Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-632/2020 10.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X10 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1982-ci il tarixdə Masallı rayonunun Hışkədərə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməmiş, orta təhsilli, əvvəllər məhkum olunmamış, Masallı şəhəri, H.Əliyev prospekti, ev 48/30-da qeydiyyatda olmaqla Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, Y.Səfərov 28-də yaşayır və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, o, xx xxxxxxx 2019-cu il tarixdə saat 1:20 radələrində qızı Şahid3 ilə sevgi münasibətində olan keçmiş qonşusu Zərərçəkmiş şəxs onun və qızı Şahid3 ünvanına nalayiq ifadələr işlətməsinə görə mübahisəni aydınlaşdırmaq üçün Zərərçəkmiş şəxs valideynləri ilə birlikdə yaşadığı ünvan 1 blok 196, mənzil 76 ünvanına gəldikdən sonra Zərərçəkmiş şəxs da həmin yerə gəlmiş və blokda 1-ci və 2-ci mərtəbələr arasında olan pilləkən meydançasında Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı sonuncu onun saçından tutub özünə doğru çəkən zaman əvvəlcədən üzərində gizlədib saxladığı istintaqla müəyyən olunmamış bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsinə 1 dəfə qəsdən vuraraq ona qarın nahiyəsinin ön səthinin orta hissəsindən daxilə - periton boşluğuna nüfuz edən qaraciyərin yaralanması və daxilə qansızma ilə müşayiət olunan 1 ədəd deşilmiş-kəsilmiş yara ilə nəticələnməklə yetirildiyi anda Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, qızı Şahid3 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 18 saylı binanın zirzəmisində xx xxxxx 2019-cu ildən xx xxxxxxx 2019-cu il tarixədək yaşamışlar. Evi Hafiz adlı makler vasitəsi ilə tapmışdır. Zərərçəkmiş şəxs binaya köçəndən sonra qonşu kimi tanımışdır. Təxminən 2019-cu ilin avqust ayının sonlarında həmin binanın blokunda Aynarəni Kənanla söhbət edən zaman görüb qızından həmin şəxs barəsində maraqlanan zaman Aynarə Kənanın qonşu olduğunu və dost münasibətində olduğunu bildirmişdir. Sonra Aynarə ilə Kənanın bir-biri ilə yaxın münasibətdə olduğu ona məlum olmuşdur. 2019-cu ilin sentyabr ayının əvvəllərində Aynarə qollarını kəsmişdir. Aynarədən bunun səbəbini soruşduqda Kənanla dalaşdıqları üçün qollarını kəsdiyini demişdir. Aynarənin ilkin vaxt qollarını kəsdiyini bilmədiyinə görə heç bir xəstəxanaya bu barədə müraciət etməmişdir. Həmin hadisədən bir həftə sonra Aynarənin Kənanla münasibətinin qarşısını almaq üçün onun mobil telefonunu əlindən almışdır. Buna görə də Aynarə əsəbiləşib Kənanla münasibətinə qarışdığı üçün onunla dalaşmışdır. Aynarə Kənanla arasında sevgi münaibəti olmadığını, yalnız dost olduqlarını bildirmişdir. Aynarəyə inandığı üçün mobil telefonunu ona geri qaytarmışdır. Sonradan Aynarənin yalan danışdığını, Kənanla arasında sevgi münasibəti olduğunu bilmişdir. Təxminən xx xxxxxxx 2019-cu il tarixdə saat gecə 12 radələrində evə gələn zaman Aynarənin blokda dayandığını və Kənanın da onun yanında olduğunu görmüşdür. Kənan qapının qarşısına yaxınlaşıb salam vermiş, o da zarafatla Kənana ağıllı olmasını və qızının xətrinə dəyməməsini demişdir. Bir az zarafatlaşdıqdan sonra Aynarəyə evə keçməsini demişdir. Bir müddət sonra evin sahibi Hafizlə söhbət edən zaman sonuncu Kənan ilə Aynarənin münasibətlərinin olduğunu demişdir. O da Kənanı Aynarədən ayırmaq üçün evdən çıxmaq qərarına gəlmiş, eyni zamanda Hafiz də ona evi başqasına kirayəyə verəcəyini deyib evdən çıxmağını istəmişdir. xx xxxxxxx 2019-cu il tarixdə həmin evdən çıxmış və gedib “Koroğlu” metrostansiyasının yaxınlığında kirayəyə ev tutmuşdur. xx xxxxxxx 2019-cu il tarixdə saat 18 radələrində Hafizin oturduğu N.Tusi küçəsi, 16 ünvanında yerləşən yerə açarları təhvil vermək üçün getmişdir. Hafiz yenə də ona qızının Kənanla münasibəti olduğunu demiş, o da Hafizə belə bir şeyin olmadığını bildirmişdir. Hafiz ona Kənanın onların barəsində “padval quşları” olduqlarını dediyini demişdir. Bundan sonra o, “Koroğlu” metrostansiyasının yanında qaldıqları evə gəlmişdir. O, evə gələn kimi Aynarəyə nə üçün Kənanla danışdığını demiş, Aynarə isə ona heç bir cavab verməyib gülümsəmişdir. O, Aynarəyə Kənanın onları “padval quşları” adlandırdığını və gedib Hafizə dediyini bildirmişdir. Aynurə “WhatsApp” internet proqramı vasitəsi ilə Kənandan nə üçün Hafizə onların barəsində nalayiq sözlər dediyini soruşmuşdur. Kənan isə belə bir şey demədiyini bildirmişdir. X4 üzləşdirəcəyini yazmışdır. Kənan əvvəl razılaşmış, lakin sonra razılaşmayıb “WhatsApp” internet proqramı vasitəsi ilə söyüşlər söyməyə başlamışdır. Bu vaxt qızı Aynarə ağladıqda o, qızından telefonu alıb baxdıqda Kənanın söyüşlər söydüyünü görmüşdür. Aynarə mətbəxdən bıçağı götürüb özünü öldürəcəyini demişdir. O da Aynarənin arxasınca gedib bıçağı onun əlindən alaraq kənara atmışdır. Həmin vaxt evlərində tanışı Nailə qonaq gəlmiş və onların arasında olan söhbətlərin hamısına şahid olmuşdur. O, Aynarəyə gedib Kənanın valideynləri ilə söhbət etməli olduqlarını demişdir. Aynarə də Kənana “WhatsApp” proqramı vasitəsi ilə səsli mesaj atıb onun evinə gələcəklərini bildirmişdir. Nailə də onunla yaxın münasibəti olduğu üçün onlarla gedəcəyini demişdir. xx xxxxxxx 2019-cu il tarixdə təxminən 1 radələrində tanımadıqları taksi ilə o, qızı Aynarə və rəfiqəsi Nailə birlikdə Kənanın yaşıdığı Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi 18 saylı binanın 2-ci mərtəbəsində yerləşən 76 saylı mənzilin yaxınlığına gəlmişlər. O, qapını döyüb möhkəm səslə qapını açmalarını demiş, lakin evdə adam olsa da, qapını açan olmamışdır. O, Kənana “WhatsApp” vasitəsi ilə səsli mesaj atıb gəlməsini, əks təqdirdə polis çağıracağını bildirmişdir. Bir müddət sonra Kənan sərxoş vəziyyətdə gələrək söyüşlər söyməyə başlamışdır. Kənanın səsinin gəldiyini görüb 1-ci mərtəbə ilə 2-ci mərtəbə arasında olan yerə gəlmişdir. Kənan onların yanına gələn kimi onun saçından tutmuş, o da özünü müdafiə etmək üçün Kənanın boğazından tutmuşdur. Onu buraxması üçün Nailə əlində olan telefonla Kənana vurmağa başlamış, Aynarə də Kənanın qolundan dişləmişdir. O, əlindəki mobil telefonu saxlaması üçün Aynarəyə vermiş və Kənanın qarın nahiyəsinə yumruqla vurmuşdur. Bu vaxt Kənan aşağı əyilərək dirsəyi ilə onun bədəninə vurmuşdur. O da Kənanı şillə, yumruq və təpiklə vurmağa başlamışdır. Bu zaman Kənanın yaşadığı mənzilin qapısı açılmış və Kənan onun saçını buraxıb evə qaçmışdır. Həmin vaxt Kənanın qardaşı qonşunun qapısını döymüş, qonşu da qapını açmış, lakin kiminsə çıxıb-çıxmadığını görməmişdir. Kənanın anası və arvadı qapının ağzına çıxıb onları söyməyə başlamış, o da onları söyüb polisdə görüşəcəklərini demişdir. Sonra da Aynarəni danlayıb bu söhbətin bağlandığını və bir daha Kənanla əlaqə saxlmamasını bildirmiş və daha sonra çıxıb getmişlər. Nailə və Aynarəyə “bir az özümə gəlim, çıxaq gedək” demişdir. Onlar orada olan balaca dükanın yanında oturmuşlar. Bu zaman PPX avtomobili Kənanın yaşadığı binaya gəlmiş, lakin onları görməmişlər, onlar da polislərə müraciət etməmiş və çıxıb getmişlər. Təxminən 40-45 dəqiqə sonra Hafiz ona zəng etdikdə o, sonuncuya Kənanla sözlü mübahisə etdiyini demişdir. Hafiz ona Kənanın evində qan içində olduğunu, Kənanın bıçaqla vurulduğunu, onlarla bir əlaqəsi olubolmadığını soruşmuşdur. O da Hafizə bundan xəbəri olmadığını dedikdə sonuncu ona ofisə gəlməyini demişdir. Bundan sonra o, Aynarə və Nailə birlikdə Hafizin ofisinə və ordan da 35-ci Polis Bölməsinə getmişlər. Orada da onların izahatlarını almışlar. O da orada Kənanı kimin bıçaqla vurduğunu bilmədiyini, Kənanı bıçaqla vurmadığını bildirmişdir. Onlar Kənangilin evinə getdikləri vaxt onun yaşadığı evdə dostu Ramin və oğlu Amar qalmışdır. Hadisə binanın blokunda baş vermişdir. Hadisə vaxtı blokda heç kəs olmamışdır. Həmin vaxt əlində yalnız telefon olmuşdur. Kənanla onun münasibəti olmamış, Kənan onun qızı Aynarə ilə münasibət saxlamışdır. Kənangilin evinə getdiyi vaxt Kənana ora gələcəyini demişdir. Kənan binanın blokunda onlara qışqıraraq çıxıb getmələrini istəmişdir. Kənan onun qızı Aynarəni istəmişdir. Rayona getdiyi vaxt qızını Kənana tapşırmışdır. Kənangilə qızını təhqir etdiyi üçün getmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə özünü təqsirli bilməməsinə baxmayaraq onun həmin cinayət əməlini törətməkdə tam təqsirli olması aşağıdakı sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 2 mənzil 76-da qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Təxminən 2019-cu ilin iyul ayında Təqsirləndirilən şəxs və sonuncunun qızı Şahid3 yaşadığı binanın zirzəmisinə köçüb yaşamağa başlamışlar. Bir müddət sonra Aynarə ilə aralarında yaxın münasibət yaranmağa başlamışdır. Aynarə ilə ilkin vaxtlarda qonşu kimi münasibətləri yaransa da, sonradan münasibətləri sevgi münasibəti olmuşdur. Aynarə və anası Aynurə evli olduğunu bilmişlər. Aynarənin nömrəsini alıb onunla “WhatsApp” proqramı vasitəsi ilə danışmağa başlamışdır. Aynurə onunla Aynarənin münasibətinin olduğunu bilmişdir. Aynurə rayona gedən zaman bir dəfə ona zəng edib rayonda olduğunu və Aynarədən muğayat olmağını tapşırmışdır. O, təxminən Aynarə ilə 2-3 dəfə görüşərək çay evinə gedib söhbət etmişlər. 2019-cu ilin oktyabr ayının əvvəllərində Aynarə ilə danışan zaman sonuncu ona ev sahibi Hafizin onları evdən çıxaracağını demişdir. Təxminən 2-3 gün sonra o, Hafizi binanın qarşısında görüb ona yaxınlaşaraq hal-əhval tutduqdan sonra Aynarə və anası Aynurəni evdən çıxarıb-çıxarmayacağını soruşmuşdur. Hafiz də ona Aynurəgilin tüfeyli həyat sürdüklərini, hər gün evə başqa-başqa şəxslərin gəldiyini, əxlaqsızlıqla məşğul olduqlarını, buna görə də onları çıxaracağını demişdir. O da Hafizə başqa bir söz deməyib yaşadığı evə getmişdir. Həmin gün saat 21 radələrində Aynarə ona mesaj yazaraq yaşadıqları zirzəminin qarşısına gəlməyini bildirmişdir. O da Aynarənin yaşadığı zirzəminin qarşısına getmişdir. Həmin vaxt orada Aynarə və sonuncunun xalası kimi tanıdığı Nailə də olmuşdur. Aynarə ondan Hafizə nə dediyini soruşduqda o, heç bir söz demədiyini bildirmişdir. Həmin vaxt Aynarə ona Hafizin onlara guya onun Hafizə Aynarə ilə əxlaqsız hərəkətlər etdiyini, hətta videoya çəkdiyini dediyini söylədiyini bildirmişdir. O da Hafizə belə bir şey demədiyini, Hafizə zəng etmələrini, onların yanında Hafizlə danışacağını demişdir. Lakin Aynarə və Nailə buna ehtiyac olmadığını, ona inandıqlarını, Hafizi yaxşı tanıdıqlarını, onun yaxşı adam olmadığını demiş və sonra onlar sağollaşmışlar. xx xxxxxxx 2019-cu il tarixdə Aynurə və Aynarə yaşadıqları zirzəmidən köçüb başqa yerə getmişlər. Həmin gün saat 21 radələrində Bakı şəhəri, Xətai rayonu, “Ukrayna dairəsi” adlanan yerin yaxınlığında olan kafelərin birində oturub tanışı ilə bir bakal pivə içmişdir. Həmin vaxt Aynarə ona mesaj yazıb hal-əhval tutmuş və anası ilə Hafizin onlara dediyi sözlərə görə dalaşdığından Hafizlə üzləşməyini istəmişdir. O da Aynarəyə bu söhbətin bağlandığını demiş, lakin Aynarə əl çəkməmiş və aralarında mübahisə yaranmışdır. O, Aynarə ilə danışa-danışa piyada evə getməyə başlamışdır. Həmin vaxt qonşuları Qalib idarə etdiyi avtomobillə onun piyada getdiyini görüb avtomobili saxlamış və o, Qalibin avtomobilinə əyləşib yaşadığı binanın qarşısına getmişdir. Evdə yazışa bilmədiyi üçün yaşadığı binanın 1-ci blokunun yanında dayanmışdır. Aynarənin əl çəkmədiyini görüb sonuncunun ona yaza bilməməsi üçün onu qara siyahıya atmışdır. xx xxxxxxx 2019-cu il tarixdə saat təxminən 1:10-da Aynurə öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən “WhatsApp” proqramı vasitəsi ona səs yazısı göndərib söyüşlər söyərək yaşadığı evə gələcəyini demişdir. Həmin gün saat 1:19-da Aynurə yenə də səs ataraq söyüşlər söyüb yaşadığı evin qapısında olduğunu bildirmişdir. O, Aynurənin həqiqətən də binanın blokunda olmasını hiss etmiş, çünki səsindən boş blokun əks-sədası gəlmişdir. O, qaçaraq gəlib yaşadığı binanın blokuna girmiş və 1-ci mərtəbədə yaşadığı mənzilin qapısının bərkdən döyüldüyünü eşitmişdir. O, ucadan qışqırıb Aynurəgili blokdan çıxarmaq istəmiş və 1-ci mərtəbə ilə 2-ci mərtəbə arasında olan pilləkən meydançasına qalxanda Aynurə, sonuncunun qızı Aynarə və rəfiqəsi Nailənin yaşadığı mənzilin qapısını döydüklərini görmüşdür. O, aşağıdan həmin şəxslərə “çıxın rədd olun burdan” deyib qışqırmışdır. Bu vaxt Aynurə, Aynarə və Nailə üstünə cumaraq onu təhqir etmişlər. O, həmin şəxslərin üstünə gəldiyini görüb arxaya gedərək kürəyini orada olan anbar kimi istifadə edilən yerin qapısına söykəmiş, sağ tərəfində isə divar olmuşdur. Həmin vaxt blok qaranlıq olmuş və blokda işıq yanmamışdır. Aynurə ucadan onu təhqir etmişdir. O, Aynurənin saçından iki əli ilə tutub özünə tərəf əyərək polis çağıracağını demişdir. Həmin vaxt Aynarə və Nailə sol tərəfində olmuşlar. Aynarə və Nailə qolundan və başından vurmuşlar ki, Aynurəni buraxsın. O, yaşadığı evin qapısına kiminsə çıxıb-çıxmamasına baxmışdır. Həmin vaxt evinin qapısı açılmış və hiss etmişdir ki, qarnının ön tərəfinə nə isə batıb çıxmışdır. Bundan sonra o, Aynurəni buraxıb özündən itələmişdir. Həmin vaxt Aynurə arxaya tərəf getmiş, Aynarə və Nailə isə hələ də sol tərəfində olmuşlar. Aynurənin onu nə iləsə qarın nahiyəsindən vurduğunu başa düşmüşdür. Həmin vaxt Aynurə qaçaraq aşağı düşmüş, Aynarə və Nailə də Aynurənin arxasınca düşüb getmişlər. Dərhal evə qalxmış, anası xəstə olduğu üçün xəsarət aldığını bilməsini istəməmiş və qardaşı Sənana onunla aşağı düşməsini deyib evdən çıxmışdır. Mənzildən çıxıb aşağı düşəndə aşağıda səsə çıxmış qonşusu Qalibi görmüş və ondan qarnına işıq tutmasını xahiş etmişdir. Qalib alışqanı yandırıb qarnına işıq tutduqda qarnında bıçaq yarasının olduğunu görmüş və dərhal Qalibdən onu təcili yardıma aparmasını xahiş etmişdir. Sonra da o və qardaşı Sənan Qalibin idarə etdiyi avtomobillə təcili tibbi yardıma getmiş, oradan da onu 3 nömrəli xəstəxanaya aparmışlar. Hadisə vaxtı onlardan başqa blokda heç kəs olmamışdır. Aynurə ilə dalaşarkən qarnında sancı hiss etmişdir. Aynurə sağlamlığına zərər yetirmişdir. Aynarə ilə aralarında dostluq münasibəti olmuşdur. Onun Aynarə ilə olan münasibətini ailəsinin bilməsini istəməmişdir. Aynurəgilin binanın blokunda olduğunu gördükdə qışqıraraq onlardan həmin yeri tərk etməsini istəmişdir. Hadisə vaxtı köynəyi qana bulaşmışdır. Hadisədən sonra evə getmişdir. Aynurə onun xəstəxana xərclərini ödəməmişdir. Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş QafarovaAynarəAnarqızı ifadəsində göstərmişdir ki, 2019-cuiliniyulayındanBakışəhəri, N.Tusiküçəsi, 18 saylıbinanınzirzəmisindəanasıvəkiçikqardaşıiləkirayədəyaşamışlar.Həminvaxtdanqonşuluqdayaşay anKənanBinnətovutanımışvə onunla münasibətiyaranmışdır. O,Kənanilətelefonlayazışmış və onunlakafelərəgetmişdir.Kənan iləaralarında intimmünasibətlərolmamışdır. Təxminən 2019cuilinavqustayının 7 və ya 8-də KənanonaQaraçuxurqəsəbəsində yerləşən kafeyəgetməyitəklifetmiş və sonra onlarhəminkafeyəgediboradaçayiçmişlər.KənanınxalasıoğluRuslanda həmin vaxt onların yanında olmuşdur.Sonra onlaryaşadıqlarıbinanınyanına gəlmiş və orada o,KənanvəRuslantaksiyə əyləşib Əhmədli qəsəbəsində yerləşən kafeyəgedib pivəiçmişlər.O, həmin yerdə 5-6 bakalpivəiçmiş və halıpisləşmişdir. Bundan sonra oradan N.Tusiküçəsi, 16 saylıbinanın yanına gəlmişlər. Yolda olan zaman Ruslan onlardan ayrılaraq çıxıb getmişdir. Binanın qarşısında Kənanözavtomobilininqapısınıaçmış və onlar avtomobilin arxaoturacağındaoturmuşlar. Həmin vaxt Kənanonuöpməkistəmiş,şalvarınınsepiniaçıbonaseksualxarakterlihərəkətləretməyitəklifetmişdir.Laki no,bunaetirazetmişvə avtomobildən düşüb evəgetmişdir. 2019cuilinoktyabrayınınsonlarındaonlaraevikirayəyəverənHafizadlışəxsKənanınonun anasıbarəsindəxoşagəlməzsözlər işlətdiyini anasınademişdir.BubarədəKənanlatelefonladanışan zaman sonuncuonuvəanasını “padvalquşları” adlandırmışdır.Onlar həminvaxt“NZS”qəsəbəsinəköçmüşlər. xx xxxxxxx 2019-cuiltarixdəanası, o və anasının rəfiqəsi Nailəbirlikdə Kənanınvalideynləriiləsöhbətetməküçün onun yaşadığı evə getmişlər.HəminvaxtKənanvəanası blokdamübahisəetmiş,bu vaxt Kənanonun anasının saçındantutmuşdur.Odaəli iləKənanıvurmuşdurki, anasınıburaxsın. Sonrada onlar çıxıbgetmişlər. Kənana kimin bıçaqla xəsarət yetirməsini bilmir. Blokda heç kəsin əlində bıçaq olmamışdır. Hadisə zamanı Kənanın həyat yoldaşı və anası çölə çıxmışdır. Hadisə zamanı Nailənin əlində telefon olmuşdur. Evdə Ramin və qardaşı Amar qalmışdır. Kənanın valideynləri ilə danışmaq üçün getmişlər. Ramin dişi ağrıdığı üçün onlarla gəlməmişdir. Hadisə baş verən gün Kənan telefonla danışarkən onu təhqir etmişdir. Kənan ilə əvvəlcə dost, sonra isə sevgili olmuşlar. Kənan ilə aralarındakı münasibəti anası Aynurədən başqa Nailə, Ruslan və xalası oğlu Adil bilmişdir. Kənan ona 25 yaşı olduğunu demişdir. Kənan onun 15 yaşı olduğunu bilmişdir. Hadisə zamanı blokda Kənan, o, Nailə və anası olmuşdur. Hadisə zamanı blok qaranlıq olmuşdur. Şahid QafarovaAynarəAnarqızının məhkəmə istintaqı zamanı verdiyi ifadəni anası olan təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs müdafiə məqsədi daşıdığından, həmçinin cinayət işinin materiallarında olan digər sübut növləri ilə təkzib edildiyindən məhkəmə həmin şahidin ifadəsini inandırıcı olmadığına görə mötəbər hesab etmir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 6 ildən çoxdur ki, tanıyır, sonuncu ilə münasibətləri həmişə yaxşı olmuşdur. O, tez-tez Türkiyəyə gedib gəlmişdir. 2019-cu ilin iyun ayında Azərbaycana qayıdıb Aynurə ilə əlaqə saxladıqda sonuncu ona Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 18 saylı binanın zirzəmisində kirayədə qaldığını demişdir. Həmin evi Aynurə Hafiz adlı maklerdən götürmüşdür. Aynurənin yaşadığı evdə olarkən Aynurənin qızı Aynarənin bir oğlanla münasibət saxlamasını bilmişdir. Aynarədən həmin şəxsin ailəli olub-olmamasını soruşduqda Aynarə ona oğlanın ailəli olmasını demişdir. O isə Aynarəyə ailəli şəxslə münasibət saxlamamasını məsləhət görmüşdür. O, sonradan Aynarənin münasibət saxladığı şəxsin onlarla bir binada yaşayan Zərərçəkmiş şəxs olduğunu bilmişdir. xx xxxxxxx 2019-cu il tarixdə Aynurənin yaşadığı zirzəmidə olan zaman Hafiz onu həyətə çağırmışdır. O da həyətə çıxıb Hafizlə görüşmüşdür. Hafiz ona Kənanın Aynarə ilə birlikdə olan şəkillərini ona göstərdiyini və Kənanın əxlaqsız sözlər danışdığını demişdir. O da Hafizə bu işə qarışmayacağını, Aynarəni çağırıb özünün söhbət etməsini bildirmişdir. Hafiz də Aynarəni çağırmış və Hafizin avtomobilində oturub söhbət etmişlər. Həmin gün gecə saat 1 radələrində Aynarə ilə Kənanın səslərini eşidib həyətə çıxmışdır. Həmin vaxt X2 həqiqətən də elə bir söz deyib-demədiyini soruşduğunu görmüşdür. Kənan da Hafizə elə bir söz demədiyini, Hafizə zəng etmələrini, onların yanında Hafizlə danışacağını bildirmişdir. Aynarə və o da buna ehtiyac olmadığını, Kənana inandıqlarını, Hafizi yaxşı tanıdıqlarını deyib sağollaşmışlar. Bundan sonra Aynurə və Aynarə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, Y.Səfərov 28-ə köçmüşlər. Aynurə evi təhvil verən zaman Hafiz yenə də X5 ilə şəkillərini göstərdiyini və barələrində əxlaqsız sözlər işlətdiyini demişdir. xx xxxxxxx 2019-cu il tarixdə Aynurəgildə, yəni “NZS” qəsəbəsində olmuşdur. Həmin vaxt X7 mesaj yazmağını və birlikdə gedib Hafizlə üzləşməyini, həqiqətən elə bir söz deyib-deməməsini dəqiqləşdirmək istədiyini deməsini tapşırmışdır. Aynarə də Kənana mesaj yazaraq Hafizlə üzləşməyini demişdir. Bir müddət sonra Aynarə ağlayaraq anasına Kənanın “WhatsApp” proqramı vasitəsi ilə mesaj göndərib orada söyüşlər yazaraq onları “padval quşları” adlandırdığını demiş və mesajları anasına göstərmişdir. Aynurə bu mesajı görən kimi Kənanın evinə gedib bu barədə onun valideynlərinə deyəcəyini bildirmişdir. O da Aynurəyə gec olduğundan getməməyi məsləhət bilmişdir. Aynurə isə razılaşmayıb Kənanın valideynləri ilə danışacağını demişdir. Həmin vaxt evdə Aynurə ilə birlikdə yaşayan Ramin və Aynurənin azyaşlı oğlu Amar olmuşdur. Aynurə qapıdan çıxan zaman yataq otağında çantasında olan açılıb-bağlanan qara rəngli tiyəsi olan bıçağı şalvarının arxa cibinə qoymuşdur. Aynurəyə bıçağı götürməməsini dedikdə o, and içib vurmayacağını bildirmişdir. xx xxxxxxx 2019-cu il tarixdə saat 1 radələrində Aynurə, Aynarə və o, birlikdə Kənanın yaşadığı Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi istiqamətində getməyə başlamışlar. Həmin vaxt Kənanla Aynurə yolda bir-birinə səs ataraq söyüşlər söyməyə davam etmişlər. Onlar birlikdə Kənanın yaşadığı ünvan 2 mənzil 76-nın qarşısına getmiş və Aynurə əli ilə Kənanın yaşadığı qapını döyməyə başlamış, lakin qapını açan olmamışdır. Aynurə də Kənana səs yazısı ataraq evin qarşısında olduğunu və gəlməsini demişdir. Həmin vaxt Kənan 1-ci mərtəbədən söyüş söyərək yuxarı qalxmağa başlamışdır. 1-ci mərtəbə ilə 2-ci mərtəbə arasında olan pilləkən meydançasında Aynurə ilə Kənan qarşılaşmış və bu vaxt Kənan Aynurənin saçından tutmuşdur. Aynurə isə əli ilə Kənanı vurmağa başlamışdır. Kənan ona “bunu götür apar, yoxsa əlimdə qalacaq” sözlərini demişdir. Həmin vaxt Kənan sərxoş vəziyyətdə olmuşdur. Kənan arxaya gedərək kürəyini orada olan anbar kimi istifadə edilən yerin qapısına söykəmiş, Kənanın sağ tərəfində isə divar olmuşdur. Aynurə ilə Kənan üzbəüz dayanmış, Aynarə və o isə Kənanın sol tərəfində dayanmışlar. Həmin vaxt blok qaranlıq olmuş və işıq yanmamışdır. O, əlində olan telefonla Kənanın başına vurub Aynurəni buraxmasını demişdir. Aynarə də Kənanın sol qolundan Aynurəni buraxması üçün vurmuşdur. Bu zaman Kənan qəflətən “ay mama” deyib ucadan qışqırmış və Aynurəni arxaya tərəf itələmişdir. Sonra da Kənan qaçaraq yaşadığı evə qalxmışdır. Aynurə isə pilləkəndən aşağı düşmüş, Aynarə və o da Aynurənin arxasınca həyətə düşmüşlər. Binanın blokunun qarşısında o, Aynurənin evdə cibinə qoyduğu bıçağın əlində açıq vəziyyətdə və üzərində də qan olduğunu görmüşdür. Həmin vaxt Aynurə ona Kənanı vurduğunu demişdir. O, Aynurə və Aynarə şokda olduqları üçün təxminən 10 dəqiqə mağazanın yanında oturmuşlar. Sonra Aynurə bıçağı bağlayıb cibinə qoymuşdur. Aynurənin nəfəsi özünə gəlmiş və onlar piyada yola çıxıb getmişlər. Oradan isə taksi ilə “NZS” qəsəbəsinə getmişlər. Evə gedən kimi Aynurə cibindən bıçağı çıxarıb Raminə Kənanı vurduğunu demişdir. Ramin isə Aynurəyə heç bir söz deməmişdir. Aynurə bıçağı su ilə yumuş, sonra da sellofan torbaya büküb dolabın üzərinə qoymuşdur. Ramin Aynurəyə “eləmisənsə get etiraf et” sözlərini demişdir. Aynurə isə Raminə bu işə qarışmamağını tapşırmışdır. Təxminən saat 3-də Hafiz Aynurəyə zəng etsə də, sonuncu telefonu götürməmişdir. Hafiz ona zəng edib əvvəlcə harada olduqlarını soruşmuş, sonra isə Kənanın bıçaqlandığını, Aynurədən şübhələndklərini demiş, o isə Hafizə oraya gəldiklərini, lakin Kənanı vurmadıqlarını demişdir. Hafiz də ona Aynurə ilə birlikdə ofisə gəlmələrini və 35-ci PB-nə gedəcəklərini demişdir. O da Aynurə ilə birlikdə Hafizin ofisinə, oradan da 35-ci PB-nə getmişlər və orada onların izahatları alınmışdır. O, hadisədən sonra heç kəsə zəng etməmişdir. Onu yalan ifadə verməyi üçün heç kəs məcbur etməmişdir. Blok qaranlıq olduğu üçün Aynurənin Kənanı bıçaqlamasını görməmişdir. Kənan “WhatsApp” proqramı vasitəsi ilə Aynarəyə təhqiredici mesajlar yazmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş BinnətovCavanşirCahangir oğluifadəsində göstərmişdir ki, xx xxxxxxx 2019-cuiltarixdəşəxsi işiiləəlaqədarLənkəranrayonunagetmişdir. xx xxxxxxx 2019-cuiltarixdəsaat 1:30-2:00radələrindəLənkəranrayonundaolanzamanoğluKənanona zəngedibAynurəadlıqadınınonubıçaqladığı barədə məlumat verərək təcilitibbiyardımavtomobiliiləSabunçuqəsəbəsinə 3 saylı xəstəxanayaaparıldığını bildirmişdir.Aynurəninonların yaşadıqlarıbinanınzirzəmisindəyerləşənmənzildəkirayədəyaşadığı mənzili Hafizadlımaklerin kirayə verdiyini bildiyinə görə Hafizə zəng edib Kənanın Aynurə tərəfindən bıçaqlavurulduğunu demişdir.Hafizdəonabubarədəonunxəbəri olmadığını bildirmişdir.O, Bakışəhərinəgəldikdəartıqoğlu Kənanın xəstəxananınrenimasiyaşöbəsindəolduğunu görmüşdür.HəminhadisədənsonraAynurəni və onun qızınıgörməmişdir.Hadisədənsonrabilmişdir ki,AynurəninqızıAynarəiləoğlu Kənanmünasibətsaxlamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş BinnətovSənanCavanşiroğluifadəsində göstərmişdir ki, 2019-cuiloktyabrayının 25-dən 26-nakeçəngecəsaat 1:00-1:30 radələrindəblokdanqışqırıqsəslərieşitmiş və bu vaxt yaşadıqları mənzilin qapısıbərkdən döyülmüşdür.Qapını açdıqdablokda 3 nəfərqadınınqardaşıKənanıaşağıdayerləşənpilləkənmeydançasındadöydüklərinigörmüşdür.Blokqar anlıqolmuş və o,blokaçıxıbnə olduğunu soruşaraq qışqırmışdır. Həmin vaxt qadınlarqaçmışlar.Qardaşının yanına gedəndəKənanonademişdirki,qadındanbiri, yəniqızınanasıonubıçaqlavurmuşdur. AnasıxəstəolduğuüçünKənanistəmişdirki,anaları onun vurulduğunubilməsin. Atasıisəevdəolmamış,rayondaolmuşdur. Kənan blokdanaşağıbayıraçıxmış və orada Kənanın ağzından qangəlmişdir.Kənanın həyat yoldaşı Səma pəncərədən bunu görmüş, lakin Kənan əliilə Səmaya işarəetmişdirki,narahatolmasın. Sonrao,Kənanı qonşularıQalibinavtomobiliilətəcilitibbiyardımstansiyasına, oradanda 3 saylıxəstəxanayaaparmışlar. Əvvəllər 1-2 dəfə Kənanın Aynurə adlı qadınla salamlaşdığını görmüşdür. Hadisə baş verən zaman qapını o açmışdır. Hadisə zamanı Kənan yerə qan tüpürmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş BinnətovaSevdaQasım qızı və BinnətovaSəmaTeymurqızı şahid BinnətovSənanCavanşir oğlunun ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ilin avqust ayından tanıyır. Aynurə Bakı şəhəri, Xətai rayonu, N.Tusiküçəsi, 18 saylıbinanınzirzəmisindəkirayədə yaşamışdır. xx xxxxxxx 2019-cu il tarixdə Aynurə və qızı Aynarə yaşadıqları zirzəmidən çıxaraq Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, Y.Səfərov 28 ünvanına köçmüşlər. xx xxxxxxx 2019-cu il tarixdə saat 21 radələrində Aynurənin yaşadığı evə qonaq getmişdir.Orada olan zaman evdə Aynurə, qızı Aynarə, rəfiqəsi Nailə və azyaşlı oğlu Amar olmuşdur. Bir müddət sonra AynarəağlayaraqanasınaKənan adlı tanışının “WhatsApp” proqramı vasitəsi ilə mesaj göndərərək soyüşlər yazdığını, onları“padvalquşları” adlandırdığını demiş və mesajları anasına göstərmişdir. Aynurə də bumesajıgörən kimi Kənanın evinə gedib valideynlərinə deyəcəyini bildirmişdir. Oisə Aynurəyə gec olduğunu, getməməyi demişdir. Aynurə isə razılaşmayıb Kənanın valideynləri ilə danışacağını bildirmişdir. Bundan sonra Aynurə, Aynarə və Nailə birlikdə evdən çıxıb getmişlər. xx xxxxxxx 2019-cu il tarixdə saat 2 radələrində onlar yenidən evə qayıtmışlar. Həmin vaxt Aynurə ona Kənanla yalnız dalaşdığını demişdir. Aynurə ona Kənanı bıçaqladığını deməmişdir. Aynurə Kənangilə sonuncunun Aynarəyə söyüş məzmunlu mesaj yazmasına görə getmişdir. Hadisə baş verən gün Aynurənin evində olmuşdur. Aynurə Kənangilə gedəndə onun əlində bıçaq görməmişdir. Aynurə evə gəldikdən sonra polisə getmişdir. İbtidai istintaq zamanı ifadəyə oxumadan imza etmişdir. Məhkəmə Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, Təqsirləndirilən şəxs müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək mötəbər hesab etmir. Şahid2 məhkəmədə elan olunmuş ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Aynurə, Aynarə və Nailə birlikdə evdən çıxıb getmişlər. xx xxxxxxx 2019-cu il tarixdə saat 2 radələrində onlar yenidən evə qayıtmışlar. Həmin vaxt Aynurə ona Kənanla dalaşdığını və Kənanı bıçaqla vurduğunu demişdir. O da Aynurəyə əgər belə bir şey olubsa gedib təslim olmasını demişdir. Bir müddət sonra Nailəyə zəng gəlmiş və Nailə kiminləsə danışmışdır. Həmin gün saat 3 radələrində Aynurə, Aynarə və Nailə yenidən evdən çıxıb getməyə hazırlaşmışlar. Həmin vaxt Aynurə ona polisə getdiyini demiş, o da Aynurənin təslim olacağını fikirləşərək evdə qalmayıb yaşadığı evə getmişdir. Sonra isə o, Aynurənin polisə düzgün ifadə vermədiyini və başqa izahat verdiyini bilmişdir. Təxminən 1 həftə sonra Aynurənin evində olan zaman hadisəni ona danışmışlar və ona dediklərinə görə Kənanla binanın blokunda dalaşmışlar, həmin vaxt Kənan Aynurənin saçından tutmuş və Aynurə də Kənanı bıçaqlamışdır. Həmçinin Nailə ona bildirmişdir ki, Aynurə Kənanı vurduğu bıçağı adını bilmədiyi başqa bir oğlanla aparıb dənizə atmışdır(cild 2, iş vərəqə 196-198). Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini iş materiallarına və işin hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər hesab edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş YusubovHavizMəhyəddinoğluifadəsində göstərmişdir ki, 2002-ci ildən evlərin alğı-satqısı və ya kirayəyə verilməsində vasitəçiliklə məşğul olur. 2019-cu ilin aprel ayında Bakı şəhəri, Nəsrəddin Tusi küçəsi, 18 ünvanında yerləşən zirzəmini Təqsirləndirilən şəxs kirayəyə vermişdir. Bir müddət sonra eşitmişdir ki, Aynurənin azyaşlı qızı Aynarə 2-ci mərtəbədə yaşayan Kənanla görüşür. Bundan sonra onlara demişdir ki, belə hərəkətlər etməsinlər. Kənana demişdir ki, onun ailəsi var, azyaşlı qızla görüşməsin, özlərini yığışdırsınlar. Kənan isə ona demişdir ki, özü bilər. Daha sonra da Aynurəgilə demişdir ki, yaşadıqları zirzəmidən çıxıb özlərinə başqa ev tapsınlar. xx xxxxxxx 2019-cu il tarixdə Aynurəgil həmin mənzildən çıxıb mənzilin açarlarını ona təhvil vermişlər. xx xxxxxxx 2019-cu il tarixdə Kənanın atası ona zəng edərək Aynurənin Kənanı bıçaqla vurduğunu demişdir. O, Aynurənin əvvəllər yaşadığı zirzəminin yanına getsə də, orada heç kim olmamışdır. Həmin vaxt polis əməkdaşları ora gələrək Aynurəni soruşmuşlar. O da Aynurəni polisə təhvil vermək üçün Aynurənin istifadəsində olan mobil nömrəyə zəng edib onu öz ofisinə çağırmışdır. Aynurə də ona telefonda Kənanla münaqişələri olduğunu, onu təpik və şillə ilə vurduğunu demişdir. Bundan sonra Aynurəgil taksi ilə onun yanına gəlmişlər. O da Aynurəni, Aynurənin qızı Aynarəni və Nailəni 35-ci Polis Bölməsinə aparmışdır. Polis Bölməsində Nailə ona hadisə zamanı Aynurənin Kənanla yalnız dalaşdığını, həmin vaxt Aynurənin əlində bıçaq olmadığını və Kənanı bıçaqlamadığını bildirmişdir. O, Aynurənin əlində bıçaq görməmişdir. Nailə ona hadisə zamanı Aynurənin əlində bıçaq olmadığını demişdir. Aynurənin hərbi forma geyindiyini görməmişdir. İbtidai istintaq zamanı həmin ifadələrə oxumadan imza etmişdir. Şahid YusubovHavizMəhyəddinoğlu məhkəmədə elan olunmuş ibtidai istintaq zamanı ifadələrində Nailənin ona hadisə zamanı Aynurənin əlində bıçaq olmadığını dediyini bildirməmişdir (cild 1, iş vərəqə 81-83 və 142). Məhkəmə şahid YusubovHavizMəhyəddin oğlununifadələrini iş materiallarına uyğun olmayan, Təqsirləndirilən şəxs müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadələr kimi qiymətləndirərək mötəbər hesab etmir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs xalası nəvəsidir. Təxminən 2019-cuilinyayaylarındaKənanınyanınagedəndə sonuncunun yanında Aynarəadlıqonşunun qızını görmüş və sonra onlarla birlikdə parkagetmişdir.KənanvəAynarəoradakı kafedəçayiçmiş,oisəpivəiçmişdir. xx xxxxxxx 2019cuiltarixdəsaat 1 radələrindən sonra evdə olduğuvaxtKənanonazəngedib Aynarənin anası Aynurənin onu bıçaqladığını, təcilitibbiyardımavtomobilindəolduğunuvəxəstəxanayaaparıldığınıdemişdir. Kənanla Aynarə arasında necə münasibət olduğunu bilməmiş, Aynarə ona 18 yaşı olduğunu bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2019-cuiltarixdəsaat 20:00-dan xx xxxxxxx 2019-cuiltarixdəsaat 8:00-aqədərişdəolmuşdur. xx xxxxxxx 2019-cuiltarixdəsaat 1:05 radələrində 7 saylıTəciliTibbiYardımStansiyasınaBinnətovKənanCavanşiroğlubıçaqlanmailəəlaqədarmüraciətetdi kdən sonra xəstəmüayinəolunaraqonailkintibbiyardımgöstərilmişdir.KənanBinnətovbildirmişdirki,onuNəsrəddinT usiküçəsi, 18 saylı ünvandatelefonlamünasibətsaxladığıqızınanasıbıçaqlavurmuşdur. BuhadisəbarədədərhalXətaiRPİ-nin 35ciPolisBölməsinəməlumatverilmişdir.Kənanhəminqadınıntelefonnömrəsinidemiş,həkimhəminnömrə nipolisəvermişdir.KənanBinnətov “epiqastralnahiyəninkəsilmiş-deşilmişyarası” diaqnozuilə 3 saylıKlinikiXəstəxanayatəhvilverilmişdir.Zərərçəkmiş şəxsxəstəxanayaaparılarkənTTYavtomobilindətelefonlakimləsədanışaraq onu qızınanasının vurduğunu deyərək onukəsici-deşicialətləvuranqadınınonunqonşuluğundayaşadığını, onunlatelefonlamünasibətsaxlayanqızınanası olduğunu bildirmişdir. Ancaq Zərərçəkmiş şəxsqadınınadınıvəsoyadınıdeməmişdir.Həmçinin, Zərərçəkmiş şəxsTTYstansiyasınagələndəəvvəlcəbıçaqla, sonraisədırnaqüçünqadınpikasınaoxşarəşyailəvurulduğunu demişdir. Zərərçəkmiş şəxs onu kiminsə bıçaqladığını demişdir. Məhkəmədə ifadəsi elan olunaraq sübut kimi qəbul edilmiş Şahid8 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki,Zərərçəkmiş şəxs qonşu kimi tanıyır. Binalarının zirzəmisində yaşamış Təqsirləndirilən şəxs və onun qızını da qonşu kimi tanımışdır. Aynurənin qızı Aynarəni Kənanla bir yerdə görməmiş, lakin eşitmişdir ki, onlar bir-biri ilə gəzir və sevişirlər. 2019-cu ilin oktyabr ayının 25-dən 26-na keçən gecə evdə olduğu zaman yaşadığı blokdan səs-küy eşitmiş, bloka çıxıb aşağı düşmüş və orada 2-ci mərtəbədə mənzillərinin qapılarının qarşısında Kənanı, kənanın arvadını, qardaşı Sənanı və ola bilsin anasını görmüşdür və onlar kiməsə söyüş söymüşlər. Blokun 1-ci mərtəbəsinə düşdükdə orada heç kimin olmadığını bilmişdir. Kənan ona demişdir ki, qarnına işıq tutsun, mədəsinin üstünə nə isə olub. O, alışqanı yandırmış və görmüşdür ki, Kənanın qarnının yuxarı orta hissəsində qanaxma var. Kənanın üzü və sifəti qorxudan ağarmışdır. Kənan bildirmişdir ki, “məni vurdular”. Lakin kimin vurduğunu Kənan deməmişdir. O, Kənana avtomobil ilə həkimə aparmağı təklif etmiş, sonra Kənan və qardaşı Sənan onun avtomobilinə əyləşmiş və onlar təcili tibbi yardım stansiyasına getmişlər. Oradan Kənanı təcili tibbi yardım avtomobili ilə 3 №-li xəstəxanaya aparmışlar (cild 1, iş vərəqə 77-79). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid1 ibtidai istintaq zamanı verdiyi sonuncu ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı sonuncunun üzərində olan bıçaqla KənanBinnətovu vurduğunu demişdir (cild 2, iş vərəqə 208-212). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs BinnətovKənanCavanşiroğlu ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsini təsdiqləyərək Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs da onun dediklərini qismən təsdiqləyərək KənanBinnətovu şillə, yumruq və təpiklə vursa da, bıçaqla vurmadığını bildirmişdir (cild 2, iş vərəqə 213-218). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Bakışəhər 3 saylıKlinikiXəstəxanasındangötürülmüş1ədədqısaqolköynəkzərərçəkmişşəxsBinnətovKənanCavan şiroğlunatanınmaya təqdim olunmuş və tanınma zamanı Zərərçəkmiş şəxs həminköynəyin onaməxsus olduğunuvə xx xxxxxxx 2019-cuiltarixdəsaat 1:15 radələrindəBakışəhəri, Xətairayonu, NəsrəddinTusiküçəsi, 18 saylıbinadayaşadığımənzilinyerləşdiyiblokdaAynurəQafarovatərəfindənbıçaqlavurulduğuzamanhə minköynəyinəynindəolduğunu bildirmişdir (cild 1, iş vərəqə 147-148). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanılması zamanı istintaqa verdiyi ifadəsini təsdiq edərək hadisə yerini əyani şəkildə göstərib hadisəninnecəbaşverməsiniəyani surətdə göstərmişdir (cild 2, iş vərəqə 162-166). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin xx xxxxxx 2019-cu il tarixli 1186 saylı rəyində göstərilmişdir ki,BinnətovKənanCavanşiroğlununalmışolduğuxəsarətlərdən qarınnahiyəsininönsəthininortahissəsindəndaxilə peritonboşluğunanüfuzedənqaraciyərinyaralanmasıvədaxiliqansızmailəmüşayiətolunan1ədəddeşil miş-kəsilmişyaradeşici-kəsiciəşyanıntəsirindəntörənmiş, qərarıntəsvirihissəsindəgöstərilən xx xxxxxxx 2019-cuiltarixdəvəşəraitdə, yənikənarşəxstərəfindənbıçaqlayetiriləbilərdivədərəcəsinəgörəhəyatüçüntəhlükəliolansağlamlığaağ ırzərərvurmayaaid olmuşdur. Zərərçəkmiş şəxsbədənindəmüəyyənedilmişxəsarətlərdənsolbazunahiyəsindəki2ədədpiqmentasiyalar, keçmişsıyrıqlarınyerləriolubkütəşyanın (əşyaların) təsirindəntörənmiş, göstərilənsıyrıqlarlaəlaqədarZərərçəkmiş şəxsadınatəqdimedilmişqərardavəC 4468 saylıstasionarxəstənintibbikartasındahərhansıbirqeydiyyatolmadığındanvəonlarınmüddətininçoxolm asınınəzərəalıbdəqiqtörənməmüddətibarədəqətifikirdeməkmümkünolmamışdır. Busıyrıqlarınhansıtarixdəvəşəraitdəyetirilməsininaydınlaşdırılmasıistintaqyoluilədahadəqiqmüəyyən olunabilər. Ümumilikdəvəayrıayırılıqdasağlamlığazərərvurmayanxəsarətlərəaidolduğuüçündərəcələritəyinedilməmişdir (cild 1, iş vərəqə 177-179). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cuiltarixli 29264 saylı rəydə göstərilmişdir ki, tədqiqatatəqdimedilmişköynəyinüzərindəzədəvardır. Tədqiqatatəqdimedilmişköynəyinüzərindəolanzədəbirtərəfikəsici, ucudeşicixassəyəmalik predmetin, ocümlədən,bıçaqvəyaonabənzərxassəlihərhansıbirkəsici, deşiciəlamətlərəmalikolanalətintəsiriiləyaranmağaxarakterikzədədir (cild 1, iş vərəqə 200-202). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Hüquqi Şəxsinin xx xxxxx 2020-ciiltarixli 734 saylı rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və halhazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntunun əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəliyin əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müşahidə edilmir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (cild 1, iş vərəqə 223-224). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin xx xxxxx 2020-ciiltarixli 181-MTKŞ/2020 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus 1 ədəd köynəyin və 1 ədəd maykanın ön səthinin orta hissəsində 1 ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olunmuşdur. Bu zədələr kafi itilikli ülgücü, kafı itilikli ucu və özünü zəif büruzə edən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin, ola bilsin bıçağın təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus 1 ədəd köynəyin və 1 ədəd maykanın ön səthinin orta hissəsində 1 ədəd deşilmiş-kəsilmiş zədələr qərarın təsviri hissəsində göstərilən şəraitdə yarana bilərdi. Həmin zədələr yerləşməsinə görə bir-biri ilə nisbi olaraq üst-üstə düşür. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus köynək və mayka üzərində aşkar olunmuş deşilmiş-kəsilmiş zədə onun bədən səthində aşkar olunmuş qarın nahiyəsinin ön səthinin orta hissəsindən daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə yerləşməsinə görə bir-biri ilə nisbi olaraq uyğunluq təşkil edir. Zərərçəkmiş şəxs bədəni üzərində olan sol bazu nahiyəsindəki 2 ədəd piqmentasiyalar, keçmiş sıyrıqların yerləri paltarlarla örtülmədiyi üçün paltarlarda öz əksini tapmamışdır (cild 1, iş vərəqə 226-231). Cinayət işinin materiallarında olan qərardan görünür ki, zərərçəkmiş şəxs BinnətovKənanCavanşiroğlunun əynində olmuş 1 ədəd köynək və 1 ədəd mayka sübut əhəmiyyəti kəsb etdiyindənmaddi sübut kimi tanınaraq saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (cild 3, iş vərəqə 1-24). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 144). Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqələrinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı vardır (cild 1, iş vərəqə 233-234). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onların cəzasını yüngülləşdirən digər hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif etməklə yanaşı, onun həmin maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən cinayətlərin təsnifatına görə “ağır” cinayət hesab olunur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cuiltarixdə şübhəlişəxsqismindətutulmuşdur (cild 1, iş vərəqə 68). Cinayət işinin materiallarından görünür ki, Xətai rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş, o, məhkəmə iclası zalında həbsdən azad olunmuş və xx xxxxxxx 2019-cu il tarixdə onun barəsində barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 114; 214-218). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixə kimi həbsdə saxlanıldığı 2 (iki) gün müddət hökmlə təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından həbs edilməli və cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Xətai rayon Polis İdarəsində saxlanılan 1 ədəd mayka və 1 ədəd köynək Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixə kimi həbsdə saxlanıldığı 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Xətai rayon Polis İdarəsində saxlanılan 1 ədəd mayka və 1 ədəd köynək Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-632/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-632/2020
10.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver