Məhkəmə qərarları › İş №1(101)-634/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-634/2025

07.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-634/2025 07.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxx 1987-ci il tarixdə Ağdaş rayonu, Aral Bir kəndində anadan olmuş anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli-himayəsində bir nəfər azyaşlı uşağı olan, əvvvəllər məhkum olunmamış, işləməyən, Ağdaş rayonu, Aral Bir kəndində qeydiyyatda olan, Xəzər rayonu, Yeni Qala qəsəbəsi, nömrəsiz evdə yaşamış, 25 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmsuş, 27 iyul 2024-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 25 iyul 2024-cü il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala yolunun kənarında qonşusu Zərərçəkmiş şəxs onun arvadı Şahid1 ilə münasibətləri olmasından şübhələndiyi üçün Zərərçəkmiş şəxslə aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı idarə etdiyi “Kia Rio” markalı, ** UN *** dövlət qeydiyyat nişanlı avtomobilində saxladığı zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik məişət təyinatlı, qatlanan tipli, soyuq silah hesab olunmayan bıçaqla qəsdən bir dəfə sonuncunun döş qəfəsinin sol yarısına zərbə vuraraq Zərərçəkmiş şəxs hemoraggik şok, sol tərəfli pnevmahemotoraks və sol ağciyərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sol yarısının daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan və insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarət yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur, yəni Təqsirləndirilən şəxs qeyd olunan bu hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi tam təsdiq edilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadə verməkdən imtina etdiyindən Azərbaycan Respublikası CPMnin 327.1.1-ci maddəsinin tələbləri baxımından onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində Azərbaycan Respublikası CMnin 126.1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmiş və göstərmişdir ki, o, X3 ilə 2008-ci il tarixdən ailə həyatı qurmuş, onların birgə nikahından iki uşaqları olmuşdur. O, icarəyə götürdüyü “Kia Rio” markalı, ** UN *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala yolunda taksiçilik fəaliyyəti ilə məşğul olmuşdur. Arvadı Şahid1 isə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Yeni Qala qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyani sahəsində qadın salonu açmış və sonuncu özü orada saç ustası kimi fəaliyyət göstərmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində baş vermiş hadisənin təfərrüatları ilə bağlı göstərmişdir ki, son 3 il ərzində arvadı Şahid1 ilə münasibətləri soyuduğundan arvadı Günay ondan boşanmaq istəmiş, lakin onun iki azyaşlı övladı olduğu üçün o, ayrılmaq istəməmişdir. Zərərçəkmiş şəxs onun yaşadı Bakı şəhəri, Xəzər rayonu, Yeni Qala qəsəbəsində yerləşən evinin qonşuluğunda yaşamış, Zərərçəkmiş şəxs onunla aralarında qonşuluq münasibətləri olmuş, əvvəllər aralarında heç bir düşmənçilik və ya ədavətləri olmamışdır. 2024-cü ilin təxminən iyun ayında o, öz yaşadığı evə gedərkən bir dəfə qonşu Zərərçəkmiş şəxs onun arvadı Şahid1 dalınca düşdüyünü görmüşdür. Bundan sonra isə 29 iyun 2024-cü il tarixdə o, arvadı Şahid1 əmisi nəvəsinin toyunda olduğu vaxt Zərərçəkmiş şəxs də orada olmuş, Fərruğun onun arvadı Şahid1 dəfələrlə baxdığını və gözünü ondan çəkmədiyini görmüş, həmin vaxt o, arvadı ilə qonşusu Fərruğun münasibətləri olmasından şübhələnmişdir. Ona görə də növbəti gün, yəni 30 iyun 2024-cü il tarixdə o, İlqar adlı qonşusundan Zərərçəkmiş şəxs mobil nömrəsini öyrənmiş və sonuncunun istifadəsində olan 055 *** ** ** mobil nömrəsini arvadı Şahid1 mobil telefona yazanda həmin nömrə, yəni Fərrrux Babayevin nömrəsinin “Fidan” adı altında telefonda qeyd olunduğunu görmüşdür. Buna görə arvadı ilə onun arasında mübahisə düşmüş, mübahisə zamanı arvadı ona qonşuları Zərərçəkmiş şəxslə danışdığını və aralarında heç bir şey olmadığını bildirmişdir. Bundan sonra o, özünün istifadə etdiyi 077 *** ** ** mobil nömrədən Zərərçəkmiş şəxs 055 *** ** ** mobil nömrəsinə zəng vuraraq ona “utanmırsan, mənim arvadımla danışırsan, biz qonşuyuq, mən sənin qardaşını tayıram, sən arvadım Şahid1 qardaşı və əmisi oğlu ilə dostsan, bu nə hərəkətdi edirsən?” demişdir. Zərərçəkmiş şəxs isə Günayın onun arvadı olduğunu bilmədiyini demiş, bir də onun arvadına yazmayacağını bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs onun qarşısına çıxmamasını demiş, əgər çıxsa onu vuracağını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində göstərmişdir ki, həmin gün, 30 iyun 2024-cü il tarixdə axşam saatlarında o, Günayın istifadəsində olan 077 *** ** ** mobil nömrəsinin “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsi ilə Zərərçəkmiş şəxs mobil nömrəsinə arvadının adından yazmağa başlamış və həmin vaxtı Zərərçəkmiş şəxs «WhatsApp” vasitəsilə yazanın onun arvadı olduğunu fikirləşib ona başqa telefon götürməsini və danışmalarını demişdir. Bundan sonra o, yenə də Zərərçəkmiş şəxs zəng vurub ona «bu nə hərəkətdi?» deyə soruşmuş, yazmayacağna söz verdiyini bildirmiş, Fərrux da ona cavab olaraq ürəyi Günayı istədiyini bildirmiş, Günaysız qala bilmədiyini demişdir. Bundan sonra o, yenə Fərruxa qarşısına çıxmamasını yalvarmış və əks təqdirdə onu vuracağını demişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində daha sonra göstərmişdir ki, 01 iyul 2024-cü il tarixdə o, Zərərçəkmiş şəxs qardaşı Fəridlə yaşadığı evin yaxınlığında görüşmüş və Fəridə qardaşı Fərruxun onun arvadına yazdığını demişdir. Fərid qardaşının əvəzinə ondan üzr istəmiş və belə bir halın təkrarlanmayacağına söz vermişdir. O, Fəridin özünə də Fərrux onun qarşısına çıxaçağı halda onu vuracağını bildirmişdir. 25 iyul 2024cü il tarixdə, saat 17 radələrində o, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala yolunda idarə etdiyi avtomobillə yolun kənarında taksiçi olaraq durduğu vaxt Zərərçəkmiş şəxslə İlqarın (*** *** ** **) orada olan «Kiosk məntəqəsi»nə yaxınlaşdığını görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs ona dayanmadan, fasiləsiz olaraq baxdığından bu, ona pis təsir etdiyi üçün o, idarə etdiyi avtomobillə «Kiosk məntəqəsi»nin yanında olan Fərruğa yaxınlaşıb onun avtomobilinə əyləşməsini demiş, lakin Fərrux avtomaşına əyləşməmişdir. Bundan sonra o, avtomobilində saxladığı, özünə məxsus qatlanan bıçağı bağlı vəziyyətdə götürüb avtomobildən düşmüşdür. O, yenə Fərruğa avtomobilə əyləşməsini demiş, Fərrux isə yenə də avtomobilə oturmağa razı olmamışdır. O, Zərərçəkmiş şəxs qolundan tutub avtomobilə əyləşdirmək istəsə də, Fərrux yumruqla onu vurmaq istəmiş, lakin yumruğu ona dəyməmişdir. Həmin vaxt o, əlində olan qatlanan bıçağı açıb Zərərçəkmiş şəxs bədənindən bir dəfə vurmuş, lakin həyacanlı olduğundan Fərruxun bədənin hansı hissəsindən vurduğunu dəqiq bilməmişdir. Bundan sonra orada olan İlqar onları aralamışdır. O, Fərruğu bıçaqla vurduqdan sonra Fərruğa tərəf baxmamış və oradan uzaqlaşıb yaşadığı evə getmiş, evdə olan qayınanası Şahid2 və arvadı Şahid1 Zərərçəkmiş şəxs bıçaqla vurduğunu demişdir. Bundan sonra o, evdə olarkən polis əməkdaşları ona zəng edib, onu hadisənin baş verdiyi yerə dəvət etmişlər. O, həmin yerə getdikdə bıçağı özünün idarə etdiyi avtomaşına qoymuşdur. O, hadisə yerinə çatdıqdan sonra hadisə yerində olan Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşlarına olanları danışmış və bundan sonra polislər onu Xəzər RPİ-nə aparmışlar(iş vərəqə: səh. 167-169). Tədqiq olunan ifadəsi ətrafında sualları cavablandıran Təqsirləndirilən şəxs göstərdi ki, Günay hələ Fərruxla olan münasibətlərinin üstünün açılmasından əvvəl çıxıb getmək istədiyini ona demiş, hadisənin, yəni arvadı ilə Fərruğun münasibətlərinin üstü açıldıqdan sonra isə Günay evdən çıxıb gedəcəyi, özünü öldürəcəyi ilə onu xəbərdar etmişdir. Fərruxun arvadını narahat etməsi ilə bağlı polisə müraciət etməmiş, qarşılığında ondan heç nə istəməmişdir. Fərruğun yaşadığı evlə onların evinin arasında 1 km qədər məsafə olmuş, hadisə törədilənə qədər o, Fərruğu görməmişdir. Hadisə günü isə onun Fərruğu vurmaq fikri olmamış, sadəcə ona tərs-tərs baxmış, təkrar-təkrar ona tərəf boylanmış, bu, onun hissiyyatlarına toxunmuşdur. Bundan sonra özündə olmamış, hadisəni niyə törətdiyini bilməmiş, özündə olmamışdır. Hadisə törətdiyi həmin bıçaq maşınında həmişə onun böyründə olmuş, nəyisə kəsmək üçün həmin bıçağı saxlamışdır. Törətdiyi hadisədən səmimi peşiman olmuş, zərəçəkmiş şəxslə barışmaq istəmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan, «ifadənin yerində yoxlanılması haqqında» 25 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadələri hadisə yerində yoxlanılmış və təqsirləndirilən şəxs sərbəst ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək hadisə yerində əyani şəkildə göstərmişdir. İstintaq hərəkəti keçirilərkən işin hallarına uyğun müvafiq fotoşəkillər çəkilərək protokola və cinayət işinin materiallarına həvalə edilmişdir (iş vərəqə: səh. 46-48). Məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şahid1 hadisədən təxminən 2-3 ay əvvəl tanımış, sonuncu onun yaşadığı Yeni Qala qəsəbəsində qonşuluqda yaşamışdır. Günay yaşadığı evin həyətyani sahəsində qadın gözəllik salonu açmış və özü orada saç ustası kimi işləmişdir. O, Günayıbir neçə dəfə görmüş və Günay onun xoşuna gəldiyi üçün Günayın istifadə etdiyi mobil nömrəsini tapıb ona mesaj yazmağa başlamışdır. Lakin Günayın kimliyini, ailəli və ya subay olduğunu bilməmişdir. O, həmin ərazidə hadisədən iki il əvvəl yaşamağa başlamış, lakin Günaygilin şəxsin ailəsinin hansı müddətd orada yaşadığı bilməmişdir. Günayla o, bir neçə dəfə mesajlaşdıqdan sonra 30 iyun 2024-cü il tarixdə adını sonradan öyrənib bildiyi Təqsirləndirilən şəxs onun istifadə etdiyi 055 *** ** ** mobil nömrəsinə özünün istifadə etdiyi 077 *** ** ** mobil nömrəsindən zəng vurub ona Günayla olan münasibətinə görə iradlarını bildirmiş, «biz qonşuyuq, mən sənin qardaşını tayıram, bu nə hərəkətdi edirsən?” deyə soruşmuşdur. O, məhz həmin vaxt Təqsirləndirilən şəxs Günayın əri olduğunu öyrənib bilmişdir. Mobil telefonla söhbət zamanı o, Ehtirama Günayın onun arvadı olduğunu bilmədiyini bildirmiş və bir də onun arvadına yazmayacağına söz verib üzr istəmişdir. Ehtiram ona birinci dəfə zəng edəndə onu təhdiq etmiş, ona «Günay mənə xəyanət edibsə, sənə də edəcək» demişdir. O, Günayın əvvəllər də ona xəyanət etdiyini bildirmişdir. Ehtiram onunla iyrənc söhbətlər aparmış, Günaydan boşanmağı müqabilində ondan 30.000 manat pul istəmişdir. Daha sonra boşanmayacağını bildirib, onunla əlaqəni kəsməyi tələb etmiş, onun qarşısına çıxmamağı demiş, əks təqdirdə onu vuracağını bildirmişdir. Günayla onun arasında olan münasibətin üstü iyun ayının 28-29-da açılmış, hadisə isə 25-26 gün sonra, iyulun 25-də baş vermişdir. Həmin müddət ərzində o, işə getmiş, işdən gəlmiş və hətta Ehtiramla rastlaşdığı vaxtlar da olmuşdur. Lakin heç bir hadisə baş verməmişdir. Ehtiram onunla arvadı arasında olan münasibətlə bağlı hətta polisə də məlumat vermiş, o, sahə müvəkkili tərəfindən dəvət alıb getmiş, onunla maarifləndirici söhbətlər aparılmışdır. Polis məsələsindən sonra onun Ehtiramla danışığı olmuş, sonuncu ona onu gördüyü yerdə vuracağını bildirmişdir. Bundan sonra Günayla onun münasibəti tamamilə bitmişdir. Zərərçəkmiş şəxs ifadəsinin davamında göstərdi ki, 25 iyul 2024- cü il tarixdə, saat 17 radələrində o, sinif yoldaşı İlqar Musyaevlə birlikdə yaşadıqları məhəllədən çıxıb siqaret almaq üçün Qala qəsəbəsidə «Qala yolu» adlanan yolun kənarında olan kioska getmişdir. Həmin vaxt İlqar siqaret almaq üçün orada olan kioska yaxınlaşmış və o, bir az aralıda olduğundan ona gözləməsini bildirmişdir. O, da bir az aralıda İlqarı gözləməyə başlamışdır. Həmin vaxt Qala yolunun kənarında baxılan iş üzrə Təqsirləndirilən şəxs idarə etdiyi dayanmış avtomaşından düşərək iti yerişlə ona tərəf gəlməyə başladığını görmüşdür. Təqsirləndirilən şəxs ona yaxınlaşan kimi əli ilə bir dəfə onun sinəsinə vurmuş, lakin İlqar dərhal onlara yaxınlaşıb Ehtiramı arxadan qucaqlamış və ondan aralamışdır. İlqar Ehtiramı aralayarkən Ehtiramın əlində bıçaq olduğunu, sinəsinə baxdıqda isə sinə nahiyyəsindən qan gəldiyini görmüş və Ehtiramın əlindəki bıçaqla onu bir dəfə vurduğunu başa düşmüşdür. Bundan sonra Ehtiram özünün idarə etdiyi avtomaşına minib çıxıb getmişdir. Onun vəziyyəti ağırlaşdığı üçün İlqar həmin yolun kənarında dayanan DYP-nin əməkdaşlarına onu təcili tibbi yardıma aparmasında köməklik etməkləri üçün yaxınlaşmışdır. Bundan sonra onlar, yəni İlqar və DYP-nin əməkdaşları köməkləşib onu DYP-nin əməkdaşlarının avtomobilinə otuzduraraq onu Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 26 saylı xəstəxanaya aparmış, oradan isə təcili tibbiyardımla 3 saylı Sabunçu xəstəxanasına aparılmışdır. Zərərçəkmiş şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, o, Günayla hadjisədən təxminən iki ay əvvəl tanış olmuş, aralarında ciddi münasibət olmamış, onunla heç vaxt təklikdə görüşməmişdir. Onun atası ilə Günayın atasının həmyerli olduqlarını, Günayın əmisi ilə onun atasının dostluq münasibətlərinin olduğunu o, sonra öyrənib bilmişdir. O, Günayın evli olduğunu bildikdən sonra onunla hadisəyədək təqribən 20 gün danışmışdır. Belə ki, ona bağlanmış, ondan ayrıla bilməmişdir. Hətta sonradan ona mesaj da gəlmiş, mesaj yazanın Günay yox, Ehtiram olduğunu sonradan bilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, əri – Təqsirləndirilən şəxs ilə 2008-ci ildə ailə qurmuş, birgə nikahından iki nəfər azyaşlı uşaqları vardır. Ehtiram taksiçilik fəaliyyəti ilə məşqul olmuş, özü isə yaşadıqları Yeni Qala qəsəbəsindəki yerləşən fərdi yaşayış evinin həyətində qadın salonu açmış və özü orada saç ustası kimi işləyir. Son yeddi ildə Ehtiramla münasibətləri soyumuş və boşanmaq üçün qərar vermişlər. Şahid1 ifadəsinin davamında göstərdi ki, zərər çəkmiş Zərərçəkmiş şəxs onların qonşuluğunda yaşamış və bir qonşu kimi onun əri Ehtiramla da münasibətləri olmuş, əvvəllər aralarında düşmənçilik və ya ədavətləri olmamışdır. O, əri Ehtiramdan gizli olaraq sonuncu evdə olmadığı zamanlar Fərruxla bir neçə dəfə telefonla mesajlaşmış, ərinin onun mobil telefonunu götürdüyü zaman şübhələnməməsi üıçün Fərruğun adını telefonunun yaddaş kitabçasına “F” kimi qeyd etmişdir. Onun Zərərçəkmiş şəxslə yaxın münasibətləri olmamış, o, Fərruxla görüşməmiş və sevgi münasibətləri olmamışdır. 2024cü ilin təqribən iyun ayında Ehtiram evdə olarkən onun telefonunun yaddaş kitabçası vasitəsilə Fərruğun istifadəsində olan 055 *** ** ** mobil nömrəsinin “F” adı altında qeyd olunduğunu görmüş və buna görə onların arasında mübahisə düşmüşdür. Mübahisə zamanı o, Fərruxla danışdığını, lakin aralarında heç bir ciddi münasibət olmadığını bildirmişdir. Bundan sonra Ehtiram sakitləşmiş və aralarında olan mübahisə qurtarmışdır. Hadisə gününədək Ehtiramla Fərrux arasında söz-söhbət olub-olmamasını, görüşübgörüşməmələrini o, bilməmiş, Fərrux da onunla əlaqə saxlamamışdır. 25 iyul 2024-cü il tarixdə isə saat təqribən 17 radələrində o, yaşadığı evdə olarkən Ehtiram həyacanlı formada evə gəlib ona Qala yolunda Fərruxla rastlaşdığını və onunla Fərrux arasında olan münasibətə görə əsəbləşib avtomaşında gəzdirdiyi bıçaqla Fərruğun ürəyindən vurduğunu bildirmişdir. Həmin vaxt onun anası Şahid2 da evdə olmuş, Ehtiramın dediklərini eşitmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində qızı Şahid1 25 iyul 2024-cü il tarixdə baş vermiş hadisə ilə bağlı Təqsirləndirilən şəxs həyacanlı formada evə gəlib bıçaqla Fərruğun ürəyindən vurduğunu bildirməsi ilə bağlı göstərdiklərini, Günayla Ehtiramın ailə qurmaları, ailə vəziyyətləri barədə məlumatları bir daha təsdiq etmiş, həmçinin göstərmişdir ki, onların öz evində təmir işlərinə görə o, müvəqqəti qızı Günaygilə köçmüşdür. Son zamanlar qızı Günayla Ehtiramın münasibətləri soyuduğundan Günay boşanmaq istəmiş, lakin kürəkəni övladlarına görə boşanmaq istəməmişdir. Zərərçəkmiş şəxs isə o, şəxsən tanmamış, onun qızıgillə qonşuluqda yaşadığını, aralarında düşmənçilik və ya ədavətləri olmadığını hadisələr ərəfəsində öyrənib bilmiş, Günayla Fərrux arasında olan münasibətlərdən xəbərsiz olmuşdur. Şahid2 göstərdi ki, 2024-cü ilin iyun təxminən iyun ayında o, qızıgildə olarkən kürəkəni Ehtiramla qızı Günay arasında mübahisə düşmüş və evdə səs-küy olmuş, o, mübahisənin səbəblərini araşdırarkən Ehtitram qonşuları Fərruğun mobil nömrəsinin Günayın mobil telefonda qeyd olunduğunu və Günayla Fərruğun münasibətlərinin olduğunu bildirmişdir. Buna görə o, qızı Günaya iradlarını bildirmiş və onları sakitləşdirmişdir. Bundan sonra onlar arasında ciddi mübahisənin şahidi olmamışdır. xx.xx.2024-cü il tarixdə isə Ehtiramın Zərərçəkmiş şəxs bıçaqla vurmasını Ehtiramın özü bildirmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı Şəhər Baş X6 əməkdaşı, polis nəfəri Şahid4 ifadəsində göstərdi ki, o, 25 iyul 2024-cü il tarixdə, saat təxminən 17 radələrində təhkim olunmuş ** YP *** dövlət qeydiyyatlı avtopatrulla Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala yolunda xidmətdə olarkən adını sonradan bildiyi İlqar adlı bir nəfərin həyacanlı vəziyyətdə ona yaxınlaşaraq dostunun bıçaqlandığnı bildirmiş və onu təcili tibbi-yardıma aparılmasında köməklik etməsini xahiş etmişdir. O, dərhal avtomobildən düşüb bıçaqlanmış şəxsin sinəsindən qan axdığını və halı pis olduğunu görmüşdür. Bıçaqlanmış şəxsin adının Fərrux olduğunu öyrənmiş, onlar köməkləşib Fərruğu təhkim olunmuş ** YP *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına əyləşdirdimiş və yaralını Mərdəkan qəsəbəsində yerləşən 26 saylı xəstəxanaya aparmışdır. Fərruxun vəziyyəti ağır olmuş və o, avtomobildə bir neçə dəfə qusmuşdur. Onlar xəstəxanaya çatdıqda Fərruxu avtomobildən düşürdərək xəstəxanaya təhvil vermişlər və oradan da Fərruxu təcili tibbi-yardım avtomobili ilə 3 saylı Sabunçu xəstəxanasına aparmışlar. Bundan sonra o, xidməti əraziyə qayıtmışdır. Cinayət işinin məhkəmə baxışında iştirak etməmiş Şahid3 məhkəməyədək icraat mərhələsində vermiş olduğu şahid ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid3 tədqiq olunan ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə qonşuluqda yaşamış, qonşu kimi münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs “Kia Rio” markalı, ** UN *** dövlət qeydiyyat nişanlı avtomobillə Qala qəsəbəsi, Qala yolunda taksiçilik fəaliyyəti ilə məşqul olmuşdur. Zərər çəkmiş Zərərçəkmiş şəxs isə onun sinif yoldaşı olmuş, onunla dost kimi münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs də Bakı şəhəri, Xəzər rayonu, Yeni Qala qəsəbəsində yaşamışdır. Şahid3 2024-cü ilin iyul ayının təxminən 22-də o, Fərruxla söhbət edərkən, Fərrux ona qonşuluqda yaşayan Təqsirləndirilən şəxs arvadı Şahid1 ilə sevgi münasibətləri olduğunu, Günayla telefonla danışdığını demişdir. O, həmin vaxtı Fərruğa Günayın qardaşını, əmisi oğlunu, əri Ehtiramı tanıdığını, qonşuluqda yaşadıqlarını demiş, belə bir hərəkət etməyin ayıb olduğunu bildirmişdir. 25 iyul 2024-cü il tarixdə isə saat 17 radələrində o, Fərruxla birlikdə siqaret almaq üçün Qala qəsəbəsində, Qala yolunun kənarında olan kioska getmişlər. Həmin vaxtı o, siqaret almaq üçün orada olan kioska yaxınlaşmış, Fərrux isə bir az aralıda dayanıb onu gözləmişdir. Bu vaxt orada olan Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşından düşərək iti yerişlə Fərrux Babbayevə tərəf getdiyini görmüşdür. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaxınlaşdıqda əli ilə bir dəfə Zərərçəkmiş şəxs sinəsinə vurmuşdur. O, dərhal onlara yaxınlaşıb Ehtiramı arxadan qucaqlayıb Fərruxdan aralamışdır. O, Ehtiramı araladıqda Ehtiramın əlində bıçaq olduğunu və Zərərçəkmiş şəxs sinə nahiyyəsindən qan gəldiyini görmüş və Ehtiramın əlindəki bıçaqla Fərruğu bir dəfə vurduğunu bilmişdir. Bundan sonra Ehtiram özünün idarə etdiyi avtomaşına minib çıxıb getmişdir. O, Zərərçəkmiş şəxs vəziyyətinin ağır olduğunu gördüyü üçün həmin yolun kənarında dayanan DYP-nin əməkdaşlarına Fərruxu təcili tibbiyardıma aparmasında köməklik etmələrini xahiş etmiş və bundan sonra özü və DYP-nin əməkdaşları köməkləşib Zərərçəkmiş şəxs DYP-nin əməkdaşlarının “BMV” markalı ** YP *** dövlət qeydiyyat nişanlı xidməti avtomobilinə otuzdurub Mərdəkan qəsəbəsində yerləşən 26 saylı xəstəxanaya aparmışlar. Oradan isə Fərrux təcili tibbi-yardım maşını ilə 3 saylı Sabunçu xəstəxanasına aparılmışdır. Təqsirləndirilən şəxs arvadı Şahid1 mobil telefonunda Zərərçəkmiş şəxs nömrəsini gördüyü üçün və Fərruxun arvadı ilə münasibətləri olduğunu bildiyi ona məlum olmuş, Ehtiramın qısqançıhq zəminində Zərərçəkmiş şəxs bir dəfə bıçaqla vurduğunu öyrənmişdir(iş vərəqə: 82-85). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 1051 saylı rəyindən görünür ki, zərər çəkmiş Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət - hemoraggik şok, sol tərəfli pnevmahemotoraks və sol ağciyərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sol yarısının daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici təsirə malik əşya təsirindən törənmiş, bıçaqla törənməsi istisna olunmur, törənmə müddəti onun “X7” Publik Hüquqi şəxsə müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 25 iyul 2024-cü il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddir. Tədqiq olunan rəydən görünür ki, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur (iş vərəqə: 134-137). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 2596 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Tədqiq olunan rəydən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (iş vərəqə: 138-140). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə kompleks-məhkəmə bioloji, tibbi kriminalistik, trasoloji və soyuq silah ekspertizasının xx.xx.2024-cü il tarixli, 367-2024/MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sol yarısının orta hissəsində 04 (dörd) ədəd deşilmişkəsilmiş zədələr vardır. Bu zədələr iti ülgücü, iti cuc və küpü olan yastı tiyə tipli deşicikəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim olunmuş həmin köynəyin üzərində olan deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin və ya oxşar konstruktiv xüsusiyyətli bıçaqların tiyəsinin təsirindən əmələ gəlmələri istisna olunmur. Tədqiq olunan rəydən, həmçinin görünür ki, ekspertizaya təqdim olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsinin sol yarısının orta hissəsində aşkar edilmiş 04 (dörd) ədəd deşilmiş-kəsilmiş zədələrdən biri, yəni şaquli istiqamətli, 122 mm uzunluqlu olan deşilmiş-kəsilmiş zədə onun bədənində müəyyən edilmiş döş qəfəsinin ön divarının sol nahiyəsinin eyni xarakterli yarası ilə yerləşmə nahiyəsinə görə, nisbi olaraq üst-üstə düşürlər. Lakin tədqiq olunan həmin köynəyin üzərində aşkar olunmuş digər deşilmiş-kəsilmiş zədələr onun bədənində öz əksini tapmamışdır ki, bu, yalnız köynəyin zədələnməsi ilə izah oluna bilər. Bundan başqa, tədqiq olunan rəydən görünür ki, ekspertizaya təqdim olunmuş zərər çəkmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sol yarısının aşağı hissəsində küt yaranma mexanizminə malik və köynəyin müvafiq nahiyəsinin kəskin dartılması nəticəsində əmələ gəlməyə xarakterik 01 (bir) ədəd cırılma zədəsi vardır. Lakin tədqiq olunan Zərərçəkmiş şəxs məxsus mayka üzərində zədə aşkar olunmamışdır. Ən nəhayət, tədqiq olunan həmin rəydən görünür ki, ekspertizaya təqdim edilmiş bir bıçaq zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik məişət təyinatlı, qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmur (iş vərəqə: 121-128). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə tibbi-biologiya ekspertizasının xx.xx.2024-cü il tarixli, 507-2024/MTKŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs təqdim olunan portalından çıxarılışm kserosurətinə əsasən qan qrupu- B/İİİ/-dür. Tədqiq olunan həmin rəydən görünür ki, ekspertizaya təqdim olunan zərər çəkmiş Zərərçəkmiş şəxs məxsus mayka və qısaqol kofta üzərində insan qanı ləkələri aşkar olunmuşdur və bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda yalnız “B” antigeni alınmışdır. Bu qan ləkələri B alfa /İİİ/ qruplu şəxsə, o, cümlədən zərər çəkmiş Zərərçəkmiş şəxs məxsus olması istisna olunmur. Bundan başqa, tədqiq olunan həmin rəydən görünür ki, tədqiqata təqdim olunan 01 ədəd bıçaq üzərində qan aşkar olunmamışdır (iş vərəqə: 129-133). Tədqiq olunan istintaq orqanının «sübutların qiymətləndirilməsi haqqında» qərarından görünür ki, Zərərçəkmiş şəxs məxsus olub üzərində ekspertiza tədqiqatı aparılmış bir ədəd qara rəngli köynək və bir ədəd boz rəngli mayka, həmçinin cinayətin aləti olmuş bir ədəd qara rəngli qatlanan bıçaq iş üzrə maddi sübut qismində tanınmış və saxlanılması üçün Xəzər RPİ-nin maddi sübutlarnın saxlanması yerinə verilmişdir (iş vərəqə: 144-145). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vuran bədən xəsarəti yetirməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün heç bir dəlil gətirməmiş, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: 91). Cinayət işinə məhkəmə baxışı zamanı notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş maddi və mənəvi zərərin sonuncu tərəfindən ödənildiyini qeyd etmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir (iş materialları). Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs baş vermiş cinayət hadisəsini zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən ona qarşı edilmiş əxlaqsız və qanuna zidd hərəkətlərin təsiri nəticəsində törətmişdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs ağır cinayət hadisəsinin törənməsinə gətirib çıxardığı qeyd olunan hərəkətləri həm də istintaq orqanı tərəfindən müəyyən edilmiş və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın məzmununa da daxil edilmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində iki nəfər uşaqları vardır ki, bunlardan 2012-ci il təvəllüdlü biri azyaşlıdır (iş vərəqə: 24). Qeyd olunanlara əsasən məhkəmə zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasını, onun sonuncuya qarşı şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxs tərəfindən yetirilmiş maddi və mənəvi zərərin ödənildiyini, cinayətin zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsini, təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü, 59.1.8-ci, 59.1.12-ci və 59.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə, barəsində cəzanı yüngülləşdirən halları nəzərə almaqla Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə, cəza təyinetmənin ümumi prinsiplərinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Lakin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs haqqında olan yüngülləşdirici halları nəzərə alaraq, onun cəza çəkmədən də islah oluna biləcəyinin mümkünlüyünü qeyd edir və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunaraq şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilərkən Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə, həmçinin vəzifə qoyulmalı, həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən isə onun üzərində nəzarət müvafiq dövlət orqanlarına, bu halda onun daimi qeydiyyatda olduğu yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “30” aprel 2021-ci il tarixli qərarının 2-ci bəndində nəzərdə tutulan “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli qərarında dəyişiklik edilmiş və həmin dəyişikliyə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs iş üzrə məhkəməyədək icraat mərhələsində 25 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmsuş, 27 iyul 2024-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli qərarına əsasən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış və sonuncu yekun məhkəmə aktı qəbul edilənədək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 158.6-cı maddəsinin tələbləri (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində həbsdə və ya ev dustaqlığında saxlanılan müddətin cəza müddətinə daxil edilməsi) tətbiq edilməməlidir. Həmçinin, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunan azadlıqdan məhrum etmə cəzasının əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin barəsində şərti məhkum etmə tətbiq edildiyindən qanunun bu müddəasının tətbiqi istisna təşkil edəcəkdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tətbiq ediləcək şərti məhkum etmə ilə əlaqədar onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunmalı və hökm qanuni qüvvəyə minənədək sonuncu qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunmalıdır: - Bakı şəhəri, Xəzər RPİ-də saxlanılan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus təyinatını itirmiş bir ədəd qara rəngli köynək, bir ədəd boz rəngli mayka və cinayətin aləti olan bir ədəd qara rəngli qatlanan bıçaq məhv edilməlidir. İş üzrə qanunla müəyyən edilmiş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, xüsusi müsadirə predmeti yoxdur, ekspertiza xərcləri müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən cəza şərti olaraq tətbiq edilsin və ona 2 (iki) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunsun və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun daimi qeydiyyatda olduğu yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Xəzər RPİ-də saxlanılan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus təyinatını itirmiş bir ədəd qara rəngli köynək, bir ədəd boz rəngli mayka və cinayətin aləti olan bir ədəd qara rəngli qatlanan bıçaq məhv edilsin. İş üzrə qanunla müəyyən edilmiş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır, xüsusi müsadirə predmeti yoxdur, ekspertiza xərcləri müəyyən edilməmişdir. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar