Məhkəmə qərarları › İş №1(101)-633/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-633/2022

20.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-633/2022 20.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri X1 və X4, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı3 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi - "Hümbətov və partnyorları" Vəkil bürosunun vəkil Müdafiəçi iştirakı ilə, xx xxx 1968-ci il tarixdə Bakı şəhərində doğulmuş, evli, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum edilməmiş, Bakı Dövlət Universitetinin Filologiya fakültəsində laborant vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 29,178.2.2, 29,178.2.3, 29,178.2.4, 32.4,312.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, öz qulluq mövqeyindən istifadə edərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirərək dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını təkrar dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində özü vasitəsilə birbaşa yolla maddi nemət olan pulu rüşvət qismində verməyə qeyrisini təkrar təhrik etmiş, hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədilə vahid niyyətlə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamış və bilə-bilə qanunsuz olaraq hazırladığı saxta sənədlərdən istifadə etmişdir. Belə ki, o, 9 oktyabr 1990-cı il tarixdən Bakı Dövlət Universitetinin Filologiya fakültəsində laborant vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Rusiya Federasiyası, Dağıstan Muxtar Respublikası, Mahaçqala şəhəri Ali Peşəkar Təhsilin Dövlət Təhsil Müəssisəsi, Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş VSQ ******* saylı mütəxəssis diplomunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü İl tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi Qaydaları»na əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən tanınmaması barədə 22 avqust 2011-ci il larixdə qərar qəbul edilməsinə baxmayaraq, həmin diplomun Azərbaycan Respublikasında tanınması və Azərbaycan Respublikasında hüquqşünaslıq ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalentliyinin müəyyən edilməsində köməklik göstərilməsi məqsədilə, 2014-cü ilin əvvəllərində cinayətdən xəbərsiz olan Şahid1 və Şahid2 vasitəsilə özünə müraciət etmiş Zərərçəkmiş şəxs özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi Şahid1 və Şahid2 vasitəsi ilə təqdim edib, özü barədə yaratdığı inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikasının Təhsil Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni xarici dövlətlərin ali təhsil sahəsində ixtiraslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsindən imtina ediİməsi ilə əlaqədar həmin tanınma hərəkətinin aparılması vəzifəsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulmasının işə müvafiq müraciət üzrə baxmalı olan məhkəmənin səlahiyyətində olmasına baxmayaraq, həmin məsələnin məhkəmə icraatı olmadan qanuna zidd yollarla müsbət həllinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini cinayətdən xəbərsiz olan Şahid2 və Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs yalandan bildirərək, sonuncunun cinayətdən xəbərsiz olan Şahid2 və Şahid1 vasitəsi ilə həmin işin müsbət həllinə görə 7.500 manat məbləğində pul vəsaiti verə biləcəyinə dair razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə 2014-cü ilin yanvar-fevral aylarında cinayətdən xəbərsiz Şahid2 vasitəsilə Zərərçəkmiş şəxs məxsus 7.500 manat məbləğində pul vəsaitini Bakı şəhəri ərazisində müəyyən edilməyən yerdə görüşləri zamanı şəxsən aldıqdan sonra həmin pul vəsaitini şəxsi ehtiyaclarına sərf etmiş, törətdiyi cinayət əməllərini gizlətməklə cinayət məsuliyyətindən yayınmaq və özünə olan inamı möhkəmləndirmək niyyətilə 2014-cü ilin payız aylarında müəyyən edilməyən gündə və yerdə naməlum mənbədən əldə etdiyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş xarici ali təhsil ixtisasının tanınması və diplomun ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamələri skayner vasitəsilə kompüterin yaddaşına köçürüb qrafik proqram təminatından istifadə etməklə, müvafiq qrafalara “X5 xx.xx.2010-cu ildə Rusiya Federasiyası, Maxaçkala şəhəri Ali Peşəkar Təhsilin Dövlət Təhsil Müəssisəsi “Dağıstan Dövlət Universiteti (qeydiyyat №4049 01 iyul 2010) VSQ ******* saylı mütəxəssis diplomunun Azərbaycan Respublikasında hüquqşünaslıq ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalentdir” yazılarını, uydurma 007404 qeydiyyat nömrəsini, eyni niyyətlə “X5 xx.xx.2010-cu ildə Rusiya Federasiyası, Maxaçkala şəhəri Ali Peşəkar Təhsilin Dövlət Təhsil Müəssisəsi “Dağıstan Dövlət Universiteti (qeydiyyat №4049 01 iyul 2010) VSQ ******* saylı mütəxəssis diplomunun Azərbaycan Respublikasında tanınması və keçirilmiş fənlərin hüquqşünas növbəti pilləsinə qəbul olunmaq hüququ verilməsi” yazılarını uydurma 006688 qeydiyyat nömrəsini kompüterdə daxil edib, üzərində “Azərbaycan Respublikasının Təhsil Nazirliyi” yazıları olan dairəvi möhürü və səlahiyyətli şəxsin imzasını skayner vasitəsilə şəhadətnamələrin üzərinə köçürüb çap qurğusu (printer) vasitəsilə əksini kağız daşıyıcı üzərində çıxarmaqla hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamış, bundan sonra həmin saxta rəsmi sənədləri şəxsiyyəti müəyyən edilməyən cinayətdən xəbərsiz şəxs vasitəsilə ünvan 3 ünvanında yerləşən ləğv edilmiş «Təfəkkür» Universitetinin qarşısında Zərərçəkmiş şəxs təqdim edərək saxta olduğunu bilə-bilə hüquq verən həmin saxta rəsmi sənəddən qanunsuz olaraq istifadə etməklə, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus 7.500 (yeddi min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamış və saxta olduğunu bilə-bilə hüquq verən həmin saxta rəsmi sənəddən qanunsuz olaraq istifadə etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Zərərçəkmiş şəxs təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrar, öz qulluq mövqeyindən istifadə edərək özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə özünün saxtalaşdırmaqla hazırladığı Rusiya Federasiyası, Dağıstan Muxtar Respublikası, Maxaçqala şəhəri Ali Peşəkar Təhsilin Dövlət Təhsil Müəssisəsi, Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş VSQ ******* saylı mütəxəssis diplomunun Azərbaycan Respublikasında hüquqşünaslıq ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalentliyinin müəyyən edilməsi görüntüsü yaradan 007404 nömrəli və Azərbaycan Respublikasında tanınması görüntüsü yaradan 006688 nömrəli şəhadətnamələrin saxta olduğunu müəyyən edərək, ondan aldığı 7.500 manat məbləğdə pulu geri qaytarması və ya qeyd edilən diplomun qanuni əsaslarla nostrifikasiyası məsələsinin müsbət həll edilməsində köməklik göstərilməsi ilə əlaqədar 2021-ci ilin əvvəllərində özünə müraciət etmiş Zərərçəkmiş şəxs qeyd edilən şəhadətnamələrin saxta olmadığını, həmin diplomun Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən nostrifikasiya olunduğunu, bunun müqabilində Şahid1 və Şahid2 vasitəsilə ondan aldığı 7.500 manat məbləğdə pul vəsaitini guya Azərbaycan Respublikası Təhsil Nazirliyinin xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) səlahiyyətlərinə malik vəzifəli şəxsinə verdiyinə görə alıb ona geri qaytara bilməyəcəyini, hüquq mühafizə orqanları tərəfindən xidmətə qəbul ilə əlaqədar yenidən Dövlət Sərhəd Xidmətinə sorğu verildikdə onun təhsil aldığı dövr ərzində ölkə hüdudlarından kənarda olma müddətlərində uyğunsuzluq müəyyən edildiyindən həmin diplomla qeyd edilən qurumlarda işə qəbulunun mümkün olmadığını, həmin diplom əsasında Azərbaycan Respublikasının ali təhsil müəssisələrində əlavə təhsil ala biləcəyini bildirərək özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özü barədə yaratdığı inam və etibardan sui-istifadə edərək, Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialında yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə həmin filiala Rusiya Federasiyası Elm və Təhsil Nazirliyinin 14 oktyabr 2015-ci il tarixli 1147 saylı əmrinə uyğun hazırlanan Qəbul qaydalarında nəzərdə tutulmuş müsabiqədən kənar, əlavə təhsil şöbəsinin birbaşa olaraq 4-cü tədris kursuna tələbə qəbul etdirmək imkanına malik olduğunu Zərərçəkmiş şəxs yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialında əlavə təhsil şöbəsi olmadığı halda, habelə birbaşa olaraq qeyd edilən filialda 4-cü tədris kursundan təhsil almağın qeyri-mümkün olmasına baxmayaraq, həmin məsələnin müsbət həllinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini yalandan bildirərək, Zərərçəkmiş şəxs həmin işin müsbət həllinə görə 10.000 manat məbləğində pul vəsaiti verə biləcəyinə dair razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə razılaşdırılmış 10.000 manat pul vəsaitini 10 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 1054 ünvanında yerləşən “İST Petrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında Zərərçəkmiş şəxs istifadəsində olan “Mercedes-Benz S-class” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobildə sonuncudan aldıqdan sonra həmin pul vəsaiti üzərində istədiyi kimi sərəncam vermək imkanı əldə etmədən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığından, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 10.000 (on min) manat məbləğində pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təkrar təhrik etmişdir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamlar üzrə məhkəmə baxışına təqdim edilmiş bütün sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıldı. Bu zaman təqsirləndirilən şəxs tərəfindən 2014-cü il ərzində törədilmiş birinci cinayət epizodu üzrə dələduzluq və hüquq verən rəsmi sənədlərin saxtalaşdırması ilə əlaqədar cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi, bu səbəbdən ikinci cinayət epizodu üzrə dələduzluğa cəhd etmə cinayətinin törədilməsi ilə bağlı təkrarlıq əlamətinin öz təsdiqini tapmadığı müəyyən olundu. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2014-cü ildə Yeganə xanım adlı tanışı ona bir nəfərin xaricdə təhsil aldığını və diplomunu nostrifikasiya etmək lazım olduğunu bildirmişdir. Yeganə bu sahədə tanışının olub-olmadığını ondan soruşmuş, o da, belə bir tanışının olmadığını bildirmişdir. Sonra Yeganə yenə ona zəng edib həmin işlə məşğul olmasını xahiş etmişdir. Bundan sonra o, əvvəllər tanıdığı Fəxrəddin Hacıyev adlı şəxslə danışmış, belə bir iş olduğunu demiş, Fəxrəddin isə həmin şəxsi yanına göndərməsini bildirmişdir. O, Yeganəyə Fəxrəddinin nömrəsini vermiş və həmin şəxslər özləri görüşüb danışmışlar. O, Hünəri tanımamış və onunla heç bir əlaqəsi olmamışdır. Bundan xeyli müddət keçdikdən sonra 2020-ci tarixdə Hünər ona zəng edərək onun verdiyi sənədlərin saxta olduğunu bildirmiş və köməklik edib sənədləri düzəltməsini xahiş etmişdir. O da, bu barədə lazımi şəxslərlə danışıb məlumat verəcəyini demiş, Hünərlə görüşüb ondan pulu alarkən saxlanılmışdır. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs özünün Bakı Dövlət Universitetində laborant işlədiyini, Fəxrəddinin diplomu yalnız apostol etdirdiyini, Hünərin işi ilə bağlı 2020-ci ildə sonuncunun qardaşının ona zəng etdiyini, o, Hünərə bu işin ona aidiyyəti olmadığını bildirdiyini, Hünərin ona təzyiq göstərdiyini, o, Fəxrəddin adlı şəxsi tapdığı üçün Yeganənin onun nömrəsini Hünərə verdiyini, sonradan Fəxrəddin Hacıyev adlı şəxsin öldüyünü bildiyini, səs yazılarının ona məxsus olduğunu, o, özünü TQDK-nın əməkdaşı kimi təqdim etmədiyini, Hünərlə onun evinin yanında görüşdüyünü, Hünərin pulu sayıb verdiyini və o, pulu götürüb gedən zaman əməliyyatçıların yaxınlaşıb qoluna girib onu saxladıqlarını, Hünəri İqtisad Universitetinə düzəldəcəyinə söz vermədiyini, Hünəri Rusiyada ikinci ali təhsilə düzəltməyə söz verdiyini, sonradan bu işin qurma olduğunu bildiyini, Hünərdən 10.000 manat alıb “Kapital Bank»a olan borcunu ödəmək istədiyini, o, Hünəri rüşvət verməyə təhrik etmədiyini, sonuncu dəfə Hünərə bir dəfə zəng etdiyini, 2014-cü ildə olan işlə bağlı pulun alınıb-alınmadığını bilmədiyini, internetdə araşdıranda İqtisad Universitetinin Dağıstan filialının da olmasının məlum olduğunu, o, aldığı pulu həmin universitetin prorektoru olan xanıma verəcəyini dediyini, lakin orada elə bir adam tanımadığını, törətdiyi əməldən səmimi peşman olduğunu məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, 1990-cı ildən Bakı Dövlət Universitetinin Filologiya fakültəsində laborant vəzifəsində işləmişdir. 2014-cü ilin əvvəlində xatırlamadığı tarixdə tanışı Şahid2 ona zəng edərək Hünər adlı tanışının Rusiya Federasiyasında ali təhsil aldığını və diplomuna Rusiya Federasiyasında apostel verilməsində kömək istədiyini bildirdikdə, sonuncuya Bakı şəhərində bir çox şirkətin qeyd edilən məsələ ilə məşğul olduğunu, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində, «Dostluq» kinoteatrının yaxınlığında yerləşən ofisdə işləyən Fəxrəddin adlı şəxsin diplomu özü Rusjya Federasiyasına apararaq apostel vurdurduğunu, Fəxrəddin adlı həmin şəxsin telefon nömrəsini tapıb sonuncuya verəcəyini bildirmişdir. Bundan təxminən 2 gün sonra onun istifadəsində olan hazırda xatırlamadığı mobil telefon nömrəsinə tanımadığı nömrədən zəng gəlmiş və zəng edən şəxs özünü Yeganənin tanışı Hünər kimi təqdim edərək onunla görüşmək istədiyini bildirdikdə, sonuncunu Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsindəki “Zabitlər” bağında görüşə dəvət etmişdir. Zərərçəkmiş şəxs onunla həmin parkda görüşüb əlindəki ali təhsil haqqında diplomu təqdim etdikdə, sonuncudan hansı səbəbə diplomu ona verdiyini soruşmuş və Zərərçəkmiş şəxs Yeganə Sadıxoyanın diplomu ona göstərməsini tapşırdığını bildirmişdir. O, Zərərçəkmiş şəxs Şahid2 diploma apostel vurulması ilə əlaqədar ona müraciət etdiyini, onun həmin işlə məşğul olan Fəxrəddin adlı şəxsin telefon nömrəsini Şahid2 verəcəyini və bu məsələ ilə əlaqədar Fəxrəddinlə danışmasını bildirmişdir. O, Fəxrəddinin nömrəsini özü bilmədiyinə görə ofisinə gedərək nömrəni istədikdə, sonuncu hansı işlə əlaqədar kömək istədiyini soruşmuş, o da, bir adama apostel ilə əlaqədar kömək lazım olduğunu bildirmişdir. Daha sonra Bakı şəhəri ərazisində gəzən zaman Fəxrəddin müəllimi təsadüfən küçədə görmüş və sonuncu Hünərin ümumiyyətlə Dağıstan MR-da olmadığına görə işləri bir qədər çətin olduğunu demişdir. Daha sonra Şahid2 Zərərçəkmiş şəxs diplomuna apostel vurulması barədə ona məlumat vermişdir. Fəxrəddin adlı şəxs 2016-cı İlin aprel ayında ölmüşdür. Bundan sonra, 2020-ci ilin təxminən mart-aprel aylarında Şahid2 ona zəng edərək Zərərçəkmiş şəxs Dövlət Təhlükəsizlik Xidmətində işə qəbul olunmaq üçün öz sənədlərini həmin xidmətə təqdim etdikdə, onun tanış etdiyi Fəxrəddin adlı şəxsin apostel vurdurduğu, habelə nostrifikasiya etdirdiyi diplomun saxta olduğunu bildirdikdə, o, Fəxrəddini tanımadığını, onlara apostel üçün Fəxrəddinə müraciət etmələrini dediyini, nostrifikasiya ilə bağlı hər hansı bir söz demədiyini söyləmişdir. Şahid2 onları Fəxrəddinlə tanış etməkdə onu günahlandıraraq, sonuncunu tapmaqda köməklik etməsini bildirdikdə, o, Fəxrəddinin 2016-cı ildə öldüyünü demişdir. Şahid2 Zərərçəkmiş şəxs işə düzəlmək üçün oxuduğu universitetdən təsdiq məktubu lazım olduğunu bildirmişdir. Daha sonra hazırda xatırlamadığı mobil telefon nömrəsindən bir nəfər onunla əlaqə saxlayaraq, özünü Zərərçəkmiş şəxs qardaşı kimi təqdim edib, sonuncuya Dağıstandakı universitetdən müəyyən dövrlərdə oxuması barədə arayış alınmasında köməklik göstərməsini xahiş etmişdir. Daha sonra onunla qeyd edilən məsələ ilə əlaqədar heç kim əlaqə saxlamamışdır. 2021-ci ilin əvvəlində Zərərçəkmiş şəxs əlaqə saxlayaraq müharibədən qayıtdığını, müharibəyə getdiyinə görə Dağıstanda universitetdə oxumasına dair arayış almaq məsələsinin yarımçıq qaldığını bildirib yenidən kömək istəmişdir. O, Zərərçəkmiş şəxs ikinci ali təhsil almasının daha məqsədəuyğun olduğunu bildirərək və Turizm Universitetində ikinci ali təhsil almasına dair məsləhət vermişdir. Daha sonra Xarici Dillər Universitetində çalışan rəfiqəsi Xatirə Hacıyevə ilə danışarkən, sonuncu, məsləhət kimi Zərərçəkmiş şəxs Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialına qəbul olunmasının mümkün olduğunu demişdir. Bu barədə Zərərçəkmiş şəxs məlumat verdikdə, sonuncu razılaşmışdır. Zərərçəkmiş şəxs ilkin olaraq onu həmin filialın “iqtisadiyyat" fakültəsinin qiyabi şöbəsinin 4-cü kursuna, daha sonra isə 2-ci kursuna qəbul elətdirə biləcəyini demişdir. xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs məsələsi ilə bağlı Şahid3 ilə danışarkən, sonuncu, işin alınmayacağını, ikinci ali təhsilə sənəd qəbulunun bitdiyini demişdir. Lakin onun özünə pul lazım olduğuna görə Zərərçəkmiş şəxs zəng edərək Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialına qəbul olunması müqabilində 10.000 manat pul tələb etmişdir. Həmin pulu borc kimi Hünərdən almaq niyyətində olsa da, bu barədə sonuncuya məlumat verməmişdir. Zərərçəkmiş şəxs həmin məbləği Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialında prorektor vəzifəsində çalışan qadına verəcəyini demişdir. xx.xx.2021-ci il tarixdə tələb etdiyi 10.000 manat pulu Hünərdən almış, daha sonra, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları onu Baş İdarəyə dəvət etmişlər. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqa təqdim edilmiş 1 ədəd CD diskdə olan və ona nümayiş etdirilmiş 1.vsf.wav, 9.vsf.wav, 15.vsf.wav, 17.vsf.wav, 22.vsf.wav adlı fayllardakı fonoqramlarda Zərərçəkmiş şəxs və onun özünün dialoqları, digər 10.vsf.wav, 16.vsf.wav, 18.vsf.wav, 23.vsf.wav, 25.vsf.wav adlı fayllarda olan fonoqramlar isə Şahid3 ilə onun özünün dialoqları əks edilmişdir. 1.vsf.wav adlı faylda olan fonoqramda o, Zərərçəkmiş şəxs verilmiş şəhadətnamənin əsli olmasına dair dəlillər saysa da, həmin şəhadətnamələri görməmişdir (cild 1, iş vərəqi 130-135, cild 2, iş vərəqi 66). Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 2010-cu ildə ona Dağıstan Dövlət universitetinin hüquqşünaslıq ixtisası üzrə diplomu verilmişdir. 2011-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılmış, Sərhəd Qoşunlarında həqiqi hərbi xidmət keçərək 2012-ci ilin yayında tərxis edilmişdir. Hərbi xidmət keçdiyi dövrdə ali təhsilli müddətli hərbi qulluqçular kimi 1 il müddətinə həqiqi hərbi xidmət keçməkdən ötrü mütəxəssis diplomunu komandanlığa təqdim etmiş, orada həmin diplomun nostrifikasiya edilməli olduğunu bildirmişlər. Buna görə də, o, Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmiş, həmin qurum tərəfindən müvafiq sorğular verilərək cavablar alınmış və onun qeyd edilən təhsil müddətində kifayət qədər ölkə hüdudlarını tərk etmədiyi müəyyən edildiyindən diplomun nostrifikasiya edilməsindən imtina olunmuşdur. Bu səbəbdən 18 ay müddətinə həqiqi hərbi xidmət keçmişdir. Lakin həmin dövrdə atası Eldar Qəmbərov diplomu Rusiya Federasiyasına aparmış və diploma apostel vurulmuşdur. 2014-ci ildə həmin diplomu yenidən təsdiq etdirmək istəmişdir. Qonşusu Şahid1 ilə söhbət zamanı qeyd edilən diplomu təsdiq etdirmək istədiyini bildirdikdə, Çingiz onunla eyni binada yaşayan, təhsil sahəsində çalışan Yeganə adlı qadının bu məsələnin həllində köməklik edə biləcəyini demiş, o da, Çingizdən həmin qadınla köməklik etməsi barədə danışmasını xahiş etmişdir. Çingiz bu barədə Yeganə ilə danışdıqdan sonra, Yeganənin Arzu adlı qadınla əlaqə saxladığını, Arzunun diplomun təsdiq olunması üçün Yeganə vasitəsilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin müvafiq səlahiyyətlərə malik vəzifəli şəxslərinə vermək üçün 7.500 manat məbləğində pul istədiyini bildirmişdir. O, əvvəllər özü qanuni yolla həmin diplomu təsdiq etdirmək istəsə də, imtina aldığına görə məcbur olub Arzu adlı qadının təklifi ilə razılaşmış və 2014-cü ilin əvvəlində 7.500 manatı Yeganənin vasitəsilə Arzuya verməsindən ötrü Şahid1 yaşadığı binanın qarşısında sonuncuya vermişdir. Şahid1 ondan pulu alaraq Yeganəyə vermək üçün sonuncunun mənzilinə qalxmışdır. X13 mobil telefon nömrəsini Çingizə, sonuncu isə həmin mobil telefon nömrəsini ona vermişdir. Bundan sonra öz istifadəsində olan ***-***-**-** mobil telefonla Arzunun istifadəsində olan ***-***-**-** mobu telefon nömrəsinə mütəmadi olaraq zəng edib qeyd edilən diplomun nostrifikasiya olunması barədə söhbətlər aparmışdır. Həmin söhbətlər zamanı Arzu özünü təhsil sahəsində çalışan şəxs kimi təqdim etmiş, konkret harada, hansı vəzifədə işləməsi barədə heç nə deməmiş, ondan Şahid1 və Şahid2 vasitəsilə aldığı 7.500 manat məbləğdə pul vəsaitini Təhsil Nazirliyinin diplomların nostrifikasiyası səlahiyyətlərinə malik vəzifəli şəxsinə çatdırdığını, qeyd edilən nazirlik tərəfindən Dövlət Sərhəd Xidməti və digər qurumlara müvafiq sorğular göndərildiyini, onun ölkə hüdudlarından çıxışı ilə əlaqədar problemlər olduğunu, bu səbəbdən işin həllinin bir qədər uzandığını, lakin yekunda hər hansı bir müsahibədə iştirak etmədən diplomunun nostrifikasiya ediləcəyini bildirmişdir. Bİr neçə ay sonra Arzu işin həlli ilə əlaqədar ona Dağıstan Respublikasına getməli olduğunu bildirdiyinə görə, o, 02 iyul 2014-cü il tarixdə saat 23 radələrində «Xanoba» sərhəd keçid məntəqəsindən ölkə hüdudlarını tərk etmiş və 03 iyul 2014-cü il tarixdə saat 01 radələrində «Tahirkənd-Qazmalar» sərhəd məntəqəsindən geri qayıtmışdır. Təxminən 2-3 ay keçdikdən sonra diplomun təsdiq olunması prosesinin gecikdiyini görüb Arzuya zəng edərək verdiyi pulu geri tələb etmişdir. Arzu məsələnin yaxın vaxtlarda həll olunacağını, narahatlıq üçün əsas olmadığını demişdir. Təxminən 2014-cü ilin payız aylarında Arzu zəng edərək diplomun təsdiq olunması barədə şəhadətnamələrin hazır olduğunu, həmin şəhadətnamələri ona verəcək şəxsin zəng edəcəyini bildirmişdir. Bir neçə dəqiqə sonra Rəhim adlı bir kişi zəng edərək «Təfəkkür» Universitetinin yanına gəlməsini istəmişdir. O, qeyd edilən yerə gedərək həmin şəxslə görüşmüşdür. Həmin şəxs ona laminasiya olunmuş 007404 nömrəli və 006688 nömrəli iki ədəd şəhadətnamə vermişdir. Həmin şəxs 50-60 yaşlarında, orta boylu, normal bədən quruluşlu, kostyum geyimli, qalstuklu kişi olmuşdur. Arzu ona Fəxrəddin adlı hər hansı bir şəxsin telefon nömrəsini verməmiş və məsələni özünün həll etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs ifadəsinə görə, 2021-ci ildə Naxçıvan Dövlət Universitetində ikinci ali təhsil almaq qərarına gəlsə də, Arzunun ona verdiyi 007404 nömrəli və 006688 nömrəli şəhadətnamələrin saxta olmasından şübhələnərək, həmin sənədləri yoxlamadan onlardan istifadə etməyə çəkinmişdir. Daha sonra müvafiq dövlət qurumuna müraciət edərək həmin sənədlərin saxta olmasından şübhələndiyini bidirmiş və araşdıma zamanı qeyd edilən şəhadətnamələrin saxta olması müəyyən edilmişdir. O, bu barədə Şahid1 məlumat verərək, Yeganə ilə danışmasını xahiş etmiş, daha sonra Yeganə Şahid1 Arzu ilə danışdığını, Arzunun sənədlərin saxta ola bilməyəcəyini dediyini bildirmişdir. Daha sonra özü Arzuya zəng edərək bir qədər qorxaraq məsuliyyət hiss etməsi üçün Dövlət Təhlükəsizliyi Xidmətinə işə düzəlmək istədiyini, lakin şəhadətnamələr saxta olduğundan işin alınmadığını demişdir. Arzu isə Təhsil Nazirliyinin vəzifəli şəxsinə onun vasitəsilə əlavə 1.500 manat məbləğdə pul vermək müqabilində həmin 007404 nömrəli və 006688 nömrəli şəhadətnamələrin həqiqiliyinə dair arayış verəcəyini və həmin Xidmətdə məsələnin müsbət həll edilməsində kömək etməsi üçün kimə yaxınlaşmalı olduğunu deyəcəyini bildirsə də, o, Arzu ilə razılaşmamışdır. Daha sonra Şahid1 pulunu geri istədiyini bildirmişdir. Təxminən 2021-ci ilin mart ayında Çingiz və Yeganə ilə onların yaşadığı binanın qarşısında görüşmüş, Yeganədən Arzuya verdiyi 7.500 manat məbləğdə pulunu alıb geri qaytarmasını tələb etmiş, Yeganə isə sadəcə vasitəçi olduğunu, pulu Çingizdən aldıqdan sonra Arzuya verdiyini, həmin məbləğdən cəmi 500 manatın Arzu tərəfindən ona verildiyini demişdir. Təxminən bir həftə sonra Çingiz zəng edərək, Arzunun Yeganəyə zəng etdiyini, diplomun nostrifikasiya prosesinin natamam qaldığını, onun vasitəsilə Təhsil Nazirliyinə 1500 manat verəcəyi təqdirdə, diplomu təsdiq etdirə biləcəyini demişdir. Arzunun yenə onu aldatmaq istədiyini başa düşüb Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etmişdir. Bundan sonra müvafiq tədbirlər çərçivəsində Arzu ilə telefon vasitəsilə mütəmadi olaraq diplomun təsdiqi ilə bağlı söhbətlər etmişdir. Təxminən 2021-ci ilin sentyabr ayında Arzu diplomun təsdiqinin çətin olduğunu, onu 2-ci ali təhsil kimi Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının “iqtisadiyyat” fakültəsinə əvvəlcə 4-cü, daha sonra isə 2-ci kursuna düzəldə biləcəyini, həmin universiteti bitirdikdən sonra alacağı diplomun təsdiqə ehtiyacı olmayacağını demişdir. O, müvafiq tədbirlər çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının “iqtisadiyyat” fakültəsinə qəbul olmağa razılıq verərək, Arzudan işin dəqiqliyini öyrənmək istədikdə, sonuncu Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının qadın prorektorunun Bakı şəhərinə gələcəyini, sonuncuya 10.000 manat məbləğdə pul verməklə onu həmin Universitetin Dərbənd filialının “iqtisadiyyat” fakültəsinin 2-ci kursuna qəbul etdirəcəyini, habelə təhsilini başa vurmaqda ona köməklik edəcəyini bildirmişdir. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinə məlumat verdikdə, müraciətin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılacağını bildirmişlər. Daha sonra Arzu onunla əlaqə saxlayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının qadın prorektorunun Bakı şəhərinə gəldiyini və ona təcili olaraq 10.000 manat pulu verməli olduğunu bildirmişdir. O, müvafiq tədbirlər çərçivəsində 10.000 manat pul vəsaiti, habelə xüsusi vasitələri təhvil alaraq 10 noyabr 2021-ci il tarixdə saat təxminən 3 radələrində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində yerləşən “İST Petrol” yanacaq doldurma məntəqəsinin içərisindəki «İSTFood” iaşə obyektinin qarşısında Arzu ilə görüşmüş və qabaqcadan həmin yanacaq doldurma məntəqəsinin Şəfayət Mehtiyev küçəsi tərəfinə çıxışı hissəsində saxladığı “Mercedes-Benz S-class” markalı avtomobilə əyləşib, Arzu ilə Azərbaycan İqtisad Universitetinin Dərbənd filialının “iqtisadiyyat” fakültəsinə qəbul olunmasına dair söhbətlər etmiş, habelə qabaqcadan siyahıya alınmaqla nömrələnmiş 100 ədəd 100 manatlıq əskinasdan ibarət 10.000 manat məbləğdə pul vəsaitini Arzuya vermişdir. Daha sonra Arzu maşından düşüb hərəkətə başlamaq istəyərkən əməliyyatçılar tərəfindən saxlanılmışdır. Qeyd edilənlər müvafiq xüsusi vasitələrlə qeydə alınmışdır. Arzu ondan heç vaxt 10.000 manat məbləğdə borc istəməmişdir. Sualları cavablandıran Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, pulu 2014-cü ilin fevral-mart aylarında verdiyini, pulu verəndən 10 gün sonra Təqsirləndirilən şəxs ilə «Zabitlər» parkında görüşdüyünü, həmin görüşdə Arzu pulu aldığını etiraf etdiyini, Arzu xanıma borc pul vermədiyini, Arzunun 10.000 manat alıb İqtisad Universitetinin Dağıstan filialının prorektoruna verəcəyini dediyini, lakin həmin şəxsin adını demədiyini, 5 il tam təhsil aldığını, bunun 3 ilini Bakıda, qalan 2 ilini isə Rusiya Federasiyasında oxuduğunu, 2011-ci ildə Təhsil Nazirliyinə müraciət etsə də, imtina cavabı aldıdığını, Arzunun özünü Tələbə Qəbulu komissiyasının bunker işçisi kimi təqdim etdiyini, söhbət əsnasında Çingiizin ona qonşuluqda bu işlərlə məşğul olan qadın olduğunu bildirdiyini, Arzunun birinci dəfə ondan birbaşa pul almadığını, 2014-cü ilin yay aylarında Dağıstana gedib-gəldiyini, Naxçıvan Dövlət universitetinə ikinci ali təhsil almaq üçün müraciət etdiyini, Naxçıvan Dövlət Universitetinə sənəd verəndən sonra diplomunun saxta olduğunu bildiyini, Təqsirləndirilən şəxs onun İqtisad Universitetinə ikinci ali təhsil almağı üçün 10.000 manat pul istədiyini və həmin məbləğə işi düzəldəcəyinə söz verdiyini bildirdi. İbtidai istintaq zamanı şahid Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilərkən, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi halları sonuncunun üzünə deməklə, Azərbaycan Respublikası Təhsil Nazirliyində işləyən səlahiyyətli vəzifəli tanışına rüşvət verməklə Dağıstan Dövlət Universiteti tərəfincən verilmiş VSQ ******* saylı mütəxəssis diplomunun Azərbaycan Respublikasında tanınması və Azərbaycan Respublikasında hüquqşünaslıq ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalentliyinin müəyyən edilməsində köməklik göstərilməsini vəd edib, ondan 7.500 manat məblöğdə pul almaqla dələduzluq etdiyini, Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialında işləyən səlahiyyətli vəzifəli tanışına rüşvət verməklə onu həmin filiala qəbul etdirəcəyini vəd edib ondan 10.000 manat məbləğdə pul almaqla dələduzluğa cəhd etdiyini bildirmiş, habelə Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş VSQ ******* saylı mütəxəssis diplomuna 2011-ci ildə apostel vurulduğunu, bununla əlaqədar Təqsirləndirilən şəxs müraciət etmədiyini qeyd etmişdir (cild 1, iş vərəqi 141-148). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2010-2012-ci illərdə Zərərçəkmiş şəxs Dağıstan Dövlət Universitetinin Hüquq fakültəsini bitirdiyini, lakin diplomun nostrifikasiyasında problem olduğuna görə 18 ay hərbi xidmət keçdiyini bilmişdir. 2014-cü ilin əvvəllərində Zərərçəkmiş şəxsla söhbət zamanı, sonuncu, bu problemini bildirdikdə o, Şahid2 adlı tanışının həmin məsələni həll edə biləcək şəxslərin olması barədə məlumat verdiyini demiş, Hünər də həmin xanımla danışmasını xahiş etmiş, daha sonra diplomu da ona vermişdir. Bir gün o, Şahid2 ilə görüşüb Zərərçəkmiş şəxs diplomunun təsdiq edilməsi barədə söhbət etmiş, sonuncu, Arzu adlı tanışının təhsil sahəsində işlədiyini, xarici universitetlər tərəfindən verilmiş diplomların nostrifikasiyası məsələsini həll edə biləcəyini demişdir. O da, Hünərin diplomunu Arzu adlı şəxsə göstərməsi üçün Yeganəyə vermişdir. Bir neçə gün sonra Şahid2 Arzu adlı şəxslə danışdığını, sonuncunun Zərərçəkmiş şəxs qeyd edilən diplomunun nostrifikasiya edilməsi məsələsini müsbət həll edəcəyini, bunun üçün Arzu vasitəsilə Təhsil Nazirliyinin səlahiyyətli vəzifəli şəxslərinə 7.500 manat məbləğdə pul verməli olduğunu bildirmişdir. Bu barədə Zərərçəkmiş şəxs məlumat verdikdə, sonuncu, Arzunun təklifi ilə razılaşmış, 2014-cü ilin təxminən yanvar-fevral aylarında Şahid2 vasitəsilə Arzuya çatdırılması üçün 7.500 manat pulu ona vermişdir. O isə, Hünərin verdiyi həmin pulu Arzuya çatdırması üçün yaşadığı binanın qarşısında Şahid2 əlbəəl vermişdir. Bir müddət Zərərçəkmiş şəxs birbaşa Arzu ilə əlaqə saxlamamış, Hünərin sözünü o, Yeganəyə demiş və sonuncu isə, Arzuya çatdırmışdır. Lakin işin həlli bir qədər uzandığına görə Yeganədən Arzunun nömrəsini alaraq Hünərin özünə vermişdir. Yeganə ona Fəxrəddin adlı şəxsin, həmçinin Arzudan başqa heç kimin mobil telefon nömrəsini verməmişdir. Daha sonra Hünərin deməsindən məlum olmuşdur ki, Arzu Yeganədən aldığı 7.500 manat pulu Təhsil Nazirliyinin səlahiyyətli şəxsinə çatdırdığını, qeyd edilən Nazirlik tərəfindən Dövlət Sərhəd Xidməti və digər qurumlara sorğular göndərildiyini, Hünərin ölkə hüdudlarından çıxışı ilə əlaqədar problemlər olduğunu, bu səbəbdən işin həllinin bir qədər uzandığını, lakin yekunda hər hansı bir müsahibədə iştirak etmədən diplomunun nostrifikasiya ediləcəyini bildirmişdir. Hətta Arzu işin həlli ilə əlaqədar Zərərçəkmiş şəxs Azərbaycanın hüdudlarından çıxaraq Dağıstana getməli olduğunu bildirdiyinə görə, o, 2014-cü ilin yay aylarında 1 günlük ölkə hüdudlarını qeyd edilən qaydada tərk etmişdir. Təxminən 2014-cü ilin payız aylarında Arzu Hünərə diplomun təsdiq olunması barədə şəhadətnamələrin hazır olduğunu demiş və Hünərlə tanımadığı şəxs əlaqə saxlayaraq görüşüb şəhadətnamələri ona vermişdir. Habelə Zərərçəkmiş şəxs qeyd edilən şəhadətnamələri əldə etdikdən sonra həmin sənədləri ona göstərmişdir. 2021-ci ilin əvvəllərində Zərərçəkmiş şəxs əlaqə saxlayaraq Arzunun verdiyi şəhadətnamələrin saxta olduğunu, diplomunun nostrifikasiya edilmədiyini bildirərək, pulunu Arzudan almasını xahiş etmişdir. Bu barədə Şahid2 məlumat verdikdən sonra, sonuncu, Arzu ilə əlaqə saxlamış və ona Arzunun sənədlərin saxta ola bilməyəcəyini dediyini bildirmişdir. Daha sonra Arzunun özü ilə əlaqə saxlayıb, sonuncuya, hal-vəziyyəti izah edərək Zərərçəkmiş şəxs pulunu istədiyini bildirdikdə, o, məsələni həll edən şəxsin öldüyünü, sənədin saxta olmadığını, bu səbəbdən pulu qaytara bilməyəcəyini bildirmişdir. Bundan sonra Arzudan Zərərçəkmiş şəxs verdiyi pulu tələb edərək, Hünərin onun barəsində müvafiq hüquq mühafizə orqanlarına məlumat vermək istədiyini bildirsə də, Arzu onluq bir şey olmadığını və pulu qaytarmayacağını demişdir. Bundan sonra Zərərçəkmiş şəxs bu barədə məlumat vermiş və Arzu ilə bir də əlaqə saxlamamışdır. Sonradan onaq məlum olmuşdur ki, Arzu Zərərçəkmiş şəxs Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının "iqtisadiyyat” fakültəsinə 2-ci təhsil alması üçün qəbul etdirməkdən ötrü 10.000 manat pul almış və bu zaman hüquq mühafizə orqanı tərəfindən saxlanılmışdır. Cinayət işində olan üzləşdirmə protokolundan görünür ki, həmin istintaq hərəkəti zamanı Şahid1 sərbəst ifadəsində göstərdiyi halları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmiş, habelə Zərərçəkmiş şəxs işinin həlli ilə əlaqədar ona Firudin adlı şəxsin telefon nömrəsinin verilmədiyini, Təqsirləndirilən şəxs qeyd edilən məsələnin həllini vəd etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2014-cü ildə tanışı Şahid1 ona müraciət edərək dostu Zərərçəkmiş şəxs Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş ali təhsil haqqında diplomunun təsdiq olunmasına köməklik edəcək tanışı olub-olmadığını soruşmuşdur. Bundan sonra o, tanışlarından bu barədə maraqlanmış, tanışı Arzu Aslanı 5.000 manata Zərərçəkmiş şəxs diplomunu Təhsil Nazirliyi tərəfindən təsdiq etdirə biləcəyini demişdir. Bu barədə o, yenidən Şahid1 məlumat vermiş, sonuncu, Zərərçəkmiş şəxsla özü danışaraq razılığını almışdır. X14 Qəmbərovdan aldığı 5.000 manat pulu, sonuncuya məxsus diplomu ona vermiş, o isə, həmin sənədi və 5.000 manatı Təqsirləndirilən şəxs çatdırmışdır. Həmin pulu Təqsirləndirilən şəxs verdikdə, özünün 500 manata ehtiyacı olduğundan, sonuncudan həmin pul vəsaitini borc kimi götürmüş və sonra özünə qaytarmışdır. Bundan sonra məsələ uzandığından və Şahid1 zəng edərək işin həlli ilə maraqlandıqda, Təqsirləndirilən şəxs mobil telefon nömrəsini Şahid1 verərək özlərinin əlaqə saxlamalarını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs özləri əlaqə saxlamış və məsələnin həllinə dair danışmışlar. Sonradan Arzunun deməsindən ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs ali təhsil haqqında diplomu təsdiq olunmuş, Zərərçəkmiş şəxs özü qeyd edilən sənədləri kiminləsə görüşərək götürmüşdür. Lakin həmin ərəfədə məsələ bir qədər uzandığından Təqsirləndirilən şəxs ilə dostluq münasibətləri pozulmuşdur. 2021-ci ilin əvvəllərində Şahid1 yaxınlaşaraq Zərərçəkmiş şəxs hansısa hüquq mühafizə orqanına xidmətə qəbul olunmaq üçün ali təhsil haqqında diplomunu və diplomun təsdiqinə dair şəhadətnamələri həmin quruma təqdim etdikdə, qeyd edilən şəhadətnamələrin saxta olması müəyyən edildiyinə görə pulunu tələb etdiyini bildirmişdir. Daha sonra Şahid1 əlaqə saxlayaraq Zərərçəkmiş şəxsla birlikdə onunla görüşmək istədiklərini bildirdikdə o, yaşadığı binanın qarşısında sonuncularla görüşmüşdür. Görüş əsnasında Zərərçəkmiş şəxs ali təhsil haqqında diplomunun təsdiq olunmadığını, ona verilmiş şəhadətnamələrin saxta olduğunu bildirərək, Arzu Aslanjiyə verilmiş pulun geri qaytarilmasını tələb etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ilə telefon vasitəsilə əlaqə saxlamağa çalışsa da, sonuncu, zənglərinə cavab vermədiyindən əri İsmayıl Məmmədova zəng edərək, sonuncuya Arzunun onunla əlaqə saxlamalı olduğunu bildirdikdən sonra Təqsirləndirilən şəxs özü ona zəng etmiş və o, sonuncuya Zərərçəkmiş şəxs dediklərini təkrar etməklə, sənədi saxta olduğundan pulunu tələb etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs şəhadətnamələrin saxta olmadığını, Hünərin diplomunun təsdiq olunduğunu, pulu artıq verdiyini, pulu geri qaytara bilməyəcəyini bildirdikdə, Arzuya məsələni həll etməsini, Zərərçəkmiş şəxsla danışmasını və sonuncunun onu narahat etməsinin qarşısını almasını tapşırmışdır. Bundan sonra nə Təqsirləndirilən şəxs ilə, nə də Zərərçəkmiş şəxsla əlaqə saxlamamışdır. Bir müddət sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tutulmuşdur. Cinayət işinə əlavə olunmuş üzləşdirmə protokollarına əsasən, Zərərçəkmiş şəxs və Şahid1 Şahid2 ilə üzləşdirilərkən ifadələrində göstərdikləri xüsusatları sonuncunun üzünə deməklə bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs çatdırması üçün ona 5.000 manat yox, 7.500 manat məbləğində pul verildiyini bildirmişlər (cild 1, iş vərəqi 177-190). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, Təranə Abbasova onun uzaq qohumudur, lakin onların yaxın ailəvi münasibətləri vardır. Təranə Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının baş mühasibi işləmiş, sonradan qeyd edilən Filialın direktoru işdən azad edildiyi dövrdə direktor vəzifələrini müvəqqəti icra etmişdir. 2021-ci ilin yay aylarında Bakı şəhəri, Həsən Əliyev küçəsində yerləşən 1 saylı Asan Xidmət Mərkəzində olarkən X6 ilə tanış olmuşdur. Elçin Məmmədov onun Dərbənd şəhəri ilə əlaqələrinin olduğunu bildiyindən, dəfələrlə onunla əlaqə saxlayaraq Azərbaycan Respublikası ilə quru sərhədlərinin açılıb-açılmaması, qohumlarının bu barədə məlumatının olub-olmaması barədə suallar vermişdir. Sonuncu dəfə Elçin ona zəng edərək Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialında əlavə ali təhsil olubolmaması barədə sual vermiş, o isə, həmin filialda əlavə təhsil olmadığını bildirmişdir. Bundan sonra Elçin Məmmədovla heç bir əlaqəsi olmamışdır. O, X9 Abbasova ilə qohumluq münasibətləri barədə hər hansı məlumat verməmiş, lakin Təranə özü Elçin Məmmədovu tanımış, sonradan təsadüfən Elçin Məmmədov onun Təranənin qohumu olduğunu öyrənmişdir. O, Xatirə Hacıyevə və Təqsirləndirilən şəxs tanımamışdır. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs və Yeganə xanım onların ümumi dostlarıdır. O, 2011-ci ildə hazırda yaşadığı evə köçərkən həmin vaxt evdə qonaqlıq keçirmiş və demək olar ki, bütün rəfiqələrini dəvət etmişdir. 2014-cü ildə onun əkiz uşaqlarından biri xəstələnmiş, həmin vaxt uşağı xəstəxanaya aparmaq lazım olduğu üçün o, rəfiqəsi Arzu xanımdan evdəki uşağın yanında qalmasını xahiş etmiş, Arzu uşağın yanında qalmış, o isə, xəstə uşağı götürüb xəstəxanaya aparmışdır. Həmin uşağı əməliyyat olunan zaman Yeganə onların evinə gəlməmişdir. Həmçinin o, xəstəxanada olduğu müddətdə də Yeganə onlara gəlməmişdir. O, xəstəxanaya getdiyi müddətdə evin qapısı açıq olmuş, həmin vaxt Arzu xanımın evdən çıxıb gedə bilmək imkanı olmuşdur, lakin o, Arzunun uşağı evdə tək qoyub harasa getməsinə inanmır. Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunrdu. Həmin ifadəsində Şahid3 göstərmişdir ki, 2020-2021-ci illərdə tanışı Təqsirləndirilən şəxs onunla söhbət edərkən Yeganə adlı tanışının müdirinin qardaşı oğlu Hünər adlı şəxsə Yeganə vasitəsilə Rusiya Federasiyasından aldığı ali təhsil haqqında diplomuna apostel vurulması ilə əlaqədar həmin işlə məşğul olan tanışının nömrəsini verdiyini, hazırda Hünərin işə düzəlmək istəsə də, oxuduğu universitetdən sorğulara cavab verilmədiyinə görə narahat olduğunu bildirmişdir. Daha sonra Arzu əlaqə saxlayaraq Hünərin işə qəbul ola bilmədiyini bildirdikdə, o, Azərbaycanda ikinci ali təhsil olmadığından Rusiyada ali təhsil müəssisəsinə qəbul olmasını bildirmişdir. Daha sonra Arzu Hünərin ikinci dəfə Rusiyada təhsil aldıqdan sonra yenidən diplomunu təsdiq etməli olduğunu bildirdikdə, o, Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialında ikinci təhsil alsa, diplomun təsdiqə ehtiyacı olmayacağını demiş və Arzu ondan həmin Filialda 2-ci təhsil barədə maraqlanmasın xahiş etmişdir. Daha sonra 1 saylı “Asan" Xidmət mərkəzində işləyən Humay adlı şəxsin bacısı Təranə Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialında işlədiyindən, əri X7 həmin Filialda 2-ci ali təhsil olub-olmamasını soruşmuş, Humay isə həmin Filialda 2-ci təhsil olmadığını bildirmişdir. Daha sonra o, Arzuya həmin Filialda 2-ci təhsil olmaması barədə məlumat vermişdir. 10 noyabr 2021-ci il tarixdə səhər saatlarında Arzu zəng edərək yaşadığı evin icarə haqqını vermək üçün 4.000 manat, öz evinin təmiri üçün isə əlavə 4.000 manat olmaqla, ümumilikdə 8.000 manat pula ehtiyacının olduğunu bildirmiş, borc pul istəmiş, o isə, oğlunun avtomobilinin nasaz olduğunu, heç onu düzəltməyə imkanı olmadığını bildirmişdir. Bundan sonra Arzu “Bəlkə, Hünərdən götürüm?" dedikdə, buna tam etiraz edərək Hünərdən pul almamasını tapşırmışdır. Daha sonra ona məlum olmuşdur ki, Arzu Hünərdən pul alarkən tutulmuşdur (cild 1, iş vərəqi 155-158). Məhkəmə iclasında şahid X2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Təranə Abasova göstərmişdir ki, o, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialında baş mühasib vəzifəsinə, 2012-cİ ildə isə həmin Filialın direktor müavini vəzifəsinə təyin edilmişdir. Filial azərbaycanlıların sıx yaşadığı Dərbənd şəhərində soydaşların ali təhsil almasına kömək məqsədi ilə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə yaradılmışdır. Rusiya Federasiyası Elm və Təhsil Nazirliyinin 25 noyabr 2015-si il tarixli 2220 saylı əmri ilə UNEC-in Dərbənd filialının fəaliyyəti üçün lisenziya verilmişdir. 2016/2017ci tədris ili üçün ali təhsilin bakalavr pilləsi üzrə UNEC-in Dərbənd filialına Rusiya Federasiyası Elm və Təhsil Nazirliyinin 14 oktyabr 2015-ci il tarixli 1147 saylı əmrinə uyğun hazırlanan Qəbul Qaydaları təsdiq edilmişdir. Qəbul Qaydaları UNEC-in Elmi Şurasının 25 dekabr 2015-ci il tarixli 142 saylı qərarı ilə təsdiq edilmişdir. Filiala qəbul Rusiya Federasiyasında tələbələrin qəbul qaydalarına əsasən aparılır. Tədris rus və azərbaycan gilindədir. Filialda 4 ixtisas üzrə dünya iqtisadiyyatı, maliyyə-kredit, mühasibat uçotu və audit, ümumi iqtisadiyyat üzrə bakalavr hazırlanır, Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialında əlavə ali təhsil proqramı nəzərdə tutulmamışdır. Belə ki, hər bir kəs 1-ci kursa daxil olmaqla adi qaydada təhsil ala bilər. Əvvəllər abiturientlər bilavasitə Dərbənd şəhərinə gələrək Filiala qəbul olmaq üçün öz sənədlərini təqdim etsələr də, 2020-ci ildən başlayaraq Covid-19 virusu ilə əlaqədar qapanma təbdirlərinə görə müraciətlər internet üzərindən onlayn qaydada edilmişdir. 2021-ci ilin iyul-avqust aylarında əyani şöbəyə, iyul-oktyabr aylarında isə qiyabi şöbəyə sənəq qəbulu aparılmış, qiyabi şöbə üzrə imtahanlar oktyabr ayının sonunda başlanmışdır. 2021-ci ildə həm Filialın özündə, həm də Bakı şəhərində imtahan aparılmışdır. Şahid4 ilə qan qohumluğu olmasa da, ailəvi dostluq münasibətləri vardır. Elçin Məmmədovu dəqiq xatırlamasa da, ola bilər o, kiminsə valideyni olmuş, ona zəng etmişdir. Zərərçəkmiş şəxsla əlaqədar Şahid4 ona müraciət etməmişdir. Lakin Azərbaycan Dövlət İqtisad Universitetindən Filiala həmin şəxslə əlaqədar sorğu göndərilmiş və o, qeyd edilən şəxsin həmin Filiala sənəd təqdim etmədiyini müəyyən edərək müvafiq cavab vermişdir (cild 1, iş vərəqi 201-204). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin çıxarışına Rusiya Federasiyası, Dağıstan Muxtar Respublikası, Mahaçqala şəhəri, Ali Peşəkar Təhsilin Dövlət Təhsil Müəssisəsi, X3 tərəfindən verilmiş VSQ ******* saylı mütəxəssis diplomunun Azərbaycan Respublikasında hüquqşünaslıq ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalentliyinin müəyyən edilməsi haqqında 007404 nömrəli və Azərbaycan Respublikasında tanınması haqqında 006688 nömrəli şəhadətnamələr əlavə edilmişdir (cild 1, iş vərəqi 7-11). Sənədlərin məhkəmə-texniki ekspertizasının 15 dekabr 2021-ci il tarixli 5/1308 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs adına olan 006688 və 007404 qeydiyyat nömrəli şəhadətnamələrin blankları, üzərindəki möhür əksi və imza hər hansı bir texniki qurğu (skayner, fotoaparat və s.) vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə birbaşa axınlı printerdə çap edilmişdirlər (cild 1, iş vərəqi 81-82, 224-228). Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş çıxarışa əlavə edilmiş 1 ədəd kompakt diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, diskdə “l.vsf", “9.vsf”, “1O.vsf”, “15.vsf”, “16.vsf", “17,vsf”, “18.vsf”, “22.vsf”, “23.vsf, “25.vsf” adlandırılmış 10 ədəd" “wav” formatlı audiofayllar mövcuddur. Qeyd edilən fayllar xidməti kompüterin proqram təminatı vasitəsilə açıldıqda həmin 1.vsf.wav, 9.vsf.wav, 15.vsf.wav, 17.vsf.wav, 22.vsf.wav adlı fayllardakı fonoqramların Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında aparılmış telefon danışıqları zamanı qeydə alınmış dialoqlarını, 10.vsf.wav, 16.vsf.wav, 18.vsf.wav, 23.vsf.wav, 25.vsf.wav adlı fayllardakı fonoqramların Təqsirləndirilən şəxs ilə Xatirə adlı qadının arasında aparılmış telefon danışıqları zamanı qeydə alınmış dialoqlarını əks etdirdiyi müəyyən edilmişdir. İş materialları ilə qarşılıqlı təhlil zamanı Xatirə adlı şəxsin Şahid3 olması təsdiqini tapmışdır. Zərərçəkmiş şəxsla aparılan danışıqlarda Təqsirləndirilən şəxs sonuncuya 2014-cü ildə verilmiş diplomunun Azərbaycan Respublikasında hüquqşünaslıq ixtisas dərəcəsi üzrə verilən diplomla ekvivalentliyinin müəyyən edilməsi görüntüsü yaradan 007404 nömrəli və Azərbaycan Respublikasında tanınması görüntüsü yaradan İ 006688 nömrəli şəhadətnamələrin saxta olmaması, həmin diplomun Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən nostrifikasiya olunması, hüquq mühafizə orqanları tərəfindən xidmətə qəbulla əlaqədar yenidən Dövlət Sərhəd Xidmətinə sorğu verildikdə onun təhsil aldığı dövr ərzində ölkə hüdudlarından kənarda olma müddətlərində uyğunsuzluq müəyyən edildiyindən həmin diplomla qeyd edilən qurumlarda işə qəbulunun mümkün olmaması, həmin diplom əsasında Azərbaycan Respublikasının ali təhsil müəssisələrində əlavə təhsil ala biləcəyini bildirməsi, habelə Zərərçəkmiş şəxs onu Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul etdirəcəyinə dair vədlər verməklə onunla sövdələşməsi müəyyən edilmişdir. Şahid3 ilə aparılan danışıqlarla Zərərçəkmiş şəxs Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialına qəbul edilməsi üçün tanışlar tapılması, Şahid3 qeyd edilən məsələ ilə əlaqədar həmin Universitetdə işləyən Təranə adlı şəxsin bacısı Humayla danışacacağı, Zərərçəkmiş şəxs həmin Filialın 4-cü kursuna qəbul ediləcəyi barədə söhbətlər aparılmışdır (cild 1, iş vərəqi 12, 136-137). Bakı şəhəri, Binəqədi rayon məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində 21 oktyabr 2021-ci il tarixdən başlayaraq 3 ay müddətinə texniki vasitələrdən istifadə etməklə gizli video və foto çəkilişlərinin aparılması, habelə yaşayış və gedib-gəldiyi əməliyyat marağı kəsb edən yerlərdə, zəruri halda binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və torpaq sahələrinə daxil olma və onlara baxış keçirmə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 21 oktyabr 2021-ci il tarixli 5(001)-1513/2021 nömrəli qərar qəbul edilmişdir (cild 1, iş vərəqi 20-24). İş materiallarında olan pul vəsaitinin və xüsusi texnikanın təqdim edilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi məqsədilə özünə məxsus 100 (yüz) ədəd C95866920, C06002466, A32709399, A38855018, A49753451, C97261287, C97546469, 055756374, C49338114, 033038204, A70290831, A72451389, A77761058, A78425050, A00113833, A18167294, 091454793, 056149654, 045235033, B04565655, A72448791, A98719305, A34421284, A47947475, A62785419, A76395515, 067555729, A62673894, A34380801, D04685385, A09355863, A66872795, A90006169, 001642100, A14555394, A88355735, A67453757, 025327366, A39830812, 093272812, A53938434, A53288836, A27266472, 041396178, A56504255, A01200164, A59361853, 051471068, 070093256, A92760350, 079152099, C44401014, A33433651, A02813597, 084811032, A302f43924, A86909410, 046950540, 062642669, A76608725, A02656274, A14963365, A31319362, 002905525, A26777096, D17303552, A10663647, A972p8635, 062980216, A05870180, A85667407, A88521963, A06256395, A447B9068, A45581437, 097910176, 072510238, 046985220, A98450076, A35009184, 053340960, A57765638, A71306198, A26002891, A93774015, A78455618, A74497534, 073179075, A40047780, 029414511, 064051411, 055939064, 083352471, B08195828, A85250152, A59101181, 054762544, D15783477, 044814922, A10942208 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinaslarından ibarət olmaqla 10.000 (on min) manat məbləğində pul vəsaiti təqdim edilmişdir. Həmin pul vəsaitlərindən 10 ədəd 095866920, 006002466, A32709399, A38855018, A497J53451, 097261287, 097546469, 055756374, ********* və ********* nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinaslarının üzərində xüsusi yazı vasitəsilə “Nəzarət 2021” sözləri yazılmışdır. Tələb oluran pul vəsaitlərinin Təqsirləndirilən şəxs verilməsi zamanı danışıqların audio və video yazısının aparılması məqsədilə Zərərçəkmiş şəxs üzərindəki paltara “Stayer” markalı xüsusi texniki avadanlıq quraşdırılmış və istifadə qaydaları izah olunmuşdur (cild 1, iş vərəqi (25- 51). Azərbaycan Respublikası Baş prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin Əməliyyat idarəsindən daxil olmuş Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 5(001)-1513/2021 nömrəli qərarı əsasında 10 noyabr 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində qeydə alınmış video görüntülərin olduğu 1 ədəd kompakt diskə baxış keçirilərkən, diski kompüter dəstinin sistem blokuna daxil etdikdə 1 ədəd “2021Nov10_14h17m47” adlandırılmış “.avi” formatlı video faylın və eyni adlı ".mp3” formatlı audio faylının olması müəyyən edilmişdir. Qeyd edilən “2021Nov10_14h17m47” adlandırılmış “.avi” formatlı video faylı xidməti kompüterin proqram təminatı vasitəsilə açıldıqda həmin videogörüntülərin Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs görüşü zamanı lentə alındığı və aralarında baş tutmuş dialoqu əks etdirdiyi müəyyən edilmişdir. Videogörüntülərin ümumi müddəti 09 dəqiqə 12 saniyədir. Qeyd edilən videogörüntüdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 1054 ünvanında yerləşən “İST Petrol” yanacaq doldurma məntəqəsinin daxilində fəaliyyət göstərən "İST food” iaşə obyektinin qarşısında görüşərək həmin YDM-nin Şəfayət Mehdiyev küçəsinə çıxışında dayanmış “Mercedes-Benz S class” markalı avtomobilə əyləşərək söhbət etmişlər. Söhbət əsnasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona şəhadətnamələri verdiyini, həmin şəhadətnamələri bərkitmək üçün ona əlavə təhsil lazım olduğunu, həmin şəhadətnamələrin saxta olmasının qeyri-mümkün olduğunu, şəhadətnamələrdə mərkəzi icra hakimiyyəti orqanının rəhbərinin imzasının və xüsusi nişanlarının olduğunu, diplomunun təsdiq edildiyini, sərhəd giriş-çıxış sistemində adı olmadığından problem yarandığını, 2014-cü ildə məhz diplomun təsdiqi ilə əlaqədar sorğulara Dövlət Sərhəd Xidmətindən, həmin ali təhsil müəssisəsindən müsbət cavabların alınması müqabilində pul aldığını, Azərbaycan Respublikasında əlavə təhsil proqramı ləğv edilsə də, Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbəndi filialının direktor müavininə 10.000 manat məbləğində pulu rüşvət kimi verməklə onu həmin Filialın əlavə təhsil şöbəsinin birbaşa olaraq 4-cü tədris kursuna tələbə kimi qəbul etdirəcəyini bildirmiş, daha sonra Hünər Qəmbbrov 10.000 manat məbləğdə pul vəsaitini sayaraq Təqsirləndirilən şəxs vermişdir. Qeyd edilən videogörüntünün 02:05-02:15-ci dəqiqələrini əhatə edən müddətində Təqsirləndirilən şəxs 2014-cü ildə pul alaraq şəhadətnamələri Zərərçəkmiş şəxs təqdim etdiyini etiraf etmişdir (cild 1, iş vərəqi 52, 138-139). İş materiallarında olan 10 noyabr 2021-ci il tarixli Arzu Aslanının təqdim etdiyi pul vəsaitlərinə baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan görünür ki, istintaq hərəkəti keçirilərkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Yeganə adı rəfiqəsinin vasitəsilə tanıdığını, Yeganənin ondan Zərərçəkmiş şəxs diplomunun təsdiq edilməsi ilə bağlı köməklik göstərməsini xahiş etdiyini, sonuncuya bu işdə heç bir köməklik göstərə bilmədiyini və Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunmasına köməklik göstərəcəyinə söz verdiyini, 10 noyabr 2021-ci il tarixdə “20 yanvar dairəsi” adlanan ərazinin yaxınlığında yerləşən “İST Petrol” yanacaqdoldurma məntəqəsində Zərərçəkmiş şəxs 10.000 manat vəsaitini, Zərərçəkmiş şəxs adına olan 00688 və 007404 nömrəli şəhadətnamələri və şəxsiyyət vəsiqəsinin surətini aldığını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs 10 noyabr 2021-ci il tarixdə aldığı 10.000 manat vəsaitə və sənədlərə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 100 (yüz) ədəd 100 (yüz) manat dəyərində əskinasların seriya və nömrəsi aşağıdakı kimidir: C95866920, C06002466, A32709399, A38855018, A49753451, C97261287, C97546469, C55756374, C49338114, 033038204, A70290831, A72451389, A77761058, A78425050, A00113833, A18167294, C91454793, 056149654, 045235033, B04565655, A72448791, A98719305, A34421284, A47947475, A62785419, A76395515, 067555729, A62673894, A34380801, D04685385, A09355863, A66872795, A90006169, D01642100, A14555394, A88355735, A67453757, 025327366, A39830812, 093272812, A53938434, A53288836, A2766472, 041396178, A56504255, A01200164, A59361853, 051471068, 070093256, A92760350, 079152099, 044401014, A33433651, A02813597, 084811032, A30243924, A86909410, C46950540, C62642669, A76608725, A02656274, A14963365, A31319362, 002905525, A26777096, D17303552, A10663647, A97208635, 062980216, A05870180, A85667407, A88521963, A06256395, A44739068, A45581437, 097910176, C72510238, 046985220, A98450076, A35009184, 053340960, A57765638, A71306198, A26002891, A93774015, A78455618, A74497534, 073179075, A40047780, S29414Y11, 064051411, 055939064, 083352471, B08195828, A85250152, A59101181, 054762544, D15783477, 044814922, A********. Xüsusi işıqlandırma vasitəsi ilə həmin pullara baxış keçirən zaman seriya və nömrələri C958&6920, 006002466, A32709399, A38855018, A49753451, 097261287, 09756469, 055756374, ********* və ********* olan əskinasların üzərinə xüsusi yazı vasitəsilə “Nəzarət 2021” sözləri yazıldığı aşkar edilmişdir. Qeyd olunan pullar, Təqsirləndirilən şəxs təqdim etdiyi “Samsung” markalı telefon müvafiq qaydada qablaşdırılaraq protokola əlavə edilmişdir. Qeyd edilən istintaq hərəkətinin gedişatı zamanı videoçəkilişdən istifadə edilmiş və görüntülər diskə əlavə olunmuşdur (cild 1, iş vərəqi 53-55). Sənədlərin məhkəmə-texniki ekspertizasının 15 dekabr 2021-ci il tarixli 5/1308 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 100 ədəd 095866920, 006002466, A32709399, A3885018, A49753451, 097261287,097546469, 055756374, 049338114, 033038204,A70290831, A72451389, A77761058, A78425050, A00113833, A18167294, 091454793, 056149654, 045235033, B04565655, A72448791, A98719305, A34421284, A47947475, A62785419, A76395515, 067555729, A62673894, A34380801, D04685385, A09355863, A66872795, A90006169, D01642100, A14555394, A88355735, A67453757, C25327366, A39Ç30812, 093272812, A53938434, A53288836, A27266472, 041396178, A56504255, A01200164, A59361853, 051471068, 070093256, A92760350, 079152099, 044401014, A33433651, A02813597, 084811032, A30243924, A86909410, 046950540, 062642669, A76608725, A02656274, A14963365, A31319362, 002905525, A26777096, D17303552, A10663647, A97208635, 062980216, A05870180, A85667407, A88521963, A06256395, A44739068, A45581437, 097910176, 072510238, 046985220, A98450076, A35009184, 053340960, A57765638, A71306198, A26002891, A937J74015, A78455618, A74497534, 073179075, A40047780, 029414511, 064051411, 055939064, 083352471, B08195828, A85250152, A59l|01181, 054762544, D15783477, C44814922, A10942208 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinasları xüsusi mühafizə vasitələrlə təchiz olunmaqla poliqrafik çap üsulları ilə hazırlanmışlar və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil edirlər. Tədqiqata təqdim edilmiş pul əskinaslarının üzərində ultrabənövşəyi işıqda görünən yazıların olub-olmamasını müəyyən etmək məqsədilə həmin pul əskinasları “Spektoline BİB-150 PX/F” ultrabənövşəyi işıqlandırıcı lampa vasitəsi ilə tədqiq olunduqda 10 ədəd 095866920, 006002466, A32709399, A38855018, A49753451, 097261287, 097546469, 055756374, ********* və ********* nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinaslarının üzərində ultrabənövşəyi işıqda görünən “Nəzarət 2021” yazıları müəyyən edilmişdir (cild 1, iş vərəqi 79-80, 191-195). "xxxx" MMC-dən daxil olmuş bir ədəd kompakt diskə baxış keçirilməsi haqqında 22 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, 2014-cü il ərzində aparılmış danışıqlar, anten məlumatlarının qeydə alındığı «antenna2014.xlsx» adlı fayla baxış keçirilərkən Təqsirləndirilən şəxs tərəfindən həmin dövr öz adına rəsmiləşdirilmiş mobil telefon nömrələrindən istifadə edilmədiyi və istintaqla müəyyən edilməyən mobil telefon nömrəsindən istifadə etdiyi müəyyən edildiyindən, onun 2014-cü il ərzində Zərərçəkmiş şəxs və Şahid2 ilə telefon vasitəsilə əlaqəsini müəyyən etmək mümkün olmadı. 2021-ci il ərzində aparılmış danışıqlar, anten məlumatlarının qeydə alındığı «antenna2014.xlsx» adlı fayla baxış keçirilərkən xx.xx.2021-ci il tarixdə saat 12:14dən xx.xx.2021-ci il tarixdə saat 14:28-ə qədər Təqsirləndirilən şəxs istifadəsində olmuş 055-730- 4Ç-37 mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə 18 dəfə, Zərərçəkmiş şəxs isə eyni qaydada Təqsirləndirilən şəxs 8 dəfə zəng etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş 1 ədəd kompakt disk tipli elektron məlumat daşıyıcısında olan 1.vsf.wav, 9.vsf.wav, 15.vsf.wav, 17.vsf.wav, 22.vsf.wav adlı fayllardakı fonoqramlar qeyd edilən dövr ərzində qeydiyyata alınmışdır. 10 noyabr 2021-ci il tarixdə saat 13:41-də Zərərçəkmiş şəxs istifadəsində olmuş qeyd edilən mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs həmin mobil telefon nömrəsinə zəng etmiş, daha sonra Təqsirləndirilən şəxs saat 14:14, 14:26, 14:28-də 3 dəfə Zərərçəkmiş şəxs zəng etmiş, sonuncu zəng edilən vaxt hər ikisinin mobil telefonları Bakı şəhəri, Şəfayət Mehdiyev küçəsi və Tbilisi prospektində quraşdırılmış antenlərə qoşulmuşdur (cild 1, iş vərəqi 229-233). Azərbaycan Dövlət İqtisad Universitetindən daxil olmuş 06 dekabr 2021-ci il tarixli 010-032- 14xx/xx/2021 nömrəli məktubdan görünür ki, Azərbaycan Dövlət İqtisad Universitetində, eləcə də filiallarında (UNEC-in Dərbənd filialı, UNEC-in Zaqatala filialı) Zərərçəkmiş şəxs adlı vətəndaşın əlavə təhsil almaq üçün müraciəti ilə bağlı hər hansı bir fakt qeydə alınmamışdır (cild 1, iş vərəqi 162-163). Təhsildə Keyfiyyət Təminatı Agentliyindən daxil olmuş 14 dekabr 2021-ci il tarixli 00-03- 545/TKTA nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınmaması haqqında xx.xx.2011-ci il tarixdə qərar qəbul edilmişdir (cild 1, iş vərəqi 175-176). Bakı Dövlət Universitetindən daxil olmuş 13 dekabr 2021-ci il tarixli 01- Ff/1450 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 09 oktyabr 1990-cı il tarixdən həmin Universitetin Filologiya fakültəsində laborant vəzifəsində işləyir (cild 1, iş vərəqi 211-217). İbtidai istintaq orqanının 24 dekabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş çıxarışa əlavə edilmiş 1 ədəd kompakt disk tipli elektron məlumat daşıyıcısı və diplomun ekvivalentliyinin müəyyən edilməsi haqqında 007404 nömrəli və Azərbaycan Respublikasında tanınması haqqında 006688 nömrəli şəhadətnamələr, Baş idarənin Əməliyyat idarəsindən daxil olmuş özündə 10 noyabr 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində qeydə alınmış videogörüntüləri əks etdirən 1 ədəd kompakt disk tipli elektron məlumat daşıyıcısı, Təqsirləndirilən şəxs təqdim etdiyi pul vəsaitlərinə baxış keçirilməsi və götürmə aparılması haqqında 10 noyabr 2021-ci il tarixli protokola əlavə edilmiş 1 ədəd kompakt disk tipli elektron məlumat daşıyıcısı, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd kompakt disk tipli elektron məlumat daşıyıcısı və 100 ədəd C95865920, C06002466, A32709399, A38855018, A49753451, C97261287, C97546469, C55756374, C49338114, C33038204, A70290831, A72451389, A77761058, A78425050, A00113833, A18167294, C91454793, C56149654, C45235033, B04565655, A72448791, A98719305, A34421284, A47947475, A62785419, A76395515, C67555729, A62673894, A34380801, D04685385, A093Ş5863, A66872795, A90006169, D01642100, A14555394, A88355735, A67453757, C25327366, A39830812, 093272812, A53938434, A53288836, A27266472, C41396178, A56504255, A01200164, A59361853, C51471068, 070093256, A92760350, 079152099, 044401014, A33433651, A02813597, 0848) 1032, A30243924, A86909410, 046950540, 062642669, A76608725, A026Ş6274, A14963365, A31319362, 002905525, A26777096, D17303552, A106Ş3647, A97208635, 062980216, A05870180, A85667407, A88521963, A062Ş6395, A44739068, A45581437, 097910176, 072510238, 046985220, A984Ş0076, A35009184, 053340960, A57765638, A71306198, A26002891, A93774015, A78455618, A74497534, 073179075, A40047780, C29414511, 064051411, 055939064, 083352471, B08195828, A85250152, A59101181, 054762544, D15783477, 044814922,A10942208 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinasları sübut əhəmiyyəti kəsb etməklə üzərində cinayətin əlamətlərini əks etdirdiyindən maddi sübut kimi tanınmış, 10 ədəd 095866920, 006002466, A32709399, A38855018, A49753451, 097261287, 097546469, 055756374, ********* və ********* nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinasları Azərbaycan Respublikası Baş Prokurorluğunun Maddi-təminat şöbəsinə saxlanca verilmiş, 90 ədəd A70290831, A72451389, A77761058, A78425050, A00113833, A18167294, 091454793, 056149654, 045235033, B04565655, A72448791, A98719305, A34421284, A47947475, A62785419, A76395515, C67555729, A62673894, A34380801, D04685385, A09355863, A66872795, A90006169, D01642100, A14555394, A88355735, A67453757, 025327366, A39830812, S932|2812, A53938434, A53288836, A27266472, C41396178, A56504255, A01200164, A59361853, 051471068, 070093256, A92760350, 079152099, 044401014, A33433651, A02813597, 084811032, A30243924, A86909410, 046950540, 062642669, A76608725, A02656274, A14963365, A31319362, 002905525, A26777096, D17303552, A10663647, A972Q8635, 0629802, A05870180, A85667407, A88521963, A06256395, A44739068, A45581437, C97910176, C72510238, C46985220, A98450076, A35009184, C53340960, A57765638, A71306198, A26002891, A937K4015, A78455618, A74497534, C73179075, A40047780, C29414511, C64051411, C55939064, C83352471, B08195828, A85250152, A59101181, C54762544, D15783477, C44814922,A10942208 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinasları Zərərçəkmiş şəxs saxlanması üçün qaytarılmış, digər maddi sübutlar isə cinayət işinin istintaq materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqi 7-10, 84-86). «Respublika Psixiatriya Xəstəxanası» Publik hüquqi şəxsindən daxil olmuş 19 noyabr 2021ci il tarixli 9882 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicə olunmamış və qeydiyyata alınmamışdır (cild 1, iş vərəqi 160-161). Bakı Dövlət Universitetinin Filologiya fakültəsi tərəfindən verilmiş xasiyyətnamə ilə Təqsirləndirilən şəxs şəxsiyyəti müsbət xarakterizə edilmişdir (cild 1, iş vərəqi 217). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 18 noyabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, statistik informasiya bazasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 107-110). Məhkəmə kollegiyası yuxarıda sadalanan sübutları müqayisəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd etməyi lazım bilir: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li Qərarının 36-cı bəndində məhkəmələrə tövsiyyə olunur ki, şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs 2014-cü ildə Zərərçəkmiş şəxs məxsus 7.500 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmə, həmçinin hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədilə vahid niyyətlə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlama və bilə-bilə qanunsuz olaraq hazırladığı saxta sənədlərdən istifadə etmə epizodları ilə bağlı verilmiş ittihamla əlaqədar aşağıdakılar qeyd edilməlidir: Məhkəmə baxışı zamanı ittiham nitqi ilə çıxış edən Dövlət ittihamçısı3 təqsirləndirilən şəxsə hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədilə vahid niyyətlə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlama və bilə-bilə qanunsuz olaraq hazırladığı saxta sənədlərdən istifadə etməyə görə Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə verilmiş ittihamlara münasibətdə CM-nin 320.1-ci maddəsinin digər maddəni əhatə etdiyini bildirərək, CM-nin 320.2-ci maddəsi ilə verilmiş ittihamdan imtina etdi. Həmçinin dövlət ittihamçısı təqsirləndirilən şəxsə birinci cinayət epizodu üzrə verilmiş dələduzluq ittihamı ilə əlaqədar cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyini bildirərək, ikinci cinayət epizodu üzrə Cinayət Məcəlləsinin 29,178.2.2-ci maddəsi ilə, yəni təkrarlıq əlamətinə görə ittihamdan da imtina etdiyini məhkəmənin diqqətinə çatdırdı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən, cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: 75.1.1. böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; 75.1.2. az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə; 75.1.3. ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə; 75.1.4. xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Həmin Məcəllənin 75.3-cü maddəsindən görünür ki, cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Təqsirləndirilən şəxs birinci epizod üzrə irəli sürülmüş ittihamın məzmunundan görünür ki, o, özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə 2014-ci ildə Zərərçəkmiş şəxs 7.500 manat məbləğində pulunu alaraq özünün şəxsi ehtiyaclarına xərcləməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmiş, həmin hərəkətləri ilə həmçinin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Zərərçəkmiş şəxs təhrik etmiş, hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədilə vahid niyyətlə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamış və bilə-bilə qanunsuz olaraq hazırladığı saxta sənədlərdən istifadə etmişdir. İttihamın məzmunundan da göründüyü kimi, həmin cinayət hadisəsi 2014-cü ilin payız aylarında başa çatmış, göstərilən vaxtdan müddət axımı dayandırılmamış və qeyd olunan cinayətlərin törədildiyi müddətdən təxminən 8 il vaxt keçmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, həmin Məcəllənin 75.1.2-ci maddəsinin tələbinə görə isə, az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.6-cı maddəsinə əsasən, dövlət ittihamçısı bu Məcəllənin 40.2-ci maddəsində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları məhkəmədə aşkar edərsə, təqsirləndirilən şəxsin barəsində cinayət təqibindən imtina edilməsini bildirməyə haqlıdır. Həmin Məcəllənin 43.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 15 mart 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsi cinayət təqibini istisna edən hallardan biridir və belə hallarda, cinayət təqibi başlana bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 44.2.1-ci maddəsinin tələblərinə görə, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə CPM-nin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 2014-cü il ərzində törədilmiş birinci cinayət epizodu üzrə CM-nin 320.2-ci maddəsi, ikinci cinayət epizodu üzrə isə təkrarlıq əlamətinə görə CM-nin 29,178.2.2-ci maddəsi ilə verilmiş ittihamlardan dövlət ittihamçısı imtina etdiyinə görə həmin ittihamlar üzrə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilməli, Təqsirləndirilən şəxs birinci cinayət epizodu üzrə Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirli bilinməli, həmin cinayət epizodu üzrə irəli sürülmüş qeyd edilən ittihamlarla bağlı cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən, ona cəza təyin olunmamalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, birinci epizod üzrə Təqsirləndirilən şəxs həm də vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə şəxsi təhrik etdiyindən və ağır cinayət hesab olunan həmin əməl üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmədiyindən, həmçinin ikinci cinayət epizodu üzrə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 10.000 (on min) manat məbləğində pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmə, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təkrar təhrik etmə cinayətlərinə görə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.3, 29,178.2.4 və 32.4,312.2-ci maddələri ilə tövsif edilməlidir. Qeyd olunanları və yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv şəkildə qiymətləndirən məhkəmə kollegiyası Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən belə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi həmin əməllər qəsdən törədilmiş cinayətlərdir, təsnifatına görə az ağır və ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Həmin Məcəllənin 27.2 və 27.3-cü maddələrinin tələbinə görə, cinayətə hazırlıq və cinayət etməyə cəhd başa çatmayan cinayət hesab olunur. Başa çatmayan cinayətlərə görə cinayət məsuliyyəti bu Məcəllənin 28 və 29-cu maddələrinə istinad olunmaqla bu Məcəllənin başa çatmış cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələrinə uyğun olaraq müəyyən edilir. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun həmin əməllər üzrə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 320.1, 29,178.2.3, 29,178.2.4 və 32.4,312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 320.1-ci maddələri ilə cəza təyin olunmamalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.3, 29,178.2.4 və 32.4,312.2-ci maddələri ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Həmin ittihamlar üzrə Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qadın olmaqla ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən peşman olmasını və iş yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, məhkəmədə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası CM-nin 46.1-ci maddəsinin tələbinə görə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2-ci və 312.2-ci maddələrində əlavə cəza nəzərdə tutulmasa da, CM-nin 46.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla ona müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Məhkəmə kollegiyası həmçinin bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələr üzrə ayrı-ayrılıqda azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməli, həmin cəzalar və təyin olunacaq əlavə cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddəsinə əsasən qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, qadın olmaqla ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən peşman olmasını və iş yerindən müsbət xarakterizə olunmasını nəzərə alaraq onun cəza çəkmədən də islah oluna biləcəyini mümkün hesab edir. Bu səbəbdən, məhkəmə kollegiyası təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsini, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunmaqla onun şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi zamanı Təqsirləndirilən şəxs üzərinə həmçinin vəzifələr qoyulmalı və həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən onun üzərində nəzarət müvafiq dövlət orqanlarına həvalə olunmalıdır. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair» 14 iyul 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipi baxımından rüşvət verən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-ci maddəsinin Qeyd hissəsinə uyğun olaraq rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdiyinə görə cinayət məsuliyyətindən azad edildiyindən, barəsində törədilmiş dələduzluq cinayət işi üzrə onun zərərçəkmiş qismində tanınması mümkün hesab edilməlidir. Məhkəmə baxışı zamanı Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan müddəası Zərərçəkmiş şəxs izah olunarkən, sonuncunun mövqeyi nəzərə alınmaqla o, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış, həmçinin özünün vurulmuş maddi ziyanla bağlı mülki iddiaçı, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmasını, cinayət hadisəsi nəticəsində ona vurulmuş 7.500 (yeddi min beş yüz) manat maddi ziyanın Təqsirləndirilən şəxs tutularaq ona qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li qərarının 38-ci bəndində məhkəmələrə tövsiyyə edilir ki, dələduzluğun törədilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi ilə bağlı zərərçəkmiş şəxs cinayət təqibi mərhələsində CPM-nin 179-183-cü maddələrinin tələblərinə əməl etməklə mülki iddia verdikdə, həmin iddialara cinayət işi ilə birlikdə baxılmalıdır. Qeyd olunan mülki iddia ilə bağlı məhkəmə kollegiyası belə hesab edir ki, zərərçəkmiş şəxsin vurulmuş maddi ziyanın ödənilməsinə dair mülki iddiası tam təmin edilməlidir. Belə ki, iş materiallarına əsasən zərərçəkmiş şəxs Azərbaycan Respublikası CPM-nin 179- 183-cü maddələrinin tələblərinə əməl etməklə cinayət təqibi mərhələsində mülki iddia qaldırmış və həmin mülki iddia ilə bağlı müvafiq dövlət rüsumunu ödəmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs qarşı xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi faktı öz təsdiqini tapmışdır. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs vurulmuş maddi ziyana görə 7.500 (yeddi min beş yüz) manat pul vəsaitinin təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs tutulmaqla ona qaytarılması barədə mülki iddiası tam təmin edilməli, həmin pul vəsaiti və mülki iddiaya görə ödənilmiş 95 (doxsan beş) manat, ümumilikdə 7.595 (yeddi min beş yüz doxsan beş) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 124 (yüz iyirmi dörd) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 124 (yüz iyirmi dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş çıxarışa əlavə edilmiş 1 ədəd kompakt disk tipli elektron məlumat daşıyıcısı, diplomun ekvivalentliyinin müəyyən edilməsi haqqında 007404 nömrəli və Azərbaycan Respublikasında tanınması haqqında 006688 nömrəli şəhadətnamələr, Baş idarənin Əməliyyat idarəsindən daxil olmuş özündə 10 noyabr 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində qeydə alınmış videogörüntüləri əks etdirən 1 ədəd kompakt disk tipli elektron məlumat daşıyıcısı, Təqsirləndirilən şəxs təqdim etdiyi pul vəsaitlərinə baxış keçirilməsi və götürmə aparılması haqqında 10 noyabr 2021-ci il tarixli protokola əlavə edilmiş 1 ədəd kompakt disk tipli elektron məlumat daşıyıcısı, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd kompakt disk tipli elektron məlumat daşıyıcısı cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, 10 noyabr 2021-ci il tarixdə Arzu Aslanının təqdim etdiyi pul vəsaitlərinə baxış keçirilərkən Zərərçəkmiş şəxs ona verdiyi 100 (yüz) ədəd 100 (yüz) manatlıq əskinaslardan 10 ədədinin - seriya və nömrələri 095866920, 006002466, A32709399, A38855018, A49753451, 097261287, 097546469, 055756374, ********* və ********* nömrəli olan əskinasların üzərinə xüsusi yazı vasitəsilə “Nəzarət 2021” sözlərinin yazıldığı müəyyən edilmiş, həmin pul vəsaitləri Azərbaycan Respublikası Baş Prokurorluğunun Madditəminat şöbəsinə saxlanca verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinin tələbinə görə, xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: - Məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələr; - Məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər; - Cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, həmin pul vəsaitləri barədə xüsusi müsadirə tətbiq edilməli, onlar məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Həmçinin ibtidai istintaq orqanı tərəfindən 90 ədəd - A70290831, A72451389, A77761058, A78425050, A00113833, A18167294, 091454793, 056149654, 045235033, B04565655, A72448791, A98719305, A34421284, A47947475, A62785419, A76395515, C67555729, A62673894, A34380801, D04685385, A09355863, A66872795, A90006169, D01642100, A14555394, A88355735, A67453757, 025327366, A39830812, S932|2812, A53938434, A53288836, A27266472, C41396178, A56504255, A01200164, A59361853, 051471068, 070093256, A92760350, 079152099, 044401014, A33433651, A02813597, 084811032, A30243924, A86909410, 046950540,062642669, A76608725, A02656274, A14963365, A31319362, 002905525, A26777096, D17303552, A10663647, A972Q8635, 0629802, A05870180, A85667407, A88521963, A06256395, A44739068, A45581437, C97910176, C72510238, C46985220, A98450076, A35009184, C53340960, A57765638, A71306198, A26002891, A937K4015, A78455618, A74497534, C73179075, A40047780, C29414511, C64051411, C55939064, C83352471, B08195828, A85250152, A59101181, C54762544, D15783477, C44814922, A10942208 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinaslarının ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs saxlanması üçün qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3, 43.1.1, 344-347, 349, 351-353, 354, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 29,178.2.3, 29,178.2.4, 32.4,312.2 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Dövlət ittihamçısının Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə və Cinayət Məcəlləsinin 29,178.2.2-ci maddəsi ilə təkrarlıq əlaməti üzrə verilmiş ittihamlardan imtinası qəbul edilərək, həmin hissədə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1 və 75.1.2-ci maddələrinə əsasən, 2014-cü il ərzində törədilmiş birinci cinayət epizodu üzrə müddətlərin keçməsi ilə bağlı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 320.1-ci maddələri ilə cəza təyin olunmasın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.3, 29,178.2.4cü maddələri ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində şərti məhkum etmə tətbiq edilsin və ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti ilə şərti hesab olunsun. Sınaq müddəti ərzində hökmün icrasını həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hökmün icrasına nəzarət qeydiyyatda olduğu ərazi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyana görə mülki iddiası tam təmin olunsun. Cinayət nəticəsində vurulmuş 7.500 (yeddi min beş yüz) manat maddi ziyan və mülki iddiaya görə ödənilmiş 95 (doxsan beş) manat, ümumilikdə 7.595 (yeddi min beş yüz doxsan beş) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs qaytarılsın. Cinayət işi üzrə məhkəmə məsrəfləri hesab edilən 124 (yüz iyirmi dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə maddi sübutlar - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş çıxarışa əlavə edilmiş 1 ədəd kompakt disk tipli elektron məlumat daşıyıcısı, diplomun ekvivalentliyinin müəyyən edilməsi haqqında 007404 nömrəli və Azərbaycan Respublikasında tanınması haqqında 006688 nömrəli şəhadətnamələr, Baş idarənin Əməliyyat idarəsindən daxil olmuş özündə 10 noyabr 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində qeydə alınmış videogörüntüləri əks etdirən 1 ədəd kompakt disk tipli elektron məlumat daşıyıcısı, Təqsirləndirilən şəxs təqdim etdiyi pul vəsaitlərinə baxış keçirilməsi və götürmə aparılması haqqında 10 noyabr 2021-ci il tarixli protokola əlavə edilmiş 1 ədəd kompakt disk tipli elektron məlumat daşıyıcısı, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd kompakt disk tipli elektron məlumat daşıyıcısı cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Baş Prokurorluğunun Maddi-təminat şöbəsinə saxlanca verilmiş 10 ədəd - 095866920, 006002466, A32709399, A38855018, A49753451, 097261287, 097546469, 055756374, ********* və ********* nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinasları barədə xüsusi müsadirə tətbiq edilsin və həmin pul vəsaitləri məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. İbtidai istintaq orqanı tərəfindən 90 ədəd - A70290831, A72451389, A77761058, A78425050, A00113833, A18167294, 091454793, 056149654, 045235033, B04565655, A72448791, A98719305, A34421284, A47947475, A62785419, A76395515, C67555729, A62673894, A34380801, D04685385, A09355863, A66872795, A90006169, D01642100, A14555394, A88355735, A67453757, 025327366, A39830812, S932|2812, A53938434, A53288836, A27266472, C41396178, A56504255, A01200164, A59361853, 051471068, 070093256, A92760350, 079152099, 044401014, A33433651, A02813597, 084811032, A30243924, A86909410, 046950540, 062642669, A76608725, A02656274, A14963365, A31319362, 002905525, A26777096, D17303552, A10663647, A972Q8635, 062980216, A05870180, A85667407, A88521963, A06256395, A44739068, A45581437, C97910176, C72510238, C46985220, A98450076, A35009184, C53340960, A57765638, A71306198, A26002891, A937K4015, A78455618, A74497534, C73179075, A40047780, C29414511, C64051411, C55939064, C83352471, B08195828, A85250152, A59101181, C54762544, D15783477, C44814922, A10942208 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinaslarının Zərərçəkmiş şəxs saxlanması üçün qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar