Məhkəmə qərarları › İş №1(101)-632/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-632/2021

08.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-632/2021 08.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Səid oğlunun, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx xxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri, xx xxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mahir Əmirov küçəsi, ev 30-da qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri, xx xxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 2-da qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 238.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə və psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar, ondan gizli qaçaqmalçılıqla keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etmiş, bundan başqa, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edərək daşıyıb saxlamışdır. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 ilə bağlı gəldiyi nəticəyə görə, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinə və Azərbaycan Respublikası ərazisində realizə edilməsinə əvvəlcədən vəd verib köməklik etməklə həmin külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmək, qaçaqmalçılıq yolu ilə keçirmək, saxlamaq, daşımaq və satmaq barədə əmisi oğlu Təqsirləndirilən şəxs3, tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Şahruz” adlı şəxs və qeyriləri ilə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən “Şahruz” adlı şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdarda 10.522,678 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda 495,799 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satıb qazanc əldə etmək məqsədi ilə Təqsirləndirilən şəxs1 təhvil vermək üçün istintaqa məlum olmayan vaxtda və şəraitdə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıq yolu ilə keçirərək 2020-ci ilin iyul ayının əvvəlindən 26 iyul 2020-ci il tarixədək olan müddət ərzində Abşeron rayonu ərazisində yerləşən müxtəlif yerlərə daşıyıb gizlədib saxlayaraq bu barədə Təqsirləndirilən şəxs1 məlumatlandırmış, bundan sonra sonuncu qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıqla keçirdikləri qeyd olunan külli miqdarda narkotik vasitə və psixotrop maddəni gələcəkdə satışını həyata keçirmək məqsədi ilə göstərilən müddət ərzində həmin yerdən götürüb qanunsuz əldə edib külli miqdarda 501,6 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 495,1 qram çəkidə psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs3 ilə birlikdə yaşadığı ünvan 2 ünvanına daşıyıb evdə gizlətməklə saxlamış, Təqsirləndirilən şəxs1 narkotik vasitə heroinin külli miqdarda 10.016,3 qram çəkidə olan hissəsini idarə etdiyi “Khazar SD” markalı, **-PS-*** dövlət nömrə nişanlı avtomobildə, külli miqdarda 4,778 qram çəkidə olan hissəsini isə üzərində saxlamaqla Abşeron rayonu ərazisində yerləşən Bakı-Sumqayıt şossesinin 7-ci kilometrliyi yaxınlığına daşımış, Təqsirləndirilən şəxs2 isə psixotrop maddənin 0,699 qram çəkidə olan hissəsini üstündə saxlamaqla ünvan 2 ünvanına daşımışdır. Təqsirləndirilən şəxs1 qanunsuz əməlləri barədə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 26 iyul 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 həmin gün saat 03.00-da Abşeron rayonu ərazisində yerləşən Bakı-Sumqayıt şossesinin 7-ci kilometrliyi yaxınlığında saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə ünvan 3 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən külli miqdarda 4,778 qram çəkidə narkotik vasitə heroin, bundan başqa, həmin tarixdə Baş İdarənin inzibati ərazisində baxış zamanı Təqsirləndirilən şəxs1 idarə etdiyi “Khazar SD” markalı, **-PS-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sağ oturacağın altından 3 (üç) büküm, arxa saxlanc yerindən isə 9 (doqquz) büküm olmaqla, ümumilikdə 12 (on iki) bükümdə təmiz çəkiləri 1.534,2 qram, 1.461,9 qram, 1.458,6 qram, 1.492,9 qram, 1.034,9 qram, 462,1 qram, 453,2 qram, 378,9 qram, 469,3 qram, 417,8 qram, 397,7 qram və 454,8 qram olmaqla, ümumilikdə və ayrıayrılıqda külli miqdarda - 10.016,3 qram çəkidə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin gün saat 07.00-da evə baxış keçirilən zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 birlikdə yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundzadə küçəsi, 73 A saylı evin mətbəxində yerləşən soyuducunun buzxanasından 1 (bir) ədəd bükümdə, külli miqdarda 501,6 qram çəkidə narkotik vasitə heroin, 1 (bir) ədəd bükümdə, külli miqdarda 495,1 qram çəkidə psixotrop maddə metamfetamin və 1 (bir) ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi, mətbəxdəki masanın üzərindən isə 3 (üç) ədəd üzərində psixotrop maddə metamfetaminin izləri olan şüşə borucuqları aşkar edilərək götürülmüşdür. İttiham aktından, həmçinin görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə və psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar, ondan gizli qaçaqmalçılıqla keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etmiş, bundan başqa, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edərək daşıyıb saxlamışdır. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs2 ilə bağlı gəldiyi nəticəyə görə, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinə və Azərbaycan Respublikası ərazisində realizə edilməsinə əvvəlcədən vəd verib köməklik etməklə həmin külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmək, qaçaqmalçılıq yolu ilə keçirmək, saxlamaq, daşımaq və satmaq barədə tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Şahruz” adlı şəxs və qeyriləri ilə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən “Şahruz” adlı şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdarda 10.522,678 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda 495,799 qram çəkidə kustar usulla hazırlanmış psixotrop maddə metamfetamini satıb qazanc əldə etmək məqsədi ilə Təqsirləndirilən şəxs1 təhvil vermək üçün istintaqa məlum olmayan vaxtda və şəraitdə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıq yolu ilə keçirərək 2020-ci ilin iyul ayının əvvəlindən 26 iyul 2020-ci il tarixədək olan müddət ərzində Abşeron rayonu ərazisində yerləşən müxtəlif yerlərə daşıyıb gizlədib saxlayaraq bu barədə Təqsirləndirilən şəxs1 məlumatlandırmış, bundan sonra sonuncu qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıqla keçirdikləri qeyd olunan külli miqdarda narkotik vasitə və psixotrop maddəni gələcəkdə satışını həyata keçirmək məqsədi ilə göstərilən müddət ərzində həmin yerdən götürüb qanunsuz əldə edib külli miqdarda 501,6 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 495,1 qram çəkidə psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 birlikdə yaşadıqları ünvan 2 ünvanına daşıyıb evdə gizlətməklə saxlamış, Təqsirləndirilən şəxs1 narkotik vasitə heroinin külli miqdarda 10.016,3 qram çəkidə olan hissəsini idarə etdiyi “Khazar SD” markalı, **-PS-*** dövlət nömrə nişanlı avtomobildə, külli miqdarda 4,778 qram çəkidə olan hissəsini isə üzərində saxlamaqla Abşeron rayonu ərazisində yerləşən Bakı-Sumqayıt şossesinin 7-ci kilometrliyi yaxınlığına daşımış, Təqsirləndirilən şəxs2 isə psixotrop maddənin 0,699 qram çəkidə olan hissəsini üstündə saxlamaqla ünvan 2 ünvanına daşımışdır. Təqsirləndirilən şəxs1 qanunsuz əməlləri barədə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 26 iyul 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 həmin gün saat 03.00-da Abşeron rayonu ərazisində yerləşən Bakı-Sumqayıt şossesinin 7-ci kilometrliyi yaxınlığında saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə ünvan 3 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən külli miqdarda 4,778 qram çəkidə narkotik vasitə heroin, bundan başqa, həmin tarixdə Baş İdarənin inzibati ərazisində baxış zamanı Təqsirləndirilən şəxs1 idarə etdiyi “Khazar SD” markalı, **-PS-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sağ oturacağın altından 3 (üç) büküm, arxa saxlanc yerindən isə 9 (doqquz) büküm olmaqla, ümumilikdə 12 (on iki) bükümdə təmiz çəkiləri 1.534,2 qram, 1.461,9 qram, 1.458,6 qram, 1.492,9 qram, 1.034,9 qram, 462,1 qram, 453,2 qram, 378,9 qram, 469,3 qram, 417,8 qram, 397,7 qram və 454,8 qram olmaqla, ümumilikdə və ayrıayrılıqda külli miqdarda 10.016,3 qram çəkidə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin gün saat 07.00-da evə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 birlikdə yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundzadə küçəsində yerləşən 73 A saylı evin mətbəxində yerləşən soyuducunun buzxanasından 1 (bir) ədəd bükümdə külli miqdarda 501,6 qram çəkidə narkotik vasitə heroin, 1 (bir) ədəd bükümdə külli miqdarda 495,1 qram çəkidə psixotrop maddə metamfetamin və 1 (bir) ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi, mətbəxdəki masanın üzərindən isə 3 (üç) ədəd üzərində psixotrop maddə metamfetaminin izləri olan şüşə borucuqları aşkar edilərək götürülmüşdür. Bundan başqa, həmin evdə saxlanılaraq ünvan 4 ünvanda yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunmuş Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli şalvarının sol yan cibindən 0,699 qram çəkidə evə baxış keçirilən zaman soyuducunun buzxanasından götürülmüş psixotrop maddə metafetaminlə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs3 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə və psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar, ondan gizli qaçaqmalçılıqla keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etmiş, bundan başqa, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edərək daşıyıb saxlamış və eləcə də, tamah məqsədi ilə təkrarən narkotik vasitələrin və psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil etmiş və saxlamışdır. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs3 ilə bağlı gəldiyi nəticəyə görə, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinə və Azərbaycan Respublikası ərazisində realizə edilməsinə əvvəlcədən vəd verib köməklik etməklə həmin külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmək, qaçaqmalçılıq yolu ilə keçirmək, saxlamaq, daşımaq və satmaq barədə əmisi oğlu Təqsirləndirilən şəxs1, tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Şahruz” adlı şəxs və qeyriləri ilə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən “Şahruz” adlı şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdarda 10.522,678 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda 495,799 qram çəkidə kustar usulla hazırlanmış psixotrop maddə metamfetamini satıb qazanc əldə etmək məqsədi ilə Təqsirləndirilən şəxs1 təhvil vermək üçün istintaqa məlum olmayan vaxtda və şəraitdə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıq yolu ilə keçirərək 2020-ci ilin iyul ayının əvvəlindən 26 iyul 2020-ci il tarixədək olan müddət ərzində Abşeron rayonu ərazisində yerləşən müxtəlif yerlərə daşıyıb gizlədib saxlayaraq bu barədə Təqsirləndirilən şəxs1 məlumatlandırmış, bundan sonra sonuncu qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıqla keçirdikləri qeyd olunan külli miqdarda narkotik vasitə və psixotrop maddəni gələcəkdə satışını həyata keçirmək məqsədi ilə göstərilən müddət ərzində həmin yerdən götürüb qanunsuz əldə edib külli miqdarda 501,6 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 495,1 qram çəkidə psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 birlikdə yaşadıqları ünvan 5 ünvanına daşıyıb evdə gizlətməklə saxlamış, Təqsirləndirilən şəxs1 narkotik vasitə heroinin külli miqdarda 10.016,3 qram çəkidə olan hissəsini idarə etdiyi “Khazar SD” markalı, **-PS-*** dövlət nömrə nişanlı avtomobildə, külli miqdarda 4,778 qram çəkidə olan hissəsini isə üzərində saxlamaqla Abşeron rayonu ərazisində yerləşən Bakı-Sumqayıt şossesinin 7-ci kilometrliyi yaxınlığına daşımış, Təqsirləndirilən şəxs2 isə psixotrop maddənin 0,699 qram çəkidə olan hissəsini üstündə saxlamaqla ünvan 5 ünvanına daşımışdır. Təqsirləndirilən şəxs1 qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 26 iyul 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 həmin gün saat 03.00-da Abşeron rayonu ərazisində yerləşən Bakı-Sumqayıt şossesinin 7-ci kilometrliyi yaxınlığında saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə ünvan 4 ünvanda yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən külli miqdarda 4,778 qram çəkidə narkotik vasitə heroin, bundan başqa həmin tarixdə Baş İdarənin inzibati ərazisində baxış zamanı Təqsirləndirilən şəxs1 idarə etdiyi “Khazar SD” markalı, **-PS-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sağ oturacağın altından 3 (üç) büküm, arxa saxlanc yerindən isə 9 (doqquz) büküm olmaqla, ümumilikdə 12 (on iki) bükümdə təmiz çəkiləri 1.534,2 qram, 1.461,9 qram, 1.458,6 qram, 1.492,9 qram, 1.034,9 qram, 462,1 qram, 453,2 qram, 378,9 qram, 469,3 qram, 417,8 qram, 397,7 qram və 454,8 qram olmaqla, ümumilikdə və ayrıayrılıqda külli miqdarda 10.016,3 qram çəkidə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin gün saat 07.00-da evə keçirilən baxış zamanı onun Təqsirləndirilən şəxs1lə birlikdə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundzadə küçəsində yerləşən 73 A saylı evin mətbəxində yerləşən soyuducunun buzxanasından bir ədəd bükümdə külli miqdarda - 501,6 qram çəkidə narkotik vasitə heroin, 1 (bir) ədəd bükümdə külli miqdarda - 495,1 qram çəkidə psixotrop maddə metamfetamin və 1 (bir) ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi, mətbəxdəki masanın üzərindən isə 3 (üç) ədəd üzərində psixotrop maddə metamfetaminin izləri olan şüşə borucuqları aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs3 tamah məqsədi ilə 2020-ci ilin iyul ayının əvvəlində əmisi oğlu Təqsirləndirilən şəxs1, tanışları Təqsirləndirilən şəxs2 və Şahid1 dəfələrlə narkotik vasitələrin və psixotrop maddələrin istehlakı üçün özünə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundzadə küçəsində yerləşən 73 A saylı evdə tiryəkxana təşkil edərək 26 iyul 2020-ci il tarixədək olan müddət ərzində təkrarən tiryəkxana saxlamışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisə baş verən gün təxminən saat 22:00 radələrində Şahid1 ona zəng edərək evə gələ bilib-bilməyəcəyini soruşmuşdur. Həmin vaxt o, əmisi oğlu Təqsirləndirilən şəxs3 evində yaşamışdır. O, Orxandan nə baş verdiyini soruşduqda, sonuncu ona demişdir ki, “gəl, səninlə işim var”. Həmin gün Orxanın maşını onda olmuşdur. O, Orxanın zəngindən sonra evə getmişdir. O, evin qapısının qarşısına çatdıqda Orxana zəng etmişdir. Lakin Orxan telefona cavab verməmişdir. Sonra o, Səfərə zəng etmişdir. Səfər də onun telefon zənginə cavab verməmişdir. Bir qədər sonra Orxan və Səfər ona zəng edərək demişlər ki, “gəl, telefonun zəngini eşitməmişik deyə, cavab verməmişik”. O da Orxana və Səfərə qapının qarşısında olduğunu bildirmiş və həmin şəxslərdən qapını açmalarını istəmişdir. O, maşından düşüb qapını döyən zaman arxadan sürətlə ona tərəf bir maşının gəldiyini görmüşdür. Bu zaman həyətin qapısı da açılmış və onu tutmuşlar. Sonra onu evə salmışlar. O, evdə başa düşmüşdür ki, onu tutan şəxslər polis əməkdaşları olmuşlar. O, evdə olduğu vaxt polislər ondan narkotik vasitənin və silahın yerini soruşmuşlar. O da polislərə onda belə şeylərin olmadığını, ümumiyyətlə söhbətin hansı əşyalardan getdiyini bilmədiyini demişdir. Həmin vaxt evdə Səfər, Əbdül, Orxan və əməliyyatçılar olmuşdur. Həmçinin həmin vaxt onun üzərində qadağan edilmiş heç bir əşya olmamışdır. Sonra polislər onu otaqların birinə salmışlar və yenidən ondan narkotik vasitələrin, eləcə də pulların yerini soruşmuşlar. O da polislərə narkotik vasitələrdən xəbərinin olmadığını, lakin üzərində atasının ona verdiyi 4.000 manat pulun olduğunu bildirmişdir. Sonra onların hamısını polislər Narkotiklərlə Mübarizə Baş İdarəsinə aparmışlar. Ona İdarədə demişlər ki, o, narkotik vasitə satdığını və narkotik vasitənin ona məxsus olduğunu etiraf etməlidir. O isə bununla razılaşmamışdır. Polislər ona demişlər ki, “razılaşmadığın təqdirdə sənin maşınından silah və narkotik vasitə çıxacaq”. Bundan sonra polislər ona təzyiq göstərərək ona məxsus olmayan narkotik vasitənin ona aid olmasını etiraf etməyi ondan tələb etmişlər. O da polislərin təzyiginə dözməyərək 5 (beş) qram narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Sonra polislər ona demişlər ki, “bu narkotiki boynuva almısansa, onda evdən çıxan narkotik vasitələrin də sənə məxsus olmasını boynuva al”. Bundan sonra polislər yenidən ona təzyiq göstərmişlər və onu başqa otağa salıb döymüşlər. O da məcbur olub ittiham aktında göstərilən, əslində isə ona məxsus olmayan narkotik vasitələrin ona məxsus olduğunu bildirmiş və bununla bağlı bütün sənədləri imzalamışdır. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin narkotik vasitələrlə bağlı qaçaqmalçılıq cinayətini törətmədiyini və ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, tutulan gün günorta vaxtı Ramin və Orxanla görüşmüş və onlar birlikdə Səfərgilə getmişlər. Onlar Səfərgildə oturub yemək yemişlər. Sonra Ramin evdən çıxıb getmişdir. O, Raminin yenidən qayıdıb-qayıtmayacağını bilməmişdir. Lakin Raminin evdə paketi qalmışdır. X8 zəng edərək paketinin evdə qaldığını bildirmişdir. O, narkotik vasitədən istifadə etdiyindən həmin gün üzərində 0.7 qram çəkidə psixotrop maddə metamfetamin olmuşdur. O, həmin vaxt narkotik vasitədən istifadə etmişdir. O, Səfərgildə masanın arxasında oturan zaman təxminən 10 nəfərə yaxın polis əməkdaşı birdən evə basqın etmişlər. Polislər onların üstünü yoxlamışlar, sonra isə silahın, narkotik vasitənin yerini, eləcə də Raminin yerini onlardan soruşmuşlar. Onlar isə polislərə evdə silah və narkotik vasitənin olmadığını bildirmişlər. O, könüllü olaraq polislərə üzərində olan psixotrop maddə metamfetamini təqdim edərək narkotik vasitələrin istifadəçisi olduğunu bildirmişdir. Bir də masanın üzərində ona məxsus ampula olmuşdur. Səfər ona irad bildirərək demişdir ki, “mənim evimdə narkotik vasitələrdən istifadə etmə”. O da Səfərin sözünü səmimi qəbul edərək həmin metamfetamini istifadə etməmişdir. Həmin vaxt polislərdən biri balaca sellofan torba göstərərək həmin torbanın soyuducudan çıxdığını bildirmişdir. Sonra onları Narkotiklərlə Mübarizə Baş İdarəsinə aparmışlar. Orada onlara təyziq göstərmişlər. O da həmin təzyiqlərə dözməyərək polislərin dediyi kimi ifadə vermişdir. Lakin soyuducuda olan vasitənin ona heç bir aidiyyəti olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin narkotik vasitələrlə bağlı qaçaqmalçılıq cinayətini törətmədiyini, eləcə də narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, Cinayət Məcəlləsinin 32.5, 206.3.2 və 234.4.1-ci maddələri ilə ona bəraət verilməsini, eləcə də əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, hadisə baş verən gün əvvəlcə evdə tək olmuşdur. O, həmin vaxt yatmışdır. Sonra qapı döyülmüş və o, Orxan və Raminin birlikdə onun yaşadığı evə gəldiklərini görmüşdür. O, qapını açmış və Orxanla Ramin evə girərək əyləşmişlər. O, evdəkiləri (ailə üzvlərini) nənəsigilə aparmalı olmuşdur. Ona görə də o, evdən çıxıb nənəsigilə getmişdir. Lakin sonradan o, nənəsigilə getməli olmamış və yoldan geri qayıtmışdır. O, evə qayıdanda məhlənin girişində Orxan, Ramin və Əbdülün dayandıqlarını görmüşdür. Sonra onlar birlikdə onun yaşadığı evə getmişlər və evdə yemək yeməyə hazırlaşmışlar. Bu vaxt Raminin evdə çantası qalmışdır. O, Raminə zəng edib demişdir ki, “sənin çantan evdə qalıb”. Ramin də ona demişdir ki, “götürərəm”. Axşam tərəfi hava qaralana yaxın o, Orxan və Əbdül ilə birlikdə oturub yemək yeyən zaman evə basqın olmuşdur. Bu zaman o, həyacan keçirmiş və sonradan bilmişdir ki, evə basqın edən şəxslər polis əməkdaşları olmuşlar. Polislər evə daxil olduqdan sonra evdə axtarış keçirmişlər. Lakin həmin vaxt polislər evdə heç nə tapa bilməmişlər. Sonra polislər onları dəhlizə çıxarmışlar və yenidən axtarış aparmağa başlamışlar. Lakin yenə də polislər evdə heç nə tapa bilməmişlər. Sonra polislər ona torbanı göstərib soyuducudan çıxdığını demişlər və ondan bilmədiyi pulların, silahların yerini soruşmuşlar. O da evdə belə əşyaların olmadığını bildirmişdir. Sonra polislər Orxandan soruşmuşlar ki, “Ramin haradadır? Burada bir nəfər də olub, onu çağır gəlsin”. Bundan sonra Orxan Raminə zəng etmiş və sonuncunu evə çağırmışdır. Orxan Raminə zəng etdikdən təxminən 15-20 dəqiqədən sonra Ramin evə gəlmişdir. Həmin vaxt o, polislərə bildirmişdir ki, “mən narkotik gizlədəsi olsaydım, soyuducuda deyil, otaqlarda və ya həyətdə gizlədərdim”. Lakin polislər ona inanmamışlar və onların hamısını Baş İdarəyə aparmışlar. Orada ona təzyiq etmişlər və o da həmin təzyiqlərə dözməyərək polislərin dediyi sənədlərin hamısını imzalamışdır. Halbuki polislər onun evinə basqın etdikləri zaman onun üzərində və yaşadığı evdə narkotik vasitə olmamışdır. Ümumiyyətlə onun evində heç vaxt narkotik vasitə olmamışdır. Polislər özləri soyuducuya böyük bağlamada narkotik vasitə qoymuşlar və onlardan həmin narkotik vasitənin onlara məxsus olmasını etiraf etmələrini tələb etmişlər. O da təzyiqlərə dözməyərək həmin vasitədən xəbərinin olduğunu bildirmişdir. Lakin həmin vasitə soyuducuda olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin narkotik vasitələrlə bağlı qaçaqmalçılıq cinayətini törətmədiyini və ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmadığını, eləcə də evdə tiryəkxana təşkil etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs3 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə ümumiyyətlə aidiyyətlarının olmaması ilə bağlı hissədə verdikləri ifadələrini məhkəmə cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyrisəmimi və işin faktiki halları ilə təkzib edilən ifadələr kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxslərin ayrı-ayrılıqda məhkəmə istintaqında verdikləri ifadələri mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə istintaqında ibtidai istintaqın ilkin dövründə verdikləri ifadələrdən fərqli məzmunda ifadələr verərkən cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşlər. Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 238.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ilə bağlı ittihama gəldikdə, məhkəmə hesab edir ki, bu hissədə ibtidai istintaq orqanı natamam araşdırma aparmaqla səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 25 iyul 2020-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs1 Abşeron rayonu ərazisində külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə əməliyyat qrupu yaradılmış və keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 26 iyul 2020-ci il tarixdə, saat 03:00 radələrində Abşeron rayonu ərazisində yerləşən Bakı-Sumqayıt yolunda idarə etdiyi “Xəzər” markalı avtomobilin sükan arxasından düşən vaxt saxlanılmış və idarə etdiyi avtomobildə Baş İdarəyə aparılmışdır. “Xəzər” markalı avtomobil duracağa yerləşdirildikdən sonra Təqsirləndirilən şəxs1 Baş İdarədə hüquqları izah edilmiş və sonuncu vəkillə təmin edilmişdir. Sonra Təqsirləndirilən şəxs1 barəsində axtarış və götürmə prosessual hərəkətlərinin aparılması izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 də əynindəki şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofanı, 50 manat pulu, öz şəxsiyyət vəsiqəsini və telefonunu polislərə təqdim edərək şəffaf sellofanın içində narkotik vasitə heroinin olduğunu bildirmişdir. Sonra həmin büküm elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi sellofanın içində olan heroinin özünə məxsus olduğunu, həmin bükümü təxminən 1 (bir) həftə əvvəl “Şahruz” adlı İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə gecə saatlarında Abşeron rayonu ərazisində yerləşən Bakı-Sumqayıt yolunun yaxınlığında qoyulan yerdən götürdüyünü, həmçinin idarə etdiyi avtomobildə narkotik vasitə saxladığını, həmin narkotik vasitəni könüllü şəkildə təqdim edə biləcəyini, eləcə də həmin avtomobilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və iştirakçılar tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 avtomobilinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə təqdim etmiş və bundan sonra Raminin idarə etdiyi “Xəzər” markalı avtomobilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 avtomobilin yük hissəsindən 1 (bir) ədəd qara rəngli polietilen torbanı və avtomobilin qabaq sağ tərəfində yerləşən oturacağın altından 1 (bir) ədəd qara rəngli polietilen torbanı çıxarıb onlara təqdim etmişdir. Baxış zamanı avtomobildən ümumilikdə 12 (on iki) ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş 12 (on iki) ədəd büküm elektron tərəzi ilə çəkilmiş və bükümlərdə olan vasitələrin ümumi çəkisi 10 (on) kiloqramdan çox olmuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 avtomobildən çıxarıb təqdim etdiyi torbaların içində narkotik vasitə heroinin olduğunu, həmin narkotik vasitənin özünə məxsus olduğunu, həmin bükümləri “Şahruz” adlı İran İslam Respublikasının vətəndaşı vasitəsi ilə götürdüyünü, üzərindən aşkar olunmuş 1 (bir) ədəd bükümdə narkotik vasitə heroinin avtomobildən çıxarıb təqdim etdiyi bükümün içindən götürdüyünü, həmin bükümü Bakı şəhəri ərazisində hər hansı bir ünvana qoyacağını, bu barədə “Şahruz” adlı şəxsə məlumat verəcəyini, əldə etdiyi narkotik vasitələri müxtəlif çəkilərdə hissə-hissə Bakı şəhəri ərazisində müəyyən yerlərə qoyub həmin yerləri “Şahruz” adlı şəxsə “Votsap” proqramı vasitəsi ilə bildirdiyini və təxminən 10- 15 gündür ki, bu işlə məşğul olduğunu qeyd edərək bunun müqabilində tanımadığı şəxslər vasitəsilə 1 (bir) günə 100 manat pul aldığını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Sabunçu rayonunda əmisi oğlu Təqsirləndirilən şəxs3 ilə birlikdə yaşadığını, həmin ünvanda təxminən yarım kiloqram çəkidə narkotik vasitə saxladığını və həmin narkotik vasitəni də onlara təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs1 əmisi oğlu Təqsirləndirilən şəxs3 ilə birlikdə yaşadığı və Bakı şəhəri, Sabunçu rayonu, Axundzadə küçəsində yerləşən evə getmişlər. Onlar həmin evə daxil olduqda, orada Təqsirləndirilən şəxs3, Şahid1 və Təqsirləndirilən şəxs2 adlı şəxslər olmuşlar. Evə baxış keçirilən zaman Təqsirləndirilən şəxs3, Şahid1 və Təqsirləndirilən şəxs2 da evdə olmuşlar. Baxış zamanı Təqsirləndirilən şəxs1 mətbəxdə yerləşən soyuducunun buzxanasından 1 (bir) ədəd ağ rəngli polietilen torbanı çıxararaq həmin torbanın içində narkotik vasitə heroinin, psixotrop maddə metamfetaminin və elektron tərəzinin olduğunu bildirmişdir. Həmin polietilen torbaya baxış keçirilərkən oradan 1 (bir) ədəd qara rəngli büküm, 1 (bir) ədəd içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan büküm və 1 (bir) ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 həmin maddələri də “Şahruz” adlı İran İslam Respublikasının vətəndaşı vasitəsi ilə əldə etdiyini bildirmişdir. Həmin maddələr elektron tərəzi ilə çəkilmiş və həmin bükümlərin çəkilərinin ümumilikdə 1 (bir) kiloqram olması müəyyən edilmişdir. Təqdim edilmiş 2 (iki) ədəd büküm və 1 (bir) ədəd elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Keçirilən baxışın davamı olaraq evin mətbəxində yerləşən masanın üzərindən 3 (üç) ədəd ampula aşkar olunmuşdur. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 həmin ampulalardan psixotrop maddə metamfetamin qəbul etmək üçün istifadə etdiyini bildirmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs2 və Şahid1 Təqsirləndirilən şəxs1 onlara (Əbdülə və Orxana) psixotrop maddələr verdiyini və həmin maddələrdən istifadə etdiklərini bildirmişlər. Bundan sonra aşkar edilmiş narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər kütlələr, elektron tərəzi və 3 (üç) ədəd ampula 1 (bir) ədəd paketə qoyularaq qablaşdırılmışdır. Bundan sonra evin digər otaqlarına baxış keçirilmiş, lakin iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və predmet aşkar edilməmişdir. Bundan sonra onların saxladıqları şəxslər Baş İdarəyə dəvət olunmuşlar və sonuncular orada vəkillərlə təmin edilmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Şahid1 üzərində video çəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxs axtarış zamanı Təqsirləndirilən şəxs3 üzərindən mobil telefon və 20 manat pul aşkar edilmişdir. Şahid1 üzərindən şəxsiyyət vəsiqəsi, 1 (bir) ədəd mobil telefon, 10 manat pul və özünə məxsus sürücülük vəsiqəsi aşkar edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 şalvarının cibindən 1 (bir) ədəd içərisində psixotrop maddə metamfetamin olan büküm aşkar edilmişdir. Aşkar edilmiş büküm elektron tərəzi ilə çəkilmiş və bükümün içində olan maddənin çəkisi 1 (bir) qramdan az olmuşdur. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 1 (bir) ədəd bükümdəki metamfetamini Təqsirləndirilən şəxs1 əldə etdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 oxşar məzmunlu ifadə verməklə Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, bir neçə ildir ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə etmişdir. O, həmin vasitələrin tüstüsünü udmaq yolu ilə qəbul etmişdir. O, Təqsirləndirilən şəxs1, sonuncunun əmisi oğlu Təqsirləndirilən şəxs3 uşaqlıqdan, Təqsirləndirilən şəxs2 isə iki ildir ki, tanımışdır. Onun Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la yaxın dostluq münasibətləri olmuşdur. O, Ramin və Əbdül ilə birlikdə mütəmadi olaraq narkotik vasitə və psixotrop maddə qəbul etmişdir. O, 25 iyul 2020-ci il tarixdə dostu Əbdüllə birlikdə Səfərin yaşadığı ünvan 2 ünvanında yerləşən evinə getmişdir. Ramin də həmin vaxt həmin evdə olmuşdur. Lakin sonradan Ramin evdən çıxıb getmiş və birazdan evə gələcəyini onlara bildirmişdir. Təxminən saat 11:00 radələrində polislər evə daxil olaraq Ramini axtardıqlarını bildirmişlər. Onlar da Raminin evdə olmadığını polislərə bildirmişlər. Sonra polislər evdə axtarış keçirmişlər və soyuducudan 2 (iki) ədəd torba tapmışlar. Polislər onlardan həmin torbaların kimə məxsus olduğunu soruşmuşlar. Onlar da həmin torbalardan xəbərlərinin olmadığını və ümumiyyətlə həmin torbaların kimə məxsus olduğunu bilmədiklərini polislərə bildirmişlər. Sonra Ramin evə gəlmiş və polislər evdə Ramini tutmuşlar. Polislər Ramindən aşkar olunmuş torbaların kimə məxsus olduğunu soruşmuşlar. Ramin də soyuducudan aşkarlanmış torbaların özünə məxsus olduğunu bildirmişdir. Sonra polislər onların dördünü də Baş İdarəyə aparmışlar. Orada onun, Səfərin və Əbdülün üzərindən heç bir narkotik vasitə aşkar olunmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 tutulmamışdan təxminən 4-5 ay əvvəl o, Qaraçuxur qəsəbəsində təsadüfən Raminlə tanış olmuşdur. O, Qaraçuxur qəsəbəsinə “şüşə” kimi tanıdığı maddəni almaq üçün getmişdir. O, orada həmin maddəni satan şəxsi axtardığı zaman təsadüfən Təqsirləndirilən şəxs1la tanış olmuşdur. O, Raminlə tanış olduqda sonuncu ona özündə “şüşənin” olduğunu və ona sata biləcəyəini demişdir. O da Ramindən sonuncunun mobil nömrəsini götürmüşdür. Sonra ona “şüşə” lazım olduqda, o, Raminə zəng edərək sonuncudan “şüşə” istəmişdir. Ramin də onunla görüşərək pul müqabilində ona “şüşə” vermişdir. O, cəmi 2 (iki) dəfə Ramindən “şüşə” almışdır. Birinci dəfə o, Ramindən “şüşəni” 10 manata, ikinci dəfə isə 20 manata almışdır. Sonra o, “şüşədən” imtina etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 Elsəvər oğlu ibtidai istintaq zamanı vermiş olduğu ifadədən fərqli məzmunda ifadə verərək göstərdi ki, o, əvvəllər nadir hallarda heroini yandırıb tüstüsünü çəkmək yolu ilə qəbul etmişdir. O, hazırda narkotik vasitədən istifadə etmir. O, Təqsirləndirilən şəxs2la Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 252 saylı məktəbdə oxuyarkən tanış olmuşdur. Həmin vaxt onun Əbdüllə normal münasibəti olmuş və hərdən onlar məhəllədə görüşmüşlər. Görüşlərin birində Əbdül ona narkotik vasitədən istifadə etdiyini demişdir. O da həmin ərəfədə narkotik vasitədən istifadə etdiyindən Əblülə narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Sonra o, bir dəfə Əblüllə görüşmüş və onlar birlikdə narkotik vasitədən istifadə etmişlər. Əbdül heç vaxt ona narkotik vasitə və psixotrop maddə satmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 iyul 2020-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 6-7) görünür ki, Təqsirləndirilən şəxs1 müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 iyul 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 30-33) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən onun üzərindən 1 (bir) ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroinə oxşar kütlə və 1 (bir) ədəd “Redmi” markalı mobil telefon aşkar edilmişdir. Aşkar edilmiş bükümün çəkisi elektron tərəzidə çəkilmiş və bükümün çəkisi 6 (altı) qram təşkil etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 iyul 2020-ci il tarixli avtomobilə baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 37-40) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 idarə etdiyi **-PS-*** dövlət qeydiyyat nişanlı, “Xəzər” markalı avtomobilin yük hissəsindən 1 (bir) ədəd qara rəngli polietilen torbanı çıxarıb təqdim etmişdir. Həmin qara rəngli polietilen torbanın içindən 9 (doqquz) ədəd bükümdə narkotik vasitə heroinə oxşar kütlə, avtomobilin qabaq sağ tərəfində yerləşən oturacağın altından isə 3 (üç) ədəd bükümdə narkotik vasitə heroinə oxşar kütlə aşkar edilmişdir. Aşkar edilmiş 12 (on iki) ədəd büküm tərəzi vasitəsi ilə çəkilmiş və bükümlərin ümumi çəkisi 10 (on) kiloqram 75 (yetmiş beş) qram təşkil etmişdir. Təqsirləndirilən şəxs1 aşkar edilmiş narkotik vasitələrin ona məxsus olduğunu, həmin bükümləri sosial şəbəkə vasitəsi ilə “Şahruz” adlı İran İslam Respublikasının vətəndaşından aldığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 iyul 2020-ci il tarixli evə baxış keçirilməsi və götürmə haqqında protokoldan (cild 1, iş vərəqə 43-45) görünür ki, həmin gün saat 07.00-da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundzadə küçəsi, 73 A saylı evə baxış keçirilmiş və baxış zamanı evin mətbəxində yerləşən soyuducunun buzxanasından 1 (bir) ədəd bükümdə külli miqdarda narkotik vasitə heroin, 1 (bir) ədəd bükümdə külli miqdarda psixotrop maddə metamfetamin və 1 (bir) ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi, habelə mətbəxdəki masanın üzərindən 3 (üç) ədəd üzərində psixotrop maddə metamfetaminin izləri olan şüşə borucuqları aşkar edilərək götürülmüşdür. Bundan başqa, Baş Narkotiklərlə Mübarizə İdarəsində Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən onun əynindəki göy rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 iyul 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/1387 saylı rəyindən (cild 1, iş vərəqə 124-129) görünür ki, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 1 (bir) ədəd bükümdə....” sözləri, “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 İntiqam oğlunun yaşadığı evdən aşkar olunmuş...” sözləri və imzalar qeyd edilmiş 1 (bir) ədəd zərfdə və 1 (bir) ədəd bağlamada, 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,699 qram və 495,1 qram olmaqla, ümumilikdə təmiz çəkisi 495,799 qram ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən....” sözləri, “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 İntiqam oğlunun idarə etdiyi avtomobildən aşkar olunmuş....’’sözləri, “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 İntiqam oğlu yaşadığı evdən aşkar olunmuş....’’sözləri və imzalar qeyd edilmiş bağlamalarda 14 (on dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1534,2 qram, 1461,9 qram, 1458,6 qram, 1492,9 qram, 1034,9 qram, 462,1 qram, 453,2 qram, 378,9 qram, 469,3 qram, 417,8 qram, 397,7 qram, 454,8 qram, 4,778 qram və 501,6 qram, ümumilikdə təmiz çəkisi 10.522,678 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd bükümdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Təqdim edilmiş 14 (on) dörd ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. 1 (bir) ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. 3 (üç) ədəd şüşə borucuqda psixotrop maddə olan metamfetaminin izləri vardır. Təqdim olunmuş daşıyıcı predemtlərdə olan iz mikrohissəcikləri ilə maddə nümnələri arasında müqayisəli tədqiqat aparmaq mümkün deyildir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 iyul 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 25) görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 iyul 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 26) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 iyul 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 59) görünür ki, Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 iyul 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 61) görünür ki, həmin gün Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 iyul 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 77) görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 iyul 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 78) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 iyul 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 95) görünür ki, Şahid1 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 iyul 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 96) görünür ki, həmin gün Şahid1 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 iyul 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 181-183) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 iyul 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 192-194) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 iyul 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 202-204) görünür ki, həmin gün Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 iyul 2020-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-872/2020 saylı qərarından (cild 1, iş vərəqə 232-235) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli 26 iyul 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 iyul 2020-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-871/2020 saylı qərarından (cild 1, iş vərəqə 236-239) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli 26 iyul 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 iyul 2020-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-870/2020 saylı qərarından (cild 1, iş vərəqə 240-243) görünür ki, həmin gün Təqsirləndirilən şəxs3 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli 26 iyul 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 iyul 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 2, iş vərəqə 20-22) görünür ki, 3 (üç) ədəd paketdə qablaşdırılan 10.522,258 qram çəkidə narkotik vasitə heroin, 495,739 qram çəkidə psixotrop maddə metamfetamin, 1 (bir) ədəd elektron tərəzi, 3 (üç) ədəd şüşə borucuq maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-yə təhvil verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 iyul 2020-ci il tarixli mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan (cild 2, iş vərəqə 23) görünür ki, Təqsirləndirilən şəxs1 məxsus 1 (bir) ədəd “Redmi” markalı mobil telefonun yaddaş kitabçasında “İran” adı altında İran İslam Respublikasının mobil telefon operatoruna məxsus +**********75 saylı mobil telefon nömrəsini qeydə alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 iyul 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 2, iş vərəqə 32) görünür ki, Təqsirləndirilən şəxs1 oğlu əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 iyul 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 2, iş vərəqə 33) görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 iyul 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 2, iş vərəqə 34) görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 avqust 2020-ci il tarixli telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında protokoldan (cild 2, iş vərəqə 57) görünür ki, Təqsirləndirilən şəxs2 ***-***-**-**, Təqsirləndirilən şəxs3 ***-***-**- **, Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı mobil telefon nömrələrini istifadə etmişlər. Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 29.06.2020-ci il tarixdən 25.07.2020-ci il tarixədək 39, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 26.06.2020-ci il tarixdən 25.07.2020-ci il tarixədək 132, Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 27.06.2020-ci il tarixdən 25.07.2020-ci il tarixədək 39 telefon danışığı qeydə alınmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 29.06.2020-ci il tarixdən 25.07.2020-ci il tarixədək 39, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 26.06.2020-ci il tarixdən 25.07.2020-ci il tarixədək 120, Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 26.06.2020-ci il tarixdən 25.07.2020-ci il tarixədək 103 telefon danışığı qeydə alınmışdır. Həmçinin Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 26.06.2020-ci il tarixdən 25.07.2020-ci il tarixədək 132, Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 26.06.2020-ci il tarixdən 25.07.2020-ci il tarixədək 120, Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 26.06.2020-ci il tarixdən 25.07.2020-ci il tarixədək 194 telefon danışığı qeydə alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 avqust 2020-ci il tarixli xasiyyətnamədən (cild 2, iş vərəqə 82) görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 avqust 2020-ci il tarixli xasiyyətnamədən (cild 2, iş vərəqə 85) görünür ki, Təqsirləndirilən şəxs3 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 avqust 2020-ci il tarixli Abşeron Rayon Məhkəməsinin 5(012)-176/2020 saylı qərarından (cild 2, iş vərəqə 123-124) görünür ki, Təqsirləndirilən şəxs1 müəyyən edilib ifşa edilməsi barədə 25 iyul 2020-ci il tarixdə qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qanuni hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 avqust 2020-ci il tarixli xasiyyətnamədən (cild 2, iş vərəqə 101) görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 X5 X3 2676 saylı rəyindən (cild 2, iş vərəqə 169-170) görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 X5 X3 2678 saylı rəyindən (cild 2, iş vərəqə 171-172) görünür ki, Təqsirləndirilən şəxs3 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyindən əzab çəkmir. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 oktyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 X5 X3 2733 saylı rəyindən (cild 2, iş vərəqə 173-174) görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən periodik istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 oktyabr 2020-ci il tarixli qərardan (cild 2, iş vərəqə 156-166) görünür ki, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində çıxış edən Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən fiziki və psixi təsirə məruz qalması barədə göstərmiş olduğu xüsusatlar aparılmış araşdırma zamanı müəyyən edilmədiyindən polis əməkdaşları barəsində cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 oktyabr 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 175-195) görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi və təqsirləndirilən şəxslərə qeyd edilən maddələr üzrə yeni məzmunda ittihamın elan edilməsi, şəxsi axtarışı və götürməni özündə əks etdirən 4 (dörd) ədəd diskin, 10.522,258 qram çəkidə narkotik vasitə heroinin, 495,739 qram çəkidə psixotrop maddə metamfetaminin, 1 (bir) ədəd elektron tərəzinin və 3 (üç) ədəd şüşə borucuğun maddi sübut kimi tanınması, habelə saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİyə təhvil verilməsi, qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə mənbəyinə görə Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə başqa cinayət işinin ayrıca icraata ayrılması, Şahid1 barəsində başlanmış cinayət işinə xitam verilməsi və onun inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 oktyabr 2020-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 205-207) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 oktyabr 2020-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 223-225) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 oktyabr 2020-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 242-244) görünür ki, həmin gün Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 noyabr 2020-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1271/2020 saylı qərarından (cild 3, iş vərəqə 27-32) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 26 yanvar 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 noyabr 2020-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1270/2020 saylı qərarından (cild 3, iş vərəqə 37-42) görünür ki, həmin gün Təqsirləndirilən şəxs3 həbsdə saxlama müddəti 26 yanvar 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 noyabr 2020-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1274/2020 saylı qərarından (cild 3, iş vərəqə 43-48) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 26 yanvar 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 noyabr 2020-ci il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan (cild 3, iş vərəqə 49-53) görünür ki, Təqsirləndirilən şəxs3 əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 238.2.2-ci maddələrinə tövsif edilməsi və ona həmin maddələr üzrə yeni ittihamın elan edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 noyabr 2020-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 3, iş vərəqə 55-57) görünür ki, həmin gün Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 238.2.2-ci maddələri üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 dekabr 2015-ci il tarixli, 18 avqust 2017-ci il tarixli, 12 sentyabr 2017-ci il tarixli, 19 oktyabr 2017-ci il tarixli, 20 oktyabr 2017-ci il tarixli, 10 yanvar 2018-ci il tarixli, 30 may 2018-ci il tarixli, 12 oktyabr 2018-ci il tarixli tibbi sənədlərin surətlərindən (cild 4, iş vərəqə 12-19) görünür ki, Təqsirləndirilən şəxs2 anası Səidə Əhmədova üzərində dəfələrlə cərrahiyyə əməliyyatı keçirilmiş və o, uzun müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 avqust 2021-ci il tarixli tibbi arayışdan (cild 4, iş vərəqə 38) görünür ki, Təqsirləndirilən şəxs3 atası Hicran Ələkbərov 27 pktyabr 2009-cu il tarixdən “şəkərli diabet tip 2” diaqnozu ilə ambulator qaydada müalicə alır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 265768 nömrəli vəsiqənin surətindən (cild 4, iş vərəqə 39) görünür ki, Təqsirləndirilən şəxs3 atası Hicran Ələkbərov İİ qrup əlildir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X1 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüşlər, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçilərinin vasitəsi ilə suallar vermişlər və onlara qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişlər. Təqsirləndirilən şəxslər tərəfindən ayrı-ayrılıqda onlara qarşı irəli sürülmüş ittiham bütövlükdə mübahisələndirildiyindən məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutlara hüquqi qiymət verilməli, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində, habelə Təqsirləndirilən şəxs3 əlavə olaraq Cinayət Məcəlləsinin 238.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin dispozitiv şərtlərinə və mahiyyətinə izah verilməli, eləcə də təqsirləndirilən şəxslər tərəfindən törədilmiş əməllər toplanmış sübutlar əsasında qarşılıqlı şəkildə təhlil edilməlidir. Belə ki, qeyd edilən məsələlər həll edilmədən təqsirləndirilən şəxslərin əməllərinin tövsif edilməsi mümkün deyil. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətli olması demokratik və hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs3 əməlləri isə Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 238.2.2-ci maddələri ilə tövsif olunmuşdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətmiş olduqları əməlləri Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etsə də, Təqsirləndirilən şəxs3 əməlini Cinayət Məcəlləsinin 238.2.2-ci maddəsi ilə tövsif edərkən iş üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmamış, ziddiyyətli məqamları nəzərə almamış və nəticədə Təqsirləndirilən şəxs3 tərəfindən törədilmiş əməlin tövsifində kobud səhvə yol vermişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar, ondan gizli qaçaqmalçılıqla keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etmişlər, bundan başqa, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edib daşıyaraq saxlamışlar. Məhkəmə istintaqında obyektiv şəkildə araşdırılmış mötəbər sübutlardan görünür ki, Təqsirləndirilən şəxs1 başqa şəxslərlə birlikdə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edib saxlaması və daşıması barədə əməliyyat orqanına əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən əməliyyat məlumatı əsasında əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və polis əməkdaşları Təqsirləndirilən şəxs1 ifşa edilməsi barədə əməliyyat-axtarış tədbiri keçirmişlər. Əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 26 iyul 2020-ci il tarixdə, saat 03.00-da Abşeron rayonu ərazisində yerləşən Bakı-Sumqayıt şossesinin 7-ci kilometrliyi yaxınlığında saxlanılmış və şübhəli şəxs qismində Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunmuşdur. Orada Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən külli miqdarda, yəni 4,778 qram çəkidə narkotik vasitə heroin aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi “Khazar” markalı, **-PS-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmişdir. Avtomobilə baxış keçirilən zaman avtomobilin qabaq sağ oturacağın altından 3 (üç) büküm, arxa saxlanc yerindən isə 9 (doqquz) büküm, ümumilikdə isə 12 (on iki) büküm aşkar edilmişdir. Həmin bükümlərdə təmiz çəkiləri 1.534,2 qram, 1.461,9 qram, 1.458,6 qram, 1.492,9 qram, 1.034,9 qram, 462,1 qram, 453,2 qram, 378,9 qram, 469,3 qram, 417,8 qram, 397,7 qram və 454,8 qram, ümumilikdə külli miqdarda, yəni 10.016,3 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 üzərindən və idarə etdiyi avtomobildən aşkarlanmış narkotik vasitə heroinin ona məxsus olduğunu, həmin vasitəni bir neçə gün əvvəl İran İslam Respublikasının vətəndaşı olan “Şahruz” adlı şəxsin ona göndərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 onun üzərində şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirilməsi nəticəsində aşkarlanmış narkotik vasitənin növünü, həmin vasitənin olduğu bükümlərin sayını, habelə bükümlərdəki kütlənin çəkisini mübahisələndirməmiş, əksinə qeyd edilən prosessual hərəkətlərin nəticəsini özündə əks etdirən protokolları imzalamaqla və bununla bağlı ətraflı şəkildə ifadə verməklə aşkarlanmış narkotik vasitənin heroin olduğunu, eləcə də heroinin olduğu bükümlərin sayını və çəkisini etiraf etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs1 üzərindən və idarə etdiyi avtomobildən aşkarlanmış narkotik vasitədən başqa, əmisi oğlu Təqsirləndirilən şəxs3 ilə birlikdə yaşadığı evdə də qadağan edilmiş narkotik vasitə və psixotrop maddənin olduğunu polis əməkdaşlarına bildirmişdir. Təqsirləndirilən şəxs1 şifahi qaydada verdiyi məlumat əsasında əməliyyat-axtarış tədbirləri davam etdirilmiş və 26 iyul 2020-ci il tarixdə, saat 07.00-da Təqsirləndirilən şəxs1 əmisi oğlu Təqsirləndirilən şəxs3 ilə birlikdə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundzadə küçəsində yerləşən 73 A saylı evə baxış keçirilmişdir. Evə baxış keçirilən zaman evin mətbəxində yerləşən soyuducunun buzxanasından 1 (bir) ədəd bükümdə, külli miqdarda, yəni 501,6 qram çəkidə narkotik vasitə heroin, 1 (bir) ədəd bükümdə, külli miqdarda, yəni 495,1 qram çəkidə psixotrop maddə metamfetamin və 1 (bir) ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi, habelə mətbəxdəki masanın üzərindən isə 3 (üç) ədəd üzərində psixotrop maddə metamfetaminin izləri olan şüşə borucuqları aşkar edilərək götürülmüşdür. Evə baxış keçirilən zaman həmin vaxt evdə, həmçinin Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Şahid1 olmuşlar. Evdən külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə aşkarlandığından həmin vaxt evdə olmuş bütün şəxslər, yəni Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Şahid1 Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmışlar. Baş İdarədə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əynindəki göy rəngli şalvarın sol yan cibindən 0,699 qram çəkidə psixotrop maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin Təqsirləndirilən şəxs3 yaşadığı evin mətbəxində olan soyuducunun buzxanasından aşkarlanmış psixotrop maddə metafetaminlə xarici görünüşünə və kimyəvi tərkib əlamətlərinə görə eynilik təşkil etmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Bundan başqa, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, dəfələrlə Təqsirləndirilən şəxs1 jarqon dildə “şüşə” kimi tanınan psixotrop maddə metamfetamini pul müqabilində, yəni əvəzli şəkildə almışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş digər şahid Qədirov X4 Umarovdan pul müqabilində, yəni əvəzli şəkildə psixotrop maddə metamfetamin almasını inkar etsə də, məhkəmə qeyd edilən şahidin göstərilən hissədə verdiyi ifadəsinə tənqidi yanaşır. Belə ki, Şahid6 ibtidai istintaq zamanı sərbəst şəkildə ifadə verərək bir neçə dəfə Təqsirləndirilən şəxs2 pul müqabilində psixotrop maddə metamfetamin aldığını açıq şəkildə bəyan etmişdir. Şahidin məhkəmə istintaqında verdiyi ifadəsinə gəldikdə, məhkəmə belə qənaətə gəlir ki, Şahid6 Təqsirləndirilən şəxs2la dost olduğundan fərqli məzmunda ifadə verərək sonuncunun cinayət məsuliyyətindən azad olunmasına nail olmaq istəmişdir. Başqa nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. Belə ki, Şahid6 məhkəmə istintaqında ibtidai istintaq zamanı vermiş olduğu ifadədən fərqli məzmunda ifadə verməsinin başqa izahı yoxdur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 da tutulmamışdan əvvəl psixotrop maddə olan metamfetaminin satışı ilə məşğul olmuşdur. Başqa sözlə, Təqsirləndirilən şəxs1 digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, eləcə də qeyriləri ilə (İran İslam Respublikasının vətəndaşı olan “Şahruz” adlı şəxs və qeyriləri ilə) qabaqcadan əlbir bir qrup şəxs halında külli miqdarda narkotik vasitə və psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar, ondan gizli qaçaqmalçılıqla keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edərək daşıyıb saxlamışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmə belə nəticəyə gələrkən Təqsirləndirilən şəxs1 üzərindən və idarə etdiyi avtomobildən aşkarlanmış narkotik vasitənin növünə, çəkisinə, həmin vasitənin olduğu bükümlərin sayına, eləcə də Təqsirləndirilən şəxs1 əmisi oğlu Təqsirləndirilən şəxs3 ilə birlikdə yaşadığı evdən aşkarlanmış narkotik vasitə və psixotrop maddənin növlərinə, çəkilərinə, habelə elektron tərəzinin aşkarlanmasına, Təqsirləndirilən şəxs2 üzərindən aşkarlanmış psixotrop maddə metamfetaminin evə baxış keçirilən zaman aşkarlanmış psixotrop maddə metamfetaminlə eynilik təşkil etməsinə, o cümlədən Təqsirləndirilən şəxs1 məxsus mobil telefona baxış keçirilən zaman telefondan İran İslam Respublikasında istifadə edilən mobil operatora aid mobil telefon nömrəsinin aşkar edilməsinə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulmamışdan əvvəl narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına istinad etmişdir. Belə ki, yuxarıda sadalanan halların məcmusu ona dəlalət edir ki, təqsirləndirilən şəxslər qeyriləri ilə (İran İslam Respublikasının vətəndaşı olan “Şahruz” adlı şəxs və qeyriləri ilə) qabaqcadan əlbir bir qrup şəxs halında külli miqdarda narkotik vasitə və psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar, ondan gizli qaçaqmalçılıqla keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etmişlər, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edərək daşıyıb saxlamışlar. Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 238.2.2-ci maddəsi üzrə irəli sürülmüş ittihama gəldikdə, məhkəmə bu ittihamla qəti şəkildə razılaşmır və belə hesab edir ki, Təqsirləndirilən şəxs3 əməlində Cinayət Məcəlləsinin 238.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri yoxdur. Belə ki, Cinayət hüququ nəzəriyyəsinə görə - Cinayət Məcəlləsinin 238.1-ci maddəsində nəzərdə tutulan cinayətin obyektiv cəhəti narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə, saxlama və bu məqsədlər üçün binalar vermədə ifadə olunur. Tiryəkxana dedikdə, yaşayış (mənzil, ev, bağ evi, mənzilin otağı) və ya qeyri-yaşayış (anbar, zirzəmi, qaraj, evin çardağı və sair), yaxud xidməti təyinatlı tikililər başa düşülür. Buraya, həmçinin xüsusi olaraq hazırlanmış yerlər (koma, çadır və sair) aid edilə bilər. Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə dedikdə, tiryəkxana üçün yaşayış və qeyri-yaşayış sahələrinin əldə edilməsi, icarəyə və ya əvəzsiz olaraq istifadəyə/sahibliyə götürülməsi, təmir olunması, yenidən qurulması, xüsusi avadanlıqlarla təchiz edilməsi və sair bu kimi hərəkətlər başa düşülür. Tiryəkxana saxlama dedikdə isə şəxsin özü və yaxud başqası tərəfindən təşkil olunmuş tiryəkxananın fəaliyyətinin davam etdirilməsinə yönələn hərəkətlər başa düşülür. Cinayət Məcəlləsinin 238.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Təqsirkar narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil etdiyini və ya saxladığını, yaxud bu məqsədlərlə binalar verdiyini dərk edir və belə hərəkətlər etməyi arzu edir. Bu cinayət tamah motivi ilə törədilir. Nəzərdən keçirilən cinayətin subyektiv cəhətinin zəruri əlaməti narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakını təmin etmədən ibarət olan xüsusi məqsəddir. Göründüyü kimi Cinayət Məcəlləsinin 238.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ancaq tamah məqsədi ilə törədilir. Lakin cinayət işinin materiallarında Təqsirləndirilən şəxs3 qarşı Cinayət Məcəlləsinin 238.2.2-ci maddəsi ilə irəli sürüllmüş ittiham üzrə onun tamah məqsədi ilə təkrarən narkotik vasitə və psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil etməsini və saxlamasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Bundan başqa, məhkəmə istintaqında Təqsirləndirilən şəxs3 öz evində tiryəkxana təşkil edib saxlamasını təsdiq edə biləcək heç bir hal müəyyən edilməmişdir. Bir şəxsin bir neçə başqa şəxslə birlikdə yaşadığı evdə narkotik vasitə və psixotrop maddə istifadə etməsi qətiyyən tamah məqsədi ilə narkotik vasitə və psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil etməsi və saxlaması nəticəsinə gəlmək üçün əsas deyil. Ələlxüsus da təkrarən narkotik vasitə və psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil etməsi və saxlaması nəticəsinə gəlmək üçün əsas ola bilməz. Eyni zamanda Təqsirləndirilən şəxs1 əmisi oğlu Təqsirləndirilən şəxs3 ilə birlikdə yaşadığı evdən aşkarlanmış külli miqdarda narkotik vasitə heroinə və külli miqdarda psixotrop maddə metamfetaminə nisbətdə onların hər ikisinə, o cümlədən Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlər üzrə ittiham verildiyi halda, Təqsirləndirilən şəxs3 evində onların bir dəfə narkotik vasitə və psixotrop maddələrdən istifadə etməsi halında yalnız Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 238.2.2-ci maddəsi ilə ittihamın elan edilməsi başa düşülən və ağlabatan deyil. Ən əsası da narkotik vasitələrin və psixotrop maddələrin istehlakı üçün tiryəkxananın təkrarən təşkil edilməsi və saxlanılması halları məhkəmə istintaqında sübuta yetirilməmişdir. Başqa sözlə, eyni hallar və əsaslar üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri üzrə, Təqsirləndirilən şəxs3 isə Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı, həmçinin Cinayət Məcəlləsinin 238.2.2-ci maddəsi üzrə əlavə ittihamın irəli sürülməsi ədalətli və qanuni hesab edilə bilməz. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 ilə birlikdə yaşadığı evdən aşkarlanmış külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni hər üç təqsirləndirilən şəxsə aid etməsi nəticəsinə gəldiyi və təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə eyni ittiham irəli sürdüyü halda, aşkarlanmış 3 (üç) ədəd şüşə borucuqla bağlı Təqsirləndirilən şəxs3 nisbətdə Cinayət Məcəlləsinin 238.2.2-ci maddəsi üzrə əlavə ittihamın elan etməsi səhv nəticə olmaqla yanaşı, həmçinin Təqsirləndirilən şəxs3 qarşı edilmiş ayrı-seçkilikdir. Bu isə qanunsuz və yolverilməzdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 238.2.2-ci maddəsi üzrə ittiham irəli sürülsə də, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs3 tərəfindən Cinayət Məcəlləsinin 238.2.2-ci maddəsinin dispozisiyasındaki cinayətin obyektiv cəhətini təşkil edən hansı hərəkətin və ya hərəkətlərin törədilməsi, həmin hərəkət və ya hərəkətlərin nədən ibarət olması, nə vaxt, hansı şəraitdə və kimə nisbətdə törədilməsi ilə bağlı heç bir sübut əldə etməmişdir. Məhkəmə istintaqında da Təqsirləndirilən şəxs3 təkrarən narkotik vasitə və psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil etməsi və saxlaması təsdiq olunmamışdır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı ibtidai araşdırma zamanı qəbul etdiyi əməlin tövsif edilməsi haqqında qərar əsasında Təqsirləndirilən şəxs3 əməllərini Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 238.2.2-ci maddələrinə tövsif edilməsi nəticəsinə gələrkən təqsirləndirilən şəxsin əməllərinin tövsifində kobud səhvə yol verərək sonunculara əsassız və qanunsuz şəkildə törətmədiyi cinayətlə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə Azərbaycan Respublikasında cinayətkarlıqla mübarizədə polis əməkdaşlarının rolunu yüksək qiymətləndirir. Narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı mübarizə ən üst səviyyədə olmalıdır. Lakin cinayətkarlıqla mübarizə - şəxslərin təməl hüquqlarına, o cümlədən şəxslərin məhkəmə müdafiə hüququna xələl gətirməməlidir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev demişdir ki, “Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən hər hansı bir şəxsə əsassız şəkildə Cinayət Məcəlləsinin 238.2.2-ci maddəsi ilə ittihamın elan edilməsi səhv presedentə yol aça bilər, bu isə şəxslərin törətmədikləri cinayətə görə məsuliyyətə cəlb olunmasına yol aça bilər. Qeyd edilən presedentin bərqərar olması yolverilməz olmaqla yanaşı, həmçinin təhlükəlidir. Bu səbəbdən də ibtidai istintaq orqanının bu kimi səhvləri məhkəmə qaydasında aradan qaldırılmalıdır. İbtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 238.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübut əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 238.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa və mötəbər sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 qarşı bu hissədə irəli sürülmüş ittihamın əsasını yalnız ehtimallar və mülahizələr təşkil etmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 238.2.2-ci maddəsi ilə ittiham irəli sürərkən araşdırmalı olan bütün halları araşdırmamış, sübuta yetirilməli olan hallarla bağlı heç bir sübut əldə etməmişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs3 mülahizələr və ehtimallar əsasında irəli sürdüyü ittiham məhkəmə istintaqında öz təsdiqini tapmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 238.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi qənaətinə gəlmək mümkün olmamışdır. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və ağır şəkildə cəzalanmalarına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 238.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Qeyd edilən tələblər, həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin müxtəlif qərarlarında da öz əksini və təsdiqini tapmışdır. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa Konvensiyasının 6.2-ci maddəsinin tətbiqi ilə əlaqədar “Barbera, Messegi və Cabardo İspaniyaya” qarşı iş üzrə çıxarılmış qərarda göstərmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi - məhkəmə tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi və öz vəzifələrinin yerinə yetirilməsi zamanı təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi barədə ön mühakimə ilə başlamamağı tələb edir. Sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Sübutetmə yükünün ittiham tərəfindən müdafiə tərəfinə ötürülməsi halında təqsirsizlik prezumpsiyası pozulur Yuxarıda qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 törətmiş olduğu əməllərdə Cinayət Məcəlləsinin 238.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin zəruri tərkib əlamətləri olmamış, eləcə də onun həmin cinayəti törədilməsində təqsiri sübuta yetirilməmiş, ibtidai istintaq orqanı ehtimallara və mülahizələrə əsasən həmin maddə üzrə ona ittiham irəli sürmüşdür. Bundan başqa, toplanmış sübutlar Təqsirləndirilən şəxs3 ittihamın qeyd edilən hissəsi üzrə təqsirsizliyini təsdiq etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsinin tələbinə görə cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxs barəsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2, 39.2 və 42-ci maddələrini rəhbər tutaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 238.2.2-ci maddəsi ilə bəraət verilməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5 və 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin və təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin - külli miqdar təşkil edir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər, başqa sözlə, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə və psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar, ondan gizli qaçaqmalçılıqla keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etmişlər, bundan başqa, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edərək daşıyıb saxlamışlar. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143- 146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətmiş olduğu əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri mövcuddur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən qəsdən törədilmiş cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edir. Qeyd edilən cinayət əməlləri məhz Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən törədilmiş və bu cinayətlərin törədilməsində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bilavasitə təqsirlidirlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 (Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə nisbətdə) əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməlidirlər və həmin maddələrin sanksiyası həddində cinayətlərin məcmusu qaydasında ədalətli şəkildə cəzalandırılmalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətlərin hər birinin xarakterini, ictimai təhlükəlilik dərəcələrini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cavan olmalarını, onların ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmələrini və yaşayış yeri üzrə müsbət xarakterizə olmalarını, Təqsirləndirilən şəxs2 ali təhsilli olmasını, anasının uzun müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkməsini, Təqsirləndirilən şəxs3 atasının uzun müddətdir ki, şəkərli diabet xəstəliyindən əziyyət çəkməsini və İİ qrup əlil olmasını onların hər birinə nisbətdə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şəxsiyyətini, onların cəzasını yüngülləşdirən halları, onların əməllərində cəzanı ağırlaşdıran halların olmadığını, aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin çəkisini, müxtəlif növlərə aid olmasını, həmin cinayətlərin törədilmə üsulunu və mexanizmini, törədilmiş cinayətlərdən birinin (qaçaqmalçılığa nisbətdə) transmilli cinayət kateqoriyasına aid edilməsini, aşkarlanmış narkotik vasitə və psixotrop maddələrin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, eləcə də, işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onların təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyalarına uyğun şəkildə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara təyin olunacaq qəti azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Habelə təqsirləndirilən şəxslərin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və onların cəzasının əvvəli onların tutulduğu vaxtdan, yəni 26 iyul 2020-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan 28 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 X5 X3 2676 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan 28 sentyabr 2020-ci il tarixli və 05 oktyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 X5 X3 2678 və 2733 saylı rəylərindən görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmirlər. Onların narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyləri təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 cəza çəkəcəyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, bundan başqa, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanması kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 10.522,258 qram təşkil edən narkotik vasitə heroin, 495,739 qram təşkil edən psixotrop maddə metamfetamin, 1 (bir) ədəd elektron tərəzi və 3 (üç) ədəd şüşə borucuq məhv edilməli, Təqsirləndirilən şəxs1 məxsus 1 (bir) ədəd “Redmi” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalıdır, 4 (dörd) ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 65 (altmış beş) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi üzrə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 26 iyul 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi üzrə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 26 iyul 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi üzrə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 26 iyul 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olmadığından və qeyd edilən maddədə nəzərdə tutulmuş cinayətin törədilməsində onun təqsiri sübuta yetirilmədiyindən ona Cinayət Məcəlləsinin 238.2.2-ci maddəsi ilə bəraət verilsin. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanması kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 10.522,258 qram təşkil edən narkotik vasitə heroin, 495,739 qram təşkil edən psixotrop maddə metamfetamin, 1 (bir) ədəd elektron tərəzi və 3 (üç) ədəd şüşə borucuq məhv edilsin, Təqsirləndirilən şəxs1 məxsus 1 (bir) ədəd “Redmi” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın, 4 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar