Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-637/2024 07.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Zəngilan rayonu Mincivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2sında yaşamış barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensir Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə xx xxxx 1996-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərinda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensir Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə xx xxxxxx 1991-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsillidir, əvvəllər məhkum olunmuş, Cəlilabad rayonu Sabir küçəsiev 3 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu Xırdalan şəhəri 26-cı məhəllədə yerləşən dəqiq bilinmyən evdə kirayədə yaşamış barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensir Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ona görə ki, o, 14 yanvar 2023-cü il tarixdə tamah və satış məqsədi ilə narkotik vasitələri qanunsuz olaraq külli miqdarda qəsdən əldə etmə, saxlama və daşıma barədə Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs2, sonuncunun vasitəsi ilə Təqsirləndirilən şəxs3, həmçinin istintaqla müəyyən edilməmiş digər şəxslərlə razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, bu məqsədlə Təqsirləndirilən şəxs3 narkotik vasitənin gizlədildiyi yerin fotoşəkillərini öz mobil telefonunun vatsap proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs2 mobil telefonunun vatsap proqramına göndərərək cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən əvvəlcədən Bakı şəhəri, Nərimanov rayonu, Yəhya Bakuvı küçəsində, “X12” tibb klinikası ilə Xocavənd rayon nümayəndəliyinin inzibati binası arasındakı çoxmərtəbəli yaşayış binasının qarşısında yerləşdirilmiş işlənmiş geyim və digər əşyaların ümumi istifadə məqsədi ilə saxlanılması üçün nəzərdə tutulmuş metal qutunun altında gizlədilmiş, üzərində “Depo Apteki” yazısı olan ağ rəngli sellofan torbanın içərisindəki, üzərində “Oyal” yazısı olan ağ rəngli sellofan torbaya yerləşdirilmiş, yapışqanlı lentə bükülmüş halda, hər konvolyutda 10 həb olmaqla ümumilikdə üzərində “Methadone 40” yazısı olan 50 konvolyutda, üzərində “F/M40” yazısı həkk olunmuş 500 həb, təsiredici maddəsinin ümumi miqdarı 20 qram təşkil edən, külli miqdarda metadon narkotik vasitəsinin qeyd edilən yerdən götürülməsini Təqsirləndirilən şəxs2 tapşırmış, bu məqsədlə Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə, saat 01 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə X3 idarə etdiyi “Lada” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində həmin əraziyə getmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs1 narkotik vasitənin gizlədilən yerdən bir qədər kənarda saxlanılmış minik avtomobilindən düşərək həmin narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq qəsdən əldə edib üzərində saxlayaraq gəldiyi minik avtomobili istiqamətində qaçarkən, külli miqdarda narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu İlə gətirilərək realizə olunması barədə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında həmin gün, saat 01:20-də Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin və Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbiri nəticəsində həmin yerdə saxlanılaraq DGK-nin Əməliyyat-İstintaq Baş İdarəsinə gətirilib ondan götürülmüş torbaya baxış keçirilərkən qeyd edilən narkotik vasitə aşkar edilmiş, Təqsirləndirilən şəxs2 isə gəldikləri avtomobillə dərhal hadisə yerindən qaçıb gizlənməyə nail olsa da, 08 may 2023-cü il tarixdə DGK-nin Əməliyyat-İstintaq Baş İdarəsinin keçirdiyi əməliyyat tədbiri nəticəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ona görə ki, o, 14 yanvar 2023-cü il tarixdə tamah və satış məqsədi İlə narkotik vasitələri qanunsuz olaraq külli miqdarda qəsdən əldə etmə, saxlama və daşıma barədə Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 oğiu və istintaqla müəyyən edilməmiş digər şəxslərlə razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, bu məqsədlə Təqsirləndirilən şəxs3 narkotik vasitənin gizlədildiyi yerin fotoşəkillərini öz mobil telefonunun vatsap proqramı vasitəsi ilə onun mobil telefonunun vatsap proqramına göndərməklə cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən əvvəlcədən Bakı şəhəri, Nərimanov rayonu, Yəhya Bakuvi küçəsində, “X12” tibb klinikası ilə Xocavənd rayon nümayəndəliyinin inzibati binası arasındakı çoxmərtəbəli yaşayış binasının qarşısında yerləşdirilmiş işlənmiş geyim və digər əşyaların ümumi istifadə məqsədi ilə saxlanılması üçün nəzərdə tutulmuş metal qutunun altında gizlədilmiş, üzərində “Depo Apteki” yazısı olan ağ rəngli sellofan torbanın içərisindəki, üzərində “Oyal” yazısı olan ağ rəngli sellofan torbaya yerləşdirilmiş, yapışqanlı lentə bükülmüş halda, hər konvolyutda 10 həb olmaqla ümumilikdə üzərində "Methadone 40” yazısı olan 50 konvolyutda, üzərində “F/M40" yazısı həkk olunmuş 500 həb, təsiredici maddəsinin ümumi miqdarı 20 qram təşkil edən, külli miqdarda metadon narkotik vasitəsinin qeyd edilən yerdən götürülməsini ona tapşırmış, bu məqsədlə Təqsirləndirilən şəxs2, 14.01,2023-cü il tarixdə, saat 01 radələrində Təqsirləndirilən şəxs1lə birlikdə X3 idarə etdiyi “Lada” markalı, 99-PN- 261 dövlət qeydiyyat nişanlı minik avtomobilində həmin əraziyə getmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs1 narkotik vasitənin gizlədildiyi yerdən bir qədər kənarda saxlanılmış minik avtomobilindən düşərək həmin narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq qəsdən əldə edib üzərində saxlayaraq gəldiyi minik avtomobili istiqamətində qaçarkən, külli miqdarda narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilərək realizə olunması barədə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında həmin gün, saat 01:20-də Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin və Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbiri nəticəsində həmin yerdə saxlanılaraq DGK-nin Əməliyyat-İstintaq Baş İdarəsinə gətirilib ondan götürülmüş torbaya baxış keçirilərkən qeyd edilən narkotik vasitə aşkar edilmiş, Təqsirləndirilən şəxs2 isə gəldikləri avtomobillə dərhal hadisə yerindən qaçıb gizlənməyə nail olsa da, 08 may 2023-cü il tarixdə DGK-nin Əməliyyat- İstintaq Baş İdarəsinin keçirdiyi əməliyyat tədbiri nəticəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs3 ittiham verilmişdir ona görə ki, o, istintaqa məlum olmayan tarixdə və yerdə tamah və satış məqsədi ilə narkotik vasitələri qanunsuz olaraq külli miqdarda əldə etmə, saxlama və İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirməklə daşıma barədə İran İslam Respublikasında və Azərbaycan Respublikasında istintaqla müəyyən edilməmiş şəxslərlə razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun İran İslam Respublikasındakı istintaqla müəyyən edilməmiş üzvü Təqsirləndirilən şəxs3 sifarişi əsasında İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən hər konvolyutda 10 həb olmaqla ümumilikdə üzərində “Methadone 40” yazısı olan 50 konvolyutda, üzərində "F/M40” yazısı həkk olunmuş 500 həb, təsiredici maddəsinin ümumi miqdarı 20 qram təşkil edən, külli miqdarda metadon narkotik vasitəsini tamah və satış məqsədi ilə qəsdən əldə edib istintaqa məlum olmayan vaxtda və yerdə Azərbaycan Respublikasının gömrük sərhədindən istintaqa məlum olmayan törədilmə üsulundan istifadə etməklə qaçaqmalçılıq yolu ilə keçirilməsini, yapışqanlı lentə bükülərək üzərində “Oyal” yazısı olan ağ rəngli sellofan torbaya, sonra isə “Depo Apteki” yazısı olan ağ rəngli sellofan torbaya yerləşdiriiməsini və Bakı şəhəri, Nərimanov rayonu, Yəhya Bakuvi küçəsində, “X12” tibb klinikası ilə Xocavənd rayon nümayəndəliyinin inzibati binası arasındakı çoxmərtəbəli yaşayış binasının qarşısında yerləşdirilmiş işlənmiş geyim və digər əşyaların ümumi istifadə məqsədi ilə saxlanılması üçün nəzərdə tutulmuş metal qutunun altında gizlədilməsini təşkil edib həmin yerin fotoşəkillərini Təqsirləndirilən şəxs3 mobil telefonundakı vatsap proqramına göndərmiş, Təqsirləndirilən şəxs3 2023-cü ilin yanvar ayının 13-dən 14-nə keçən gecə qeyd edilən külli miqdarda narkotik vasitəni tamah və satış məqsədi ilə qanunsuz olaraq qəsdən əldə etmə, saxlama və daşıma barədə Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs2, sonuncunun vasitəsi ilə Təqsirləndirilən şəxs1 və istintaqla müəyyən edilməmiş digər şəxslərlə razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, bu məqsədlə Təqsirləndirilən şəxs3 narkotik vasitənin gizlədildiyi yerin fotoşəkillərini vatsap proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs2 mobil telefonunun vatsap proqramına göndərməklə narkotik vasitəni götürməyi sonuncuya tapşırmış, odur ki, xx.xx.2023-cü il tarixdə, saat 01 radələrində Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1lə birlikdə X3 idarə etdiyi “Lada” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində həmin əraziyə getmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs1 narkotik vasitənin gizlədildiyi yerdən bir qədər kənarda saxlanılmış minik avtomobilindən düşərək həmin narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq qəsdən əldə edib üzərində saxlayaraq gəldiyi minik avtomobili istiqamətində qaçarkən, külli miqdarda narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilərək realizə olunması barədə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında həmin gün, saat 01:20-də Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin və Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbiri nəticəsində həmin yerdə saxlanılaraq DGK-nin Əməliyyat-İstintaq Baş İdarəsinə gətirilib ondan götürülmüş torbaya baxış keçirilərkən qeyd edilən narkotik vasitə aşkar edilmiş, Təqsirləndirilən şəxs2 isə gəldikləri avtomobillə dərhal hadisə yerindən qaçıb gizlənməyə nail olsa da, 08 may 2023-cü il tarixdə DGK-nin Əməliyyat-İstintaq Baş İdarəsinin keçirdiyi əməliyyat tədbiri nəticəsində saxlanılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, yanvar ayının 13-ü axşam saatlarında Nailə ona yazaraq şəhərə getmək lazım olduğunu demişdir. O isə nə üçün şəhərə getməli olduqalrını soruşduqda, Nailə ağrıdığını və dərmana ehtiyyacı olduğunu demişdir. O da xəstə olduğunu bildiyi üçün ona kömək məqsədi ilə getmişdir. Tanışı Hikməti taksi kimi onları aparması üçün çağırmışdır. Nailə ona “tanışım var ondan dərman götürməyə gedəcəm” demişdir. Vacib olduğu üçün gecə vaxtı getməli olduqlarını söyləmişdir. Çatana yaxın Nailə ona şəkil göstərərək “buralarda bir yerə qoyub dərmanı və çıxıb gedib” demişdir. O, yaxınlaşıb dərmanı götürmək istəyərkən onu tutmuşlar. Daha sonra onu idarəyə aparmışlar və orada onu incitmişlər. Onu məcbur etmişlər ki, sənədlərə qol çəkib boynuna götürsün. Polislər onu tutan zaman Nailə taksidə olmuş və taksi polisləri gördüyü üçün sürüb qaçmışdır. Nailə ona instaqram vasitəsi ilə yazmışdır. Onun həmin yerə nə üçün getdikləri barədə məlumatı olmamışdır. Hikmət onun tanışı olmuşdur. Oraya çatan zaman dərmanı götürmək üçün o düşmüşdür. Dərman paltar atılan qutuların yanında olmuşdur, yerin şəklini Nailəyə atmışlar. Nailə kimləsə telefonla əlaqə saxlayırmış, onlar çatana yaxın həmin adamın işi çıxdığı üçün getmiş və dərmanı orada bir yerə qoymuşdur. Onlar Buta klinikasının yanına getmişlər. Vasifi tanımırmış və heç bir əlaqəsi olmamışdır. Nailənin xəstəliyi haqqında məlumatı yox imiş. Ondan xahiş etdiyi üçün Nailə ilə getmişdir. Nailə gecə vaxtı qorxduğu üçün onu çağırmışdır. Saat gecə 12-1 radələri olmuşdur. Nailə ilə aralarında dost münasibəti olmuşdur. Nailəni həmin vaxt tutmamışlar, Nailə taksidə olmuş, taksi sürücüsü maşını sürüb qaçmışdır. Nailənin narkotik qəbul etdiyini bilirmiş. Nailəni ortaq dostlarına görə tanımışdır. Əvvəllər məhkum olunmuşdur. Əvvəllər narkotik istifadə etməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, onlar həmin gün ora heroin götürməyə getmişlər. Rahibin özü də bilirmiş ki, narkotik götürməyə gedirlər. Mesajlarda da bu barədə danışılıb. Onlar həmin yerə getdikdə polislər Rahibi tutmuşlar, Hikmət isə maşını sürüb getmişdir. O Hikmətə “dayan nə olduğunu öyrənək ” deməyinə baxmayaraq, Hikmət maşını sürüb qaçmışdır. Bir müddət gizləndikdən sonra ona zəng edib idarəyə çağırmışlar və o da getmişdir. O özü Vasifə ağrıdığını və narkotik istədiyini demişdir. Narkotik vasitənin yeri ilə bağlı onda şəkil var imiş, zibil qabının altında imiş. Həmin narkotikə nə qədər ödənildiyi barədə məlumatı yoxdur. Rahiblə danışan zaman ona narkotik vasitə təklif etməmişdir. 250 qram narkotiklə bağlı mesajı ona necə yazdığını bilmir. Onu may ayının 7-i tutmuşlar. Onu tutduqları zaman gecə imiş və onu səhər 6-ya qədər dindirmişlər. Həmin vaxt müdafiəçi yox imiş. Öz istifadəsi üçün götürəcəkmiş. Qalanını Vasifə verəcəkmiş. Hansı narkotik vasitə olduğunu bilmirmiş. İş açılanda bilmişdir ki, dərmandır. Onu həmin gün 1 dəfə dindirmişlər. Vasiflə tez-tez görüşürmüşlər. Rahibi o məcbur aparmamış, yəni birlikdə olmuşlar. Bir ildən artıq imiş ki, narkotikdən istifadə edirmiş. Ətrafı onu bu yola vadar etmişdir. Rahib ilə məhəllə yoldaşı olmuş, onu uşaqlıqdan tanıyırmış. Maşın və pulu olmadığı üçün Rahiblə birgə getmişdir. Narkotikin pulu verilmişdir. Heroin götürməyə gedirmişlər. Narkotiki çəkərək istifadə edirmiş. Oradakı narkotik öz istifadəsi üçün olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Rahibi tanımamış, əvvəllər münasibəti olmamışdır. Həmin narkorik vasitə ona məxsus olmuşdur. Nailə ondan narkotik istəmiş, o da yerini demişdir ki, gedib götürsün. Daha sonra Nailə gəlib ona Rahibin tutulduğunu demişdir, o Nailəni aparıb öz evində gizlətmişdir. Narkotiki türmədə tanış olduğu adamdan almışdır. Həmin şəxs azərbaycanlı olmuşdur. Həmin şəxsə həm borcu var imiş, həm də yeni mal almaq üçün kartına 500 manat atmışdır. Şübhə çəkməmək üçün Nailəni narkotikin arxasıca göndərmişdir. Malın şəkli onda yox imiş. Dərman heç onun əlinə gəlib çatmamışdır, məqsəd onu ilişdirmək olmuşdur. Narkotik vasitənin çəkisi 5 qram olmuşdur. Zöhrab adlı şəxsdən almışdır. 5 qram narkotik 4-5 günə qutaracaqmış. Məhkəmə iclasında Dövlət ittihamçısı yekun nitqi söyləyərək, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi üzrə verilmiş ittihamdan Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən imtina edərək, cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi üzrə Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçısı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olmaları sübuta yetirilir və onların törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 özlərini narkotik vasitənin satışında təqsirli bilməmələrinə dair verdikləri ifadələri ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxslərin ifadələrinə tənqidi yanaşaraq, inandırıcı saymır və onların ifadəsini özlərini müdafiə edilməsi kimi qiymətləndirir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, DGK Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin Narkotikləelə Mübarizə şöbəsinin rəisi vəzifəsində çalışır. Yanvar ayında əməliyyat məlumatı daxil olmuşdur. Məlumata Gənclik tərəfdə Odlar universitetin yanında Buta aptekin qarşısında naməlum şəxslər tərəfindən narkotik vasitə götürüləcəyi barədə olmuşdur. Məlumat əsasında əməliyyat qrupu yaradılmış, qrup rəhbəri o olmuşdur. Məlumatda göstərilən vaxtda həmin ünvana getmişlər. Gecə saat 01:00-02:00 radələrində Lada markalı avtomobildən bir nəfər düşərək zibil qabları olan tərəfə yaxınlaşmışdır. İstifadə edilmiş qabların atılması nəzərdə tutulan qabın altından torba götürmüşdür. Bu zaman Lada markalı avtomobil uzaqlaşmışdır. Ancaq maşında 2 nəfər olduğunu görmüşlər. Sonra Rahib adlı şəxsi idarəyə aparmışlar. İdarədə üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Daxili İşlər Nazirliyinə məlumat verilmişdir. Əməliyyat qrupunu onlar yaratmırmış. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı onlara tabe deyil. Sadəcə olaraq tədbirdə birgə iştirak etmişlər. Rahibi əvvəldən tanımırmış. Əməliyyat məlumatında nəzərdə tutulan bütün hərəkətləri Rahib icra etdiyi üçün şübhələr yaranmışdır. Rahibi narkotiki götürdükdən sonra tutmuşlar. Maşını saxlamağa cəhd etsələr də qaçmışlar. Çəkilişdə iştirak edib etmədiyini xatırlamır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Rahibin kimin göstərişi ilə gəldiyini xatırlamır. Onlarda narkotik vasitələrin sərhəddən kənar keçməsi barədə məlumat var imiş. Nailəni avtobomildə görmüşlər, ancaq Nailəni saxlayan şəxs o olmamışdır. Əməliyyat məlumatının neçədə daxil olduğunu xatırlamır. Əməliyyat məlumatı barədə qərarı rəhbərlik tərtib etmişdir. Əməliyyat qrupu yaradılması barədə qərarın qanuniliyinin məhkəmə qaydasında yoxlanılıb yoxlanılmadığını xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 Hilal oğlu digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi və götürülməyə dair” protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Yəhya Bakuvi küçəsində, “X12” tibb klinikası ilə Xocavənd rayon nümayəndəliyinin inzibati binası arasındakı çoxmərtəbəli yaşayış binasının qarşısında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyatistintaq Baş İdarəsi Əməliyyat İdarəsinin əməkdaşları ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində **-PN-*** nömrə nişanlı “Lada” markalı minik avtomobili ilə həmin əraziyə gələrək içərisində narkotik vasitə ehtimal edilən torbanı əldə edərkən saxlanılmış Təqsirləndirilən şəxs1 götürülmüş 1 ədəd bağlamaya baxış keçirilərkən “Depo Apteki’’ yazısı olan ağ rəngli sellofan torbanın içərisinə yerləşdirilmiş üzərində “Oyal” yazısı olan ağ rəngli sellofan torbanın içərisindən yapışqanlı lentə bükülmüş halda, hər konvolyutda 10 həb olmaqla ümumilikdə 50 konvolyutda 500 ədəd “Methadone 40” həblərinin aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsi tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DGK-in Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti kapitanı X5 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılarkən üzərindən Leo bank” yazısı olan “4098 5844 6236 6830” nömrəli plastik bank kartı, 1 ədəd “Redmi 9” markalı və 1 ədəd '‘Xiaomi“ markalı mobil telefon, ödəniş terminalları vasitəsilə ***-***-**-** mobil nömrəsinə müxtəlif vaxtlarda pul vəsaitlərinin ödənilməsinə dair 3 ədəd qəbz, 2 ədəd 1 manatlıq və 1 ədəd 20 qəpiklik əskinaslar aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan “mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 14 yanvar 2023-cü il tarixdə tərtib olunmuş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol əsasında götürülmüş 1 ədəd “Redmi 9” markalı və 1 ədəd “Xiaomi” markalı mobil telefona Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X6 iştirakı ilə baxış keçirilmiş, baxış zamanı, “Redmi 9” markalı mobil telefonda olan “İnstagram" sosial şəbəkəsində “nunu.alasgarli” adı ilə qeydiyyatdan keçmiş şəxslə iş üçün əhəmiyyət kəsb edən mətn yazışmalarının və səsli mesajlarının olduğunu müəyyən edilmişdir. Lakin “Xiaomi” markalı mobil telefon şifrələnmiş olduğu üçün, həmin mobil telefonda olan məlumatlara baxış keçirilməsi mümkün olmamışdır. Baxış başa çatdıqdan sonra, “Redmi 9” markalı mobil telefonda “İnstagram” sosial şəbəkəsində “nunu.alasgarli” adı ilə qeydiyyatdan keçmiş şəxslə olan və iş üçün əhəmiyyət kəsb edən mətn yazımaları foto şəklində, səs yazıları isə video şəklində 1 ədəd diskə köçürülərək 34/151/001517 nömrəli materiala əlavə olunması üçün protokol əsasında götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan “mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd “Redmi 9” markalı **********65168/01 və **********65176 İMEİ kodlu mobil telefona baxış keçirilərkən “instagram” proqramında “rahib-Digo” adı ilə qeydiyyatdan keçən Təqsirləndirilən şəxs1lə “nunu.alasgarli” adı ilə qeydiyyatdan keçən Təqsirləndirilən şəxs2 arasında aşağıdakı məzmunda mesajlaşmaların olduğu müəyyən edilmişdir.: “rahib-Digo” tərəfindən “nunu.alasgarli”-yə: Patı da edirsən? ; Hamısından edirsən da. Patı tapa bilirsən?; Ağrıda idi, kakos lazım idi. Dedim bəlkə sənə çıxım görüm şeydirsə o daha tapdı artıq.; Temanı haradan götürək? məzmunlu; “nunu.alasgarli” tərəfindən “rahib-Digo” adlı istifadəçiyə: Sən öl bayaq çəkdim qurtardım hamısını. Çətindir e tapmaq. Qiymətini də aldırıblar; Digo tema var, 250 qram onu götürmək lazımdır, konum hər şey məndədir. Gəl məhəlləyə hər şeyi səni göstərim. Buta klinika. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin komputer texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 5/339 nömrəli rəyindən görünür ki, Təqdim edilmiş bir ədəd sensor ekran və “Android” əməliyyat sistemi ilə təhciz olunmuş “Xiaomi Redmi 5” markalı arxa məlumat lövhəsinə görə “MDG1” modelii mobil smartfon halhazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “Xiaomi Redmi 5” markalı arxa məlumat lövhəsinə görə "MDG1” modelli mobil smartfona istifadəçi tərəfindən “Şifrə (PİN)” ilə mühafizə olunan ekran kilidi tətbiq edildiyi üçün onun “Menyu" hissəsinə daxil olmaq mümkün olmadığından, arxa tərəfindəki məlumat lövhəsində və “SİM” danışıq kartının yerləşdiyi yuvada “imei’ kodunun göstərilməməsi səbəbindən həmin mobil smartfonun “imei” kodunu müəyyən etmək mümkün olmamışdır. Təqdim edilmiş “Xiaomi Redmi 5” markalı arxa məlumat lövhəsinə görə “MDG1” modelii mobil smartfona istifadəçi tərəfindən tətbiq edilmiş “Şifrə (PİN)” ilə mühafizə olunan ekran kilidini keçmək üçün “UFED TOUCH 2” markalı qurğuya qoşduqda qurğunun proqram təminatının metodlar bazasında mobil smartfonun marka və modelinin olmaması aşkar olunmuş, bu səbəbdən mobil cihazın yaddaşında olan məlumatları silmədən ekran kilidini sıfırlamaq mümkün olmamışdır. Rəyin “Tədqiqi hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Xiaomi Redmi 5" markalı arxa məlumat lövhəsinə görə “MDG1” modelli mobil smartfona istifadəçi tərəfində tətbiq edilmiş “Şifrə (PİN)” ilə mühafizə olunan (parolpassword) ekran kilidini keçmək mümkün olmadığından, mobil smartfonun yaddaşında hər hansı bir (kontakt, zəng, “SMS” mesaj, foto, audio, video fayllar, “WhatsApp” proqram təminatı və sosial şəbəkələr vasitəsi ilə aparılmış məlumatg mübadiləsi və sairə) məlumatın olub-olmamasının müəyyən edilməsi üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır.(Ekspertizaya tədqiqatının dəyəri 50(əlli) manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 6/234 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində AR DGK Əməliyyat-İstintaq Baş İdarəsinə məxsus möhür əksi, “...Təqsirləndirilən şəxs1... ” və.s. sözlər, imzalar olan kağız paketdəki üzərlərində “ Methadone 40...Faran...Scored Tablets” əmtəə göstəriciləri olan 50 blisterdə ümumilikdə 500 ədəd üzərlərində F/M40 yazısı həkk olunmuş bozumtul-qəhvəyi rəngli dərman tabletlərinin tərkibində ümumilikdə təmiz çəkisi 20 qram (01 tabletdə 0,04 qram) metadon təsiredici maddəsi müəyyən edilmişdir. Metadon Azərbaycan Respublikasının 2005-ci il, 28 iyun tarixli Qanunu İlə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitələr” in siyahısına daxildir. Qeyd: tablet üm.-500 ədəd, tədqiqata sərf edildi 10 ədəd, qalıq 490 ədəd. (Ekspertizaya tədqiqatının dəyəri 110(yüz on) manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan “şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, tanımalı olan şəxs Təqsirləndirilən şəxs1 tanınmaya təqdim olunan şəxslər içərisindən 2 nömrəsi ilə qeyd olunmuş şəxsin avtomobili idarə edən X7 olduğunu qeyd edərək, onun hadisələrdən heç bir məlumatı olmadığını qeyd etmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan “şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, tanımalı olan şəxs Təqsirləndirilən şəxs1 tanınmaya təqdim olunan şəxslər içərisindən 2 nömrəsi ilə qeyd olunmuş şəxsin ona narkotik vasitəni götürmək üçün birlikdə getməyi təklif edən Təqsirləndirilən şəxs2 olduğunu bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 4(004)-49/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli xx.xx.2023cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan “şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, tanımalı olan şəxs X7 tanınmaya təqdim olunan şəxslər içərisindən 2 nömrəsi ilə qeyd olunmuş şəxsin Aytac şadlıq sarayının qarşısında Təqsirləndirilən şəxs1lə birlikdə avtomobilinə əyləşdirib Buta Klinikasına apardığı Təqsirləndirilən şəxs2 olduğunu qeyd etmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 1118 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Abşeron rayon İcra Hakimiyyətinin 3 saylı MTİİTS-dən təqdim olunmuş xasiyətnamədən görünür ki, yaşadığı müddət ərzində Təqsirləndirilən şəxs1 barəsində heç bir şikayət ərizəsi daxil olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Abşeron rayon İcra Hakimiyyətinin 2 saylı MTİİTS-dən təqdim olunmuş xasiyətnamədən görünür ki, yaşadığı müddət ərzində Təqsirləndirilən şəxs2 barəsində heç bir şikayət ərizəsi daxil olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli “ittiham elan edilməsi üçün şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan “şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, tanımalı olan şəxs Təqsirləndirilən şəxs2 tanınmaya təqdim olunan şəxslər içərisindən 2 nömrəsi ilə qeyd olunmuş şəxsin Buta Klinikasının yanında olan zibil qutularının yanında gizlədilmiş narkotik vasitəni gedib göətürüb ona çatdırmağını tapşıran şəxs Təqsirləndirilən şəxs3 olduğunu qeyd etmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 4(004)-350/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli xx.xx.2023cü il tarixdən hesablanmaqla 03 (üç) ay 06(altı) gün müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan “baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olan xx.xx.2023-cü il tarixli, AZF/LGL- 2579 saylı məktuba əlavə edilmiş diskə iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi məqsədi ilə baxış keçirilmiş, baxış zamanı 03.01,2023-cü il tarixdə, saat 02:42:53-də 055- ***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 070-500- 83-31 saylı mobil telefon nömrəsinə “Naile Loln bar mənə bir söz de, mənə kola lazımdır varindi gelim” məzmunlu, saat 02:48:46-da isə “Nunuca varındsa gəlim, İlham telefonu oçmır adboy verir, Condit varındsa senen gotrum, yata bilmrem, çekim yatım” məzmunlu mesajın göndərildiyi, xx.xx.2023-cü il tarixdə, saat 21:55:31-də isə ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** saylı mobil telefon nömrəsinə “Yox zaryatka da qurtarır məndə vatsapda iki xətdir yaz da, bir dənə ona öldüm lomkadan, soyuqdan burda” məzmunlu mesajların göndərilməsi, ***-***-**-** saylı mobil telefon nömrəsinin X2 adına qeyd alındığı, xx.xx.2023-cü il tarixdə, saat 18:10:47-də ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə “Telefonu aç, si***cəm var-yoxunu mən sənə görə əlləşirəm, mən buna pul gətirmişəm ki, bu tema götürsün bunun hərəkətinə bax acccc” məzmunlu mesaj göndərilməsi, xx.xx.2023-cü il tarixdə, saat 19:58:25-də ***-***- **-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**- ** saylı mobil telefon nömrəsinə “Sənə nə qədər lazımdır gələn kimi götürüm ömrüm” məzmunlu, xx.xx.2023-cü il tarixdə, saat 21:53:06-da Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** saylı mobil telefon nömrəsinə “Aaafdayam men. Temiz qanim qaraldi. Zeif maldi. Yeni bu meni veziyyetden cixardmaga bes elemedi” məzmunlu, xx.xx.2023-cü il tarixdə, saat 23:16:33-də Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** saylı mobil telefon nömrəsinə “Qara goture bilsen qarada gotur birazdan pulnu vererem. Kartima pul gelecek. Bele gel taksi pulvu men verecem” məzmunlu, mesaj göndərildiyi müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan “baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olan xx.xx.2023-cü il tarixli, BKC/LGL-6381/23 saylı məktuba əlavə edilmiş diskə iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi məqsədi ilə baxış keçirilmiş, baxış zamanı xx.xx.2023-cü il tarixdə, saat 23:13:30-da Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** saylı mobil telefon nömrəsinə “ayə vatsapa gir, mənə yaz, şəkil atim satdiq bir-iki şey var” məzmunlu mesaj göndərildiyi müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 3492 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 ifadələrində göstərdiklərini Təqsirləndirilən şəxs3 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli, 34/151/026085 nömrəli raportdan görünür ki, Əsədov X4 rayon məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə elan ediliş axtarış qərarına əsasən xx.xx.2023-cü il tarixdə tutularaq həmin tarixdən etibarən Bakı İstintaq Təcridxanasında saxlanılır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı diskdə telefon danışıqları ilə bağlı 04 ədəd “PDF’’ fayl olduğu məlum olmuş, fayllarda 01 yanvar 2023-cü il tarixdən 08 may 2023-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən ötürücü stansiyaları göstərilməklə daxil və xaric olan zənglərin siyahısı, zənglərin dislokasiyası, göndərilən və qəbul edilən SMS-lərin mətnləri, daxil və xaric olan zənglərin edildiyi, SMS-lərin qəbul edildiyi və ötürüldüyü nömrələrin kimin adına qeydə alındığına dair məlumatlar vardır. Baxış zamanı Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan 070-500- 83-31 saylı mobil telefon nömrəsi arasında çoxsaylı danışıqların aparıldığı, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı qarşılıqlı mesajların göndərildiyi, lakin hər hansı bir iran İslam Respublikasına aid mobil operatorla, həmçinin Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə danışıqların aparılmadığı və mesajların göndərilmədiyi müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 4110 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3n narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və Bakı şəhəri Səbail rayon Məhkəməsinin 1(009)-138/2021 saylı xx.xx.2021-cü il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 185.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 02 il 04 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 7(003)-810/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə ona təyin edilən azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 06 ay 05 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətdikdə cinayətin residivini yaradır. Həmin məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəza ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Həmin məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxs cəzanı çəkib qurtardığı gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 əməli cinayətin residivini yaradır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və Bakı şəhəri Səbail rayon Məhkəməsinin 1(009)-102/2023 saylı xx.xx.2023-cü il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 02 il 07 ay 24 gün müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Göründüyü ki, Təqsirləndirilən şəxs3 hazırki əməlini Bakı şəhəri Səbail rayon Məhkəməsinin hökmündən əvvəl törətmişdir, ona görə də onun əməli residiv kimi qəbul edilə bilməz. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, onların hər birinin şəxsiyyətini, törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb hesab edir ki, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəza seçilməli və cəzasını tutulduğu vaxtdan- xx.xx.2023-ci il tarixdən hesablanmaqla, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, cinayətin məqsədi və motivini, təqsirkarların cinayətin törədilməsində rollarını nəzərə alıb hesab edir ki, barələrində təqsirli bilindikləri cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəza seçilməli və cəzalarını tutulduğu vaxtdan- xx.xx.2023-ci il tarixdən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində cəzanı yüngülləşdirən hal müəyyən etməmişdir, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs2 oğlunun yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs3 yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 490 ədəd tərkibində metadon təsiredici maddəsi olan dərman həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işi materiallarında olan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş “Redmi 9” markalı mobil telefon və “4098 5844 6236 6830” nömrəli plastik bank kartı onun yaxın qohumuna qaytarılmalı, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ekspertiza xərci təşkil edən 160(yüz altmış) manat müştərək qaydada alınıb dövlət büdcəsinə verilməli və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 06(altı) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlağıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 05(beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi üzrə Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 06(altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 1(009)-102/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirməklə Təqsirləndirilən şəxs3 qəti olaraq 07(yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci təşkil edən 160(yüz altmış) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilsin. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 490 ədəd tərkibində metadon təsiredici maddəsi olan dərman həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edisin, cinayət işi materiallarında olan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş “Redmi 9” markalı mobil telefon və “4098 5844 6236 6830” nömrəli plastik bank kartı onun yaxın qohumuna qaytarılsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-637/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-637/2024
07.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver