Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-634/2023 27.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Rasim Əkrəm oğlu Sadıxovdan ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «A.İ.M.» vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1990-cı il aprelin 15-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, Abşeron Rayon Məhkəməsinin 2019-cu il 05 noyabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 221.2.1.-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, işləməmiş, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 6 ünvanında yerləşən Abşeron Rayon Polis İdarəsində qeydiyyatda olmaqla Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyaşı yaşayış massivi, X11 küçəsi, ev 10 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, ibtidai istintaq oraqnı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci il martın 31-də saat 22 radələrində qayınatası Şahid4 dəvəti ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran-Bilgəh yolunun yaxınlığındakı «Mayak» adlanmaqla yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısına gələrək, Zərərçəkmiş şəxs qayınatası Şahid4 fiziki zor tətbiq etməsini, sonuncunu söyüb təhqir etməsini bəhanə gətirərək, davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə üzərində olmuş məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs sağ ayağının bud nahiyəsindən bir dəfə vurmaqla sonuncuya bud venasının zədələnməsinə səbəb olub sağ budun bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunmaqla həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirmiş, bununla da qəsdən sağlamlığa ağır zərər vurmuşdur. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.2.4.-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində 2022-ci il martın 31-də saat 20 radələrində qayınatası Şahid4 yaşadığı, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağlarında yerləşən evin həyətyanı sahəsində heyvandarlıqla məşğul olarkən sonuncu ilə telefonda danışanda qayınatasının sərxoş vəziyyətdə olmasından şübhələndiyini, harada olmasını soruşduqda Aydın Şahid3gilin qonşusu olan Xosu adlı şəxsin evində olduğunu və dalınca gəlməyini dediyindən onun qayınatasına məxsus «Saipa» markalı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran-Bilgəh yolunun yaxınlığındakı «Mayak» adlanan yaşayış massivinə getdiyini, oraya çatanda Aydınla Zərərçəkmiş şəxs küçədə yolun kənarında dayanıb bir-birləri ilə söz mübahisəsi edərək nalayiq ifadələr işlətdiklərini, üç-dörd addım onlardan kənarda Xosrovun qardaşı Şahid1 gördükdə Xosrovu evə aparmağı, özünün isə Aydını kənarlaşdıracağını bildirdiyini, bu zaman onların yanına Azərin də gəldiyini, Vüsalın onun qolundan tutub kobud şəkildə Aydını həmin yerdən aparmasını bildirməklə hər ikisini nalayiq sözlərlə təhqir etdiyini, həmçinin Xosrovun da spirtli içkinin təsiri altında söyüş etdiyini, o, çox miqdarda spirtli içki qəbul etdiklərinə görə narazılığını çatdıranda sonuncunun telefonu əlinə almaqla «nədi mənim üstümə dava etməyə gəlmisən, bu dəqiqə Əhmədli qəsəbəsindən dostlarımı çağıracam, məsələni həll edərlər» söylədiyini, o, sakitləşdirməyə çalışsa da Xosrov yaxınlıqda dayanan ağ rəngli «Niva» markalı avtomaşına tərəf gedərək «götürüm, qıracağam hamınızı» deyib onun istiqamətinə çevrildikdə nəqliyyat vasitəsindən silah çıxarmaqla onu vuracağından qorxaraq üzərində olan, atdığı bıçağın Xosrovun ayağına dəydiyini, sonuncunu vurmaqda onun xuliqanlıq niyyətinin olmadığını, əməlindən peşman olduğunu, zərər çəkmiş şəxs ilə barışıq əldə etdiyini, o, təsərrüfatla məşğul olduğundan üstündə bıçaq gəzdirdiyini, bundan savayı başqa bir məqsədinin olmadığını göstərdi. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində Qusar rayonunun Düztahir kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran-Bilgəh yolunun yaxınlığında yerləşən «Mayak» adlı yaşayış massivindəki nömrəsiz fərdi evdə mühafizəçi-bağban işləyərək həm də yaşadığını, 2022-ci il martın 31-də saat 14 radələrində qaldığı evdə olarkən tanışı Şahid4 sonuncunun tanışları X2 və Şahid5 ilə oraya gəlməklə birlikdə yeyib-içərək təqribən üç litr araq qəbul etdiklərini, Abdulla ümumi şəkildə ana söyüşü söydüyü üçün sonuncudan evi tərk etməsini tələb etdiyini, Abdullanın da 30-40 dəqiqə keçmiş sakit şəkildə uzaqlaşdığını, göstərilən vaxt yanlarında olan qardaşı Şahid2 onlarla bir qədər oturduqdan sonra digər otaqda yatdığını, saat 19-20 radələrində Hacıalının çıxıb getdiyini, saat 22 radələrində Aydının evinə hazırlaşarkən sərxoş halda onunla zarafat edərək küçədə onun sağ qulaq nahiyəsinə şillə vurduğunu, o, Aydını özündən uzaqlaşdırmaq niyyəti ilə əli ilə sinəsindən yüngül şəkildə itələyəndə sonuncunun müvazinətini itirib yerə yıxıldığını, Aydını ayağa qalxmağa kömək etməklə evinə getməyi xahiş etdikdə sonuncunun onunla mübahisə edərək yumruqla sifətindən vurduğunu, o, Aydından kənarlaşmağa çalışsa da sonuncunun əl çəkmədiyini və ona «indi bir nəfəri çağıracam, sənə göstərəcək» deyib mobil telefonundan kürəkəni Təqsirləndirilən şəxs zəng etməklə «silahı da götür gəl, burda ləzgiləri öldürmək lazımdır» bildirdiyini, təxminən 20 dəqiqə ötmüş Namik Aydına məxsus avtomobil ilə tək onlara yaxınlaşanda sonuncunun Namikə onun tərəfindən vurulduğunu söylədiyini, onun isə ünvanına deyilənləri dandığını, lakin Aydının öz sözlərinin təkrarladığını, həmin an Namikin əynində olan şalvarın sağ tərəfindən çıxartdığı bıçaqla qəflətən onun sağ ayağının bud nahiyəsindən bir dəfə vurduğunu, o, zərbənin təsirindən yerə yıxıldıqda Aydınla Namik avtomaşına əyləşərək hadisənin baş verdiyi ərazidən uzaqlaşdıqlarını, ayağa qalxıb çətinliklə də olsa qardaşı Şahid1 yanına getməklə sonuncunun qonşuları Şahid3 idarə etdiyi avtomobil ilə təcili olaraq onu xəstəxanaya apardığını, hazırda təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı heç bir şikayətinin və tələbinin olmadığını, mübahisə zamanı sərxoş vəziyyətdə olduğundan söyüş edibetməməsini xatırlamadığını göstərdi. İş üzrə şahid qismində dindirilən Şahid4 ifadəsində 2022-ci il martın 31-də saat 12-13 radələrində təsadüfən tanışları Şahid5 və X2 ilə görüşməklə birlikdə çörək yemək barədə razılaşaraq bazarlıq etdikdən sonra o, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran-Bilgəh yolunun yaxınlığında olmaqla «Mayak» adlı yaşayış massivindəki nömrəsiz fərdi yaşayış evində mühafizəçi kimi yaşayan tanışı Zərərçəkmiş şəxs zəng edib sonuncu ilə bərabər nahar etmək istədiklərini deyəndə Xosrovun etiraz etməməklə onları evinə dəvət etdiyini, orada hamının, o cümlədən sonuncunun qardaşı Şahid2 oturaraq yemək yeməklə araq içdikdən sonra Xosrov Abdullanın etdiyi zarafatı bəyənmədiyindən sonuncudan onun evini tərk etməsini tələb etdikdə Abdullanın, arxasınca da Hacıalının çıxıb getdiklərini, Ramin ayağa qalxaraq digər otağa yatmağa gedəndə masa arxasında onunla Xosrovun qalmaqla yeyib-içməyə davam etdiklərini, saat 22 radələrində onlar ayağa qalxaraq çölə çıxmaqla bir-birləri ilə zarafat etməyə başladıqlarını, spirtli içkinin təsirində olduqlarından etdiyi zarafatı bəyənməyən sonuncunun onu sinəsindən itələdiyini və buna görə aralarında mübahisə yarandığını, onun əsəbiləşib Xosrovun sifətindən yumruqla vurduğunu, göstərilən vaxt Xosrovun qonşusu Şahid3 yaxınlaşaraq onları aralamağa çalışdığını, onun kürəkəni Təqsirləndirilən şəxs zəng etməklə onu evə aparmasını xahiş etdiyini, təxminən 20 dəqiqə keçmiş Namik ona məxsus «Saipa» markalı avtomobil ilə gələrək avtomaşından düşüb nə baş verdiyini soruşduqda Xosrovun ona «nədi mənim üstümə adam gətirmisən?» söyləyərək sakitləşmədiyini, o da Namikə mübahisəyə müdaxilə etməməsini deməklə avtomaşında oturmasını tapşıranda sonuncunun sözlərinə əməl etdiyini, Xosrov Namiki nalayiq sözlərlə söyüb təhqir etdiyi üçün kürəkəninin avtomobilin sol qapısındakı bıçağı götürməklə üzərinə gedən Xosrovun sağ ayağının bud nahiyəsindən vurduğunu, onunla Namikin avtomaşına əyləşərək uzaqlaşdıqlarını, onun kürəkənini Xosrovla mübahisə etməyə çağırmadığını, Namikin sonuncunu vurduğu bıçaq ona məxsus olub həmin əşyanı məişətdə istifadə etməkdən ötrü avtomobildə saxladığını göstərdi. İş üzrə şahid qismində dindirilən Şahid1 və Şahid2 qardaşları olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə uyğun ifadələr verməklə yanaşı hadisənin birbaşa şahidləri olmadıqlarını göstərdilər. İş üzrə şahid qismində dindirilən Şahid5 və X2 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə oxşar ifadələr verib əlavə olaraq hadisənin canlı şahidləri olmadıqlarını göstərdilər. Məhkəmə iclasında ifadəsi elan olunub tədqiq edilən Şahid3 ibtidai istintaqda şahid qismində dindirilərkən 2022-ci il martın 31-də saat 22:30 radələrində yaşadığı evə gəldikdə həyətdə Zərərçəkmiş şəxs ilə Şahid4 və sonuncunun kürəkəni Təqsirləndirilən şəxs Aydına məxsus «Saipa» markalı avtomaşının yanında dayanaraq söhbət etdiklərini gördüyünü, göstərilən şəxlərdən 100-150 metr kənarda olduğu üçün sonuncuların nə barədə söhbət etdiklərini dəqiq eşidə bilmədiyini, hərəkətlərindən Aydının həddindən artıq sərxoş vəziyyətdə olduğunu başa düşdüyünü, sonuncunun ayaqüstə çətinliklə durduğunu, adı çəkilən şəxslərin bir-birləri ilə aqressiv danışırdıqlarını, bu zaman Vüsalın yaşadığı evin qapısının qarşısında olduğunu və məsələyə müdaxilə etmədyini, onun yol kənarında saxladığı avtomobilə tərəf gedən vaxt Xosrovun qışqırıq səsini eşidib arxaya çevrildikdə Namikin Aydının avtomaşınını idarə etməklə sonuncu ilə birlikdə çıxıb getdiklərini, Xosrovun əynində olan şalvarın qana bulaşdığını, Vüsalın sonuncuya tərəf qaçdığını görəndə Namikin bıçaqla Xosrovun ayağından vurduğunu öyrəndiyini, Vüsalın və Xosrovun xahişi ilə sonuncunu idarə etdiyi «Nissan Qaşqay» markalı avtomobil ilə xəstəxanaya apardığını, hadisənin bilavasitə şahidi olmadığını göstərmişdir (1-ci cild, iş vərəqi 128-130). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 01 aprel tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs bıçaqlanması ilə faktı bağlı Azərbaycan Respublikasının CM-nin 221.3.-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (1-ci cild, iş vərəqi 1). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 01 aprel tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran-Bilgəh yolunun yaxınlığındakı «Mayak» yaşayış massivində yerləşməklə nömrəsiz fərdi yaşayış evinin qarşısında olan hadisə yerinə baxış zamanı qana bənzər ləkələr, içərisində kül olan manqal, bir ədəd boş şüşə butulka, bir ədəd qara rəngli bıçaq tiyəsi və bir ədəd tutacaq aşkarlanaraq həmin alətin göstərilən hissələri götürülmüş, fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 3-10). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin 2022-ci il 01 aprel tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanaraq izahatında Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyini etiraf etmişdir (1-ci cild, iş vərəqi 11). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 01 aprel tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 22:00-da Azərbaycan Respublikasının CM-nin 221.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, bu barədə ailə üzvlərinə xəbər vermək hüququ təmin edilmiş, heç bir etiraz, şikayət və vəsatət daxil olmamışdır (1-ci cild, iş vərəqi 32-33). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 03 aprel tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs hadisə yerindən götürülmüş bir ədəd bıçağı ölçüsünə, sapının rənginə, dəstəyinin tiyəsindən ayrılmasına görə tanımış, fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 57-58). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 03 aprel tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.3.-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (1-ci cild, iş vərəqi 61-62). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2022-ci il 03 aprel tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 221.3.-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 2022-ci il aprelin 01-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 78-81). İş materiallarındakı notariat qaydasında təsdiq olunan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 2022-ci il 05 aprel tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə tam şəkildə barışmışdır, sonuncuya qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur (1-ci cild, iş vərəqi 82). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2022-ci il 22 aprel tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 221.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri ev dustaqlığı qismində qətimkan tədbiri ilə əvəz olunmuşdur (1-ci cild, iş vərəqi 90-94). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X4» publik hüquqi şəxsinin canlı şəxsin məhkəmə-tibbi ekspertizasına dair 2022-ci il 14 aprel tarixli 653 №-li rəyindən görünür ki, 1979-cu təvəllüdlü Zərərçəkmiş şəxs bədənində bud venasının zədələnməsinə səbəb olan sağ budun bir ədəd deşilmişkəsilmiş yarası və burun sümüyünün xətti sınığı kimi xəsarətlər müəyyən edilmiş, xəsarətlərdən bud venasının zədələnməsinə səbəb olan sağ budun bir ədəd deşilmişkəsilmiş yarası deşici-kəsici alətin təsirindən törənmişdir, ekspertizaya təqdim edilmiş bıçaqla yetirilə bilər, burun sümüyünün xətti sınığı bərk küt əşya təsirindən törənmişdir, xəsarətlərin törənmə müddəti qərarda göstərilən 2022-ci il martın 31-nə uyğun gəlir, dərəcəsinə görə bud venasının zədələnməsinə səbəb olan sağ budun bir ədəd deşilmişkəsilmiş yarası insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, burun sümüyünün xətti sınığı isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, lokalizasiyasına və xarakterinə görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (1-ci cild, iş vərəqi 99-101). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2022-ci il mayın 06-da tərtib etdiyi tələbnamədən və Abşeron Rayon Məhkəməsinin 2019-cu il 05 noyabr tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.2.1.-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (1-ci cild, iş vərəqi 114-115 və 154-195). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 01 iyul tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 221.3.-cü maddəsindən həmin Məcəllənin 126.1.-ci maddəsinə tövsif edilmişdir (1-ci cild, iş vərəqi 132). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 01 iyul tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CMnin 126.1.-ci maddəsi təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 134-135 ). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin 2022-ci il 28 iyul tarixli 303-2975-1222 №-li məktubundan görünür ki, baş vermiş hadisənin şahidlərini, iş üçün əhəmiyyət kəsb edən hər hansı bir görüntünü müəyyən etmək mümkün olmamışdır (1-ci cild, iş vərəqi 196). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsinin 2022-ci il 29 iyul tarixli 6880 №-li, 2 X5 Xəstəxanasının 2022-ci il 03 avqust tarixli 1/2245 №-li və «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin 2022-ci il 03 tarixli xx/xx-10801 №-li məktublarından görünür ki, Təqsirləndirilən şəxs göstərilən tibb müəssisələrində müalicədə olmamışdır (1-ci cild, iş vərəqi 197-199). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasına dair 2022-ci il 19 oktyabr tarixli 2876 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmamış, sonuncu ittiham olunduğu əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur, sonuncu ünsiyyətçillik, adaptivlik, özünəməxsus mövqe və prinsipə malik olmaq, habelə sair kimi fərdi-psixi xüsusiyyətlərə malikdir, əqli və intellektual imkanları normaya uyğundur, cinayət əməlini törədən vaxt öz hərəkətlərinin xarakterini və mənasını anlaya bilərdi, onda psixi-emosional halında hirslilik yaranmış, əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri aşkar olunmamışdır, əqli və psixi inkişafı normaya uyğundur, törətmiş olduğu cinayət əməlinin mahiyyətini tam dərk edə və darvanışının mümkün nəticələrini görə bilər, yalan danışmağa, özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilməmişdir, baş vermiş hadisəni düzgün danışıb ifadə verə bilər (1-ci cild, iş vərəqi 203-206). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X4» publik hüquqi şəxsinin 2022-ci il 01 dekabr tarixli 562/MTKŞ-2022 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş bıçaq (bıçaq tiyəsi və bıçaq dəstəyini uyğunlaşdırdıqdan sonra) zavod üsula ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir, bıçağın üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmişdir, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına dair tərtib edilmiş ekspert rəyində olan məlumatlara əsasən, onun sağ bud nahiyəsində olan bir ədəd deşilmiş-kəsilmiş yaranın ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruksiyalı digər alətin tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar edilmir, fotocədvəlin surəti rəyə əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 208-211). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X4» publik hüquqi şəxsinin 2022-ci il 04 dekabr tarixli 705/2022-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətlərinə əsasən Zərərçəkmiş şəxs qan qrupu – (İ), Təqsirləndirilən şəxs qan qrupu isə – (İİ), ekspertiza tədqiqatına təqdim edilmiş bıçaq tiyəsi və dəstək üzərində aşkar edilən insan qanı ləkələrində qrup göstəriciləri ABO sistemi üzrə tədqiq olunduqda 0(1) qrupunu əsas xarakterizə edən H antigeni və alfa, beta aqqlyutinini alınmışdır, beləliklə, bu qan 0(1) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər (1-ci cild, iş vərəqi 213-216). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 11 dekabr tarixli protokollardan görünür ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Şahid4 ilə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə, Şahid1 Təqsirləndirilən şəxs ilə ayrı-ayrılıqda üzləşdirilərkən hər biri ifadələrini təsdiq etdiklərini bildirmişdir (1-ci cild, iş vərəqi 229-237). İş materiallarında olan Zərərçəkmiş şəxs və Şahid4 2022-ci il 11 dekabr tarixli ərizələrindən görünür ki, sonuncunun mübahisə zamanı Zərərçəkmiş şəxs sifətindən yumruqla vurub burnunun sümüyünün sınması nəticələnən xəsarət ilə bağlı həmin şəxslər barışmışlar, bir-birlərindən şikayət və tələbləri yoxdur və onların hər biri Şahid4 barəsində cinayət təqibinin başlanmasının rədd edilməsinə etiraz etmir (1-ci cild, iş vərəqi 238-239). İş materiallarında olan AZ-İV seriyalı 322359 №-li doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs 2018-ci il 22 oktyabr təvəllüdlü X6 adlı övladı vardır (1-ci cild, iş vərəqi 242). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 12 dekabr tarixli sübutların qiymətləndirilməsi, habelə eyni tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsindən həmin Məcəllənin 126.2.4.-cü maddəsinə tövsif olunaraq sonuncuya qeyd edilən maddə ilə yeni məzmunda ittiham elan olunmuş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 29, 120-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs və Şahid1 əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən barələrində cinayət təqibinin başlanması rədd edilmiş, Şahid4 Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tuttulan əmələ görə cinayət məsuliyyətinə cəlb olunmuş, hadisə yerindən aşkar edilərək götürülən cinayətin aləti olmaqla dəstəyi kəsici hissəsindən ayrılmış, vahid bütövlük təşkil edən bir ədəd bıçaq maddi sübut kimi tanınıb saxlanılması üçün idarənin növbətçi hissəsinin saxlancına təhvil verilmişdir (1-ci cild, iş vərəqi 243-253 və 264-265). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 12 dekabr tarixli qərarından görünür ki, yuxarıda göstərilən əsaslarla Şahid4 barəsində cinayət təqibinin başlanması rədd edilmişdir (1-ci cild, iş vərəqi 255- 260). Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Şəhər Probasiya Şöbəsinin 2023-cü il 20 aprel tarixli 21-2/3 1981 №-li məktubunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 2019-cu il 05 noyabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 221.2.1.-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzasını 2021-ci il dekabrın 17-də tam olaraq çəkib qurtarmışdır. Məhkəməyə təqdim olunan 2023-cü il 13 fevral tarixli ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs bıçaqla qəsdən sağlamlığa ağır zərər vurması, yəni Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilir. Bu mənada ibtidai araşdırma orqanı tərəfindən onun əməlinin Azərbaycan Respublikasının CM-nin 126.2.4.-cü maddəsi ilə tövsif olunması yanlışdır. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.2.4.-cü maddəsində nəzərdə tutulan ittihamı elan edərkən onu əsas götürmüşdür ki, o, davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə üzərində olmuş məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs bir dəfə qəsdən vurmuşdur, Təqsirləndirilən şəxs sonuncunun sağlamlığına qəsdən zərər vurması cinayətini xuliqanlıq niyyətilə törədilən əməl kimi qiymətləndirib bunu ümumi fikirlə əsaslandırmış, xuliqanlıq niyyətinin nədə ifadə olunduğunu açıqlamayaraq Təqsirləndirilən şəxs törətmiş olduğu qəsdən sağlamlığa ağır zərər vurma ilə bağlı cinayət əməlini Azərbaycan Respublikasının CM-nin 126.2.4.-cü maddəsi ilə tövsif etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən zərər vurması öz təsdiqini tapmamışdır. Belə ki, iş üzrə məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadələri ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs mübahisə gedişində zərər çəkmiş şəxsə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. İbtidai istintaq orqanı qanuni və əsaslı olaraq cinayət işini 2022-ci il 01 aprel tarixli qərarla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3.-cü maddəsi ilə başlamış, 2022-ci il 03 aprel tarixli qərarla təqsirləndirilən şəxsə həmin maddə ilə ilkin ittiham elan olunmuş, 2022-ci il 01 iyul tarixli qərarla təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif olunmuş, ibtidai istintaqın bütün sonrakı mərhələsində əldə edilmiş sübutlar da məhz bu ittihamın təsdiqinə yönəldiyi halda ibtidai istintaqın yekunlaşması ərəfəsində təqsirləndirilən şəxsə 2022-ci il 12 dekabr tarixli qərarla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham elan olunmuşdur (cild 1, iş vərəqə 1, 59, 115-119). «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 3-cü bəndinə əsasən, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyətilə cinayət çox hallarda təqsirkarın neqativ davranışı barədə zərər çəkmiş şəxsin ümumi qəbul olunmuş formada və haqlı iradına cavab olaraq törədilir. Həmçinin bu hal da qeyd edilməlidir ki, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurma, habelə xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə əməlləri çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi bəhanə etməklə törədilir və bu halda digər motivlər ya olmamalıdır, yaxud da cinayətin törədilməsi motivi xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Buna görə əməlin xuliqanlıq niyyətilə törədilən əməl kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna olunmalıdır. Məhkəmə iş üzrə sübut edilən hallara qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasındakı mübahisə şəxsi münasibətlər zəminində, yəni sonuncunun təqsirləndirilən şəxsin yaşlı olan qayınatası ilə mübahisə edib dalaşmasından sonra qarşılıqlı olaraq bir-birinin ünvanınan kobud və nalayiq ifadələr işlətməsi səbəbindən ani baş verdiyindən, həmin zaman təqsirləndirilən şəxs tərəfindən ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməsi halı, həmçinin təqsirləndirilən şəxsin azğınlığı, qəddarlığı, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsi, cəmiyyətə qarşı sair kobud hərəkətlər etməsi müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 126.2.4.cü maddəsindən Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsinə tövsif edilməlidir. Belə ki, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci il martın 31-də saat 22 radələrində qayınatası Şahid4 dəvəti ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran-Bilgəh yolunun yaxınlığındakı «Mayak» adlanmaqla yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısına gələrək, Zərərçəkmiş şəxs qayınatası Şahid4 fiziki zor tətbiq etməsini, sonuncunu söyüb təhqir etməsini bilərək, Zərərçəkmiş şəxslə mübahisə edib bir-birinin ünvanınan kobud və nalayiq ifadələr işlətməsi səbəbindən şəxsi münasibətlər zəminində mübahisə vaxtı üzərində olmuş məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs sağ ayağının bud nahiyəsindən bir dəfə vuraraq sonuncuya bud venasının zədələnməsinə səbəb olub sağ budun bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunmaqla həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirmiş, bununla da qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Beləliklə, məhkəmə araşdırılmış sübutlara qiymət verib Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə Şahid4 ifadəsinin kürəkəni olan Təqsirləndirilən şəxs cinayət törətdiyi mətbəx bıçağının özünə məxsus olmaqla avtomoblində saxlamasına dair hissəsinin sonuncunun vəziyyətini yüngülləşdirmək məqsədi ilə verməsi kimi qiymətləndirir. Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, özünün qismən etirafedici, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ibtidai istintaqdakı digər şahidin ifadəsi, baxış, götürmə və başqa istintaq hərəkəti protokolları, maddi sübutun mövcudluğu, ekspertiza rəyləri, eləcə də cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən toplanılmış digər mötəbər sübutların məcmusu ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasının, zərər çəkmiş şəxslə barışıq əldə etməsinin işdə cəzanı yüngülləşdirən hallar olduğunu nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran yoxdur. Belə ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 2019-cu il 05 noyabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 221.2.1.-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının CM-nin 18.4.4.-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8., 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib müəyyən müddətə azadlıqdan mərhumetmə cəzasına məhkum olunmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2022-ci il aprelin 01-dən 2022-ci il iyulun 01-dək həbsdə və ev dustaqlığında olduğu 03 (üç) ay Azərbaycan Respublikasının CPMnin 158.2.1.-158.2.2.-ci maddələrinin tələblərinə müvafiq olaraq təyin ediləcək cəzadan çıxılmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınıb saxlanılmaq üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin növbətçi hissəsinin saxlancına hadisənin törədilməsində istifadə edilmiş bir ədəd bıçaq məhv edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri dəyişdirilərək həbs qismində qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və o, məhkəmə iclası zalında həbsə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən 20 iş saatı müddətində müdafiə olunmuşdur. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 120 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxsnin tutulduğu gündən, yəni 2023-cü il aprelin 27-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, onun 2022-ci il aprelin 01-dən 2022-ci il iyulun 01-dək həbsdə və ev dustaqlığında olduğu 03 (üç) ay təyin edilmiş cəzadan çıxılmaqla üzərində 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri dəyişdirilərək həbs qismində qətimkan tədbiri seçilsin və o, məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 2023-cü il aprelin 27-dən hesablansın. Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 120 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınıb saxlanılmaq üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin növbətçi hissəsinin saxlancına hadisənin törədilməsində istifadə edilmiş bir ədəd bıçaq məhv edilsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Rasim Sadıxov
Məhkəmə qərarları › İş №1(101)-634/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-634/2023
27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver