Məhkəmə qərarları › İş №1(101)-636/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-636/2020

07.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-636/2020 07.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, zərərçəkmiş şəxsin hüquqi varisi X2, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi “İsmayılbəyli və partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə və müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay (dul qadın), işsiz, məhkum olunmamış, Suraxanı rayonu Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi, ev 5 b, mənzil 84 ünvanında qeydiyyatda olan və Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 141, mənzil 31 ünvanında yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. belə ki, o, 2012-ci il tarixdən Zərərçəkmiş şəxs ilə rəsmi nikahda olduğu halda ayrı-ayrı vaxtlarda öz təşəbbüsü ilə tanış olduğu kişi cinsli şəxslərlə cinsi əlaqədə olaraq mütəmadi intim münasibətlər saxlamış, əri Ruslan Fəxrətov xx xxxx 2019-cu il tarixdə saat 23:50 radələrində yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi, 5 b №-li evin 84-cü mənzilinin yataq otağında onun (Təqsirləndirilən şəxs) ailəsinə xəyanət etməsi barədə məlumatı olmasını ona bildirərək yataq otağından qovmuş, xx xxxx 2019-cu il tarixdə saat 08:00 radələrində o, xəyanətinin aşkarlandığı halda rüsvay olmasının qarşısını almaq və xəyanətini gizlətmək məqsədilə əri Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə mənzildə ümumi istifadə olunan mətbəx təyinatlı bıçaqla iki dəfə sonuncunun boyun və bel nahiyəsindən zərbə vuraraq Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin ediməyən bir ədəd döş qəfəsinin arxa səthinin kəsilmiş səthi yarası, sağlamlığa ağır zərərvurmaya aid olan boyunun bir ədəd deşilmiş - kəsilmiş yarası xəsarəti ilə müşayiət olunmaqla ölümünə səbəb olan yuxu arteriyasının zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə ilə nəticələnən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Təqsirləndirilən şəxs məhkəmə zamanı özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx xxxx 2019-cu il tarixdə axşam saatlarında o, əri Zərərçəkmiş şəxs və iki övladı ilə birlikdə oğlu Telmanı yaxınlıqda yaşayan çöpçüyə piyada aparmışlar, çöpçüdən qayıtdıqda, təxminən saat 20 radələrində, Ruslan onları liftə mindirib evə göndərmiş, özü dostları ilə pivə içməyə getdiyini ona bildirmiş, lakin konkret kiminlə birlikdə pivə içməyə getdiyini bilməmiş, həmin gün saat 23:30 radələrində Ruslan evə gəlmiş, həmin vaxt uşaqları və qayınatası Telman yatmış, qapını qayınanası Əminə açmış, Ruslan içəri girəndə pivə içdiyini bildirmiş və hərəkətlərindən içkili olduğu bilinmiş, Ruslan ayaq üstə içkinin təsirindən güclə dayanmış, Ruslan ondan yemək istəmiş və o, sonuncuya yemək verib özü isə hamama çimməyə girmiş, o, çimməyə girəndə qayınanası Əminə qonaq otağında televizora baxmış, hamamdan çıxdıqda Ruslan artıq yeməyini yeyib bitirib eyvanda siqaret çəkmiş, o, qabları yığışdırıb yumuş, Ruslan yatdığı otağa keçib telefonu ilə məşğul olmuş, onunla Ruslanın arasında heç bir mübahisə olmamış, Ruslan heç vaxt onun telefonuna baxmamış, o, qayınanası Əminəyə: “Gecəniz xeyrə qalsın”, - demiş, sonuncu ona: “Xeyirə qarşı”, - cavabını vermiş, bundan sonra o, gedib öz yerində uşaqlarla birlikdə yatmış, qayınanası və əri Ruslan öz otaqlarına yatmağa getmiş, sonuncu balaca övladının ağlamasından narahat olduğu üçün oğlu anadan olduğu vaxtdan digər otaqda, yəni qonaq otağında yatmışdır; xx xxxx 2019-cu il tarixdə saat 08:00-da oğlu Telmanın ağlamaq səsinə yuxudan oyanıb sonuncuya mətbəxdə yemək hazırlayıb öz yatdığı otaqda qucağında övladına yemək yedizdirən zaman əri Ruslan onun yataq otağının yarımaçıq qoyduğu qapısını açıb içəri girmiş, həmin vaxt sonuncunun əynində tuman və mayka olmuş, Ruslan ona: “Uşağı yedizdir, gəl yanıma”, - sözlərini demiş, o, Ruslanın onu cinsi əlaqə üçün yanına çağırdığını zənn etmiş, oğlu Telmanı yedizdirdikdən sonra gecə paltarında Ruslanın yatdığı qonaq otağına getmiş, qonaq otağında Ruslan şkafın qarşısında “raskladuşka” tipli çarpayıda oturaqlı vəziyyətə onu görüb qapını bağla demiş, o, otağın qapısını örtüb Ruslanın qarşısında, yəni çarpayının qarşısında olan masanın küncünə söykənmiş, Ruslan həmin vaxt oturduğu yerdən ayağa durmuş, o, sonuncunun gözlərinin bəbəklərinin genəldiyini, gözlərinin içinin qıpqırmızı olduğunu, ilk dəfə belə vəziyyətdə, vəhşi insan kimi görmüş, Ruslan ona: “Mənə deyiblər ki, sən mənə xəyanət etmisən”, - demiş, o, Ruslana: “Yalandı, elə bir şey yoxdur”, - cavabını vermiş, Ruslan onun cavabından sonra arxaya dönüb balışın altından mətbəxdə istifadə etdikləri bıçağı götürüb, sağ əlində tutub əlini boynu istiqamətində qaldıraraq bıçağı ona istiqamətlənmiş formada: “Səni öldürəcəm, mənə niyə xəyanət etmisən”, - sözlərini demiş, o, Ruslana: “Elə bir şey yoxdur”,- deyərək cavab vermiş, Ruslanın bıçaqla onun üzərinə gəldiyini görüb qorxmuş, bir əli ilə Ruslanın bıçaq tuşladığı sağ qolunun dirsəyindən, o biri əli ilə isə sonuncunun sinəsindən tutub çarpayıya doğru itələyib otaqdan çıxmaq üçün qaçmış, qaçan zaman: “Ay mamam”, - sözlərini deyərək qışqırmış, o, qapını açıb qapıdan çölə tam çıxmamış, Ruslanın onun arxasınca gəlmədiyini hiss edib arxaya dönmüş, baxanda Ruslanın çarpayıdan sağ çiyin üzərində yerindən qalxdığını və sağ əlindən bıçaq iki hissəyə bölünmüş şəkildə Ruslanın əlindən çarpayının qarşısında yerə düşdüyünü görmüş, Ruslan sol əli ilə sağ boyun hissəsini tutmuş, tutduğu nahiyədən qan gəlmiş, o, Ruslanın yanına gəlib sol qolundan tutub çarpayıdan qaldırmış, Ruslan sol qolu ilə sağ boyun nahiyəsini tutduğu üçün o, Ruslanın sol qolunun dirsəklə çiyin arasında olan hissəsindən tutub onu yerindən qaldırıb kömək etməyə çalışmış, Ruslan sol tərəfi ilə onu yaxın durmaması üçün itələmiş, həmin vaxt əlinin sağ boyun nahiyəsindən çəkildiyi üçün Ruslanın sağ boyun nahiyəsindən qan təzyiqlə pəncərə istiqamətinə doğru sıçramış, sonra Ruslan yenidən sol əli ilə boynunu tutmuş, sağ əli ilə masadan tuta-tuta qayınanası və qayınatasının yatdıqları otağa doğru getmişlər, həmin vaxt Ruslan bir qədər büdrəyib sağ əli ilə masadan tutan zaman o, əyilib yerdən bıçağın dəstəyini götürüb sol qoltuqaltı nahiyəsinə qoymuş, o, bir əli ilə Ruslanın sol qolunun dirsəklə çiyin arasında olan hissəsindən, bir əli ilə də eyni istiqamətdə bel hissəsindən tutub kömək etmiş, bıçağın dəstəyini görəndə bir anlıq əlini buraxıb bıçağın dəstəyini götürmüş, tiyəsi gözünə dəyməmiş, bıçağı görəndə nəyə görə götürdüyünü bilməmiş, amma bıçağı götürüb qayınanası və qayınatasına göstərib Ruslanın onu vurmaq istəyən zaman onun sonuncunu itələməsi nəticəsində hadisənin baş verdiyini danışacağını düşünmüş, Ruslan öldüyünə görə qorxmuş və hadisə barədə danışmamış, Ruslan qonaq otağından çıxıb sağ istiqamətdə olan Əminə və Telmanın yatdığı yataq otağına gedən zaman əli ilə divardan tutmuş, o, qayınanası və qayınatasının yatdığı otağın qapısını açmış və: “Mamam, Ruslanı qan apardı”, - deyə qışqırmış, X20 yuxudan oyanmış, Ruslan Əminənin qucağına yıxılmış, Telman əynini geyinib X19 çağırmağa getmiş, Əminə ona qonşu İlqarı çağırmasını tapşırdığı üçün o, ayaqyalın gecə paltarında qonşunu çağırmağa getmiş, bir qədər sonra həkimlər gəlib müayinə edib Ruslanın öldüyünü demişlər; o, bu xəbəri eşitdikdən sonra özünü itirmiş, qorxduğu üçün gedib bıçağın tiyəsini çarpayının qarşısında yerdən götürmüş, sol qoltuqaltı nahiyəsinə qoyduğu bıçağın dəstəyi ilə birlikdə yerə atmaq istəmiş, nə etmək istədiyini bilməmiş, otağın pəncərəsi açıq olduğu halda, pəncərənin torunu yerindən çıxardıb yerə qoyub bıçağın hər iki hissəsini pəncərədən həyətə atmış, həmin vaxt qonaq otağında heç kim olmamış, o, bıçağı pəncərədən atmağının səbəbini özü də bilməmiş, Ruslan öldüyünə görə onu tutduqları halda uşaqlarının sahibsiz qalacağını fikirləşmiş, bıçağı qoltuqaltına qoymasının səbəbini bilməmiş, hadisənin təsirindən qorxmuş, bıçağı atma səbəbini bilməmiş, o, istintaq gedişatında əri Zərərçəkmiş şəxs hansı şəraitdə xəsarət alması barədə iki övladının atasının öldüyündən övladlarının anasız qalmaması üçün düzgün məlumat verməmiş, baldızının əri Şahid2 ərinin yas mərasimi günü ona yaxınlaşıb onun tutulacağını, işgəncə veriləcəyini, elektrik naqilinə qoşulacağını, özünün naxçıvanlı olduğu üçün hər yerdə tanışının olduğunu deyərək polislərin Ruslanın ölümünü onun üstünə atacağı ilə şantaj etdiyi üçün o, qorxub İsaya hadisə barədə hazırda xatırlamadığı məzmunda uydurub danışmış, İsaya ərinin onun telefonunu yoxlaması barədə, ərininin ona boşanacağını deməsi barədə, bıçaq götürüb ərinin yanına getməsi barədə, özünü öldürəcəyini ərinə deməsi barədə heç bir söz deməmiş, bu barədə Şahid2 verdiyi ifadələr həqiqətə uyğun deyil. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı zərərçəkmiş şəxin hüquqi varisi qismində dindirilmiş X6 ifadə verərək göstərmişdir ki, Şahid1 ilə birgə nikahından 1 qız və 1 oğlan övladı olmuş, oğlu Zərərçəkmiş şəxs ali təhsilli olmaqla, “Lomonosov” adına universitetin Bakı şəhərindəki filialını bitirmiş və 2012-ci ildə arvadı Əminənin qohumu Təqsirləndirilən şəxs ilə evlənmiş, birgə nikahdan 1 qız və 1 oğlu olmuş, Ruslanla Şahanə arasında əvvəllər dava-dalaş mübahisə olmamışdır; xx xxxx 2019-cu il tarixdə saat 08:00 radələrində arvadı Əminənin qışqıraraq: “Dur, uşağı qan apardı”, - səsinə yuxudan oyandıqda oğlu Ruslanın onun yatdığı otaqda çarpayının başında ayaq üstə dayandığını, boynundan qan axdığını, gəlini Şahanənin dəhlizdə qapının yanında dayandığını görmüş, həkim çağırmaq üçün evdən çıxmış, 23 №-li poliklinikaya çatmamış yolda X19 avtomobilinin olduğunu görüb həmin avtomobilin qarşısını kəsib kömək lazım olduğunu demiş, birlikdə evə gəlmişlər, evə çatdıqda oğlun Ruslanın yerə yıxılmış vəziyyətdə anasının qucağında olduğunu görmüş, həkim oğlunu müayinə edərək öldüyünü bildirmiş, o, nə baş verdiyini öyrənmək üçün oğlunun yatdığı qonaq otağına keçmiş, otaqda çarpayının üzərindəki döşəkdə qan olduğunu, pəncərədə olan çərçivəli torun çıxarılaraq yerə qoyulduğunu, evdə bir çox əşyanın üzərində qan damcılarının olduğunu görmüş, o, yas mərasimində gəlini Şahanəni çağıraraq sonuncuya: “And iç ki, Ruslanın ölümündə günahın yoxdur”, - demiş, Şahanə heç bir söz deməmiş, səhəri gün atası ona Şahanənin and içərək Ruslanın ölümündə günahı olmadığını dediyini bildirmiş, Şahanənin oyaq olduğu üçün oğlunun ölümündə gəlini Şahanədən şübhələnmiş, Ruslan hadisədən iki ay əvvəl iş yerində stuldan yıxılaraq qolundan xəsarət almış, oğlu Ruslanı Sabunçu rayonu 3 saylı xəstəxanaya aparmışlar, bundan sonra öldüyü günə kimi oğlu sağ qolunu işlətməmiş, o, Ruslanın kiçik nəvəsi Telmanın Ruslandan olmadığını öyrəndiyinə görə Şahanə ilə aralarında mübahisə yaranmış, Şahanənin Ruslanı bıçaqla vuraraq öldürdüyünü fikirləşmiş, kiçik nəvəsi Telmanın Ruslanın oğlu olub-olmamasını müəyyən etmək məqsədilə qızı Lalə və nəvəsi Telmandan nümunələr götürərək X1 DNK analizi keçirtmiş, analizinin nəticəsinə görə Telmanla bibisi Lalə arasında qohumluq əlaqəsinin olması müəyyən edilməmiş, təxminən hadisədən 2-3 il əvvəl biri hicablı olmaqli iki nəfər qadın onların yaşadıqları mənzilə gələrək hicablı qadın Şahanəyə: “Sən mənim ərimlə gəzirsən”,- demiş, həmin şəxslər Şahanəyə öz adı ilə deyil, Nuranə adı ilə müraciət etmişlər, Şahanənin adını səhv dediklərinə görə gələn qadınların yalnışlığa yol verdiyini düşünmüş və oğlu Ruslan onların səhv etdiyini, Şahanənin onun arvadı olmasını, o, həmin şəxslərə Şahanənin onun gəlini olmasını demiş, bundan sonra həmin qadınlar evdən çıxıb getmiş, səhəri onlar evdə olmadığı vaxt həmin şəxslərin olmasını təxmin etdiyi şəxslər yenidən gəlib qonşu İlqardan Şahanəni soruşub getmiş, o, həmin şəxslərin kim olması ilə maraqlanmamış, Əminə və Şahanədən bu barədə soruşduqda Şahanə həmin şəxsləri tanımadığını, heç kimlə münasibətinin olmadığını bildirmiş, o, İlqara başqa söz-söhbət yaranmasın deyə həmin şəxslərin Şahanənin qohumları olduğunu demişdir; gəlinləri Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs xəyanət etməsi ilə bağlı şübhələri ibtidai istintaq zamanı və məhkəmə zamanı iş üzrə dindirilmiş Təqsirləndirilən şəxs intim münasibətdə olduğu şəxslərin ifadələri ilə öz təsdiqini tapmışdır; Təqsirləndirilən şəxs itmiş nişan üzüyünün evlərinə gətirdiyi oğlan tərəfindən götürülməsini də Şahənənin ibtidai istintaqın əvvəlində verdiyi ifadəsinə əsasən bilmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, oğlu Ruslan 2012-ci ildə onun bibisi nəvəsi Təqsirləndirilən şəxs ilə evlənmiş, birgə nikahdan 1 qız və 1 oğlu olmuş, Ruslanın Şahanə ilə münasibətləri normal olmuş, aralarında böyük mübahisə olmamış, yalnız xırda məişət məsələləri ilə bağlı mübahisə etmiş, bir-biriləri ilə normal yola getmişlər, təxminən hadisədən 2 il əvvəl bacısı İlhamə ona Şahanənin “İnstagram” sosial şəbəkəsindən istifadə etdiyini və Şahanədən ona: “Arvad başa düşüb, zəng eləmə”,məzmununda mesaj gəldiyini demiş, o, bu barədə Şahanədən soruşduqda sonuncu həmin mesajı bacısı Samirəyə yazdığını, səhvən İlhaməyə getdiyini bildirmiş, buna görə Şahanənin atası Məstalını çağırıb İlhaməyə göndərilən mesaj barəsində danışmış və qızının «İnstagram» sosial şəbəkəsindən istifadə etdiyini, oğlanlarla orada söhbət etdiyini güman etdiyini demiş, Şahanənin «İnstagram» sosial şəbəkəsindən hansı formada istifadə etdiyini bilməmiş, qudası Məstalı ona Şahanənin elə hərəkətlərə yol verən bir insan olmadığını demiş, o, dəqiq məlumatı olmasa da, Şahanənin çox telefondan istifadə etdiyindən Şahanənin yenə də «İnstagram»dan istifadə etməsindən şübhələnmiş, Ruslana arvadı Şahanənin telefondan çox istifadə etdiyini dedikdə, sonuncu Şahanənin telefonunu yoxlamışdır; xx xxxx 2019-cu il tarixdə axşam saatlarında oğlu Ruslan arvadı Şahanə ilə birlikdə Ruslanın balaca oğlunu çöpçüyə aparmış, qayıtdıqda Şahanə uşaqları ilə yaşadıqları 6-cı mərtəbəyə Ruslansız gəlmiş və Ruslanın getdiyini demiş, Ruslan həmişə dostları ilə getdiyindən sonuncunun dostları ilə getdiyini düşünmüş. axşam təxminən saat 23:30 radələrində Ruslan evə gəlmiş, Ruslan evə gələndə kefli olmamış, həmin vaxt əri Telman öz yataq otağında yatmış, Ruslan evə gələrkən qaşqabaqlı olmuş, həmişə evə gələndə onunla zarafat etsə də, həmin günü zarafat etməmiş, evə girən kimi paltarlarını soyunaraq mətbəxə keçmiş və Şahanəni mətbəxə çağırmış, Şahanə mətbəxə getmiş, onlar söhbət etmiş, lakin yavaş danışdıqlarından nə danışdıqlarını eşitməmiş, bundan sonra Ruslan özü yatdığı otağa keçmiş, Ruslanın körpə uşağı gecələr ağladığından narahat olmamaq üçün yataq otağında deyil, qonaq otağında yatmış, Ruslan mətbəxdən sonra həmin otağa keçib qapını örtmüş, Şahanə də Ruslanın yatdığı otağa keçib qapını örtdükdə Ruslan ona yüksək səslə iki dəfə: “Çıx otaqdan”,- deyə qışqırmış, Şahanə otaqdan çıxdıqdan sonra aralarında daha heç bir mübahisə olmamış, heç bir səs eşitməmiş, o, öz otağına keçib yatmışdır; xx xxxx 2019-cu il tarixdə, saat təxminən 08:00 radələrində Şahanə onların yatdığı otağın qarşısına Ruslanla birlikdə gələrək: “Ruslanı qan apardı”,- demiş, həmin vaxt Ruslan onun otağına daxil olub çarpayının baş hissəsində, Şahanə ondan bir qədər aralı qapının yanında dayanmış, o, Ruslanın sağ sifət nahiyəsində çoxlu qan görmüş, sonuncu danışmamış, Ruslan özü gəlmiş, Şahanə onun qoluna girməmiş, o, nə baş verdiyini başa düşməmiş, Ruslana yaxınlaşıb boynundan tutan kimi sonuncu onun qucağına yıxılmış, Ruslanın sağ boyun nahiyəsində kəsik olduğunu, oradan qan gəldiyini görüb əli ilə qanı saxlamağa çalışmış, qışqıraraq X15 zəng vurmasını demiş, o, qanı saxlaya bilmədiyini görüb qonşu İlqarı çağırmalarını demiş, sonra X19 gələrək artıq Ruslanın öldüyünü bildirmiş, o, hadisədən sonra qonaq otağının pəncərəsinin toruna baxdıqda həmin torun pəncərənin çərçivəsindən çıxarılaraq pəncərənin qarşısında yerdə uşaq çalışma masasına söykənmiş vəziyyətdə olduğunu görmüş, Şahanədən hadisə barədə heç nə soruşmamış, Ruslan xəsarət alarkən evdə o, Telman, Şahanə və uşaqlar olmuş, kənar şəxslərdən evdə heç kim olmamış, Ruslan ölməmişdən əvvəl ona heç bir söz deməmiş, sadəcə gözü ilə Şahanə tərəfə baxıb, əlini Şahanəyə tərəf uzatmış, nə isə demək istəmiş, lakin deyə bilməmiş və onun qucağına düşmüş, hadisə vaxtı yalnız Şahanə orada olmuşdur; qızının əri Şahid2 ona oğlunun yas mərasimi zamanı bildirmişdir ki, Şahanə özü ona (İsaya) etiraf edərək danışmışdır ki, mətbəxdən bıçaq götürərək Ruslana özünü öldürəcəyini demiş, bundan sonra Ruslan bıçağın üstünə yıxılmış, Ruslan qanı axa-axa Şahanə ilə birlikdə onun (Əminənin) yanına gəlmiş; Şahanə Ruslanın qolundan tutmamış, bıçaq xəsarətinin Ruslana Şahanə tərəfindən yetirildiyini düşünmüş, hadisədən iki ay əvvəl Ruslan iş yerində stuldan yıxılıb xəsarət almış, Sabunçu rayon 3 saylı xəstəxanada Ruslanın sağ qoluna gips qoymuşlar, buna görə Ruslanın sağ əli yaxşı işləməmiş, Ruslan Şahanə ilə evləndikdən sonra 10 ay ərzində onların övladı olmadığına görə bir sıra klinikalara müraciət etmişlər, həkimlər Ruslanın səhhətində problem olduğundan uşağının olmadığını, uşaq sahibi olmaq istədikləri halda həm Ruslanın, həm də Şahanənin müalicə almalı olduqlarını bildirilmiş, müalicələrdən sonra Şahanə hamilə qalmış və xx xxxxxxxx 2013-cü ildə ilk övladı Əminə dünyaya gəlmiş, bundan sonra evliliklərinin 4 ili müddətində Şahanə hamilə qalmamış, Respublika Perinatal Mərkəzində hər dəfə həkim tərəfindən Ruslanın övlad sahibi olması üçün müalicə almalı olduğu deyilmiş, 2017-ci ilin oktyabr ayında Şahanəyə müalicə almaları təklif edilmiş, onlar Şahanə və Ruslanın 2018-ci ilin yanvar ayında müalicə almalarını qərara almış, 2017-ci ilin noyabr ayında Şahanə hamilə olduğunu bildirmiş, Ruslanın müalicə almadan Şahanənin hamilə qalmasına təəccüblənmiş, lakin bu barədə heç kimə heç nə deməmiş, 2018-ci il avqust ayında nəvəsi Telman dünyaya gəlmiş, o, hər dəfə nəvəsi Telmanda Ruslana xarakterik əlamətlər axtardığı halda nəvəsi Telmanla oğlu Ruslan arasında oxşarlıq tapa bilməmiş, həmin uşağın Ruslanın uşağı olmasından şübhələndiyinə görə Telmanın Ruslanın oğlu olub-olmamasını dəqiqləşdirmək məqsədilə DNT analizi keçirtmişlər, o, Ruslanın ölməmişdən əvvəl məhz Telmanın Ruslanın oğlu olmamasına dair Ruslanda şübhələr yarandığına görə Şahanə ilə aralarında mübahisə olduğunu və Şahanə bunu heç kimin bilməməsi üçün Ruslanı öldürdüyünü fikirləşmiş, təxminən hadisədən 2-3 il əvvəl evdə olmadığı zaman biri yaşlı və biri cavan qadın olmaqla iki nəfər onların yaşadığı mənzilə gəlmiş, qadınlardan biri Şahanəni Nuranə adlandıraraq: “Sən mənim oğlumla gəzirsən”,- digəri isə Şahanəyə: “Sən mənim ərimlə gəzirsən”,- demiş, həmin vaxt evdə olan oğlu Ruslan onların səhv etdiyini, Şahanənin adının Nuranə olmamasını, Şahanənin əri olmasını həmin qadınlara demiş, əri Telman Nuranə adlı qadını tanımadığını, Şahanənin onların gəlini olmasını bildirmiş, Şahanə həmin şəxsləri tanımadığını söyləmiş, bundan sonra həmin qadınlar çıxıb getmişlər, həmin hadisədən bir həftə sonra qonşuları İlqar əri Telmana zəng vuraraq onlar evdə olmayanda 3 nəfər tanımadığı şəxsin binaya gələrək İlqardan Şahanəni soruşduğunu, İlqarın həmin şəxslərdən kim lazım olmasını soruşduqda həmin şəxslər evin sahibini tanımadıqlarını, ona Şahanə adında qadının lazım olmasını bildirmiş, İlqar onların evdə olmadıqlarını demiş, Telman İlqardan soruşduqda sonuncu həmin şəxslərin birinin yaşlı qadın, birinin cavan qadın, birinin cavan oğlan olmasını bildirmiş, həmin şəxslərin əlamətlərini dedikdə Telman 1 həftə əvvəl gələn qadınlar olduğunu bilmiş, bundan sonra Telman onu və Şahanəni çağırıb onların kim olduğunu soruşmuş, Şahanə həmin şəxsləri tanımadığını deyərək heç kimlə münasibətinin olmadığına and içmişdir; gəlinləri Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs xəyanət etməsi ilə bağlı şübhələri ibtidai istintaq və məhkəmə zamanı iş üzrə dindirilmiş Təqsirləndirilən şəxs intim münasibətdə olduğu şəxslərin ifadələri ilə öz təsdiqini tapmışdır, eyni zamanda göstərmişdir ki, o, və digər ailə üzvləri Təqsirləndirilən şəxs evlərinə intim əlaqədə olmaq üçün dəvət etdiyi şəxslər olduğu vaxt gəlsəydilər, Şahanə onları da öldürə bilərdi; bundan başqa Təqsirləndirilən şəxs nişan üzüyü evdən itmiş, həmin üzüyün evlərinə gətirdiyi oğlan tərəfindən götürülməsi də ona Şahənənin ibtidai istintaqın əvvəlində verdiyi ifadəsinə əsasən məlum olmuşdur. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, 2012-ci ildə Zərərçəkmiş şəxsnın bacısı Lalə ilə evlənmiş, birgə nikahlarından 2 oğlu olmuş, Ruslanla münasibətləri yaxşı olmuş, Ruslan Təqsirləndirilən şəxs ilə evli olmuş, onların ailə münasibətləri normal olmuş, Ruslan ölümündən təxminən 2-3 ay əvvəl iş yerində stuldan yıxılaraq xəsarət aldığından o, sonuncunu Sabunçu rayon xəstəxanasına aparmış, orada Ruslanın sınmış sağ qoluna gips qoyulmuşdur; xx xxxx 2019-cu il tarixdə Ruslanın xəsarət aldığını eşidib Sabunçu rayon xəstəxanasına getmiş, orada Ruslanın öldüyünü öyrənmişdir; xx xxxx 2019-cu il tarixdə Ruslanın yas mərasimində Ruslanın qohumlarının sonuncunun ölümündə Şahanədən şübhələndiklərini eşitmiş, həmin vaxt Şahanə ona yaxınlaşıb, Ruslanın qohumlarının onun Ruslanı öldürməsini bildirdiklərini söyləyərək: “Mən heç Ruslanı öldürərəmmi?!”- demiş, o, Şahanəyə bununla bağlı araşdırma edəcəyini demiş, həmin gün saat 15:00 radələrində Şahanə ilə təklikdə söhbət etmiş, Şahanədən söz almaq və hadisənin necə baş verdiyini öyrənmək üçün qəsdən Şahanədən Ruslanı öldürməsinin səbəbini soruşmuş, Şahanə Rulsanı öldürmədiyini bildirmiş, o, Şahanəyə: “Mən hər şeyi yaxşı bilirəm, aç mənə hər şeyi danış, səni qutaracam, səni 9 ildən 14 ilədək cəza gözləyir, səni analıqdan məhrum edəcəklər”, - demiş, Şahanə: “Məni necə qurtaracaqsan, bıçağın əl izlərini necə götürəcəksən?!”- deyə soruşduqda o, Şahanəyə: “Atanla danışacam, atan pul verər həll edər”, - sözlərini demiş, Şahanə ona qıldığı namazlara and içməyini istəmiş və bu sirrin onunla qəbrə kimi gedəcəyini, qayınanası, qayınatasının bilməməsini, onu boşamalarını, öz uşaqlarını özü saxlayacağını demiş, o, Şahanəyə heç kimə heç bir söz deməyəcəyi barədə söz verdikdən sonra Şahanə ona Ruslanın gecə saat 12-nin yarısı evə gəlib yemək yedikdən sonra öz yatdığı otağa getdiyini, Ruslan Şahanənin telefonunu istədiyindən telefonunu Ruslana apardığını, Ruslan telefonuna baxanda heç nə tapa bilmədiyini, Şahanə öz otağına qayıtdıqdan sonra Ruslan yenidən Şahanəni çağıraraq telefonunu istədiyini, yenidən telefonuna baxıb heç nə tapmadığını və Şahnəyə: “Sabah səndən boşanacam”,- dediyini bildirmiş, Şahanə özünün boşanmayacağını dedikdə Ruslan Şahanəyə otaqdan çıxmasını demiş, Şahanə öz otağına getmiş, səhər saat 08:00 radələrində uşaq ağladığından durub uşağa yemək gətirmək üçün mətbəxə keçmiş, lakin uşağa yemək gətirməyib mətbəxdə olan bıçağı götürüb Ruslanın otağına getmiş, Ruslanı çağırıb sonuncuya boşanmayacağını, belə olan halda özünü öldürəcəyini demiş, Ruslan durub Şahanəyə əsəbiləşərək otaqdan çıxmasını demiş, Şahənəni itələyərkən Şahanə arxası üstə yerə yıxılmış, Ruslan da ilişib Şahnəin üstünə yıxılmış, Şahanə Ruslanı tutmaq istəyərkən Şahanənin əlində olan bıçaq Ruslanın boğazına girdiyindən qan axmağa başlamış, Şahanə özünü itirib pəncərəni açıb bıçağı pəncərədən aşağı atmıdır; Şahanəin bu sözlərindən sonra Şahanədən Ruslana xəyanət edib-etməməsini soruşduqda, Şahanə Ruslanın ona xəyanət etdiyini, bunu Ruslanın anasıgilin bildiyini demiş, Şahanədən bu barədə kimə danışdığını soruşduqda, sonuncu atası və anasına dediyini bildirmiş, o, Şahanənin yanından durub Şahanəin atası Məstalını çağırmış və Məstalıya qızının hər şeyi danışdığını deyərək gedib məsələni özünün həll etməsini demiş, Məstalı ona heç nə bilmədiyini bildirmiş, o, Şahanənin hər şeyi ona danışdığını dedikdə, Məstalı onlara kömək etməsini xahiş etmiş, o, heç bir kömək edə bilməyəcəyini söyləmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid6 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs uşaq vaxtlarından tanımış, bir məhəllədə yaşamışlar, o, digər məhəllə uşaqları Nicat və Ruslan daim bir yerdə olmuşlar, nə problemləri olsa bir-biri ilə bölüşmüş, gücləri çatdığı qədər bir-birinə kömək etmişlər, Nicat və Ruslan onun ailə üzvlərini, ailə üzvləri də onları yaxşı tanımış, həftənin 5 günü axşamlar bir yerdə oturub çay, pivə içib söhbət etmişlər; xx xxxx 2019-cu il tarixdə saat 20:00 radələrində həyətdə övladlarını gəzdirərkən Ruslanın işdən məhəlləyə gəldiyini görüb Ruslandan aşağı düşüb-düşməyəcəyini soruşmuş, Ruslan da evə çıxıb yemək yeyib məhləyə düşəcəyini demiş, bir saatdan sonra Ruslana “WhatsApp”la zəng etdikdə sonuncu balaca oğlunun boğazında çöp qaldığını, çöpçüyə aparıb sonra gələcəyini söyləmiş, o, həyətdə olarkən Ruslan arvadı və iki övladı ilə birlikdə çöpçüdən gəlmiş və uşaqlarını liftə qoyub evə göndərdikdən sonra gəlib onunla görüşmüş və birlikdə taksi ilə Türkan qəsəbəsində kafeyə pivə içməyə getmiş, onlar kafedə oturduqdan sonra o, “WhatsApp” proqramı vasitəsilə Nicatla danışmış və Nicatı da dəvət etdiyindən sonuncu özünə məxsus “Fiat” markalı maşınla gəlib onlarla bir qədər oturduqdan sonra saat 23:00 radələrində məhəlləyə qayıtmış, məhəllədə Nicatla Ruslan oturub söhbət etmiş, o, yorğun olduğu üçün evə qalxmış, Ruslanla pivə içən zaman və məhəllədə olan zaman aralarında hər-hansı xüsusi söhbət olmamışdır; xx xxxx 2019-cu il tarixdə saat 09:00 radələrində məhəllədən dostu Nicat zəng edərək ağlaya-ağlaya Ruslanın öldüyünü demiş, Ruslanın hansı şəraitdə ölməsini bilməmiş, onun Zərərçəkmiş şəxs arvadının başqa kişilərlə dostluq və ya sevgi münasibətində olub-olmaması barədə məlumatı olmamış, Ruslan təxminən hadisədən iki ay əvvəl mağazada stolun üzərindən yıxıldıqdan sonra sağ qolunun sınması ilə bağlı sağ qolunu işlətməmiş, xasiyyətcədə qorxaq adam olmaqla canının ağrımasından qorxmuş, qolundan gips söküləndən öldüyü günə kimi həmişə kimsə Ruslanla görüşəndə sağ əli ilə salam verməmiş, əlinin ağrımasından qorxmuş, Ruslanın ölümündən bir gün əvvəl Türkan qəsəbəsindən gələndə o, Ruslanla oturub pivə içmiş, həmin vaxt Ruslan sol əli ilə bakalı tutmuş, pivə üçün noxud və saçaqlı pendiri sol əli ilə götürüb yemiş, həmin günü Ruslan bir neçə bakal pivə içmiş, yüngül dərəcədə sərxoş olmuş, öz hərəkətlərini idarə edə bilmiş, ayaq üstə dayana bilmiş, həmçinin danışığıda hər zamanki kimi sərbəst olmuş, Ruslan sağ əli sındığı vaxtdan sonra demək olar ki, ümumiyyətlə sağ əlindən istifadə etməmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, Ruslanı uşaq vaxtlarından tanıyır, bir məhəllədə yaşamışlar, o, digər məhəllə uşağı Vasif və Ruslanla daim bir yerdə olmuş, nə problemləri olsa bir-biri ilə bölüşmüş, gücləri çatdığı qədər bir-birinə köməklik etmişlər; xx xxxx 2019-cu il tarixdə saat 22:00 radələrində Yeni Suraxanıya müştəri gətirmiş, orada olanda Vasiflə “WhatsApp” proqramı vasitəsi ilə danışmış, ona Ruslanla birlikdə Türkanda kafedə pivə içdiklərini demiş, o, Yeni Suraxanıdan birbaşa Türkan qəsəbəsinə Ruslanla Nicatın yanına getmiş, bir qədər söhbət etdikdən sonra saat 23:00 radələrində ordan çıxıb məhəlləyə gəlmiş, məhəllədə Vasif evə getmiş, o, təxminən 5-10 dəqiqə Ruslanla qalıb söhbət etdikdən sonra hər biri öz evinə getmişlər; xx xxxx 2019-cu il tarixdə saat 09:00 radələrində işə getmək üçün evdən həyətə düşmüş, həmin vaxt həyətdə olan anası onun blokdan çıxdığını görüb yanına çağıraraq Ruslangilin blokunda nəsə olduğunu ona demiş, o, Ruslana zəng etmiş, sonuncuya zəng çatmadığından yatdığını fikirləşmiş, həmin vaxt bir nəfər qonşu qadın blokda: “Ruslana nəsə olub, həkim gəlib”,- demiş, bunu eşidən kimi yuxarı Ruslangilə qalxmış və Ruslanın anasının qucağında, yerin qanın içində olduğunu görmüşdür; Ruslanın sağ qolu sındıqdan sonra Ruslan sağ qolunu işlətməmiş, xasiyyətcədə qorxaq adam olmaqla, canının ağrımasından qorxmuş, qolundan gips söküləndən öldüyü günə kimi kimsə Ruslanla görüşəndə heç vaxt sağ əli ilə salam verməmiş, əlinin ağrımasından qorxmuşdur; Ruslanın ölümündən bir gün əvvəl Türkan qəsəbəsində gələndə Vasiflə Ruslan oturub pivə içmiş, Ruslan sol əli ilə bakalı tutmuş, pivə üçün noxud və saçaqlı pendiri də sol əli ilə götürüb yemiş, həmin günü Ruslan bir neçə bakal pivə içsə də yüngül dərəcədə sərxoş olmuş, öz hərəkətlərini idarə edə bilmiş, ayaq üstə dayana bilmiş, həmçinin danışığıda hər zamanki kimi olmuş, həmin günü onun maşını ilə evə qayıdanda sağ əlini istifadə etmədiyi üçün Ruslanın maşına otura bilməsi üçün maşının qabaq qapısını Vasif açmış, Ruslan sağ əli sındığı vaxtdan sonra demək olar ki ümumiyyətlə sağ əlindən istifadə etməmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid11 Babaəli qızı ifadə verərək göstərmişdir ki, Ruslan ilə eyni bina, eyni blokda, yaşamışlar; birinci mərtəbədə blokun girişində təxminən 10-12 kvadrat metrilik anbar tipli otaq olmuş, həmin otaq əslində binanın lift təmiri ilə məşğul olan ustalar və texniki xidmət üçün nəzərdə tutumuş, lakin təxminən 20 ildən artıq müddətdir ki, otaq onun nəzarətində olmaqla evində olan artıq əşyaları ora qoymuş, Ruslanın arvadı Şahanə və onun ailəsi ilə münasibəti həmişə yaxşı olmuş, Şahanə 2018-ci ildə balaca övladı dünyaya gələndən sonra, payız aylarında ondan nəzarətində olan blokdakı otağa yeni doğulmuş övladının uşaq arabasını qoymasına icazə verilməsini xahiş etmiş, iki uşaqla çıxıb düşməkdə çətinlik çəkdiyini bildirmiş, ümumiyyətlə digər qonşularda artıq əşyalarını onun nəzarətində olan balaca otaqda saxlamış, o, həmin otağın açarının birini Şahanəyə vermiş, sonuncu bundan sonra uşaq arabasını gətirib ora qoymuş, o, axırıncı dəfə Ruslanı və Şahanəni xx xxxx 2019-cu il tarixdə axşam saat 20 radələrində blokda yun təmizləyərkən övladları ilə birlikdə haradansa gəldiyini görmüş, uşaq arabasını Şahanə özü gətirib həmişəki kimi onun istifadəsində olan otağa qoymuş, daha sonra Şahanə uşaqları ilə birlikdə liftə minib evə çıxmış, Ruslan həyətdə qalmışdır; xx xxxx 2019-cu il tarixdə o, işdən evə gələn zaman axşam saatlarında Ruslanın yaşadığı evdə öldüyünü bilmiş, sonuncunun hansı şəraitdə necə ölməsi barədə məlumatı olmamış, Ruslanın ölümündən bir iki ay əvvəl qolu sınmış, onun özünün də qolu 2018ci il tarixdə sındığına görə hər dəfə Ruslan ondan nə vaxt onun əlini işlətməyə başladığını, nə zaman qolunun sümüklərinin bitişməsi barədə məlumat almış, bu barədə söhbətləri olmuş, qolundan gipsi çıxartmasına baxmayaraq həyətdə son zamanlara kimi, tarixini dəqiq bilmədiyi vaxtadək Ruslandan qolunun necə olduğunu soruşanda sonuncu ona əlini işlətmədiyini, hələ də ağrıdığını demiş, Ruslan qorxaq adam olmuş, o, Ruslana ürək-dirək verib əlini işlətməsini, əlini masaj etməsini bildirmiş, onun qolu sındığına görə Ruslanla onların bu barədə söhbətləri olmuşdur. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, xx xxxx 2019-cu il tarixdə səhər saat təxminən 08:30 radələrində arvadı İnci ona Şahanənin zəng edərək: “Ruslanı qan apardı”, - dediyini söyləmiş, onlar qızının yaşadığı evə getmiş, oraya çatdıqda Ruslanın qan içində uzandığını, ətrafda qonşular və polislərin olduğunu görmüş, Şahanə ona səhər satlarında uşağa yemək verdikdən sonra Ruslanın xırıltılı səsinə yerindən duraraq Ruslanın divardan tutaraq dayandığını və boyun hissəsindən qan axdığını, Ruslanın əlini boğazına tutduğunu, əlinin qan içində olduğunu gördüyünü bildirmiş, Ruslanın yas mərasiminin 3-cü günü İsa ona yaxınlaşaraq Şahanədən hadisə barədə soruşduğunu, hadisədə Şahanənin günahı olduğunu, Ruslanın artıq ölüb getdiyini, lakin Şahanəni qurtarmaq lazım olduğunu bildirmiş, o, günahın kimdə olduğunu istintaqın araşdıracağını bildirdikdə İsa ona Şahanəyə kömək edə biləcəyini, bunun üçün böyük pul lazım olduğunu demiş, Şahanənin hansı günahı olmasını, Şahanənin ona nə deməsini açıqlamamış, o, bu barədə qızından soruşduqda qızı İsanın ona: “Sənin boğazından yapışacaqlar, səni qurtarmağın yolu odur ki, sən mənim dediyim kimi ifadə ver”, - deməsini bildirmişdir; o, əlavə olaraq bildirmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə qızı Şahanə evdə ona və arvadı İnciyə hadisə barədə hamıya, eləcədə istintaqa yalan danışdığını və hadisənin necə baş verməsi barədə onlara danışmaq istədiyini bildirib onlara hadisənin necə baş verməsi barədə demişdir: “xx xxxx 2019-cu il tarixdə saat 08:00 radələrində oğlum Telmana yemək hazırlamaq üçün yuxudan oyandım, yemək hazırlayıb uşağa yəməyi öz yataq otağımda yedizdirən vaxtı Ruslan həmin vaxtı içəri daxil olub mənə dedi ki, uşağı yedizdir gəl yanıma. Mən elə başa düşdüm ki, Ruslan məni cinsi əlaqə üçün yanına çağırır. Mən Telmanı yedizdirdikdən sonra Ruslanın yanına getdim. Mən içəri girəndə Ruslan dedi ki, qapını bağla, özü isə çarpayıda oturaqlı vəziyyətdə idi. Mən gəlib stolun küncünə söykəndim. Həmin vaxtı Ruslan yerindən ayaq üstə durdu. Mən gördüm ki, Ruslanın gözlərinin bəbəkləri genəlib, vəhşi adam kimidir. Ruslan mənə dedi ki, mənə deyiblər ki, sən mənə xəyanət etmisən, başqa kişilərlə görüşmüsən. Mən Ruslana dedim ki, yalandı, elə bir şey yoxdur. Mən bunu Ruslana deyəndə Ruslan arxaya çöndü balışın altından bıçağı götürdü, sağ əli ilə bıçağı tutub mənə tuşlayaraq dedi ki, səni öldürəcəm, mənə niyə xəyanət etmisən. Mən yenədə Ruslana dedim ki, elə bir şey yoxdur. Mən gördüm ki, Ruslan bıçaqla daha da üzərimə gəlir, buna görə mən qorxdum və Ruslanın hər iki əlindən tutub çarpayıya doğru itələyib otaqdan qaçıb çıxdım, qapını açıb otaqdan çıxanda hiss etdim ki, Ruslan arxamca gəlmir. Çönüb arxaya baxanda gördüm ki, Ruslan yarı oturaqlı sağ çiyin üzərində başı çarpayıya doğru uzanaqlıdır, Ruslan yerindən qalxır və sağ əlindən bıçaq iki hissəyə bölünmüş şəkildə Ruslanın əlindən çarpayının qarşısında yerə düşür. Ruslan sol əli ilə sağ boyun hissəsini tutmuşdur, həmin yerdən qan gəlirdi. Mən Ruslanın yanına gəlib sol qolundan tutub çarpayıdan qaldırdım, Ruslan məni itələdi ki, ondan uzaq durum. Ruslan məni əli ilə itələyəndə boynundan qan pəncərə tərəfə sıçradı. Mən yenədə ona kömək etmək üçün qolundan tutub qayınamamgilin otağına apardım, yolda mama kömək elə deyə çağırırdım. Ruslana kömək edəndə bıçağın hər iki sınmış hissəsini götürmək istədim, bıçağın dəstəyini götürdüm, gördüm ki, Ruslanı qan aparır, mən Ruslana kömək etmək üçün bilmədim nə edəm, özümdən asılı olmadan, nə etdiyimi bilmirdim, mən bıçağın dəstəyi qolyuğumda saxladım və Ruslana kömək etdim. Ruslan qonaq otağında çıxıb Əminəgilin yatdığı yataq otağına gedən zaman əli ilə divardan da tutmuşdur. Mən qayınanam və qayınatamın yatdığı otağın qapısını açdım və qışqırdım ki, mama Ruslanı qan apardı. X20 yuxudan oyandı, Ruslan Əminənin qucağına yıxıldı. Telman əynini geyinib X19 çağırmağa getdi. Əminə mənə dedi qonşu İlqarı çağır, mən ayaqyalın gecə paltarında qonşunu çağırdım. Həkimlər gəldikdən sonra qorxduğum üçün mən gedib bıçağın tiyəsini qonaq otağında çarpayının qarşısından götürdüm və sol qoltuqaltı nahiyəmə qoyduğum bıçağın dsətəyi ilə birlikdə pəncərədən yerə atdım, nəyə görə atdığımı bilmirəm, özümü itirmişdim”. ümumiyyətlə onların nəsillərində ərinə xəyanət edən, hansısa pozğunluq edən qadın olmamış, bu cür sözsöhbətlərin onların ailəsi, nəsili, qohumları üçün rüsvayçılıq olduğundan Şahanənin xəyanət etməsinə inanmadığını bildirmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid4 əri Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid10 ifadə verərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2016-cı il tarixdə tanımış, özünə məxsus furqon “Mersedes C klass” markalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi sürücüsü işləyən zaman təxminən 2016-cı ilin oktyabr ayında Zığ qəsəbəsindən Əhmədli metrosuna hazırda xatırlamadığı telefon nömrəsindən taksi sifarişi gəlmiş, o, Zığ qəsəbəsindən sifariş gələn ünvana getmiş, bir nəfər qadın maşının qabaq oturacağına oturmuş, sifarişin qiyməti 2 manat 80 qəpik təşkil etmiş, yolda Təqsirləndirilən şəxs sevgilisinin yol nəqliyyat hadisəsi zamanı öldüyünü, sevgilisinin yas mərasimindən gəldiyini bildirmiş, o, Şahanəni Əhmədli metrosundan aparmış, maşından düşəndə pulunun cəmi iki manat olduğunu, Hövsana getmək üçün əlavə 40 qəpik lazım olduğunu bildirmiş, o, 2 manatı Şahanədən alıb sonuncuya yol pulu üçün 40 qəpik vermiş, bundan 2-3 gün sonra nömrəsi Şahanənin telefonunda qaldığı üçün ona zəng edib tanış olmaq istədiyini bildirmiş, Şahanə özünü əvvəllər ona Nuranə kimi təqdim etmiş, sonradan adının Şahanə olduğunu bilmiş, tanışlıq ərəfəsində Şahanə ona subay olduğunu, bakirə olduğunu, ata və anası ilə birlikdə yaşadığını, əvvəllər Günəşlidə yaşadığını, sonradan Hövsana köçdüyünü, həmçinin anasının müəllimə olduğunu, atasının gəmidə işlədiyini bildirmiş, o, Şahanə ilə telefonla danışan zaman sonuncu onu yaşadığı evə dəvət etmiş, lakin o, evinə getməmiş, hazırda xatırlamadığı ünvanda çayxanada söhbət etmişlər, Şahanənin yanında həmin vaxtı balaca qız uşağı olmuş, uşağın kim olduğunu soruşduqda Şahanə ona qardaşı uşağı olduğunu, qardaşı arvadının işlədiyi üçün uşağa onun baxdığını bildirmiş, həmin görüşdən bir müddət sonra Şahanə ona yaşadığı ünvanı vermiş, o, sonuncunun yaşadığı ünvana getmiş, Şahanənin yaşadığı ev 6-cı mərtəbədə, sağ qapıda yerləşməklə üç otaqdan ibarət olmuş, evə daxil olduqda sağda bir yataq otağı, solda digər yataq otağı, üzbəüz qonaq otağı, yanında qapı ilə üzbəüz hamam tualet, hamam-tualetin qarşısından sağa doğru istiqamətdə mətbəx yerləşmiş, o, Şahanənin evində birinci dəfə gedəndə uşağı girişdən sağdakı yataq otağında yatızdırmış və ona çay gətirmiş, sonra yanında oturub telefonunda seks videolarına birlikdə baxmışlar, ehtirasdan Şahanə ona sarılıb öpməyə başlamış, cinsi əlaqədə olmaq istədiyini bildirmiş, o, Şahanəyə subay olduğunu bakirə olduğuna görə cinsi əlaqədə ola bilməyəcəyini bildirdikdə, elə həmin anda Şahanə ona evli olub boşandığını uşağın öz uşağı olduğunu bildirmiş, o, Şahanə ilə yaşadığı evdə giriş qapısından soldakı yataq otağında cinsi əlaqədə olmuş, bundan sonra Şahanə ona tez-tez zəng etməyə, evdə tək olduğunu, darıxdığını bildirib onu evə dəvət etməyə başlamış, o, Şahanənin evinə arada bir getmiş, sonuncu ilə bir neçə dəfə Şahanənin yaşadığı evində cinsi əlaqədə olmuş, sonuncu hər cinsi əlaqə zamanı ehtirasın təmin olunmamasından şikayətləndiyindən o, Şahanənin cinsi tələbata böyük ehtiyac hiss olduğunu başa düşmüş, hər dəfə Şahanənin yaşadığı evdə girişdən soldakı otaqda cinsi əlaqədə olmuş, bir dəfə isə sağdakı otaqda cinsi əlaqədə olmuş, 2017-ci ilin sentyabr aylarından Şahanə davamlı onu evə çağırmağa, zəng etməyə başlamış, o, sonuncunun ona teztez zəng etməsindən, evə çağırmasından bezmiş, həm də ailəli olduğu üçün arvadının bilməməsini istəmiş, bəhanələr gətirmiş, Şahanə ona zəng etməkdə davam emiş, onu evə cinsi əlaqə üçün çağırmış, 2017-ci ilin oktyabr ayında evdə Şahanənin SMS-ini arvadı görmüş, əvvəl arvadına müxtəlif bəhanə gətirmiş, sonradan Şahanə onu bezdirdiyi üçün o, bu barədə arvadı və anasına danışıb Şahanənin ondan əl çəkmədiyini bildirmiş, bundan sonra anası və arvadına Şahanənin yaşadığı ünvanı demiş, hər ikisi ünvana getmişlər, arvadı və anası onun yaşadığı evə gedəndə orada Nuranə adlı qadının yaşamadığını bildirmişlər, ancaq bundan sonra o, Şahanənin əsl adını bilmiş, arvadı və anası Şahanənin yaşadığı ünvana gedəndən sonra sonuncunun evli olduğunu bilmiş, Şahanənin ərinin ölümü ilə bağlı heç bir məlumatı olmamış, anası və arvadı onun yaşadığı evə getdiyi ərəfədən sonra onun Şahanə ilə əlaqəsi kəsilmiş, ondan sonra Şahanəni görməmiş, danışmamış, Şahanə ilə danışdığı, görüşdüyü müddətdə sonuncunu bir neçə dəfə Əmircan qəsəbəsində qəbiristanlığa aparmış, Şahanə orada Əsgər adlı sevgilisinin qəbrini ziyarət etmiş, hər dəfə uşağı aparmış, hətta bir dəfə qəbiristanlıqda Şahanə bir nəfər qadınla görüşüb qucaqlaşmış, o, həmin qadının kim olduğunu soruşanda Şahanə həmin qadının Əsgərin anası olduğunu, Şahanəni tanıdığını, Əsgərin onu sevdiyini, ailəsinin olduğundan da xəbəri olduğunu, onunla ailə quracağını bildirmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş X9 və X7 ifadələrində Təqsirləndirilən şəxs ilə 2017-ci il tarixdə intim münasibətlərinin olduğunu, əsasən sonuncunun yaşadığı evdə görüşüb cinsi əlaqədə olduqlarını göstərmişlər. Məhkəmə zamanı şahid qismində dindirilmiş X10 ifadə verərək göstərmişdir ki, 6 yaşlı oğlu Fikrət Xələfov Hövsan qəsəbəsində müdirəsi Səmayə xanım olan 126 nömrəli uşaq bağçasına gedən ərəfədə onu bağçaya qoyub bağçadan götürəndə oğlunun bağça yoldaşı olan adını bilmədiyi qızın anası ona şərait yaratdığı üçün, yəni baxıb güldüyü üçün ona tanış olmaq üçün yaxınlaşmış və telefon nömrəsini almış, onunla bir neçə dəfə telefonda danışmış, ondan bir o qədər də xoşu gəlmədiyi üçün onunla danışmağa davam etməmiş, Şahanə ilə görüşməmiş, sonuncu danışıq ərəfəsində şəhərdə olan zaman şəhərə gələcəyini orada görüşmək istədiyini demiş, lakin onun işdən vaxtı olmadığı üçün həm də xoşu gəlmədiyi üçün onunla danışmamış, Şahanə buxaqlı, bir qədər kök qadın olmaqla, evli olmuş, ona görə də onunla görüşmək həvəsində olmamışdır. İbtidai istintaq zamanı dindirilmiş məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid9 ifadə verərək göstərmişdir ki, oğlu İsa 2012-ci il tarixdə Lalə Faxrətova ilə ailə həyatı qurmuş, nikahlarından iki övladları vardır; x xxxx 2019-cu il tarixdə oğlu İsa, qudası Əmin və İsanın qaynı Ruslan qardaşı qızının x xxxx 2019-cu il tarixdə Naxçıvanda keçiriləcək toyunda iştirak etmək üçün Naxçıvana gəlmiş, Naxçıvana gələndə o, Ruslanın qolunda sarıq görmüş, soruşduqda Ruslan ona qolunun sındığını, gipsdən çıxarıldığı halda ağrıdığını, ona görə qolunu işlətmədiyini bildirmiş, Ruslangil xx xxxx 2019-cu il tarixə kimi Naxçıvanda onlarda qalmış, Ruslan hətta onlarda qaldığı müddətdə yemək yeyən zaman çörək qırıb yeyə bilməmiş, sağ əlindən istifadə etməmiş, o, özü bir neçə dəfə Ruslana “dürmək” hazırlayıb vermiş, xx xxxx 2019-cu il tarixdə oğlu İsa ona zəng edib Ruslanın öldüyünü demiş, gəlini Lalə onunla birlikdə Naxçıvanda olmuş, o, əri və gəlini Lalə, digər qohumlarının hamısı həmin günü Naxçıvandan Bakıya, oradan birbaşa Ucara getmişlər, orada ona Ruslan boğazından bıçaq xəsarəti nəticəsində öldüyü məlum olmuş, Ruslanın yas mərasiminin üçü günü yasda Şahanəyə diqqət yetirdikdə Şahanə əri ölmüş qadın kimi özünü aparmadığını, özünü qəribə apardığını, küncdə bucaqda anası ilə gizlin gizlin danışdığını müşahidə etmiş, Şahanənin bu hərəkətləri onun diqqətini cəlb etmiş, yasda Şahanə Ruslanın əmisinin evinin ikinci mərtəbəsinə anası ilə birlikdə çıxmış, o, sonuncunun arxasınca ikinci mərtəbəyə çıxmış, Şahanə uşağını yedizdirmiş, o, ikinci mərtəbəyə çıxmış, Şahanə onu görən kimi o, sonuncuya heç bir söz demədən: “Zərifə xala, səndə məndən şübhələnirsən ki, Ruslanı mən öldürmüşəm”,- sözlərini demiş, o, Şahanəyə: “Yox, şübhələnmirəm, sən onun ailəsisən, sən bilməlisən ki, nə olubdur”,- demiş, Şahanə ona: “Ruslan məndən şübhələnirdi, telefonumu alıb telefonuma baxırdı”, - sözlərindən başqa heç bir söz deməmiş, Ruslanın telefonuna niyə baxması barədə bir söz deməmiş, onun bu barədə Şahanəyə sual vermək ağlına gəlməmiş, bundan sonra aşağı düşüb oğlu İsanı yanına çağırıb İsaya: “Ruslanın başına nə iş gəlibsə, gəlinin xəbəri var, sən get bir onu danışdır”, - sözlərini demiş, bundan sonra İsa Şahanə ilə danışmış, Şahanə İsaya hadisə barədə danışaraq bildirmişdir ki, xx xxxx 2019-cu il tarixdə saat 23:30 radələrində Ruslan evə gəlib mətbəxdə çörək yedikdən sonra yatmağa getmiş, qonaq otağında olan zaman Ruslan arvadı Şahanəni çağırıb telefonuna baxmış, telefonunda heç nə tapa bilməmiş və telefonu Şahanəyə vermiş, Şahanə telefonu götürüb yataq otağına getmiş, bir qədər sonra Ruslan yenidən Şahanəni yanına çağırmış, telefonuna təzədən baxsa da, heç nə tapmamış, Şahanəyə: “Sən mənə xəyanət edirsən, sabah səndən boşanacam”, - demiş, bundan sonra Şahanəyə otaqdan çıxmasını bildirmiş, hadisə günü səhər Şahanə uşağına yemək verməyə duranda mətbəxdən bıçağı götürüb Ruslanın otağına getmiş, Ruslanı yuxudan oyadıb Ruslana: “Mənimlə boşansan özümü öldürəcəm”, - demiş, bıçaq Şahanənin əlində olmuş, Ruslan Şahanəni itələyib otaqdan çıxardan zaman yerə yıxılmış və bıçaq Ruslanın boğazına batmış, oğlu İsanın sözlərinə görə bütün bunları Şahanə onun oğlu İsaya danışmışdır. İbtidai istintaq zamanı dindirilmiş məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid8 göstərmişdir ki, Şahanə ilə birlikdə Yeni Günəşli qəsəbəsində yerləşən 275 nömrəli tam orta məktəbdə oxumuş, onunla münasibətləri həmişə yaxşı olmuş, aralarında dava-dalaş, mübahisə olmamışdır; o, Şahanə ilə Günəşli qəsəbəsində ata evi ilə yaxınlıqda, qonşuluqda yaşamışdır; Şahanə 2012-ci ildə öz qohumuna ərə getmiş, sonuncunu sevmədən, qohum olduğuna görə ailə həyatı qurmuşdur; Şahanə ailə həyatı qurandan sonra da onların telefon əlaqəsi olmuş, söhbət zamanı Şahanə ona ərinə xəyanət etdiyini, xəyanət etdiyi oğlanlara öz adını Nuranə kimi dediyini bildirmişdir; Şahanə görüşdüyü oğlanlarla adətən öz deməsinə görə əri, qayınata və qayınananası evdə olmayan zamanlarda evlərində görüşmüşdür; o, 2017-ci ilin sonunda Şahanədən incimiş, buna səbəb isə onun instaqram sosial şəbəkəsində tanış olduğu Qasım adlı oğlanla Şahanə onun xəbəri olmadan ona xəyanət edərək danışması olmuşdur; Qasımın soyadı, ata adı dəqiq ünvanını bilməmiş, mobil nömrəsini xatırlamır; Şahanə ona ancaq əri istədikdə onunla cinsi əlaqədə olduğunu demişdir; bir ildən artıq müddətdir ki, Şahanə ilə münasibəti yoxdur; Şahanənin deməsinə görə əri Ruslanı birinci övladı olduqdan sonra aldatmış, aldatdığı şəxslərin adlarını bilməmişdir; Şahanənin gəzdiyi oğlanlardan X8 21 yaşında maşın vurub öldürmüş, səhv etmirsə, hadisə 2016-cı ilin oktyabr ayında olmuşdur; Şahanə onunla Əsgərin dəfn olunduğu Əmircan qəsəbəsində təzə qəbiristanlığa qəbri ziyarətə getmiş, qəbir daşının üstündə həmin şəxsin adı yazıldığından ad yadında qalmışdır; bundan sonra Şahanə dediyinə görə bir müddət kiminləsə danışmamışdır; Şahanə Əsgərdən sonra evli sarışın bir oğlanla sevgili olmuş, həmin oğlanla da evlərində görüşmüşdür; həmin sarışın oğlanın başı bağlı arvadı Şahanə ilə ərinin münasibətini bilmiş, həmin qadın Şahanənin əri ilə münasibətdə olduğuna görə Şahanənin evinə gəlmiş, Şahanə hamıya adını Nuranə kimi dediyinə görə, həmin qadına da evlərinə səhv gəldiyini, Nuranə adında qadın həmin evdə yaşamadığını demişdilər; Şahanənin dediyinə görə həmin oğlan taksi sürücüsü olmuş, onunla taksi ilə harasa gedəndə tanış olmuşlar; sarışın oğlanın adı, səhv etmirsə, Elçin olmuş, lakin başqa anket məlumatları barədə heç bir məlumatı olmamışdır; Şahanə əsasən instaqram sosial şəbəkəsində oğlanlarla tanış olmuş, hazırda onun istifadəçi adını bilmir, tez-tez dəyişmiş, düz xatırlayırsa “Nura92” adında girmiş və digər xatırlamadığı adlarla da instaqrama girmişdir; Şahanə onunla telefonda danışan zaman ilk dəfə tanış olduğu adını bilmədiyi oğlanı evə çağırdığını, həmin oğlanın onunla cinsi əlaqədə olandan sonra evdən qızılını, səhv etmirsə, nişan üzüyünü oğurladığını demişdir; Şahanə də bu barədə heç kimə heç bir söz deyə bilməyəcəyini, dediyi halda evə gələn oğlanla münasibətinin ortaya çıxacağından ehtiyat etmişdir; Şahanə ona bir oğlanla evdə cinsi əlaqədə olan zaman qayınanasının evə gəldiyini, oğlanı öz yataq otağında gizlətdiyini, qayınanası otağa və ya tualetə girən zaman evdən oğlanı çıxardığını demişdir; Şahanənin sevgililəri barədə kiminsə məlumatı olmamışdır; Şahanənin ona əsasən öz evində qayınanasının otağında oğlanla görüşdüyünü, evli olduğunu oğlanlara demədiyini, oğlanlara ərinin öldüyünü dediyini bildirmişdir. İşdə olan məhkəmə-tibb ekspertizası üzrə xx xxxx 2019-cu il tarixli 79 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir: yuxu arteriyasının zədələnməsi ilə müşayiət olunan boynun bir ədəd deşilmiş - kəsilmiş yarası, döş qəfəsinin arxa səthinin kəsilmiş səthi yarası; qeyd edilən xəsarətlərdən deşilmiş-kəsilmiş yara deşici-kəsici əşya (alət) ola bilsin ekspertizaya təqdim edilmiş bıçaq təsirindən, kəsilmiş yara iti kənarlı əşya (alət) təsirindən onun ölümündən bir qədər əvvəl törənmişlər və dərəcələrinə görə yuxu arteriyasının zədələnməsi ilə müşaiyət olunan deşilmiş - kəsilmiş yara həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə, digər xəsarət isə sağlamlığa zərər vurmayan xəsarətin əlamətlərinə malikdirlər; Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb almış yuxu arteriyasının zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinə demək olar ki, ölüm meyitin meyitxanadakı müayinəsindən təxminən 2-4 saat əvvəl baş vermişdir (1-ci cild iş vərəqi 227-231). İşdə olan məhkəmə-tibbi kriminalistik və kriminalistik ekspertizası üzrə xx xxxxxx 2019-cu il tarixli 353/2019-MTKŞ saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın arxa hissəsinin sol yuxarı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi; bu zədə iti ucu, iti ülgücü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir; ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın demək olar ki, bütün səthi boyu qeyri-müəyyən formalı, kənarları və konturları qeyri-düz olan qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşlar; ekspertizaya təqdim edilmiş yastıq üzünün üzərində fasilələrlə yerləşən nisbi-düz və qeyri-düz dairəvi və ovalvari formalı qan ləkələri qan mənbəyindən səthə əsasən hündürlükdən düşən damcılar nəticəsində əmələ gəlmişdir, bəziləri isə qanın öz ağırlığı ilə aşağıya doğru axıntıları əmələ gətirmişdir; yastıq üzünün bir səthində zolaqşəkilli, uzunsov formalı qan ləkələri vardır; bu qan ləkələri yaxma xarakterli olub, qan mənbəyi ilə (qanlı səthlə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdir; ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin hər iki səthində zolaqşəkilli, uzunsov formalı qan ləkələri vardır; bu qan ləkələri yaxma xarakterli olub, qan mənbəyi ilə (qanlı səthlə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdir; ekspertizaya təqdim olunmuş bıçağın tiyəsi və dəstəyi üzərində qalmış tiyə hissə sınıq kənarları boyu bir-biri ilə tam uyğunluq təşkil etdi və bıçağın tiyəsi və dəstəyi küt təsirdən sınmışdır (1-ci cild iş vərəqi 146-150). İşdə olan məhkəmə-tibbi bioloji ekspertizası üzrə x xxxxxx 2019-cu il tarixli 521/2019-MTBŞ saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs qan qrupu ABO sistemi üzrə O alfa beta (İ). Ekspertizaya təqdim edilmiş yastıq üzü, bıçaq, hadisə yerindən 03 ədəd plastmas çubuqlara sarınmış pambıq tampona keçirilmiş ləkələrdə, Zərərçəkmiş şəxs məxsus mayka üzərində olan ləkələrdə O alfa beta (İ) qruplu insan qanı aşkar olundu. Bu qan ləkələri O alfa beta (İ) qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər (1-ci cild iş vərəqi 151- 157). İşdə olan məhkəmə-trasoloji ekspertizası üzrə x xxxxxx 2019-cu il tarixli 23304 nömrəli ekspert rəyindən görünür ki, təqdqiqata təqdim olunmuş bir ədəd maykanın səthində olan və rəyin tədqiqi hissəsində təsvir edilmiş a, b zədələri vardır; həmin zədələrdən a və b bir tərəfi kəsici, ucu deşici xassayə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir; belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir; ümumi əlamətinə əsasən bir ədəd maykanın səthində olan a və b zədələri tədqiqata təqdim olunmuş bıçaq tiyəsinin də təsirindən yaranması mümkündür; həmin zədələrdə zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığından zədələrin konkret hansı bıçaq və bıçaq tiyəsinin təsiri nəticəsində yaranmasını müəyyən etmək mümkün deyildir; tədqiqata təqdim olunmuş bir ədəd bıçaq tiyəsi dəstəyinin birbirindən fiziki qüvvənin təsiri nəticəsində ayrılması ehtimal edilir; tədqiqata təqdim olunmuş bir ədəd döşək üzü və bir ədəd pərdənin səthində rəyin tədqiqi hissəsində təsvir olunan qurumuş qanabənzər maddənin ləkələri vardır; həmin qurumuş qanabənzər maddənin ləkələri onları yaradan mənbənin təsirindən axaraq və sıçrayaraq yayılması (hopması) nəticəsində yaranmağa xarakterikdir (2-ci cild iş vərəqi 248-252). İşdə olan kompleks məhkəmə-tibbi kriminalistik, kriminaslitik və tibbi ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 456/2019/MTBŞ rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın ön sağ aşağı səthində bir ədəd və arxa sol yuxarı səthində bir ədəd (ümumilikdə iki ədəd) dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr, deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən yaranmışlar. Ekspertizaya təqdim olunmuş pərdə və döşək üzü üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş bir ədəd pərdə üzərində aşkar olunmuş qan ləkələri qan mənbəyi ilə və ya qanlı səth ilə statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmişlər, yaxma xarakterlidir. Təqdim edilmiş bir ədəd döşək üzü üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Ekspertizaya təqdim edilmiş hadisə yerində tərtib edilmiş protokola, çəkilmiş şəkillərə və yaxınlarının verilmiş ifadələrinə əsasən, mərhum Zərərçəkmiş şəxs xəsarət alan zaman qonaq otağının mərkəzində yerləşən çarpayıda ola bilməsi istisna olunmur. Ekspertizaya təqdim edilmiş hadisə yerində tərtib edilmiş protokola, çəkilmiş şəkillərə və yaxınları tərəfindən verilmiş ifadələrə əsasən, mərhum Zərərçəkmiş şəxs xəsarəti olduğu vəziyyətdə yaşadığı mənzilin qonaq otağında çarpayıda xəsarət alan zaman həmin otaqda olan divana əyləşmiş və sonra yaşadığı mənzilin divarlarından əlləri ilə tutaraq, valideyinlərinin yataq otağına tərəf gedib və yataq otağının qapısını açan zaman anasının üzərinə yıxılıb ölməsi istisna olunmur. Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərin xarəakterlərinə, lokalizasiyasına, yara kanalının istiqamətinə, hadisə yerinə əlavə baxış protokoluna, istintaq eksperimentində müşahidə olunanlara əsasən demək olar ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər onun özü tərəfindən yetirilməsi az inandırıcıdır, kənar şəxs tərəfindən yetiriləməyə daha çox uyğun gəlir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər onun ölümündən bir qədər əvvəl (dəqiqələrlə ölçülə bilən qısa zaman kəsiyində) baş vermişdir. Zərərçəkmiş şəxs xəsarətləri alarkən müxtəlif duruş vəziyyətlərində olmaqla ayaqüstə, uzanıqlı, oturaq və s vəziyyətlərdə ola bilərdi (2-ci cild iş vərəqi 65-68). İşdə olan təkrar kompleks məhkəmə-tibbi, məhkəmə-tibbi-kriminalistik və kriminalistik ekspertizası üzrə xx xxxxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onun boyunun sağ-yan səthində, yuxu arteriyasının zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yara, döş qəfəsinin arxa səthində nisbətən solda bir ədəd səthi kəsilmiş yara aşkar edilmişdir. Boyunun deşilmişkəsilmiş yara ülgücü və küpü olan yastı tiyə tipli hər hansı bir deşici-kəsici alətin yaxud əşyanın təsirindən, döş qəfəsinin arxa səthində müəyyən olunmuş səthi kəsilmiş yara isə iti kənara malik hər hansı bir əşyanın yaxud alətin (o cümlədən, deşici- kəsici) təsirindən törənmişlər; qeyd edilən xəsarətlər Zərərçəkmiş şəxs ölümündən bir qədər əvvəl törənmişlər və dərəcələrinə görə yuxu arteriyasının zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yara həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə, digər xəsarət isə sağlamlığa zərər vurmayan xəsarətin əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs məxsus qolsuz maykanın ön sağ aşağı səthində bir ədəd və maykanın arxa sol yuxarı səthində bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər; Zərərçəkmiş şəxs məxsus maykanın arxa sol yuxarı nahiyəsində olan zədə onun döş qəfəsinin arxa səthində solda olan bir ədəd səthi kəsilmiş xəsarətlə öz lokalizasıyasına gorə nisbi olaraq uyğun gəldi. Eyni zamanda, Zərərçəkmiş şəxs boyunun sağ yan nahiyəsində olan deşilmiş-kəsilmiş yara ona məxsus qolsuz maykada, bədənin müvafiq nahiyəsinə mayka ilə örtməməsinə görə öz əksini tapmamışdır. Zərərçəkmiş şəxs məxsus maykada aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin forma, xətti ölçüləri, morfoloji əlamətləri, həmçinin, təqdim edilmiş bıçağın tiyəsinin konstruktiv xüsusiyyətləri nəzərə alaraq demək olar ki, bu zədələrin, o cümlədən, Zərərçəkmiş şəxs döş qəfəsinin arxa səthində solda olan bir ədəd səthi kəsilmiş xəsarətin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onun boyunun sağ-yan səthində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş yara mərhumun əlçatan nahiyəsində yerləşsə də, bu xəsarətin xarakteri, lokalizasiyası, yara kanalının istiqaməti və uzunluğunu nəzərə alaraq demək olar ki, bu xəsarətin şəxsin özü tərəfindən yox, kənar şəxs tərəfindən yetirilməyə daha uyğun gəlir. Zərərçəkmiş şəxs döş qəfəsinin arxa səthində olan xəsarətin (kəsilmiş səthi yarası) şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin lokalizasiyalarına görə demək olar ki, Zərərçəkmiş şəxs bu xəsarətləri alan zaman müxtəlif duruş vəziyyətlərdə (uzanıqlı, yarımoturaq, oturaq və s.) olmaqla, onun bədənində olan xəsarət nahiyələri iz törədən alətə (alətlərə) doğru yönəlmiş vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin, xüsusən, onun boynunun sağ-yan səthində və döş qəfəsinin arxa səthində olan xəsarətlərin xarakteri, lokalizasiyası, yara kanalının istiqaməti və uzunluğunu nəzərə alaraq demək olar ki, bu xəsarətlərin qərarın təsviri hissəsində Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi şəraitdə, yəni hadisə zamanı Zərərçəkmiş şəxs bıçaqla onun üzərinə, çəp istiqamətdə gəldiyini görüb onun hər iki əlini tutaraq, özünün bir əli ilə Ruslanın bıçaq tutmuş sağ əlini dirsək hissəsindən, digər əli ilə Ruslanın sinə hissəsindən tutaraq çarpayıya doğru itələməsi nəticəsində əmələ gəlməsi inandırıcı deyildir. Eyni zamanda, hadisə yerində aşkar edilmiş qan ləkələrinin, xüsüsən çarpayıda olan döşək üzü üzərində aşkar edilən qan ləkələrinin qərarın təsviri hissəsində Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi şəraitdə, yəni hadisə zamanı Ruslanın yan oturaqlı sağ çiyin üzərində başı çarpayıya doğru uzanıqlı vəziyyətdə, sol əli ilə qan gələn sağ boyun hissəsini tutduğu şəraitdə əmələ gəlməsi mümkündür. Ekspertizaya təqdim pərdə üzərində aşkar olunmuş qan ləkələri(456/2019-MTKŞ saylı rəyə əsasən)qan mənbəyinə kinetik enerji impulsu verməklə sıçrantı nəticəsində əmələ gəlmişlər. Bu qan ləkələrinin əmələ gəlmə mexanizmini və Zərərçəkmiş şəxs boynunda, yuxu arteriyasının zədələnməsi ilə müşayiət olunan deşilmişkəsilmiş yaranın xarakterini nəzərə alaraq, tədqim olunan pərdənin üzərindəki qan ləkələrinin qərarın təsviri hissəsində Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi şəraitdə, yəni R.T. Faxrətovun boynundan qanın təzyiqlə pəncərə, pərdə olan istiqamətə doğru sıçraması nəticəsində əmələ gələ bilərdi (3-cü cild iş vərəqi 24-33). İşdə olan kompleks məhkəmə-psixoloji və məhkəmə-psixiatrik ekspertizası üzrə x xxxxxx 2020-ci il tarixli 214 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir; cinayət işi materiallardan və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb; həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur; buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır; onun hərəkətələri Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür; yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır; Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur; Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğun olmaqla əqli və psixi inkişafında gerilik əlamətləri aşkar olunmur; emosional iradi sferasında, hərəkət və davranışını iradi olaraq tənzimlənməsində hər hansı bir dəyişiklik müəyyən edilmir; Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) daha yaxındır; nümayişkarənəlik, cəlbedici davranışı ilə diqqət mərkəzində olmağa can atmaq, inadkarlıq, cəlbedici davranışı ilə diqqət mərkəzində olmağa can atmaq, inadkarlıq, çılğınlıq, eqosentrizm kimi xarakterik xüsusiyyətlərə malikdir; Təqsirləndirilən şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə, özündən uydurmağa patoloji meyillilik əlamətləri müşahidə edilmədi, lakin özünü psixoloji müdafiə etmək məqsədilə situasiyanı öz xeyrinə yönəldib danışa bilər; Təqsirləndirilən şəxs hadisə baş verən zaman psixi-emosional vəziyyətində hərəkət və davranışını şüurlu olaraq idarə edilməsində, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, pisxi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır; Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosonal halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur; Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan) halında olmamışdır (3-cü cild iş vərəqi 148-151). İşdə olan 3 nömrəli X3 daxil olmuş x xxxxxxxx 2019-cu il tarixli 1107 nömrəli arayışdan görünür ki, Zərərçəkmiş şəxs sağ mil sümüyünün qapalı açıq sınığı diaqnozu ilə xəstəxanaya müraciət etmiş və sonuncuya ambulator yardım göstərilmişdir (1-ci cild iş vərəqi 253). İşdə olan hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı hadisənin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsi 5b nömrəli evin, 84 nömrəli mənzilinin qonaq otağında baş verdiyi müəyyən edilmişdir (1-ci cild iş vərəqi 3-7). İşdə olan şübhəli şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokodan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə tutulmuşdur (3-cü cild iş vərəqi 44-45). İşdə olan Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır (3-cü cild iş vərəqi 75- 76, 97-98). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli 3 №-li qərarının 2-ci maddəsinə əsasən qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Məhkəmə toplanmış sübutları tədqiq edərək Təqsirləndirilən şəxs həm itidai istintaq, həm məhkəmə zamanı verdiyi ifadələrinə tənqidi yanaşır, onları özünü müdafiə etmək və məsuliyyətdən yayınmaq məqsədli hesab edir. Belə ki, Təqsirləndirilən şəxs iş üzrə dindirilmiş hər bir şahidin ifadələrinin həqiqətə uyğun olmadığını göstərmiş, qeyd edilən şahidlərin ifadələrinin həqiqətə uyğun olmamasını təsdiq edən heç bir dəlil gətirmədən onları əsassız təkzib etmişdir. Zərərçəkmiş şəxs sağ əlinin işləməsi və Ruslanın məhz sağ əlində tutduğu bıçaqla onu vurmaq istəməsi barədə Təqsirləndirilən şəxs ifadələri iş üzrə şahid qismində dindirilmiş Şahid6 və Şahid5 hər gün bir yerdə olduqarı Zərərçəkmiş şəxs sağ əlini gips sarğısına qoyulduğu gündən öldüyü günə qədər işlədə bilməməsi ilə bağlı verdiyi ifadələri ilə təkzib olunmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs hadisə günü evə gələrkən gözlərinin qızarması, vəhşi insanlardakı kimi bərəlməsi, genişlənməsi barədə göstərdikləri Şahid1, Şahid6, Şahid5 və digər şahidlərin xx xxxx 2019-cu il tarixdə saat 23:30 radələrində Ruslan evə gələrkən kefli olmaması ilə bağlı göstərdikləri ilə tam təkzib olunmuşdur. Bundan əlavə əri Ruslanın onu bıçaqla vurmaq istəyərkən Təqsirləndirilən şəxs «Ay mama» deyərək qışqırmasını bildirməsi, boğazından xəsarət almış Ruslanın qolundan tutaraq qaynanasıgil olan otağa daxil olmaları barədə göstərdikləri iş üzrə Şahid1 hadisə baş verərkən heç bir səs-küy eşitməməsi, Şahanənin Ruslanın qolundan tutmaması ilə bağlı göstərdikləri ilə tam təkzib olunmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı da həqiqətə uyğun olmayan ifadələrində baş vermiş hadisənin təsvirini hər dəfə istintaqın gedişatından asılı olaraq qoyulmuş suallara əsasən dəyişmiş, növbəti dəfə verdiyi ifadələrində əvvəlki ifadələrinin həqiqətə uyğun olmamasını göstərərək, həmin ifadələri verməsi səbəbi kimi digər həqiqətə uyğun olmayan səbəblər göstərmişdir. Təqsirləndirilən şəxs ilk ifadələrində ümumiyyətlə əri Zərərçəkmiş şəxs boğazına bıçaq batmasından məlumatının olmamasını göstərmiş, sonradan iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadələrinə əsasən bıçaqla Ruslanın olduğu otağa getməsini, özünü öldürəcəyini deməsini, Ruslan onu itələyərək yerə yıxmasını və Ruslanın onun üstünə yıxıldıqdan sonra bıçağın Ruslanın boğazına batmasını danışmış, ibtidai istintaqın növbəti mərhələsində müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, o, bıçağı götürməmiş, özü əri Ruslanın olduğu otağa getməmis, əri Ruslan onu otağa çağırmış, bıçaq Ruslanın əlində olmuş, Ruslan bıçaqla onu yuxarıdan aşağı istiqamətdə vurmaq istəyərkən Ruslanın qolunu dirsək hissədən tutaraq itələmişdir; iş üzrə keçirilmiş kompleks ekspertiza tədqiqatları üzrə verilmiş ekspert rəylərinə əsasən «Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin, xüsusən, onun boynunun sağ-yan səthində və döş qəfəsinin arxa səthində olan xəsarətlərin xarakteri, lokalizasiyası, yara kanalının istiqaməti və uzunluğunu nəzərə alaraq demək olar ki, bu xəsarətlərin qərarın təsviri hissəsində Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi şəraitdə, yəni hadisə zamanı Zərərçəkmiş şəxs bıçaqla onun üzərinə, çəp istiqamətdə gəldiyini görüb onun hər iki əlini tutaraq, özünün bir əli ilə Ruslanın bıçaq tutmuş sağ əlini dirsək hissəsindən, digər əli ilə Ruslanın sinə hissəsindən tutaraq çarpayıya doğru itələməsi nəticəsində əmələ gəlməsi inandırıcı deyil”. Məhkəmə-tibbi ekspertiza üzrə xx xxxxxxx 2019-cu il tarixli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs bıçaqla zərbə vurularkən onun qonaq otağındakı çarpayıda olması, zərbədən sonra yerində oturub sonra hərəkət etməsi istisna edilməməsi Ruslanın yataqda vurulmasını göstərir. Həmin ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərindəki xəsarətlərə əsasənözü özünə xəsarət yetirməsi az inandırıcıdır, kənar şəxs tərəfindən yetirilməsinə daha çox uyğun gəlir. Təqsirləndirilən şəxs intim əlaqədə olduğu şəxslərə yalandan gah evli olmadığını, gah ərindən boşandığını, gah ərinin ölməsini, gah da ərini sevmədiyini bildirmiş, bundan başqa yanında olan uşağının gah qardaşı, gah da öz uşağı olmasını demiş, «İnstaqram» sosial şəbəkəsində Nuranə adla qeydiyyatdan keçərək müxtəlif kişi cinsli şəxslərlə ünsiyyət yaratması, bununla ikili həyat yaşaması, iş üzrə Şahid10 arvadının və anasının Şahənənin yaşadığı evə gələrək onun Elçindən əl çəkməsini deyərkən onların üzünə Kamran adlı şəxsi tanımamasını bildirməsi və çox saylı digər yalanları danışması Təqsirləndirilən şəxs yalan danışmağa meylli şəxs olmasını göstərir. Kompleks məhkəmə-psixoloji və məhkəmə-psixiatrik ekspertizası üzrə x xxxxxx 2020-ci il tarixli 214 nömrəli ekspert rəyindən də görünür ki, Təqsirləndirilən şəxs özündən uydurmağa patoloji meyillilik əlamətləri müşahidə edilməsə də, özünü psixoloji müdafiə etmək məqsədilə situasiyanı öz xeyrinə yönəldib danışmağa meyllidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinin sanksiyasında doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi xüsusilə ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.5-ci maddəsinə əsasən qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağınını olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasım ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60cı maddəsinin tələblərinin tətbiq ödilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1 -ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən təyin ediləcək cəzanın onun islah olunmasına və ailələsinin həyat şəraitinə təsirini də nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrinin tətbiqinə əsas görmür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun xx xxxx 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, həbsdə olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələblərinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ciddi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının xx xxxxxx 2020-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübutlar - hadisə yerindən götürülmüş Suraxanı rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan bir ədəd dəstəyi tiyəsindən ayrılmış bıçaq, bir ədəd mayka, döşək üzü və pərdə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-trasoloji ekspertiza üzrə tədqiqatın dəyəri 166 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar - hadisə yerindən götürülmüş Suraxanı rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan bir ədəd dəstəyi tiyəsindən ayrılmış bıçaq, bir ədəd mayka, döşək üzü və pərdə məhv edilsin. İş üzrə məhkəmə-trasoloji ekspertiza üzrə tədqiqatın dəyəri 166 (yüz altmış altı) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə BakıApellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Eldar Mikayılov Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar