Məhkəmə qərarları › İş №1(101)-638/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-638/2024

15.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-638/2024 15.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məcidov X16 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, müdafiəçi - Bakı şəhər “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1990-cı ildə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində 3 (üç) azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Qəbələ rayonu, Böyük Əmili kəndində qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla təkrarən oğurluq etmiş, təkrarən oğurluğa cəhd etmiş və zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Şahid11 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx.xx.2022-ci il tarixdə, saat 16:00 radələrində Qəbələ şəhəri, 28 May küçəsi ərazisində yerləşən açıq meşəlik sahədən Zərərçəkmiş şəxs5 məxsus və qiyməti 600 manat olan 1 (bir) baş dişi cinsli inəyi gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 həmin məbləğdə ziyan vurmaqla oğlurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Şahid11 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx.xx.2022-ci il tarixdə, təxminən saat 16:00-17:00 radələrində Oğuz rayonu, Baş Daşağıl kəndi ərazisində örüş sahəsindən həmin kənd sakini Zərərçəkmiş şəxs6 məxsus və qiyməti 1.100 manat olan 1 (bir) baş inəyi gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs6 həmin məbləğdə ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2022-ci il tarixdə, saat 20:00 radələrində Qəbələ rayonu, Böyük Əmili kəndində yerləşən Zərərçəkmiş şəxs7 məxsus saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olaraq oradan Zemfıra Mehdiyevaya məxsus və qiyməti 130 manat olan 1 (bir) baş erkək cinsli qoyunu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs7 həmin məbləğdə ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2022-ci il tarixdə, gecə saat 01:00 radələrində Şahid8 məxsus Qəbələ rayonu, Böyük Əmili kəndində yerləşən çayxananın həyətindəki otağa qapısında olan qıfılı həmin yerdən tapdığı dəmir parçası ilə sındıraraq qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs8 məxsus qiyməti 650 manat olan 1 (bir) ədəd «LG» plazma-smart markalı qara rəngli 108 dioqanallı 2001-ci il istehsallı, bir il ərzində istifadə edilmiş televizoru və pultunu, 1 (bir) ədəd qiyməti 150 manat olan 10 il əvvəl istehsal olunmuş, istifadə edilmiş “Sony 3” markalı playstation oyun aparatını, hər birinin qiyməti 15 manat olmaqla ümumilikdə qiyməti 30 manat olan 2 (iki) ədəd 10 il əvvəl istehsal olunmuş, işlənmiş “Sony” markalı playstation oyun aparatı pultunu və hər birinin qiyməti 15 manat olmaqla, ümumilikdə qiyməti 30 manat olan 2 (iki) ədəd təzə vəziyyətdə “Sony” markalı orijinal olmayan playstation oyun aparatının pultunu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs8 cəmi 860 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2022-ci il tarixdə, saat 23:00 radələrində tanışı Şahid10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs1 məxsus Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən, yaşayış sahəsi hesab olunan evə qanunsuz daxil olaraq oradan 1 (bir) ədəd qiyməti 220 manat olan 2019-cu il istehsallı, 32 sm dioqanallı «LG» markalı televizoru, 1 (bir) ədəd qiyməti 270 manat olan 2001-ci il istehsallı, 32 sm dioqanallı «LG» markalı televizoru, 1 (bir) ədəd qiyməti 120 manat olan 2012-ci il istehsallı 50 sm dioqanallı «Samsung» markalı televizoru, 1 (bir) ədəd qiyməti 300 manat olan «Optima M 5» markalı Led proyektoru, 1 (bir) ədəd qiyməti 850 manat olan BAR 5.1 markalı səsucaldan aparatı, 1 (bir) ədəd qiyməti 250 manat olan «Mitsubishi» markalı maqnitafonu, 1 (bir) ədəd qiyməti 60 manat olan «Canon» markalı durbini və 1 (bir) ədəd qiyməti 100 manat olan «İrişman» markalı 750 ml miqdarda viski içkisini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 2.170 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2022-ci il tarixdə, saat 15:00 radələrində tanışı Şahid10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Qəbələ qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus, yaşayış sahəsi hesab olunan evə qanunsuz daxil olaraq yataq otağından 1 (bir) ədəd qiyməti 240 manat təşkil edən 585 əyarlı qızıl sırğanı, 1 (bir) ədəd qiyməti 240 manat təşkil edən 585 əyarlı qızıl sırğanı, 1 (bir) ədəd qiyməti 504 manat təşkil edən 585 əyarlı qızıl qolbağını, 1 (bir) ədəd qiyməti 1.040 manat təşkil edən 585 əyarlı qızıl boyunbağını, 1 (bir) ədəd qiyməti 400 manat təşkil edən 585 əyarlı qızıl üzüyü, 1 (bir) ədəd qiyməti 320 manat təşkil edən 583 əyarlı qızıl üzüyü, 1 (bir) ədəd qiyməti 800 manat təşkil edən 583 əyarlı «5 rubl» sikkəni, 1 (bir) ədəd qiyməti 20 manat təşkil edən aluminium materialdan olan sırğanı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 cəmi 3.564 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakım ələ keçirmək məqsədilə xx.xx.2022-ci il tarixdə, saat 19:00 radələrində Oğuz şəhəri, A.Əliyev küçəsində yerləşən Zərərçəkmiş şəxs4 məxsus yaşayış sahəsi hesab olunan evə pəncərədən qanunsuz daxil olmaqla, oradan 1 (bir) ədəd qiyməti 1.500 manat olan 65 düym (165 sm diaqonallı) "LG" markalı “65UM7450PLA” modelli televizoru, hər birinin qiyməti 250 manat olmaqla, ümumilikdə qiyməti 500 manat olan 2 (iki) ədəd 40 düym (102 sm diaqonallı) "Sharp" markalı “LC-40LE458X” model televizoru, 1 (bir) ədəd qiyməti 1.000 manat olan bijuteriya qadın bilərziyini, 1 (bir) ədəd qiyməti 1.300 manat olan "Jovial" markalı qadın qol saatını və 1 (bir) ədəd qiyməti 200 manat olan Çin istehsallı «X26 3 Slim» markalı CECH-2001A model oyun aparatını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 cəmi 4.500 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsəd ilə xx.xx.2022-ci il tarixdə, saat 19:30 radələrində tanışı Şahid10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Zağulba prospektində yerləşən evdən 500 manat dəyərində qızıl-zinət əşyalarını və 150 manat dəyərində televizoru, gizli olaraq talamaq məqsədi ilə həmin evə pəncərədən qanunsuz olaraq daxil olduqdan sonra Zərərçəkmiş şəxs3 onu mənzildə aşkar edərək tutub saxladığına görə öz iradəsindən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməyərək təkrarən oğurluq etməyə cəhd etmiş, eyni zamanda üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik turist bıçağı ilə Zərərçəkmiş şəxs3 bədəninin müxtəlif nahiyələrinə vuraraq sonuncuya həyat üçün təhlükləli olan ağır dərəcəli zərər vurmaya aid daxili qanitirmə və hemoperitoneum, köndələn çənbər bağırsağın zədələnməsi ilə müşayiət olunan qarnın sol yan divarının qarın boşluğuna (daxilə) nüfuz edən (3 ədəd), sağ budun 1 (bir) ədəd, sol budun 1 (bir) ədəd, sol dizin 1 (bir) ədəd, sağ baldırın 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları xəsarətləri yetirib qəsdən Zərərçəkmiş şəxs3 sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.1990-cı ildə Qəbələ rayonunda anadan olmuşdur. O, əvvəllər məhkum olunmamışdır. O, ittiham aktında qeyd edilən Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 2 (iki) fərdi yaşayış evindən oğurluq etməmişdir. Onun həmin ərazidə yerləşən evlərdə heç bir maddi marağı olmamışdır. Zərərçəkmiş şəxs5lə olan epizod barədə bildirmək istəyir ki, o, tanışı Şahid11 ilə birlikdə Qəbələ şəhəri, 28 May küçəsi ərazisində yerləşən açıq meşəlik sahədən qiyməti 600 manat olan 1 (bir) baş dişi cinsli inəyi oğurlamışdır. Daha sonra o, həmin inəyi satmış və əldə olunan pulu Raminlə bölmüşdür. Zərərçəkmiş şəxs6lə olan epizod barədə bildirmək istəyir ki, o, eynilə tanışı Şahid11lə birlikdə Oğuz rayonu, Baş Daşağıl kəndi ərazisində örüş sahəsindən qiyməti 1.100 manat olan 1 (bir) baş inəyi oğurlamışdır. Sonra o, həmin inəyi 550 manata satıb pulu Raminlə bölmüşdür. Mehdiyeva Zemfira ilə olan epizod barədə bildirmək istəyir ki, o, Qəbələ rayonu, Böyük Əmili kəndində yerləşən saxlanc yeri hesab olunan tövləyə daxil olaraq qiyməti 130 manat olan 1 (bir) baş erkək cinsli qoyunu oğurlamışdır. Daha sonra o, həmin qoyunu 100 manata satmışdır. Zərərçəkmiş şəxs8 ilə olan epizod barədə bildirmək istəyir ki, o, Qəbələ rayonu, Böyük Əmili kəndində yerləşən çayxananın həyətindəki otağa daxil olaraq oradan «LG» plazmasmart markalı qara rəngli televizoru və pultunu, 01 ədəd “Sony 3” markalı playstation oyun aparatını, işlənmiş “Sony” markalı playstation oyun aparatının pultunu oğurlamışdır. O, göstərilən bu əşyaları sonradan təxminən 500-550 manata satmışdır. Həmin ərəfədə o, axtarışda olduğu üçün Rusif adlı tanışının evində yaşamışdır. Bu səbəbdən o, həmin evin kirayə pulunu ödəmək üçün əldə etdiyi pulları xərcləmişdir. İttiham aktında göstərilən Qəbələ rayonu, Vəndam qəsəbəsində baş vermiş oğurluq hadisəsinə onun heç bir əlaqəsi yoxdur. O, Qəbələ rayonu, Vəndam qəsəbəsində oğurlanmış əşyaları saxlanılan zaman görmüşdür. Belə ki, o, Qəbələ Rayon Polis Şöbəsində olarkən həmin yaşayış evlərində oğurlanan əşyaları da öz üzərinə götürməsini onu məcbur etmişlər. Zərərçəkmiş şəxs4la olan epizod barədə bildirmək istəyir ki, o, Oğuz şəhəri, A.Əliyev küçəsində yerləşən yaşayış sahəsi hesab olunan evə pəncərədən daxil olaraq oradan "LG" markalı televizoru, "Sharp" markalı televizoru və “Sony Playstation 3 Slim” markalı oyun aparatını oğurlamışdır. Sonuncu olaraq isə Zərərçəkmiş şəxs3 ilə olan epizod barədə bildirmək istəyir ki, o, Zərərçəkmiş şəxs3 evinə oğurluq etmək məqsədilə getməmişdir. O, həmin ərəfədə polis əməkdaşları tərəfindən axtarışa verilmişdir. Ona görə də gizlənmək üçün ona yer lazım olmuşdur. Bu zaman Rusif adlı tanışı ona Buzovna qəsəbəsi ərazisində işlədiyini, orada hansı evlərdə yaşayış olmadığını və bu səbəbdən də onu orada gizlədə biləcəyini bildirmişdir. O da, Rusiflə razılaşmış və bundan sonra Buzovna qəsəbəsinə getmişdir. Bir gün əvvəldən Rusif həmin ərazini gəzərək yoxlama aparmışdır. Rusif onunla görüşdükdən sonra yaşayış olmayan bir evin olduğunu və orada onun gizlənə biləcəyini demişdir. O da, Rusiflə birlikdə pəncərənin məhəccərini armatur ilə qıraraq içəri daxil olmuşdur. O, pəncərədən daxil olan kimi sağ tərəfdə bir otaq olmuşdur. Həmin otaqda yataq olduğu üçün o, həmin yataqda uzanaraq yatmışdır. Sonra evə sahibi gəlmiş və o, evin sahibindən qorxaraq sonuncunu bıçaqlamışdır. O, törətdiyi əməllərdən peşmandır. O, hazırda zərərçəkmiş şəxslərlə barışmış, zərərçəkmiş şəxslərə vurulmuş ziyan onun atası tərəfindən ödənilmiş, ona görə də zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan olunmuş ittiham üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, o, hadisənin baş verdiyi tarixi dəqiq xatırlamır. Onların Oğuz rayonunda bağ evi var. Həmin bağ evində onun anası və bacısı yaşayır. O, Bakı şəhərində olan zaman axşam saat 21:00 radələrində ona “Whatsapp” mobil proqramı vasitəsilə görüntülü zəng gəlmişdir. O, zəngi açan zaman evdə oğurluq edildiyini ona demişlər. Hadisə zamanı onun anası və bacısı qonşu kəndə getmişlər. Ona görə də evdə oğurluq edilən zaman heç kəs olmamışdır. Anası və bacısı evə geri dönən zaman televizorların oğurlandığını görmüşlər. O, anası və bacısına evdən çıxmalarını bildirmişdir. Bundan dərhal sonra o, polis orqanına məlumat vermişdir. Sonra polis əməkdaşları dərhal hadisə yerinə getmişlər. O da dərhal Bakıdan çıxaraq Oğuz rayonuna, yəni bağ evinə yola düşmüşdür. Təxminən 30-40 dəqiqə sonra polis əməkdaşları onunla əlaqə saxlayaraq televizorların tapıldığını, lakin oğrunun hadisə yerindən qaçdığını bildirmişlər. O, axsam saatlarında Oğuz rayonuna çatmışdır. Növbəti gün o, Polis İdarəsinə gedərək müstəntiqlə görüşüb ifadə vermişdir. Qısa müddət sonra isə müstəntiq onunla əlaqə saxlayaraq oğrunun polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Onun bağ evindən oğurlanmış əşyaların bəziləri ona geri qaytarılmış, qalan əşyaların dəyəri isə ona pul şəkildən ödənilmişdir. O, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 ifadəsində göstərdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, onun Qəbələ rayonu, Vəndam qəsəbəsində yaşayış evim var. O, həmin yaşayış evini yay tətili zamanı istirahət məqsədilə istifadə edir. Yəni həmin yaşayış evində daimi yaşayan yoxdur. Ona həmin evdən məişət avadanlıqlarının oğurlanması barədə məlumat vermişlər. Daha sonra o, oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Onun bağ evindən ümumilikdə dəyəri təxminən 3.000-3.500 manat olan 03 ədəd televizor, audio-səs sistemləri və durbin (binokl) oğurlanmışdır. Bəzi avadanlıqlar ona tapılan kimi dərhal geri qaytarılmışdır. Lakin 03 ədəd televizor tapılmamışdır. Sonradan Təqsirləndirilən şəxs qohumları tərəfindən həmin televizorların dəyəri ona ödənilmişdir. O, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş ziyan ödənilmiş və ona görə də onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, digər Zərərçəkmiş şəxs1la qonşudur. O, Zərərçəkmiş şəxs1 evindən məişət avadanlıqlarının oğurlandığını eşitdikdən sonra öz evinə baxış keçirmişdir. O, öz evinə baxış keçirən zaman qızıl-zinət əşyalarının evdən oğurlandığını görmüşdür. Bundan dərhal sonra o, polis orqanına zəng edərək oğurluqla bağlı şikayət etmişdir. Sonra Təqsirləndirilən şəxs onun evindən oğurluq etməsi ona məlum olmuşdur. O, oğurlanan qızıl-zinət əşyalarının nədən ibarət olduğunu hazırda xatırlamır. Oğurlanmış qızıl-zinət əşyalarının dəyəri təxminən 2.750 manat olmuşdur. Oğurlanan qızıl-zinət əşyaları ona geri qaytarılmamış, lakin ona vurulmuş ziyan ödənilmişdir. Ona görə də o, Təqsirləndirilən şəxs ilə barışmış və onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Buzovna qəsəbəsində yerləşən və cinayət hadisəsinin baş verdiyi ev əslində onun qardaşına məxsusdur. Onun qardaşı həmin evin qarşısında öz ailəsi ilə birlikdə başqa evdə yaşayır. Hadisə baş verən evdə 2-3 ildir ki, yaşayış yoxdur. O, həmin evin həyətini toyuq-cücə saxlamaq üçün istifadə etmişdir. Həmçinin ev əşyalar ilə dolu olmuşdur. Onun qardaşının həyat yoldaşı həyətdəki toyuq-cücələri yemləyən zaman evin pəncərəsinin dəmirlərinin yerdə olduğunu görmüşdür. Dərhal qardaşının həyat yoldaşı onun qardaşına bu barədə məlumat vermişdir. Qardaşı isə onunla əlaqə saxlayaraq evə oğru girdiyini bildirmişdir. Bundan dərhal sonra o, həmin evə getmişdir. O, evin qapısını açarla açıb evə daxil olmuşdur. O, evə daxil olan zaman Təqsirləndirilən şəxs qapının arxasında gizlənmişdir. O, qapıdan içəri keçən kimi Təqsirləndirilən şəxs ona bıçaq zərbəsi endirmişdir. O, dərhal Təqsirləndirilən şəxs tərəf çönəndə sonuncu bir neçə dəfə də ona bıçaq zərbələri yetirmişdir. Lakin o, bıçaqlandığını hiss etməmişdir. Təqsirləndirilən şəxs onu öldürməsin deyə o, özünü yerə atmışdır. Bu vaxt o, ayağı ilə Zahidi özündən uzaqlaşdırmağa çalışmışdır. Lakin Zahid onun ayağından da 4 (dörd) dəfə bıçaq zərbəsi endirmişdir. Təqsirləndirilən şəxs ona ümumilikdə 7 (yeddi) bıçaq zərbəsi endirmişdir. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, X3 və Zərərçəkmiş şəxs8 dəfələrlə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə və həmin zərərçəkmiş şəxslərin məcburi qaydada məhkəmə iclaslarına gətirilməsi barədə qərar qəbul edilib səlahiyyətli polis orqanlarına göndərilsə də, məhkəmədən asılı olmayan səbəblərdən sözügedən zərərçəkmiş şəxslərin məhkəmədə dindirilməsi mümkün olmamışdır. Lakin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, X3 və Zərərçəkmiş şəxs8 ayrı-ayrılıqda məhkəməyə yazılı şəkildə müraciət edərək Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə iradə ifadələrini bildirdiklərindən həmin zərərçəkmiş şəxslərin ibtidai istintaq orqanına vermiş olduqları ifadələri məhkəmədə elan edilməklə tədqiq edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs5 ibtidai istintaq orqanına vermiş olduğu ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Qəbələ rayonu, Qəmərvan kəndində yaşayır. Həmçinin onun Qəbələ şəhəri, 28 May küçəsi ərazisində 2 (iki) mərtəbəli yaşayış evi də var. O, həmin evin həyətyanı sahəsində yerləşən tövlədə iribuynuzlu heyvanlar saxlayır və heç bir yerdə işləmədiyi üçün həmin heyvanlara baxaraq süd və ət məhsulları əldə edib ailəsini dolandırır. Qəbələ şəhəri, 28 May küçəsi ərazisində yerləşən nömrəsiz evinin həyətində onun şəxsi təsərrüfatında 6 (altı) baş iribuynuzlu inək heyvanları var. Həmin heyvanlardan 1 (bir) baş iribuynuzlu inək heyvanı 16 may 2022-ci il tarixdə şəxsi təsərüfatına geri qayıtmamışdır. Belə ki, 16 may 2022-ci il tarixdə, səhər saat 09:00 radələrində onun təsərrüfatında olan heyvanların hər birini o, Qəbələ şəhəri, 28 May küçəsi ərazisində yerləşən həyətindən meşəlik sahəyə otlamaları üçün buraxmış, lakin axşam saatlarında qeyd etdiyi heyvanların 5 (beşi) həyətinə geri qayıtsa da, heyvanlarından 1 (bir) baş bozsarımtıl rəngli olan, təxmini çəkisi 100 kiloqram olan dişi cinsli 1 (bir) yaşlı inək heyvanı geri qayıtmamışdır. O, əvvəl həmin inək heyvanının meşəlik sahədə itdiyini fikirləşmiş və ona görə də müxtəlif ərazilərdən və meşəliklərdən heyvanı axtarsa da, tapa bilməmişdir. O, 22 iyun 2022-ci il tarixə kimi heyvanı axtarmışdır. Lakin 22 iyun 2022-ci il tarixdə Polis şöbəsindən zəng gəldikdən sonra o, artıq heyvanının itdiyini deyil, əksinə oğurlandığını bilmişdir. Heyvanı oğurlayan şəxslər isə Qəbələ rayonu, Böyük Əmili kənd sakinləri Şahid11 və Təqsirləndirilən şəxs adlı şəxslər olmuşlar. Ona məxsus evdən və ya həyətdən, eləcə də tövlədən başqa heç bir əmlak oğurlanmamışdır. Onun heyvanı həmin şəxslər meşəlik sahədən oğurlamışlar. Oğurluq nəticəsində ona ümumilikdə 1.000 manat maddi ziyan dəymiş və ona məxsus oğurlanmış heyvanın əlamətləri iribuynuzlu olmaqla, 1 (bir) yaşlı olmuş, təxmini çəkisi 100 kiloqram, rəngi isə boz-sarımtıl və qırmızımtıl rəngli olmuş, indiyə kimi doğmamış, habelə heyvanın qulağında 149618 nömrəli nişan olmuşdur. Zərərçəkmiş şəxs6 ibtidai istintaq orqanına vermiş olduğu ifadəsindən görünür ki, onun şəxsi təsərrüfatında 4 (dörd) baş iribuynuzlu heyvan olmuşdur. Həmin heyvanların hamısı dişi inəklər olmuşdur. O, heyvanları hər gün yaşadığı Baş Daşağıl kəndi ərazisində yerləşən örüş sahəsinə ötürmüş, axşam isə tövləyə salmışdır. xx.xx.2022-cİ il tarixdə, səhər saat 06:30 radələrində o, yenidən heyvanları örüş sahəsinə ötürmüşdür. Həmin gün axşam saat 19:00 radələrində heyvanlar gələrkən o, 1 (bir) baş inək düyəsinin örüşdən gəlmədiyini görmüşdür. O, heyvanı bir neçə gün axtarsa da heyvanı və ya cəsədini tapa bilmədiyi üçün heyvanın oğurlandığına əmin olmuş və buna görə də xx.xx.2022-ci il tarixdə Oğuz Rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus, təxminən 1.000 (bir min) manat dəyərində 1 (bir) baş iribuynuzlu heyvanın oğurlanması barədə şikayət ərizəsi yazmışdır. Oğuz Rayon Polis Şöbəsində aparılan araşdırma nəticəsidə ona məxsus heyvanın Qəbələ rayonu, Əmili kənd sakinləri Təqsirləndirilən şəxs və Şahid11 Baxşeyiş oğlu tərəfindən oğurlanması ona məlum olmuşdur. O, həmin şəxsləri ümumiyyətlə tanımır, eləcə də həmin şəxslərlə hər hansı ədavəti və ya düşmənçiliyi olmamışdır. Oğurlanmış heyvan qara rəngdə, 1 (bir) yaş 2 (iki) aylıq olmaqla, diri çəkisi 200 kiloqram təşkil etmiş, heyvanın təxminən 100 kiloqram ət verməsi mümkün olmuş və bazar qiyməti təxminən 1.000 manat təşkil etmişdir. Zərərçəkmiş şəxs7 ibtidai istintaq orqanına vermiş olduğu ifadəsindən görünür ki, o, Qəbələ rayonu, Böyük Əmili kəndində yaşayır və həmin ünvanda pasport qeydiyyatındadır. O, yaşadığı evin həyətyanı sahəsində yerləşən tövlədə iribuynuzlu və xırdabuynuzlu heyvanlar saxlayır. O, heç bir yerdə işləmədiyi üçün həmin heyvanlara baxaraq süd və ət məhsulları əldə edib özünü dolandırır. Şəxsi təsərrüfatında 12 (on iki) baş xırda buynuzlu qoyun heyvanı, 1 (bir) baş iri buynuzlu inək heyvanı və həmin inək heyvanının balası olmuşdur. Həmin heyvanlardan 1 (bir) baş xırdabuynuzlu erkək cinsli qoyun heyvanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə naməlum şəxs və ya şəxlsər tərəfindən oğurlanmışdır. Belə ki, o, həmin qoyun heyvanlarını xx.xx.2022-ci il tarixdə, saat 21:00 radələrində tövləyə salaraq tövlənin qapısının cəftəsini keçirməklə bağlamışdır. xx.xx.2022-ci il tarixdə, saat 07:00 radələrində o, həyətə düşüb tövlə tərəfə gələn zaman həyətin giriş qapısının açıq olduğunu görüb bundan şübhələnmiş və tövləyə tərəf gedib qoyun heyvanlarını sayan zaman 1 (bir) baş erkək cinsli, təxmini çəkisi 20 kiloqram olan 8 aylıq yaşı olan tünd şabalıdı rəngli xırdabuynuzlu qoyun heyvanının tövlədə olmadığını görmüşdür. Dərhal o, bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermiş, daha sonra heyvanı oğurlayan şəxsin Qəbələ rayonu, Böyük Əmili kənd sakini, həmçinin onun uzaq qohumu olan Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Ona məxsus evdən və həyətindən, eləcə də tövləsindən əlavə heç bir əmlak və ya heyvan oğurlanmamışdır. Ona ümumilikdə 250 manat maddi ziyan dəymiş və dəymiş maddi ziyan tamamilə aradan qaldırılmışdır. Ona görə də onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs8 ibtidai istintaq orqanına vermiş olduğu ifadəsindən görünür ki, o, Qəbələ rayonu, Böyük Əmili kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Təxminən 2022-ci ilin iyul ayının sonlarında Böyük Əmili kəndinin mərkəzində yerləşən Nicat adlı şəxsin işlətdiyi çayxanada 1 (bir) kupeyə 1 (bir) ədəd televizor, 1 (bir) ədəd playstation aparatı, həmin aparatın 4 (dörd) ədəd oyun pultunu qoymuş və orada tanış məhlə uşaqları oyun oynamışlar. Çayxananın açarları isə Nicatda, həmçinin dayısıoğlu Şahid9 olmuşdur. Başqa heç kimdə açarlar olmamışdır. Orada ondan başqa, kənd uşaqları da oyun oynamışlar. Çayxana hər gün səhər 08:00-09:00 radələrində açılır, axşamlar isə yay aylarında saat 23:00 radələrində bağlanır. Televizoru qoyduğu kupe qıfıllı olmuş, yəni dəmir qapı ilə kupe bağlı olmuşdur. Kupenin kənarları da içəridən dik, bayırdan isə list dəmirlə bağlı olmuş, çayxanaya daxil olmamış kupeyə daxil olmaq mümkün olmuşdur. Yəni kupelər çayxananın həyətində ayrı-ayrılıqda olmuş, kupenin də açarları yenə də onda, Nicatda və İlkində olmuş, başqa şəxsdə olmamışdır. 22 avqust 2022-ci il tarixdə axşam saatlarında o, çayxanada olaraq oyun oynamış, saat 23:00 radələrində isə kupeni bağlayıb evə getmişdir. Nicat da çayxananı bağlamış və sonra isə dağılışmışlar. 23 avqust 2022-ci il tarixdə, səhər saat 09:00 radələrində İlkin ona zəng edərək çayxanada kupeyə daxil olub playstation oynamaq istədikdə, playstation olan kupenin qapısının açıq vəziyyətdə, qıfılı olmadığını, playstation aparatı, həmçinin 4 (dörd) ədəd oyun pultu, televizorun pultunun oğurlandığını görmüşdür. O da, dərhal ora gedib həqiqətən də qeyd olunan əşyaların oğurlandığını görmüş, bundan sonra polisə məlumat verərək ərizə ilə müraciət etmişdir. Nicat da çayxanaya gəlmiş, lakin çayxanadan heç nə oğurlanmadığını, maddi ziyan vurulmadığını müəyyən etmişdir. Sadəcə oğurluq baş vərən kupenin qıfılının olmadığı müəyyən edilmişdir. Hadisə yerində və yaxınlıqda qıfıl aşkar edilməmiş, çayxananın qapısı dəmir barmaqlı ilə örtülü olsa da, kilidli olmadığı üçün qapını açıb içəri girmək rahat olmuşdur. Oğurlanmış televizor 1 (bir) ədəd olmaqla, «LG» plazma-smart markalı, 108 diaqonallı olmuş, təzə vəziyyətdə 2021-ci ilin iyul ayında almış, 1 il ərzində istifadə edilmişdir. Televizoru Qəbələ şəhərindən “Soliton” mağazasından 900 manat müqabilində almış, televizorun rəngi qara olmuş, qutusu və sənədləri isə qalmamışdır. Playstation oyun aparatını isə 2022-ci ilin iyul ayının ortalarında Bakı şəhərindən mağazadan 300 manata almış, markası «SONY-3» olmaqla işlənmiş almış, playstation oyun aparatı 10 il əvvəl istehsal olunmuş, həmin oyun pultlarının dördündən ikisi playstation oyun aparatını alan zaman üzərində olmuş, onlar da 10 il əvvəl istehsal olunmuş, işlənmiş olmuş, «Sony» markalı olmuş, onlara əlavə olaraq pul verməmiş, yəni oyun pultları da oyun aparatının qiymətinə 300 manata daxil olmuşdur. Digər 2 (iki) ədəd oyun pultunu isə Qəbələ şəhərindən xatırlamadığı bir mağazadan təzə vəziyyətdə hər birini 20 manata almış, rəngləri qara, markası «Sony» olmuş, ancaq original olmamış, qeyd etdiyi əşyalardan başqa heç bir aşya oğurlanmamış, kupenin qapısını bağladıqları qıfıl da ona məxsus olmuş, qıfılı təzə vəziyyətdə 3 manata Qəblə şəhərindən almış, baş vermiş oğurluq nəticəsində ona 900+300+40 manat olmaqla, ümumilikdə 1.240 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Polis şöbəsinə dəvət edilmiş və həmin vaxt ona oğurluq əşyaya sahib olmasını bildirmişlər. Belə ki, o, Polis şöbəsinə çağırılmamışdan bir müddət əvvəl Təqsirləndirilən şəxs ona 1 (bir) dənə dana satmışdır. Buna görə də o, Polis şöbəsində olarkən Təqsirləndirilən şəxs 600 manata 1 (bir) dişi dana aldığını bildirmişdir. Həmin vaxt Zahid toyuq əti işinə baxdığını ona bildirmişdir. Sonra Zahid toyuq ətinin pulunun yerinə dana verildiyini ona demişdir. Zahid pula ehtiyacı olduğu üçün dananı satmaq istədiyini də bildirmişdir. Buna görə də o, həmin dananı Zahiddən almışdır. O, Zahiddən aldığı dananı sonradna başqa şəxsə satmışdır. O, həmin dananı 700 manata satmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, baxılan cinayət işi ilə bağlı onunla istintaq orqanı tərəfindən əlaqə saxlanılmışdır. Bu zaman ondan Zahiddən mal alıb-almadığını soruşmuşlar. O da Təqsirləndirilən şəxs 1 (bir) quzu və 1 (bir) dana aldığını bildirmişdir. O, dananı 800 manata, quzunu isə 100 manata almışdır. Lakin o, həmin dana və quzunu nə vaxt Zahiddən aldığını xatırlamır. O, Təqsirləndirilən şəxs bu hadisəyə qədər tanımışdır. Belə ki, Zahid onun müştərisi olmuşdur. Təqsirləndirilən şəxs bu hadisədən əvvəl ona heç nə satmamışdır. O, Zahiddən aldığı dananı kəsib satmış, lakin quzunu satmamışdır. Ona görə də o, Zahiddən aldığı quzunu Polis şöbəsinə qaytarmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, axşam saatlarında evə gələn zaman evin pəncərəsinin dəmirlərinin sındırılaraq yerə qoyulduğunu və pəncərənin açıq olduğunu görmüşdür. O, pəncərənin yanında dayanaraq polisə xəbər vermişdir. Qardaşı onların yanına gəldikdə, içəri daxil olmaq istəmişdir. O, qardaşına evə daxil olmamasını bildirsə də, qardaşı ona qulaq asmayaraq evə daxil olmuşdur. Bu vaxt o, evin həyətində dayanmışdır. Təqsirləndirilən şəxs onun qardaşına bıçaq zərbələri endirən zaman o, evə daxil olmuşdur. O, evə daxil olan zaman qardaşının yerdə uzandığını görmüşdür. Zahid onu görən kimi qaçmağa çalışmış, hətta Zahid həmin vaxt evdə olan dolabı da yerə itələmişdir. Ona görə də dolabın içərisindəki qab-qacaq qırılmışdır. Zahid pəncərədən qaçmaq istəyən zaman o, Zahidi arxadan tutaraq saxlamışdır. Təqsirləndirilən şəxs onun qardaşının qarnından və ayağından bıçaqlamışdır. Təqsirləndirilən şəxs onun qardaşına bir neçə dəfə bıçaqla zərbəsi vurmuşdur. Məhkəmə istintaqında qanuni nümayəndəsi vasitəsi ilə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Buzovna qəsəbəsində evə olmuşdur. Onun əmisi onun atasına digər evə oğru girdiyini bildirmişdir. O da, atası ilə birlikdə həmin evə getmişdir. Onlar evə içəri girdikdə, atası ondan qabaqda getmişdir. Atası bir otağa girdikdən sonra qışqırıq səsi eşitmişdir. O, həmin otağa girən zaman Zahidin onun atasını bıçaqladığını görmüşdür. O, bunu görən kimi qışqırmağa başlamışdır. Zahid onu görüb üzərinə gələrək bıçaqla zərbə yetirmək istəmişdir. Hətta Zahid bıçaqla onun qolunu da kəsmişdir. O da, özünü yerə atmışdır ki, Zahid ona zərbələr yetirməsin. Elə bu vaxt onun əmisi oğlu içəri girmiş və Zahid onun əmisi oğlunu gördükdən sonra qaçmağa başlamışdır. Bundan sonra onlar Zahidi yaxalamışlar və əlini bağlamışlar. Daha sonra onlar bu barədə polis əməkdaşlarına məlumat vermişlər. Polis əməkdaşları da hadisə yerinə gəlib Zahidi aparmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 Sənən oğlu ifadəsində göstərdi ki, o, Buzovna qəsəbəsində yerləşən evdə olmuşdur. Qəflətən o, əmisigilin həyətində səs-küy eşitmişdir. Ona görə də o, dərhal ora getmiş və evə daxil olduqdan sonra Zahidin əmisi Zərərçəkmiş şəxs3lə dava etdiyini görmüşdür. Sonra əmisi Səməd Təqsirləndirilən şəxs yerə yıxmışdır. Lakin həmin vaxt Zahidin əlində bıçaq olmuşdur. Bu səbəbdən də o, dərhal Zahidin əlindən bıçağı götürmüşdür. Təqsirləndirilən şəxs onun böyük əmisi Səmədi bıçaqlamışdır. Həmçinin onun əmisi oğlunun qolunda da kiçik sıyrıq olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, X1 Azərbaycan Respublikasında fəaliyyət göstərən səfirliyinin yaxınlığında, yəni “Azadlıq” prospektində yerləşən işlətdiyi mağazada olmuş və Təqsirləndirilən şəxs gətirdiyi oğurluq səs sistemləri məhsulları almışdır. Onun Təqsirləndirilən şəxs aldığı məhsul 1 (bir) böyük və 1 (bir) kiçik hissələrdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs həmin məhsulları təxminən 200-250 manata ona satmışdır. O, Təqsirləndirilən şəxs aldığı məhsulları sonradan elan saytında paylaşmışdır. Sonra təsadüfən Təqsirləndirilən şəxs ona satdığı məhsulların sahibi onunla əlaqə saxlayaraq bu məhsulların oğurluq olduğunu bildirmişdir. Sonradan ina zəng edən şəxs onun mağazasına gəlmiş və onun Təqsirləndirilən şəxs aldığı məhsulların üzərində olan cızıq ya da əzilmiş hissəsindən həmin məhsulların özünə məxsus olduğunu dəqiqləşdirmişdir. Bundan sonra Qəbələ RPİ-nin əməkdaşları onun mağazasına gələrək həmin məhsulları ondan götürmüşlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, 05 sentyabr 2022-ci il tarixdə, saat 20:00 radələrində Oğuz rayonu, Bayan kəndi ərazisində olan zaman avtomobil yolunun kənarında sahibsiz bir neçə televizor və 1 (bir) ədəd oyun aparatı aşkar etmişdir. Bundan sonra o, aşkar etmiş əşyaların kimə məxsus olduğunu müəyyən etmək məqsədilə ətrafa baxış keçirməyə başlamış, lakin bunun heç bir nəticəsi olmamışdır. Daha sonra o, ətrafda bir nəfər taksi sürücüsünün dayandığını görüb həmin sürücüdən aşkar etmiş olduğu əşyaların sahiblərini sorğu-sual etməyə başlamışdır. Həmin sürücü isə onun aşkar etmiş olduğu əşyaların özünə məxsus olmadığını bildirmişdir. O, həmin şəxsdən şübhələndiyi üçün həmin şəxsi Polis şöbəsinə dəvət etmişdir. Həmin şəxs də, taksi sürücüsü olduğunu, hazırda iş başında olduğu ona deyərək onunla birlikdə Oğuz Rayon Polis Şöbəsinə gedə bilməcəyini, ancaq bir neçə gündən sonra Oğuz Rayon Polis Şöbəsinə gələrək izahat verə biləcəyini bildirmişdir. Bundan sonra o, aşkar etmiş olduğu əşyaları Oğuz Rayon Polis Şöbəsinə gətirərək rəhbərliyə raportla məruzə etmişdir. Daha sonra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və nəticədə aşkar etmiş olduğu əşyaların Bakı şəhər sakini Zərərçəkmiş şəxs4 məxsus olması müəyyən edilmişdir. Həmçinin onlar müəyyən etmişlər ki, həmin əşyalar Zərərçəkmiş şəxs4 Oğuz şəhərində yerləşən evindən oğurlanmışdır. Bundan sonra Zərərçəkmiş şəxs4 Oğuz Rayon Polis Şöbəsinə dəvət edilmiş və Zərərçəkmiş şəxs4 Oğuz Rayon Polis Şöbəsinə gələrək ərizə ilə müraciət etmişdir. Həmin ərizənin araşdırılması Oğuz Rayon Polis Şöbəsinin təhqiqatçısı Qurban Quliyevə həvalə edilmişdir. Sonra Zərərçəkmiş şəxs4 Oğuz şəhərində yerləşən evindən oğurluq etmiş şəxsin Təqsirləndirilən şəxs olması və Təqsirləndirilən şəxs etmiş olduğu oğurluqdan sonra Bakı şəhəri, Xəzər rayonu ərazisində törətmiş olduğu başqa bir cinayət əməlinə görə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin polis əməkdaşları tərəfindən saxlanılması ona məlum olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, o, Oğuz rayonunda Zahid Zahid ilə birgə 2 (iki) baş dana oğurlamış və hazırda barəsində Oğuz Rayon Polis Şöbəsində ibtidai istintaq aparılır. O, Təqsirləndirilən şəxslə birlikdə 2 (iki) baş dananı oğurladıqdan sonra Təqsirləndirilən şəxs ilə birgə həmin danaları ümumilikdə 1.000 (min) manata satmışdır. Həmin 1.000 (min) manatın 900 (doqquz yüz) manat pul Təqsirləndirilən şəxs, qalan 100 (yüz) manat pul isə ona çatmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, onun mal-qara oğurluğuna heç bir aidiyyəti yoxdur. O, Təqsirləndirilən şəxs mal-qara oğurluğu ilə bağlı etdiyi əməllərdə iştirak etməmişdir. O, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən evdən oğurluq etmiş, bu zaman Təqsirləndirilən şəxs onunla birlikdə iştirak etməmişdir. O, Qəbələ rayonu, Vəndam qəsəbəsindəki evdən oğurluq edən zaman Təqsirləndirilən şəxs onunla birlikdə evə daxil olmamış, əksinə olaraq Təqsirləndirilən şəxs onun oğurluq etdiyi evin çölündə, yəni taksidə əyləşərək onu gözləmişdir. O, həmin evdən “LG” markalı televizor oğurlamışdır. Təqsirləndirilən şəxs onun həmin evdən məhz oğurluq etdiyini bilməmiş, çünki Təqsirləndirilən şəxs həmin evin sahibinin onun qohumu olduğunu bilmişdir. Daha sonra o, başqa bir evdən də qızıl-zinət əşyaları oğurlamış və həmin oğurluq əməlini təkbaşına törətmişdir. Bundan başqa, o, Bakı şəhərində “Neftçilər” adlanan ərazidə yerləşən evdən də oğurluq etmişdir. O, həmin evdə qanunsuz şəkildə yaşamışdır. Təqsirləndirilən şəxs Bakı şəhərində “Neftçilər” adlanan ərazidə yerləşən evdən etmiş olduğu oğurluq əməlinə heç bir aidiyyəti yoxdur, çünki Təqsirləndirilən şəxs həmin oğurluq əməlindən xəbəri olmamışdır. Şahid12 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, Bakı şəhəri, “20 Yanvar” yeraltı keçid ticarət mərkəzində yerləşən qızıl mağazasına satıcı işləyir. Həmin mağaza onun babası Şahid12 Rza oğluna məxsusdur. O, Qəbələ rayonu, Böyük Əmili kənd sakini olan Şahid10 əvvəldən tanımamış, sonuncu ilə heç bir münasibəti olmamışdır. O, Şahid10 tərəfindən onun mağazasına gətirilmiş, çəkisi 6,4 qram olan qızılzinət əşyasını 410 manata, çəkisi 6,5 qram olan qızıl-zinət əşyasını isə 360 manata almışdır. Lakin o, həmin qızıl-zinət əşyalarının nədən ibarət olduğunu tam olaraq xatıramır, eləcə də həmin predmetlərin oğurluq olmasından onun məlumatı olmamışdır. O, Şahid10 aldığı qızıl-zinət əşyalarını sonradan lom şəklində «Moskva Univermağında» tanımadığı şəxsə satmışdır. Şahid8 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Böyük Əmili kəndinin mərkəzində çayxana işlədir. Çayxananın həyətində həmkəndlisi Zərərçəkmiş şəxs8 2022-ci ilin iyul ayında kupeyə məhəllə uşaqlarının oynaması üçün 1 (bir) ədəd «LG» markalı, 108 diaqonallı televizor, 1 (bir) ədəd «Sony» markalı playstation oyun aparatı və 4 (dörd) ədəd də oyun pultu gətirmişdir. Kupenin qapısı və qapının da qıfılı olmuşdur. Qıfılın açarları onda, həmçinin Ədalətin qohumu İlkində və Ədalətin özündə olmuşdur. 22 avqust 2022-ci il tarixdə, saat təxminən 23:00 radələrinə kimi o, həmin kupedə oyun oynamış, sonra kupeni bağlayaraq getmişdir. Səhəri gün, saat təxminən 09:00 radələrində o, evdə olan zaman Ədalət zəng edərək çayxanadakı televizor və oyun aparatı qoyduğu kupenin qapısının sındırıldığını və həmin əşyaların oğurlandığını demişdir. O da, dərhal çayxanaya getmişdir. Həqiqətən də o, Ədalətin dediklərinin düz olduğunu müəyyən etmişdir. Amma oğurluğun kimin tərəfindən törədildiyini o, bilməmişdir. Lakin o, bununla bağlı polisə məlumat vermişdir. Sonradan polisdə araşdırma aparılan zaman o, həmin əşyaların kənd sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını bilmişdir. Çayxanadan və kupedən adlarını göstərdiyi əşyalardan başqa heç nə oğurlanmamışdır. Şahid9 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs8 onun qohumudur. Həmin şəxs təxminən 2022-ci ilin iyul ayında yaşadığı Böyük Əmili kəndində Nicat adlı şəxsin işlətdiyi çayxananın həyətindəki kupeyə məhəllə uşaqlarının oynaması üçün 1 (bir) ədəd «LG» markalı, 108 diaqonallı televizor, 1 (bir) ədəd «Sony» markalı playstation oyun aparatı və 4 (dörd) ədəd də oyun pultu gətirmişdir. Kupenin qapısı və qapının da qıfılı olmuşdur. Qıfılın açarları onda, Nicatda və Ədalətdə olmuşdur. Lakin, o, açarları itirdiyinə görə oyun oynamaq istədikdə, açarları ya Nicatdan, ya da Ədalətdən almışdır. 22 avqust 2022-ci il tarixdə, saat təxminən 23:00 radələrinə kimi o, həmin kupedə oyun oynamış, sonra isə kupeni bağlayaraq getmişdir. Səhəri gün, saat təxminən 08:30 radələrində o, çayxanaya gəldikdə televizor və oyun aparatı qoyduğu kupenin qapısının açıq vəziyyətdə olduğunu, qıfılının isə olmadığını görmüşdür. O, yaxınlaşıb baxdıqda, içəridəki televizor, oyun aparatı və pultlarının orada olmadığını aşkar etmişdir. Həmin vaxt o, əşyaların oğurlandığını bilmişdir. Ona görə də o, Ədalətə zəng edərək bu barədə məlumat vermişdir. Sonra Ədalət ora gəlmiş, həmçinin Nicat da hadisə yerinə gəlmişdir. Lakin həmin əşyaların kimin oğurladığını bilməmişlər. Sonra onlar polisə məlumat vermişlər və bu barədə polisdə araşdırma aparılmışdır. Araşdırma zamanı o, həmin əşyaların kənd sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını bilmişdir. Çayxanadan və kupedən adlarını göstərdiyi əşyalardan başqa heç nə oğurlanmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən (cild 2, iş vərəqə 162-164) görünür ki, həmin gün oğurluq hadisəsinin baş verdiyi ünvana, yəni Qəbələ rayonu, Böyük Əmili kəndində Zərərçəkmiş şəxs7 məxsus fərdi yaşayış evinə və orada olan tövləyə baxış keçirilmişdir. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 2, iş vərəqə 185-186) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 2, iş vərəqə 187) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 2, iş vərəqə 210) görünür ki, Şahid11 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 3, iş vərəqə 36-37) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan (cild 3, iş vərəqə 50) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Qəbələ Rayon Polis Şöbəsinin MSY-dən azad olunması və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli xasiyyətnamədən (cild 3, iş vərəqə 257) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən (cild 5, iş vərəqə 14-19) görünür ki, həmin gün oğurluq hadisəsinin baş verdiyi ünvana, yəni Qəbələ rayonu, Böyük Əmili kəndində Nicat adlı şəxsin işlətdiyi çayxananın arxasında yerləşən kupeyə baxış keçirilmişdir. xx.xx.2022-ci il tarixli qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması, barəsində axtarış elan edilməsi və icraatın dayandırılması haqqında qərardan (cild 4, iş vərəqə 1-2) görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin şərtlərini pozduğuna görə onun barəsində axtarış elan edilməklə tutulması və iş üzrə icraatın dayandırılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5801 nömrəli ekspertiza rəyindən (cild 4, iş vərəqə 55-56) görünür ki, Zərərçəkmiş şəxs7 məxsus 1 (bir) baş erkək cinsli diri çəkisi təxminən 20 kiloqram olan, təxminən 8 aylıq yaşı olan tünd şabalıdı rəngli xırdabuynuzlu qoyun 2022-ci ilin iyun ayına olan - 130,0 manat, Zərərçəkmiş şəxs5 məxus 1 (bir) baş boz sarımtıl rəngli olan diri çəkisi təxminən 100 kiloqram olan dişi cinsli bir yaşlı inək 2022-ci ilin may ayına olan - 600,0 manat, Zərərçəkmiş şəxs6 məxus 1 (bir) baş dişi cinsli diri çəkisi təxminən 200 kiloqram olan 1 il 2 aylıq inək 2022-ci ilin may ayına orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 1100,0 manat müəyyən olunur. xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən (cild 2, iş vərəqə 56-61) görünür ki, həmin gün oğurluq hadisəsinin baş verdiyi ünvana, yəni Oğuz rayonu, Anar Əliyev küçəsində yerləşən və Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evinə baxış keçirilmişdir. xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən (cild 4, iş vərəqə 27-29) görünür ki, həmin gün oğurluq hadisəsinin baş verdiyi ünvana, yəni Qəbələ rayonu, Vəndam kəndində yerləşən və Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinə baxış keçirilmişdir. xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən (cild 4, iş vərəqə 40-48) görünür ki, həmin gün oğurluq hadisəsinin baş verdiyi ünvana, yəni Qəbələ rayonu, Vəndam kəndində yerləşən və Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinə baxış keçirilmişdir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ititham elan etmə haqqında qərardan (cild 4, iş vərəqə 75-76) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 21-27) görünür ki, həmin gün oğurluq hadisəsinin baş verdiyi ünvana, yəni Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Zağulba prospektində yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilmişdir. xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 30-31) görünür ki, həmin gün Təqsirləndirilən şəxs məxsus olan və cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd qatlanan cib bıçağına baxış keçirilmişdir. xx.xx.2022-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 41- 42) görünür ki, cinayət işi üzrə əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsindən həmin Məcəllənin 181.2.1, 181.2.3, 181.2.5 və 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 44) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 53-54) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 73-75) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.5, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-444/2022 saylı qərarından (cild 1, iş vərəqə 99-102) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 03 ay 29 gün müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 112) görünür ki, X5 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 121-122) görünür ki, həmin gün X10 şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli qəbzdən (cild 5, iş vərəqə 200) görünür ki, həmin gün 1 (bir) ədəd Led proyektor, BAR 5.1 markalı səsucaldan və dörd hissədən ibarət aparat dəsti, “Mitsubishi” markalı maqnitafon və “Canon” markalı durbin həmin əşyaların sahibi Zərərçəkmiş şəxs1 rəsmi qaydada təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 142-143) görünür ki, həmin gün X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-448/2022 saylı qərarından (cild 1, iş vərəqə 162-165) görünür ki, həmin gün X5 barəsində xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli elan edilmiş ittihama hissəvi xitam verilməsi haqqında qərardan (cild 1, iş vərəqə 140) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.5, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamın bir hissəsi təsdiq edilmədiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.5-ci maddələri ilə elan edilmiş ittiham üzrə icraata xitam verilmiş və ona həmin Məcəllənin 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 2, iş vərəqə 104-105) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən (cild 2, iş vərəqə 120-126) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Oğuz rayonu, Anar Əliyev küçəsində Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evində törətdiyi cinayət əməlinin üsulu və mexanizmi, yəni evə haradan daxil olması, evdə daxil olduqdnan sonra haradan hansı əşyaları oğurlaması barədə ətraflı şəkildə etirafedici ifadə vermişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 171-172) görünür ki, Təqsirləndirilən şəxs üzərində ödənilməmiş məhkumluğu yoxdur. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 202-203) görünür ki, həmin gün Şahid10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1 və 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6902 nömrəli ekspertiza rəyindən (cild 5, iş vərəqə 252-253) görünür ki, tədqiqata təqdim edilmiş - 01 ədəd Çin istehsalı «X26 3 Slim» markalı, «CECH-2001 A» model oyun aparatı - 200,0 manat. Nəzəri qaydada: 01 ədəd 65 düym (165 sm diaqonal), «LG» markalı» 65UM7450PLA» modelli televizor - 1500,0 manat, 02 ədəd 40 düym (102 sm diaqonal), «Sharp» markalı, «LC-40LE458X» modelli televizorlar - 500,0 (2 ədəd x 250 man) manat müəyyən edilmişdir. Digər 01 ədəd bijuteriya qadın bilərziyi və 01 ədəd «Jovial» markalı qadın qol saatı tədqiqata təqdim edilmədiyindən qiymətləndirmə aparmaq mümkün deyil. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X17 1335 saylı ekspertiza rəyindən (cild 5, iş vərəqə 241-242) görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər alının, sağ qulağın əzilmiş yaraları, sağ gözaltı nahiyənin, sol çiyinin, sağ bazunun qançırları, sağ gözaltı nahiyənin, sağ qulağın, sol çiyinin sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun «X18» X21 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər kənar şəxs tərfmdən yetirilməsi istisna olunmur. xx.xx.2022-ci il tarixli qəbzdən (cild 2, iş vərəqə 137) görünür ki, həmin gün 01 ədəd “LG” markalı televizor, 02 ədəd “Sharp” markalı televizor və 01 ədəd “Sony” markalı oyun aparatı həmin əşyaların sahibi Zərərçəkmiş şəxs4 qaytarılmışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/7800 nömrəli ekspertiza rəyindən (cild 5, iş vərəqə 248-249) görünür ki, Zərərçəkmiş şəxs2 dəymiş ziyan: 1 (bir) ədəd qiyməti 240 manat təşkil edən rus qızılı materialından olan 585 əyarlı 3 qram çəkidə sırğa, 1 (bir) ədəd qiyməti 240 manat təşkil edən rus qızılı materialından olan 585 əyarlı 3 qram çəkidə sırğa, 1 (bir) ədəd qiyməti 504 manat təşkil edən rus qızılı materialından olan 585 əyarlı 6,3 qram çəkidə qolbağı, 1 (bir) ədəd qiyməti 1.040 manat təşkil edən rus qızılı materialından olan 585 əyarlı 13 qram çəkidə boyunbağı, 1 (bir) ədəd qiyməti 400 manat təşkil edən rus qızılı materialından olan 585 əyarlı 5 qram çəkidə halqa şəkilli üzük, 1 (bir) ədəd qiyməti 320 manat təşkil edən rus qızılı materialından olan 583 əyarlı 4 qram çəkidə halqa şəkilli üzük, 1 (bir) ədəd qiyməti 800 manat təşkil edən rus qızılı materialından olan 583 əyarlı 10 qram çəkidə halqa şəkilli 5 rubl qəpik, 1 (bir) ədəd qiyməti 20 manat təşkil edən sadə aliminium materialından olan təxmini çəkisi 1 qram olan sırğa, ekspertiza təyini haqqında qərarda göstərilən qızıl-zinət əşyalarının 2022-ci ilin sentyabr ayına nəzəri qaydada orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3564,0 manat müəyyən edilir. Zərərçəkmiş şəxs1 dəymiş ziyan isə: 1 (bir) ədəd qiyməti 220 manat olan 2019-cu il istehsallı, 32 sm dioqanallı «LG» markalı televizor, 1 (bir) ədəd qiyməti 270 manat olan 2001-ci il istehsallı, 32 sm dioqanallı «LG» markalı televizor, 1 (bir) ədəd qiyməti 120 manat olan 2012-ci il istehsallı 50 sm dioqanallı «Samsung» markalı televizor, 1 (bir) ədəd qiyməti 300 manat olan «Optima M 5» markalı Led proyektor, 1 (bir) ədəd qiyməti 850 manat olan BAR 5.1 markalı səsucaldan aparat, 1 (bir) ədəd qiyməti 250 manat olan «Mitsubishi» markalı maqnitafon, 1 (bir) ədəd qiyməti 60 manat olan «Canon» markalı durbin, 1 (bir) ədəd qiyməti 100 manat olan «İrişman» markalı 750 ml miqdarda viski içkisi, ekspertiza təyini haqqında qərarda göstərilən qızıl-zinət əşyalarının 2022-ci ilin avqust ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2170,0 manat müəyyən edilir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/7801 nömrəli ekspertiza rəyindən (cild 5, iş vərəqə 256-257) görünür ki, Zərərçəkmiş şəxs8 dəymiş ziyan: «LG» plazma-smart markalı, qara rəngli, 108 diaqonal, 2021-ci il istehsallı, 1 il ərzində istifadə edilmiş televizor və onun pultu 650 manat, 10 il əvvəl istehsal edilmiş, istifadə edilmiş «Sony 3» markalı playstation oyun aparatı - 150 manat, 10 il əvvəl istehsal edilmiş, istifadə edilmiş «Sony 3» markalı playstation oyun aparatı pultları 02 ədəd (2 ədədx15 man) - 30 manat, təzə vəziyyətdə «Sony» markalı, original olmayan, playstation oyun aparatı pultları 02 ədəd (2 ədədx15 man) - 30 manat, ekspertiza təyini haqqında qərarda göstərilən malların otra istismar parametrlərinə uyğun olaraq 2022-ci ilin avqust ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 860,0 manat müəyyən olunur. xx.xx.2022-ci il tarixli “X18” X22 tərəfindən verilmiş 1416 saylı arayışdan (cild 5, iş vərəqə 242) görünür ki, xəstə Təqsirləndirilən şəxs həmin xəstəxanada əməliyyat olunmuş və aldığı xəsarətlərlə bağlı qeyd etmişdir ki, o, həmin xəsarətləri oğurluqla bağlı girdiyi evdə ev sahibi ilə dalaşan zaman almışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 56 saylı məhkəmə-psixiatrik ekspertiza rəyindən (cild 5, iş vərəqə 244-245) görünür ki, Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkmir, ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. xx.xx.2023-cü il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 6, iş vərəqə 1- 3) görünür ki, cinayət işi üzrə əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 6, iş vərəqə 27-30) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-55/2023 saylı qərarından (cild 6, iş vərəqə 96-102) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xx.xx.2023-ü il tarixədək uzadılmışdır. xx.xx.2023-cü il tarixli arayışdan (cild 6, iş vərəqə 110) görünür ki, Təqsirləndirilən şəxs ilə X8 arasında bağlanmış nikah pozulduqdan sonra onların birgə nikahından anadan olmuş X12, X13 və X14 hazırda Təqsirləndirilən şəxs valideynlərinin himayəsində yaşayırlar. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 6, iş vərəqə 122-137) görünür ki, Şahid10 barəsində olan cinayət işinindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işinin ayrılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-215/2023 saylı qərarından (cild 6, iş vərəqə 154-160) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xx.xx.2023-ü il tarixədək uzadılmışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/658 nömrəli ekspertiza rəyindən (cild 6, iş vərəqə 172) görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq, kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik turist bıçağıdır, soyuq silah hesab edilmir. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 6, iş vərəqə 173-200) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edilməsi, cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd turist bıçağının maddi sübut kimi tanınaraq saxlanılması üçün Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 6, iş vərəqə 206-209) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli teleqramdan (cild 7, iş vərəqə 66) görünür ki, Zərərçəkmiş şəxs5 məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənildiyini, bu səbəbdən də onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixli teleqramdan (cild 7, iş vərəqə 76) görünür ki, Zərərçəkmiş şəxs6 məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənildiyini, bu səbəbdən də onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixli ərizədən (cild 7, iş vərəqə 85) görünür ki, Zərərçəkmiş şəxs4 məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənildiyini, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixli ərizədən (cild 7, iş vərəqə 113) görünür ki, Zərərçəkmiş şəxs1 məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənildiyini, bu səbəbdən də onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixli ərizədən (cild 7, iş vərəqə 114) görünür ki, Zərərçəkmiş şəxs2 məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənildiyini, bu səbəbdən də onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. xx.xx.2024-cü il tarixli teleqramdan (cild 7, iş vərəqə 146) görünür ki, Zərərçəkmiş şəxs8 məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənildiyini, bu səbəbdən də onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. xx.xx.2024-cü il tarixli ərizədən (cild 7, iş vərəqə 168) görünür ki, Zərərçəkmiş şəxs3 məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənildiyini, bu səbəbdən də onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. xx.xx.2024-cü il tarixli ərizədən (cild 7, iş vərəqə 179) görünür ki, Zərərçəkmiş şəxs7 məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənildiyini, bu səbəbdən də onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Doğum haqqında şəhadətnamənin surətindən (cild 6, iş vərəqə 111) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci ildə Zəka adlı övladı anadan olmuşdur. Şəxsiyyət vəsiqələrinin surətlərindən (cild 6, iş vərəqə 111) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il təvəllüdlü Ziya və xx.xx.2015-ci il təvəllüdlü Röya adlı övladları var. Tibbi arayışdan və epikrizdən (cild 6, iş vərəqə 112-113) görünür ki, Təqsirləndirilən şəxs atası Həmzə Zahidli ürək xəstəliyindən əziyyət çəkir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin sübutlara dair öz etirazlarını bildirməmişlər, lakin irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 dekabr 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməllərin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Cinayət hüququ nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş cinayət yalnız qəsdən törədilə bilər. Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Bu cinayətin obyektiv tərəfi bir şəxs tərəfindən başqa şəxsin sağlamlığına ağır zərərin vurulmasından ibarətdir. Obyektiv tərəfə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, bioloji amillərdən istifadə etməklə təsir göstərməsində və ya psixi təsir göstərməsində ifadə oluna bilər. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur: həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməllərin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgə əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 19:30 radələrində tanışı Şahid10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Zağulba prospektində yerləşən evdən 500 manat dəyərində qızıl-zinət əşyalarını və 150 manat dəyərində televizoru gizli olaraq talamaq məqsədi ilə həmin evə pəncərədən qanunsuz şəkildə daxil olduqdan sonra Zərərçəkmiş şəxs3 onu evdə aşkar edərək tutub saxladığına görə öz iradəsindən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməyərək təkrarən oğurluq etməyə cəhd etmiş, eyni zamanda üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik turist bıçağı ilə Zərərçəkmiş şəxs3 bədəninin müxtəlif nahiyələrinə vuraraq sonuncuya həyat üçün təhlükləli olan ağır dərəcəli zərər vurmaya aid daxili qanitirmə və hemoperitoneum, köndələn çənbər bağırsağın zədələnməsi ilə müşayiət olunan qarnın sol yan divarının qarın boşluğuna (daxilə) nüfuz edən (3 ədəd), sağ budun 1 (bir) ədəd, sol budun 1 (bir) ədəd, sol dizin 1 (bir) ədəd, sağ baldırın 1 (bir) ədəd deşilmişkəsilmiş yaraları xəsarətləri yetirib qəsdən Zərərçəkmiş şəxs3 sağlamlığına ağır zərər vurmuşdur. Göstərilən nəticə Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmədə verdiyi etirafedici ifadələri, habelə Zərərçəkmiş şəxs3 verdiyi ifadəsi və bu epizodla bağlı məhkəmədə dindirilmiş şahid ifadələri ilə tam şəkildə təsdiq olunmuşdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 sağlamlığına qəsdən ağır zərər vurması və öz iradəsindən asılı olmayan səbəblərdən oğurluq cinayət əməlini başa çatdıra bilməyərək təkrarən oğurluq etməyə cəhd etməsi cinayət işinin mübahisəsiz hallarıdır. Eyni zamanda qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərək axtarışda olduğundan Zərərçəkmiş şəxs3 evinə gizlənmək məqsədi ilə daxil olduğunu iddia etsə də, məhkəmə onun bu hissədə ifadəsini yalan ifadə kimi qiymətləndirir və hesab edir ki, o, belə məzmunda ifadə verməklə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, o, məhkəmədə ifadə verərək Zərərçəkmiş şəxs3 evinə daxil olduqdan sonra evdə olan yataqda yatdığını, Zərərçəkmiş şəxs3 evə gəldikdə isə bundan qorxaraq sonuncuya xəsarət yetirdiyini bildirsə də, məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs3 və bu epizodla bağlı dindirilmiş şahidlər öz ifadələrində Təqsirləndirilən şəxs iddia etdiyi halları təkzib etmişlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Zərərçəkmiş şəxs3 evində gizlənmək məqsədi ilə ora daxil olsaydı, evin sahibi Zərərçəkmiş şəxs3 evə daxil olduqda, sonuncu ilə real şəkildə əlbəyaxa etməzdi, habelə bıçaqdan istifadə etməklə Zərərçəkmiş şəxs3 çoxsaylı xəsarətlər yetirməzdi. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 evində törətdiyi əməllərin ardıcılığı və həmin əməllərin nəticəsi açıq-aşkar ona dəlalət edir ki, o, məhz oğurluq məqsədi ilə həmin evə daxil olmuş, lakin evin sahibi və sonuncunun qohumları həmin vaxt evə gəldiklərindən öz iradəsindən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməmiş, bununla da təkrarən oğurluq etməyə cəhd etmişdir. Cinayət hüququ nəzəriyyəsinə görə talama dedikdə - özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Talama özgə əmlakının götürülməsindən və təqsirkarın özünün yaxud başqa şəxsin xeyrinə keçirilməsindən ibarət aktiv hərəkətlərdir. Yəni təqsirkar özgənin əmlakını mülkiyyətçinin və ya əmlakın qanuni sahibinin sahibliyindən çıxararaq onu faktiki olaraq öz əlinə keçirir. Talamanın mühüm ələmatlərindən biri də talanan əmlakın özgənin olmasıdır, yəni təqsirkar şəxs həmin əmlak barəsində heç bir həqiqi və ya güman edilən mülkiyyət hüququna və ya digər qanuni əşya hüququna malik olmamalıdır. Talama cinayətinin digər mühüm əlaməti - təqsirkar şəxsin özgənin əmlakını əvəzsiz şəkildə götürməsi və ya digər formada ələ keçirməsidir. Bundan başqa, talama mütləq qaydada fəal hərəkətlərlə törədilir. Talamanın müxtəlif formaları var və bunlardan biri də oğurluqdur. Oğurluq cinayəti özgə əmlakının gizli talanmasında ifadə olunur. Oğurluq cinayətinin zəruri obyektiv əlaməti özgə əmlakının götürülməsinin gizli olmasıdır. Götürmənin gizliliyi dedikdə, cinayət əməlinin əmlakın mülkiyyətçisindən və ya digər qanuni sahibindən xəbərsiz, xəlvəti həyata keçirməsi başa düşülür. Bu hissədə qeyd edilməlidir ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Şahid11 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx.xx.2022-ci il tarixdə, saat 16:00 radələrində Qəbələ şəhəri, 28 May küçəsi ərazisində yerləşən açıq meşəlik sahədən Zərərçəkmiş şəxs5 məxsus, qiyməti 600 manat olan 1 (bir) baş dişi cinsli inəyi gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 həmin məbləğdə ziyan vurmaqla oğlurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Şahid11 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx.xx.2022-ci il tarixdə, təxminən saat 16:00-17:00 radələrində Oğuz rayonu, Baş Daşağıl kəndi ərazisində örüş sahəsindən həmin kənd sakini Zərərçəkmiş şəxs6 məxsus, qiyməti 1.100 manat olan 1 (bir) baş inəyi gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs6 həmin məbləğdə ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2022-ci il tarixdə, saat 20:00 radələrində Qəbələ rayonu, Böyük Əmili kəndində yerləşən Zərərçəkmiş şəxs7 məxsus saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olaraq oradan Zemfıra Mehdiyevaya məxsus qiyməti 130 manat olan 1 (bir) baş erkək cinsli qoyunu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs7 həmin məbləğdə ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2022-ci il tarixdə, gecə saat 01:00 radələrində Şahid8 məxsus Qəbələ rayonu, Böyük Əmili kəndində yerləşən çayxananın həyətindəki otağa qapısında olan qıfılı həmin yerdən tapdığı dəmir parçası ilə sındıraraq qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs8 məxsus qiyməti 650 manat olan 1 (bir) ədəd «LG» Plazma-Smart markalı qara rəngli 108 dioqanallı 2001-ci il istehsallı bir il ərzində istifadə edilmiş televizoru və pultunu, 1 (bir) ədəd qiyməti 150 manat olan 10 il əvvəl istehsal olunmuş, istifadə edilmiş “Sony 3” markalı playstation oyun aparatını, hər birinin qiyməti 15 manat olmaqla ümumilikdə qiyməti 30 manat olan 2 (iki) ədəd 10 il əvvəl istehsal olunmuş, işlənmiş “Sony” markalı playstation oyun aparatı pultunu və hər birinin qiyməti 15 manat olmaqla, ümumilikdə qiyməti 30 manat olan 2 (iki) ədəd təzə vəziyyətdə “Sony” markalı original olmayan playstation oyun aparatının pultunu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs8 cəmi 860 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2022-ci il tarixdə, saat 23:00 radələrində tanışı Şahid10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs1 məxsus Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən yaşayış sahəsi hesab olunan evə qanunsuz daxil olaraq oradan 1 (bir) ədəd qiyməti 220 manat olan 2019-cu il istehsallı, 32 sm dioqanallı «LG»markalı televizoru, 1 (bir) ədəd qiyməti 270 manat olan 2001-ci il istehsallı, 32 sm dioqanallı «LG» markalı televizoru, 1 (bir) ədəd qiyməti 120 manat olan 2012-ci il istehsallı 50 sm dioqanallı «Samsmung» markalı televizoru, 1 (bir) ədəd qiyməti 300 manat olan «Optima M 5» markalı Led proyektoru, 1 (bir) ədəd qiyməti 850 manat olan BAR 5.1 markalı səsucaldan aparatı, 1 (bir) ədəd qiyməti 250 manat olan «Mitsubishi» markalı maqnitafonu, 1 (bir) ədəd qiyməti 60 manat olan «Canon» markalı durbini və 1 (bir) ədəd qiyməti 100 manat olan «İrişman» markalı 750 ml miqdarda viski içkisini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 2.170 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2022-ci il tarixdə, saat 15:00 radələrində tanışı Şahid10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Qəbələ qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus yaşayış sahəsi hesab olunan evə qanunsuz daxil olaraq yataq otağından 1 (bir) ədəd qiyməti 240 manat təşkil edən 585 əyarlı qızıl sırğanı, 1 (bir) ədəd qiyməti 240 manat təşkil edən 585 əyarlı qızıl sırğanı, 1 (bir) ədəd qiyməti 504 manat təşkil edən 585 əyarlı qızıl qolbağını, 1 (bir) ədəd qiyməti 1.040 manat təşkil edən 585 əyarlı qızıl boyunbağını, 1 (bir) ədəd qiyməti 400 manat təşkil edən 585 əyarlı qızl üzüyü, 1 (bir) ədəd qiyməti 320 manat təşkil edən 583 əyarlı qızıl üzüyü, 1 (bir) ədəd qiyməti 800 manat təşkil edən 583 əyarlı «5 rubl» sikkəni, 1 (bir) ədəd qiyməti 20 manat təşkil edən aluminium materialdan sırğanı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 cəmi 3.564 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakım ələ keçirmək məqsədilə 05 sentyabr 2022-ci il tarixdə, saat 19:00 radələrində Oğuz şəhəri, A.Əliyev küçəsində yerləşən Zərərçəkmiş şəxs4 məxsus yaşayış sahəsi hesab olunan evə pəncərədən qanunsuz daxil olmaqla oradan 1 (bir) ədəd qiyməti 1.500 manat olan 65 düym (165 sm diaqonallı) "LG" markalı “65UM7450PLA” modelli televizoru, hər birinin qiyməti 250 manat olmaqla, ümumilikdə qiyməti 500 manat olan 2 (iki) ədəd 40 düym, (102 sm diaqonallı) "Sharp" markalı “LC-40LE458X” model televizoru, 1 (bir) ədəd qiyməti 1.000 manat olan bijuteriya qadın bilərziyini, 1 (bir) ədəd qiyməti 1.300 manat olan "Jovial" markalı qadın qol saatını və 1 (bir) ədəd qiyməti 200 manat olan Çin istehsallı «X26 3 Slim» markalı CECH- 2001A model oyun aparatını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 cəmi 4.500 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs oğlurluq cinayətləri ilə bağlı özünü qismən təqsirli bilməklə bu hissədə irəli sürülmüş ittihamı qismən mübahisələndirmiş və iddia etmişdir ki, o, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 2 (iki) fərdi yaşayış evindən, yəni Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus evdən oğurluq etməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus evdən oğurluq etmədiyini iddia etsə də, məhkəmə hesab edir ki, o, məhkəmədə belə məzmunda ifadə verməklə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, oğurluq epizodları ilə bağlı məhkəmədə dindirilmiş şəxslərin ifadələri, habelə təqsirləndirilən şəxsin yaxın qohumu tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi, zərərçəkmiş şəxslərin ayrı-ayrılıqda təqsirləndirilən şəxslə barışmaları və sonuncuya qarşı şikayət və tələblərinin olmaması, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı oğurluq hadisəsi baş verdiyi ünvanlara baxış keçirilən zaman törətmiş olduğu cinayətlərin üsulu və mexanizmi barədə əyani və ətraflı şəkildə ifadə verməsi onu təsdiq edir ki, o, məhkəmədə oğurluqla bağlı 2 (iki) epizodu mübahisələndirməklə bu hissədə məsuliyyətdən yaxa qurtarmaq, bununla da öz məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 8 (səkkiz) epizod üzrə oğurluq cinayətlərinə aidiyyəti (Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 nisbətdə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs8 nisbətdə isə təkbaşına) məhkəmədə tam şəkildə təsdiq olunmuşdur. Eyni zamanda məhkəmədə müəyyən edilmişdir ki, cinayət işi üzrə bütün zərərçəkmiş şəxslərə vurulmuş ziyan tam şəkildə ödənilmiş, zərərçəkmiş şəxslərə vurulmuş ziyan ödənildiyindən onlar Təqsirləndirilən şəxs ilə barışmışlar və nəticədə onların Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları Cinayət Prosessual Məcəllənin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün tərkib əlamətləri var. Həmin cinayət hadisələri həqiqətən baş vermiş və qeyd edilən cinayətlər onun tərəfindən qəsdən törədilmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə tövsif edir və hesab edir ki, qeyd edilən cinayət əməlləri məhz onun tərəfindən törədildiyindən cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1, 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətdiyindən və həmin cinayətlərin törədilməsində təqsirli bilindiyindən Cinayət Məcəlləsinin 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu mövcuddur. Ona görə də ona cəza təyin edilərkən mütləq qaydada cinayətlərin məcmusuna aid tələblər nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, onun tərəfindən törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcələrini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cavan, himayəsində 3 (üç) azyaşlı uşağının olmasını, həmin azyaşlı uşaqlara təkbaşına baxmasını, törətdiyi cinayət əməllərindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, hazırda onun 3 (üç) azyaşlı uşağını böyüdən valideynlərinin yaşlı olmasını, atasının ağır xəstəlikdən əziyyət çəkməsini, bütün zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsini və ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alıraraq qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal/hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 126.1, 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildiyindən məhkəmə hesab edir ki, ona cinayətlərin məcmusu qaydasında Cinayət Məcəlləsinin 126.1, 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Yalnız bu cəza vasitəsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Həmçinin təqsirləndirilən şəxs tərəfindən törədilmiş hər bir cinayət əməli müstəqil cinayət əməli kimi çıxış etdiyinə və bu hal cinayətlərin məcmusunu yaratdığına görə Təqsirləndirilən şəxs cəza təyin edilərkən Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmalı və ona cinayətlərin məcmusu qaydasında qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəzanın həcmi ilə bağlı qeyd edilməlidir ki, o, Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli üzrə zərərçəkmiş şəxslə barışdığından, sonuncuya vurulmuş ziyan tam şəkildə ödənildiyindən və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi olmadığından ona göstərilən maddə ilə ən aşağı həddə cəza təyin edilməlidir. Eyni zamanda Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə bağlı ittiham üzrə Təqsirləndirilən şəxs özgə əmlakını ondan asılı olmayan səbəblərdən gizli şəkildə talaya bilmədiyindən və talamaq istədiyi predmetlərin dəyəri ittiham üzrə cəmi 650 manat təşkil etdiyindən, habelə bu epizod üzrə də zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından bu maddələr üzrə də ona ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə bağlı ittiham üzrə o, bütün zərərçəkmiş şəxslərlə barışdığından, sonunculara vurulmuş ziyan ödənildiyindən və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbləri olmadığından ona göstərilən maddələr ilə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin ediləcək cəzalar qismən birləşdirilməklə ona qəti olaraq aşağı həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs aşağı həddə qəti cəzanın təyin edilməsi ilə bağlı məhkəmə onu da qeyd edir ki, onun nikahı pozulduqdan sonra birgə nikahdan olan 3 (üç) azyaşlı uşağı olduğundan, başqa sözlə, onun himayəsində 3 (üç) azyaşlı uşağı olduğundan, həbsdə saxlanıldığına görə həmin uşaqlar hazırda onun valideynlərinin himayəsində olduğundan və onun atası ağır xəstəlikdən əziyyət çəkdiyindən ona qəti olaraq ağır cəzanın təyin edilməsi onun uşaqlarının inkişafına və tərbiyəsinə, o cümlədən saxlanılmasına ciddi şəkildə mənfi təsir göstərəcək. Məhz uşaqların mənafeyini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəti olaraq aşağı həddə cəza təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələrində göstərilən cinayətlər cinayətlərin təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aiddir. Cinayət Məcəlləsinin 126.1, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri başa çatmış cinayətlərdir, Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələrində göstərilən cinayət əməlləri isə başa çatmamış cinayətlərdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin ediləcək qəti cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılmalı və onun üzərində saxlanılacaq cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan 1 (bir) ədəd turist bıçağı məhv edilməlidir. Bundan başqa, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 264 (iki yüz altmış dörd) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 264 (iki yüz altmış dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu qaydasında qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət qəti cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılsın və onun üzərində 3 (üç) il 11 (on bir) 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Onun üzərində saxlanılan cəzanın əvvəli tutulduğu vaxtdan, yəni 30 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan 1 (bir) ədəd turist bıçağı məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 264 (iki yüz altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov hakimlər Səbinə Məmmədzadə Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar