Məhkəmə qərarları › İş №1(101)-639/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-639/2021

19.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-639/2021 19.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi – Bakı şəhər 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 6 yanvar 1984-cü ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Binəqədi rayon məhkəməsinin 22 oktyabr 2020ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqstrli bilinərək 11 ay 28 gün müddətinə azadiıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Biləsuvar rayonu Nəsimi kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu «Motodrom» yaşayış massivində nömrəsiz fərdi evdə yaşamış, barəsində Binəqədi rayon məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə və külli miqdarda narkotik vasitələri əldə edib daşıyaraq saxlamışdır: belə ki, o, 8 sentyabr 2020-ci il tarixdə axşam saatlarında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 0,103 qram çəkidə psixotrop maddə metamfetamini və külli miqdarda - 2,272 qram çəkidə narkotik vasitə heroini satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşımış və elə həmin tarixdə saat 22:00 radələrində Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Binəqədi rayonu «Motodrom» yaşayış massivi ərazisində yaşadığı evin yaxınlığında saxlanılaraq gətirildiyi Polis Bölməsinin ünvan 1 ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sol yan cibindəki «Want» markalı siqaret qutusundan ayrı-ayrılıqda təmiz çəkiləri 0,075 qram və 0,028 qram olmaqla ümumi təmiz çəkisi 0,103 qram kustar üsulla hazırlanmış psixotrop maddə «metamfetamin» qablaşdırılmış iki ədəd selofan bükümlər və ayrıayrılıqda təmiz çəkiləri 0,923 qram, 0,546 qram, 0,632 qram və 0,171 qram olmaqla ümumi təmiz çəkisi 2,272 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə «heroin» qablaşdırılmış dörd ədəd şəffaf selofan bükümlər aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyim ilkin fadəmi təsdiq etmir, həmin ifadəni polis əməkdaşlarının təsiri ilə vermiş, dindirmə protokolunu imzalamışdır; onun narkotik vasitələrdən istifadə etdiyi 3-4 il olmuş, 8 sentyabr 2021-ci il tarixdə saat təxminən 22 radələrində evinə gedərkən yolda onu bir neçə nəfər mülki geyimli şəxs saxlayaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş, ondan özünü təqdim etməsini tələb etmişlər, həmin şəxslərə adını, soyadını dedikdən sonra polis əməkdaşları ona barəsində məlumat daxil olduğunu və bununla əlaqədar Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə gedərək üzərinə baxış keçirmək lazım olduğunu bildirmiş, o, etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə 40-cı polis bölməsinə getmiş, oradakı xidməti otaqlardan birində üzərinə baxış keçirilmiş, baxış zamanı üzərində öz istifadəsi üçün əldə etdiyi bir bükümdə, təxminən 1 qram çəkidə narkotik vasitə heroin aşkar edilmiş, onun üzərində başqa narkotik vasitə olmamış, polis əməkdaşları ona təsir edib əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə qiymətləndiriləcəyini bildirərək aldatmışlar, şalvarının qabaq cibinə bir ədəd siqaret qutusu qoymuşlar, videoçəkiliş aparılmaqla keçirilən növbəti baxış zamanı şalvarının cibindən siqaret qutusunu çıxarıb polis əməkdaşlarına təqdim etmiş, siqaret qutusuna baxış keçirilərkən içərisindən 6 büküm aşkar edilmiş, bükümlərə baxıldıqda içərisindən müxtəlif növdə narkotik vasitələr çıxmış, o, həmin narkotik vasitələrin özünə məxsus olduğunu demiş, sonradan müstəntiq tərəfindən əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunduğunu görüb əvvəlki ifadələrindən imtina etmiş, müstəntiq tərəfindən təqdim edilən heç bir sənədə imza etməmiş, onda cəmi 1 bükümdə 1 qrama yaxın çəkidə narkotik vasitə heroin olmuş, həmin narkotik vasitəni istifadəsi üçün əldə etmiş, o, heç kimə narkotik vasitə satmamış və satmaq fikri olmamışdır. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs göstərmişdir ki, artıq təxminən 3-4 ildir ki, narkotik vasitələrin qəbulu ilə məşğul olur, özü narkotik aludəçisidir; 8 sentyabr 2020-ci il tarixdə axşam saatlarında öz istifadəsi üçün narkotik vasitə almaq məqsədi ilə Bakı şəhəri Yasamal rayonu ərazisindəki metronun “20 Yanvar” stansiyasının çıxışının yaxınlığına getmiş, orada bir nəfər üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi cavan oğlanla rastlaşaraq həmin şəxsdən onun üçün narkotik vasitə tapa biləcəyi ilə maraqlanmış, həmin şəxs bildirmişdir ki, tanışları var, tapa bilər; qiyməti ilə maraqlandıqda bildirmişdir ki, 5-6 bükümü 25 manata təşkil edə bilər; düşünmüş ki, qiymət sərfəlidir, həm də ki, bir dəfəlik çox alıb sonradan hissə-hissə özü istifadə edər, hər dəfə lazım olanda xırda-xırda gedib haradansa alaraq özünü tutulmaq təhlükəsində qoymaqdansa birdəfəlik çox miqdarda alıb saxlamaq sərfəlidir; ona görə də həmin şəxsə 25 manat pul verib yola salmış, özü isə onu elə oradaca gözləməyə başlamışdır; həmin şəxs ondan vaxt istəyərək gözləməyini demiş və harasa uzaqlaşmışdır, bir qədər sonra isə onu gözlətdiyi yerə qayıdaraq özü ilə gətirdiyi altı ədəd sellofan bükümləri ona vermiş və dərhal oradan uzaqlaşmışdır; o isə həmin bükümləri cibində olan boş siqaret qutusunun içərisinə yığıb əynindəki şalvarın sol yan cibinə qoymuş və yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, “Motodrom” yaşayış massivinə yollanmışdır; saat təxminən 22 radələrində evinə çatmağına az qalmış yolda onu bir neçə nəfər mülki geyimli şəxslər saxlayaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər və ondan özünü təqdim etməsini tələb etmişlər; onlara adını, soyadını deyəndən sonra polis əməkdaşları onlara barəsində məlumat daxıl olduğunu və bununla əlaqədar onlarla Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə gedərək üzərinə baxış keçirmək lazım olduğunu bildirmişlər; vəziyyətin nə yerdə olduğunu başa düşərək etiraz etməmiş və polislərlə birlikdə Polis Bölməsinə gəlmişdir, oradakı xidməti otaqlardan birində videoçəkiliş aparılmaqla üzərinə baxış keçirmişlər; baxış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmetin olub-olmadığı soruşulduqda özü könüllü olaraq əynindəki cins şalvarın sol yan cibindən içərisində narkotik vasitələr olan altı ədəd bükümləri gizlətdiyi siqaret qutusunu çıxarıb təqdim etmişdir; polis əməkdaşlarının sualına cavab olaraq həmin bükümlərin içərisindəki kütlələrin “heroin” və “şüşə” adlanan narkotik vasitələr olmasını təsdiq etmişdir, üzərində aşkar olunmuş bükümlər ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır; bu barədə protokol tərtib olunmuş, o da həmin protokolun doğruluğunu digər iştirakçılar kimi öz imzası ilə təsdiq etmişdir; narkotik istifadəçisi olduğu müddət ərzində narkotik vasitələri mütəmadi olaraq qəbul etmirmiş, hərdən bir rastına düşəndə, pulu olanda qəbul edirimiş, polislər tərəfindən tutulmamaq üçün narkotiki əsasən Bakı şəhərinin müxtəlif rayonlarından müəyyən yerlərdən təsadüfən rastlaşdığı tanımadığı şəxslərdən alırmış. Narkotik satanlar və narkotik alüdəçıləri bir birini uzaqdan, xarici görünüşündən tanıyırlar, ona görə də qeyd etdiyi “müəyyən yerlərdə” onun kimilər üçün narkotik vasitə almaq heç bir problem yaratmır; üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəni satan şəxsin sifəti dəqiq yadında qalmayıb, bəlkə də görsə tanıya bilər; lakin sonradan ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilərkən ittihamla razı olmadığını, heç vaxt heç kimə heç bir narkotik vasitə və ya psixotrop maddə satmadığını, ümumiyyətlə narkotiklərin satışı ilə məşğul olmadığını bildirərək özünü elan olunmuş ittiham üzrə təqsirli bilmədiyini qeyd etmiş və bu əsaslarla da yeni ittihamın elan edilməsi ilə əlaqədar ona təqdim edilən müvafiq prosessual sənədləri imzalamaqdan imtina etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq həmin ifadəni özünü müdafiə xarakterli hesab edir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 8 sentyabr 2020ci il tarixdə Bölmələrinə Bakı şəhəri Binəqədi rayonu “Motodrom” Yaşayış Massivində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumat tərəflərindən rəhbərliyə məruzə olunmuş, yoxlanılması məqsədi ilə “X1” Azərbaycan Respublikasının Qanununun 10,11,12-ci maddələrinin və Cinayət-Prosessual Məcəlləsinin 445.2-ci maddəsinin tələbləri rəhbər tutularaq əməliyyat tədbirinin keçirilməsi barədə qərar verilmiş, polis Bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və onun özündən ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupu ilə birlikdə 8 sentyabr 2020-ci il tarixdə saat təxminən 22 radələrində Bakı şəhəri Binəqədi rayonu “Motodrom” Yaşayış Massivi ərazisinə yollanmışlar, məlumatda göstərilən Təqsirləndirilən şəxs orada yaşadığı nömrəsiz fərdi evin qarşısında müəyyən etmiş, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, barəsində məlumat daxil olduğunu bildirərək onu Polis Bölməsinə dəvət etmişlər, həmin şəxs etiraz etməmiş, onlar birlikdə xidməti avtomobilə əyləşərək yaxınlıqdakı Binəqədi RPİ-nin 40-cı PB-nin ünvan 1 ünvanında yerləşən inzibati binasına gəlmişlər, orada növbədə olan təhqiqatçı Azər Süleymanov müvafiq sənədləşdirmə işlərinə başlamış, saxlanılan şəxsin hüquqlarının müdafiə olunması üçün növbətçi vəkil, videoçəkiliş aparılması üçün Polis İdarəsindən inspektor-kriminalist Altay Kərimov dəvət olunmuşlar, qeyd olunan şəxslərin iştirakları ilə saxlanılan Təqsirləndirilən şəxs üzərində axtarış aparılacağı bildirilərək Elməddinə üzərində saxlanılması qanunla qadağan olunmuş hər hansı bir predmet varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını etiraf edərək əlini əynindəki açıq göy rəngli cins şalvarın sol yan cibinə salaraq oradan bir ədəd “Want” markalı siqaret göy rəngli qutusu, həmin qutunun içərisində isə ümumilikdə altı ədəd müxtəlif ölçülü, müxtəlif formalı bükümlər çıxarıb masanın üzərinə düzərək həmin bükümlərin içərisində “Kokos”, “Qara” və “Şüşə” adlandırılan narkotik vasitə və psixotrop maddələrin olmasını, həmin narkotik vasitə və psixotrop maddələri həmin gün axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisindəki Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının çıxışının yaxınlığından bir nəfər tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 25 (iyirmi beş) manata aldığını bildirmiş, qeyd olunanların hamısı kriminalist tərəfindən videokamera vasitəsi ilə çəkilərək qeydə alınmış, aşkar olunmuş narkotik vasitə və psixotrop maddələr qablaşdıraraq möhürlənmiş, bu barədə müvafiq protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 40-cı PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan ilkin təhqiqat araşdırması zamanı tərtib olunmuş 8 sentyabr 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Binəqədi RPİ-nin 40-cı PB-nin təhqiqatçısı polis baş leytenantı X7 tərəfindən Azərbaycan Respublikası CPM-in 51, 86, 242-247-ci maddələrinin tələblərinə əsasən Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları, əməliyyat müvəkkilləri polis baş leytenantları Şahid1 və Şahid2, 6 yanvar 1984-cü ildə Biləsuvar rayonunda anadan olmuş Təqsirləndirilən şəxs, Binəqədi RPİ-nin kriminalist-eksperti polis mayoru Altay Kərimovun iştirakları ilə 8 sentyabr 2020-ci il tarixdə saat 22:50-də xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı sonuncu əynindəki göy rəngli cins şalvarın sol cibində olan “Want” markalı siqaret qutusunun içərisindən 5 ədəd şəffaf sellofan və bir ədəd sellofana bənzər bükümləri çıxarıb təqdim etmiş, həmin bükümlərdə “Tiryək”, “Şüşə” və “Heroin” kimi tanınan narkotik maddələrin olmasını, onları 8 sentyabr 2020-ci il tarixdə saat 20-21 rədalərində Yasamal rayonu ərazisindən 25 manata tanımadığı şəxsdən alıb şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirməsini bildirmiş, təqdim etdiyi həmin maddələr özünün və polis əməkdaşlarının iştirakı ilə zərfə qoyularaq 234 saylı möhürlə möhürlənərək götürülmüşlər, baş verənlər “Panasonic" markalı videokamera vasitəsi ilə qeydə alınmışdır. İşdə olan məhkəmə-fiziki-kimyəvi ekspertizası üzrə 9 sentyabr 2020-ci il tarixli 6/1825 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş və tədqiqata təqdim olunmuş dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,923 qram, 0,546 qram, 0,632 qram və 0,171 qram ümumilikdə təmiz çəkisi 2,272 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə “heroin”-dir, digər iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,075 qram və 0,028 qram ümumilikdə təmiz çəkisi 0,103 qram olan ağ rəngli kristailik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə “metamfetamin”-dir; “heroin” 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vaitələr”-in siyahısına (Siyahı İ) daxildir; “metamfetamin”-in 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu İlə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı İ) daxildir (1-ci cild iş vərəqi 45-49) İşdə olan 10 sentyabr 2020-ci il tarixli qərarla maddi sübut kimi tanınmış, ilkin təhqiqat materiallarına əlavə edilmiş, 8 sentyabr 2020-ci il tarixdə Binəqədi RPİ-nin 40-cı PB-də şübhəli şəxs qismində tutularkən Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı videokamera vasitəsi ilə qeydə alınmış, 1 (bir) ədəd CD-yə köçürülmüş səsli videogörüntüyə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, CD-də videokamera vasitəsi ilə çəkilmiş, üzərində tarixi və saatı əks olunmayan biri “00305”, digəri isə “00306” adlı iki ədəd videogörüntü var 12 dəqiqə 02 saniyəlik birinci videogörüntüdə üçü mülki geyimdə masa ətrafında əyləşmiş vəziyyətdə, biri isə polis geyimində masanın baş tərəfində ayaq üstə durmuş vəziyyətdə olmaqla dörd nəfər şəxs əks olunur, polis geyimində olan polis baş leytenantı rütbəli şəxs çəkiliş başlayan zamanı özünü təqdim edərək Azərbaycan Respublikası DİN-in Binəqədi RPİ-nin 40-cı PB-nin təhqiqatçısı X7 olmasını bildirərək, Azərbaycan Respublikası CPM-in 51, 86, 242-247-cİ maddələrinin tələblərinə əsasən videoçəkilişdə iştirak edən 40-cı PB-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, PB-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, Binəqədi RPİ-nin KTQ-nun kriminalist-eksperti polis mayoru Altay Kərimov, şübhəli şəxs Təqsirləndirilən şəxs barələrində anket məlumatlarını elan edir və iştirakçılara hüqüq və vəzifələrini izah edir, daha sonra barəsində axtarış və götürmə haqqında qərar qəbul edilmiş Təqsirləndirilən şəxs müraciət edərək paltarlarında, əşyalarında və ya bədənində olması etimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsini təklif edir; masa arxasında əyləşmiş Təqsirləndirilən şəxs ayağa qalxaraq əynindəki açıq göy rəngli cins şalvarın qabaq sol yan cibindən bir ədəd “Want” markalı göy rəngli siqaret qutusunu çıxarıb masanın üzərinə qoyur, daha sonra həmin siqaret qutusunu masanın üzərindən götürüb içərisindən altı ədəd müxtəlif ölçülü bükümləri çıxarıb masanın üzərinə düzür. Təhqiqatçımn həmin bükümlərin içərisində nə olması, onları haradan əldə etməsinə dair sualına cavab olaraq Təqsirləndirilən şəxs bildirir ki, həmin bükümlərin içərisində olan kütlələr “Kokos”, “Qara” və “Şüşə” adlanan müxtəlif çeşidli narkotik vasasitə və psixotrop maddələrdir, onları Bakı şəhəri Yasamal rayonu ərazisindəki metronun “20 Yanvar” stansiyasının çıxışının yaxınlığında tanımadığı şəxsdən ümumilikdə 25 (iyirmi beş) manata almışdır; bundan sonra təhqiqatçı həmin bükümlərin maddi sübut əhəmiyyəti kəsb etmələrini bildirərək onların götürüləcəyini və qablaşdırılacağını elan etməklə ağ kağızdan hazırlanmış zərfi götürüb içərisinin boş olmasını videokameraya və iştirakçılara nümayiş edir, Təqsirləndirilən şəxs təqdim etdiyi 6 ədəd bükümləri həmin zərfin içərisinə yığaraq yapışqanla qapağını yapışdırıb üzərini möhürləyərək iştirakçıların imzaları ilə təsdiq edir, daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusunun boş olmasını kameraya nümayiş etdirib ondan üzərində başqa bir əşya olub olmadığını soruşur, sonuncu başqa bir şey olmadığını bildirərək ayağındakı idman üslublu qara rəngli ayaqqablarını, sonra corablarını çıxarıb iç tərəflərini çevirməklə boş olmalarını nümayiş etdirir və yenidən geyinir. Bundan sonra təhqiqatçı şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədiyini bildirib qeyd edilən prosessual hərəkətin gecə vaxtı süni işıqlandırma şəraitində aparıldığını, istifadə olunan videoçəkilişin əks olunduğu məlumat daşıyıcısının protokola əlavə ediləcəyini və protokolun imzalanması üçün videoçəkilişin dayandırılmasını elan edir; CD-yə köçürülmüş 26 saniyəlik ikinci videogörüntüyə baxdıqda müəyyən olundu ki, həmin görüntüdə də birinci görüntüdə əks olunan şəxslər tam tərkibdə iştirak edirlər, masanın baş tərəfində ayaq üstə dayanmış təhqiqatçı Azər Süleymanov şəxsi axtarış və götürmə zamanı aparılmış birinci videoçəkilişə iştirakçılar tərəfindən baxılmasını, bununla əlaqədar heç bir etiraz və vəsatətin daxil olmadığını, protokolun iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilməsini, müvafiq prosessual hərəkətin qurtarmasını və videoçəkilişin dayandırılmasını elan edir (1-ci cild iş vərəqi 63-65). İşdə olan əlavə məhkəmə-fiziki-kimyəvi ekspertizası üzrə 30 oktyabr 2020-ci il tarixli 6/2044 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş və tədqiqata təqdim olunmuş dörd ədəd bükümdə ümumi təmiz çəkisi 2,152 qram olan “heroin”-lər xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidirlər, digər iki ədəd bükümdə olan ümumi təmiz çəkisi 0,043 qram olan “metamfetamin”-lər xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidirlər; “heroin” 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vaitələr”-in siyahısına {Siyahı İ) daxildir; “metamfetamin”-in 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı İ) daxildir (1-ci cild iş vərəqi 201-205). Ekspertiza tədqiqatlarından sonra məsrəflərə uğrayaraq ümumilikdə xalis çəkisi 2,032 qram çəkidə narkotik vasitə - «heroin» və 0,033 qram çəkidə psixotrop maddə «metamfetamin» 10.11 -2020-ci il tarixdə cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması ücün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (1-ci cild iş vərəqi 194-195). İşdə olan məhkəmə narkoloji ekspertizası üzrə 23 noyabr 2020-ci il tarixli 3275 saylı rəyindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs tiryək alkoloidiərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən "asılılıq sindromu”-narkomaniya xəstəliyinin aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 206-207). İşdə olan Binəqədi rayon məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli 5(001)- 878/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması haqqında Binəqədi RPİ-nin 40-cı PB-nə daxil olmuş əməliyyat məlumatı əsasına keçirilmiş əməliyyat-axtarış təbdiri və buna dair 8 sentyabr 2020-ci il tarixli müvafiq qərar qanuni hesab edilmişdir (1-ci cild iş vərəqi 206- 207). İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 15 sentyabr 2020-ci il tarixli tələbnamədən və Binəqədi Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün il müddətə azadlıqdan məhrum edilmiş, cəzaçəkməsinin başlanğıcı 22 oktyabr 2020-ci il tarixdən hesablanmışdır. (1-ci cild iş vərəqi 106-109). İş üzrə 8 sentyabr 2020-ci il tarixdə Binəqədi RPİ-nin 40-cı PB-də şübhəli şəxs qismində tutularkən Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı videokamera vasitəsi ilə qeydə alınmış iki ədəd səsli videogörüntü əks olunmuş 1 ədəd CD cinayət işinin materiallarına əlavə edilmiş, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2,032 qram çəkidə narkotik vasitə heroin və 0,033 qram çəkidə psixotrop maddə metamfetamin 10 noyabr 2020-ci il tarixdə saxlanılması ücün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İşdə olan şübhəli şəxsin tutulması haqqında 8 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 8 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 24-25). İşdə olan Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu 8 sentyabr 2020-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 54-103). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. İş üzrə Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması tam təsdiqini tapmışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil: əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci və 2-ci siyahı, narkotik vasitələr və psixotrop maddələr)” əsasən, heroin narkotik vasitəsinin külli miqdarının aşağı həddi 2 qram, metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarın yuxarı həddi 0,15 qram, külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə əldə etdiyi, saxladığı və daşıdığı narkotik vasitə heroinin çəkisi 2,032 qram olduğundan külli miqdar, psixotrop maddə metamfetaminin çəkisi 0,033 qram olduğundan şəxsi istehlak miqdarından artıq miqdar təşkil edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının: 22 yanvar 2007-ci il təvəllüdlü X3, 9 sentyabr 2008-ci il təvəllüdlü X4 və 4 sentyabr 2018-ci il təvəllüdlü X2 olmaları cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cü maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olubolmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin CM-in 59.1.4-cü maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halın olmasını, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini təsbit edən Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona Cinayət Məcəlləsinin 66.1 və 66.3-cü maddələrində nəzərdə tutulan eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkmələrinin başlanğıcı 8 sentyabr 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halın olmasını, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Binəqədi rayon məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 11 ay 28 gün müddətinə azadiıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin ediləcək cəza ilə qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının 8 sentyabr 2020-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. İşdə olan məhkəmə-narkoloji ekspertizası üzrə 23 noyabr 2020-ci il tarixli 3275 saylı ekspert rəyindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs tiryək alkoloidiərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən "asılılıq sindromu” - narkomaniya xəstəliyinin aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 206-207). Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübutlar - 10 noyabr 2020-ci il tarixdə saxlanılması ücün Binəqədi RPİnin saxlanc anbarına təhvil verilmiş 8 sentyabr 2020-ci il tarixdə Binəqədi RPİ-nin 40-cı PB-də şübhəli şəxs qismində tutularkən Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı videokamera vasitəsi ilə qeydə alınmış iki ədəd səsli videogörüntü əks olunmuş 1 ədəd CD cinayət işinin materiallarında saxlanılmalıdır; iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2,032 qram çəkidə narkotik vasitə heroin və 0,033 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cu maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri – 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Binəqədi Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə hazırki hökmlə təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 8 sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı videokamera vasitəsi ilə qeydə alınmış iki ədəd səsli videogörüntü əks olunmuş 1 ədəd CD cinayət işinin materiallarında saxlanılsın; ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2,032 qram çəkidə narkotik vasitə heroin və qalıq qalan 0,033 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri - 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar