Məhkəmə qərarları › İş №1(101)-633/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-633/2021

07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-633/2021 07.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi hakimləri: sədrlik edən hakim Xankişiyev Mirzə Aslan oğlu, hakimlər Mahmudov İlham Ağa oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X16, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi3 iştirakları ilə X4: xx.xx.1993-cü ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Quba rayonu Rustov uəndində qydiyyatda olan, Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi evdə yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə xx.xx.1969-cu ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, məhkum olunmuş, işləməyən, Yevlax rayonu, E.Məmmədov küçəsi, ev 76-da yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs2 27 yanvar 2020-ci il tarixdə təxminən saat 23 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksi ərazisində məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixiatrop maddələrin siyahısına” daxil olan ümumi çəkisi 2,465 qram ağ rəngli kristal formada psixotrop maddə olan metamfetamini və bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik maddələrin siyahısına” daxil olan ümumi 0.174 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq alıb əynində olan qara rəngli gödəkçəsinin sol iç cibinə, 2,465 qram ağ rəngli kristal formada psixotrop maddə olan metamfetamini isə əynində olan qara rəngli cins şalvarının sağ cibinə qoyub daşımaqla özündə saxlamış, 28.01.2020-ci il tarixdə saat 03:40 radələrində Abşeron RPİnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF” yaşayış kompleksində saxlanılıb Abşeron rayon polis idarəsinə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman X3 əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən həmin bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə 0.174 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, əynində olan qara rəngli cins şalvarının sağ cibindən isə 2,465 qram ağ rəngli kristal formada psixotrop maddə olan metafetamin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Bundan başqa X12 27 yanvar 2020-ci il tarixdə Bakı şəhəri, Ziya Bünyadov prospektində Dəməgül yaşayış massivinin ərazisində şəxsiyyəti istntaqa məlum olmayan mənbədən satış məqsədi olmadan bir ədəd şəffaf rəngli sellofan bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixiatrop maddələrin siyahısına” daxil olan 3.258 qram çəkidə ağ rəngli kristal formada psixotrop maddə olan metamfetamini əynində olan qara rəngli gödəkçəsinin sol iç cibinə qoyaraq üzərində saxlamış, 28 yanvar 2020-ci il tarixdə saat 03:50 radələrində Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF” yaşayış kompleksində saxlanılıb Abşeron rayon polis idarəsinə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman X7 əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən həmin bir ədəd şəffaf rəngli sellofan bükümdə 3.258 qram çəkidə ağ rəngli kristal formada psixotrop maddə olan metamfetamin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ifadə verərək göstərdi ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, "Kristal Abşeron 2” yaşayış kompleksində ailəsi ilə birlikdə yaşayır. Şahid4 onun dostudur. X9 isə dostu Peymanın vasitəsi ilə tanımışdır. 28 yanvar 2020-ci il tarixdə gecə saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksini ərazisində gəzişərkən iki nəfər mülkü geyimdə olan şəxs ona yaxınlaşıb vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və onu Abşeron rayon polis idarəsinə dəvət etmişlər. Abşeron rayon polis idarəsinə gəldikdən sonra polis idarəsində polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərindən heç nə aşkar olunmamışdır. Lakin, polis əməkdaşları onun üzərindən narkotik vasitə aşkar olunduğunu deyib ona narkotik vasitənin satışı ilə ittiham vermişlər. Təqsirləndirilən şəxs həmçinin ifadəsində bildirmişdir ki, o heç vaxt narkotik vasitələrin satışı ilə məşqul olmamış, heç kimə narkotik vasitə satmamışdır. O, narkotik vasitələrdən istifadə etmiş, lakin, heç kimə narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs X12 məhkəmə iclasında ifadə verərək göstərdi ki, o, Yevlax şəhərində yaşayır, arada bir Xırdalan və Bakı şəhərlərinə gəlib getmişdir. Şahid4 təxminən hadisədən 10 gün əvvəl tanımış, Şahid4 qohumunun Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF” yaşayış kompleksində olan mənzilini təmir etmişdir. 27 yanvar 2020-ci il tarixdə yaşadığı Yevlax şəhərindən çıxaraq Bakı şəhərinə gəlmiş, bundan sonra, Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF” yaşayış kompleksinə getmişdir. Həmin vaxt orada usta Peymanla rastlaşmışdır. Daha sonra 28 yanvar 2020-ci il tarixdə gecə saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, 119 deyilən ərazinin döngəsində olarkən iki nəfər şəxs ona yaxınlaşmış vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və onun narkotik vasitələirin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Abşeron rayon polis idarəsinə dəvət etmişlər. Abşeron rayon polis idarəsinə gəldikdən sonra polis idarəsində polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı onun üzərindən heç nə aşkar olunmamış, onun üzərinə polislər narkotik vasitə qoyub çəkiliş etmişlər. Təqsirləndirilən şəxs həmçinin ifadəsində bildirmişdir ki, o heç vaxt narkotik vasitələrin satışı ilə məşqul olmamış, heç kimə narkotik vasitə satmamışdır. Özü narkotik vasitələrdən istifadə etmişdir, lakin narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2unun üzərindən 2,465 qram metamfetaminin, 0.174 qram heroinin və X7 üzərindən 3,258 qram psixatrop maddə olan metamfetamin aşkar edilməsi həmin gün onun üzərinə baxış keçirən polis əməkdaşlarının, baxış protokolu və çəkiliş aparılmış görüntülərlə tam təsdiqini tapmışdır. Belə ki, aparılan məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı vəzifəsində işləyir. Təqsirləndirilən şəxs2 Abşeron rayonu ərazisində narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilmiş, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 28 yanvar 2020-ci il tarixdə saat 03 radələrində Abşeron rayonu Xırdalan şəhəri “AAAF Park” yaşayış kompleksində məlumatda göstərilən əlamətlərə uyğun gələn şəxs Təqsirləndirilən şəxs2 yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib xidməti vəsiqə göstərmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs2 narkotik vasitələri saxlamaqda şübhəli olduğunu bildirib Təqsirləndirilən şəxs2 Abşeron RPİ-nə dəvət etmişlər. Rəfail dəvətə əsasən Abşeron rayon polis idarəsinə gəlmiş, idarədə video çəkilişdən istifadə olunaraq, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli dəri gödəkçənin içəri sağ cibindən bir ədəd üzərində “LD” sözləri yazılmış siqaret qutusunu çıxarıb ağzını açaraq içərisindən sellofana bükülü bükümü təqdim etmiş, təqdim olunmuş şəffav rəngli sellofan bükümün içərisinə baxdıqda sellofana bükülü bükümün içərisində ağ rəngli kristal formada maddə olması müşahidə olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirdi ki, təqdim etdiyi “LD” sözləri yazılmış siqaret qutusunun içərisində saxladığı sellofana bükülü bükümün içərisində psixotrop maddə olan metafetamin və bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümün içərisində narkotik maddə heroindir 28 yanvar 2020-ci il tarixdə tanışı Peymandan öz istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs2 üzərində aşkar olunan bükümlər zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 izahatı alınmış, bundan sonra Təqsirləndirilən şəxs2 bildirdiyi Peyman adlı şəxsin müəyyən edilməsi ilə bağlı əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar Abşeron RPİnin NMQ-nun baş əməliyyat müvəkkili polis mayoru Şahid3 raportla idarə rəhbərliyinə müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra əməliyyat qrupunun üzvü ondan, Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı polis kapitanı X5 və Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş və adları qeyd olunan polis əməkdaşları bir yerdə əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Abşeron rayonu Xırdalan şəhəri “AAAF Park” yaşayış kompleksində Peyman adlı şəxs saxlanılaraq Abşeron RPİ-nə dəvət edilmiş, idarədə Şahid4 əynində olan qara rəngli şalvarının kəmərinin altından bir ədəd gümüşü-metal rəngli elektron tərəzi, bir ədəd qara rəngli “Samsung” markalı telefon, əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən bir ədəd şəffav rəngli sellofana bükülü bükümü çıxararaq təqdim etmişdir. Sorğu zamanı Şahid4 bildirmişdir ki, “əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən çıxararaq təqdim etdiyi bir ədəd siqaretin gümüşü kağızına bükülü bükümün içərisində olan narkotik vasitə heroin, bir ədəd damalı dəftər vərəqinin kağızına bükülmüş bükümün içərisində ağ rəngli kristal formada maddə psixiotrop maddə metafetamindir. Həmin narkotik vasitələri tanışı X6 almışdır. Bir ədəd gümüşü-metal rəngli elektron tərəzi isə diş texniki işlədiyi üçün özü ilə gəzdirmişdir ki, diş üçün qızıl və titan alarkən həmin elektron tərəzidə çəksin”. Şahid4 üzərində aşkar olunan bir ədəd siqaretin gümüşü kağızına bükülü büküm və bir ədəd damalı dəftər vərəqinin kağızına bükülmüş büküm zərfə qoyularaq qablaşdırılmş və üzəri möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, ev 21, mənzil 100-də ailəsi ilə birlikdə yaşayır. O, narkotik vasitə olan heroindən və psixotrop maddə metamfetamindən istifadə edir. Usta işləyir və oradan əldə etdiyi gəlirlə ailəsini saxlamışdır. O, X9 tanımır, onunla birlikdə narkotik vasitə qəbul etməmişdir. 27 yanvar 2020-ci il tarixdə təxminən saat 04 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF” yaşayış kompleksi ərazisində gəzərkən iki nəfər mülkü geyimdə olan şəxs ona yaxınlaşmış, vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və onu Abşeron rayon polis idarəsinə dəvət etmişlər. Abşeron rayon polis idarəsinə gəldikdən sonra polis idarəsində polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı, əynində olan gödəkçənin cibindən bir ədəd bükümdə öz istifadəsi üçün saxladığı narkotik vasitə olan heroini təqdim etmişdir. Şahid həmçinin ifadəsində göstərmişdir ki, o, nə Rəfaeldən nə də Vuqardan narkotik vasitə almamış nə də onlara narkotik vasitə satmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 28 yanvar 2020-ci il tarixli 2114 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "...X2... sözləri və imzalar olan bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0.174 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.422qram, 0.929 qram, 0.432 qram, 0.526 qram, 0.156 qram, ümumi çəkisi 2.465 qram olan ağ rəngli kristal formada maddə metafetamindir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 28 yanvar 2020-ci il tarixli 2115 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...X7... sözləri və imzalar olan bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 3.258 qram olan ağ rəngli kristal formada maddə metafetamindir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 24 aprel 2020-ci il tarixli 1043 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 TİRYƏK alkolidlərini tərkibində saxlayan maddələrdən və psixiatrop maddə olan metanfetamindən sui-istifadə edilməsi nəticəsində Asıllıq Sindromu NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 05 may 2020-ci il tarixli 1219 saylı rəyindən görünür ki, X8 Çətənə bitkisi pereparatından və psixiatrop maddə olan metanfetamindən sui-istifadə edilməsi nəticəsində Asıllıq Sindromu NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 14.04.2020-ci il tarixli 712 saylı rəyindən görünür ki, X8 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də X12 ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. X7 məcburi müalicəyə ehtiyacı yoxdur. X12 istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 14.04.2020-ci il tarixli 718 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. İbtidai istintaq tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və X10 qarşı Azərbaycan Respubliksının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülərkən, ibtidai istintaq orqanı belə nəticəyə gəlmişdir ki, X12 27 yanvar 2020-ci il tarixdə Bakı şəhəri, Ziya Bünyadov prospektində Dərnəgül yaşayış massivinin ərazisində şəxsiyyəti istntaqa məlum olmayan mənbədən satış məqsədi il külli miqdarda bir ədəd şəffaf rəngli sellofan 6.573 qram çəkidə ağ rəngli kristal formada psixotrop maddə olan metamfetamin və iki ədəd siqaretin gümüşü kağızma bükülmüş bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik maddələrin siyahısına” daxil olan ümumi 0.434 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini 100 manat müqabilində alıb özü ilə Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF” yaşayış kompleksinə daşıyaraq bükümlərə bölüb özündə saxlamış, 27 yanvar 2020-ci il tarixdə təxminən saat 23 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF” yaşayış kompleksində tanışları Şahid4 və Təqsirləndirilən şəxs2 ilə görüşərək həmin narkotik maddələrdən Şahid4 0,260 qram narkotik vasitə olan heroin və 0.085 qram çəkidə psixotrop maddə olan metamfetamin, Təqsirləndirilən şəxs2 2,465 qram psixotrop maddə olan metamfetamin satdıqdan sonra özündə qalmış 3.258 qram çəkidə ağ rəngli kristal formada psixotrop maddə olan metamfetamini əynində olan qara rəngli gödəkçəsinin sol iç cibinə qoyaraq üzərində saxlamış, 28 yanvar 2020-ci il tarixdə saat 03:50 radələrində Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF” yaşayış kompleksində saxlanılıb Abşeron rayon polis idarəsinə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman X7 əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən həmin bir ədəd şəffaf rəngli sellofan bükümdə 3.258 qram çəkidə ağ rəngli kristal formada psixotrop maddə olan metamfetamin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı kifayt qədər toplanmış sübutlarla ibtidai istintaqın gəldiyi nəticələr Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə münasibətdə öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs2 və X12 ifadələrində göstərmişlər ki, onlar, hər ikisi narkotik vasitənin istifadəçisidirlər, tanımadıqları şəxslərdən öz istifadələri üçün əldə etmişlər. Bundan əlavə, məhkəmə iclasında satış faktını təsdiq etmiş Şahid4 ifadəsində göstərdi ki, o, X9 tanımır, onunla birlikdə narkotik vasitə qəbul etməmiş və o, heç vaxt Vüqar Mustafayevə və Təqsirləndirilən şəxs2 narkotik vasitə satmamış və onlardan narkotik vasitə almamışdır. Onu polis əməkdaşları saxladıqdan sonra hədə qorxu ilə ifadə almışlar. Bundan əlavə Vüqar Mustafayev və Rəfail Mirzəliyev ilkin istintaq ifadələrində də narkotik vasitələri öz istifadələr üçün tanımadıqları şəxsdən əldə etdiklərini bildirmişlər. Məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin hər hansı biri Vüqar Mustafayev və Röyal Mirzəliyevin narkotik vasitələrin staışı faktını ifadələrində təsdiq etməmişlər. Eləcə də 28 yanvar 2020-ci il tarixli materialın aidiyyəti üzə göndərilməsi qərarın da göstəilmşdir ki, X1 narkotik vasitələrin üzərində gəzdirməsi və qəbulunda şübhəli bilinmişdir. Bundan əlavə əməliyyat tədbirlərinin həyata keçirilməsi barədə 28 yanvar 2020-ci il tarixli qərarda da Abşeron RPİ-nə X1 narkotik vasitənin qəbulu ilə bağlı əməliyyat məlumatı daxil olunduğunu göstərilmişlər. Şübhəli şəxsin tutulması haqqında 28 yanvar 2020-ci il tarixli qərarda da X1 şəxsi istehlak miqdarından artıq miqdarda satış məqsədi olmadan narkotik vasitənin qəbul etməsi və saxlaması barədə şübhəli şəxs qismində saxlanılması göstərilmişdir. Bundan əlavə Cinayət işi üzrə 03 avqust 2020-ci il tarixli sübutların qiymətləndirilməsi qərarında Mustafayev Vüqar və Təqsirləndirilən şəxs2 barəsində onların əməlləri CM-nin 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.1-ci maddəsi ilə tövsüf edilmiş və həmin tarixli qərarlarla təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişlər. 10 avuqst 2020-ci il tarixli ittiham aktı Cinayə Məcəlləsinin 234.1-ci maddəsi ilə təsdiq olunduqdan sonra cinayət işi baxılması üçün Abşeron rayon məhkəməsinə göndərilmişdir. Lakin sonradan cinayət işi istintaqa qaytarılır və heç bir dəyişiklik olmadan, heç bir yeni sübut əldə edilmədən təqsirləndirilən şəxslərin əməlləri Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə tövsüf olunmuş və iş məhkəməyə göndərilmişdir. Bu özü özlüyündə bir daha sübut edir ki, təqsirləndirilən şəxslər barəsində istintaq qeyri obyektiv aparılmışdır. Aaparılan məhkəmə istintaqı zamanı isə təqsirləndirilən şəxslərin narkotik vasitələrin satışı ilə məşqul olmaları barədə heç bir sübut əldə edilməmişdir. Belə ki, istər təqsirləndirilən şəxslər, istərsə də şahidlərin ifadələrində məhkəmədə təqsirləndirilən şəxslərin narkotik vasitələrin satışı ilə məşqul olmalarını təsdiq edən hər hansı bir sübut müəyyən olunmamışdır. İstintaq zaman çıxarılmış telefon danışıqlarında da hər hansı bir şəxsin narkotik vasitə almasına dair və ya satmasına dair hər hansı bir danışıq və ya sms danışıqları müəyyən olunmamışdır. Göründüyü kimi digər heç bir sübut əldə edilmədiyi halda istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər X12 və Təqsirləndirilən şəxs2 əməli narkotik vasitəni satmaq kimi qiymətləndirilmişdir. Buna baxmayaraq məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin vermiş olduğu ifadələrində üzərilərində narkotik vasitələrin olmamasını bildirsələrdə onların narkotik vasitənin aludəçisi olmalarını etiraf etmələri, həmin gün şəxsi axtarış zamanı üzərilərindən narkotik vasitənin aşkar olunması baxış protokolu ilə öz təsdiqini tapmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, X7 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkib əlamətləri yoxdur. Belə ki, onların narkotik vasitəni satması ilə bağlı əməllərini təsdiq edən heç bir sübut istintaq orqanı tərəfindən müəyyən edilməmiş və əldə edilməmişdir. Yeganə sübut kimi istifadə olunan fakt Şahid4 cinayət işi istintaqa qaytarılandan sonrakı ifadəsi olmuşdur, lakin, Peyman Abdullayev ibtidai istintaqın ilkin gedişində və məhkəmə istintaqında göstərmişdir ki, o, X6 narkotik vasitə almamışdır, bununlada həmin fakt tam təkzib olunmuşdur. Digər satma faktını təsdiq edən hər hansı bir dəlil və ya sübut müəyyən edilməmişdir. Qeyd olunan faktlar onu göstərir ki, ilkin araşdırma faktları üzrə tərtib olunmuş sənədlər səthi tərtib edilmiş və tərtib edilən sənədlərdə buraxılmış ziddiyyətlər istintaqın sonrakı gedişində də aradan qaldırılmamışdır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə muvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyidir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Beləliklə, məhkəmə iclasında şahid ifadəsi ilə yanaşı, protokol və materiallar üzrə toplanmış sübutların məcmusu X10 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamın əsasını təşkil etmədiyinə görə məhkəmə hesab edir ki, X10 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair”» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi-hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə X7 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında vermiş olduğu ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər ifadə verərkən üzərilərində həmin narkotik vasitənin aşkar olunmadığını bildirsəər də, onların ibtidai istintaq zamanı üzərinə şəxsi baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə protokol həmin gün X7 və Təqsirləndirilən şəxs2 üzərində qeyd olunan miqdarda psixatrop maddə metamfetamin olmuşdur. Bundan əlavə, məhkəmə hesab edir ki, istintaq orqanı X10 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilməsi əsaslı hesab edilə bilməz. Çün ki, istintaq orqanının özünün gəldiyi nəticəyə görə həm X12 və Təqsirləndirilən şəxs2, həm də X11 hər üçü narkotik vasitə aludəçisidir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər X7 və Təqsirləndirilən şəxs2 əməli hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər X7 və Təqsirləndirilən şəxs2 vermiş olduğu ifadəsində, özünü təqsirli bilməməsini, əməlində ümumiyyətlə cinayətin tərkib əlamətlərinin olmamasını bildirməsi, saxlanılan zaman üzərində narkotik vasitənin olmamasını göstərməsi faktına tənqidi yanaşaraq onun bu ifadəsini inandırıcı hesab etmir, məhkəmə hesab edir ki, onlar, bu ifadəni verməkdə yalnız məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Cinayət əməlinin hüquqi tövsüf məsələsini müzakirə edən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər X7 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsüf edilməli və onlara həmin maddə ilə cəza təyin edilməlidir. Cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. X7 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzalarını ağırlaşdıran halların olması müəyyən olunmadı. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxslərin əməllərində cəzalarını yüngülləşdirən halların olması müəyyən olunmadı. İş materiallarından görünür ki, təqsirləndirilən şəxslər X12 və Təqsirləndirilən şəxs2 28 yanvar 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar. X7 barəsində seçilmiş həbs qətimkan tədbiri Abşeron rayon məhkəməsinin 08 dekabr 2020-ci il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri Abşeron rayon məhkəməsinin 08 yanvar 2021-ci il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, X7 və Təqsirləndirilən şəxs2 28 yanvar 2020-ci il tarixdən bu günə, yəni 07 iyul 2021-ci il tarixə həbsdə və ev dustaqlığında saxlanıldıqları 01 il 05 ay 09 gün onlara təyin ediləcək cəza müddətinə hesablanmalıdır. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan – H/ 0cccchccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccc ccccccccccccccccccccccc-rzəliyev Rəfael Seyidağa oğlunun üzərindən aşkar olunmuş 2,315 qram psixotrop maddə metamfetamin və 0,124 qram narkotik vasitə heroin, X6 aşkar olunaraq götürülmüş 3,208 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Şəxsi axtarış zamanı videogörüntünü zündə əks etdirən 1 ədəd DVD formatlı disk iş materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcələri 195 manat təqsirləndirilən şəxslər barəsində müştərək qaydada bölünərək 192 manat 50 qəpik X6 və 192 manat 50 qəpik Təqsirləndirilən şəxs2 dövlət nəfinə tutulmalıdır. Məhkəmə istintaqı zamanı “İnsan hüquqlarını və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü hissəsinin c bəndinə, Azərbaycan Respublikası CPM-nin 19-cu maddəsinin 19.4.4-cü bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001ci il tarixli, 31 nömrəli qərarına 3.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 14 saylı vəkil bürosunun hesabına 330 (üç yüz otuz) manat pul ödənilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər X10 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 05 (beş) ay 09 (doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. X1 28 yanvar 2020-ci il tarixdən bu günə, yəni 07 iyul 2021-ci il tarixə həbsdə və ev dustaqlığında saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə hesablanmaqla cəzasını çəkmiş hesab olunsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. X12 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 05 (beş) ay 09 (doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. X7 28 yanvar 2020-ci il tarixdən bu günə, yəni 07 iyul 2021-ci il tarixə həbsdə və ev dustaqlığında saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə hesablanmaqla cəzasını çəkmiş hesab olunsun. X12 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən X12 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan - Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 2,315 qram psixotrop maddə metamfetamin və 0,124 qram narkotik vasitə heroin, X6 aşkar olunaraq götürülmüş 3,208 qram psixotrop maddə metamfetamin məhv edilsin. Şəxsi axtarış zamanı videogörüntünü zündə əks etdirən 1 ədəd DVD formatlı disk iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcələri 195 manat təqsirləndirilən şəxslər barəsində müştərək qaydada bölünərək 192 manat 50 qəpik X6 və 192 manat 50 qəpik Təqsirləndirilən şəxs2 dövlət nəfinə tutulsun. Müdafiəçi1, hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 14 saylı vəkil bürosunun hesabına 330 (üç yüz otuz) manat pul ödənilsin. Hökmdən elan olunduğu, X13 isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar