Məhkəmə qərarları › İş №1(101)-636/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-636/2022

21.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-636/2022 21.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X18 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi: Azərbaycan Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili X1 iştirakı ilə, Təqsirləndirilən şəxs – (xx.xx.1994-cü ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı övladı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Babək» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Babək» adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə «Babək» adlı şəxs və qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdikləri külli miqdarda ümumi təmiz çəkisi 16103,7 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda ümumi təmiz çəkisi 20126,6 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, külli miqdarda ümumi təmiz çəkisi 2036 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, ümumi təmiz çəkisi 75 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 16 qram olan 400 ədəd həbdə narkotik vasitə metadonu istintaqa məlum olmayan ünvanda yerləşdirib bu barədə Təqsirləndirilən şəxs məlumat verdikdən sonra sonuncu həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə qeyd olunan yerdən «Babək» adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən pul müqabilində daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşaraq satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib satışını həyata keçirmək məqsədi ilə qeyd edilən çəkidə narkotik vasitə heroinin bir ədəd bükümdə olan 147,6 qram çəkidə hissəsini üzərində, 15849,2 qram çəkidə narkotik vasitə heroini, 20126,6 qram çəkidə psixotrop maddə metamfetamini, 2036 qram çəkidə narkotik vasitə tiryəki və 400 ədəd narkotik vasitə metadonu idarə etdiyi avtomobildə, qalan 106,9 qram narkotik vasitə heroini və 75 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı kirayədə yaşadığı ünvan 3 ünvanına daşımaqla saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, həmin idarəyə bilavasitə tabe olan X9 Şöbəsinin və X5 Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 27 oktyabr 2021-ci il tarixdə saat 23:20-də ünvan 4 ünvanının yaxınlığında idarə etdiyi “Xəzər” markalı, **-PR-*** qeydiyyat nişanlı avtomobilin qarşısında dayanan zaman saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 147,6 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirinin davamı olaraq 28 oktyabr 2021-ci il tarixdə saat 01:30-dan etibarən Təqsirləndirilən şəxs idarə etdiyi “Xəzər” markalı, **-PR-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman həmin avtomobilin arxa yük yerində olan iki ədəd idman çantasının içərisindən 13 ədəd sellofan bağlamada külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 2022,3 qram, 2022,3 qram, 2017,6 qram, 868 qram, 1018,7 qram, 1004,2 qram, 1009,4 qram, 1002 qram, 1019,8 qram, 1012,2 qram, 1020,2 qram, 820,5 qram və 1012 qram olmaqla ümumi çəkisi 15849,2 qram həm öz aralarında, həm də üzərindən aşkar edilmiş narkotik vasitə heroinlərlə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 14 ədəd sellofan bağlamada külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1018 qram, 1037,1 qram, 1519,4 qram, 2120,4 qram, 1175,8 qram, 1766,1 qram, 1970,2 qram, 1653,9 qram, 1019,7 qram, 1098 qram, 1825,5 qram,1607,1 qram, 1224,7 qram və 1090,7 qram olmaqla ümumi çəkisi 20126,6 qram öz aralarında xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 03 ədəd bağlamada külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1012,5 qram, 655,6 qram və 367,9 qram olmaqla ümumi çəkisi 2036 qram öz aralarında xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və külli miqdarda təsir maddəsinin ümumi miqdarı 16 qram olan 400 ədəd xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən narkotik vasitə metadon aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirinin davamı olaraq 28 oktyabr 2021-ci il tarixdə saat 04:00-dan etibarən Təqsirləndirilən şəxs icazəsi, razılığı və iştirakı ilə kirayə tutduğu ünvan 2 ünvanına baxış keçirilən zaman mənzilin qonaq otağında olan taxta dolabın içərisində olan bir ədəd sellofan torbanın içərisindən bir ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 106,9 qram həm idarə etdiyi avtomobildən, həm də üzərindən aşkar edilmiş narkotik vasitə heroinlərlə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd sellofan bükümdə təmiz çəkisi 75 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitələrin satışı ilə bağlı qeydlər aparılan dəftər aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, İran İslam Respublikasının vətəndaşı Babək adlı şəxslə həbs olunmamışdan bir ay əvvəl «İnstagram» sosial şəbəkəsində tanış olmuş və həmin şəxsdən öz istifadəsi üçün narkotik vasitə qurudulmuş marixuana istəmişdir. Babək adlı şəxs də ona demişdir ki, onun istifadəsi üçün onun müəyyən etdiyi yerə 75 qram narkotik olan qurudulmuş marixuana qoyacaqdır. Sonra Babək narkotik vasitəni qoyacağı yeri ona demişdir. O da 27 oktyabr 2021-ci il tarixdə saat 23 radələrində tanışı Samir adlı şəxslə öz maşını ilə həmin yerə getmiş, həmin vaxt onun maşınını Samir idarə etmişdir. Həmin yerə getməkdə məqsədi Babəkin onun üçün qoyduğu 75 qram narkotik vasitə marixuananı götürmək olmuşdur, lakin Samirin bundan məlumatı olmamışdır. Həmin yerə çatdıqda o, maşından düşmüş, Babəkin dediyi yerdə 2 böyük çanta olduğunu görüb geri qayıtmaq istəmişdir. Samir də kənardan kimlərinsə onları müşahidə etdiyini deyib maşını sürüb getmişdir. Sonra polis işçiləri ona yaxınlaşıb onu öz maşınlarına mindirib, Samirin arxasınca düşmüşlər. Bir az gedəndən sonra Samirin idarə etdiyi maşının yolun kənarında dayandığını və içərisində heç kimin olmadığını görmüşlər. Sonra polislər onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Polislər maşının ehtiyat açarını Badamdar qəsəbəsində olan maşının girovda olduğu lizinq şirkətindən götürüb maşını da bölməyə aparmışlar. Sonra orada çəkilişlə maşının yük yerindən çanta dolu narkotik vasitələr aşkar etmişlər. Həmin narkotik vasitlər ona məxsus olmamışdır. O, yalnız Babəkdən 75 qram narkotik vasitə olan qurudulmuş marixuna sifariş vermişdir. O, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Həmin iki çantada olan narkotik vasitələri onun maşının yük yerinə polis işçiləri özləri qoymuşlar. Samirin soy adını, yaşadığı yeri və işlətdiyi mobil telefon nömrəsini bilmir. Təqsirləndirilən şəxs mobil telefonunda olan narkotik vasitələrin satışı ilə bağlı mesajlar barədə bildirmişdir ki, mesaj yazan həmin şəxslərlə birlikdə narkotik vasitə qəbul etmiş, lakin həmin şəxslərə heç vaxt narkotik vasitələr satmamışdır. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələrlə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadələri məhkəmədə elan olunmuşdur. İstintaq zamanı Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilərək bildirmişdir ki, təxminən beş ildir ki, narkotik vasitənin nəşə növündən istifadə edir. Narkotik vasitənin heroin və psixotrop maddənin metamfetamin növlərindən də dadına baxmaq üçün istifadə etmiş, lakin aludəçisi deyildir. Həmçinin son zamanlar maddi vəziyyəti pisləşmişdir. Buna görə də pul qazanmağın asan yollarını axtarmışdır. Buna görə də asan yolla pul qazanmaq üçün narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmaq barədə düşünmüşdür. Belə ki, təxminən (tutulmamışdan) 3 ay bundan əvvəl İnstagram sosial şəbəkəsində İran İslam Respublikasında yaşayan Babək adlı şəxslə tanış olmuşdur. Babək adlı şəxslə söhbət edən zaman o bildirmişdir ki, o, narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğuldur. Buna görə də onunla danışanda o təklif etmişdir ki, narkotik vasitə göndərəcəkdir, həmin narkotik vasitələri dediyi ünvanlara çatdırsa, qarşılığında pul verəcəkdir. Asan yolla pul qazanmaq üçün narkotik vasitəni onun dediyi ünvanlara çatdırmağa razılaşmışdır. Babək adlı İran İslam Respublikasının vətəndaşı ona narkotik vasitə və psixotrop maddələr göndərəcəyini bildirmişdir. 27 oktyabr 2021-ci il tarixdə Babək adlı şəxs onunla Vatsap sosial şəbəkəsində əlaqə saxlayaraq Salyan rayonu, Xıdırlı kəndi ərazisində yol kənarında iki ədəd çantada narkotik vasitə və psixotrop maddələr qoyduğunu və həmin narkotik vasitə və psixotrop maddələri götürməyini bildirmişdir. Buna görə həmin yerə gedib narkotik vasitə və psixotrop maddələri götürüb, maşının yük yerinə qoymuşdur. Həmin vaxt narkotik vasitənin üzərindən bir büküm götürüb üzərində saxlamışdır. Qalan narkotik vasitəni isə idarə etdiyi avtomobildə saxlamışdır. Yaşadığı evə gəldikdən sonra avtomobildə saxladığı narkotik vasitənin üzərindən bir büküm narkotik vasitə heroin və bir ədəd sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuananı evə qoymuşdur ki, lazım olanda iranlının dediyi ünvanlara çatdırsın. Qalan narkotik vasitə və psixotrop maddələr isə maşında qalmışdır. Üzərində, avtomobilində və yaşadığı evdə olan narkotik vasitələrin hamısı 27 oktyabr 2021-ci il tarixdə iranlının ona göndərdiyi narkotik vasitələr olmuşdur. Sadəcə onun göndərdiyi narkotik vasitələrdən bir bükümü üzərində, bir büküm narkotik vasitə heroini və bir sellofan torbada narkotik vasitə qurudulmuş marixuananı yaşadığı evdə və qalan narkotik vasitəni isə idarə etdiyi avtomobildə saxlamışdır. 27 oktyabr 2021-ci il tarixdə, saat 23:20-də ünvan 4 ünvanının yaxınlığında lizinq yolu ilə aldığı Xəzər markalı, **-PR-*** qeydiyyat nişanlı avtomobilin qarşısında dayandığı zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş, külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Etiraz etmədən onlarla birlikdə baş idarəyə getmiş, Baş idarədə hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və hüquq və vəzifələri izah edilmişdir. Müdafiəçinin iştirakı ilə onun üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya varsa təqdim etməyi xahiş edilmişdir. Bundan sonra o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd “İphone” markalı mobil telefonu, əynində olan qısa qol gödəkçənin sol yan cibindəki pul qabının içindən üç ədəd plastik bank kartlarını, 112 manat pulu, özünə məxsus sürücülük və şəxsiyyət vəsiqələri, iki ədəd üzərində Türkiyə Cumhuriyəti ikamət izni sözləri yazılmış plastik kartları və həmin gödəkçənin sol yan cibindən əlavə olaraq bir ədəd avtomobil açarı aşkar olunmuşdur. Bundan sonra üzərindən aşkar edilmiş narkotik vasitə heroin tərəzidə çəkilmiş, qablaşdırılaraq götürülmüş və həmin qablaşdırmanın üzərinə imza etmişdir. Mobil telefon, plastik bank kartları, sürücülük, şəxsiyyət vəsiqələri, iki ədəd üzərində Türkiyə Cumhuriyəti ikamət izni sözləri yazılmış plastik kartlar götürülmüş, bir ədəd avtomobil açarı, pul qabı və 112 manat pul qaytarılmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Babək” adlı şəxsin vasitəsi ilə deyiləcək yerlərə çatdırmaq məqsədi ilə əldə etmişdir, idarə etdiyi “Xəzər” markalı, qara rəngli, ** PR *** nömrəli avtomobildə narkotik maddə saxlayır, orada saxladığı narkotik maddələri təqdim edə bilər, həmin avtomobilə baxış keçirilməsinə etirazı yoxdur. Bundan sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün həmin protokolu imzalamışdır. Daha sonra idarə etdiyi Xəzər markalı **-PR-*** qeydiyyat nişanlı avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını ərizə ilə müraciət edərək bildirmişdir. 28 oktyabr 2021-ci il tarixdə saat 01:30 radələrindən başlayaraq idarə etdiyi avtomobilə videoçəkilişlə baxış keçirilməyə başlanmışdır. Avtomobilə baxış keçirilərkən avtomobilində saxladığı narkotik maddələri və psixotrop maddələri təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra avtomobilin yük hissəsində gizlətdiyi iki ədəd idman çantasını təqdim etmişdir. Həmin çantaların içindən on üç ədəd bükümdə narkotik vasitə heroin, on dörd ədəd bükümdə psixotrop maddə metamfetamin, üç ədəd bükümdə narkotik vasitə tiryək və 400 ədəd metadon həbi aşkar olunmuşdur. Sonra həmin narktoik vasitələr və psixotrop maddələr elektron tərəzidə çəkilərək qablaşdırılmış, üzəri möhürlənmiş, imzalanmış və götürülmüşdür. Daha sonra avtomobilin digər hissələrinə baxış keçirilmiş və əlavə olaraq bir ədəd avtomobilə məxsus qeydiyyat şəhadətnaməsi və etibarnamə aşkar olunmuş və götürülmüşdür. Verilən suallara cavab olaraq bildirmişdir ki, avtomobildən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Babək” adlı şəxsin vasitəsi ilə Salyan rayonu, Xıdırlı kəndi ərazisində yol kənarında deyiləcək yerlərə çatdırmaq məqsədi ilə 27.10.2021-ci il tarixdə əldə etmiş, yaşadığı ünvanda da narkotik vasitə saxlayır. Bundan sonra baxış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün həmin protokolu imzalamışdır. Daha sonra yaşadığı ünvanda baxış keçirilməsinə etirazının olmadığını bildirmək üçün ərizə ilə müraciət etmişdir. Yaşadığı ünvan 2 ünvanına gəldikdən sonra təhqiqatçı ona yaşadığı evdə qanunsuz nə varsa təqdim etməyi bildirmişdir. Bu təklifdən sonra həmin mənzilin girişindən sağ tərəfdə olan qonaq otağındaki taxta dolabın içində gizlətdiyi bir ədəd sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içindən bir ədəd bükümdə narkotik vasitə heroin, bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitələrin satışı ilə bağlı qeydlər aparılan dəftəri aşkar olunmuşdur. Bundan sonra narkotik vasitələr elektron tərəzidə çəkilərək qablaşdırılmış, üzəri möhürlənmiş, imzalanmış və götürülmüşdür. Daha sonra evin digər otağlarına və hissələrinə baxış keçirilmiş və əlavə olaraq heçnə aşkar olunmamışdır. Narkotik vasitələrin satışı ilə bağlı qeydlər aparılan həmin dəftər polis əməkdaşı tərəfindən götürülmüşdür. Verilən suallara cavab olaraq bildirmişdir ki, yaşadığı evdən aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Babək” adlı şəxsin vasitəsi ilə əldə etmiş, həmin narkotik maddələri “Babək” adlı şəxsin deyəcəyi ünvanlara çatdıracaqdır. Bundan sonra baxış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün həmin protokolu imzalamışdır. Təqsirləndirilən şəxs yenidən ittiham elan edilən zaman özünü Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə qismən təqsirli bilərək ifadə verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs ibtidai istinaq zamanı verdiyi və məhkəmədə elan olunmuş yuxarıdakı ifadələrini təsdiq etmədiyini, həmin ifadələrin təzyiqlərə məruz qaldığı üçün oxumadan imzalamasını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində bildirmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan X12 Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanıdır. Vəzifəsi narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların qanunsuz olaraq dövriyyəsinə qarşı mübarizə aparmaqdan ibarətdir. 27 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə BNMİ-nin rəisinə raportla müraciət etmişdir. Daha sonra əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar Baş İdarənin rəisi tərəfindən təsdiqlənmişdir. Qərar qəbul edildikdən sonra Baş İdarənin rəisi tərəfindən BNMİ-yə bilavasitə tabe olan X12 Şöbəsinin və X11 Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılması barədə əmr imzalanmışdır. Daha sonra əməliyyat axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs ünvan 7 ünvanının yaxınlığında olduğunu öyrəndiyi üçün 27 oktyabr 2021-ci il tarixdə saat 23:20-də həmin ünvana gəlmişdir. Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin həmin ünvanın yaxınlığında Xəzər markalı, **-PR-*** qeydiyyat nişanlı avtomobilin qarşısında dayandığını görmüşdür. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və anket məlumatlarını bildirməsi barədə xahiş etmişdir. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxsə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmək lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs etiraz etmədən razılaşıb birlikdə Baş idarəyə gəlmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmişdir. Müdafiəçi gəldikdən sonra isə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Onun üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə vermək təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir bükümdə narkotik vasitə heroinə bənzər maddəni təqdim etmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd “İphone” markalı mobil telefon, əynində olan qısa qol gödəkçənin sol yan cibindəki pul qabının içindən üç ədəd plastik bank kartları, 112 manat pul, özünə məxsus sürücülük və şəxsiyyət vəsiqələri, iki ədəd üzərində Türkiyə Cumhuriyəti ikamət izni sözləri yazılmış plastik kartları və həmin gödəkçənin sol yan cibindən əlavə olaraq bir ədəd avtomobil açarı aşkar olunmuşdur. Bundan sonra üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər maddə tərəzidə çəkilmiş, qablaşdırılaraq götürülmüşdür. Həmin qablaşdırmanın üzərinə imza etmişdir. Mobil telefon, plastik bank kartları, sürücülük, şəxsiyyət vəsiqələri, iki ədəd üzərində Türkiyə Cumhuriyəti ikamət izni sözləri yazılmış plastik kartlar götürülmüş, bir ədəd avtomobil açarı, pul qabı və 112 manat pul Təqsirləndirilən şəxs qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Babək” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Qaradağ rayonu ərazisindən deyiləcək yerlərə çatdırmaq məqsədi ilə əldə etmişdir, idarə etdiyi “Xəzər” markalı, qara rəngli, ** PR *** nömrəli avtomobildə narkotik maddə saxlayır, orada saxladığı narkotik maddələri təqdim edə bilər, həmin avtomobilə baxış keçirilməsinə etirazı yoxdur. Bundan sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün həmin protokolu imzalamışdır. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi Xəzər markalı **-PR-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirərək ərizə ilə müraciət etmişdir. 28 oktyabr 2021-ci il tarixdə saat 01:30 radələrindən başlayaraq idarə etdiyi avtomobilə videoçəkilişlə baxış keçirilməyə başlanmışdır. Avtomobilə baxış keçirilərkən Təqsirləndirilən şəxs avtomobilində saxladığı narkotik maddələri və psixotrop maddələri təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs avtomobilin yük hissəsində gizlətdiyi iki ədəd idman çantasını təqdim etmişdir. Həmin çantaların içindən on üç ədəd bükümdə narkotik vasitə heroinə bənzər, on dörd ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər, üç ədəd bükümdə narkotik vasitə tiryəkə bənzər və 400 ədəd metadon həbinə bənzər maddə aşkar olunmuşdur. Sonra həmin narktoik vasitələr və psixotrop maddələrə bənzər maddələr elektron tərəzidə çəkilərək qablaşdırılmış, üzəri möhürlənmiş, imzalanmış və götürülmüşdür. Daha sonra avtomobilin digər hissələrinə baxış keçirilmişdir və əlavə olaraq bir ədəd avtomobilə məxsus qeydiyyat şəhadətnaməsi və etibarnamə aşkar olunmuş və götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, avtomobildən aşkar olumuş narkotik vasitələrə və psixotrop maddələrə bənzər maddələri İran İslam Respublikası vətəndaşı “Babək” adlı şəxsin vasitəsi ilə Salyan rayonu, Xıdırlı kəndi ərazisində yol kənarında deyiləcək yerlərə çatdırmaq məqsədi ilə 27.10.2021-ci il tarixdə əldə etmişdir, yaşadığı ünvanda da narkotik vasitə saxlayır. Bundan sonra baxış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün həmin protokol imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda baxış keçirilməsinə etirazının olmadığını bildirmək üçün ərizə ilə müraciət etmişdir. Yaşadığı ünvan 2 ünvanına gəldikdən sonra həmin ünvana daxil olmuşlar. Qapını Nicat açarla özü açmış, həmin vaxt qeyd edilən ünvanda heç kim olmamışdır. Mənzildə olarkən təhqiqatçı Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz nə varsa təqdim etməyini bildirmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin mənzilin girişindən sağ tərəfdə olan qonaq otağındaki taxta dolabın içində gizlətdiyi bir ədəd sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içindən bir ədəd bükümdə narkotik vasitə heroinə, bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr və dəftər aşkar olunmuşdur. Bundan sonra narkotik vasitələrə bənzər maddələr elektron tərəzidə çəkilərək qablaşdırılmış, üzəri möhürlənmiş, imzalanmış və götürülmüşdür. Daha sonra evin digər otağlarına və hissələrinə baxış keçirilmiş və əlavə olaraq heçnə aşkar olunmamışdır. Dəftərdə narkotik vasitələrin satışı ilə bağlı qeydlər olduğundan həmin dəftər götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, yaşadığı evdən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Babək” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Qaradağ rayonu ərazisindən əldə etmişdir, həmin narkotik maddələri “Babək” adlı şəxsin deyəcəyi ünvanlara çatdıracaqdır. Bundan sonra baxış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün həmin protokolu imzalamışdır. Təqsirləndirilən şəxs qarşı hər hansı qanunsuzluq edilməmiş, yaşadığı evə daxil olan zaman qapı sındırılmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin digər əməkdaşı Şahid2 və ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edilmiş Şahid3 ifadələrində Şahid1 ifadəsindəki xüsusatları təsdiqləmişlər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyi və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 27 oktyabr 2021-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsininin «həbs» qətimkan tədbirinin seçilməsi barədə 29 oktyabr 2021-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 27 oktyabr 2021-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 oktyabr 2021-ci il tarixli, 7/1107 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzildən...” yazısı və imzalar olan kağız paketin içərisində polietilen torbada: -01(bir) ədəd sellofan torbada təmiz çəkisi – 75,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana bir ədəd sellofan torbada olduğu üçün mqayisəli tədqiqat aparmaq mümkün deyil. -həmin sellofan torbada bir ədəd kağız bükülünün içərisində 07 (yeddi) ədəd kağız bükülüdə ümumi çəkisi -1,32 qram, olan bitki toxumları çətənə (kannabis) bitkisinin toxumlarıdır, onlar narkotik vasitələrin siyahısına aid deyil. Qeyd: Marixuananın təmiz çəkisi – 75,0 qram (1N-li ob), tədqiqata sərf olundu – 0,1 qram, qalıq – 74,90 qram. 2) Toxumların ümumi çəkisi -1,32 qram (2N-li) tədqiqata istifadə olundu – 0,02 qram, qalıq – 1,30 qramdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 oktyabr 2021-ci il tarixli, 6/4782 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N7” dairəvi möhür əksi olan iki ədəd kağız paketin və iki ədəd qara rəngli idman çantasının içərisində olan: -üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan..” sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdə bir ədəd sellofan bükümdə təmiz çəkisi 147,6 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzildə..” sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdə bir ədəd sellofan bükümdə təmiz çəkisi 106,9 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən ..” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd qara rəngli idman çantasında 13 ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 2022,3 qram, 2022,3 qram, 2017,6 qram, 868,0 qram, 1018,7 qram, 1004,2 qram, 1009,4 qram, 1002,0 qram, 1019,8 qram, 1012,2 qram, 1020,2 qram, 820,5 qram, 1012,0 qram ümumi təmiz çəkisi 15849,2 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş ümumilikdə 15 ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edir. Digər 3 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 1012,5 qra, 655,6 qram, 367,9 qram ümumi təmiz çəkisi 2036,0 qram olan tünd qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Təqdim olunmuş ümumi sayı 400 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun təsir maddəsinin ümumu miqdarı 16,0 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edir. -üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs avtomobilində...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd qara rəngli idman çantasında 14 ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 1018,0 qram, 1037,1 qram, 1519,4 qram, 2120,4 qram, 1175,8 qram, 1766,1 qram, 1970,2 qram, 1653,9 qram, 1019,7 qram, 1098,0 qram, 1825,5 qram, 1607,1 qram, 1224,7 qram, 1090,7 qram ümumi təmiz çəkisi 20126,6 qram olan ağ rəngli kristallik formada maddələr xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin” siyahısına (Siyahı İİ) daxildir. Heroin və tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” siyahısına (Siyahı İ) daxildir. Təqdim edilmiş həblər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Qeyd: Heroinin ümumi təmiz çəkisi – 16103,7 qram, cəmi tədqiqata sərf edildi – 0,6 qram, qalıq – 16103,1 qram. Metamfetaminin ümumi təmiz çəkisi – 20126,6 qram, cəmi tədqiqata sərf edildi – 0,56 qram, qalıq 20126,04 qram. Metadon həblərinin ümumi sayı – 400 ədəd, tədqiqata sərf edildi – 10 ədəd, qalıq - 390 ədəd. Tiryəkin ümumi təmiz çəkisi -2036,0 qram, tədqiqata sərf edildi – 0,15 qram, qalıq - 2035,85 qram. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 15 dekabr 2021-ci il tarixli 5117 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmin rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs deməsinə görə təxminən 5 ildir ki, narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə etmişdir. Əvvəkllər arabir düşəndə narkotik vasitə heroindən və psixotrop maddə olan metamfetamindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı X10 tərəfindən tərtib edilmiş şəxsi axtarış və götürmə aparılması barədə və mənzilə baxış və götürmə aparılması haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 27 oktyabr 2021-ci il tarixdə saat 23:20-də ünvan 4 ünvanının yaxınlığında “Xəzər” markalı, **-PR-*** qeydiyyat nişanlı avtomobilin qarşısında dayanan zaman saxlanılaraq BNMİ-nə dəvət olunub şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Keçirilmiş tədbirlərin davamı olaraq 28 oktyabr 2021-ci il tarixdə saat 01:30-dan etibarən Təqsirləndirilən şəxs idarə etdiyi “Xəzər” markalı, **-PR-*** qeydiyyat nişanlı avtomobilinə baxış keçirilən zaman avtomobilin arxa yük yerində olan iki ədəd idman çantasının içərisindən 13 ədəd sellofan bağlamada narkotik vasitə heroinə bənzər, 14 ədəd sellofan bağlamada psixotrop maddə metamfetaminə bənzər, 03 ədəd bağlamada narkotik vasitə tiryəkə bənzər və 400 ədəd narkotik vasitə metadona bənzər maddələr aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirinin davamı olaraq 28 oktyabr 2021-ci il tarixdə saat 04:00-dan etibarən Təqsirləndirilən şəxs icazəsi, razılığı və iştirakı ilə yaşadığı ünvan 2 ünvanına baxış keçirilən zaman mənzilin qonaq otağında olan taxta dolabın içərisində olan bir ədəd sellofan torbanın içərisindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə, bir ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə və bir ədəd narkotik vasitə barədə qeydlər aparılmış dəftər aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə, avtomobilə və mənzilə baxış və götürmə zamanı videoçəkiliş aparılmış və hər biri ayrı-ayrılıqda diskə köçürülmüşdür. Şəxsi axtarış və götürmə və baxış və götürmə aparılmasını özündə əks etdirən videolar 3 ədəd DVD disk maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş 11 dekabr 2021-ci il tarixli, 008-11823-1221 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən, idarə etdiyi avtomobildən və yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib, saxladığına, bu kimi maddələrin qanunsuz ticarət dövriyyəsində İran İslam Respublikasının vətəndaşı olan “Babək” adlı şəxslə birgə əlaqəsinin olmasına və fəaliyyət göstərməsinə, “Babək” adlı şəxsin həmin narkotik vasitələri və psixotrop maddələri cinayətdə əlbir olduqları digər naməlum şəxslər vasitəsi ilə irandan qaçaqmalçılıq yolu ilə Təqsirləndirilən şəxs göndərdiyinə, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə qaçaqmalçılıq yolu ilə qanunsuz əldə etdikdən sonra bu kimi maddələri qanunsuz daşıma fəaliyyəti ilə məşğul olmasına və qanunsuz saxlamasına dair əlavə məlumatlar əldə edilmişdir. Lakin "Babək" adlı şəxsin, eləcə də cinayətin digər iştirakçılarının şəxsiyyətlərinin, onların yaxın əlaqələrinin müəyyən edilməsi hələlik mümkün olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 08.12.2021-ci il tarixli telefon danışıqlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan mesajlara baxış keçirən zaman müəyyən edilmişdir ki, 06.05.2021-ci il tarixdə saat 22:24:37-də +**********29 saylı mobil nömrədən +**********57 saylı mobil nömrəyə “X20 X17 X19 X16” mesajı, 08.10.2021ci il tarixdə saat 21:05:38-də +**********33 saylı mobil nömrədən +**********57 saylı mobil nömrəyə “Nici salam urey navar ne yox menem waka neynirsen urey gelirsen qeni gile ? Urey men olum gelende pati wuwe tap getir qardawimsan” mesajı, 26.08.2021-ci il tarixdə saat 00:04:28-də +**********66 saylı mobil nömrədən +**********57 saylı mobil nömrəyə “Qaqa o bayaqkin oz adindan 50 ye goture bilersen? Ozume istirem” mesajı, 02.09.2021-ci il tarixdə saat 00:39:15-də +**********66 saylı mobil nömrədən +**********57 saylı mobil nömrəyə “Brat bu zeifdiye qaqaw” mesajı, 07.09.2021-ci il tarixdə saat 13:48:31-də +**********66 saylı mobil nömrədən +**********57 saylı mobil nömrəyə “Brat kecendefeki kimi alinar tema?” mesajı, 06.10.2021-ci il tarixdə saat 15:43:57-də +**********66 saylı mobil nömrədən +**********57 saylı mobil nömrəyə “Ondan 50 manata 5 qr.goture bilersen? Ozunu cox yorma.bir kelme.soruw he deyer goturerik” mesajı yazılmışdır. Azercel MMC-dən daxil olmuş 25381 nömrəli məktuba əlavə edilmiş disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 27 oktyabr 2021-ci il tarixli “Əməliyyataxtarış tədbirlərinin həyata-keçirilməsi haqqında” qərar qanuni hesab edilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməlləri törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan ailə tərkibi haqqında arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində X6 və X7 adlı 2 azyaşlı övladları vardır. Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı övladının olması Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia, müsadirə olunması təklif edilən cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs, idarə etdiyi avtomobildən və onun yaşadığı ünvandan aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 16103,1 qram çəkidə narkotik vasitə heroin, 20126,04 qram çəkidə psixotrop maddə metamfetamin, 2035,85 qram çəkidə narkotik vasitə tiryək, 390 ədəd metadon həbi, 74,90 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, bir ədəd narkotik vasitə ilə bağlı qeydlər aparılmış dəftər, cinayət işi materiallarına əlavə edilmiş 03 ədəd DVD və 01 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – 27 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 143,82 manat (yüz qırx üç manat, səksən iki qəpik) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili X3 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 206.3.2-ci maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 27 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunsun, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs, idarə etdiyi avtomobildən və onun yaşadığı ünvandan aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 16103,1 qram çəkidə narkotik vasitə heroin, 20126,04 qram çəkidə psixotrop maddə metamfetamin, 2035,85 qram çəkidə narkotik vasitə tiryək, 390 ədəd metadon həbi, 74,90 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd narkotik vasitə ilə bağlı qeydlər aparılmış dəftər, cinayət işi materiallarına əlavə edilmiş 03 ədəd DVD və 01 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 143,82 manat (yüz qırx üç manat, səksən iki qəpik) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili X3 120 (yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar