Məhkəmə qərarları › İş №1(101)-634/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-634/2024

11.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-634/2024 11.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X11 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X12, müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov (əvvəlki adı ilə Ə.Ağayev) küçəsi, ev 13ada qeydiyyatda olmaqla, Lənkəran rayonu, Liman qəsəbəsində nömrəsiz fərdi yaşayış evində kirayədə yaşamış, barəsində Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 15 aprel 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 05 may 2007-ci il tarixdən rəsmi nikah münasibətlərində olduğu arvadı Zərərçəkmiş şəxs ilə nikah münasibətlərinin pozulmasına razı olmamasına baxmayaraq sonuncunun “nikahın pozulması və aliment” tələbinə dair iddia ərizəsinə əsasən Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin icraatında olmuş 2(001)-578/2023 saylı mülki iş üzrə qəbul olunmuş 27 mart 2023-cü il tarixli qətnaməsi ilə Zərərçəkmiş şəxs ilə aralarında bağlanılmış nikahın pozularaq birgə nikahlarından doğulan uşaqlarının, yəni xx.xx.2006-cı il təvəllüdlü Şahid5, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X6 anaları Zərərçəkmiş şəxs yanında qalmasının müəyyən edilməsini və uşaqlan yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehin, yəni onun hər ay, aylıq qazancının və (və ya) başqa gəlirlərinin yarısı miqdarında alimentin tutularaq iddiaçı Zərərçəkmiş şəxs verməli olduğunu eşidib bildikdən və 05 aprel 2023-cü il tarixdə adına olan əmək haqqı ödənişi kartına 529,65 manat pul köçdüyünü gördükdən sonra elə həmin pulun 300 manatını yalnız Lənkəran şəhərində müvəqqəti yaşadığı mənzilin kirayəsinə ödəməli olduğunu, yerdə qalan pulun ayın sonunadək kifayət etməyəcəyəni düşünərək Zərərçəkmiş şəxs zəng edib iş yerindən əmək haqqı kimi aldığı cəmi 1700 manat civarında pulun çox hissəsi tutulduğuna görə özündə qalan pulla dolana bilməyəcəyini bildirmiş və yaşadıqları ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsinin kirayəsindən aldığı 250 manat pulu ona göndərməsi ilə bağlı tələbinə Zərərçəkmiş şəxs əməl etməməsindən əsəbiləşərək ümumiyyətlə həmin kirayə pulunu gələcəkdə özü alması üçün Zərərçəkmiş şəxs tamah niyyəti ilə qəsdən öldürmək qərarına gəlmiş və bu məqsədlə 13 aprel 2023-cü il tarixdə Bakı şəhərinə gələrək saat 11:00 radələrində ünvan 2 ünvanında yerləşən “Rahat market” mağazasından bir ədəd soyuq silah hesab edilməyən gümüşü rəngli, qatlanmayan məişət təyinatlı mətbəx bıçağı aldıqdan sonra saat 11:30 radələrində ünvan 3-da yerləşən “Stil beauty" qadın gözəllik salonuna gəlmiş, orada işləyən Zərərçəkmiş şəxs ilə görüşüb bir daha ona əmək haqqı ödənişi kartına köçən pulla dolana bilməyəcəyini bildirərək evin kirayəsindən hər ay aldığı 250 manat pulu verməsini sonuncudan tələb etdikdə Zərərçəkmiş şəxs pulu verməkdən imtina etdiyini görüb Zərərçəkmiş şəxs qəsdən öldürməklə bağlı niyyətini başa çatdırmaq qərarına gəlmiş və əvvəlcədən alıb əynindəki gödəkcənin sağ yan cibinə qoyduğu bir ədəd məişət təyinatlı bıçağı çıxararaq Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmiş, xilas olmaq üçün onun əlindən çıxıb qaçmaq istəyən, lakin aldığı bıçaq zərbələrinin təsiri nəticəsində halsız vəziyyətə düşərək müqavimət göstərmək iqtidarında olmayıb yerdə sürünərək ondan uzaqlaşmağa çalışan Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə əlindəki bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək, onu öldürməməsi barədə yalvarışlarına və aman diləməsinə məhəl qoymayıb, xususi əzab və işgəncə verərək və bunu dərk etməklə arzulayaraq, müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərərək bıçaq zərbələri vurmaqda davam etmiş, sonuncu bıçaq zərbəsini isə Zərərçəkmiş şəxs ön tərəfdən ürək nahiyəsinə vurub, bıçağı həmin nahiyədə sancılmış vəziyyətdə saxlayaraq "sənə lazım idi bu?” deyib salonu tərk edərək, Zərərçəkmiş şəxs boyunun ön səthinin orta-aşağı 1/3-nin sol yarısında dəri və dərialtı yumşaq toxumaları, eləcə də traxeyanı (nəfəs borusunu) zədələyən 1 (bir) ədəd, döş qəfəsinin ön səthinin sol yarısında sol döşyanı xətt üzrə İİ-İİİ qabırğalararası sahədən sol döş boşluğuna nüfuz edərək, sol İİİ qabırğa qığırdağının döş ucunu, ağciyərin yuxarı payının divararalığı kənarını, ürək kisəsini, sol qulaqcığı, diafraqmanın mərkəzinə yaxın sol kümbəzini, daha sonra qarın boşluğuna keçərək qaraciyərin sol payını zədələyən 1 (bir) ədəd, döş qəfəsinin sol yan səthində, ön qoltuqaltı xətlə orta qoltuqaltı xətt arasında Vİ-Vİİ qabırğalararası sahədən peritonarxası sahəyə daxil olmuş və sol böyrəyin yuxarı qütbünü zədələyərək, böyrək toxumasında kor olaraq qurtarmış 1 (bir) ədəd, döş qəfəsinin arxa səthində sağda, yuxarıda, arxa qoltuqaltı xətt üzrə çiyinüstü nahiyəyə yaxın, l-ll qabırğalararası sahədən döş boşluğuna nüfuz edən, sağ ağciyərin yuxarı payını zədələyən 1 (bir) ədəd, döş qəfəsinin arxa səthinin sol yarısında onurğayanı xətt üzrə İV-V qabırğalararası sahədən (kürək nahiyəsindən) sol döş boşluğuna nüfuz edən, sol ağciyərin yuxarı payını zədələyən 1 (bir) ədəd yaralardan ibarət olmaqla kəskin daxili (sağ plevra boşluğunda 100-150 ml-dək, solda 250-300 ml-dək, qarın boşluğunda 200-250 mldək qan) və xarici qanitirmə ilə nəticələnərək bilavasitə ölümə səbəb olan və dərəcəsinə görə hər biri ayrılıqda, eləcə də ümumilikdə yetirmə anında həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik deşilmiş-kəsilmiş yaralar, bundan başqa döş qəfəsinin arxa səthinin sağ yarısında, onurğayanı xətt üzrə Vİİİ-İX qabırğalararası sahədəki döş boşluğuna nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş, sol bazunun orta 1/3-nin və sağ saidin yuxarı 1/3-nin ön-iç səthlərindəki yumşaq toxuma və əzələləri zədələyən 2 (iki) ədəd kəsilmiş yaralardan ibarət olmaqla xarici qanaxma ilə nəticələnərək ölümlə bilavasitə səbəbli əlaqəsi olmayan və dərəcəsinə görə hər biri ayrılıqda, eləcə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik yaralardan ibarət çoxsaylı, yəni ümumilikdə 8 (səkkiz) bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs tamah niyyəti ilə xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs təsdiq etdiyi, elan edilərək tədqiq edilmiş ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, o, Azərbaycan Respublikasının CM-nin 120.2.4 və 120.2.5-ci maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, 2012-ci ildəndir "xxxx" MMC-də bir neçə fərqli filiallarda, həmçinin 2015-2017-ci illərdə Xaçmaz rayonunda yerləşən filialında işləmiş, 2021-ci ildəndir Lənkəran rayonundakı filialında mağaza müdiri işləmişdir. 1700 manat maaş alsa da pulunun bir qismi kirayə haqqına, yemək, yol və digər xərclərinə istifadə edirmiş. Ay ərzində adətən Lənkəran rayonu, Liman qəsəbəsində nömrəsiz fərdi yaşayış evində kirayədə yaşasa da, maaşını aldıqdan sonra, ayın əvvəllərində 2-3 günlük Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Ə.Ağayev küçəsi, ev 13a-da ailəsinin yanına gəlib yaşayır. Həmin ünvanda eyni həyətyanı sahədə atası, anası, 2 qardaşı, o cümlədən arvadı Zərərçəkmiş şəxs və övladları ayrı evlərdə yaşayırlar. Aygün və övladları yaşadığı ikimərtəbəli evin birinci mərtəbəsini Aygün onun razılığıyla kirayəyə vermişdir. Aygünlə birgə nikahından 2006-cı il təvəllüdlü, 2008-ci il təvəllüdlü və 2016-cı il təvəllüdlü 3 övladı vardır. Aygün əvvəllər heç yerdə işləməmiş, təxminən 2020-ci ildən Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən gözəllik salonunda, həmin tarixdən təxminən bir ay sonradan etibarən ünvan 3-da yerləşən “Still beauty” qadın gözəllik salonunda işləməyə başlamışdır. Əvvəllər Aygünün işləməsinə heç bir etiraz etməmiş, lakin sonradan əhatəsində olan insanlardan, yəni əvvəllər bir yerdə işlədiyi şəxslərin xarakterindən xoşu gəlmədiyi üçün bir neçə dəfə ona irad bildirib işləməməsini, ailəyə özü baxdığını, onun işləməyə ehtiyacı olmadığını desə də, Aygün evdə darıxdığını və başını qatmaq istədiyi üçün işlədiyini deyirmiş.2015-ci ildə Xaçmaz rayonunda olduqları zaman bir nəfər qadınla qeyri-rəsmi münasibəti olduğu üçün Aygünlə mübahisə edib, sonradan barışmış, həmin hadisədən sonra Aygün ona qarşı soyuqlaşmağa başlamış, lakin yenə də normal ailə münasibətləri var imiş, bir yerdə yaşayırlarmış, 2016-cı ildə qızları da dünyaya gəlmişdir. Barışdıqları zaman Aygün ona “mən də sənə xəyanət edəcəm, ağlın başına gələr” desə də, ona qarşı hər hansı xəyanət etməmiş, kiminləsə sevgi münasibəti olmamışdır. Bundan başqa özü Lənkəran rayonunda Vüsalə adında başqa bir qadınla qeyri-rəsmi nikah münasibətlərində yaşayır. Həmin qadının əvvəlki ərindən Zəhra adında azyaşlı qız övladı da vardır. O, Lənkəran rayonunda yaşamağa başlayandan etibarən Aygünlə aralarında soyuqluq artmışdır. Aygünlə aralarında bəzən müxtəlif səbəblərlə də mübahisələr olmuşdur. Bakı şəhərinə gəldiyi vaxtlarda adətən qızını götürüb gəzdirir, övladlarıyla vaxt keçirir, evə ancaq yatmağa gedirmiş. Evə gedəndə Aygünlə söhbət etsələr də, ona qarşı olan soyuqluğu açıq-aşkar hiss olunurmuş. Həmçinin Aygün deyirmiş ki, “maaşından az pul göndərirsən”, o isə deyirmiş ki, ayda 300-400 manat pul göndərir, həm də övladlarına da nə lazımdırsa alıb gətirir. Təxminən 2023-cü ilin yanvar ayında Bakı şəhərində olduqda Aygünlə söhbət edən zaman onunla boşanacağını demişdir. O isə “özün bilərsən” demişdir. Həmin günlərdə analarının yaşadığı evə qonaq gedən zaman anası elə özü söhbət açıb Aygünün boşanmaq üçün onu məhkəməyə verdiyini bildirmiş və məhkəməyə çağırış məktubunu göstərmişdir. Aygünün ondan boşanma məsələsini ciddi qəbul etməmiş, Aygünün işin arxasınca düşməyəcəyini, boşanmayacağını və qohum olduqları üçün qohumlarının da məsləhət verərək onu fikrindən döndərəcəyini düşünürmüş. Buna görə də Aygünlə daha da aralarında soyuqluq yaratmamaq üçün bu barədə söhbət etməmişdir. 2023-cü ilin fevral ayında bir-iki günlük, eyni zamanda həmin ilin mart ayında da bir-iki günlük Bakıya gəlmiş və Aygün yaşadığı evlərində qalmışdır. Həmin vaxtlarda da onunla demək olar söhbət etməmiş və boşanmaq məsələləri barədə heç nə danışmamışdır. 2023-cü ilin mart ayının sonlarında bir nəfər onunla əlaqə saxlayıb məhkəmədən zəng etdiyini və Aygünlə boşanmaqlarıyla bağlı sonuncu iclasın xx.xx.2023cü il tarixdə olacağını bildirmişdir. Həmçinin ondan alimentlə bağlı maaşından tutmalar olacağını və tutmaların səhv etmirsə 2022-ci ilin noyabr ayından hesablanacağını demişdir. Amma yenə də Aygünün ondan boşanacağına inanmırmış və boşanmaqdan imtina edəcəyini düşünürmüş. O özü ümumiyyətlə Aygündən boşanmaq istəmirmiş.Hadisənin mahiyyəti üzrə bildirmişdir ki, işlədiyi müəssisədə hər ayın maaşı növbəti ayın əvvəllərində köçürülür. 05 aprel 2023-cü il tarixdə kartına 529,65 manat pul köçdüyünü görmüş, bu zaman başa düşmüşdür ki, Aygün həqiqətən ondan boşanıb və buna görə də maaşının yandan çoxu ondan tutulub. Ona görə də iş yerində hər hansı yuxan vəzifəli şəxsdən maaşının nə üçün az köçürlüdüyünü soruşmamışdır. Bununla bağlı Aygünə zəng edib demişdir ki, “maaşımdan çox tutublar, heç olmasa evin bir mərtəbəsini kirayəyə vermisən həmin kirayənin pulunu mənə göndər, mənim özümə də pul lazımdır”. Çünki 529 manatın 300 manatını Lənkəranda yaşadığı evin kirayəsinə, yerdə qalan pulu isə digər xərclərinə istifadə edəcəkmiş və ayın sonuna qədər pulu çatmayacaqmış. Aygün onunla razılaşmış və bundan 3-4 gün sonra yenidən onunla əlaqə saxlayıb soruşmuşdur ki, “danışığımızın üstündən 3-4 gün keçib pulu hələ də niyə vermirsən”. Aygün isə demişdir ki, “hələ alimentin pulunu ala bilməyib alanda verəcək". Həmin pulla əlaqədar Aygünlə görüşüb üzbəüz söhbət etmək qərarına gəlmişdir. Həmçinin Aygündən ondan nə üçün boşanmasının səbəbini soruşmaq istədiyi üçün də üzbəüz danışmaq istəyirmiş. Həmin həftə ərzində işlərinin çox olması səbəbilə Bakıya gələ bilməmiş, 13 aprel 2023-cü il tarixdə istirahət götürüb Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə çatan kimi birbaşa təxminən 11.00 radələrində Binəqədi rayonu, 6-cı mikrorayon dairəsi tərəfdə yerləşən “Rahat” marketə gedib bir ədəd qatlanmayan gümüşü rəngli mətbəx bıçağı almışdır. Həmin bıçağı almaqda məqsədi Aygünü qorxudub ondan boşanmasının səbəbini, həmçinin kiminləsə münasibəti olub-olmamasını, ondan nə üçün aliment tutulmasını öyrənmək imiş. Bıçağı əynindəki gödəkçənin sağ yan cibinə qoymuşdur. Həmin gün təxminən saat 11:30 radələrində Aygünün işlədiyi ünvan 3-da yerləşən “Stil beauty” qadın gözəllik salonuna onun yanına getmişdir. Gözəllik salonuna girdikdə orada iki nəfər qadın olduğunu görmüşdür. Belə başa düşmüşdür ki, həmin qadlnlardan biri Aygünün iş yoldaşı, digəri isə müştəridir. O, içəri daxil olduqda Aygün salonun mətbəxində imiş. O, içəridəki qadınlardan çölə çıxmalarını xahiş etmiş, lakin onlar çıxmamışlar. Bu zaman Aygün mətbəxdən çıxıb oradakı qadınlardan bir neçə dəqiqə onlara icazə vermələrini və çöldə gözləmələrini xahiş etmişdir. Həmçinin də ona “niyə bura gəlmisən evdə danışarıq” demişdir. Aygünə “5 dəqiqə danışıb gedəcəm” demişdir. Həmin qadınlar salondan çölə çıxmışlar. Aygünlə söhbət etməyə başlamışdır. Ona demişdir ki, “evinin kirayə haqqını heç olmasa mənə ver, pulum karta az oturub, bu pulla dolana bilməyəcəm”. Aygün isə “sənə heçnə verən deyiləm, uzaq başı kirayə haqqının 150 manatını verərəm, çünki komunallara da pul vermişəm” demişdir. Aygünə “150 manat azdır, 250 manat verərsən, çünki biz belə danışmamışdıq” demişdir. Bu zaman isə Aygün ümumiyyətlə heç nə verməyəcəyini demişdir. Həmin ərəfədə salondan çölə çıxan qadınlardan biri də qapını aralayıb “söhbətinizi evdə edin müştəri gözləyir” demişdir. Aygün ona söhbətimizi bitiririk demişdir. Həmin qadın yenidən qapını örtmüşdür. Aygünə demişdir ki, “ağzın nədir verməyəsən, ev mənim özümün evidir”. Aygün isə “yaxşı eləyirəm, get nə istəyirsən elə” demişdir.Bu zaman özündən çıxaraq Aygün ona pul verməkdən imtina etdiyi üçün əynindəki gödəkçənin sağ yan cibindən bıçağı çıxarıb sağ əlində tutaraq əvvəlcə Aygünün sol böyür nahiyyəsinə bıçaq zərbəsi vurmuşdur.Həmçinin bildirmişdir ki, söhbətlərinin sonunda Aygünə demişdir ki, “məndən nə üçün boşanıbsan həyatında başqa kimsə varmı?”. Aygün isə bildirmişdir ki, “sənə nə”. Bu zaman özündən çıxmış və həm Aygün ona pul verməkdən imtina etdiyi üçün, həm də həyatında kimsə olduğuna görə Aygünün ondan boşandığını düşündüyü üçün ona bıçaq zərbələri vurmuşdur.Bundan başqa bildirmişdir ki, marektdən bıçağı hədə-qorxu gəlmək üçün alsa da, bıçaqla Aygünə hər hansı hədə-qorxu gəlməmiş, əslində uzaqdan hədə-qorxu gəlmək istəmiş, sadəcə olaraq bıçaq Aygünə ona yaxın olduğuna görə girmişdir. Ondan sonra isə davamını gətirmişdir. Həmin vaxt onun ölüb-ölə bilməyəcəyini götürqoy edə bilməmişdir. Bıçaq zərbələri vuran zaman Aygün əlindən dartınıb arxası üstə yerə yıxılmışdır. Həmin vaxt Aygün qışqırdığı üçün çöldən qadınlar da içəri daxil olmuşlar və onlar tərəfə gəlmişlər. Lakin o, yenə də dayanmamış və ona bıçaq zərbələri endirməyə davam etmişdir. Hətta həmin vaxt Aygün yerdə dartınıb üzüstə çevrilmişdir. Bu zaman onun kürək nahiyəsinə də bir neçə dəfə bıçaq zərbəsi vurmuşdur. Bundan sonra Aygün iməkliyərək qapıya doğru getmək istəyəndə onun paltarından tutub bir dəfə də kürək nahiyəsinə bıçaq zərbəsi vurmuşdur. Lakin Aygünə konkret olaraq hansı nahiyələrinə və neçə dəfə bıçaq zərbəsi vurduğunu dəqiq xatırlamır. Ən sonda bıçağı Aygünün sinə nahiyyəsinə sancdıqdan sonra Aygün arxası üstə yerdə uzandığı zaman ona “sənə lazım idi bu?” demişdir. Həmin vaxt Aygün hələ də yaşayırmış. Bundan sonra salondan çıxıb getmişdir. Yaşadığı evə gedib, orada avtomobilini qoyduqdan sonra qayıdıb Binəqədi RPİ-nin 4-cü polis şöbəsinə könüllü təslim olmuşdur. Zərərçəkmiş şəxs vurduğu bıçaq gümüşü rəngli, qatlanmayan mətbəx bıçağıdır. Tiyəsinin uzunluğu təxminən 10-12 sm olarmış. Aygün ondan aman diləməmiş, yalvarmamışdır. Sadəcə olaraq qışqırırmış. Onların aralarında sözlü mübahisə təxminən 4-5 dəqiqə davam etmişdir. Amma onun bıçaqdan istifadə edərək Aygünə zərbələr endirməyi təxminən 1-2 dəqiqə davam etmişdir. O, Aygünlə əlbəyaxa olmamış, yalnız bıçaq zərbələri vurmuş, yumruq və ya təpik zərbələri vurmamışdır. O, heç bir xəstəlikdən əziyyət çəkmir, narkotik vasitələrdən istifadə etmir, spirtli içkini nadir hallarda qəbul edir. Hadisə baş verən günü isə spirtli içki və narkotik vasitədən istifadə etməmişdir. O, “***-***-**-**” saylı mobil nömrədən istifadə edir. Aygünün istifadəsində “***-***-**-**” saylı mobil nömrə olmuşdur. Hadisə vaxtı onun əynində tünd göy rəngli qolsuz gödəkcə, bozumtul rəngli üçdüymə kofta, boz rəngli cins şalvar, qara rəngli mayka, qara rəngli alt tumanı olmuşdur. Hadisə vaxtı Aygünün əynində dəqiq xatırlamasa da qara rəngli şalvar və qara rəngli kofta olduğunu xatırlayır.Həmçinin bildirmişdir ki, Aygünün hər hansı şəxslə sevgi münasibətində olması, kiminləsə cinsi əlaqədə olması, kiminləsə danışması barədə heçnə görməmiş və ya eşitməmişdir. Sadəcə son davranışlarından Lənkərana getdiyi gündən soyumaların çoxalması, evə gec gəlmələri ilə əlaqədar hissə-hissə içində şübhələr olmuşdur. Çünki beş yaşlı qızı ilə zənglə danışan zaman qızı çox vaxtı Aygünü soruşduqda evdə olmurmuş. Sırf bu məqsədlə ondan sözün düzünü öyrənib çıxıb getmək istəmişdir.Bundan başqa bildirmişdir ki, maaşı az köçdüyü və Lənkəranda yaşadığı evin kirayə haqqına, o cümlədən kredit borcuna görə maaş kartına köçən məbləğ az olduğu üçün Aygündən Bakı şəhərində kiryəyə verdikləri evin pulunu ona verməsini istəməsi səbəbilə “Bu nedi mene zeng elemişdilerki alimentle baglı.neteri şikayet vermisen poxunu yeyib get geri götür.götürmürsense sene poxda vermeyecem.get ne istirsen ele.zibil", o cümlədən özümə məxsus bank kartının fotoşəklini göndərməklə “Kiraye evin pulunu 250 manat.at bu kartıma”, “Gönder bu zibili” məzmunlarında, “Çıxanda gönder Poxu gönder 6 ya kimi ödemeliyem” məzmununda və “Neoldu? Pul oturmadı” məzmununda Zərərçəkmiş şəxs ismarıclar göndərmişdir. İstifadəsində olan “Samsung A70” markalı mobil telefonda “Whatsapp” mobil tətbiqində “Ömrüm” adı ilə qeyd olunmuş “***-***-**-**” saylı mobil nömrənin istifadəçisi Lənkəran rayonunda qeyri rəsmi ailə münasibətlərində yaşadığı Vüsalədir. O, Vüsaləyə Aygünün yanına gedəcəyini deməmişdir. Yalnız məhkəməyə getdiyini demişdir. Ümumiyyətlə elə söhbətlərdən xoşu gəlmədiyi üçün Vüsalə ilə Aygün barədə söhbət etmirmiş. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etiraf edici ifadələrini, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X14 ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxs Xaçmaz ərazisində olarkən o çox səhvlər etmiş, bacısı onu Xaçmazda başqa qadınla tutmuşdur. Təqsirləndirilən şəxs daha bacısını aldatmayacağına tövbə etsə də, andını pozmuş və nəticədə bacısı əri Təqsirləndirilən şəxs boşanmışdır. Cinayət hadisəsi pul üstündə baş vermiş, belə ki, İsrafil onun bacısının xeyrinə aliment qismində tutulmuş məbləğin bir hissəsin tələb etmiş, sonuncu İsrafilə pul köçəndən sonra 300 manat verəcəyini bildirmişdir. Lakin pul çıxartmaq üçün bankomata getsə də pulun hələ köçmədiyini görmüş və İsrafilə pulu köçəndən sonra həmin məbləği qaytaracağını qeyd etmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir və ona qanun çərçivəsində cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, “Stil” beauty adlı salonda saç ustası kimi fəaliyyət göstərir, təqsirləndirilən şəxs salonda dırnaq ustası kimi çalışan iş yoldaşının boşandığı əri olmuşdur. Hadisə günü təqsirləndirlən şəxs boşandığı arvadının işlədiyi salona gəlmiş, o da bu salonun kişilər üçün olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ona Aygünün əri olduğunu bildirərək, yoldaşına söz demək istədiyini və salonda olan digər şəxslərin çölə çıxmasını bildirmişdir. İsrafilin salona nə üçün gəlməsi barədə məlumatı olmamışdır. Çöldə olarkən səs-küyü, Aygünün “Ay” dediyini eşitmiş salona daxil olaraq Aygünün yerə yıxıldığını və İsraflin əlində bıçaq olduğu görmüşdür. Aygün və İsrafil arasında salonda olan söhbəti, Aygünün İsrafilə onu vurmamaq üçün nəsə deməsini eşitməmişdir. Aygün ona İsrafilin ailəsinə, uşaqlarına maddi və mənəvi qayğı göstərmədiyini bildirərək, İsrafilin aliment məbləğinin onun kartından silindiyini qeyd etməsinə baxmayaraq həmin məbləğin ona ödənilməməsindən gileylənmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, təxminən 4-5 ildir ki, “Still beauty” gözəlik salonunda saç ustası kimi fəaliyyət göstərir. Zərərçəkmiş şəxs təxminən 2020-ci ildən tanıyır. Aygünün əri Təqsirləndirilən şəxs isə tanımırmış. Aygün əvvəllər başqa gözəllik salonunda işləmiş, təxminən 2020-ci ildə isə hazırda işlədiyi “Stil” beauty gözəllik salonuna işə düzəlmişdir. Aygün səmimi, mehriban, sakit, öz işində gücündə, tərbiyəli qadın olmuşdur. Onun nə vaxtsa artıq-əskik hərəkət etdiyini, əxlaqsız davranış sərgilədiyini görməmişdir. Geyindiyi geyimlər də açıq-saçıq deyilmiş. Aygün ərindən həmişə narazılıq edirmiş. Belə ki, deyirmiş ki, əvvəllər əri İsrafillə münasibəti yaxşı olmuş, lakin sonradan əri ona bir neçə dəfə başqa qadınlarla xəyanət etmiş, bu səbəblə də aralarında münasibət soyuqlaşmış, xüsusilə İsrafil işi ilə əlaqədar Lənkəran rayonuna köçmüş və buna görə də münasibətləri lap da soyuqlaşmışdır. Aygün deyirmiş ki, əri ailəsinə yaxşı baxmır, onlara qayğı göstərmir, evə çox az pul göndərir, bu da onların dolanışığını təmin etməyə kifayət etmir. Aygünün işləməsinin əsas səbəbi də ailəsinin dolanışığını təmin etmək olmuşdur. Əri ümumiyyətlə ayda iki-üç gün gəlir onda da heç münasibətləri olmur və ancaq qızı ilə vaxt keçirib qayıdır. Aygün əri aiəsinə qarşı laqeyd münasibət göstərdiyi üçün ondan boşanmaq qərarına gəlibmiş. Deyirmiş ki, məhkəməyə müraciət edib, lakin İsrafil məhkəmə iclaslarına gəlmir. Aygünün sözlərindən bilir ki, yaşadığı evin birinci mərtəbəsini kirayəyə veribdir. Konkret iş saatları olmasa da, adətən səhər saat 10:00-11:00 radələrində işə gəlib, saat 20:00 radələrində işdən çıxırmışlar. Hava qaralan vaxtlarda işdən çıxdıqları hallarda evi yaxın olsa belə Aygün böyük oğlunu çağırırmış və onunla birgə evə qayıdırmış. Həmçinin günorta saatlarında evə gedib övladlarına yemək verib qayıdırmış. Aygün demək olar ki, ancaq evdən işə, işdən evə gedib-gəlirmiş. Bəzən bir yerdə harasa istirahət edib yemək yeməyə getdikləri zamanlarda da övladları ilə birgə gəlirmiş. Aygün ərindən boşandıqdan sonra ona söhbət etmişdir ki, İsrafil aliment tutulduğu üçün Aygündən özünə pul istəyib, lakin Aygün hələki alimentin pulunu əldə edə bilmədiyinə görə İsrafilə pul göndərə bilməyibdir. Buna görə də aralarında narazılıq olubdur.Hadisənin mahiyyəti üzrə bildirmişdir ki, 13 aprel 2023-cü il tarixdə işdə olmuş, saat 11:30 radələrində işə gəlmiş, salona çatdıqda Aygünün və onların daimi müştəriləri olan Şahid2 orada olduğunu görmüşdür. Bir qədər söhbətləşdikdən sonra Aygün çay dəmləmək üçün salonun içərisində arakəsmə ilə ayrılmış mətbəxə keçmiş, elə həmin dəqiqələrdə tanımadığı bir nəfər kişi salona gəlib Aygünü soruşmuş, bu zaman Solmaz ondan kim olduğunu soruşmuş, o isə Aygünün əri İsrafil olduğunu demiş və onlardan söhbət etmək üçün icazə verməklərini istəmişdir. Həmin vaxt Aygün də mətbəxin girişi tərəfdə dayanaraq İsrafilə demişdir ki, “evdə danışarıq”. İsrafil isə qısaca danışıb gedəcəyini bildirmiş, Aygün onlardan xahiş etdiyi üçün Solmazla birgə çölə çıxmışdır. Çöldə Solmazla danışan zaman ona Aygünlə olan söhbətlərini danışıb bildirmişdir ki, Aygünün əri ondan alimentə görə tutulan puldan istəyirmiş, Aygün isə pulun uşaqlarının haqqı olduğunu deyirmiş. Təxminən 4-5 dəqiqə sonra Solmaz salonun qapısını açıb “söhbətinizi evdə edin, mən müştəriyəm, küçədə niyə dayanmalıyam” demiş, həmin vaxt qapı açıldığı üçün hər ikisinin sakit vəziyyətdə olduğunu görmüşdür. Aygün söhbəti yekunlaşdırdıqlarını bildirmişdir. Solmaz qapını örtdükdə ona demişdir ki, birdən İsrafil Aygünü döyər. Elə həmin an Ayün “Ay mama” deyə qışqırmışdır. Solmazla birgə dərhal içəri daxil olmuşlar. Həmin an İsrafilin Aygünü yerə yıxaraq ona zərbə endirdiyini görmüşdür. Aygün “Ay mama kömək edin”, “nolar vurma” deyib kömək istəyirmiş. Solmazla hər ikisi İsrafilin onu yumruqla döydüyünü zənn edib kömək etmək üçün onlara yaxınlaşdıqda İsrafilin əlində bıçaq olduğunu görmüşdür. İsrafil dayanmadan Aygünə bıçaqla zərbələr endirirmiş. Zərbələr ardıcıl və çoxsaylı olduğu, həmçinin qorxduğu üçün konkret olaraq hansı nahiyələrə və neçə dəfə zərbə vurduğunu görə bilməmişdir. Solmaz qorxub bayıra doğru getmişdir. O isə qorxub küncə qısılıb dayanmışdır. Həmin an Aygün İsrafilin əlindən çıxıb iməkləyərək çölə çıxmaq istəyəndə İsrafil onun paltarından yapışıb yenə də bıçaq zərbələri vurmuşdur. Hətta sonuncu zərbəni vurduqdan sonra Aygün yerdə qıvrılarkən İsrafil ona “sənə beləmi lazım idi” deyib sakit şəkildə salondan çıxıb getmişdir. Bundan sonra ətrafdakı insanlardan təcili yardım çağırmaqlarını xahiş etmişdir. Aygün əri ilə təxminən 4-5 dəqiqə ərzində söhbət etmişlər. Salon yol kənarında yerləşdiyindən səslərini eşitməmişdir. Zərərçəkmiş şəxs həyatında yad kişi olmamışdır. Çünki adətən bir yerdə olurmuşlar və heç vaxt onun hansısa yad kişi ilə görüşdüyünü, danışdığını görməmişdir. Əgər elə bir məsələ olsa imiş bu barədə ona məlumat verərmiş. Həmçinin adətən hər kəs sevgi münasibətində olan şəxslərlə mütəmadi əlaqə saxlayır, lakin Aygünün kiminləsə sevgi münasibəti ilə əlaqədar telefonla və ya başqa formada əlaqə saxladığını görməmişdir. Aygün “***-***-**-**” saylı mobil nömərdən və ağ rəngli, “Samsung” markalı, ekranı ortadan qatdalanan mobil telefon işlədirmiş, dərslərindən yayınmasın deyə oğlunun da telefonunu özü ilə gətirirmişdir. Şahid1 ifadələri arasındakı ziddiyyətlərlə bağlı suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edir, həqiqətən Aygünün “Ay mama mənə kömək et” deməsini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Aygünün işlədiyi salona müştəri olaraq gəlmiş, İsrafil qapını icazəsiz açıb salona daxil olarkən o, etirazını bildirmişdir. Aygünün işlədiyi salonun daimi müştərisi olmuş, ora hadisə baş verən günə qədər kişi cinsindən heç kəs gəlməmişdir. İsrafil salona daxil olaraq özünü Aygünün həyat yoldaşı kimi təqdim etmiş və Aygün salonda olanlardan salonu beş dəqiqəlik tərk etmələrini xahiş etmişdir. Həmin müddət ərzində o, 3 dəfə salonun qapısını açaraq İsrafilə qadın olduqlarını və çöldə gözlədiklərini bildirmişdir. Aygünün əri İsrafil tərəfindən şiddətə məruz qalması və ailəsinə baxmaması barədə məlumatı olmuş, Aygün döyülməsi nəticəsində üzündə yaranan qanlı yaraların şəkilini ona göstərmişdir. Çöldə olarkən səs-küy eşitmiş, salona daxil olaraq İsrafilin Aygünü yumruqla vurduğunu zənn etmiş, həmçinin Aygünün İsrafilə ona toxunmaması üçün aman diləyən yalvarışlarını eşitmişdir. Salona daxil olarkən İsrafili Aygünün üzərindən qaldırmaq istəmiş,lakin arxaya doğru istiqamətlənərkən İsrafilin əlindəki bıçağı görmüş, onları ayırmağa çalışsa da, İsrafil bıçaq zərbələrini endirməyə davam etmişdir. Aygün və İsrafil salonda tək olarkən, onların söhbətlərini eşitməmişdir. Aygün uşaqlarına bağlı yalnız övladlarının gələcəyi üçün çalışan ana olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, İsrafili iş yerindən tanımış, onunla yaxın münasibəti olmuş, İsrafilin arvadından ayrılması və hər ay ailəsinə pul göndərməsi, son ayda maaşından tutulmaların olması barədə məlumatlar sonuncu tərəfindən verilmişdir. Təqsirləndirilən şəxsla kəbin nikahı olmuş, onun ailəli olduğunu, kirayə pulunun hər ay Aygünə çatması barədə məlumatı olmuşdur. Aygün və İsrafil arasında qısqanclıq və digər zəmində narazıçılığın olduğunu bilməmişdir. İsrafillə olan kəbin nikahından övladı olmamış, onunla iki ildir ki münasibətdə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs Qədir oğlu ifadə verərək göstərmişdir ki, oğlu İsrafillə gəlini Aygün arasında mübahisələr olmasına baxmayaraq, onların ailələrinin dağılmaması üçün dəfələrlə tədbirlər görmüş, boşanmalarının səbəbini bilməmişdir. Oğlu İsrafil “Bazar Store” marketlər şəbəkəsində 10 il satıcı vəzifəsində, 10 il isə müdir vəzifəsində işləmişdir. Aygün eyni zamanda İsrafilin xalası qızı olmuşdur. İsrafilə ailəsini dağıtmasının pis bir hal olduğunu deyərək, Aygünlə boşanmamalarını bildirmişdir. Aygün bir dəfə bıçaqla İsrafilin ürəyinə vurmaq istəmiş, İsrafil həmin bıçağa müdaxilə edən zaman bıçaq onun əlinin bir tərəfindən girib digər tərəfindən çıxmışdır. Aygünün boşanma ərizəsi yaşadığı ünvana çatdıqdan sonra onun boşanma barədə qərarlı olduğunu bilmişdir. İsrafil və Aygün arasında olan aliment söhbətindən də xəbərdar olmamışdır. İsrafil bayramda evinə gələn zaman boşanma ərizəsini ona vermişdir. İsrafil boşanma ərizəsini götürdükdən sonra oradan uzaqlaşmışdır. İsrafilin Aygünü öldürdüyünü eşitdikdən sonra yoldaşını da götürüb hadisə yerinə getmişdir. İsrafilin Aygünü öldürmə səbəbini bilməmiş, ibtidai istintaq zamanı oğlunun Xaçmaz və Lənkəranda başqa bir qadınla qeyri-rəsmi yaşadığından məlumatlı olmuşdur. Gəlini Aygünün başqa adamlarla münasibəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hadisə baş verən yerdə olmamış, qışqırıq səslərini eşitdikdən sonra çölə çıxmış, bir şəxsin ağ rəngli avtomobilə əyləşdiyini görmüşdür. Zərərçəkmiş şəxs ilə yaxın münasibətləri olmadığını, onu yaxşı işçi kimi tanıdığını bildirmişdir. Zərərçəkmiş şəxs uşaqlarına tək baxdığına görə gileylənməsi barədə məlumatı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, cinayət hadisəsi yaşadığı evin alt mərtəbəsində yerləşən gözəllik salonunda baş vermişdir. Hadisəni ancaq evinin kamerasındakı videogörüntülərdən görmüşdür. Hadisə baş verən zaman evdə olmamışdır.Təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında söz-söhbətin olmasını eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, baş verən cinayət hadisəsindən sonralar xəbər tutmuşdur. Atası birinci mərtəbədə olan evin kirayə pulunu anasından istəmiş, anası kirayədə qalan şəxslərin hələ evin aylıq kirayə haqqını ödəmədiyini və pulu ödəniş edildikdən sonra göndərəcəyini bildirmişdir. Özü də kartı yoxlayaraq pulun hələ köçmədiyini görmüşdür. Ata və anası boşanmış , alimentlə bağlı ana və atasının arasında narazıçılıqlar olmuşdur. Atasının alimentə bağlı bir neçə aylıq borcu yaranmış və anasına “lazım olsa işdən çıxacağam, amma pulu ödəməyəcəyəm” dediyini bildirmişdir. Təqsirləndirilən şəxsla arasında normal münasibətlər olmuş, atası alimentdən savayı onlara maddi kömək göstərmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid3 Qəhraman qızının ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, təxminən 2020-ci ildəndir “Still beauty” gözəlik salonunda hicama ustası kimi fəaliyyət göstərir. O, gözəllik salonunun aşağı hissəsində yerləşən obyektdə olur Zərərçəkmiş şəxs təxminən 2020-ci ildəndir tanıyır. Aygünün əri Təqsirləndirilən şəxs isə tanımırmış. Aygünün işlədiyi obyektlə onun işlədiyi obyekt fərqli olsa da, eyni binada olduqları üçün onu tez-tez görə bilirmiş. Aygünlə xarakter cəhətdən sakit təbiətli və mehriban insan imiş, onun hər hansı əxlaqsız hərəkətini görməmiş, hər hansı şəxslə sevgi münasibəti olub-olmamasını nə görməmiş, nə də eşitməmişdir. Onunla bəzən söhbət edirmiş və deyirmiş ki, əri ilə münasibəti yaxşı deyil, çünki əri ailəsinə laqeyd yanaşır. Ərinin başqa qadınlarla münasibəti olduğunu bildirirmiş. Hətta işləməsinin səbəbinin də övladlarına daha yaxşı şərait qurmaq olduğunu deyirmiş. Onunla söhbətlərindən bilir ki, Aygün əri İsrafildən boşanmaq istəyirmiş və bu barədə məhkəməyə də müraciət etmişdir. Bundan əlavə hər hansı məlumatı yoxdur. Hadisənin mahiyyəti üzrə bildirmişdir ki, 13 aprel 2023-cü il tarixdə gözəllik salonunun aşağı mərtəbəsində öz obyektində olmuşdur. Saat 11:30 radələrində Aygünün işlədiyi yuxarı mərtəbədən qışqırıq səsləri eşitmiş, tez çölə çıxmışdır. Həmin vaxt Solmaz adlı daimi müştərilərinin salonun qarşısında ağladığını görmüş, bu zaman sonradan Aygünün əri İsrafil Yusfov olduğunu bildiyi şəxs də salondan çıxıb asta addımlarla təmkinli şəkildə orada dayanmış avtomobilə doğru getmişdir. Dərhal salonun içərisinə daxil olmuş, salonda işləyən Elnarə də içəridə imiş. Aygün isə salonun giriş qapısının qarşısında yerdə uzanmış vəziyyətdə imiş. Aygün hələ də xırıldayıb hərəkət edirmiş. Lakin səsi çıxmırmış, çünki onun boğazından qan axdığı görünürmüş. Aygünün qolları da kəsilibmiş. Həmçinin sinə nahiyəsinə bıçaq sancılıb qalıbmış. Bundan sonra ətrafdakı insanlardan da polisə və təcili yardıma məlumat verməsini xahiş etmişlər. Aygün ancaq uşaqları üçün çalışırmış. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid4 ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, təxminən 2021-ci ilin yay aylarında hazırda xatırlamadığı makler vasitəçiliyi ilə hazırda yaşadığı evi tapmış, həmin evə baxmağa getdikdə ev sahibi Aygün və onun əri İsrafil ilə söhbət edib evi 250 manat kirayə haqqına kirayəyə götürməyə razılaşmışdır. Evin birinci mərtəbəsində o, öz azyaşlı övladıyla, ikinci mərtəbəsində isə Aygün üç övladı ilə birgə yaşayırmış. Bundan başqa onlarla qonşuluqda Aygünün qohumları da yaşayır. Elə həmin tarixlərdən hazırda işlədiyi Bakı şəhəri, Keşlə qəsəbəsində yerləşən tütün zavodunda xadimə kimi işlədiyi üçün hər gün səhər saat 06:00 radələrindən saat 19:00 radələrinədək işdə olur. Həftənin altıncı və bazar günləri istirahət günləridir. İş günləri olduğu zaman evə qayıdıb yemək yeyib tez saatlarda yatır. İstirahət günlərində isə adətən evdə təmizlik işləri ilə məşğul olur. Qonuşlarla münasibət saxlamır. Heç Aygünün özü ilə də yaxın münasibəti yox imiş. Onunla nadir hallarda söhbət edirmiş. Həmin söhbətlərdə əri ilə bağlı heçnə danışmamışdır. Evin kirayə haqqını Aygünün özünə verirmiş. Hətta pulu olmadığı üçün kirayə haqqını bir neçə dəfə gecikdirsə də, Aygün buna heç vaxt problem yaratmamışdır. Aygünün ona göstərdiyi münasibətdən onun yaxşı xarakterli biri olduğu, geyim tərzindən, hərəkətlərindən əxlaqlı, zəhmətkeş qadın olduğu görünürmüş. İsrafili isə kirayəyə yaşamağa başladıqdan sonra bir və ya iki dəfə qızını gəzdirərkən görmüş, onunla hər hansı formada ünsiyyəti olmamışdır. X7 rayonunda işlədiyini bilirmiş. Hətta işdən də gec qayıdanda oğlu gedib onu gətirirmiş. Bundan başqa gün ərzində gözəllik salonunda işdə olurmuş və günortalar da tez evə gəlib övladlarına yemək-içmək verib təzədən evə qayıdırmış. Aygün evə gələndən sonra ancaq evdə olurmuş və demək olar onu küçədə görməmişdir. Aygünlə İsrafilin nə vaxtsa mübahisə etdiklərini görməmiş və ya eşitməmişdir. Aygün yalnız övladlarının dolanışığını təmin etmək üçün işləyirmiş. Aygünlə İsrafilin boşanmasından hadisə baş verdikdən sonra məlumatı olmuşdur.13 aprel 2023-cü il tarixdə səhər saatlarından axşam saatlarınadək işdə olmuş, evə qayıtdıqdan sonra da qonşulardan heç kimlə əlaqə saxlamadığı üçün Aygünün öldürlüməsi barədə məlumatı olmamış, sonradan məlumatı olmuşdur ki, Aygünün əri İsrafil onu işlədiyi gözəllik salonunda qəsdən öldürmüşdür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 13 aprel 2023-cü il tarixli hadisə yerinə baxış protokolu və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, “hadisə yeri ünvan 3 ünvanında yerləşən “Stil Beauty” qadın gözəllik salonudur. Küçə ilə hərəkət etdikdə yolun sağ və sol tərəfində yaşayış binaları və iaşə obyektləri vardır. Yolda insanların və avtomobillərin mütəmadi hərəkət etdiyi müşahidə olunur. Hadisə baş verən gözəllik salonunun qarşısında polis əməkdaşları və mülki geyimli şəxslər vardır. Hadisə baş verən gözəllik salonu fasadı sarı rəngli aqlayla əhatə olunmuş üçmərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Salonun qarşısındakı pilləkənlərlə qalxdıqda gözəllik salonunun giriş qapısının ağ rəngli plastik materialdan olduğu görünür. Qapı örtülü vəziyyətdədir. Qapının yuxarı hissəsində “Stil beauty” yazıları, o cümlədən qapının üzərində reklam xarakterli qadın fotoşəkilləri vardır. Giriş qapısından sağda divara bərkidilmiş lövhənin üzərində salonda göstərilən xidmətlər əks olunmuşdur. Giriş qapısının eni 72 sm, uzunluğu 190 sm-dir. Gözəllik salonuna daxil olduqda otağın giriş qapısının yerləşdiyi divarı şərti olaraq “1”, giriş qapısından sol tərəfdəki divarı şərti olaraq “2”, giriş qapısı ilə üzbəüz divarı şərti olaraq “3”, giriş qapısından sağdakı divarı şərti olaraq “4” rəqəmi ilə işarələnmişdir. Otağın uzunluğu 950 sm, eni 425 sm-dir. Otağın döşəməsi tünd-boz rəngli kafellərlə, tavanı isə qırmızı-qara rəngli kvadrat formalı lambirlə əhatə olunmuşdur. Salona daxil olan kimi giriş qapısının qarşısı tərəfdə döşəmənin üzərində bir nəfər qadın cinsli meyit olduğu görünür. Meyitin ətrafında meyitdən giriş qapısına doğru yayılmış formada döşəmədə qanabənzər ləkələr vardır. Həmin qanabənzər ləkələrdən iki ədəd tampon nümunə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Hadisə yerinə baxışda iştirak edən Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin təhqiqatçısı Nurəddin Firudinli həmin meyitin Zərərçəkmiş şəxs meyiti olduğunu bildirdi. Meyit arxası üstə uzanmış vəziyyətdədir. Başı “2” və “3” nömrəli divarların kəsişməsi istiqamətinə doğru istiqamətlənmişdir. Hər iki qollar başı bərabərində və başı ilə eyni istiqamətdə uzanmışdır. Qollan dirsəkdən yarı bükülüdür. Ayaqları başının əksi istiqamətində dizdən açılmış vəziyyətdə uzanmışdır. Meyitin sağ qolu “1” nömrəli divardan 130 sm, sağ ayağı isə həmin divardan 54 sm məsafədədir. Meyitin üzərində qara rəngli uzunqol köynək, qara rəngli şalvar və qara rəngli ayaqqabı vardır. Meyitin bədən səthində çoxsaylı xəsarət izləri olduğu müşahidə olunur. Meyitin sinə nahiyyəsində ürəyə yaxın hissəyə bir ədəd gümüşü rəngli qatlanmayan bıçaq sancılmışdır. Həmçinin boğaz nahiyəsində də xəsarət izi vardır. Meyitin sağ said və sol bazu nahiyyələrində kəsilməyədeşilməyə xarakterik iri ölçülü xəsarət izləri, o cümlədən sol böyür nahiyəsində digər bir kiçik ölçülü xəsarət izi vardır. Meyitin bədəninin digər nahiyyələrində də qanabənzər ləkələr olduğu görünür, lakin meyit paltarda olduğu üçün bədəninin digər nahiyələrində olan xəsarətlərin dəqiq olaraq hansı nahiyələrdə olmasını gözlə müşahidə etmək olmur. Meyitin sol ayağından “3” nömrəli divar istiqamətində 60-90 sm məsafədə döşəmdə döşəmə boyu yayılmış qanabənzər ləkələr vardır. Həmin qanabənzər ləkələrdən bir ədəd tamponda nümunə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. “3” nömrəli divara bitişik, divar boyu qırmızı rəngli stend və həmin divar boyu güzgü uzanmışdır. Stendin üzərində kosmetik vasitələr düzülmüşdür. Stendin qarşısı tərəfdə müştərilərin əyləşməsi üçün nəzərdə tutulmuş stullar vardır. Stendin üzərindəki və Zərərçəkmiş şəxs məxsus olduğu görünən qadın əl çantasının içərisində olan bir ədəd “Samsung” markalı, sarı rəngli və həmin çantanın yanında olan “Samsung” markalı ağ rəngli mobil telefonlar araşdırma üzrə əhəmiyyət kəsb edə biləcəyi üçün müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Stendin siyirmələri açılaraq yoxlanılmış, lakin araşdırma üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar olunmamışdır. Otağın içərisində sağ küncdə “4” nömrəli divarla “1” nömrəli divarın kəsişməsində içərisində stul, saç yumaq üçün nəzərdə tutulmuş uvalnik, kiçik ölçülü şkaf və kosmetik vasitələr vardır. Otağın “2” nömrəli divarına bitişik paltar şkafı vardır. Şkafın içərisində qadın geyimləri və kosmetik vasitələr vardır. Həmin şkafdan sağda “2” nömrəli divarda digər bir kiçik perimetrli otağa keçid vardır. Həmin otağa daxil olduqda sol tərəfdə mətbəx olduğu görünür. Mətbəxdə içərisində və üzərində qab-qacaq yığılmış şkaf vardır. Mətbəx yerləşən otağa daxil olduqda sağ divarda başqa bir plastik giriş qapısı vardır. Həmin qapıdan içəri daxil olduqda ayaqyolu olduğu görünür. Həmin otaqlarda araşdırma üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar olunmamışdır. Salonun içərisində “2” nömrəli divara bitişik olan şkafdan yuxarıda tavanda bir ədəd videomüşahidə kamerası quraşdırıldığı görünür. Həmin video-müşahidə kamerası meyitin olduğu yerə doğru istiqamətlənmişdir. Hadisə yerinə baxışda iştirak edən Şahid7 videomüşahidə kamerasının işlək vəziyyətdə olduğunu bildirmişdir. Video-müşahidə kamerasının yaddaş blokunun saxlanıldığı otağa daxil olunmuşdur. İçərisində araşdırma üçün əhəmiyyət kəsb edən məlumatların olması nəzərə alınaraq video-müşahidə kameralarının “HİKVİSİON” markalı yaddaş bloku müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Zərərçəkmiş şəxs meyiti müayinə olunması üçün MTE və PA birliyinin Binəqədi rayon şöbəsinə göndərilmişdir.(cild 1, iş vərəqi 4-27). 13 aprel 2023-cü il tarixli meyitə baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, meyit qadın cinslidir, düzgün bədən quruluşlu kafi köklükdədir. Uzanmış vəziyyətdə boyun uzunluğu 157 sm-dir. Meyitin sifətinin daha çox sol yarısı çənəltı nahiyə, boyun nahiyəsi, doş qəfəsinin ön arxa və səthlərinin yuxarı yarısı, sağ və sol ətraflarının ayrı-ayrı nahiyələri tünd qırmızı rəngdə qismən qurudulmuş və nəm halda qanabənzər maddə ilə çirklənmişdir. Əllə toxunduqda meyitin ətraflarının dərisi soyuqdur, avazmış-boz rəngdədir, qoltuqaltı və qasıq nahiyələrində nisbətən istihaldır. Meyit qacıması çeynəmə qrup əzələlərində inkişaf etməmişdir. Meyit ləkələri təyin edilmir. Meyitin başı düzgün formamdır, baş tükləri əsasında qara rəngdə, uclarında sarımtılqəhvəyimtil rəngdədir, 30-35 sm uzunluğdadır. Əllədikdə kəllə qapağı sümüklərində patoloji hərəkətlilik və krepitasiya müəyyən edilmədi. Qulaq seyvanları oval şəkillidir tamdır.Xarici qulaq keçəcəkləri azaddır, ifrazatsızdır. Üz skeleti sümüklərini və burun sümük və qığırdaqlarını əllədikdə patoloji hərəkətlilik və krepitasiya müəyyən edilmədi. Burun dəliklərindən sol yanağa doğru cüzi miqdarda tünd qırmızı rəngdə qan ifrazatı vardır, ağız yarığından ifrazat müəyyən edilmir. Gözləri cuzi açıqdır, göz almalarının konyuktiva qişasına qansızmalar yoxdur, bəbəklər dairəvidir, 0.4 sm diametrindədir. Ağzı bir qədər açıqdır, dodaqların selikli qişa keçidi avazımış-boz rəngdədir. Ağzında görünən bütün dişləri təbii və tamdır. Boynu gövdəyə müvafiq inkişaf etmişdir, adi qalınlıqda və uzunluqdadır. Döş qəfəsi yastılaşmış silindirik formadadır, simmetirikdir. Əllədikdə döş qəfəsini təşkil edən sümüklərdə patoloji hərəkətlilik və krepitasiya müəyyən edilmədi. Baxış zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd qara rəngdə uzunqol köynək, 01 ədəd qırmızı rəngdə büstqalter, 01 ədəd qara rəngdə şalvar, 01 ədəd açıq yaşıl rəngdə qadın alt tumanı, 01 ədəd cüt qara rəngdə şalvar, 01 ədəd açıq yaşıl rəngdə qadın alt tumanı, 01 cüt qara rəngdə ayaqqabı, 01 cüt dəri rəngində qısa boğazlı kapron corab və 01 ədəd gümüşü rəngli qatlanmayan bıçaq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür.( cild 1, iş vərəqi 29-37). 13 aprel 2023-cü il tarixli “HİKVİSİON” markalı yaddaş blokunda olan videogörüntülərə baxış protokolu və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, “yaddaş bloku ağ rəngdədir, ön tərəfində “ata güvənlik təhlükəsizlik sistemləri servis mərkəzi ***- ***-**-** www.guvenlik.az" yazıları vardır. Yaddaş bloku “hp” markalı monitora qoşularaq açıldıqda yaddaş blokundakı vaxt rejiminin real vaxt rejimindən 01 saat 24 dəqiqə fərqləndiyi görünür. Yaddaş blokunun vaxt rejimi saat 13:51-i göstərsə də, real vaxt rejimində saat 15:15-dir. Yaddaş blokunda olan xx.xx.2023-cü il saat 10:06-dən saat 10:19-a qədər olan “A10 2023- 04-13” adlı fayl açıldıqda hadisəni özündə əks etdirən video-görüntülər olduğu görünür. Video-görüntü 12 dəqiqə 59 saniyəlikdir. Video-görüntü açıldıqda monitorun sol yuxarı küncündə vaxt və tarix əks olunur, sağ aşağı küncündə isə “Camera 10" yazisl vardır. Video-görüntüdə səs yoxdur.Video-görüntüdən görünür ki, video-görüntünün öz üzərində əks olunmuş vaxt rejimi ilə saat 10:06-da Zərərçəkmiş şəxs və Şahid2 gözəllik salonun giriş qapısının yerləşdiyi divara bitişik divanda oturaraq söhbət edirlər. Saat 10:07- də Şahid1 salona daxil olur və söhbətə qoşulur. Saat 10:08-də Zərərçəkmiş şəxs mətbəxə doğru gedir. Saat 10:10:00-da Təqsirləndirilən şəxs gözəllik salonuna daxil olur və üzünü Şahid2 və Şahid1 doğru çevirərək söhbət etdiyi görünür. Ardınca Şahid2 və Şahid1 üzü mətbəx istiqamətinə doğru baxıb söhbət edə-edə salondan çölə çıxırlar. Saat 10:1T.00-da Zərərçəkmiş şəxs mətbəxdən çıxıb dayanır və Təqsirləndirilən şəxsla söhbət etməyə başlayır. Zərərçəkmiş şəxs əynində qara rəngli şalvar, qara rəngli uzunqol köynək və qara rəngli ayaqqabı, İsrafili Yusifovun əynində İsə tünd göy rəgli qolsuz gödəkçə, boz rəngli uzunqol kofta, boz rəngli şalvar, qara rəngli ayqqabı olduğu görünür. Həmin dəqiqədə Zərərçəkmiş şəxs gözəllik salonundakı stendə doğru yaxınlaşaraq oradan mobil telefonunu götürüb yenidən Təqsirləndirilən şəxs yanına qayıdıb salonun mərkəzində söhbət etməyə davam edir. Təqsirləndirilən şəxs hər iki əlini şalvarının yan ciblərinə qoyaraq söhbət edir. Zərərçəkmiş şəxs üzü salonun giriş qapısına, Təqsirləndirilən şəxs isə onunla üzbəüz dayanmışdır. Saat 10:13:40-da gözəllik salonunun giriş qapısı açılır, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs giriş qapısına doğru baxırlar. Ardınca salonun giriş qapısı örtülür və Təqsirləndirilən şəxs hər İki əlini əynindəki gödəkçənin yan ciblərinə qoyur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs doğru baxaraq sol əli ilə salonun giriş qapısını göstərir. Bundan dərhal sonra saat 10:13:58-də Təqsirləndirilən şəxs sağ əlini cibindən çıxararaq həmin əlində tutduğu bıçağı birbaşa Zərərçəkmiş şəxs sol böyür nahiyəsinə doğru vurur. Zərərçəkmiş şəxs bıçaq ona dəydikdən sonra geriyə stendə doğru çəkilir və qolları ilə özünü müdafiə etməyə çalışır. Təqsirləndirilən şəxs isə onun üzərinə doğru gedərək yenidən bıçaq zərbələri endirir. Zərərçəkmiş şəxs müvazinətini itirərək kürəyi üstə yerə yıxılır. Zərərçəkmiş şəxs yerə yıxıldıqdan sonra ayaqları ilə müqavimət göstərməyə çalışsa da, Təqsirləndirilən şəxs əli ilə onun ayaqlarını kənara doğru itələyərək ona ardıcıl bıçaq zərbələri vurur. Saat 10:14:01-də Şahid2 və Şahid1 salona daxil olaraq Zərərçəkmiş şəxs kömək etməyə çalışsalar da, Təqsirləndirilən şəxs yaxınlaşan kimi qorxmağa xarakterik hərəkətlər nümayiş etdirərək geriyə çəkilirlər. Bu zaman Zərərçəkmiş şəxs döşəmədə üzüstə çevirilir. İsrafil Yuisof isə onun kürək nahiyəsinə ardıcıl olaraq üç dəfə bıçaq zərbələri endirməyə davam edir. Həmin anda Zərərçəkmiş şəxs iməkləyərək Təqsirləndirilən şəxs uzaqlaşıb salonun giriş qapısına doğru getmək istəsə də, sonuncu salonun giriş qapısının qarşısında Zərərçəkmiş şəxs əynindəki köynəyinin bel hissəsindən tutaraq onu geriyə çəkir və kürək nahiyəsinə bir dəfə bıçaq zərbəsi vurur. Dərhal sonra Zərərçəkmiş şəxs kürəyi üstə döşəmədə uzanır. Təqsirləndirilən şəxs isə sağ əlində tutduğu bıçağı Zərərçəkmiş şəxs sinə nahiyəsinə bir zərbə ilə sancıb əlini çəkir. Zərərçəkmiş şəxs hələ də ayaqlarını, qollarını və başını hərəkət etdirdiyi görünür. Təqsirləndirilən şəxs bıçağı sancdıqdan sonra saat 10:14:17-də Zərərçəkmiş şəxs yanında ayaq üstə dayanıb sol əlini ona doğru uzadıb, yelləməklə hədələyir və daha sonra salondan çölə çıxır. Təqsirləndirilən şəxs salondan getdikdən sonra da Zərərçəkmiş şəxs ayaqlarını, qollarını və başını hərəkət etdirməyə davam etdiyi görünür. Saat 10:14:39-da Şahid3 salona daxil olur. Saat 10:15:10- dan sonra Zərərçəkmiş şəxs hərəkət etməyi tamamilə dayanadırır.Yaddaş blokunda olan 'A10 2023-04-13” adlı fayl bir ədəd “CD-R" diskinə köçürülərək götürülmüşdür.” ( cild 1, iş vərəqi 38-49). xx.xx.2023-cü il tarixli “Təqsirini boynuna almaqla könüllü gəlmə” haqqında protokoldan görünür ki, xx.xx.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Ə.Ağayev küçəsi, ev 13-də qeydiyyatda olmaqla, Lənkəran rayonunda yaşayan Təqsirləndirilən şəxs 13 aprel 2023-cü il tarixdə saat 12:45-də Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə gedərək, rəsmi nikah münasibətlərində olduğu arvadı xx.xx.1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs öldürdüyünü bildirmişdir (cild 1, iş vərəqi 56). 14 aprel 2023-cü il tarixli Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi paltarlara baxış protokolundan görünür ki, 01 ədəd tünd göy rəngli qolsuz gödəkcənin üzərində qanabənzər ləkələr və sağ yan cibinin üzərində zədə vardır, gözlə görünən digər hər hansı zədə yoxdur. 01 ədəd bozumtul rəngli üçdüymə koftanın üzərində qanabənzər ləkələr vardır, üzərində gözlə görünən hər hansı zədə yoxdur. 01 ədəd boz rəngli cins şalvarın üzərində gözlə görünən hər hansı əhəmiyyət kəsb edən zədə yoxdur. 01 ədəd qara rəngli maykanın üzərində gözlə görünən hər hansı əhəmiyyət kəsb edən zədə yoxdur. 01 ədəd qara rəngli alt tumanının üzərində gözlə görünən hər hansı əhəmiyyət kəsb edən zədə yoxdur( cild 1, iş vərəqi 104). 14 aprel 2023-cü il tarixli Zərərçəkmiş şəxs meyitinin üzərində olmuş paltarlara baxış protokolu və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 01 ədəd qara rəngdə uzunqol köynəyin ön səthində müxtəlif ölçülərdə dörd ədəd, sağ qolunun aşağı-içəri hissəsində bir ədəd, sağ qolun arxa-yuxarı hissəsində bir ədəd, sol qolunun ön-yuxan hissəsində bir ədəd, sol böyür hissəsində bir ədəd dəlib-keçməyə xarakterik ümumilikdə 09 ədəd zədə vardır. 01 ədəd qara rəngdə şalvarın üzərində gözlə görünən hər hansı zədə yoxdur. 01 ədəd açıq yaşıl rəngdə qadın alt tumanının üzərində gözlə görünən hər hansı zədə yoxdur. 01 ədəd qırmızı rəngdə büstqalterin sol yan nahiyəsində bir ədəd dəlib-keçməyə xarakterik zədə vardır. 01 cüt kapron corabın üzərində gözlə görünən hər hansı zədə yoxdur. 01 cüt üzərində qızılı rəngli zəncir vardır, üzərində “Lanloux” sözləri yazılmışdır, üzərində gözlə görünən hər hansı zədə yoxdur(cild 1, iş vərəqi 105 -110). 14 aprel 2023-cü il tarixli bıçağa baxış protokolu və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, bıçaq qatlanmayan olmaqla, tiyə və dəstək hissəsindən ibarətdir. Tiyə və dəstək bir birinə bitişik olmaqla ümumilikdə gümüşü rəngli metaldandandır. Bıçağın ümumi uzunluğu 240 mm-dir. Bıçağın tiyəsi 125 mm, dəstəyi isə 115 mm uzunluqdadır. Bıçağın tiyəsinin sol səthində “KONEDİ” sözü həkk olunmuşdur. Bıçağın üzərində qanabənzər ləkələr vardır. Bıçağın üzərində gözlə görünən hər hansı zədə yoxdur ( cild 1, iş vərəqi 111-112). 14 aprel 2023-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, şübhəli şəxsə onun tanıya bildiyi əşyanı göstərmək və həmin əşyanı məhz hansı əlamətlərinə görə tanıdığını izah etmək təklif olunmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim edilən əşyaları nəzərdən keçirib göstərdi ki, hadisə zamanı 3 nömrə ilə işarələnmiş bıçaqla arvadını vurduğu bıçağı zahiri əlamətlərinə, o cümlədən gümüşü rəngdə olmasına, formasına və tiyəsinin uzunluğuna görə tanımışdır(cild 1, iş vərəqi 119-120). 14 aprel 2023-cü il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokol, həmin istintaq hərəkətinin fotoşəkilləri və videogörüntülərini əks etdirən 1 ədəd DVD diskdən görünür ki, Yusifov X5 birbaşa mağazaya gəlmiş, oradan da hadisə baş verən yerə gəlmişdir.Həmin vaxt içəridə iki nəfər tanımadığı qız olmuş, onlardan Aygünün harada olmasını soruşmuş və Aygünlə söhbət etmək üçün beş dəqiqə vaxt istəmişdir. Qadınlardan biri ondan kim olduğunu soruşmuşdur. O isə Aygünün əri olduğunu bildirmişdir. Bu zaman Aygün mətbəxdən bir-iki addım qabağa çıxmış və qızlardan onunla danışmaq üçün beş dəqiqə vaxt istəmişdir.Təqsirləndirilən şəxs döşəmənin qanabənzər ləkələr olan hissəsini göstərərək bildirdi ki, Zərərçəkmiş şəxs ilə həmin yerdə danışmağa başlamışlar. Zərərçəkmiş şəxs boşanma ərizəsi vermiş, bu səbəbdən ondan təqribən 1100 manat aliment tutulmuşdur. Bakı şəhərində yaşadıqları evin birinci mərtəbəsini Aygün onun razılığı ilə kirayə vermişdir.Telefonda danışan zaman Aygün 250 manat kirayə pulunu ona verəcəyini bildirmişdir. Aygün evin kommunallarını verdiyinə görə həmin puldan ona 150 manat verəcəyini bildirmişdir. O isə elə danışmadıqları üçün etiraz etmişdir.Bu zaman Aygün heç onu da verməyəciyini bildirmişdir. O isə Aygündən həyatında kimin olduğunu onun belə hiss olunacaq dərəcədə dəyişdiyini soruşmuşdur. Aygün isə sənə nə demişdir. Bu zaman Aygünü qorxutmaq üçün gödəkcənin sağ cibindən bıçağı çıxarıb ki, “nə sənə nə”. Bıçaq atılanda Aygünün sol nahiyəsinə girmişdir. Daha sonra döşəmənin qanabənzər ləkələr olan hissəsini əli ilə göstərib bildirdi ki, sağ cibindən bıçağı çıxarıb sağ əlində tutaraq Aygünü vurmuş, Aygün ondan uzaqlaşmış bu zaman ona tərəf keçmiş səhv etmirsə arxa kürək nahiyəsinə vurmuşdur. Təqsirləndirilən şəxs döşəmənin üzərində olan qanabənzər ləkələrin çoxluq təşkil etdiyi hissəni göstərərək bildirdi ki, ən sonda orada Aygünün sinə nahiyəsinə bıçağı vurub çıxarmışdır. Aygünün konkret olaraq hansı nahiyyələrinə neçə dəfə bıçaq zərbəsi vurması barədə ona elə gəlir ki, ilkin bıçağı vurduğu yerdə ya bir dəfə, ya iki dəfə vurmuşdur. Yerdə qalanlar yadında deyil. Etdiyi əmələ görə peşmandır.(cild 1, iş vərəqi 121-127). xx.xx.2023-cü il tarixli avtomobilə baxış protokolu və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, “baxış keçirilən avtomobil Təqsirləndirilən şəxs məxsus “Chevrolet Aveo” markalı, “99-EF- 401” dövlət qeydiyyat nömrəli minik avtomobilidir. Avtomobil ünvan 4 ünvanının yaxınlığında hərəkət yolunun sağında dayanmış vəziyyətdədir. Avtomobil ağ rəngdədir. Avtomobilin üzərində hər hansı yeni zədə izi müşahidə olunmur. Avtomobilin salonuna daxil olduqda ön sərnişin oturacağının üzərində sallofan paketdə bir ədəd “KONEDİ” markalı bıçağa məxsus qoruyucu vardır. Qoruyucunun markası ilə cinayətin aləti olan bıçağın markası eynidir. Qoruyucunun bir üzü qara rəngli, digər üzü isə şəffaf plastik materialdandır. Həmin qoruyucunun şəffaf olan üzündə, bıçağın tiyəsi yerləşməsi üçün nəzərdə tutulmuş hissədə “KONEDİ Stainles stell kitchen knife”, bıçağın dəstəyinin qurtaracağının yerləşməsi üçün nəzərdə tutulmuş hissədə isə “Cutlery” yazıları vardır. Avtomobilin sərnişin üçün nəzərdə tutulmuş ön oturacağının qarşısında yerləşən saxlanc yerində avtomobilin Təqsirləndirilən şəxs məxsus olduğunu göstərən qeydiyyat şəhadətnaməsi və Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsi vardır. Avtomobildə, o cümlədən avtomobilin saxlanc yerlərində araşdırma üşün əhəmiyyət kəsb edən digər hər hansı hal aşkar edilmədi. “KONEDİ” markalı bıçağa aid 01 ədəd qoruyucu müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür( cild 1, iş vərəqi 163-173). 16 aprel 2023-cü il tarixli “Konedi” markalı bıçağa aid qoruyucuya baxış protokolundan görünür ki, bıçaq qoruyucusunun markası ilə cinayətin aləti olan bıçağın markası eynidir. Qoruyucunun bir üzü qara rəngli, digər üzü isə şəffaf plastik materialdandır. Həmin qoruyucunun şəffaf olan üzündə, bıçağın tiyəsi yerləşdirilən hissəsində “KONEDİ Stainles stell kitchen knife”, bıçağın dəstəyinin qurtaracağı yerləşdirilən hissədə isə “Cutlery” yazıları vardır. Qoruyucunun digər üzündə də bıçaq foto-şəkilləri, “KONEDİ Stainles stell kitchen knife” və başqa yazılar vardır ( cild 1, iş vərəqi 174). 18 aprel 2023-cü il tarixli Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış protokolu və ona əlavə edilmiş fotocədvəldən görünür ki, “Samsung A70” markalı mobil telefonun üzərində “Bakcell” mobil operatoruna məxsus olan “***-***-**-**” və “Azərfon” mobil operatoruna məxsus “***-***-**-**” saylı işlək vəziyyətdə simkartlar mövcuddur.Telefonda olan “Mesajlar” bölməsinə daxil olduqda “ASB BANK”-dan xx.xx.2023-cü il tarixdə saat 01:38-də1765,50 AZN, xx.xx.2023-cü il tarixdə saat 22:12-də 1677,66 AZN, xx.xx.2023-cü il tarixdə saat 18:20-də isə 529,65 AZN məbləğində vəsaitin bank kartına köçürlüməsinə dair ismarıclar daxil olmuşdur.“Whatsapp” mobil tətbiqində “Ömrüm” adı ilə qeyd olunmuş “***-***-**-**” saylı mobil nömrə ilə danışıqlara daxil olduqda Təqsirləndirilən şəxs həmin nömrənin istifadəçisi ilə sevgi münasibətlərində olmasını göstərən məzmunda danışıqlar aparılmışdır. O cümlədən xx.xx.2023-cü il tarixdə həmin mobil nömrəyə “Aşkım gedirem Bakıya, Gedim mehkemeye” məzmununda ismarıc göndərilmişdir.“Whatsapp” mobil tətbiqində “Zehra” adı ilə qeyd olunmuş “***-***-**-**” saylı mobil nömrə ilə danışıqlara daxil olduqda həmin nömrədən müxtəlif stikerlər, hərflər və azyaşlı uşaq tərəfindən səs mətni göndərildiyi görünür(cild 1, iş vərəqi 175). 18 aprel 2023-cü il tarixli Zərərçəkmiş şəxsa istifadəsində olan “Samsung Galaxy Z Flip 3” markalı mobil telefona baxış protokolundan görünür ki, telefonun parolu “qodux2255”-dir, üzərində “Bakcell” mobil operatoruna məxsus olan “055- 277-64-76" saylı işlək vəziyyətdə simkart mövcuddur.Telefonda olan “Mesajlar” bölməsinə daxil olduqda “e- Mehkeme”-dən xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs iddia tələbinə dair 2(001 )- 6876/2022 saylı iş üzrə sonuncunun Binəqədi rayon məhkəməsində keçiriləcək xx.xx.2022-ci il tarixli məhkəmə iclasına çağınlmasına dair ismarıc daxil olmuşdur.Telefonun “Zənglər” bölməsinə daxil olduqda Təqsirləndirilən şəxs istifadəsində olan “+99***-***-**-**” saylı mobil nömrə ilə xx.xx.2022-ci il tarixdə 03 dəqiqə 42 saniyə, xx.xx.2022-ci il tarixdə 25 saniyə, xx.xx.2023-cü il tarixdə 37 saniyə, xx.xx.2023-cü il tarixdə 12 saniyəlik danışıqlar aparılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan “+99***-***-**-**” saylı mobil nömrə ilə xx.xx.2022-ci İİ tarixdə 15 saniyə, xx.xx.2022-ci il tarixdə 20 saniyəlik danışıqlar aparılmışdır.Telefonun ‘Whatsapp" mobil tətbiqinə daxil olduqda əksəriyyəti qadın cinsli olan müxtəlif şəxslərlə müxtəlif məzmunlarda danışıqlar aparıldığı görünür."Whatsapp” mobil tətbiqində Təqsirləndirilən şəxs İstifadəsində olan “+99***-***-**-**” saylı mobil nömrədən Təqsirləndirilən şəxs aliment tutulmasına narazılıq etməsi, o cümlədən sonuncunun Zərərçəkmiş şəxs evin kirayə haqqı olan 250 manat pul məbləğini tələb etməsinə dair “Bu nedi mene zeng elemişdilerki alimentle baglı.neteri şikayet vermisen poxunu yeyib get geri götür.götürmürsense sene poxda vermeyecem.get ne istirsen ele.zibil”, o cümlədən Təqsirləndirilən şəxs özünə məxsus olduğu görünən bank kartının fotoşəklini göndərməklə “Kiraye evin pulunu 250 manat.at bu kartıma”, “Gönder bu zibili” məzmunlarında ismarıclar daxil olmuş, daha sonra Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrədən Təqsirləndirilən şəxs diş həkiminin yanında olan oğlunun fotoşəkil göndərilməklə “Uşağını həkimə getirmişəm” məzmununda ismarıc göndərilmiş, bundan sonra isə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrədən “Çıxanda gönder Poxu gönder 6 ya kimi ödemeliyem” məzmununda və “Neoldu? Pul oturmadı” məzmununda ismarıclar daxil olmuşdur ( cild 1, iş vərəqi 179-183). 18 aprel 2023-cü il tarixli Zərərçəkmiş şəxsa istifadəsində olan “Samsung Galaxy A7” markalı mobil telefona baxış protokolundan görünür ki, telefonun üzərində “Bakcell” mobil operatoruna məxsus olan “***-***-**-**" saylı işlək vəziyyətdə simkart mövcuddur.Telefonun “Whatsapp” mobil tətbiqinə daxil olduqda müxtəlif şəxslərlə müxtəlif məzmunlarda danışıqlar aparıldığı görünür. Danışıqlarını məzmunundan həmin danışıqların Şahid5 tərəfindən aparıldığı görünür (cild 1, iş vərəqi 184-185). 26 aprel 2023-cü il tarixli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsindən daxil olmuş 6143 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs həmin mərkəzdə müalicədə olmamışlar( cild 1, iş vərəqi 257). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2023-ci il tarixli, xx/xx-5554 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs həmin mərkəzdə müalicədə olmayıblar və qeydiyyatda yoxdurlar( cild 2, iş vərəqi 40). Binəqədi rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndiliyindən xx.xx.2023-ci il tarixli, 5-10-2/2-104/2023 saylı məktubla daxil olmuş Təqsirləndirilən şəxs barəsində xasiyyətnamə və arayışlardan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, F.Rüstəmov küçəsi (keçmiş adı Ə.Ağayev küçəsi), ev 13a ünvanında daimi pasport qeydiyyatındadır. Təqsirləndirilən şəxs ailə tərkibi yoldaşı - 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs (mərhum), oğlu - 2006-cı il təvəllüdlü Şahid5, oğlu - 2008-ci il təvəllüdlü X10 və qızı - 2016-cı il təvəllüdlü X3 ibarətdir. ( cild 2, iş vərəqi 58-60) Binəqədi rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndiliyindən eyni məktubla daxil olmuş Zərərçəkmiş şəxs barəsində xasiyyətnamə və arayışlardan görünür ki, Zərərçəkmiş şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs Bakı şəhəri, Binəqədi ryaonu, M.Ə.Rəsulzadə qəsəbəsi, F.Rüstəmov küçəsi (keçmiş adı Ə.Ağayev küçəsi), ev 13a ünvanında daimi pasport qeydiyyatında olub. xx.xx.2023-cü il tarixdə vəfat edib. Zərərçəkmiş şəxs ailə tərkibi yoldaşı - 1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs, oğlu - 2006-cı il təvəllüdlü Şahid5, oğlu - 2008-ci il təvəllüdlü X10 və qızı - 2016-cı il təvəllüdlü X4 ibarətdir.( cild 2, iş vərəqi 61-63). Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və İnformasiya texnologiyaları idarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məhkumluqları yoxdur. (cild 2, iş vərəqi 259). X1 olaraq təqdim etdiyi 47899 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, hadisənin baş verdiyi “Still Beauty” qadın gözəllik salonunun yerləşdiyi ünvan 5 ünvanı sonuncunun xüsusi mülkiyyətindədir. Gülnarə Əsəsdovanın həmin tarixdə könüllü olaraq təqdim etdiyi əmək müqavilələrinin Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin rəsmi saytından çıxarışlarından görünür ki, sonuncu ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsi əsasında Zərərçəkmiş şəxs saç ustası, xx.xx.2022-ci il tarixli əmək müqaviləsi əsasında Şahid1 Firsən qızı saç ustası, xx.xx.2022-ci il tarixli ilə əmək müqaviləsi əsasında Şahid3 saç ustası kimi fəaliyyət göstərmişdir ( cild 2, iş vərəqi 51-54). Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001 )-578/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs ilə cavabdeh Təqsirləndirilən şəxs arasında 05 may 2007-ci il tarixdə Binəqədi rayon WADQ şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 454 nömrə ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulan xx.xx.2006-cı il təvəllüdlü Şahid5, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X6 anaları Zərərçəkmiş şəxs yarnında qalmaları müəyyən edilmiş, xx.xx.2006-cı il təvəllüdlü Şahid5, xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Təqsirləndirilən şəxs hər ay aylıq qazancının və (və ya) başqa gəlirlərinin yarısı(1 /2) miqdarında aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, aliment tutularkən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 16(001 )- 89/2022 saylı qərardadının nəzərə alınması, aliment məbləğinin 27 mart 2023-cü il tarixdən hesablanması, cavabdeh Təqsirləndirilən şəxs 55 (əlli beş) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi nəzərdə tutulmuşdur( cild 2, iş vərəqi 94-100). Bakı şəhər Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli xx/xx- 165885*19 saylı məktubdan görünür ki, Binəqədi Rayon Məhkəməsinin 16(001)- 89/2022- 002 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən mahiyyəti üzrə işə məhkəmə tərəfindən baxılıb qurtaranadək, üç uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Təqsirləndirilən şəxs qazancının və başqa gəlirlərinin yarısı miqdarında aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsinə dair icra sənədi xx.xx.2022-ci il tarixdə Binəqədi Rayon İcra Şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlama haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş qəbul edilərək tərəflərə və məhkəməyə göndərilmişdir. Aparılmış icra tədbirləri nəticəsində müəyyən edilmişdir ki, iş üzrə borclu Təqsirləndirilən şəxs "xxxx" MMC-də mağazada menecer vəzifəsində işləyir və 1427.12 manat əmək haqqı alır. Belə ki, xx.xx.2023-cü il tarixdə borclunun əmək haqqının yarsı miqdarında alimentin tutularaq tələbkara ödənilməsi ilə bağlı "xxxx" MMC-yə məktub ünvanlanmışdır. "xxxx"MMC-nin N2033 saylı, xx.xx.2023-cü il tarixli cavab məktububdan məlum olmuşdur ki, aliment məbləği dəqiq hesablana bilməmiş belə ki, borclunun əmək haqqına yonləndirmə olmamışdır. Daha sonra xx.xx.2023-cü il tarixdə "xxxx"MMC- yə yenidən alimentin tutulması ilə bağlı məktub ünvanlanmışdır. Binəqədi Rayon Məhkəməsinin 2(001 )-578/2023-saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən üç uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Təqsirləndirilən şəxs qazancının və başqa gəlirlərinin yarısı miqdarında aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsinə dair icra sənədi xx.xx.2023-cü il tarixdə Binəqədi Rayon İcra Şöbəsinin icraatına daxil olmuş, və həmin tarixdə icraata başlama haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş qəbul edilərək tərəflərə və məhkəməyə göndərilmiş, iş üzrə tələbkar öldüyündən İcra Haqqında Azərbaycan Respublikası qanunun 20.1.3-cü maddəsi ilə icra sənədi üzrə icraata xitam verilmişdir ( cild 2, iş vərəqi 101-116). "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 597 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixində işə başlamışdır və əmək fəaliyyətini Lənkəran şəhəri 21-ci məhəllə ünvanında yerləşən "xxxx" MMC-nin mağazasında mağaza müdiri olaraq davam etdirmişdir və 1471.19 AZN məbləğində aylıq gross əmək haqqı almışdır. Təqsirləndirilən şəxs əmək haqqından icra şöbəsindən daxil olan məktuba əsasən 2023-cü ilin mart ayı üçün 1.235,85 AZN, aprel ayı üçün 636,51 AZN, iyun ayı üçün 1.515,49 AZN tutulma olunmuşdur ( cild 2, iş vərəqi 139). 19 aprel 2023-cü il tarixli, Məhkəmə-tibbi ekspertizasının 660 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi ( cild 1, İş vərəqi 191-193). Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir( cild 2, iş vərəqi 1-4). Məhkəmə-tibbi ekspertizasının 13 aprel 2023-cü il tarixli, 86 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır və onlar 2 (iki) qrupa bölünür:“a” - boyunun ön səthinin orta-aşağı 1/3-nin sol yarısındakı traxeyanı (nəfəs borusunu) zədələyən 1 (bir) ədəd (1 №-li yara), döş qəfəsinin ön səthinin sol yarısında sol döşyanı xətt üzrə ll-lll qabırğalararası sahədən sol döş boşluğuna nüfuz edən, sol İİİ qabırğa qığırdağının döş ucu, ağciyərin yuxarı payının divararalığı kənarını, ürək kisəsini, sol qulaqcığı, diafraqmanın mərkəzinə yaxın sol kümbəzini və daha sonra qarın boşluğuna keçərək qaraciyərin sol payını zədələyən 1 (bir) ədəd (2 №-li yara), döş qəfəsinin sol yan səthində, ön qoltuqaltı xətlə orta qoltuqaltı xətt arasında Vİ-Vİİ qabırğalararası sahədən peritonarxası sahəyə daxil olan, sol böyrəyin yuxarı qütbünü zədələyən 1 (bir) ədəd (3 №li yara), döş qəfəsinin arxa səthində sağda, yuxarıda, arxa qoltuqaltı xətt üzrə çiyinüstü nahiyəyə yaxın, l-ll qabırğalararası sahədən döş boşluğuna nüfuz edən, sağ ağciyərin yuxarı payını zədələyən 1 (bir) ədəd (4 №-H yara) və döş qəfəsinin arxa səthinin sol yarısında onurğayanı xətt üzrə İV-V qabırğalararası sahədən (kürək nahiyəsindən) sol döş boşluğuna nüfuz edən, sol ağciyərin yuxarı payını zədələyən 1 (bir) ədəd (5 №-li yara), kəskin daxili (sağ plevra boşluğunda 100-150 ml-dək, solda 250-300 ml-dək, qarın boşluğunda 200-250 ml-dək qan) və xarici qanaxmaya səbəb olmuş deşilmiş-kəsilmiş yaralar; “b” - döş qəfəsinin arxa səthinin sağ yarısında, onurğayam xətt üzrə Vİİİ-İX qabırğalararası sahədəki döş boşluğuna nüfuz etməyən 1 (bir) ədəd (6 №-li yara) deşilmiş- kəsilmiş, sol bazunun orta 1/3-nin və sağ saidin yuxan 1/3-nin ön-iç səthlərindəki 2 (iki) ədəd (7-8 №-li yaralar) yumşaq toxuma və əzələləri zədələyən, xarici qanaxmaya səbəb olmuş kəsilmiş yaralar;“a” - bəndində göstərilmiş bədən xəsarətlərindən döş qəfəsinin ön səthinin sol, sol yan və arxa səthlərindən sol və sağ döş boşluqlarına nüfuz edən (2-3-4 və 5 №-li) 4 (dörd) ədəd, boyunda traxeyanı zədələyən (1 №-li) 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara deşici-kəsici əşyanın (əşyaların) deşici-kəsici təsirindən mərhumun ölümündən az əvvəl və ya ölüm anında törənmişdir, həyati əlamətlərə malik olmaqla ümumilikdə ölümlə bilavasitə səbəbli əlaqələri vardır, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 13 aprel 2023-cü il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə bıçaqla yetirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdi;“b” - bəndində göstərilmiş bədən xəsarətlərindən döş qəfəsinin arxa səthinin sağ yarısının boşluğa nüfuz etməyən (6 №-li) 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara deşici-kəsici əşyanın (əşyaların) deşici-kəsici təsirindən, sol bazunun orta 1/3-nin və sağ səidin yuxarı 1/3- nin ön-iç səthlərindəki yumşaq toxuma və əzələləri zədələyən (7 və 8 №-li yaralar) 2 (iki) ədəd kəsilmiş yara deşici-kəsici əşyanın (əşyaların) kəsici təsirindən mərhumun ölümündən az əvvəl və ya ölüm anında törənmişdir, həyati əlamətlərə malik olmaqla ümumilikdə ölümlə bilavasitə səbəbli əlaqələri yoxdur, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 13 aprel 2023-cü il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə bıçaqla yetirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdi;“a” - bəndində göstərilmiş, boyunun ön səthinin orta-aşağı 1/3-nin sol yarısında dəri və dərialtı yumşaq toxumaları, eləcə də traxeyanı (nəfəs borusunu) zədələyən yaranın (1 №-li yara) yara kanalının istiqaməti öndən-arxaya, qismən soldan-sağa və bir qədər yuxarıdan- aşağıya, döş qəfəsinin ön səthinin sol yarısında sol döşyanı xətt üzrə ll-lll qabırğalararası sahədən döş boşluğuna nüfuz edərək sol İİİ qabırğa qığırdağının döş ucunu, ağciyərin yuxarı payının divararalığı kənarını, ürək kisəsini, sol qulaqcığı, diafraqmanın mərkəzinə yaxın sol kümbəzini, daha sonra qarın boşluğuna keçərək qaraciyərin sol payını zədələyən yaranın (2 №-li yara) yara kanalının istiqaməti öndənarxaya, soldan-sağa və yuxarıdan-aşağıya, döş qəfəsinin sol yan səthində, ön qoltuqaltı xətlə orta qoltuqaltı xətt arasında Vİ-Vİİ qabırğalararası sahədən peritonarxası sahəyə daxil olmuş və sol böyrəyin yüxarı qütbünü zədələmiş, böyrək toxumasında kor olaraq qurtarmış yaranın (3 №-li yara) yara kanalının istiqaməti soldan bir qədər sağa, öndən qismən arxaya və yuxarıdan-aşağıya, döş qəfəsinin arxa səthində sağda, yuxarıda, arxa qoltuqaltı xətt üzrə çiyinüstü nahiyəyə yaxın, l-ll qabırğalararası sahədən döş boşluğuna nüfuz edən, sağ ağciyərin yuxarı payını zədələyən yaranın (4 №-li yara) yara kanalının istiqaməti arxadan- önə, yuxarıdan-aşağıya, döş qəfəsinin arxa səthinin sol yansında onurğayam xətt üzrə İV-V qabırğalararası sahədən (kürək nahiyəsindən) sol döş boşluğuna nüfuz edən, sol ağciyərin yuxarı payını zədələyən yaranın (5 №-li yara) yara kanalının istiqaməti arxadan-önə, soldan-sağa olmaqla dərəcəsinə görə hər biri ayrılıqda, eləcə də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdir;“b"- bəndində göstərilmiş, döş qəfəsinin arxa səthinin sağ yarısında, onurğayam xətt üzrə Vİİİ-İX qabırğalararası sahədəki döş boşluğuna nüfuz etməyən (6 №li yara) deşilmiş-kəsilmiş və sol bazunun orta və sağ saidin yuxarı 1/3-nin ön-iç səthlərindəki (7-8 №-li yaralar) yumşaq toxuma və əzələləri zədələyən, xarici qanaxmaya səbəb olmuş kəsilmiş yaralar dərəcəsinə görə həm ayrılıqda, eləcə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmanın əlamətlərinə malikdirlər;Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsinin sağ və sol döş boşluqlarına nüfuz edən, hər iki ağciyəri, ürək kisəsini, ürəyi, diafraqmanı, qaraciyərin sol payını, sol böyrəyi və boyunun ön səthinin orta-aşağı 1/3-nin sol yarısında traxeyanı (nəfəs borusunu) zədələyən çoxsaylı deşilmiş-kəsilmiş yaralar nəticəsində inkişaf etmiş kəskin daxili və xarici qanitirmə olmuşdur. İlkin meyit ələmətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olur ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsindən 4-5 saat əvvəl baş vermişdir.Mərhum Zərərçəkmiş şəxs meyitinin döş qəfəsinin ön səthinin sol və arxa səthinin sağ yarısından götürülmüş dəri parçalarının tibbi-kriminalistik müayinəsi ona dəlalət edir ki, qeyd olunan xəsarətlər deşilmiş-kəsilmiş yaralar olub ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (əşyanın) təsirindən əmələ gəlmişdir. Mərhumun bədəni üzərində aşkar edilmiş yaralarda bəzi xüsusiyyətlərinə görə oxşarlıq (yara kənarları, divarları və ucların xarakterinə görə), bəzi xüsusiyyətlərinə görə fərqlənmələr (ölçülərinə və formasına görə) aşkar edilmiş, yaralar üzərində iztörədən alətin fərdi xüsusiyyətləri müəyyən edilməmişdir. Bu baxımdan aşkar edilmiş fərqli əlamətlər iztörədən alətin konstruktiv xüsusiyyətləri ilə əlaqəli olmamış, yaraların əmələgəlmə mexanizmi və şəraitdən asılı olmuşdur. Qeyd olunanları nəzərə alaraq yaraların eyni bir deşici-kəsici alətin tiyəsinin təsirindən əmələ gələ bilinmələri barədə fikir söyləmək mümkündür və ekspertizaya təqdim olunmuş mətbəx tipli metal dəstəkli bıçağın tiyəsinin təsirindən, eləcə də bu tipli, onunla eyni konstruktiv xüsusiyyətlərə malik digər bıçaqların tiyəsinin təsirindən törənə bilinmələri barədə fikir söyləmək mümkündür. Bununla belə, suala daha konkret cavab vermək üçün xəsarətlər yetirilən anda Zərərçəkmiş şəxs əynində olmuş paltarların, onun meyitindən götürülmüş dəri parçalarının və maddi sübut qismində götürülmüş bıçağın birgə tibbi- kriminalistik müayinəsi əhəmiyyət kəsb edə bilərdi.Mərhum Zərərçəkmiş şəxs xəsarətlər bədənin müxtəlif duruş vəziyyətlərində, o cümlədən, ayaq üstə, gövdənin önə, yanlara doğru əyilmiş, diz-dirsək və s. vəziyyətlərində yetirilə bilərdi. Xəsarətlərin gövdənin həm ön, həm arxa, eləcə də sağ və sol yan səthlərində yerləşmələrini nəzərə alsaq xəsarətlər yetirilərkən zərərçəkmişin zərbələrdən qaçmaq və ya əmələ gələn ağrılar səbəbindən hərəkətdə olması (qıvrılması) və hər bir yetirilən konkret zərbə zamanı gövdəsinin həmin nahiyəsinin xəsarət yetirən şəxsə tərəf olması barədə mülahizə yürütmək mümkündür. Zərərçəkmiş şəxs xəsarətlər qısa bir müddət ərzində yetirildiyindən onların yetirilmə ardıcıllığı barədə fikir söyləmək mümkün deyildir. Mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı uşaqlıq yolundan və arxa keçəcək dəliyi nahiyəsindən götürülmüş yaxma və tamponların məhkəmə- tibbi zamanı spermatozoidlər aşkar olunmamışdır. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə - kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, fenilkilamin qrupuna aid olan amfetamin və metamfetamin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. ( cild 2, iş vərəqi 5-16). Məhkəmə-tibbi kriminalistik və kriminalistik ekspertizasının 02 iyun 2023-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus büstqaiterin sol yan nahiyəsində bir ədəd, köynəyin ön hissəsində dörd ədəd, köynəyin sağ qolunun aşağı-içəri nahiyəsində bir ədəd, köynəyin sağ qolunun arxa-yuxarı nahiyəsində bir ədəd; köynəyin sol qolunun ön-yuxarı nahiyəsində bir ədəd, köynəyin arxa hissəsində iki ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər alətlə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar, tuman, bir cüt corab və bir cüt ayaqqabı üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkçənin sağ yan cibinin üzərində gödəkçənin yalnız üst qatını zədələyən bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Gödəkçənin yalnız üst qatı zədələndiyi üçün bu zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən törənib-törənməməsi haqqında dəqiq fikir söyləmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynək, şalvar, mayka və tuman üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir ( cild 2, iş vərəqi 77-81). Məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 274/2023 sayh rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu O/l/-dir (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu O/l/-dir (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş bıçaq, 03 ədəd çubuqlu pambıq topası, Zərərçəkmiş şəxs məxsus bir cüt ayaqqabı, bir cüt corab, kofta, şalvar, tuman, büstqalter, Təqsirləndirilən şəxs məxsus köynək və qolsuz kurtka üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız “H” antigeni alındı. Bu qan ləkələri ABO sistemi üzrə 0/1/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs qızma və ya Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olubsa). Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus tuman və mayka üzərində qana şübhəli ləkələr aşkar edilmədi. ( cild 2, iş vərəqi 82-88). Kompleks komisyon ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1549 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədənədək, cinayət əməlini törətdiyi zaman və hal-hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli AR CM- nin 21.1-ci, 21.3-cü və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyəti onun İstintaq və prosessual hərəkətlərində iştirak etməsinə və öz prosessual hüquq və vəzifələrini icra etməsinə imkan verir. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində hirslilik, laqeydlik, məsuliyyətsizlik, inadkarlıq, müəyyən edilir. Törətdiyi əməl zamanı Təqsirləndirilən şəxs psixi-emosional sferasında hirslilik, implusivlik kimi hallar əmələ gəlmişdir. Həmin halın yaranması fərdi-psixi xüsusiyyətləri fonunda situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə vaxtı öz hərəkətlərinin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir ( cild 2, iş vərəqi 117-121). 13 iyul 2023-cü il tarixli Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, hadisə yerinə baxış zamanı hadisə yerindən götürülmüş 03 ədəd tamponda qanabənzər ləkələrdən nümunələr meyitə baxış zamanı Zərərçəkmiş şəxs üzərində olan 01 ədəd qara rəngdə uzunqol köynək, 01 ədəd qara rəngdə şalvar, 01 ədəd açıq yaşıl rəngdə tuman, 01 ədəd qırmızı rəngdə bustqalter, 01 cüt kapron corab, üzərində “LANLUOXİ” sözləri yazılmış 01 cüt ayaqqabı, 01 ədəd qatlanmayan gümüşü rəngli bıçaq, Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi hadisə vaxtı əynində olmuş 01 ədəd tünd göy rəngli qolsuz gödəkcə, 01 ədəd bozumtul rəngli üçdüymə kofta, 01 ədəd boz rəngli cins şalvar, 01 ədəd qara rəngli mayka, 01 ədəd qara rəngli alt tuman, avtomobilə baxış zamanı götürülmüş 01 ədəd “Konedi” markalı bıçağa məxsus qoruyucu məhv edilməli hadisə yerinə baxış zamanı hadisə yerindən götürülmüş Zərərçəkmiş şəxs istifadəsində olmuş 01 ədəd “Samsung” markalı mobil telefon, 01 ədəd “ Samsung Galaxy A7” markalı mobil telefon, Təqsirləndirilən şəxs məxsus 01 ədəd” Samsung A70 markalı mobil telefon” maddi sübut kimi tanınaraq Bakı şəhəri Binəqədi rayon prokurorluğunun maddi sübutların saxlanma otağına təhvil verilməsi nəzərdə tutulmuşdur( cild 2, iş vərəqi 154-187). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Xüsusi amansızlıqla qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə əməlinə görə cinayət məsuliyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuşdur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarının 2ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, Qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Həmin qərarın 3-cü bəndində göstərilir ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin qərarın 8-ci bəndində qeyd edilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Həmin qərarın 9-cu bəndində göstərilir ki, Təqsirkarın əməli tamah məqsədilə qəsdən adam öldürmə kimi (120.2.5-ci maddə) o vaxt tövsif edilə bilər ki, bu əməl təqsirkarın özü və başqası üçün hər hansı maddi mənfəət (pul, əmlak, mənzil sahəsinə hüquq və s.) əldə etmək və ya maddi xərclərdən (borc qaytarmaqdan, aliment verməkdən və s.) yaxa qurtarmaq, yaxud sair tamah niyyətilə edilmiş olsun. Məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək Zərərçəkmiş şəxs öldürmək istəməməsi, sonuncuya xəsarət yetirərkən yalvarmaması, zərərçəkmiş şəxsə hədə-qorxu gəlmək üçün hadisə yerinə gələrkən marektdən bıçaq aldığını, əslində uzaqdan hədə-qorxu gəlmək istəməsi, sadəcə olaraq bıçaq Aygünə ona yaxın olduğuna görə girməsini bildirməsi barədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun qəsdinin məhz zərərçəkmiş şəxsin həyatdan məhrum edilməsinə yönəlməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə belə qənaətə gələrkən zərərçəkmiş şəxsə yetirilmiş xəsarətlərin sayını(yeddi xəsarət), yetirilmiş xəsarətlərin xarakterini, yəni onlardan beşinin ağır zərər vurma əlamətlərinə malik olmaqla həyat üçün zəruri olan orqanlara yetirilməsini, ardıcıllığını, sonuncunun yerdə sürünərək bıçaq zərbələrindən yaxa qurtarmaq üçün qaçmaq istəməsinə, kənar şəxslərin müdaxiləsinə baxmayaraq təqsirləndirilən şəxsin öz əməllərini davam etdirməsi hallarını əsas götürür. Təqsirləndirilən şəxsin əməllərində tamah niyyətinin olmamasını, əməlin qisqanclıq motivi ilə törədilməsi barədə müdafiə tərəfinin dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, iş üzrə dindirilmiş şahid və təqsirləndirilən şəxsin özünün də ifadəsindən, habelə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında baş vermiş telefon danışıqlarından görünür ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin arasında olan münaqişənin və boşanmanın əsas səbəbi məhz təqsirləndirilən şəxsin arvadına və uşaqlarına qayğı göstərməməsi, artıq iki ildir ki, başqa qadınla qeyri-nikah münasibətlərində olması olmuş, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə boşanma səbəblərini və qərarını ümumiyyətlə mübahisələndirmədən məhz əmək haqqından tutmaların, aliment tələbi irəli sürməsi hallarının mübahisəsini etmişdir. Belə ki , Təqsirləndirilən şəxs ona hadisədən əvvəl “Bu nedi mene zeng elemişdilerki alimentle baglı.neteri şikayet vermisen poxunu yeyib get geri götür.götürmürsense sene poxda vermeyecem.get ne istirsen ele.zibil” “Kiraye evin pulunu 250 manat.at bu kartıma”, “Gönder bu zibili”, “Çıxanda gönder Poxu gönder 6 ya kimi ödemeliyem” məzmununda və “Neoldu? Pul oturmadı” məzmununda ismarıclar göndərmişdir. Bundan başqa təqsirləndirilən şəxsin oğlu Şahid5 isə öz ifadələrində göstərmişdir ki, atasının alimentə bağlı bir neçə aylıq borcu yaranmış və anasına “lazım olsa işdən çıxacağam, amma pulu ödəməyəcəyəm” söyləmişdir. Həmçinin iş üzrə dindirilmiş şahidlər və zərərçəkmiş şəxsin hüquq varisi Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasındakı narazılığın məhz boşandıqdan sonra İsrafildən alimentlə bağlı pul tutulması, İsrafil isə maaşının qalan hissəsinin ona bəs etməyəcəyini düşündüyü üçün Aygündən özü üçün pul istəməsi, Aygünün İsrafillə razılaşmasına baxmayaraq alimentin pulunu hələ əldə edə bilməməsi səbəbindən pulu əldə edən kimi göndərəcəyini bildirməsi ilə əlaqədar yaranmasını bildirmişlər. Məhkəmə yuxarıda göstərilən halları məcmu şəkildə qiymətləndirərək hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməlində tamah məqsədi olması barədə düzgün qənaətə gəlmişdir. Göründüyü kimi təqsirləndirilən şəxsin öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – hadisə baş verməmişdən əvvəl zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında telefon danışıqları, təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə dindirilmə və ifadəsinin yerində yoxlanılması protokolları, ekspert rəyləri ilə, işin birbaşa şahidi olan Şahid1 və Şahid2, hadisənin birbaşa videogörüntülərini əks etdirən DVD disk, habelə iş üzrə toplanmış digər çoxsaylı sübutların məcmusu ilə təkzib olunur. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək, Təqsirləndirilən şəxs hər ay, aylıq qazancının və (və ya) başqa gəlirlərinin yarısı miqdarında alimentin tutularaq iddiaçı Zərərçəkmiş şəxs verməli olduğunu eşidib bildikdən və 05 aprel 2023-cü il tarixdə adına olan əmək haqqı ödənişi kartına 529,65 manat pul köçdüyünü gördükdən sonra elə həmin pulun 300 manatını yalnız Lənkəran şəhərində müvəqqəti yaşadığı mənzilin kirayəsinə ödəməli olduğunu, yerdə qalan pulun ayın sonunadək kifayət etməyəcəyəni düşünərək Zərərçəkmiş şəxs zəng edib iş yerindən əmək haqqı kimi aldığı cəmi 1700 manat civarında pulun çox hissəsi tutulduğuna görə özündə qalan pulla dolana bilməyəcəyini bildirməsi və bu zəmində aralarında yaranan narazıçılıq, eləcə də sonuncuya işdə çıxsam da o alimenti sənə verməyəcəm məzmunda danışıqları, zərərçəkmiş şəxsə xəsarət yetirdiyi bıçağı bilavasitə hadisə yerinə gəlməzdən əvvəl əldə etməsi, sonuncunun yalvarışlarına, kənar şəxslərin qışqırıqlarına məhəl qoymadan 8 bıçaq zərbəsi yetirməsi, kənar şəxslərin müdaxiləsinə, habelə zərərçəkmiş şəxsin onun əlindən qaçıb getməyə cəhd etməsinə baxmayaraq bıçaq zərbələrini yetirməyə davam etməsi, sonuncu zərbəni isə düz ürəyinin üstə vurması kimi halları nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tamah məqsədi ilə və xüsusi amansızlıqla Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etmişdir. Bununla da onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini qəsdən törətmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.5-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il təvəllüdlü bir azyaşlı və xx xxxxxxx 2006-cı il təvəllüdlü, 29 may 2008-ci il iki yetkinlik yaşına çatmayan övladı vardır. Lakin törədilmiş cinayətin əsas motivlərindən birinin məhz həmin uşaqlara ödənilməli olan aliment məbləği barədə zərərçəkmiş şəxslə arasında baş verən narazıçılığın olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki iş üzrə təqsirləndirilən şəxsin üç ovladının olması onların təqsirləndirilən şəxsin himayəsində olması kimi qiymətləndirilə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alına bilməz. Məhkəmə təqsirləndirilən şəxsin könüllü gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan yuxarıda sadalanan cəzasını yüngülləşdirici halların olmasını, cəzasını ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.5-ci maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, həmin maddəyə əsasən, xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarının ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 aprel 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 13 aprel 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 69, 155-160). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 13 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub, Bakı şəhəri Binəqədi rayon prokurorluğunun maddi sübutların saxlanma otağına təhvil verilmiş hadisə yerinə baxış zamanı hadisə yerindən götürülmüş 03 ədəd tamponda qanabənzər ləkələrdən nümunələr meyitə baxış zamanı Zərərçəkmiş şəxs üzərində olan 01 ədəd qara rəngdə uzunqol köynək, 01 ədəd qara rəngdə şalvar, 01 ədəd açıq yaşıl rəngdə tuman, 01 ədəd qırmızı rəngdə bustqalter, 01 cüt kapron corab, üzərində “LANLUOXİ” sözləri yazılmış 01 cüt ayaqqabı, 01 ədəd qatlanmayan gümüşü rəngli bıçaq, Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi hadisə vaxtı əynində olmuş 01 ədəd tünd göy rəngli qolsuz gödəkcə, 01 ədəd bozumtul rəngli üçdüymə kofta, 01 ədəd boz rəngli cins şalvar, 01 ədəd qara rəngli mayka, 01 ədəd qara rəngli alt tuman məhv edilməli, avtomobilə baxış zamanı götürülmüş 01 ədəd “Konedi” markalı bıçağa məxsus qoruyucu məhv edilməli hadisə yerinə baxış zamanı hadisə yerindən götürülmüş Zərərçəkmiş şəxs istifadəsində olmuş 01 ədəd “Samsung” markalı mobil telefon, 01 ədəd “ Samsung Galaxy A7” markalı mobil telefon, Təqsirləndirilən şəxs məxsus 01 ədəd” Samsung A70 markalı mobil telefon” sonuncuların ailə üzvlərinə qaytarılmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü və 120.2.5-ci maddəsi ilə 19 (on doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 13 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Binəqədi rayon prokurorluğunun maddi sübutların saxlanma otağına təhvil verilmiş hadisə yerinə baxış zamanı hadisə yerindən götürülmüş 03 ədəd tamponda qanabənzər ləkələrdən nümunələr, meyitə baxış zamanı Zərərçəkmiş şəxs üzərində olan 01 ədəd qara rəngdə uzunqol köynək, 01 ədəd qara rəngdə şalvar, 01 ədəd açıq yaşıl rəngdə tuman, 01 ədəd qırmızı rəngdə bustqalter, 01 cüt kapron corab, üzərində “LANLUOXİ” sözləri yazılmış 01 cüt ayaqqabı, 01 ədəd qatlanmayan gümüşü rəngli bıçaq, Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi hadisə vaxtı əynində olmuş 01 ədəd tünd göy rəngli qolsuz gödəkçə, 01 ədəd bozumtul rəngli üçdüymə kofta, 01 ədəd boz rəngli cins şalvar, 01 ədəd qara rəngli mayka, 01 ədəd qara rəngli alt tuman, avtomobilə baxış zamanı götürülmüş 01 ədəd “Konedi” markalı bıçağa məxsus qoruyucu məhv edilsin; - Bakı şəhəri Binəqədi rayon Prokurorluğunun maddi sübutların saxlanma otağına təhvil verilmiş, hadisə yerinə baxış zamanı hadisə yerindən götürülmüş Zərərçəkmiş şəxs istifadəsində olmuş 01 ədəd “Samsung” markalı mobil telefon, 01 ədəd “ Samsung Galaxy “A7” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılsın; - Təqsirləndirilən şəxs məxsus 01 ədəd Samsung A70 mobil telefon onun ailə üzvlərinə qaytarılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar