Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-631/2020 18.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X5 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X2, Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhər 14 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi1 və X6, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs1 (xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə məhkum olunmuş, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla, hazırda ƏN-nin PX-nin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan), Təqsirləndirilən şəxs2 (xx.xx.1985-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 228.4, 177.3.3, 170.3, 181.3.4-cü maddələri ilə məhkum edilmiş, Xaçmaz rayonu, Qusarçay kəndində pasport qeydiyyatında olmaqla, hazırda ƏN-nin PX-nin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan) və Təqsirləndirilən şəxs3 (xx.xx.1992-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum olunmuş, Saatlı rayonu, Mircəlalkənd kəndində pasport qeydiyyatında olmaqla, hazırda ƏN-nin PX-nin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qəsdən özgənin əmlakını ələ keçirmə məqsədi ilə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirmə məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə saat 07 radələrində tanışları, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, aralarında aparılmış vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs3, Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 82 saylı ünvanın qarşısında hərəkətdə olan əvvəllər tanımadığı Zərərçəkmiş şəxs yaxınlaşıb siqaret istəmiş, Zərərçəkmiş şəxs siqaretinin olmadığını bildirdikdə əvvəlcədən aralarında olan razılığa əsasən o, Zərərçəkmiş şəxs yaxınlaşaraq cinayətin törədilməsi üçün əlverişli şərait yaratmaq məqsədi ilə sonuncunu qeyd olunan ünvanda olan binaların arasında kimsənin görməyəcəyi qaranlıq yerə aparmış, həmin vaxt o, hücum edərək arxadan Zərərçəkmiş şəxs boğaz nahiyəsini boğucu fəndə salıb qolları ilə sıxaraq sonuncunu yerə yıxmış və bu zaman Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cinayətin törədilməsinə nail olmaq və öz cinayətkar niyyətlərini həyata keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs mobil telefonunu və pulunu tələb etmiş, Zərərçəkmiş şəxs onların cinayətkar tələblərini icra etmədiyini gördükdə o, Zərərçəkmiş şəxs boğaz nahiyəsini daha da bərk sıxıb boğmaqla, qrupun digər üzvləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə bədən nahiyələrinə çoxsaylı təpik zərbələri vurmaqla hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək zərərçəkmiş şəxsin gödəkcəsinin sol yan cibini cırıb oradan Zərərçəkmiş şəxs 1 ədəd 200 manat dəyərində Vyetnamda istehsal edilmiş “Samsung” markalı SM- J415FN/DS modelli, içərisində dəyəri 4 manat olan ***-***-**-** saylı GSM nömrə danışıq kartı olan mobil telefonunu, içərisində 100 manat nağd pul, balansında 30 qəpik olan 2 manatlıq avtobus kartının qoyulduğu 1 ədəd boz-qara rəngli, “Luis Vuitton” yazıları yazılmış 1 manat dəyərində pul kisəsini ələ keçirib ümumilikdə 307 manat 30 qəpik məbləğində özgə əmlakını ələ keçirməklə quldurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 07 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Şamaxinka adlanan ərazidə tanışları Qərib və Qasımla birlikdə olan vaxt Vüqar adlı oğlan onlara yaxınlaşıb onu yaşadığı Şamaxı rayonuna yola salmaqlarını xahiş etmişdir. Onlar da ona yazıqlar gəldiyi üçün onu yola salacaqlarına söz vermişlər. Həmin vaxt üzü 20 Yanvar istiqamətində hərəkətdə olarkən adını sonradan bildiyi Zərərçəkmiş şəxs gördükdə o, ondan siqaret istəmiş, sonra bir az iraliyə gedəndən sonra o təkbaşına onu kənara çəkib onun mobil telefonunu, içərisində 100 manat pul, avtobus kartı olan pul kisəsini almışdır. Cinayəti o tək başına törətmiş, tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və yeni tanış olduğu Şahid bu cinayətdə iştirakları olmamışdır. Məhkəmədə verdiyi ifadə ilə ibtidai araşdırma zamanı verdiyi ifadələr arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadə məhkəmədə elan edilmişdir. O həmin ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 07 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Şamaxinka adlanan ərazidən əvvəllər tanış olduğu Qərib, Qasım və yenicə tanış olduğu Vüqarla birlikdə üzü 20 Yanvar istiqamətində hərkətdə olarkən Zərərçəkmiş şəxs gördükdə o, Qərib və Qasım aralarında razılığa gəlmişlər ki, Elnuru kənara çəkib onun mobil telefonunu və pulunu talasınlar. Bundan sonra Qasım ilk öncə Elnuru yanına çağıraraq sonuncudan siqaret istədikdə Elnur siqaretinin olmadığını bildirdikdən sonra o, Elnurun qolundan tutaraq Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 82 saylı ünvana gətirmiş və qəfil Elnurun boğazını qolları arasında sıxaraq yerə yıxmışdır. Bu zaman Qərib və Qasım əvvəllər aralarında olan razılığa əsasən Elnura yaxınlaşıb sonuncunun bədən nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vuraraq Elnurun əynində olan gödəkcəsini cırıb mobil telefonunu və içərisində 100 manat pul, avtobus kartı olan pul kisəsini talamışdırlar. Həmin vaxt Elnur qışqırdıqda onlar Elnurun üzərində əlavə pul və qiymətli əşya olmadığına əmin olduqdan sonra oradan qaçmışdırlar. Yeni tanış olduqları Şahid isə hadisə vaxtı Elnura zor tətbiq etməmiş, sonuncunu vurmamış, ümumiyyətlə onların cinayət planları barədə əvvəldən heç bir məlumatı olmamışdır. Zərərçəkmiş şəxs qarşı zor tətbiq etdikdən sonra “samsung” markalı mobil telefonu özü götürmüş və könüllü olaraq istintaq orqanına təqdim etmişdir. Təqsirləndirilən şəxs1 istintaq zamanı verdiyi ifadələri təsdiq etmədiyini, həmin ifadəni ondan təyziq altında alındığını bildirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs3 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 07 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Şamaxinka adlanan ərazidə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la birlikdə olan vaxtı Vüqar adlı şəxs onlara yaxınlaşıb qalmağa yeri olmadığını və onu yaşadığı Şamaxı rayonuna yola salmaqlarını onlardan xahiş etmişdir. Onlar həmin şəxsə yazıqları gəldiyi üçün onu yola salmağa söz vermişlər. Onlar üzü 20 Yanvar istiqamətində hərəkətdə olarkən Təqsirləndirilən şəxs1 onlardan aralanıb adını sonra bildiyi Zərərçəkmiş şəxs yaxınlaşıb siqaret istəmişdir. Sonra onlar bir az irəliyə getdikdə Kamran həmin şəxsin kənara çəkib əli ilə onu boğmuş, həmin şəxsin üzərindən telefon və pul kisəsi yerə düşmüş, sonra həmin şəxs qışqıraraq qaçıb həmin yerdən uzaqlaşmışdır. O həmin şəxsə qarşı heç bir cinayət əməli törətməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs3 xx xxxxxx 2019-cu tarixdə verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 07 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Şamaxinka adlanan ərazidən əvvəllər tanış olduğu Qərib, Kamran və yenicə tanış olduqları Vüqarla birlikdə üzü 20 Yanvar istiqamətində hərəkətdə olarkən Zərərçəkmiş şəxs görmüşlər. O, Qərib və Kamran aralarında razılığa gəlmişlər ki, Elnuru kənara çəkib onun mobil telefonunu və pulunu talasınlar. Bundan sonra o, ilk öncə Elnuru yanına çağıraraq sonuncudan siqaret istədikdə Elnur siqaretinin olmadığını bildirdikdən sonra Kamran Elnurun qolundan tutaraq Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 82 saylı ünvana gətirmiş və orada Kamran qəfil Elnurun boğazını qolları arasında sıxaraq yerə yıxmışdır. Bu zaman o və Qərib əvvəllər aralarında olan razılığa əsasən Elnura yaxınlaşıb sonuncunun bədən nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vuraraq Elnurun əynində olan gödəkcəsini cırıb mobil telefonunu və pul kisəsini talamışlar. Həmin vaxt Elnur qışqırdıqda onlar Elnurun üzərində əlavə pul və qiymətli əşya olmadığına əmin olduqdan sonra oradan qaçmışdırlar. Yeni tanış olduqları Şahid isə hadisə vaxtı Elnura zor tətbiq etməmiş, sonuncunu vurmamış, ümumiyyətlə onların cinayət planları barədə əvvəldən heç bir məlumatı olmamışdır. Hadisədən sonra taladıqları pul kisəsində 100 azn nəğd pul və avtobus kartının olduğunu bilmişdir. “Samsung” markalı mobil telefonu Kamran özü götürmüş və o isə götürdüyü pul kisəsini könüllü olaraq istintaq orqanına təqdim etmişdir. Təqsirləndirilən şəxs3 həmin ifadəsini təsdiq etmədiyini, həmin ifadəni ondan təyziq altında alındığını bildirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 Nüsərəddin oğlu ifadəsində göstərmişdir ki, tanışları Kamran və Qəriblə xx xxxxxx 2019-cu il tarixdə kafedən çıxmış, saat 07 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Şamaxinka adlanan ərazidə Vüqar adlı şəxs onlara yaxınlaşıb qalmağa yeri olmadığını və onu yaşadığı Şamaxı rayonuna yola salmaqlarınıonlardan xahiş etmiş, onların da Vüqara yazıqları gəldiyi üçün onu yola salacaqlarına söz vermişlər. Sonra birlikdə 20 Yanvar istiqamətində hərkətdə olarkən irəlidə olan Təqsirləndirilən şəxs1 adını sonra bildiyi Zərərçəkmiş şəxs yaxınlaşıb siqaret istəmişdir. Daha sonra onlar bir az irəliyə getdikdə Kamran həmin şəxsi kənara çəkib əli ilə onu boğmağa başlamışdır. Həmin şəxsin üzərindən telefon və pul kisəsi yerə düşmüş, o yaxınlaşıb telefonu görütüb həmin şəxsə vermək istəyəndə həmin şəxs qorxub qışqırmış və qaçmışdır. Telefon aparatı və pul kisəsi Kamranda qalmışdır. Özü həmin şəxsə qarşı heç bir cinayət əməli törətməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 Nüsərəddin oğlunun xx xxxxxx 2019-cu tarixdə verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 07 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Şamaxinka adlanan ərazidən əvvəllər tanış olduğu Qasım, Kamran və yenicə tanış olduğu Vüqarla birlikdə üzü 20 Yanvar istiqamətində hərkətdə olarkən Zərərçəkmiş şəxs gördükdə o, Qasım və Kamran aralarında razılığa gəlmişlər ki, Elnuru kənara çəkib onun mobil telefonunu və pulunu talasınlar. Bundan sonra Qasım, ilk öncə Elnuru yanına çağıraraq sonuncudan siqaret istədikdə Elnur siqaretinin olmadığını bildirmiş, sonra Kamran Elnurun qolundan tutraq Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 82 saylı ünvana, binaların arasında qaranlıq yerə gətirmiş və orada Kamran qəfil Elnurun boğazını qolları arasında sıxaraq yerə yıxmışdır. Bu zaman o və Qasım əvvəllər aralarında olan razılığa əsasən Elnura yaxınlaşıb sonuncunun bədən nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vuraraq Elnurun əynində olan gödəkcəsini cırıb sonuncunun mobil telefonunu və pul kisəsini talamışlar. Həmin vaxt Elnur qışqırdıqda onlar Elnurun üzərində əlavə pul və qiymətli əşya olmadığına əmin olduqdan sonra oradan qaçmışlar. Yeni tanış olduqları Şahid isə hadisə vaxtı Elnura zor tətbiq etməmiş, sonuncunu vurmamış, ümumiyyətlə onların cinayət planları barədə əvvəldən heç bir məlumatı olmamışdır. Ona məlum olmuşdur ki, pul kisəsində 100 azn nəğd pul və avtobus kartı olmuşdur. “Samsung” markalı mobil telefonu isə Kamran özü götürmüşdür. Sonradan könüllü olaraq Qasım pul kisəsini, Kamran isə mobil telefonu istintaq orqanına təqdim etmişdir. Q. Abdalov həmin ifadəsini təsdiq etmədiyini, həmin ifadəni ondan təyziq altında alındığını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 82 saylı ünvanda olarkən 4 nəfər əvvəllər tanımadığım şəxslərlə qarşılaşmış, həmin şəxslərdən üç nəfəri, adlarını sonradan bildiyi Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 onunla söhbət etməyə başlamışdır. Adını sonradan bildiyi Vüqar adlı şəxs isə kənarda dayanmışdı. Söhbət zamanı Qasım ondan siqaret istəmiş, o da siqaretinin olmadığını demişdir. Bu zaman Kamran onun qolundan tutaraq binaların arasına qaranlıq yerə aparmışdır. Orada onunla söhbət edərkən Kamran qəfil onun arxadan boğaz nahiyəsindən tutaraq onu boğmağa başlamış, yaxında olan Qasım və Qərib yaxınlaşaraq onun bədəninə çoxsaylı yumruq və təpik zərbələri vurub mobil telefon və pulunu tələb etmişlər. O, pul və mobil telefonu vermədikdə Kamran boğazını daha bərk sıxmışdır. O müqavimətini itirdikdə Qərib və Qasım əynində olan gödəkcənin sol tərəfini cırıb oradan içərisində 100 manat pul, avtobus kartı olan pul kisəsini və mobil telefon aparatını götürüb qaçmışlar. O hazırda təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu “Şamaxinka” adlanan ərazidə olarkən Qasım, Qərib və Kamranla tanış olmuş, həmin vaxt onlar ona yaşadığı Şamaxı rayonuna yola salacaqlarına söz vermişdirlər. Bundan sonra o, yuxarıda adlarını qeyd etdiyi şəxslərlə 20 yanvar istiqamətində hərəkət edərkən bir nəfər şəxs onların qarşısına çıxmışdır. Həmin vaxt Qasım onlardan aralanaraq həmin şəxsi kənara çəkib siqaret istəmiş, lakin həmin şəxs siqaretinin olmadığını bildirdikdə Kamran həmin şəxsin qolundan tutub binaların arasında qaranlıq yerə aparmışdır. Onların nə edəcəklərindən xəbəri olmadığı üçün özü də onların arxasıyla getmişdir. Kamran söhbət əsnasında qəfil Elnurun boğazından tutaraq boğmağa başlamış, Qasım və Qərib isə Elnurun bədən nahiyələrinə çoxsaylı zərbələr vurmuş, sonra isə əynindəki gödəkcəsini cırıb mobil telefon və pul kisəsini götürüb oradan qaçmışlar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3törətdikləri cinayət əməllləri üzrə təqsirli olmaları zərərçəkmiş şəxsin, şahidin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinə əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli tutma protokollarından məlum olur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin «həbs» qətimkan tədbirinin seçilməsi barədə xx xxxxxx 2019-cu il tarixli 4(006)-640/2019 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin «həbs» qətimkan tədbirinin seçilməsi barədə xx xxxxxx 2019-cu il tarixli 4(006)-641/2019 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs3 barəsində həbs etmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin «həbs» qətimkan tədbirinin seçilməsi barədə xx xxxxxx 2019-cu il tarixli 4(006)-642/2019 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli tanınmaya təqdim olunma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 tanınmaya təqdim edilmiş və Zərərçəkmiş şəxs xx xxxxxx 2019-cu il tarixdə ona qarşı zor tətbiq edib mobil telefon və pul kisəsini alan şəxsin soldan üçüncü dayanmış şəxs olduğunu deyərək həmin şəxsi tanımışdır. Cinayət işinə əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli tanınmaya təqdim olunma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 tanınmaya təqdim edilmiş və Zərərçəkmiş şəxs xx xxxxxx 2019-cu il tarixdə ona qarşı zor tətbiq edib mobil telefon və pul kisəsini alan şəxsin soldan ikinci dayanmış şəxs olduğunu deyərək həmin şəxsi tanımışdır. Cinayət işinə əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli tanınmaya təqdim olunma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 tanınmaya təqdim edilmiş və Zərərçəkmiş şəxs xx xxxxxx 2019-cu il tarixdə ona qarşı zor tətbiq edib mobil telefon və pul kisəsini alan şəxsin soldan ikinci dayanmış şəxs olduğunu deyərək həmin şəxsi tanımışdır. Cinayət işinin materiallarına əlavə edilmiş videolardan məlum olur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şübhəli şəxs kimi videoçəkilişlə dindirmə zamanı Zərərçəkmiş şəxs qarşı quldurluq etmələrini təsdiq etmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş könüllü təqdim etmə protokolundan görünür ki, xx xxxxxx 2019-cu il tarixdə baş vermiş hadisədən sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs məxsus “Samsung” markalı mobil telefonu könüllü olaraq istintaq orqanına təqdim etmiş və həmin mobil telefon Azərbaycan Respublikası CPM-nin tələblərinə uyğun götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş könüllü təqdim etmə protokolundan görünür ki, xx xxxxxx 2019-cu il tarixdə baş vermiş hadisədən sonra Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs məxsus pul kisəsini könüllü olaraq istintaq orqanına təqdim etmiş, həmin pul kisəsi Azərbaycan Respublikası CPM-nin tələblərinə uyğun götürülmüşdür. Cinayət işinin materiallarından məlum olur ki, işə əlavə edilmiş videogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, təqdim edildiyi videogörüntüdə olan şəxsin özləri, yəni Kamran, Qasım, Qərib, habelə Vüqar olduğunu deyərək baş vermiş hadisədən sonra birlikdə hərəkət etdiklərini təsdiq etmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş əşyaya baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilmiş “Samsung J4” markalı mobil telefonun və “Luis Vuitton” yazısı olan pul kisəsinin özünə məxsus olduğunu bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş gödəkcəyə baxış keçirilməsi protokolundan görünür ki, gödəkcənin ön sol aşağı hissəsində aşağı sol kənarından 20 mm yuxarıda, yan tikişdən 60 mm sola bir ədəd 200x165 ölçüdə zədə vardır. Gödəkcənin arxa sol hissəsində sol çiyin tikişindən 400 mm aşağıda qolluğun aşağı son kənarından 210 mm yuxarıda bir ədəd 25x20 mm ölçüdə zədəd vardır. Gödəkcənin sol iç hissəsində aşağı son kənarından 260 mm yuxarıda sol yan tikişindən 50 mm sola bir ədəd 165x145 mm ölçüdə zədə vardır. xx xxxxxx 2019-cu il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 82 saylı ünvandır. Hadisə yerinə baxış keçirilərkən oradan götürülmüş iki ədəd parçadan birinin uzunluğu 250 mm, eni 200 mm, digərinin uzunluğu 190 mm, eni 170 mm-dir. Cinayət işinin materiallarına əlavə edilmiş xx xxxxxx 2019-ciu il tarixli məhkəmə-tibbi ekspertizanının 1274 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-əmətəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 834 saylı rəyindən görünür ki, 1 ədəd Vyetnamda istehsal edilmiş “Samsung” markalı “SM-J415FN/DS model qara rəngli mobil telefon hazırda zədəli, təyinat üzrə istifadəyə yarasız vəziyyətdə dəyəri 50 manat, zədələnməmişdən əvvəl istifadə olunmuş, istifadəyə yaralı vəziyyətdə 200 manat, 1 ədəd boz-qara rəngli, 9x11 ölçülü, üzərində “Luis Vuitton” yazıları olan, uzun müddət istifadə olunmuş, kənarları yeyilmiş pul kisəsi 1 manat, ***-***-**-** saylı GSM danışıq kartı 4 manat olmaqla, 2019-cu ilin dekabr ayına orta bazar qiyməti müəyyən olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli 2619 nömrəli məhkəmə-trasoloji ekspertizasının 2619 saylı rəyindən görünür ki, baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş gödəkcənin səthində qeyd olunan ekspert rəyində təsvir edilən zədələr vardır. Gödəkcənin səthində olan “A”, “D”, “C” zədələri fiziki qüvvənin təsəiri nəticəsində yaranmağa xarakterik dartılıb-cırılma zədələridir. Təqdim edilmiş Zərərçəkmiş şəxs Aydın oğluna məxsus bir ədəd gödəkçə təqdim edilmiş iki ədəd parça hissələri ilə əvvəllər vahid bütövlük təşkil etmişlər və bir birlərindən fiziki qüvvənin təsiri nəticəsində cırılaraq ayrılmışlar. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 210 saylı məhkəməpsixatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri əşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində “ANLAQLİ” hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 212 saylı məhkəməpsixatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs3 həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri əşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs3 törətdiyi əməl barəsində “ANLAQLİ” hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 211 saylı məhkəməpsixatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri əşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində “ANLAQLİ” hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. xx xxxx 2020-cu il tarixli maddi sübut qismində tanınma haqqında qərardan görünür ki,1 ədəd Vyetnamda istehsal edilmiş “Samsung” markalı “SM-J415FN/DS model qara rəngli mobil telefon, 1 ədəd boz-qara rəngli, “Luis Vuitton” yazıları olan pul kisəsi və 1 ədəd gödəkçə və 2 ədəd gödəkçənin parça hissələri maddi sübut qismində tanınmış və məsul saxlanc üçün Nəsimi RPİ-nin NH-yə verilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, təqsirləndirilən şəxs X1 Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxx 2006-cı il tarixli hökmü ilə 180.2.1, 180.2.2, 180.2.4-cü maddələri ilə 4 il 12 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx xxxxxx 2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, üzərindən məhkumluğu ödənilməmiş və ya götürülməmiş təqdirdə Ağsu rayon Məhkəməsinin hökmü ilə xx xxxxxxx 2010-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, daha sonra yenidən məhkumluğu ödənilməmiş və götürülməmiş Nərimanov rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx xxxxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx xxxxxx 2015-ci il tarixli Nərimanov rayon Məhkəməsinin hökmündən məlum olur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər müxtəlif vaxtlarda Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 228.4, habelə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə həmin məcəllənin 177.3.3, 170.3, 181.3.4-cü maddələri ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş X11 İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 170.3, 177.3.3, 181.3.4-cü maddələri ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, xx.xx.2018-ci il tarixli Bakı şəhər Nizami rayon Məhkəməsinin qərarı ilə xx.xx.2018-ci il tarixli qanuna əsasən Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.3.3-cü maddəsindən Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsinə, Azərbaycan Respublikası CM-nin 181.3.4-cü maddəsindən Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.5-ci maddələrinə tövsif edilmiş, hökmdən CM-nin 67ci maddəsi xaric edilərək onun cəzası 12 il 6 aya endirilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 xx xxx 2015-ci il tarixdə Binəqədi rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Binəqədi rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlqıdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmələrini, onların əməllərində cinayət tərkibinin olmasını, onların təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onların əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi zərərçəkmişə qarşı edilmiş cinayət əməlini tək başına törətməsi, digər şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayətdə iştirak etməmələri kimi ifadələrini iş materiallarına uyğun olmayan, cinayət törətmiş şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən azad olmaları üçün onları müdafiə məqsədilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun məhkəmədə verdiyi ifadəsini inandırıcı hesab etmir. Bundan başqa məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmədə verdiyi zərərçəkmişə qarşı heç bir quldurluq cinayəti törətmədikləri barədə ifadələrini iş materiallarına uyğun olmayan, özlərini müdafiə məqsədilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onların bu ifadələrini inandırıcı hesab etmir. Təqsirləndirilən şəxslərin törətdiyi əməlllərin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, onlar törətdikləri əməllərə görə təqsirli bilinib cəzalanmalıdırlar. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar zərərçəkmiş şəxslə barışmaları, zərərçəkmiş şəxsin onlara qarşı heç bir şikayət və tələbinin olamamasıdr. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağarlaşdıran hal cinayətin təhlükəli residivi, Təqsirləndirilən şəxs3 cəzasını ağarlaşdıran hal cinayətin residividir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə cəzanın üçdə ikisindən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onların islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 əməlinədə cinayətin təhlükəli residivi və Təqsirləndirilən şəxs3 əməlində cinayətin residivi olduğu üçün və onlar əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdikləri üçün cəzalarını ciddi rejimli cəza-çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza çəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduqları vaxtdan – xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxslərin barələrində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə münasibətdə xüsusi müsadirəsi tətbiq oluna bilməz. İş üzrə maddi sübutlar 1 ədəd Samsung markalı mobil telefon, 1 ədəd pul kisəsi, 1 ədəd gödəkcə və 2 ədəd parça material hissələri məsul saxlanc üçün Nəsimi RPİ-nin NH-yə təhvil verilmişdir. 1 ədəd DVD disk maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.5, 132.1.6-cı və 132.1.7-ci maddələrinə əsasən 1 ədəd Samsung markalı mobil telefon, 1 ədəd pul kisəsi və 1 ədəd gödəkcə Zərərçəkmiş şəxs qaytarılmalı, 1 ədəd DVD diskin maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı, 2 ədəd parça material hissələri məhv edilməlidir. Cinayət işi üzrə aparılmış məhkəmə ekspertizalarının xərci 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutlaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. İbtidai araşdırma zamanı təqsirləndirilən şəxslərə göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 14 saylı hüquq məsləhətxanasının vəkilləri Allahmanov Şöhrət Nəbi oğluna 252 (iki yüz əlli iki) manat, X8 240 (iki yüz qırx) manat, X7 240 (iki yüz qırx) manat, məhkəmədə təqsirləndirilən şəxslərə göstərdikləri hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı hüquq məsləhətxanasının vəkilləri Müdafiəçi3, Müdafiəçi1 və X3 hər birinə 150 (yüz əlli) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətməkdə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli– xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Barəsində seçilmiş "həbs" qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətməkdə təqsirli bilinərək 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli– xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Barəsində seçilmiş "həbs" qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətməkdə təqsirli bilinərək 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli– xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Barəsində seçilmiş "həbs" qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.5, 132.1.6-cı və 132.1.7-ci maddələrinə əsasən 1 ədəd Samsung markalı mobil telefon, 1 ədəd pul kisəsi və 1 ədəd gödəkcə Zərərçəkmiş şəxs qaytarılsın, 1 ədəd DVD diskin maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın, 2 ədəd parça material hissələri məhv edilsin. Cinayət işi üzrə aparılmış məhkəmə ekspertizalarının xərci 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutlaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 14 saylı hüquq məsləhətxanasının vəkilləri Allahmanov Şöhrət Nəbi oğluna 252 (iki yüz əlli iki) manat, X8 240 (iki yüz qırx) manat, X7 240 (iki yüz qırx) manat, Müdafiəçi3, Müdafiəçi1 və X3 hər birinə 150 (yüz əlli) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkumlara hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-631/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-631/2020
18.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver