Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-632/2022 08.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru Dövlət ittihamçısı2 və Dövlət ittihamçısı3 Zərərçəkmiş şəxsin hüquqi varisi X4 Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx xxxxxx 1975-ci ildə Ağcabədi rayonu, Yeni Qaradolaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada usta işləyən, Ağcabədi rayonu, Yeni Qaradolaq kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Asif Əsədullayev küçəsi, nömrəsiz fərdi evdə kirayədə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Asif Əsədullayev küçəsi, nömrəsiz fərdi evdə bir yerdə kirayədə yaşadığı Şahid4 və sonuncunun iş yoldaşı Şahid5 ilə birlikdə 14 sentyabr 2021-ci il tarixdə saat 20 radələrindən saat 23:30 radələrinədək Kürdəxanı qəsəbəsində yerləşən kafedə yemək yeyib iki ədəd 700 qramlıq spirtli içki olan araq İçdikdən sonra sərxoş vəziyyətdə məclislərini davam etdirib pivə içmək məqsədi ilə onlarla birlikdə istintaqa məlum olmayan taksi fəaliyyəti ilə məşğul olan avtomobilə əyləşib, həmin tarixdə saat 23:40 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Zabrat şossesi, X2rşısında yerləşən “TT” kafesinə gəlmiş, taksini yolun kənarında saxlatdırıb düşməyə hazırlaşdıqları zaman əvvəllər tanışlığı olmadığı Şahid2, Şahid3 və Zərərçəkmiş şəxs avtomobilə yaxınlaşaraq onları taksidən düşməyə tələsdirdikləri üçün bu məzmunda aralarında baş vermiş sözlü mübahisə zamanı tanışı Şahid5 Şahid2 İlə əlbəyaxa olacaqlarını görüb dərhal avtomobildən düşərək “bəsdirin” deyib qarşı tərəfin ünvanına söyüşlər işlətdiyi üçün Zərərçəkmiş şəxs ona “dayı problem lazım deyil” deyərək söyüş söyməməsinə dair haqlı İrad bildirməsindən sonra, sonuncunun bu sözlərini cüzi səbəb kimi bəhanə edib ictimai qaydalara və cəmiyyət tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, öz şəxsiyyətini sonuncunun şəxsiyyəti fövqündə qoyub üstünlüyünü nümayiş etdirmək məqsədi ilə heç bir əsaslı səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə onu qəsdən öldürmək qərarına gəlib, üzərində gəzdirdiyi istintaqa məlum olmayan qatlanan bıçağı çıxardıb açaraq “problem elə olmur, problem belə olur” ifadəsini işlədib cinayətkar niyyətini həyata keçirməkdən ötrü əlindəki bıçaqla Zərərçəkmiş şəxs bədən səthinə zərbə vuraraq, ona çoxlu qan itirməsinə səbəb olan qarının ön divarının qarın boşluğuna nüfuz edərək nazik bağırsaq ilgəklərinin, müsaqirə venalarının və aşağı boş venanın zədələnməsi ilə nəticələnən canlı şəxslərdə sağlamlığa ağır zərərvurmaya aid 1 (bir) ədəd deşilmiş-kəsilmiş xəsarət yetirərək Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir Məhkəmənin ilk iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 14 sentyabr 2021-ci il tarixdə Kürdəxanı yolunun kənarında olan kafedə tanışı Akif və onun iş yoldaşı Elnurla birlikdə yemək yeyib üç nəfərə 700 qram araq içdilər. Daha sonra taksiyə əyləşərək, pivə içmək üçün “TT” kafesinə getdilər. Taksi kafenin giriş yolunda avtomobili saxladı və ya Akif, ya da Elnurdan biri sürücüyə pul verəndə 8-10 nəfər şəxs taksiyə yaxınlaşaraq, onları taksidən düşməyə tələsdirdilər. O həmin şəxslərə “imkan verin düşək, bu qədər adam necə əyləşəcək” deyərək, öz iradını bildirəndə, mübahisə başladı və onlar onları söydülər. Bundan sonra Elnur avtomobildən düşdü və həmin 8-10 nəfərdən biri ilə avtomobilin yanında mübahisə etməyə başladı. Digər şəxslər isə ona hücum etdi. Onlar onu söyürdülər, o isə onlara “söyüş söyməyin” dedi. Bundan sonra avtomobildən 5 metr məsafə uzaqlaşdılar. Bu vaxt mərhum onun ünvanına daha pis söyüşlər işlətməyə başladı. O da cibindəki bıçağı çıxararaq adını sonradan bildiyi Cabir adlı şəxsi cibindəki olan bıçaqla bıçaqladı. Onun Cabir adlı şəxsi öldürmək məqsədi olmayıb, mübahisə zamanı qarşı tərəfdə çox adam var idi və onlar mübahisə zamanı üzərinə bir yerdə gələrək, onu sıxışdırdıqları üçün qorxmuşdu və cibindən bıçağı çıxararaq özünü müdafiə etmək istəmişdi. O mərhumu qəsdən öldürməmişdir, onu öldürmək məqsədi olmayıb. O mübahisə zamanı heç kəsi söyməmişdir. Mübahisə zamanı qarşı tərəfdəki şəxslər ona əl-qol atdılar, qol və qıçında göyərmiş xəsarət izləri var idi. Müstəntiq də bədənindəki xəsarətləri təsdiqləyən rəyi ona təqdim edib iş materiallarına əlavə etmişdi, mübahisə zamanı özünü müdafiə etməyə çalışırdı. Məhkəmənin növbəti iclasında isə Təqsirləndirilən şəxs əvvəlki verdiyi ifadəsinə əlavə edərək, bildirmişdir ki, o Cabiri öldürməmiş, onun heç bir günahı yoxdur, Ona qarşı irəli sürülmüş ittiham tamamilə yanlışdır. O hadisə baş verən zaman bircə cümlə eşitdi ki, “Vurdular”. Onun əvvəlki məhkəmə iclasında verdiyi ifadəni qəbul edilməməyini, hazırki ifadəni nəzərə alınmağını xahiş edir. Cabiri öldürənin kim olduğunu hadisə baş verən zaman orada olan şəxslər çox yaxşı bilir, ona təzyiq göstərldiyi üçün guya onun Cabiri öldürdüyünü demişdir. Mərhumu Şahid4 öldürüb. Ona işgəncə verildiyi üçün mərhumu öldürdüyünü bildirmişdir.Əvvəlki məhkəmə iclasında da mərhumu öldürdüyünü bildirməyinə səbəb onu oğlu ilə hədələmələri olmuşdur. Şahid4 onu hədələdi. Döyülərək ona təzyiq edildiyi və savadı olmadığı üçün ibtidai istintaqdakı ifadəni imzalamaq məcburiyyətində qaldı. 2017-ci ildə boşanmış, 3 uşağı var, boşandıqdan sonra övladları ilə əlaqə var idi və onlarla görüşürdü. Yaşca ən kiçik övladının 17-i yaşı var, övladları onun harada yaşadığını bilirdi və yanına gəlib-gedirdilər. O saxlanılmazdan əvvəl Sabunçu rayonunda kirayə 1 il idi ki iş ilə əlaqədar tanıdığı Akiflə təqribən 1 aydan çox idi ki birgə yaşayırdı. hadisənin baş verdiyi vaxtdan əvvəl onunla düşmənçilik edən, onu ölümlə, oğurlamaqla, xəsarət yetirməklə hədələyən şəxs olmayıb. Bıçağı 12-13 sentyabr tarixdə almışdır, üzərində bıçaq gəzdirmirdi, lakin huşundan çıxdığı üçün bıçaq kafeyə gedəndə üzərində qalıb. Kafedə o bıçağı Akifin istəyi ilə ona verdi. Onun kafeni tərk etdikdə başqa kafeyə getmək fikri yox idi, başqa kafeyə getməyi Akiflə Elnur birlikdə israrla təklif etdi. Bıçağı stolun üstünə qoymuşdu, səhər oyanıb gördü ki, bıçaq yoxdur. Səhər Akif evdən çıxıb getmişdi. Bıçaq açılıb-qatlanan idi. Oğlunun təhlükəsizliyi üçün 15 marta qədər Akifin mərhumu öldürdüyünü demədi. Oğlu Bakı şəhərində yaşayırdı. Akif onu iki dəfə, birinci dəfə hadisə baş verən gün, ikinci dəfə isə tutulduğu gün 14-cü polis bölməsində olarkən hədələdi. O mərhumun öldüyünü bilmirdi, Akif ona “Mənim hadisə törətdiyimi bir adam bilməsin. Kimsə bilsə, bil ki, oğlun var” dedi. Bu cümləni Akif ona deyəndə yanında heç kəs yox idi, evdə idilər. Akifin onu hədələdiyi vaxtdan 15 mart 2022-ci ilə qədər Akiflə nə görüşmüş, nə də telefonla danışmışdır. Onu tutub gətirən polis əməkdaşları ona heç bir sual vermədən, mərhumu onun öldürüböldürmədiyini soruşmadan onu döydülər. Özünü təqsirli bilmir ona bəraət verilməsini xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini dinləyib, iş materiallarını araşdıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə Təqsirləndirilən şəxs mərhum Zərərçəkmiş şəxs öldürmədiyinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin bir-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun qardaşıdır. Qardaşının sifarişlə öldürülməsi barədə onun şübhələri vardır. Belə ki, 6 sentyabr 2021-ci il tarixdə qardaşı Ağcabədi rayonunda toy mərasimində iştirak etmişdir. Toy mərasimində qardaşı tamada ilə mübahisə etmiş və tamadanı vurmuşdur. Bundan sonra qardaşı Bakıya gəlmişdir. Qardaşının mübahisə etdiyi tamada isə Ağcabədi rayon Polis İdarəsinə qardaşı barədə şikayət etmişdir. 1 ay sonra Ağcabədi rayon Polis İdarəsindən atasına zəng etmişlər və qardaşı barədə onlara şikayət daxil olduğunu bildirmişlər. Atası da polis idarəsinə getmiş və orada müstəntiq atasına tamada ilə qardaşı arasında barışıq əldə olunmasına çalışmağını məsləhət görmüşdür. Atası da bu məqsədlə tamadanın yanına getmiş və dəfələrlə tamada ilə barışıq əldə edilməsinə çalışmışdır, lakin həmin şəxs barışmaqdan imtina etmişdir. Həmin vaxt qardaşı Sabunçu rayon xəstəxanasında gözətçi kimi yeni işə qəbul olmuşdur. Qardaşı orada işləyərkən Elzamin adlı şəxslə tanış olmuş və həmin şəxs qardaşı ilə münasibət qurmağa çalışırmış. Qardaşı Elzamindən xəstəxanada tibbi maskadan istifadə etməsini tələb edəndə Elzamin qardaşına “bizim aləmdə maska taxan yoxdur” deyibmiş. Elzamin adlı şəxs Ağcabədi rayonundan imiş. Qardaşı həmin şəxslə münasibət qurduqdan sonra ona Ağcabədi rayonunda bir nəfərlə mübahisə etdiyini, həmin şəxsin onun barəsində polis idarəsinə şikayət etdiyini və Ağcabədi rayon Polis İdarəsinin müstəntiqinin onu polis idarəsinə çağırdığını bildirmişdir. Elzamin də qardaşına “problem yoxdur, Ağcabədi problemi mənlikdir” deyərək bu məsələni atası vasitəsilə həll etməyə köməklik edə biləcəyini bildirmişdir. Qardaşı da yaşı az olduğu üçün Elzaminə inanıb və Ağcabədi rayon Polis İdarəsinə gedib. Elzaminin atası da oraya gəlibmiş. Lakin məsələni həll edə bilməmişlər. Bundan sonra qardaşı Bakıya qayıtmış və Maştağa qəsəbəsində “Laləli” restoranında Elzaminlə görüşüb birgə yeyib-içmişlər. Bundan sonra qardaşı onu gözləyən olduğunu bildirərək, masadan durmaq istəmiş, lakin bu vaxt həmin kafedə olan ağcabədili ofisiant qız qardaşına əlavə olaraq 5 ədəd stəkanda pivə gətirmişdir. Bundan sonra qardaşıgil kafedən çölə çıxıb ki, getsinlər. Lakin Elzamin qardaşını ləngitməyə çalışıbmış. Bu vaxt bir taksi kafenin qarşısına yaxınlaşmışdır və həmin taksi dolu imiş. Elzamin taksiyə yaxınlaşıb dolu olduğu aşkar görünən avtomobilin qapısını açaraq “Boşdur?”, deyə soruşmuşdur. Elzaminin bu sualı nəticəsində taksidə əyləşmiş şəxslərlə aralarında mübahisə yaranmışdır. Avtomobilin arxa oturacağında əyləşmiş Təqsirləndirilən şəxs avtomobildən enərək Elzaminlə mübahisə edərkən Elzamin əynində olan köynəyi çıxararaq yerə atmışdır. Elzaminlə İlqar əlbəyaxa olmuşlar. Maraqlısı budur ki, Elzaminlə İlqar arasında bir saniyə ərzində belə sərt mübahisə yaranmışdır. Bu hal onun üçün şübhəli qalmışdır. Qardaşı da onlara yaxınlaşaraq İlqara “Ağsaqqal, nə problem var?” deyə soruşub. Bu vaxt İlqar qardaşına “Problem elə olmur, belə olur” deyərək qəflətən onu bıçaqlamışdır. Bu qeyd etdiyi hallar ona qardaşının yeddi mərasimindən sonra məlum olmuşduşdur. Onun qardaşı İlqarı tanımırmış. O bu danışdığı məlumatı hadisə günü eyni masada qardaşı ilə əyləşib yeyibiçən Əli adlı musiqiçidən öyrənmişdir. Onun fikricə, qardaşının ölümü onun tamada ilə mübahisəsi ilə əlaqədardır və Təqsirləndirilən şəxs həmin tamadanın sifarişi ilə qardaşını öldürmüşdür. Çünki hadisə baş verəndə mübahisədə iştirak edən şəxslər, ofisiant, Təqsirləndirilən şəxs və digərləri də Ağcabədi rayonundandırlar. O danışdığı məlumatları hadisəyə şahid olmuş insanlardan öyrənmişdir. Qardaşı xəstəxanada olarkən onun bıçaqlanması barədə məlumat əldə etmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir, ona qanunvericiliklə müəyyən olunmuş qaydada cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, mərhum Cabirlə xəstəxanada tanış olmuşdur. O, xəstəxanada mühafizəçi işləyirmiş. Cabir Ağcəbədi rayonunda toyda olarkən orada tamada ilə dalaşmasını və tamadanı vurmağını, bununla bağlı Ağcəbədi polis şöbəsində araşdırmanın aparılmasını bildirərək ondan kömək etməyini xahiş etmişdie. O da atası vasitəsilə ona bu problemini həll etmək üçün kömək etmişdir. 14 sentyabr 2021-ci il tarixdə onlar, yəni o, Ümid və Cabir görüşüb Maştağa qəsəbəsi, X3 yaxınlığında yerləşən «TT» kafesində yeyib içmişlər. İçkili imişlər. Kafenin sahibi kafedə oturan müştərilərə kafenin artıq bağlandığını bildirdikdən sonra o, dostları ilə kafeni tərk etmişdir. Bir qədər irəlidə gedərək yolun kənarında Prius markalı avtomobilin dayanması üçün əli ilə işarə etmiş və şüşənin aşağıda olmasını görüb taksinin boş olubolmadığını soruşmuşdur. Bu zaman taksidə oturan şəxs «korsan, görmürsən boş deyil» deyərək yaxasından tutub özünə doğru dartaraq əynində olan köynəyini cırmışdır. O onlardan üzr istəmişdir, taksidə isə 3 nəfər var imiş. Taksidən düşən bir şəxs ona yumruqla zərbə vurmaq istəyəndə o oradan 5 metr uzaqlaşmışdır. Cabirin vurulma anını görməmişdir. O, İlqar adlı şəxsi tanımırmış. X8 adlı şəxsin mübahisə etdiyini görməmişdir. Onun əynində qısaqol köynək var imiş. O avtomobilə yaxınlaşmış və avtomobilin pəncərəsindən boylanaraq danışanda ön oturacaqda əyləşən şəxs köynəyini dartıb cırmışdır. Onlar içkili imişlər. Kafedə Ümid, kafenin müsiqiçisi Əli, Cabir və o bir yerdə yeyib-içmişlər. Taksinin markası “Prius” imiş. İlqar göy rəngli VAZ 2106 markalı avtomobildə əyləşməmişdi. O, mərhum Cabiri tanımışdır. Hadisə baş verəndə Cabir də içkili olmuşdur. Məhkəmə iclas zalında olan təqsirləndirilən şəxsi tanımır. Cabirin vurulma anını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 14 sentyabr 2021-ci il tarixdə o Elzaminlə telefon vasitəsilə əlaqə saxlayarkən Elzamin Maştağa qəsəbəsində yerləşən kafedə olduğunu bildirmiş və onu da ora dəvət etmişdir. O taksi ilə həmin kafeyə getmişdir. O kafeyə daxil olanda Cabirin də orada olduğunu görmüşdür. Onlar biryerdə yeyib-içmişlər. Daha sonra isə kafeni tərk edib və çölə çıxmışlar. Elzamin taksi tapmaq üçün onlardan qabaqda getmiş və qara rəngli Prius markalı taksiyə yaxınlaşdığını görmüşdür. Bundan sonra Elzaminin həmin taksinin ön oturacağında əyləşən şəxslə mübahisə etdiyini görmüşdür. Elə bu anda həmin şəxs Elzaminə əl ataraq onun köynəyindən yapışmış və bu anda Elzamini aralamaq üçün ona tərəf qaçmışdır. Elzamin arxaya hərəkət edən zaman köynəyi cırılmışdır. Araladığı zaman taksidə, arxa oturacaqda əyləşən şəxs avtomobildən enərək köynəyini çıxartmış və Elzaminin üzərinə yerimişdir. O, onları aralaşdırırmış. Qısa müddət aralarında mübahisə olmuşdur. Bir neçə dəqiqə sonra qarşı tərəfdəki şəxslərdən biri qışqıraraq “minin maşına, getdik” demiş və onlar taksiyə əyləşərək uzaqlaşmışlar. Bir-iki dəqiqə sonra Cabirin bıçaqlandığı onlara məlum olmuş və onu xəstəxanaya aparmışlar. O, içkili deyilmiş. Taksi qara rəngli, Toyota Prius markalı avtomobil imiş. X8 adlı şəxsin mübahisə etdiyini görməmişdir.Hazırda məhkəmə iclas zalında olan təqsirləndirilən şəxsi tanımır. Hadisə baş verən gün O Elzamin və mərhum Cabirlə birgə yemək yemişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun iş yoldaşıdır. 14 sentyabr 2021-ci il tarixdə axşam saatlarında o, Akif və İlqar bir yerdə “Emil” kafesində yeyib-içdikdən sonra Sabunçu rayonu ərazisinə taksi sifariş vermişlər. Taksi ilə yolda hərəkət edən zaman ani olaraq qərarlarını dəyişərək 5 dəqiqə oturmaq üçün “TT” kafesinə getmək qərarına gəlişlər. Onlar kafeyə çatanda taksiyə bir nəfər yaxınlaşmışdır. Onları taksidən düşməyə tələsdirmişdir. İlqar avtomobildən enmişdir. Bundan 2 dəqiqə sonra isə o avtomobildən enmişdir. Avtomobilin arxasında Elzaminlə söz mübahisəsi etmişlər. İkisi də içkili imiş. Sonra avtomobilə oturun dedikləri üçün onlar da avtomobilə əyləşib getmişlər. Onlar əvvəlcə “Emil” kafesində yeyib-içmiş və bundan sonra Sabunçu ərazisinə taksi sifariş vermişlər. Taksi ilə yolda hərəkət edən zaman ani olaraq qərarlarını dəyişərək 5 dəqiqə oturmaq üçün “TT” kafesinə getmək qərarına gəlmişlər. O, mərhumun İlqarla mübahisə etməsini görməmişdir. O, taksinin arxa oturacağında oturmuş və içkili imiş. Restorana getməkdə məqsədləri pivə içmək olmuşdur. O, İlqarın Cabir adlı şəxsi vurmasını görməmişdir. O, Elzaminlə taksinin arxasında söz mübahisəsi edirmiş. Onun İlqarın cibində bıçaq gəzdirdiyindən xəbəri yox imiş. O, heç vaxt İlqarın cibində bıçaq gəzdirməsinə şahid olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, İlqar, o və Elnur birgə yeyib-içdikdən sonra kafenin qarşısına çatmışlar. Elzamin adlı şəxs taksiyə yaxınlaşaraq “taksi boşdur?” deyə soruşmuşdur. Elzamin adlı şəxsin bu sualı mübahisəyə səbəb olmuşdur. Bu vaxt o taksinin sürücüsünə yol pulu olaraq 50 manat vermiş və sürücünün həmin puldan yol pulunu çıxıb ona qalan pulunu qaytarmasını gözləyirmiş. O hadisənin necə baş verdiyini görməmişdir. O, taksidən enmək istəyəndə İlqarla Elnur avtomobilə əyləşərək “söhbət qutardı, gedək” demişlər. Onlar da oradan uzaqlaşmışlar. Yolda onlar taksini dəyişərək başqa taksiyə əyləşmişlər. İlqar ona kimisə vurduğunu demişdir. O, İlqarın bu cümləsinə əhəmiyyət verməmişdir. Onlar evə getmişlər. Səhər saatlarında bilmişdir ki, belə bir hadisə olub. Hadisə baş verən gün İlqarla görüşməyinə səbəb oğlunun ad gününü bir yerdə oturub qeyd etmək olmuşdur. İlqarla Kürdəxanı yolunda yerləşən bir kafedə yeyib-içmişlər. Həmin kafedə təqribən 3 saata yaxın oturmuş və saat 23:30-da kafeni tərk etmişlər. Kürdəxanı yolunda yerləşən kafedə spirtli içki qəbul etmişlər. Taksiyə əyləşmək istəyən şəxlərdən heç birini tanımırmış. Səhər saatlarında bilmişdir ki, İlqar hadisə törədib. Yolda olarkən İlqar kimisə vurduğunu ona demiş, lakin o İlqara əhəmiyyət verməmişdir. İlqar bıçağı almışdır. O, hadisənin necə baş verdiyini görməmişdir. O, heç kimə pul verməmişdir. Məhkəməyə gəlməməyinə səbəb ona sadəcə olaraq mart ayının 2-si iclas barədə mesaj göndərilməsi olmuşdur. O, həmin iclasa gəlmiş, lakin ona zəng olunaraq iclasın təxirə salındığı bildirilmişdir. Bundan sonra isə ona iclas barədə məlumat verilməmişdir. Mübahisə zamanı o taksidən enməmişdir. Hadisə baş verən vaxt içkili imiş, lakin o içkili olsa da düzgün xatırlayır. Taksidən enməmişdir. Çünki sürücüyə yol pulunu vermiş və onun pulunun artıq hissəsini qaytarmasını gözləyirmiş. O, taksidən enmək istəyəndə İlqarla Elnur avtomobilə əyləşmişlər. Taksiyə yaxınlaşan şəxslərdən heç birini tanımırmış. Rüfəti tanıyırmış, Rüfət dalaşan şəxs deyilmiş və o dalaşan şəxslərdən heç birini tanımırmış. Rüfət kənardan taksiyə yaxınlaşmışdır. Taksidən enməmiş, bir ayağı avtomobilin içində, digər isə çöldə olmuşdur. O, İlqarla bir yerdə yaşamışdır. Onlar zəngləşib oğlunun ad gününü qeyd etmək üçün görüşmüşlər. Kafedə yeyib-içdikdən sonra başqa kafeyə getməkdə məqsədləri yeyib-içməyə davam etmək olmuşdur. O, mərhumu kimin vurduğunu görməmişdir. O, Elzaminlə Elnurun söz mübahisəsi etdiyini görmüşdür. Onları aralaşdırmışlar. İlqar yolda olan zaman onlar taksini dəyişəndə adam vurduğunu demişdir. İlqar ona bıçaq göstərməmişdir. Bıçağı hadisədən sonra səhər evdə stolun üzərində görmüşdür. O, heç kəsdən bıçaq götürməmişdir. Taksidən düşəndə İlqar Akifə “mən vurmuşam” demişdir. İlqar hadisənin səhərsi günü yüklərini yığıb qaçmışdır. O, bıçağı yox etməmişdir, İlqar səhər qaçanda bıçağı özü ilə aparmışdır. İlqar siqaret almaq istədiyini və taksidən düşərək başqa taksiyə əyləşməklərini istəmişdir. Eyni taksini saxladıb, düşüb siqaret alıb, sonra isə yola davam etmək mümkün olmuşdur. O, bunu İlqara da bildirmişdir. İlqar isə havasını dəyişmək istədiyini bildirmişdir. Onlar hamısı içkili imiş. İlqarın cibində bıçaq olduğunu bilmirmiş. İlqar aldığı bıçağı ona göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o hadisənin necə baş verdiyini görməmişdir. O, hadisənin baş verdiyi yerə gəlib çıxanda artıq avtomobillər də çıxıb getmişdi. Mərhumun Elzaminə “Məni vurdular” dediyini eşitmişdir. Elzamin cənub bölgəsindən olduğunu bildirərək, ondan mərhumu xəstəxanaya aparmaq üçün ona kömək etməyimi istəmişdir. O da ona köməklik etmiş və mərhumu xəstəxanaya aparmışlar. Lakin mərhum heç əməliyyata belə çatmamış keçinmişdir. Onları polis bölməsinə aparmışlar və orada izahatını vermişdir. Hadisə baş verdiyi gün o, işdən çıxdıqdan sonra kafeyə getmişdir. Orada 20 dəqiqə tək oturmuşdur. Pandemiya ilə əlaqədar kafenin sahibi kafenin bağlandığını bildirmiş və hamı ayağa durmuşdur. Bundan sonra orada çaxnaşma başlamışdır. O, mərhumu vurub avtomobilə minib gedən şəxslərdən deyilmiş. O, mərhumu xəstəxanaya aparmağa köməklik etmişdir. Taksiylə gələn şəxslərdən yalnız Akifi tanıyır. O, Ramana qəsəbəsində restoran işlədəndə Akifi həmin ərazidə görmüşdür. Hadisə baş verən zaman Akiflə heç bir ünsiyyəti olmamışdır. O, restoranda pul ödəyirmiş, çaxmaşma olmuş, daha sonra şəxlər ayrılıb avtomobilə minib getmişlər. O, hadisə yerinə çatanda mərhumun Elzaminə “Məni vurdular” dediyini eşitmişdir. Akifi yolda, maşında əyləşmiş vəziyyətdə görmüşdür. Akifi avtomobildən düşmüş vəziyyətdə görməmişdir. Akif avtomobildə qabaq oturacaqda oturmuşdur. O, mərhumu kimin vurduğunu görməmişdir. O, təqsirləndirilən şəxsi tanımırmış və onun adını ona məhkəmə tərəfindən göndərilən mesajlardan bilmişdir. Mərhumu əvvəllər tanımırmış. Mərhumun stolunda oturan şəxsi tanıyırmış və o ondan mərhumu xəstəxanaya aparmaq üçün kömək etməyini istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 14 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “TT” kafesinə getmişdi. Həmin gün əvvəllərdən tanıdığı Elzamin də orada idi. O onu öz masalarına dəvət etdi. Masada tanımadığı Cabir adlı şəxs də əyləşmişdi. Onlarla əyləşib meyxana deməyə başladı. Axşam kafeni tərk edəndə, Cabir onun yanında idi və onunla birlikdə pilləkənlərdən çölə doğru çıxırdılar. Bu vaxt Elzaminlə sarışın bir oğlan arxa tərəfdə dalaşdıqlarını gördü. İlqar avtomobilin arxa sol oturacaq olan hissəsindən enib gəldi. Cabir İlqara “Problem lazım deyil” dedi. İlqar da ona “Problem elə olmur, belə olur” dedi və Cabiri açılıb-qatlanan bıçaqla bıçaqladı. Hadisə kafenin qabağında pilləkənlərdən solda baş verdi. Cinayət işində olan “şəxsin tutulması haqqında” 16 sentyabr 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan hadisə yerinə baxış keçirilməsi haqqında 15 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat şossesi, İdman kompleksinin qarşısında “TT KAFESİ”nin yanında yerləşir. Küçə ilə getdikdə yolun sol tərəfində mozaika daşları ilə düzəldilmiş üzərində dəvə təsviri olan ön tərəfi nisbətən oval vormada, üst hissəsi bucaq şəkildə olan təxminən iki metr hündürlüyündə fiqur görünür. Bu fiqurun yanında sol tərəfdə yolun kənarında piyadaların yolu kedən zaman yıxılmamalrı üçün maneə-çəpər quraşdırılmışdır. Bu maneə-çəpərin ortasında piyada keçidi, həmin keçidin yanında hündür ağaclar vardır. Yolun kənarında qeyd olunan mane- çəpərin bilavasitə yanında üzərində “TT KAFE” sözü yazılmış dəmirdən olan reklam lövhəsi görünür. Həmin yolun əks tərəfində olan ərazidə iki-üç mərtəbəli sahəsi böyük olan bir bina görünür, yolun kənarında müxtəlif markalı yük və sərnişin avtomobilləri saxlanılmışdır. Qeyd olunan maneə-çəpərin ortasında olan piada keçidindən pilləkənlərlə düşdükdə “TT KAFESİ”nin yerləşdiyi müşahidə olunur. Kafenin ətrafında hündür ağaclar vardır. Kafenin həyətində müştərilər üçün nəzərdə tutulmuş stul və stolların olduğu görünür.Kafenin giriş qapısı ağ rəngli plastmass materialdandır və bu qapı ilə üzbəüz qaldıqda sağ tərəfdə kafenin plastmass materialdan olan üç ədəd pəncərəsi görünür. Hadisə yerinə baxıda iştirak etmiş Şahid6 bıçaqlanaraq öldürülən Zərərçəkmiş şəxs bıçaqlanması nəticəsində harada yıxılması və hadisə zamanı Zərərçəkmiş şəxs və onun yanında olmuş digər şəxslərlə mübahisə etmiş şəxslərin hadisədən sonra markasını xatırlamadığı maşın ilə əyləşib hansı istiqamətdə getdiyi yeri göstərdi. Hadisə nəticəsində Zərərçəkmiş şəxs kim tərəfindən bıçaqlanaraq öldürüldüyünü görməmişdir. Cabir Abdulov qeyd edilən mozaika daşları ilə üzərində dəvə təsviri olan fiqurun yanında, maneə-çəpərin ortasında olan piyada keçidin qarşısında yerə yıxılmışdır. Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının 15 sentyabr 2021-ci il tarixli 189 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs qarının ön divarında bir ədəd deşilmiş- kəsilmiş yarası vardır. Həmin xəsarət həyati olub, ölümündən az əvvəl deşiçikəsici əşya (alət) təsirindən törənmişdir, bıçaqla törənə bilər, dərəcəsinə görə çanlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqədədir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb qarının ön djivarının qarın boşluğuna nüfuz edərək nazik bağırsaq ilgəklərini, müsariqə venaların və aşağı boş venanın zədələnməsinə səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası ilə əlaqədar baş vermiş çoxlu qanitirmə olmuşdur. Ölüm 15.09.2021-ci il tarixdə saat 01:00-da xəstəxanada baş vermişdir, bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən inkar edilmir. Xarakterinə görə xəsarətin Zərərçəkmiş şəxs özü tərəfindən özünə yetirilməsi inkar olunur. Xəsarəti alarkən, o xəsarət yetirən şəxslə qarşı-qarşıya ola bilərdi. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı 3,5% qatılığında etil spirti aşkar edilmişdir. Etil spirtinin qanda bu miqdar qatılığı tərtib olunmuş cədvələ əsasən canlı çəxslərdə ağır dərəcəli sərxoşluq kimi qiymətləndirilir.Qanda metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işində olan məhkəmə tibbi-biologiya ekspertizasının 29.10.2021-ci il tarixli 760/2021-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: AB/H/(İV) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən),Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: O(l) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən), ekspertizaya təqdim edilmiş C.H. Abulova məxsus qısaqol köynək, qolsuz mayka və cins şalvar üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədiq edildikdə “A", “B”, və “H” antigenləri alınmışdır. Belə olan halda, bu qan ləkələri AB/H/ (İV) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Ləkələrdə qanın bir neçə şəxsə məxsus olduğu halında isə həmçinin alfa, beta (İ) qruplu Təqsirləndirilən şəxs qarışıq qanının olması da inkar edilmir (əgər sonucuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətləri olubsa). Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus bir ədəd qısaqol köynək üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. Cinayət işində olan 04 noyabr 2021-ci il tarixli 629/2021 -MTKŞ saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məxsus köynək və maykanın ön səthinin sağ nahiyyəsində cəmi bir ədəd dəlib-keçən zədə aşkar olunmuşdur. Bu zədə, deşilmiş-kəsilmiş zədədir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Köynək və mayka üzərində aşkar edilmiş bi ədəd zədə bir predmrtin təsirindən törənmişdir.Zərbələr endidilən anda zərərçəkənlə zərbəni endirən şəxs müxtəlif qarşılıqlı vəziyyətdə ola bilərdilər.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön aşağı səthində, arxada orta nahiyyəsində və sol qolunun üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə ( qanlı səth ilə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın ön səthində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə ( qanlı səth ilə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın ön səthində zəncirbəndə yaxın düymə tikilən hissədə aşkar olunmuş qan ləkələri qan mənbəyi ilə (qanlı səthdən) öz ağırlığı ilə az hündürlükdən düşən damcılar nəticəsində törənməyə uyğun gəlir. Zərərçəkmiş şəxs şalvar və Təqsirləndirilən şəxs məxsus köynək və şalvar üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar edilməmişdir. Bununla da təsdiq olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs cəmi bir dəfə bıçaqla vurmuşdur. Cinayət işində olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 08.10.2021-ci il tarixli 2338 saylı rəyi ilə sübut olunur ki, iş üzrə Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri müəyyən edilməmiş, onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddənin təsiri altına düşmür və o, cinayət hadisəsini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Bununla da, təsdiq olunur ki, Təqsirləndirilən şəxs cinayəti şüurlu, anlaqlı vəziyyətdə törətmişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu, cinayətin içtimai təhlükəliliyini nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 16 sentyabr 2021-ci il tarixdən hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkmişsə ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla ) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Sabunçu rayon prokurorluğunda saxlanılan mərhum Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olan köynəyi, maykası, şalvarı, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan tünd göy rəngli cins şalvarı, mavi rəngli qısaqol köynəyi, hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilməli, mobil operatorlardan daxil olan 03 ədəd CD disklər, Təqsirləndirilən şəxs və Şahid1 ifadəsinin yerində yoxlanması istintaq hərəkətləri zamanı qeydə alınmış video görüntülərə dair 02 ədəd disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 16 sentyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Sabunçu rayon prokurorluğunda saxlanılan mərhum Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olan köynəyi, maykası, şalvarı, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan tünd göy rəngli cins şalvarı, mavi rəngli qısaqol köynəyi, hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilsin, mobil operatorlardan daxil olan 03 ədəd CD disklər, Təqsirləndirilən şəxs və Şahid1 ifadəsinin yerində yoxlanması istintaq hərəkətləri zamanı qeydə alınmış video görüntülərə dair 02 ədəd disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasi protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-632/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-632/2022
08.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver