Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-637/2021 08.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə 26 avqust 1976-cı il tarixdə Abşeron rayonu Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, orta təhsilli, işsiz, Abşeron rayonunun Qobu qəsəbəsi, C.Cabbarlı küçəsi ev 50-də qeydiyyatda olan, Abşeron rayonu, Qobu qəsəbəsi, Qarayev küçəsi, ev 10-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3, 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin toxumlarını əkib 25 avqust 2020-ci il tarixədək olan müddət ərzində xeyli miqdarda ümumilikdə 8 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini aqrotexniki qaydada qulluq göstərməklə yetişdirib onların hissələrini toplamaqla kultivasiya etmiş və həmin çətənə (kannabis) bitkisinin topladığı yarpaqlarını qurudaraq satış məqsədi ilə qanunsuz olaraq kustar üsulla ümumilikdə külli miqdarda 3219,275 qram çəkidə qurudulmuş marixuana hazırlayıb əldə etməklə həmin narkotik vasitənin 3205 qram hissəsini həmin ünvanda yerləşən fərdi yaşayış evinə daşıyıb iki ədəd qutuda saxlamış, qalan 14,275 qram çəkidə olan hissəsini bölüb bir ədəd şəffaf sellofanda qablaşdırıb üzərində saxlamaqla daşımış, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 25 avqust 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs ünvan 2 ünvanın qarşısında olan zaman saxlanılaraq həmin Baş İdarənin inzibati binasına gətirilmiş, inzibati binada üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən onun satış məqsədilə əldə edib üzərində saxlamaqla daşıdığı ümumi təmiz çəkisi 14,275 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, 2 ədəd “Samsung”markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirin davamı olaraq 25 avqust 2020-ci il tarixdə saat 15:50 də Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə özünün iştirakı ilə baxış keçirilərkən evin qonaq otağının sağ tərəfində yerləşən otaqdan ayrıayrılıqda təmiz çəkiləri külli miqdarda 1385 qram və 1820 qram olmaqla iki ədəd kağız qutuda ümumi təmiz çəkisi külli miqdarda 3205 qram çəkidə qurudulmuş marixuana, həmin ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən torpaq sahəsinə özünün iştirakı ilə baxış keçirilərkən həmin torpaqda qanunsuz olaraq əkilib yetişdirməklə kultivasiya edilmiş xeyli miqdarda ümumi təmiz çəkisi 7250 qram olan 8 ədəd əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikasının CM-nin 234.4.3 və 237.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 5 ildir marixuanadan çəkmək üsulu ilə istifadə edir. 2020-ci ilin mart ayında əldə etdiyi narkotik vasitə marixuananın təxminən 10-15 ədəd toxumlarını yaşadığı evin həyətyanı sahəsində ağaclar arasında əkmiş və həmin toxumlardan 8 ədədi yetişmişdir. Əkib becərdiyi 8 ədəd çətənə bitkiləri inkişaf edib böyüdükdən sonra onların hissələrini toplayıb, istifadə etməsi üçün qurutmuşdur. Beləliklə əldə etdiyi qurudulmuş marixuananı yaşadığı evdə olan anbar kimi istifadə etdikləri otaqda iki ədəd qutuda qablaşdırıb, istifadə etməsi üçün saxlamışdır. 25 avqust 2020-ci il tarixdə yaşadığı ünvan 3 ünvanın qarşısında olduğu vaxt bir neçə mülki geyimli şəxslər ona yaxınlaşıb, xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmişlər. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib özləri ilə polis idarəsinə dəvət etmişlər. Daha sonra üzərinə axtarış keçirilmiş, həmin vaxt əynində olan şalvarının sağ yan cibində saxladığı sellofan bükülüdə olan qurudulmuş marixuana, 02 ədəd “Samsung” markalı mobil telefon, köynəyinin cibində olan şəxsiyyət vəsiqəsini polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd sellofan bükülü açıldıqda içərisində qurudulmuş marixuana olması müəyyən edilmiş, həmin narkotik vasitə qablaşdırılaraq, möhürlənib götürülmüş, həmin vaxtı ona məxsus olan şəxsiyyət vəsiqəsi və mobil telefonları da polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra yaşadığı evə baxış keçirilmiş, baxış zamanı evində anbar kimi istifadə edilən otağında saxladığı 02 ədəd qutuda olan qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmiş, həmin maddələr 2 ədəd sintetik torbada qablaşdırılıb möhürlənmişdir. Sonra evin həyətyanı sahəsinə baxış zamanı ağacların arasında əkib becərdiyi 8 ədəd çətənə kolları da aşkar edilərək sintetik torbalara yığılaraq qablaşdırılıb, möhürlənmiş və götürülmüşdür. Ona qarşı irəli sürülmüş ittihamda AR CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməlin AR CM-in 234.1-ci maddəsinə tövsif edilərək, barəsində mümkün qədər aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 25 avqust 2020-ci il tarixdə Abşeron rayonu Qobu qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin külli miqdarda dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğuna görə həmin məlumatın yoxlanılması və əməliyyat tədbirlərinin həyata keçirilməsi üçün Baş İdarənin rəisinə məruzə olunmuşdur. Tədbirin keçirilməsi üçün icazə alındıqdan sonra Baş İdarənin rəisinin əmri ilə əməliyyat qrupu yaradılmış, o da həmin qrupun tərkibində iştirak etmişdir. Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu Qobu qəsəbəsindəki evinin yaxınlığına gəlib apardıqları müşahidə zamanı onu C.Cabbarlı küçəsində görüb yaxınlaşaraq özlərini təqdim edərək, onlar ilə birlikdə Baş İdarəyə getməsini xahiş etmişlər. Həmin gün saat 13 radələrində Təqsirləndirilən şəxs Baş İdarəyə gətirilmiş və toplanmış material təhqiqat qrupuna verildikdən sonra təyin edilmiş müdafiəçinin iştirakı ilə video çəkiliş ilə üzərinə şəxsi axtarış aparılmağa başlanmışdır. Təqsirləndirilən şəxs, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən bir ədəd qara rəngli mobil telefon və bir ədəd şəffaf sellofan bağlama və şəxsiyyət vəsiqəsini çıxarıb təqdim etmişdir. Onun təqdim etdiyi sellofan bağlamada olan maddə elektron tərəzidə çəkilmiş və çəkisinin 15,3 qram olması müəyyən edilmiş, həmin maddə zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs ondan aşkar edilən maddənin narkotik vasitə marixuana olduğunu və öz istifadəsi üçün həyətində əkdiyini, onu həyətində becərdiyi bitkidən əldə etdiyini, yaşadığı evində də marixuana saxladığını və yaşadığı həyətyanı sahəsində qulluq edərək becərdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə yaşadığı Abşeron rayonu Qobu qəsəbəsindəki fərdi yaşayış evinə getmişlər. Evin qarşısında olan zaman Təqsirləndirilən şəxs yaşadığı evdə saxladığı narkotik vasitəni təqdim etməsi təklif edildikdə o, evə daxil olmuş, otaqda yerdə olan 2 ədəd qəhvəyi rəngli kağız qutuları və 1 ədəd elektron tərəzini onlara təqdim edərək, qutuların içərisində narkotik maddə marixuana olduğunu bildirmişdir. Qutulara baxış keçirilən zaman içərilərində qurudulmuş narkotik maddə olan marixuanaya bənzər maddə olması müəyyən edilmiş və onları 2 ədəd ağ rəngli kisəyə yığaraq qablaşdırmışlar. Həmin kisələrdən birinin təxmini çəkisinin 1kq. 655 qram, ikincisinin isə 1kq. 370 qram olması müəyyən edilmişdir. Həmçinin aşkar etdikləri 1 ədəd elektron tərəzini də qablaşdırıb götürmüşlər. Bundan sonra Təqsirləndirilən şəxs həyətində əkdiyi 8 ədəd narkotik tərkibli bitkiləri təqdim edərək, onların çətənə kolları olduğunu bildirmişdir. Həmin vaxtı baxışda iştirak etmiş aqronom Əli Əliyev həmin bitkilərin narkotik tərkibli çətənə kolları olduğunu və onlara aqrotexniki qaydada qulluq edilib suvarıldığını qeyd etmişdir. Həmin kollar çıxarılmış və ağ rəngli kisəyə qoyularaq qablaşdırılaraq, elektron tərəzi ilə çəkildikdə çəkisinin 8 kq 300 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələrin satışı ilə məşğul olmadığını və öz istifadəsi üçün əkdiyini bildirmişdir. Baxış qurtardıqdan sonra Təqsirləndirilən şəxs Baş İdarəyə gətirilmiş və müvafiq sənədləşmə aparıldıqdan sonra toplanmış materiallar DİNnin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə göndərilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 da şahid qismində dindirilmiş Şahid2 göstərdiyi xüsusatları təsdiq edərək, onun ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 26 avqust 2020-ci il tarixli 7/563 №-li məhkəmə ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 14,275 qram, mənzilindən götürülmüş təmiz çəkisi 1820,0 qram və yaşadığı ünvandan götürülmüş təmiz çəkisi 1385,0 qram kütlələr tərkibinə görə eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuananın ümumi təmiz çəkisi 3219,275 qramdır. Təqdim edilmiş 08 (səkkiz) ədəd yaş vəziyyətdə ümumi çəkisi 7250,0 qram olan bitkilər narkotik təbiətli çətənə (kannabis) bitkisidir. Aqronomun rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Təqdim edilmiş marixuanalar və 08 ədəd çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. Təqdim olunmuş 1(bir) ədəd elektron tərəzinin üzərində narkotik tərkibli çətənə (kannabis) bitkisinə aid narkotik vasitələrin izi yoxdur. Tərəzinin üzərində çətənə (kannabis) bitkisinə aid narkotik vasitələrin izləri olmadığına görə təqdim olunmuş marixuana ilə müqayisəli tədqiqat aparılmadı. (İş vərəqə, 51-54) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X2 21.09.2020-ci il tarixli, 2609 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya və intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq , narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İş vərəqə :126-127) İş materiallarında olan, Azərbaycan Milli Elmlər X1 263 saylı, 25.08.2020-ci il tarixli məktubundan görünür ki, 25.08.2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman aşkar edilmiş 8 ədəd narkotik xassəli bitki kollarına aqrotexniki qaydada qulluq olunmuşdur. (iş vərəqə 44) İş materiallarında olan, 26 dekabr 2020-ci tarixli elektron daşıyıcı olan diskdəki videoçəkilişə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 25 avqust 2020-ci il tarixdə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqat qrupunun təhqiqatçısı Vüsal Həsənquliyev tərəfindən və yanında olan iş üzrə Təqsirləndirilən şəxs, həmçinin dəvət edilmiş vəkil Kərim Bağırovun iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması üçün ciblərində olan əşyaları masanın üstünə qoyulması təklif edildi. Bundan sonra Təqsirləndirilən şəxs sağ yan cibindən sağ əlilə 1 ədəd qara rəngli Samsunq markalı mobil telefonu, 1 ədəd şəffaf sellofan bağlamanı, şalvarın sol yan cibindən isə 1 ədəd Samsunq markalı mobil telefonu çıxardaraq masanın üzərinə qoydu. Qeyd olunan maddə elektron tərəzi ilə çəkilərək 15,3 qram olması müəyyən edildi. Həmin maddə və telefonlar ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra həmin disk çıxarılaraq eyni üsulla işdə olan 2-ci diskə baxış keçirilməyə başlandı. Görüntüdən görünür ki, 25 avqust 2020-ci il tarixdə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqat qrupunun təhqiqatçısı Vüsal Həsənquliyev tərəfindən və yanında olan iş üzrə Təqsirləndirilən şəxs, həmçinin dəvət edilmiş vəkil Kərim Bağırovun, iş üzrə təyin edilmiş aqronom Əli Əliyevin və əməliyyat müvəkkillərinin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilməyə başlanmışdır. Baxış keçirilən ev bir mərtəbəlidir. Evə ilk öncə Təqsirləndirilən şəxs ağ rəngli plastik qapıdan daxil olur və sağ tərəfə keçərək solda otağın küncündə olan qapıdan digər bir yerə keçir, 3-4 metr dəhlizdən sonra sola dönür, həmin otaqda yer daşdandır, solda divar kənarında vedrələr, oturacaqlar, sağda isə yerdə iki ədəd qəhvəyi rəngli kağız qutuları və 1 ədəd elektron tərəzini təqdim edib həmin qutuların içərisində narkotik maddə marixuana olduğunu bildirdi. Həmin qutulara baxış keçirildikdən sonra iki ədəd ağ rəngli kisələrə yığılaraq qablaşdırıldı. Həmin qutulardan çıxan maddə tərəzi ilə ölçüldü. Bundan sonra tikilidən çıxıb həyətin aşağı hissəsinə gedildiyi, həyətyanı sahənin sol tərəfində ağacların arasında çətənə bitkilərinə oxşar əkilən kollar müəyyən olunduğu, həmin kollar əməliyyat müvəkkili tərəfindən bellə kökü ilə birlikdə çıxarıldığı və sayıldıqda 8 ədəd olması müəyyən edildi. Aşkar olunmuş əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri üzərində «buğda unu» yazısı olan kisələrə qablaşdırıldı. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifinə gəlincə, məhkəmə belə hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi barədə ifadəsinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyaraq həqiqəti əks etdirmir və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Məhkəmənin fikrincə məhkəmə baxışı zamanı tədqiq edilən sübutlar işin faktiki hallarına uyğundur, onların mötəbərliyi şübhə doğurmur və həmin sübutlar Təqsirləndirilən şəxs təqsirli olduğunu sübut edir. Məhkəmə gəldiyi nəticələri, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən Təqsirləndirilən şəxs götürülmüş kütləsi 3219,275 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq olmaqla, külli miqdar təşkil edir. Azərbaycan Respublikası CM-in 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən torpaq sahəsində qanunsuz olaraq əkilib yetişdirməklə kultivasiya edilmiş xeyli miqdarda ümumilikdə ümumi təmiz çəkisi 7250 qram olan 8 ədəd əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini kultivasiya etmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3, 237.1-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15.09.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 110, 111) Məhkəmə Təqsirləndirilən şəxs əməlini qismən etiraf edərək peşmançılıq çəkməsini, himayəsində 2 yetkinlik yaşına çatmayan 1 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd elektron tərəzi və 3219,275 qram qurudulmuş marixuananın 3219,215 qram qalığı, 7250 qram çəkidə 8 ədəd çətənə bitkisinin 7249,84 qram qalığı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsində təsbit edilmiş bu növ maddi sübutların taleyinin həlli qaydasında xüsusi müsadirəyə məruz qalmalı, dövriyyəsi qadağan olunduğundan məhv edilməli, iş materiallarında olan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərin və narkotik vasitə olan marixuananın götürülməsi barədə təqdim edilmiş video çəkilişin görüntüləri olan disk iş üzrə maddi sübut kimi cinayət işinə materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs üzərindən çıxmış 02 ədəd Samsunq markalı telefonların onun anası X3 qaytarılmasına dair iş materiallarında olan qəbz nəzərə alınmalıdır. (İş vərəqə:177) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 72 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X2 21.09.2020-ci il tarixli, 2609 №-li rəyinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 27 avqust 2020ci il tarixli, 4(005)-1016/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və onun həbsdə saxlama müddətinin əvvəli 25 avqust 2020-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 87-90) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 25 avqust 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 08 il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 09 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 25 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş 3219,215 qram qurudulmuş marixuana və 7249,84 qram çəkidə 8 ədəd çətənə bitkisinin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərin və narkotik vasitə olan marixuananın götürülməsi barədə təqdim edilmiş video çəkiliş görüntüləri olan disk cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs üzərindən çıxmış 02 ədəd Samsunq markalı telefonların onun anası X3 qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 72 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-637/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-637/2021
08.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver