Məhkəmə qərarları › İş №1(101)-634/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-634/2020

05.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-634/2020 05.11.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakı ilə, xx xxx 2002-ci il tarixdə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Neftçala rayonu Bankə qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs, yetkinlik yaşına çatmadığı dövrdə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə, xx xxxxxx 2019-cu il tarixdə saat 10 radələrində ünvan 2 ünvanda yerləşən Peşə təhsili üzrə Dövlət agentliyi Dəmir yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə təhsil mərkəzinə gələrək, həmin mərkəzdə təhsil alan 1-ci kurs tələbəsi Zərərçəkmiş şəxs mərkəzin sanitar qovşağında üzərində olan bıçağı aşkaranə surətdə nümayiş etdirib, hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə basqın edərək, Zərərçəkmiş şəxs məxsus 5 manat dəyərində ***-***-**-** saylı GSM mobil nömrəsi ilə işlətdiyi 160 manat dəyərində bir ədəd «Xiaomi» markalı, «M1803E6G» modelli mobil telefonu sonuncunun əlindən almaqla, zərərçəkmiş şəxsə ümumilikdə 165 manat dəyərində ziyan vuraraq quldurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 9-cu sinfi bitirdikdən sonra təhsilini davam etdirə bilməmiş, Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Stella” restoranında sifarişlərin ünvana çatdırılması ilə bağlı kuryer işləmiş və gündəlik 15 manat əmək haqqı almışdır. Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən həyətyanı sahəsi olan evdə aylıq 85 manat ödəməklə kirayədə qalmışdır. Zərərçəkmiş şəxs Neftçala rayon sakini kimi təxminən 2-3 il olardı ki, tanımış, onunla birlikdə Neftçala rayonu ərazisində yerləşən “Dördlər” şadlıq sarayında xidmətçi işləmişlər. Xanmirzə ilə Neftçala rayonu ərazisində birlikdə işlədikləri zaman Xanmirzə ilə bir neçə dəfə mübahisələri olmuşdur. Hadisədən təxminən 4-5 gün öncə Neftçala rayonundan olan tanışları ilə görüşən zaman Xanmirzənin Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi ərazisində yerləşən Metropoliten peşə liseyində təhsil aldığını öyrənmiş, bundan sonra Xanmirzə ilə görüşmək qərarına gəlmişdir. Belə olan halda Metropolitenin Nərimanov rayonu ərazisində yerləşən digər liseyində təhsil alan tanışı Neftçala rayon sakini Şahid2 Xanmirzə dərsdə olacağı təqdirdə ona məlumat verməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə saat 09 radələrində o, Elmlər Akademiyası metro stansiyasının yaxınlığında olan zaman Taleh ona zəng vuraraq Xanmirzənin dərsdə olduğunu bildirmiş, o da metro ilə Nərimanov rayonu ərazisinə gəlib Təbriz küçəsi ərazisində yerləşən Metropolitenin peşə liseyinə getmişdir. Orada Talehlə görüşdükdən sonra Taleh, Xanmirzənin siqaret çəkmək üçün sanitar qovşağının yanına getdiyini bildirmiş, bundan sonra onlar birlikdə Xanmirzənin olduğu yerə getmiş, orada Taleh Xanmirzəni ona göstərdikdən sonra onlar Xanmirzə və yanında olan şəxslərlə salamlaşmış, sonra o, Xanmirz ilə sanitar qovşağına daxil olmuş, həmin vaxt əvvəllər tanıdığı Heydər adlı şəxs də, orada olmuşdur. O, Heydəri tanışları ilə Nərimanov rayonu ərazisində yerləşən İstirahət parkı ərazisində gəzən zaman görüb tanış olmuşlar. Xanmirzə ilə o, sanitar qovşağına daxil olduqdan sonra Heydər də, onların arxasınca gəlmişdir. Heydər ondan Xanmirzə ilə aralarında nə problem olduğunu soruşduqda, o hər hansı problemlərinin olmadığını, kənara çəkilməsini bildirmiş, Heydər onunla razılaşıb kənara çəkilmişdir. O, ilk öncə Xanmirzəyə əvvəllər aralarında olan mübahisələri xatırladıb onun yaxasından tutmuş, belə olan halda ətrafda olan Xanmirzənin tələbə yoldaşları onları aralaşdırmışdır. Bundan sonra o, onlara kənara çəkilmələrini məsələnin öz aralarında həllini tapacağını bildirmişdir. Həmin vaxt Taleh çöldə dayanmış, onlar onun sözünü eşidib kənara çəkildikdən sonra o, Xanmirzənin əlində olan mobil telefonunu ondan almış, telefona baxdıqdan sonra telefonu geri qaytarmış və Xanmirzəyə onu döyəcəyini bildirmişdir. Söhbət əsnasında cibində olan dəmir təsbehi çıxardıb digər cibinə qoymuş və Xanmirzəyə əlində olan mobil telefonu ona verməsini, əks təqdirdə onu döyəcəyini demişdir. Xanmirzə ondan qorxub mobil telefonu ona vermiş, o Xanmirzədən uca səslə telefonu ona hədiyyə verdiyini deməsini, ətrafdakıların da eşitməsini bildirmişdir. Belə olan halda Xanmirzə telefonu götürməyini, problem olmayacağını demiş, həmçinin o, Xanmirzəyə polisə şikayət edəcəyi təqdirdə onun üçün yaxşı olmayacağını demişdir. Bundan sonra o, sanitar qovşağından çölə çıxmış, Heydərin orada olduğunu görüb şəxsiyyət vəsiqəsinin üzərində olub-olmadığını soruşmuşdur. Heydər şəxsiyyət vəsiqəsinin üzərində olduğunu dedikdə, ona maddi vəziyyətinin yaxşı olmadığını, Neftçala rayonunda yaşayan ailəsinə pul göndərməli olduğunu, bu səbəbdən də mobil telefonunu satmaq istədiyini, lakin şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirmişdir. Taleh isə həmin vaxt liseyin həyətində digər tanışları ilə söhbət etmiş, Xanmirzəyə məxsus mobil telefonu götürməyi barədə Talehə məlumat verməmişdir. Heydər ona kömək edəcəyini dedikdən sonra onlar birlikdə Neftçilər metro stansiyasının yaxınlığına getmiş, yolda gedən zaman mobil telefonun yaddaşını sıfırlayıb, üzərində olan GSM mobil nömrəni çıxardıb cibinə qoymuş, oradakı mobil telefonların alqı-satqısı ilə məşğul olan mağazalardan birinə yaxınlaşdıqdan sonra o, Xanmirzəyə məxsus mobil telefonu satması üçün Heydərə vermişdir. Heydər mağazaya daxil olub özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim edərək həmin mobil telefonu 100 manata satmış və həmin pulu ona təqdim etmişdir. Heydərdən həmin pulu aldıqdan sonra üzərindən 20 manat götürüb ona köməklik etdiyi üçün Heydərə vermiş, Heydər pulu götürmək istəməsə də o, israrla həmin pulu Heydərə vermişdir. Sonra o, kirayədə yaşadığı evə gedərək çirkli paltarlarını götürüb ailəsinin yaşadığı Neftçala rayonuna getmiş, yolda olan zaman Xanmirzəyə məxsus mobil nömrəni sındırıb atmışdır. xx.xx.2019-cu il tarixdə Bakı şəhərinə geri qayıtmış, xx.xx.2019-cu il tarixdə onu, Nərimanov rayon polis idarəsinin 18-ci polis şöbəsinə dəvət etmişlər. O, polis şöbəsinə getmiş, polis şöbəsində olan zaman baş verən hadisə barədə onlara məlumat vermişdir. Hazırda Xanmirzənin mobil telefonu özünə qaytarılmış, Xanmirzə hərbi xidmətdə xidmət edir, ona qarşı şikayəti və tələbi yoxdur. O, hadisəni yetkinlik yaşına çatmayan dövrdə törətmiş və törətdiyi əməldən çox peşmandır. Halhazırda Vətənin işğal olunmuş torpaqlarında, Qarabağda şiddətli müharibə gedir, onun da hərbi xidmətə getmək vaxtıdır. Əgər ona etimad göstərilib həbslə əlaqədar olmayan cəza verilərsə, o da hərbi xidmətə gedib torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edər. Məhkəmədə ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs daha əvvəllər tanımamışdır. Onunla aralarında hər hansı ədavət və düşmənçiliyi olmamışdır. Hazırda ünvan 2 ünvanda yerləşən “Metropoliten” peşə liseyində 1-ci kursda təhsil alır. Şahid3 da, onunla birlikdə həmin liseydə 3-cü kursda təhsil alır. xx.xx.2019cu il tarixdə saat 09:30-da ikinci dərsin tənəffüsündə qrup yoldaşları Ayxan, Əliqulu və digərləri ilə siqaret çəkmək üçün liseyin həyətinə düşmüş, yağış yağdığı üçün sanitar qovşağının qarşısında siqaret çəkən zaman İqbal və onunla Neftçala rayonunda eyni məktəbdə təhsil almış Şahid2 və əvvəllər tanımadığı bir nəfər şəxs onların olduğu yerə yaxınlaşmış, Taleh həmin şəxslərə onu göstərərək adının Xanmirzə olduğunu bildirmiş, onlarla salamlaşdıqdan sonra İqbal ona sanitar qovşağına girməyini bildirmiş, bundan sonra İqbal, onun yanında olan tanımadığı şəxs, Heydər və o, sanitar qovşağına daxil olmuş, Heydər ondan nə məsələ olduğunu soruşduqda ona məlumatı olmadığını bildirmiş, Heydər ona narahat olmamağını, hər hansı problem olacağı təqdirdə ona köməklik edəcəyini bildirmişdir. X10 kənara çəkilməsini bildirmiş, bundan sonra İqbal onu kənara çəkib nə üçün onun tanışı ilə Sahil metro stansiyasının qarşısında mübahisə etdiyini və onun pulunu əlindən aldığını soruşmuş, o, israrla İqbala belə bir hadisənin baş vermədiyini dedikdə, İqbal yalan danışdığını bildirmişdir. İqbal ilə söhbət etdikləri zaman İqbal qəflətən onun əlindən ona məxsus “Redmi” S2 markalı mobil telefonunu dartaraq almış, mobil telefona baxdıqdan sonra ona geri qaytarmış, bundan sonra İqbal əlini gödəkcəsinin sağ cibinə salıb bıçaq çıxardaraq, bıçağı ona göstərib gödəkcəsinin sol cibinə qoymuş, İqbal bıçağı ona göstərdikdən sonra mobil telefonunu ona verməyini, əks təqdirdə onu vuracağını, onun üçün yaxşı olmayacağını bildirmişdir. O, bıçağı görüb qorxduğundan və İqbalın onu bıçaqla vuracağını fikirləşdiyindən məcbur olub mobil telefonunu ona vermiş, İqbal mobil telefonu ondan aldıqdan sonra polisə məlumat verəcəyi təqdirdə onu öldürəcəyini bildirmiş, belə olan halda o, qorxub heç kimə bu barədə məlumat verməyəcəyini demiş, bundan sonra İqbal və yanında olan şəxs çıxıb getmiş, o isə dərsə getmişdir. Baş verən hadisədən qorxduğundan bu barədə heç kimə məlumat verməmiş, dərsi qurtardıqdan sonra yaşadığı Neftçala rayonuna gedərək baş verənlər barədə atasına danışmış, belə olan halda onlar xx.xx.2019-cu il tarixdə Bakı şəhərinə qayıdaraq baş verənlər barədə 18-ci polis şöbəsinə məlumat vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hazırda Neftçala rayonu ərazisində özünə məxsus “VAZ 2107” markalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur, Xanmirzə onun oğludur. Hadisə oğlu Xanmirzə yetkinlik yaşına çatmadığı dövrdə törədildiyindən o, oğlu Xanmirzənin qanuni nümayəndəsi olmuş, oğlu Xanmirzə hazırda hərbi xidmətdədir. Oğlu Xanmirzə hadisə zamanı ünvan 2 ünvanda yerləşən Peşə təhsili üzrə Dövlət agentliyi Dəmir yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə təhsil mərkəzində 1-ci kursda təhsil alırdı. Təqsirləndirilən şəxs o əvvəllər tanımamış, hadisə baş verdikdən sonra oğlu X3 rayon sakini olduğunu ona bildirmişdir. İqbal və onun ailəsi ilə aralarında hər hansı ədavət və düşmənçiliyi olmamış, xx.xx.2019-cu il tarixdə saat 19 radələrində yaşadığı evdə olan zaman oğlu Xanmirzə də evə gəlmişdir. Xanmirzədən nə üçün evə gəldiyini soruşmuş, Xanmirzə İqbalın ona məxsus mobil telefonu əlindən aldığını, bu hadisədən qorxduğu üçün evə gəldiyini bildirmişdir. O, Xanmirzədən hadisənin hansı şəraitdə baş verdiyini soruşduqda, Xanmirzə ona xx.xx.2019-cu il tarixdə saat 09:30-da ikinci dərsin tənəffüsündə qrup yoldaşları ilə həyətə düşdüklərini, yağış yağdığı üçün sanitar qovşağının qarşısında siqaret çəkən zaman İqbal və onunla Neftçala rayonunda eyni məktəbdə təhsil almış Şahid2 və tanımadığı başqa bir şəxs ilə onların yanına yaxınlaşdıqlarını görmüşdür. Qeyd olunan şəxslərlə salamlaşdıqdan sonra İqbal Xanmirzəyə sanitar qovşağına girməyini demiş, Xanmirzə İqbal və onun yanında olan şəxslə sanitar qovşağına daxil olmuşlar. İqbalın Xanmirzəni kənara çəkib nə üçün onun tanışı ilə Sahil metro stansiyasının qarşısında mübahisə etdiyini və onun pulunu əlindən alması barədə soruşduğunu, Xanmirzə belə bir hadisənin baş vermədiyini dedikdə, İqbal Xanmirzənin əlindən ona məxsus “Redmi” S2 markalı mobil telefonunu dartaraq almışdır. Bundan sonra İqbal mobil telefona baxıb geri qaytarmış, sonra isə İqbal əlini gödəkcəsinin sağ cibinə salıb bıçaq çıxardaraq, bıçağı Xanmirzəyə göstərib gödəkcəsinin sol cibinə qoymuş, bıçağı göstərdikdən sonra Xanmirzəyə mobil telefonunu ona verməyini, əks təqdirdə onu vuracağını demişdir. Xanmirzə də, bıçağı görüb qorxduğundan və İqbalın onu bıçaqla vuracağını fikirləşdiyindən məcbur olub mobil telefonunu ona vermişdir. Xanmirzə Baş verən hadisədən qorxduğundan bu barədə heç kimə məlumat verməmiş, dərsi qurtardıqdan sonra Neftçala rayonuna gəlmişdir. Bütün bunları öyrəndikdən sonra o, bir az gözləməyə qərar vermiş, belə ki, İqbalın telefonu geri qaytaracağını fikirləşmişdir. Lakin nəticə vermədiyini gördükdən sonra ilk öncə Xanmirzənin təhsil aldığı Peşə təhsili üzrə Dövlət agentliyi Dəmir yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə təhsil mərkəzinə getmiş, orada müəllimlərlə baş verənlər barədə söhbət etdikdən sonra 18-ci polis şöbəsinə məlumat vermişdir. Hazırda oğlu Xanmirzəyə aid olan telefon, oğluna geri qaytarılmış, Təqsirləndirilən şəxs də hadisəni yetkinlik yaşına çatmadığı dövrdə törədibdir. Halhazırda da oğlu Xanmirzə hərbi xidmətdə qulluq edir, onun və oğlu Xanmirzənin Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hazırda Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Peşə təhsili üzrə Dövlət agentliyi Dəmir yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə təhsil mərkəzində təhsil alır. Zərərçəkmiş şəxs oxuduğu mərkəzdən tanıyır o, həmin mərkəzdə başqa fakültədə təhsil alır, Təqsirləndirilən şəxs isə yaşadığı Neftçala rayonundan tanıyır. İqballa bir ildir ki, dostluq münasibətləri vardır, İqbal qardaşı Ramin və o, Yasamal rayonu ərazisində kirayədə yaşamışlar. X8 rayonunda yerləşən restoranların birində xidmətçi, İqbal isə Nərimanov rayonu ərazisində yerləşən “Stella” restoranında sifarişlərin ünvana çatdırılması ilə bağlı kuryer işləmişlər. Bu səbəbdən də onlar birlikdə kirayədə yaşamış, 2019-cu ilin noyabr ayının ortalarında evdə olduğu zaman İqbal ondan Neftçala rayonundan olan Xanmirzənin təhsil aldığı mərkəzdə oxuyub-oxumadığını soruşmuşdur. O da İqbala Xanmirzənin həmin mərkəzdə təhsil aldığını dedikdə İqbal ona Xanmirzəni mərkəzdə görəcəyi təqdirdə ona məlumat verməyini ondan xahiş etmişdir. O da İqbala Xanmirzəni nə üçün soruşduğunu demiş, İqbal da Xanmirzə ilə şəxsi işinin olduğunu bildirmişdir. Bundan sonra o İqballa razılaşmış, xx xxxxxx 2019-cu il tarixdə təhsil aldığı mərkəzdə olan zaman Xanmirzəni görmüş, bundan sonra İqbala zəng vurub Xanmirzənin orada olduğunu demişdir. Təxminən bir saat sonra İqbal ona zəng vuraraq mərkəzin qarşısında olduğunu bildirmiş, belə olan halda o, mərkəzin qarşısına çıxıb İqballa görüşmüş, həmin vaxt İqbalın yanında əvvəllər tanımadığı bir nəfər şəxs olmuşdur. O, İqbalı qarşılamağa gedərkən Xanmirzənin uşaqlarla birlikdə sanitar qovşağın qarşısında olduğunu görmüş, İqballa görüşdükdən sonra ona Xanmirzənin sanitar qovşağın qarşısında olduğunu bildirmiş və onlar birlikdə həmin yerə getmişlər. İqballa o, Xanmirzə və onun yanında olan şəxslərlə görüşmüş, Xanmirzə ilə İqbalı görüşdükdən sonra o, geri qayıtmış, həmin gündən sonra İqbal yaşadığı Neftçala rayonuna getmiş, bu səbəbdən o, İqbalı görməmişdir. xx xxxxxx 2019-cu il tarixdə İqbal ona zəng vuraraq xx.xx.2019-cu il tarixdə Xanmirzədən sonuncuya məxsus mobil telefonu aldığını, bu səbəbdən də Xanmirzənin onun barəsində polisə məlumat verdiyini bildirərək ailə üzvlərinə bu barədə məlumat verməyini ondan xahiş etmiş, belə olan halda o, İqbalın anasına zəng vuraraq İqbalın dedikləri barədə məlumat vermiş, sonradan ona məlum olmuşdur ki, o, İqbalı mərkəzə dəvət etdiyi gün Xanmirzəyə məxsus mobil telefonu sonuncunu hədələyərək onun əlindən almışdır. O, sonra həmin mobil telefonu Neftçilər metro stansiyasının yaxınlığında yerləşən mobil telefonların alqı-satqısı mağazasında satmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, hazırda Bakı şəhəri Nizami rayonu ərazisində Neftçilər metro stansiyasının çıxışında yerləşən “Mələk Telecom” mağazasında işləyir. Həmin mağazanı icarə əsasında işlədir, mağazada mobil telefonların və aksessuarlarının alqı-satqısı ilə məşğul olur. xx xxxxxx 2019-cu il tarixdə günorta saatlarında işlədiyi mağazada olan zaman əvvəllər tanımadığı 18-20 yaşlarında olan bir oğlan mağazaya daxil olub, mobil telefon satmaq istədiyini bildirmişdir. O, telefonun markası ilə maraqlandıqda həmin şəxs, “Xiaomi Redmi” markalı mobil telefonu ona təqdim edərək həmin mobil telefonu satdığını demişdir. O, mobil telefona baxdıqdan sonra işlək vəziyyətdə olduğunu görüb həmin şəxsə mobil telefonu 100 manata ala biləcəyini demiş, belə olan halda həmin şəxs çölə çıxıb birlikdə gəldiyi digər şəxsdən nə isə soruşmuş, daha sonra geriyə qayıdıb onunla razılaşdıqdan sonra o, həmin şəxsdən şəxsiyyət vəsiqəsini tələb etmişdir. Şəxsiyyət vəsiqəsini təqdim etdikdə həmin şəxsin adının Şahid3 olmasını bilmiş o, şəxsiyyət vəsiqəsinin kserosurətini çıxardıqdan sonra 100 manat pulu həmin şəxsə verib “Xiaomi Redmi” markalı mobil telefonu ondan almışdır. xx xxxxxx 2019-cu il tarixdə iş yerində olan zaman Nərimanov rayon polis idarəsinin 18-ci polis şöbəsinin əməkdaşları onun iş yerinə gələrək xx xxxxxx 2019-cu il tarixdə “Xiaomi Redmi” markalı mobil telefon alıb-almadığımı soruşmuşdur. O, mobil telefonu təqdim edərək həmin telefonu 100 manat pul müqabilində Şahid3 sonuncunun şəxsiyyət vəsiqəsi ilə aldığını demişdir. Bundan sonra polis əməkdaşları “Xiaomi Redmi” markalı mobil telefonun cinayət yolu ilə əldə olduğunu bildirmiş, belə olan halda o, mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları protokol tərtib edərək mobil telefonu ondan götürmüş, sonra Nərimanov rayon polis idarəsinin 18-ci polis şöbəsinə gedərək bu barədə izahat yazmışdır. Məhkəmədə şahid qismində ifadəsi elan edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi ərazisində yerləşən Azərbaycan Dəmir yolları və Metropoliteni peşə liseyində 3-cü kursda təhsil alır. Zərərçəkmiş şəxs oxuduğu liseydən tanıyır, o, həmin liseydə 1-ci kursda təhsil alır. Təqsirləndirilən şəxs dostları vasitəsilə tanımış, belə ki, dostları ilə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən İstirahət parkında gəzdikləri zaman İqbal ilə orada dostları vasitəsilə tanış olmuşdur. Bundan başqa onunla arasında hər hansı münasibətləri olmamış, xx.xx.2019-cu il tarixdə saat 09:30-da ikinci dərsin tənəffüsü zamanı siqaret çəkmək məqsədilə oxuduğu liseyin həyətinə düşmüş, həmin vaxt tanışı Ayxan, Xanmirzə və digər uşaqlar da həyətdə olmuşdur. Yağış yağdığı üçün onlara sanitar qovşağının qarşısında siqaret çəkməyi təklif etmiş, onlar onunla razılaşdıqdan sonra birlikdə qeyd olunan yerə getmişlər. Bir az sonra İqbal, əvvəllər tanımadığı Taleh və adını bilmədiyi bir nəfər ilə onların olduğu yerə gəlmiş, Taleh Xanmirzəni göstərib onun burada olduğunu bildirmiş, onlarla salamlaşdıqdan sonra İqbal Xanmirzəyə sanitar qovşağa girməsini demiş, İqbalın Xanmirzə ilə yüksək səslə danışdığını görüb onların yanına getmişdir. X5 metrostansiyasının qarşısında onun tanışı ilə mübahisə edərək ondan pul aldığını qışqıraraq demiş, ilk öncə Xanmirzədən nə baş verdiyini soruşmuş, Xanmirzə heç nədən xəbəri olmadığını dedikdə, İqbaldan nə probleminin olduğunu soruşmuş, İqbal ona Xanmirzə ilə aralarında öz məsələlərinin olduğunu, kənara çəkilməyini bildirmişdir. Bundan sonra o, kənara çəkilmiş, lakin İqballa birlikdə gələn şəxs onların yanında, Taleh isə çöldə dayanmış, İqballa Xanmirzə bir az söhbət etdikdən sonra onların olduqları yerə gəlib onlarla birlikdə həyətə çıxmışlar. O, növbəti dərs üçün yuxarı çıxmaq istəyərkən İqbal onu çağırmış, İqbaldan nə baş verdiyini soruşduqda, ondan şəxsiyyət vəsiqəsinin üzərində olub-olmadığını soruşmuş, şəxsiyyət vəsiqəsinin üzərində olduğunu dedikdə, İqbal maddi cəhətdən problemlərinin olduğunu, bu səbəbdən özünə məxsus mobil telefonu satmaq istədiyini, lakin şəxsiyyət vəsiqəsi üzərində olmadığından sata bilmədiyini demişdir. Sonra o, ondan mobil telefonunun satılmasında ona köməklik etməyini xahiş etmiş, o da İqbalın çətin vəziyyətdə olduğuna inanıb ona kömək etmək qərarına gəlmişdir. Bundan sonra onlar birlikdə mobil telefonu satmaq məqsədilə Neftçilər metro stansiyasının yaxınlığında olan mobil telefonların alqı-satqısı mağazasının qarşısına getmiş, İqbal mobil telefonu ona verib ondan özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etməklə həmin mobil telefonu satmağını bildirmişdir. O, İqballa razılaşıb bir neçə mağazaya daxil olmuş və sonuncu dəfə mobil telefonu satıcıya təqdim edib satdığını bildirmişdir. Satıcı həmin mobil telefon üçün 100 manat verə biləcəyini dedikdə, o, çölə çıxıb bu barədə İqbala məlumat vermiş, İqbal onunla razılaşmış, pula ehtiyacı olduğunu və mobil telefonu satmağını bildirmiş, o yenidən içəri daxil olub 100 manat müqabilində mobil telefonu satmışdır. Bundan sonra o, çölə çıxıb pulu İqbala vermiş, İqbal pulu götürdükdən sonra üzərindən 20 manat götürüb ona vermiş, həmin pulu götürmək istəməsə də, İqbal, israrla ona kömək etdiyi üçün həmin pulu ona vermiş, bundan sonra İqballa sağollaşıb ayrılmışlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 30027 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Xiaomi” markalı, “M1803E6G” modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq, 2019-cu ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 160,00 manat müəyyən olunur. (iş vərəqə 107-109) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 xx xxxx 2020-ci il tarixli 488 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı, intellektual imkanları yaş xüsusiyyətlərinə uyğundur, gerilik əlamətləri aşkar olunmur. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır. Yadda saxlama və ya yadasalma funksiyalarında təfəkkür, diqqət və qavrama proseslərində hər hansı bir çətinlik aşkar olunmadığında hadisələri qavrama, yadasalma, təsvir etmək və bu barədə düzgün məlumat vermək qabiliyyətinə malikdir. Yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə almaqla etdiyi hərəkətlərin xarakterini, mahiyyətini və mənasını anlaya bilərdi. Ondan başqalarının təsiri altında hərəkət etməyə, özündən uydurmağa meyillilik əlamətləri aşkar olunmadı. Hadisə baş verən zaman Təqsirləndirilən şəxs hərəkət və davranışı şüurlu olaraq idarə edilməsinə məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, zərərçəkmiş şəxsin hərəkətləri nəticəsində onun psixi emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. Etdiyi cinayət əməli zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. (iş vərəqə 156-158) İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli könüllü təqdim etmə haqqında protokoldan görünür ki, vət. Zərərçəkmiş şəxs məxsus olan “Redmi S2” markalı **********03915 və **********03983 İMEİ kodlu mobil telefonu özünə qaytarılmışdır. (iş vərəqə 16) İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən imzalanmış qəbzdən görünür ki, ********* nömrəli cinayət işi üzrə xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilmiş “Xiaomi” markalı, “M1803E6G” modelli mobil telefon Zərərçəkmiş şəxs təhvil vermişdir. (iş vərəqə 110) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxsin, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin x xxxx 2005-ci il tarixli 1 nömrəli qərarının 7-ci bəndində qeyd edilir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Quldurluq cinayəti isə, özgənin əmlakın talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından başa çatmış sayılır. X7 23-cü bəndində qeyd edilir ki, Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. X7 25-ci bəndinin ikinci abzasında qeyd edilir ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.)həmçinin hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər(məsələn, mexaniki püskürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.2020-ci il tarixli arayışa əsasən, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 130) Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, Zərərçəkmiş şəxs məxsus olan “Xiaomi” markalı, “M1803E6G” modelli mobil telefonu onun özünə qaytarılması, ilk dəfə olaraq cinayət əməlini törətməsini, əməlini etiraf edərək peşmançılıq çəkməsini, ailənin yeganə qazanc gətirən olmasını, anasının xəstə olmasını və ən nəhayət hərbi çağırışçı olaraq hərbi xidmətə getməli olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, ona münasibətdə işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarının 2-ci bəndinin 3-cü abzasına əsasən, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edildiyindən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməlidir. X7 2-ci bəndinin 5-ci abzasında qeyd edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarının 11-ci bəndində qeyd edilir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. X7 12-ci bəndinin 5-ci abzasına əsasən, yetkinlik yaşına çatmayanlar barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə cəza təyin edilərkən məhkəmələr hər bir halda şərti məhkum edilənlərin üzərinə müəyyən vəzifələrin qoyulması haqqında məsələni də müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimaitəhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah olunması mümkün olduğundan, ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza şərti olaraq tətbiq edilməli və üzərində sınaq müddəti müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat pul Təqsirləndirilən şəxs alınaraq Respublika büdcəsinə keçirilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan bir ədəd “Xiaomi” markalı, “M1803E6G” modelli mobil telefon sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. xx xxxxxx 2019-cu il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokolundan və xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2019-cu il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İbtidai istintaq dövründ’ Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X4 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci il tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 55 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Yusifbəyli və Partnyorları” vəkil bürosunun hesabına 330 manat miqdarında pul ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 150 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 04 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 02 gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Neftçala rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat pul Təqsirləndirilən şəxs alınaraq Respublika büdcəsinə keçirilsin. İş üzrə maddi sübutlar - bir ədəd “Xiaomi” markalı, “M1803E6G” modelli mobil telefon sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İbtidai istintaq dövründə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X4 təqsirləndirilən şəxsə göstərilmiş 55 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Yusifbəyli və Partnyorları” vəkil bürosunun hesabına 330 manat miqdarında pul ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X2 təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 150 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Düzdür məhkəmənin hakimi: Əhməd Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar