Məhkəmə qərarları › İş №1(101)-637/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-637/2022

31.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-637/2022 31.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X24 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs10, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs2 hüquqi varisi - oğlu X9, Zərərçəkmiş şəxs3 hüquqi varisi - əri X10, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1979-cu il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olur, məhlkumluğu olmayan, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla hazırda Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, yeni sahə nömrəsiz fərdi yaşayış evində yaşayır və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozub ehtiyyatsızlıqdan üç şəxsin ölümünə səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, o, 24 may 2021-ci il tarixdə, saat 15:55 radəsində etibarnamə əsasında idarə etdiyi “Mercedes-Benz” markalı, “Vito” modelli ** VR *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Heydər Əliyev prospekti Bakı-Mərdəkan şosse yolunun Xəzər rayonu, Binə qəsəbəsi ərazisindən keçən hissəsində Bakı şəhəri istiqamətində Binə körpüsünü keçəndən sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hisəsinin tələblərinə, yəni yerdəyişmə zamanı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda, göstərilən yol hərəkəti qaydalarını pozaraq arxasında eyni istiqamətdə hərəkətdə olan X1 idarə etdiyi "xxxx" MMC-yə məxsus ** JA *** dövlət qeydiyyata nişanlı və yarımqoşqusu olan ** ZX *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşmuş, nəticədə yol-nəqliyyat hadisəsi baş verərək Təqsirləndirilən şəxs avtomobilində sərnişinlər olan Zərərçəkmiş şəxs3 aldığı alt çənənin əzilmiş yarası, sağ və sol dizin sıyrıqları, üst çənə sümüyünün qapalı və alt çənə sümüyünün açıq qəlpəli sınıqları, sağ Vİİ, Vİİİ, İX qabırğaların orta körpücük xətti üzrə qapalı, yerdəyişən sınıqları, kəskin qanitirmə ilə nəticələnmiş qaraciyərin cırılması xəsarətləri dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə ölümünə səbəb olmuş, Zərərçəkmiş şəxs1 aldığı sol çiyinin ön səthinin, sağ əlin arxa səthinin, sağ baldırın aşağı üçdə birinin ön səthinin, sağ ayağın üst səthinin sıyrıqları, sol çiyin nahiyəsinin, sağ körpücüküstü nahiyənin, sol budun orta üçdə birinin ön-iç səthinin, sağ və sol baldırın orta üçdə birinin ön səthinin qançırları, ağır travmatik və hemorragik şok ilə müşayiət olunan sağ Vİ, Vİİ, Vİİİ, İX və sol Vİİİ, İX, X qabırğaların orta körpücük xətti üzrə qapalı, yerdəyişən sınıqları, kəskin qanitirmə ilə müşayiət olunan qaraciyərin və dalağın cırılması xəsarətləri dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə ölümünə səbəb olmuş, Zərərçəkmiş şəxs2 alın nahiyəsinin, sol qaşın əzilmiş yaraları, sol sağrılarının bayır-yuxarı kvadratının, sağ və sol dizin ön səthinin, sağ və sol baldırın orta üçdə birinin ön səthinin qançırları, sağ Vİİ, Vİİİ, İX, X və sol Vİ, Vİİ, Vİİİ, İX, X qabırğaların orta körpücük xətti üzrə qapalı, yerdəyişən sınıqları xəsarətləri dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə ölümünə səbəb olmuş, Zərərçəkmiş şəxs4 sağlamlığa az ağır dərəcəli zərər vurmaya aid olan - baş beyin silkələnməsi halında qapalı beyin travması, alt çənə sümüyünün və sağ almacıq sümüyünün yerdəyişən sınıqları, Zərərçəkmiş şəxs7 sağlamlığa ağır dərəcəli zərər vurmaya aid olan, baş beyinin yüngül dərəcələri silkələnməsi, pnevmasefaliya, ənsə sümüyünün xətti sınığı, Zərərçəkmiş şəxs5 sağamlığa ağır dərəcəli zərər vurmaya aid olan, sağ bazunun, sol dizin, sol baldırın əzilmiş yarası, sol Vİ,Vİİ, Vİİİ, İX və X qabırğaların qapalı, yerdəyişən sınıqları, sol tərəfli hematoraks, sol baldır sümüklərinin qapalı, yerdəyişən sınığı, Zərərçəkmiş şəxs6 sağlamlığa az ağır dərəcəli zərər vurmaya aid olan ikitərəfli hemopnevmatoraksla və ağciyərin kontuziyası ilə müşahidə olunan sol Vİİİ, İX, X qabırğalarının sınığı, Zərərçəkmiş şəxs8 sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən boyunun çəhrayımtıl rəngli dəri sahəsi sıyrığı xəsarətləri almaqla ehtiyatsızlıqdan üç şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməklə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs10 ümümlilikdə 11.500 manat və zərəçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə isə 17.720,50 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, X6 məxsus olan ** VR *** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı “Vito” modelli avomobili etibarnamə əsasında idarə edərək Mərdəkan qəsəbəsindən “Koroğlu” metrostansiyasının yanına sərnişin daşımaqla məşğul olmuşdur. 17 fevral 2021-ci il tarixdə «B1», «В», «C1» və «C» kateqoriyalı sürücülük vəsiqəsi almışdır. 24 may 2021-ci il tarixdə saat təxminən 15:55 radələrində həmin avtomobili qabaq salonunda 2, arxa salonunda 6 nəfər sərnişin olmaqla idarə edərək Mərdəkan qəsəbəsindən Heydər Əliyev prospekti ilə “Koroğlu” metrostansiyasına gedərkən yolun maksimal hərəkət sürəti 110 km/saat olan zolağı ilə hərəkət etmişdir. Prospektin Binə qəsəbəsinə olan döngəsinin yaxınlığında olarkən gözlənilmədən maşınının mühərrikində nasazlıq yarandığından priborlar şitində nasazlıq işıq siqnalları yanmış və avtomobilin sürəti azalmağa başlamışdır. Buna görə də qəza təhlükəsizliyi işıq siqnallarını yandıraraq əvvəlcə yolun maksimal sürət həddi 90 km/saat olan zolağına, sonra isə 70 km/saat sürət olan zolağına keçib maşını orada saxlamaq istəmişdir. Bu zaman həmin zolaqda arxadan hərəkətdə olan, sonradan adını bildiyi Fəxrəddin Əhmədov idarə etdiyi “Man” markalı çənli yarım qoşqulu olan avtomobilinin qabaq hissəsi ilə onun idarə etdiyi “Mercedes” markalı avtomobilin arxa hissəsindən vurmuşdur. Bundan sonra həmin avtomobil onun idarə etdiyi avtomobili 15-20 metr sürüdükdən sonra dayanmışdır. Avtomobilin arxa salonundakı otaracaqda əyləşən sərnişinlərdən üç nəfəri aldıqları xəsarətələrdən yerlərindəcə ölmüşlər. Digər sərnişinlər və o, müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. İdarə etdiyi avtomobili yolun maksimal sürəti 70 km/saat olan zolağına çıxaran zaman “Man” markalı avtomobilin arxadan hərəkətdə olduğunu görmüş və bu zaman həmin avtomobillə aralarında təxminən 40-50 metr məsafə olmuşdur. Avtomobilinin yanacağı qurtardığı üçün onu yolun sağ zolağına çıxartmağa məcbur olmuşdur. Hadisədən əvvəl avtomobili sərnişinlərlə birlikdə yanacaq doldurma məntəqəsinə salsa da, növbə sıxlığına görə, eləcə də sərnişinlərin tələbi ilə yanacaq doldurmadan yoluna davam etmişdir. 10 ildir ki, avtomobil idarə edir. Avtomobilimin yanacağı qurtardığı üçün onu sağ zolağa çıxarmağa məcbur olmuşdur. Hadisədən əvvəl yanacaq doldurma məntəqəsinə getdiyi zaman nöbə sıxlığı olduğundan və sərnişinlərdən biri tələsdiyini bildirdiyi üçün yanacaq doldurmadan yoluna davam etmişdir. “Man” markalı avtomobil idarə etiyi avtomobilə arxadan vurmuşdur. Hadisə gündüz saat 4 radələrinə baş vermişdir. Yol boyu həmin hadisəyə qədər avtomobildə və ya yolda hər hansı problem yaşanmamışdır. Avtomobili yolun sağ zolağına çıxaran zaman sürəti yavaş-yavaş azaltmışdır. Mərhum zərərçəkmişdən ikisi ən arxadakı oturacaqda, biri isə onların önündəki oturacaqda əyləşmişdir. Avtomobili saxlayan zaman bütün yol hərəkət qaydalarına riayət etmiş, sağ zolağa çıxarmazdan əvvəl arxaya baxmışdır. Avtomobilində hər hansı texniki nasazlıq olmamışdır. Avtomobili 100-110 km/saat sürətlə idarə etmişdir. Avtomobili Binə körpüsünü keçdikdən sonra sağa çıxarmışdır. Sərnişinləri “Koroğlu” metrostansiyasının yaxınlığında düşürməli olmuşdur. Avtomobili idarə etdiyi yolun kənarında maşın saxlamaq üçün yer olmamışdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması məhkəmə istintaqında zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin hüquqi varislərinin ifadələri, digər istintaq hərəkətinin protokolları, ekspertiza rəyləri və cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam sübuta yetirildi. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X13 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs3 həyat yoldaşı olmuşdur. Onlar 2010cu ildə evlənmiş və 2 övladları olmuşdur. Mərhum Zərərçəkmiş şəxs3 Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən “Makarenko” adına humanitar fənlər gimnaziyasında müəllimə işləmiş və həftənin 5 günü işdə olmuşdur. 24 may 2021-ci il tarixdə də Lalə işə getmiş və həmin tarixdə saat 16 radələrində ona xəbər verilmişdir ki, Xəzər rayonu, H.Əliyev prospektində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Mercedes-Benz” markalı, “Vito” modelli, **-VR-*** dövlət nömrə nişanlı avtomobildəki sərnişinlərdən biri olan Zərərçəkmiş şəxs3 aldığı xəsarətlərdən vəfat etmişdir. Təqsirləndirilən şəxsi hadisə gününə qədər görməmiş və tanımamışdır. Hadisə günü həyat yoldaşı həmişəki kimi işə getmişdir. Hadisənin baş vermə səbəbini bilmir. Təqsirləndirilən şəxslə barışmamışdır. Övladlarının birinin 10, digərin 4 yaşı var. Təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X14 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs2 atasıdır. Atası ilə birlikdə yaşamışdır. Atası metropalitendə çilingər işləmişdir. 24 may 2021-ci il tarixdə günorta saat təxminən 16 radələrində evə gələndə atasının evdə olmadığını görmüşdür. Harada olmasını öyrənmək üçün atasının ***-***-**-** nömrəli mobil telefonuna zəng etsə də, telefon açılmamış və o bundan narahat olmuşdur. Lakin bir qədər sonra Xəzər rayon polis idarəsinin əməkdaşlarından adını xatırlamadığı biri ona zəng edərək atasının yol nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən vəfat etdiyini, meyitinin hazırda meyitxanada olduğunu bildirmişdir. Bundan sonra o, Xəzər RPİ-nə gəlmiş və öyrənmişdir ki, atası Mərdəkan qəsəbəsindən sonradan adını bildiyi Təqsirləndirilən şəxs adlı şəxsin idarə etdiyi “Merсedes Benz” markalı, “Vito” modelli mikroavtobusla “Koroğlu” metrostansiyasına gedərkən yolda həmin maşını arxadan hərəkətdə olan sement daşıyan yük maşını vurmuş, həmin mikroavtobusda atasından başqa olan sərnişinlərdən ikisi də ölmüş, digərləri müxtəlif xəsarətlər almışlar. Təqsirləndirilən şəxsi hadisə gününə qədər görməmiş və tanımamışdır. Hadisə barədə polis əməkdaşları ona zəng etdikdə məlumatı olmuşdur. Hadisənin baş vermə səbəbini bilmir. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Hadisəni əks etdirən videogörüntüyə baxmışdır. Təqsirləndirilən şəxs dəfnlə bağlı hər hansı köməklik göstərməmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs1 onun əridir, onlar 1983-cü ildə evlənmiş həmin vaxtdan bir yerdə yaşamışlar, övladları olmamışdır. 28 ildir ki, Bakı şəhərində yaşayırlar. 24 may 2021ci il tarixdə saat 14-15 radələrində mərhum Zərərçəkmiş şəxs1 evdən çıxmış, təxminən 1 saat sonra ona Mürüvvətin Bakı şəhəri Heydər Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən hadisə yerində öldüyü barədə məlumat verilmişdir. O, dərhal hadisə yerinə gəlmiş və orada polis əməkdaşlarının olduğunu və əri Mürüvvətin öldüyünü görmüşdür (cild 2, iş vərəqə 30-32). Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 24 may 2021-ci il tarixdə saat 15:30 radələrində Mərdəkan qəsəbəsində yaşayan qohumunun evindən çıxıb Mərdəkan qəsəbəsinin “Stansiya” adlanan ərazisində yerləşən dayanacağa gələrək oradan “Koroğlu” metrostansiyasına sərnişin daşıyan sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı “Vito” modelli mikroavtobusun arxa salonunda birinci sırada, orta oturacaqda əyləşmişdir. Həmin sırada ondan sağda və solda qadın sərnişinlər, arxa sıradakı oturacaqlarda 3 nəfər kişi sərnişin əyləşmişdir. Qabaq salonda sürücünün yanında bir nəfər yaşlı qadınla bir nəfər uşaq oturmuşlar. Beləliklə, maşının oturacaqları dolandan sonra onlar yola düşüb Heydər Əliyev prospektinə daxil olaraq yolun maksimal sürət həddi 110 km/saat olan zolağı ilə hərəkət etmişlər. Lakin həmin yolun Binə qəsəbəsinə olan döngəsinə yaxınlaşanda arxadakı sərnişinlərdən hansısa düşmək istədiyini bildirsə də, həmin vaxt sürücü telefonla danışdığından həmin sərnişinin sözlərini eşitməmiş və sonuncunun düşmək istədiyi yerdən bir qədər qabağa keçəndən sonra isə ona tezliklə maşını saxlayacağını deyərək maşını yolun sağ kənarına, yəni maksimal sürət həddi 70 km/saat olan zolağa çıxıb saxlamışdır ki, həmin sərnişin düşsün. Maşın tam dayandığı vəziyyətdə arxadan hərəkət edən ağır tonnajlı yük maşını onların salonunda olduqları “Mercedes” markalı “Vito” modelli avtomobili arxadan vurmuşdur. Zərbədən maşının salonunun hansısa hissəsi boynunun sağ tərəfinə dəydiyinə görə çənə sümüyü sınmış, həmçinin sinəsi və bədəninin müxtəlif nahiyələri əzilmişdir. Ondan sağda əyləşən qadın və arxa sıradakı sərnişinlərdən 2 nəfər kişi aldıqları xəsarətlərdən hadisə yerindəcə ölmüş, digər sərnişinlər də müxtəlif xəsarətlər almışlar. Hadisə yerinə toplaşan kənar şəxslər onları maşından çıxarmış və az sonra oraya gələn təcili tibbi yardım stansiyasının həkimləri onları xəstəxanaya aparmışlar. Avtomobildə olan zaman adətən diqqəti telefonunda olmuşdur. Avtomobil “Koroğlu” metrostansiyasına getməli olmuşdur. Sürücünün avtomobili yolun sağ kənarına çıxarmasına səbəb sərnişin düşürtmək olmuş, sürücünün avtomobili idarə edərkən telefona danışdığını görmüşdür. Hadisə avtomobil yolun sağında dayandıqdan sonra baş vermişdir. Hadisə baş verməzdən əvvəl sürücü avtomobili yanacaq doldurma məntəqəsinə sürməmişdir. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 24 may 2021-ci il tarixdə saat təxminən 14:30 radələrində Mərdəkan qəsəbəsində Stansiya adlanan ərazidə yerləşən apteklərin birindən dərman alandan sonra Şüvəlan-Mərdəkan yolunun şəhər məkəzi istiqamətində sağ kənarındakı dayanacağa gəlib orada “Koroğlu” metrostansiyasına sərnişin daşıyan, sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı, “Vito” modelli mikroavtobusun arxa salonunda birinci sırada qapıya ən yaxın olan oturacaqda əyləşmişdir. Maşında ondan başqa da sərnişinlər olmuşdur. Maşındakı bütün oturacaqlar dolduqdan sonra onlar yola düşüb Heydər Əliyev prospekti ilə yolun sol tərəfi ilə maksimal sürət həddi 110 km/saat zolaqla şəhər mərkəzi istiqamətində hərəkət etmişlər. Həmin yolun Binə qəsəbəsinə olan yol ayrıcının yaxınlığında olarkən sərnişinlərdən biri orada düşmək istədiyinə görə sürücü Təqsirləndirilən şəxs maşını yolun sağ kənarına yaxın olan zolağa çıxarıb orada saxlamışdır. Bu zaman yolun həmin zolağında, onların arxasında hərəkət edən yük maşını qabaq hissəsi ilə onların salonunda olduqları avtomobilin arxasından vuraraq qabağınca sürümüşdür. Avtomobilə minən sonuncu sərnişin o olmuşdur. O, birinci sırada, qapıya yaxın oturacaqda əyləşmişdir. Sürücünün avtomobili saxlama səbəbi arxadakı sərnişinlərdən birinin düşmək istəməsi olmuşdur. Sərnişin sürücüyə avtomobili saxlamasını dedikdə sürücü eşitməmişdir. Hadisə baş verən zaman təqsirləndirilən şəxsin avtomobili saxlayıbsaxlamadığını xatırlamır. Hadisədən sonra salonunda olduqları avtomobil yük avtomobilinin önündə dayanmışdır. Yük avtomobili onları bir qədər irəli sürümüşdür. Müalicəsi ilə bağlı təqsirləndirilən şəxs tərəfindən ona hər hansı köməklik göstərilməmişdir. Hadisə nəticəsində 5 qabırğam sınmış, onlardan biri ağciyərinə girib yaralamış, beyni silkələnmiş, sağ qolu əzilmiş, sol baldır sümüyü yerdəyişən qəlpəli sınmışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 24 may 2021-ci il tarixdə saat 15:35 radələrində nəvəsi Zərərçəkmiş şəxs7 ilə Mərdəkan qəsəbəsində yerləşən bağ evlərindən çıxıb “Koroğlu” metrostansiyasına getmək üçün Mərdəkan qəsəbəsinin “Stansiya” adlanan ərazisində yerləşən dayanacağa gəlmiş və “Koroğlu” metrostansiyasına sərnişin daşıyan sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı, “Vito” modelli mikroavtobusun qabaq salonunda sürücünün yanındakı oturacaqlarda əyləşmişlər. Bir qədər keçmiş maşının oturacaqları dolandan sonra yola düşüb Mərdəkan qəsəbəsindən çıxıb Heydər Əliyev prospektinə daxil olaraq yolun maksimal sürət həddi 110 km/saat olan zolağı ilə şəhər mərkəzi istiqamətində hərəkət etmişlər. Həmin yolun Binə qəsəbəsinə olan döngəsinə yaxınlaşanda arxadakı sərnişinlərdən biri orada düşmək istəmiş, lakin artıq sərnişinin düşmək istədiyi yerdən bir qədər uzaqlaşmışlar, sonradan isə sərnişin düşmək istədiyini təkrarladıqda sürücü tezliklə maşını saxlayacağını deyərək maşını yolun sağ kənarına, yəni maksimal sürət həddi 70 km/sat olan zolağa çıxarıb orada saxlamışdır. Bu zaman arxadan hərəkət edən ağır tonnajlı yük maşını onların salonunda olduqları maşını arxadan vurmuşdur. Zərbədən oturacağın salonun qabaq hissəsinə sıxıldığı üçün o və nəvəsi arada qalmış, nəticədə onun qabırğaları sınmış, bədəninin bir çox nahiyələri əzilmiş, Beyrək isə kəllə beyin travması almışdır. Arxa salonda əyləşən sərnişinlərdən xəsarət alanları və aldığı xəsartələrdən ölənləri də olmuşdur. Sonra təcili tibbi yardım həkimləri gəlib onları xəstəxanaya aparmışlar. Sürücünün avtomobili saxlama səbəbi arxadakı sərnişinlərdən birinin düşmək istəməsi olmuşdur. Sürücü sərnişinə hazırda saxlaya bilməyəcəyini desə də, arxadakı sərnişin düşməkdə israr etmişdir. Arxada olan sərnişin düşməli olduğu yeri sürücüyə gec bildirmişdir. Sürücü avtomobilli kifayət qədər diqqətlə idarə etmiş, avtomobili idarə edərkən mobil telefonla danışmamışdır. Avtomobildə olarkən sürücü yanacağın qurtarması ilə bağlı heçnə deməmişdir. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş zərərçəkmiş şəxs X5 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs6 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 2, iş vərəqə 106- 108). Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 24 may 2021-ci il tarixdə şəxsi işi ilə əlaqədar olaraq Bakı şəhəri, Mərdəkan qəsəbəsinə gəlmişdir. Saat təxminən 15:30 nədələrində işlərini başa çatdırıb “Koroğlu” metrostansiyasına getmək üçün Mərdəkan qəsəbəsi “Stansiya” alanan yerdən yolun Mərdəkan qəsəbəsinin çıxışı istiqamətində sağ kənarında yerləşən dayanacağa gələrək orada “Mərdəkan-Koroğlu metrostansiyası” marşurutunda işləyən sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı “Vito” modelli mikroavtobusda arxa salonda ikinci sırada orta otaracaqda əyləşmişdir. Ondan sağda və solda, qabaq sırada və avtomobilin qabaq salonunda da sərnişinlər əyləşərək bütün oturacaqlar dolduqdan sonra yola düşmüşlər. Mərdəkan qəsəbəsindən Heydər Əliyev prospektinə çıxandan sonra onu yuxu tutub yatmış və bu səbəbdən içində olduğu atvomobilin yolun hansı hissəsindən, hansı sürətdə hərəkətdə olduğunu bilməmişdir. O yalnız arxadan yük avtomobilinin salonunda olduğu avtomobili vurduğu anda ayılmış və həmin anda zərbədən bədəninin yarısına qədər qarşındakı otacağın altına düşmüşdür. Ayılarkən görmüşdür ki, yanındakı sərnişinlər ikisi də aldığı xəsarətlərdən yerindəcə ölmüşlər. Hadisə yerinə toplaşan kənar şəxslər onu və digər xəsarət alanları maşından çıxarmışlar. Hadisə zamanı boyun nahiyəsindən tutmuş ayağının uclarına qədər bütün bədəni əzilmiş, hadisə yerinə gələn təcili yardım həkimləri onu və xəsarət alan digər sərnişinləri 3 saylı şəhər xəstəxanasına aparmışlar. Orada ona tibbi yardım göstərildikdən sonra həmin gün evə buraxılmışdır. Avtomobildə olan zaman yatmışdır. Avtomobil Mərdəkan qəsəbəsindən “Koroğlu” metrostansiyasına getməli olmuşdur. Hadisə baş verdikdən sonra ayılmışdır. Sürücünün hansı səbəbə yolun sağ kənarına çıxdığını bilməmişdir. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, 30 aprel 2021-ci il tarixdə X3 baş etibarnamə əsasında 12.500 manata 2002-ci il buraxılışlı, “Mercedes Benz” markalı “Vito” modelli avtomobil almış və həmin avtomobili 11 may 2021-ci il tarixdə isə müvafiq etibarnamə əsasında yalnız idarə etməsi üçün tanışı Təqsirləndirilən şəxs vermişdir. Seyfəddin həmin maşınla Mərdəkan qəsəbəsindən “Koroğlu” metrostansiyasına sərnişin daşımaqla məşğul olmuşdur. 24 may 2021-ci il tarixdə saat 16:00 radələrində evində olarkən Seyfəddin ona zəng edib məlumat vermişdir ki, bir qədər əvvəl həmin maşını idarə edərək Heydər Əliyev prospekti ilə “Koroğlu” metrostansiyasına gedərkən Binə qəsəbəsinə olan yol ayrıcının yaxınlığında arxasınca hərəkət edən ağır tonnajlı sement maşını onu arxadan vurmuşdur. İmkanı olmadığına görə hadisə yerinə gedə bilməsə də, sonradan maşına saxlanıldığı cərimə meydançasında baxdıqda, maşının tamamilə sıradan çıxdığını görüb özü də bu barədə Əvəz Novruzova məlumat vermişdir. Sonra isə Novruzun təşəbbüsü ilə “Avtoservis- Qamışlıq” LTD şirkətinə müraciət edərək avtomobilə vurulmuş maddi ziyanı qiymətləndirib müəyyən etmişlər ki, avtomobilə 11.500 manat ziyan vurulmuşdur. O, “Mercedes Benz” markalı “Vito” modelli avtomobili Əvəz Novruzova 12.500 manat ödəyərək aldığına görə maddi ziyan ona dəymişdir.Hadisə barədə ona Seyfəddin özü məlumat vermişdir. “Mercedes Benz” markalı “Vito” modelli avtomobilin sığortası olmuşdur. Ona vurulmuş maddi ziyanla bağlı Seyfəddinə və yaxud avtomobili arxadan vuran yük avtomobilinin sürücüsünə və ya sahibinə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilən Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, özü 2018-ci ildən "xxxx" MMC-nin hüquq şöbəsində hüquqşünas işləyir. X11 da həmin şirkətdə sürücü işləmişdir. Fəxrəddinə şirkətin sement daşıyan “Man” markalı **-JA-*** dövlət qeydiyyat nişanlı avtomobil təhkim olunmuşdur. 24 may 2021-ci il tarixdə Fəxrəddinə ona verilmiş yol vərəqəsi ilə Pirşağı qəsəbəsində yerləşən “Akkord” Sement satışı bazasına gedib oradan maşının çəninə 30 ton sement yükləyərək həmin sementi Hövsan qəsəbəsindəki beton zavoda aparmaq tapşırılmışdır. Fəxrəddin avtomobili 30 ton sementlə yüklü vəziyyətdə bazadan çıxıb dəniz kənarı yolla Heydər Əliyev prospektinə çıxıb şəhər məkəzi istiqamətində 70 km/saat sürətlə hərəkət edərkən yolun bu sürət üçün nəzərdə tutulan zolağı daxilində idarə edərək Binə qəsəbəsinə olan döngənin yaxınlığında olduğu zaman qəflətən özündən sol tərəfdəki zolaqdan “Mercedes” markalı, “Vito” modelli avtomobilin həmin zolağa keçərək qarşısında dayandığı üçün “Man” markalı avtomobilin qabaq hissəsi ilə “Mercedes” markalı avtomobilin arxası toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Man” markalı avtomobilə ümumilikdə 17.720,50 manat məbləğində maddi ziyan vurulmuşdur. Vurulmuş maddi ziyanla bağlı "xxxx" MMC şirkətinin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X16-Təcrübi və X19 Hüquqi Şəxsinin 1118 saylı 3 iyun 2021-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 bədənində aşkar edilmiş xəsarətlər - baş beyin silkələnməsi halında qapalı beyin travması, alt çənə sümüyünün və sağ almacıq sümüyünün yerdəyişən sınıqları küt əşya təsirindən törənmişlər, törənmə müddəti 24 may 2021-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarından bunlar sağlamlığa az ağır zərər vurmaya aiddir (cild 2, iş vərəqə 41-43). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X16-Təcrübi və X19 Hüquqi Şəxsinin 1120 saylı 3 iyun 2021-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs7 bədənində aşkar edilmiş xəsarətlər - baş beyinin yüngül dərəcələri silkələnməsi, pnevmasefaliya, ənsə sümüyünün xətti sınığı küt əşya təsirindən törənmişlər, törənmə müddəti 24 may 2021-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər və həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərər vurmaya aiddir (cild 2, iş vərəqə 52-53). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X16-Təcrübi və X19 Hüquqi Şəxsinin 1109 saylı 2 iyun 2021-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 bədənində aşkar edilmiş xəsarətlər - sağ bazunun, sol dizin, sol baldırın əzilmiş yarası, sol Vİ,Vİİ, Vİİİ, İX və X qabırğaların qapalı, yerdəyişən sınıqları, sol tərəfli hematoraks, sol baldır sümüklərinin qapalı, yerdəyişən sınığı küt əşya təsirindən törənmişlər, törənmə müddəti 24 may 2021-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərər vurmaya aiddirlər (cild 2, iş vərəqə 45-47). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X16-Təcrübi və X19 Hüquqi Şəxsinin 1119 saylı 3 iyun 2021-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs6 bədənində aşkar edilmiş xəsarətlər - ikitərəfli hemopnevmatorksla və ağciyərin kontuziyası ilə müşahidə olunan sol Vİİİ, İX, X qabırğalarının sınığı küt əşya təsirindən törənmişlər, törənmə müddəti 24 may 2021-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər və həyat üçün təhlükəli olan sağlamlığa az ağır dərəcəli zərər vurmaya aiddirlər (cild 2, iş vərəqə 49-50). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X16-Təcrübi və X19 Hüquqi Şəxsinin 1112 saylı 2 iyun 2021-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs8 bədənində aşkar edilmiş xəsarətlər-boynun çəhrayımtıl rəngli dəri sahəsi sıyrığı küt əşya təsirindən törənmiş, törənmə müddəti 24 may 2021-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğuna görə dərəcəsi təyin edilməmişdir (cild 2, iş vərəqə 55-56). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X16-Təcrübi və X19 Hüquqi Şəxsinin 70 saylı 7 iyun 2021-ci il tarixli rəyindən gönünür ki, Zərərçəkmiş şəxs3 meyitində aşkar edilmiş xəsarətlər - alt çənənin əzilmiş yarası, sağ və sol dizin sıyrıqları, üst çənə sümüyünün qapalı və alt çənə sümüyünün açıq qəlpəli sınıqları, sağ Vİİ, Vİİİ, İX qabırğaların orta körpücük xətti üzrə qapalı, yerdəyişən sınıqları, kəskin qanitirmə ilə nəticələnmiş qaraciyərin cırılması küt əşyanın təsirindən törənmiş, törənmə müddətləri qərarda göstərilən vaxtda, yəni 24 may 2021-ci il tarixdə hərəkətdə olan avtomaşınların salonunun qabarıq hissələrinə dəyməsi nəticəsində əmələ gələ bilərdi, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqədədir. Zərərçəkmiş şəxs3 ölümünə səbəb hadisə zamanı almış olduğu travma kompleksi nəticəsində baş vermiş ağır travmatik və hemoragik şok olmuşdur (cild 1, iş vərəqə 237-241). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X16-Təcrübi və X19 Hüquqi Şəxsinin 71 saylı 7 iyun 2021-ci il tarixli rəyindən gönünür ki, Zərərçəkmiş şəxs1 meyitində aşkar edilmiş xəsarətlər - sol çiynin ön səthinin, sağ əlin arxa səthinin, sağ baldırın aşağı üçdə birinin ön səthinin, sağ ayağın üst səthinin sıyrıqlan, sol çiyin nahiyəsinin, sağ körpücüküstü nahiyənin, sol budun orta üçdə birinin ön-iç səthinin, sağ və sol baldırın orat üçdə birinin ön səthinin qançırları, ağır travmatik və hemorragik şok ilə müşayiət olunan sağ Vİ, Vİİ, Vİİİ, İX və sol Vİİİ, İX, X qabırğaların orta körpücük xətti üzrə qapalı, yerlədəyişən sınıqları, kəskin qanitirmə ilə müşayiət olunan qara ciyərin və dalağın cırılması küt əşyanın təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilən vaxtda, yəni 24 may 2021-ci il tarixdə hərəkətdə olan avtomaşınların salonunun qabarıq hissələrinə dəyməsi nəticəsində əmələ gələ bilərdi, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqədədir. Zərərçəkmiş şəxs1 ölümünə səbəb hadisə zamanı almış olduğu travma kompleksi nəticəsində baş vermiş ağır travmatik və hemoragik şok olmuşdur (cild 1, iş vərəqə 243-247). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X16-Təcrübi və X19 Hüquqi Şəxsinin 72 saylı 7 iyun 2021-ci il tarixli rəyindən gönünür ki, Zərərçəkmiş şəxs2 meyitində aşkar edilmiş xəsarətlər - alın nahiyəsinin, sol qaşın əzilmiş yaraları, sol sağrılarının bayır-yuxarı kvadratının, sağ və sol dizin ön səthinin, sağ və sol baldırın orta üçdə birinin ön səthinin qançırları, sağ Vİİ, Vİİİ, İX, X və sol Vİ, Vİİ, Vİİİ, İX, X qabırğaların orta körpücük xətti üzrə qapalı, yerdəyişən sınıqları küt əşya təsirindən törənmiş, törənmə müddətləri qərarda göstərilən vaxtda, yəni 24 may 2021-ci il tarixdə hərəkətdə olan avtomaşınların salonunun qabarıq hissələrinə dəyməsi nəticəsində əmələ gələ bilərdi, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malikdir və baş vermiş ölümlə birbaşa səbəbli əlaqədədirlər. Y.M.Vəlizadənin ölümünə səbəb hadisə zamanı almış olduğu qara ciyərin və dalağın cırılmaları nəticəsində baş vermiş kəskin daxili qanitirmə olmuşdur (cild 1, iş vərəqə 249-252). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 avqust 2021-ci iti tarixli 8/1601 saylı rəyindən görünür ki, yol-nəqliyyat hadisəsi zamanı “Mercedes-Benz Vito” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətləri “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuz olmuş, onun həmin maddənin tələblərinə (yerdəyişmə zamanı təhlükəsiz manevr etmək və hərəkətin digər işirakçıları üçün maneə yaratmamaq) uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (cild 2, iş vərəqə 132-134). Cinayət işinin materiallarında olan qərardan görünür ki, hadisənin görüntülərini əks etdirən 1 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqə 154-165). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Məhərov X4 rayon məhkəməsinin 31 may 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay 21 (iyirmi bir) gün müddətə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən məhkumluğu ödənilmişdir (cild 1, iş vərəqə 214). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan ərizələrin məzmunundan görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs9, zərərçəkmiş şəxsin hüquqi varisləri X2 və X14 Təqsirləndirilən şəxs ilə barışmışlar (cild 3). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağı var (cild 3). Digər zərərçəkmiş şəxsin hüquqi varisi və digər zərərçəkmiş şəxslər Təqsirləndirilən şəxs ilə barışmadıqlarından məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs9, zərərçəkmiş şəxslərin hüquqi varisləri X2 və X14 ilə barışmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən digər hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 may 2021-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 72- 73). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26 may 2021-ci il tarixdə Xəzər RPİ-nin MSY-dən azadlığa buraxılmış və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 170-173 və 179-180). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 24 may 2021-ci il tarixdən 26 may 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı 2 (iki) gün müddət hökmlə təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından həbs edilməli və cəzaçəkmə müddətinin əvvəli 31 may 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məqsədəmüvafiq hesab edir. Ona təyin olunacaq nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzasının icrası əsas cəzanı çəkib qurtardıqdan sonra başlamalıdır. Məhkəmə hökmün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair hissəsinin icrasının Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1 və 154.3cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsini əsaslı hesab edir. Belə ki, Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 100 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan və hadisənin görüntülərini əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 4 may 2021-ci il tarixdən 26 may 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən həbs edildiyi 31 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 100 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və hadisənin görüntülərini əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar