Məhkəmə qərarları › İş №1(101)-631/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-631/2021

20.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-631/2021 20.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı Cəbrayıl oğlunun, Müdafiəçi - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi: X8 və X7 iştirakı ilə 09 sentyabr 1985-ci il tarixdə Rusiya Federasiyasının Kemerovo vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam- orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi «D» yaşayış massivi 27 nömrəli binanın 116 nömrəli mənzi1ində yaşamış hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.6, 120.2.7 və 120.2.9-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 24.09.2020-ci il tarixdə, saat 11 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» yaşayış sahəsi 27 nömrəli evin 116 nömrəli mənzilində bibisi Zərərçəkmiş şəxs1 ona irad bildirərək tanımadığı şəxslə yaşadıqları binada görüşməsinin qonşular tərəfindən normal qarşılanmamasını və hətta yaşadıqları mənzilin yerləşdiyi blokun liftinin mühərrikinin məhz onun yanına gəlmiş şəxs tərəfindən oğlurlanması barədə qonşularda müəyyən şübhələrin yaranmasını deməsindən və gələcəkdə bu kimi halların təkrar olunmaması üçün kənar şəxslərlə görüşməməsi üçün verdiyi öyüdnəsihətlərindən əsəbiləşməsini cüzi səbəb kimi gətirərək bununla əlaqədar aralarında yaranmış mübahisə zamanı xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs1 qəsdən öldürmək məqsədilə mətbəxdən götürdüyü bıçaqla sonuncu mənzildə olan divanın üzərində oturub əlində tutduğu boşqabda yemək yediyi halda arxadan yaxınlaşmaqla ona qarşı müstəsna dərəcədə amansızlıq və qəddarlıq nümayiş etdirərək çoxsaylı zərbələr vurmağa başlamış, Zərərçəkmiş şəxs1 öldürülməməsi üçün etdiyi yalvarışlarına məhəl qoymadan və eləcə də həmin vaxt yaranmış səsküyə mənzilin mətbəx otağından gələrək qızını xilas etməyə çalışmaqla ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs2 gözləri qarşısında sonuncuya xüsusi əzab verməsini dərk edərək cinayətkar niyyətini həyata keçirtməkdə israrlılıq nümayiş etdirərək Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla öldürmək məqsədilə əlində olan bıçaqla cəmi 52 ədəd bıçaq sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik bədən xəsarətləri yetirməklə onu öldürmüş, bundan sonra törətdiyi cinayət əməlini gizlətmək məqsədilə mənzilin dəhlizində dayanaraq qızı Zərərçəkmiş şəxs1 xilas etmək üçün kömək çağırışları etməklə ictimai borcunu yerinə yetirən köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs2 qəsdən öldürmək məqsədilə ona 32 ədəd olmaqla sağlamlığa ağır zərərvurmanm əlamətlərinə malik kəskin qanitirmə ilə müşayiət olunan çoxsaylı xəsarətlər yetirib öldürməklə iki şəxsi qəsdən öldürmüş, yəni digər şəxsləri qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs Aydın oğlu ifadəsində göstərdi ki, 1985-ci ildə Rusiayada anadan olmuşdur. Bir yaşı olanda ailəsi ilə Bakıya köçmüşlər. Valideynləri öləndən sonra nənəsi və bibisi ilə yaşamışdır. X16 Günəşlidə yaşayırmış. 8-10 ildir ki, narkotik qəbul edir, işləmirmiş. 22 sentyabr 2020-ci ildə tanışı Mikayıla zəng etmişdir ki, narkotik gətirsin. 22 radələrində Mikayıl onlara gəlib, blokun 6 cı mərtəbəsində onunla görüşmüşlər. Mikayıl ona pulsuz 0,5 qram kokos vermiş, o, evə qalxmış və evdə tualetə girib kokosdan istifadə etmişdir. Aşağıda gözləyən Mikaylın yanına düşmüş, sonra Mikayılı aparıb dayanacaqdan yola salıb yenidən evə qayıtmışdır. 23 sentyabr 2020-ci il tarixdə bibisi Tamilla ona Mikayılı nəzərdə tutub demişdir ki, qonşular sənin yanına gələn adamı görüblər və həmin adamın binanın liftinin mühərrikini oğurlayıb apardığından şühhələnirlər. Bibisi Tamilla dedi ki, qonşuların onunla belə bir mövzuda söhbət etmələrinlən çox utanır, çox narahatdır və əsəbləşir. Səhərisi saat 09 radələrində yuxudan oyandıqdan sonra Tamilla yenə də ona əsəbiləşib qonşuların yanında onu biabır etdiyini bildirərək bir müddət sakitləşmişdir. Saat 11 də yenidən qışqırmağa başlamışdır ki, binaya niyə yad şəxsləri gətirirsən ki, qonşular da onlardan oğurluqda şubhələnsinlər və ona irad bildirsinlər. Nənəsi Simzər mətbəxdə idi mən mətbəxə keçib stoldan bıçağı götürmüşdür. Tamilla divanın küncündə oturub əlində tutduğu boşqabda nə isə yeyirmiş. Tamillaya arxadan yaxınlaşıb bıçaqla onun kürəyindən zərbələr vurmuşdur. Tamillanın əlindəki boşqab döşəməyə düşmüş, ayaq üstə qalxıb yalvarmışdır ki, onu vurmasın, o isə vurmağa davam etmişdir. Tamillanın qışqırıq səslərinə mətbəxdə olan nənəsi Simzər gəlmiş, Tamilla artıq döşəmədə hərəkətsiz qalmış, nənəsi koridorda dayanıb qışqırdı, o, bıçaqla nənəsinin boğazından və bədəninindən zərbələr vurmuşdur. Bıçaq tiyəsindən qırılmış, nənəsi yerə yıxılmışdır. Mətbəxə keçib daha iri tiyəli ikinci bıçaq götürüb yenə nənəsinə zərbələr endirmişdir. Nənəsinin də hərəkətsiz qaldığını görüb mətbəxə keçmiş, əllərinin qanını yumuş, yataq otağına keçib qana bulaşmış paltarlarını dəyişmiş, bibisini noutbookunu götürmüşdür. Mənzilin açarlarını götürmüş, nənəsinin yatdağı çarpayının balışının altında pulqabından 6 manat pulu götürmüş, öz nootbookunu da götürmüşdür. Mətbəxə keçib qaz plitəsinin üzərindəki çayniki kənara qoymuş, lakin qaz plitəsini söndürüb-söndürmədiyi yadında deyil. Evdən çıxanda bibisinin telefonunu da götürüb cibinə qoymuşdur. Sonra mənzilin qapısını bağlayıb mənzildən çıxmış və həyətə düşmüşdür. Taksi saxladıb, Neftçilər metrostansiyasının yanına getmiş, orada bibisinin telefonunu 70 manata satmış, oradan da taksi ilə 5-ci mikrorayona getmişdir. Mikaylın telefonuna zəng edib onunla görüşmüş, tanışı Səttara zəng vurub ondan kokos almış, Mikayılla birlikdə Səttarın yaşadığı evin zirzəmisində kokosu qəbul edib oradan çıxmışdır. «Şamaxinka»ya gedib orda Mikayılın şəxsiyyət vəsiqəsi ilə öz notbukunu 80 manata, «Sony» noutbooku isə 100 manata satmışdır. Mikayılla yaxınlıqdakı kafelərdən birində nahar edib 0,5 litrlik araq içmişdir. Mikayıla nənəsi ilə bibisini öldürdüyünü demişdir. Mikayıl əvvəl inanmamış, sonra demişdir ki, get təslim ol. O, özünü öldürmək istəmiş, həyatının sonunda narkotik qəbul etmək istəmişdir. Mikayıla pul vermişdir ki, gedib Səttardan kokos alsın. Mikayıl Səttardan kokos almış və həmin kokosu kafenin arxasındakı binanın blokunda istifadə etmişdir. Bir neçə dəqiqədən sonra yenə də kokos almaq qərarına gəlmiş və Səttarla telefonla danışanda Səttar ona demişdir ki, Yasamal bazarındadır, ora gedib götürsün. O, Mikayılla birlikdə 18 nömrəli avtobusla Yasamal bazarının yanına getmiş, orda polislər onu saxlamışlar. Məhkəmədə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 51- 2-ci maddəsinin tələblərinə əsasən cinayət mühakimə icraatının videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsi yolu ilə zərərçəmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, 1986-cı ildə Bakı şəhərində anadan olmuş, mərhumə Zərərçəkmiş şəxs1 onun doğma anasıdır. Zərərçəkmiş şəxs2 isə nənəsidir. O, 17.03.1982-ci il tarixdə X12 ilə ailə həyatı qurmuş, birgə nigahlarından özü və digər bacısı Səbinə dünyaya gəlmişlər. X18 2000-ci ildə Tomsk şəhərində onları atıb getmiş, hazırda özü İtaliya Respublikasında öz ailəsi ilə birlikdə yaşayır. Bacısı Səbinə də öz ailəsi ilə birlikdə hazırda Almaniya Respublikasında yaşayır. 2013-cü il tarixdən İtaliyaya köçüb orada yaşamağa başlamış və orada da təhsili alır. X19 İtaliya Respublikası vətəndaşıdır. Anası Tamilla ilə telefon vasitəsilə demək olar ki, hər gün əlaqə saxlamış, Tamilla Bakı şəhərində Suraxanı rayonu Yeni Günəşli «D» yaşayış sahəsi 27 nömrəli evin 116 nömrəli mənzilində nənəsi Simzər Cavadova ilə birlikdə yaşamış, 1996-1997-ci illərdə isə yaşadıqları Bakı şəhəri Nəsimi rayonu 5-ci mikrorayon 20 Yanvar küçəsi 22 nömrəli evin 3 nömrəli mənzili Zərərçəkmiş şəxs2 məxsus olmuş, lakin dayısı Aydının külli miqdarda borcları olduğuna görə onlar evi satmış və Aydın arvadı X3 və oğulluğu Təqsirləndirilən şəxslə birlikdə Yasamal rayonunda yaşamağa başlamışlar. Aydın həmin müddətlərdə öz ailəsini atıb Rusiya Federasiyasına getmiş, Aydın Mustafayev 2001-ci il tarixdə Ukrayna Respublikası Kerç şəhərində 4 nəfəri öldürdüyünə görə hazırda ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və bütün bu hadisələrdən sonra Samir anası Natalya ilə əvvəlcə Yasamal rayonu, sonra isə Xırdalan qəsəbəsində kirayədə yaşamışlar. Samirin anası Natalya spirtli içki aludəçisi olmuş, 2019-cu ildə vəfat etdikdən sonra Samir bibisi Tamilla və nənəsi Simzərlə birlikdə onların yaşadığı mənzildə yaşamağa başlamışdır. Bacısı Səbinə il ərzində 2-3 dəfə Bakı şəhərinə analarının yanına gələndə anasına, nənəsinə və Samirə də müxtəlif geyim əşyaları, ətirlər alıb gətirmiş, həmişə də Samiri nənəsigildə görmüş, Samirin anası vəfat etdikdən sonra Samir artıq mütəmadi olaraq anasıgildə yaşamağa başlamış, anası ilə telefonla danışanda da o, Samirin onlarda qaldığını demiş, sonuncu dəfə anası ilə 21 sentyabr 2020-ci il tarixdə video görüntü vasitəsilə danışmış və onunla danışıqları vaxt Tamilla hər şeyin qaydasında olduğunu demiş, onun yeni dünyaya gəlmiş övladının vəziyyətini soruşmuşdur. Anası qətlə yetirilməzdən əvvəl son 10 gün ərzində Samir anasının yaşadığı mənzildə yaşamış, ancaq anası həmişə onları inandırmağa çalışmışdır ki, guya Samir onlarla birlikdə yaşamır. Çünki anası onların buna razı olmadıqlarını bilmişdir. 24 sentyabr 2020-ci il tarixdə Bakı vaxtilə saat təxminən 17 radələrində anasının xalası oğlu Elşən Əliyevin oğlu telefonla zəng edərək anası ilə nənəsinin yaşadıqları mənzildə Təqsirləndirilən şəxs tərəfindən qətlə yetirildiklərini bildirmiş, o və bacısı Səbinə 25.09.2020-ci il tarixdə Bakı şəhərinə gəlmişlər. Vət. Nərminə Cavadova ifadəsində həmçinin anası Zərərçəkmiş şəxs1 və nənəsi Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs aralarında istər əvvəllər, istərsə də son dövrlərdəki münasibətlərin həmişə normal olduğunu, onlar Samiri normal qidalanma və geyim əşyaları ilə təmin etdiklərini, ancaq Təqsirləndirilən şəxs tüfeyli həyat tərzi keçirən bir şəxs olmaqla, əvvəllər Rusiya Federasiyasında restoranlarda ofisiant kimi işlədiyini, sox vaxtlar isə ev təmiri işlərində işlədiyini, Təqsirləndirilən şəxs üzərində nə vaxtsa bıçaq və ya digər silah görmədiyini, anası Tammillanın və nənəsi Simzərin kimlərləsə ədavəti və ya düşmənçiliyinin, eləcə də digər formada ziddiyyətli münasibətlərinin olmadığını, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Tamila Cavadovanı konkret olaraq hansı səbəblərdən bıçaqla qətlə yetirməsi barədə məlumatının olmadığını, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edib-etməməsini görmədiyini, ancaq onun qollarında kəsik izləri olduğunu bildirmişdir. Nərminə Cavadova ifadəsinin sonunda anasına məxsus noutbookların mənzildən qanunsuz olaraq götürülməsində Təqsirləndirilən şəxs qarşı şikayətinin olmadığını, nənəsi Simzərdə şəkər xəstəliyinin olduğunu, onun həm də ev şəraitində ürəyindən də müalicə aldığını, son vaxtlar isə evdə yıxılıb omasından xəsarət aldığına görə məhdud hərəkət etdiyini, eyni zamanda Covid-19 virusuna da yoluxduğunu, anası Tamillada isə qan təzyiqinin bir qədər yüksək olduğunu göstərmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 hüquqi varisi qismində tanınmış yaxın qohumu - nəvəsi X2 Nərminə Murad qızının ifadəsində göstərdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2010-cu ilin dekabr ayından hazırkı vaxta kimi yuxarıda göstərilən Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi massiv «d» 27 nömrəli evin 115 nömrəli mənzilində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. 2012-ci ildə ailə həyatı qurmuş, həmin ünvana köçdüyü vaxtdan yaşadığı mənzillə üzbə-üz mənzildə Zərərçəkmiş şəxs1 tək yaşamış, təxminən 3-4 ildir ki, onunla eyni mənzildə anası Zərərçəkmiş şəxs2 da yaşamışdır. Onların qohumu Təqsirləndirilən şəxs də demək olar ki, 4-5 aydır ki, onlarla eyni mənzildə yaşamışdır. Ancaq bir qonşu kimi Tamilla xanım və onun anası Simzər xanımla mehriban qonşuluq münasibətləri olmuş, lakin Samirlə heç bir münasibəti və əlaqəsi olmamış, onunla təsadüfən rastlaşanda ancaq salamlaşıb keçmişdir.22 sentyabr 2020-ci il tarixdə işdən sonra tanışları ilə bir yerdə olduğu vaxt arvadı telefonla zəng edərək blokda kiminsə bir kənar şəxsin olduğunu və bundan qorxduğunu bildirib onu evə çağırmış, uşaqlardan ayrılıb evə gəlmiş və binanın giriş blokunda bir nəfər heç vaxt əvvəllər görmədiyi və tanımadığı təxminən 30-35 yaşlarında şəxsi divara söykənmiş vəziyyətdə görmüş, bundan təxminən bir neçə dəqiqə sonra Samir binadan onun yanına gəlmiş və onlar birlikdə çıxıb getmişlər. Bundan 5-10 dəqiqə sonra isə Samir sanki həmin şəxsi yola salan kimi yenidən geri qayıtmış və yaşadığı evə qalxmışdır. Bundan sonra o, öz evinə getmiş və ailəsinə heç bir narahatçılığın olmadığını bildirmişdir. 24 sentyabr 2020-ci il tarixdə səhər saat təxminən 10:30 radələrində evdən çıxıb işə gedərkən Tamilla xanımın yaşadığı mənzildə onun Samirlə danışıqlarını eşitmiş, həmin vaxt Tamilla xanım Samirə öyüd-nəsihət verərək, onu danlamış, kənar şəxslərlə əlaqələrini kəsməsini, kənar şəxslərlə binada görüşməməsini deyərək yüksək səslə onu danlamışdır. Ancaq Samir bunlara qarşı cavab verməmişdir. Həmin günü saat təxminən 16 radələrində yaşadığı blokda 1-ci mərtəbədə yaşayan Aydın Məmmədov oan telefonla zəng edərək Tamilla xanımın yaşadığı evdə Samirin bibisi Tamillanı öldürdüyünü, qapılarının bağlı olduğunu və Samirin evdə olmadığını bilmiş, bir müddət sonra evə gəlmiş, yaşadığı 8-ci mərtəbyə qalxanda Tamilla xanımın mənzilinin qarşısında polis əməkdaşlarının olduğunu görmüş və orada məlum olmuşdur ki, Təqsirləndirilən şəxs bir neçə saat öncə əvvəlcə bibisi Tamilla xanımı, sonra isə nənəsi Simzər xanımı bıçaqla qətlə yetirib qaçmışdır. Sonra o, binaya quraşdırılmış kamera görüntülərinə baxanda Samirin binadan tək çıxıb çiynində çanta ilə getdiyini görmüşdür. Samirin bibisi ilə nənəsini qətlə yetirdiyi müddətlərdə onların mənzilindən səs-küy, qışqırıq səsləri gəldiyinə görə arvadı Arzu üst mərtəbədə yaşayan Pərvanə adlı qadınla Tamilla xanımın mənzilinə gələrək qapını döymüş, Pərvanə xanım qapının arxasından onlara səs verən Samirdən Tamilla xanımı soruşmuş, lakin Samir Tamilanın evdən çıxıb getdiyini deyib qapını onlara açmamışdır. Şahid3 ifadəsində daha sonra həmin ünvanda qonşuları Tamilla və Simuzər xanımın qətlə yetirilmələrindən başqa hər hansı bir şəxsin ölməsi və ya xəsarət almasını bilmədiyini, 22.09.2020-ci il tarixdə Samiri görərkən onun üzərində heç bir əşya görmədiyini, həmin vaxt Samirlə görüşən şəxsi tanımadığını, Təqsirləndirilən şəxslə bibisi Zərərçəkmiş şəxs1 və nənəsi Zərərçəkmiş şəxs2 aralarında əvvəllər hər hansı bir formada narazıçılıq, dava-dalaş və yaxud mübahisələrin şahidinin olmadığını, Təqsirləndirilən şəxs sakit, özünə qapalı, heç kimlə ünsiyyət yaratmayan, hətta qonşulara salamı belə lazımi formada verməyən bir insan olduğunu, qonşuluqda heç kimlə əlaqəsinin olmadığını, qətlə yetirilmiş Tamilla və Simzər xanımın hər ikisinin aləcənab bir qadın olduqlarını, Tamilla xanımın çox savadlı olduğunu, hətta mənzilində şagird də hazırlaşdırdığını, bir qonşu kimi onların hamı ilə münasibətlərinin həmişə olduqca mehriban və normal olduğunu, yaşadığı blokun liftinin mühərrikinin nə Samir, nə də ki, onun yanına gəlmiş Mikayıl adlı şəxs tərəfindən oğurlanmadığını bildirərək, binada quraşdırılmış kameralardakı görüntülərdə liftin mühərriki hesab olunan muftanın tanımadığı kənar bir nəfər şəxsin oğurlayıb aparmasının əks olunduğunu, liftin mühərrikinin nə Samir, nə də ki, onun yanına gəlmiş şəxs tərəfindən oğurlanmadığını, 2209.2020-ci il tarixdə binanın girişində gördüyü şəxsi tanımadığını, qonşusu Tamilla və Simzər xanımın çox alicənab və savadlı bir qadın olmaqla, hamı ilə normal münasibətdə olduqlarını qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 1989-cu ildən hazırkı vaxta kimi yuxarıda göstərilən Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi massiv «d» 27 nömrəli evin 118 nömrəli mənzilində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Həmin ünvana köçdüyü vaxtdan yaşadığım mənzilin alt mərtəbəsində Zərərçəkmiş şəxs1 öz ailəsi ilə birlikdə yaşamış, sonralar Tamillanın ailəsi ondan ayrıldığına görə o, iki qız uşağı ilə birlikdə həmin ünvanda yaşamağa davam etmiş, bir müddət sonra Tamillanın qızları Rusiya Federasiyasında təhsil almağa getmiş, təxminən 3-4 ildir ki, Tamilla ilə eyni mənzildə onun mərhum anası Zərərçəkmiş şəxs2 da yaşamışdır. Onların qohumu Təqsirləndirilən şəxs isə uşaqlıq illərini həmin mənzildə keçirmiş, son illər isə Samir Tamilla və Simuzərlə eyni mənzildə yaşamışdır. Qonşu kimi Tamilla xanım və onun anası Simzər xanımla mehriban qonşuluq münasibətləri olmuş, Samirlə münasibəti ancaq bir qonşu kimi salam-əleykümdən ibarət olmuş, təsadüfən rastlaşanda ancaq salamlaşıb keçmişlər. 24 sentyabr 2020-ci il tarixdə saat 11-12 radələrində evdə olduğu vaxt aşağı mərtəbədə yaşayan Tamillanın dəhşətli qışqırıq səslərini eşitmiş, belə ki, o, həmin vaxt rusca «mama», «mama» deyə qışqırmış, həmin vaxt Tamillanın yaşlı anası Simzər xanımın rəhmətə getdiyini zənn etmiş, buna görə də əvvəlcə öz mənzilinin eyvanından aşağıya onların mənzilinin eyvanına baxmış, lakin heç kimi görə bilməmiş, Tamillanın bu qışqırıq səslərindən narahat olub evdən çıxıb onların mənzilinin dəhlizinə düşmüş, dəhlizdə Tamilla ilə üzbəüz mənzildə yaşayan Arzu adlı qadını görmüş, Arzuya Tamillanın qışqırıq səslərini eşitdiyini deyəndə, Arzu da ona Tamillanın «kömək edin», «kömək edin» deyərək qışqırdığını eşitdiyini bildirmiş, bunlardan çox narahat olub Tamillanın yaşadığı mənzilin qapısını döymüş, bir neçə dəqiqədən sonra qapının arxasından Samirin kimdir deyə soruşduğunu eşitmiş, Samirə qonşu olduğunu bildirərək qapını açmasını demiş, lakin Samir qapını açmamış və onun səsi qəflətən kəsilmişdir.Bu vaxt öz evinə qalxaraq Tamillanın ev telefonuna zəng vurmuş, lakin cavab verən olmadığını görüb yenidən aşağı mərtəbəyə enmiş, qonşu Arzu ilə yenə də orada görüşmüş, təkrar Tamillanın mənzilinin qapısını döymüş və Samirdən Tamillanı çağırmasını demişdir. Lakin Samir ona Tamillanın aşağı düşdüyünü deyib yenə də qapını açmayanda, təkrar öz evinə qayıdıb eyvana çıxmışdır ki, Tamillanı çağırsın. Elə bu vaxt Samirin binadan çıxıb çiynində çanta sakitliklə getdiyini görmüş və artıq onun bu hərəkətlərindən şübhələnməyə başlamışdır. Çünki binada həmin gün lift işləmədiyindən Samirin dediyi kimi Tamillanın bu tezliklə pilləkanlarla binadan çıxa bilməsinə inanmamış, dərhal yenindən aşağı mərtəbəyə düşmüş və Arzu ilə birlikdə Tamillanın qapısını möhkəm döyməyə başlamışdır. Lakin qapını açan olmadığından Tamillanın binanın 1-ci mərtəbəsində yaşayan Almaz adlı rəfiqəsinə zəng edərək Tamilla gildə müəyyən təmir işləri aparmış Məlik adlı şəxsin telefon nömrəsini ondan soruşmuş, bir neçə dəqiqədən sonra Almazın oğlu Aydın qonşuluqda yaşayan və Tamillaya müəyyən ev işlərində köməklik edən Məlik adlı şəxslə 8-ci mərtəbyə qalxaraq Tamillanın mənzilinin qapısını döymüş, lakin yenə də qapının açılmadığını gördükdə Aydın DİN-nin 102 xidmətinə bu barədə məlumat vermiş və həmin ünvana dərhal polis əməkdaşları onları binadan küçəyə çıxarmışlar. Sonradan ona məlum olmuşdur ki, Samir həmin vaxt mənzildə bibisi Tamilla ilə nənəsi Simzəri bıçaqlayıb öldürmüşdür. Şahid Pərvanə Qurbanova ifadəsinin sonunda Təqsirləndirilən şəxs 24.09.2020-ci il tarixdə evdən çıxıb küçə ilə gedərkən gördüyü vaxt onun üzərində ancaq çiyninə keçirilmiş çanta gördüyünü,Təqsirləndirilən şəxslə bibisi Zərərçəkmiş şəxs1 və nənəsi Zərərçəkmiş şəxs2 aralarında əvvəllər hər hansı bir formada narazıçılıq, dava-dalaş və yaxud mübahisələrin olmadığını, Təqsirləndirilən şəxs sakit, özünə qapalı, heç kimlə ünsiyyət yaratmayan, başıaşağı, qətlə yetirilmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 isə çox normal, sakit bir qadın olduqlarını, Tamilla xanımın mənzilində şagird də hazırlaşdırdığını, bir qonşu kimi onların hamı ilə münasibətlərinin həmişə olduqca mehriban və normal olduğunu, yaşadığı mənzilin yerləşdiyi binanın liftinin mühərrikinin Mikayıl adlı şəxs, eləcə də hər hansı bir digər şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumatının olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiklərini təsdiq edərək, eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə ifadəsi tədqiq olunaraq elan edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, anadan olduğu vaxtdan hazırkı dövrə kimi Bakı şəhəri Binəqədi rayonu, 9-cu mikrorayon Mir Cəlal küçəsi 55 nömrəli evin 72 nömrəli mənzilində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Əvvəllər ölümlə nəticələnən yolnəqliyyat hadisəsi və narkotiklə bağlı törətdiyi cinayət əməllərinə görə iki dəfə məhkum olunmuş, birinci dəfə icbari cəzaya, ikinci dəfə isə həbs cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs uşaqlıq illərindən tanıyır, belə ki, 211 nömrəli orta məktəbdə onunla birlikdə təhsil almış, Samirin bacısı Samirə ilə isə bir sinifdə oxumuşdur. Orta məktəbi bitirdikdən sonra mütəmadi olaraq Samirlə görüşmüş, 2007-2008-ci illərdə isə narkotik maddə hesab olunan heroindən istifadə etməyə başlamış, Samirin atası Ukraynada adam öldürdüyünə görə məhkum olunmuş, anası Natalya isə 2019-cu ildə vəfat etmişdi. 22.09.2020-ci il tarixdə Memar Əcəmi metrostansiyasının yaxınlığında yerləşən 54 nömrəli orta məktəbin yanındakı tikintidə fəhləlik etdiyi vaxt Samir ona özünün istifadəsində olan ***-***-**-** nömrəli telefonla istifadə etdiyi ***-***-**-** nömrəli telefona zəng edərək bədənində ağrılarının olduğunu bildirərək ondan narkotik maddə tapıb gətirməsini xahiş etmiş, həmin günü işdən saat 18 radələrində çıxmış, saat 19 radələrində əvvəllər də narkotik maddə aldığı Səttarla işlədiyi tikini obyektinin arxasında görüşüb ona 20 manat pul verərək, əvəzində 0,5 qram narkotik maddə olan «kokos» almış, sonra Samirə zəng vuraraq narkotik maddə aldığını deyib onun yaşadığı ünvana gələcəyini bildirmiş, saat təxminən 21 radələrində Samirin yaşadığı Yeni Günəşli qəsəbəsi «D» yaşayış massivi 27 nömrəli binaya yaxınlaşıb 6-cı mərtəbəyə qalxmış, orada Samirlə görüşüb aldığı kokosu ona vermiş, Samir onu yola salacağını bildirərək evə getmiş, bu vaxt o, aşağı düşmüş, yaxınlıqdakı mağazadan siqaret alıb yenidən Samirgilin evlərinin blokuna yaxınlaşmış, bir neçə dəqiqədən sonra Samir evdən düşmüş və onu yaxınlıqdakı avtobus dayanacağına aparıb oradan avtobusla yola salmışdır. Oradan isə yaşadığı evə getmişdir. Bundan bir gün sonra, yəni 24.09.2020-ci il tarixdə saat təxminən 12:45 dəqiqədə Samir ona telefonla zəng vuraraq görüşüb birlikdə pul xərcləmək istədiyini bildirmiş, saat 13 radələrində işdə nahar fasiləsinə çıxmış və Samirlə işlədiyi tikinti obyektinin yaxınlığında görüşmüşdür. Görüşəndə Samrin çiyninə keçirilmiş vəziyyətdə çanta görmüş, Samir ona Səttarla görüşüb narkotik almaq istədiyini deyib onunla görüşmək üçün Səttarın yaşadığı əraziyə, yəni 20 Yanvar küçəsinə getmiş, o, isə işdə nahar edib onların yanına getmişdir. Samrlə Səttarın yanına çatanda artıq Samir Səttardan kokos alıb onun yanına gəlmiş, birlikdə həmin kokosu Səttarın yaşadığı binanın zirzəmisində qəbul edib ordan çıxdıqdan sonra işdən icazə almağa gedib icazə almış və Samirlə obyektin yanındakı məhəllədə, həmişə görüşdükləri yerdə görüşmüşlər. Oradan Şamaxinka istiqamətində gedərkən Samir 20 Yanvar küçəsində yolun kənarında fəaliyyət göstərən Premier kompyüter adlı mağazaya daxil olmuş, təxminən 30 dəqiqədən sonra mağazadan bayıra çıxıb siqaret çəkmiş, ondan mağazaya nə səbəbə görə daxil olmasını soruşanda o, çiynindəki çantanın içərisində satlıq 2 ədəd noutbook olduğunu bildirmiş, lakin özünün şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti keçdyindən onun şəxsiyyət vəsiqəsi əsasında həmin noutbookları satmaq istədiyini bildirmiş və birlikdə mağazaya daxil olmuşlar. Mağazada Samir çiyninə keçirilən çantanın içərisindən iki ədəd biri ağ, digəri isə açıq çəhrayı rəngli noutbooku çıxırıb ümümilikdə 180 manata həmin mağazaya satmış, həmin noutbookların ona məxsus olduğunu demiş, sonra yaxınlıqda yerləşən kafeyə daxil olub, orada nahar edərək spirtli içki qəbul etmiş, naharın sonunda Samir kokos almaq istədiyini bildirərək ona 20 manat pul vermişdir ki, gedib Səttardan kokos alsın. Səttarla əlaqə yaradaraq onun dediyi yerə gedib ondan 0,5 qram kokos alıb Samirin yanına qayıtmış, kokosu həmin kafenin arxasındakı blokda istifadə etmiş, həmin ərəfələrdə Samir ona bibisi ilə nənəsini yaşadıqları evdə öldürdüyünü demiş, ancaq əvvəlcə buna inanmamış, lakin sonradan məsələnin dəqiq ola biləcəyiyini zənn edib Samirə təslim olmasını mələhət görmüşdür. Samirdən qohumlarını nə səbəbə görə öldürməsini soruşanda Samir ona qonşuların yanında bibisini biabır etdiyinə görə bibisinin onu danladığını, tanımadığı şəxslərlə binada görüşdüyünü, 24.09.2020-ci il tarixdə səhər saatlarında isə onu bir daha narahat etdiyini və eyni zamanda bədənində ağrıları olduğuna görə onları qətlə yetirdiyini bildirmiş, hətta Samir həmin vaxt özünü öldürmək istədiyini də demişdir. Bu vaxt Samir yenidən kokosdan istifadə etmək istəyərək Səttara zəng etmiş, Səttar isə artıq Yasamal bazarının yanında olduğunu bildirib, Samirə əgər isəyirisinizsə, oraya gələ bilərsiniz demiş, birlikdə Şamaxinka adlanan yerdən 18 nömrəli avtobusa oturub Yasamal bazarına tərəf getmiş, orada avtobusdan düşərək bazarın yanındakı şirniyyat mağazasına daxil olub oradan 2 ədəd tort alıb çıxaraq işıqforun yanına gəlmiş və orada ətrafa baxıb Səttarı görməyə çalışdıqları vaxt mülki formada olan polis əməkdaşları tərəfindən saxlanılmışlar. Şahid4 ifadəsində həmin vaxt Samirin bədəni üzərində hər hansı bir bədən xəsarəti görmədiyini, əvvəllər Təqsirləndirilən şəxslə bibisi Zərərçəkmiş şəxs1 və nənəsi Zərərçəkmiş şəxs2 aralarında hər hansı bir formada mübahisə və yaxud dava dalaşın olması barədə heç bir məlumatının olmadığını, həmin vaxt Samirin üzərində hər hansı bir qiyməti əşya və ya predmet görmədiyini, Təqsirləndirilən şəxs yaşadığı mənzilin blokunda quraşdırılmış liftin mühərrikinin oğurlanması barədə də heç bir məlumatının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması zərərçəkmiş şəxsin hüquq varislərinin, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilmiş ekpertiza rəyləri və digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 25.09.2020-ci il tarixli, 893 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət yoxdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 24.10.2020-ci il tarixli, 109 nömrəli rəyindən görünür ki, 1959-cu il təvəllüdlü mərhum Zərərçəkmiş şəxs1 meyitinin müayinəsi zamanı cəmi 53 (əlli üç) ədəd olmaqla, sifət, kəllə, boyun, döş qəfəsi və yuxarı ətrafların deşilmiş- kəsilmiş yaraları (onlardan on yeddisi (17) boşluqlara nüfuz etmişdir) sol gicgah-qulaqarxası nahiyənin 2 (iki) ədəd deşilmişkəsilmiş yaraları; alının sağ yarısının deşilmiş-kəsilmiş yarası; sol almacıq nahiyəsinin deşilmiş-kəsilmiş yarası; sağ yanaq nahiyəsinin deşilmiş-kəsilmiş yarası; alt çənənin sol yarısında deşilmiş-kəsilmiş yara; sol çənəaltı nahiyədə 2 (iki) deşilmiş-kəsilmiş yaralar; boyun-sol körpücük sərhəddində yuxu arteriyasının zədələnməsi ilə müşaiyət olunmuş deşilmiş-kəsilmiş yarası; sol körpücüküstü nahiyənin üç (3) ədəd deşilmiş-kəsilmiş yaraları; sol bazu oynağı nahiyəsinin deşilmiş-kəsilmiş yarası; döş qəfəsi-sol bazu oynağı səviyyəsində deşilmiş-kəsilmiş yara; sol əlin arxa səthində 2 (iki) ədəd deşilmiş-kəsilmiş yara; sağ bazunun yuxarı 1/3-nin deşilmiş-kəsilmiş yarası; qarının sağ yarısının deşilmiş-kəsilmiş yarası; ənsə nahiyəsinin deşilmiş-kəsilmiş yarası; boyunun arxa səthinin deşilmiş-kəsilmiş yarası; sağ kürək nahiyəsinin 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları; döş qəfəsinin arxa səthinin mərkəzi hissəsində onurğa sütunu üzərində 2 (iki) ədəd deşilmişkəsilmiş yaralar; döş qəfəsinin arxa səthinin sağ yarısının cəmi 5 (beş) ədəd, onlardan ikisinin döş boşluğuna nüfuz edərək sağ ağciyərin zədələnməsi ilə müşaiyət olunmuş deşilmiş-kəsilmiş yaraları; sol kürək nahiyəsinin 10 (on) ədəd deşilmiş-kəsilmiş yaraları; döş qəfəsinin arxa səthinin sol yarısının 14 (on dörd) ədəd döş boşluğuna nüfuz edərək dalaq və sol ağciyərin deşilmiş-kəsilmiş yaralar; sol gicgah-qulaqarxası nahiyənin kəsilmiş yarası; alt çənənin qançırı xəsarətləriaşkar edilmişdir. Qeyd edilən xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar deşici-kəsici əşya (alət) təsirindən, ola bilsin ekspertizaya təqdim edilmiş, bıçağın dəstək hissəsi tiyədən ayrılmış bıçağın deşici-kəsici təsirindən, kəsilmiş yara iti kənarlı əşya (alət) ola bilsin ekspertizaya təqdim edilmiş yuxarıda qeyd edilmiş bıçağın iti kənarının təsirindən, qançır isə bərk küt əşya təsirindən törənmişlər, törənmə müddətləri şəxsin ölümündən az əvvəl olmaqla qərarda göstərilən 24.09.2020-ci il tarixinə uyğun gəlir və dərəcələrinə görə cəmi 17 (on yeddi) ədəd olmaqla (boyun nahiyəsinin 1 (bir) ədəd, döş qəfəsinin arxa səthinin sol yarısının 14 (on dörd) ədəd, döş qəfəsinin arxa səthinin 2 (iki) ədəd boşluqlara nüfuz edərək daxili orqanları zədələyən deşilmiş-kəsilmiş yaraları həm ümumilikdə, həm də ayrıayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər, alt çənənin qançırı sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduğundan dərəcəsi təyin edilmir, digər xəsarətlər isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər və onun ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs1nm ölümünə səbəb aldığı xəsarətlər nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinə görə demək olar ki, ölüm meyitin meyitxanadakı müayinəsindən 4-6 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs1 xəsarətlər yetirilərkən bədənin müxtəlif duruş vəziyyətlərində ola bilməklə, xəsarət yetirən şəxs xəsarət alanın arxa və nisbətən sol tərəfində olmağa uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs1nm meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 24.10.2020-ci il tarixli, 110 nömrəli rəyindən görünür ki, 1932-ci il təvəllüdlü mərhum Zərərçəkmiş şəxs2 meyitinin müayinəsi zamanı cəmi 32 olmaqla sifətin, boyunun, döş qəfəsinin və sol yuxarı ətrafın deşilmiş-kəsilmiş yaraları, (onlardan cəmi 5 ədəd olmaqla boyunun ön səthinin sağ və sol yarısının hərəsində bir ədəd olmaqla yuxu arteriyasının zədələnməsi ilə müşaiyət olunmuş deşilmiş-kəsilmiş yaraları; döş qəfəsinin ön səthinin sol yarısının iki ədəd döş boşluğuna keçərək daxili orqanları zədələməyən deşilmiş-kəsilmiş yaraları; döş qəfəsinin sol yan səthinin bir ədəd döş boşluğuna nüfuz edərək sol ağciyərin zədələnməsi ilə müşayiət olunmuş deşilmiş-kəsilmiş yarası, boyunun ön səthindən başlayaraq döş qəfəsinin ön səthinədək davam edən kəsilmiş yara; boyunun ön səthinin sağ yarısında yuxu arteriyasının zədələnməsi ilə müşaiyət olunmuş deşilmiş-kəsilmiş yara; boyunun ön səthinin sol yarısında iki ədəd (onlardan birinin-aşağı hissədə yerləşən yaranın yuxu arteriyasının zədələnməsi ilə müşaiyət olunmuş) deşilmişkəsilmiş yaralar; sol çənəaltı nahiyədə deşilmiş-kəsilmiş yara; alt çənənin sol yarısında deşilmiş-kəsilmiş yara; boyunun sol-yan səthində sol qulaq sırğalığını kəsməklə boylama 6,0xl,5sm ölçüdə deşilmiş- kəsilmiş yara; sol körpücüküstü nahiyədə 4 (dörd) ədəd deşilmiş-kəsilmiş yaralar; sol bazu oynağının üst səthində deşilmiş-kəsilmiş yara; sol körpücükönü nahiyədə deşilmiş-kəsilmiş yara; döş qəfəsinin ön səthinin sol yarısında 10 (on) ədəd, onlardan ikisinin döş boşluğuna nüfuz edərək, lakin heç bir daxili orqanı zədələməyən deşilmiş-kəsilmiş yaraları; döş qəfəsinin sol-yan səthində müxtəlif istiqamətlərdə, 5(beş) ədəd, onlardan birinin döş boşluğuna nüfuz edərək sol ağciyərin zədələnməsi ilə müşaiyət olunmuş deşilmiş-kəsilmiş yaralar; qarının sol yarısında deşilmiş-kəsilmiş yara; sol bazunun yuxarı 1/3-nin arxa səthində iki ədəd deşilmiş-kəsilmiş yaralar; sol bazu oynağının üst-arxa səthində 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaralar; boyunun arxa səthində deşilmiş-kəsilmiş yara; sol gözaltı nahiyənin gözün bayır bucağı nahiyəsini əhatə etmiş qançırı və boyunun arxa səthinin qançırı xəsarətləri aşkar edilmişdir. Qeyd edilən xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar deşici-kəsici əşya (alət) ola bilsin ekspertizaya təqdim edilmiş hər iki bıçağın təsirindən, kəsilmiş yara iti kənarlı əşya (alət) təsirindən, qançırlar isə bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri şəxsin ölümündən az əvvəl olmaqla qərarda göstərilən 24.09.2020-ci il tarixinə uyğun gəlir və dərəcələrinə görə yuxarıda qeyd olunmuş boşluqlara nüfuz edən yaralar həm ümumilikdə, həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanm əlamətlərinə malikdirlər, qançırlar sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malikdirlər, digər xəsarətlər isə həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddirlər və onun ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs2 ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinə görə demək olar ki, ölüm meyitin meyitxanadakı müayinəsindən 8-12 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs2 xəsarət yetirilərkən bədənin müxtəlif duruş vəziyyətlərində ola bilməklə, xəsarət yetirən şəxs xəsarət alanın arxa və nisbətən sol tərəfində olmağa uyğundur. Mərhum Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 16.10.2020-ci il tarixli, 2064 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlik əlamətləri müəyyən edilmir. Onda şəxsiyyətin dissosional pozuntusu müəyyən edilir. Cinayət işi materiallarının, əldə edilmiş tibbi sənədlərin tədqiqi və hazırkı müayinənin nəticələrinin təhlili belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu törətdiyi əməl dövründə kompensasiya vəziyyətində olmuş, buna görə də Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Cinayət işi materiallarından və halhazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CMin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs dissosial şəxsiyyət pozuntusu müəyyən edilir. Eqosentrizm, öz maraqlarına önəm vermək, stabil kontakt yarada bilməmək, doğma insanlarına qarşı hisslərinin dərin olmaması, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, sosial normalara, əxlaq qaydalarına qarşı məsuliyyətsizlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman psixi-emosional sferasında aqressivlik yaranmış, həmin halın yaranması onda müəyyən edilən dissosional şəxsiyyət pozuntusu ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fiziloji affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan) vəziyyətində olmamışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 15.10.2020-ci il tarixli, 2865 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki alkoqolizm xəstəliyindən əziyyət çəkmir. Xroniki alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur. Müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.Məhkəmə narkoloji ekspertizasının qeyd olunan rəyinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhər Narkoloji dispanserdə qeydiyyatına alınmasına dair 29.10.2020-ci il tarixdə Bakı şəhər Narkoloji dispanserə məktub göndərilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi bioloji ekspertizasının 20.10.2020-ci il tarixli, 774/2020-MTBŞ nömrəli rəyindən görünür ki, 1.Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: A(İİ) (şəxsiyyət vəsiqəsinin surətinə əsasən) 2.Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qrup göstəricisi A(İİ) ( şəxsiyyət vəsiqəsinin surətinə əsasən)

3. Zərərçəkmiş şəxs1 Cəfrə qızının ABO sistemi üzrə qrup göstəricisi A(İİ) ( şəxsiyyət vəsiqəsinin surətinə əsasən) 4.Ekspertizaya təqdim edilmiş 03 ədəd çubuqlu pambıq topası, tiyəsi dəstəyindən ayrılmış bıçaq və digər bıçaq üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız «A» antigeni alındı. Belə olan halda bu qan ləkələri A(İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və ya Təqsirləndirilən şəxs məxsus ola bilər ( əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olubsa) İş materiallarında olan Məhkəmə-tibbi kriminalistik ekspertizasının 13.10.2020-ci il tarixli, 495-MTKŞ/2020 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 №-li bıçaq zavod üsulu ilə hazırldanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Ekspertizaya təqdim olunmuş fraqmentləri təşkil edən 2 №-li bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı olmuşdur, tam bir vahid halında bıçaq şəklində və hazırkı vəziyyətində ayrı-ayrı fraqmentlər şəklində soyuq silah hesab edilmirlər. İş materiallarına əlavə edilmiş cinayət işi üzrə təyin olunmuş əlavə kompleks məhkəmə-tibbi kriminalistik ekspertizasının 26.11.2020-ci il tarixli, 587/2020-MTKŞ nömrəli rəyindən görünür ki, 1.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus donun ön hissəsinin sol-yuxarı nahiyəsində bir ədəd, donun sağ-yan nahiyəsində bir ədəd və donun arxa hissəsinin yuxarı nahiyəsində otuz üç ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər və bu zədələrin ekspertizaya təqdim edilmiş tiyəsi enli olan bıçağın təsirindən törənməsi inkar olunur. - Ekspertizaya təqdim edilmiş digər bıçaq dəstəyi tiyəsindən ayrılmış vəziyyətsə təqdim olunduğuna görə bu bıçaqla müqayisəli müayinə üçün eksperiment aparmaq mümkün olmadı. Lakin Zərərçəkmiş şəxs1 məxsus don üzərində aşkar edilmiş zədələrin və onun meyiti üzərində olan xəsarətlərin forma, xarakter, xətti ölçüləri, morfoloji əlamətlərini, həmçinin təqdim edilmiş bu bıçağın konstruktiv xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, bu bu zədələrin və xəsarətlərin ekspertizaya təqdim edilmiş bıçaqla (tiyəsi dəstəyindən ayrılmış) yetirilməsi istisna olunmur. 2.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus donun ön hissəsinin sol-yuxarı nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sol körpücüküstü nahiyəsində olan bir ədəd; donun sağ-yan nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin qarnın sağ yarısında olan bir ədəd; donun arxa hissəsinin yuxarı nahiyəsində aşkar edilmiş otuz üç ədəd deşilmiş- kəsilmiş zədə onun bədəninin sağ kürək nahiyəsində iki ədəd, döş qəfəsinin arxa səthinin mərkəzi hissəsində iki ədəd, döş qəfəsinin arxa səthinin sağ yarısında beş ədəd, sol kürək nahiyəsində on ədəd, döş qəfəsinin arxa səthinin sol yarısında on dörd ədəd eyni xarakterli xəsarətlərlə yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşürlər - Zərərçəkmiş şəxs1 bədənində olan digər xəsarətlər bədənin açıq nahiyələrində yerləşdiyinə görə ona məxsus olan donda öz əksini tapmamışdır. 3.Ekspertizaya təqdim edilmiş Cavadova* Tamilla Cəfər qızına məxsus paltarların məhkəmə-tibbi bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirmək olar: a) Donun üzərində fasilələrlə yerləşən qeyri-müəyyən formalı, kənarları və konturları qeyri-düz olan qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilyarlıq faktoru üzrə səthə hopmuşlar. 4.Ekspertizaya təqdim edilmiş X1 məxsus şərfin orta hissəsində bir ədəd, köynəyin ön hissəsinin sol-yuxarı nahiyəsində on ədəd, köynəyin sol-yan nahiyəsində beş ədəd, köynəyin arxa hissəsinin sol-kürək nahiyəsində yeddi ədəd, köynəyin sol qolunun arxa-yuxarı nahiyəsində iki ədəd, jaketin ön hissəsinin sol-yuxarı nahiyəsində bir ədəd, jaketin arxa hissəsinin sağ-orta nahiyəsində bir ədəd, jaketin arxa hissəsinin sol-yuxarı nahiyəsində dörd ədəd, yubkanın yuxarı sol-yan nahiyəsində bir ədəd və yubkanın arxa hissəsinin orta nahiyəsində bir ədəd deşilmiş- kəsilmiş zədələr aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər və bu zədələrin ekspertizaya təqdim edilmiş tiyəsi enli olan bıçağın təsirindən törənməsi istisna olunmur. - Ekspertizaya təqdim edilmiş digər bıçaq dəstəyi tiyəsindən ayrılmış vəziyyətsə təqdim olunduğuna görə bu bıçaqla müqayisəli müayinə üçün eksperiment aparmaq mümkün olmadı. Lakin Zərərçəkmiş şəxs2 məxsus paltarlar üzərində aşkar edilmiş zədələrin və onun meyiti üzərində olan xəsarətlərin forma, xarakter, xətti ölçüləri, morfoloji əlamətlərini, həmçinin təqdim edilmiş bu bıçağın konstruktiv xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, bu bu zədələrin və xəsarətlərin ekspertizaya təqdim edilmiş bıçaqla (tiyəsi dəstəyindən ayrılmış) yetirilməsi istisna olunmur. 5.Ekspertizaya təqdim edilmiş X1 məxsus şərfin orta hissəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sol çənəaltı nahiyəsində olan bir ədəd; köynəyin ön hissəsinin sol-yuxarı nahiyəsində aşkar edilmiş on ədəd deşilmişkəsilmiş zədə onun bədəninin döş qəfəsinin ön səthinin sol yarısında olan on ədəd; köynəyin sol-yan nahiyəsində aşkar edilmiş beş ədəd deşilmiş- kəsilmiş zədə onun bədəninin döş qəfəsinin sol-yan səthində olan beş ədəd; yubkanın yuxarı sol-yan nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin qarının sol yarısında olan bir ədəd; köynəyin arxa hissəsinin sol-kürək nahiyəsində aşkar edilmiş yeddi ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sol körpücüküstü nahiyədə dörd ədəd, sol körpücükönü nahiyədə bir ədəd, sol bazu oynağının üstarxa səthində iki ədəd; köynəyin sol qolunun arxa-yuxarı nahiyəsində aşkar edilmiş iki ədəd deşilmiş- kəsilmiş zədə onun bədəninin sol bazunun yuxarı 1/3-nin arxa səthində olan iki ədəd eyni xarakterli xəsarətlərlə yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşürlər. - Zərərçəkmiş şəxs2 bədənində olan digər xəsarətlər bədənin açıq nahiyələrində yerləşdiyinə görə ona məxsus olan paltarlarda öz əksini tapmamışlar. 6.Ekspertizaya təqdim edilmiş X1 məxsus paltarların məhkəmə-tibbi bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirmək olar: a) Köynəyin, jaketin, şərfin və yubkanın üzərində fasilələrlə yerləşən qeyri-müəyyən formalı, kənarları və konturları qeyri-düz olan qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilyarlıq faktoru üzrə səthə hopmuşlar. 7.Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus sviterin arxa hissəsinin sol-orta nahiyəsində iki ədəd məhdud cırılma aşkar olundu. Bu cırılmalar küt yaranma mexanizmə malikdir, sviterin müvafiq nahiyəsinin hər-hansı bir əşyaya ilişib- dartılması nəticəsində yaranmışlar. 8.Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus idman şalvarı üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. 9.Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus paltarların məhkəmətibbi bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirmək olar: a) Sviterin ön və arxa səthində, həmçinin sol qolunun manjet hissəsində, sağ qolunun manjet hissəsinin üzərində fasilələrlə yerləşən qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilyarlıq faktoru üzrə səthə hopmuşlar. b) Şalvarın üzərində fasilələrlə yerləşən nisbi-düz və qeyri-düz dairəvi və ovalvari formalı qan ləkələri qan mənbəyindən səthə əsasən hündürlükdən düşən damcılar nəticəsində əmələ gəlmişlər, bəzilərini isə qanın öz ağırlığı ilə aşağıya doğru axıntıları əmələ gətirmişdir. 10.Bıçaqların üzərində fasilələrlə yerləşən qan ləkələri vardır. Bu qan ləkələrinin kənarları əsasən qeyri-düzdür, konturları aydın görünür, bəzi hissələrdə ləkələr nisbətən homogendirlər, kəskin intensivlikdədir, bəziləri zolaq şəkilli, bəziləri uzunsov formalıdır. - göstərilən qan ləkələri yaxma xarakterli olub, qan mənbəyi ilə (qanlı səthlə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişlər. İş materiallarında olan təyin olunmuş əlavə məhkəmə-tibbi bioloji ekspertizasının 25.11.2020-ci il tarixli, 907/2020-MTBŞ nömrəli rəyindən görünür ki,

1. Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qrup göstəricisi A(İİ) ( şəxsiyyət vəsiqəsinin surətinə əsasən) 2.Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qrup göstəricisi A(İİ) ( şəxsiyyət vəsiqəsinin surətinə əsasən) 3.Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: A(İİ) (şəxsiyyət vəsiqəsinin surətinə əsasən) 4.Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs1 məxsus sarafan, Zərərçəkmiş şəxs2 məxsus baş örtüyü, qısaqol köynək, ətək, jaket, Təqsirləndirilən şəxs məxsus idman şalvarı, uzunqol köynək, həmçinin bir ədəd tiyəsi dəstəyindən ayrılmış bıçaq və digər bıçaq üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanun qrup göstəricisi ABO sistemi üzrə tədqiq edioldikdə yalnız «A» antigeni alındı. Belə olan halda bu qan ləkələri A(İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və ya Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olubsa). İş materiallrına əlavə edilmiş Suraxanı rayon prokurorluğunda tərtib edilmiş 19 noyabr 2020-ci il tarixli diskə baxiş keçirilməsi barədə protokoda istintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olan telefonla aparılmış danışıq məlumatlarına baxış zaman onun yalnız Şahid4la sonuncunun ona narkotik maddə alıb çatdırması ilə əlaqədar SMS yazışmaları aşkar olunsa da, cinayət təqibi üçün əhəmiyyətli hər hansı hal aşkar edilmədiyi qeyd edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 07.11.2020-ci il tarixdə tərtib etdiyi tələbnaməndən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.6, 120.2.7 və 120.2.9– cü maddələrində nəzərdə tutulan əməlləri törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.6, 120.2.7 və 120.2.9– cü maddələri ilə ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Eyni zamanda cəza təyinində törədilən cinayətin xarakteri və təhlükəlilik dərəcəsi müəyyən edilərkən konkret cinayətlə bağlı bütün hallar məcmu qaydasında götürülərək nəzərə alınır. Məhkəmə hesab edir ki, yuxarıda sadalanan hallardan başqa təqsirləndirilən şəxsə cəza təyin edilərkən onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Şəxsin ictimai təhlükəlliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Bundan başqa məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Məhkəmələrin cəza təyinində nəzərə aldığı hallardan biri də cinayətin xarakteridir. Bu, konkret cinayətlərin tipik əlamətidir. Cinayətin xarakteri müəyyən qrup, yaxud da növ cinayətlər üçün təsnifat meyarı rolunu oynayır. Belə ki, konkret əməlin ictimai təhlükəliliyinin xarakterinə, onun hansı qrupa – böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və ya xüsusilə ağır cinayətlər qrupuna mənsub olmasından, CM-in Xüsusi hissəsinin hansı fəslinə daxil olmasından asılı olaraq qiymət verilir. Beləliklə, məhkəmələr cəza təyin edərkən əməlin təhlükəlilik dərəcəsinə görə hansı cinayətlər qrupuna aid olduğunu, CM-in Xüsusi hissəsinin hansı fəslində nəzərdə tutulduğunu, belə cinayətlərlə dövlətin cinayət-hüquqi mübarizə siyasətini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 57.1-ci maddəsinə əsasən ömürlük azadlıqdan məhrum etmə yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda və dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə müəyyən edilir. Məhkəmə baxışı zamanı təkzibedilməz və mötəbər sübutlarla müəyyən edildi ki, təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyət əleyhinə olan xüsusilə ağır cinayətləri törətmişdir. Belə ki, o, anası vəfat etdikdən sonra bibisi Tamilla və nənəsi Simzərlə birlikdə onların yaşadığı mənzildə yaşamış, zərərçəkmiş şəxslərin onu yşayış yeri ilə təmin etməsinə, uşaq yaşlarından ona qayğı və diqqətlə yanaşmasına baxmayaraq Zərərçəkmiş şəxs1 qarşı müstəsna dərəcədə amansızlıq və qəddarlıq nümayiş etdirərək çoxsaylı zərbələrlə, öldürülməməsi üçün etdiyi yalvarışlarına məhəl qoymadan və qızını xilas etməyə çalışmaqla ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs2 gözləri qarşısında sonuncuya xüsusi əzab verməsini dərk edərək cinayətkar niyyətini həyata keçirtməkdə israrlılıq nümayiş etdirərək Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla öldürmək məqsədilə əlində olan bıçaqla ona 52 ədəd bıçaq sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik bədən xəsarətləri yetirməklə onu öldürmüş, bundan sonra qızı Zərərçəkmiş şəxs1 xilas etmək üçün kömək çağırışları etməklə ictimai borcunu yerinə yetirən köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs2 qəsdən öldürmək məqsədilə ona 32 ədəd olmaqla sağlamlığa ağır zərərvurmanm əlamətlərinə malik kəskin qanitirmə ilə müşayiət olunan çoxsaylı xəsarətlər yetirib öldürməklə iki şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalananları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 120.2.2, 120.2.4, 120.2.6, 120.2.7 və 120.2.9-cu maddələrində nəzərdə tutulmuş cinayət əməli xüsusilə ağır cinayətdir və ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.5-ci maddəsinə əsasən cəzasını həbsxanada çəkməli və ona Azərbaycan Respublikası CM-nin 82ci maddəsinə müvafiq olaraq əfv haqqında vəsatət qaldırmaq hüququnun olması izah edilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə istintaqı nəticəsində təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Təqsirləndirilən şəxsin barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işi üzrə ekspertiza xərci 129,94 ( yüz iyirmi doqquz manat doxsan dörd qəpik) Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına ödənilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 5 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 5 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində pul ödənilməlidir. Təqsirləndirilən şəxsin cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan 24 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.3, 120.2.4, 120.2.6, 120.2.7 və 120.2.9-cu maddələri ilə təqsirli bilinib ona ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını həbsxanada çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 24 yanvar 2021-ci tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs izah edsin ki, onun Azərbaycan Respublikasının Prezidenti qarşısında əfv haqqında vəsatət qaldırmaq hüququ vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınan və Suraxanı rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş yerliyi göy rəngli, üzərində mavi rəngli güllər və ağ rəngli dairəşəkilli işləmələri olan sarafan, digər zərərçəkmiş Zərərçəkmiş şəxs2 hadisə vaxtı əynində olmuş açıq qırmızı rəngli baş örtüyü, yaşıl rəngli qısaqol köynək, göy-qırmızı-sarıqara rəngli zolaqları olan yubka, jaket, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş açıq-boz rəngli idman şalvarı, göy rəngli qısa qol köynək və cinayətin törədilməsində istifadə olunmuş 2 ədəd - bir ədəd tiyəsi dəstəyindən ayrılmış və bir ədəd digər bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərcləri 129,94 məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 2 saylı hüquq Məsləhətxanasının vəkili dövlət büdcəsinin hesabından Bakı şəhəri 2 saylı hüquq Məsləhətxanasının nəfinə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat pul ödənilsin. Hökmdən (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar