Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-634/2021 05.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X3 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Yelmar Buludxan oğlu Bəşirovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs (xx.xx.1996-cı il tarixdə Cəlilabad rayonu, Qarazəncir kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Cəlilabad rayonu, Qarazəncir kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qisas almaq niyyəti ilə qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, 2020-ci ilin iyun ayının əvvəllərindən etibarən Zərərçəkmiş şəxs ilə qeyri rəsmi nikah münasibətlərində olmaqla birlikdə yaşayan bacısı Qanuni nümayəndə ilə telefonla danışdıqda onun səsindən İsmayılın ona yaxşı baxmadığını, əziyyət verdiyini hiss etdiyindən bunların nə səbəbdən baş verməsinə aydınlıq gətirilməsi üçün xx xxxx 2020-ci il tarixdə saat 09 radələrində Cəlilabad rayonundan onların birlikdə yaşadıqları ünvan 2 ünvanına gəlib bacısı ilə söhbət etdikləri zaman sonuncu Zərərçəkmiş şəxs onu, eləcə də, əvvəlki nikahdan olan azyaşlı qızını aşağılaması və döyməsi barədə kəskin narazılığını bildirdikdən sonra Zərərçəkmiş şəxs qisas almaq niyyətilə onu qəsdən öldürmək qərarına gəlib, onun mağazadan ərzaq məhsulları alması ilə bağlı mənzildən çıxmasından istifadə edərək həmin cinayətkar niyyətini həyata keçirmək məqsədilə bacısına bildirmədən mənzilin mətbəx otağından açıq qəhvəyi rəngli, dəstəyi taxtadan olan mətbəx bıçaqını götürərək şalvarının kəmərinə keçirib köynəyinin altında gizlətməklə Zərərçəkmiş şəxs evə gəlməsini gözləmiş, həmin gün saat 13 radələrində Zərərçəkmiş şəxs evə gəldikdən sonra bacısına və onun azyaşlı qızına qarşı etdiyi zorakılıq hərəkətlərini ona irad tutub qəflətən şalvarının kəmərində gizlətdiyi bıçağı çıxarıb onu öldürmək məqsədilə sonuncunun bədəninin müxtəlif nahiyyələrinə qəsdən ardıcıl zərbələr vuraraq ona kürək nahiyəsində sağda 1 ədəd, bel nahiyəsində sağda 1 ədəd, döş qəfəsinin ön səthində Vİİ qabırğa səviyyəsində 1 ədəd, sol bazu oynağının ön səthində 1 ədəd, sol bazunun ön-yan səthində 1 ədəd, sol saidin yuxarı 1/3-də 2 ədəd, sol əlin arxa səthində 1 ədəd, sağ saidin arxa səthində 1 ədəd, sol budun arxa səthində 1 ədəd və sol diz oynağı nahiyəsində 1 ədəd kəsilmiş və deşilmiş yaralar kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, bacısı Qanuni nümayəndə onların münaqişəsinə müdaxilə edərək aralamaqla mane olmaq istədikdə isə həmin niyyətini həyata keçirməsinə nail ola bilməyəcəyini bilib Zərərçəkmiş şəxs öldürmək kimi məqsədinə çatmaq üçün əlindəki bıçaqla bacısını da vuraraq yüngül dərəcəli xəsarətlər yetirərək özündən kənarlaşdırdıqda bu fürsətdən istifadə edən Zərərçəkmiş şəxs mənzilin dəhlizi ilə giriş qapısına tərəf qaçaraq evdən çıxmış, bundan sonra yenə də həmin cinayətkar niyyətini başa çatdırmaq məqsədi ilə əlindəki bıçaqla təqib edərək Zərərçəkmiş şəxs arxasınca qaçıb binanın həyətinə çıxdıqda sonuncunun binadan bir qədər kənarda küçədə alıdığı xəsarətlərdən yerə yıxıldığını və ətrafda çoxsaylı sakinlərin toplaşdığını görüb yaranmış əlverişsiz şəraitdə niyyətini başa çatdıra bilməyəcəyini başa düşərək hadisə yerindən uzaqlaşmış, sonradan hadisə yerinə gəlmiş təcili tibbi yardım briqadası tərəfindən Zərərçəkmiş şəxs xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərildiyindən onun həyatı xilas edildiyinə görə, öz iradəsindən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özün qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə bacısı Zümrüdlə telefonla əlaqə saxlayarkən, səsinin pis gəldiyini hiss edərək İsmayılın bacısına əziyyət verdiyini anlamışdır. O, bacısına xəbər vermədən 25 iyul tarixdə işlədiyi mebel sexinə məxsus avtomobillə Bakı şəhərinə getmişdir. Yasamal rayonu ərazisində yerləşən "Asan xidmət" mərkəzinin yanına çatanda bacısı Zümrüdə telefonla zəng edərək Bakı şəhərinə iş üçün gəldiyini və bacısıgilə qonaq gəlmək istədiyini bildirmişdir. Bu zaman İsmayıl telefonu bacısından götürüb onunla danışmağa başlamışdır. İsmayıl ondan gəlməmişdən əvvəl niyə ona xəbər etmədiyini soruşmuş, o isə cavabında Bakı şəhərinə iş üçün anidən gəldiyini və onlara da baş çəkmək istədiyini bildirmişdir. İsmayıl ona həmin yerdə gözləməsini və 15-20 dəqiqə sonra yanına gələcəyini deyərək 15-20 dəqiqə keçdikdən sonra gəlmişdir. O, İsmayılla görüşmüş, sonra marketə gedib çörək aldıqdan sonra bacısının İsmayılla yaşadığı evə getmişlər. O, bacısıgildə bir müddət oturmuş və söhbət etmişlər. Daha sonra İsmayıl marketə getməli olduğunu deyib evdən çıxıb getmişdir. O, Zümrüdün alnında, burnunda əzik hissələrin olduğunu görmüş və onların yaranma səbəbini soruşmuşdur. Bacısı ona cavabında sakit olmağını, ola bilsin ki, İsmayılın getmədiyini, qapıdan onlara qulaq asdığını bildirmişdir. 2 dəqiqə sonra anidən İsmayıl otağa daxil olaraq Zümrüddən marketdən alacağı ərzaqla bağlı nəsə soruşub yenidən çıxıb getmişdir. İsmayıl getdikdən sonra bacısı İsmayılın onu və bacısı qızı Aylini mütəmadi olaraq səbəbsiz yerə söyüb döydüyünü, ailəsini təhqir etdiyini danışmışdır. Bacısı bunları ona dedikdən sonra o çox əsəbiləşmiş, evin içində bir az gəzişdikdən sonra mətbəxə keçmişdir. O, İsmayıl evə qayıtdıqdan sonra bacısına və Aylinə qarşı bu hərəkətləri etməyinin səbəbini soruşmaq qərarına gəlmişdir. İsmayılın normal insan olmadığını düşünüb, özünü müdafiə etmək məqsədilə mətbəxdən bıçaq götürüb kəmərinin altına qoymuşdur. Daha sonra bacısına bıçaq götürdüyünü bildirmədən yanına gəlib divanda oturmuşdur. Az müddət sonra İsmayıl otağa daxil olmuş, bacısı İsmayılın alıb gətirdiyi ərzaqları götürüb mətbəxə keçmişdir. İsmayıl isə əl-üzünü yuduqdan sonra yanına qayıtmışdır. O, İsmayıldan bacısı ilə pis davranışının səbəbini soruşduqda, İsmayıl bu məsələnin heç kimə aidiyyatı olmadığını, Zümrüdün onun həyat yoldaşı olduğunu və onunla ürəyi istədiyi kimi davrana biləcəyini bildirmişdir. Daha sonra mübahisənin gedişində İsmayıl onu söyməyə başlamış, o isə bundan qəzəbləndiyindən bıçağı çıxarıb onu vurmağa başlamışdır. İsmayıl zərbənin təsirindən kresloya yıxılmışdır. O daha sonra İsmayılın əl-qoluna bıçaqla vurmağa başlamışdır. Bu ərəfədə bacısı otağa daxil olaraq onunla İsmayılı ayırmağa çalışanda bilmədən ona da 2-3 dəfə bıçaqla xəsarət yetirmişdir. Daha sonra fürsət tapan İsmayıl evdən çıxıb qaçmağa başlamış. O da İsmayılı təqib edib, 2 mərtəbə aşağı düşdükdən sonra dayanmışdır. Düşünmüşdür ki, İsmayılı bu qədər qorxutmaq kifayət edər. Onun İsmayılı öldürmək niyyəti olmamışdır. Əgər belə bir niyyəti olsaydı, o, İsmayılın həyati orqanlarına bıçaqla zərbə endirərmiş. Buna onun imkanı olmuşdur. O, İsmayılı təqib etdikdən sonra bacısı üçün narahat qaldığı üçün yenidən geri qayıdıb qapını açmağa çalışmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə Qanuni nümayəndə ilə sosial şəbəkədə tanış olmuş, xx xxx 2020-ci il tarixdə sonuncunu yaşadığı Cəlilabad rayonu, Qarazəncir kəndindən götürərək Bakı şəhərinə gətirmiş, 2 gün Yasamal rayonunda “İran” klinikasının yaxınlığında olan mənzildə yaşamış, bundan sonra Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 58, mənzil 29 ünvanına köçmüşlər. xx xxxx 2020-ci il tarixdə barışıq üçün Zümrüdün valideyinlərinin yaşadığı Cəlilabad rayonu, Qarazəncir kəndinə getmiş, xx xxxx 2020-ci il tarixdə Zümrüdün qızı Aylini də götürərək Bakı şəhərinə qayıtmışlar. Birlikdə yaşadıqları zaman Aylinə yaxşı baxmış, atalıq etmiş, əzizləyib tərbiyə vermişdir. Lakin Zümrüd bəzən uşağı vurduğu üçün ona Aylini düzgün tərbiyə etmədiyini bildirmişdir. Növbəti günlərdə Şahid2la telefon əlaqə saxladığı zaman Zümrüd və Aylinə öz soyadını vermək istədiyini desə də, Şahid2 Zümrüdə öz soyadını verə biləcəyini, lakin Aylinin soyadının dəyişməsinə etiraz etmişdir. Bu səbəbdən aralarında olan razılaşmaya əsasən Aylini taksi avtomobili ilə kəndə göndərmişdir. Bundan sonra Zümrüdlə münasibətləri normal olmuş, xoşbəxt yaşamışlar. Zümrüdlə birlikdə yaşadıqları zaman sonuncunun istifadəsində olan mobil nömrəyə tanımadığı oğlanlar tərəfindən zənglər gəlmiş, bu barədə Zümrüddən soruşduqda həmin mobil telefon və mobil nömrəni bibisi oğlu Coşqunun ona 2019-cu ilin oktyabr ayında aldığını, həmin nömrəyə zənglər edən şəxsləri çoxdan tanıdığını demişdir. Onunla tanış olduqdan sonra hansı səbəbdən adını bilmədiyi oğlanın ona yenidən zəng etdiyini soruşduğu zaman, Zümrüd həmin şəxs tərəfindən şantaj olunduğunu bildirmişdir. Bundan sonra sonuncuya xəyanət etdiyini və ayrılmalı olduqlarını demiş, lakin Zümrüd dizlərini yerə qoyaraq yalvarıb onu bağışlamağını, bu barədə heç kimə deməməyini və ayrılmamağını xahiş etmişdir. İki gün sonra başqa bir nömrədən Zümrüdün mobil nömrəsinə zəng gəldiyi üçün 102 xidmətinə narahat edilmələri barədə məlumat vermiş, daha sonra Yasamal RPİ-nin 28-ci PB-dən zəng edilmiş və hər ikisini polis bölməsinə dəvət etmişlər. Zümrüd biyabır olmaması üçün yalvararaq polis bölməsinə getməməklərini xahiş etmiş və nömrəsini dəyişməsini istəmişdir. Bundan sonra polis bölməsinə zəng edərək şikayət etdiyi şəxsin əmisinin üzr istədiyini bildirmişdir. Bununla da Zümrüdün mobil nömrəsini dəyişmiş və ona tanımadığı nömrələrdən zəng gəlməmişdir. Zümrüdlə birlikdə Cəlilabad rayonu, Qarazəncir kəndinə sonuncunun ailəsi ilə barışığa getdikləri zaman Şahid2 Zümrüdün qan xəstəsi olması barədə məlumat vermişdir. Bundan sonra Zümrüd ayrılıqdan qorxuduğu üçün bu barədə məlumat vermədiyini demişdir. Vədutdan xəstəlik kağızını tələb etdiyi zaman onun İİ qrup əlil olduğunu görmüşdür. Həmçinin bununla bağlı iyul ayından qeyri-qanuni yolla sosial müavinət alacağını demişlər. Aylini də götürərək Bakı şəhərinə gəldikdən sonra sonuncu dəcəllik etdiyi üçün ona öz qızı kimi izah edərək onları incitməmələrini bildirsə də uşaq onları cox incitmiş və bununla bağlı anası Zümrüd uşağın başına dəfələrlə sillə vurmuşdur. Aylini Cəlilabad rayonuna göndərdikdən sonra Zümrüd hamilə olduğunu bildirmiş, bu xəbərdən sevindiyi üçün sonuncu bundan istifadə edərək mütəmadi olaraq pivə və çaxır istədiyini demişdir. Hamilə olduğu üçün dediklərini almış, onun spirtli içki içməsinə irad bildirmişdir. xx xxxx 2020-ci il tarixdə saat 09 radələrində Sadiq Zümrüdə zəng edərək “Asan” xidmətin qarşısında olduğunu dedikdə sonuncuya orada gözləməsini bildirmiş, 15-20 dəqiqə sonra aşağı düşərək Sadiqlə görüşmüş və təndir çörəyi alaraq birlikdə evə getmişlər. Saat 13 radələrində o yenidən mağazaya getmiş və ərzaq məhsulları alaraq geri qayıtmışdır. Alınan məhsulları Zümrüdə verərək mətbəxə keçmiş, əlini yuyaraq qonaq otağına qayıtdıqda Sadiq divanda oturaq vəziyyətdə olmuşdur. Daha sonra Sadiq ona arxadan yaxınlaşaraq sağ tərəfindən bıçaqla vurmuş, o solda olan kreslonun üzərinə yıxılmışdır. Sadiq onun qarşısında dayanaraq əlində olan qəhvəyi dəstəkli bıçaqla ona xəsarətlər yetirərkən müdafiə olunaraq “vurma, vurma” deyə qışqırmışdır. Daha sonra mətbəxdən Zümrüd gəlmiş, Sadiq çevrilərək Zümrüdə xəsarət yetirdiyi zaman o, fürsətdən istifadə edib qaçaraq çölə çıxmış və blokla binanın həyətinə, oradan da yolun kənarına qaçmış, “Təndir” mağazasının qarşısında yerə yıxılmış və tanımadığı şəxslər tərəfindən xəstəxanaya aparılmışdır. O hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmiş, təqsirləndirilən şəxsin yaxınları tərəfindən ona maddi yardım edilməsini bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, 2020-ci ilin mart ayında Zərərçəkmiş şəxs adlı şəxslə tanış olmuşdur. İsmayıl əvvəllər adının Kənan olduğunu desə də birlikdə yaşadıqdan sonra şəxsiyyət vəsiqəsində adının İsmayıl olduğunu görmüşdür. Sonuncu valideynlərinin, qardaş və bacısının olmadığını, bibisinin onu böyütdüyünü, körpələr evində yaşadığını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində mühafizəçi işlədiyini demişdir. Söhbət zamanı fikrinin ciddi olduğunu, ailə qurduqdan sonra birinci evliliyindən olan Aylin adlı qızına atalıq edəcəyini bildirmişdir. İsmayılın verdiyi vədlərdən sonra onunla xoşbəxt olacağını düşünmüş və xx xxx 2020-ci il tarixdə sonuncu taksi avtomobili ilə yaşadığı kəndə gəlmiş könüllü olaraq ailəsindən xəbərsiz onunla Bakı şəhərinə getmişdir. Bakı şəhərinə gəldikdən sonra iki gün Yasamal rayonu ərazisində tanımadığı ünvanda yaşasalar da sonradan Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 58, mənzil 29 ünvanına köçmüşlər. Həmin ünvana köçdükdən sonra aralarında müəyyən problemlər yaranmağa başlamışdır. xx xxxx 2020-ci il tarixdə İsmayıl ilə birlikdə Cəlilabad rayonu, Qarazəncir kəndinə valideynlərimin yanına barışıq üçün getmiş, valideynləri onları yaxşı qarşılamış və bir gecə orada qalaraq qızı Aylini götürüb ünvan 2 ünvanına qayıtmışlar. Kənddə olduqları zaman İsmayıl heç bir qohumu ilə görüşməyə icazə verməmiş, ilk gündən qızı Aylinlə pis rəftar etməyə başlamış, uşağa bundan sonra yerinin divan olduğunu bildirmiş, ona divandan yerə düşməyə, evdə oynamağa, qaçmağa icazə verməmişdir. Aylinə icazəsiz heç bir şey yeyib, içməyəcəyini bildirdiyi üçün uşaq məcbur qalaraq yeyib içməmişdən əvvəl icazə almışdır. İsmayılın bu kimi hərəkətləri Aylində müəyyən psixi pozuntular yaratdığı üçün uşaq qorxu içində yaşamışdır. Aylinlə birlikdə Bakı şəhərinə qayıtdıqdan təxminən bir həftə sonra sonuncuya yemək verdiyi zaman İsmayıl qısqanclıq edərək yeməyi ilk öncə ona verməli olduğunu bildirmiş, bu səbəbdən deyinməyə başlamış və onu əsassız olaraq döymüşdür. Həmin vaxt İsmayıl Aylinin ağlamağını görüb daha da əsəbləşmiş və sonuncunun başından yumruqla vurmuş, bunu gördükdən sonra qızını müdafiə etmək üçün ayağa qalxdığı zaman İsmayıl onu itələmiş və yerə yıxıldığı zaman yerdə başından bir neçə yumruq zərbəsi vurmuşdur. Daha sonra Aylinin barəsində tərbiyəsiz söyüşlər söyərək, onu gələcəyin pozğunu olacağını bildirərək təhqir etmiş, mübahisə həmin gün saat 17 radələrinədək davam etmiş, İsmayılın hərəkətərindən bezdiyi üçün, həmçinin Aylin ağlayaraq getmək istədiyini dediyi üçün əşyalarını yığmağa başlamış, İsmayıl bunu gördüyü zaman yaxınlaşaraq bayaq əsəbi olduğunu, istəməyərək elə hərəkətlər etdiyini desə də qəti olaraq getmək qərarına gəldiyi üçün əşyalarını yığmağa davam etmişdir. Bunu görən İsmayıl hədə-qorxu gələrək evdən çıxacağı təqdirdə onu döyəcəyini, həmçinin Bakı şəhərində heç bir yeri tanımadığını, pulsuz və telefonsuz heç bir yerə gedə bilməyəcəyini bildirmişdir. Bu səbəbdən evdən çıxıb gedə bilməmişdir. İsmayıl telefonlarını izləsə də sonuncu evdə olmadığı zaman anasına zəng edərək baş verənlər barədə məlumat vermiş, anası onunla danışdığı zaman ikinci ailəsindən ayrılacağı təqdirdə kənddə pis baxılacağını, məcbur olaraq dözməyini xahiş etmişdir. Lakin İsmayılın uşağa da əziyyət verdiyini dediyi zaman anası uşağı göndərməsini tələb etmişdir. Bundan başqa Aylindən eşitdiyinə görə hamam otağında olduğu zaman İsmayıl məcbur qaydada uşağa rəhmətə gedən atasının gorunu söydürmüşdür. xx xxxx 2020-ci il tarixdə səhər saatlarında valideyinlərinin istəyi ilə Aylini taksi vasitəsilə kəndə göndərmişlər. Aylin getdikdən sonra münasibətləri daha da pisləşmiş və Aylini göndərməyinin düzgün olmadığını demişdir. Bundan sonra İsmayıl ailəsilə tamamilə əlaqəni kəsməyini tələb etmiş və ailə üzvlərini nalayiq söyüşlərlə təhqir etməyə başlamışdır. Demək olar ki, İsmayıl hər gün müxtəlif bəhanələrlə onunla dava etmişdir, onun təhqirlərində bezdiyi üçün eyni söyüşlərlə özünü söymüş, bundan sonra İsmayıl onu evin küncünə sıxaraq yumruqla döymüş, əlindən çıxaraq qaçdığı zaman yataq otağında yatağın üstünə yıxıb yumruğunu göstərərək təkrarən döyməklə hədələmişdir. xx xxxx 2020-ci il tarixdə saat 09 radələrində qardaşı Sadiq ona zəng edərək hal-əhval tutduqdan sonra Bakı şəhərində yaşadığı evin yanında olduğunu demiş, həmin vaxt İsmayıl yuxudan oyanaraq Sadiqin xəbərsiz gəlməyinə görə bir az deyinmiş, 20 dəqiqə ərzində qardaşı 2 dəfə zəng etmiş, İsmayıl zənglərə qəsdən cavab verməsə də növbəti zəngə cavab verərək aşağı düşmüş və Sadiqlə birlikdə çörək alaraq evə gəlmişlər. Sadiqlə hal-əhval tutduqdan sonra evdə oturaraq söhbət edib yemək yemiş, Sadiq tualetə getdiyi zaman İsmayıl ona yaxınlaşaraq özünü kefsiz göstərməməyi, qardaşına heç bir şey bildirməməyini tələb etmişdir. Sadiqlə yenidən söhbət etdikləri zaman İsmayıla kənardan işarə edərək mağazadan bir neçə ərzaq məhsulu almalı olduğunu demişdir. Bundan sonra İsmayıl mağazaya getmiş, həmin vaxt Sadiqin yanına gedərkən sonuncu danışmaq istəsə də İsmayılın mənzilin giriş qapısının arxasında olduğunu hiss etmiş və sakitcə qardaşından danışmamasını tələb etmişdir. Bir neçə saniyə sonra İsmayıl qapını açmış və guya oradan nəsə götürürmüş kimi özünü aparmış və yenidən qapını örtərək çıxıb getmişdir. Bundan sonra qardaşı Sadiqlə tək qalmış, divanda oturaraq sonuncu telefon vasitəsilə soyuq danışdığını, nəsə hadisə olubolmadığını soruşmuş, ilk öncə heç bir söz demək istəməsə də sonra ona İsmayılın onu əsassız olaraq incitdiyini, ailə kimi yola getmədiklərini, qızı Aylinlə birlikdə olduqları vaxtlarda mütəmadi olaraq pis rəftar etdiyini, ailəsinə məlumat verməyə imkan vermədiyini, nalayiq söyüşlərlə valideyinlərini, keçmiş həyat yoldaşını, demək olar ki, hər kəsi təhqir etdiyini bildirmişdir. Bu sözləri danışaraq ağladığı üçün Sadiq dediklərindən təsirlənmiş və halı dəyişmişdir. Bundan sonra Sadiq ağlamamağını tələb edərək ayağa qalxıb mətbəxə keçmiş və bir neçə saniyə sonra çıxmışdır. Daha sonra İsmayıl mənzilə daxil olduğu üçün sonuncunun əlindən aldıqları məhsulları götürərək mətbəxə qoymuşdur. İsmayılın özü də mətbəxə girsə də sonra çıxmışdır. Bundan bir neçə saniyə sonra qonaq otağından səs-küy gəldiyini eşitmiş, qonaq otağına keçdiyi zaman İsmayılın divanda oturaqlı vəziyyətdə, Sadiqin isə əlində bıçaqla ona xəsarət yetirdiyini görmüş, sonuncunun yanına qaçaraq İsmayıla görə özünə problem yaratmaması üçün yalvarmış, aralamağa çalışdığı zaman ona bıçaq xəsarətləri dəymiş və geri çəkilmişdir. Bundan sonra İsmayıl evdən çölə qaçdığı üçün Sadiq onun arxası ilə ayaqyalın çölə çıxmış, qonşuların ailələrində olan sözsöhbətdən xəbərləri olmasın deyə mənzilin qapısını bağlamış, mətbəxə getdiyi zaman halı pisləşmiş və huşunu itirərək yerə yıxılmışdır. Sadiqin yenidən mənzilə gələrək qapını döyməsindən və açmağa çalışmasından xəbəri olmamışdır. Bir müddət sonra özünə gəldiyi zaman mənzilin giriş qapısını açmış, blokun pilləkənləri ilə aşağı düşmüş və çöldə tanımadığı şəxslər tərəfindən 103 xidmətinə zəng edilmişdir. Həkim briqadası gəldikdən sonra təcili tibbi yardım avtomobili ilə Respublika Klinik Xəstəxanasına aparılmış, xəstəxanaya getdiyi zaman İsmayılın da orada olduğunu görmüş və 3 gün birlikdə reanimasiya şöbəsində qalmışlar. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, o, İsmayıl və anası ilə birlikdə yaşayan zaman İsmayıl onunla həmişə pis rəftar etmiş, onu həmişə söyüb təhqir etmişdir. İsmayıl onu divana qoyub, oradan düşəcəyi təqdirdə ayağını qıracağını demişdir. İsmayıl icazəsiz onu yemək yeməyə, su içməyə qoymamışdır. İsmayıl onun başını divara söykəyib sıxmış, əgər kiməsə bu barədə nəsə desə, başını kəsəcəyini demişdir.İsmayıl onu həmişə “murdar” deyə çağırmış, anası Zümrüdü tez-tez döyüb söymüşdür. İsmayılın ona etdiklərini qorxduğu üçün bu barədə heç kimə deməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 Bəhram oğlu və ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuş Şahid4 ifadələrində Qanuni nümayəndə ifadəsindəki xüsusatları təsdiq etmişlər. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməkdə təqsirli olması zərərçəkmişin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan "cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında" xx xxxx 2020-ci il tarixli protokollardan müəyyən olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşlar. Cinayət işinin materiallarında olan Bakı şəhər Yasamal rayon məhkəməsinin 27 iyul 2020-cu il tarixli 4(004)-469/2020 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla "həbs" qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsindən verilmiş tələbnamələrdən məlum olur ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA ETT Birliyi” X8 Yasamal rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 613 nömrəli rəydə göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər vardır – kürək nahiyəsində sağda 1 (bir) ədəd, bel nahiyəsində sağda 1 (bir) ədəd, döş qəfəsinin ön səthində Vİİ qabırğa səviyyəsində 1 (bir) ədəd, sol bazu oynağının ön səthində 1 (bir) ədəd, sol bazunun ön-yan səthində 1 (bir) ədəd, sol saidin, yuxarı 1/3-də 2 (iki) ədəd, sol əlin arxa səthində 1 (bir) ədəd, sağ saidin arxa səthində 1 (bir) ədəd, sol budun arxa səthində 1 (bir) ədəd və sol diz oynağı nahiyəsində 1 (bir) ədəd kəsilmiş və deşilmiş yaralar. Göstərilən yaralar döş və qarın boşluğuna nüfuz etmişdir. Göstərilən xəsarətlər deşici-kəsici əşya (alət) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2020-ci ildə ekspertizaya təqdim edilmiş mətbəx bıçağı ilə, eləcə də, ona oxşar bıçağın təsirindən törənməsi mümkündür və dərəcəsinə görə həm ayrı-ayrılqda həmçinində ümumilkdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Göstərilən xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inkar olunur. Zərərçəkmiş şəxs xəsarətlərin alarkən bədəninin ön səthi xəsarət yetirimiş alətə tərəf yönəlmiş olmuşdur və güman ki, xəsarət alarkən ayaqüstə olmuşdur. “Özünü müdafiə və qarşılıqlı mübarizə” xarakterli xəsarətlərin məhkəmə-tibbi morfoloji əlamətləri təyin edilmir. Cinayət işinin materiallarında olan iş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA ETT Birliyi” X8 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 764/2020-MTBŞ nömrəli rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs Vədut oğlunun qan qrupu – O/İ/, Qanuni nümayəndə qan qrupu – O/İ/, Zərərçəkmiş şəxs qan qrupu – O/İ/ ( təqdim olunan şəxsiyyət vəsiqələrinin kserosurətinə əsasən). Ekspertizaya təqdim olunmuş 01 ədəd bıçaq, 05 ədəd çubuqlu pambıq tampon, Zərərçəkmiş şəxs məxsus kəmər, qısaqol mayka, şalvar, Qanuni nümayəndə məxsus kofta, X2 məxsus şalvar üzərində periferik mənşəli insan qanı aşkar olundu. Tədqiq olunan qan ləkələrinin antigen və aqqlyutininlərə görə qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda “H” antigeni, əksər ləkələrdə, həmçinin alfa, beta aqqlyutinini alındı. Bu qan ləkələri O alfa, beta, /İ/ qruplu şəxsə, o cümlədən Qanuni nümayəndə, Zərərçəkmiş şəxs və ya X2 məxsus ola bilər (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa). Tədqiqata təqdim olunan X2 məxsus kəmər, trusik və köynək üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı. Cinayət işinin materiallarında olan iş üzrə təyin edilmiş kompleks məhkəmə-trasoloji, fiziki-kimyəvi və soyuq silah ekspertizasına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 6/1590 nömrəli rəydə göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd olunan paltarlardan tünd boz rəngli şalvarı üzərindən tapılmış göyümtül boz rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd olunan şalvarın tərkib liflərinə uyğun gəlir. Təqsirləndirilən şəxs məxsus olduğu qeyd olunan paltarlar üzərində Zərərçəkmiş şəxs məxsus olduğu qeyd olunan paltarların tərkib liflərindən yoxdur. Qanuni nümayəndə məxsus olduğu qeyd olunan köynək üzərində Təqsirləndirilən şəxs məxsus olduğu qeyd olunan paltarların tərkib liflərindən yoxdur. Təqsirləndirilən şəxs məxsus olduğu qeyd olunan paltarlar üzərində Qanuni nümayəndə məxsus olduğu qeyd olnan köynəyin tərkib liflərindən yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 3/959, 3/964 nömrəli rəydə göstərilmişdir ki, tədqiqata üzərində “Təqsirləndirilən şəxs” yazı qeydləri olan bağlamadan aşkar edilmiş bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış deşicikəsici xassəyə malik məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində sonradan hər-hansı dəyişiklik edilməmişdir, təyinatı üzrə yararlıdır. Tədqiqata üzərində “Zərərçəkmiş şəxs” yazı qeydləri olan bağlamada aşkar edilmiş köynəyin, şalvarın, üzərində “Qanuni nümayəndə” yazı qeydləri olan bağlamadan aşkar edilmiş köynəyin üzərində rəyin tədqiqi hissəsində yerləşmə yeri və sayı göstərilməklə bir tərəfi kəsici, ucu deşici xassəyə malik predmetin o cümlədən təqdim edilmiş bıçaq və ya ona bənzər xassəli hər-hansı bir əlatin təsiri ilə yaranmağa xarakterik deşilmə-kəsilmə zədələri vardır. Həmin zədələrin ümumi əlamətlərinə əsasən onlar təqdim edilən bıçağın təsirindən də yarana bilər. Zərərçəkmiş şəxs və Qanuni nümayəndə bədəni üzərində olan xəsarətlər Zərərçəkmiş şəxs köynəyinin, şalvarının və Qanuni nümayəndə köynəyinin üzərində olan zədələr ilə uyğunluq təşkil edir və üst-üstə düşür. Cinayət işinin materiallarında olan iş üzrə Təqsirləndirilən şəxs barəsində təyin edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1987 nömrəli rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər-hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin görülməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək, dərk edib onları idarə etmək qabiliyyətində olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs iş üçün vacib olan halları düzgün dərk etmək və onları ölçübbiçməklə ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman onda psixikanın pozulması baş verməmişdir. Təqsirləndirilən şəxs həmin dövrdə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və həmin əməli idarə edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilər. Təqsirləndirilən şəxs hal-hazırda hərhansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, emosionallıq, özünə və yaxınlarına qarşı hörmət tələb etmək və s. kimi fərdi-psixi xüsusiyyətlərinə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik və həyəcan yaranmışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) keçirməmişdir. Cinayət işinin materiallarında olan iş üzrə Təqsirləndirilən şəxs barəsində təyin edilmiş məhkəmə-narkoloji ekspertizasına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2891 nömrəli rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl narkotik vasitə qəbul edib etməməsinin uzun müddət keçməsi ilə əlaqədar hal-hazırda müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya və ya alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya və ya alkoqolizm xəstəliyindən əzab çəkmir. Narkomaniya və ya alkoqolizm xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinə əlavə edilmiş, hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, hadisə ünvan 4 ünvanında baş vermişdir. Həmin mənzil 5 mərtəbəli mişar daşı ilə hörülmüş yaşayış binasının avtomobil yolu tərəfdən qarşısında dayandıqda soldan 2-ci blokun 4-cü mərtəbəsində yerləşir. Binanın qarşısında olan asfalt örtüyü üzərində qana bənzər ləkələr vardır. Qeyd edilən blok ilə 29 nömrəli mənzilə qalxarkən pilləkənlərin üzərində və divarlarda qana bənzər ləkələr vardır. Mənzilin tünd qırmızı rəngdə olan dəmir qapısı pilləkən meydançasının sol tərəfində yerləşir, açıq vəziyyətdədir. İçəri daxil olduqda taxta döşəmənin üzərində qana bənzər ləkələr vardır, giriş qapısı ilə üzbəüz yerləşən qonaq otağına daxil olduqda döşəmənin və ən sağ küncdə yerləşən kreslonun üzərində qana bənzər ləkələr vardır. Qonaq otağında üzü eyvana açılan qapı istiqamətində dayandıqda sol küncdə olan mətbəx otağının qapısından içəri daxil olduqda döşəmə üzərində qana bənzər ləkələrin olduğu görünür. Baxış zamanı mənzilin mətbəx otağının döşəməsindən 1 nömrəsi ilə işarələnmiş qanabənzər ləkələrdən 1 ədəd, qonaq otağının döşəməsindən 2 nömrəsi ilə işarələnmiş qanabənzər ləkələrdən 1 ədəd, kreslonun üzərindəki 3 nömrəsi ilə işarələnmiş qanabənzər ləkələrdən 1 ədəd, binanın blokunda 4 nömrəsi ilə işarələnmiş qanabənzər ləkələrdən 1 ədəd və həyətdə olan asfalt üzərində 5 nömrəsi ilə işarələnmiş qanabənzər ləkələrdən 1 ədəd, cəmi 5 ədəd qana bənzər ləkə nümunəsi pambıq tampona hodurulmaqla götürülüb qablaşdırılmışdır. Cinayət işinə əlavə edilmiş götürmə aparılması və baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin 28-ci PB-i tərəfindən təqdim edilən bıçaq qatlanmayandır, tiyə və dəstək hissədən ibarətdir, ümumi uzunluğu 225 mmdir. Bıçağın tiyəsi gümüşü rəngli metaldan hazırlanmışdır, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malikdir, dəstəyi qəhvəyi rəngli materialdandır. Cinayət işinin materiallarına əlavə olunmuş diskin yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 09 radələrində Təqsirləndirilən şəxs istifadəsində olmuş (050) ***-**-** və (050) ***-**- ** mobil nömrələri ilə Zərərçəkmiş şəxs adına olan faktiki Qanuni nümayəndə istifadəsində olmuş (050) ***-**-** mobil nömrəsinə 4 dəfə zəng edilmiş, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələrin xx.xx.2020-ci il tarixdə saat 09 radələrindən saat 13 radələrinədək ünvan 5 ünvanında yerləşən anten qurğusunun əhatə dairəsində olmuş, həmin gün saat 13 radələrindən sonra isə Bakı şəhəri Qaradağ rayonu, Salyan rayonu və Cəlilabad rayonu ərazisində olan anten qurğularının əhatə dairəsində olduğu qeyd edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş AZ-İV № 110173 və AZ-İV № 418349 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü Məcid Sadıqov və xx.xx.2020-ci il təvəllüdlü Əfsun Sadıqova adlı 2 azyaşlı övladları vardır. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar himayəsində iki azyaşlı övladının olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsidir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 63.3-cü maddəsinin tələblərinə görə cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tələblərinə görə isə Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 120.1ci maddəsinin sanksiyasının son həddinin (on dörd il müddətə azadlıqdan məhrumetmə) dörddə üçünün dördə üçündən yəni 07 il 10 ay 15 gün müddətə azadlıqdan məhrumetmə cəzasından artıq cəza təyin oluna bilməz Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxs xüsusi ilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə istintaqı nəticəsində təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən Bakı şəhər Yasamal rayon Prokurorluğunda saxlanılan iş üzrə maddi sübutlar hadisə yerinə baxış zamanı yerdə olan qanabənzər ləkələrdən pambıq tampona hopdurulmaqla götürülmüş 05 ədəd nümunə, 01 ədəd bıçaq, Təqsirləndirilən şəxs məxsus 01 ədəd tünd göy rəngli qısaqol köynək, 01 ədəd açıq boz rəngli şalvar, 01 ədəd qara rəngli bel kəməri, 01 ədəd qara rəngli alt tumanı, Zərərçəkmiş şəxs məxsus 01 ədəd boz rəngli şalvar, 01 ədəd ağ rəngli qısa qol köynək, 01 ədəd qara rəngli bel kəməri və Qanuni nümayəndə məxsus 01 ədəd ağ rəngli qısaqol köynək məhv edilməlidir. Təqsirləndirilən şəxsin cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan- xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işi üzrə 173,46 (yüz yetmiş üç manat qırx altı qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli– xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Barəsində seçilmiş "həbs" qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən Bakı şəhər Yasamal rayon Prokurorluğunda saxlanılan iş üzrə maddi sübutlar; hadisə yerinə baxış zamanı yerdə olan qanabənzər ləkələrdən pambıq tampona hopdurulmaqla götürülmüş 05 ədəd nümunə, 01 ədəd bıçaq, Təqsirləndirilən şəxs məxsus 01 ədəd tünd göy rəngli qısaqol köynək, 01 ədəd açıq boz rəngli şalvar, 01 ədəd qara rəngli bel kəməri, 01 ədəd qara rəngli alt tumanı, Zərərçəkmiş şəxs məxsus 01 ədəd boz rəngli şalvar, 01 ədəd ağ rəngli qısa qol köynək, 01 ədəd qara rəngli bel kəməri və Qanuni nümayəndə məxsus 01 ədəd ağ rəngli qısaqol köynək məhv edilsin. Cinayət işi üzrə 173,46 (yüz yetmiş üç manat qırx altı qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-634/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-634/2021
05.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver