Məhkəmə qərarları › İş №1(101)-631/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-631/2024

03.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-631/2024 03.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X7 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmuş və üzərində ödənilməmiş məhkumluğu olan, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, ev 28Q-də qeydiyyatda olan, hazırda Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/30 ünvanında yerləşən “Panorama” Park Yaşayış kompleksi, B/13, mənzil 5 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxslə internet informasiya ehtiyatlarından istifadə etməklə satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə etmiş, saxlamış, daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə o, istintaqa məlum olmayan vaxtda xarici ölkənin vətəndaşı olması ehtimal edilən «Müslüm» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istifadəsində olan mobil telefon aparatına yüklədiyi internet şəbəkəsinə qoşulan internet informasiya ehtiyatları hesab edilən «WhatsApp» proqramını istifadə etməklə, həmin «WhatsApp» proqramı ilə işlətdiyi +99***-***-**-** və +39 ********** saylı nömrələrlə «Müslüm» adlı şəxsin istifadəsində olan +7-905059-38-82 nömrəsi ilə əlaqə yaradaraq xx.xx.2023-cü il tarixdə, saat 22:00 radələrində «Müslüm» adlı şəxs tərəfindən külli miqdarda psixotrop maddə metamfetaminin əvvəlcədən yerləşdiyi yerin xüsusilə işarələnmiş fotoşəklini «WhatsApp» proqramı vasitəsi ilə ona göndərdiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən «Akkrord» binaları deyilən yerin yaxınlığından satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 232,316 qram psixotrop maddə metamfetamini əldə edib saxlayaraq ünvan 1 ünvanına qədər daşımış və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Sabunçu RPİ-nin 13-cü PB-nə daxil olmuş məlumat əsasında müvafiq qaydada qanunvericiliyin tələblərinə riayət etməklə həmin PB-nin əməkdaşlarından ibarət yaradılmış əməliyyat qrupunun üzvləri tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 23.40 radələrində ünvan 2 ünvanının qarşısında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Sabunçu RPİ-nin 13-cü Polis bölməsinin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan ağ rəngli paltonun sağ yan cibində 1 (bir) ədəd qara rəngli sellofana bükülmüş 3 (üç) bükümdə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan, ayrı-ayrılıqda təmiz çəkisi 132,350 qram, 50,328 qram, 49,638 qram, ümumi təmiz çəkisi isə 232,316 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, ali təhsillidir, ünvan 5 ünvanında qeydiyyatda olsa da, hazırda Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/30 ünvanında yerləşən “Panorama” Park Yaşayış kompleksi, B/13, mənzil 5 ünvanında yaşayır. O, əvvələr narkomaniya xəstəliyindən əziyyət çəkmiş və xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 2-3 ay narkomaniya xəstəliyindən müalicə aldıqdan sonra onun səhhəti bir qədər düzəlmişdir. O, “İnstagram” sosial şəbəkəsindən özünü İran vətəndaşı kimi təqdim edən Müslüm adlı şəxslə tanış olmuşdur. Müslüm narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. O, müalicə aldıqdan sonra sağaldığından narkotik vasitələrdən istifadə etməmişdir. Lakin o, xx.xx.2023-cü il tarixdə Müslümlə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə yazışaraq sonuncudan 02 qram metamfetamin almaq istəmişdir. Müslüm ondan 200 manat pul tələb etmişdir. O, Müslümə narkotik vasitənin baha olduğunu bildirdikdə, Müslüm ona demişdir ki, "Baha deyil, biz narkotiki təhlükəsiz şəkildə sənə çatdıracayıq". O da, Müslümlə razılaşmış və sonra Müslümün ona göndərdiyi bank kartına 200 manat pul göndərmişdir. Müslüm ona bildirmişdir ki, 2-3 günə 2 qram metamfetamin onda olacaq. Müslüm kuryerin göndərəcəyi ünvandan 02 qram metamfetamini götürə biləcəyini ona bildirmişdir. xx.xx.2023-cü il tarixdə, saat 19:00-20:00 radələrində o, Müslümün istiqamətləndirdiyi Bakı şəhəri, Sabunçu rayonu ərazisində “Akkord binaları” deyilən əraziyə getmişdir. Saat 21:00- 22:00 radələrində artıq o, Müslümün göstərdiyi ünvanda olmuşdur. O, orada olarkən dəfələrlə Müslümə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə yazaraq saat 23:00-da evdə olmalı olduğunu bildirmişdir. Çünki onun ayağında elektron nəzarət vasitəsi olduğundan o, saat 23:00-dan sonra evdən kənarda ola bilməzdi. O, kuryerin gecikdiyini görüb “Whatsapp”dan Müslümə yazaraq artıq gec olduğu üçün narkotik vasitəni istəmədiyini bildirmişdir. Saat 22:30 radələrində o, Müslümə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə yazaraq gözləyə bilmədiyini bir daha demişdir. Bundan sonra o, yaxınlıqda yerləşən “Sərxan” marketdən atışdırmalıq 1-2 qida, həm də ev üçün bir neçə ərzaq almaq istəmişdir. Saat 22:40-da o, yenidən Müslümlə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlayaraq artıq taksi sifariş edib evə gedəcəyini və psixotrop maddə metamfetamini götürə bilməyəcəyini demişdir. Saat 22:46-da o, “Sərxan” marketdən 12 manat 79 qəpik dəyərində bank kartı vasitəsi ilə bazarlıq edərək marketin qapısından çıxıb dayanacağa getmək istəyərkən bir neçə mülki geyimli şəxs ona yaxınlaşaraq Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin əməkdaşları olduğunu bildirmişlər. Bundan sonra polis əməkdşaları ondan şəxsiyyət vəsiqəsini tələb emtişlər. Həmin vaxt o, bildirmişdir ki, “şəxsiyyət vəsiqəsi üzərimdə deyil, ad və soyadımı deyim, siz şəxsiyyətimi öz elektron sisteminizdən müəyyən edin”. Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin əməkdaşları isə ona bildirmişlər ki, Polis bölməsində onun şəxsiyyəti müəyyən edildikdən sonra o, çıxıb gedə bilər. O da, razılaşaraq polis əməkdaşları ilə birlikdə Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsinə getmişdir. Polis əməkdaşı maşında ondan telefonunu alaraq mesajlara baxmışdır. Telefonu polis əməkdaşlarında olarkən Müslüm ona “Whatsapp” sosial şəbəkəsi vasitəsilə mesaj yazmışdır. Bu vaxt o, telefonunda 250 qram narkotik yazıldığını görmüş, hanbuki həmin mesaj onun tərəfindən yazılmamışdır. O, polis əməkdaşlarına 250 qram narkotik vasitənin ona aidiyyətinin olmadığını demişdir. O, öz telefonunu polis əməkdaşlarından tələb etdikdə, Sənan adlı polis əməkdaşı onu döyərək sakit olmağını və polis əməkdaşlarının dediyini Polis bölməsində demədiyi təqdirdə, ona daha çox işgəncə edəcəklərini bildirmişdir. Sonra Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları qara rəngli sellofan paketi onun cibinə qoyaraq şəxsi axtarış zamanı həmin narkotik vasitənin ona məxsus olduğunu etiraf etməli olduğunu demişlər. O, buna etiraz etsə də, Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları ona fiziki təzyiq etdiklərindən məcbur qalıb polislərin dediyi ilə razılaşmışdır. Daha sonra polis əməkdaşları onu MSY-nə aparmışlar. Onu səhərə yaxın, yəni təxminən saat 05:00-06:00 radələrində 13-cü Polis bolməsinin təhqiqatçısı Kənan adlı şəxsin yanına aparmışlar. Kənan ona demişdir ki, “biz deyəni etsən, səni tutmayacayıq və Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə işi məhkəməyə göndərəcəyik, əks halda sənə satışla bağlı ağır ittiham veriləcək”. O, köməksiz vəziyyətdə qaldığından məcbur qalaraq Kənan adlı təhqiqatçı ilə razılaşmışdır. O, polislərin dediklərini etdikdə, görmüşdür ki, həqiqətən də ona şübhəli şəxs qismində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan etmişlər. O, təhqiqatçı Kənanın dediyi kimi vəkildən imtina edərək cibinə qoyulan narkotik vasitənin ona məxsus olduğunu şəxsi axtarış zamanı etiraf etmişdir. O, şəxsi axtarış zamanı narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından aldığını, lakin İran vətəndaşından 2 (iki) qram miqdarında narkotik vasitəni istədiyini, boynuna qoyulan narkotik vasitənin isə ona məxsus olmadığını bildirmişdir. Təhqiqatçı Kənan əvvəlcə sözünün üstündə durmuşdur. O, xx.xx.2023-cü il tarixdə, saat 19:00-20:00 radələrində Sabunçu Rayon Polis İdarəsinə aparılmış və orada onun işini Sabunçu RPİ-nin müstəntiqi Orxan Səmədov aparmışdır. O, Sabunçu RPİ-də saxlanıldığı zaman hüquqi yardım göstərməsi üçün müqavilə bağladığı müdafiəçi də ora gəlmişdir. Müdafiəçi ona birazdan azadlığa çıxacağını bildirmişdir. Eyni qaydada Orxan Səmədov da narahat olmamağını ona bildirmişdir. Orxan Səmədov həmçinin onu tutmayacağını, hətta bu işə xitam verilə biləcəyini deyərək imzalamaq üçün ona bir sıra sənədlər təqdim etmişdir. xx.xx.2023-cü il tarixdə onu Sabunçu RPİ-dən evə buraxmışlar. O, Sabunçu RPİ-nə 01 iyul 2023-cü il tarixdə müstəntiqin dəvəti ilə getmək üçün saat 11:05-də “Boltdan” taksi sifarişi vermişdir. Təxminən saat 11:30-da Sabunçu RPİ-də o, müstəntiqlə görüşmüşdür. Müstəntiq ona bildirmişdir ki, “sənin işini xitam edə bilmədik, ona görə də sənin işini məhkəməyə göndəririk”. O, buna etiraz etdikdə, müstəntiq ona demişdir ki, “heç bir problem yoxdur, etirazını yazılı şəkildə tanış olma protokolunda qeyd edərsən”. O, heç bir sənədlə tanış olmadan təxminən 20-30 dəqiqə ərzində protokola qeydlərini yazaraq Polis İdarəsindən çıxmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsindən ona məhkəmə bildirişi və ittham aktı verildikdən sonra o, görmüşdür ki, ona ağır ittiham verilmiş və narkotik vasitələrin satışında ittham edilir. Bu səbəbdən də o, verilmiş ithamla razı deyil. Müstəntiq heç bir əsası olmadan ona ittham verərək guya narkotik vasitələrin satışı ilə məşğul olduğunu əsaslandırmışdır. O, itthamla məhkəmə dövründə tanış olmuşdur. Müdafiəçinin vasitəsi ilə verilən sorğulardan, iş materiallarında olan Müslümlə yazışmalarından və onun məhkəməyə təqdim etdiyi sübutlardan da aydın görünür ki, ona verilən ittham əsasızdır. O, xx.xx.2023-cü il tarixdə narkotik vasitə əldə etmək üçün “Akkord binalarının” yanına getsə də, orada narkotik vasitə almaqdan könüllü imtina etmiş və bu iş materiallarında olan “Whatsapp” səs yazışmalarından da aydın görünür. Saat 22:46-da o, “Sərxan” marketdən bazarlıq edib çıxdıqdan sonra polis əməkdaşları onu saxlamışlar, amma iş materiallarında olan raportdan görünür ki, güya onu 12:40-da saxlamışlar. İş materiallarında olan “Whatsapp” yazışmasından da aydın görünür ki, o, narkotik vasitəni almaqdan imtina etmiş və marketə gedərək bazarlıq etmişdir. Müslüm ona göndərdiyi qırmızı sellofanda olan narkotik vasitəni və yerləşdirdiyi məkan barədə yazdığı mesajların tarixinə diqqət yetirdikdə, onun həmin vaxt marketdən bazarlıq etdiyini görünəcək. O, marketdən alış-veriş etdiyi elektron qəbzi ifadəsinə əlavə edir. İş materiallarına əsasən o, saat 22:46-dan sonra heç bir “Whatsapp” smslərinə cavab verməmişdir. Çünki o, marketdən çıxan kimi polislər onu saxlamışlar və telefonunu əlindən almışlar. Bundan başqa, ona verilən itthamda guya onun üzərində olan narkotik vasitə qara sellofanda olmuşdur. Müslümün ona göndərdiyi “Whatsapp” yazısındakı "Su qabının yanında qırmızı sellofanda” mesajından bir daha aydın olur ki, ona ittiham əsassız şəkildə irəli sürülmüşdür. Həmçinin onun ayağında elektron nəzarat vasitəsi var və o, 24 saat müşahidə altındadır. İş materiallarında olan 13 may 2023-cü il tarixli ittham verilməsi barədə qərarda göstərilir ki, həmin gün guya ondan saat 11:30-dan 12:55-dək ifadə alınmışdır. Lakin hazırda məhkəməyə taqdim etdiyi Probasiya İdarəsinin arayışından görünür ki, o, həmin vaxt yaşadığı evdə olmuş, yəni evdə ola-ola ona ağır ittham irəli sürülərək ifadəsi alınmışdır. Bundan başqa, iş materiallarında olan cinayət işinin istintaqının bitməsi barədə xx.xx.2023-cü il tarixli protokol saat 10:00-dan saat 10:10-dək ona elan edildiyi göstərilsə də, həmin arayışdan və “Bolt” taksi şirkətinin ona verdiyi arayışdan aydın görünür ki, o, həmin vaxt evdə olmuşdur. Bütün bunlar ona dəlalət edir ki, ona elan edilmiş ittiham qanunsuz və əsassızdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan edilmiş ititham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs və şahid ifadələrini, cinayət işinin materiallarında olan çoxsaylı sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, o, qabaqcadan əlbir olan bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə metamfetamini külli miqdarda əldə etməməsi, saxlamaması və daşımaması, əksinə könüllü şəkildə külli miqdarda psixotrop maddə metamfetamini “Müslüm” adlı şəxsdən almaqdan imtina etməsi barədə məhkəmədə vermiş olduğu ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Sabunçu RPİ-nin 13-cü PB-nin inzibati ərazisində, yəni Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində digər polis əməkdaşı ilə xidmət apardığı zaman Təqsirləndirilən şəxs özünün şübhəli apardığını görüb sonuncuya yaxınlaşmışlar. Onlar özlərini təqdim etmək istədikdə, Emil onlardan qaçmağa cəhd etmişdir. Lakin onlar Emili saxlayaraq Sabunçu RPİ-nin 13-cü PB-nə aparmışlar. Polis bölməsində inzibati otaqlardan birində təhqiqatçının iştirakı ilə təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olduğu təqdirdə, həmin əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində olan qanunsuz maddə metamfetamini könüllü olaraq çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni “zakladka” üsulu ilə İran İslam Respublikasının vətəndaşından “Whatsapp” tətbiqi vasitəsi ilə əlaqə quraraq əldə etdiyini bildirmişdir. Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmədə elan edilməklə tədqiq edilmiş ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə, səhər saatlarında Sabunçu RPİnin 13-cü Polis bölməsinə daxil olmuş əməliyyat məlumatında göstərilmişdir ki, «Emil» adlı şəxs müxtəlif vaxtlarda Bakıxanov qəsəbəsinin ərazisinə gəlib orada narkotik vasitələri və psixotrop maddələrin əldə etməsi ilə məşqul olur. Emil adlı şəxsin müəyyən edilməsi və yaxalanması üçün ondan və bölmənin digər əməkdaşı Şahid1 əməliyyat qruppu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə, saat 23.40 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Emil adlı şəxs ünvan 7 ünvanının qarşısında saxlanılaraq Sabunçu RPİ-nin 13-cü Polis bölməsinin inzibati binasına gətirilmişdir. Polis bölməsində Emil adlı şəxsin şəxsiyyəti müəyyənləşdirilmiş və məlum olmuşdur ki, həmin şəxs 18.04,1984-cü ildə ünvan 8 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs tutulub Polis bölməsinə gətirilən zaman ciddi nəzarətdə olmuşdur. Onlar Təqsirləndirilən şəxs nəzarət etmişlər ki, əgər Emilin üzərində hansısa qanunsuz predmet varsa, həmin predmeti ata bilməsin. Çünki daxil olmuş əməliyyat məlumatında göstərilmişdir ki, Emilin üzərində külli miqdarda psixotrop maddə metamfetamin var. Sabunçu RPİ-nin 13-cü Polis bölməsinin xidməti otağında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və dövlət tərəfindən vəkillə təmin olunmuşdur. Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə huquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişlə üzərinə axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək axtarışın vəkilin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan ağ rəngli paltonun sağ yan cibindən 1 (bir) ədəd qara rəngli skotçla bağlanmış bükümə bağlanmış içərisində 3 (üç) ədəd, ayrı-ayrı bükümlərdə ağ kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər olan maddə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs videoçəkiliş zamanı bildirmişdir ki, üzərindən aşkar olunmuş 3 (üç) bükümdə olan ağ kristal şəkilli maddə el arasında «patı» deyilən, yəni psixotrop maddə metamfetamindir və həmin psixotrop maddəni İran İslam Respublikasının vətətndaşı Muslüm adlı şəxsdən internet vasitəsi ilə 200 manata almışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, Müslüm adlı şəxsin bank hesabına 200 manat məbləğində pul göndərmiş, Müslüm də ona psixotrop maddə metamfetamini Bakıxanov qəsəbəsində Yavər Əliyev küçəsinə göndərərək ona həmin psixotrop maddənin yerini lokasiya vasitəsi ilə göndərmişdir. Emil də həmin psixotrop maddəni götürüb öz istifadəsi üçün üzərində saxlamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 1 (bir) ədəd “Samsung” markalı mobil telefon götürülmüşdür. Təqsirləndirilən şəxs götürülmüş psixotrop maddə metamfetaminə bənzər olan maddə qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Protokol ucadan oxunaraq imzalanmışdır. Ekspertizanın tədqiqatından sonra isə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs götürülmüş maddə psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs zor tətbiq olunmamışdır. xx.xx.2023-cü il tarixdə Polis bölməsinə daxil olmuş məlumatda göstərilmişdir ki, Təqsirləndirilən şəxs kimi məlum olan «Emil» adlı şəxs Bakı şəhərinin müxtəlif yerlərindən, o cümlədən Bakıxanov qəsəbəsinə gəlib narkotik vasitələrin və psixotrop maddələri əldə edir. Təqsirləndirilən şəxs tutulan zamanı ətrafında yenə də əməliyyat tədbirləri keçirilmiş və keçirilmiş əməliyyat tədbiri nəticəsində müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşları ilə cinayət əlaqəsinə girib internet vasitəsi ilə informasiya şəbəkəsindən istifadə etməklə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi və satışı ilə məşğul olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 oxşar məzmunlu ifadə verməklə Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadəsini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 3) görünür ki, “Emil” adlı şəxsin Bakı şəhərinin müxtəlif yerlərinə və Bakıxanov qəsəbəsinə gələrək qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması barədə əməliyyat orqanına əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 4-5) görünür ki, “Emil” adlı şəxsin Bakı şəhərinin müxtəlif yerlərinə və Bakıxanov qəsəbəsinə gələrək qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında onun qanunsuz əməllərinin ifşa edilməsi məqsədi ilə barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 12) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 19) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 28) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 30-31) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əynində olan ağ rəngli qış paltosunun sağ yan cibindən 01 ədəd qara sellofana bükülmüş bağlama aşkar edilmiş, həmin bağlamanın içərisində 03 ədəd şəffaf sellofan büküm olmuş və göstərilən bükümlərin içərisində ağ rəngli, kristalşəkilli maddələr olmuşdur. xx.xx.2023-cü il tarixli mənzilə baxış keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 37) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli mənzilə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 40-41) görünür ki, həmin gün Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilmiş, lakin oradan qadağan edilmiş heç bir predmet aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/1386 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 44-46) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "... Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketi açdıqda 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 132,350 qram, 50,328 qram, 49,638 qram, ümumi çəkisi 232,316 qram olan maddələr kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə eyni tərkibli psixotrop maddə metamfetamindir. Ekspertizanının tədqiqatından sonra psixotrop maddə metamfetaminin qalıq hissəsi 231,716 qram olmuşdur. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr’’-in siyahısına (Siyahı İ) daxildir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 65-66) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 79-80) görünür ki, Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatəti müdafiə etməkdən imtina etmiş, həmçinin Təqsirləndirilən şəxs MSY-dən azad olunması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli qərardan (cild 1, iş vərəqə 81-82) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli iltizamdan (cild 1, iş vərəqə 83) görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı ondan iltizam alınmışdır. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(008)-202/2023 saylı qərarından (cild 1, iş vərəqə 160-161) görünür ki, Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qanuni hesab edilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 95-97) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum edilmiş, sonuncu dəfə isə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 110-119) görünür ki, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd «Samsung» markalı mobil telefona həmin gün baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin mobil telefonun üzərində ***-***-**-** saylı mobil nömrə mövcuddur. Həmin mobil telefonda “Votsap” proqramı ***-***-**-** və +39-***-***-**-** saylı nömrələrlə istifadə edilmişdir. Mobil telefonun kontaktında və “Votsap” bölümündə olan çatlarda İran İslam Respublikasına aid olan cəmi 10 ədəd mobil nömrə qeydiyyata alınmışdır: «Abaş +98905 418 08-82», «İra Rusik + 98*** *** ** **», «Muhammed +98*** *** ** **», «ozu yazdı +98*** *** ** **», «X8 +98*** *** ** **», «Skay Zorro +98*** *** ** **», «Varvara +98*** *** ** **», «Vəhi 3 +98*** *** ** **», «Vəhi 4 +98902176 5328», +98*** *** ** **. Bundan başqa, Təqsirləndirilən şəxs mobil telefonun kontakt bölməsində «Müslüm +**********2» kimi qeydə alınmış kontakt mövcüddur. Həmin telefona baxış keçirilən zamanı müəyyən olunmuşdur ki, qeyd olunan 10 ədəd İran İslan Respublikasının nömrələrini işlədən şəxslərlə və Müslüm adlı şəxslə Təqsirləndirilən şəxs arasında “Votsap” vasitəsi ilə zənglər olmuşdur. Çatların bir hissəsi silinmişdir. «Fariz +99***-***-**- **» kimi qeydə alınmış kontaktla Emil Mutafayev arasında olan yazışmadan görünür ki, «Fariz» kimi qeydə alınmış şəxs Təqsirləndirilən şəxs «Salam, Qaqa necəsən, qaqa lomkadayam mesajımı görən kimi yaz mənə» mətnli sms göndərmişdir. «Müslüm +7905059-38-82» kimi qeydə alınmış kontaktla Təqsirləndirilən şəxs arasında olan yazışmadan görünür ki, «Müslüm» kimi qeydə alınmış şəxs Təqsirləndirilən şəxs «belə kanala girmişəm gələn partiya 2-3 kilo verəcəklər, emil p..a cavab ver, 250 patı bilirsən nəqədərdi, qaqa mən işə qalacam, sənə dedim axı bunlar iş qurandı, 250 patı məni işə qoyma emil, emil camaat zəng vurur 250 patı aça dayır qaqa məni p..a salma, emil» mətnli smslər göndərmişdir. Həmçinin Təqsirləndirilən şəxs Müslüm adlı şəxslə arasında səs mesajları göndərilmişdir. Həmin səs mesajları diskə köçürülmüşdür. «Varvara +**********25» kimi qeydə alınmış kontaktla Təqsirləndirilən şəxs arasında olan səs mesajların göndərilməsi aşkar olunur. Həmin səs mesajlar diskə köçürülmüşdür. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 X4 X3 1602 saylı rəyindən (cild 1, iş vərəqə 120-121) görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yararan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş çıxarışdan (cild 1, iş vərəqə 126-157) görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə ***-***-**-** saylı mobil nömrədən «bratan çerez 15 min ya u tebya, dobru yola salsan meni blaqadaren budu tebe on manat düzeldim vuracam kartıva axşam görüşərik tebi, qaqaş bu nədi? Oğ...dı axırıncı pulumu vurmuşam sənə, bu naoborot lap lomkaya saldı, x....dı konkret. Gardaşımsan iki dana meti düz qoş on manata verərəm sənə bunuda qaytarım özüvə, sən kişiliyinin lomkada saxlama. Q....xanadı o....dı, ürəyin istəyir gedəy g...n dağıdağ kimden almısansa it günündəyəm deyirəm nabarot elədi qardaşımsan iki dənə mt düz qoş çıxım oyunnan. Heçne baxda qulluxdayam lyuboy vremya lyuboy temada, kak brata podderji menya ya vıydu s etoy x...ni maşın gəlir dalımca alınırsa mt gəlim hara desən, temavıda danışmışam uşağnan 20 manat verəriy bir azda tema sabah 3 dan sora vıydu s rabotı gedib gelək, mən özümdə gedəcəm tək getməsin fırlatmasn bizi, ölürəm p...ec x....a mne qaqam. Qaqa neyniyim pulumda yoxdu dost var on manat ondan alacam yarı mt verəcəm ona neter eliyey qara gündəyəm. Keçib svaetoforu dayanmışam taksidayam soyuxdu çöl, bunnanda qayıdacam tez gəl imkan daxili məhlə uşağım başmıza oyun açdı bu gün plan toje day mne 2 mt gel brat. Kerya qardaşımsan podderjka elə 0,5 kl birazda plan doydu do bloka pozvonyu. Brat məhlənin girişindəyəm millət tərs tərs baxır, çıxda qaqamsan p....c x...va mne, qaqa sabah tezden göndərəcəm sənə karta vallah yoxumdu indi postarayus 10 man otpravit obnimayu rodnoy do zavtra bratqa» mətnli smslər ayrıayrı tarixlərdə göndərilmiş, ***-***-**-** saylı nömrədən «həyətə karobka atdılar içindədi» mətnli sms, 055-222-20- 95 saylı nömrədən «uçun gərək mənim bədənimdə olasan onda belkə başa düşdün sənə qarşı» mətnli sms, ***-***-**-** saylı nömrədən «Shoçika bax» mətnli sms, ***-***-**-** saylı nömrədən «qadeş mənə göyərti lazımdır» mətnli smslərin göndərilməsi aşkar olunmuşdur. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 170-175) görünür ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələrinə tövsif edilmiş, aşkar edilmiş psixotrop maddə metamfetaminin əldə etmə mənbəyinə dair ayrıca icraata cinayət işinin başlanması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 176-177) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddələr ilə yeni məzmunda ittiham elan edilmiş, lakin o, ittihamla razılaşmayaraq qərarı imzalamaqdan imtina etmişdir. xx.xx.2024-cü il tarixli Bakı şəhər Probasiya İdarəsinin 310789/21-1/17 saylı cavab məktubundan (cild 2, iş vərəqə 81) görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(005)-70/2022 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, bunun əsasında o, Bakı şəhər Probasiya İdarəsində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış və xx.xx.2024-cü il tarixədək onun çəkilməmiş cəzası 01 il 09 ay təşkil edir. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-70/2022 saylı hökmün surətindən (cild 1, iş vərəqə 98-107) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun üzərində 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X1 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin seçdiyi müdafiəçi vasitəsi ilə suallar və vəsatətlər vermiş, eləcə də irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə bağlı hissədə məhkəmə qeyd edir ki, məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı bəraətverici əsaslarla qeyd edilən hissədə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan imtina etdiyini bildirərək bu hissədə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli qərarının 40-cı bəndinə əsasən CPM-in 37.5-ci maddəsində göstərilən hallar olduqda dövlət ittihamçısı ittihamdan imtina etdiyi halda məhkəmə cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verməlidir. Həmin qərarın 63-cü bəndinə əsasən dövlət ittihamçısının ittihamdan imtina etməsi təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna etməklə onun haqqında cinayət təqibinə xitam verilməsi haqqında qərarın çıxarılmasını şərtləndirir. Lakin nəzərə alınmalıdır ki, cinayət-prosessual qanun cinayət təqibinə xitam verilməsinə səbəb olan əsasları (cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları) dəqiq müəyyən edib onları bəraətverici olan və ya olmayan iki qrupa ayırdığından, dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi də həmin əsasların mövcud olmasına dair konkret və aydın qənaətindən irəli gəlməli və onun ittihamdan imtina etməsi ilə əlaqədar çıxarılan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə qərarında da cinayət təqibinə CPM-in 39-cu maddəsində və yaxud 40-cı maddəsində göstərilən hansı, o cümlədən bəraətverici olan və ya olmayan əsasla xitam verilməsi aydın şəkildə əks etdirilməlidir. Bunlar eynilə xüsusi ittiham qaydasında şikayətlər üzrə materiallara baxılarkən xüsusi ittihamçının ittihamdan imtina etməsinə də aiddir. Xüsusi ittihamçının qanunda göstərilən əsasa istinad etmədən ittihamdan imtina etməsi cinayət təqibinə cinayət hadisəsinin olmaması kimi bəraətverici əsasla xitam verilməsi haqqında qərarın çıxarılması üçün əsas kimi nəzərdən keçirilməlidir. Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın bir hissəsi - Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə bağlı olduğundan, dövlət itithamçısı qeyd edilən hissədə ittihamdan imtina etdiyindən və dövlət ittihamçısının bu hissədə ittihamdan imtinası qanunla müəyyən edilmiş tələblərə cavab verdiyindən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə bağlı irəli sürülmüş ittiham hissəsində cinayət işinə xitam verilməlidir (ayrıca aktla). Eyni zamanda ittihamın mübahisələndirilməsinə baxmayaraq, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətlərinin olması və həmin cinayət əməllərinin onun tərəfindən qəsdən törədilməsi tam təsdiq olunur. Belə ki, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edib saxlamış və daşımışdır. Bu isə onda ifadə olunmuşdur ki, Təqsirləndirilən şəxs sosial şəbəkə vasitəsi ilə tanış olduğu şəxslə (şəxsiyyəti müəyyən edilmir, Təqsirləndirilən şəxs ifadəsinə əsasən “Müslüm” adlı şəxs, habelə Təqsirləndirilən şəxs mobil telefonunda qeyd edilən şəxs “Müslüm” olaraq qeyd olunmuşdur) cinayət əlaqəsinə girərək sonuncunun Bakı şəhərində yerləşdirilməsini təmin etmiş narkotik vasitə və psixotrop maddələri həmin yerlərdən qanunsuz olaraq əldə edilməsi və sonradan realizə edilməsi barədə razılığa gəlmiş, daha sonra Müslüm adlı şəxsin istiqamət verdiyi yerə, yəni Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə gedərək əvvəlcədən razılaşdırılmış yerdən külli miqdarda psixotrop maddə metamfetamini sonradan realizə etmək məqsədi ilə qanunsuz olaraq götürmüşdür. Belə ki, “Müslüm” adlı şəxs Bakı şəhəri ərazisində yerləşdirilmiş psixotrop maddə metamfetaminin şəklini və bununla bağlı digər məlumatları Təqsirləndirilən şəxs “Votsap” sosial şəbəkəsi vasitəsi ilə göndərmiş, Təqsirləndirilən şəxs həmin yerə gedərək ona göndərilmiş məlumatlarda əks olunan külli miqdarda psixotrop maddə metamfetamini oradan götürərək özü ilə daşımış, bütün göstərilən hərəkətləri isə muzd müqabilində etmişdir. Əks nəticəyə gəlmək üçün heç bir ağlabatan və inandırıcı dəlil mövcud deyil. 200 qramdan artıq çəkidə psixotrop maddə metamfetaminin digər məqsədlə, o cümlədən şəxsi istifadə üçün Təqsirləndirilən şəxs tərəfindən əldə edilməsi inandırıcı deyil. Belə ki, azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi və heç bir yerdə işləmədiyi halda, başqa sözlə, Təqsirləndirilən şəxs rəsmi gəliri olmadığı halda əvvəlcədən 200 qramdan artıq çəkidə psixotrop maddə metamfetaminin şəxsi istifadəsi üçün əldə etməsi heç bir halda həqiqət kimi qəbul edilə bilməz. Təqsirləndirilən şəxs məhkəmədə inkaredici məzmunda ifadə verərək müdafiəsi ilə əlaqədar müxtəlif dəlillərə istinad etsə də, iddia etdiyi hallarla, o cümlədən Müslüm adlı şəxsdən məhz 2 (iki) qram çəkidə psixotrop maddə metamfetamin almasına dair bu və ya digər məbləğdə pul vəsaitinin Müslümə ödəməsi (istənilən formada təqdim edilməsi) ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərilən məzmunda yalan ifadə vermişdir. Məhkəmə belə nəticəyə gələrkən həm Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ilkin etirafedici ifadəsini, həm də məhkəmədə tədqiq edilmiş mobil telefona baxış keçirilməsi haqqında prosessual hərəkətlərin nəticəsinə dair tərtib edilmiş protokollara və həmin protokollara əlavə edilmiş fotoşəkilləri əsas tutmuşdur. Belə ki, göstərilən sübutlar əsasında təsdiq olunur ki, Təqsirləndirilən şəxslə qabaqcadan əlbir olan şəxs Təqsirləndirilən şəxs “Votsap” vasitəsi ilə «belə kanala girmişəm gələn partiya 2-3 kilo verəcəklər» məzmunda mesaj yazmışdır. Göstərilən mesajın mahiyyəti və məzmunu ona dəlalət edir ki, Təqsirləndirilən şəxs qeyrisindən (ifadəsinə əsasən Müslüm adlı şəxs) sonuncu dəfə külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz “əqd” əsasında almamış, əksinə qeyrisi ilə cinayət barədə razılığa gələrək davamlı şəkildə dövriyyəsi qadağan edilmiş narkotik vasitələr və psixotrop maddələrin muzd müqabilində realizə edilməsini planlaşdırmış və bununla bağlı onlar qarşılıqlı şəkildə razılığa gəlmişlər. Bundan başqa, məhkəmədə tədqiq edilmiş və Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrəyə müxtəlif şəxslərdən daxil olmuş sms-lərdən görünür ki, müxtəlif şəxslər jarqon termin vasitələri ilə ona müraciət edərək müxtəlif çəkidə, növdə və qiymətə narkotik vasitələr və psixotrop maddələr almaq istəmişlər. Həmçinin göstərilən sms-lər onu göstərir ki, Təqsirləndirilən şəxs sms vasitəsi ilə müxtəlif şəxslər müraciət edərək narkotik vasitələr və psixotrop maddələr almaq istəmişlər, habelə almaq istədikləri vasitələr və maddələrin çəkiləri, keyfiyyəti, çatdırılma üsulu və sair şərtləri barədə danışıq aparmışlar, eləcə də bəzi şəxslər Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələri aldıqdan sonra həmin vasitə/maddələrin çəkisi, keyfiyyəti və gec çatdırılması barədə öz narazılıqlarını bildirmişlər. Bu da ona dəlalət edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılanadək faktiki olaraq qanunsuz olaraq dövriyyəsi qadağan edilmiş narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmuşdur. Bu hissədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasına əsas - barəsində narkotik vasitə və psixotrop madələrin Bakı şəhəri ərazisində satışı ilə məşğul olması barədə əməliyyat orqanına daxil olmuş əməliyyat məlumatı olsa da, məhkəmədə tədqiq edilmiş sms-lər əsasında Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatının doğruluğu öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmiş və müdafiəsi ilə bağlı 2 (iki) dəlil gətirmiş, həmin dəlillər isə aşağıdakılardən ibarətdir: • O, Müslüm adlı şəxslə psixotrop maddə metamfetaminin qanunsuz alqı-satqısı barədə razılığa gəlsə, Müslüm tərəfindən ona psixotrop maddənin gizlədilmiş yerinin şəkli “Votsap” sosial şəbəkəsi vasitəsi ilə göndərilsə və özü həmin yerə gedərək psixotrop maddə metamfetamini götürmək istəsə də, Müslüm razılaşdırılmış vaxtda psixotrop maddə metamfetaminlə bağlı ona zəruri məlumat vermədiyindən, faktiki olaraq Müslümdən psixotrop maddə almaqdan imtina etmiş, bundan sonra mağazaya gedərək qida məhsulları aldıqdan sonra mağazadan çıxmış, həmin vaxt polis əməkdaşları tərəfindən saxlanılmış, başqa sözlə, saxlanılan zaman üzərində psixotrop maddə metamfetamin olmamışdır, • İtitham aktında onun polis əməkdaşları tərəfindən saxlanıldığı yer və vaxt həqiqətə uyğun deyil. Müdafiə tərəfinin dəlilləri ilə bağlı məhkəmə ilk növbədə qeyd edir ki, Təqsirləndirilən şəxs Müslüm adlı şəxsdən külli miqdarda psixotrop maddə metamfetamin almaqdan imtina etdiyi bildirsə də, bununla bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda cinayət işinin materialları əsasında Müslüm adlı şəxsin Təqsirləndirilən şəxs göndərməli olduğu psixotrop maddə metamfetaminin çəkisi təxminən 240-250 qram olması razılaşdırıldığından və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman onun üzərindən 232,316 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edildiyindən məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs bu hissədə gətirdiyi dəlil yalnız məsuliyyətdən azad olunmasına yönəlmişdir. Saxlanıldığı yerə, vaxta və şəraitə gəldikdə isə məhkəmə hesab edir ki, müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi sübutlar əsasında Təqsirləndirilən şəxs ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə vaxt baxımından bir neçə dəqiqə fərq etsə də, Təqsirləndirilən şəxs saxlanılmasından sonrakı prosessual hərəkətlər qanuni şəkildə keçirildiyindən və ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə xx.xx.2023-cü il tarixli qərar məhkəmə nəzarəti qaydasında qanuni sayıldığından müdafiə tərəfinin bu hissədə iddia etdiyi hallar ittihamın qanunsuz və əsassız olmasına kifayət və dəlalət edə bilməz. Bundan başqa, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman və bundan sonrakı dövrdə ona işgəncə verilməsi, döyülməsi və sair formada qeyri-insani rəftara məruz qalması halları təsdiq edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2 (iki) gün şübhəli şəxs qismində saxlanıldıqdan sonra barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçildiyi halda polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalması ilə bağlı heç bir səlahiyyətli dövlət orqanına və tibb müəssisələrinə müraciət etməmiş, habelə iddia etdiyi hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "04” mart 2011-ci il tarixli qərarının 9-cu bəndində tövsiyə edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi Ali Məhkəmə Plenumunun qərarında təqsirkarın narkotik vasitələri satmaq niyyətində olmasını müəyyən etmək üçün təkcə narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi deyil, bununla yanaşı, digər, yəni istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və s. halların da nəzərə alınması tövsiyə edilir. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Qanunun mənasına görə, narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Bu isə o, deməkdir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib saxlaması haqda nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədinin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib saxlaması sübut edilməlidir. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndinə əsasən isə şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143- 146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün tərkib əlamətləri mövcuddur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edir. Cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs təqsirli əməlləri nəticəsində baş vermiş və bu cinayətlərin törədilməsində o, təqsirlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin cinayətlərə görə cinayətlərin məcmusu qaydasında ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətlərin hər birinin xarakterini, ictimai təhlükəlilik dərəcələrini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində cəzanı ağırlaşdıran hallar yoxdur. Bu hissədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(005)-70/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə üzərində 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanıldığından və göstərilən cəzanı çəkmədiyi, başqa sözlə, məhkumluğu ödənilmədiyi müddət ərzində yenidən qəsdən ağır cinayət törətsə də, xx.xx.2023-cü il tarixli məhkəmə hökmü ilə ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən bu cinayətlərin residivini yaratmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halı, onun əməllərində cəzanı ağırlaşdıran halların olmamasını, aşkar edilmiş psixotrop maddənin çəkisini, əvvəllər bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və məhkəmələr tərəfindən ona yüngül cəza təyin edilməsini, həmin cəzaların onu islah etməsinə kifayət etməməsini məcmu nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Eyni zamanda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(005)-70/2022 saylı hökmünə əsasən çəkilməmiş 1 (bir) il 8 (səkkiz) ay 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaqla 10 (on) ay 1 (bir) gün azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı iş üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə hökmlərin məcmusu qaydasında Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq qəti azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddət qəti cəza müddətinə daxil edilməklə üzərində saxlanılacaq cəzanın əvvəli xx.xx.2024-cü tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 X4 X3 1602 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yararan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 231,716 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsini əks etdirən 1 (bir) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Samsung” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 55 (əlli beş) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 55 (əlli beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və həmin maddələr ilə ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 aprel 2023-cü il tarixli 1(005)- 70/2022 saylı hökmünə əsasən çəkilməmiş 1 (bir) il 8 (səkkiz) ay 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaqla 10 (on) ay 1 (bir) gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə hökmlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddət cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılsın və onun üzərində 7 (yeddi) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın, üzərində saxlanılan cəzanın əvvəli 26 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 231,716 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsini əks etdirən 1 (bir) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Samsung” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 55 (əlli beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Azad Məcidov Səbinə Məmmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar