Məhkəmə qərarları › İş №1(101)-630/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-630/2024

05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-630/2024 05.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında 05 avqust 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 2008-ci il təvəllüdlü uşağı olan, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Surxay Cabbarov küçəsi, ev 4, mənzil 88-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 35,245 qram psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Sabunçu rayon Polis İdarəsinin 13cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 31 yanvar 2023-cü il tarixdə saat 15:30-da ünvan 1 ünvanın qarşısında saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 bükümdə təmiz çəkisi 35,245 qram təşkil kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun tutulmasına səbəb sosial şəbəkələrdə dini paylaşım altında rəy yazması olmuşdur. O rəylə bağlı DTX-nin əməkdaşları onun əvvəllər işlədiyi iş yerinə gəlmiş, onunla marağlanmışlar. Həmin iş yerindən ona zəng edib bu barədə ona məlumat vermişlər. 31 yanvar 2023-cü il tarixdə saat 10-11 radələrində mağazaya çörək almağa çıxdığı zaman yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Surxay Cabbarov küçəsinin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmış və Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nə aparılmışdır. Orada ondan soruşmuşlar ki, bilirmi nəyə görə polisə gətirilib. Oda cavab vermişdir ki, bəli bilir. Ona polis əməkdaşları bildirmişlər ki, o üzərinə onların verdikləri narkotik vasitəni qoyaraq üzərinə baxış zaman təqdim etməlidir, əks halda yaşadığı ünvandan külli miqdarda narkotik vasitə qoyacaqlarını bildirmişlər. Oda razı olmuşdur. Bundan sonra ona sellofana bükülmüş bir maddə verərək bu maddənin metamfetamin olmasını, bu bükümü üzərinə baxış zamanı təqdim etməsini demişlər. Büküm böyük olduğu üçün onlara etiraz etmiş, ona balaca büküm vermələrini bildirmişdir. Bundan sonra ona sellofan bükümü vermək istəyən əməkdaş telefonla Bəxtiyar adlı polis əməkdaşına zəng edib məsələni bildirmişdir. Bəxtiyar onunla telefonla danışıb ondan bükümü götürməməsinin səbəbini soruşmuşdur. O isə Bəxtiyara bildirmişdir ki, sonuncu ilə eyni qəsəbədə yaşamaqla onu qiyabi tanıyır və Bəxtiyardan üzərinə az miqdarda narkotik qoyulmasını xahiş etmişdir.Bundan sonra onu kameraya aparıb təxminən 7 saat sonra polisin xidməti otağına qaldırıb eyni bükümü təqdim etmişlər. Bundan sonra onu təhqiqatçının otağına aparıb iki hal şahidinin iştirakı ilə üzərinə baxış keçirmişlər. Lakin, bununla məsələ qurtarmamış, onun üzərinə təkrarən baxış keçirib bu dəfə hal şahidləri iştirakı ilə yanaşı video çəkilişdə aparmışlar. Hərdəfə o ona verdikləri bükümü masanın üzərinə qoyaraq təhqiqatçıya təqdim etmişdir. Onun üzərində saxlanılan zaman heç bir qanunsuz əşya olmamışdır. Ona fiziki zor tətbiq etməmişlər, lakin psixoloji təsir etməklə törətmədiyi əməli üzərinə götürməyi məcbur etmişlər. Onu narkoloji ekspertizadan keçirmişlər, həkimlər onun narkoman olmaması qənaətinə gələrək rəy vermişlər.Tutulduğu zaman istifadəsində olan 070 313 13 11 telefon nöməri ona məxsusdur, 070 313 36 37 telefon nömrəsi iş yerində olan ona məxsus nömrədir, 070 685 08 05 mobil nömrəsi 4 il əvvəl onun istifadəsində olmuş, lakin artıq həmin nömrəni istifadə etmir, 070 313 36 33 mobil telefon nömrəsini dindar yoldaşına hədiyyə etmiş, o nömrədən istifadə etməmişdir. Cinayət işində olan "xxxx" GSM məxsus “Diskə baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokol ilə tanış olmuşdur. Həqiqətən orada onun istifadə etdiyi 070 313 13 11 saylı mobil nömrədən başqa abunəçilərə göndərdiyi və narkotik vasitələrin dövrüyyəsi ilə bağlı smslər mövcuddur. Həmin smsləri onun məhəllədiki tanışları telefonunu istəyərək göndərmişlər, smslərin ona heç bir aidiyyatı yoxdur. Smslərdə adı Aynur kimi qeyd olunmuş şəxs qadın deyildir, Eynur adlı tanışıdır. Qeyd etmək istəyir ki, mobil telefon nömrələrində olan “313” rəqəmi dindar olan “İmam əsgərləri” kimi adlanan birliyin üzvlərinin nömrələrində olan fərqləndirici rəqəmlərdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yalnız bir dəfə görmüş, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, 31 yanvar 2023-cü il tarixdə təxminən saat 16 radələrində Bakıxanov qəsəbəsində “Kalmar” adlı kafedə dostu ilə olduğu zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş və bir nəfər şəxsi narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə saxladıqlarını, onun üzərinə baxış keçirilməsində onun da hal şahidi qismində iştirak etməyini xahiş etmişlər. O, polis əməkdaşlarına etiraz etməmiş və onlarla birgə Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə getmişdir. Polis bölməsində olarkən artıq orada bir nəfərində hal şahidi kimi olduğunu görmüşdür. Bölmədə xidməti otaqların birində ona və digər hal şahidinə hüquq və vəzifələri izah edilmişdir. Məhz həmin vaxt həmin otaqda Təqsirləndirilən şəxs ilk dəfə görmüş, təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları masa üzərinə qoyması təklif etmiş və sonuncu könüllü, heç bir təzyiq olmadan əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 3 ədəd bir manatlıq pul əskinazını, sağ yan cibindən LD markalı siqareti və 01 ədəd sellofana bükülmüş bükümü təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sellofana bükülmüş bükülünü açdıqda həmin bükülünün içərisində ağ rəngli, kristalşəkilli maddənin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin maddəni xx.xx.2023-cü il tarixdə yaşadığı Bakıxanov qəsəbəsi, Qızlar şadlıq sarayının yaxınlığında yerdən tapıb üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs götürülmüş həmin kütlə zərfə qablaşdırılaraq 160 saylı möhürlə möhürlənmişdir. Həmçinin bu barədə müvafiq protokol tərtib edilmiş və onlar tərəfindan imza edilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor və ya psixi təsir tətbiq edilməmişdir. Həmçinin qeyd edir ki, onun iştirakı ilə yalnız bir dəfə çəkiliş olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri nəticəsində tanımışdır. Belə ki, həmkarı Şahid1 əməliyyat məlumatı daxil olmuşdur ki, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrini satış məqsədi ilə əldə edib üzərində gəzdirir. Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə əməliyyat tədbiri keçirməklə sonuncu 31 yanvar 2023-cü il tarixdə saat 15:30-da Sabunçu rayonu Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsi 4 ünvanın yaxınlığında saxlanılmış və Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-yə gətirilərək baş təhqiqatçı Fərhəng Hüseynova təhvil verilmişdir. Sonuncu müdafiəçi dəvət edərək Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş və Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla və hal şahidlərinin iştirakı ilə axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə keçiriləcək baxış zamanı vəkilinin iştirakından imtina etmiş və bununla əlaqədar ərizə ilə müraciət etmişdir. Bundan sonra təhqiqatçının təklifi əsasında Təqsirləndirilən şəxs üzərində olan, yəni əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm təhqiqatçı tərəfindən açılmış və içərisində kristalşəkilli metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümdəki metamfetamini xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Qızlar şadlıq sarayının yaxınlığında piyada gəzərkən tapıb maraqlı olduğundan cibinə qoymuşdur. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş bükümə baxış keçirilmiş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bununla bağlı təhqiqatçı tərəfindən tərtib olunmuş protokolun doğruluğu bütün iştirakçıları imzaları ilə təsdiq edilmişdir. İstər saxlanılan zaman, istərsə də Sabunçu RPİ-nin 13-cü PB-nə gətirilən zaman Təqsirləndirilən şəxs qarşı fiziki zor və psixoloji təsirlər olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri nəticəsində tanımışdır. Belə ki, ona 31 yanvar 2023-cü il tarixdə əməliyyat məlumatı daxil olmuşdur ki, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrini satış məqsədi ilə əldə edib üzərində gəzdirir. Məlumatla əlaqədar Təqsirləndirilən şəxs ifşa olunması və tutulması məqsədilə əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri o, üzvü isə həmkarı Şahid2 təyin olunmuşdur. Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə əməliyyat tədbiri keçirməklə sonuncu 31 yanvar 2023-cü il tarixdə saat 15:30-da Sabunçu rayonu Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsi 4 ünvanın yaxınlığında saxlanılmış və Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-yə gətirilərək baş təhqiqatçı Fərhəng Hüseynova təhvil verilmişdir. Sonuncu müdafiəçi dəvət edərək Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş və Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla və hal şahidlərinin iştirakı ilə axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə keçiriləcək baxış zamanı vəkilinin iştirakından imtina etmiş və bununla əlaqədar ərizə ilə müraciət etmişdir. Bundan sonra təhqiqatçının təklifi əsasında Təqsirləndirilən şəxs üzərində olan, yəni əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm təhqiqatçı tərəfindən açılmış və içərisində kristalşəkilli metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümdəki metamfetamini xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Qızlar şadlıq sarayının yaxınlığında piyada gəzərkən tapıb maraqlı olduğundan cibinə qoymuşdur. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş bükümə baxış keçirilmiş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bununla bağlı təhqiqatçı tərəfindən tərtib olunmuş protokolun doğruluğu bütün iştirakçıları imzaları ilə təsdiq edilmişdir. İstər saxlanılan zaman, istərsə də Sabunçu RPİ-nin 13-cü PB-nə gətirilən zaman Təqsirləndirilən şəxs qarşı fiziki zor və psixoloji təsirlər olmamışdır. Qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs üzərinə baxışda o, həmkarı Şahid2, hal şahidləri və Təqsirləndirilən şəxs özü iştirak etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, narkotik istifadəçisidir, mobil telefonu olmadığı üçün tanışı Təqsirləndirilən şəxs patı sifariş vermək üçün telefonunu alaraq zəng etmişdir. Ona məhkəmə tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz əldə edilməsi və satılması ilə bağlı mobil telefonla SMS göndərməsi və qəbul edilməsinə dair çox saylı telefon bağlantıları təqdim edilmişdir. Bildirir ki, o, yalnız bir gündə 2 dəfə Təqsirləndirilən şəxs telefonundan istifadə etmişdir. Yəni digər telefon bağlantıları ona aid deyildir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nin əməliyyat müvəkkili Şahid1 Bakı şəhəri Sabunçu RPİ-nin rəisinə ünvanlanmış 31 yanvar 2023cü il tarixli raportundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğuldur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, həmin tarixdə Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları olan Şahid1 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və xx.xx.2023-cü il tarixdə, saat 15.30-da ünvan 6 ünvanın qarşısında Təqsirləndirilən şəxs məhz bu əməkdaşlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sabunçu RPİ-nin 13-cü PB-nin inzibati binasına gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nin rəisinə ünvanlanan Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən müəyyən olunur ki, şəxsi axtarış zamanı müdafiəçisinin iştirakını tələb etmir və müdafiəçi X4 iştirakı olmadan şəxsi axtarış keçirilməsini xahiş etmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, videoçəkiliş aparılmaqla, Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nin baş təhqiqatçısı, polis mayoru Fərhəng Hüseynov şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsini təklif etdikdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 03 ədəd bir manatlıq əskinaz, sağ yan cibindən LD markalı siqaret və bir büküm şəffaf sellofana bükülmüş içərisində səffaf rəngli kristal formada olan maddəni çıxarıb təqdim etmiş və həmin maddəni xx.xx.2023-cü il tarixdə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, “Qızlar” şadlıq sarayının yaxınlığından tapıb üzərində saxladığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023cü il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə saat 17:00-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu rayon məhkməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş qərar qanuni hesab edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/602 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-35,245 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin – 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”- in İ siyahısına daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023cü il tarixli, 576 №-li rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmur, hal-hazırda narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 249 №-li rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs istifadəsində olan “Azerfon” GSM məxsus «***-***-**-**» mobil nömrənin "xxxx" MMC-dən götürülmüş telefon danışıqları məlumatlarından müəyyən olunur ki, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən aşağıdakı məzmunda mesajların yazılması müəyyən edildi: xx-xx-2022-ci il tarixdə saat 01:53:00 – **********11-**********13-Peci yatmisan? 10man pati goturmek isteyirem. xx-xx-2022-ci il tarixdə saat 02:34:30 – **********11-**********13-İnan yazanan sonra duwundum.uzurlu say posle zajiqaniyadi indi mende. xx-xx-2022-ci il tarixdə saat 02:35:24 – **********11- **********13 - Eseri gelib onandi. xx-xx-2022-ci il tarixdə saat 02:39:49, xx-xx-2022-ci il tarixdə saat 02:39:49 – **********11-**********13-Pis olmaram yukumu yolumu bilirem.perviz gelim sizi terefe? xx-xx-2022-ci il tarixdə saat 02:42:17 – **********11-**********13-Gozluyuremde yatmiram. xx-xx-2022-ci il tarixdə saat 03:09:42 – **********11- **********13-Qapiya cixa bilirsen gelim goturumde qapidan eseri gelib gicellenirem. xx-xx-2022-ci il tarixdə saat 03:55:39 – **********11-**********13-Peci neyniyek? xx-xx-2022-ci il tarixdə saat 04:24:29 – **********11-**********13-Ne qeder dozsun xumar? Taqeti qalmadi axi.Varindisa gelim ver yoxundusa yaz yoxdu. xx-xx-2022-ci il tarixdə saat 00:30:13, xx-xx-2022-ci il tarixdə saat 00:30:14 - **********11 -**********13 - Peci gelim goruwek? saat 1yarisidi uje. xx-xx-2022-ci il tarixdə saat 23:59:30 – **********11-**********13-İmkan var ver evdekiler gelsin pulu ataram kartina, alinmirsa canin sag olsun. xx-xx-2022-ci il tarixdə saat 01:58:54 – **********11-**********13- Yene gozledib draznit eledin meni. xx-xx-2022-ci il tarixdə saat 02:02:32 – **********11-**********13-Tm nese olsa xeber ele. xx-xx-2022-ci il tarixdə saat 16:07:08 – **********11-**********13-Salam peci neynirsen? yeqin yaddan cixarmarsan meni. xx-xx-2022-ci il tarixdə saat 16:11:43, xx-xx-2022-ci il tarixdə saat 16:11:43 – **********11- **********13 - Pul olsa goturmek olar 20man yari. xx-xx-2022-ci il tarixdə saat 16:21:23 - **********11 - **********13 Hardasan sen? xx-xx-2022-ci il tarixdə saat 19:06:00, xx-xx-2022-ci il tarixdə saat 19:06:00 – **********11- **********13 - Senden xeber cixmadi. xx-xx-2022-ci il tarixdə saat 18:07:45, xx-xx-2022-ci il tarixdə saat 18:07:45 – **********11-**********31 Aynur draznit oldum, birazda ver axwam evezine kakos vererem sene. xx-xx-2022-ci il tarixdə saat 00:43:44, xx-xx-2022-ci il tarixdə saat 00:43:44 – **********11- **********13 - Neynirsen? senen ses sorag cixmadi. xx-xx-2022-ci il tarixdə saat 01:02:46, xx-xx-2022-ci il tarixdə saat 01:02:46 – **********11-**********31 - Aynur yatmamisan? 5duz qow elemek olar? xx-xx-2022-ci il tarixdə saat 15:04:34, xx-xx-2022-ci il tarixdə saat 15:04:34 - **********11 -**********60 Azad alinir? xx-xx-2022-ci il tarixdə saat 16:08:48, xx-xx-2022-ci il tarixdə saat 16:08:48 - **********11 -**********0 - Azad dunenki yarisidi qeder yoxdu ee 7-8 tustu vurdum qurtardi olmaz ee bele qardasim draznit oldum qaldim. xx-xx-2022-ci il tarixdə saat 05:25:18, xx-xx-2022-ci il tarixdə saat 05:25:19 - **********11 -**********13 - Peci ozum olum yoxdu olsa vererdim cekeniyemde poxu alinirsa gelim alinmirsa eybi yo day neyniyim. xx-xx-2022-ci il tarixdə saat 05:35:21 - **********11 - **********13 - 3de sene men borclu qalim.goruwende vererem he yox yaz bilim alinmirsa yatim. xx-xx-2022-ci il tarixdə saat 05:47:18, xx-xx-2022-ci il tarixdə saat 05:47:18 – **********11-**********13-Hardasan goruwek 8verim. xx-xx-2022-ci il tarixdə saat 00:08:58 - **********11 – **********31 - Aynur belke dawin ola? xx-xx-2022-ci il tarixdə saat 21:55:01, xx-xx-2022-ci il tarixdə saat 22:13:50 - **********11 -**********43 - Salamov seni yigiram zeng catmir acanda viziv at 5verim. xx-xx-2022-ci il tarixdə saat 23:02:26 - **********11 - **********14 - Salam babek nomreni cahangir verdi bele tanisiq tanidaram ozumu goruwende 96 oxumuwam anam sizin sinif rehberi olub. Qardasim veziyet cetindi 10man patpress lazimdi imkan var duz qow elemeye? xx-xx-2022-ci il tarixdə saat 20:08:55 – **********11 - **********43 - Cahangir alinirsa 5mende. xx-xx-2022-ci il tarixdə saat 19:24:31 - **********11 - **********43 - Cahangir duwse meni unutma. xx-xx-2022-ci il tarixdə saat 17:53:02 - **********11 - **********43 - 2baw wey tapmaq olar? xx-xx-2022-ci il tarixdə saat 21:14:07 - **********11 - **********43 - Cahangir bu verdiyin kecen defekinendi pati deyil draznit olmuwam temiz. xx-xx-2022-ci il tarixdə saat 23:05:48 – **********11 - **********73 - Mahsun dolamisan meni? saat 6dan gelirem gelir, tekeri partdadi neynedi.1saatdan cox kecdi teker duzelmedi? konturum yoxdu zeng elemeye mene zeng ele. xx-xx-2022-ci il tarixdə saat 22:29:29 - **********11 - **********21 - Elcin evde tekem dilxorculuqu 10man pati gotur gel ikimize fisqirdaq dertlewe dertlewe. xx-xx-2022-ci il tarixdə saat 22:50:56 - **********11 - **********43 - Cahangir de 20atsinda karta 10da duwum goturum. xx-xx-2022-ci il tarixdə saat 22:57:00 - **********11 - **********02 - Resul o kimdise menim adimnan soyersen onu 7tustu vurdum deli olub qalmiwam. xx-xx-2022-ci il tarixdə saat 00:40:09 - **********11 - **********38 - Yalan daniwma soxum o mala sesinen gordum ki soxub oturmusan orda men seni bele bilmezdim. xx-xx-2022-ci il tarixdə saat 18:03:14 - **********11 - **********33 - Elvin tek deyilem yanimda qadin var pulu onan almiwam telesir oda alinmirsa pulu at qaytarim. xx-xx-2022-ci il tarixdə saat 19:09:59 - **********11 - **********33 - Poxu acda dedim axi tek deyilem soyuqda gozletdirirsen konkret bir soz de. Eləcə də, həmin diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** saylı mobil telefon nömrəsinə aşağıdakılar məzmunda mesajların daxil olması və yazılması müəyyən edildi: xx-xx-2022-ci il tarixdə saat 02:30:43 – **********13 - **********11 - Yeke kisisen bu ne smsdi Ay Saleh demirsen evdekiler gorer birden hec fikir vermerem itder saxliyar ya tutularam baxib goreller bu pramoy srokdu isverenliydi iraq senden Ayibdi axi usaqsan sen ..( Ala necedefe demey olar axi adama qardas? xx-xx-2022-ci il tarixdə saat 02:10:26 - **********13 - **********11 - Men seni ne qeder gozleyim Saleh ??? Ya men yatim mene cidi .seryozj bir cavab verde day ay qaqas. xx-xx-2022-ci il tarixdə saat 02:25:14, xx-xx-2022-ci il tarixdə saat 02:25:14 - **********13 -**********11 - Telefonumu qaldirmasan senol mende qaldirmayacam seninkin. Bele kart lazim olmadi isdesen gel mehleye elbe.el gorusek cix get Temada teze tema ozde beh beh tema ne teemaaa gulum GELİYORMUSUN YA YOK GULUM? xx-xx-2022-ci il tarixdə saat 03:12:17 – **********13 - **********11 - Bir 15 .20 deyqeye gelirem mehlevize zeng edende dusrrden pocuvu goturersen pulunda lazim deyil prosdu yalan danisma ne qeder deyeller adama ay Sayleh. xx-xx-2022-ci il tarixdə saat 03:12:18, xx-xx-2022-ci il tarixdə saat 03:12:20 – **********13-**********11 - Nesr draznit olma xebrr edende cixarsan goturersen .ok? Yaxsl??? xx-xx-2022-ci il tarixdə saat 23:42:56, xx-xx-2022-ci il tarixdə saat 23:42:57 – **********13- **********11 - Pul usdunde butovdu? xx-xx-2022-ci il tarixdə saat 23:54:17 - **********13 - **********11 - Pulu tam rovna 10nluqu duzelt mene zeng vurarsan. Gozduyum seni ya yox??? xx-xx-2022-ci il tarixdə saat 08:55:23 - **********22 - **********11 - Saleh ac bu zibilide nece adamsan sen yeke kiwisen soz dedim sene men niye artiq soz ewitmeliyem men axi 15 m gore seher seheer niye her soz deyilmelidi mene ey edendevyari yolda qoyullar adamsan kiwisen. xx-xx-2022-ci il tarixdə saat 08:58:35 - **********22 - **********11 - Adamdan istifade etmede soz dedim men sene axi dedim durub o mene artiq soz demesin qoymaliyam yerine ac bu zibili konturum gedir adam adama komey edendevyari yolda qoyullar adamsan kiwisen. xx-xx-2022-ci il tarixdə saat 08:58:35 - **********22 - **********11 - Adamdan istifade etmede soz dedim men sene axi dedim durub o mene artiq soz demesin qoymaliyam yerine ac bu zibili konturum gedir adam adama kom direwib menimle ki hani pul meni saldigin veziyetden utanirsan Saleh?? Agzimi niye acirsan axi Elnreni yigim indi men??? Evide guya ewitmirsen yen utanmirsan sen Saleh ac bu zibili mene bir cvb de kesim bunun sesini. xx-xx-2022-ci il tarixdə saat 02:01:19 - **********13 - **********11 - ((( Buyun men gunahkaram qaqas baqisla tapa bolmiren hecyandan yoxdu pox yoxa cixib Xeber gozduyurem yenede gorey nolur. xx-xx-2022-ci il tarixdə saat 06:24:16 - **********13 - **********11 Arxayin ol buyun tapacam onu((( xx-xx-2022-ci il tarixdə saat 16:09:04 - **********13 – **********11 - Yox senol qaqas hecarda yoxdu bu pox axdariram senol ozum de pisem onsuz tapan kimi xeber edecem ozum olum. xx-xx-2022-ci il tarixdə saat 16:10:29 - **********13 – **********11 - Yerin bilirsen sen ?? xx-xx-2022-ci il tarixdə saat 16:12:52 - **********13 - **********11 - Hardan??)) Birce deme emircan ya bulbule)) Orda tuta tutdu 2 gundu(( xx-xx-2022-ci il tarixdə saat 16:16:07 - **********13 - **********11 - Gor kolaya deyisir oda 20 eliyir yarisi bssa bas gele meneye razidi gor. xx-xx-2022-ci il tarixdə saat 02:06:53 - **********13 - **********11 - İtin balasidi hele elime bir sey catmiyib((( xx-xx-2022-ci il tarixdə saat 21:56:22 - **********33 - **********11 - Saleh veziyyetim pisdi pisem ac teli. xx-xx-2022-ci il tarixdə saat 22:04:43 - **********33 - **********11 - Allah ewqine men soyuqda orda gecelemek istemirem yatmamiwam 2 gundur Allah ewqine hecne istemirem sadede sakitlewim. xx-xx-2022-ci il tarixdə saat 22:05:48 - **********33 - **********11 - Ozumden cixmaq istemirem men istemirem Saleh canim.cox yanir bawa duwursen meni. xx-xx-2022-ci il tarixdə saat 22:07:32 - **********33 - **********11 - Getmek istemirem ama sakitlewmek isteyirem sadece susmaq sakitlewmek bawa duwursen meni canim cox yanir komek et Allah ewqine. xx-xx-2022-ci il tarixdə saat 22:16:43 - **********33 – **********11 - Saleh tek umidim sensen sende meni her kes kimi ora terk etme cox soyuqdu ama mecburam ozumu ele ala bilmirem sakitlewmek isteyirem sadece sessiz. xx-xx-2023-ci il tarixdə saat 01:48:40 - **********33 - **********11 - Agriyiram canim cixir doze bilmirem agrilara. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Qazax rayon Hərbi məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə CM-nin 333.1-ci maddəsilə 05 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, Apellyasiya Məhkəmçəsinin xx.xx.2005-ci il tarixli qərarı ilə cəzası 03 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu məhkumluğu olmayan hesab edilir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs himayəsində az yaşlı övladının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “cinayət işinin materiallarından ayrı icraata cinayət işinin ayrılmasl haqqında” xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, psixotrop maddənin əldə etmə mənbəyini müəyyən etmək məqsədilə ********* saylı cinayət işindən ********* saylı cinayət işi ayrılmışdır. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 35,145 qram qalan psixotrop maddə sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlama otağında saxlanılır, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən bir ədəd DVD disk sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi qismən özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, üzləşdirmə protokolları, təqsirləndirilən şəxsə məxsus mobil telefon nömrəsinə daxil olan və çıxan sms mətnlərindən, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs psixotrop maddə ilə yanaşı ona məxsus mobil telefon nömrəsinə daxil olan sms mətnləri ona dəlalət edir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməli həmçinin əməliyyat tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri, videoçəkilişlə keçirilmiş baxış və axtarış protokolları və ona əlavə olunmuş CD diskdəki görüntülərlə, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni xx.xx.2023-cü il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 35,145 qram metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 55 (əlli beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi üçün 300 AZN (üç yüz manat) pul Bakı şəhəri 28 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 31 yanvar 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 35,145 qram metamfetamin məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 55 (əlli beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 300 AZN (üç yüz manat) pul Bakı şəhəri 28 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar