Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-633/2020 09.06.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi, Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: x1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhər 12 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş şəxs: Qanuni nümayəndə iştirakları ilə xx xxxx 1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 13 fevral 2020-ci il tarixdə, saat 09 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsində yerləşən 19 nömrəli fərdi yaşayış evinin mətbəxində sərxoş vəziyyətdə tanışı Qanuni nümayəndə ilə birlikdə yemək yeyib spirtli içki qəbul edən zaman Qanuni nümayəndə ona çox miqdarda spirtli içki qəbul etməsinə irad tutması səbəbindən Qanuni nümayəndəla aralarında şəxsi münasibətlər zəmnində mübahisə etmiş, yaranmış münaqişə zamanı mətbəxdəki masanın üzərində olan bıçaqla Qanuni nümayəndə döş qəfəsindən qəsdən bir dəfə vuraraq sonuncuya dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, tək yaşadığı fərdi yaşayış evi 1 otaq, zal və mətbəxdən ibarətdir. Qanuni nümayəndə dostudur, mütəmadi olaraq bir-birilərinin evinə gedib-gəlirlər. Demək olar ki, hər gün spirtli içki qəbul edir. Vaqif tüfeyli həyat tərzi keçirir. 13 fevral 2020-ci il tarixdə, səhər saat 07 radələrində Vaqif onun yaşadığı evə gələrək ona “başım hərlənir, araq içib ayılmaq istəyirəm” demişdir. Vaqifi evinə dəvət etmiş, birlikdə səhər yeməyi yemişlər və evində olan 250 qramlıq spirtli içki qəbul etmişlər. Araq qurtardığı üçün Vaqifə 20 manat pul vermiş və Vaqif mağazaya gedərək sosis, 0,5 litrlik araq və 2 qutu siqaret alaraq yenidən onun evinə gəlmiş, birlikdə yenidən yeyib-içməyə başlamışlar. Yeyib-içib qurtardıqdan sonra o yıxıla-yıxıla sərxoş vəziyyətdə onunla sağollaşaraq evinə tərəf getmişdir. Həmin vaxt Vaqiflə mübahisə etməmiş və ona bıçaqla xəsarət yetirməmişdir. Qanuni nümayəndə hansı şəraitdə xəsarət alması barədə heç nə deyə bilmir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, ittiham olunduğu cinayət əməlinin onun tərəfindən törədilməsi cinayət işinin aşağıda şərh edilən halları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərdi ki, fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs dostudur, onunla təxminən 20-25 il olar ki, dostluq edir. Hər gün də olmasa bir gündən bir spirtli içki olan araq və ya pivə içir. Təqsirləndirilən şəxslə mütəmadi olaraq yeyib-içirlər, bir-birilərinin evlərinə gediş-gəlişləri vardır. 13 fevral 2020-ci il tarixdə saat 07 radələrində yaşadığı evdə olarkən Xanlar ona zəng edərək “evdəyəm, gəl yeyib içək” demiş, o da piyada Xanların ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlmişdir. Xanlar evdə tək olmuş, evin mətbəxinə keçərkən görmüşdür ki, Xanlar mətbəxdə tavada sosis qızardıb üzərinə yumurta vurub masanın üzərinə qoymuş, həmçinin masanın üzərinə 0,5 litrlik spirtli içki olan araq qoymuşdur. O, Xanlarla birlikdə yeyib-içmiş, araq qurtardığı üçün Xanlar ona 20 manat pul verərək araq və siqaret almasını xahiş etmiş, o da 20 manat pulu alaraq piyada marketə gedib 2 qutu siqaret və 1 litrlik araq alaraq Xanların evinə gəlmiş və qalan pulu Xanlara qaytarmışdır. Bundan sonra birlikdə yenidən yeyib-içmişlər. Xanlar sərxoş olduğu üçün özünü idarə edə bilmədiyinə görə ona irad tutmuşdur ki, o, yenidən araq içməsin. Bu zaman Xanlar ani olaraq mətbəxdə masanın üzərində olan mətbəx bıçağını əlinə götürərək 1 dəfə döş qəfəsindən xəsarət yetirmiş, o da yerə yıxılmışdır. Bir az keçəndən sonra özünə gələrək tək piyada evinə getmiş, bu zaman evdə olan oğlu Ağakərim taksi avtomobili ilə onu Lökbatan qəsəbəsindəki 19 saylı x8 Stansiyasına aparmışlar. Orada ona ilkin tibbi yardım göstərilmiş və o, həmin vaxt həkimlərə yalandan demişdir ki, yaşadığı evin yaxınlığnda yıxılaraq xəsarət almışdır. Ona ilkin tibbi yardım göstərildikdən sonra x6 gedərək cərrahiyə əməliyyatı olunmuşdur. Orada təxminən 4-5 gün qalandan sonra evə buraxılmışdır. Hadisədən sonra Xanlar onun səhhəti ilə maraqlanmadığı üçün onun barəsində şikayət etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış,ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Qanuni nümayəndə atasıdır, onunla birlikdə eyni ünvanda yaşayır. Evlərində atası və özündən başqa heç kim yaşamır, anası vəfat etmişdir. Təqsirləndirilən şəxs atası Vaqifin dostu kimi tanıyır, onlar neçə illərdir ki, dostluq edirlər və bir-birilərinin evlərinə gediş-gəlişləri vardır. 13 fevral 2020-ci il tarixdə saat 09 radələrində yaşadığı ünvan 2 ünvanında olarkən atası tək evə gəlmiş, həmin vaxt atasının ağzından spirtli içki iyi gəlmiş və atası özünü idarə edə bilmişdir. Atası evə daxil olarkən görmüşdür ki, atasını geyim paltarları qan içindədir və döş qəfəsindən qan gəlir. Həmin vaxt atası Vaqif ona demişdir ki, 13 fevral 2020-ci il tarixdə, səhər saatlarında Xanların evinə getmiş və orada onunla yeyib-içmiş, yeyib-içən zaman Xanlarla mübahisəsi olmuş və Xanlar ona bıçaqla xəsarət yetirmişdir. Həmin vaxt atası Vaqif ona demişdir ki, Xanlar onun dostu olduğu üçün həkimə evin yaxınlığında yıxıldığını deyəcək və ondan xahiş etmişdir ki, həkimlərə ona Xanlar tərəfindən bıçaqla xəsarət yetirməsi barədə heç bir söz deməsin. O, ev telefonu ilə x8 Stansiyasına məlumat vermiş, atasını həkimlər 19 saylı x8 Stansiyasına aparmış və orada atası həkimə yaşadığı evin yaxınlığında yıxılaraq xəsarət alması barədə məlumat vermişdir. Həkimlər ondan hadisə barədə heç nə soruşmamışlar. Həmin vaxt atasının xəsarəti ciddi olduğundan onu taksi ilə x6 aparmışlar. Atası cərrahiyə əməliyatı olunaraq orada bir neçə gün qalmışdır. Həmin ərəfələrdə atasının dostu Xanlar atasının səhhəti ilə maraqlanmadığı üçün və onun yanına gəlmədiyi üçün atası şikayət etmişdir. Cinayət işinin 13-15-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və x3 x7 Bakı şəhəri, Qaradağ rayon şöbəsinin 27.02.2020-ci il tarixli, 173 saylı rəyindən görünür ki, Qanuni nümayəndə döş qəfəsinin sağ yarısının pnevmohematoraksla müşayiət olunan daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası müəyyən edilmişdir. Xəsarət deşici-kəsici əşya (alət) təsirindən törənmişdir, 13.02.2020-ci il tarixdə kənar şəxs tərəfindən bıçaqla yetirilə bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Cinayət işinin 101-104-cü vərəqlərində olan protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ü.Hacıbəyov küçəsində yerləşən 19 nömrəli fərdi yaşayış evidir. Cinayət işinin 101-104-cü vərəqlərində olan protokollardan görünür ki, zərərçəkmiş şəxs Qanuni nümayəndə və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Qanuni nümayəndə ifadəsində göstəriklərini bir daha olaraq Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Cinayət işinin 135-138-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və x3 x7 Bakı şəhəri, Qaradağ rayon şöbəsinin 16.04.2020-ci il tarixli, 19/173 saylı rəyindən görünür ki, 1959-cu il təvəllüdlü Qanuni nümayəndə adına tərtib olunmuş 173 saylı məhkəmə-tibbi ekspertiza rəyinin məlumatlarına əsasən, Qanuni nümayəndə aşkar olunmuş xəsarətin xarakter və lokalizasiyasına görə öz-özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur. Cinayət işinin 139-141-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və x3 x7 Bakı şəhəri, Qaradağ rayon şöbəsinin 20.04.2020-ci il tarixli, 165-MTKŞ/2020 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Qanuni nümayəndə məxsus sviterin ön hissəsinin orta nahiyyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edilmişdir. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin( ola bilsin ki, bıçağın) təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Qanuni nümayəndə məxsus köynəyin yaxalığının tikildiyi tikişin üzərində bir ədəd, köynəyin sol qoltuqaltı nahiyəsində bir ədəd, köynəyin sağ qoltuqaltı nahiyəsində bir ədəd və sviterin sol çiyin tikişinin üzərində bir ədəd məhdud sökülmələr aşkar olundu. Bu sökülmələr küt yaranma mexanizmə malikdir, paltarların müvafiq nahiyələrinin gərilibdartılması nəticəsində yaranmışlar. Cinayət işinin 142-146-cı vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və x3 x7 Bakı şəhəri, Qaradağ rayon şöbəsinin 20.04.2020-ci il tarixli, 266/2020-MTBŞ saylı rəyindən görünür ki, zərərçəkmiş Qanuni nümayəndə ABO sistemi üzrə qan qrupu-Abeta/İİ/. /təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən/. Ekspertizaya təqdim olunan Qanuni nümayəndə məxsus köynək və sviter üzərində insan qanı aşkar olundu. Tədqiq olunan qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda yalnız “A” antigeni alındı. Bu qan ləkələri Abeta/İİ/ qruplu şəxsə, o cümlədən Qanuni nümayəndə məxsus ola bilər. Cinayət işinin 164-cü vərəqində olan qərardan görünür ki, zərərçəkmiş şəxs Qanuni nümayəndə hadisə zamanı əynində olan və protokolla götürülmüş 1 ədəd “Sel&Rain” markalı tünd göy rəngdə olan kişi sviteri (qış köynəyi) və 1 ədəd boz rəngdə olan üzərində ağ dördkünc dama şəkilləri olan kişi uzunqol qış köynəyi maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Qaradağ RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Qanuni nümayəndə heç bir xəsarət yetirmədiyini bildirsə də, onun həmin ifadəsi zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı, məhkəmə-tibb ekspertiza rəyləri ilə tam təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsini ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. İttiham olunduğu cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi iş üzrə olan şahid və zərərçəkmiş şəxsin ifadələri, habelə məhkəmə ekspertiza rəyləri və işin digər faktiki halları ilə tam sübuta yetirilir, həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlamaqla iş üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Odur ki, məhkəmə Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən, cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyinə dair yuxarıda geniş şəkildə təhlil edib bir-biri ilə müqayisə edərək mənbəyinin mötəbərliliyini müəyyənləşdirdiyi sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi cinayət işi üzrə olan sübutların məcmusu, həmçinin işin faktiki halları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur, Təqsirləndirilən şəxs CM-126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Cinayət işinin 65-66-cı və 114-118-ci vərəqində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 09 aprel 2020-ci il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qsimində tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 47-ci vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyə təqdim olunmuş notariat qaydasında təsdiq edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs Qanuni nümayəndə Təqsirləndirilən şəxslə barışmış və ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 27.09.1999 və 31.10.2002-ci təvəllüdlü iki nəfər uşağı vardır. Zərərçəkmiş şəxslər barşıq əldə etməsi, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmaması, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olması, əvvəllər məhkum olunmaması Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 60-cı maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02.04.2012-ci il tarixli qərarının 3-cü bəndində deyilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində qeyd olunan “bu Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində” müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda cəza təyini zamanı CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmalıdır. Məhkəmə, CM-in 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, «Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına həyat şəraitinə təsirini, eləcə də törədilmiş cinayətin motivini, cinayətin baş verməsinə səbəb olan halları nəzərə almaqla cəza məsələsini həll edərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın CM-də nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin başlanğıcı bu iş üzrə şübhəli şəxs qismində tutulduğu gündən, yəni 09 aprel 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfi yoxdur. İş üzrə maddi sübut - Qaradağ RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş zərərçəkmiş şəxs Qanuni nümayəndə hadisə zamanı əynində olan və protokolla götürülmüş 1 ədəd “Sel&Rain” markalı tünd göy rəngdə olan kişi sviteri(qış köynəyi) və 1 ədəd boz rəngdə olan üzərində ağ dördkünc dama şəkilləri olan kişi uzunqol qış köynəyi dəyəri olmadığından CPM-nin 132-ci maddəsinə əsasən məhv edilməlidir. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı Bakı şəhər 10 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil x2 həyata keçirərək cinayət prosesi zamanı təqsirləndirilən şəxsin hüquqlarıın müdafiəsi ilə bağlı 25 saat iştirak etmişdir. Məhkəmə iclaslarında isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 12 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Məhkəməyə təqdim olunmuş arayış hesabatdan görünür ki, Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar işlə tanış olmaq və məhkəmə iclaslarında cəmi 35 saat iştirak etmişdir. Buna görə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislər və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi x2 üçün 150 (bir yüz əlli) manat Bakı şəhər 10 saylı Vəkil Bürosunun nəfinə, Müdafiəçi üçün 120 (bir yüz iyirmi) manat Bakı şəhər 12 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353 və 356-358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəza çəkmə müddətinin başlanğıcı 09 aprel 2020-ci il tarixdən hesablansın, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - Qaradağ RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş zərərçəkmiş şəxs Qanuni nümayəndə hadisə zamanı əynində olan və protokolla götürülmüş 1 ədəd “Sel&Rain” markalı tünd göy rəngdə olan kişi sviteri(qış köynəyi) və 1 ədəd boz rəngdə olan üzərində ağ dördkünc dama şəkilləri olan kişi uzunqol qış köynəyi məhv edilsin. Göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsi hesabından müdafiəçi x2 üçün 150 (bir yüz əlli) manat Bakı şəhər 10 saylı Vəkil Bürosunun nəfinə, Müdafiəçi üçün 120 (bir yüz iyirmi) manat Bakı şəhər 12 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Fikrət Qəribov Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-633/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-633/2020
09.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver