Məhkəmə qərarları › İş №1(101)-637/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-637/2020

24.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-637/2020 24.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Mahmud Muradxan oğlu Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrəşöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakışəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmişşəxslər X6 və Zərərçəkmiş şəxs2 iştirakı ilə xx xxxx 1973-cü il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, Lənkəran rayonunun Velədi kəndində qeydiyyatda olan, Bakıİstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1, 180.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M üə y y ə n e t d i : Təqsirləndirilən şəxs tamah niyyəti iləözgənin əmlakının ələ keçirmək məqsədi ilə x xxxxxxxx 2019-cu il tarixdə saat 21:40 radələrində Bakışəhəri Nizami rayonu, Babək prospekti 22-22 ünvanında yerləşən «Monte Karlo» şadlıq sarayının yan tərəfindəki köşkdə satıcı işləyən Şahid1 məxsus 220 manat dəyərində 1 ədəd «Samsung» markalı «SM-A205FN/DS» modelli mobil telefonunu üzərindəki balansında 5 manat danışıq limiti olan 8 manat dəyərindəki ***-***-**-** mobil nömrə ilə birlikdə dartıb sonuncunun əlindən almaqla qaçaraq əmlakı açıq yolla talayıb zərərçəkmişşəxs Şahid1 ümumilikdə 233 (iki yüz otuz üç) manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa o, cinsi ehtirasını təmin etmək məqsədi ilə x xxxxxxxx 2019-cu il tarixdə saat 11 radələrində ünvan 2 nömrəli ünvanda yerləşən köşkə daxil olub, köşkdə satıcı işləyən X4 pul müqabilində cinsi əlaqədə olmaq barədə təklif etmiş, sonuncu onun təklifindən imtina etdikdə o, köşkdə olan masanın üzərindən götürdüyü soyuq silah hesab edilməyən mətbəx bıçağını silah qismində istifadə edərək, Lalə Abbaszadəni öldürməklə hədələyib zor tətbiq edərək sonuncunun başını mağazanın giriş qapısına vurub başın təpə nahiyəsinin qançırı ilə nəticələnən dərəcəsi təyin edilməyən xəsarət yetirməklə iradəsi və istəyinə zidd olaraq əynindəki açıq boz rəngli cins şalvarı və tünd qonur rəngli alt paltarını soyundurmuş, ardınca özü də soyunub arxa nahiyədən Lalə Abbaszadəni qucaqlayaraq, əlləri ilə sinəsindən tutub öz cinsiyyət orqanını sonuncunun arxa, bud və digər bədən nahiyələrinə sürtməklə cinsi ehtirasını pozğun formada təmin edib L.Abbaszadəyə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan başqa o, həmin gün silah qismində istifadə edilən əşyanı tətbiq etməklə hücuma məruz qalmışşəxsin həyatı və sağlamlığıüçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edib özgənin əmlakınıələ keçirmək məqsədi ilə ünvan 3 B nömrəli ünvanda yerləşən köşkə qanunsuz daxil olaraq, X4 qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdikdən sonra özündə olan silah qismində istifadə etdiyi soyuq silah hesab edilməyən mətbəx bıçağını Lalə Abbaszadə istiqamətində tutub, hücuma məruz qalmış Lalə Abbaszadəni həmin bıçaqla öldürəcəyi ilə hədələməklə həyatı və sağlamlığıüçün təhlükəli zorakılıqla basqın edib, köşkdə olan masanın siyirməsindən köşkün sahibi Zərərçəkmiş şəxs2 məxsus 650 manat nağd pulu, köşkün vitrinindən 1 ədədi 1,40 qəpik olmaqla 28 manat dəyərində 20 ədəd «Maqna» markalı, 1 ədədi 1,70 qəpik olmaqla 51 manat dəyərində 30 ədəd «Cavallo» markalı və 1 ədədi 1,90 qəpik olmaqla ümumilikdə 76 manat dəyərində 40 ədəd «Palma» markalı siqaretləri ələ keçirərək zərərçəkmişşəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 805 (səkkiz yüz beş) manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 150.1, 180.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə elan olunmuş ittiham üzrəözünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, x xxxxxxxx 2019-cu il tarixdə saat 21 radələrində spirtli içki qəbul edib sərxoş vəziyyətə düşmüşdür. Yolda gedərkən ayağı daşa ilişib yıxılmış və yerdə sürüklənmişdir. Koftası cırıldığına görəəynindən çıxartmışdır. Şalvarının cibindəki mobil telefonunun ekranı da sınmışdır. Əlində içərisində yemiş və araq olan torba ilə «Monte Karlo» şadlıq evinin yan tərəfində olan köşkə yaxınlaşıb, köşkdəki Şahid1 üstünü təmizləmək üçün kömək istəmişdir. Bundan bir gün əvvəl Hacağadan mobil telefonunu alıb bir nəfər tanışı ilə danışmışdır. Sonuncu ona əski və su verərək kənarda üzərini təmizləyə biləcəyini demişdir. O, həmin vaxt çox əsəbi olmuş vəəlindəki ekranı sınmış mobil telefonu köşkün alqı-satqı yerindəki qəpiklər qoyulan plastik qaba vuraraq deyinmişdir. Hacağa etdiyi hərəkətə görə ona irad bildirib kənara çəkilməsini demiş, o isə zəng etmək üçün Hacağadan telefonunu istəmişdir. Sonuncu telefonu ona verməyəcəyini, zəng edib səsucaldıcı vasitəsilə danışa biləcəyini demişdir. Razılaşıb tanışının mobil telefon nömrəsini Hacağaya demişdir. Hacağa həmin nömrəni yığıb köşkün içərisindən telefonu danışmasıüçün ona uzatmışdır. Sonuncunun əlindən «Samsung» markalı mobil telefonu dartıb almış və qaçıb oradan uzaqlaşmışdır. Sonra kənarda bir yer tapıb, araq içmişdir. Həmin gecə «Monte Karlo» şadlıq evinin yaxınlığında yatmışdır. Yuxudan ayılanda telefon yanında olmamış və başının üstündə polis əməkdaşlarının dayandıqlarını görmüşdür. Sonuncular onu Nizami RPİ-nin 23-cü PB-nə aparmışlar. X5 2019-cu ilin may ayından tanımış və bu tanışlıqdan sonra aralarında yaxın münasibətləri olmuşdur. x xxxxxxxx 2019-cu il tarixdə saat 5 radələrində Lalənin işlədiyi Bakışəhəri Xətai rayonu, Zığ yolu, 1B, Gəmi təmiri zavodunun giriş hissəsinin yaxınlığında avtomobil yolunun kənarında olan mağazaya yaxınlaşmışdır. Həmin vaxt Lalə mağazada olmamışdır. Mağazada satıcı işləyən cavan oğlandan bir şüşə araq və enerji içkisi almışdır. Sonuncu ilə söhbət edə-edə həmin araqdan bir qədər içmişdir. Daha sonra bacısına zəng etmək üçün həmin satıcıdan telefon istəmişdir. Oğlan öz mobil telefonu ilə onun bacısına zəng etmiş və o, bacısı ilə danışmışdır. Bundan sonra mağazadan aralanmış və bir neçə saat ətrafda gəzdikdən sonra saat 11 radələrində Laləni görüb həmin mağazaya qayıtmışdır. Həmin vaxt Lalə içəridə tək olmuşdur. Yaxınlaşıb bir qədər söhbət etdikdən sonra, Laləyə cinsi əlaqədə olmaq istədiyini demiş və sonuncu onunla razılaşmışdır. Mağazada kamera olduğundan Laləyə anbarda cinsi əlaqədə olmağı təklif etmiş və Lalə razılaşmışdır. Həmin vaxt mağazaya bir müştəri və bir nəfər uşaq yaxınlaşmışdır. Pəncərədən müştəriyə mağazanın işləmədiyini demiş, oğlan uşağı isə Lalə ilə onu bir yerdə görmüşdür. Lalə ona həmin uşağın yaxınlıqda işlədiyini, qardaşını da tanıdığını və qardaşının ətrafda olduğunu, onları bir yerdə gördüyü barədə gedib qardaşına deyəcəyini bildirmişdir. Lalə baş verənlərdən qorxub həyətəçıxmaq istəmiş, lakin o, Laləni çıxmağa qoymamışdır. Sonuncu ona pul təklif edib tez çıxıb getməsini desə də, o, bununla razılaşmamışdır. Lalənin qardaşının və başqa şəxslərin gələcəyindən qorxub, özünü müdafiə etmək üçün orada olan iki ədəd bıçağı götürmüşdür. Bıçaqlardan birini şalvarının arxa sol cibinə qoymuş, digər bıçağı isəəlində saxlamışdır. Masanın üzərində olan Laləyə məxsus mobil telefonu da bilmədən arxa sol cibinə qoymuş, sonuncu ona mobil telefonu qaytarmağını bildirəndən sonra qaytarmışdır. Bundan sonra Lalə ilə mağazanın giriş qapısına tərəf getmişdir. Orada bir nəfər tanımadığışəxs yaxınlaşıb Laləyə mobil telefon vermiş, sonuncu danışandan sonra telefonu geri qaytarmışdır. Bıçağıəlində saxlayaraq Laləni özünə tərəf çəkmişdir. Arxadan qucaqlayaraq əlini koftanın üstündən Lalənin sinəsinə atıb əynindəki şalvarınıçıxartdıqdan sonra Lalənin əynindəki cins şalvarı və alt paltarını aşağıçəkmişdir. Lalə ilə cinsi əlaqədə olmaq istəsə də, ola bilməmişdir. Bundan sonra o və Laləşalvarlarını yuxarıçəkib mağazanın içərisinə keçmişlər. Orada Lalə ona siyirmədə olan təxminən 200-250 manat arası pul vermişdir. O, özü də orada olan xırda manatlıq pulları və 4 blok müxtəlif markalı siqaretləri götürüb getmişdir. Təxminən 10 dəqiqədən sonra polis əməkdaşları tərəfindən yaxalanmışdır. Əməlindən peşmandır. Barəsindəədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmişşəxs qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Bakışəhəri Xətai rayonu, Zığ yolu, 1B, Gəmi təmiri zavodunun giriş hissəsinin yaxınlığında avtomobil yolunun kənarında bibisinin gəlini Zərərçəkmiş şəxs2 məxsus 4 kv.m ərazisi olan kiçik mağazada satıcı işləyir. Həmin mağazada səhərlər o, gecələr isə Şahid2 növbə ilə işləyirlər. x xxxxxxxx 2019-cu il tarixdə saat 10:35-də mağazada olarkən qardaşı Həsən gəlib ona yemək vermiş və avtomobiləəyləşib yaxınlıqdakı avtotəmir sexinə getmişdir. Az sonra həyətəçıxıb kiçik anbarda olan qaz sobasının yerində olub-olmadığına baxmışdır. Mağazaya qayıdanda Təqsirləndirilən şəxs qapı tərəfdən yaxınlaşıb, onun içəridə tək olduğunu görüb içəri keçmiş və mağazanın giriş qapısında olan açarıçıxartmaq istəsə də bacarmamışdır. Vaqifi görən kimi ona, satışın çöl tərəfdən olduğunu demişdir. Vaqif isə ona həbsdən təzəçıxdığını, ailəsindən boşandığını, ayrı qaldığını deyib, onunla cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. Vaqifə ailəli olduğunu bildirdikdə sonuncu, ona sözlə hədə-qorxu gələrək əgər onunla cinsi əlaqədə olmasa, ona xəsarət yetirəcəyini vəöldürəcəyini bildirmişdir. Vaqifə qardaşının yaxınlıqda olduğunu bildirsə də, sonuncu buna məhəl qoymayıb, nalayiq söyüşlərlə onu söyməyə başlamışdır. Mobil telefonla qardaşına zəng etmək istəmiş, bu zaman Vaqif onun telefonunu əlindən götürmüşdür. Ayağa qalxıb köşkdən çıxmaq istəmiş, bu zaman Vaqif onu itələyib yerinə oturtmuşdur. Sonuncu əynində olan idman gödəkcəsini çıxarmış, bu zaman Vaqifin qollarının kəsik olduğunu görmüşdür. Vaqif mağazada istifadə etdiyi iki ədəd bıçağıəlinə götürmüş, həmin bıçaqlardan birini əlində saxlamış, digər bıçağı və onun mobil telefonunu arxa sol cibinə qoymuşdur. Vaqifə mobil telefona görə kredit ödədiyini, ərinin həbsdə olduğunu, həmin telefonla əri iləəlaqə saxladığını deyib, qaytarmasını xahiş etmişdir. Bu vaxt mağazaya müştəri yaxınlaşmışdır. Vaqif əlindəki bıçağı yerə qoyub, ona sakitcə müştərini yola salmağını tapşırmışdır. O, dərhal bıçağı götürüb kənara qoymuş, lakin digər bıçaq isə Vaqifdə qalmışdır. Vaqif onun mobil telefonunu özünə qaytarmışdır. Bundan sonra Vaqif əynindən çıxardığı idman gödəkcəsini götürüb qoluna dolamış və bıçağı da o, qoyduğu yerdən götürmüşdür. Vaqifin ona xəsarət yetirəcəyindən qorxduğu üçün sakitcə müştərini yola salmışdır. Mağazanın siyirməsini açıb, oradan qalıq pulları qaytaranda Vaqif pulların harada olmasını görmüşdür. O, Vaqifin zahiri görünüşündən və davranışlarından narkotik vasitə istifadəçisi olduğunu başa düşüb, sonuncunun onu öldürəcəyindən qorxmuşdur. Vaqifə mağazanın kamera nəzarəti altında olduğunu demiş, lakin sonuncu buna əhəmiyyət verməmişdir. O, Vaqifin əlindən qaçmaq üçün onu aldadıb, həyətəçıxmağı fikirləşmişdir. Buna görə də Vaqifə həyətəçıxıb mağazanın yanında, giriş qapısı avtomobil yoluna baxan anbarda cinsi əlaqədə olmağı təklif etmişdir. Qapının ağzından keçmək istərkən Vaqif əlində bıçağı saxlayıb, onu özünə tərəf çəkmiş, səs salarsa öldürəcəyi ilə hədələmişdir. Həmin vaxt Vaqif onun başını giriş qapısının dəmir çərçivəsinə vurmuş və bıçaq əlində onu arxadan qucaqlayaraq əlini koftanın üstündən sinəsinə atıb öz əynindəki şalvarınıçıxartdıqdan sonra, onun əynində olan boz rəngli cins şalvarını və alt paltarını zorla aşağıçəkmişdir. Bundan sonra Vaqif onunla qeyri-təbii yola cinsi əlaqədə olmağa çalışmışdır. Vaqif ehtirasını başa çatdırana yaxın, Vaqifin spermasının onun üstünə boşalmamasıüçün özünü zorla qabağa çəkmişdir. Vaqif sperması mağazanın giriş hissəsinə tökmüşdür. Bundan sonra onlar hər ikisi şalvarlarını yuxarıçəkmişlər. Bundan sonra Vaqif onunla birlikdə mağazanın içərisinə gəlmiş və ona: «nə verə bilərsən?»demişdir. Vaqifin əlindəki bıçaqla ona xəsarət yetirməsindən qorxub, siyirmədə olan pullarıçıxarıb vermişdir. Vaqif xırda pulları da özü götürmüşdür. Sonuncu ümumilikdə 650 manat pulun hamısını yığıb cibinə qoymuş və mağazanın vitrinindən olan siqaretləri də götürüb mağazanı tərk etmişdir. O da dərhal mağazadan çıxıb qardaşına tərəf qaçmış və Vaqifin mağazadan malları götürüb qaçdığını bildirmişdir. Həmin vaxt orada olan şəxslərdən kimsə polisə məlumat vermişdir. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmişdir. Təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmişşəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, ailəsini dolandırmaq üçün Bakışəhəri Xətai rayonu, Zığ yolu, 1B, Gəmi təmiri zavodunun giriş hissəsinin yaxınlığında avtomobil yolunun kənarında özünə məxsus 4 kv.m ərazisi olan kiçik köşkü işlədir. Lalə Abbaszadə həmin köşkdə səhər növbəsində satıcı işləyir. Həmin köşk 24 saat ərzində növbəli şəkildə fəaliyyət göstərir. x xxxxxxxx 2019-cu il tarixdən x xxxxxxxx 2019-cu il tarixə keçən gecə saat 6 radələrində gecə növbəsində işləyən Şahid2 deməsindən ona məlum olmuşdur ki, həmin gecə təxminən saat 5-də Təqsirləndirilən şəxs Xalıq oğlu köşkə gələrək Usubun mobil telefonu ilə qohumlarına zəng etdikdən sonra, Usubdan spirtli içki almış, içkini qəbul etdikdən sonra pulunun olmadığını bildirmişdir. x xxxxxxxx 2019-cu il tarixdə saat 10:45-də Lalə köşkdə işdə olmuşdur. Sonuncunun deməsinə görə Təqsirləndirilən şəxs Xalıq oğlu köşkün qapısı tərəfdən yaxınlaşıb, Lalənin içəridə tək olduğunu görüb onunla cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs mağazada olan mətbəx bıçağını götürüb Laləni hədələyib, özünə tərəf çəkib, alt paltarını aşağıçəkib seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Daha sonra Vaqif əlindəki bıçaqla Laləyə xəsarət yetirəcəyi ilə hədələyib, masanın siyirməsindən müxtəlif əskinazlarda olan ümumilikdə 650 manat pulu götürüb cibinə qoymuş və vitrinində olan siqaretləri götürüb çıxıb getmişdir. Bundan sonra Lalə DİN-nin 102 xidmətinə zəng etmişdir. Polis əməkdaşları hadisə yerinə gəlib Vaqifi yaxalayarkən sonuncu köşkdən götürdüyü siqaretləri yerə atmışdır. Ona məxsus köşkdən 650 manat nağd pul, 1 ədədi 1,40 manat olan 28 manat dəyərindəki 2 blok (20 qutu) «Maqna» markalı, 1 ədədi 1,70 manat olan 51 manat dəyərində 3 blok (30 qutu) «Cavallo» markalı və 1 ədədi 1,90 manat olan 76 manat dəyərində 4 blok (40 qutu) «Palma» markalı siqaretlər götürülmüş və hadisə nəticəsində ona ümumilikdə 805 manat maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş zərərçəkmişşəxs Şahid1 ifadəsindən görünür ki, Bakışəhəri Nizami rayonu, Babək prospektindəki «Monte Karlo» şadlıq sarayının yan tərəfindəki köşkdə satıcı işləyir. x xxxxxxxx 2019-cu il tarixdə saat 21:40-da köşkdə olarkən Təqsirləndirilən şəxs köşkün qarşısına gəlib, ondan üst başını təmizləməyə kömək etməsini xahiş etmişdir. Vaqifin köynəyi olmamış, əynində yalnız ağ kətan şalvarı olmuş, üst-başı toz-torpağa bulaşmışdır. Vaqifəəski və su verib gedib kənarda üstünü təmizləməsini bildirmişdir. Vaqif əskini və suyu götürüb kənara çəkilərək üstünü təmizlədikdən sonra əlindəki ekranı sınmış telefonu köşkün alış-veriş edilən balaca satış yerindəki qəpiklər qoyulan əşyanın üzərinə vurub «bu telefonu mənə hədiyyə veriblər, lakin indi sındırdılar»-deyə bildirərək ekranı sınmış telefonu həmin əşyaya vurmuşdur. Vaqifə telefonun artıq sındığını, telefonu vurub daha da sındırmamasını, qəpiklər qoyulan əşyanı da sındıracağını bildirmişdir. Həmin vaxt Vaqif çox əsəbi olmuş və qardaşına zəng etmək üçün ondan telefonunu istəmişdir. O, Vaqifə telefonu verməyəcəyini, zəng etmək istədiyi nömrəni deməsini, həmin nömrəyəözü zəng edib, telefonu səs ucaldan vasitəsilə qoşacağını bildirmişdir. Vaqif isə onun üstünə qışqıraraq telefonu verməyi tələb etmiş, əlindəki özünə məxsus dəyəri 400 manat olan «Samsung A20» markalı mobil telefonunu əlindən dartıb alaraq köşkün yan tərəfinə qaçmışdır. Dərhal köşkdən çıxıb Vaqifin arxasınca qaçsa da, onu tuta bilməmişdir. Bundan sonra DİN-nin 102 xidmətinə tanımadığı bir nəfər şəxsin telefonu ilə zəng edərək hadisə barədə məlumat vermişdir. Həmin gün o, qohumlarının mobil telefonu öz mobil telefonuna dəfələrlə zənglər etmişdir. x xxxxxxxx 2019-cu il tarixdə səhər saatlarında yenə dəöz mobil nömrəsinə zəng edərkən bir nəfər şəxs telefonu açmışdır. Telefona cavab verən şəxs ona köynəyi olmayan bir nəfər şəxsin «Monte Karlo» şadlıq sarayının yan tərəfindəki pilləkənlərin yanında yatdığını və telefonun da onun əlində olmasını, dəfələrlə telefona zəng gəlməsinə baxmayaraq yatan şəxsin cavab vermədiyini görüb, özünün zəngə cavab verdiyini bildirmişdir. O, dərhal həmin yerə gedib telefonunu götürmüşdür. Vaqif isə «Monte Karlo» şadlıq sarayının yan tərəfindəki pilləkənlərin yanında yatmışdır. Vaqifdən qorxduğu üçün cəld oradan uzaqlaşıb polis əməkdaşlarına məlumat vermişdir. Ona məxsus 400 manat dəyərindəki «Samsung A20» mobil telefonun üzərində balansında 5 manat danışıq limiti olan 8 manata aldığı ***-***-**-** nömrəli mobil nömrə olmuşdur. Hadisə nəticəsində ona ümumilikdə 413 manat maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmişŞahid2 ifadəsindən görünür ki, ailəsini dolandırmaq məqsədi ilə Bakışəhəri Xətai rayonu, Zığ yolu, 1B, Gəmi təmiri zavodunun giriş hissəsinin yaxınlığında avtomobil yolunun kənarında 4 kv.m-lik kiçik köşkdə gecə növbəsində satıcı işləmişdir. Lalə Abbaszadə isə həmin köşkdə səhər növbəsində satıcı işləmişdir. x xxxxxxxx 2019-cu il tarixdən x xxxxxxxx 2019-cu il tarixə keçən gecə saat 5 radələrində Təqsirləndirilən şəxs köşkə yaxınlaşaraq onun mobil telefonu ilə bacısı və qardaşına zəng etmişdir. Bundan sonra ondan spirtli içki almışdır. Spirtli içkini qəbul etdikdən sonra pulunun olmadığını bildirmişdir. Vaqifə heç bir söz deməmiş, sonuncu onunla 20-30 dəqiqə söhbət etdikdən sonra çıxıb getmişdir. Saat 6 radələrində Laləyə bu barədə bildirmişdir. x xxxxxxxx 2019-cu il tarixdə saat 10:45-də Lalə köşkdə olarkən Təqsirləndirilən şəxs köşkün qapısı tərəfdən yaxınlaşaraq içəridə tək olduğunu görüb Lalə ilə cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. Vaqif mağazada olan mətbəx bıçağını götürüb əvvəlcə Laləni hədələməyə başlamış, sonra bıçağıəlində saxlayaraq Laləni özünə tərəf çəkib sonuncuya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Daha sonra Vaqif əlindəki bıçaqla Laləyə xəsarət yetirəcəyi ilə hədələyərək masanın siyirməsindən müxtəlif əskinazlarda olan ümumilikdə 650 manat pulu və köşkün vitrinində olan siqaretləri götürüb çıxıb getmişdir. Lalə mağazadan çıxaraq polisə xəbər vermiş və Vaqif polislər tərəfindən saxlanılmışdır. İşin 1-ci cildinin 9-12-ci vərəqələrindəki x xxxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi ünvan 4 nömrəli ünvanda yerləşən köşkə baxış keçirilən zaman oradan Təqsirləndirilən şəxs hadisə zamanı istifadə edərək nümayiş etdirdiyi bir ədəd mətbəx bıçağı götürülmüşdür. İşin 1-ci cildinin 32-ci vərəqəsindəki protokoldan görünür ki, zərərçəkmişşəxs Zərərçəkmiş şəxs2 x xxxxxxxx 2019-cu il tarixdə işlətdiyi ünvan 4-də yerləşən köşkdə baş vermiş hadisənin görüntüləri köçürülmüş 1 ədəd «DVD» formatlı diski istintaqa təqdim etmişdir. İşin 1-ci cildinin 33-cü vərəqəsindəki protokoldan görünür ki, zərərçəkmişşəxs X6 x xxxxxxxx 2019-cu il tarixdə baş vermiş hadisə zamanıəynində olmuş bir ədəd açıq boz rəngli şalvarı, bir ədəd qara-boz rəngli koftanı və bir ədəd tünd qonur rəngli alt paltarıi istintaqa təqdim etmişdir. İşin 1-ci cildinin 207-ci vərəqəsindəki protokoldan görünür ki, zərərçəkmişşəxs Şahid1 x xxxxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs tərəfindən soyğunçuluq yolu iləələ keçirilmiş bir ədəd «Samsung A20» markalı mobil telefonu istintaqa təqdim etmişdir. İşin 1-ci cildinin 215-ci vərəqəsindəki protokoldan görünür ki, zərərçəkmişşəxs Zərərçəkmiş şəxs2 x xxxxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs tərəfindən quldurluq yolu iləələ keçirilmiş 2 blok «Magna» markalı, 3 blok «Cavallo» markalı və 4 blok «Palma» markalı siqaretləri istintaqa təqdim etmişdir. İşin 2-ci cildinin 79-82-ci vərəqələrindəki protokoldan görünür ki, istintaq zamanı təqdim edilmiş 1 ədəd «DVD» formatlı diskə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs əlinə mağazada olan bıçağı alaraq X4 qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi, eyni zamanda sonuncuya qarşı quldurluq cinayəti törətməsi müəyyən edilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 873 saylı rəyindən görünür ki, X2 başın təpə nahiyəsinin qançırı müəyyən edildi. Xəsarət bərk küt-əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş x xxxxxxxx 2019-cu il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcələri təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə, qeyd edilən xəsarətin yıxılma nəticəsində alınması, eləcə dəözünün-özünə yetirilməsi nəticəsindəəmələ gəlməsi inkar olunur. Məhkəmə-tibbi-kriminalistik ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 514- MTKŞ/2019 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş bıçaq kustar üsulla, mətbəx bıçaqlarının analoqu üzrə hazırlanmışdır. Məişət təyinatlıdır və soyuq silah hesab olunmur. Təqdim olunmuş bıçağın üzərində sonradan onun təyinatını dəyişdirən heç bir əlavə və ya düzəlişlər edilməmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 25536 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş siqaretlərin orta bazar qiyməti ilə dəyəri təxminən 155,00 manat müəyyən edilmişdir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində götərilmişdir. Məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 2320 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Bunu anamnestik məlumatlar və hazırki psixiatrik müayinənin nəticələri-xasiyyətcəəsəbi, hövsələsiz, affektiv reaksiyalara meylli olması, əsəbi gərginlik anlarında özünə xəsarətlər yetirməsi, həmçinin hazırkı müayinə zamanıünsiyyət məsafəsi gözləməməsi, əhvaliruhiyyəsinin dəyişkənliyi, emosional dayanıqsızlığı və s. təsdiq edir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələribdən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22- ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, yəni anlaqlıdır. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə işüçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 25535 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd «Samsung» markalı, «SM-A205FN/DS» modelli telefon aparatının satışüçün konplektləşdirlməsinə daxil edilən aksesuarların olmamasını və istifadə olunduğunu nəzərə alaraq, orta bazar qiyməti təxminən 220,00 manat müəyyən edilir. Məhkəmə-tibbi-bioloji ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 774/2019MTBŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş X4 məxsus şalvarın üzərindəki ləkələrdə qan, kofta və alt paltarıüzərində isə qana şübhəli ləkələr aşkar olunmadı. Tədqiqata təqdim olunan X4 məxsus şalvar, kofta və alt paltarıüzərində spermaya şübhəli ləkələr aşkar olunmadı. Qərarda göstərilən cinsiyyət yolları və bədəndən nümunə obyekti təqdim olunmadığıüçün onların tədqiqatı aparılmadı. Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2019-ci il tarixli, 600 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər-hansı bir anomaliya və patologiya aşkar edilmədi. Məhkəmə-tibbi ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 599 saylı rəyindən görünür ki, X2 aşkar edilmiş arxa keçəcəyin büzücüəzələsinin bir qədər boşalması onunla qeyri-təbii yolla arxa keçəcəkdən cinsi əlaqədə olmaya dəlalət edə bilər. X3 qızlıq pərdəsinin tamlığı pozulub, doğmuş qadına məxsusdur. Bakışəhəri 1 nömrəli Dəri Zöhrəvi Dispanserinin müayinələrinəəsasən X2 hər hansı bir zöhrəvi xəstəlik aşkar edilməmişdir. İşin 2-ci cildinin 167-188-ci vərəqələrindəki «sübutların qiymətləndirilməsi haqqında» qərar və 230-232-ci vərəqələrindəki qəbzlərdən görünür ki, x xxxxxxxx 2019-cu il tarixdə baş vermiş hadisənin görüntüləri əks olunmuş bir ədəd «DVD» formatlı disk, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bir ədəd mətbəx bıçağı, Təqsirləndirilən şəxs quldurluq yolu iləələ keçirdiyi zərərçəkmişşəxs Zərərçəkmiş şəxs2 məxsus 20 ədəd «Magna» markalı, 30 ədəd «Cavollo» markalı və 40 ədəd «Palma» markalı siqaretlər, Təqsirləndirilən şəxs soyğunçuluq yolu iləələ keçirdiyi zərərçəkmişşəxs Şahid1 məxsus bir ədəd «Samsung» markalı, «SM-A205FN/DS» modelli mobil telefon, zərərçəkmişşəxs X4 məxsus hadisə zamanıəynində olmuş bir ədəd şalvar, bir ədəd kofta və bir ədəd alt paltarı maddi sübut kimi tanınmış, bir ədəd «DVD» formatlı disk cinayət işinin materiallarına əlavə edilmiş, bir ədəd mətbəx bıçağı saxlanmasıüçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs quldurluq yolu iləələ keçirdiyi zərərçəkmişşəxs Zərərçəkmiş şəxs2 məxsus 20 ədəd «Magna» markalı, 30 ədəd «Cavollo» markalı və 40 ədəd «Palma» markalı siqaretlər, Təqsirləndirilən şəxs soyğunçuluq yolu iləələ keçirdiyi zərərçəkmişşəxs Şahid1 məxsus bir ədəd «Samsung» markalı, «SM-A205FN/DS» modelli mobil telefon, zərərçəkmişşəxs X4 məxsus hadisə zamanıəynində olmuş bir ədəd şalvar, bir ədəd kofta və bir ədəd alt paltarı sahiblərinə qaytarılmışdır. İşin 1-ci cildinin 51-ci vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs x xxxxxxxx 2019-cu il tarixdəşübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cildinin 208-210-cu vərəqələrindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Məmmədov X1 rayon məhkəməsinin xx xxx 2005ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Nizami rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə CM-nin 315.1-ci maddəsi ilə təqsirli bilinib 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx xxxxxxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.1, 180.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxs təqsirini təkzib edən hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CMnin 150.1, 180.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələrlə təqsirli bilinməli və ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını məhkəmə CM-nin 61.1.1-ci maddəsindəəsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.1, 180.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməli, ona həmin maddələrlə CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-nin 66.3-cü maddəsinəəsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinəəsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsindəçəkməli, cəzaçəkmə müddətinin başlanğıcışübhəli şəxs kimi tutulduğu x xxxxxxxx 2019-cu il tarixdən hesablanmalı, CPMnin 353.4.12-ci maddəsinəəsasən barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İşüzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinəəsasən maddi sübutlar: bir ədəd «DVD» formatlı disk cinayət işinin materiallarında saxlanılmalı, Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş bir ədəd mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs quldurluq yolu iləələ keçirdiyi zərərçəkmişşəxs Zərərçəkmiş şəxs2 məxsus 20 ədəd «Magna» markalı, 30 ədəd «Cavollo» markalı və 40 ədəd «Palma» markalı siqaretlər, Təqsirləndirilən şəxs soyğunçuluq yolu iləələ keçirdiyi zərərçəkmişşəxs Şahid1 məxsus bir ədəd «Samsung» markalı, «SM-A205FN/DS» modelli mobil telefon və zərərçəkmişşəxs X4 məxsus hadisə zamanıəynində olmuş bir ədəd şalvar, bir ədəd kofta və bir ədəd alt paltarının isə sahiblərinə qaytarıldığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinəəsasən ekspertiza tədqiqatına sərf edilmiş 100 (yüz) manat pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.1, 180.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 150.1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 180.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.3-cü maddəsinəəsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsindəçəksin, cəzaçəkmə müddətinin başlanğıcı x xxxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İşüzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübutlar: bir ədəd «DVD» formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş bir ədəd mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs quldurluq yolu iləələ keçirdiyi zərərçəkmişşəxs Zərərçəkmiş şəxs2 məxsus 20 ədəd «Magna» markalı, 30 ədəd «Cavollo» markalı və 40 ədəd «Palma» markalı siqaretlər, Təqsirləndirilən şəxs soyğunçuluq yolu iləələ keçirdiyi zərərçəkmişşəxs Şahid1 məxsus bir ədəd «Samsung» markalı, «SM-A205FN/DS» modelli mobil telefon və zərərçəkmişşəxs X4 məxsus hadisə zamanıəynində olmuş bir ədəd şalvar, bir ədəd kofta və bir ədəd alt paltarının sahiblərinə qaytarıldığı nəzərə alınsın. Ekspertiza tədqiqatına sərf edilmiş 100 (yüz) manat pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar