Məhkəmə qərarları › İş №1(101)-638/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-638/2022

13.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-638/2022 13.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat: 11:00-da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs5, X2 və onların nümayəndəsi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yerləşən inzibati binada qeydiyyatda olan, ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 etibarından sui istifadə edib özünü “Xəzər TV” televiziya kanalında “Səni axtarıram” verilişinin aparıcısı ilə işgüzar işbirliyində olması, şoubiznes aləmi ilə televiziya və başqa sahələrdə ortaq çalışaraq gəlir əldə etdiklərini, hamı tərəfindən tanınaraq kifayət qədər nüfuza malik olduğunu, özünün 340.000 manat dəyərində olan restoran, torpaq və obyektinin olduğu və həmin obyektin sənədləşdirilib satılmasında lazım olan maddi köməklik göstərilməsi və əldə edilən gəlirin bölüşdürüləcəyinə yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə sonuncudan 2018-ci ilin avqust ayının ortalarında ünvan 3 ünvanda milli pul vahidi manata olan nisbətdə 10.200 manat təşkil edən 6.000 ABŞ dolları, həmin ilin noyabr ayında 9.350 manat dəyərində 5.500 ABŞ dolları, 2021-ci ilin mart ayının əvvəllərində “Kapital Bank”a aid **********734579 nömrəli kart hesabına 4200 və 2.000 manatlıq hissələrlə göndərilmiş 6.200 manat, 4.500, 2000, 2000 və 1.000 ABŞ dolları hissələrlə göndərilmiş, milli pul vahidi manata olan nisbətdə 16,150 manat təşkil edən 9.500 ABŞ dolları, qızıl-zinyət əşyalarının girov qoyulmasından əldə edilərək həmin kart hesabına göndərilmiş 3.000, 5.000, 5.000, 9.00, 5500, 3.000 və 1650 manatlıq hissələrdən ibarət olmaqla 24.050 manat, ümumilikdə 65.950 manat pulunu Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, ”Azadlıq” metrostansiyası yaxınlığında ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədilə X2 etibarından sui isifadə edib özünün “İpone” mobil telefon aparatlarının ticarəti ilə məşğul olaraq yüksək gəlir əldə etdiyini və onunla işbirliyi qurub ilkin olaraq 5.400 ABŞ dolları məbləğində vəsait qoymaqla ortaq fəaliyyət göstərəcəkləri halında əldə edilən gəlirdən hər ay 400 ABŞ dolları mənfəət verəcəyini yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2019-cu ilin mart ayında sonuncunun yaşadığı ünvan 4 ünvanda milli pul vahidi manata olan nisbətdə 9.180 manat təşkil edən 5400 ABŞ-dolları məbləğində pulunu alıb ələ keçirərək həmin ilin aprel və may aylarında hər ay 680 manat dəyərində 400 ABŞ dolları məbləğində gəlir adı ilə ona 1360 manat dəyərində 800 ABŞ dolları məbləğində pul verib guya ticarətin öz axarında davam etdiyinə arxayın edib verdiyi vədə əməl etmədən həmin ilin avqust ayınadək heç bir ödəmə etməmiş və bunun səbəbini guya malların gömrükdə yığılıb qalması ilə izah edib 11.000 manat vəsait ödənildiyi halda malları ölkəyə idxal edib alveri davam etdirəcəyinə inandırmaqla xx.xx.2019-cu il tarixdə həmin ünvanda Zərərçəkmiş şəxs6 milli pul vahidi manata olan nisbətdə 6.800 manat təşkil edən 4.000 ABŞ dolları, 3.000 manat və milli pul vahidi manata olan nisbətdə 1300 manat təşkil edən 650 Avro, cəmi 11.100 manat məbləğində pulunu alaraq 2 ay ərzində digər pullarla birlikdə tamamilə qaytaracağını vəd etsə də avqust ayının sonunda guya iflasa uğradığını və bu vəziyyətdən çıxmasına kömək adı ilə yaşadığı ünvanda ondan əlavə olaraq milli pul vahidi manata olan nisbətdə 8.500 manat təşkil edən 5.000 ABŞ dolları məbləğində pulunu alaraq verdiyi vədə əməl etdiyinə inandırmaq üçün özündən aldığı 5.000 ABŞ dolları (8500)manat pulunu özünə qaytararaq bir gün sonra yenidən ticarət adı ilə həmin məbləği geri alıb 2020-ci ilin dekabr və 2021-ci ilin yanvar ayları ərzində 5250 manat məbləğində pulunu hissələrlə qaytarmaqla guya ticarətlə məşğul olduğunu davam etdirdiyinə inandıraraq verdiyi vədə əməl etmədən Zərərçəkmiş şəxs6 ümumilikdə 23.530 manat məbləğində xeyli miqdarda pulunu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs8 özünü “Xəzər TV” televiziya kanalında “Səni axtarıram” televiziya verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı ilə işgüzar işbirliyində olması, şoubiznes aləmi ilə televiziya və başqa sahələrdə ortaq çalışaraq gəlir əldə etdiklərini, hamı tərəfindən tanınmaqla kifayət qədər nüfuza malik olduğunu, özünün 340.000 manat dəyərində restoran, torpaq və ticarət obyektinin olduğu və həmin obyektin sənədləşdirilib satılması, yaxud banka girov qoyularaq dəyəri müqabilində pulların götürülməsinə lazım olan maddi dəstək göstərilməsi, əldə olunan gəlirin bölüşdürüləcəyi, borc adı ilə almış olduğu pulların qaytarılacağına yalandan vədlər verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə ünvan 5 ünvanda 2019-cu ilin mart ayında 17.000 manat, 2019-cu ilin mart ayında “Kapital Bank”a aid **********734579 nömrəli kart hesabına köçürülməklə göndərilən 5.000 manat, 2019-cu ilin iyul ayında 6.000 manat, həmin ilin avqust ayınadək hissələrlə 21.500 manat, 2019-cu ilin oktyabr ayınadək milli pul vahidi manata olan nisbətdə 5100 manat təşkil edən 3.000 ABŞ dolları, 2.000 manat, 3.000 manat, 1300 manat, 2500 manatlıq hissələrlə 15.900 manat-cəmi 65.400 manat, 2020-ci ilin yanvar ayından 2021-ci ilin yanvar ayınadək hissələrlə 63.135 manat, 2021-ci ilin yanvar-fevral ayları ərzində 25.000 manat olmaqla kart hesabına köçürülməklə, eləcədə özünün ünvana göndərmiş olduğu taksi avtomobili ilə ona göndərilmiş ümumilikdə 153,535 manat məbləğində pulları Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsi, “Zirvə” şadlıq evinin qarşısında, həmçinin, S.Sani Axundov küçəsi, ”Azadlıq” metrostansiyası yaxınlığında ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs7 rəfiqəsi Zərərçəkmiş şəxs8 aldığı külli miqdarda pullarının qaytarılması üçün guya banka girov qoyduğu 340.000 manat dəyərindəki əmlakına görə 80.000 manat dəyərində kredit verilməsindən ötrü sənədlərin toplanması, bank rüsumlarının ödənilməsi və bu kimi prosedurların yerinə yetirilməsi adı ilə vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2019-cu il tarixdə ünvan 6 ünvanda 1.000 manat, xx.xx.2019-cu ildə həmin ünvanda 1000 manat, 05 oktyabr 2019-cu il tarixdə ünvan 7 ünvanda 700 manat, 15 oktyabr 2019-cu il tarixdə həmin ünvanda 700 manat, 07 noyabr 2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən “Azadlıq” Metrostansiyası qarşısında 1800 manat, 2020-ci ilin yanvar-fevral aylarında ünvan 9 ünvandakı Milliön ödəmə sistemi vasitəsilə “Kapital bank”a məxsus ******************** kart hesabına göndərilmiş 240 manat, 130 manat, 420 manat, 75 manat olmaqla 865 manat, 2020-ci ilin fevral ayının ikinci yarısında ünvan 5 ünvanda 900 manat olmaqla ümumilikdə 6965 (altı min doqquz yüz altmış beş) manat məbləğində pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etmədən zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs4, Yasamal rayonu, Padamdar qəsəbəsində tikintisi aparılan “sosial ev” adlandırdığı yaşayış binasından 6500 manat məbləğində ilkin ödəniş etməklə 30 il müddətinə 2 otaqlı mənzil sahəsini güzəştli şərtlərlə təşkil edəcəyinə yalandan vəd verib aldadaraq xx.xx.2021-ci il tarixdə ünvan 10 ünvanın qarşısında 2.000 manat, xx.xx.2021-ci il tarixdə həmin ünvanda 4.000 manat, xx.xx.2021-ci il tarixdə “Kapital bank”a məxsus ******************** kart hesabına Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məmmədov küçəsi 17A ünvanda yerləşən marketdəki 02031 ödəmə terminalından göndərdiyi 500 manat, vahid niyyətlə əhatə olunan qəsdlə, ümumilikdə 6500 manat məbləğində pulunu Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi “Azadlıq” metrostansiyası yaxınlığında alıb ələ keçirərək verdiyi vədə əməl etmədən zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 5.000 manat müqabilində Bakı şəhəri,1 saylı X44 aşbaz işinə düzəldəcəyini yalandan vəd verib aldadaraq 01 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsi 43 ünvanda yerləşən 2 saylı yataqxananın qarşısında milli pul vahidi manata olan nisbətdə 1190 manat təşkil edən 700 ABŞ dolları, 21 yanvar 2021-ci il tarixdə Nərimanov rayonu, A.Nemətulla küçəsi, ”Nərimanov” parkı yaxınlığında milli pul vahidi manata olan nisbətdə 2250 manat təşkil edən 1500ABŞ dolları və xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsi 43 ünvanda yerləşən 2 saylı yataqxananın qarşısında milli pul vahidi manata olan nisbətdə 850 manat təşkil edən 500 ABŞ dolları, vahid niyyətlə əhatə olunan qəsdlə, ümumilikdə 4590 manat məbləğində pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etmədən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs10 Bakı şəhəri, Yasamal rayonu, Badamdar qəsəbəsində tikintisi aparılan “sosial ev” adlandırdığı yaşayış binasından 7 il müddətinə güzəştli şərtlərlə 2 (iki) otaqlı mənzil sahəsi təşkil edəcəyinə yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs8 vasitəsilə xx.xx.2021-ci il tarixdə 9.000 manat, xx.xx.2021-ci il tarixdə 6.000, xx.xx.2021-ci il tarixdə 5.200 manat, xx.xx.2021-ci il tarixdə 300 manat, vahid niyyətlə əhatə olunan qəsdlə, ümumilikdə 20.500 manat məbləğində göndərilmiş pulları sonuncunun yaşadığı ünvan 12 ünvanda alıb ələ keçirərək verdiyi vədə əməl etmədən zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 başında sol oksipital törəmə olan, Qlioblastoma, Grade İV xəstəliyindən əziyyət çəkən onkoloji xəstə oğlu 1981-ci il təvəllüdlü X26 X7 şəhərində dünyaca tanınmış həkim dostlarının vasitəsilə müalicə etdirəcəyinə yalandan vəd verib aldatmaqla xəstənin anasının tanışı Zərərçəkmiş şəxs8 vasitəsilə göndərilmiş 6500 manat və həmin tarixdə milli pul vahidi manata olan nisbətdə 6800 manat təşkil edən 4.000 ABŞ dolları, ümumilikdə 13.300 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2021-ci il tarixdə ünvan 6 ünvanda alıb ələ keçirdikdən sonra xəstənin guya İstanbul şəhərində hava limanında qarşılanıb dostunun işlədiyi tibb müəssisəsinə aparılacağını deməklə aldadıb həmin şəhərə göndərərək kimsə tərəfindən qarşılanmadan xx.xx.2021-ci il tarixədək İstanbul şəhərində baxımsız qalmasına səbəb olub zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs11 guya özünün prodüser işlədiyi “ARB TV” televiziya şirkətində təsərrüfat bacısı vəzifəsinə işə düzəldəcəyinə yalandan vəd verib aldadaraq 2021-ci ilin fevral ayının ikinci yarısında ünvan 9 ünvandakı Milliön ödəmə sistemi vasitəsilə özünün adına olan “Kapital bank”a məxsus ******************** kart hesabına göndərilmiş 4.500 manat məbləğində pulu Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi “Azadlıq” metrostansiyası yaxınlığında alıb ələ keçirərək verdiyi vədə əməl etmədən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs11 guya özünün prodüser işlədiyi “ARB TV” televiziya şirkətində təsərrüfat bacısı vəzifəsinə işə düzəldəcəyinə yalandan vəd verib aldadaraq 2021-ci ilin fevral ayının ortalarında alıb ələ keçirmiş olduğu 4500 manat məbləğində pulunun qaytarılması üçün guya banka girov qoyduğu 340.000 manat dəyərindəki əmlakına görə vəd verilmiş 80.000 manat kredit pulunun əldə edilməsindən ötrü sənədlərin toplanması, bank rüsumlarının ödənilməsi və bu kimi prosedurların yerinə yetirilməsi adı ilə 2021-ci ilin mart ayının sonlarında ünvan 13 ünvanda 3.000 manat məbləğində pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etmədən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Yasamal rayonu, Badamdar qəsəbəsində tikintisi aparılan “sosial ev” adlandırdığı yaşayış binasından 6700 manat məbləğində ilkin ödəniş etməklə 30 il müddətinə hər ay 270 manat kredit ödənişi ilə 3 otaqlı mənzil sahəsini güzəştli şərtlərlə təşkil edəcəyinə yalandan vəd verib aldadaraq həmin məbləğin 200 manatlıq hissəsini beh adı ilə 30 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi,1/2 ünvanda yerləşən “Neptun” marketdəki 3578 terminalının “eManat” vasitəsilə adına olan “Kapital bank”a məxsus ******************** kart hesabına mədaxil etdirməklə, 6500 manatlıq hissəsini isə xx.xx.2021-ci il tarixdə ünvan 15 ünvanda yerləşən 21 saylı notariat kontorunda etibarlı şəxs olduğuna inandırmaqla Zərərçəkmiş şəxs3 guya vəd verdiyi işi yerinə yetirə bilmədiyi halda borc adı ilə aldığı pulu xx.xx.2021-ci il tarixədək qaytaracağına əmin edib xx.xx.2021-ci il tarixdə “Kredit müqaviləsi” bağlayaraq həmin ünvanda 6500 manat, vahid niyyətlə əhatə olunan qəsdlə, ümumilikdə 6700 manat məbləğində pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etmədən zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs9 oğlu X9 İctimai Televiziyada anbar müdiri vəzifəsinə işə düzəldəcəyinə yalandan vəd verib aldadaraq 2021-ci ilin mart ayının ikinci yarısında 2.500 və 1500 manat olmaqla iki dəfəyə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu,M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsində yerləşən “Ramin” marketdə quraşdırılmış Milliön ödəmə sistemi vasitəsilə ona aid “Kapital bank”a məxsus ******************** kart hesabına göndərilmiş 4.000(dörd min) manat məbləğində pulunu Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi “Azadlıq” metrostansiyası yaxınlığında alıb ələ keçirərək verdiyi vədə əməl etmədən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs9, oğlu X10 Bakı şəhəri, Yasamal rayonu, Badamdar qəsəbəsində tikintisi aparılan “sosial ev” adlandırdığı yaşayış binasından 10.000 manat məbləğində ilkin ödəniş etməklə 2 otaqlı mənzil sahəsini güzəştli şərtlərlə təşkil edəcəyinə yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs9 tərəfindən 2021-ci ilin aprel ayının 1-ci yarısında ona aid “Kapital bank”a məxsus ******************** kart hesabına Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsindəki və yaşadığı Binəqədi rayonu, 8 mart küçəsindəki Milliön ödəmə sistemləri vasitəsilə 2500 manat olmaqla bir neçə dəfəyə göndərdiyi, ümumilikdə 10.000(on min) manat məbləğində pulunu Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi “Azadlıq” metrostansiyası yaxınlığında vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədə əməl etmədən zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs9, qızı X37 10.000 (on min) manat müqabilində Bakı şəhərində yerləşən “Təfəkkür” universitetindəki tanışlarının vasitəsilə tibbi sertifikat düzəldəcəyinə yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs9 tərəfindən 2021-ci ilin aprel ayının 2-ci yarısında ona aid “Kapital bank”a məxsus ******************** kart hesabına Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsindəki və yaşadığı Binəqədi rayonu, 8 mart küçəsindəki Milliön ödəmə sistemləri vasitəsilə iki həftə ərzində hissələrlə göndərdiyi, ümumilikdə 10.000(on min) manat məbləğində pulunu Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi “Azadlıq” metrostansiyası yaxınlığında, vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədə əməl etmədən zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs9 guya qızı X32 adına tibbi sertifikat alınmasında köməklik göstərəcəyini vəd etmiş şəxsin vəfat etmiş yaxın qohumunun rayona aparılması və orada dəfn edilməsinə nəqliyyat və dəfin edilmə xərci olaraq maddi köməklik göstərilməsi adı ilə 1.000 (bir min) manat pul lazım olduğunu deyib inandırmaqla 2021-ci ilin may ayının 1-ci yarısında Zərərçəkmiş şəxs9 tərəfindən ona aid “Kapital bank”a məxsus ******************** kart hesabına Bakı şəhəri, Binəqədi rayonu, 8 mart küçəsindəki Milliön ödəmə sistemi vasitəsilə göndərdiyi 1.000 (bir min) manat məbləğində pulunu Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi “Azadlıq” metrostansiyası yaxınlığında alıb ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs9 guya onun işlərinə görə həbs olunduğunu, azadlığa buraxılması üçün 3500 manat pul lazım olduğunu, azadlığa çıxmayacağı halda qızının adına alacağını vəd verdiyi tibbi sertifikat və oğluna alacağını vəd verdiyi güzəştli sosial evin baş tutmayacağını yalandan deyib inandırmaqla 2021-ci ilin may ayının sonunda Zərərçəkmiş şəxs9 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 8 mart küçəsindəki Milliön ödəmə sistemi vasitəsilə göndərdiyi **********950119 nömrəli bank kart hesabına göndərdiyi 2.000 manat, xx.xx.2021-ci il tarixdə ******************** kart hesabına 250 və taksi sürücüsü vasitəsilə göndərdiyi 1200 manat, vahid niyyətlə əhatə olunan qəsdlə, ümumilikdə 3.450 manat (üç min dörd yüz əlli)manat məbləğində pulunu Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi “Azadlıq” metrostansiyası yaxınlığında alıb ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs9 guya qızı X32 adına alacağını vəd verdiyi tibbi sertifikatın hazır olduğu və həmin sertifikatın götürüməsi üçün 1.000 manat pul lazım olduğunu yalandan deyib inadırmaqla 15 sentyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs9 yaşadığı ünvan 16 ünvanın qarşısında 1.000 (bir min) manat məbləğində pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etmədən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, doğulduğu vaxtdan Zərərçəkmiş şəxs5 və ailəsinin, eləcədə Zərərçəkmiş şəxs8 yaşadıqları ünvan 17 ünvanın qonşuluğundakı 8A ünvanda ailə üzvləri ilə 2019-cu ilədək birlikdə yaşamışdır. Zərərçəkmiş şəxs5 oğlu Mirməhəmmədlə yaxın dost olduğundan onların evinə mütəmadi gedib gəlirmiş, 2019-cu ilədək onlarla qonşuluq etmişdir, həmin müddətdə atası X21, anası X27, bacısı X22, qardaşı X28 ilə birlikdə yaşamışdır. Özü 2019-cu ilədək Xəzər TV televiziya kanalında müxtəlif verilişlərdə müxtəlif vəzifələrdə çalışmışdır. Bir nəfər tanıdığı şəxsdən 45.000 ABŞ dolları məbləğində pul alıb başqalarından aldığı borclarına verdiyi üçün nəticədə ata evini könüllü olaraq həmin qiymətə dəyərləndirib pul aldığı şəxsə vermiş, ailəlikcə evi tərk etmişlər. 2018-ci ildə televiziya şirkətlərində çalışmış insanlarla normal münasibətləri yaranmış, hətta bəzi əlil şəxslərə maddi köməklik göstərməli olmuşdur. Lakin, 2018-ci ildən müxtəlif borcları yaranmışdır. Afaq xanımın yaşadığı evə gedərək ona 6000 ABŞ dolları pul verilməsini, 10 gün sonra guya 1000 manat qaytaracağını deyib həmin məbləği almışdır. Aradan müəyyən vaxt keçmiş Afaq xanım pulunu istədikdə artıqlaması ilə qaytaracağını vəd vermiş və mütəmadi onların evində olduğu, qarşısına yemək gətirildiyindən ona öz övladı kimi baxdığından inanaraq gözləməli olmuşdur. 2018-ci ilin noyabr ayında Afaq xanıma müraciət edərək 3 günlük müddətə 300 ABŞ dollar artıq qaytarılacağı adı ilə ondan 5500 ABŞ dolları pul istəmiş və sonuncu yaşadığı evdə həmin məbləği ona vermişdir. Pulu aldıqdan sonra bir hissəsini top.az mərc oyunlarına, müəyyən hissəsini isə borclarına xərcləmişdir. 2019-cu ilin mart ayında Afaq xanımın evinə gedərək avtomobilin hələ satılmadığını deyib gözlətməklə ondan xəbərsiz qızı Akifənin yaşadığı evə gələrək 11.000 manat pul lazım olduğunu demişdir. Akifə ona yaşadığı evin həyətində 11.000 manat müqabilində 4.000 ABŞ dolları, 3.000 manat və 650 Avro pul vermişdir. 2019cu ilin avqust ayında yenə Akifədən 5.000 ABŞ dolları pul istəmiş və sonuncu yaşadıqları ünvan 18 ünvanın həyətində həmin məbləği ona vermişdir. Bundan başqa Afaq xanıma 9500 ABŞ dolları məbləğində pul lazım olduğunu deyərərk 2021-ci ilin mart ayında 4500, 2000, 2000 və 1.000 ABŞ dolları formasında ünvana göndərdiyi taksi avtomobili vasitəsilə pulları almışdır. Həmin günlərdə Afaq xanım ona məxsus kapital banka aid **********734579 nömrəli kart hesabına iki dəfəyə 4200 manat pul göndərmişdir və həmin pulları Binəqədi rayonu, 8-ci mikrorayon ərazisindəki bankomatdan götürmüşdür. Daha sonra Afaq xanımdan əlavə pullar istəmiş və o, bir dəfə 3.000, ikinci dəfə 5.000, 3-cü dəfə 5.000 manat olmaqla kart hesabına göndərmişdir və həmin məbləğdə pulları Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsindəki bankomatdan götürmüşdür. 2021-ci ilin mart ayında Afaq xanımın özü ilə bir neçə dəfə görüşüb ondan zinyət əşyalarını alıb özü lombardlara girov qoyub müxtəlif məbləğlərdə pul götürmüş, Afaqın taksi ilə ona göndərdiyi və özündən aldığı qızıl-zinyət əşyalarına görə 1 dəfə 900, 2-ci dəfə 5500, 3-cü dəfə 3.000 manat və 3 ədəd qızıl 5-lik manatı isə hər birini 550 manata satmaqla 1650 manat əldə etmişdir. Zərərçəkmiş şəxs5 2018-ci ilin mart ayından 2021-ci ilin mart ayınadək ümumilikdə ABŞ dolları ilə 21.000 ABŞ dolları (35700 manat), manatla isə 30.250 manat, ümumilikdə 65.950 manat məbləğində pul almışdır. O, həmin pulları Afaqdan faizə borc kimi götürmüşdür. bir ilə yaxın müddətdə ayda 400 ABŞ dolları olmaqla faiz ödəmişdir. Sonradan bildirmişdir ki, faiz ödəyə bilmir, verəcəyi pullar əsas borca hesablansın. Bundan əlavə Zərərçəkmiş şəxs5 oğluna, qızına 25.000 manat dəyərində “İphone” markalı telefonlar və telefona aid aksesuarlar vermişdir. Kartlarına 20 min manata yaxın pul göndərmişdir. Hazırda isə Afaqa 55.260 manat borcu qalır. Zərərçəkmiş şəxs5 qızı Zərərçəkmiş şəxs6 da eyni məqsədlərlə pullar almışdır. Belə ki, Akifədən 5.400 ABŞ dolları pul istəmiş və o, həmin pulu ona vermişdir. İki ay ərzində ona 400 dollar, ümumilikdə 800 manat pul qaytarmışdır. Sonra Akifəyə 11.000 manat pul lazım olduğunu deyərək yaşadığı evin həyətində ondan həmin pulun müqabilində 4.000 ABŞ dolları, 3.000 manat və 650 Avro pul almışdır. 2019-cu ilin avqust ayında təkrarən Akifədən 5.000 ABŞ dolları pul istəmiş və Akifə yaşadığı ünvan 18 ünvanın həyətində ona 5.000 ABŞ dolları (8.500 manat) pul vermişdir. Akifədən müxtəlif vaxtlarda pullar almış və qaytarmışdır. Özünün hesabına görə Akifədən ümumilikdə 28.780 manat məbləğində pul almış və həmin pulun müəyyən hissəsini qaytardıqdan sonra ona 23.530 manat borcu qalmışdır. Zərərçəkmiş şəxs8 adlı dərzi qadını da uşaqlıqdan qonşu kimi tanımış, bacısı Şəbnəm 2018-ci ildə onun yanına dərzi sənətini öyrənməsi üçün şagird olaraq gedib-gəlmişdir. 2019-cu ilin əvvəllərinə kimi İradə ilə qonşuluq edərkən onunla teztez görüşməli olurmuş, aralarında yaxın qonşuluq münasibətləri yaranmışdır. Bacısı Şəbnəmi onun yanından qarşılayıb apararkən “Xəzər TV” televiziyasında Xoşqədəm Hidayət qızının mühafizəsində işlədiyin, şou-biznes aləminin onu yaxşı tanıdığını İradəyə demişdir. 2019-cu ilin mart ayında İradə xanımdan borc kimi 10.000 ABŞ dolları məbləğində pul istəmişdir. Zərərçəkmiş şəxs8 onu yaxından tanıdığından və televiziya işçisi olduğuna görə inanıb yaşadığı evdə 17.000 manat pul vermişdir. Həmin pulu sonra aparıb özünə qaytarmışdır və 3 gündən sonra evinə gedərək yenidən geri almışdır. İradə xanım 17.000 manat pulu Azad adlı ərinin iştirakı ilə ona vermişdir. Zərərçəkmiş şəxs8 ümumiyyətlə müxtəlif vaxtlarda işləri ilə bağlı pullar almış və həmin pullardan xeyli ödənişlər də etmişdir. Eləcə də Zərərçəkmiş şəxs8 müxtəlif adamlardan pullar alaraq ona vermişdir. O, Zərərçəkmiş şəxs8 özündən 49.500 manat dəyərində pul almışdır. Onun digər şəxslərdən də alıb ona verdiyi pulları da hesab etsə, İradə ona ümumilikdə, ittihamda qeyd edildiyi qədər deyil, 100.000 manata yaxın pul vermişdir. Zərərçəkmiş şəxs9 2021-ci ilin təxminən mart ayından bacısı İradənin vasitəsilə tanımışdır. İradədən müxtəlif vaxtlarda pul alarkən pulların bir hissəsini Nazirədən borc aldığını eşitmişdir. İradə özü ona danışmışdır ki, bacısı Nazirə tibb bacısıdır, özü də onların əvvəl yaşadığı məhəllədə yaşayır. Zərərçəkmiş şəxs9 özündən isə təxminən 10-15 min manat civarında borc almışdır. Zərərçəkmiş şəxs1 adlı qadını ümumiyyətlə tanımamış və həmin qadından hər hansı məbləğdə pul almamışdır. Həmin qadından pulları Zərərçəkmiş şəxs8 özü almışdır. Zərərçəkmiş şəxs4 da ümumiyyətlə tanımır. Zərərçəkmiş şəxs3 2021-ci ilin iyun ayında avtomobilindən taksi kimi istifadə etdiyi Fizuli ləqəbli Şahid8 adlı sürücü dayısının vasitəsilə tanımışdır. Əbdürrəhim bacısı oğlunun güzəştli şərtlərlə ev axtardığını bildirmişdir. Sosial evlərlə bağlı bir dostu işlədiyindən Əbdürrəhimə bacısı oğluna istənilən köməyi edə biləcəyini və istənilən şərtlərlə ev həll edə biləcəyini deyib onunla əlaqə saxlamasını tapşırmışdır. Bir neçə gün sonra istifadəsində olan ***-***-**-** mobil nömrəsinə ***-***-**-** mobil nömrəsindən zəng daxil olmuş və zəng edən şəxs özünü Əbdürrəhimin bacısı oğlu Habil kimi təqdim etmişdir. Telefonda onunla sosial evlər barədə maraqlandıqda bu barədə görüşüb danışmağı məsləhət bilmiş və o, vaxt kirayədə qaldığı Nərimanov rayonu, Ağa Nemətulla küçəsindəki “Araz”marketin qarşısına dəvət etmişdir. Az sonra Habil və onun Kəramət adlı anası görüşə gəlmiş və onlar söhbət edərkən taksi avtomobildən istifadə etdiyi Əbdürrəhim onların olduğu yerə gəlmişdir. Söhbət zamanı onlara, Yasamal rayonu ərazisində tikilmiş sosial evlərdən 4-cü mərtəbədə qalmış 3 otaqlı mənzili 30 il müddətinə ayda 270 manat ödəməklə ilkin ödəniş 6.700 manat olmaqla təşkil edə biləcəyini demiş və sürücü Əbdürrəhimə görə bu evin başqasına qismət olmasını istəmədiyini bildirmişdir. 30 il müddətin sərf etdiyi üçün onlara bu müddəti almağa çalışacağına, müddətin tamamında evi öz adlarına sənədləşdirəcəklərinin mümkün olacağını izah etmişdir. Söhbət zamanı Habil və anası evin yerləşdiyi yerin onlara göstərilməsi və evi satanın onlarla tanış edilməsini təkid etsələr də ev satanın heç kimlə görüşmədiyini və qabaqcadan belə bir addımın atılmasının işin zərərinə olacağını, yalnız sənədləşmədən sonra onları görüşdürəcəyinə söz verib izah etmişdir. Onlar gedib təklifləri müzakirə edəcəklərini və bu barədə bir cavab verəcəklərini demişlər. Aradan bir neçə saat vaxt keçmiş özü Habil adlı şəxsə zəng edərək ev satan şəxlə danışdığını və ev üçün ilkin ödənişin məbləğinin 6700 manat təşkil etdiyini öyrəndiyini demişdir. Hətta Habilə təklif etmişdir, evin əldən çıxmaması və adlarının qeydiyyata alınması üçün 200 manat beh formasında pul göndərməsini demişdir. Habilə həmin pulu göndərməsi üçün «Kapital Bank»a aid ******************** nömrəli kart hesabını göndərmiş və həmin gün, yəni xx.xx.2021-ci il tarixdə onun kartına 200 manat daxil olmuşdur. 200 manat pulu qəbul etdiyi barədə Habillə danışmış və sonuncunun təklifi əsasında xx.xx.2021-ci il tarixdə qalan məbləğlə bağlı görüşmək barədə razılığa gəlmiş və həmin gün saat 12 radələrində Habillə dayısı Əbdürrəhimlə birlikdə 21 saylı notariat kontorunda görüşmüşlər. Orada ona verilən 6500 manat pulun kredit müqaviləsi formasında sənədləşməsi təklif olunmuş və o, buna etiraz etməmişdir. Onların təklifləri əsasında bankda kredit müqaviləsi bağlanmış və 6500 manat pul ilkin ödəniş adı ilə ona verilmişdir. Bununla da ümumilikdə Habildən 6700 mnat pul almış, lakin, pulu borclarına xərcləməli olmuşdur. Zərərçəkmiş şəxs11 adlı qadını tanımamış, həmin qadından da Zərərçəkmiş şəxs8 pulu almışdır. O, bildiyinə görə Şüsən adlı qadından 3000 manat məbləğində pul alınmışdır. Zərərçəkmiş şəxs10 adlı süpürgəçi işləyən qadını da tanımır. Bildiyinə görə Zərərçəkmiş şəxs8 ondan 20.000 manat məbləğində pul almışdır. Həmçinin, Zərərçəkmiş şəxs7 şəxsən tanımamış və Zərərçəkmiş şəxs8 ola bilsin ki, ondan pul almışdır. Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs9 vasitəsilə tanımışdır. 2021-ci ilin yanvar ayının ilk həftəsində Gülşən xanımla onun yaşadığı Xətai rayonu ərazisində evinin qarşısında görüşərək ondan 700 ABŞ dolları məbləğində pul almışdır. Təxminən 15 gün sonra Zərərçəkmiş şəxs2 ilə Nərimanov rayonu, eyniadlı metrostansiyası yaxınlığında görüşüb ondan 1500 ABŞ dolları almışdır. Zərərçəkmiş şəxs2 pulları borc kimi faizə almışdır. Lakin, Gülşənə ümumilikdə aldığı 2.200 ABŞ dolları puldan 500 manat, 300 ABŞ dolları vermiş, həmçinin 200 və 260 manat pulları bacısı oğlunun kartına göndərmişdir. Eləcə də, məhkəmə dövründə Zərərçəkmiş şəxs2 ödəniş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun ailə üzvləri ilə yaşadığı ünvan 4 ünvanın qonşuluğunda yaşadığından, həmçinin oğlu Mirsədizadə X33 ilə dostluq edərək onların evinə gəlib-gedərkən tanımışdır. Ona övlad münasibəti bəsləmiş və Ayxan onun oğluna qardaş, qızlarına isə bacı deyə müraciət etmişdir. Oğlu ilə dostluq etməsi və özünü sanki ailə üzvü kimi aparması ilə ona oğlundan fərqli baxmamışdır. 2018-ci ilin avqust ayında Ayxan onların evində olarkən televiziyada müxtəlif kanallarda işlədiyini, Xoşqədəm xanıma 6.000 ABŞ dolları (10.200 manat) məbləğində pul lazım olduğunu və 10 gün müddətində əlavə 1.000 ABŞ dolları xeyir verə biləcəyini deyib 10 gün müddətində pulunu qaytaracağını bildirərək ondan 6.000 ABŞ dolları pul istəmişdir. Ayxanın onun evində çörək kəsdiyi, övladlarından ona fərq qoymadığı üçün niyyətindən şübhə etmədən ona inanıb yaşadığı evdə Ayxana 6.000 ABŞ dolları məbləğində pul vermişdir. 10 gün müddətin tamamında ona zəng edərək pulun çatdırılmasını istədikdə Xoşqədəm xanımın başının ciddi işlərə qarışdığını, heç nədədn narahat olmamağı və yaxın vaxtar da pulunu qaytaracağını bildirmişdir. Aradan 2-3 ay keçdikdən sonra yenidən ona zəng edib pulun qaytarılmasını istədikdə Ayxan onun telefonuna “Porshe” markalı avtomobilin fotoşəklini göndərərək guya Xoşqədəm xanıma məxsus olduğunu və həmin avtomobilin satışının ona həvalə olunduğunu, yaxın günlərdə avtomobili satan kimi aldığı pulu qaytaracağını bildirmişdir. 2018-ci ilin noyabr ayında Ayxan onun evinə gələrək Xoşqədəm xanımın avtomobilinin satıldığını və vacib işləri üçün ona 3 gün müddətinə əlavə 5500 ABŞ dollarının lazım olduğunu, qaytararkən öz hesabından 300 ABŞ dolları əlavə edəcəyini, 3 gün ərzində ona aldığı pulları cəm şəklində qaytaracağını əmin etmişdir. Pullarının cəm şəklində qaytarılacağına inanaraq yaşadığı ünvanda Ayxana əlavə olaraq 5500 ABŞ dolları məbləğində pul vermişdir. İki dəfəyə ondan 11.500 ABŞ dolları məbləğində pul alıb vədlər verməsinə baxmayaraq Ayxan uzun müddət bu pulların qaytarılmasından yayınmağa başlamış, hətta pandemiyanı bəhanə edərək işlərinin qaydasında getmədiyini, müəyyən çətinliklərin yarandığını, lakin pulları hökmən qaytarılacağını vəd etmişdir. Pulların qaytarılması üçün ona zəng edərək ilkin aldığı pulun oğlu Mir Məhəmmədə aid olduğunu və onun pullarını yerinə qoyulması üçün zinyət əşyalarını satmaq, yaxud girov qoymaq məcburiyyətində qaldığını demiş və Mİr Məhəmmədə görə pulların qaytarılmasına ümid etmişdir. Ayxan onun qızıl-zinyət əşyaları girov qoyması barədə danışığını eşitdikdə yaxın dostuna aid ticarət obyektini banka girov qoyaraq 200.000 manat kredit götürəcəyini, lakin bunun üçün sənədlərin toplanması və bu kimi prosedurlar üçün ona maddi dəstək olaraq 4200 manat göndərilməsini xahiş etmişdir. Onun vədlərinə inanaraq 2021-ci ilin mart ayında özünün mobil telefonu vasitəsilə telefonuna göndərdiyi bank kart hesabına yaşadığı evin qarşısındakı “Qrand Mart” marketindəki Milliön bank ödəniş terminalı vasitəsilə onun kart hesabına köçürmüşdür. Həmin vaxt Ayxanın qonşuluqda yaşayan İradə adlı qadından da xeyli miqdarda pullar aldığını eşidərək İradə ilə görüşmüş və ondan da məlum olmuşdur ki, Ayxanın özünə və yaxud dostuna aid obyektin banka girov qoyulması və kreditə pul götürülməsi üçün özü də Ayxana maddi dəstək olur və alınan pulların qaytarılması üçün ona kredit götürməsinə görə maddi dəstək olmaq lazımdır. Ayxanın vədləri ilə İradənin dedikləri onda yaranmış şübhələri dağıtdığından Ayxanın təklifi ilə onun istədiyi 2.000 manat pulu eyni ünvandakı post terminaldan kart hesabına göndərmişdir. Ayxan göndərilən pulların görüləcək işlər üçün azlıq təşkil etdiyini deyərək əlavə pul göndərilməsini istəmişdir. Ayxanın istəyi və vədinə görə oğlu Mir Məhəmmədin evinin təmiri üçün saxladığı 9.500 manat pulu(16150 manat) 4500, 2000, 2000 və 1.000 ABŞ dolları formasında hissələrlə Ayxanın ünvana göndərdiyi taksi sürücüsü vasitəsilə ona göndərmişdir. Bundan sonra Ayxan onun oğlu Mİrməhəmmədin puluna görə narahat olduğundan istifadə edərək məhkəmədə prosesi davam edən işin qazanılmasından sonra dostuna aid obyekti satıb bütün pulları qaytaracağına əmin edib evində olan qızıl-zinyət əşyalarının girov qoyulub pul əldə edilməsini istəmişdir. Bunun üçün qızıl-zinyət əşyalarını Bİnəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən lombarda girov qoyaraq bir dəfə 3.000, ikinci dəfə 5.000, 3-cü dəfə 5.000 manat pullar əldə edərək ödəmə terminalı vasitəsilə evinin yaxınlığındakı marketdən onun kart hesabına göndərdim. Göndərilən pulların azlıq təşkil etdiyini deyərək Ayxan yenə pul göndərilməsini istəmiş, qalan qızılların hamısının girov qoyulmasını istəmişdir. Evində qalan qızılları götürərək yaxınlıqdakı, az əvvəl zinyət əşyalarını girov qoyduğu lombarda aparmış, lakin orada işləyən şəxs onun doğru hərəkət etmədiyini və burada doğru olmayan işlərin getdiyini izah edərək zinyət əşyalarını girov üçün qəbul etməmişdir. O, bu barədə zəng edərək Ayxana məlumat vermiş və o, həmin qızılların ona göndərilməsini istəmişdir. Ayxanın təklifi ilə qızıllarını ona göndərmiş və sonuncu onun göndərdiyi qızılları girov qoyaraq 1 dəfə 900, 2-ci dəfə 5500, 3-cü dəfə 3.000 manat və 3 ədəd qızıl 5-lik manatı isə hər birini 550 manata satmaqla 1650 manat əldə etmişdir. Ayxan 2018-ci ilin mart ayından 2021-ci ilin mart ayınadək ümumilikdə ABŞ dolları ilə ondan 21.000 ABŞ dolları (35700 manat), manatla 30.250 manat, ümumilikdə 65.950 manat məbləğində pulunu dələduzluq yolu ilə alıb ələ keçirmiş, həmin məbləğdən Ayxan ona hər hansı ödəniş etməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə qonşu olduqlarından onu 20 ildən artıq müddətdə tanımış və bu müddətdə aralarında normal qonşuluq münasibətləri olmuşdur. Ayxan həmdə onun qardaşı Mİr X3 ilə dostluq etdiyindən onların evinə də gəlib-gedən olmuşdur. 2018-ci ildə bildiyinə görə Ayxan Xəzər TV-də aparıcı Xoşqədəm Hidayət qızının köməkçisi işləmişdir.2019-ci ilin mart ayında Ayxan onların evində olarkən «İPONE» mobil telefonlarının satışı ilə məşğul olduğunu və bu işdən yaxşı gəlir əldə etdiyini və onu da bu işə ortaq olaraq cəlb etmək istədiyini bildirərək ilkin olaraq 5400 ABŞ dolları(9180 manat) məbləğində pul qoymuş olsa həmin pulun qarşılığında hər ay 400 ABŞ dolları qazanc əldə edəcək. Ayxanın uzun illərdir onlara gəlib-gedən, qonşu, həmdə qardaşının dostu olmasına görə niyyətindən şübhə etmədən ona inanıb 2019-ci ilin mart ayının ilk günlərində yaşadığı ünvan 18 ünvanında Təqsirləndirilən şəxs 5400 ABŞ dolları (9180 manat) pul vermişdir. Həmin pulu verərkən yanlarında kimsə olmamış və pulu verərkən aralarında heç bir yazılı müqavilə bağlanmamışdır. Təqsirləndirilən şəxs qazanc adı ilə 2019-cu ilin aprel və may aylarında hər ay 400 ABŞ dolları olmaqla 2 ay, cəmi 800 ABŞ dolları məbləğində ona pul vermişdir. Cəmi 2 ay ona pul versə də 2019-cu ilin avqust ayına kimi Təqsirləndirilən şəxs ona hər hansı məbləğdə pul verməmişdir. Ondan bunun səbəbini soruşduqda alverdə bu kimi şeylərin baş verdiyini demişdir. Bu söhbətdən bir neçə gün sonra işlə təkrar maraqlandıqda Ayxan ona telefonların gömrükdə qaldığını və onların qəbul edilməsi üçün 11.000 manat gömrük rüsumunun ödənilməsi məqsədilə həmin məbləğin ona verilməsini istəmişdir. Ona inanaraq xx.xx.2019-cu il tarixdə ünvan 18 ünvanında Təqsirləndirilən şəxs 4.000 ABŞ dolları ( 6800 manat), 3.000 manat, 650 Avro(1300manat),ümumilikdə 11.100 manat məbləğində pul vermişdir. Ayxan həmin pulları aldıqdan sonra ona əvvəl aldığı pullarla birlikdə 11.100 manatı da 2 ay müddətində cəm şəklində qaytaracağına söz vermişdir. Avqust ayında İzmir şəhərinə istirahətə getdiyindən qayıdarkən ona məlum olmuşdur ki, Ayxan bacısının vasitəsilə onun evinə guya alverdə iflas olması barədə xəbər göndərmişdir. BU məlumatı eşidən kimi dərhal Ayxanın valideynlərinin evinə getmiş və orada Ayxan və ailə üzvləri onu qarşılamış, Ayxan iflas olmamın onun puluna aidiyyətinin olmadığına söz vermiş və bundan sonra evinə qayıtmışdır. Bir neçə gün sonra Ayxan onların evinə gələrək maddi vəziyyətdən çıxması və əlində dövriyyə edib pulların qaytarılmasına yardımçı olmaq üçün ona əlavə 5.000 ABŞ dolları məbləğində pul verilməsini istəmişdir.Onun dediklərinə inanıb 2019-cu ilin avqust ayının sonlarında yaşadığı ünvan 18 ünvanında 5.000 ABŞ dolları məbləğində pulu(8.500 manat)ona vermişdir. Pulu aldıqdan iki gün sonra Ayxan həmin pulu onun özünə qaytarmış və bir gün sonra vəziyyətinin düzəldiyinə inandıraraq həmin 5.000 ABŞ dollarını geri almışdır. Həmin gündən Ayxan ondan qaçıb gizlənmiş və zənglərimə cavab verməmişdir. Sonrdan ona məlum olmuşdur ki, Ayxan heç bir ticarətlə məşqul olmamış, onu və ondan xəbərsiz anası Afaqıda eyni qaydada aldadıb külli miqdarda pulunu alıb ələ keçirmiş, anasının deməsinə görə pulların əksər hissəsini top.az mərc oyunlarına, bir hissəsini isə Türkiyə Cumhuriyyətində xərcləmişdir. Ayxanın qardaşı Şahid12 ilə dostluq etməsi səbəbindən onların evinə ayaq açıb bundan sui-istifadə edərək həm onu həmdə anasını ayrı ayrılıqda aldatmasına görə qardaşının hər hansı qanuna zidd hərəkət etməyə məcbur olacağından qorxub bir müddət şikayət etməkdən çəkinərək Ayxanı bu barədə xəbərdar etmiş və Ayxan 2020-ci ilin dekabr ayından 2021-ci ilin fevral ayına kimi hissə-hissə olmaqla ona 5250 manat məbləğində pul qaytarmış və qalan 23.530 manat məbləğində pulunu qaytarmaqdan imtina etmiş, ona xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X1 və Mir X29 da ifadələrində anaları Zərərçəkmiş şəxs5 və bacıları Zərərçəkmiş şəxs6 ifadələrində qeyd etdikləri xüsusatları təsdiq edərək, onlarla eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki, 1988-ci ildən yaşadığı ünvan 5 ünvanın 1-ci mərtəbəsində dərzi fəaliyyəti ilə məşğul olub ailəsinin maddi təminatını qarşılayır. Təqsirləndirilən şəxs anası Aydangül Paşayeva, atası İsmayıl Məmmədov, bacısı Şəbnəm Paşayevanın vasitəsilə tanımışdır. Belə ki, 2018-ci ildə anası Aydıngül qızı Şəbnəmi dərzi işini öyrənmək üçün onun yanına göndərmiş və işdən sonra Şəbnəmi qardaşı Ayxan qarşılayıb aparmışdır. Bundan başqa Ayxanın ailəsi həmin illərə kimi onların məhəlləsində qonşuluqda yaşamış, bu kimi səbəblərdən aralarında münasibətlər yaranmışdır. Ayxan gəlib bacısı Şəbnəmi apararkən Xəzər TV-də “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm xanımın mühafizəçisi olduğundan, istənilən işin öhdəsindən gələ biləcəyindən danışmış, hətta, ona istənilən vaxt istənilən işi ondan xahiş edə biləcəyini demişdir. Həmçinin, Ayxan,Bakı şəhərində yüksəkvəzifəli şəxslərlə yaxın dostluğunun olduğu, prezidentin sürücüsünün qızı ilə nişanlandığını demişdir. 2019-cu ilin mart ayında Xoşqədəm xanıma bir həftəyə 17.000 manat pul lazım olduğunu deyərək ondan həmin məbləğdə pul istəmişdir Şamaxı rayonundakı ata yurdunu təmir etdirmək üçün uzun illər pul topladığını danışıqlarından Ayxanda eşitmişdir. Ayxanın səmimiyyətinə şübhəsi olmadan yaşadığı ünvanda ona 17.000 manat pul vermiş və bir həftə sonra Ayxan doğrudan da gətirib həmin pulu ona qaytarmışdır. Lakin, 3 gün sonra yenə evinə gələrək Xoşqədəm Hidayət qızı ilə birlikdə “Səni axtarıram” verilişi üzrə çəkilişlə bağlı Türkiyəyə getməyə hazırlaşdıqlarını, Xoşqədəm xanıma 10 gün müddətinə gedib-qayıtmağa 10.000 ABŞ dolları pul lazım olduğunu, qayıtdıqdan sonra üstündə əlavə hörmət edəcəyini deyərək qaytardığı 17.000 manat pulun ona verilməsini istəmişdir. Həmdə onu əmin etmişdir ki, Xoşqədəm xanım üçün aldığı pulu qaytarmaq problem deyil, bu insan aldığı pula görə artıqlaması ilə hörmət edir. Ayxanın dediklərinə inanıb bir neçə gün əvvəl qaytardığı 17.000 manat pulu əri Şahid11 iştirakı ilə yaşadıqları evdə sayıb Ayxana vermişdir. Ayxan pulu alıb getdikdən bir neçə gün sonra zəng edərək Xoşqədəm xanımla Türkiyədə olduğunu deyib onların orada qalması üçün 5.000 manat pul lazım olduğunu bildirərək həmin məbləği qardaşı və ya anasının vasitəsilə ona göndərilməsini xahiş etmişdir. Həmçinin danışarkən ona bildirmişdir ki,Xoşqədəm xanımla Türkiyədə gəlirli bir iş həll edib verdiyi pulları artıqlaması ilə əldə edib Bakı şəhərində pulları qaytaracaqdır. Ayxan xahişi əsasında 5.000 manat pulun 1700 manatlıq hissəsini qardaşı Aydına 3300 manatlıq hissəsini isə anası Aydangülə vermiş, aprel ayında Ayxana zəng edərək danışmış və onun Bakı şəhərində olduğunu bilmişdir. Pulların qaytarılması üçün onu görüşə dəvət etsə də Ayxan pulları onun kart hesabına göndəriləcəyini, əlində çox vacib və gəlirli işlərinin olduğu, heç bir narahatçılığın olmadığını demişdir. Növbəti günlərdə danışarkən Ayxan Bakı şəhəri, Binəqədi rayonu ərazisində “Yanar dağ” adlanan obyektinin olduğunu və həmin obyekti satıb onun pulumu verəcəyinə vəd vermişdir. Xoşqədəm xanımın adı ilə ondan pulları almasına görə Xoşqədəm xanıma mesajlar yazıb pulların qaytarılmasını xahiş etmiş və Xoşqədəm xanımdan isə ona pulların yaxın zamanlarda qaytarılacağına vəd verilərək gözləmək məsləhət olunmuşdur. 2019-cu ilin iyul ayında ona zəng edərək Ayxan obyektin sənədlərinin düzəlməsi və məhkəmə sənədləşməsinə lazım olan 6.000 manat pulu əldə edib ona veriməsini xahiş etmişdir. Onun obyekti və torpağının olmasına, onları satıb pullarını qaytaracağına inandığı üçün “Access Bank”-dan 6.000 manat kreditə götürüb yaşadığı ünvanda həmin məbləği Ayxana vermişdir. Ayxan pulu alıb apardıqdan sonra ona zəng edib sevinc və gülüşlə işlərinin həll olunmaq üzrə olduğundan məlumat vermişdir. Növbəti günlər ondan pulların qaytarılmasını üçün ona zəng etdikdə ona hansısa alqı-satqı müqaviləsinin şəklini göndərib məhkəmədə torpaq işini udmaq üzrə olduqlarını, bir az səbr etməyi, obyektin texniki şəhadətnaməsinin alınması üçün ona əlavə pul lazım olduğunu deyib məndən sənədlərin başa çatdırılması üçün pullar istəməyə başlamışdır. Bu məqsədlə o, ardıcıl olaraq hər gün ona 1500-2000 manat pulu Ayxanın göndərdiyi özünün, anası X27, Ceyhunə Alıyeva, X23, X6 hesablarına göndərmişdir. xx.xx.2019-cu il tarixdə onu görüşə dəvət edərək həmin günədək aldığı 49500 manat pulu qaytarmasını qəti tələb etmişdir. Ayxan onun evinə gələrək bir az səbr etmək lazım olduğunu deyib onu arxayın etmək üçün əlyazma formasında kağız yazıb guya Xoşqədəm xanım üçün almış olduğu 49.500 manat pulun 10 gün müddətində qaytarılacağına söz vermiş, hətta həmin pulların Xoşqədəm xanımda olduğunu bildirmişdir. xx.xx.2019-cu ildə Xoşqədəm xanıma mesajlar yazmış, pulunu tələb etmişdir. Həmin vaxt ona Xoşqədəm xanıma aid olduğunu bildiyi mobil nömrədən səsli və sözlü mesajlar daxil olmağa, səbirli olmağa çağırışlar daxil olmağa başlamışdır. Pullarının qaytarılmasına şəxsən Xoşqədəm xanım tərəfindən zamin durulması və səsli mesajlarla əmin edilməsin ilə arxayın olub Ayxanın növbəti pul istəmələrini də cavabsız qoymamış, 2019-cu ilin oktyabr ayınadək bibisi Qüdrətdən 3.000 ABŞ dolları, Qonşusu Fəridədən 2.000 manat, qardaşı İlqardan 3.000 manat, qonşusu Gülnarədən 1.000 manat,dayısı qızı Sədaqətdən 1000 manat, müştərisi Qəndabdan 1300 manat, Arzu adlı rəfiqəsindən 2500 manat və onlarla başqa yaxın tanış, qohum doğmalarından pullar götürüb Ayxanın göndərdiyi kart hesabına göndərmişdir. Manatla olan pulları kart hesabına göndərsə də ABŞ dolları ilə olan pullar taksi sürücüləri tərəfindən aparılaraq Ayxana çatdırılmışdır. Həmin vaxtlar qonşusu Zərərçəkmiş şəxs5 da ona məlum olmuşdur ki, onlardan da iş görmək və obyekt sənədləşdirmək adı ilə külli miqdarda pullar almışdır. 2019-cu ilin oktyabr ayınadək Ayxan ondan 65.400 manat pul alsa da bir manat olsun geri qaytarmamış və hər dəfə pulların qaytarılmasını istədikdə guya 340.000 manat dəyəri olan obyektini satıb bütün borcları ödəyəcəyini deməklə onu inandırıb arxayın etmiş və bu işi yarımçıq qoymamaq üçün ona pul göndərməsini istəmişdir. Ayxanın ondan aldığı pulların qaytarılması yenə bacısı, yaxın qohumlarından, tanıdığı şəxslərdən xeyli miqdarda pullar alıb ona göndərməkdə davam etmişdir. 2020-ci ilin yanvar ayından 2021-ci ilin yanvar ayınadək qonşusu Fəridə, Xuraman, Xanım, Nəcməddin, Minə, Tamilə, Tahirə, Ülviyyə, Nərgiz, Səadət, Bekar, Zemfira, Həmayıl, qohumu Gülşən, qaynı arvadı Rəhilə, qonşusu Tamara, şagirdi Sədaqət, qonşu Aşiqə, Mərdanəli müəllim, müştərisi Zərqələm, Könül, Səbinə, Minayə, oğlu Zöhrab, əri Azaddan müxtəlif məbləğlərdə pullar alıb Ayxana göndərmiş və ona göndərilən, taksi ilə aldığı, özünün birbaşa almış olduğu pulların cəmini şəxsən Ayxan özü siyahıya almış və195.000 manat təşkil etdiyi məlum olmuşdur. Ondan aldığı pulların 195.000 manat təşkil etdiyini bilsə də bu məbləğin qaytarılmasının onun üçün heç bir problem yaratmadığını demiş və həmin məbləği Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bazar Kompleksindəki 2 mərtəbəli ticarət obyektinin satılmasından, ən çox hallarda banka girov qoyub pul götürməsindən əldə etdiyi pullarla qaytaracağını əmin etmişdir. Bu məbləğin 65.400 manatı şəxsən özünün, 25.000 manatlıq hissəsini bacısı Nazirədən, 63.135 manatlıq hissəsi adlarını çəkmiş olduğu şəxslərdən, doğmalarından borc alıb Ayxana ümumilikdə 153.535 manat pul vermişdir. Ayxanın almış olduğu 195.000 manat pulun 41.465 manatlıq hissəsi isə onun vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Arzu Yusupovadan, yəni əhatəsində olan yaxın qonşu və qohumlarını aldatmaqla alıb ələ keçirmişdir. Onun vasitəsilə bacısı Nazirə ilə tanış olmuş, bacısına sosial ev, oğlunu işə düzəltmə, qızına tibbi sertifikat alma və bu kimi vədlər verib 30.000 manatadək ondan pul almışdir. Bacısının tanışlığı ilə başqalarından xeyli miqdarda pullar almış və həm onu həmdə başqalarına danışıb inandırmışdır ki, guya onun Nərimanov rayon ərazisində 3 mərtəbəli mebel dükanı var və həmin dükanı, həmçinin Nərimanov rayonu, Təbriz küçəsi, H.Əliyev kompleksi ilə üzbəüz yeni inşa olunmuş evin 13-cü mərtəbəsində olan 3 otaqlı evini, valideynlərinin yaşadığı ünvan 19 ünvanda “Oba MTK” tərəfindən inşa olunmuş evdə olan mənzillərini satıb aldığı pulları qaytaracaqdır. Sonradan mənə məlum oldu ki, Ayxan həmdə qonşuların Afaq və qızı Akifədən külli miqdarda pullar almış. Onlara da müxtəlif vədlər vermişdir. Ayxan aldığı pullara görə bu müddət ərzində ona hər hansı məbləğdə pul verməmiş, onunla heç bir işbirliyində olmamışdır. Pulun əksər hissəsini Xoşqədəm xanımın adından, müəyyən hissəsini sosial ev adı ilə, müəyyən hissəsini aldığı pulların qaytarılması üçün guya obyektinin sənədləşdirilməsi, bir hissəsini guya girov üçün banka ödəniş etmə və bu kimi adlarla alıb ələ keçirmiş, şəxsən ona 153.535 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2021-ci ilin yanvar ayında adını Ayxan kimi təqdim edən şəxs ***-***-**-** Votsap nömrəsindən zəng edərək telefon nömrəsini bacısı Aybənizin iş yoldaşı Nazirədən aldığını və ona 4 günlük müddətinə 5.000 manat pul lazım olduğunu bildirmişdir. Nazirəni bacısı Aybənizə görə tanıdığından Nazirənin nəyi olduğunu soruşduqda Ayxan özünü Nazirənin oğlu kimi təqdim etmişdir. Ayxan həmçinin bildirmişdir ki, ondan pulu borca istəyir, pulu ona qaytatacaq, ancaq onu təmənnasız 1 saylı ŞKX-na aşbaz işinə düzəldəcəkdir. Onu işə düzəldəcəyi və 4 gün ərzində pulu qaytaracağına inanaraq 2021-ci ilin yanvar ayının 1-ci həftəsində 700 ABŞ dolları əldə edib yaşadığı Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsi 43 ünvandakı 2 saylı yataqxananın qarşısında pulu Ayxana vermişdir. Təxminən 20 gün sonra Ayxanla Nərimanov rayonu, eyniadlı parkın qarşısında görüşərək Ayxana 1500 ABŞ dolları məbləğində pul vermişdir. 2021-ci ilin fevral ayının 1-ci həftəsində Ayxan sonuncu dəfə ondan yaşadığı evin qarşısındakı “Bravo” marketin yanında 500 ABŞ dolları ,ümumilikdə ondan 4240 manat pul alsa da vəd verdiyi 4 gün 40 gün, sonra aylara çevrilmişdir. Ayxanın onu aldatdığını başa düşdüyündən bacısı Aybənizə və Nazirəyə zəng edərək pulunun qaytarılmasında köməklik etmələrini xahiş etmiş, nəticədə ona 300 ABŞ dolları və 140 manat məbləğində pullar qaytarılsa da qalan pulları qaytarılmamış və bu səbəbdən hüquq mühafizə orqanlarına müraciət etməli olmuşdur. Hazırda Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı qismən ödəmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərdi ki, 1989-cu il doğum tarixli qızı Elnarə Nəsirova ilə birlikdə ünvan 20 ünvanda kirayədə yaşayır. 20 ildən artıq müddətdə küçə süpürməklə məşğuldur. Ermənistandan məcburi köçkün düşəndən kirayələrdə qaldığına görə həyatdan qəfil köçəcəyi və tənha qızının təkbaşına qalacağından nigaran olaraq manat, hətta qəpiklərlə 20.000 manat pul toplamış və həmin pula birotaqlı olsa da mənzil almaq fikrinə düşmüşdür. Bu barədə . M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan Minayə adlı tanıdığı qadının iştirakında güzəştli şərtlərlə ev olduğu halda ona məlumat verilməsindən danışmış və Minayənin vasitəsilə İradə adlı qadını tanımışdır.2021-ci ilin yanvar ayında Minayə ilə görüşlərindən birində ondan İradənin Ayxan adlı tanışının olduğu və sonuncunun Yasamal rayon ərazisində tikintisi aparılan sosial evlərdən güzəştli şərtlərlə mənzil təşkil edə biləcəyini öyrənmişdir. İradənin ona zəng etməsini xahiş etmiş və sonradan tanıdığı İradə adlı qadın ona zəng edərək Ayxan adlı tanışının olduğunu və bu şəxsin Yasamal rayon ərazisində ona mənzil təmin edə biləcəyini bildirmişdir. İradə ilə telefon danışıqlarından ona məlum olmuşdur ki, Ayxan ev üçün ondan da pul almış, hətta təklif olunan evin bir blokunu dost tanışlarına ayırmışdır. Hətta İradədən məlum olmuşdur ki, Ayxan onların evinin mebelinin onun tərəfindən alacağına vəd vermiş və onun da ev alanların sırasına qoşulması təklif olunmuşdur. İki otaqlı ev üçün 9000 manat məbləğində ilkin ödəniş etməyin lazım olduğunu bildikdə sevinmiş və həmin məbləğin ünvandan götürülməsini bildirmişdir.15 yanvar 2021-ci il tarixdə İradə özü onun evinə gələrək ondan Ayxana verməsi üçün 9.000 manat pulu alıb aparmış və pulun Ayxana göndərildiyini bildirmişdir. Aradan təxminən 10 gün keçmişdir ki, İradə ona zəng edərək Ayxanın deməsinə görə evin sənədləşməsi üçün 6.000 manat pul lazım olduğunu demiş və onun üçün ödənişin əvvəlcədən edilməsi yükünün azalması kimi anlayaraq İradəyə həmin məbləğində ünvandan götürüb Ayxana çatdırmasını xahiş etmişdir. 20 yanvar 2021-ci il tarixdə evinə gələrək İradə 6.000 manat pulu alıb aparmışdır. 2021-ci ilin fevral ayının 2-də İradə ona təkrar zəng edərək Ayxanın evin sənədləşməsinin hazır olduğunu və çatışmayan sənədlər üçün 5.200 manat pul lazım olduğunu deməsini ona bildirmişdir. İradəni Minayənin vasitəsilə tanıdığından onun səmimiliyinə inanıb evində qalan sonuncu 5.200 manat pulları Ayxana çatdırılması üçün ona vermişdir.10 fevral 2021ci il tarixdə İradə təkrar ona zəng edərək sənədlərin göötürülməsi üçün 300 manat pul lazım olduğunu demiş və artıq evinin hazır olmasına inanaraq evinin sonuncu pulunu da Ayxana çatdırılması üçün İradəyə vermişdir. 7 il müddətinə 2 otaqlı ev almaq adı ilə ondan alınmış pula görə yaxın zamanlarda evinin ona təslim ediləcəyini 2021-ci ilin mart ayına kimi gözləsə də ona heç bir məlumat verilməmiş və o, İradənin evinə gedərək Ayxanın mobil nömrəsini alıb ona zəng vurmuş və evini, yaxud 20.500 manat pulunu tələb etmiş, onu İradənin evinə dəvət etmişdir. Ayxanla görüşərək bir daha evini, yaxud pulunu ondan tələb etmişdir. Ayxan həftənin ikinci gününü gözləməyi xahiş etmiş və o, deyilən günü gözləsə də Ayxan nə onun nədə İradənin zənglərinə cavab verməmişdir. Sonradan ona məlum olmuşdur ki, Ayxan İradənin vasitəsilə daha bir neçə nəfəri ev almaq, işə düzəltmək, müalicə etmək adı ilə aldadıb pulunu alaraq ələ keçirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, uzun illərdir ki, Bakı şəhərində müxtəlif ünvanlarda ailə üzvlərilə kirayədə yaşamaqla, Bakı şəhəri,«Şamaxinka» adlanan ərazidə dönərçi işləyir. Bakı şəhərində taksi fəaliyyəti göstərən adı Fizuli kimi çağırılan dayısı Şahid8 2021-ci ilin iyun ayında anası bildirmişdir ki, daimi müştərisi olan Təqsirləndirilən şəxs adlı şəxs güzəştli şərtlərlə sosial evlərindən yaşayış sahəsi almağa köməklik edə bilər. Anası bu barədə ona və qardaşına bildirdikdən sonra o, Təqsirləndirilən şəxs ilə birlikdə görüşəcəyi məsələsinə dair dayısı ilə görüşüb görüş günü təyin etmişlər. X19 istifadəsində olan ***-***-**-** mobil nömrəsini almış və ona özünün istifadəsində olan ***-***-**-** mobil nömrəsindən zəng edərək onunla bu mövzuda danışmış və Ayxan adlı şəxs telefonda bu kimi məsələnin müzakirəsini doğru saymadığını deyərək onu Nərimanova rayonu , Ağa Nemətulla küçəsinə görüşə dəvət etmişdir. Növbəti gün o, anası Kəramətlə birlikdə Ayxanla görüşmək üçün Nərimanov rayonu, «Çin» restoranının arxasındakı «Araz» marketin qarşısına getmiş və orada sonradan tanıdığı Ayxan adlı şəxslə görüşmüşdür. Az sonra dayısı Əbdürrəhimdə onların olduğu görüş yerinə gəlmiş, Təqsirləndirilən şəxs «Araz» marketin üstündəki binada yaşadığını deyərək tanışı vasitəsilə Yasamal rayonu ərazisində tikilmiş sosial evlərdən 4-cü mərtəbədə qalmış 3 otaqlı mənzili 30 il müddətinə ayda 270 manat ödəməklə ilkin ödəniş 6700 manat olmaqla onlar üçün təşkil edə biləcəyini və Əbdürrəhimə görə bu evin başqasına qismət olmasını istəmədiyindən danışmışdır. Anası ilə o, Ayxanın təklifi ilə razı olsalar da Ayxandan həmin evi güzəştli şərtlərlə satan şəxslə onları görüşdürməsini xahiş etmiş lakin Təqsirləndirilən şəxs həmin mənzilə başqa alıcının da olduğunu, mənzili satan şəxslə onları yalnız sənədləşmənin sonunda görüşdürə biləcəyinə vəd vermiş və görüşdürməkdən imtina etmişdir. Bundan sonra o, anası ilə evə qayıtmış və mənzilə çatarkən Ayxan ona zəng edərək guya evi satan şəxslə danışdığını və şəxsin 6700 manat ilkin ödənişin çatdırılmasını istədiyini bildirmiş, Ayxana işə getdiyini və növbəti gün görüşəcəkləri barədə məlumat versə də Ayxan təkrar ona zəng edərək evin onların adına qeydiyyata alınmasının vacib olduğunu deyərək təcili 200 manat pul göndərilməsini istəmişdir. Özü işdə olduğundan Ayxanın ona göndərdiyi bank kart hesabını anası Kəramətə göndərmiş və anası Ayxanın beh adlandırdığı 200 manat pulu onun «Kapital Bank»a aid ********************nömrəli kart hesabına göndərmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə saat 12 radələrində dayısı ilə görüşüb Təqsirləndirilən şəxs ilə birlikdə 21 saylı notariusa getmiş və orada borc müqaviləsi bağlayaraq qalan 6500 manat pulu dayısı Şahid8 iştirakı ilə Təqsirləndirilən şəxs vermişdir. Həmin tarixdən sonra Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirməklə onları aldatmış, zənglərə cavab verməmiş, pulu aldıqdan sonra onunla görüşməkdən yayınmışdır. Təqsirləndirilən şəxs sosial şəbəkələrdə axtararkən onun ARB və Xəzər TV-lərdə işləməsi barədə statuslarla rastlaşsa da onun yaşayış yeri və digər əlaqələri barədə məlumat əldə edə bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, Ayxan Bakı şəhərində onun kimi daha bir neçə nəfəri bu üsulla aldadıb külli miqdarda pullarını ələ keçirib dələduzluq etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərdi ki, 2021-ci ilin təxminən fevral ayında bacısı Zərərçəkmiş şəxs8 ona zəng edərək bir nəfər Ayxan adlı qonşusunun ondan xeyli miqdarda pul aldığını və həmin pulları qaytarmaq üçün özünə məxsus obyekti satıb onun pullarını qaytaracağına söz verdiyini, Ayxan adlı şəxsə məxsus obyektin sənədləşdirilib satılması üçün ona təcili 2000 manat pul lazım olduğunu bildirmişdir. Ayxanın kim olduğunu, onun verilən pulları qaytarmaq imkanında olub-olmadığını soruşduqda bacısı Ayxanın Xəzər TV-də Xoşqədəm xanımla birgə işlədiyini, xeyirxah adam, kasıblara əl tutan, işsizlərə iş düzəldən adam olduğunu demişdir. Ayxanı tanımasa da barəsində bu cür təriflər deyilməsindən evdə işsiz olan oğlu Maqsudu Ayxanın vasitəsilə bir işə düzəltmək fikrinə düşmüşdür. Bacısından Ayxanın bu kimi işlərə qadir olub olmadığını soruşduqda İradə onun xeyirxah, tanınmış, qabiiyyətli, işə düzəltmək imkanında olduğunu demişdir. Bundan sonra bacısı yenə ondan Ayxanın obyektinin sənədləşməsi üçün əlavə 3500 manat pul istəmiş və o, bacısına həmin məbləğin 3.000 manatlıq hissəsini yaxın rəfiqəsindən borca alıb yaşadığı ünvanda çatdırmışdır. İki ay müddətində bacısı ondan hissələrlə ümumilikdə 25.000 manat pul almış, 2021-ci ilin mart ayında Ayxan adlı şəxs özü ona ***-***-**-** mobil nömrəsindən istifadəsində olan ***-***-**- ** mobil nömrəsinə zəng edərək nömrəsini bacısı İradədən aldığını deyərək oğlu Maqsudun işə düzəltmək istədiyini soruşmuşdur. Hətta, Ayxan guya əvvəllər M.Ə. Rəsulzadə qəsəbəsində yaşadığını və məhəllə uşağı kimi Maqsudu tanıdığını deyərək onu 4.000 manat İctimai Televiziyada 4-5 nəfər işçisi olan və yüksək maaş alan anbar müdirü kimi işə düzəldə biləcəyini demişdir. Ayxana inanaraq həmin məbləğin 2500 manatlıq hissəsini Ayxanın ona göndərdiyi “Kapital banka“aid **********734579 nömrəli kart hesabına yaşadığı ərazidəki “Ramin” marketdə quraşdırılmış Milliön ATM-dən göndərmişdir. Təxminən 5 gün sonra qalan 1500 manat pulu da Ayxanın bank kartına göndərmiş, 2021-ci ilin aprel ayının əvvəllərində Ayxan ona zəng edərək bir nəfər yaxın dostunun ucuz qiymətə “sosial” ev satdığını, başqasına qismət olası ev olmadığı üçün həmin evi ona məsləhət gördüyünü demişdir. Oğlunun evinin olmadığına görə Ayxanın təklif etdiyi evlə maraqlanmış və sonuncu ilkin ödənişin 12.000, aylıq ödənişin 500 manat olduğunu dedikdə bu şərtlərin onun büdcəsinə uyğun olmadığından Ayxanın şərtlərindən imtina etdiyindən Ayxan dərhal ev təklif edən şəxslə danışdığını və ilkin ödənişin 10.000 manat, aylıq ödənişin 300 manat olduğunu deyərək 3 gün ərzində evin pulunun köçürülməsini, əks halda evin başqasına satıla biləcəyini bildirmişdir. Evin aylıq ödənişinin onun büdcəsinə uyğun olduğu üçün 3 gün müddətində Ayxanın kart hesabına 10.000 manat pulu 2500 manat hissələrlə göndərmişdir. Təxminən bir həftə sonra Ayxan ona qızı Sura üçün tibbi sertifikat, həmdə “Təvəkkür” universitetindəki yaxın tanışı vasitəsilə 10.000 manata tibbi diplom ala biləcəyini vəd vermişdir. Qızının lazer aparatı işlətməsi üçün kursa getsə də ona sertifikat lazım olduğundan məcbur olub Ayxanın vədlərinə inanaraq təxminən iki həftə ərzində hissələrlə 300, 500, 1000, 2000, 3.000 və bu kimi rəqəmlər olmaqla istədiyi məbləği onun kart hesabına göndərmişdir. Həmin 10.000 manat pulun təxminən 800 manatını özünün göndərdiyi taksi sürücüsü vasitəsilə Ayxana göndərmişdir. Aradan təxminən bir ay keçmiş Ayxan ona zəng edərək guya onun üçün diplom düzəldən Cəmilə adlı qadının işdən çıxarıldığı, Cəmilənin yaxınlarından bir nəfərin vəfat etdiyini və onun dəfni üçün 1.000 manat pul lazım olduğunu demişdir. Ayxana inanıb qohum tanışlarından 1.000 manat pul əldə edərək onun kart hesabına göndərmişdir. Bir neçə gün sonra yenə ona zəng edərək həbsdə olduğu üçün kartından istifadə edə bilmədiyini, ona göndərdiyi X15 adına olan **********950119 kapital bank kart nömrəsinə 2.000 manat pul göndərilməsini və həbsdən çıxmasını xahiş etmişdir. Onun özünün ev məsələsi,qızının sertifikat məsələsi, oğlunun işinin yarımçıq qaldığı üçün narahat olub qonşuların qapısına düşüb 50,100 manat dilənməli olmuş və xx.xx.2021-ci il tarixdə kart hesabına 100, 50 manat olmaqla 250 manat pul göndərmiş, sonra iş yerinə Ayxanın göndərdiyi taksi sürücüsü vasitəsilə 1200 manat pul vermişdir. Növbəti gün Ayxan ona zəng edərək öz təşəkkürünü bildirmiş, bundan başqa 15 sentyabr 2021-ci il tarixdə Sumqayıt şəhərində Ayxan onun adına mobil telefon alıb qayıdarkən taksi ilə onu yaşadığı ünvan 16 ünvanda düşürərkən ona şad xəbər deyəcəyini, guya qızı üçün söz verdiyi tibbi sertifikatın hazır olduğunu, lakin sənədin götürülməsi üçün 1.000 manat pul lazım olduğunu deməklə yaşadığı evin həyətində ondan 1.000 manat məbləğində pul alaraq qayıdacağını desə də bir daha qayıtmamış və zənglərinə cavab verməmişdir. Həmçinin Təqsirləndirilən şəxs onun Aybəniz adlı iş yoldaşının Gülşən adlı bacısını işə düzəltmək adı ilə bir neçə dəfəyə ondan 2700 ABŞ dolları məbləğində pul alıb aldatmış, 2021-ci ilin mart ayından həmin ilin sentyabr ayının 15-dək Təqsirləndirilən şəxs ondan ümumilikdə 29,450 manat pul alaraq ələ keçirmiş və verdiyi vədə əməl etməmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 2008-ci ildən Zərərçəkmiş şəxs8 tanımış və həmin ildən onunla rəfiqə olaraq yaxın münasibətdə olmuşdur. 2019-cu ilin avqust ayında İradənin yaşadığı ünvan 6 ünvanda olarkən sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs adlı cavan oğlanı İradənin evində görmüşdür. Ayxan İradədən onun kim olduğunu və o, isə Ayxanın kim olduğunu İradədən soruşmuş və İradə onları tanış etmişdir. Bundan sonra Ayxan özü danışmışdır ki, Xəzər TV-də Xoşqədəm xanımın prodyusseri işləyir. Ayxan onun İradənin yaxın rəfiqəsi olduğunu bildikdə sosial evlərdə tanışı olduğunu, istənilən qohum əqrabaya, ev istəyən şəxslərə güzəştli şərtlərlə ev təşkil edə biləcəyini və lazım olduqda ona müraciət oluna biləcəyini bildirmişdir. Ümumi tanışlıqdan bir neçə gün sonra İradə ona zəng edərək Ayxanın Xoşqədəm xanımın adı ilə ondan xeyli məbləğdə pul aldığını, həmin pulları qaytarmaq üçün obyektini banka girov qoyduğunu, banka ilkin ödəniş üçün pul lazım olduğunu deyərək ondan borca pul istəmişdir. Rəfiqəsinin problemlərindən narahat olub onlara getmiş və Ayxanın onlarda olduğunu görmüş, nə baş verdiyini soruşduqda Ayxan İradədən qabaq and-aman etmişdir ki, pulların hamısı Xoşqədəm xanımdadır, ancaq onunda problemi çıxıb, bir yerdə işlədiklərinə görə və İradədən pullar onun vasitəsilə göndərildiyinə görə o, özü bütün pulları qaytaracaqdır. Bunun üçün özünün 340.000 manat dəyərində olan obyektini banka girov qoymuş, bütün zəruri sənədləşməni aparmış, ödənilməli pulun qaiməsi ona təqdim edilmiş, yalnız həmin pulun götürülməsi üçün banka kiçik məbləğlərdə ödəniş etməlidir. Ondan rəfiqəsi İradənin pullarının qaytarılması üçün bank ödənişinin edilməsinə 1000 manat məbləğində maddi dəstək olmasını xahiş etmiş və ona inanıb 2019-cu ilin avqust ayının təxminən 12-də İradənin yaşadığı ünvana gedərək Ayxanla görüşüb İradənin iştirakı ilə ona 1.000 manat pul vermişdir. Aradan təxminən 20-gün keçmişdir ki, 2019-cu ilin sentyabr ayının 03-də yenə İradənin evində görüşüb Ayxana əlavə 1.000 manat pul vermişdir. Həmin pulu Ayxan guya bankda nəisə sənəd problemlərinin həlli adı ilə istəyib ondan almışdır. 2019-cu ilin oktyabr ayının 05-də İradəyə zəng edib işin nəticəsi barədə soruşduqda hələdə bank işinin baş tutmadığını eşitmişdir. İradə ona Ayxanın guya bank qaiməsi adı ilə onun telefonuna göndərilmiş şifrəli qəbzi göndərib artıq işlərin həll olunmaq üzrə olduğunu demiş və bu qəbzlə bankdan 80.000 manat pul çıxaracağını bildirmişdir. Həmin gün Ayxan ona zəng edərək 700 manat pul lazım olduğunu dedikdə İradəyə görə həmin pulu verməyə razı olmuş və xx.xx.2019-cu il tarixdə ünvan 7 ünvanda 700 manat pulu şəxsən Ayxanın sürücüsü dediyi adını bilmədiyi şəxsin vasitəsilə özünə göndərmişdir. Təxminən 10 gün sonra həmin ünvanda ikinci dəfə sürücüsü vasitəsilə Ayxan ondan təkrar 700 manat pul almış, bundan başqa 07 noyabr 2019-cu il tarixdə tanımadığı və sürücü dediyi şəxsin vasitəsilə ondan 1800 manat pul almışdır. Bundan başqa 2020-ci ilin yanvarfevral aylarında Ayxan ona zəng edərək onun xatirində qalmayan bank kart hesabına pul göndərməyi xahiş etmiş və yaxın günlərdə İradənin pullarını qaytardıqda ondan aldığı pulları da qaytaracağını vəd etdiyindən ona inanaraq yaşadığı ərazidəki “Nihad” marketdəki Milliön ödəmə terminalından 240,130,420,75 manat pul göndərmişdir. 2019-cu ilin fevral ayının ikinci yarısında sonuncu dəfə Ayxan İradənin evində ondan 900 manat pul almış, artıq bu pulla bütün məsələləri həll edib hər şeyə son qovacağını demiş, lakin Ayxanın bütün bu kimi vədlərinə baxmayaraq onun dələduz olduğu sonradan ona məlum olmuşdur. Ayxan İradə və onun özündən başqa daha onlarca insanları bu kimi üsullarla aldadıb külli miqdarda pullarını ələ keçirmiş, ümumilikdə ondan 6965 manat məbləğində pul alaraq ona xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmədə ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, yaşadığı mənzil sahəsinin kiçik olmasından əziyyət çəkdikləri üçün güzəştli şərtlərlə satılan evlərdən yaşayış sahəsi almaq istəmişdir. 2020-ci ilin sentyabr ayında qonşu məhlədə yaşayan, dərzi kimi işləyən Zərərçəkmiş şəxs8 adlı xanımla görüşən zaman ona Ayxan adlı tanışı olduğu və bu şəxsin Bakı şəhəri, Yasamal rayonu, Asan Xidmətin arxasındakı ərazidə tikintisi aparılan yerdə inşa olunan sosial evlərdən ucuz qiymətə kreditlə ev təşkil edə biləcəyindən danışmışdır. Ayxan adlı şəxsi bir dəfə İradənin evində uzaqdan görmüş, onunla hər hansı münasibəti olmamış, İradəni tanıdığından Ayxanın mobil nömrəsini alaraq onunla bu mövzuda söhbət etmişdir. Ayxanla danışarkən onun ünvanını soruşduqda özünün də M.Ə.Rəsulzadə qəsəbəsində yaşadığını, onun bütün xahişlərini ona sərf edən qaydada həll edə biləcəyini demişdir. Ona 30 il müddətinə 2 otaqlı mənzil təşkil etməsini xahiş etdikdə Ayxan özü Xoşqədəm xanımla çalışdığını, sosial evlərin tikintisində çalışanlardan onun yaxın dostlarının olduğunu, onun da adının həmin tikintidə qeydiyyata alındığını və ona hörmət olaraq başqalarına nisbətdə aşağı qiymətə və sərfəli şərtlərlə mənzil təşkil edə biləcəyini bildirmişdir. İlkin ödəniş olaraq 6500 manat pul ödəmək lazım olduğunu dedikdə bu barədə məsləhətləşib cavab deyəcəyini bildirmiş və növbəti gün Ayxana zəng edərək ilkin ödəniş edə biləcəyini və bunun üçün onunla görüşmək istədiyini demişdir. Ayxan ona adının qeydiyyata alınması üçün şəxsiyyət vəsiqəsinin surəti və pulu göndərdiyi taksi ilə ona çatdırılmasını xahiş etmişdir. Onunla danışıqdan sonra əlində olan 2000 manat pulu şəxsiyyət vəsiqəsinin surəti ilə birlikdə 2020-ci ilin sentyabr ayının təxminən 10-cu günündə evinin qarşısındakı Əli Məmmədov küçəsində Ayxanın göndərdiyi sonradan adı məlum olan Ramiz adlı sürücü dediyi şəxsə vermişdir. Az sonra Ayxan özü ona zəng edərək pulu və sənədi aldığını, pulun qalan 4500 manatlıq ilkin ödənişini göndərməyimi istədi. Təxminən 10 gün sonra yaşadığı evin qarşısında 4.000 manat pulu Ayxanın göndərdiyi Ramiz adlı sürücüyə vermiş, bu dəfədə Ayxan zəng edib pulun çatdığını ona bildirmişdir. Təxminən 4 gün sonra Ayxan ilkin ödəniş adı ilə ondan istədiyi 6500 manat puldan ödənməmiş qalan 500 manat üçün öz adına olan şifrəsini xatırlamadığı kart nömrəsini göndərmişdir ki pulu həmin hesaba göndərsin. O da həmin hesaba 500 manatı göndərmiş, bundan sonra o, Ayxana zəng edib onunla görüşmək və adına qeydiyyata alınmış olduğu evə baxmaq istədiyini bildirmişdir. Hər dəfə vacib işlərinin və görüşlərinin olduğunu deməklə başqa vaxtda evi göstərəcəyini deməklə onu aldatmağa başlamışdır. Demək olar ki, o aylarla ona zəng edib görüşmək istəsə də ondan qaçmağa başlamışdır. Belə olan halda onun şəxsiyyət vəsiqəsini göndərməsini xahiş etmiş və o, sürücüsü vasitəsilə onun şəxsiyyət vəsiqəsini özünə göndərmişdir. Növbəti zənglərin birində ona söz vermişdir ki, sənədlər də bir az çatışmazlıqlar var düzəldən kimi dərhal aparıb evi ona göstərəcəkdir. Sonradan onu bu kimi bəhanələrlə aldatmağa davam etdiyindən ona zəng edib pulunun qaytarılmasını istəmişdir. Dəfərlərlə guya pulu qaytaracağı adı ilə görüş yeri təyin edib görüşə gəlməmiş, onun dələduz olduğunu görüb bu barədə İradə adlı qonşusuna öz narazılığını bildirmişdir. İradə xanımda ona zəng edib onun pulunun qaytarılmasını təkid etmiş, Ayxan İradəyə də müxtəlif bəhanələr uydurub onları yola verməklə pulunu qaytarmamışdır. Sonralar eşitmişdir ki, İradə xanımdan da külli miqdarda pul alıb, onu və digər çox sayda insanları da dələduzluq yolu ilə aldatmışdır. Ayxanın dələduzluq hərəkəti nəticəsində ona 6500 manat məbləğində maddi ziyan vurulmuşdur. Məhkəmədə ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 1988-ci ilədək Ermənistan Respublikasında yaşamış həmin ildən qaçqın olaraq Bakı şəhərində məskunlaşmışdır. Bir qız və bir oğul övladı olmuşdur. X18 1981-ci il doğum tarixlidir. 2017-ci ildən başında bədxassəli şiş olduğuna görə həkimlər ona 4-cü dərəcəli onkoloji xəstə diaqnozu qoymuşlar. Bu vaxta kimi iki dəfə oğlunun başında əməliyyat aparılmış və bu əməliyyatlardan biri Türkiyədə ikincisi Bakı şəhərində aparılmışdır. Buna baxmayaraq oğlunun səhhətində heç bir irəliləyiş olmamış və onun müəlicəsini davam etdirmək məcburiyyətində qalmışdır. Özü bazarda kartof, göy-göyərti satdığından onkoloji xəstənin müalicəsinə pul tapa bilməmişdir. Bütün qohum əqrəba və doğmaları ona bu işdə maddi köməklik göstərmişlər ki, oğlunu Türkiyə Cümhuriyyətinə aparıb şüa müalicəsi qəbul etsin. 2021-ci ilin fevral ayının birinci yarısında baldızı Minayə ona Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsində yaxın məhəllədə İradə adlı bir dərzi qadının Ayxan adlı tanışı var ki, Xoşqədəm xanımın işçisidir, xeyirxah adamdır, onun X8 şəhərində dünya səviyyəli tanış həkimi var ki, Ayxan özü Xoşqədəm xanımla köməksiz xəstələrin müalicəsinə birlikdə köməklik göstərib xeyriyyə işləri görürlər, oğlunu İstanbul şəhərinə göndərib müalicəsini edə bilmələrindən danışmışdır. Bu məsələni eşitdikdə Zərərçəkmiş şəxs8 adlı dərzi qadınla görüşüb bu barədə söhbət etmiş və Ayxan barədə maraqlandıqda İradədə həmin şəxsin xeyirxah, işgüzar adam olduğunu təsdiq etmişdir. İradə ilə danışdıqdan sonra xəstə oğlu Ruslanla danışmaq qərarına gəlmiş və onun Türkiyəyə müalicə üçün göndərilməsinə razılaşmışlar. Bu məqsədlə o, İradə ilə yaşadığı evin qarşısında görüşüb Ayxana verilməsi üçün 4.000ABŞ dolları( 6800) manat və əlavə 6500 manat, ümumilikdə 13.300 manat pul vermişdir. xx.xx.2021-ci il tarixdə Ayxan oğlu Ruslana və onun dostu Vüqara aviabilet almış və özü şəxsən onları İstanbul şəhərinə yola salmışdır. Həmin gün ona məlum olmuşdur ki, İstanbul şəhərində onları qarşılayan olmamış və onlar hava limanında qalmışlar. Bu barədə İradənin vasitəsilə Ayxanla danışmış və sonuncu Bakı şəhərində vacib işlərinin olduğunu ,yaxın günlərdə İstanbul şəhərinə gedəcəyi və xəstə ilə özü məşğul olacağını desə də onları aldatmışdır. Oğlu ilə əlaqə saxlayaraq onların Mehmanxanaların birində yerləşməsini istəmiş və onlar xx.xx.2021-ci il tarixədək İstanbul şəhərində qalmışdır. Aldandığı ona aydın olduğundan İradənin evinə gedərək Ayxanla əlaqə saxlamış və sonucu onun Bakı şəhərinə qayıtması üçün bank kartına 1.000 ABŞ dolları pul göndərmişdir. Əlavə olaraq oğluna özü 2.000 manat pul göndərmiş və onlar Bakı şəhərinə qayıtmışlar. xx.xx.2021-ci il tarixdən etibarən İradənin evinə gedərək Ayxandan onun pullarının alınıb qaytarılmasını tələb etsə də Ayxan guya özünün 340.000 manat dəyərində obyekti var və həmin obyekti satmağa qoyub, yaxın vaxtlarda onun özündən və ondan almış pulları qaytaracaqdır. İradəyə verdiyi 13.300 manat pulu nə vaxt və harada Ayxana verildiyini görməsə də oğlu Ruslan Türkiyədən qayıdandan sonra oğlunun telefonuna zəng vurarkən onunla danışmış və ona vəd vermişdir ki, hələlik qaytarmağa pulu yoxdur, yaxın günlərdə ona 3.000 manat pul göndərəcəkdir. Sonradan Ayxanın həbs olunduğunu eşitdikdə Ayxan onlarla şəxsləri aldadıb külli miqdarda pulları dələduzluq yolu ilə ələ keçirdiyi ona məlum olmuşdur. Məhkəmədə ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxsi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan baldızı Zərərçəkmiş şəxs8 vasitəsilə tanımışdır. Belə ki, İradədən ona məlum olmuşdur ki, Ayxan 2019-cu ilədək onların məhəlləsində yaşamış, Şəbnəm adlı bacısı onun dərzilik etdiyi yerə şagird kimi öyrənməyə gəlib getmişdir. Baldızıgilə gəlib gedərkən Şəbnəm adlı qızı da onlarda görmüş, ancaq onunla heç bir münasibət qurmamışdır. 2021-ci ilin fevral ayında baldızı İradəgildə olarkən onunla söhbət zamanı özünə iş axtarması, bir nəfərin ona iş söz verib ancaq hələdə alınmamasından danışmışdır. Söhbət əsnasında İradə ona Ayxan adlı keçmiş qonşularının olduğunu və işədüzəlmədə ona ancaq Ayxanın kömək edə biləcəyini demişdir. İradənin vasitəsilə Ayxana zəng edərək İradənin qardaşı arvadı olduğunu deməklə özünü təqdim etmişdir. Ayxan onu çox mehriban qarşılamış və onunla iş barədə söhbət edərək iş axtardığını demişdir. Ayxan hazırda ARBTV-də çalışdığını, öz bacısını da ora işə düzəltdiyini, həmin televiziyada təsərrüfat bacısı işinə düzəldə biləcəyini və bu iş üçün 4500 manat pul lazım olacağını demişdir. Ayxanın onu aldatmadığına inanaraq təklifi ilə razı olmuş və dediyi məbləği vermək istədiyini demişdir. 2021-ci ilin fevral ayının ikinci yarısında 4.500 manat pulu İradənin yaşadığı M.Ə.Rəsulzadə qəsəbəsi A.Nemətulla küçəsi ev 3 ünvana gətirərək İradəyə vermiş və Ayxana zəng edib pulu gətirdiyi barədə məlumat vermişdir. Ayxan isə İradədə bank kart nömrəsinin olduğunu və pulu həmin kart vasitəsilə göndərilməsini bildirmişdir. Bundan sonra İradə ilə birlikdə yaxınlıqdakı M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məmmədov küçəsi 17A ünvanda yerləşən minimarketdəki Milliön ATM-dən Ayxanın kart nömrəsinə göndərmişdir. Pulu İradəyə vermiş və sonuncu onun iştirakında həmin pulu Ayxanın kartına göndərmiş və bu barədə onun özünə məlumat vermişdir. Ayxan pulu aldığını təsdiq etdikdən sonra 20 gün müddətində işə çıxacağınına vəd vermişdir. 20 gün vaxt keçdikdən sonra ona özü zəng vurmuş və Ayxan işin hazır olduğunu, müdiriyyətin ona yaxın günlərdə zəng edəcəyini bildirmişdir. 2021-ci ilin mart ayına kimi Ayxan bu işi uzatmış və hər dəfə müxtəlif bəhanələr deməyə başlamışdır.2021-ci ilin mart ayının ikinci yarısında Ayxana zənglər edib işinin nəticəsini istəmiş, əks halda pulunun qaytarılmasını tələb etmişdir. Ayxan ona yalvarmaqla guya işin düzəlməsinə söz vermiş müdiriyyəti dəyişmişlər, pulda həmin müdir də qalmış, pulu alıb verə bilməsə özünün 340.000 manat dəyərində obyektini satıb onun və qeyrilərinin pullarını qaytaracaqdır. Bu dəfədə o, Ayxana inanıb onu gözləsə də sonuncu onu aldatmışdır. 2021ci ilin mart ayının sonlarında təkrar İradənin evinə gedərək Ayxandan onun pulunun alınıb qaytarılmasını tələb etmiş və İradə ona zəng edib pulun qaytarılmasını istəsədə ona da eyni qaydada yalan vədlər verib aldatmış, 340.00 manat dəyərində olan obyektinin satışı üçün sənədləşmə hazırlamaqla məşğul olduğunu demişdir. Hətta 340.000 manat dəyərində hansısa qaimənin şəklini İradənin telefonuna göndərib yaxın günlərdə bankdan kredit götürəcəyini deyərək rüsum ödənişi üçün 3.000 manat pul lazım olduğuna inandırmış, pulları cəm şəklində qaytaracağına and içmişdir. Onun vədlərinə inanıb Ayxanın istədiyi məbləği İradə ilə birlikdə Ə.Məmmədov küçəsi 17A ünvanda yerləşən marketdəki Milliön ATM-dən Ayxanın kart hesabına göndərmişdir. Bununla da Ayxan ondan ümumilikdə 7.500 manat məbləğində pul almışdır ki, nəticədə onun dələduz olduğu, ondan başqa onlarla şəxsi, eləcə də İradənin özünü, Afaq, Akifə adlı qonşuları aldadıb külli miqdarda pullarını ələ keçirdiyi ona məlum olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Ramis Bayram oğlu ifadəsində göstərdi ki, 30 ildir ailə üzvləri ilə Bakı şəhərində yaşayır, taksi fəaliyyəti ilə məşğul olub ailəsinin maddi təminatını qarşılayır. Təqsirləndirilən şəxs iki ildən artıqdır ki, tanımış, həmin vaxtlar Ayxan onun yaşadığı ünvan 23 ünvandakı 18 mərtəbəli binanın 18-ci mərtəbəsində 2 otaqlı evdə tək kirayədə yaşamışdır. O da həmin vaxt binanın həyətində idarə etdiyi “Hyundai-Azera” markalı 90VV086 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə dayanıb müştəri gözlədiyi üçün Təqsirləndirilən şəxs də onun avtomobilindən taksi kimi istifadə etmişdir. Tanışlıq zamanı Ayxan ARB televiziya şirkətində rejissor işlədiyini, Elgizlə birlikdə çalışdığını bildirmişdir. Ayxan onun avtomobilindən istifadə edərkən yolda evsiz-eşiksiz birini görüb onun fotoşəklini çəkmiş və həmin şəxsə maddi və mənəvi dəstək göstərəcəyini demiş və sonra guya həmin şəxsə lazımi köməkliklər göstərdiyini, qohum əqrabası ilə görüşdürdüyünü demişdir. 2018-ci ilin sonları və 2019-cu ilin əvvəllərindən başlayaraq Ayxanın vasitəsilə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan Afaq, onun qızı Akifə, qonşularında yaşayan İradə adlı qadını tanımış, Ayxanı Afaqgilin evində görmüş, bir neçə dəfə Ayxan Afaqgilin evindən zəng edərək onu həmin ünvana dəvət etmiş və müxtəlif ünvanlara aparılmasına sifariş etmişdir. 2019-cu ilin sonlarında Ayxan onu Afaqın evinə dəvət edərək onu ATV televiziyasına göndərərək orada işlədiyini dediyi Akifə adlı gənc qızdan pul alıb gətirməyini xahiş etmişdir. O da həmin ünvana gedərək Afaqın qızı olduğunu bildiyi Akifədən Ayxana verməsi üçün 4500 manat pul alıb Akifənin öz evində Ayxana çatdırmışdır. 2020-ci ilin yay və payız aylarında, 2021-ci ilin əvvəllərində Ayxan onun taksi avtomobilindən istifadə edib dəfələrlə İradə adlı paltartikən dərzi qadının evinə gedib və ondan məbləği xatirində qalmayan pullar almışdır. Dəfələrlə ona zəng edib tapşırıb ki, İradədən, Afaqdan məbləğini bilmədiyim pulları alıb ona çatdırmış, o da Afaqdan, İradədən Ayxana çatdırılması üçün verdikləri, çox vaxt dollarla olan pulları alıb şəhərin müxtəlif yerlərində Ayxana çatdırmışdır. 2020-ci ilin aprel ayında Ayxan bir dəfə onun avtomobili ilə İradəyə aid olduğunu etimal etdiyi zinyət əşyalarını Bakı şəhəri, Memar Əcəmi metrostansiyası ətrafına apararaq oradakı lombarda girov qoyub pul götürmüşdür. Ayxanla tanış olduğu müddətdə anası Aydangülü, atası İsmayılı, qardaşı Aydını tanımış, bacısı Şəbnəmi ARB televiziya şirkətində görmüşdür. Şəbnəmi bir neçə dəfə iş yerinə aparmış, anası Aydıngül də onun avtomobilindən bir neçə dəfə istifadə etmişdir. 2021-ci ilin yay aylarından Ayxanın mobil telefonunun bağlı olduğunu aşkar etmiş və ona 600 manat zəhmət haqqı borclu qalmışdır. Telefonunun bağlı olduğunu gördükdə İradənin evinə gedərək onunla maraqlandıqda İradənin də Ayxanı axtardığını, Ayxan onu, Akifəni, Afaqı və başqalarını aldadaraq xeyli miqdarda pul, zinyət əşyalarını ələ keçirdiyi ona məlum olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, iki oğlu və özü Bakı şəhərində uzun müddətdir ki, kirayədə yaşadıqlarından sərfəli şərtlərlə sosial evlər və ya ipoteka yolu ilə özlərinə mənzil almaq istəmişdir. 2021-ci ilin iyun ayında Bakı şəhərində taksi fəaliyyəti göstərən qardaşı Fizuli ləqəbi ilə çağırılan Şahid8 daim müştərisi olan Təqsirləndirilən şəxs adlı şəxsin güzəştli şərtlərlə sosial evlərindən onlara yaşayış evi almasına yardımçı ola biləcəyini demişdir. Onun bu məlumatı əsasında oğlu Habil Ayxan adlı şəxslə telefonda danışmış və sonuncu onu Nərimanov rayonu ərazisinə dəvət etmişdir. Oğlu Habillə birlikdə Nərimanov rayonu, Ağa Nemətulla küçəsində Təqsirləndirilən şəxs adlı şəxslə görüşmüş və az sonra qardaşı Əbdürrəhimdə onların olduğu yerə gəlmişdir. Söhbət zamanı Ayxan tanışı vasitəsilə Yasamal rayonu ərazisində tikilmiş sosial evlərdən 4-cü mərtəbədə 3 otaqlı mənzili 30 il müddətinə ayda 270 manat ödəməklə ilkin ödəniş 6700 manat olmaqla onlara təşkil edə biləcəyini demiş və onlar həmin şəxslə tanış etməsini xahiş etdikdə Təqsirləndirilən şəxs özünün Xəzər TV-də, qardaşının DTX-da, anasının müəllimə, atasının Bələdiyyə sədri işlədiyi və pula ehtiyyaclarının olmadığı və kimsəni aldatmağa fikrinin olmadığını, yalnız evin sənədləşdirilməsi zamanı həmin şəxslə onları görüşdürə biləcəyini demiş, qısa müddət ərzində bu işə müsbət cavab deyilmədiyi halda başqasına veriləcəyini bildirmişdir. Onlar bu haqda düşünəcəklərini deyib evə qayıtmış, oğlu Habil işinə getmiş və az sonra Habil ona zəng edərək Ayxanın guya ev satan şəxslə danışdığı, evin ilkin ödənişi olan 6700 manat pulun təcili çatdırılmasını deməsi barədə ona məlumat vermiş, həmçinin evin onların adına sənədləşdirilməsi üçün ilkin olaraq həmin məbləğdən 200 manat beh formasında pul göndərilməsini istədiyini bildirmişdir. Həmin gün,yəni xx.xx.2021ci il tarixdə saat 21:37-də Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, «Neptun» marketdə quraşdırılmış eManat ödəniş terminalından Təqsirləndirilən şəxs «KapitalBank» kartının ******************** hesabına 200 manat məbləğində pul ödəmiş və qalan 6500 manat məbləğində pulu isə növbəti gün,xx.xx.2021-ci il tarixdə saat 12 radələrində oğlu Zərərçəkmiş şəxs3la qardaşı Şahid8 Təqsirləndirilən şəxs ilə görüşərək Ayxanın təklifi ilə 21 saylı notariat kontorunda kredit müqaviləsi bağlamaqla 6500 manat pulu Təqsirləndirilən şəxs vermişlər. Həmin tarixdən sonra Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirməklə onları aldatmış və oğlu Habil Təqsirləndirilən şəxs sosial şəbəkələrdə axtararkən onun ARB və Xəzər TV-lərdə işləməsi barədə statuslarla rastlaşsada onun doğru dürüst iş yeri və ünvanını tapıb onunla görüşə bilməmiş vəpulunu geri ala bilməmişdir. Oğlu Habil, qardaşı, hətta özü dəfələrlə Ayxanın istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələrinə zənglər etsə də sonuncu onların zənglərinə cavab verməmiş, verdiyi vədə əməl etmədən onlara qarşı dələduzluq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 20 ildən artıqdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məmmədov 10 ünvanda yaşadığından sakinlərin əksəriyyətini, o, cümlədən Təqsirləndirilən şəxs, atası İsmayılı, anası Aydıngülü, qardaşı Aydını, bacısı Şəbnəmi məhəllə sakinləri kimi tanımışdır. Təxminən iki il olar ki, Ayxan və ailəsinin onların məhəlləsindən köçdükləri ona məlum olmuş, özü fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olduğundan Ayxanı əvvəllər işlədiyi Xəzər TV-yə, bacısı Şəbnəmi ARB televiziyasına, qardaşı Aydını əvvəllər işlədiyi DTX-nin inzibati binasının qarşısına aparmışdır. Ayxan özü avtomobilinin xidmətindən istifadə etmiş, 2020-ci ilin yay və payız aylarında, 2021-ci ilin əvvəllərində Ayxan onun taksi avtomobilindən istifadə etmişdir. Həmin aylar ərzində Ayxan ona zəng edərək onun özünün də tanıdığı İradə adlı qonşu küçədə yaşayan qadının evinə gedərək onun verəcəyi pulu alıb ona çatdırmağı sifariş vermişdir. Ara məsafələrlə bir neçə dəfə bu hallar təkrar olunmuş, İradənin Ayxana göndərdiyi 500,1000, 1500, hətta 1000 ABŞ dolları ,bəzi hallarda məbləğini bilmədiyi pulları kağıza bükülü formada ona vermiş və oda öz növbəsində Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən “Zirvə” restoranı qarşısında Ayxanla görüşüb ona çatdırmışdır. 2020-ci ilin yay-payız aylarında bir neçə dəfə Ayxan onu Nərimanov rayonu, eyniadlı metrostansiyası qarşısına göndərmiş və həmin yerdən tanımadığı şəxslərin ona verdiyi 500,1000 manat məbləğində pullar vermiş və oda öz növbəsində Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində Ayxana çatdırmışdır. 2020-ci ilin yay aylarında Ayxan tərəfindən Səbail rayonu, Patamdar qəsəbəsinə göndərilmiş və orada tanımadığı bir kişi Ayxana çatdırılması üçün 1000 manat pul vermişdir. 2020-ci ilin son aylarında Ayxanla əlaqəsi kəsilmiş və sonuncu onun avtomobilindən taksi kimi istifadə etməmişdir. Son vaxtlar məhəllədə ona məlum olmuşdur ki, Ayxan daim gedib-gəldiyi, çörəyini yediyi Afaq, Akifə adlı ana-bala seyid insanların külli miqdarda pullarını aldadaraq ələ keçirmişdir. Bu kimi məlumatları eşitsə də kimdən konkret hansı məbləğdə pullar aldığını bilməmiş, İradə adlı qonşu məhəllədə yaşayan qadından da külli miqdarda pul alıb ələ keçirdiyini və həmin şəxslərin şikayətləri əsasında həbs olunduğunu eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs adlı şəxsi təxminən iki il olar ki, tanımışdır. 2019-cu ilin əvvəllərində özünə məxsus Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi ünvanda yerləşən 20 mərtəbəli 4 bloklu yaşayış evinin 4-cü blokunun 17-ci mərtəbəsində 3 otaqdan ibarət 402-ci nömrəli mənzil sahəsini kirayəyə vermişdir. Həmin vaxt Ayxan və ailə üzvlərinin onun yaşadığı binanın 20ci mərtəbəsində kirayədə yaşadıqlarını özlərindən bilmişdir. O, vaxt Ayxanın anası Aydıngül onun evini kirayəyə verdiyini bilərək ondan mənzilə baxmaq istədiyini bildirmiş və baxdıqdan sonra oğlu Aydınla ayda 700 manat kirayə haqqı ödəməklə razılaşıb evi onlara kirayəyə vermişdir. Həmin vaxt Ayxan Xoşqədəm xanımla Xəzər TV-də çalışdığını, bacısı Şəbnəmin ARB televiziyasında çalışdığını, qardaşı Aydının isə DTX-də işlədiyini bildirmişdir. Onların normal ailə olduğunu düşünərək evi onlara kirayəyə vermiş və aylıq pullarını onun şifrəsi xatirində qalmayan pensiya kartına Ayxan özü göndərmişdir. Ayxan və ailə üzvləri onun evində 4-5 ay müddətinə kirayədə yaşayıb başqa ünvana köçmüş, evini təhvil verib getdikdən sonra demək olar ki, onlarla heç bir əlaqəsi ünsiyyəti olmamışdır. Binəqədi RPİnin İŞ-nə dəvət olunarkən Ayxanın bir neçə şəxslərin etibarından sui-istifadə edərək külli miqdarda pullarını alıb ələ keçirməklə aldatdığı məlum olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, təxminən iki il olar ki, özünə məxsus “Mersedes-Benz”C klass markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. Daimi olaraq yaşadığım ünvan 26 ünvanın yaxınlığında dayanıb müştəri gözləyir. Təqsirləndirilən şəxs adlı şəxsi müştəri kimi tanımışdır.2021-ci ilin təxminən aprel ayında Ayxan ona müştəri kimi müraciət edib və onu sifariş verdiyi ünvana aparmışdır. Bundan sonra Ayxan mütəmadi olaraq onun avtomobilinin taksi xidmətindən istifadə etməyə başlamışdır. İlk tanışlıq zamanı ona ATV telekanalında işlədiyi, reklam işlərinə baxdığı, lazım olarsa oğlunu ayda 600 manatlıq maaşı olan işə düzəldə biləcəyini demişdir. Həmin vaxt oğlu DİO-na işədüzəlmək istədiyindən müvəqqəti olaraq Ayxanın təklifinə çoxda əhəmiyyət verməmişdir. Lakin, 2021-ci ilin iyun ayının son günlərində Ayxan onaYasamal rayon ərazisində tikilən sosial evlərdə mənzil paylanması işinə baxanlardan bir nəfər yaxın tanışının olduğu, hazırda həmin tanışında 3 otaqlı evin olduğu, qohum tanışlarından istəyən olarsa bu barədə onlara məlumat verilməsini ona demişdir. Uzun müddətdir ki, bacısı Kəramət və yaşı 30-35 olan oğlanları ilə kirayələrdə qaldıqlarına görə bu barədə bacısı və oğlanları Habil, Hafizlə məsləhətləşmişdir. Bacısı Kəramət sərfəli şərtlərlə verildiyi halda ev almaq istədiklərini bildirmiş və Ayxanın mobil nömrəsini alaraq onunla danışmışdır. Ayxan telefonda danışarkən 30 il müddətində ayda 270 manat ödəmək şərti ilə 3 otaqlı evin olduğunu, lakin daha ətraflı görüşüb danışmaq lazım olduğunu deməklə Habili görüşə dəvət etmişdir. Habillə anası Kəramət Nərimanov rayonu, ”Çin ”restoranı deyilən yerə gedərək Ayxanla görüşmüş və az sonra özü də onların Ayxanla görüşdüyü Nərimanov rayonu, A.Nemətulla küçəsində yerləşən Araz marketin qarşısında görüşmüşdür. Görüş zamanı Ayxan bir daha bacısı və oğluna , tanışı vasitəsilə Yasamal rayonu ərazisində tikilmiş sosial evlərdən 4-cü mərtəbədə 3 otaqlı mənzili 30 il müddətinə ayda 270 manat ödəməklə ilkin ödəniş 6700 manat olmaqla təşkil edə biləcəyini demiş və o, bacısı, oğlu Habil onların ev satan şəxslə görüşməsinin təşkil edilməsini xahiş etmişlər. Lakin, Ayxan bunun mümkün olmadığını, tanışının heç kimlə görüşmək istəmədiyini, yalnız sənədləşmə zamanı onlarla görüşəcəyini demişdir. Hətta özünün Xəzər TV-də, (əvvəl ATV-də işlədiyini deyirdi) qardaşının DTX-da, anasının müəllimə, atasının Bələdiyyə sədri işlədiyini deyərək onun kimsə tərəfindən aldadılmasının mümkün olmadığını, sadəcə həmin evin yaxın dosta və qohuma qismət olmasını istəməsindən danışmışdır. Bundan sonra onlar ilkin ödəmə adı ilə deyilən 6700 manat pulu ödəməyə razılıq vermiş,lakin bu pulların notarial qaydada rəsmiləşdirilməsini istəmişlər.Bundan sonra onlar ayrılıb getmiş və axşam radələrində Ayxan ona zəng edərək guya Türkiyədə olduğunu və onun üçün 400 manat pul göndərilməsini istəmiş və o, da bu barədə bacısı oğlu Habilə demiş, sonuncu anasının vasitəsilə Ayxanın bank kartına 200 manat pul göndərmişdir.xx.xx.2021-ci il tarixdə sat 12 radələrində bacısı oğlu Habillə birlikdə Ayxanla Nərimanov rayon ərazisində görüşərək 21 saylı notariat kontoruna daxil olub onunla kredit müqaviləsi bağlamaqla Habil ona 6500 manat pul vermişdir. Pulu alandan sonra Ayxan uzağı bir ay ərzində evin sənədləşməsinin baş tutacağına söz verib onları arxayın etmiş və nəticədə onları aldatmışdır. Şahid8, daha sonra ifadəsində qeyd etmişdir ki, Ayxanı Bakı şəhərində onun sifarişi ilə onlarca əyləncə mərkəzlərinə aparmış, bankomatlardan ona göndərilən pulların götürülməsinin şahidi olmuş, bu kimi hərəkətləri yerinə yetirməsi üçün saatlarla onu gözlətmişdir. Bir neçə dəfə Nərimanov, Binəqədi rayon ərazilərindəki “Kapital bank”a aid bankomatlardan 800 manat və artıq məbləğlərdə pulları çıxarıb onun avtomobilinə atmış və sonra götürmüşdür. Valideynlərinin yaşadığı Binəqədi rayonu “Oba MTK”-nın binasına, “Baxçalı saray” adlanan istirahət mərkəzinə, Hava limanına onu dəfələrlə aparmışdır. Bir neçə dəfə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi “Kirov qəsəbəsi) adlanan yerdən bir qadının verdiyi 200 ABŞ dolları pulu alıb ona çatdırmışdır. Ayxanın bacısı oğluna vəd verdiyi bir ay vaxt keçdikdən sonra şəxsən özü bu barədə soruşmuş və bir az səbirli ol deyə cavab vermişdir. İki ay vaxt keçdikdən sonra təkrar işin nəticəsini soruşmuş və bundan sonra onun avtomobilindən taksi kimi istifadə etməmiş və zənglərinə cavab verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, ünvan 27 ünvan, ünvan 28arət mənzil sahəsi vardır. Həmin mənzili 2019-cu ilin sonlarında almış və anası X5 adına sənədləşdirmişdir. Özünün yaşayış yeri olduğundan və anası Fəridə Bağırova da onunla yaşadığından həmin mənzil sahəsini kirayəyə vermək qərarına gəlmiş, adını xatırlamadığı ev alqı-satqısı agentliyi ilə məşğul olan şəxsə məlumat vermişdir. 22 dekabr 2020-ci ildə makler onu Ayxan adlı şəxslə tanış etmiş və həmin şəxsin ona aid evdə kirayə yaşamaq istədiyini bildirmişdir. Ayxan adlı şəxslə tanış olmuş və sonuncu özünü Xəzər TVnin işçisi, Xoşqədəm Hidayət qızı ilə birgə işləyən şəxs kimi təqdim etmiş və onun normal iş sahibi olduğunu güman edərək onunla müqavilə bağlamış və həmin aydan Ayxan ona 600 manat kirayə haqqı ödəməyə başlamışdır. Tanışlıq zamanı Təqsirləndirilən şəxs valideynləri və qardaşı barədə danışmış və onların 8-ci km-qəsəbəsində kirayədə qaldıqlarını demiş, özünün subay olduğunu və sərbəst yaşamaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayının ikinci yarısına kimi onun evində kirayə yaşayıb mənzili tərk etmişdir. Ondan sonra hansısa səbəbdən onunla telefon əlaqəsi olmuş 2021-ci ilin aprel ayından sonra onunla heç bir əlaqəsi, ünsiyyəti olmamışdır. Onun vətəndaşlara qarşı dələduzluq etməsi səbəbindən həbs olunduğunu istintaq orqanına dəvət olunarkən bilmiş, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onu mülkiyyətində olan mənzildə kirayədə yaşaması səbəbindən tanımışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi “Oba MTK” tərəfindən inşa olunmuş 17 mərtəbəli 1A saylı yaşayış binasının 7-ci mərtəbəsində 29-cu mənzil, 88m2- sahəsi olan 2 otaqlı evi vardır. Həmin mənzil sahəsini təxminən 2009-cu ildən “Standart”bank vasitəsilə ipoteka yolu ilə 56.000 manata almış “Standart” bank ləğv olunduqdan sonra “Acsess”bankla ödənişlərini davam etdirmiş və bir neçə il müddətinə ödənişlərini edib mənzilə rəsmi çıxarış almışdır. Mənzili aldıqdan sonra bir il müddətində orada təmir işləri aparmış və 2010-cu ildən oranı müxtəlif şəxslərə kirayəyə verməyə baçlamışdır. 2021-ci ilin 13 yanvar tarixindən həmin mənzili X28 adlı şəxsə aylıq 400 manat olmaqla kirayəyə vermiş, Aydın adlı cavan oğlanla müqavilə bağladıqdan sonra Aydangül adlı anası, İsmayıl adlı atası ilə tanış olmuşdur. Aydangülün hansısa orta məktəbdə müəllimə işlədiyini, İsmayıl kişinin isə Binəqədi bələdiyyəsində hansısa işdə işlədiyini bilmişdir. Onların Ayxan adlı oğlanlarını görməsə də qardaşı Aydından onun hansısa televiziyada çalışdığını eşitmiş, Təqsirləndirilən şəxs adlı övladlarının olduğunu bilsədə onu görməmiş və həmin şəxsin dələduzluq etməsinə görə həbs olunmasını istintaqa dəvət olunarkən eşitmişdir. Lakin, Ayxanın qardaşı Aydın oğlu Elşənə Ayxanın onları ziyana salması səbəbindən evlərini satdıqlarından danışdığını ona demişdir. Onların kirayədə yaşadıqları mənzil onun mülkiyyətimdədir, qızı X24 adınadır, onlarla heç bir qohumluq əlaqələri mövcud olmamışdır. Məhkəmədə ifadəsi elan edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ilin yay aylarından tanımışdır. Belə ki, həmin ərəfədə anası Minayə ilə dayısı arvadı Vaqifin arvadı Xəzəngül arasında tez-tez narazılıqlar baş verməsinin səbəbi ilə maraqlanarkən ona məlum olmuşdur ki,Ayxan İradə adlı dərzi qadının vasitəsilə anası və dayısı arvadından külli miqdarda pullar alıb ələ keçirmişdir. Dayısı Vaqifin (arvadı xazangül) X43 adlı xərçəng xəstəsi oğlu olduğundan onun müalicəsi üçün uzun müddət bu sahənin uzmanı olan həkim aramış, xəstəliyinin qarşısının alınması üçün aylıq kurs müalicələri aparılmışdır. Həmin vaxt Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan İradə adlı dərzi Ayxan adlı şəxsi anası Minayə və dayısı arvadı Xazangüllə tanış etmiş və Ayxan Türkiyədə xərçəng xəstəliyini müalicə edən güclü həkim dostları var və şəxsən onun zəngi və tapşırığı ilə həmin xəstəni Türkiyədə qəbul edib onu əməliyyat edəcəkləri, lakin bunun üçün pulun qabaqcadan verilməsinin şərt olduğunu deməklə dayısı arvadı Xəzəngüldən xeyli miqdarda pul almış və xəstəni Türkiyə Respublikasına göndərmişdir. Onun hava limanında qarşılanacağını desə də xəstəni orada kimsə qarşılamamış, iki sutka orada qalmış və məlum olmuşdur ki, Ayxan onları aldatmışdır. Bakı şəhərində yaşayan qohumları ilə əlaqə saxlamaqla yenidən onlara əməliyyat üçün əlavə hansısa məbləğdə pul göndərilmiş və iki aydan sonra xəstə Bakı şəhərinə qayıtmışdır. Bakı şəhərində İradənin vasitəsilə Ayxana verilmiş pulların qaytarılması tələb olunduqda Ayxan İradəyə adında hansısa obyektin olduğunu, həmin obyektin 340.000 manat qiymətinin olduğunu, sənədləşdirilməsi üçün məhkəmə qaydasında çalışdığını, yaxın günlərdə külli miqdarda pul əldə edib ona verilən pulları qaytarmasına söz versə də növbəti dəfə onları aldatmışdır. Bundan başqa, adında məhdudiyyət olduğunu bəhanə edərək guya bankdan pul götürə bilmədiyini, məhdudiyyətin aradan qaldırılması üçün anasından müəyyən məbləğdə pullar aldığını eşidib Ayxanın mobil nömrəsinə zəng etməklə onunla görüşmək istəsə də Ayxan onu yaxın günlərdə bankdan pul əldə edəcəyinə, məhdudiyyətin aradan qaldırılmasına köməklik göstərməsini xahiş etmişdir. Ayxana inanaraq qohum tanışlardan 9.000 manat əldə edib 2019-cu ilin payız aylarında ona vermişdir. Lakin, sonradan onun bir neçə şəxsləri bu üsulla aldatdığı ona məlum olduqda pulların qaytarılmasını tələb etmiş, Ayxan onun kart hesabına hissələrlə 8.000 manat pul göndərmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs8 onun bacısıdır. 2019-cu ilin sentyabr ayında bacısı İradə onun yaşadığı ünvana gələrək ondan 3.000 manat məbləğində borca pul istəmişdir. Bacısının dərzi işində çalışdığını və həmin pulun bu sahəyə yönəldə biləcəyini düşünərək heç nə soruşmadan istədiyi məbləği bacısına borc olaraq vermişdir. Aradan təxminən bir ay vaxt keçmiş bacısı İradə təkrar onun evinə gələrək bir ay müddətində qaytaracağına söz verməklə ondan əlavə 5.000 manat məbləğində borca pul istəmişdir. Həmin pulun nə üçün lazım olduğunu dedikdə bir nəfərə borcu olduğunu demiş və bacısının xatirinə evində olan 5.000 manatı da yaşadığı evdə İradəyə vermişdir. Aradan xeyli müddət keçsə də bacısı İradədən pulunu istəyə bilməmiş, lakin 2021-ci ilin avqust ayında ondan imkanı olduqda kiçik məbləğlərlə qaytarmasını xahiş etmişdir. Lakin, bacısı ona danışmışdır ki, Təqsirləndirilən şəxs adlı ,əvvəllər onun məhləsində yaşayan Xəzər TV-nin aparıcısı, Xoşqədəm xanımın adından ondan borc adı ilə bir neçə dəfə pul almış, Türkiyə Respublikasından qayıtdıqdan sonra artıqlaması ilə qaytaracağını vəd etməklə onun özündəndə külli miqdarda pul almış, hətta həmin pulların bir hissəsini də İradə digər bacısı Nazirədən alıb ona vermişdir. Bacısı Nazirə ilə əlaqə saxlamış və məlum olmuşdur ki, Məmmədli onu da aldadaraq ondan da külli miqdarda pullar almışdır. Hətta bacısı İradədən ona məlum olmuşdur ki, Ayxan İradənin qonşusu Afaq və qızı Akifə adlı seyid ailəsini də aldatmış, onlardan da ayrı-ayrılıqda külli miqdarda pullar almış, verdiyi vədə əməl etmədiyindən Akifə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Bacısı İradə bildirmişdir ki, Ayxan onlarla görüşdən yayınır, zənglərinə cavab vermir, yalnız telefonda yalandan vədlər verir ki, guya onun hansısa külli miqdar təşkil edən dəyərdə obyektini satıb aldığı pulları verəcəkdir. Buna baxmayaraq Ayxan adlı şəxs hər iki bacısını, seyid ailəsini və başqalarını aldatmış, hər hansı məbləğdə pul qaytarmamışdır. Şahid4, həmçinin qeyd etmişdir ki, İradə onun bacısıdır, ona borc vermişdir, Ayxan adlı şəxs onun deyil bacısının etibarından sui-istifadə etmişdir, həmin pulların Ayxana veriləcəyindən qabaqcadan məlumatı olmamışdır. 8.000 manat pulu ona bacısı qaytaracağına öhdəlik götürdüyündən bacısı Zərərçəkmiş şəxs8 zərərçəkmiş şəxs qismində tanınmasına etiraz etmir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs8 ilə aralarında qohumluq münasibətləri vardır, İradə onun baldızının gəlini sayılır. Birbirilərinin xeyir, şərində iştirak edib qohumluq münasibəti saxlamış, 2021-ci ilin yanvar ayının sonlarında İradə onun yaşadığı ünvana gələrək ona təcili 3.000 manat məbləğində borca pul lazım olduğunu demiş və qohum olduqlarına görə onun xahişini yerinə yetirərək yaşadığı evdə 3.000 manat məbləğində pulu İradəyə borca vermişdir. Təxminən 10 gün sonra, yəni 2021-ci ilin fevral ayının ilk həftəsində İradə yenə onun evinə gələrək problemlərinin olduğunu deməklə ağlayıb ondan 500 manat əlavə borca pul istəmiş və o, həmin məbləği də evində İradəyə vermişdir. Təxminən aradan bir həftə keçmiş İradə təkrar onun evinə gələrək ondan borca pul istədikdə nə baş verdiyini soruşub problemləri ilə maraqlanmış, İradə bildirmişdir ki, bir nəfər şəxs ondan xeyli miqdarda pullar almış və həmin pulların qaytarılması üçün mülkünü sənədləşdirib satmaq üçün maddi dəstək olması üçün ona pul lazım olduğunu dedikdə evində sonuncu qalan 200 manat çörəkpulunu gətirib İradəyə vermişdir. Aradan təxminən 2 ay keçmiş ona vacib pul lazım olduğundan qohumu İradənin evinə getmiş və pulunun qaytarılmasını ondan xahiş etdikdə İradə ağlayıb Ayxan adlı dələduz bir nəfərə rast gəldiyini, həmin şəxsin onun özündən külli miqdarda pul aldığını, həmin pulların qaytarılması adı ilə obyektinin guya satılmasına köməklik edilməsi adı ilə qohum əqraba, dost-tanışdan da aldığı pulları ələ keçirib qaytaracağını desə də ondan qaçıb gizlənmişdir. İradənin vəziyyətini başa düşüb ona inanmış və evinə qayıdıb gözləməli olmuş, sonra ona məlum olmuşdur ki, İradə özü və başqaları Təqsirləndirilən şəxs adlı şəxsdən şikayət etmiş, Binəqədi RPİ-də Ayxanın barəsində cinayət işi başlanılaraq həbs olunmuşdur. O, özü Ayxanı şəxsən tanımamış, pulu İradəyə borca vermiş və İradədən hər hansı şikayəti, tələbi yoxdur, imkanı olduqda, yaxud Ayxan ona vurmuş olduğu maddi ziyanı ödədikdə onun borcunu qaytaracağına ümid edir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs8 onun arvadıdır və onunla birlikdə ünvan 29 ünvanda yaşayırlar. Özü təmir-tikinti işləri üzrə usta işləyir, İradə isə 1988-ci ildən dərzi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs 2019-cu ilin mart ayından tanımışdır. Arvadı İradədən bildiyinə görə Ayxanın bacısı Şəbnəm onun yanında dərzi sənədini öyrənmək üçün bir neçə ay şagir kimi çalışmış və gəlib getmişdir. Ayxanın özü valideynləri ilə onların qonşu məhəlləsində yaşamalarını arvadından eşitmişdir. Buna baxmayaraq onu və ailə üzvlərini o,yaxından tanımamışdır. Tikinti işləri ilə məşğul olduğundən səhər evdən çıxıb axşam evinə dönmüşdür. İradə isə ümumi həyətdə ayrıca olan dərzi otağında müştərilərini qəbul edib yola salıb, ailənin işləri ilə məşğul olmuşdur. Ayxan isə həmin vaxtlar onlara gəlib bacısını qarşılayıb aparmış və həmin vaxtlar onunla qarşılaşmışdır. 2019-cu ilin mart ayında Ayxan onlara gəlib gedərkən arvadı İradəyə “Xəzər TV-də “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm xanımla birgə çalışdığın, onun produsseri, gah da mühafizəçisi olduğundan danışmışdır. Hətta ,ondan xahiş olunan istənilən işi yerinə yetirə biləcəyindən danışmış və bu kimi işlər barədə ondan xahiş edilə biləcəyini demişdir. Bakı şəhərində yüksək vəzifəli şəxslərlə yaxın dostluğunun olduğu, prezidentin sürücüsünün qızı ilə nişanlandığından danışıb lovğalanmışdır. 2019-cu ilin mart ayında Ayxn bizə gələrək Xoşqədəm xanımla Türkiyə Cumhuriyyətinə gedəcəkləri və Xoşqədəm xanıma 10.000 ABŞ dolları məbləğində pul lazım olduğunu, qayıdarkən pulunu artıqlaması ilə qaytaracağını bildirmiş, and-aman etmişdir ki, bir neçə günə qayıdan kimi pulu qaytaracaq, şəxsən özü buna cavabdehlik daşıyır, Xoşqədəm xanım xeyirxah insandır, hamıya əl tutan adamdır. Arvadı İradə özünün dərzi işi ilə rayondakı evini təmir etdirmək üçün yığdığı 17.000 manat pulu onun iştirakında Ayxana vermişdir.2019-cu ilin iyul ayında İradənin evdə adına bank sənədlərinin olduğunu gördükdə nə üçün bankdan 6.000 manat kredit götürdüyünü soruşduqda İradə həmin pulu “Access Bank”-dan kreditə götürdüyünü və Ayxana verdiyini, bundan əvvəl də Ayxana 5.000 manat pul göndərdiyini etiraf etmiş, hətta İradənin xx.xx.2019-cu il tarixədək Ayxanın İradədən 49.500 manat pul aldığı onun yazmış olduğu əlyazmadan ona məlum olmuşdur. Həmin əlyazmanı oxuyarkən məlum olmuşdur ki, Ayxanın İradədən almış olduğu pulların guya Xoşqədəm xanımda olduğu və onun tərəfindən 10 gün müddətinə qaytarılacağı qeyd olunmuşdur. Ayxanın arvadından bu məbləğdə pullar aldığını bildikdən sonra əsəbi vəziyyətə düşmüş və arvadı İradəyə nədən bu pulları ona verdiyini soruşduqda İradə Xoşqədəm xanımın ona səsli mesaj yazıb onu əmin etməsi və pulun onda olmasını deməsindən sonra pulları verdiyini bildirmişdir. 2019-cu ilin oktyabr ayında isə məlum oldu ki, Ayxan artıq arvadı İradədən 65.000 manatdan artıq pul alıb. Bu pulları arvadı özünün, qohum əqrəbadan borca alıb və Ayxan inadırıb ki, guya hansısa obyektini satıb onun bütün pullarını verəcəkdir. Lakin, 2021-ci ilin mart ayında onun evinə gəlib gedən qohum əqraba, tanışlardan məlum olmuşdur ki, İradənin vasitəsilə Ayxana pul vermiş, sonuncu onlardan birinə sosial ev almaq, digərinə iş düzəltməyi, başqa birinin xəstəsini müalicə etdirəcəyi adı ilə külli miqdarda pullar almışdır. Hətta ona məlum olmuşdur ki, Ayxan onlardan başqa qonşuluqda yaşayan Mir Sədi zadə Afaq, Mirsədizadə Akifə adlı seyidləri də aldadıb onlarında külli miqdarda pulunu ələ keçirmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs5 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmə zamanı Zərərçəkmiş şəxs5 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs üzünə demiş və sonuncu zərərçəkmiş şəxsin göstərmiş olduğu xüsusatları etiraf etmişdir. ( cild 1, iş vərəqə:107-111) İş materiallarında olan xx.xx.2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs6 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmə zamanı Zərərçəkmiş şəxs6 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs üzünə demiş və sonuncu zərərçəkmiş şəxsin göstərmiş olduğu xüsusatları etiraf etmişdir. (cild 1, iş vərəqə:102-106) İş materiallarında olan xx.xx.2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs8 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmə zamanı Zərərçəkmiş şəxs8 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs üzünə demiş və sonuncu zərərçəkmiş şəxsin göstərmiş olduğu xüsusatları etiraf etmişdir. (cild 3, iş vərəqə 113-122) İş materiallarında olan xx.xx.2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs7 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmə zamanı Zərərçəkmiş şəxs7 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs üzünə demiş və sonuncu zərərçəkmiş şəxsin göstərmiş olduğu xüsusatları etiraf etmişdir. (cild 3, iş vərəqə:119-123) İş materiallarında olan xx.xx.2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmə zamanı Zərərçəkmiş şəxs7 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs üzünə demiş və sonuncu zərərçəkmiş şəxsin göstərmiş olduğu xüsusatları etiraf etmişdir. (cild 3, iş vərəqə:124-127) İş materiallarında olan xx.xx.2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmə zamanı Zərərçəkmiş şəxs2 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs üzünə demiş və sonuncu zərərçəkmiş şəxsin göstərmiş olduğu xüsusatları etiraf etmişdir. (Cild 3, iş vərəqə:132-134) İş materiallarında olan xx.xx.2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs10 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmə zamanı Zərərçəkmiş şəxs10 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs üzünə demiş və sonuncu zərərçəkmiş şəxsin göstərmiş olduğu xüsusatları etiraf etmişdir. (Cild 3, iş vərəqə:128-131) İş materiallarında olan xx.xx.2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmə zamanı Zərərçəkmiş şəxs1 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs üzünə demiş və sonuncu zərərçəkmiş şəxsin göstərmiş olduğu xüsusatları etiraf etmişdir. (cild 3, iş vərəqə:140-143) İş materiallarında olan xx.xx.2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs11 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmə zamanı Zərərçəkmiş şəxs11 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs üzünə demiş və sonuncu zərərçəkmiş şəxsin göstərmiş olduğu xüsusatları etiraf etmişdir. (cild 3, iş vərəqə: 151-154) İş materiallarında olan xx.xx.2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmə zamanı Zərərçəkmiş şəxs3 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs üzünə demiş və sonuncu zərərçəkmiş şəxsin göstərmiş olduğu xüsusatları etiraf etmişdir. (cild 3, iş vərəqə:136-139) İş materiallarında olan xx.xx.2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs9 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmə zamanı Zərərçəkmiş şəxs9 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs üzünə demiş və sonuncu zərərçəkmiş şəxsin göstərmiş olduğu xüsusatları etiraf etmişdir. (cild 3, iş vərəqə:146-150) İş materiallarında olan 20 sentyabr 2021-ci il tarixli götürmə protokolu ilə Zərərçəkmiş şəxs5 tərəfindən xx.xx.2020-ci il tarixdə ünvan 30 ünvanda yerləşən MilliÖn elektron ödəmə sistemi vasitəsilə Təqsirləndirilən şəxs olan anası X13“Kapital Bank”a aid 3**********0186309115 nömrəli bank hesabına 100 AZN, xx.xx.2021-ci il tarixdə özünə məxsus “Kapital bank”a məxsus ******************** kart hesabına həmin ünvandakı Milliön ödəmə sistemi vasitəsilə 1300 manat pul ödəməsi, 29.03.21-ci il tarixli müqaviləyə əsasən bakı şəhəri, ünvan 31 ünvanda yerləşn vət. Zamanov Elçin sabir oğluna məxsus lombarda 1 qolbağ, 750 əyyarlı, 35,56 qram, 2 ədəd üzük-750 əyyarlı-28,85 qram, 2 ədəd kəmər 583 əyyarlı-38,38 qram zinyət əşyaları bir ay müddətinə girov qoyulmaqla 5.500 manat pul götürülərək 330 manat faiz öhdəliyi götürülməsi, xx.xx.2021-ci il tarixdə ünvan 32 ünvanda yerləşən fiziki şəxs X17 məxsus lombarda 1 üzük, 2sep,1 üzük, sırğalar girov qoymaqla 900 manat pul götürülməsi, xx.xx.2021-ci il tarixdə Binəqədi rayonu,M.Ə.Rəsulzadə qəsəbəsi 17A ünvandakı Milliön ödəmə sistemi vasitəsilə Təqsirləndirilən şəxs məxsus “Kapital bank”a aid ******************** kart hesabına 3200 manat pulun ödənildiyi öz təsdiqini tapmışdır. (cild 1, iş vərəqə:46-63) Həmçinin, iş materiallarında olan 24 sentyabr 2021-ci il tarixli götürmə protokolu ilə iş üzrə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs8 49.500 manat pul alması və pulu Xoşqədəm Hidayətqızına verməsi, xx.xx.2019-cu il tarixədək həmin pulları qaytaracağına dair yazılı öhdəliyi, 22 avqust 2017-ci il tarixli İlkin alqı-satqı barədə razılaşma müqaviləsinin surəti, Zərərçəkmiş şəxs8 “Access”bankdan 6.000 manat məbləğində kredit götürməsinə dair kredit cədvəli, Zərərçəkmiş şəxs8 adından Xoşqədəm Hidayətqızına aid olduğunu etimal etdiyi ***-***-**-** mobil nömrəsinə pulun qaytarılmasına dair yazmış olduğu mesajlar 2019-cu ilin mart ayından 2021-ci ilin 23 fevral tarixinədək mütəmadi olaraq Təqsirləndirilən şəxs “Kapital bank”a aid ******************** kart hesabına, eləcə də onun göndərmiş olduğu kart hesablarına mədaxil olunmuş pul vəsaitlərinin ödəniş qəbzləri ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə etmə və aldatma yolu ilə külli miqdarda əmlakını ələ keçirməsi öz təsdiqini tapmışdır. (cild 1, iş vərəqə:140-182) İş materiallarında olan 26 noyabr 2021-ci il tarixli "xxxx" QSC-dən daxil olmuş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs 23 mart 2019-cu il tarixdən 11352024 qeydiyyat nömrəsi ilə sistemdən qeydiyyatdan keçdiyi və 20 sentyabr 2021-ci il tarixədək 485.206(dörd yüz səksən beş min iki yüz altı) manat məbləğində depozit etmiş və həmin müddət ərzində isə 139.013.90 (bir yüz otuz doqquz min on üç manat doxsan qəpik) çıxarış etmişdir. (Cild 2, iş vərəqə:165) İş materiallarında olan Zərərçəkmiş şəxs5 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli mülki iddia ərizəsindən görünür ki, o, 65.950 manat məbləğində maddi ziyanın, həmçinin, 287,85 manat məbləğində dövlət rüsumu üçün ödənilmiş pulun Təqsirləndirilən şəxs tutularaq, ona ödənilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs6 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli mülki iddia ərizəsindən görünür ki, o, 23.530 manat məbləğində maddi ziyanın, həmçinin, 160,59 manat məbləğində dövlət rüsumu üçün ödənilmiş pulun Təqsirləndirilən şəxs tutularaq, ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin və onun müdafiəçilərinin vəsatətlərinə əsasən, təqsirləndirilən şəxsin vurulmuş ziyanın əksər hissəsini ödəməsi ilə bağlı iddialarını nəzərə alaraq, Təqsirləndirilən şəxs (AA*******, fin: xxxxxxx) Kapital banka aid olan “**********734579” nömrəli “birkart” və digər hesablarından 2019-cu ildən başlayaraq, həbs edildiyi xx.xx.2021-ci il tarixədək, kimlərə məxsus hesablara və hansı məbləğdə pul köçürməsi barədə məlumatların məhkəməyə təqdim edilməsinə dair qərar qəbul edərək, aidiyyatı üzrə göndərmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)- 638/2022 saylı qərarı icra edilərək, "xxxx" Bank ASC-nin xx.xx.2022-ci il tarixli məktubu ilə Təqsirləndirilən şəxs bank əməliyyatlarına dair məlumatlar məhkəməyə göndərilmiş, lakin, həmin məlumatlarda cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar xüsusatlar müəyyən edilməmişdir. Beləliklə Məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilərək, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8 aldığı pulları borc məqsədilə alması, dələduzluq niyyətinin olmaması, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs7 ümumiyyətlə tanımaması, onlardan pul almaması, ümumilikdə vurulmuş ziyanın ittihamda düzgün əks etdirilməməsi barədə ifadələrinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun bu ifadələri məsuliyyətdən boyun qaçırmağa yönəlməklə, həqiqəti əks etdirmir, onun özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolları, 20 sentyabr 2021-ci il tarixli və 24 sentyabr 2021-ci il tarixli götürmə protokolları, 26 noyabr 2021-ci il tarixli "xxxx" QSC-dən daxil olmuş sorğuya cavab, iş üzrə zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və digər mötəbər sübutlarla tam təkzib edilir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilərək, ifadələrində göstərmişdir ki, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs8,Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 ,Zərərçəkmiş şəxs4,Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs10,Zərərçəkmiş şəxs11 ,Zərərçəkmiş şəxs7 şikayət ərizələrində göstərilənlərə aydınlıq gətirməklə bildirmişdir ki, doğulduğu vaxtdan Zərərçəkmiş şəxs5 və ailəsinin, eləcədə Zərərçəkmiş şəxs8 yaşadıqları ünvan 34 ünvanın qonşuluğundakı 8A ünvanda ailə üzvləri ilə 2019-cu ilədək birlikdə yaşamışdır. Zərərçəkmiş şəxs5 oğlu Mirməhəmmədlə yaxın dost olduğundan onların evinə mütəmadi gedib gəlmiş, 2019-cu ilədək onlarla qonşuluq etmiş, həmin müddətdə atası X21, anası X27, bacısı X22, X28 ilə birlikdə yaşamışdır. Özü 2019-cu ilədək Xəzər TV televiziya kanalında müxtəlif verilişlərdə müxtəlif vəzifələrdə çalışmışdır. Bir nəfər tanıdığı şəxsdən 45.000 ABŞ dolları məbləğində pul alıb başqalarından aldığı borclarına verdiyi üçün nəticədə ata evini könüllü olaraq həmin qiymətə dəyərləndirib pul aldığı şəxsə vermiş, ailəlikcə evi tərk etmişlər. 2018ci ildə televiziya şirkətlərində çalışmış insanlarla normal münasibətləri yaranmış, hətta bəzi əlil şəxslərə maddi köməklik göstərməli olmuşdur. Lakin, 2018-ci ildən Topaz mərc oyununa aludə olduqdan sonra demək olar ki, 100.000 ABŞ dollarınadək pul uduzmuş, valideynlərindən xəbərsiz evdə, hətta onlardan xəbərsiz bu işlərlə məşqul olmaq üçün Bakı şəhərinin müxtəlif ərazilərində kirayə tutduğu evlərdə sayt vasitəsilə, eləcədə yaşadığı ərazidə yerləşən “Top.az” mərc oyununun yerləşdiyi ofislərdə fudbol çempionatlarında iştirak edib xeyli miqdarda pullar ödəyib uduzmuşdur. Əslində fudboldan anlayışı olmasada bir dəfə sosial şəbəkədə bu növ mərc oyunu oynayıb 1.000 manat ödəyib uduş əldə etdikdən sonra bu oyuna qoşulmuş və sonra anlamışdır ki, o, bu oyuna cəlb edilmiş və mütəmadi uduzmağa başlamışdır. Xeyli borcları yarandığından dost-tanış qohum demədən hamıdan borc almağa, hətta aldatmağa başlamışdır. 2018-ci ilin avqust ayında dostu Mirməhəmmədin anası Afaqı aldatmaq qərarına gəlmişdir. Yaşadığı evə gedərək ona 6000 ABŞ dolları pul verilməsini, 10 gün sonra guya 1000 manat qaytaracağını deyib həmin məbləği almış və dərhal Top.az mərc oyununda oynayıb uduzmuşdur. Aradan müəyyən vaxt keçmiş Afaq xanım pulunu istədikdə artıqlaması ilə qaytaracağını vəd vermiş və mütəmadi onların evində olduğu, qarşısına yemək gətirildiyindən ona öz övladı kimi baxdığından inanaraq gözləməli olmuşdur. 2018-ci ilin noyabr ayında Afaq xanıma müraciət edərək guya onun birlikdə çalışdığı Xoşqədəm xanıma 3 günlük müddətə 300 ABŞ dollar artıq qaytarılacağı adı ilə ondan 5500 ABŞ dolları pul istəmiş və sonuncu ona inanaraq yaşadığı evdə həmin məbləği ona vermişdir. Pulu aldıqdan sonra bir hissəsini top.az mərc qaytarılmasını istədikdə guya Xoşqədəm xanımın avtomobilinin satılmasının ona həvalə edildiyini və yaxın günlərdə satılan kimi pullarının qaytarılacağına inandırmış, hətta onun mobil telefonuna “Porşe” markalı avtomobilin fotoşəklini göndərərək guya Xoşqədədm xanıma məxsus olan həmin avtomobilin satışından dərhal sonra pullarını artıqlaması ilə qaytaracağına vəd vermişdir. 2019-cu ilin mart ayında Afaq xanımın evinə gedərək avtomobilin hələ satılmadığını deyib gözlətməklə ondan xəbərsiz qızı Akifəyə guya “İphone”markalı mobil telefon alveri etdiyini , hər ay ona 400 ABŞ dolları qazanc verəcəyini deyib inandıraraq yaşadıqları evdə ondan həmin məbləğdə pulları almışdır. Növbəti dəfə istəyəcəyi pulların ona verilməsi üçün 2 ay ardıcıl olaraq Akifəyə gəlir adı ilə 400 ABŞ dolları pul vermiş və Akifə onun doğrudan da alver etdiyinə inanmışdır. Bir neçə ay ödəniş edə bilmədiyindən Akifə ondan bunun səbəbini soruşmuş və o, ticarətdə belə şeylərin baş verdiyini demişdir. Müəyyən vaxt sonra Akifənin yaşadığı evə gələrək xeyli mobil telefon sifariş verdiyini və malların artıq gömrükdə olduğunu, onların götürülməsi üçün 11.000 manat pul lazım olduğunu demişdir. Akifə ona inanaraq yaşadığı evin həyətində ona 11.000 manat müqabilində 4.000 ABŞ dolları, 3.000 manat və 650 Avro pul vermişdir. Pulu alıb apardıqdan sonra yenə tap.azda mərc oyununa və borclarına xərcləyib qısa müddət ərzində xərcləyib bitirmişdir. 2019-cu ilin avqust ayında yenə alver adı ilə Akifədən 5.000 ABŞ dolları pul istəmiş və sonuncu onun dediklərinə inanaraq yaşadıqları ünvan 18 ünvanın həyətində həmin məbləği ona vermişdir. Akifənin şübhələrini yayındırmaq üçün iki gün sonra həmin pulları özünə qaytarmış və qısa müddət sonra yenidən alver adı ilə istəyib ondan götürmüşdür. Həmin puluda mərc oyunları və başqalarından aldığı pulların qaytarılmasına, özünün kirayədə yaşadığı evlərin kirayə haqlarına, gündəlik xərclərinə xərcləmişdir. Bundan başqa Afaq xanım ondan alınan pulların qaytarılmasını tələb edərkən ona dostuna aid restoranla bağlı məhkəmədə işlərinin getdiyini, yaxın zamanlarda həmin məhkəmə işini qazanaraq obyekti 200.000 manata satıb aldığı pulları qaytaracağına vəd verib onu əmin etmiş, lakin sənədləşmə işlərinin tez bir zamanda həll olunması üşün ona 9500 ABŞ dolları məbləğində pul lazım olduğunu deyərərk həmin məbləği Afaqdan istəmişdir. Afaq xanım ona inanaraq 2021-ci ilin mart ayında 4500, 2000, 2000 və 1.000 ABŞ dolları formasında ünvana göndərdiyi taksi avtomobili vasitəsilə ona çatdırmışdır. Bundan başqa, həmin günlərdə Afaq xanım ona məxsus kapital banka aid **********734579 nömrəli kart hesabına iki dəfəyə 4200 manat pul göndərmiş və həmin pulları Binəqədi rayonu, 8-ci mikrorayon ərazisindəki bankomatdan götürmüşdür. Daha sonra Afaq xanımdan məhkəmə işləri, sənədləşmə adı ilə əlavə pullar istəmiş və o, özünə məxsus qızıl-zinyət əşyalarını lombarda girov qoyaraq bir dəfə 3.000, ikinci dəfə 5.000, 3-cü dəfə 5.000 manat olmaqla kart hesabına göndərmiş və həmin məbləğdə pulları Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsindəki bankomatdan götürmüşdür. 2021-ci ilin mart ayında Afaq xanımın özü ilə bir neçə dəfə görüşüb ondan zinyət əşyalarını alıb özü lombardlara girov qoyub müxtəlif məbləğlərdə pul götürmüş, Afaqın taksi ilə ona göndərdiyi və özündən aldığı qızıl-zinyət əşyalarına görə 1 dəfə 900, 2-ci dəfə 5500, 3-cü dəfə 3.000 manat və 3 ədəd qızıl 5-lik manatı isə hər birini 550 manata satmaqla 1650 manat əldə etmişdir. Afaq xanımdan 2018-ci ilin mart ayından 2021-ci ilin mart ayınadək ümumilikdə ABŞ dolları ilə 21.000 ABŞ dolları (35700) manatla isə 30.250 manat, ümumilikdə 65.950 manat məbləğində pul almış,özünün pulundan hissələrlə ona müəyyən məbləğdə pul qaytarmış, hesablamalarına görə Afaq xanıma hazırda 55.260 manat ödəməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs bildirmişdir ki,Zərərçəkmiş şəxs5 qızı Zərərçəkmiş şəxs6 da eyni məqsədlərlə pullar alıb aldatmışdır. Belə ki, 2019-cu ilin mart ayında Afaq xanımın evinə gəlib-gedərkən ondan aldığı pulları mərc oyunlarına, şəxsi məsrəflərinə xərclədiyindən qaytara bilmədiyi üçün qızı Akifədən 5.400 ABŞ dolları pul istəmiş və guya “İphone” mobil telefon alveri ilə məşqul olduğunu, hər ay ona 400 ABŞ dolları məbləğində qazanc verəcəyini deməklə inandırmışdır. Akifə onun vədlərinə inanaraq 5400 ABŞ dolları məbləğində pulu yaşadıqları ünvanda ona vermişdir. İki ay ərzində ona 400 dollar, ümumilikdə 800 manat qazanc adı ilə öz pulundan ona qaytararaq alver etdiyinə onu əmin etmişdir. Bir neçə ay ödəniş etmədiyində Akifə bunun nədən edilmədiyini soruşmuş və cavabında ticarətdə bu kimi işlərin baş verdiyini demiş və gələcəkdə yaxşı olacağını bildirmişdir. Bundan sonra, guya sifariş verdiyi malların artıq gömrüyə daxil olduğunu və malların pulunu ödəyib götürmək üçün də bilmədim və Akifə soruşduqda dedim ki, belə şeylər alverdə tez-tez olur. Sonra Akifəyə guya xeyli miqdarda mallar sifariş verdiyini və onların gömrükdən qəbul edilib götürülməsi üçün 11.000 manat pul lazım olduğunu deyərək inandırıb yaşadığı evin həyətində ondan həmin pulun müqabilində 4.000 ABŞ dolları, 3.000 manat və 650 Avro pul almışdır. Pulu alıb apardıqdan sonra yenə tap.azda mərc oyununa və borclarına xərcləmişdir. 2019-cu ilin avqust ayında təkrarən alver adı ilə Akifədən 5.000 ABŞ dolları pul istəmiş və Akifə yaşadığı ünvan 18 ünvanın həyətində ona 5.000 ABŞ dolları (8.500 manat) pul vermişdir. Gələcəkdə ondan yenə pul almaq və etibarını qazanmaq üçün iki gün sonra həmin pulu özünə qaytararaq bir gün sonra yenidən istəyib almış, topa.az mərc oyunlarına və şəxsi məsrəflərinə xərcləmişdir. Həmin vaxtlar Afaq xanım və qızı Akifədən bir-birindən xəbərsiz müxtəlif bəhanələrlə pullar almış, nəticədə Afaqın qızıl-zinyət əşyalarını girov qoyub pul götürərək ona verildiyini bilən qızı Akifə lombardlardan götürülmüş pullardan əlavə öz hesabına 2375 manat məbləğində faiz pulları ödəyərək anasına, yəni ailələrinə aid zinyət əşyalarını girovdan azad etməli olmuşdur. Özünün hesabına görə Akifədən ümumilikdə 28.780 manat məbləğində pul almış və həmin pulun müəyyən hissəsini qaytardıqdan sonra ona 23.530 manat, həmçinin qızıllara görə lombarda faiz borcu olaraq ödəmiş olduğu 2375 manat borcu qalmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs bildirmişdir ki Zərərçəkmiş şəxs8 adlı dərzi qadını da uşaqlıqdan qonşu kimi tanımış, bacısı Şəbnəm 2018-ci ildə onun yanına dərzi sənətini öyrənməsi üçün şagird olaraq gedib-gəlmişdir. 2019-cu ilin əvvəllərinə kimi İradə ilə qonşuluq edərkən onunla tez-tez görüşməli olmuş, aralarında yaxın qonşuluq münasibətləri yaranmışdır.Bacısı Şəbnəmi onun yanından qarşılayıb apararkən “Xəzər TV”televiziyasında Xoşqədəm Hidayət qızının mühafizəsində işlədiyini, şou-biznes aləminin onu yaxşı tanıdığını İradəyə demişdir. 2019-cu ilin mart ayında İradəyə Xoşqədədm xanımla birlikdə televiziya verilişləri və qastrol səfərləri ilə Türkiyə Cumhuriyyətinə getməli olduqları və bunun üçün Xoşqədədm xanıma 10.000ABŞ dolları məbləğində pul lazım olduğunu, səfərdən qayıdarkən 1.000 ABŞ dolları məbləğində qazanc verəcəyi vədi ilə ondan pul istəmişdir. İradə xanım onu yaxından tanıdığından və televiziya işçisi olduğuna və Xoşqədədm xanımın adını çəkdiyinə görə inanıb yaşadığı evdə 17.000 manat pul vermişdir. Həmin pulu gələcəkdə ondan əlavə pul almaq və etibarını qazanmaq niyyəti ilə bir həftə sonra aparıb özünə qaytarmış və 3 gündən sonra evinə gedərək yenidən geri almışdır. İradə xanım 17.000 manat pulu Azad adlı ərinin iştirakında ona vermişdır. 2019-cu ilin mart ayında Türkiyədə olarkən ona pul lazım olmuş və İradə xanıma zəng edərək qardaşı Aydın, yaxud Anası Aydıngülün vasitəsilə ona 5.000 manat pul göndərməsini xahiş etmişdir. İradə xanım ona inanaraq hissə-hissə anası və qardaşının vasitəsilə həmin pulu ona göndərmişdir. 2019-cu ilin iyul ayında Bakı şəhərində olarkən İradə xanım pullarının qaytarılmasını istədikdə ona dostuma aid müqavilə ilə mənim adıma ilkin olaraq sənədləşdirilmiş restoranın sənədini ona göstərərək həmin sahənin, üzərində tikilmiş restoranın 340.000 manat dəyərində olduğunu, həmin torpaq və restoranın məhkəməsinin getdiyini, obyekti satıb bütün pullarını ödəyəcəyini deyərək onu inandırmışdır. Obyektin sənədləşdirilib satılması üçün ona maddi dəstək göstərilməsini xahiş edərək ondan 6.000 manat pul istəmiş və İradə hansısa bankdan həmin məbləğdə kredit götürərək yaşadığı evdə ona vermişdir. Bu məqsədlə dəfələrlə İradədən pul istəmiş və sonuncu 2019-cu ilin avqust ayı ərzində 1500-2000 manat məbləğlərində hissələrlə 21.500 manat kart hesabına pullar göndərmişdir. 2019-cu ilin avqust-sentyabr aylarında İradə ona verdiyi, əlyazmasında da özünün qeyd etdiyi 49.500 pulunun geri qaytarılmasını tələb etdikdə o, məhkəmə işlərinin getdiyini, obyektin satılmadığı, ona bu işdə maddi dəstək olmağı davam etdirməsini xahiş etmişdir. İradə tərəfindən ona pullar göndərilməsinin davam etməsi üçün onun dəvəti ilə evinə gedərək birlikdə aldığı pulları hesablamış və xx.xx.2019-cu ilədək ondan 49.500 manat pul aldığı məlum olduqda İradəni inandırmaq üçün pulların Xoşqədəm xanımda olduğunu, onun üçün alındığını, xx.xx.2019-cu il tarixdə həmin məbləği qaytaracağı barədə əlyazma formasında öhdəlik yazaraq ona verib gözləməsini xahiş etmişdir.10-gündən sonra İradə ona zənglər edib pullarını istədikdə Xoşqədəm xanımın adından ona mesajlar yazaraq pulların qaytarılacağını əmin etmiş, İradədən guya Xoşqədəm xanımın adına daxil olmuş mesajlarada cavablar yazaraq vədlər verib gözlətmişdir. Bundan sonra ona guya məhkəmənin başa çatdığını, artıq obyektin sənədləşməsi ilə məşqul olduğunu deməklə reyestr sənədi üçün pullar lazım olduğunu, 340.000 manatlıq bank qaiməsinin əlində olduğunu deyib inandıraraq bu işin başa çatdırılması üçün əlavə pul göndərməsini xahiş etmişdir. 2019-cu ilin avqust ayınadək İradə onun kart hesabına və özünün göndərdiyi taksi ilə 21.500 manat pul göndərmiş və həmin pulları mərc oyunlarına,özünün şəxsi məsrəflərinə istifadə etdikdən sonra ondan yenə eyni bəhanələrlə pullar istəməyə başlamışdır. 2019-cu ilin sentyabr ayından oktyabr ayınadək İradədən 3.000 ABŞ dolları, 2.000 manat, 3.000 manat, 1.000 manat, 1000 manat, 1300 manat, 2500 manat olmaqla hissələrlə əlavə 19.500 manat pullar almışdır. Pulların əksər hissəsini bank kartına göndərsədə bəzi hissələrini göndərdiyi taksi vasitəsilə ona çatdırmışdır. 2020-ci ilin ilk aylarından 2021-ci ilin yanvar ayınadək İradədən Xoşqədəm xanımın adı ilə aldığı pulların qaytarılması üçün guya obyektini banka girov qoyub pul götürəcəyini deməklə sənədləşmə işlərinə bank ödənişləri və bu kimi işlər üçün ona bir il müddətinə 63.000-dən artıq pul göndərmişdir. 2021-ci ilin yanvar-fevral aylarında İradədədn daha 25.000 manat pul almış və sonradan iradədədn ona məlum olmuşdur ki, həmin pulları bacısı Nazirədən borca almışdır. Pulun əksər hissəsini kart hesabına, müəyyən hissəsini isə Ramiz, Ağabala adlı taksi sürücülərinin vasitəsilə göndərmişdir. Taksi ilə gələn, eləcədə kart hesabına daxil olan pullarıda 8-ci mikrorayon ərazisindəki kapital bankın ödəmə məntəqəsindən mədaxil etmişdir. İradədən 2019-cu ilin mart-aprel aylarından başlayaraq 2021-ci ilin mart aprel ayınadək Xoşqədədm xanımın adından, sosial ev alacağı adı ilə, obyektinin sənədləşdirilməsi adı ilə,obyektin banka girov qoyulub kredit götürülməsinə maddi dəstək adı ilə və bu kimi vədlərlə İradədədn ümumilikdə 153.000 manat məbləğində pul almışdır. Bundan başqa İradənin vasitəsilə tanıdığı Könül adlı qadından 6.500 manat, Xazangül adlı qadından 13.300 manat, Səhər adlı süpürgəçi qadından 20.500 manat, Şüşən adlı qadından 7.500 manat, Arzu adlı qadından 7.000 manat, ümumilikdə 42.000 manata yaxın pul almış və pulların əksəriyyət hissəsini İradənin vasitəsilə almışdır. Sonra İradənin bacısı Nazirənin vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs2 adlı qadından 700, 1500, 500 ABŞ dolları olmaqla 3 dəfəyə 2700 ABŞ dolları məbləğində pul almışdır. Əbdürrəhman adlı taksi sürücüsünün vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs3 adlı bacısı oğluna 6700 manat ilkin ödənişlə sosial ev təşkil edəcəyini vəd verib həmin məbləğin 200 manatlıq hissəsini beh adı ilə, 6500 manatlıq hissəsini isə kredit müqaviləsi bağlamaqla almışdır. Eləcədə İradənin vasitəsilə tanıdığı qadınların birinə ev, birinə iş, birinə övladının müalicəsi, digərinə rəfiqəsinin pulunu qaytarmaq adı ilə sənədləşmə işinə kömək etməsi adı ilə aldadıb pullarını almışdır. Pullarını almış olduğu şəxslərin hər birinə guya Bakı şəhəri, Nərimanov rayon ərazisində olan 3 mərtəbəli mebel dükanını, Nərimanov rayonu,Təbriz küçəsi, H.Əliyev komleksi ilə üzbə üz yeni inşa olunmuş evin 13-cü mərtəbəsində olan 3 otaqlı evini, valideynlərinin yaşadığı ünvan 19 ünvanda “Oba MTK” tərəfindən inşa olunmuş mənzilləri satıb pulları qaytaracağına vəd verməklə hər birini inandırıb aldatmışdır. Əslində o, özü, həmçinin valideynləri kirayədə yaşamış, bütün bunları vəd olaraq onlara vermiş, kartına daxil olan və taksi ilə aldığı bütün pulların əksəriyyətini top.az mərc oyununa xərcləmiş, cüzi bir hissəsini isə kirayə haqqı, yeməyi, gündəlik məsrəflərinə xərcləmişdir. Ailə üzvləri onun şou-biznesdə çalışdığını, qazanc əldə etdiyini etimal etmiş və onun dələduzluqla məşqul olmasından məlumatsız olmuşlar. İradədən müxtəlif bəhanələrlə pul alarkən pulların bir hissəsini Nazirədən borc aldığını eşitmişdir. İradə özü ona danışmışdırki, bacısı Nazirə tibb bacısıdır, özüdə onların əvvəl yaşadıqları məhəllədə yaşayır. Nazirədəndə pul almaq üçün ondan bir dəfə uzaq qohumlarından yaşlı bir nənəyə iynə vurmasını xahiş etmiş və Nazirə onun xahişini yerinə yetirmişdir. Sonra o, özü həmin vaxt istifadəısində olan ***-***-**-** mobil nömrəsindən Nazirənin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng etmiş və nömrəsini bacısı İradədədn aldığını demişdir. X36 adlı oğlunu işə düzəltmək istədiyini eşitdiyindən anasına zəng edib X20 4-5 nəfər işçisi olan və yüksək maaş alan anbar müdürü kimi işə düzəldə biləcəyini, bu iş üçün 4.000 manat pul lazım olacağını demişdir. Nazirə ona inanaraq həmin məbləği 2500 və 1500 manatlıq hissəslərlə telefonuna göndərdiyi bank kart hesabına göndərmişdir. 2021-ci ilin aprel ayının əvvəllərində Nazirəyə zəng edib bir nəfər yaxın dostunun Yasamal rayon ərazisində güzəştli şərtlərlə əhaliyə verilməsi nəzərdə tutulan evlərdə işlədiyini və həmin evdə ikiotaqlı mənzil olduğunu, mənzilin çox sərfəli qiymətə təklif olunduğunu deyərək Nazirənin bu şansı buraxmamasını təklif etmiş və bu evin ancaq ona qismət olmasını istədiyini inandırmağa çalışmışdır. 12.000 manat ilkin ödəniş və 500 manat aylıq ödənişli olduğunu dedikdə Nazirə həmin şərtlərə ev ala bilməyəcəyini dedikdə guya dostundan xahiş edib ilkin ödənişi 10.000 manata, aylıq ödənişi 300 manata endirdiyini dedikdə Nazirə həmin şərtlərlə razılaşmışdır. İlkin ödəniş adı ilə razılıq verilmiş 10.000 manat pulu almaq üçün ödənişin 3 gün ərzində edilməsinin şərt olduğunu demiş və Nazirə həmin məbləği bir neçə dəfəyə kart hesabına göndərmişdir. Kart hesabına daxil olan həmin məbləği Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisindəki bankomatdan qəbul edib top.az mərc oyunlarına və şəxsi məsrəflərinə xərcləmişdir. Pulu xərclədikdən sonra Nazirədən yenidən pul almaq məqsədi ilə onun qızına “Təfəkkür” universitetindən tanışları vasitəsilə 10.000 manat müqabilində tibbi sertifikat ala biləcəyini demiş və Nazirə onun vədlərinə inanaraq iki həftə ərzində onun bank kart hesabına 300, 500, 1000, 2000, 3.000 və bu kimi məbləğli hissələrlə pul ödəmiş, ***-**** manatlıq hissəsini isə taksi vasitəsilə şəxsən özünə göndərmişdir. Həmişəki kimi aldığı pulları top.az mərc oyununa və kirayə haqqı, şəxsi məsrəflərinə xərcləmişdir. Pulunun bitdiyi zaman yenidən müxtəlif bəhanələr düşünmüş, guya tibbi sertifikatın verilməsinə köməklik göstərən şəxsin yaxın qohumunun vəfat etdiyini və dəfn üçün həmin şəxsə pul lazım olduğunu deyərək Nazirədən 1.000 manat pul almışdır. Nazirə həmin pulu onun kart hesabına göndərmişdir. İki aylıq kirayə pulunu ödəmədiyi üçün ona 1000 manat lazım olduğundan Nazirəyə guya həbs olunduğunu, kart hesabının özündə olmadığını deməklə ev sahibinin kart nömrəsini Nazirəyə göndərərək karta 1.000 manat pul ödətdirmişdir. xx.xx.2021-ci il tarixdə həbsdən buraxılmasına kömək etməsini, əks halda ona söz verdiyi bütün işlərin baş tutmaya biləcəyini dedikdə Nazirə taksi vasitəsilə ona 1200 manat, kart hesabı ilə 250 manat pullar göndərmişdir. Bununla da Nazirədən təxminən 28-30.00 manata yaxın pul almış həmin pulların əksər hissəsini Topaz mərc oyunlarına, müəyyən hissəsini kirayə haqqı, şəxsi məsrəflərinə xərcləmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs bildirmişdir ki Zərərçəkmiş şəxs1 adlı qadını 2021-ci ilin fevral ayından tanımışdır. Beləki, həmin vaxt Zərərçəkmiş şəxs8 ona zəng edərək Xazangülün oğlunun ankoloji xəstə olduğunu və onun müalicəsi üçün televiziyalardan birində maddi kömək üçün, yaxud həkim köməyi, sponsor yardımı tapaılmasından ötrü elan verilməsi kimi köməklik göstərə biləcəyini soruşmuş və bu barədə fikirləşib bir köməklik edəcəyinə söz vermişdir. 2021-ci ilin fevral ayının ikinci yarısında İradəyə zəng edib guya Türkiyədə dünyaca tanınmış həkim dostunun olması və xəstəni həmin həkimin yanına göndərə biləcəyini, dostu tərəfindən xəstənin qəbul olunacağı, yerləşdirilib müalicə olunacağını, ancaq bunun üçün valideyn tərəfindən ən azı 10-15.000 manat arasında maddi dəstək olunmasının vacib olduğunu bildirmişdir. İradə Ruslan adlı xəstənin valideyni ilə danışıb bir cavab deyəcəyindən bir neçə gün sonra ona zəng edərək telefonu xəstənin xazangül adlı anasına vermiş və onunla da xəstə barəsində danışmış, xazangül ağlayaraq oğlu üçün ancaq 4.000 ABŞ dolları və 6.500 manat, 13.300 manat məbləğində pul əldə etdiyini demişdir. Həmin pulun götürülməsi üçün sürücünün göndəriləcəyini və xəstəni İstambul şəhərinə yola salacağına söz vermişdir. Təxminən 20 fevral 2021-ci il tarixdə Ramiz adlı taksi sürücüsünü İradənin ünvanına göndərərək Xazangülə aid pulları İradədən alıb götürmüşdür. Bir həftə sonra Xazangülə zəng edərək xəstənin pasport məlumatlarını istəmiş və sonuncu oğlunun ona kömək üçün dostu ilə birlikdə gedəcəyini deməklə iki nəfərin pasport məlumatlarını ona göndərmişdir. Xəstə ilə bərabər ikinci şəxsədə İstambul şəhərinə aviabilet alaraq xx.xx.2021-ci il tarixdə onların həmin şəhərə uçmalarına şərait yaratmış, lakin özünün vacib işləri olduğu üçün özü onlarla İstambula gedə, xəstə ilə maraqlana bilməmişdir. Həmingün mənə İradə, Xazangül ona zəng edərək xəstənin kimsə tərəfindən qarşılanmadığını demiş və o, xəstənin otellərin birində yerləşdirməklə onu gözləməsini tapşırsada bu dəfədə vacib işləri olduğundan İstambul şəhərinə gedə bilməmişdir. Telefonunu bir neçə gün söndürüb zənglərdən yayınmağa çalışsada sonradan telefonu aktiv etdiyində İradə, Nazirə, Xazangül və daha bir neçə aldadıb pullarını aldığı şəxslər tərəfindən ona yüzlıərlə zənglərin daxil olduğunun şahidi olmuşdur. Bəzi hallarda onların zənglərinə cavab verərək birinə bankda, birinə televiziyada çəkilişdə, digərinə səfərdə olduğunu deməklə sakitləşdirməli olmuşdur. Xəstənin anası Xazangülə guya həkimlərə zəng edib xəstəni tapşırdığını desədə xx.xx.2021-ci il tarixədək Xazangül və İradə xəstəyə görə onu çox narahat etmiş və o, Xəstənin geri qayıtmasından ötrü bilet alınması üçün köməklik edəcəyinə söz vermişdir. Xəstəyə aviabilet alınması üçün pulu olmadığından həmin pulu İradədən almaq qərarına gəlmiş və bu məqsədlə bankların birinin önündən videoçəkib İradənin telefonuna göndərərək yaxın bir saat ərzində pul götürmək üçün növbəsinin çatdığını deyib onu sevindirmiş, komisyon haqqı kimi banka ödənilməsindən ötrü 1.000 ABŞ dolları məbləğində pul lazım olduğunu deyərək Xazangülün xəstə oğlununa aid bank kart nömrəsinin ona göndərmiş, İradə həmin gün pul əldə edib kart sahibinin Ruslan olduğunu bilmədən onun kartına pul 1000ABŞ dolları göndərmişdir. Sonradan ona məlum olmuşdur ki, Xazangül özü də oğlu üçün əlavə 2.000 manat pul göndərmiş və onlar Bakı şəhərinə qayıtmışlar. Sonradan Xazangül və İradə ona verilən 13.300 manat pulu almaq üçün zəng edib görüşə dəvət etsələrdə pullarını qaytaracağına vədlər verib görüşdən yayınmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs9 vasitəsilə tanımışdır. Belə ki, 2021-ci ilin yanvar ayının əvvəllərində Zərərçəkmiş şəxs9 onunla tibb bacısı işləyən Aybəniz adlı qadının xəstə oğlu olan Gülşən adlı qadının iş axtardığını eşitmişdir. Həmin vaxtlar Nazirə, bacısı İradə və bütün onu tanıyanlar onun Xəzər TV, ARB TV-də işlədiyini, xeyirxah işlərlə məşqul olduğunu, insanlara kömək etmək istəyən bir şəxs kimi tanıdıqlarından işə düzəlmə və başqa məsələlərlə bağlı ona müraciət etməli olmuşlar. Nazirə həmin şəxsin işə düzəldilməsində köməklik etməyi ondan xahiş etdikdə adını Gülşən kimi təqdim etdiyi qadını 1 saylı KTM-də aşbaz, yaxud alınmadığı halda qapıçı işinə düzəldə biləcəyini vəd verib onun özünün mobil nömrəsini Nazirədən almış 2021-ci ilin yanvar ayında o vaxt işlətdiyi ***-***-**-** Votçhap nömrəsindən Gülşən adlı qadına zəng etmişdir. Özünü ona təqdim edərək aşbaz və ya qapıçı kimi işləri sadalamış və Gülşən aşbaz işini seçmişdir. Həmin iş üçün ona 5.000 manat pul təklif edənlərin olduğunu deyərək onu təmənnasız işə düzəldəcəyinə söz versədə 4 gün müddətinə ona 5.000 manat borca pul lazım olduğunu demişdir. Gülşən adlı qadın ona inanaraq onda manatla deyil ABŞ dolları ilə pul olduğunu demişdir. 2021-ci ilin yanvar ayının ilk həftəsində Gülşən xanımla onun yaşadığı Xətai rayonu ərazidində evinin qarşısında görüşərərk ondan 700 ABŞ dolları məbləğində pul almışdır.Təxminən 15 gün sonra Gülşən xanımla Nərimanov rayonu, eyniadlı metrostansiyası yaxınlığında görüşüb ondan 1500 ABŞ dolları almışdır. Aradan 10 gün keçmiş yenidən yaşadığı Xətai rayonu ərazisində evininqarşısında Gülşənlə görüşüb ondan 500ABŞ dolları məbləğində pul almışdır. Görüşlərimizin birində Gülşən xanımın yanında, əlindən tutduğu xəstə uşağı ilə onunla görüşə gəlmiş və həmin xəstəni gördükdə pulu almaqdan vaz keçmək fikrinə düşsədə tamah ona güc gəlmiş və o, xəstə uşağa, yaşlı qadına baxmadan onun pulunu almış, yalnız uzun müddətdən və ona edilən zənglərdən sonra Gülşənin kart hesabına başqa zərərçəkmiş şəxslərdən almış olduğu pullardan 140 manat göndərmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs8 vasitəsilə tanımışdır. Belə ki,2020-ci ilin sentyabr ayında Könül xanım onun mobil nömrəsinə zəng edərək nömrəni İradədən aldığını, mənzil şəraitinin yaxşı olmadığından ona güzəştli şərtlərlə ev almaqda köməklik göstərilməsini istəmişdir. Könül xanımın Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yaşadığını bildikdə özünün də həmin ünvanda doğulub böyüdüyünü, iki ildir oradan köçdüyünü, Xoşqədəm xanımla çalışdığını, insanlara bacardığı köməklikləri göstərməkdən yorulmadığını bildirmiş, ilkin ödənişin məbləğinə görə kredit müddətinin təyin edilməsini ona izah etmişdir. Könül xanım 30 il müddətinə görə 2 otaqlı mənzil sahəsindən ötrü ilkin olaraq deyilən 6500 manatla bağlı fikirləşib cavab deyəcəyini söyləmiş və növbəti gün zəng edərək onun üçün 2 otaqlı mənzilin təşkil olunmasına razı olduğunu, 6500 manat pulu hissələrlə ödəməyə, ilkin olaraq 2.000 manatlıq hissəsini ödəmək istədiyini və qalan hissəsinidə qısa zaman içərisində ödəyəcəyini bildirmişdir. Göndərmək istədiyi 2.000 manat pulu və şəxsiyyət vəsiqəsini surətini ünvana göndərəcəyi sürücünün vasitəsilə ona göndərilməsini tapşırmış və Könül xanım təxminən 10 sentyabr 2020-ci il tarixdə taksi vasitəsilə 2.000 manat pulu və şəxsiyyət vəsiqəsini ona göndərmiş, pulu və sənədin surətini Binəqədi rayonu, 8-ci mikrorayondakı “Zirvə”restoranının qarşısında qəbul edib götürmü, bu barədə Könül xanıma məlumat vermişdir.Təxminən 10 gün sonra pulun qalanının da göndərilməsini Könül xanıma zəng edib ondan xahiş etmiş və o, əvvəlki qaydada Ramiz adlı taksi sürücüsünün vasitəsilə əlavə olaraq 4.000 manat pulu ona göndərmişdir. Həmin puluda eyni ünvanda qəbul edib bu barədə ona məlumat vermişdir. Təxminən 5 gün sonra qalan 500 manat pulu ondan istəmiş və bank kart nömrəsini onun telefonuna göndərərək həmin hesaba göndərilməsini xahiş etmişdir. Qalan 500 manatı Könül xanım onun kart hesabına göndərmiş və ümumilikdə ondan ilkin ödəniş adı ilə 6500 manat məbləğində pul alaraq ələ keçirmişdir. Özünün dediyi məbləği aldıqdan sonra Könül xanımın ona həmin evi göstərməsi təkidinə cavab olaraq müdiriyyətin Bakı şəhərində olmaması, bu barədə kənar şəxslərin məlumat almaması kimi bəhanələr söyləyib ona yalan vədlər vermişdir. Həmin vaxtlar Könül xanımı onunla tanış edən İradə və Könül özü mütəmadi olaraq ona zəng edib pulun geri qaytarılmasını tələb etsələrdə onlara təkrar yalan vədlər verib aldatmaqda davam etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs7 adlı qadını 2019-cu ilin təxminən avqust ayından Zərərçəkmiş şəxs8 evində görüb tanımış və İradə ilə aralarında olan danışıqlardan onların rəfiqə olduqlarını bilmişdir.Bundan başqa, İradənin evində olarkən onun kim olduğunu İradədən soruşmuş və sonuncu Arzunun onun ən yaxın rəfiqələrindən biri olduğunu demişdir. Onlarla söhbət zamanı Arzu xanıma Xəzər TV-də Xoşqədəm xanımın prodyusseri işlədiyini, Yasamal rayonu ərazisində inşa edilən sosial evlərdə yaxın tanışının olduğunu, istənilən şəxsə oradan güzəştli şərtlərlə ev həll edə biləcəyini deməklə onun da maddi vəziyyətini və fikrinin öyrənmək istəmişdir. Arzu xanım isə lazım olduğu halda ev barədə ona məlumat verəcəyini demişdir. İradənin evində olarkən söhbət zamanı İradə ona aldığı pulların qaytarılmasını tələb etdikdə o, bilərəkdən Arzunun yanında 340.000 manat dəyərində olan obyektinin sənədləşməsinin aparıldığı, sənədləşmənin artıq başa çatdığını, banka təqdim edildiyini, lakin kredit məbləğinin ayrılması üçün banka ilikin olaraq kiçik məbləğlərdə ödəniş olunmasının lazım olduğundan danışmış, hətta Arzunun İradə ilə yaxın rəfiqə olduqlarını bilib nədən onun problemlərinə yardımçı olmadığını, bankdan kredit götürülməsində lazım olan ödənişlərlə bağlı köməklik göstərmədiyini ona sual etmişdir. Arzu xanım cavabında Arzu rəfiqəsi İradə üçün hər şey edə biləcəyini bildirdikdə bu şansı buraxmaq istəmədən dəyərləndirmək qərarına gəlmiş və Arzu xanıma təklif etmişdir ki, bank üçün ilkin olaraq 1.000 manat pul köməklik etsin. Arzu buna razı olmuş və 2019-cu ilin avqust ayının 12-də İradənin evində ona 1000 manat pul vermişdir. Aradan təxminən 20 gün keçmiş Arzu xanım ona zəng edərək işin nə yerdə qaldığını soruşduqda ona yenə 1.000 manat pul lazım olduğunu, guya sənədlərin artıq başa çatmaq üzrə olduğunu deyib inandırdıqdan sonra Arzu bu dəfədə İradənin evində ona ikinci dəfə 1.000 manat pul vermişdir. 2019-cu ilin oktyabr ayının əvvəllərində İradəyə bankdan guya 80.000 manat pul ayrılmasına razılıq verildiyini inandırmaq üçün qaimə şəkli çəkib telefonda İradəyə göndərmiş və qabaqcadan bilmişdir ki, İradə bu barədə Arzu xanımla məsləhət edəcəkdir. Bundan sonra, Arzu xanıma zəng edib artıq bankdan 80.000 manat pul ayrıldığını, lakin pulun götürülməsində yaranan kiçik əngəllərin aradan qaldırılması üçün 700 manat pul lazım olduğunu demişdir. Arzu qaiməni gördüyündən ona inanaraq həmin məbləği verməyə razılıq verərək hansı şəraitdə göndərməsini soruşmuş və o, Arzunun olduğu Səbail rayonu, İstiqlaliyyət küçəsi 6 ünvana sürücü göndərərək pulu alıb qəbul etmişdir.Təxminən 10 gün sonra Arzu xanımdan eyni üsulla 700 manat pul istəyib almışdır. Bundan sonra işin artıq son mərhələdə olduğunu deyib Arzunu inandırmaqla bu dəfə ondan 1800 manat pul istəmiş və o, həmin məbləği 2019-cu ilin noyabr ayının ilk həftəsində Azadlıq metrostansiyası qarşısında sürücü ilə görüşüb ona göndərmişdir. 2020-ci ilin yanvar-fevral aylarında da Arzuya zəng edib ondan kiçik məbləğlərdə pul istəmiş və Arzu onun kart hesabına 240, 130, 420, 75 manat olmaqla hissələrlə 865 manat pul göndərmişdir. 2019-cu ilin fevral ayının ikinci yarısında sonuncu dəfə İradənin evində Arzudan 1000 manat pul istəmiş və Arzu ona 900 manat pul vermişdir. Bununla da o, Arzudan 2019-cu ilin avqust ayından 2020-ci ilin fevral ayınadək ümumilikdə 6.965 manat məbləğində pul almış, sonra isə digərlərində olduğu kimi zənglərə cavab verməmiş, cavab verdiyi halda müxtəlif bəhanələr gətirməklə aldatmaqda davam etmişdir. Arzu xanımdan da aldığı pulların əksəriyyətini Top.az mərc oyunlarına,cüzi hissəsini isə özünün kirayə haqqı, gündəlik məsrəflərinə xərcləmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs3 2021-ci ilin iyun ayında avtomobilindən taksi kimi istifadə etdiyi Fizuli ləqəbli Şahid8 adlı sürücü dayısının vasitəsilə tanımışdır. Belə ki, həmin vaxt Əbdürrəhimin avtomobilindən istifadəedərkən bilərəkdən onun iştirakında telefonda bəzi şəxslərlə sosial evlərlə bağlı danışıb onlara güzəştli şərtlərlə ev təşkil edə biləcəyini izah edib şəxslərin suallarını cavablandırarkən sürücü Əbdürrəhim evlərlə bağlı maraqlanmağa başlamış və bacısı oğlunun güzəştli şərtlərlə ev axtardığını bildirmişdir. Bacısı oğluna istənilən köməyi edə biləcəyi və istənilən şərtlərlə ev həll edə biləcəyini deyib onunla əlaqə saxlamasını tapşırmışdır. Bir neçə gün sonra istifadəsində olan ***-***-**-** mobil nömrəsinə ***-***-**-** mobil nömrəsindən zəng daxil olmuş və zəng edən şəxs özünü Əbdürrəhimin bacısı oğlu Habil kimi təqdim etmişdir. Telefonda onunla sosial evlər barədə maraqlandıqda bu barədə görüşüb danışmağı məsləhət bilmiş və o,vaxt kirayədə qaldığı Nərimanov rayonu, Ağa Nemətulla küçəsindəki “Araz”marketin qarşısına dəvət etmişdir. Az sonra Habil və onun Kəramət adlı anası onunla görüşə gəlmiş və onlar söhbət edərkən taksi avtomobildən istifadə etdiyi Əbdürrəhim onların olduğu yerə gəlmişdir. Söhbət zamanı onlara, Yasamal rayonu ərazisində tikilmiş sosial evlərdən 4-cü mərtəbədə qalmış 3 otaqlı mənzili 30 il müddətinə ayda 270 manat ödəməklə ilkin ödəniş 6.700 manat olmaqla təşkil edə biləcəyini demiş və sürücüsü Əbdürrəhimə görə bu evin başqasına qismət olmasını istəmədiyini bildirmişdir. Kasıb adamlara 30 il müddətin sərf etdiyi üçün onlara bu müddəti alacağına çalışacağına, müddətin tamamında evi öz adlarına sənədləşdirəcəklərinin mümkün olacağını izah etmişdir. Söhbət zamanı habil və anası evin yerləşdiyi yerin onlara göstərilməsi və evi satanın onlarla tanış edilməsini təkid etsələrdə ev satanın heç kimlə görüşmədiyi və qabaqcadan belə bir addımın atılmasının işin zərərinə olacağını, yalnız sənədləşmədən sonra onları görüşdürəcəyinə söz verib izah etmişdir. Onlar gedib təklifləri müzakirə edəcəklərini və bu barədə ona bir cavab verəcəklərini demişlər. Aradan bir neçə saat vaxt keçmiş özü Habil adlı şəxsə zəng edərək guya ev satan şəxlə danışdığını və ev üçün ilkin ödənişin məbləğinin 6700 manat təşkil etdiyini öyrəndiyini demişdir. Hətta Habilə təklif etmişdir ki, evin əldən çıxmaması və adlarının qeydiyyata alınması üçün 200 manat beh formasında pul göndərsin. Habilə həmin pulu göndərməsi üçün «Kapital Bank»a aid ******************** nömrəli kart hesabını göndərmiş və həmin gün,yəni xx.xx.2021-ci il tarixdə onun kartına 200 manat daxil olmuşdur. 200 manat pulu qəbul etdiyi barədə Habillə danışmış və sonuncunun təklifi əsasında xx.xx.2021-ci il tarixdə qalan məbləğlə bağlı görüşəcəkləri barədə razılığa gəlmiş və həmin gün saat 12 radələrində Habillə dayısı Əbdürrəhimlə birlikdə 21saylı notariat kontorunda görüşmüşlər. Orada ona verilən 6500 manat pulun kredit müqaviləsi formasında sənədləşməsi təklif olunmuş və o, buna etiraz etməmişdir. Onların təklifləri əsasında bankda kredit müqaviləsi bağlanmış və 6500 manat pul ilkin ödəniş adı ilə ona verilmişdir Bununla da ümumilikdə Habildən ona güzəştli şərtlərlə ev təşkil edəcəyi adı ilə 6700 manat pul alaraq ələ keçirmiş, pulun əksər hissəsini Top.az mərc oyunlarına, cüzi hissəsini isə kirayə puluna, gündəlik məsrəflərinə xərcləmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs11 adlı qadını da Zərərçəkmiş şəxs8 vasitəsilə tanımışdır. Tanışlıq zamanı onun İradənin qardaşı arvadı olduğunu bilmişdir. 2021-ci ilin fevral ayında adını Şüşən kimi təqdim edən şəxs ona zəng edərək baldızı İradənin evindən və onun iştirakında onunla danışdığını deməklə işə düzəlməsinə köməklik etmək üçün ona zəng etdiyini bildirmişdir.Şüşən adlı qadınla söhbət zamanı ona ARB TV-də işlədiyini, bacısı Şəbnəmi də həmin televiziyada işə düzəltdiyini ,respublikada hamı tərəfindən tanındığını, İradənin onun hansı qabiliyyətə malik olduğunu yaxşı bilməsindən danışaraq onu 4500 manat müqabilində ARB-TV-də təsərrüfat bacısı kimi işə düzəldə biləcəyinə söz vermiş, 20 gün müddətində işə çıxacağını demişdir. Şüşən adlı qadın deyilən məbləği verməyə hazır olduğunu və hansı şəraitdə çatdırılmasını soruşduqda qohumu İradədəd olan ona məxsus bank kart hesabına köçürməsini məsləhət bilmişdir. 2021-ci ilin fevral ayının ikinci yarısında Şüşən ona zəng edərək İradənin evində olduğunu və deyilən məbləği özü ilə götürdüyünü bildirmişdir. Həmin vaxt qohumu İradə ilə danışaraq pulu Şüşəndən götürüb onda olan kart hesabına göndərilməsini xahiş etmiş və həmin saatda pul onun kart hesabına köçürülmüş və 4500 manat məbləğində pulu Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisindəki bankomatdan götürmüş və bu barədə onlara zəng edərək məlumat vermişdir. Aradan 20 gün keçmiş Şüşən ona zəng edib işin nəticəsini soruşduqda müdiriyyətin yaxın günlərdə onu dəvət edəcəyini deyərək gözləməsini ondan xahiş etmiş və 2021-ci ilin mart ayına kimi Şüşənə və onun işi üçün zəng edən qohumu İradəyə müxtəlif bəhanələr söyləmişdir. Mart ayının ikinci yarısında isə artıq onlar pulun qaytarılmasını tələb etməyə başladıqda guya müdiriyyətin dəyişildiyi, pulunda həmin müdürdə qaldığını və ala bilmədiyini demiş, bu kimi bəhanələr irəli sürmüşdür. Buna baxmayaraq pulun qaytarılmasını öz üzərinə götürdüyünü, obyektinin satılması, yaxud banka girov qoymaqla yaxın günlərdə 80.000 manat kredit alacağını deməklə onu sakitləşdirmiş, hətta onların mütəmadi zənglərinin qarşısını almaq üçün Zərərçəkmiş şəxs8 telefonuna kredit ayrılmasına dair bank qaiməsinin şəklini atmış və bu yolla onların hər ikisini arxayın etmişdir. 2021-ci ilin mart ayında Şüşən qohumu İradəni evindən bir daha zəng edib pulun qaytarılmasını tələb etdikdə həm Şüşəni, həmdə İradəni yaxın günlərdə bankdan kredit götürəcəyinə inandıraraq ona bu iş üçün 3.000 manat pul lazım olduğunu,hər iki məbləği bankdan pul götürdüyü anda bir yerdə qaytaracağını bildirmişdir. Şüşən deyilən məbləğində verilməsinə və cəmini bir yerdə alacağına inanaraq 2021-ci ilin mart ayının sonlarında 3.000 manat pulu onun İradədə olan bank kart hesabına göndərmiş, bu barədə zəng edib ona məlumat vermişdir. Həmin puluda qəbul edib top.az mərc oyunlarına və özünün şəxsi məsrəflərinə xərcləmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs10 adlı süpürgəçi işləyən qadını da Zərərçəkmiş şəxs8 vasitəsilə 2021-ci ilin yanvar ayından şifahi,mart ayından isə əyani tanımışdır. 2021-ci ilin yanvar ayının birinci ongünlüyündə İradə ona zəng edərək bir nəfər kasıb, himayəsində ərgən qızı olan, süpürgəçilikdlə 20-ildən artıq müddətdə çörək qazanan, kirayələrdə yaşayan yaxın bir qadına güzəştli şərtlərlə ev almağın mümkün olub-olmamasını soruşmüşdur. İradəyə müştəriləri çox olduğu halda Bakı şəhəri,Yasamal rayonu ərazisində inşa olunan və güzəştli şərtlərlə əhaliyə verilən evlərdən birinin bir blokunu tanışlar üçün götürülməsinin mümkün olduğunu dediyindən o, müştəri olduğu halda zəng edib ona məlumatvermişdir.Səhər adlı qadının da həmin blokdan ev almasına köməklik göstərilməsi üçün ondan xahiş etdikdə süpürgəçi qadına tanışlarına aldığı blokdan sərfəli qiymətə, 9.000 manat ilkin ödənişi olan mənzil təşkil edə biləcəyini bildirmişdir. İradə həmin qadınla məsləhət edib ona cavab deyəcəyini bildirərək bir gün sonra ona təkrar zəng etmiş və Səhər xanımla bir yerdə olduğunu, deyilən təkliflərlə razı olduqlarını bildirmiş, telefonu Səhər adlı qadına vermişdir. Səhər adlı qadında 9.000 manat ilkin ödənişlə razı olduğunu, sürürgəçilik etməklə 1988-ci ildən 20.000 manat pul topladığını, həmin ildən kirayələrdə yaşadığını, himayəsində olan qızını evsiz qoyub həyatdan köçmək istəmədiyindən danışmış, ağlayaraq ona köməklik göstərilməsini xahiş etmişdir. Qadına telefonda ürəkdirək verib ev üçün tam arxayın etməklə yaxın günlərdə evinin olmasına heç şübhəsinin olmamasını bildirmişdir. Bundan sonra qadın 9.000 manat ilkin ödənişin hansı formada göndərilməsini soruşduqda pulun İradəyə verilməsini, sonuncuda olan kart hesabına və ya taksi vasitəsilə qəbul edəcəyini demişdir. Təxminən 15 yanvar 2021- il tarixdə Zərərçəkmiş şəxs8 ona zəng edərək Səhərin ilkin ödəniş pulunu ödəməyə hazır olduğunu deyərərk məlumat verdikdən sonra o, Ramiz adlı sürücünü ünvana göndərərək pulu alıb götürmüş və bu barədə İradəyə və pul sahibi Səhər adlı qadına zəng edib məlumat vermişdir. Təxminən beş gün ərzində pulları Top.az mərc oyunlarına xərcləyib bitirdiyindən ona yenə pul lazım olduğundan İradəyə zəng edərək Səhərin evinin sənədlərinin tam hazır olması üçün guya əlavə 6.000 manat pul lazım olduğunu demiş, həmdə guya 7 illik müddətə güzəştli şərtlərlə müqavilə bağlanmasından ötrü bu qədər pula ehtiyac yarandığına inandırmışdır.Təxminən 20 yanvar 2021-ci il tarixdə İradə Səhərin evindən ona zəng edərək telefonu Səhər adlı qadına vermiş və onunla danışarkən bir daha 6.000 manat pulun nə üçün lazım olduğunu ona izah etmişdir. Səhər adlı qadın 6.000 manat pulunda göndərilməsinə razılıq verdikdən sonra həmin gün Ramiz adlı taksi sürücüsünü ünvana göndərib pulu alıb qəbul etmişdir. Həmin puluda bir neçə gün ərzində mərc oyunlarına,şəxsi məsrəflərinə xərcləmiş,02 fevral 2021-ci il tarixdə Səhərdən təkrar pul almaq fikrinə düşmüşdür.Bunun üçün yenə İradəyə zəng edib Səhərin evinin sənədlərinin hazır olduğunu,təsdiqlənməyə göndərildiyini,bəzi çatışmayan sənədlərin aradan qaldırılması üçün 5.200 manat pulu ehtiyac olduğunu demişdir. İradə isə öz növbəsində bu barədə Səhər adlı qadına demiş və onunla telefon əlaqəsi yaratdıqda pulun vacib olduğunu, ödənişlərin çox ödənməsinin onun xeyrinə olduğunu izah etmiş və onun razılığını almışdır.Səhər adlı qadın onun üçün fərq etmədiyini, əlində olan pulun qabaqcadan ödənməsinin ona sərf etdiyini düşünərək həmin gün 5.200 manatda onun bank kart hesabına göndərilmişdir. 10 fevral 2021-ci il tarixdə gündəlik xərclərinə pul lazım olduğundan İradəyə zəng edib Səhərin evinin sənədlərinin hazır olduğunu, lakin onların götürülməsi üçün 300 manat pul lazım olduğunu deyib inandırmaqla həmin məbləğində kart hesabına göndərilməsinə nail olmuş, ümumilikdəSəhər adlı qadından 20.500 manat pul alıb ələ keçirmiş, pulları Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində alıb mərc oyunlarına və şəxsi məsrəflərinə xərcləmişdir. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmədə verdikləri ifadələrini, eləcə də digər sənədləri tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsnın əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqlarını əldə edərkən, hər hansı öhdəliyini yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə, yaxud da əmlak hüquqları əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərərçəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 02, iş vərəqə:8) İş materiallarında olan AR Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasının Tibbsanitar hissəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs sorğu zamanı sağ qolundan 2016, 2017, 2019 və 2022-ci illərdə cərrahiyyə əməliyyatları keçirdiyini bildirmiş, müayinə nəticəsində ona “sağ dirsək sümüyünün distal nahiyyəsinin postravmatik hipoplaziyası” diaqnozu qoyulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, cinayət işi üzrə vurulmuş ziyanı qismən ödəməsini, onun səhhətini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsnın cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99- 1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs5 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli mülki iddia ərizəsi ilə bağlı qeyd edir ki, Zərərçəkmiş şəxs5 məhkəmədə verdiyi ifadəsində 65.950 manat məbləğində maddi ziyandan ona hər hansı ödəniş edilmədiyini bildirsə də, ibtidai istintaq zamanı 24 sentyabr 2021-ci il tarixli ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmin məbləğdən 2019-cu ildə cəmi 1.000 ABŞ dolları (1700 manat) və hüquq mühafizə orqanlarına müraciət etdikdən sonra isə hissəslərlə ona ümumilikdə 8990 manat pulu qaytarmış, 55.260 manat pulunu isə qaytarmaqdan imtina etmiş və beləliklə ona vurulmuş ümumi ziyandan 55.260 manat pul ödənilməmiş qalmışdır. Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq, belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, 55.260 manat məbləğində maddi ziyan, həmçinin, dövlət rüsumu üçün ödənilmiş 287,85 manat məbləğində pul, ümumilikdə 55.547, 85 (əlli beş min beş yüz qırx yeddi manat səksən beş qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq, Zərərçəkmiş şəxs5 ödənilməli, mülki iddia qalan hissədə baxılmamış saxlanılmalı və Zərərçəkmiş şəxs5 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah olunmalıdır. Məhkəmə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs6 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli mülki iddia ərizəsi ilə bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, mülki iddia tam təmin edilməli, 23.530 manat məbləğində maddi ziyan, həmçinin, dövlət rüsumu üçün ödənilmiş 160,59 manat məbləğində pul, ümumilikdə 23.690, 59 (iyirmi üç min altı yüz doxsan manat əlli doqquz qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq, Zərərçəkmiş şəxs6 ödənilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11 dəymiş maddi ziyanla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində onlara dəymiş ziyanla bağlı mülki iddia vermədiklərindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. İş materiallarında olan 23 sentyabr 2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan və Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(001)-1021/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 23 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə 126,127; 226-230) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 23 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi1 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 210 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-in 345, 346, 347, 351- 353, 356-cı maddələrini rəhbər tutub məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 23 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs5 mülki iddiası qismən təmin edilsin, ümumilikdə 55.547,85 (əlli beş min beş yüz qırx yeddi manat səksən beş qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq, Zərərçəkmiş şəxs5 ödənilsin, mülki iddia qalan hissədə baxılmamış saxlanılsın və Zərərçəkmiş şəxs5 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah olunsun. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs6 mülki iddiası tam təmin edilsin, ümumilikdə 23.690,59 (iyirmi üç min altı yüz doxsan manat, əlli doqquz qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq, Zərərçəkmiş şəxs6 ödənilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, X31 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi1 təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 210 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev Hakimlər: Azər Paşayev İradə Həsənzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar