Məhkəmə qərarları › İş №1(101)-636/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-636/2025

28.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-636/2025 28.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, X8 (sədrlik edən), X7 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1988-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə və 2.800 (iki min səkkiz yüz) manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-32/2021 saylı, 19 may 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.3-cü, 29, 177.2.1-ci, 29, 177.2.2-ci, 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə və 2.600 (iki min altı yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-1620/2023 saylı, 16 noyabr 2023-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 07 (yeddi) ay 10 (on) gün hissəsini çəkmədən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, fərdi əməklə məşğul olmuş, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi nömrəsiz ünvanda yaşamış, 29 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)- 453/2023 saylı, 01 dekabr 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(010)-454/2023 saylı, 05 dekabr 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, 29 mart 2024-cü il tarixdə ev dustaqlığı qətimkan tədbirinin müddəti başa çatmış, 10 sentyabr 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-2346/2024 saylı, 06 noyabr 2024-cü il tarixli qərarına əsasən barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 23 noyabr 2023-cü il tarixdə, saat 23 radələrində, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi 15 saylı binanın həyətində yerləşən ictimai yer olan “Elçin” şadlıq sarayında qonaq qismində gəlmiş X5 ilə mübahisə edib, xuliqanlıq niyyəti ilə, yəni heç bir əsaslı səbəb olmadan, öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək üzərində olan istintaqa məlum olmayan bıçaqla qəsdən Zərərçəkmiş şəxs döş qəfəsinə bir dəfə vuraraq sol tərəfli hemopnevmotoraks və diafraqmanın zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs X2 qohumudur. 23 noyabr 2023-cü il tarixdə anası və bacısı ilə birlikdə xalası oğlunun övladının doğum günü tədbirində iştirak etmək üçün Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində yerləşən Elçin” şadlıq sarayına getmişdir. Bir müddət sonra məclisdə dava düşdüyünü görmüş, mübahisə edən şəxsləri sakitləşdirmək üçün oraya yaxınlaşmış, lakin az sonra geri qayıtmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs isə əvvəlcə mübahisənin getdiyi yerdən bir qədər uzaqlaşmış, az sonra geri qayıdaraq yerə yıxılmışdır. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, məclisə gedərkən üzərində bıçaq olmamış, zərər çəkmiş şəxsə bıçaqla hər hansı xəsarət yetirməmiş, eləcə də, özü xəsarət almamışdır, həmçinin orada spirtli içki də qəbul etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir, onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Belə ki, məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 20 noyabr 2023 ci il tarixdə qohumu Elşad qızının ad günü olduğundan onları «Elçin» şadlıq sarayına dəvət etmişdir. xx.xx.2023-cü il tarixdə, 18:00 radələrində «Elçin» şadlıq sarayına gəlib orada olan masaların birində əyləşmişdir. Həmin vaxt masalarda olan tanımadığı qonaqlarla birlikdə yeyib-içmişdir. O, həmin vaxt təxminən 500 ml qrama yaxın sprtli içki qəbul etmişdir. Birdən toyda kütləvi dava düşmüş və o da orada olmuş, həmin vaxt kimsə ona bıçaq xəsarəti yetirmiş, lakin o, onu kimin vurmasını görməmişdir. O, təqsirləndirilən şəxsin ona xəsarət yetirib-yetirməməsi barədə heç nə deyə bilmir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Bəhruz onun qohumudur. Toyda heç kəslə mübahisəsi olmayıb. Bəhruzun anası ona onu sonuncunun vurduğunu deyib. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Xaliq oğlu ifadəsində göstərmişdir ki, “Elçin” şadlıq sarayının inzibatçısıdır, hadisənin baş verdiyi gün toy olmuş və həmin toyda kütləvi daşa baş vermişdir. Dərhal bu barədə şadlıq sarayının müdiriyyətinə zəng etmiş və hadisə barədə məlumat vermiş, sonuncu ondan bu barədə polisə məlumat verməyini tələb etmişdir. Bundan sonra o, polisə zəng etmiş və şadlıq sarayında dava-dalaş olduğunu bildirərək, hadusə yerinə polis əməkdaşlarının göndərilməsini xahiş etmişdir. Şadlıq sarayında baş bıçaqlanma hadisəsini görməsə də, bir nəfər şəxsin yerə yıxılmasını və sonradan durub getməsini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu ifadəsini təsdiq etmiş və ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, bir çox restaranlarda ofisiant kimi çalışır. Təxminən 2 həftə “Elçin” şadlıq sarayında ofisiant kimi işləmişdir, hazırda orada işləmir. Həmin gün sözügedən şadlıq sarayında ofisiant kimi iştirak etmişdir. Hadisəni şəxsən görmüşdür və bıçaqlama hadisəsini törədən şəxsin hazırki cinayət işi təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxsin olduğunu bir daha təsdiq edir. Cinayət işinin materiallarında olan “Tanımaya təqdim etmə haqqında” protokoldan görünür ki, Şahid1 tanınması üçün Təqsirləndirilən şəxs fotoşəkili təqdim edilmiş, tanınmaya təqdim edilmiş şəxslərin sırasından Şahid1 Təqsirləndirilən şəxs tanıyaraq xx.xx.2024-ci il tarixdə “Elçin” şadlıq sarayında bıçaqla tanımadığı şəxsə xəsarət yetirdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan “Üzləşdirmə haqqında” protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs oğlu ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixdə iş üzrə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs hadisə yerini əyani olaraq göstərməklə cinayətin təfərrüatlarını ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1079 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs boyunun sol yan səthinin qançırı və sağ kürəkaltı nahiyyənin cızığı müəyyən edildi. Xəsarətlərdən boyunun sol yan səthinin qançırı küt əşyanın təsirindən törənmişdir, sağ kürəkaltı nahiyənin cızığı isə təsir edən səthi məhdud olan küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2023-cü il tarixdə törənə bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin xarakterinə və lokalizasiyasına görə qeyd edilən xəsarətin özü tərəfindən özünə yetirilməsi nəticəsində almaları inkar olunur. Cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1080 saylı rəyindən görünür ki, X4 sol tərəfli hemopnevmotoraks və diafraqmanın zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edildi. Xəsarət deşici-kəsici alətin təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2023-cü il tarixdə bıçaqla yetirilə bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Cinayət işinin materiallarında olan məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 86 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tədbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tədbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməlindən sonra hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs öz hərəkətlərinin xarakterini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgilərinə xas olan hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm, qıcığa qarşı həssaslıq kimi xarakterik xüsusiyyətlər müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman psixi-emosional halında hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan) halında olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Suraxanı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3cü maddələri təqsirli bilinib 04 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 2600 manat cərimə edilmişdir. xx.xx.2023-cü il tarixdə Xətai rayon məhkəməsinin qərarına əsasən Təqsirləndirilən şəxs 07 ay 10 gün vaxtından əvvəl şərti azad olunmuşdur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 5-ci bəndinə əsasən, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı, təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında, həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, belə ki, məhkəmə araşdırması zamanı cinayət hadisənin heç bir əsaslı səbəb olmadan baş verməsi müəyyən edilmişdir, beləliklə təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin tərkibini yaradır, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı xəsarət yetirməməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş videogörüntülərə baxış keçirilərkən şadlıq sarayında dava düşməsi, əynində ağ rəngli qısaqol köynək olan, iri bədən quruluşlu Təqsirləndirilən şəxs davaya müdaxilə edərək videogörüntülərdən kimliyi müəyyən olunmayan şəxsin üzərinə getməsi, kənar şəxslərin Təqsirləndirilən şəxs qucaqlayaraq uzaqlaşdırması, eyni zamanda sonuncunun biləyindən tutaraq əlində olan əşyanı almağa çalışması müşahidə edilir. Məhkəməyə təqdim edilmiş videogörüntülərə baxış keçirilərkən Təqsirləndirilən şəxs görüntüdəki əynində ağ rəngli qısaqol köynək olan, iri bədən quruluşlu şəxsin özü olduğunu bildirmişdir. Bundan başqa məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 baş vermş hadisəni gördüyünü bildirmiş və bıçaqlama hadisəsini törədən şəxsin hazırki cinayət işi təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxs olduğunu təsdiq etmişdir. Həmçinin sonuncu cinayət işinin ibtidai istintaqı gedişində həyata keçirilmiş tanımaya təqdim etmə istintaq hərəkətinin gedişində Təqsirləndirilən şəxs tanıyaraq, sonuncunun xx.xx.2024-ci il tarixdə “Elçin” şadlıq sarayında bıçaqla tanımadığı şəxsə xəsarət yetirdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs hadisə vaxtı “Elçin” şadlıq sarayında mübahisə edən şəxslərə heç bir şəkildə müdaxilə etmədiyini, heç kəsə bədən xəsarəti yetirmədiyini və özünün də xəsarət almadığını bildirsə də, cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1079 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər xx.xx.2023-cü il tarixdə törənə bilər, xəsarətlərin xarakterinə və lokalizasiyasına görə qeyd edilən xəsarətin özü tərəfindən özünə yetirilməsi nəticəsində almaları inkar edilir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, zərər çəkmiş şəxsin şikayət və tələbinin olmamasını, o cümlədən təqsirləndirilən şəxsi səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs 01 dekabr 2023-cü il tarixli notarial qaydada təsdiqlənmiş ərizəsinin surətindən görünür ki, ona dəymiş maddi mənəvi ziyan ödənildiyindən, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət, tələbi, iddiası yoxdur və olmayacaq. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını cinayətlərin təhlükəli residivi və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin təhlükəli residivi sayılır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə və 2.800 (iki min səkkiz yüz) manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-32/2021 saylı, 19 may 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.3-cü, 29, 177.2.1-ci, 29, 177.2.2-ci, 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə və 2.600 (iki min altı yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-1620/2023 saylı, 16 noyabr 2023cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 07 (yeddi) ay 10 (on) gün hissəsini çəkmədən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, əvvəllər az ağır cinayət törətməyə görə məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı gündən 02 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Bundan başqa işdə olan sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə ona istinad edilən cinayət əməllərini cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi, yəni cəzanın çəkilməmiş hissəsi ərzində törətmişdir. Azərbaycan Respublikası CM-nin 76.6 və 76.6.3-cü maddələrinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmçinin cinayət işinin materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin 30 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-32/2021 saylı, 19 may 2021-ci tarixli hökmü ilə təyin edilmiş 2.600 (iki min altı yüz) manat məbləğində cərimə cəzasını ödəməmişdir. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısında az olmamaqla cəza təyin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-32/2021 saylı, 19 may 2021-ci il tarixli hökmü ilə təyin edilmiş və ödənilməmiş 2.600 (iki min altı yüz) manat miqdarında cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə birləşdirilməklə, Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına və 2.600 (iki min altı yüz) manat miqdarında cərimə cəzasına cəzasına məhkum edilməlidir. Bundan başqa Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-1620/2023 saylı, 16 noyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-32/2021 saylı, 19 may 2021-ci tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 07 (yeddi) ay 10 (on) gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-32/2021 saylı, 19 may 2021-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 2.600 (iki min altı yüz) manat məbləğində cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs çəkilməsi üçün müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza və 2.600 (iki min altı yüz) manat məbləğində cərimə cəzası təyin edilməlidir. Bundan başqa Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-453/2023 saylı, 01 dekabr 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(010)-454/2023 saylı, 05 dekabr 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, 29 mart 2024-cü il tarixdə ev dustaqlığı qətimkan tədbirinin müddəti başa çatmış, 10 sentyabr 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bundan əlavə iş materiallarından görünür ki, 01 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işinin icraatı dayandırılmışdır. 10 sentyabr 2024-cü il tarixdə isə Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa gəldiyinə görə həmin tarixdə cinayət işinin icraatı təzələnmişdir. 10 sentyabr 2024-cü il tarixdə isə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 163.6-cı maddəsinə əsasən, ev dustaqlığı qətimkan tədbirinin tətbiqinə bu Məcəllənin 157.8-ci maddəsində nəzərdə tutulmuş hallarda müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun qərarına əsasən xitam verilə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror məhkəmə tərəfindən seçilmiş həbs qətimkan tədbirinin tətbiqinə yalnız təqsirləndirilən şəxsin ağır xəstəliyi ilə əlaqədar həbsdə saxlanılmasının qeyri mümkünlüyü barədə tibbi rəy olduqda və təqsirləndirilən şəxsin əməlinin böyük ictimai təhlükə törətməyən cinayət kimi tövsif edilməsi barədə qərar çıxarıldıqda xitam verə bilər. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Araz Məhərrəmovun 01 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsindən seçilmiş ev dustaqlığı qətimkan tədbirinin şərtlərini pozmaqla üzərinə qoyulmuş vəzifələri icra etməmiş, qeyd edilən əsasla sonuncu barəsindən axtarış elan edilməklə cinayət işinin icraatı dayandırılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.8-ci maddəsinin müddəalarını nəzərdən keçirən məhkəmə hesab edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsindən seçilmiş ev dustaqlığı qətimkan tədbirinə xitam verilməsi üçün heç bir əsas olmamaqla birlikdə, ümumiyyətlə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində qətimkan tədbirinin müddətinin axımının dayandırılması halı nəzərdə tutulmayıb. Bu səbəbdən məhkəmə sözügedən qərar Təqsirləndirilən şəxs barəsindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 05 dekabr 2023-cü il tarixdən 29 mart 2024-cü il tarixədək seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətinin axımını dayandırmır. Bunu da qeyd etmək zəruridir ki, Təqsirləndirilən şəxs barəsindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 29 mart 2024-cü il tarixdə bitmiş, sonuncu barəsində 10 sentyabr 2024-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilənədək 05 (beş) ay 12 (on iki) günlük müddət ərzində heç bir qətimkan tədbiri seçilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 29 noyabr 2023-cü il tarixdən 29 mart 2024-cü il həbsdə və ev dustaqlığında saxlanıldığı ümumilikdə 04 (dörd) ay müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, hazırki hökmlə təyin edilmiş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası və 2.600 (iki min altı yüz) manat məbləğində cərimə cəzası saxlanılmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 yanvar 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin “xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə” müddəası həm qadın, həm də kişi məhkumlara aiddir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-2346/2024 saylı, 06 noyabr 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, sonuncu barəsində Xəzər Rayon Polis İdarəsində istintaqı aparılan və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair məhz həmin cinayət işi üzrə həbs edilərək, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 431/2024 saylı, 06 noyabr 2024-cü il tarixli qərarında görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 06 noyabr 2024-cü tarixdən hesablanmalıdır. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Hazırki cinayət işi üzrə maddi sübut qismində tanınmış əşya müəyyən edilməmişdir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 40 (qırx) iş saatı üçün 240 (iki yüz qırx) manat məbləğində vəsait Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-32/2021 saylı, 19 may 2021-ci il tarixli hökmü ilə təyin edilmiş və ödənilməmiş 2.600 (iki min altı yüz) manat miqdarında cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə birləşdirilməklə, Təqsirləndirilən şəxs 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və 2.600 (iki min altı yüz) manat miqdarında cərimə cəzasına cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-1620/2023 saylı, 16 noyabr 2023-cü il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-32/2021 saylı, 19 may 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 07 (yeddi) ay 10 (on) gün müddətində hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 2.600 (iki min altı yüz) manat miqdarında cərimə cəzası ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına və 2.600 (iki min altı yüz) manat miqdarında cərimə cəzasına cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 29 noyabr 2023-cü il tarixdən 29 mart 2024-cü il həbsdə və ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və 2.600 (iki min altı yüz) manat miqdarında cərimə cəzasına cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş edilmiş 2.600 (iki min altı yüz) manat miqdarında cərimə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin əvvəli 06 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 40 (qırx) iş saatı üçün 240 (iki yüz qırx) manat məbləğində vəsait Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar