Məhkəmə qərarları › İş №1(101)-632/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-632/2025

08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-632/2025 08.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, X11 və X6 ibarət tərkibdə, X15 oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, B.ünvan 2 yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, o, məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,330 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 1 ədəd şəffaf selofan bükümdə əldə edərək əynində olan qara rəngli şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, 10 may 2024-cü il tarixdə, saat 18:30-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, E.Babayev küçəsində yerləşən “Talış” marketin yaxınlığında saxlanılaraq ünvan 4 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 20:40-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,330 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham ona görə irəli sürülmüşdür ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs tərəfindən ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə elan edilmiş ittiham mübahisələndirilərək, onun tərəfindən həmin ittiham qəbul edilməmişdir. Məhkəmədə ittiham tərəfini təmsil edən dövlət ittihamçısı ittiham tərəfinin təqdim etdiyi sübutların qanuniliyini, həmçinin təqsirləndirilən şəxsin cinayət əməlinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif edilməsini müdafiə etmişdir. Cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri: İşdə iştirak edən şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün əhəmiyyətli olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiqinin aparılmasından və iş üzrə həqiqətin müəyyən edilməsindən ötrü, həmçinin məhkəmə araşdırması zamanı proses tərəflərinin birini digəri qarşısında zəif duruma salmayacaq şərtlər daxilində hər bir tərəfin (həm ittiham, həm müdafiə tərəfinin) sübutlarını və mövqeyini təqdim etməsi şəraitində keçirilmiş məhkəmə araşdırmasında cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri aşağıdakılardan ibarət olmuşdur. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 10 may 2024-cü il tarixdə, saat 13 radələrində Whatsapp mobil tətbiqi vasitəsi ilə az müddətdə tanıdığı Gülü adlı qadına narkotik vasitəyə olan tələbatını ödəmək və narkotik istəmək üçün yazmışdır. Bir saat sonra Gülü adlı qadın ona rəfiqəsi ilə bərabər Xutor deyilən ərazidə olması barədə yazmış və ona həmin əraziyə gəlməsini bildirmişdir. Daha sonra o, pul tapana kimi vaxt getmiş və saat 16:30 radələrində taksi ilə Xutor deyilən əraziyə getmişdir. Avtomobildən düşüb 10 metr getmişdir ki, bu zaman Gülü əli ilə ona işarə verərək geri qayıtmağını bildirmişdir. Geri qayıdıb taksiyə minmək istəyən zaman polis əməkdaşları onu saxlamışlar. Həmçinin taksi sürücüsünü də saxlamışlar. Onları 7-ci polis bölməsinə aparmışlar. Saxlanılan zaman üzərində heç bir narkotik vasitə olmamışdır. Üzərində şəxsi axtarış keçirilmiş və heç nə aşkar olunmamışdır. Daha sonra 10 qram narkotik vasitəni gətirib həmin narkotik vasitələrin ona məxsus olmasını etiraf etməyini istəmişlər. O, məhkumluğunu yeni bitirdiyini və narkotik vasitəni öz üzərinə götürməyəcəyini bildirmişdir. Daha sonra narkotik vasitənin miqdarını azaldaraq 6 qrama, daha sonra 2 qrama, sonra 0,6 qrama qədər azaltmışlar. Ona bildirmişlər ki, onun əməlini elə formada sənədləşdirəcəklər ki, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinəcək və 6 ay cəza alacaq. O, polis əməkdaşlarına 3 uşağının olduğunu və bu formada alınmadığını qeyd etmişdir. Sonra o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməyi ilə razılaşmışdır. Razılaşmağının səbəbi isə o olmuşdur ki, o, artıq təzyiqlərdən bezmişdir. Video çəkilişlə şəxsi axtarış keçirilmiş və o, narkotikin ona məxsus olması ilə razılaşmışdır. Sonra vəkili gəlmişdir. Ona qarşı polis əməkdaşları tərəfindən fiziki təzyiqlər olunmuşdur. Eyni zamanda ona psixoloji təzyiqlər də olmuşdur. O, həmin narkotik vasitənin ona məxsus olması ilə məcburiyyət qarşısında razılaşmışdır. Təqsirləndirilən şəxs daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, polis əməkdaşları həmin narkotik vasitənin ona məxsus olduğunu etiraf etməsi üçün onu döymüşlər. O, əvvəllər narkotik vasitələrin satışı ilə 2020-ci ildə məşğul olmuş və buna görə də məhkum olunmuşdur. Polis əməkdaşları tərəfindən saxlanıldığı ərəfələrdə ondan narkotik vasitə istəyən olmamışdır. O, saxlanılarkən həbsdən təxminən 4 ay idi ki, azad olunmuşdur və o, cəmi 2 ay narkotik vasitə istifadə etmişdir. Polis əməkdaşları taksi sürücüsünü saxlayarkən o, taksi sürücüsünün heç nədən xəbəri olmadığını demişdir. O, həmin taksi sürücüsünün adını bilmir, həmin taksini “Bolt” taksi şirkəti vasitəsi ilə çağırmışdır. Taksini hansı telefon nömrəsi ilə zəng edib çağırdığını da xatırlamır. Polis əməkdaşları ona bildirmişlər ki, o, həmin narkotik vasitənin ona məxsus olduğunu etiraf etməya razılaşdığı halda, o, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham ediləcək, daha sonra isə barəsində elektron qolbaq tətbiq ediləcək və azadlığa buraxılacaq. O da deyilənləri nəzərə alıb və təzyiqlərdən bezdiyi üçün polis əməkdaşları ilə razılaşmışdır. Təqsirləndirilən şəxs məhkəmənin sonrakı iclaslarında verilən suallara cavab olaraq həmçinin göstərmişdir ki, onun ayaq nahiyəsində köhnə çapıqlar var. Həmin çapıqların hazırkı cinayət işi ilə heç bir əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, o, polis əməkdaşları tərəfindən saxlanılarkən polis bölməsinə ilk olaraq vəkil gəlmişdir, daha sonra o, vəkilə ehtiyac olmadığını bildirmişdir. Müdafiəçidən imtina etmə barədə ərizə təqdim edərək, həmin ərizəni özü imza etmişdir, bununla bağlı ona təzyiqlər olmamışdır. O, ***-***-**-** saylı telefon nömrəsindən istifadə etmişdir. Onun telefon nömrəsində aşkar edilmiş mesajlarla bağlı bildirir ki, İran vətəndaşı ona mesaj yazmışdır ki, o, pul atsın və həmin şəxs narkotik vasitəni digər iranlıdan götürsün. O, ayın 2-si və ya 3-ü həmin İran vətəndaşına pul göndərmişdir ki, ona “kokos” adı ilə tanıdığı narkotik vasitə və psixotrop maddə metamfetamin versin. Daha sonra həmin İran vətəndaşı telefona cavab verməmişdir. O, göndərdiyi “daş verdim pislik etmədim ki” məzmunlu mesajda pul verilməsini nəzərdə tutmuş, “at o daşın pulunu” deyəndə iranlıya pul göndərdiyini, amma iranlının ona metamfemtin vermədiyi üçün iranlıdan pulu geri göndərməsi barədə olmuşdur. Yəni, İran vətəndaşı metamfetamini vermədiyi üçün o, həmin mesajlarda pulunu tələb etmişdir. Ümumiyyətlə, ittiham aktında qeyd olunan sms yazışmalarının heç biri onun narkotik vasitəni satmağı ilə bağlı yazışma deyildir. O, yalnız narkotik maddə almaq üçün narkotik vasitə haqqında mesajlar yazmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu izahatı və ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 11 may 2024-cü il tarixdə şübhəli şəxs qismində və 12 may 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, uzun müdət psixotrop maddə metamfetamin istifadə etmişdir. 10 may 2024-cü il tarixdə, günorta saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, “Bit bazarı” adlanan yerdə tanımadığı şəxsdən 10 manat ödəməklə bir büküm psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə edib gün ərzində həmin bükümü əynində olan qara rəngli şalvarının sağ yan cibində saxlamışdır ki, münasib yer və zaman olduqda istifadə edər. Daha sonra, o, Xutor adlanan yaşayış massivinin ərazisinə gəlmişdir ki, orada insanlar az olduğundan əldə etdiyi psixotrop maddə metamfetamini istifadə etsin. 10 may 2024-cü il tarixdə, səhər saat 18:30 radələrində Bakı şəhəri, Xutor yaşayış massivinin ərazisindən piyada keçərkən ona iki nəfər mülki paltarda olan şəxslər yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək psixotrop maddə və narkotik vasitələrin əldə edilməsi, daşınması, saxlanılması və istifadəsində onu şübhəli bildiklərinə görə 7 saylı polis bölməsinə aparmışlar. Polis bölməsində hüquqları izah olunaraq şəxsi istəyi ilə dövlət hesabına ona müdafiəçi təqdim olunmuşdur. Müdafiəçi ona təqdim edildikdən sonra hüquqları onun iştirakı ilə ona yenidən izah olunmuşdur. Daha sonra ona bildirilmişdir ki, üzərində şəxsi axtarış keçiriləcək və o, müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Beləliklə də, polis bölməsinin inzibati binasının otaqlarının birində videomüşahidə ilə üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində olan qanunla qadağan edilmiş nə varsa təqdim etsin və o, əynindəki qara rəngli şalvarının sağ yan cibində saxladığı şəffaf sellofana bükülmüş içərisində el arasında “patı” adlandırılan psixotrop maddə metamfetamin olan bükülünü masanın üzərinə qoyaraq həmin maddəni 10 may 2024-cü il tarixdə, günorta saatlarında Sabunçu rayon ərazisində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan əlavə, o, üzərində olan özünə məxsus istifadə etdiyi “Redmi” markalı üzərində ***-***-**-** nömrə olan mobil telefonu qara rəngli şalvarının sol yan cibindən çıxarıb masanın üzərinə qoymuşdur. Sonda üzərindən aşkar olunmuş 01 ədəd büküm polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır (iş vərəqə: cild İ, səh.45-48, 68-69). Bundan başqa, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 11 sentyabr 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadəsində ... (ifadənin əvvəli 12 may 2024-cü il tarixli ifadə ilə eyni məzmunludur) 99***-***-**-** saylı mobil nömrənin ona məxsus olduğunu, həmin nömrəni saxlanılmamışdan, yəni 10 may 2024-cü il tarixədək istifadə etdiyini bildirmiş, ***-***-**-** saylı mobil nömrədə olan mesajların ona məxsus olduğunu, ***-***-**-** mobil nömrəsində aşkar edilmiş mesajlarda “daş” dedikdə psixotrop maddə metamfetamin, “kokos” dedikdə isə narkotik vasitə heroin nəzərdə tutduğunu bildirmişdir. ***-***-**-** saylı mobil nömrədə “pislik elemedim ki sen Allah niye bele eleyirsen das dedin artiq da verdim”, “qaqa sen Allah at o dasin pulunu” tipli mesajlarla bağlı bir nəfər tanımadığı şəxslə gedib psixotrop maddə əldə etdiyini, psixotrop maddəni onlar əldə etdikdən sonra tanımadığı şəxsin sonradan əldə etdiyi psixotrop maddənin pulunu ödəmədiyinə görə psixotrop maddəni satan şəxs pulu ondan tələb etməyə başlamış, məhz bu səbəbdən də o, həmin şəxsin nömrəsinə mesaj yazaraq onunla birlikdə əldə etdiyi psixotrop maddə metamfetaminin pulunu tələb edirmiş. ***-***-**-** saylı mobil nömrədə “Qaqa tərəzi də gətir, gör alınsa mən 8-9 ata bilərəm verər sene, ele ama, bele indi 20 var” bu tipli mesajlarda o, alqı-satqı olduqda onu aldadıb miqdarda az verməsinlər deyə psixotrop maddə və narkotik vasitə əldə etməyə getdikdə özü ilə tərəzi də götürdüyünü bildirmişdir. “Pislik elemedim ki sen Allah niye bele eleyirsen das dedin artiq da verdim” tipli mesajla bağlı bildirir ki, o, psixotrop maddə metamfetamini arada öz tanışları olan şəxslərə pay qismində verdiyini, polis əməkdaşları tərəfindən saxlanılan və üzərinə şəxsi axtarış keçirilən zaman heç bir fiziki zorakılığa və digər qanunsuz əməllərə məruz qalmadığını göstərmişdir (iş vərəqə: cild İ, səh.154-155). Məhkəmə baxışı zamanı elan olunan ifadələrində müəyyən olunan fərqli və ziddiyyətli hallara münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, bildirmişdir ki, video çəkiliş zamanı ifadəsini polislərlə razılaşma əsasında vermişdir. Polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərində heç bir narkotik vasitə olmamışdır. İbtidai istintaq zamanı o, polis əməkdaşlarının ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham veriləcəyi və sonra onu buraxacaqları ilə razılaşmışdır. Ona görə də ibtidai istintaq zamanı polis əməkdaşlarının istədikləri formada ifadə vermişdir. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki təzyiqlər olmuş, həmin ifadələri ona görə məcbur qalıb vermişdir və həmin ifadələri təsdiq etmir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2024-cü ilin may ayında Təqsirləndirilən şəxs barəsində sonuncunun qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Həmin vaxt əməliyyat qrupu yaradılmış, hadisə yeri müəyyən edildikdən sonra qrup üzvləri zahiri görkəmi Təqsirləndirilən şəxs oxşayan şəxsə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs yaxınlaşmaqlarının səbəbini izah edib onu Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin dəvət etmişlər. Bölmədə təhqiqat otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman Şirxan üzərində olan 1 ədəd metamfetamini təqdim etmiş və onu öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şahid1 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxsi saxlayan zaman sonuncu onlara heç bir müqavimət göstərməmişdir. Onların tərəflərindən təqsirləndirilən şəxsə qarşı heç bir təsir və ya təzyiqlər olmamışdır. Təqsirləndirilən şəxs özü ondan aşkar edilmiş maddənin ona məxsus olduğunu etiraf etmişdir. O, şəxsi axtarış zamanı video çəkilişdə iştirak etmişdir. Onlar təqsirləndirilən şəxsi Binəqədi rayonu ərazisində “Talış” marketin yanında saxlamışlar. Onların tərəfindən qanunun tələblərinə uyğun əməliyyat tədbiri keçirilmişdir. Həmin vaxt mövcud şərait imkan vermədiyindən şəxsin üzərini saxladıqları yerdə yoxlamamışlar. Şahid1 məhkəməyədək icraat zamanı daha da təfərrüatlı və ətraflı verdiyi ifadəsi məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilərkən müəyyən olunmuşdur ki, Şahid1 məhkəməyədək icraat zamanı 17 may 2024-cü il tarixdə verdiyi ifadəsində göstərmişdir ki, o, Binəqədi rayon Polis İdarəsinin 7-cı polis bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Binəqədi rayon Polis İdarəsinin 7-cı polis bölməsinə X1 qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələri əldə etmə, daşıma, saxlama və istifadə etməsi barədə etimad doğuran və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. X1 cinayət əməlinin digər təhqiqat üsulları ilə ifşa edilməsi mümkün olmadığından, şəxsin cinayət başında yaxalanmasının təmin edilməsindən ötrü «Əməliyyat-axtarış fəaliyyəti» haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əməliyyat tədbirinin keçirilməsi zərurəti nəzərə alınaraq 10 may 2024-cü il tarixdə qərar qəbul edilməklə, 7-ci polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Xəqani Behbudov tərəfindən 10 may 2024-cü il tarixdə təsdiq edilmiş, əməliyyat qrupunun tərkibi müəyyən edilməklə Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı Şahid2 ilə birlikdə həmin qrupa daxil edilmişdir. Sahə inspektoru Şahid2 ilə birlikdə 10 may 2024-cü il tarixdə, saat 18:30-da Bakı şəhəri, Binəqədi rayonu, Eldar Babayev küçəsində yerləşən “Talış” marketin yaxınlığında olan zaman əlverişli şərait yarandığı üçün X3 görüb ona yaxınlaşmışlar, özlərini təqdim edib polis əməkdaşı olduqlarını demişlər. Bundan sonra X4 üzərində narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi və daşınmasında şübhəli olduğunu deyərək onu saxlayıb 7-ci polis bölməsinə gətirmişlər. Bu barədə 7-cı polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Xəqani Behbudovun adına raport tərtib edərək, onun göstərişi əsasında Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı Rəşad İsmayılzadəyə təhvil vermişlər. X5 tərəfindən müdafiəçi və videoçəkilişin aparılması üzrə mütəxəssis dəvət edilərək, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, bundan sonra təhqiqatçı tərəfindən bütün iştirakçıların hüquqları izah edilməklə, videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışı aparılmışdır. Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində ki, qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf selofana bükülmüş bükümü və sol yan cibindən bir ədəd “Redmi” markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüşdür. Həmin zərfin üzəri iştirakçılar tərəfindən, o cümlədən onun tərəfindən imzalanmışdır. Daha sonra şəxsi axtarışın aparılması barədə protokol tərtib edilərək iştirakçılara imzalanması üçün təqdim edilmiş, tərtib olunan protokol iştirakçılar tərəfindən imzalanmışdır (iş vərəqə: cild İ, səh.96-98). Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsi ilə bağlı göstərmişdir ki, məhkəməyədək icraat zamanı verdiyi həmin ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması, Təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olduğunu etiraf edəcəyi təqdirdə yüngül cəza təyin ediləcəyi ilə bağlı təzyiqlər göstərilməsinə dair ifadəsi tamamilə yalandır. Tərəflərindən təqsirləndirilən şəxsə qarşı heç bir qanunsuz təsir və ya təzyiqlər göstərilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2024-cü ilin may ayında daxil olmuş əməliyyat məlumatı əsasında “Xutor” kimi tanınan ərazidə, yəni Binəqədi rayonu, Eldar Babayev küçəsində yerləşən “Talış” marketin yaxınlığında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə dəvət edilmişdir. Bölmədə təhqiqatçının iştirakı ilə video çəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt bildirmişdir ki, həmin psixotrop maddəni özünün istifadəsi üçün əldə etmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təsir, təziqlər olmamış, hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Bundan başqa, cinayət işinin məhkəmə istintaqı zamanı müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Xatırladığı qədər həmin ərəfədə müstəntiq həyat yoldaşına zəng edərək onu sənədlərə imza etməsi üçün polis idarəsinə dəvət etmişdir. Orada şəxsiyyət vəsiqəsinə baxan zaman müstəntiq görmüşdür ki, həyat yoldaşı Gürcüstan vətəndaşıdır. Bu zaman müstəntiq yoldaşına Azərbaycan Respublikası vətəndaşı olan ailə üzvünü idarəyə göndərməsini bildirmişdir. Yoldaşı evə gəlib ona demişdir ki, polis idarəsinə gedib orada bir sənədə imza etsin. O, 93 nömrəli avtobusla idarəyə getmişdir. İdarədə ona bildirmişlər ki, sadəcə imza edib getsin. O da heç baxmadan dedikləri sənədə imza etmişdir. O, oğlunun polis əməkdaşları tərəfindən saxlanılmasını görməmişdir. Polis idarəsində ona heç bir sual verməmişlər. Müstəntiq oğlunun narkotik xəstələyindən əziyyət çəkdiyini bildirib sənədə imza etməsini istəmişdir. Şahid X10 həmçinin verilən suallara cavab olaraq göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs o, sənədə imza etdikdən bir ay sonra, yəni sentyabr ayında həbs etmişlər. O, oğlundan niyə tutulduğunu soruşmamışdır. Oğlu Şirxan narkotik istifadəçisi olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan: _10 may 2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında protokol”dan və 14 may 2024-cü il tarixli “videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokol”dan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü və sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefon aşkar edilmişdir. Aşkar olunmuş maddə ilə bağlı Təqsirləndirilən şəxs sual verildikdə o, həmin maddənin “metamfetamin” olduğunu, 10 may 2024-cü il tarixdə Sabunçu rayonunda tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manat ödəməklə əldə etdiyini bildirmişdir (iş vərəqə: cild İ, səh.34-35, 86-87). _Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 may 2024-cü il tarixli, 3-16-16/2-6/2667 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 76” dairəvi möhür əksi, “Göyçəli Şirxan (imza)” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi - 0,330 qram ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir (iş vərəqə: cild İ, səh.39-43). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsin məhkəmə-narkoloji ekspertizasının 13 may 2024-cü il tarixli, 3238 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.81-82). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza X12 Şəxsin ambulator məhkəmə-psixiatrik ekspertizasının 19 sentyabr 2024-cü il tarixli, 2724 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. O, hal-hazırda da öz hərəkərlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyyacı yoxdur (iş vərəqə: cild İ, səh.177-179). _14 may 2024-cü il tarixli “maddi sübut kimi tanınma haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,280 qram psixotrop maddə metamfetamin, “şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən bir ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınmış, həmin 0,280 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanca təhvil verilmiş, bir ədəd disk cinayət işinin materiallarına əlavə olunmuşdur (iş vərəqə: cild İ, səh.88). _20 sentyabr 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, iş üzrə "xxxx" MMC-dən təqdim edilmiş bir ədəd CD disk maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.181-192). _11 sentyabr 2024-cü il tarixli “məlumatlara baxış keçirilməsi haqqında protokol”dan görünür ki, “Azercell MMC”-dən təqdim olunmuş 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan 99***-***-**-**saylı mobil nömrəyə daxil olmuş və həmin nömrədən göndərilmiş aşağıdakı məzmunda mesajlar aşkar edilmişdir: xx/xx/2024,04:30:16,**********94,**********17,Qaqa varyoxun ------ yoldayam menim ustumde 30 pul var 5 taksiye verem 25 qalir dedim 40 da sende idi 2 qram goturdük indi 1 qram goturek, bolek de. xx/xx/2024,04:33:09,**********17,**********94,Qaqa tərəzi də gətir gör alınsa mən 8 9 ata bilərəm verərse ele ama ,bele indi 20 var. xx/xx/2024,04:34:28,**********94,**********17,------ balasi bir qram 40 iki qrami 35 den verirdə bi **********455932 kartima at sen xestaxana terefe gele bilirsen. xx/xx/2024,05:12:20,**********94,**********17,Ay qaqa men sabunçudayam karta pul at bilirsen bu -------- goturum. xx/xx/2024,05:15:16,**********94,**********17,Qaqa bele pis cixmasın, menim ucun az ferq edir amma 2 saatdı meni niye gozledirsen bayaq dedim axi sene pul verib goturecem. xx/xx/2024,05:17:24,**********94,**********17,Ay qaqa onu iranliya dedim ki, konum atacaq bu anasi ------- əlbəəl gorusur axi 70 dedin duzeler 2 3 dene deyecem ne duzelecek onu gotureceyik indi deyirsen. xx/xx/2024,20:55:10,**********17,**********58,men sene ne pisdik eledim deyirem pul atmaliyam sonra bele olur meni gecikdirirlər. xx/xx/2024,22:09:33,**********17,**********58,pisdik elemedim ki, sen Allah niye bele eleyirsen das dedin artiq da verdim. xx/xx/2024,23:53:07,**********17,**********58, qaqa sen Allah at o dasin pulunu. xx/xx/2024,03:16:04,**********17,**********13, qaqa o pulu at vallah problemdeyem. xx/xx/2024,03:16:38,**********17,**********13, dasa gore qalmisam bele, sene artiq verdim deye eskiyim var, sen de bele edirsen sen Allah at vallah vermeliyem. xx/xx/2024,10:06:29,**********17,**********13,bu qeder duşmusen sen allah bu ne hereket di bir de mene patini aidin getdin ne olduki and amanin qaldi. xx/xx/2024,10:11:19,**********17,**********94, polat donmayan kakos var sende xx/xx/2024,10:11:49,**********17,**********13, qaqa birezden gelecem seher terefe goruserik mene kakos da verersen. xx/xx/2024,13:44:41,**********34,**********17,Qaqa karti atiram pulu vur ora adam var bizi gozduyur sen konkret firlatdin meni. xx/xx/2024,09:11:47,**********17,**********62,ne qeder vaxta gelirsen sen allah olurem belim agriyir sen ol bizim heyete ata bilersen yolnan kecende. xx/xx/2024,10:58:21,**********17,**********62, o usaga normal bir sey ver gunorta qaytaracam sene sen ol 20 lik ver hec olmasa ya iki cet ver sen ol verecem. xx/xx/2024,12:03:02,**********17,**********62, birdene cet ver de men olum bu catmadi sen ol. xx/xx/2024,15:05:54,**********32,**********17, yari lazimdi. bele qrami 60m versəydin lap qram alardim he. xx/xx/2024,15:06:45,**********17,**********32,yaxsi birdene diyan evə kecirem deyecem gel 10 deqiqe sebirli ol-məzmunlu- mesajlar aşkar edilmişdir (iş vərəqə: cild İ, səh.139-140). _20 sentyabr 2024-cü il tarixli “cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərar”dan görünür ki, aşkar edilmiş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi üçün hazırki cinayət işindən şəxsiyyəti müyyən edilməyən şəxs barəsində başqa cinayət işi ayrılmışdır (iş vərəqə: cild İ, səh.195-196). _10 may 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 10 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.23). _12 may 2024-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərar”dan görünür ki, 12 may 2024-cü il tarixdə Göycəli X2 Saxlama Yerindən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.74). _Bakı Şəhəri Binəqədi Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 11 sentyabr 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.164-168). _Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 29 may 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 iyun 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 03 il 10 ay 09 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmişdir, daha sonra isə həmin cəza müddəti başa çatdığına görə şöbədə qeydiyyatdan çıxarılmışdır, bundan başqa həmin tələbnamədən və iş materiallarına əlavə edilmiş hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, sonra isə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 dekabr 2023cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (iş vərəqə: cild İ, səh.114-131) _Bakı Şəhər Probasiya İdarəsinin 20 iyun 2025-ci il tarixli məktubundan və qərarın surətindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 7(005)-503/2023 saylı qərarı ilə cəzasının çəkilməmiş 01 il 03 ay 29 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs cəza müddəti 04 aprel 2025-ci il tarixdə bitdiyindən Bakı Şəhər Probasiya İdarəsində qeydiyyatdan çıxarılmışdır (cinayət işinin materialları). _“Doğum haqqında şəhadətnamə”lərin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşaqları var (iş vərəqə: cild İ, səh.92-95). Hüquqi məsələlər. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə hazırki cinayət işi üzrə təqdim edilmiş sübutların qəbuledilən olubolmamasını, onların çəkisini və kifayət qədərliyini tənzimləyən qayda və prinsiplərə istinad etməklə, işin faktiki hallarını yalnız həqiqiliyinə və əldə edilməsi hallarına heç bir şübhələr olmayan sübutları əsas götürmək yolu ilə müəyyən etməklə, tam, hərtərəfli və obyektiv araşdırmaya əsaslanan yekun qərarın qəbul edilməsi və məhkəmənin ittiham olunan şəxsin təqsirli və ya təqsirsizliyinə dair hökmünü formalaşdırmaq üçün yalnız qanunun istifadə etməyə icazə verdiyi hüquqi vasitələrə əsaslanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi çoxsaylı qərarlarında sərgilədiyi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında müəyyən edilmiş ədalətli məhkəmə araşdırması hüququnun təmin edilib-edilməməsi ilk öncə məhkəmə prosesləri zamanı çəkişmə prinsipinə riayət edilibedilməməsi, tərəflərin bərabərliyi prinsipinin təmin edilib-edilməməsi ilə, məhkəmə iclasında şəxsən iştirak etmək hüququnun, sübutların bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməsi ilə birbaşa əlaqədardır. Avropa Məhkəməsi çəkişmə prinsipinə riayət edilib-edilmədiyini müəyyənləşdirmək üçün adətən daxili məhkəmələrdəki araşdırmaların keyfiyyətini təhlil edərək müdafiə tərəfinin istər birinci instansiyada, istərsə də apellyasiya instansiyasında ərizəçiyə qarşı sübut qismində istifadə edilən materialları təkzib etmək imkanına malik olub-olmadığını (Rouv və Devisin işi), habelə daxili məhkəmələrin qərar çıxararkən müvafiq maraqları nə dərəcədə balanslaşdırdıqlarını müəyyənləşdirir. Tərəflərin bərabərliyi prinsipi tərəflərin hər birinə onu digər tərəfin qarşısında əlverişsiz vəziyyətə salmayan şərtlərlə öz mövqeyini əsaslandırması üçün ağlabatan imkanların yaradılmasını nəzərdə tutur (Brandştetter Avstriyaya qarşı). Açıq məhkəmə prosesində şəxsən iştirak etmək isə cinayət törətməkdə ittiham olunan şəxsin bu cür məhkəmə iclasında özünün xüsusi hüquqlarını şəxsən icra etmə imkanının tanınmasını nəzərdə tutur. Beləliklə də, məhkəmə, şərh edilən prinsiplər və əlamətlərlə səciyyələndirilən ədalətli məhkəmə araşdırması hüququnun hazırki cinayət işi üzrə məhkəmə araşdırması zamanı təmin edilməsi baxımından qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs iş üzrə keçirilmiş açıq məhkəmə iclaslarında özünü şəxsən və vəkili vasitəsilə müdafiə etmiş, şahidlərin dindirilməsində, onun əleyhinə olan sübutların tədqiqində şəxsən iştirak etmiş, ona qarşı təqdim edilmiş sübutlarla bağlı öz dəlillərini bildirmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, cinayət işinin araşdırılması və məhkəmədə baxılıb həll edilməsinə münasibətdə istinad edilən əməlin törədilməsi, həmin əməldə cinayət tərkibinin və onu cinayət kimi xarakterizə edən bütün əlamətlərin olub-olmaması sübutların köməyilə müəyyən edilir. Cinayət işi və bununla bağlı materiallar üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün kifayət edən sübutların cəmi sübutetmə həddini xarakterizə edir. Beləliklə, təqdim edilmiş obyektiv sübutların məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də cinayət hadisəsi baş vermiş və təqsirləndirilən şəxslə əlaqəsi, onun əməlində cinayətin əlamətlərinin olması kifayət qədər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında araşdırılıb tədqiq edilmiş, sübutlar toplusuna məcmu halında qiymət verilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Məhkəmə həyata keçirilən mühakimə fəaliyyəti nəticəsində heç bir şübhəyə yer verməyən mütləq həqiqətin aşkarlanmasından ötrü ittiham tərəfinin təqdim etdiyi sübutları, təqsirləndirilən şəxsin özünün müdafiəsi ilə bağlı göstərdiyi dəlilləri cinayət işinin materialları ilə qarşılıqlı şəkildə araşdırmış və hesab edir ki, məhkəmə araşdırmasının nəticələrinə uyğun olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinə münasibətdə onun əməlinə hüquqi qiymət verilməlidir. Belə ki, hər bir cinayət əməlinin araşdırılmasında onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi əmələ hüquqi qiymət verilməsində mühüm əhəmiyyət kəsb edir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-cü maddəsi ilə ittiham ona görə irəli sürülmüşdür ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,330 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 1 ədəd şəffaf sellofan bükümdə əldə edərək əynində olan qara rəngli şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, 10 may 2024-cü il, saat 18:30-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, E.Babayev küçəsində yerləşən “Talış” marketin yaxınlığında saxlanılaraq ünvan 4 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 20:40-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,330 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparıb, sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmamış, onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edərək saxlamaqla üzərində daşıması təkzibedilməz və mötəbər sübutlarla təsdiq edilsə də, həmin cinayət əməlinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi hər hansı sübutlarla təsdiq edilmədiyindən təqsirləndirilən şəxsin cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmaqla o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya”nın konkret müddəalarını, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya” əsasən “metamfetamin” psixotrop maddəsinin xeyli miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş “metamfetamin” psixotrop maddəsinin miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya”da müəyyən edilmiş həmin psixotrop maddənin xeyli miqdar həddindən artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutların tədqiq edilməsi və həmin sübutlara əsaslanan cinayət işinin faktiki halları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 10 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsində keçirilən şəxsi axtarış və götürmə zamanı onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf selofana bükülmüş, satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,330 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edərək saxlamaqla üzərində daşıma cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsinə dair istintaq orqanının gəldiyi nəticə cinayət işinin materiallarına uyğun deyil. Belə ki, Təqsirləndirilən şəxs həmin cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi elan edilmiş ittihamda ümumi şəkildə, formal olaraq göstərilsə də, onun həmin əməli törətməsinə dair hər hansı sübut təqdim olunmamış və işin məhkəmə baxışı zamanı da belə sübut müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edərək saxlamaqla üzərində daşıması şəxsi axtarış və götürmə protokolu, maddi sübut, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilərkən çəkilmiş videogörüntüyə baxış protokolu və digər istintaq hərəkətlərinin protokolları ilə sübuta yetirilsə də, onun həmin cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi cinayət işinin materiallarında olan heç bir sübut növü ilə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Göründüyü kimi, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Hazırki cinayət işinin materiallarında isə Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan da görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi formal olaraq göstərilsə də, Təqsirləndirilən şəxs kiminlə, hansı şəxslə və ya şəxslərlə, nə zaman, hansı qaydada razılaşması ümumiyyətlə müəyyən edilməmiş və göstərilməmişdir. Ehtimal və fərziyyə ilə göstərilmiş qabaqcadan əlbir olan bir qrup şəxs dedikdə onların (və ya onun) şəxsiyyəti, həmin şəxslərin konkret etdiyi əməl, əməlin törədilməsində rolu, əməli cinayət kimi xarakterizə edən digər hər hansı hallar məlum deyilsə, yalnız ehtimal və fərziyyə ilə məlum olmayan şəxs (və ya şəxslər) və məlum olmayan əməllə bağlı təqsirləndirilən şəxsə ittiham elan edilməsinin heç bir qanuni əsası ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 12-ci bəndində göstərilmişdir ki, “... CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir”. Ümumiyyətlə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla üzərində daşıyarkən onun hansısa konkret şəxslə qabaqcadan əlbir olması və ya cinayətkar niyyətinin həyata keçirilməsi üçün kiminləsə razılıq əldə edilməsinin müəyyən edilmədiyi, buna dair hər hansı sübutlar olmadığı təqdirdə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham elan edilməsi tamamilə anlaşılan olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif edilməsinin əsassız olması ilə bağlı müəyyən edilən hallar sırasında həmçinin göstərilməlidir ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış (iş vərəqə: cild İ, səh.1) və o, 12 may 2024-cü il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş (iş vərəqə: cild İ, səh.55-56), yalnız ibtidai istintaqın sonuna yaxın buna dair hər hansı yeni sübut və ya dəlillər olmadan təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir (iş vərəqə: cild İ, səh.145-146). Bununla bağlı məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, cinayət və cinayət-prosessual qanunvericiliyin əsas prinsiplərinə əsasən şəxsə irəli sürülən ittiham ehtimal və fərziyyədən ibarət ola bilməz, şəxsin təqsirləndirildiyi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyasında nəzərdə tutulmuş bütün əlamətlərin mövcudluğu hansı konkret faktda əks olunması irəli sürülmüş ittihamda göstərilməli və onların konkret olaraq hansı sübutlarla təsdiq olunması müəyyən edilməlidir. Beləliklə də, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsini, cinayətkar niyyətinin həyata keçirilməsi üçün kiminləsə razılıq əldə edilməsini təsdiq edən real məlumatlar və faktlar, qabaqcadan əlbirliyin mövcudluğu barədə də heç bir sübut müəyyən olunmamışdır. Bununla belə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifi ilə əlaqədar qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən 0,330 qram psixotrop maddə metamfetamin xeyli miqdar təşkil etdiyindən və ondan aşkar edilmiş psixotrop maddə metamfetamini məhz satış məqsədilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıması iş üzrə təqdim edilmiş mötəbər sübutlarla təsdiq olunduğundan, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, narkotik vasitələri və ya psixotrop maddəni satış məqsədi ilə xeyli miqdarda əldə etdikdə və ya saxladıqda, hazırladıqda, istehsal etdikdə, emal etdikdə, daşıdıqda, göndərdikdə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satdıqda təqsirkar şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş xeyli miqdarda psixotrop maddəni məhz satış məqsədi ilə əldə edib üzərində saxlaması qənaətinə gələrkən onun ibtidai istintaq zamanı 11 sentyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində psixotrop maddə metamfetamini arada öz tanışları olan şəxslərə pay qismində verdiyini göstərməsi ilə bağlı halları tədqiq edərkən cinayət işinin materiallarında olan onun istifadə etdiyi 99***-***-**-** saylı mobil nömrəyə gələn və həmin nömrədən cavab olaraq göndərilmiş mesaj mətinlərini tədqiq edərkən həqiqətən də Təqsirləndirilən şəxs psixotrop maddəni məhz satış məqsədilə əldə edib saxlayaraq daşıması birmənalı şəkildə təsdiq olunmuşdur. Belə ki, cinayət işinin materiallarında olan “Azercell MMC”dən təqdim olunmuş 01 ədəd CD diskə baxış keçirilməsinə dair protokola əsasən, Təqsirləndirilən şəxs istifadəsində olan 99***-***-**-** saylı mobil nömrəyə daxil olmuş və həmin nömrədən göndərilmiş mesajlardan bəzilərini göstərmək olar: xx/xx/2024-cü il tarixdə, saat 04:30-da **********94 saylı nömrədən- Təqsirləndirilən şəxs **********17 saylı nömrəsinə: Qaqa varyoxun... yoldayam menim ustumde 30 pul var 5 taksiye verem 25 qalir dedim 40 da sende idi 2 qram goturdük indi 1 qram goturek, bolek de. xx/xx/2024-cü il, saat 04:33-də Təqsirləndirilən şəxs **********17 nömrəsindən- **********94 saylı nömrəyə: -Qaqa tərəzi də gətir gör alınsa mən 8 9 ata bilərəm verərse ele ama, bele indi 20 var. xx/xx/2024-cü il, saat 05:17-də **********94 saylı nömrədən- Təqsirləndirilən şəxs **********17 saylı nömrəsinə: -Ay qaqa onu iranliya dedim ki, konum atacaq bu anasi... əlbəəl gorusur axi 70 dedin duzeler 2 3 dene deyecem ne duzelecek onu gotureceyik indi deyirsen. xx/xx/2024-cü il, saat 22:09-da Təqsirləndirilən şəxs **********17 saylı nömrəsindən- **********58 saylı nömrəyə: -pislik elemedim ki, sen Allah niye bele eleyirsen das dedin artiq da verdim. xx/xx/2024-cü il, saat 23:53-də Təqsirləndirilən şəxs **********17 saylı nömrəsindən- **********58 saylı nömrəyə: -qaqa sen Allah at o dasin pulunu. xx/xx/2024-cü il, saat 03:16-da Təqsirləndirilən şəxs **********17 saylı nömrəsindən- **********13 saylı nömrəyə: -qaqa o pulu at vallah problemdeyem. xx/xx/2024-cü il, saat 03:16-da Təqsirləndirilən şəxs **********17 saylı nömrəsindən- **********13 saylı nömrəyə: -dasa gore qalmisam bele, sene artiq verdim deye eskiyim var, sen de bele edirsen sen Allah at vallah vermeliyem. xx/xx/2024-cü il tarixdə, saat 15:05-də **********32 saylı nömrədən- Təqsirləndirilən şəxs **********17 saylı nömrəsinə: -yari lazimdi, bele qrami 60m versəydin lap qram alardim he. xx/xx/2024-cü il, saat 15:06-da Təqsirləndirilən şəxs **********17 nömrəsindən- **********32 saylı nömrəyə cavab: -yaxsi birdene diyan evə kecirem deyecem gel 10 deqiqe sebirli ol və sair məzmunlu mesajlar aşkar edilmişdir (iş vərəqə: cild İ, səh.139- 140). Məhkəmə Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı 11 sentyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində psixotrop maddə metamfetamini arada öz tanışları olan şəxslərə pay qismində verdiyini göstərməsi ilə bağlı qeyd edir ki, əvvəla Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 8-ci bəndində göstərilmişdir ki, “... Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir”. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı həmin ifadəsində verilmiş suallara cavab olaraq göstərdiyi- ***-***-**-** saylı mobil nömrənin və həmin mobil nömrədə olan mesajların ona məxsus olduğunu, həmin mobil nömrədə aşkar edilmiş mesajlarda “daş” dedikdə psixotrop maddə metamfetamin, “kokos” dedikdə isə narkotik vasitə heroin nəzərdə tutduğunu bildirdiyinə dair göstərdiyi halları və onun mobil nömrəsində aşkar edilmiş mesajlarda başqasına psixotrop maddə verdiyini etiraf etdiyini, sonra isə həmin verdiyi maddənin pulunu tələb etdiyini, həmçinin digər mesajda başqasının ondan narkotik istədiyini və qiyməti ilə bağlı sövdələşmə apardığını, Təqsirləndirilən şəxs isə ona bununla bağlı razılıq verdiyinə dair mesaj mətinlərində olan məlumatları, həmçinin təqsirləndirilən şəxsin psixotrop maddəni pul qarşılığında başqa şəxsə verməsi üçün daşıması ilə bağlı həmin mesajların göndərildiyi tarixlə həqiqətən də Təqsirləndirilən şəxs üzərindən həmin psixotrop maddənin aşkar edildiyi tarixlərin uzlaşmasını, bununla da təqsirləndirilən şəxsin psixotrop maddəni götürüb pul qarşılığında başqa şəxsə verməsi üçün daşıması ilə bağlı əvvəlcədən razılıq əldə edilməsinə dair göstərilən sübut növlərini və həmin sübut növlərinin mötəbərliyini təsdiq edən işin faktiki hallarının (özünün də ifadələri ilə həmin mesajlarla bağlı hər hansı mübahisənin olmaması) cinayət işinə aid yuxarıda göstərilmiş mötəbər sübutlarla birlikdə bir-biri ilə vəhdət təşkil edib, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərə tutulmuş cinayət əməlinə uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək təsvirini formalaşdırdığını müəyyən etmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən 0,330 qram psixotrop maddə metamfetamin xeyli miqdar təşkil etdiyindən və ondan aşkar edilmiş metamfetamini satış məqsədilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıması yuxarıda göstərilmiş mötəbər sübutlarla təsdiq olunduğundan onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından,cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı polis əməkdaşlarının narkotik vasitənin ona məxsus olduğunu etiraf etməsi üçün onu döymələrinə, ona qarşı fiziki və psixoloji təzyiqlər olunmasına, psixotrop maddənin ona məxsus olması ilə məcburiyyət qarşısında razılaşdığına, əslində şəxsi axtarış zamanı üzərindən heç nə aşkar olunmadığına, polis əməkdaşlarının həmin psixotrop maddənin ona məxsus olduğunu etiraf edəcəyi təqdirdə onun daha da yüngül formada cinayət məsuliyyətinə cəlb ediləcəyini demələri kimi psixoloji təzyiqlər etməsinə dair ifadəsində göstərdiklərini məhkəmə cinayət işinin materialları ilə qarşılıqlı şəkildə araşdırıb tədqiq edərkən müəyyən olunmuşdur ki, onun özünü müdafiə üçün gətirdiyi həmin dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində göstərilmişdir ki, “Hökmün təsviriəsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.” Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində həmin göstərdiyi xüsusatlarla bağlı qeyd edir ki, əvvəla cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə ibtidai araşdırma başlandığı ilkin mərhələdən başlayaraq video çəkilişlə üzərində şəxsi axtarış keçirilərkən sorğu-sual zamanı, sonra 11 may 2024-cü il tarixdə şübhəli şəxs qismində ifadə verərkən, daha sonra isə 12 may 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadəsində, həmçinin 11 sentyabr 2024cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi digər ifadəsində onun üzərindən aşkar edilmiş həmin psixotrop maddənin ona məxsus olduğunu etiraf etmiş, həmçinin polis əməkdaşları tərəfindən ona hər hansı fiziki və psixi təzyiqlər göstərilmədiyini bildirmişdir (iş vərəqə: cild İ, səh.45-48, 68-69, 154-155). Qeyd olunanlardan başqa, Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı həmin etirafedici ifadələrini polis əməkdaşlarının fiziki təzyiqləri nəticəsində məcbur qalaraq bildirməsi ilə bağlı göstərdiklərinin araşdırılmasından ötrü məhkəmənin sorğusu əsasında cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin X9 daxil olarkən bədənində xəsarətlərin olub-olmamasının müəyyən edilməsi ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsindən məhkəməyə göndərilmiş aktda göstərilən onun X9 qəbul edilərkən aşkar edilmiş hər iki qolunda olan köhnə kəsiklərlə bağlı, həmçinin onun Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına daxil olunarkən barəsində tərtib edilmiş tibbi kitabça məhkəmədə tədqiq edilərkən onda aşkar edilmiş köhnə çapıqlarla bağlı məhkəmədə Təqsirləndirilən şəxs sual verilərkən həmin köhnə çapıqların və kəsiklərin hazırki cinayət işi ilə heç bir əlaqəsinin olmadığını bildirmişdir. Beləliklə də, cinayət işinin göstərilən faktiki halları ilə, həmçinin Təqsirləndirilən şəxs özünün müdafiəsi ilə bağlı gətirdiyi dəlillərin məhkəmədə araşdırması nəticəsində onun məhkəməyədək icraat zamanı hər hansı fiziki və ya digər təzyiqlərə məruz qalması öz təsdiqini tapmamış, cinayət işi üzrə təqsirləndirilən şəxsin qeyd edilən cinayət əməlini törətməsini təsdiq edən yuxarıda sadalanan mötəbər sübutların qanuniliyini şübhə altına alacaq hər hansı hal müəyyən edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı hər hansı fiziki, psixoloji və ya digər təzyiqlərə məruz qalması məhkəmə araşdırması nəticəsində hər hansı faktla öz təsdiqini tapmadığından, ilkin ibtidai araşdırma zamanı şəxsi axtarış istintaq hərəkəti keçirilərkən Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin tam iradə sərbəstliyi əsasında ona məxsus olmasını etiraf etməsini və həmin zaman hər hansı qanunsuz təzyiqlərə məruz qalmasının təsdiq olunmaması, bununla bağlı göstərdiklərini sonradan verdiyi ifadələrində də təsdiq etməsi onun ibtidai istintaq zamanı polis əməkdaşlarının qanunsuz hərəkətlərinə məruz qalması ilə bağlı göstərdiklərini tam şəkildə təkzib etdiyindən, həmçinin onun məhkəmədə ifadəsində göstərdiyi həmin inkaredici hallar “şəxsi axtarış və götürmə haqqında” protokol, həmin istintaq hərəkətinin video görüntülərinin əks olunduğu disk, həmin diskə baxış protokolu, maddi sübutlar, ekspert rəyləri, şahid ifadələri, “mobil nömrə ilə bağlı mesajlara baxış protokol”u və cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edildiyindən və heç bir faktla təsdiq olunmadığından inandırıcı hesab olunmamaqla məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmir və onun məhkəmədə göstərdiyi həmin halları həqiqi olmayan məlumatlar olmaqla, cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan yayına bilmək məqsədilə verilmiş, onun tərəfindən seçilmiş müdafiə üsulu (taktikası) və onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi kimi qiymətləndirir. Odur ki, cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 iyun 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 03 il 10 ay 09 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilməsi, daha sonra isə həmin cəza müddəti başa çatdığına görə şöbədə qeydiyyatdan çıxarılması, bundan başqa Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, sonra isə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 7(005)-503/2023 saylı qərarı ilə cəzasının çəkilməmiş 01 il 03 ay 29 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi və onun cəza müddəti 04 aprel 2025-ci il tarixdə bitdiyindən Bakı Şəhər Probasiya İdarəsində qeydiyyatdan çıxarılması ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 iyun 2015-ci il tarixli hökmü ilə olan məhkumluğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinin tələblərinə əsasən ödənilmişdir. Belə ki, Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi ilə bağlı olan məhkumluğu isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Odur ki, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs həmin cəzanın çəkilməmiş 01 il 03 ay 29 gün hissəsindən şərti olaraq vaxtından əvvəl olunduğu 05 dekabr 2023-cü il tarixdən altı il müddət keçmədiyindən onun həmin məhkumluğu ödənilməmişdir. Bundan başqa, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini cəzasını çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunduğu 01 il 03 ay 29 gün cəzanın çəkilməmiş hissəsi ərzində törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Odur ki, əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs qəsdən yenidən Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş təsnifatına görə az ağır cinayət törətdiyindən onun əməlində cinayətlərin residivi mövcuddur. Təqsirləndirilən şəxs himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olması onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilir, əməlində cinayətlərin residivinin olması isə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alınaraq, həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyası həddində şəxsiyyətinə uyğun, ədalətli, residivə və hökmlərin məcmusuna görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini, onun barəsində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 dekabr 2023cü il tarixli qərarı ilə tətbiq edilmiş şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsini və hazırki hökm üzrə təyin ediləcək cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsinin qismən birləşdirilməklə ona qəti cəza təyin edilməsini məqsədə uyğun hesab edir. Bundan başqa, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 10 may 2024-cü il tarixdən 12 may 2024-cü il tarixədək, yəni 02 (iki) gün müddətində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 (iki) gün müddətində tutulmasını nəzərə alaraq, həmin müddətin ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun həbs edildiyi 11 sentyabr 2024-cü il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 13 may 2024-cü il tarixli, 3238 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Bakı şəhər Binəqədi Rayon Polis İdarəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,280 qram psixotrop maddə metamfetamin məhv edilməli, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin video görüntüsünün əks olunduğu bir ədəd və “Azercell MMC”-dən təqdim olunmuş bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 (bir) il 3 (üç) ay 29 (iyirmi doqquz) gün hissəsindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli qərarına əsasən tətbiq edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 (bir) il 3 (üç) ay 29 (iyirmi doqquz) gün hissəsi hazırkı hökmlə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 may 2024-cü il tarixdən 12 may 2024-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli həbs edildiyi 11 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhər Binəqədi Rayon Polis İdarəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,280 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin video görüntüsünün əks olunduğu bir ədəd və "xxxx" MMC-dən təqdim olunmuş bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Elnur Nuriyev Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar