xeyri yoxdur, 8000 manatı alacam, Fuad səndə gəlib çıxmasan 50000 manatımı da sənə verdiyim kimi alacam, başa düşdün qardaş fisyo qurtardı. K2: Yaxşı qardaş. K1: Oldu yəni saban mənə demə ki qurban olum, başına dönüm, qadan alım, ölmüşəm məni yerdən götür, məni bir gündə gözlə, bir saatda gözlə, beş saatda gözlə, belə şey olamayacaq, olsada mən onu sənə bağışlamayacam, mən sənə dedim, mən sənə yenə deyirəm, sabahdan oyana 3 tamamdan o yana keçirsən, sənə mən yığsam məndən şərəfsiz adam yoxdu, fisyo qurtardı, oldu mən səndən dəst pulumu alacam, oldu qardaş. K2: Aydın qardaş oldu ay Ceyhun. K1: Fisyo qutardı, indi mən səni sabah saat 3 tamam kimi bir dənə vızıvda atmayacam ,yığmayacam, bu uje axrıncıdı, namusuma, qeyrətimə, şərəfimə and olsun axrıncı zəngimdi sənə, sən sabah saat 3 tamama kimi gətirməsən, sən məndən incimə oldu, mən sənə heç nə eliyəsi deyiləm, mən səni verəcəm dövlətin əlinə mən qanunan mən məcbur olub qanunnan hərəkət eliyəm qanunsuz da mən ayağımı bir metr çölə qoymayacam, oldu Fuad oldu. K2: Oldu qadam oldu yaxşı. İkinci fayıla baxış zamanı aşağıdakılar müəyyən edildi. K1: Bəli. K2: Birdə salam necəsən. K1: Salığın can salığı sən necəsən. K2: Şərəfzisdən sonra danışmadın. K1: Yo yo axı mən söyüş söydüm mən qutardım mən sabah yox biri gün. K2: Mən də danışdım dedi birisi gün dördüncü gün Hacıəli müəllimədir 28000 manat, 28000 manat Hacıəli müəllim özü verəcək, gətirib verəcək problem deyil, 50000 manatı da Hacıəlinin yanında vermişəm, Hacıəli müəllimdə qol çəkib məndə qol çəkmişəm kağızda əlimdə hamıda qol çəkib Hacıəli müəllimə dedim, dedi ki, hara qədər deyibsən yanındayam, dedim lap yanımda olsa da olmasada yəni bunnan almışam öz xəttindən yazıb 50000 min vermişəm özüdə Fuad fılan işlərə görə. K1: Yox ey mən kişiyəm kişi kimi də mən iş görürəmsən mənim bacım oğlusan 50000 manatı da mənim yanımda sən saymısan vermişəm. K2: X8 Nazirliyinin yanında X3n iki dənə tenderi götürməyə görə 50000 manatı şəxsən sayıb özüm vermişəm. K1: Fuad Fuad fılankəsov fılankəsin adı və qol. K2: Bəli bəli Hacıəli müəllim mən və bu Nazirlikdə fılan müavinin nazir müavini fılankəsin adından və fılankəslərin adından bu istifadə edib. K1: Mənə birinci dəfə dedi ki, fılankəs mənim bağ qonşumdur, ikinci dəfə bir həftədən sonra dedi ki, fılankəsin yanında olmuşam müavinin yanında fılan yerdə oturur. K2: İqtisadi İnkişaf Nazirliyində X9 müavinin yanında olmuşam belə fılan iki dəfə dedi iki dəfə dedi dedi iki dəfədə üç dəfə bizi aparıb nazirliyin qarşısında gözlətdirib bizi qəbul eliyəcək eləməyib indi qardaş nə Hacıəli müəllim ala bilir mən Hacıəli müəllimə verdiyim pulu 8000 manat nə Hacıəli müəllim ala bilir nə də Hacıəli müəllimin yanında mən sayıb 50000 manat vermişəm onu da ala bilmirəm. K1: Bəli bəli jurnalist vəsiqəsindən istifadə edərək şantaj edir. K2: Bəli əvvəldə bizə özünü tanıtdı ki, İqtisadi İnkişaf Nazirliyinin yanında tender komissiyasının üzüvüyəm. K2: Bəli tender komissiyasının üzüvüyəm. K1: Bəli tender komissiyasının üzüvüyəm sonra məlum oldu ki, jurnalist. K2: Bəli mən bilirəm nələr deyib. K1: Mən dedim dedim 50000 manat Hacıəli müəllimin yanında sayıb vermişəm. K2: Həftənin dördüncü günə kimi bizim işimiz qurtarmalıdır. K1: İşimiz qüvəvədədir fisyo mən ondan sonra 50000 manatımı da verdiyim 50000 manat gedib alacam ondan bizim iştirakımız ilə biryerdə çünki mən sənin yanında sayıb vermişəm. Üçüncü fayıla baxış zamanı aşağıdakılar. müəyyən edildi : K1: Ceyhun müəllim salam alo. K2: Salam salam. K1: Nə var nə yox qadam. K2: Sağol sağol. K1: Ceyhun bilirsən nəyə görə bu gün telefonum bağlı oldu mətbuatın yüz qırx altı illiyi ilə bağlı bu gün bayramdı tədbirə çağırmışdılar orda ümumiyyətlə telefonla danışa bilmirdim mən sizə deyəcəkdim bu günə problem yaranacaqdı mən səhər tezdən saat onda ordayam əyər tam danışdığımız kimi polnu hazır formada səhər tezdəndən ordayam saat onda. K2: Tək gələcən yoxsa Hacıəlidən gələcən. K1: Tək gələcəm. K2: Yaxşı Hacıəlidən mən sözümü bayaqdan ağzıma gələni demişəm öz sözümü demişəm mən. K1: İndi Hacıəlidəndə danışacam amma saat onda oradayam mən Hacıəli nə vaxt gələr gələr saat on tamamda səhər tezdəndən hazır vəziyyətdə oradayam mən yeünə də deyir allah qurbanını qoyun eləsin bu gün həqqi yəni mən səhər səhər desəydim ki, tədbir var. K1: Amma sənə bir söz deyim yanımda dörd kişi oturub sabah saat on deyirsən sabah saat on bir otuza qədər on ikinin yarısına qədər gəlməsən Fuad səndən mənimki harda qutaracaq. K2: Elə şey olarmı mən gəlməyəm. K1: Bax mən sənə dedim. K2: Mənim bu işimdi yarımçıq qalıb işim gecə gündüzm yoxdu da yuxumda qaçıb mənim narahat olma. K1: Heç kim aradan qaçmaz qardaş məndə sənə deyirəm mən səndən 50000 manatımı alacam məndən incimə sən sabah gəl yada qardaş mənim pulumu gətir. K2: Əlbəttə ki, qruban sənə inşallah salıq olsun gələcəm narahat olma qurban sənə. Dördüncü fayıla baxış zamanı aşağıdakılar. müəyyən edildi: K1: Ceyhun alo. K2: Bəli. K1: Ceyhun müəllim deməli eşidirsiz məni bu həftənin biri işdə verir pulda verir qadan alım bunun heç biri olmasa yenə də deyirəm mənim kəndirim sənin əlindədir. K2: Hardasan sən mən gəlim səni görüm beş dəqiqə. K1: Axşam görüşə bilərik indi ora bura qaçıram ay Ceüyhun axşam gəlim oturaq ordanda evə gedərəm axşam gələ bilərəm. K2: Fuad sən bu dolamalardan bu yalanlarla hara gedirsən. K1: Ceyhun səni dolayana Ceyhun qulaq as bir dəqiqə sənə bilə bilə yalan danışan. K2: Sən nə iş verəcən sən hansı işdən danışırsan hansı işi verə bilərsən sən məni dörd aydır fırlayırsan ki, Qarabağ dirçəliş belə gəldi İqtisadiyyat Nazirliyi belə getdi dörd aydır sən məni süründürürsən mənə zülüm verirsən mənə yalandan deyirsən ki, sənə iş verirəm. K1: Ay Ceyhun mən sənə mən öz payıma deyirəm Ceyhun müəllim mən öz payıma deyirəm yenə deyirəm sənə yalandan danışan yaladandan fırladan vaxt alan və yuxud eliyən bir adamın balası ölsün əyər belə şey varsa. K2: Dörd aydır mənə zülüm verirsən bu gün sabah bu gün sabah bəs sən bu qədər söyüşlər söyürsən varyoxu arvad uşağı belə nə mənə iş verirsən nə mənim pulumu verirsən. K1: Yox yox qurban olum yenə deyirəm birinci gün ya pulu ya işi yenə deyirəm. K2: Mən sənə birinci gündən demişəm mənə iş lazım deyiləm mənim pulumu qaytar niyə qaytarmırsan ay Fuad bəs sən mənə dünəndən o gündən üç gündü bir həftədi deyirsən var yoxu arvad uşağı belə belə olsun sənin pulunu qaytarmayanın indi mənə deyirsən sənə iş verim mən işi istəmirəm mənim pulumu qaytar qardaş. K1: İş qalsın öz yerində qulaq bir dəqiqə Ceyhun mən bu vaxta qədər yenədə sən öl deyənin özü ölsün sənin başın üçü deyirəm birinci gün səhər tezdəndən çatdıracam onu. K2: Ay Fuad bu qutarır bu oyunların qutarmır sənin sən nətər adamsan ay Fuad. K1: Birinci gündən o yana vaxt alanın deyirəm ki, almayacam. K2: Fuad sən bu söhbətlər qutarıb da Fuad sən neçə dəfə söyüşdə söymsünə indi mənə deyirsən ki, ay qardaş sənə mən əlli dəfə deməyəcəm ki, deyirəm mənə iş lazım deyil mənim pulumu niyə vermirsən qardaş niyə mənə zülüm edirsən bilirsən mən də sənə insanlıq edirəm mənim pulumu qaytar mənim pulumu qaytar sən mənə dörd aydır deyirsən bu gün sabah bu gün sabah. K1: Ay Ceyhun mən bilirəm ona görə sənə yalvarıram allah əməyini itirməsin ay Cüeyhun yenə deyirəm iş öz yerində qalsın mən gedirəm işi götürməyə birinci gün səhər tezdən pulu verirəm sənə. K2: Sənə inamım yoxdu sən mənə o gündən deyirsən sənin pulunu qaytarıram. K1: Sənə qurban olaraq Birinci gün səhər tezdən çatdıracam sənə qurban olum K2: Fuad bu birinci günlər qutarmadı ay Fuad sən mənə söyüşlər söydün ki, sənin pulunu dünənə bu günə verirəm sən yenə utanmaz utanmaz deyirsən ki, birinci gün sənin pulunu qaytarım yada işini verim ay qardaş sənə deyirəm pulumu qaytar niyə məndən belə oyun oynayırsan. K1: Ceyhun o əmanət məsələsini birinci gün mən sənə verəcəm qurban olum. K2: Ay qardaş sənə inam yox etibar yox sən məni dörd aydır süründürürsən. K1: Mən pis adam deyiləm Ceyhun. K2: Sən pis adamsan özüdə nəyi var pis adamsan qardaş mənim pulumu ver mən qanunun tərəfindəyəm qanunsuz bir iş görən deyiləm qanundan hərəkət etsəm sənə də pis təsir edəcək Hacıəliyədə pis təsir edəcək mən də sənə deyirəm qardaş mənim pulumu gətir. K1: Düzdü düzdü birinci gün sənin pulunu gətirirəm (cild 1, iş vərəqə 35-38). Cinayət işinə əlavə edilmiş iltizamdan görünür ki, iltizamda “Mən Təqsirləndirilən şəxs xx.xx.1971-ci ildə Sumqayıt şəhərində anadan olmuşam, hal-hazırda Sumqayıt şəhəri, 1-ci mikr, ev 12/23, mənzil 5-də ailəmlə birlikdə yaşayıram. Şəxsiyyət vəsiqəsi seriya nömrəsi (********). Mən Zərərçəkmiş şəxs İqtisadi İnkişaf Nazirliyi Yanında X3n iki tender alıb kirs firmasına verməyimə söz vermişəm. 1-ci tender Su qovşan istiqamətində çəkilən su kanalı, 2-ci tender Ağdam şəhərində yerləşən fərdi yaşayış evləri və yol tikintisi üçün Ceyhundan (50 min AZN) əlli min manat pul almışam. xx.xx.2021-ci ilə qədər tenderlər alıb verməyimə söz vermişəm. Əks halda iş alınmasa göstərilən tarixdə pulu Ceyhuna qaytaracam.İltizamı heç bir təsir və təzyiq olmadan yazmışam. Öz istəyimlə yazmışam. Təqsirləndirilən şəxs imza. Zərərçəkmiş şəxs imza, Şahid1 Hacıqulu oğlu imza. xx.xx.2021. Tarixdə düzəlişi özüm etdim imza” sözləri yazılmışdır (cild 1, iş vərəqə 06). Zərərçəkmiş şəxs notariat qaydada təsdiq olunmuş 14 mart 2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam ödənilmişdir, onun təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayəti yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş məlumatdan və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 04 may 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 02 iyul 2010-cu il tarixli qərarı ilə barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə cəzası 2 ilə endirilmiş, Qaradağ rayon məhkəməsinin 05 sentyabr 2011-ci il taixli qərarı ilə cəzadan 2 ay 14 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 oktyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 07 ay 03 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 04 yanvar 2019-cu il tarixli qərarı ilə cəzadan 04 ay 27 gün vaxtından əvvəl şərti azad olunmuşdur (cild 1, iş vərəqə 150-152, 159-171). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 5-ci bəndində göstərilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərərçəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Həmin qərarın 31-ci bəndində göstərilir ki, vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında əlavə cəza nəzərdə tutulmasa da təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməsi zəruridir. Belə ki, məhkəmə, təqsirləndirilən şəxsin qəsdinin yönəldiyi ictimai münasibətlərin xarakterini, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin faktiki hallarını da nəzərə alaraq hesab edir ki, bu əlavə cəzanın yaradacağı digər məhdudiyyətlərlə bərabər həm də mənəvi-psixoloji təsiri cəzanın tənbeh təsirinin gücləndirilməsinə, təqsirləndirilən şəxsin təkrar cinayət törətməsinin qarşısını almağa, bununla da cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunmasına xidmət edəcəkdir. Məhkəmə gəldiyi bu qənaəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe baxımından da əsaslı hesab edir. Yuxarıda şərh olunanları nəzərə almaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza, həmçinin müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə vurulmuş ziyanın ödənilməsini qeyd etməklə bərabər, həm də əvvəllər dələduzluq əməllərinə görə dəfələrlə məhkum edilmiş təqsirləndirilən şəxsi səciyyələndirərkən onun yenidən eyni xarakterli cinayət əməlini törədərkən cinayətin üsulu kimi tətbiq etdiyi aldatma prosesində dövlət orqanlarının işğaldan azad edilmiş ərazilərdə icra olunan infrasturuktur layihələri ilə bağlı fəaliyyətinə istinad etməsi xüsusatını da nəzərdə saxlayır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tam ödəməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən özünü təqsirli bilərək səmimi peşman olmasını, ona qarşı heç bir şikayət və tələbin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarında olan axtarışda olan şəxsin saxlanılması haqqında protokoldan görünür ki, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 10 noyabr 2021-ci il tarixdə saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin 10 noyabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlməməklə, cinayət prosesini həyata keçirən orqandan qəsdən gizlənməklə barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 may 2022-ci il tarixli qərarı ilə onun barəsində axtarış elan edilməklə ibtidai araşdırma zamanı seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş və sonuncu 21 iyun 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 93,140-143, 148-149). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 10 noyabr 2021-ci il tarixdən 13 may 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 6 ay 3 gün ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı, cəzanın çəkilməsi müddətinin başlanğıcı 21 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan danışıqların əks olunduğu bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli 15 saylı, “Dələduzluq cinayətlərinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli 7 saylı, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə və ev ustaqlığında olduğu 6 (altı) ay 3 (üç) gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılaraq onun üzərində 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Məhkəmə araşdırması mərhələsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar həbsdə saxlandığı müddət də cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 21 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan danışıqların əks olunduğu bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-630/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-630/2022
04.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver