Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-635/2025 09.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 müdafiəçisi De Fendo Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Masallı rayonu, Qasımlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Masallı rayonu, Yeddioymaq ərazi dairəsi, Qasımlı kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində, xx.xx.1998-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qediyyatda olmaqla, ünvan 2şamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə – CM) 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2 və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar sövdələşməyə əsasən qrupun digər üzvləri tərəfindən yerləşdirilən narkotik vasitənin yeri barədə Təqsirləndirilən şəxs2 tərəfindən “whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs1 məlumat verildikdən sonra Təqsirləndirilən şəxs1 qeyd olunan yerdən külli miqdarda 10100 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib ünvan 3 ünvanın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 02 aprel 2024-cü il tarixdə, saat 00:02-də ünvan 3 ünvanın qarşısında saxlanılaraq Baş İdarəyə gətirilmiş, həmin tarixdə saat 01:48-dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əlində saxladığı 01 ədəd sintetik torbanın içərisindən üzəri yapışqan lentlə bərkidilmiş 01 ədəd bağlamada külli miqdarda 10100 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmişdir. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs1 və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar sövdələşməyə əsasən qrupun digər üzvləri tərəfindən yerləşdirilən narkotik vasitənin yeri barədə “whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs1 məlumat verdikdən sonra Təqsirləndirilən şəxs1 qeyd olunan yerdən külli miqdarda 10100 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib ünvan 3 ünvanın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 02 aprel 2024-cü il tarixdə, saat 00:02-də ünvan 3 ünvanın qarşısında saxlanılaraq Baş İdarəyə gətirilmiş, həmin tarixdə saat 01:48-dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əlində saxladığı 01 ədəd sintetik torbanın içərisindən üzəri yapışqan lentlə bərkidilmiş 01 ədəd bağlamada külli miqdarda 10100 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, hadisə günü gecə işdən çıxmışdır. Mütəmadi olaraq narkotik vasitə marixuana istifadə edirdi. Hadisə günü narkotik vasitə marixuana ilə bağlı Təqsirləndirilən şəxs2 müraciət etmişdir. Təqsirləndirilən şəxs2 ona Bakı şəhəri ərazisində olmadığını bildirmiş və 1-2 baş narkotik vasitə marixuana əldə etməyi üçün onu «məkan»la göndərdiyi bir yerə yönləndirmişdir. Təqsirləndirilən şəxs2 atdığı məkana getmişdir. Məkanda qeyd olunan yerə çatmış və bir çanta görmüşdür. Marixuananın həmin çantada olduğunu fikirləşmiş və bu səbəbdən çantanı açıb baxmışdır. Çantanın içərisində böyük bir büküm olduğunu görmüş və oradan uzaqlaşmışdır. Çanta olan yerdən uzaqlaşmaq üçün taksi çağırmaq istədikdə BMCMİ-nin əməkdaşları onu saxlamışlar. Hadisə xx.xx.2024-cü tarixindən xx.xx.2024-cü il tarixə keçən ərəfələrdə baş vermişdir. Polis əməkdaşları qollarını qandallayıb onu avtomobilə əyləşdirib, BMCMİ-yə aparmışlar. BMCMİ-də mobil telefonunu yoxlamışlar. O, BMCMİ-də polis əməkdaşlarına saxladıqları yerə 1-2 baş marixuana üçün getdiyini, çantanın ona aid olmadığını demişdir. Polis əməkdaşları ona təzyiq göstərmişlər və ondan çantanı götürüb Təqsirləndirilən şəxs2 verəcəyini, Təqsirləndirilən şəxs2 çantanın qarşılığında ona 1-2 baş, yəni 5 qram narkotik vasitə marixuana verəcəyini deməsini tələb etmişlər. O da polis əməkdaşlarının ona dedikləri kimi deyəcəyinə etiraz etmişdir. Polis əməkdaşları yenə də ona təzyiq göstərərək dedikləri kimi deməsini tələb etmişlər. Onu 10 kiloqram narkotik vasitə marixuana ilə sənədləşdirmişlər. O, polis əməkdaşlarına saxlanıldığı yerə 5 qram narkotik vasitə ilə bağlı getdiyini, mobil telefonunda bununla bağlı yazışmalarının da olduğunu demişdir. Polis əməkdaşları mobil telefonunda 5 qramla bağlı olan yazışmalarını silmişlər və telefonunu koda salmışlar. Sonra polis əməkdaşları mobil telefonunu açmağını istəmişlər. O, polis əməkdaşlarına telefonunu özləri koda saldıqlarını demişdir. Onun mobil telefonu kodda olmamışdır. O, suallara cavab olaraq bildirmişdir ki, Bakı şəhəri ərazisində tanıdığı şəxs olmadığı üçün Təqsirləndirilən şəxs2 narkotik vasitə ilə bağlı müraciət etmişdir. Narkotik vasitələri sosial şəbəkələr, İnstagram vasitəsi ilə əldə edirdi. Həmin günü sosial şəbəkədə yazdığı şəxslər ona cavab vermədikləri üçün Təqsirləndirilən şəxs2 müracət etmişdir. Məkanı Təqsirləndirilən şəxs2 ona göndərmişdir. Götürəcəyi narkotik vasitə ona göndərilən məkanda olmalı idi. Narkotik vasitə məkanda olan ağacın altında olmalı idi. Çantanı açanda içərisindəki bükümün böyük olduğunu görmüşdür. Polis əməkdaşları onu qorxutmuş, təzyiqlər göstərmiş, döyəcəklərini demiş, əllərini qandallayıb qaranlıq otağa aparıb onu bir-birilərinin üstünə itələmişlər. Polis əməkdaşları onu döyməkləri ilə bağlı təhdid etmişlər, qaranlıq otaqda onu itələmişlər, vurmuşlar. Bədənində indi heç bir xəsarət yoxdur. Saxlanıldığı yerə getdiyi vaxt ancaq 1-2 baş marixuana olduğunu bilmişdir. Məkanda içərisində böyük büküm olan çantanı götürməmiş, heç bir məsafə də qət etməmişdir. Məhəllədəki ağacın altındakı çantanı açmış, içərisindəki bükümün böyük olduğunu görən kimi uzaqlaşmışdır. Saxlanıldığı gün əldə edəcəyi narkotik vasitə ilə bağlı Təqsirləndirilən şəxs2la əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs2 isə kim ilə əlaqə saxladığını bilməmişdir. Narkotik vasitəni məkan vasitəsi ilə gedib götürəcəkdi. Narkotik vasitənin olduğu məkanı Təqsirləndirilən şəxs2 ona atmışdır. Ona qarşı heç bir təzyiq olmamış, çünki onu saxladıqdan sonra birbaşa İstintaq Təcridxanasına aparmışlar. Şahid onun saxlanmağında iştirak etməmişdir. Şahid ancaq onun üzərində keçirilən şəxsi axtarışda iştirak etmişdir. Ona təzyiq göstərən şəxslərdən biri arıq, uzun idi, digər 2 nəfər şəxs isə keçəl şəxslər olmuşdur. Üzərində keçirilən şəxsi axtarışda iştirak edən digər əməkdaş da ona qarşı təzyiq göstərməmişdir. O, öz istifadəsi üçün Təqsirləndirilən şəxs2 5 qram narkotik vasitə istəmişdir. Təqsirləndirilən şəxs2 da ona məkan atıb, o da məkana getmişdir. Təqsirləndirilən şəxs2la tutulanadək aralarında bir-birilərini qəsdən tutdurmaq kimi mübahisələri olmamışdır. İbtidai istintaqda vediyi ilkin ifadələr ona göstərilən təzyiqlərə görə elə ifadə vermişdir. Sonrakı ifadələrini isə özü vermişdir. Təqsirləndirilən şəxs2 Bakı şəhərində olmadığını dediyi üçün atdığı məkana narkotik vasitəni götürməyə getmişdir. İbtidai istintaq zamanı şübhəli şəxs qismində verdiyi ifadəni təzyiq altında verdiyi üçün məhkəmə istintaqından fərqli ifadə vermişdir. Sağ saidin sıyrığı xəsarətini saxlanıldığı vaxt qoluna polis əməkdaşları qandalladıqları üçün ona göstərilən təzyiqlər nəticəsində almışdır. Sağ körpücük və sağ əlinin arxa səthində olan köhnə çağıq toxumalar uşaq vaxtı aldığı xəsarətlərin izidir. İttiham olunduğu maddələrin heç birinin ona aiddiyyatı yoxdur. O, narkotik vasitə istifadəçisi olduğu üçün ancaq öz istifadəsi üçün lazım olan narkotik vasitə marixuananın arxası ilə getmişdir. Etdiyi əməlin səhv olduğunu bilir. Məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, onun mobil telefonuna məkan gəlmişdir. Təqsirləndirilən şəxs1 ona sonuncuya sonradan atmağı üçün onun mobil telefonuna məkan atmışdır. O da 1-2 dəqiqə sonra həmin məkanı Təqsirləndirilən şəxs1 geri atmışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitə ilə, harasa getməsi ilə bağlı maraqlanmamışdır. O, ona atılan məkanı yenidən Təqsirləndirilən şəxs1 geri atmışdır. O, suallara cavab olaraq bildirmişdir ki, onun mobil telefonuna məkan gəlmişdir. Həmin məkanı ona Təqsirləndirilən şəxs1 atmışdır. Təqsirləndirilən şəxs1 mobil telefonunda olan məlumatları təmizləyəndə məkanı ona atmışdır, o da yendən sonuncuya geri atmışdır. Cavan olmuşlar, harasa gedəndə şəkil, mesaj atmışlar. Təqsirləndirilən şəxs1la münasibətləri olduğu üçün sonuncu məkanı ona atmışdır. Təqsirləndirilən şəxs1 məkanı yenidən atandan sonra sonuncuya zəng etmişdir. Təqsirləndirilən şəxs1 borca 10 manat pul verdiyinə görə zəng etmişdir. Narkotik vasitə marixuana istifadə edirdi. Təqsirləndirilən şəxs1la birlikdə narkotik vasitə marixuana istifadə etmişlər. Tutulmazdan 1 ay olardı ki, Təqsirləndirilən şəxs1la görüşməmişlər. Təqsirləndirilən şəxs1 ona atdığı məkanın nə məkan olduğuna baxmamışdır. İfadəni oxumayıb imza etmişdir. Müstəntiq dediklərini yazdığı üçün ifadəni oxumayıb imza etmişdir. Təqsirləndirilən şəxs1la üzləşmələri olub və orada necə olub hamısı yazılmışdır. Təqsirləndirilən şəxs1 ona qarşı heç bir qərəzi yoxdur. Təqsirləndirilən şəxs1 harasa gedəndə mobil telefonunu təmizlədiyi üçün məkanı ona atmışdır. Sonuncu dəfə Təqsirləndirilən şəxs1 istifadə üçün narkotik vasitə istəməmiş, çünki Bakı şəhərində deyildi. Təqsirləndirilən şəxs1la birlikdə işlədikləri vaxtlarda sonuncu narkotik vasitə gətirib istifadə etmişlər. Hadisədən əvvəl polis əməkdaşları tərəfindən saxlanılmamışdır. Hazırki cinayət işindən əlavə barəsində Lənkəran Ağır Cinayətlər məhkəməsində CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işinə baxılır. Təqsirləndirilən şəxs1 dostu olmayıb, biryedə işləmişlər, yaxın münasibətləri olmuşdur. Bir yerdə işlədikləri üçün nakotik vasitəni ondan aldığını deyir. Əvvəllər birlikdə narkotik vasitə istifadə etdikləri vaxtlarda o, gətirdiyi vaxtlar olub, Təqsirləndirilən şəxs1 da gətirdiyi vaxtlar olmuşdur. Təqsirləndirilən şəxs1 yalan deyir, o, sonuncuya məkan atmamışdır. O, BMCMİdə ifadə verərkən Bakı şəhərində olmadığını dediyi üçün Təqsirləndirilən şəxs1 da onun sözlərinə uyğun ifadələr vermişdir. Biryerdə işlədikləri yerdə problem çıxdığından o, işdən çıxmış, Təqsirləndirilən şəxs1 isə işində qalmışdır. İşdən çıxdıqdan sonra Təqsirləndirilən şəxs1la yazılı şəkildə əlaqə saxlamış, amma görüşməmişlər. Elə vaxtlar olub ki, onun şəxsi məlumatları Təqsirləndirilən şəxs1 mobil telefonunda olmuşdur. İbtidai istintaq zamanı da Təqsirləndirilən şəxs1 pul verdiyi üçün yığdığını demişdir. Təqsirləndirilən şəxs1 zəng etmiş, sonuncu zəngini açmamışdır. Sonra Təqsirləndirilən şəxs1 ona zəng edəndə sonuncu ona “hardasan gəlirəm ora” demişdir, amma nə dediyini tam başa düşməmişdir. Sonra özü Təqsirləndirilən şəxs1 nə qədər zəng etsə də, zəngini açmamışdır. Bu zəng həmin günü təxminən 00:30 radələrində olmuşdur. Məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Nartkotik vasitə qurudulmuş marixuananı əvvəllər müxtəlif anket məlumatlarını bilmədiyi şəxslərdən almışdır. “Şamlıq” istirahət mərkəzində barmen kimi işləyib qazanc əldə etmişdir. İşlədiyi yerə təxminən 3-4 ay bundan öncə əslən Şirvandan olan Cəfər adlı şəxs gəlib qarderobda işləməyə başlamışdır. Orada Cəfərlə münasibəti yaranmış və onlar asudə vaxtlarını birlikdə keçirmişlər. Söhbət əsnasında Cəfər ona psixotrop maddə metamfetamindən və narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyini bildirmişdir. O da Cəfərə narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyini, olarsa çəkmək istədiyini demişdir. Belə ki, Cəfər dəqiq bilmədiyi yerlərdən bir neçə dəfə narkotik vasitə qurudulmuş marixuana gətirmiş və onlar birlikdə həmin narkotik vasitələri istifadə etmişlər. Bir neçə dəfə Cəfərlə birlikdə narkotik vasitə götürməyə getsə də, Cəfər, həmişə ona “20 Yanvar” metrostansıyasının yaxınlığında gözləməyini bildirib özü gedib narkotik vasitəni götürüb qayıtmış və əldə etdiyi narkotik vasitə qurudulmuş marixuanadan ona da vermişdir. Bu hal bir neçə dəfə təkrarlanmışdır. Sonuncu dəfə 01 aprel 2024-cü il tarixdə Cəfər onunla mobil telefon vasitəsi ilə danışıb whatsapp proqramı vasitəsi ilə konum göndərəcəyini, qeyd olunan ünvana getdikdən sonra ona məlumat verməli olduğunu demişdir. O, həmin əraziyə çatdıqdan sonra içərisində narkotik vasitə olan bağlamanın yerini söyləyəcəyini, həmin bağlamanı götürüb ona gətirəcəyi halda narkotik vasitə qurudulmuş marixuana verəcəyini bildirmişdir. O da Cəfərin təklifi ilə razılaşmışdır. Bundan sonra Cəfər ona whatsapp proqramından konum göndərmişdir. O həmin əraziyə gedib Cəfərlə əlaqə saxlayıb bildirilən ünvanda olduğunu demişdir. Sonra Cəfər ona narkotik vasitə olan bağlamanın yerini dəqiq şəkildə bildirmişdir. O bağlamanı görüb bir-iki dəfə yanından keçib ətrafa baxmışdır. Kiminsə orada olmadığını gördükdən sonra torbanı götürmüşdür. Bir qədər oradan uzaqlaşdıqdan sonra artıq 02 aprel 2024-cü il tarixdə, saat 00:02-də ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmişlər, o özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib əlində saxladığı çantada marixuana olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. Etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra üzərində narkotik vasitə, psixotrop maddə varsa, təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra əlində saxladığı 01 ədəd sintetik çantanın içərisində “marixuana” olaraq tanıdığı narkotik vasitə olduğunu bildirərək həmin çantanı masanın üzərinə qoymuşdur. Bundan sonra əynində olan qara rəngli cins şalvarın arxa sağ cibindən 01 ədəd mobil telefonu, həmin şalvarın sol yan cibindən 02 ədəd ictimai nəqliyyat vasitəsindən istifadə etmək üçün nəzərdə tutulmuş “Baku kart” plastik kartlarını və şalvarın arxa sol cibindən 10 manat pulu çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Daha sonra üzərinə şəxsi axtarış həyata keçirilsə də, əlavə əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi əşya və predmetlərə polis əməkdaşı tərəfindən ardıcıllıqla baxış keçirilməyə başlanılmışdır. İlk öncə mobil telefonuna baxış keçirilmiş və o mobil telefonun özünə məxsus olmasını, həmin mobil telefonda ***-***-**-** saylı mobil nömrənin olmasını bildirmiş və mobil telefonu polis əməkdaşı tərəfindən götürülmüşdür. Təqdim etdiyi 02 ədəd “Baku kart” plastik kartları və 10 manat pul özünə geri qaytarılmışdır. Daha sonra təqdim etdiyi 01 ədəd sintetik çantaya baxış keçirilmiş və baxış zamanı həmin çantada içərisində qara rəngli yapışqan lentlə bağlanmış sellofan bağlama aşkar olunmuşdur. Həmin bağlama iştirakçıların şahidliyi ilə açılmış və bağlamanın içərisində yaşıl rəngli ot formalı xüsusi iyə malik olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı aşkar edilmiş ümumilikdə 01 ədəd qara rəngli sellofan bağlamada olan maddələri 01 aprel 2024-cü il tarixdə axşam saatlarında tanışı Cəfər adlı şəxsin ona “Whatsap” ani mesajlaşma şəbəkəsindən göndərdiyini, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən ünvana gedərək əldə etdiyini, həmin bağlamanı tanışı Cəfərə verməli olduğunu, qarşılığında Cəfərin ona narkotik vasitə verəcəyini vəd etdiyini, həmin bağlamada olan narkotik vasitədən heç kimə satmaq, hədiyyə və ya pay qismində vermək kimi bir niyyətinin olmadığını, özünün narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Bundan sonra aşkar olunmuş 01 ədəd bağlamada olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr polis əməkdaşı tərəfindən 01 ədəd sintetik çantada qablaşdırılmışdır. Daha sonra şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında qeydiyyatdadır, Şirvan şəhəri, M.Rəsulzadə küşəsi ev 42 ünvanında yaşayır. ***-***-**-** saylı nömrə ona məxsusdur və istifadəsində olmuşdur. Bir ilə yaxındır ki, narkotik vasitə qurudulmuş marixuana, sonradan isə psixotrop maddə metamfetamindən istifadə etmişdir. Həmin maddələri anket məlumatlarını bilmədiyi şəxslərdən almışdır. 2024-cü ilin əvvəllərində Bakı şəhəri, Ekologiya Postu deyilən ərazinin arxa tərəfində yerləşən Şamlıq hamamında qardirobda xidmətçi kimi işləməyə başlamışdır. İşə daxil olduqdan sonra orada barmen işləyən, əslən Masallı rayonundan olan Təqsirləndirilən şəxs1 ilə münasibəti yaranmışdır. O Təqsirləndirilən şəxs1 ilə işdən kənar yerdə görüşməmiş və onunla narkotik vasitə, psixotrop maddə istifadə etməyi barədə ümumiyyətlə danışıq aparmamışdır. Fazil ilə münasibəti yaxın olduğundan Fazil, ondan bir neçə dəfə borca pul almışdır. Fazil onun ilə həm istifadəsində olan nömrəyə yığmaqla, həmdəki whatsapp proqramı vasitəsi ilə əlaqə qurmuşdur. O Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddə istifadə etməsindən məlumatlı deyil və bu barədə aralarında ümumiyyətlə danışıq olmamışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitə verməmişdir. Təqsirləndirilən şəxs1 hər hansı bir torba, narkotik vasitənin olduğu yer barədə məlumat verməmiş, mobil telefon vasitəsilə konum göndərməmişdir. Onların arasında ümumiyyətlə qeyd olunan mövzuda danışıq aparılmamışdır. O Təqsirləndirilən şəxs1 ilə demək olarki gündəlik telefon vasitəsi ilə əlaqə saxlamışdır. Sonradan Fazilə bir neçə dəfə yığsa da, telefonuna zəng çatmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 barəsində narkotik vasitələrin satışı, daşınması və istifadəsi ilə bağlı məlumat daxil olmuşdur. Keçirilmiş əməliyyat -axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdən aprel ayının 2-si tarixinə 2-3 dəqiqə keçmiş Təqsirləndirilən şəxs1 Yasamal rayonu, Ə.Əhmədov 28 ünvanının yaxınlığında yaxınlaşmışlar. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin daşınmasında, satışında şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs1 əlində yekə bağlama olan çanta olmuşdur. Təqsirləndirilən şəxs1 səmimi olaraq çantanın içərisində qurudulmuş narkotik vasitə marixuananın olduğunu etiraf etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 BMCMİ-yə dəvət etmişlər. BMCMİ-də Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparan zaman sonuncu səmimi olaraq tanışı Təqsirləndirilən şəxs2la yazışıb, məkan atdığını, atdığı məkanda olan bağlamanı götürüb verəcəyini və qarşılığında Təqsirləndirilən şəxs1 istifadəsi üçün narkotik vasitə marixuana verəcəyini etiraf etmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 saxladıqları vaxt heç nə ilə əlaqədar narazaçılıq bildirməmiş, özü səmimi etiraf etmişdir. Kiminsə Təqsirləndirilən şəxs1 təzyiq göstərməsinin şahid olmamışdır. Təqsirləndirilən şəxs1 saxlanmasında şəxsən iştirak etmişdir. Təqsirləndirilən şəxs1 barəsində daxil olmuş məlumatda şəxsin nakotik vasitələrin daşınması, satışı və istifadəsi ilə məşğul olması göstərilmişdir. Məlumatda göstərilmiş şəxsin təxminən hansı ərazidə olacağını bilmişlər. Həmin ərazidə müşahidə aparmışlar. Bir nəfər şəxsin özünü şübhəli apadığını görmüşlər. Həmin şəxs ara küçə ilə əlində çanta ilə hərəkət etmişdir. Onlar da həmin şəxsə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs1 saxlayanda çanta sonuncunun əlində olmuşdur. Ona Təqsirləndirilən şəxs1 nakotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olub, amma o, sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olmasını müəyyən etməmişdir. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində toplanmış materialda qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma faktına görə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda “Fazil” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üstündə saxlaması, eləcə də daşıması bildirilmişdir. (İ cild, i.v. 4) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üstündə saxlaması, eləcə də daşıması barədə BMCMİ-yə olmuş məlumat əsasında sonuncunun cinayət əməlinin ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (İ cild, i.v. 5-6) xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 01:16-da CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə, saat 00:02-dən tutulmuş hesab edilmişdir. (İ cild, i.v. 19) xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əlində saxladığı 01 ədəd sintetik çantanın içərisində “marixuana” olaraq tanıdığı narkotik vasitə olduğunu bildirərək həmin çantanı masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli cins şalvarının arxa sağ cibindən 01 ədəd mobil telefonu, həmin şalvarın sol yan cibindən 02 ədəd ictimai nəqliyyat vasitəsindən istifadə etmək üçün nəzərdə tutulmuş “Baku kart” plastik kartlarını və şalvarının arxa sol cibindən 10 manat pulu çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi əşya və predmetlərə ardıcıllıqla baxış keçirilməyə başlanmış, ilk öncə Təqsirləndirilən şəxs1 təqdim etdiyi mobil telefona baxış keçirilmişdir. Mobil telefon “Honor” markalı olmuş, Təqsirləndirilən şəxs1 mobil telefonun ona məxsus olmasını, həmin mobil telefonda ***-***-**-** saylı mobil nömrəsinin olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd sintetik çantaya baxış keçirilmiş və baxış zamanı həmin çantada içərisində qara rəngli yapışqan lentlə bağlanmış sellofan bağlama aşkar olunmuşdur. Həmin bağlama iştirakçıların şahidliyi ilə açılmış və bağlamanın içərisində yaşıl rəngli ot formalı xüsusi spesifik iyə malik olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 aşkar edilmiş ümumilikdə 01 ədəd qara rəngli sellofan bağlamada olan maddələri 01 aprel 2024-cü il tarixdə, axşam saatlarında tanışı Cəfər adlı şəxsin ona “Whatsap” ani mesajlaşma şəbəkəsində olan hesabı vasitəsi ilə göndərdiyi, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən ünvana gedərək əldə etdiyini, həmin bağlamanı tanışı Cəfərə verməli olduğunu, qarşılığında tanışı Cəfər adlı şəxsin ona narkotik vasitə verəcəyini vəd etdiyini, həmin bağlamada olan narkotik vasitədən heç kimə satmaq, hədiyyə və ya pay qismində vermək kimi bir niyyətinin olmadığını, özünün narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. (İ cild, i.v. 27-30) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16- 2-7/521 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 təqdim etdiyi...” yazıları və imzalar olan sintetik çantadakı 01 (bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi - 10100 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (İ cild, i.v. 37-40) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 55-56) xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Azercell MMC-dən daxil olmuş CD diskə baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***- ***-**-** saylı nömrə arasında müxtəlif tarixlərdə və zaman kəsiyində mütəmadi danışıqlar müəyyən edilmişdir. (İ cild, i.v. 167) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)- 451/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(005)-963/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 03 ay, yəni 02 noyabr 2024-cü il tarixədək uzadılmışdır. (İ cild, i.v. 80-81, 164-165) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(005)- 949/2024 saylı qərarından görünür ki, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid tərəfindən qəbul edilmiş 01 aprel 2024cü il tarixli qərar qanuna uyğun hesab edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. (İ cild, i.v. 115-116, 173-174) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X9 Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 4113 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 Kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstələyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (İ cild, i.v. 122-123) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X7 73/MEŞ saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədən səthində aşkar edilmiş xəsarət – sağ saidin sıyrığı bərk küt əşyanın təsirindən müayinədən 4-6 gün əvvəl əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Təqsirləndirilən şəxs1 bədən səthində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət müxtəlif şəraitlərdə, o cümlədən sərbəst yıxılma, bədənin müvafiq nahiyəsinin küt əşyaya çırpılması və ya həmin nahiyəyə küt əşyanın dəyməsi nəticəsində yarana bilərdi; dəqiq olaraq hansı şəraitdə yaranması hüquqi müstəvidə aydınlaşdırıla bilər. (İ cild, i.v. 124-127) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X9 Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3410 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 psixostimulyatorların qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild, i.v. 159-161) xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs2 üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (İ cild, i.v. 168-171) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 182-183) xx.xx.2024-cü il tarixli maddi sübut hesab etmə haqqında qərardan və xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilən videogörüntünü özündə saxlayan 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş külli miqdarda 10100 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və qalıq çəkisi 10099,8 qram narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (İ cild, i.v. 84-86, 250-260) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. (İ cild, i.v. 261- 262) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-2345/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmənin sorğusu əsasında Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan və məhkumun tibbi kitabçasının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə Penitensiar Xidmətin Bakı istintaq təcridxanasına daxil olmuş və sağ körpücük və sağ əlin arxa səthində köhnə çapıq toxuması müşahidə olunmuşdur. xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunur. 023595 nömrəli vəsiqə surətindən görünür ki, Təqsirləndirilən şəxs1 atası X4 İİ qrup müharibə əlilidir. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrini, məhkəmə istintaqı zamanı qismən etirafedici ifadələrini, şahidin ifadəsini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan edilmiş ittiham üzrə CM-in 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmələrində təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuş və onlar həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidirlər. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi, öz istifadəsi üçün Təqsirləndirilən şəxs2 5 qram narkotik vasitə istəməsi, çantanın içərisində böyük bir büküm olduğunu gördükdən sonra oradan uzaqlaşması, polis əməkdaşlarının ona təzyiq göstərmələri və s. ilə bağlı verdiyi ifadələri, Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, Təqsirləndirilən şəxs1 dediklərinin yalan olması, sonuncuya məkan atmaması və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar, o cümlədən şəxsi axtarış və götürmə aparılması haqqında protokol, xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokol (təqsirlənirilən şəxslər arasında müxtəlif vaxtarda mütəmadi danışıqların müəyyən olunması), xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolu, məhkəmə sorğusu əsasında Bakı İstintaq Təcridxanasından daxil olmuş cavab məktubu, ona əlavə olunmuş sənədlər və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özlərini müdafiə xarakterli ifadə, törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Məhkəmə xüsusi olaraq vurğulayır ki, videoçəkilişlə aparılan şəxsi axtarışı zamanı Təqsirləndirilən şəxs1 tam sərbəst şəkildə aşkar edilmiş ümumilikdə 01 ədəd qara rəngli sellofan bağlamada olan maddələri 01 aprel 2024-cü il tarixdə, axşam saatlarında tanışı Cəfər adlı şəxsin ona “Whatsap” ani mesajlaşma şəbəkəsində olan hesabı vasitəsi ilə göndərdiyi ünvana gedərək əldə etdiyini, həmin bağlamanı tanışı Cəfərə verməli olduğunu, qarşılığında tanışı Cəfər adlı şəxsin ona narkotik vasitə verəcəyini vəd etdiyini səmimi etiraf edir. Bundan sonra ibtidai istintaq orqanına da qeyd etdiyi həmin hallarla bağlı ardıcıl etirafedici ifadələri verir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 10-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X8 12-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59.2-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 qeydiyyat yeri üzrə müsbət xarakterizə olunması, əvvəllər məhkum olunmaması, atasının İİ qrup müharibə əlili olması, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamasını cəzalarını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 61-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzalarını yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlinə görə ittiham olunduqları CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onların islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 01:16-da şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə, saat 00:02dən tutulmuş hesab edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə həbsdə saxlanılma müddəti 03 ay, yəni 02 noyabr 2024-cü il tarixədək uzadılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024cü il tarixli, 1(101)-2345/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanma müddətinin əvvəli onların azadlıqlarının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlandıqları müddət onlara təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzalarını, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 78 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına keçirilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata götürülməli, Təqsirləndirilən şəxs2 isə narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş qalıq çəkisi 10099,8 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilən videogörüntünü özündə saxlayan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə ümumilikdə 55 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 55 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 55 saat hüquqi yardıma görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 330 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş qalıq çəkisi 10099,8 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilən videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 78 (yetmiş səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 55 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 330 (üç yüz otuz) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-635/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-635/2025
09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver