Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-636/2021 13.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx xxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edərək, saxlamaqla daşımışdır. Belə ki, o, xx xxxxxxxx 2020-ci il tarixdə saat 22-23 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Rza» adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 78,870 qram olan qəhvəyi rəngli maddə kütləsi, kustar üsulla hazırlanmış narkotik vasitə külli miqdarda heroini əldə edərək saxlamaqla üzərində daşımış, xx xxxxxxxx 2020-ci ildə, saat 02.30 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı ünvan 2 ünvanda saxlanılaraq, ünvan 3n Nizami RPİ-nin 24-cü PB-nə gətirilmiş, orada üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümün içərisində 78,780 qram olan qəhvəyi rəngli maddə küstar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 1 il olar ki, heroindən istifadə edir. Narkotik vasitələri əvvəllər müxtəlif şəxslərdən almışdır. Tutulmamışdan 2 ay əvvəl «İnstaqram» sosial şəbəkəsində İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. Sonuncu, adının «Rza» olmasını bilmişdir. «İnstaqram» sosial şəbəkəsində yazışarkən Rza onun narkotik vasitə heroin istifadəçisi olduğunu bildiyindən ona heroin sata biləcəyini bildirmişdir. Rza ona narkotik vasitənin gizlədildiyi yeri yazırmış, o, narkotik vasitəni sonuncunun dediyi ünvandan götürürmüş, sonra da Rzanın ona atdığı nömrə kartının hesabına «PayPoint» aparatı vasitəsi ilə narkotik vasitənin dəyərini köçürmüşdür. Əvvəllər Rza ona 3-4 dəfə 5-10 qram çəkidə narkotik vasitə satmış, hər dəfə Rza müxtəlif ünvanları bildirirmiş və hər dəfə də müxtəlif kart nömrələri ataraq həmin kartların hesablarına pulu köçürtməsini bildirirmişdir. Rza ilə «Vatsapp» sosial şəbəkəsində yazışmışdır. Əvvəllər o, ***-***-**-** mobil telefon nömrəsini işlətməklə «Vatsapp» sosial şəbəkəsinə ***-***-**-** mobil telefon nömrəsi ilə qoşulmuşdur. Lakin tutulmamışdan əvvəl son 2 ay olar ki, həm mobil telefonunu və həm də «Vatsapp» sosial şəbəkəsini ***-***-**-** mobil telefon nömrəsi altında özünə məxsus «İphone 6» markalı mobil telefon aparatında işlətmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə Rza ilə «Vatsapp» vasitəsilə əlaqə saxladıqda Rza ona 750 manat müqabilində 80 qrama yaxın narkotik vasitə verə biləcəyini bildirmişdir. O da razılaşmış, bundan sonra Rza ona Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsinə çatmamış 21 saylı elektrik dirəyinin yanına gedib oradan narkotik vasitəni götürməsini demişdir. O da metronun «Neftçilər» stansiyasının yaxınlığında tanımadığı taksi sürücüsü ilə Qızıldaş qəsəbəsinə gedibgəlmək barədə razılaşmış və təxminən saat 22-23 radələrində birlikdə yola düşərək Rzanın ona dediyi ünvana gedib elektrik dirəyini tapdıqdan sonra taksi sürücüsünə onu gözləməsini deyərək avtomaşından düşmüş və taksi sürücüsü onu aldatdığını düşünməsin deyə mobil telefonunu söndürülmüş vəziyyətdə avtomaşında qoymuşdur. Avtomaşından aralanaraq elektrik dirəyinin yanına gəlib bir ədəd şəffaf rəngli sellofan paketdə bükülünü tapdıqda, Rzanın onun üçün qoyduğu narkotik vasitə olduğunu başa düşmüş və həmin bükümü əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. Bundan sonra qayıdaraq avtomaşına əyləşmiş və onlar yenidən Bakı şəhərinə qayıtmışlar. Metronun «Neftçilər» stansiyasının yanında taksi sürücüsünün pulunu verib avtomaşından düşmüşdür. Həmin vaxt artıq xx xxxxxxxx 2020-ci il tarixə keçmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə saat 02.30 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 56 saylı binanın qarşısında olarkən 4 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olmalarını deyib narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Nizami RPİ-nin 24-cü PŞ-nə dəvət etmişlər. PŞ-nə gəldikdən sonra videoçəkilişdən istifadə edilməklə ona üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. O da əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə olan narkotik vasitəni çıxarıb polis əməkdaşlarına təqdim edərək həmin bükümdəkinin narkotik vasitə heroin olmasını və şəxsi istifadəsi üçün İran İslam Respublikası vətəndaşı olan Rza adlı şəxsdən 750 manat pulu sonradan ödəmək şərti ilə aldığını və Qızıldaş qəsəbəsindən götürməsini bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və heç bir qanunsuz əşya aşkar olunmamışdır. Həmin vaxt yadına düşmüşdür ki, o, mobil telefon aparatını taksi avtomaşınında unutmuşdur. Bundan sonra polis əməkdaşları tərəfindən narkotik vasitə qablaşdırılmaqla keçirilmiş tədbir barədə protokol tərtib edilmiş, o da protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. «Rza» adlı şəxsin mobil telefon nömrəsini əzbərdən bilmir, sonuncunun nömrəsini mobil telefonunda yazmış, telefonu isə itdiyindən bu barədə heç nə deyə bilmir. «Rza» ona müxtəlif kartların şəkillərini atmış, o da həmin kartlara pul köçürmüş, həmin kartların şəkilləri qeyd etdiyi mobil telefonunda qalmışdır. Narkotik vasitəni şəxsi istifadəsi üçün almış, həmin narkotik vasitəni çox almaqda məqsədi saxlayıb istədiyi vaxt hissə-hissə istifadə etmək, istəyən olardısa satmaq olmuşdur, lakin istəyən olmadığından heç kimə satmamışdır. Hazırda əməlindən səmimi olaraq peşimandır. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq külli miqdarda narkotik vasitə heroini əldə edib üstündə saxlayaraq daşımasından ibarət cinayət əməlini törətməsi aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis polkovnikidir. xx xxxxxxxx 2020-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs Nizami rayonu ərazisində narkotik maddəni qanunsuz olaraq üzərində saxlaması barədə məlumat daxil olmuş, yaradılmış əməliyyat qrupu tərkibində keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün, xx xxxxxxxx 2020-ci il tarixdə saat 02.30 radələrində ünvan 5 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlayıb əməliyyat tədbirlərinin keçirilməsi barədə qəbul edilmiş qərarla tanış etməklə Nizami RPİ-nin 24-cü PŞ-nə dəvət etmişlər. PŞ-də Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçiriləcəyi elan edilməklə, üzərində daşınması qadağan edilmiş əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə olan narkotik vasitəni çıxarıb polis əməkdaşlarına təqdim edərək həmin bükümdəkinin narkotik vasitə heroin olmasını və şəxsi istifadəsi üçün İran İslam Respublikası vətəndaşı olan Rza adlı şəxsdən 750 manat pulu sonradan ödəmək şərti ilə aldığını və Qızıldaş qəsəbəsindən gedib götürməsini bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və heç bir qanunsuz əşya aşkar olunmamışdır. Daha sonra tərəflərindən protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Şahid1lə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etdi. Şahid2 cinayət işinin 126-128-ci vərəqlərində olan, məhkəmədə araşdırılmış ifadəsindən görünür ki, o da Şahid1lə eyni məzmunlu ifadə verərərk həmin xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Cinayət işinin 31-33-cü vərəqlərində olan «Şəxsi axtarış və götürmə aparılması haqqında» xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxardaraq təqdim etmiş və içərisində narkotik vasitə olan heroin olmasını, həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı «Rza» adlı şəxs ilə əlaqə yaradaraq Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yerləşən işaq dirəyinin yanından xx xxxxxxxx 2020-ci il tarixdə saat 22-23 radələrində əldə etdiyini bildirmişdir. Cinayət işinin 82-83-cü vərəqlərində olan «Axtarış və götürmə aparılması haqqında» xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 66, mənzil 53-də axtarış aparılsa da, heç bir qanunsuz əşya müəyyən edilməmişdir. Cinayət işinin 132-ci vərəqində olan «Videogörüntüyə baxış keçirilməsi haqqında» x xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxardaraq təqdim etmiş və içərisində narkotik vasitə olan heroin olmasını, həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı «Rza» adlı şəxslə əlaqə yaradaraq Qaradağ rayonu Qızıldaş qəsəbəsi ərazisində yerləşən işaq dirəyinin yanından xx xxxxxxxx 2020-ci il tarixdə saat 22-23 radələrində əldə etdiyini bildirir. Cinayət işinin 42-45-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli 6/1972 saylı rəyində göstərilir ki, tədqiqata təqdim edilən «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7» dairəvi möhür əksi «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə» sözləri, adlar və imzalar qeyd edilmiş bir ədəd bükümdə təmiz çəkisi 78,870 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 137-139-cu vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 2070 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 140-141-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi X3»in xx xxxxxxx 2020-ci il tarixli, 2868 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək əlkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 146-152-cı vərəqlərində olan xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, iş üzrə şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 1 ədəd CD diski maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 78,870 qram narkotik vasitə heroinin tədqiqatdan sonrakı qalıq çəkisi 78,820 qram heroinin maddi sübut kimi tanınmışdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» xx xxxx 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq, 2 qram narkotik vasitə olan heroin isə külli miqdar hesab edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəksə də, şəxsi istehlak miqdarından dəfələrlə artıq, külli miqdarda narkotik vasitə əldə etməsi onun satış niyyətinin göstəricisi kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxsin ifadəsində «istəyən olardısa satacaqdım, lakin istəyən olmadığından heç kimə satmamışam» deməsi ilə bir daha sübut olunur ki, üzərində aşkar olunan narkotik vasitəni satış məqsədi ilə əldə etmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilən narkotik vasitəni qanunsuz olaraq satış məqsədi ilə əldə edərək saxlaması və daşıması onun məhkəmədəki ifadəsi, baxış və götürmə barədə protokollar, əməliyyatı keçirmiş polis əməkdaşlarının ifadələri, məhkəməkimyəvi ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən, cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyinə dair yuxarıda geniş şəkildə təhlil edib bir-biri ilə müqayisə edərək sübutlar üzrə tam, hərtərəfli və obyektiv yoxlama apararaq belə nəticəyə gəlir ki, iş üzrə şahid ifadələri, baxış, götürmə protokolları, maddi sübutlar, eləcə də məhkəmə ekspertiza rəyləri ilə tam sübuta yetirilir, həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlayaraq iş üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Buna görə də, məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddəsinə əsasən şərh olunan ifadələri, protokolları və ekspertiza rəylərini iş üzrə irəli sürülmüş ittihamın həlli üçün mötəbər sübut növləri kimi qəbul edir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 21,75-76 və 22-ci vərəqlərində olan qərarlar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdən şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 103-cü vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 105-ci vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında yaşayış yeri heç bir şikayət olmamış, qonşular arasında özünə hörmət qazanmışdır. Əvvəllər məhkum olunmaması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əməlindən səmimi olaraq peşiman olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə nəzərdə tutulan cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla islah oluna bilər. Barəsində cəzanı yüngülləşdiriən halların olmasını, cəzanı ağırlaşdıran hallar olmamasını nəzərə alaraq isə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut olaraq Nizami RPİ-də maddi sübutların saxlanması kamerasında saxlanılan - Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və tədqiqatdan sonrakı qalıq çəkisi 78,820 qram narkotik vasitə heroin məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarını təyinatla Bakı şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmiş və o, bununla əlaqədar 30 (otuz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 180 (bir yüz səksən) manat fəaliyyət göstərdiyi Bakı şəhər 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Məhkəmə məsrəfini təşkil edən 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut olaraq Nizami RPİ-də maddi sübutların saxlanması kamerasında saxlanılan - Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və tədqiqatdan sonrakı qalıq çəkisi 78,820 qram narkotik vasitə heroin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 180 (bir yüz səksən) manat fəaliyyət göstərdiyi Bakı şəhər 2 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Əfqan Hacıyev Hakimlər Telman Hüseynov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-636/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-636/2021
13.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver