Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-634/2022 10.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X2, Dövlət ittihamçısı, müdafiəçilər – Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili X14 və Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslərin hüquqi varisləri X5 və X6 iştirakları ilə xx.xx.1967-ci il tarixdə Xankəndi şəhəri Bolluca kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Zirə südçülük tərəvəzçilik sovxozu, X13 yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs 27 sentyabr 2021-ci ildə saat 20:30 radələrində idarə etdiyi, «VAZ-21041» markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-qazax- Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisindən keçən 58.6-cı kilometrliyində qazax istiqamətində 60-70 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və onun həmin maddənin tələblərinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyərək, idarə etdiyi avtomobillə sərxoş vəziyyətdə yolu sağdan sola keçən piyadalar. 1954-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vuraraq yol- nəqliyyat hadisəsi törətmiş, nəticədə onun bu hərəkətləri ehtiyatsızlıqdan iki şəxsin ölümünə, yəni Zərərçəkmiş şəxs1 zədə şoku, xarici qanaxma, sol baldırın açıq sınığı, sol budun və sağ diz oynağının qapalı, yerinidəyişmiş sınıqları, sağ baldırın əzilmiş yarası, sifətin və alın-təpə nahiyəsinin sıyrıqları ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran, Zərərçəkmiş şəxs2 Ağa oğlunun baş beyin toxumasının əzilib-dağılması və baş beyinə qansızma ilə müşayiət olunan alın sümüyünün çoxqəlpəli. basılmış sınığı, almın və hər iki göz orbitasının yuxarı sərhədlərini əhatə edən əzilmiş-cırılmış yarası, sol almacıq və sol baldır sümüklərinin qapalı, yerinidəyişən sınıqları, sağ budun orta 1/3-nin açıq, yer in id əyi şən sınığı ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran bədən xəsarətləri alaraq hadisə yerində ölmələrinə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun «BC» kateqoriyalı sürücülük vəsiqəsi var və etibarnamə əsasında «VAZ-21041» minik markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 27 sentyabr 2021-ci il tarixdə saat 17 radələrində avtomaşını Bakı şəhərindən Şəmkir rayonuna gedərkən avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomaşında yük və sərnişin olmamışdır. Saat 20:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisindən keçən hissəsində üçzolaqlı yolun sağ zolağı ilə təxminən 60 km/saat sürətlə Qazax rayonu istiqamətinə hərəkətdə olarkən yolun sağ kənarında qarşısı Qazax istiqamətinə qoşqulu yük avtomobili dayanmışdır. Bu vaxt həmin avtomobilin arxa tərəfindən 3 nəfər piyda kişinin qaçaraq yolu keçməsini görmüş, bundan sonra o, avtomobilin sürətini bir qədər də azaltmış və yük avtomobilinin bərabərliyinə az qalmış iki nəfər piyada bir-birinin qolundan tutmuş vəziyyətdə yolun sağdan sola doğru qaçaraq keçməyə başlamışlar. O, piyadaları vurmamaq üçün ayağını tormoza atıb siqnal vermiş və avtomobili bir qədər yolun sağ kənarına doğru istiqamətləndirmişdir. Lakin, hadisənin qarşısını ala bilməmiş və yolun sağ zolağında avtomobilin qabaq hissəsi ilə hər iki piyadanı vurmuşdur. Zərbədən piyadalar avtomobilin alın şüşəsinə dəyib bir qədər qarşıda yolun sağ kənarına düşmüşlər. Bundan sonra o, maşından düşüb piyadalara yaxınlaşmış, piyadalar ciddi xəsarət alaraq yerdə hərəkətsiz vəziyyətdə qalmışdırlar. Həmin piyadalardan spirtli içki iysi gəlmişdir. Belə ki, o, öz mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Az sonra hadisə yerinə TTY avtomobili gəlmiş və həkimlər piyadaları müayinə edib artıq öldüklərini bildirmişlər. Sonradan ona məlum olmuşdur ki, həmin piyadalar X11 və X3 olub. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmişlərin hüquqi varislərinin ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapmışdır. Məhkəmədə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, “Bravo” marketdə sürücü vəzifəsində çalışır. 27 sentyabr 2021-ci ildə saat 20:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisindən keçən 58,6-cı kilometrində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölmüş X3 onun atasıdır. xx xxxx 1968-ci il təvəllüdlü olmaqla, taksi fəaliyyəti ilə məşğul olmuş və onunla eyni ünvanda yaşamışdır. 27 sentyabr 2021-ci ildə saat 21 radələrində Bakı şəhərindən yaşadığı Qobustan qəsəbəsinə qayıtdığı vaxt yeznəsi Teymur zəng edərək bildirmişdir ki, atası Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisindən keçən hissəsində avtomobil vurub. Bundan sonra o, hadisə yerinə getmiş və orada ona məlum olmuşdur ki, «VAZ-21041» minik markalı avtomobil Qazax istiqamətinə hərəkətdə olarkən yolu keçən atası və onunla eyni qəsəbədə yaşayan X8 vurmuş, nəticədə piyadaların hər ikisi aldığı xəsarətlərdən hadisə yerində ölmüşlər. Bundan sonra meyitləri TTY avtomobili ilə Qaradağ rayonu Lökbatan qəsəbəsindəki 19 saylı xəstəxanaya aparmışlar və xəstəxananın meyitxanasında tibbi ekspertiza müayinəsindən sonra atasının meyitini təhvil vermişlər. Səhəri günü, yəni 28 sentyabr 2021- ci il tarixdə yaşadığı Qaradağ rayonu, Qobustan qəsəbəsi qəbirstanlığında dəfn etmişlər. Sonradan ona məlum olmuşdur ki, atasını vuran «VAZ-21041» minik markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs olmuşdur. Onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmədə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, o, «SOCAR»-da sürücü vəzifəsində çalışır. 27 sentyabr 2021-ci ildə saat 20:30 radələrində Bakı- Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisindən keçən 58,6-cı kilometrində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölmüş Zərərçəkmiş şəxs1 onun atasıdır. 27 sentyabr 2021ci ildə saat 21 radələrində evdə olduğu vaxt qardaşı Şahin ona zəng edərək atasının Bakı- Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisindən keçən hissəsində avtomobil vurduğunu bildirmişdir. Bundan sonra onlar hadisə yerinə getmiş və orada ona məlum olmuşdur ki, «VAZ-21041» minik markalı avtomobil Qazax istiqamətinə hərəkətdə olarkən yolu keçən atası və onunla eyni qəsəbədə yaşayan X1 vurmuş, nəticədə piyadaların hər ikisi aldığı xəsarətlərdən hadisə yerində ölmüşlər. Bundan sonra meyitləri TTY avtomobili ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 19 saylı xəstəxanaya aparmışlar və xəstəxananın meyitxanasında tibbi ekspertiza müayinəsindən sonra təhvil götürüb səhəri günü, 28 sentyabr 2021-ci il tarixdə yaşadıqları Qaradağ rayonu, Qobustan qəsəbəsi qəbirstanlığında dəfn etmişlər. Sonradan ona məlum olmuşdur ki, atasını vuran «VAZ-21041» minik markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxsdur. Hadisədən sonra sürücünün qohumları yas mərasimində iştirak ediblər və onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə tibb ekspertizasının 18.10.2021-ci il tarixli 83 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər zədə şoku, xarici qanaxma, sol baldırın açıq sınığı, sol budun və sağ diz oynağının qapalı, yerinidəyişmiş sınıqları, sağ baldırın əzilmiş yarası, sifətin və alın-təpə nahiyəsinin sıyrıqları həyati olub, ölümündən az əvvəl bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər 27.09.2021-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı piyada qismində olarkən hərəkətdə olan avtomobilin vurması nəticəsində əmələ gələ bilərdilər və bu da canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmamn əlamətlərinə malikdirlər. Ölümünə səbəb sol baldırın açıq sınığı, sol budun sağ diz oynağının qapalı, yerinidəyişmiş sınıqları nəticəsində inkişaf etmiş zədə şoku olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olarki. mərhum Zərərçəkmiş şəxs1 ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (müayinə 28,09.2021-ci il tarixdə saat 01:00-da başlamışdır) 4-6 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Narkotik maddələr isə aşkar edilməmişdir. Etil spirtinin qatılığı -- 0,7%-dir, bu da canlı şəxslərdə yüngül dərəcəli alkoqol sərxoşluğu kimi qiymətləndirilir. (3124/K saylı. 08.10.2021-ci il tarixli akt). Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə tibb ekspertizasının 18.10.2021-ci il tarixli 84 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər baş beyin toxumasının əzilib-dağılması və baş beyinə qansızma ilə müşayiət olunan alın sümüyünün çoxqəlpəli, basılmış sınığı, almın və hər iki göz orbitasınm yuxarı sərhədlərini əhatə edən əzilmiş- cırılmış yarası, sol almacıq və sol baldır sümüklərinin qapalı, yerinidəyişən sınıqları, sağ budun orta 1/3-nin açıq, yerinidəyişən sınığı həyati olub, ölümündən az əvvəl bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlər 27.09.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı piyada qismində olarkən hərəkətdə olan avtomobilin vurması nəticəsində əmələ gələ bilərdilər və bu da canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Ölümünə səbəb baş beyin toxumasının əzilib dağılması və baş beyinə qansızma ilə müşayiət olunan alın sümüyünün çoxqəlpəli, basılmış sınığı olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olarki, mərhum Zərərçəkmiş şəxs2 ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (müayinə 28.09.2021-ci il tarixdə saat 02:40-da başlamışdır) 4-8 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Narkotik maddələr isə aşkar edilməmişdir. Etil spirtinin qatılığı 1,8%-dir, bu da canlı şəxslərdə orta dərəcəli alkoqol sərxoşluğu kimi qiymətləndirilir, (3125/K saylı, 08.10.2021 -ci il tarixli akt). Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 6 dekabr 2021 -ci il tarixli, 8/2944 nömrəli rəyindən məlum olur ki, VAZ- 2İ041 markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət edərək hadisənin qarşısım almağa texniki olmuşdur. 28 sentyabr 2021-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə aktı ilə Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X19 İdarəsinin Qeydiyyat- İmtahan İdarəsi tərəfindən verilmiş 01.10.2021-ci ıl tarixli 016-115916-1221 nömrəli məktubdan məlum olur ki, DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasına əsasən xx.xx.1967-ci il təvəllüdlü Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə 01.09.2015-ci il tarixdə (01.09.2025-ci il tarixədək müddətə etibarlı olan) AC seriyalı 219194 nömrəli «BC» dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə informasiya mövcuddur. İş üzrə «VAZ-21041» markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılmışdır. Beləliklə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, avtotexniki ekspertizasının rəyi və digər sübutlarla öz təsdiqini tapdığından o, təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəməyə təqdim olunmuş ərizələrdən görünür ki, zərərçəkmiş şəxslərin hüquqi varisləri X5 və X6 Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur. Eləcədə məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs, 2008-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən «Qüsursuz Xidmətə Görə» 3-cü dərəcəli medalı ilə təltif olunmuş, eyni zamanda təqdim olunmuş vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs 1-ci Qarabağ döyüşlərində iştirak etmiş və Qarabağ veteranıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən zərərçəkmişlərin hüquqi varisləri ilə barışıq əldə etməsi, sonuncuların ona qarşı şikayət və tələblərinin olmaması onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən əməlində onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24 dekabr 2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün təyin olunmuş azadlıqdan məhrumetmə cəzası məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən təyin edilmiş cəza məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. İş üzrə maddi sübut olan VAZ-21041 markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərcləri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlin törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə geməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. İş üzrə maddi sübut olan VAZ-21041 markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərcləri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-634/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-634/2022
10.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver