Məhkəmə qərarları › İş №1(101)-630/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-630/2025

17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-630/2025 17.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X14, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkili Nümayəndə, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Verdiktum” Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Lənkəran şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Rusiya Federasiyası, Murmansk şəhərində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,120.2.1, 28,120.2.10, 28,120.2.11, 28,120.2.12, 28,214.2.1, 28,214.2.3, 28,214-3.1, 28,277 və 28,278.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Əskərov X2 Zabil Cəmil oğlu və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, dövlət xadiminin xidməti və siyasi fəaliyyətinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədi ilə onun həyatına sui-qəsd edilməsi (terror aktı), Cinayət Məcəlləsinin 214-cü maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsi məqsədi ilə həmin əməllərin törədilməsi üsulları, odlu silahdan, partlayıcı maddələrdən və ya qurğulardan, zəhərli maddələrdən, digər ümumi təhlükəli üsullardan və ya texniki vasitələrdən istifadə hazırlığı üzrə təlim alınması, Azərbaycan Respublikasının ərazisində terrorçuluq, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlərin (terror aktı) törədilməsi, o cümlədən qisas almaq zəminində qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən terrorçuluqla əlaqədar milli, irqi, dini ədavət və düşmənçilik niyyəti ilə xarici ölkə vətəndaşının qəsdən həyatdan məhrum etməklə öldürülməsi məqsədilə vasitə və alət əldə etməklə cinayətləri törətmək üçün başqaları ilə əlaqəyə girib sövdələşərək qəsdən cinayətə hazırlıq hərəkətləri etmiş, lakin iradəsindən asılı olmayaraq həmin cinayətləri başa çatdıra bilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs Zabil Məhərrəmov və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək qəsdən Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməklə Azərbaycan Respublikasının cənub bölgəsində terror aktları törədib qondarma “Talış Muğan Respublikası” yaratmaq məqsədilə «WhatsApp» və «Facebook» sosial şəbəkələrində 2016-2020-ci illərdə Rusiya Federasiyasının Murmansk şəhərində olduğu müddətdə müvafiq olaraq “Fədailər”, “X24 - TTT” və “X25” adlı qruplar yaradaraq bu istiqamətdə mobil telefonu vasitəsilə dini, siyasi və ideoloji təbliğatlar, habelə ətrafında həmfikir gənclər formalaşdırıb ölkə ərazisində ictimai təhlükəsizliyi pozmaqla əhali arasında vahimə yaradılmasına səbəb ola biləcək silsilə terror aktlarının təşkili ilə bağlı səsli mesajlar göndərib müzakirələr etdikdən və ölkənin ərazi bütövlüyü əleyhinə iş aparmaq barədə təlimatlar verdikdən sonra əldə olunmuş razılaşmaya əsasən 2018-ci ilin payız aylarında dövlət xadimi olan Lənkəran şəhər icra hakimiyyətinin başçısı vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 xidməti və siyasi fəaliyyətinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etməklə terror aktının həyata keçirilmə vaxtı, yeri və üsulunun müəyyənləşdirilməsi ilə bağlı sonuncunun iş yerinə konkret gəlibgetmə vaxtları, xidməti avtomobilinin dövlət qeydiyyat nişanı və mühafizəsinin təşkilinə dair məlumatların müəyyən edilərək toplanılması, o cümlədən cinayətdə istifadə olunacaq odlu silah və partlayıcı maddənin əldə edilməsi, bundan başqa 2018-ci ilin sonlarında ətrafına bir qrup gəncləri toplayıb terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlər törətmək məqsədilə həmin əməllərin törədilməsi üsulları, odlu silahdan, partlayıcı maddələrdən və ya qurğulardan, zəhərli maddələrdən, digər ümumi təhlükəli üsullardan və ya texniki vasitələrdən istifadə hazırlığı üzrə qondarma “Osetiya Muxtar Respublikası”da təlim almaqla sonradan Azərbaycan Respublikasının Astara rayonunun dağlıq ərazilərində istehkamlar quraraq təlim keçmiş şəxslərlə birlikdə terror-təxribat qrupları halında mövqelənmələri, eləcə də Azərbaycan Respublikasının beynəlxalq imicinə zərbə vurmaq məqsədi ilə 2020-ci ilin yanvar ayında Azərbaycan Respublikasının ərazisində qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlər (terror aktı) törətməklə İran İslam Respublikasının X16 Korpusunun (SEPAH) Qüds qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin qisasını almaq adı altında milli, irqi, dini ədavət və düşmənçilik niyyəti ilə təkrarən terrorçuluqla əlaqədar Lənkəran şəhərində fəaliyyət göstərən “Community Development Services” (Cəmiyyətin İnkişafı Xidmətləri) adlı ingilis dili kursunun rəhbəri, ABŞ vətəndaşı Zərərçəkmiş şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən həyatdan məhrum etməklə öldürmək niyyətilə sonuncunun yaşayış ünvanının, hərəkət marşurutunun müəyyən edilməsi və izlənilməsi, həmçinin öldürüldükdən sonra meyitinin videogörüntüsünün göndərilməsi ilə bağlı Zabil Məhərrəmov və qeyriləri ilə əlaqə yaradıb sövdələşərək qəsdən cinayətə hazırlıq hərəkətləri etmiş, lakin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş kompleks tədbirlər nəticəsində saxlanıldığından iradəsindən asılı olmayaraq cinayətləri başa çatdıra bilməmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,120.2.1, 28,120.2.10, 28,120.2.11, 28,120.2.12, 28,214.2.1, 28,214.2.3, 28,214-3.1, 28,277 və 28,278.1-ci maddələri ilə özünü qismən təqsirli bilsə də, ifadə verməkdən imtina etmişdir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, 2013cü ildə “Tabor” sosial şəbəkəsində Rusiya Federasiyasının vətəndaşı olan və orada yaşayan Olqa Kuznetsova adlı xanımla tanış olmuş və qeyd olunan xanımla uzun müddət həmin sosial şəbəkədə ailə-məişət xarakterli mövzularda danışmağa başlamışdır. Təxminən 1 ilə yaxın Olqa Kuznetsova ilə danışdıqdan sonra Olqa ona yaşadığı Murmansk vilayətinin Kirovsk şəhərində çox sayda Azərbaycanlıların yaşadığını və maddi vəziyyətlərinin yaxşı olduğunu bildirərək onu həmin şəhərə yaşamaq, həm də işləmək məqsədilə dəvət etmişdir. Onu Murmansk vilayətinin Kirovsk şəhərində yaşayan əslən azərbaycanlı Rusiya Federasiyası vətəndaşı olan Royal adlı şəxs ilə əlaqələndirmişdir. O, Royalla “WhatsApp” tətbiqi vasitəsilə əlaqə yaratdıqdan sonra Royal ona Kirovsk şəhərində iş yerlərinin çox olduğunu və oraya gedəcəyi təqdirdə iş taparaq maddi vəziyyətinin qısa müddət ərzində yaxşılaşdıra biləcəyini demişdir. Bundan sonra o da öz növbəsində Rusiya Federasiyasının Murmask vilayətinin Kirovsk şəhərinə getmək qərarına gəlmişdir. 2015-ci ildə aprel ayında təyyarə vasitəsilə Murmansk vilayətinin Kirovsk şəhərinə getmiş və oraya çatdıqda onu X30 ilə birlikdə qarşılaşmışdır. Qeyd etmişdir ki, Royal Olqanın rəfiqəsinin birgə nikahdankənar yaşadığı oğlan olmuş və o və Royal birlikdə Olqanın evinə getmişdir. Olqa ilə əyani görüşü həmin vaxt olmuşdur. Bundan sonra o, Olqanın evində yaşamağa başlamışdır. Təxminən 6 ay müddətində şəhərin müxtəlif yerlərində iş tapmağa çalışmış, lakin heç bir iş tapa bilməmişdir. Asudə vaxtının çox olması səbəbindən “Odnaklassnik” sosial şəbəkəsindən istifadə etməyə başlamışdır. Təxminən 2015-ci ilin sonlarında “Odnaklassnik” sosial platfortmasında fars hərfləri ilə “Talış” adlı profil açmış daha sonra açdığı “Talış” adlı səhifənin profil şəkli kimi “X36 Respublikasının Bayrağı”nı (TTMR) yerləşdirmiş və həmin idealogiyanı təbliğ edən paylaşımlar etməyə başlamışdır. Həmin səhifədə bundan əlavə davamlı olaraq “HİZBULLAH” terror təşkilatı ilə “X37 Dövləti” (İŞİD) terror qruplaşması arasında gedən döyüşlərlə bağlı foto və videoşəkillər paylaşmağa başlamışdır. Tam xatırlamasa da paylaşımlarmın birinin rəy bölməsində Şahid1 adlı şəxs ilə tanış olmuşdur. Belə ki, o, qeyd olunan paylaşımın rəy bölməsinə talış dilində “salam necəsən” yazmış daha sonra o Şahid1 həmin sosial şəbəkə vasitəsilə dostluq təklifi göndərmiş, Aslan da öz növbəsində bu təklifi qəbul etmişdir. Bundan sonra o və Aslan davamlı olaraq yazışmağa başlamışdır. Yazışmalarında davamlı olaraq Aslan ona Azərbaycan Respublikasında işsizliyin yüksək səviyyədə olduğunu, insanların maddi vəziyyətinin yaxşı olmadığını, mövcud hakimiyyətin insanlardan istifadə edərək talan etməsi barəsində söhbətlər etmişdir. Yazışmalarının birində Aslan Qurabnov ona Lənkəran Şəhər İcra Hakimiyyətində icra başçısının qəbuluna gedən əslən talış olan yaşlı insanları təhqir etdiyini və talışların hüquq və azadlıqlarını məhdudlaşdırdığı bildirmişdir. 2016-ci ilin yay aylarına qədər yalnız həmin sosial şəbəkə vasitəsilə Şahid1 ilə “X36 Respublikası”nın idealogiyasını təbliğ edən və ailə-məişət xarakterli söhbətlər etmişdir. 2016-cı ilin yay aylarında o “WhatsApp” sosial şəbəkəsində “FƏDAİLƏR” adlı qrup açmışdır. O, Şahid1 da özü ilə birlikdə qeyd olunan qrupun admini təyin etmişdir. Həmin qrupun fotoşəkli olaraq “HİZBULLAH” terror təşkilatının “313” simvolunun fotoşəklini qoymuş, daha sonra Şahid1 “WhatsApp” sosial şəbəkəsində “FƏDAİLƏR” adlı qrupa soyadlarını tam xatırlamadığı Yusif və Cəmil adlı iki şəxs əlavə edərək dostları olduğunu bildirmişdir. Həmin qrupda da davamlı olaraq o və digər qrup üzvləri müstəqil “X36 Respublikasının” qurulması, Azərbaycan Respublikasında talışların hüquqlarının məhdudlaşdırılması, X37 Dövləti” (İŞİD) və “HİZBULLAH” terror təşkilatının fəaliyyəti ilə bağlı söhbətlər aparmışdır. Bir müddət sonra Şahid1 qeyd olunan qrupda Zabil Məhərrəmova məxsus “Youtube” sosial platformasında mövcud olan “X17” (OTV) kanalını paylaşmışdır. Şahid1 istədiyi təqdirdə onu Zabil Məhərrəmovla tanış edə biləcəyini bildirmişdir. Zabil Məhərrəmovun şəxsiyyəti ona maraqlı gəldiyindən öz növbəsində Aslana tanış olmaq istədiyini bildirmişdir. Daha sonra Şahid1 “WhatsApp” sosial şəbəkəsində “FƏDAİLƏR” adlı qrupda o və digər qrup üzvləri səsli danışarkən Zabil Məhərrəmovu əlaqəyə qoşmuşdur. Həmin səsli danışıq zamanı Aslan onu Zabil ilə tanış edərək adının “Emil” olduğunu bildirmiş, çünki o, Aslana əvvəlcədən təklikdə Zabil barədə söhbət edərkən əsil adını deməməsini, onu Emil kimi təqdim etməsini tapşırmışdır. Yusif və Cəmil isə əsil adını bilmir və onu Emil kimi tanımışlar. “WhatsApp” tətbiqi vasitəsilə həmin səsli danışıq zamanı o və digər qrup üzvləri Zabillə “Youtube” sosial platformasında talış mövzusunda hazırladığı verilişlər barədə söhbət etmişdirlər. Bundan sonra Zabil Məhərrəmovla sıx əlaqələri yaranmağa başlamışdır. Qeyd etmişdir ki, Zabil Məhərrəmov “WhatsApp” sosial şəbəkəsində ona səsli zənglər etməyə və onunla yaxından maraqlanmağa başlamışdır. İlk olaraq ailəsi barəsində məlumat verməsini istəmiş, o da öz növbəsində Zabilə ailə tərkibi haqqında geniş məlumat vermişdir. Bir müddət sonra Zabil ilə ailə-məişət mövzusunda söhbətləri olmuşdur. Zabil Məhərrəmov onun “Odnaklassnik” sosial şəbəkəsində davamlı olaraq “HİZBULLAH” terror təşkilatı ilə bağlı video və fotoşəkillər paylaşmağı səbəbindən onun qeyd olunan terror qruplaşmasının üzvu olduğuna inanır, bu səbəbdən də onunla digərlərindən fərqli olaraq yaxından əlaqə qurmağa çalışır, bunun səbəbi isə “HİZBULLAH” terror təşkilatının imkanlarından istifadə edərək Azərbaycanda talış mövzusunu qabartmaq olmuşdur. Daha sonralar təxminən 2016-cı ilin ortalarında o “Facebook” sosial şəbəkəsində ilk olaraq “Emil Cihadi”, “Emil Talış”, “Prins Talış” və “Emil Mirələmov” adlı profillərlə qeydiyyatdan keçmiş, məqsədi isə həmin profillərdən istifadə edərək “Talışıstan Muxtar Respublikası”nın yaradılması istiqamətində ətrafına talış fəallarını cəlb etmək olmuşdur. Daha sonra o,“Facebook” sosial şəbəkəsində “X25” qrupunu yaradaraq oraya talış fəallarını cəlb etmişdir. Qrupun təxminən 200 yaxın üzvü olmuş, həmin üzvlərdən o yalnız Yusif, Cəmil, Aslan və Rəşadla görüntülü danışmış və bu səbəbdən qeyd olunan şəxslərlə tanışlıq münasibəti olmuşdur. Qalan üzvlərin heç biri ilə telefon əlaqəsi olmamış, şəxsiyyətləri barədə məlumatı olmasa da talış hərəkatını dəstəkləyən şəxslər kimi qrupa daxil olmuşdurlar. Qeyd etmişdir ki, o, “X25” qrupunda “HİZBULLAH” terror təşkilatının təbliği yönümlü paylaşımlar edirmiş. Daha sonralar Zabil Məhərrəmov həmin qrupun adını dəyişərək “X24” (TTT) etmiş və bütün idarəetməni ona tapşıraraq onu koordinator təyin etmişdir. Qrupda ilk əvvəllər o, Rusiyada, Avropada, Qazağıstanda və Azərbaycan Respublikasında olan talışların siyasi məsələlərə təsiri, onların fəaliyyəti, tədbirlərdə iştirakı və talışların mədəni həyatı barədə paylaşımlar edirmiş. Daha sonralar Zabilin tağşırığı ilə həmin qrupda o, “TTT” təşkilatının əsas fəaliyyət istiqamətləri olan Azərbaycan Respublikasının ərazi bütövlüyün parçalanması, Azərbaycan Respublikasının Astara rayonu istiqamətində cənub regionunda yaşayan şəxslər arasında “Talışıstan” idealogiyasının təbliği ilə bağlı paylaşımlar etməyə başlamışdır. Həmin vaxtlarda təxminən 2018-ci ilin payız aylarında Zabil Məhərrəmov ona Lənkəran Şəhər icra Hakimiyyətinin başçısının talışların hüquqlarını məhdudlaşdırdığını və qəbulunda olan ağsaqqal talışları təhqir edərək döydüyü bildirərək ona Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı Yunis Səfərov tərəfindən törədilmiş sui-qəsdə oxşar hərəkətləri Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısına qarşı törətməyin vacibliyini bildirmişdir. Silah və maliyyə prosesləri ilə hər hansı problemlərinin olacağı təqdirdə onu İran İslam Respublikasında fəaliyyət göstərən talış general ilə əlaqələndirəcəyini bildirmişdir. Bununla bağlı bütün məsələləri ona tapşıraraq Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı haqqında ətraflı məlumat toplamağını tapşırmışdır. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısına sui-qəsdin təşkil edilməsi ilə bağlı bütün planı koordinasiya etməyə başlamışdır. İlk olaraq Şahid1, Cəmilə, Yusifə “WhatsApp” sosial şəbəkəsi vasitəsilə zəng edərək məlumat vermiş bu məsələni necə reallaşdıra biləcəyini məsləhətləşmişdir. Bir müddət müzakirə etdikdən sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısına sui-qəsdin mümkünsüz olduğunu, başçının mühafizəsinin güclü olduğunu, başçını ancaq snayper silahı ilə vurmağın mümkün olacağı qənaətinə gəlsələr də, Lənkəran şəhər icra hakimiyyətinin başçısı Zərərçəkmiş şəxs1 həyatına snayper tüfəngi ilə sui-qəsd etmək üçün Lənkəran Şəhər İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında hündürmərtəbəli və əlverişli müşahidə məntəqəsinin olmaması qənaətinə gəlmişdir. Bundan sonra o icra hakimiyyətinin binasında hər həftənin bazar ertəsi günü vəzifəli şəxslərin iştirakı ilə toplantı keçirildikdən sonra binanın qarşısında gəzinti zamanı həmin şəxslərin arasına 2 ədəd əl qumbarasını atmağı təklif etmişdir. Snayper tüfəngini və yaxud əl qumbaralarını Zabil Məhərrəmov təşkil edəcəyini bildirmişdir. Zabilin dediyinə görə ona və digər qrup üzvlərinə İranda fəaliyyət göstərən talış generalın kömək edəcəyini bildirmişdir. Zabilin dediyi generalın olub-olmaması və yaxud ona və digər qrup üzvlərinə kömək edəcəyi, habelə silah və qumbaranı necə təşkil edəcəyi barədə heç bir məlumatı olmamışdır. X3 bu barədə məlumat verməmişdir. Qeyd etmişdir ki, daha sonralar bu məsələdə reallaşmamışdır. Həmin vaxtlarda o, Avropaya getmək istəyirmiş və bu fikrini Zabil Məhərrəmovla bölüşmüşdür. Şəxiyyət vəsiqəsinin fotoşəklini WhatsApp” sosial şəbəkəsi vasitəsilə Zabil göndərməyini, o isə öz növbəsində qeyd olunan vəsiqəni İsveçrədə yaşayan Şahin Mirzəyev adlı dostuna göndərəcəyini bildirmişdir. Şahinin kim olduğunu soruşduqda Zabil ona “X28”nin baş naziri vəzifəsində fəaliyyət göstərdiyini demişdir. O, Şahin Mirzəyev barədə “Youtube” internet portalında yayımlanmış videomateriallardan Şahinin əvvəllər Ermənistana gedərək həmin ölkəyə sığınması barədə məlumatı görmüşdür. Qeyd etmişdir ki, o, 2015-ci ilin oktyabr ayından 2016-cı ilin aprel ayına kimi Rusiya Federasiyasının Murmansk vilayətinin Kirovsk şəhərində fəaliyyət göstərən “Fasaqra” şirkətinin inşa etdiyi yaşayış binasında fəhlə, briqadir və prorab köməkçisi işləmişdir. Həmin şirkətə işə götürülən zaman şirkətin inşa etdiyi binanın inzibati tikinti sahəsinə daxil olmaq üçün hər işçiyə adı, soyadı və atasının adı, fotoşəkli olan vəsiqə verirmişlər. Dmitriy adlı prorab ondan ad və soyadını soruşduqda o, qəsdən özünü X12 kimi təqdim etmiş və Dmitriydə ona həmin ad yazılmış fotoşəkli əks olunan vəsiqəni təqdim etmişdir. X32 kimi proraba deməyinin səbəbi isə gələcəkdə sosial şəbəkə üzvlərinə ad və soyadının Emil Mirələmov olmasını sübut etmək olmuşdur. Həmin vəsiqə yazılan zaman nə ondan, nə də ki, digər işçilərdən hər hansı sənəd tələb edilməmişdir. Daha sonra o, özünə məxsus olan saxta “X12” adıyla keçdiyi işçi vəsiqəni və ona məxsus şəxsiyyət vəsiqəsinin fotoşəklini Zabilə göndərmişdir. Şahin Mirzəyev ilə Zabil Məhərrəmov vasitəsi ilə “WhatsApp” sosial şəbəkəsi vasitəsilə əlaqə yaratmışdır. Danışıqları zamanı Şahin Mirzəyev ona İsveçrədə vəziyyətin yaxşı olmadığını və qaçqınların çox olması səbəbindən buraya gəlməyin mümkün olmadığını bildirmişdir. Lakin ona Rəhim adlı şəxs ilə əlaqə yaratmağını məsləhət bilmişdir. Həmin şəxsin kim olduğunu soruşduqda Şahin həmin şəxsin Almaniyada “X19” naziri vəzifəsində çalışdığını bildirmişdir. Bundan sonra Rəhim ilə “WhatsApp” sosial şəbəkəsi vasitəsilə əlaqə yaratmış əlaqə zamanı Rəhim ona buraya gəlməyin mümkün olduğunu, lakin gəlmək üçün vacib bir məsələni yerinə yetirməli olduğunu bildirmişdir. Həmin məsələnin nə olduğunu soruşduqda Rəhim “X19” nazirləri siyahısında onun da adının olmasının vacibliyini bildirmişdir. O da Rəhimin bu fikri ilə razılaşmışdır. Bu hadisənin üzərindən bir müddət keçdikdən sonra Zabil Məhərrəmov ona sənədini Ermənistan Respublikasının xüsusi xidmət orqanının əməkdaşına göndərdiyini və ermənilərin onu öz ölkələrinə dəvət etdiyini bildirmişdir. Bunun üçün lazım olan bütün vəsaiti də Ermənilərin qarşılayacağını qeyd etmişdir. O isə bunun səbəbini soruşduqda Zabil Məhərrəmov ona Almaniyaya getmək üçün Ermənistan Respublikasından keçməli olduğunu bildirmişdir. O da bu fikirlə razılaşmamış və Zabil Məhərrəmovun Ermənistan Xüsusi Xidmət Orqanlarına çalışdığını başa düşmüşdür. Daha sonra Zabil Məhərrəmov ona zəng edərək Osetiya Muxtar Respublikasında keçirilməsi planlaşdırılan taktiki hərbi təlimə iştirak etməyə dəvət etmişdir. Orada hansı respublikaların iştirak edəcəyini soruşduqda Zabil ona “X20” (DNR), “X21” (LNR), Abxaziya-Osetiya və ermənilərin iştirak edəcəyini bildirmişdir. Osetiya Muxtar Respublikasında keçirilməsi planlaşdırılan taktiki hərbi təlimə iştirak etməyə dəvət etmişdir. Bildirmişdir ki, ona həmin taktiki hərbi təlimlə əlaqədar olaraq ətrafına 19-25 yaşlarında gənc adam yığmağı tapşırmışdir. Məqsəd isə həmin təlimlərdə iştirak etdikdən sonra təlim keçmiş gənclərlə birlikdə Azərbaycanın Astara rayonu istiqamətində cənub zonasında yerləşən dağlarda silahlanmış şəkildə istehkam quraraq oradan terror-təxribat fəaliyyətinə başlamaq olmuş, bunu başlamaqda əsas məqsəd isə “müstəqil Talışıstan Muxtar Respublikası”nın yaradılmasına nail olmaq olmuşdur. Bundan sonra o, Zabilin təklifini qəbul etmişdir. Həmin təlimlə əlaqədar ilk olaraq Şahid1 və Şahid2la danışıqlar aparmış və Şahid1 və Şahid2da bu təlimlərə qoşulmağa razı sala bilmişdir. Bir müddət sonra Zabil Məhərrəmova zəng edərək onu və digər şəxsləri kimin dəvət etdiyini soruşmuşdur. Zabil ona Osetiya Muxtar Respublikasının generalının dəvəti ilə Osetiya Muxtar Respublikasında keçirilən təlimlərdə iştirak etməli olduqlarını bildirmişdir. Daha sonra “Facebook” sosial şəbəkəsində həmin generalın profilini tapmış və həmin generalın X7 müəyyən etmişdir. O, həmin profilə yazmışdır ki, Zabil sizin barənizdə məlumat vermişdir ki, siz Osetiya Muxtar Respublikasında hərbi təlimlərdə iştiraka dəvət edirsiniz, hərbi təlimlərdə iştirak etmək istədiyini qeyd etmişdir. Onun həmin generalla heç bir səsli və ya görüntülü əlaqəsi olmamışdır. Həmin generalın profilindən ona cavab verilmişdir ki, Osetiya Muxtar Respublikasında hərbi təlimlərin keçirilməsi realdır və oraya gəlməklərinin planlaşdırıldığını bildirmişdir. Bildirmişdir ki, həmin təlim ilə əlaqədar milliyətcə talış olan və Rusiya Federasiyasında yaşayan həmin ölkənin vətəndaşı X26 Məhərrəmovun vasitəsilə tanış olmuşdur. X31 Məhərrəmovun sosial şəbəkəsindəki dostlarından biridir. Bundan sonra o da Mürvət Qurbanova “WhatsApp” sosial şəbəkəsi vasitəsilə zəng vurmuşdur. Mürvətin Rusiya Federasiyasının Moskva şəhərində mənası “talış ildırımı” olan “Talışa şımşi” idman cəmiyyəti vardır. Danışıqları zamanı Mürvət Qurbanova 2018-ci ilin payız aylarında ətrafına talış idealogiyasını təbliğ edən gəncləri toplayacağını və həmin taktiki hərbi təlimdə iştirak edəcəyini bildirmişdir. Mürvət Qurbanov isə öz növbəsində tələsməməyi məsləhət görərək ona idman cəmiyyətinin üzvü olan gəncləri onunla əlaqələndirəcəyini bildirmişdir. Lakin o, Mürvət Qurbanova növbənin artıq gənclərdə olduğunu bütün ciddi məsələlərdə tək başına qərar verəcəyini, ətrafına adam toplayaraq birgə təlimlərə qoşulacağını bildirmişdir. Bundan başqa hərbi təlim bitdikdən sonra Azərbaycan Respublikasına gedərək Astara rayonu istiqamətində Azərbaycanın cənub bölgəsindəki dağlara qalxacağını, istehkam quracağını və oradan mövcud hakimiyyətə qarşı silahlı mübarizə aparacağını bildirmişdir. Mürvət Qurbanov onun telefon nömrəsini idmançı gənclərə onunla əlaqə saxlamaları üçün verəcəyini demiş, lakin sonra heç kim əlaqə saxlamamışdır. O, bu barədə Mürvət Qurbanova dedikdə, Mürvət, səbrli olmağını demişdir. 2019-cu ilin əvvəllərində Almaniyada yaşayan “X28”nin baş naziri kimi fəaliyyət göstərən Rəhim vasitəsilə Əlikram Hümbətovla tanış olmuş və Əlikram ilə davamlı olaraq əlaqə yaratmağa başlamışdır. Əlikram Hümbətov onu 26 fevral 2019-cu il tarixli fərmani ilə “X28”nin “Daxili İşlər, Fövqəladə Hallar və Xüsusi Xidmət üzrə Naziri” təyin etmişdir. Nazir təyin etməkdə əsas məqsədi onun Avropaya getməyinin mümkün olması olmuşdur. Bununla əlaqədar olaraq “WhatsApp” sosial şəbəkəsində “Fədailər” adlı qrupda “Talışıstan” uğrunda etibarlı tərəfdaşlardan ibarət silahlı dəstələr toplamağa çağırış etmiş və qeyd olunan şəxslərə silah-sursat, partlayıcı maddələr, maddi dəstək və digər tələbatlarla təmin edəcəyini bildirmişdir. Bundan başqa 2020-ci ildə İran İslam Respublikasında Qüds Korpusunun komandiri general-mayor Qasim Süleymani öldürülməsindən sonra Zabil Məhərrəmov onunla əlaqəyə keçərək generalın ölümünün qisasının alınmalı olduğunu bildirmiş, qisas isə Azərbaycanda yaşayan X18 və ya İsrail vətəndaşının qətlə yetirilməsindən ibarət olmuşdur. O, Zabil Məhərrəmovla bir müddət bu mövzu ətrafında söhbət etdikdən sonra Zabilin təklifini qəbul etmişdir. Zabil Məhərrəmov ona Azərbaycan Respublikasının cənub regionunda fəaliyyət göstərən amerikalı və İsrail əsilli şəxs müəyyən edərək həmin şəxsə qarşı sui-qəsd həyata keçirməyi tapşırmış, o da bu fikirlə razılaşmışdır. Bu məsələ ilə bağlı Şahid1, Yusif, Cəmil və Şahid2la məsləhətləşmiş və cənub regionunda bir müddət ingilis və İsrail əsilli şəxs axtarmağa başlamışdır. Axtarışları bir müddət heç bir nəticə verməməsi səbəbindən Zabil Məhərrəmov ona və digər şəxslərə bu məsələdə də köməklik göstərmişdir. Belə ki, Zabil Məhərrəmov ona Lənkəran şəhərində ingilis dili müəllimi işləyən X18 vətəndaşı olan bir nəfər şəxsin olduğunu bildirmişdir. Zabil Məhərrəmov həmin şəxsin adı və yaşadığı ünvan haqqında heç bir məlumatının olmadığını qeyd etmişdir. Səmimi olaraq bildirmişdir ki, qeyd olunan şəxsin X4 vətəndaşı olduğunu bilirmişlər, lakin, həmin şəxsin adını bilmədikləri üçün həmin şəxsə öz aralarında Maykıl olaraq adlandırırmışlar. Aldıqları məlumatlara görə amerikalı uzun müddət Lənkəran şəhərində yaşayırmış və orada fəaliyyət göstərən kursun rəhbəri olmuşdur. Xatırladığı qədəri ilə Zabil ona və digər qrup üzvlərinə Mayklın yaşadığı ünvanı sonradan bildirmiş, üzərindən uzun müddət keçdiyindən hazırda ünvanı xatırlamır. Bir daha qeyd etmişdir ki, həmin şəxsin adının dəqiq olaraq bilmədiklərindən öz aralarında Maykl kimi qeyd etmişlər. Həmin şəxsin adının Zərərçəkmiş şəxs2 Bontrager olmasını istintaq zamanı öyrənmişdir. O, gənclərin hərbi təlimlərə cəlb edilməsini təmin edilməsi məqsədi ilə Yusifin, Aslanın, Cəmilin və Rəşadın cəlb edəcəyi gənclərdə ruh yüksəkliyi formalaşdırmaq məqsədi ilə Zabilin tapşırığı ilə deyirmiş ki, guya Livanda “ASALA” terror təşkilatının ofisində həmin təşkilatın üzvləri ilə görüş keçirəcək və konkret birgə fəaliyyət haqqında razılığa nail olacaqdır. Həqiqətdə o, heç vaxt Livana getməmiş yalnız Rusiya Federasiyasında yaşamışdır. Qeyd etmişdir ki, Zabil Məhərrəmov ona “Youtube” portalında yayımlanan verlişində iştirak etməyini ondan müsahibə götürəcəyini təklif etmiş və əvvəlcədən Zabilin hazırladığı sualların və cavabların yazıldığı elektron faylı ona göndərmişdir. Zabil tapşırmışdır ki, həmin verlişdə o, guya Suriya Ərəb Respublikasında gedən döyüşlərdə iştirak etmiş talış kimi çıxış edəcək və o, sualları oxuduqca o, Zabilin yazdığı cavabları səsləndirəcək və onun üzünü videoda bulanıq şəkildə yayımlayacaqdır. O da buna razılıq verərək X8 gedən döyüşlərdə iştirak etmiş talış kimi çıxış etmişdir. Zabilin bunu yayımlamaqda əsas məqsədi talışların “HİZBULLAH” terror təşkilatının tərkibində cəsur döyüşçü kimi iştiraklarını göstərərək gəncləri talış hərəkatı uğrunda gedən mübrizəyə ruhlandırmaq olmuşdur (cild 1, iş vərəqi 56-59, 74-77, 108-114, 194-196, cild 2, iş vərəqə 52-80, 131-134, 211-212). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini qismən etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,120.2.1, 28,120.2.10, 28,120.2.11, 28,120.2.12, 28,214.2.1, 28,214.2.3, 28,214-3.1, 28,277 və 28,278.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zaman verdiyi ifadəsindən görünür ki, uzun müddətdir ki, Lənkəran rayon icra hakimiyyətinin başçısı vəzifəsində işləyir. Rayon əhalisi arasında ola bilsin ki, onunla ədavəti olan olsun, lakin, onun heç bir şəxslə ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs adlı şəxsi tanımır və qeyd olunan şəxslə hər hansı münasibəti və ədavəti olmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs tərəfindən həyatına sui-qəsd təşkil edilməsi məsələsini mətbuatdan öyrənmiş və həyacan keçirmişdir. O, həyatına qarşı hər hansı təhdid və ya kiminsə onu güdməsini hiss etməmişdir (cild 1, iş vərəqi 256-258 və 267-269). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Facebook sosial şəbəkəsindən tanıyır. Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Zərərçəkmiş şəxs1 Talış xalqını təhqir etmişdir. Həmin ərəfədə “Facebook” və “Whatsapp” sosial şəbəkələrində bununla bağlı söhbət olmuşdur. Həmin söhbətdə Təqsirləndirilən şəxs da iştirak etmiş, Talış xalqını təhqir etdiyi üçün Zərərçəkmiş şəxs1 cavab verilməsi ilə bağlı söhbətlər olmuşdur. Şahid1 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, baş verənlərlə bağlı həm Zabil Məhərrəmov ilə, həm də Təqsirləndirilən şəxsla danışmışdır. Onda Hizbullahla bağlı şəkillər olmuşdur. X22 Əskərov arasında hansı münasibətin olduğundan xəbəri olmamışdır. O, heç bir qrupun üzvü olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Facebook sosial şəbəkəsindən tanıyır. Təqsirləndirilən şəxs və Zabil Məhərrəmov ilə talış məsələsi ilə bağlı söhbətləri olmuşdur. Lənkəranda yaşayan Maykl adlı şəxsə qarşı sui-qəsddə onun əlaqəsi yoxdur. Bir gün Cəmil İmanov ilə kafedə oturarkən Cəmil ona Maykl adlı şəxsin tapılmasında köməklik etməyini təklif etmiş, bundan sonra bununla bağlı Təqsirləndirilən şəxs da ona zəng etmişdir. O isə işləri olduğu üçün həmin işin arxasınca getməmişdir. Şahid2 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Təqsirləndirilən şəxs ona “Talış Muğan Respublikası” ilə bağlı olaraq İranda və Suriyada təlim keçməyi təklif etməmişdir. Təqsirləndirilən şəxs özünü “Hizbullahçı” kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs Osetiyada təlim keçmək ilə bağlı ona heç nə deməmişdir. Lənkəran rayon İcra Hakimiyyətinin başçısına sui-qəsd təşkil olunması məsələsindən onun xəbəri olmamışdır. X23 Əskərovu “Talış Muğan Respublikası”-nın naziri təyin etdiyini bilmişdir. Təqsirləndirilən şəxs nazir təyin olunmasını sosial şəbəkələrdən öyrənmişdir. Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2015-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs ilə “Odnaklassnik” sosial platformasında tanış olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs “Odnaklassnik” sosial şəbəkəsində ona məxsus olan “Axmedov Rasad” adlı profilinə dostluq təklifi göndərmiş, daha sonra o, Təqsirləndirilən şəxs göndərdiyi dostluq təklifini qəbul etmişdir. Təqsirləndirilən şəxs dostluq təklifini qəbul etdikdən sonra o və Bəhruz yazışmağa başlamış və bir müddət məişət mövzusunda söhbətləri olmuşdur. Təqsirləndirilən şəxs özünü ona “Emil” adı tanıtmışdır. Bundan başqa Təqsirləndirilən şəxs ona “Odnaklassnik” sosial şəbəkəsindən yazarkən profil şəkli kimi İran İslam Respublikasının Qüds Korpusunun komandiri olmuş Qasim Süleymaninin fotoşəkli olduğunu görmüşdür. Bir müddət müxtəlif mövzularda söhbətlər etdikdən sonra Təqsirləndirilən şəxs ona “HİZBULLAH” terror təşkilatında döyüşdüyünü və qeyd olunan terrorçu qruplaşmada kəşfiyyat və səhra komandiri vəzifəsində çalışdığını bildirmişdir. Bundan başqa ona “HİZBULLAH” terror təşkilatı və “X37 Dövlətinin” (İŞİD) terror qruplaşması arasında gedən döyüşlərlə bağlı foto və videoşəkiilər göndərmiş və orada vacib şəxs olduğunu bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs onu dəfələrlə Suriyaya dəvət etmiş və orada hərbi birləşmənin tərkibində döyüşməyi təklif etmişdir. Bunun necə olacağını soruşduqda Təqsirləndirilən şəxs ona ilk olaraq İran İslam Respublikasının Gilan şəhərinə getməli olduğunu orada 6 ay müddətində hərbi təlimlərdə iştirak etdikdən sonra onu yanına aparacağını söyləmişdir. Təqsirləndirilən şəxs yazışmalarının bəzilərində ona “HİZBULLAH” terror təşkilatı ilə Suriyada qələbə qazandıqdan sonra Azərbaycan Respublikasına gedəcəyini və müstəqil “X36 Respublikasının” qurulması uğrunda mövcud hakimiyyətə qarşı mübarizə aparacağını bildirmişdir. Bunu necə edəcəyini soruşduqda Təqsirləndirilən şəxs ona talış gənclərindən ibarət dəstə hazırlayacağını Azərbaycan Respublikasına gedərək Astara rayonu istiqamətində Azərbaycanın cənub bölgəsindəki dağlara qalxacağını, istehkamlar quracağını və oradan da mövcud hakimiyyətə qarşı silahlı mübarizə aparacağını bildirmişdir. Bir müddət Təqsirləndirilən şəxsla “Odnaklassnik” sosial şəbəkəsində qeyd olunan mövzularda söhbətləri olmuşdur. O, özünə məxsus olan mobil nömrəni “Odnaklassniki” sosial şəbəkəsi üzərindən Təqsirləndirilən şəxs göndərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təxminən 2 ilə yaxın xəbər olmamışdır. Belə ki, “Odnaklassniki” sosial şəbəkəsində Təqsirləndirilən şəxs dəfələrlə yazmağına baxmayaraq heç birinə cavab verməmişdir. Tarixi tam dəqiq xatırlamasa da, 2017-ci ilin ortalarında Masallı rayonunun Hişkədərə kəndində fəhlə kimi çalışmış və özünə “LG” markalı smartfon mobil telefon almışdır. Həmin telefon vasitəsilə aktiv olaraq “WhatsApp" sosial şəbəkəsindən istifadə etmişdir. 2017-ci ilin yay aylarında Təqsirləndirilən şəxs onu “WhatsApp” sosial şəbəkəsində “TTT” (X24) adlı qrupa əlavə etmişdir. Bildirmişdir ki, qrupda ondan əlavə Cəmil adlı şəxs və Şahid1 da olmuşdur. Qeyd olunan qrupun admini Təqsirləndirilən şəxs olmuşdur. Həmin qrupda Təqsirləndirilən şəxs davamlı olaraq ona və digər qrup üzvlərinə talışlardan ibarət dəstələr quracağını və həmin dəstələr vasitəsilə Azərbaycan Respublikasında mövcud hakimiyyətə qarşı silahlı müqavimət göstərəcəyini bildirmişdir. Bunun etməsinin səbəbini soruşduqda Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında talışların hüquq və azadlıqlarının məhdudlaşdırıldığını, talışlara qarşı zülm və işgəncələrin həyata keçirildiyini bildirmişdir. Bir müddət bu mövzularda qeyd olunan qrupda yazışmalar həyata keçirildikdən sonra təxminən 2017-ci ilin sentyabr ayında qrupun aktiv olaraq istifadə edilməməsi qrupun dağılmasına gətirib çıxarmışdır. Bu hadisədən sonra təxminən 1 ilə yaxın Təqsirləndirilən şəxsla heç bir əlaqəsi olmamışdır. Lakin 2018-ci ilin sonlarında Təqsirləndirilən şəxs ona “WhatsApp” sosial şəbəkəsi üzərindən zəng etmişdir. Söhbətləri zamanı Təqsirləndirilən şəxs onu Osetiya Muxtar Respublikasında keçirilməsi planlaşdırılan taktiki hərbi təlimə iştirak etməyə dəvət etmişdir. Danışıqları zamanı ilk olaraq Osetiya Muxtar Respublikasında keçirilməsi planlaşdırılan taktiki hərbi təlimdə iştirak etməyə razılıq versə də, lakin, daha sonra məsələnin ciddiliyindən çəkinərək bu məsələdən imtina etmək qərarına gəlmişdir. Danışıqları zamanı Təqsirləndirilən şəxs ona hərbi təlimin keçirilməsinin əsas məqsədinin talış idealogiyasını təbliğ edən gəncləri bir araya gətirərək müstəqil “X36 Respublikası”nın qurulmasının və taktiki hərbi təlimdən sonra Azərbaycan Respublikasında hüquq və azadlıqları məhdudlaşdırılmış talışların qisasının alınması olduğunu bildirmişdir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs bundan sonra sıx-sıx əlaqə saxlamamağa başlamışdır. 2019-cu ildə Əlikram Hümbətovun 26 fevral 2019-cu il tarixi fərmanı ilə Təqsirləndirilən şəxs “X28”nin “Daxili İşlər, Fövqəladə Hallar və Xüsusi Xidmət üzrə Naziri” təyin edildiyini eşitmişdir. Bu hadisədən bir müddət sonra təxminən 2019-cu ilin əvvəllərində Cəmil ilə Bakı şəhərində 20 Yanvar adlanan ərazidə yerləşən “Məsul” kafesində görüşmüş, görüş zamanı Şahid1 Cəmilə “WhatsApp” sosial şəbəkəsi vasitəsilə zəng edərək sonuncunun nə zaman Lənkəran şəhərinə gedəcəyini soruşmuşdur. Cəmil isə Aslana cavab olaraq qısa müddət ərzində gedəcəyi tarix barədə məlumat verəcəyini bildirmişdir. Daha sonra o, Cəmildən Aslanın nə üçün gedəcəyi tarixi maraqlandığını soruşduqda Cəmil ona Lənkəran şəhərində X4 vətəndaşı, milliyətcə yəhudi “Maykl” adlı şəxsin həqiqətən Lənkəran şəhərində yaşayıb-yaşamadığını öyrənməli olduğunu bildirmişdir. Bundan sonra “Maykl”ın harada yaşadığını, adresini və nə işlə məşğul olduğunu öyrənməli olduğunu bildirmişdir. Daha sonra “Emil” adı ilə tanıdığı Təqsirləndirilən şəxs ona “WhatsApp” sosial şəbəkəsi vasitəsilə zəng edərək Lənkəran şəhərində X4 vətəndaşı milliyətcə yəhudi “Maykl” adlı şəxs haqqında məlumat toplamalı olduğunu bildirmişdir. O bunun səbəbini soruşduqda “Emil” adı ilə tanıdığı Təqsirləndirilən şəxs ona İran İslam Respublikasının Qüds Korpusunun komandiri general-mayor Qasim Süleymaninin ölümü məqsədilə intiqam almaq istədiyini, bunun üçün də əsas hədəfinin X4 vətəndaşı milliyətcə yəhudi “Maykl” adlı şəxsin öldürülməli olduğunu, sonuncunun da ünvan 2 ünvanda yaşadığını bildirmişdir. Bundan əlavə Bəhruz ona “Maykl” adlı şəxsin İsrail Respublikasının agenti olmasından şübhələndiyini bildirmişdir. Təqsirləndirilən şəxs konkret olaraq ona “Maykl” adlı şəxsin yaşadığı ünvanı dəqiqləşdirmək, həmin şəxsin hazırda orada yaşayıb-yaşamaması, əsasən hansı ərazilərə getməyini öyrənməyini və onu bir neçə gün izləyərək bu barədə məlumat verməyini tapşırmışdır. O isə Masallı rayonunda işlərinin çoxluğunu bəhanə edərək Lənkəran şəhərinə gedə bilməyəcəyini və verdiyi tapşırıqları icra edə bilməyəcəyini bildirmişdir. Daha sonra isə Bəhruz ona “Maykl” adlı şəxsin Lənkəran şəhərində harada yaşamasının dəqiqləşdirdikdən sonra İran İslam Respublikasının “SEPAH” terror təşkilatının “Maykl” adlı şəxsi gəlib yaşadığı ünvandan qaçıracağını bildirmişdir. O, bir daha Bəhruzun bu fikri ilə razılaşmamış və bu məsələ ilə maraqlanmamağa başlamışdır. Bildirmişdir ki, “Emil” adı ilə tanıdığı Təqsirləndirilən şəxs həqiqi adını 2021-ci ildə Zabil Məhərrəmov vasitəsilə öyrənmişdir. Belə ki, Zabil Məhərrəmov ona “WhatsApp” sosial şəbəkəsində Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini göndərərək “Emil” adı ilə tanıdığı şəxsin əsl adının Bəhruz soyadının isə Əskərov olduğunu öyrənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ilə bir neçə dəfə “WhatsApp” sosial şəbəkəsində müxtəlif mövzularda danışmış, lakin, daha sonra əlaqəsi kəsilmişdir. 2020-ci ilin noyabr ayında “X28”nin baş naziri vəzifəsini icra edən Rəhim ilə telefon danışığı zamanı Rəhim ona Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısına qarşı sui-qəsd edilməsi ilə bağlı plandan xəbərdar olub olmadığını soruşmuş, o isə cavab olaraq belə bir məsələ haqqında məlumatının olmadığını bildirmişdir (cild 1, iş vərəqi 186-190). Məhkəmədə ifadəsi tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Şahid1 “Facebook” sosial şəbəkəsindən təxminən 2015-2016-cı illərdən fəal talış gənci kimi tanımışdır. Belə ki, Şahid1 onun diqqətinə ilk vaxtlarda “Facebook” sosial şəbəkəsində açdığı profildə talış xalqının öz dilində təhsil və mədəniyyət hüquqları barədə etdiyi paylaşımları ilə düşmüşdür. Həmin vaxtlarda Aslan radikal və ya separatçı statuslar yazmamış, sadəcə olaraq talış xalqının Azərbaycanda cənub zonasındakı orta məktəblərdə talış dilində təhsil almağını arzu edən statuslar paylaşmışdır. Aslanın sosial şəbəkədəki paylaşımları onda Aslan haqqında bir talış gənci kimi öz xalqını sevən bir insan təəssüratı yaratmışdır. Buna görə onda bu şəxslə yaxından tanış olmaq həvəsi oyanmış və bu şəxslə üzbəüz əyləşib fikir mübadiləsi eləmək arzusunda olmuşdur. Bundan əlavə talışların öz dilində təhsil almaq və mədəniyyətlərini yaşatmaq hüququ olduğunu düşünən onun kimi gənclərin “WhatsApp” sosial şəbəkəsində qrupları olmuşdur ki, Aslan da həmin qrupun üzvü olmuşdur. Hazırda həmin qrup yoxdur, silinmişdir. Şahid1la o, sosial şəbəkələrdə və daha sonra “WhatsApp” qrupunda yazışaraq daha yaxından tanış olandan sonra mütəmadi olaraq “WhatsApp” vasitəsilə yazışıb və telefonla danışmışdır. Bundan başqa o, Aslanla iki dəfə üzbəüz görüşmüşdür. Həmin görüşlər 2019-cu ildə Bakı şəhərində Dəniz kənarı Milli parkda yarım saatlıq müddətə baş tutmuşdur. O və Aslanın bu görüşlərində aralarında talışlarla bağlı söhbətlər olmuşdur. O, bu görüşlərində artıq Aslanın bir qədər radikallaşdığını hiss etmişdir. Ona görə də hətta Aslana bu cür fikirlərindən daşınmağını da məsləhət bilmişdir. Şahid1la o, “WhatsApp” sosial şəbəkəsində 2018-ci ilin ortalarında danışıqlarının birində Aslan ondan Lənkəranda yaşadığı müddətdə Lənkəranın İcra Hakimiyyətinin başçısı Zərərçəkmiş şəxs1 işə gedib gəlmə vaxtlarını müəyyən etmək üçün həmin şəxsi izləməyi xahiş eləmişdir. Aslanın sözlərinə görə, bu barədə Rusiyada yaşayan Emil adlı şəxsdən tapşırıq almış və başçının marşrutu barədə Emilə məlumat verəcəkmiş. O da Aslandan bir qədər sərt formada başçını niyə izləyəcəyinin səbəbini soruşsa da, Aslan ona bunun səbəbini deməmişdir. O da Aslanın bu xahişinə etiraz edərək adam izləyən olmadığını və bu işin qanunsuz olduğunu demişdir. Bundan sonra Aslan ona bu barədə bir daha heç bir şey deməmişdir (cild 1, iş vərəqi 251-255). Cinayət işinin materiallarında olan Dövlət Təhlükəsizliyi Xidmətinin V baş idarəsindən ilkin materiallarla daxil olmuş 6 oktyabr 2023-cü il tarixli 5/2/3091 saylı arayışın məzmunundan görünür ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı xx.xx.1988-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, AR vətəndaşı, milliyyətcə talış, Lənkəran şəhəri, ünvan 3 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanması, ölkəmizdə sabitliyin pozulması istiqamətində fəaliyyət göstərdiyi məlum olmuşdur. Təqsirləndirilən şəxs əvvəlcə “Facebook” sosial şəbəkəsində “Emil Cihadi” adlı səhifə üzərindən talış separatçılığını təbliğ etmiş, daha sonra 2018-ci ildə “Whatsapp”da “X24” adlı qrup yaradaraq talışlar arasında separatçılığı və radikal şiəliyi təbliğ etməyə başlamışdır. O, qrupa üzv olmuş şəxsləri ölkəmizdə sabitliyin pozulması və cənub regionunda qarşıdurmaların yaradılması istiqamətində yönləndirmiş, sonunculara müvafiq tapşırıqlar vermişdi. Belə ki, Təqsirləndirilən şəxs məlum Gəncə hadisələrini törətmiş Yunis Səfərovun həbs olunmasına etiraz olaraq Lənkəran Şəhər İcra Hakimiyyəti başçısına qarşı sui-qəsd törətməyi planlaşdırmış, bununla bağlı qrup üzvləri ilə əlaqə saxlayaraq Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı ilə maraqlanmış və sonuncu barəsində ətraflı məlumatların (marşrutu, nahar yeri, iş yerinə gəlib-getmə vaxtları və s.) toplanması məqsədilə Lənkəran şəhərində yaşayan etibarlı şəxs axtardığını bildirmişdir. O, maliyyə və digər işlərlə bağlı yaxın günlərdə İran tərəfindən bəzi şəxslərlə görüşəcəyini, məsələlərin həllini tapacağı təqdirdə Lənkəran RİH başçısı ilə bağlı planını və ya Azərbaycan ərazisində digər bir hadisənin törədilməsini “Aşura” gününə kimi reallaşdıracağını bildirmişdir. Təqsirləndirilən şəxs bununla bağlı Lənkəran şəhərində uzunmüddətli iş gedəcəyini qeyd etmiş, bu işləri həyata keçirə bilən və sonradan Azərbaycanı daimi tərk etməyə hazır olan 2 nəfər etibarlı adamın tapılmasına dair Şahid1 və Şahid2 tapşırıq vermişdir. xx.xx.2018-ci il tarixdə Zabil Məhərrəmova məxsus “Elektron ünvan 1” poçt ünvanından Ermənistana məxsus “Elektron ünvan 2” elektron poçt ünvanına Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi göndərilmişdir. Qeyd etmək lazımdır ki, 2019-cu il tarixdə ER-in İrəvan şəhərinə səfər etməsi üçün alınmış elektron təyyarə biletləri ermənilər tərəfindən Z. Məhərrəmova məhz “Elektron ünvan 2” elektron poçt ünvanından göndərilmişdir. Qeyd etmək lazımdır ki, Z.Məhərrəmovun Təqsirləndirilən şəxs məxsus sənədləri erməni əlaqələrinə ötürməsini, AR ərazisində talış separatçılığının təbliği istiqamətində birgə faəliyyətə dair razılığa gəlmələrini, eləcə də həmin ilin avqust ayında Təqsirləndirilən şəxs Z.Məhərrəmovla birgə AR-dəki əlaqələrinə müraciət edərək, Lənkəran rayonunda sabitliyin pozulması və qarşıdurmaların yaradılması ilə bağlı tapşırıqlar verməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs ER XXO ilə əlaqəli olması ehtimalı yüksəkdir. Həmçinin daxil olmuş əməliyyat məlumatına görə, Təqsirləndirilən şəxs 2018-ci ilin iyul ayının sonlarında Azərbaycanda terror-təxribat hadisələrinin törədilməsi məqsədilə ermənilərlə danışıqlar aparmışdır. Belə ki, o, internet vasitəsilə tanış olduğu erməni milliyyətindən olan şəxslə telefon vasitəsilə əlaqə saxlamış və cəlb olunacaq talış fəallarının Ermənistanda hərbi təlimlərin keçirilməsi ilə bağlı müsbət cavab almışdır. Ermənilər ona bu işləri dövlət səviyyəsində həyata keçirəcəklərini, təhlükəsizliyin tam təmin olunacağını və Ermənistana giriş-çıxış zamanı heç bir sənəddə iz buraxılmayacağını bildirmişlər. Ermənilərlə əlaqədən bir müddət sonra Osetiyadan olan bir general Təqsirləndirilən şəxs zəng etmiş, talışlarla ermənilərin qardaş xalqlar olduğunu bildirmiş və hər cür köməklik göstərməyə hazır olduğunu söyləmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs Rusiyada yaşayan talış separatçısı Mürüvvət Qurbanovla da əlaqə saxlamış və Ermənistanda bəzi şəxslərlə əlaqə yaratdığını, 2018-ci ilin payız aylarında ətrafına adam toplayaraq təlim məqsədilə ora getməyi planlaşdırdığını onun diqqətinə çatdırmışdır. M.Qurbanov bu işdə tələsməməyi Təqsirləndirilən şəxs məsləhət görmüş, lakin sonuncu əsəbləşərək Rusiyadakıların artıq yaşlandıqlarını, növbənin gənclərdə olduğunu, Rusiyadan dəstək gəlməyəcəyi təqdirdə təkbaşına qərar verəcəyini və ətrafına toplayacağı insanlarla birgə təlimlərə, oradan isə Azərbaycana gələrək dağlara qalxacaqlarını bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan istiqamətlərdə pozuculuq əməllərini törətmək məqsədilə müxtəlif planlar və təkliflər irəli sürsə də, RF-də yaşayan Z.Məhərrəmov və İ.Şabanov tərəfindən, eləcə də erməni tərəfdaşlarından ona lazımi dəstək göstərilmədiyini müəyyən edərək, geri addım atmağa məcbur olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs, “Hizbullah” terror təşkilatının tərkibində döyüşmək üçün Livan Respublikasına getdiyini, orada erməni lobbisi, eləcə də ASALA” terror təşkilatının üzvləri ilə görüşmək məqsədilə Beyrut şəhərinə də səfər edəcəyini vurğulamışdır. O, danışıqlarında guya, Livan Respublikasında İsrailə qarşı keçirilən hərbi əməliyyatlarda iştirak etdiyini qeyd etmişdir. 2019-cu ilin əvvəllərində Təqsirləndirilən şəxs mənbələrlə apardığı yazışmalar zamanı, onun Hollandiyada yaşayan Ələkrəm Hümmətovla da yaxın münasibətlər qurduğunu, sonuncunun təsis etdiyi qondarma “Mühacir hökuməti”ndə təmsil olunacağını söyləmişdir. Bununla da Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Ə.Hümmətovun “fərman”ı ilə qeyd olunan hökumətdə “Daxili işlər, fövqəladə hallar və xüsusi xidmətlər üzrə nazir” vəzifəsinə “Emil Mirələmov” adı altında təyin edilmişdir. Daxil olmuş məlumata görə, 04.01,2020-ci il tarixdə Təqsirləndirilən şəxs “Sepah”ın “Qüds” briqadasının komandanı Qasım Süleymaninin qisasını almaq məqsədilə, qrup üzvlərinə Lənkəran şəhərində ingilis dili müəllimi işləyən, ABŞ vətəndaşı “Maykl” adlı şəxsi müəyyən etməyi və onu zərərsizləşdirərək İİR tərəfə verməyi və yaxud öldürərək, cəsədinin videosunu çəkməyi, daha sonra “WhatsApp” vasitəsilə ona göndərməyi tapşırmışdır (cild 1, iş vərəqi 9-11). Cinayət işinin materiallarında olan Dövlət Təhlükəsizliyi Xidmətinin V baş idarəsindən 6 oktyabr 2023-cü il tarixli 9-3392 saylı məktubla daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 avqust 2023-cü il tarixli 3-16-16/2- 4/31 m-4/47m nömrəli ekspert arayışının məzmunundan görünür ki, Təqsirləndirilən şəxsla bağlı ekspertizaya təqdim edilmiş materiallarda qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası ərazisində terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyəti orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partayış, yanğın və digər hərəkətlər (terror aktı) törətməyə hazırlıq etməsinə aşkar surətdə yönələn ifadələr mövcuddur (cild 1, iş vərəqi 13-29). Cinayət işinin materiallarında olan Dövlət Təhlükəsizliyi Xidmətinin V baş idarəsindən 6 oktyabr 2023-cü il tarixli 9-3392 saylı məktubla daxil olmuş “Princo” markalı 1 ədəd CD diskdəki audiodanışıqlara 6 noyabr 2023-cü il tarixdə keçirilmiş baxış protokolunun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs terrorçuluğa, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyəti orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təlükəsi yaradan partayış, yanğın və digər hərəkətlər (terror aktı) törətməyə hazırlıqla bağlı danışıqlar aparmışdır (cild 1, iş vərəqi 120-143). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 dekabr 2023-cü il tarixli 3-16-16/2-4/1886-4/1900- 4/1901 nömrəli kompleks (məhkəmə-fonoskopik və məhkəmə-linqvistik) ekspertizasının rəyinin məzmunundan görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “PRİNCO” markalı CD diskdə aşkar edilmiş mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi - Təqsirləndirilən şəxs məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “PRİNCO” markalı CD diskdə aşkar edilən mübahisəli fonoqramların məzmunlu tədqiqi hissədə verilmiş yazı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “PRİNCO” markalı CD diskdə aşkar edilmiş fonoqramlarda situasiya ilə əsaslanmayan yarımçıq söz və ifadələr, diktorların emosionalpsixoloji vəziyyətinin əsaslanmamış dəyişməsi, danışıqlarda sözlərarası və cümlələr arası məntiqi rabitənin pozulması, yazılışın aparıldığı akustik şəraitə məxsus fonun kəskin dəyişməsi kimi montaj əlamətləri müəyyən olunmadı. Lakin, tədqiqi hissədə qeyd olunan səbəbdən digər fəyişikliklərin olub-olmadığını müəyyən etmək mümkün olmadı. Audiofayllardakı danışıqların və “WhatsApp” mobil tətbiqi vasitəsilə göndərilmiş səsli mesajların məzmununda terrorçuluğa, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyəti orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təlükəsi yaradan partayış, yanğın və digər hərəkətlər (terror aktı) törətməyə hazırlıq əlamətlərinin mövcudluğu müəyyən edilmişdir (cild 1, iş vərəqi 217-234). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X34dən daxil olmuş 1 noyabr 2023-cü il tarixli 445/MEŞ saylı məhkəmə-tibbi ekspertizasının rəyinin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs bədən səthində qərarda göstərilən şəraitə uyğun, yəni odlu silah və sursatla yetirilməyə xarakterik xəsarət və ya xəsarət izi aşkar edilməmişdir (cild 1, iş vərəqi 163-166). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X5” X34 ambulator məhkəmə-psixiatrik ekspertizasının 1 noyabr 2023-cü il tarixli 3050 nömrəli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs anlaqlı hesab edilir, Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə netmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 181-183). Cinayət işinin materiallarında olan Dövlət Təhlükəsizliyi Xidmətinin V baş idarəsindən istintaqa 8 dekabr 2023-cü il tarixdə daxil olmuş 9-4289 nömrəli əməliyyat tapşırığının cavabında qeyd edilmişdir ki, ölkəmizin ərazi bütövlüyünün parçalanması istiqamətində pozuculuq fəaliyyəti ilə məşğul olmuş, Respublikamızın milli təhlükəsizliyinin zərərinə olaraq ölkə ərazisində terrorçuluq, eyni zamanda ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq istiqamətində təxribat xarakterli hərəkətlər törətməyə hazırlıq etmiş Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı aşağıdakı məlumatlar əldə edilmişdir: Təqsirləndirilən şəxs əvvəllər “Facebook” sosial şəbəkəsində “Emil Cihadi” adlı profil üzərindən separatçılığın təbliği istiqamətində fəaliyyət göstərmiş, daha sonra qeyd olunan profil vasitəsilə hazırda həbsdə olan talış fəalları Şahid1 və Şahid2la tanış olmuş, sonunculara özünü “Hizbullah” terror təşkilatının üzvü kimi təqdim edərək ölkədə sabitliyin pozulması və cənub regionunda qarşıdurmaların yaradılması istiqamətində tapşırıqlar vermişdir. Təqsirləndirilən şəxs qeyd olunan fəallarla internet üzərindən apardığı söhbətlərdə separatçılıq ideyalarının təbliğatını aparmış, guya ölkəmizdə talışların və şiə təriqətinə etiqad edən dindarların sıxışdırıldığını bildirərək, “azadlıq” uğrunda birgə mübarizə aparmağı təklif etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qeyd olunan fəallara hərbi xidmət keçmiş, separatçı və müxalif düşüncələrə malik, talış hərəkatını dəstəkləyən, 100-150 nəfər fəalın cəlb olunmasını tapşırmışdır. O, cəlb oluncaq şəxslərin Kirmanşah şəhərində “Hizbullah” təşkilatına məxsus hərbi bazada silahla davranma, meşə şəraitində döyüş aparma və digər hərbi kateqoriyalarda təlimlər keçəcəklərini, tam hazır olduqdan sonra Lerik dağları istiqamətində “Talışıstan”ın azadlığı uğrunda döyüşlərə qatılacaqlarını vurğulamışdır. Təqsirləndirilən şəxs daha sonra hazırda RF-də məskunlaşmış, Ermənistan xüsusi xidmət orqanlarının nəzarəti altında Azərbaycan Respublikasına qarşı kəşfiyyat pozuculuq fəaliyyəti həyata keçirmiş Zabil Məhərrəmov və İsmayıl Şabanovla internet üzərindən tanış olaraq, sonuncularla birgə ölkəmizin suverenliyi və dövlət təhlükəsizliyi əleyhinə birgə fəaliyyət göstərmişlər. Təqsirləndirilən şəxs Z.Məhərrəmovun “Youtube” video portalında aparıcılıq etdiyi “OTV” (X13 - X9) kanalına, “Hizbullah” terror təşkilatının tərkibində Suriya və Livan ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etməsi barədə ətraflı məlumat vermiş, həmin döyüşlərdə olan digər azərbaycanlılar və cərəyan etmiş hadisələrin təfərrüatı ilə bağlı detalları açıqlamışdır (müsahibə qısa müddət sonra silinmiş, lakin tərəfimizdən yaddaşa alınmışdır). Həmçinin Təqsirləndirilən şəxs yaxın ətrafı ilə apardığı söhbətlər zamanı cəlb ediləcək fəallara hərbi təlimlərin keçirilməsi ilə bağlı Z.Məhərrəmovla və İ.Şabanovla danışıqlar apardığını, sonuncular vasitəsilə erməni milliyyətli şəxslərlə əlaqə qurduğunu və cəlb olunacaq talış fəallarının Ermənistanda və ya əvvəllər işğal altında olmuş Dağlıq Qarabağ ərazisində təlimlərə qatılacaqlarını vurğulamışdır. Təqsirləndirilən şəxs İran hökumətindən maliyyə dəstəyi ayrılmayacağı təqdirdə ermənilər tərəfindən bu işlərin dövlət səviyyəsində həyata keçiriləcəyini, təhlükəsizliyin tam təmin olunacağını və Ermənistana giriş-çıxış zamanı heç bir sənəddə iz buraxılmayacağını bildirmiş, hətta bu istiqamətdə Cənubi Osetiyadan olan bir generalla söhbət apardığını vurğulamışdır. Tərəfimizdən aparılmış araşdırma zamanı həmin generalın Cənubi Osetiya Respublikasının prezidenti Anatoli Bibilov olduğu, Təqsirləndirilən şəxs qeyd olunan şəxslə Z.Məhərrəmov və İ.Şabanovun (A.Bibilovla birlikdə fotoşəkilləri əlavə olunur) vasitəsilə ilə əlaqə yaratdığı müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısına qarşı sui-qəsd törətmək qərarına gəlmiş və bu istiqamətdə yaxın əlaqələri Şahid1 (xx.xx.2021 -ci il tarixdə Azərbaycan Respublikası CM-in 281.2 və 283.1ci maddələri ilə 7 il müddətinə azadlıqdan məhrum edilmişdir) və Şahid2 (xx.xx.2023-cü il tarixdə DTX İBİ tərəfindən Azərbaycan Respublikası CM-nin 28, 214.2.1, 274 və 281.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür) müvafiq tapşırıqlar vermişdir. Belə ki, Təqsirləndirilən şəxs qeyd olunan fəallara icra başçısı barəsində ətraflı məlumatların əldə edilməsini, əsasən onun hərəkət marşrutu, nahar yeri, iş yerinə gəlib-getmə vaxtları və sair maraq kəsb edən məqamlarla bağlı informasiyaların toplanılmasını və bu əməli həyata keçirəcək 2 nəfər etibarlı şəxsin cəlb edilməsini tapşırmışdır. Təqsirləndirilən şəxs bu qətli törədəcək şəxsin ölkəni İran istiqamətində tərk etməsi üçün əlverişli şərait yaradılacağını vurğulamışdır. Daha sonra Təqsirləndirilən şəxs Lənkəran şəhər İcra Hakimiyyətinin binası ətrafında atəş açmaq üçün hündür mərtəbəli binanın, əlverişli müşahidə məntəqəsinin olmadığını müəyyən edərək planını dəyişmişdir. Belə ki, Təqsirləndirilən şəxs yaxın ətrafına icra hakimiyyətinin binasında hər həftənin bazar ertəsi günü vəzifəli şəxslərin iştirakı ilə toplantı keçirildiyini və toplantı bitdikdən sonra binanın qarşısında gəzinti zamanı onların arasına iki ədəd əl qumbarasının atılmasını təklif etmişdir. Yuxarıda qeyd olunan proseslər 2018-ci ilin iyun-avqust aylarında baş vermişdir. Ölkəmizə qarşı düşmənçilik fəaliyyəti həyata keçirən Təqsirləndirilən şəxs 2020-ci ilin yanvar ayında Sepah komandiri Qasim Süleymaninin öldürülməsindən sonra “Whatsapp” proqramı vasitəsilə Şahid2 və Şahid1la əlaqə saxlayaraq “qisas” əməliyyatının həyata keçiriləcəyini bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs Lənkəran şəhərində yaşayan ABŞ vətəndaşı, Maykl adlı şəxsin yaşayış və ya iş yerini müəyyənləşdirib məxfi müşahidəsini apararaq əlverişli ərazidə öldürməyi, daha sonra cəsədinin videosunu çəkərək Whatsapp proqramı vasitəsilə ona göndərməyi tapşırmışdır. Təqsirləndirilən şəxs ölkəmizin dövlət təhlüləsizliyi əleyhinə olaraq planlaşdırdığı yuxarıda qeyd olunan təxribat xarakterli əməllər tərəfimizdən həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində baş tutmamışdır. Həmçinin qeyd olunmalıdır ki, Zabil Məhərrəmova məxsus “Zabil Maqerramov” “facebook” profili üzərində keçirilmiş sosial mühəndislik tədbirləri nəticəsində əldə edilmiş məlumatların təhlili zamanı Elektron ünvan 2 elektron poçt ünvanından Z.Məhərrəmova məxsus Elektron ünvan 1 poçt ünvanına, sonuncunun 23-24 may 2018-ci il tarixlərdə İrəvan şəhərinə səfər etməsi məqsədilə alınmış təyyarə biletlərinin elektron forması göndərilmişdir. Həmçinin əldə olunmuş digər məlumata görə, xx.xx.2018-ci il tarixdə Z.Məhərrəmova məxsus Elektron ünvan 1 poçt ünvanından ER XXO-ya məxsus “Elektron ünvan 2” elektron poçt ünvanına Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi və sonuncuya məxsus X10 adı ilə komandir vəzifəsində olan Rusiya Müdafiə Nazirliyinin hərbi vəsiqəsi göndərilmişdir. Z.Məhərrəmovun İrəvan şəhərinə səfəri məqsədilə alınmış elektron təyyarə biletlərlə, eləcə də Təqsirləndirilən şəxs məxsus sənədlərlə bağlı aparılan yazışmaların məhz Elektron ünvan 2 elektron poçt ünvanı üzərindən aparılması diqqəti cəlb etmişdir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs 2019-cu ildə Ələkrəm Hümmətov tərəfindən yaradılan qondarma “Mühacir hökuməti”ndə məhz Emil Mirələmov (saxta vəsiqədə qeyd olunduğu kimi) adı ilə təmsil olunmuş, lakin sonralar həmin hökumətdən ayrılmışdır. Təqsirləndirilən şəxs Yusif və Cəmil adlı əlaqələri tərəfimizdən müəyyən edilməmiş, bizə məlum olan digər əlaqələri aşağıdakı kimi qeyd edilmişdir: Şahid1 xx.xx.1993-cü il tarixdə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ölkəmizin ərazi bütövlüyünün parçalanması istiqamətində düşmənçilik fəaliyyəti həyata keçirmiş, 2020-ci il iyul ayında Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə həbs edilmiş və 7 il müddətə azadlıqdan məhrum olunmuşdur. Şahid2 xx.xx.1980-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Ermənistan Respublikası xüsusi xidmət orqanlarının tapşırıqları əsasında ölkəmizə qarşı kəşfiyyat-pozuculuq fəaliyyətini həyata keçirmiş, cari ilin aprel ayında Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə həbs edilmişdir (cild 1, iş vərəqi 171-180). Cinayət işinin materiallarında olan Dövlət Təhlükəsizliyi Xidmətinin V baş idarəsindən istintaqa 3 iyun 2024-cü il tarixdə daxil olmuş 9-1693 nömrəli əməliyyat tapşırığının cavabından görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanması istiqamətində fəaliyyət göstərmiş, respublika ərazisində terror-təxribat hadisəsi törətməyə hazırlıq etmiş Təqsirləndirilən şəxs əvvəllər “İnstagram” sosial şəbəkəsində “Tolisitani”, “Facebook” sosial şəbəkəsində “Facebook.com/talis.tolisistani” və “Facebook.com/profile.php?id=**********90784” adlı profillərdən istifadə etmiş, lakin yaxın tərəfdaşı olan Şahid1 2020-ci ilin iyul ayında həbs olunmasından sonra o, bütün sosial şəbəkə hesablarını silmişdir (cild 2, iş vərəqi 45). Cinayət işinin materiallarında olan Dövlət Təhlükəsizliyi Xidmətinin V baş idarəsindən istintaqa 12 iyun 2024-cü il tarixdə daxil olmuş 9-1791 nömrəli əməliyyat tapşırığının cavabından görünür ki, qeyd edilmişdir ki, ölkə ərazisində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədi ilə terror hadisəsi törətməyi planlaşdırmış Təqsirləndirilən şəxs eyni zamanda, Azərbaycan Respublikası ərazisində yaşayan şəxsləri cəlb edərək Lənkəran şəhərində fəaliyyət göstərən ABŞ vətəndaşının həyatına sui-qəsd təşkil etmək üçün hazırlıq görmüşdür. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisində formalaşdırdığı qrupa xx.xx.1959-cu il təvəllüdlü, ABŞ-ın Minnesota ştatında anadan olmuş, ABŞ vətəndaşı, Ləkəran şəhəri, H.Z.Tağıyev küçəsi, ev 132 ünvanında kirayənişin qismində yaşayan Zərərçəkmiş şəxs2 Bontrager adlı şəxsi zərərsizləşdirməyi tapşırmışdır. Qeyd olunan ABŞ vətəndaşı 1998-ci ildə təsis edilmiş, “Community Development Service” (Cəmiyyətin inkişafı xidmətləri) adlı ingilis dili kursunun rəhbəridir (cild 2, iş vərəqi 85). Cinayət işinin materiallarında olan Dövlət Təhlükəsizliyi Xidmətinin V baş idarəsindən istintaqa 24 iyun 2024-cü il tarixdə daxil olmuş 9-1860 nömrəli əməliyyat tapşırığının cavabından görünür ki, ölkə ərazisində terror hadisəsi törətmək üçün hazırlıq görmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında yaşayan fəalları cəlb edərək yaratdığı “X24” adlı “WhatsApp” qrupunda birgə planlaşdırdığı təxribat əməllərini onlarla müzakirə etmişdir. Təqsirləndirilən şəxs sonradan bu qrupun adını dəyişərək “Fədailər” adı ilə əvəzləmişdir. Həmin qrupa Şahid2, Şahid1 (hər iki şəxs həbs olunmuşdur) və məlum olmayan bir nəfər şəxs olmuş, sonuncunun şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır (cild 2, iş vərəqi 141). Cinayət işinin materiallarında olan Dövlət Təhlükəsizliyi Xidmətinin V baş idarəsindən istintaqa 24 iyun 2024-cü il tarixdə daxil olmuş 9-1861 nömrəli əməliyyat tapşırığının cavabından görünür ki, ölkənin ərazi bütövlüyünün parçalanması istiqamətində pozuculuq fəaliyyəti ilə məşğul olmuş, eyni zamanda ölkə ərazisində sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq və başqa ictimai təhlükəli nəticələrin baş verməsinə səbəb olacaq terror hadisəsi törətmək üçün hazırlıq görmüş Əskərov X1 yaradılmış qondarma “Mühacir höküməti”ndə “Emil Mirələmov” adı ilə “nazir” vəzifəsinə təyin edilmişdir. Təqsirləndirilən şəxs qeyd olunan ölkədə yaşamış, həmnin qondarma hökümətin prezidenti olmuş, 2023cü ildə dünyasını dəyişmiş Əlikram Hümmətovun “fərmanı” ilə xx.xx.2019-cu il tarixdə “Daxili işlər, fövqəladə hallar və xüsusi xidmətlər üzrə nazir” vəzifəsinə təyin olunmuşdur. O, bu qondarma vəzifədə olarkən həmin hökümətin üzvləri Rəhim Mirzəyev və Şahin Mirzəyevlə ünsiyyətdə olmuş, talış hərəkatı istiqamətində müzakirələr aparmışdır (cild 2, iş vərəqi 142-143). Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs adına verilmiş “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə sərhədkeçmə barədə 15 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, o, 17 aprel 2015-ci il tarixdə Azərbaycan Respublikasını Rusiya Federasiyası istiqamətində tərk etmiş və 6 oktyabr 2023-cü il tarixdə Rusiya Federasiyasından Azərbaycan Respublikasına geri dönmüşdür (cild 1, iş vərəqi 144-148). Cinayət işinin materiallarında olan “maddi sübut kimi tanımaq haqqında” 19 avqust 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxsin terrorçuluğa, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyəti orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partayış, yanğın və digər hərəkətlər (terror aktı) törətməyə hazırlığını birbaşa təsdiq edən danışıqların yazıldığı “PRİNCO” markalı CD disk maddi sübut kimi tanınmışdır (cild 2, iş vərəqi 164-166). Cinayət işinin materiallarında olan 16 oktyabr 2023-cü il tarixli əməliyyat qeydiyyatı üzrə yoxlama haqqında tələbnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs nə Azərbaycan Respublikası ərazisində, nə də digər xarici ölkə ərazisində məhkum olunmamışdır (cild 1, iş vərəqi 98). Cinayət işinin materiallarında olan “tutulma” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 6 oktyabr 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqi 46-47). Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 7 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 6 oktyabr 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 86-89). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,120.2.1, 28,120.2.10, 28,120.2.11, 28,120.2.12, 28,214.2.1, 28,214.2.3, 28,214-3.1, 28,277 və 28,278.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edildiyini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alınır. Cinayət işinin materiallarında olan teleqramdan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur (cild 3). Məhkəmə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən digər hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28.1 və 28.2-ci maddələrinə əsasən cinayət törətmək üçün vasitə və ya alət axtarma, əldə etmə və ya hazırlama, yaxud cinayət törətmək üçün başqaları ilə əlaqəyə girmə, sövdələşmə və yaxud cinayət törətmək üçün qəsdən başqa cür şərait yaratma zamanı cinayət şəxsin iradəsindən asılı olmayaraq başa çatdırılmamışdırsa, belə əməllər cinayətə hazırlıq hesab olunur. Yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq cinayət məsuliyyətinə səbəb olur. Həmin Məcəllənin 63.2 və 63.4-cü maddələrinə görə, cinayətə hazırlığa görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin yarısından çox ola bilməz. Cinayətə hazırlığa və ya cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,120.2.1, 28,120.2.10, 28,120.2.11, 28,120.2.12, 28,214.2.1, 28,214.2.3, 28,214-3.1, 28,277 və 28,278.1-ci maddələri ilə Cinayət Məcəlləsinin 63-cü maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinin tələbinə əsasən “xüsusilə ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmin normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 6 oktyabr 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 500 (beş yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübutlar: -Təqsirləndirilən şəxs terrorçuluğa, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyəti orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partayış, yanğın və digər hərəkətlər (terror aktı) törətməyə hazırlığını birbaşa təsdiq edən danışıqların yazıldığı “PRİNCO” markalı CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,120.2.1, 28,120.2.10, 28,120.2.11, 28,120.2.12, 28,214.2.1, 28,214.2.3, 28,214-3.1, 28,277 və 28,278.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,120.2.1, 28,120.2.10, 28,120.2.11, 28,120.2.12-ci maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 28,214-3.1-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 28,277-ci maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 28,278.1-ci maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 6 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 500 (beş yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut: -Təqsirləndirilən şəxs terrorçuluğa, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyəti orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təlükəsi yaradan partayış, yanğın və digər hərəkətlər (terror aktı) törətməyə hazırlığını birbaşa təsdiq edən danışıqlarının yazıldığı “PRİNCO” markalı CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər: Cavid Huseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar