Məhkəmə qərarları › İş №1(101)-64/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-64/2022

28.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-64/2022 28.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X15 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşavirləri Dövlət ittihamçısı4, Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, böyük prokuror-metodist, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı3, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında qismən videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında xx xxxxxx 1987-ci il tarixdə Füzuli rayonunun Mahmudlu-2 kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Füzuli rayonunun Mahmudlu-2 kəndində qeydiyyatda olan, 24 sentyabr 2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 26 sentyabr 2018-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2018-ci ilin sentyabr ayının ortalarında Azərbaycan Respublikasının vətəndaşı Şahid19 və şəxsiyyəti müəyyən edilməmiş bir qrup qeyri şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıma barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, o, naməlum vaxtda və naməlum mənbədən külli miqdarda - 1482,691 qram qurudulmuş marixuana və külli miqdarda - 855 qram tiryək narkotik vasitələrini əldə etmiş, daşımış və Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yarım tikili evdə satış məqsədilə saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs ümumi cinayətkar niyyətə uyğun olaraq, 24 sentyabr 2018-ci il tarixdə günorta saatlarında Şahid19 ilə birgə idarə etdiyi “Az Samand” markalı, ** BJ *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsinə gedərək, əvvəlcədən həmin yarım tikili evdə qanunsuz saxladığı 1 ədəd sellofan paketdə 1482,691 qram olmaqla külli miqdar təşkil edən qurudulmuş marixuana narkotik vasitəsini və çəkisi 855 qram olmaqla külli miqdar təşkil edən tiryək narkotik vasitəsini saxladığı yerdən çıxararaq, həmin qurudulmuş marixuana narkotik vasitəsindən 2,691 qramını ayıraraq götürmüş, qalan kimi qalmış 1480 qram - külli miqdarda qram qurudulmuş marixuana narkotik vasitəsini və 855 qram - külli miqdarda tiryək narkotik vasitəsini realizə edilməsi üçün gətirib Şahid19 vermiş, Şahid19 isə öz növbəsində həmin narkotik vasitələri satış məqsədilə ondan qanunsuz əldə etmiş, saxlamış, daşımış və həmin gün, saat 21:10 radələrində Bakı şəhəri, Səbail rayonu, “Şəki” restoranının qarşısında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməliyyat xidməti tərəfindən keçirilən əməliyyat tədbirində şərti alıcı qismində çıxış edən əməliyyat işçisinə satarkən keçirilən əməliyyat tədbiri nəticəsində əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılmış və Şahid19 külli miqdarda - 1480 qram qurudulmuş marixuana narkotik vasitəsi və külli miqdarda - 855 qram tiryək narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. Bundan sonra əməliyyat tədbirləri davam etdirilərkən Təqsirləndirilən şəxs Şahid19 tərəfindən mobil telefonla narkotik vasitənin satışından əldə edilmiş gəliri ona təhvil vermək adı altında Bakı şəhəri, «20 yanvar» dairəsi adlanan yerin yaxınlığına çağırılmış və elə həmin gün, saat 23:30 radələrində qeyd olunan ünvanda keçirilmiş əməliyyat tədbirləri zamanı idarə etdiyi qara rəngli “Az Samand” markalı, **-BJ- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə birgə saxlanılmış, nəqliyyat vasitəsinə keçirilmiş baxış zamanı Şahid19 təhvil verərkən qurudulmuş marixuana narkotik vasitəsinin üzərindən götürdüyü 1 bükümdə olan 2,691 qram qurudulmuş marixuana narkotik vasitəsi aşkar edilərək ondan götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən İran İslam Respublikası (bundan sonra: İİR və ya İran) vətəndaşı X6, Azərbaycan Respublikası vətəndaşı X24, şəxsiyyətləri müəyyən edilməmiş “Yaşar”, “Əsgər” və “Firudin” adı ilə məlum olan İİR vətəndaşları və qeyriləri ilə külli miqdarda narkotik vasitənin satış məqsədilə qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılaşıb cinayət əlaqəsinə girərək aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq İİR vətəndaşı X6 ümumi cinayətkar niyyəti həyata keçirmək üçün 08 aprel 2019-cu il tarixdə İranda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 165,484 qram heroin narkotik vasitəsini şəxsiyyətləri müəyyənləşdirilməmiş “Yaşar”, “Əsgər” və “Firudin” adlı şəxslərdən əldə etmiş, saxlamış və malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə özünün daxili orqanı olan düz bağırsağında yerləşdirib həmin gün saat 22 radələrində Dövlət Sərhəd Xidmətinin X28 rayonunda yerləşən «Astara» sərhəd nəzarəti məntəqəsində İrandan Azərbaycan Respublikası istiqamətində rəsmi qaydada gələrkən, düz bağırsağında gizlətdiyi həmin külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə İİR-dan Azərbaycan Respublikasına daşıyaraq keçirdikdən sonra Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunun əməkdaşları tərəfindən saxlanılmış, daxili orqanlarının müayinəsi zamanı qeyd olunan külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs isə ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun digər üzvü Namiq Əsgərzadə ilə birgə 08 aprel 2019-cu il tarixdə Asghar Ghanbarı tərəfindən daşınaraq gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilən qeyd olunan külli miqdarda narkotik vasitələri əldə etmək məqsədi ilə X41i məntəqəsinə gəlmiş, həmin gün saat 23 radələrində Namiq Əsgərzadə ümumi cinayətkar niyyəti həyata keçirib qeyd olunan külli miqdarda narkotik vasitələri əldə etmək üçün Asghar Ghanbarı ilə X41 Məntəqəsində (bundan sonra: SNM) görüşən zaman Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, bundan sonra əməliyyat tədbirləri davam etdirilmiş və Təqsirləndirilən şəxs, cinayətkar qrupun digər üzvləri Asghar Ghanbarı və Namiq Əsgərzadə ilə görüşüb qeyd olunan külli miqdarda narkotik vasitələri əldə etmək məqsədi ilə Astara rayonu ərazisinə gəlmiş və onlar 09 aprel 2019-cu il tarixdə, saat 01 radələrində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışlar. Qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3 -cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs və qeyriləri yuxarıda göstərilən hər iki epizodda nəzərdə tutulan cinayət əməlini həm də tamah niyyəti ilə törətmişlər. Həmin cinayət işi baxılan iş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə Şahid19 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri, X18 və X2 Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair 1(101)-205/2020 qeydiyyat nömrəli cinayət işindən 1(101)-982/2020 qeydiyyat nömrə ilə ayrıca icraatda ayrılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 may 2021-ci il tarixli hökmünə əsasən Şahid19 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri, X24 və X6 isə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib müxtəlif müddətlərə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hökm 21 oktyabr 2021-ci il tarixdlə qüvvəyə minmiş və icraya yönəldilmişdir. Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla Təqsirləndirilən şəxs qabaqcadan razılaşıb cinayət əlaqəsinə girməklə qeyriləri ilə əlbir olmaqla külli miqdarda narkotik vasitələrin satış məqsədilə qanunsuz olaraq təkrar əldə edilməsi, saxlanması, daşınması və gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının dövlət gömrük sərhədindən keçirilməsi, yəni Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməsi tam təsdiq olunmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadə verməkdən imtina edərək göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadələrində elə sözlər var ki, onun dedikləri kimi yazılmışdır. Elə sözlər də var ki, o, belə fikirlər bildirməmişdir. Onun demədiyi həmin fikirlər əməliyyatçıların dilindən yazılmış ifadələr idi və müstəntiq də həmin ifadələri onun ifadələri kimi göstərmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadə verməkdən imtina etməsi ilə bağlı onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu 26 sentyabr 2018-ci il və 10 aprel 2019-cu il tarixli ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamlarla özünü qismən təqsirli bilərək tədqiq olunan həmin ifadəsində tədqiq olunan həmin ifadələrində göstərmişdir ki, o, Füzuli rayonunun Mahmudlu-2 kəndində qeydiyyatdadır, ailəlidir, 3 azyaşlı övladı var. Rəsmi olaraq işəlmir, xərçəng xəstəliyindən əziyyət çəkir və buna görə də dövlət tərəfindən pensiya alır. 2013-cü ildə CM-nin 228ci maddəsi ilə azadlıqdan məhrum edilmiş, cəzasını Qaradağ rayonu ərazisində yerləşən 14 saylı Cəzaçəkmə Müəssisəsində (CÇM-də) çəkmiş, 2014-ci ilin dekabr ayının 12-də azadlığa buraxılmışdır. Xəstəliyi ilə əlaqədar həkim resepti əsasında tramadoldan istifadə etmiş, ağrılarıyla əlaqədar arada narkotik vasitələrdən - nəşədən istifadə etmişdir. Şahid19 ilə 2014-cü ildə PX-in müalicə müəssisəsində olarkən tanış olmuşdur. O da həmin vaxt həbsdə olarkən orada müalicə almış, 2 ay onunla eyni palatada yatmış, daha sonra çıxdıqdan sonra arada zəngləşib əlaqə saxlamışdır. Şəxsi işləri ilə əlaqədar hərdən bir Bakı şəhərinə gəlib getmişdir. Barəsində ayrıca icraatda cinayət işi ayrılmış Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, bir neçə müddət əvvəl Bakı şəhərində, Qaradağ rayonunun Lökbatan qəsəbəsində kafedə əyləşib çay içdikdən sonra, 2 manat çay pulunu verib oradan çıxmış, oranın ayaqyolusu olmadığından arxa tərəfdə təbii ehtiyacını ödəmək məqsədilə kafenin arxasına getmişdir. Kafenin arxa tərəfi boş sahə olmuş, ətrafında da hasarlar olmuşdur. Həmin ərəfədə bir nəfər şəxsin əlində bir sellofan paketi hasarın yanına qoyduğunu və üzərinə də ot örtüyü atdığını görmüşdür. O, həmin paketdən şübhələnmiş və həmin adam oradan uzaqlaşdıqdan sonra ora yaxınlaşıb paketi açmışdır. Sellofan paketin içərisində narkotik vasitə olduğunu, onun qurudulmuş ot yəni marixuana və tiryək olduğunu görmüşdür. O, özü də nəşədən istifadə etdiyindən həmin paketi götürmüş, üzərindən biraz da götürüb çəkmiş, amma köhnə olduğunu hiss etmişdir. Bundan sonra, o, həmin narkotiki götürüb oradan uzaqlaşmış, onu hansısa bir yerdə gizlətməyi fikirləşmişdir. Bu məqsədlə Qızıldaş qəsəbəsi istiqamətdə getmiş, orada əsas yoldan aralıda, söküntü vəziyyətində olan, sahibsiz bir yarımtikili ev görmüş və oranın etibarlı olacağını düşünərək narkotiki aparıb orada gizlətmişdir. Bir neçə müddət sonra tanışı Elşənlə danışarkən onda narkotik vasitə marixuana və tiryək olduğunu, almaq istəyən olarsa, ona verə biləcəyini demiş, hətta Elşənə onu harada gizlətdiyini də demişdir. Elşən isə maraqlanıb deyəcəyini bildirmişdir. Daha sonra Elşən onunla görüşərkən, həmin narkotiki almaq istəyən adam tapdığını, danışıb bu barədə ona deyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, 23 sentyabr 2018-ci il tarixdə Elşənlə telefonda danışarkən ona Bakıya gələcəyini dedikdə Elşən onunla görüşməyi xahiş etmişdir. 23 sentyabrda gecə saatlarında həmyerlisi Şahid6lə onun Müşfiqabad qəsəbəsindən Sumqayıta gedən yolun üstündə icarəyə götürmək üçün maraqlandığı obyektə getmiş, səhər saat 5 radələrində idarə etdiyi “Az Samand” markalı nəqliyyat vasitəsi ilə Müşfiq qəsəbəsində yerləşən Tiflisin icarəyə götürmək istədiyi obyektin yanına gəlib çatmışdır. Lakin Tiflisin işi baş tutmamış, yəni obyektin sahibi ilə razılığa gəlməmiş və orada nahar etdikdən sonra Bayıl qəsəbəsinə gedib maşını avtoyuma məntəqəsinə vermişlər. Orada olarkən Elşənə zəng vurmuş və onunla «20 yanvar» metrostansiyası tərəfdə görüşməyə razılaşmışlar. Axşam saat təxminən 5-6 arası «20 yanvar» metrostansiyasının yaxınlığına getmiş, orada Elşənlə görüşmüş, sonuncu avtomobilə əyləşmiş, orada bir neçə dəqiqə hal-əhval tutduqdan sonra, maşını irəlidə mağazanın yanında saxlamış və mağazaya girmək üçün avtomobildən düşmüşdür. Elşən də onunla birgə maşından düşmüşdür. Orada olarkən Elşən həmin narkotiki gedib götürüb aparıb almaq istəyən adamlara birgə verməyi təklif etmişdir. O isə qorxduğunu, gedə bilməyəcəyini demişdir. Bundan sonra Elşən ondan maşınını istəmiş, özünün gedib təhvil verəcəyini demişdir. O, yenə razı olmamış və bir yerdə gedib narkotiki gizlətdiyi yerdən çıxarıb Elşənə verməyi, sonuncunun özünün aparıb onlara təhvil verməsini və axşam tərəfi görüşməyi təklif etmişdir. Onlar razılaşmış, mağazaya girib su və başqa şeylər aldıqdan sonra çıxıb maşına əyləşmiş və Qızıldaş qəsəbəsinə, yəni narkotiki gizlətdiyi evin yanına getmişlər. Yolda Tiflis ondan hara getdiyini soruşduqda o, X29 işi ilə bağlı getdiyini demiş, bundan başqa məlumat verməmişdir. Axşam tərəfi o, Qızıldaş qəsəbəsinə çatmış, əsas yoldan ara küçəyə girərək həmin yarımtikili evin yaxınlığında maşını saxlamış, Elşənlə maşından düşərək həmin evə tərəf getmiş, lakin Elşən həmin tikiliyə daxil olmamışdır. O özü gedib həmin tikilidən gizlətdiyi narkotiki götürmüş və marixuananın üzərindən bir bükümlük öz istifadəsi üçün götürüb ayrıca bükümə qoymuşdur. Geri qalanlarını sellofan paketdə gətirib Elşənə vermiş və ayrıca taksiylə şəhərə getməsi üçün Elşən 20 manat pul da vermişdir. Bundan sonra maşına minmiş, narkotiki Elşənə təhvil verərkən üzərindən götürdüyü marixuananı isə bir bükümdə maşınına qoymuş və oradan uzaqlaşmışlar. Elşən isə taksiyə əyləşib oradan çıxmışdır. Tədqiq olunan həmin ifadəsində Təqsirləndirilən şəxs daha sonra göstərmişdir ki, həmin gün axşam tərəfi Elşən telefonla ona zəng etmiş və «Qara Qarayev» metrostansiyasının yaxınlığına çağırmışdır. Ora çatdıqdan sonra mobil telefon vasitəsi ilə Elşənlə danışmış, Elşən ona «Elmlər Akademiyası» metrostansiyasının yanına gəlməyi təklif etmişdir. Lakin o, həmin tərəfin tıxac olduğunu bildirmiş və ona «20 yanvar» dairəsinə gəlməyi təklif etmişdir. O, «20 yanvar» dairəsinə getmiş, orada Elşənə zəng vurub onu gözlədiyini bildirmişdir. Təqribən 20 dəqiqə sonra mülki geyimli şəxslər ona yaxınlaşaraq gömrük əməkdaşları olduqlarını bildirərək onu və Tiflisi DGK inzibati binasına aparmışlar. Orada avtomobilinə baxış keçirilmiş və əvvəlcədən avtomobilinin salonunda əl əyləcinin plastik korpusunun altına qoyduğu təxminən 2,9 qram marixuananı aşkar etmişlər. Daha sonra sənədləşmə aparılmış və o da protokolu imzalamışdır. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, yuxarıda göstərilən faktla bağlı cinayət işi başlandıqdan sonra barəsində seçilmiş həbs qətimkan tədbiri xəstəliyilə əlaqədar ev dustaqlığı ilə əvəz olunmuş və o, kənddə yaşamağa davam etmişdir. 08 aprel 2019-cu il tarixdə nənəsinin yası olan zaman, dostu və həmyerlisi olan Namiqlə birlikdə çöldə siqaret çəkib söhbət edərkən Namiq ona İrandan tanışı Firudinin zəng etdiyini, gedib İrandan gələcək qonağı qarşılamağı ondan xahiş etdiyini demişdir. 2018-ci ilin aprel ayında Namiqlə birlikdə, onun xəstəliyi ilə bağlı İrana gedəndə orada Firudin adlı bir şəxslə tanış olmuş və həmin şəxs İranda olan zaman onlara çox köməklik etmişdir. Həmin vaxtdan Firudinlə əlaqələri olmuşdur. Namiq ona birlikdə Astaraya gedib Firudinin göndərdiyi həmin qonağı qarşılamağı xahiş etmişdir. Həmin vaxt o, özünün maşını olmadığını demiş və qardaşı Məzahirin maşını ilə gedə biləcəklərini bildirmişdir. Bundan sonra o, Məzahiri çağırmış və ona maşınına benzin tökəcəklərini və əlavə olaraq 40-50 manat taksi pulu verəcəklərini demişdir. Danışığa əsasən həmin pulu da Namiq verəcəkdi. Nahardan sonra onlar Məzahirin maşını ilə Astaraya getmiş, təxminən saat 20 radələrində onlar X41 Məntəqəsinə (SNM) çatmışlar. Orada çayxanada oturmuşdur. Həmin vaxt Namiqin telefonu söndüyündən o, Firudinin nömrəsini Məzahirin telefonuna yazmış və həmin telefondan «WhatsApp» proqramı ilə danışmışdır. Həmin vaxt Firudinin nömrəsi Məzahirin telefonunda qalmışdır. Namiq, onlara demişdir ki, gedin maşında gözləyin qonağı qarşılayıb qayıdır. Təxminən 30 dəqiqə sonra o Firudinə zəng edib Namiqin telefonuna zəng çatmadığını və göndərdiyi qonağı qarşılamağa getdiyini, zəng edib qonağın harda olduğunu öyrənməyini bildirmişdir. Təxminən bir neçə dəqiqə sonra Firudin zəng edib, onun qonağının taksilərin yanında gözlədiyini və onun üzərində narkotik olduğunu demiş, onu tez oradan götürməsini Namiqə deməyi bildirmişdir. Qeyd olunan qonağın üzərində narkotik vasitə olduğunu o, həmin vaxt bilmişdir. Az sonra Firudin yenə zəng etmiş və Namiqlə qonağın artıq görüşdüklərini, tualetdə olduqlarını bilodirmiş, az sonra gələcəklərini demişdir. O bir neçə dəfə Firudinlə danışmış, artıq saat 00 radələrində o, Namiqin və həmin qonağın gəlmədiyini görüb Məzahirlə birgə Füzuliyə geri qayıtmaq qərarına gəlmişdir. Yolda olan zaman yenidən Firudinə zəng etmiş, öz qonağına zəng etməyi, onu Namiqlə mobil “konfransa” qoşmağı, Namiqlə danışmağa şərait yaratmasını tapşırmışdır. Firudin də onun tapşırdığı kimi etmiş, Namiqlə danışıq zamanı sonuncu ona Astarada xəstəxanasının qarşısında olduqlarını demişdir. Onlar dərhal geri qayıtmış və xəstəxananın yanındakı yanacaq doldurma məntəqəsinin yanında onlar sərhədçilər tərəfindən saxlanılmış və məntəqəyə aparılmışlar. Məntəqədə olan zaman o, iranlı qonağın daxili orqanlarında narkotik vasitə gətirdiyini və Namiq onu qarşılayan zaman saxlanıldığını öyrənmişdir. O, həmin iranlını ilk dəfə orada görmüşdür. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəməyədək icraat mərhələsində vermiş olduğu 26 sentyabr 2018-ci il və 10 aprel 2019-cu il tarixli ifadələri ilə əlaqədar suallar ətrafında göstərdi ki, o, X19 epizodu ilə bağlı ifadələrə yalnız imza etmişdir. Telefonla o, danışmamışdır. Onun rəhmətlik qardaşı telefonla danışmış, lakin onun adına yazılmışdır. Həmin telefon onun olmamışdır. Həmin vaxt onun qolu sındırılmış, gözü partladılmışdır. Sonra prokurorluqdan Kürdəxanıya ekspertiza gəlmişdir. O, həmin işdə təqsirli olmadığından aclıq elan etmişdir. Sadəcə onlar onun qardaşından istifadə etmiş, hər ikisinin tutulacağı bildirilmişdir. Qardaşının buraxılması üçün ona təqdim edilən sənədə imza etməsini istəmişlər. Onun həmin işlərlə heç bir əlaqəsi olmamışdır. İİ epizodla bağlı isə o, özünü ümumiyyətlə təqsirli bilməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, hadisədən artıq 4 il vaxt keçmiş və Tiflislə bağlı yadında qalmayan hallar da mövcuddur. Tiflisgil əməliyyatçılarla əməkdaşlıq edib onun üzünə durmuş, onu bədbəxt etmişlər. Onlar ayın 23-də tutulmuş, guya 24-də tutulmuş kimi sənədləşdirmiş, bir günü isə gizlətmişlər. Sanksiya vaxtı da onların bir günü gizlədilmişdir. Müstəntiqdən istintaq müddətində ittihamda göstərilən uçuq binanın harada yerləşməsi barədə məlumat verməsini, həmin binanı ona göstərməsini xahiş etmiş, belə bir bina olduğu təqdirdə, şəklini çəkib ona göstərməyi, həmin uçuq binanın videosunu çəkib materiallara əlavə etməyi xahiş etmişdir. Belə ki, narkotikin qoyulduğu yerin şəkli çəkilib göstərilməmişdir. Məqsədi isə məhkəmə qarşısına çıxarılarkən onun narkotiki hansı binada gizlətdiyini məhkəmənin bilməsini istəməsi olmuşdur. Əsl həqiqtdə belə bina olmamışdır. Bəli, o, Elşənin narkotik dalınca getdiyini bilmişdir. O, öz maşınına “20 Yanvar”da minmiş, hətta Elşən ona bir nəşə də çıxarıb vermiş və onunla birlikdə çəkmişlər. Sonra Elşəni aparıb Lökbatan ərazisində bir yerdə düşürtmüş, lakin oraları yaxşı tanımadığından hara düşürtdüyünü bilməmişdir. Hətta Elşəndə daha bir bükümdə nəşə olmuş, həmin bükümü özünün istifadəsi üçün istəyib almış və çəkəcəyini bildirmişdir. Sonra Elşəndən ayrılmışdır. Elşən ondan maşını istəmiş, lakin o, maşının sənədlərinin olmadığını, adına sürücülük vəsiqəsi olmadığını bildirmiş, maşını verə bilməyəcəyini demişdir. Sonra Elşən bəhanələr gətirib yol pulu olmadığını bildirdikdə o, yenə də onunla getməyəcəyini və ona maşını vermiyəcəyini demiş, lakin yol pulu olsun deyə çıxarıb Elşənə pul vermişdir. Deyilən narkotik vasitə Elşənin özünə məxsus olmuşdur. Elşənin deməsinə görə nəşəsi olmuş və Dadaşgilə aparıb verəcəyini bildirmişdir. Həmin şəxsin, yəni Elşənin dediyi Dadaş adlı şəxsin şərti alıcı olduğunu təqribən bilmişdir. O, Elşənə xəstəliyi ilə bağlı əməliyyata gedəcəyini, əməliyyata 5000 manat pul tələb olunduğunu demişdir. O, isə özündə olan narkotiki satacağını, oradan pulu olacağını bildirmiş, ona 3000 manat verə biləcəyini demişdir. Sonra isə axşam görüşməyi təklif etmiş, onları qonaq edəcəyini bildirmişdir. Qalmağa yerləri olmadığını dedikdə, Elşən oteldən yer götürəcəyini bildirmişdir. Sonra isə ayrılmış və çıxıb getmişlər. O, Elşənə narkotik maddə verməmişdir. Ancaq hadisə yeri hesab olunan həmin yerdə nə uçuq bina, nə də narkotik olmuşdur. İndi elə bir dövrdür ki, getdiyin yerdə bir meşok narkotik tapmaq mümkün deyildir. Təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, axşam Elşənlə zəngləşmiş, Elşənlə bir neçə adam gəlmiş, gömrük işçiləri olduqlarını bildirməmiş, haranın işçiləri olduqlarını bilməmiş, onları sürüyüb oradan aparmışlar. Hansı ki, ifadələrində gömrük işçiləri olduqlarını onlara bildirmişlər. Onları aparandan sonra meşoku (kisəni) çıxarıb onların qabağına qoymuş, boyunlarına almaları üçün onları döyməyə başlamışlar. O, iradlarını bildirmiş, “meşoğun içərisinə bəlkə adam doğrayıb yığmısınız, mən nə bilim ki, meşokun içində nə var” sözlərini demişdir. X36, yəni guya ondan aldığını bildirmişlər. Elşənlə üzləşdirilməsini tələb etmiş, üzünə deyəcəyi təqdirdəç, onlarla razı olacağını demişdir. Əks təqdirdə, ona aid olmayan bir şeyi boynuna almayacağını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, ona qarşı olan işkəncə ilə bağlı o, 8 gün aclıq etmiş, hətta ağzını da tikmişdir. Bundan onun vəkilinin də məlumatı olmuşdur. Müəssisə rəhbəri Elnur İsmayılov tərəfindən tibbi ekspertiza tələb olunmuş, prokurorluqdan da prokuror gəlmiş, o, müayinə olunmuşdur. Daha sonra xəstəliyi ağırlaşmış, vəziyyəti pisləşmiş, heç nə ilə maraqlana bilməmişdir. O, cəmi bir dəfə ifadə vermiş, bundan sonra ondan heç vaxt ifadə alınmamışdır. Sonra nə yazılıb, nə yazılmadığını bilməmiş, yalnız imza etdirilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, işdə adı keçən İran vətəndaşını o, əvvəldən tanımamışdır. Firidun deyilən şəxsi isə o, Təbrizdə tanımışdır. Firidun onlara bələdçilik etmiş, onu Təbrizə həkim yanına aparmış, həkimlə tanış etmiş, bir dəfə də evlərinə aparıb onları qonaq etmişdir. Onlar gömrük məntəqəsinin inzibati ərazisində olmamış, orada bazarda çay içmişlər. Sonra telefon adapteri, yəni enerji yükləyici lazım olduğundan onlar orada olan polis şöbəsinin yanına gəlib dayanmışlar. Namiqin telefonu söndüyündən, onun qardaşının telefonu ilə zəng etmişlər. İranlının narkotik gətirməsindən onun xəbəri olmamış, Namiq iranlının narkotik gətirdiyini ona və qardaşına deməmişdir. Onlar tutulub aparılandan sonra iranlıdan narkotik aşkar olunduğunu öyrənib bilmişdir. Onu və mərhum qardaşını aparıb iranlını onlara göstərmiş, lakin o, iranlını tanımadığını bildirmişdir. Hətta iranlıdan da soruşulmuş, o, da onu və qardaşını tanımadığını bildirmişdir. Sonra əməliyyatçılar onlara 3 ədəd büküm göstərmiş, həmin bükümlərin iranlıdan çıxdığını bildirmişlər. Sonra əməliyyatçılar iranlını telefonla danışdırmış, iranlı zəng etdiyi şəxsdən narkotiki kimə verəcəyini soruşduqda, narkotiki göndərən şəxs keçəl adam olduğunu, belində nakolkası olduğunu, adının Namiq olduğunu bildirmiş, narkotiki ona verəcəyini demişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərdi gömrükçülər ona şübhəli şəxs olduğunu, qardaşının da tutulmalı olduğunu bildirmişlər. Danışıq aparılan telefonun qardaşına məxsus olduğunu, onun telefonu ilə danışıq aparıldığını demiş, ikisindən birinin çıxa biləcəyini bildirmişlər. Qardaşı həmin vaxt təzə evləndiyindən o, qardaşının çıxmasını istəmişdir. Səbail rayon Məhkəməsi sanksiyada onu buraxmaq istəmiş, lakin o, ev dustaqlığında olduğundan və barəsində çıxarılmış qərara əsasən ərazini tərk etdiyindən onu cəzalandırmaq istəmişlər. Hətta buna görə məhkəmə bir dəfə təxirə də salınmışdır. Bundan sonra müstəntiq yenə hər şeyi qarışdırmış, yenə də təzədən onu təqsirləndirilən kimi deyil, şübhəli şəxs kimi tutmuş və başına bu işləri açmışlar. Ən nəhayət, Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, onlar tutulandan sonra təhqiqatda Elşənlə o, üzləşdirilmiş, lakin Elşən narkotiki ondan almadığını və onun onlarla heç bir əlaqəsinin olmadığını bildirmişdir. İstintaq vaxtı isə Tiflis öyrədilmiş və sonuncu onun üzünə duraraq guya narkotiki Elşənə onun verdiyini bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilən məhkum Şahid19 ifadəsində göstərdi ki, 15 saylı CÇM-də cəza çəkən, “Paykavoy şahidlər”dən olan və onunla birlikdə cəza çəkmiş Gündüz ona zəng vurub bibisi uşaqlarının Rusiyadan gəldiyini demiş, həmin uşaqlara heroin tapmağı ondan xahiş etmişdir. Belə ki, Gündüzgil onun yalnız nəşə çəkdiyini bilmiş və ona görə də qonaqlarının nəşə çəkdiyini ona danışmışdır. O, onu tutan şəxslərlə 15-20 gün bir yerdə kafedə restoranda yeyib-içmiş, lakin onlar ona gömrük işçiləri olduqlarını bilməmişlər. Həmin adamları ona türmədə olan şəxs bibisi uşaqları kimi tanıtmış, onların Rusiyada meyvə alveri ilə məşğul olmalarını və Azərbaycanda heç kimi tanımadıqlarını bildirmişdir. Onlarla 15-20 gün müddətində birlikdə nəşə də çəkmişlər. Sonuncu dəfə də ona zəng olunmuş, Rusiyaya getmək istədiklərini və onunla sonuncu dəfə görüşmək istədiklərini bildirmişlər. Onlar onun Ürfətə yaxın münasibəti olduğunu da bilmişlər. Onlar dostu Ürfəti də götürməyi təklif etmiş, “axırıncı gündür, gedək Türkanda restoranda yeyib-içib çıxıb gedək” demişlər. Ürfətə qonaqları olduğunu, axşam çıxıb gedəcəklərini demiş, sonuncu dəfə oturub yeyib-içmək istədiklərini bildirmiş, onu da axşam qonaq aparacağını qeyd etmişdir. Gedib onlarla “Volçivarot”da yerləşən “Şəki” restoranının yanında görüşmüşlər. Ondan nəşə olub-olmadığını soruşmuş, o da olduğunu demişdir. Belə ki, onun Almaniyadan olan bir tanışı gəlmiş, o, gedərkən ona təxminən 100 qram nəşə vermiş, Almaniyada açıq satışda olduğunu, özü üçün ala biləcəyini demişdir. Qonaqları gedəcəklərini fikirləşib həmin nəşəni istifadə etmələri üçün özü ilə götürmüşdür. Onlar gəlmiş, anidən maşına daxil olmuş və nə var yığıb hamısını birlikdə Gömrük Komitəsinə aparmışlar. Hələ aparmazdan əvvəl orada oturarkən ona onların maşınının izləndiyini bildirmiş, Ürfəti çağırmağı istəmiş, Türkana onun maşını ilə getməyi təklif etmişlər. O da Ürfətə zəng edib çağırmış, Türkana qonaqlığa gedəcəklərini demişdir. Ürfət gələcəyi yeri yaxşı tanımadığını demiş, “20 yanvar”da “Bizim kafe”də oturduğunu bildirmişdir. O da gömrük əməkdaşlarına Üprfətin rayonda yaşadığını, Bakını yaxşı tanımadığını, həmişə oturduqları kafedə oturub onları gözlədiyini bildirmiş, 2-3 manata bir taksi tutub “20 yanvar”a getməyi, oradan da Ürfətin maşını ilə Türkana getməyi təklif etmişdir. Elə bunu deyən kimi, həmin şəxs telefonu qulağına qoymuş, həmin vaxt maşının qapıları açılmış və əməliyyatçılar onları saxlamışlar. Hətta o, mən cəhənnəm, bunlar qonaqdılar, qonaqları tutdular” deyə fikirləşmişdir. Sonra isə qonaq bildiyi şəxs düşüb digərlərinə “Ssiz bunu aparın İdarəyə, biz də gedirik Ürfəti götürək” kimi bir fikir bildirmişdir. Sonra gedib Ürfəti də tutub İdarəyə gətirmişlər. Orada onun ciyərini vurub partlatmış, Ürfət də xərçəng xəstəsi olmuş, onu pis günə salmışlar. Ürfətin onunla nə əlbirliyi olmuş, nə də nəşədən xəbəri olmuşdur. Amma buna baxmayaraq onu da tutmuşlar. Onun özündə isə 150-200 qram nəşə olmuşdur. Ürfətin heç bir günahı olmamış, onda tutulan narkotikin Ürfətə heç bir aidiyyatı olmamışdır. Şahid19 ifadəsinin davamında göstərdi ki, Ürfət Füzulidəndir, onun həmkəndlisidir. Onunla mərkəzi xəstəxanada görüşmüşlər. O, türmədən təzə çıxmış, çıxandan sonra Ürfətlə 3-5 dəfə görüşmüşlər. O, Ürfətlə 1-2 dəfə narkotik qəbul etmiş, Ürfət də bunu ağrılarına görə istifadə etmişdir. Onsuz da Ürfətə verilən dərmanların təsiri nəşədən güclü olmuşdur. O, həmin görüşlərdə ona narkotik tapıb, satmaq istəyir kimi bir fikir bildirməmiş, müştəri tapmağı ondan xahiş etməmişdir. Ürfət satmaq üçün ona nirotik maddə verməmişdir. O, Ürfətlə birlikdə Qızıldaş qəsəbəsində, narkotikin götürüldüyü yarımtikili yerdə olmamışdır. O, yalnız bir dəfə Ürfətgillə yol gedərkən Qaradağda bazarda düşmüşdür. Bundan başqa həmin istiqamətdə yol getməmişdir. İbtidai istintaq zamanı onun əlləri bağlanmış, özünü isə başı aşağı sallamışlar. Orada onun nəşəsi yaxşısından olduğuna görə götürmüş, onun qarşısına isə 1,5 kq. yararsız, çürümüş nəşə qoymuş, Ürfətgili buraxmaları üçün boynuna götürməsini bildirmişlər. Ürfətgili buraxmağa söz verdiklərindən, həm də onu çox döydüklərindən o, istintaqdakı ifadələrinə imza etmişdir. Orada vəzifəcə böyük olduğu hiss olunan Həci adlı biri olmuş, onlara nəşə ilə 206 alınmayacağını demiş, “kakos varsa, kakos qoyun” tapşırığını vermişdir. “Qaqaş” ləqəbli Gömrük əməkdaşı isə “kakos” olmadığını, tiryək olduğunu bildirmişdir. Həci də gətirib tiryək qoymağı tapşırmışdır. Bundan sonra tiryəki də gətirib onun üstünə qoymuşlar. O, istintaqda verdiyim ifadəmi təsdiq etməmiş, yalnız barələrində işə baxılarkən məhkəmədə verdiyi ifadələrini təsdiq etmişdir. Şahid19 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun ibtidai istintaq və özünün və qeyrilərinin barəsində baxılan iş üzrə vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun həmin ifadələri elan edilməklə tədqiq olundu. Şahid19 ibtidai istintaq zamanı vermiş olduğu sərbəst ifadələrində göstərmişdir ki, 2011-ci ildə CM-nin 178-ci maddəsi ilə azadlıqdan məhrum edilmiş, cəzasını Qaradağ rayonu 13 saylı CÇM-də çəkmiş, 2018-ci ilin yanvar ayının 12-də azadlığa buraxılmışdır. Arada narkotik vasitələrdən - nəşədən istifadə etmişdir. Təqsirləndirilən şəxs ilə 2014-cü ildə Penitensiar Xidmətin müalicə müəssisəsində müalicədə olarkən tanış olmuşdur. Belə ki, Ürfət xərçəng xəstəliyindən əziyyət çəkmiş, o, Ürfətlə 2 ay eyni palatada yatmışdır. Çıxdıqdan sonra zəngləşib Ürfətlə əlaqə saxlamış. söhbət zamanı isə ona yaşadığı rayonda narkotik vasitə olarsa xəbər etməsini tapşırmışdır. Həmin vaxt Ürfət onun özündə narkotik vasitə olduğunu bildirmiş, istəyən olarsa, təşkil edə biləcəyini demişdir. Onun həm də Ürfətin özünün narkotik istifadəçisi olduğunu bilmişdir. Şahid19 tədqiq olunan ifadəsində daha sonra göstərmişdir ki, 15 saylı CÇM-də cəza çəkən qardaşı Rövşənin məhkum yoldaşı Gündüz adlı şəxs ona zəng vurub, onun Qaqaş adlı xalası oğlu olduğunu, nəşə, yaxud başqa narkotikdən olarsa, Qaqaşın almaq istədiyini, yaxşı mal olacağı təqdirdə, Qaqaşa xəbər etməyi bildirmiş, sonuncunun yaxşı da pul verəcəyini demişdir. Bundan sonra Qaqaşın nömrəsini ona vermişdir. Təxminən 5-6 gün sonra o, Qaqaş adlı şəxsin telefon nömrəsi ilə əlaqə saxlamış və özünü Gündüzün tanışı kimi təqdim edərək, narkotik vasitənin satıcısı olduğunu bildirmişdir. Bir qədər söhbətdən sonra növbəti gün metronun «Qara Qarayev» stansiyası yaxınlığında görüşmək barədə razılaşmışlar. 23 sentyabr 2018-ci il tarixdə, saat təxminən 15:00 radələrində «Qara Qarayev» metrostansiyası yaxınlığında əvvəllər tanımadığı iki nəfər şəxslə görüşüb narkotik vasitənin alqı-satqısı üçün məkan və qiymət şərtlərini müzakirə etmiş, hətta onlarla görüş zamanı narkotikin qiyməti və miqdarı barədə də onların yanında telefonla zəng edib Ürfətlə danışmışdır. Ürfətlə telefonda danışarkən sonuncu ona 6 min manata 1,5 kq. qurudulmuş marixuana və 1 kq. tiryək narkotik vasitəsi təşkil edə biləcəyini demişdir. O da öz növbəsində bu barədə həmin adamlara demişdir. Sövdələşməyə əsasən 1,5 kq. qurudulmuş marixuana və 1 kq. tiryək narkotik vasitəsini 6 min manat müqabilində onlara satacağını bildirmiş, növbəti gün alqı-satqı edəcəyi barədə razılığa gəlmişdir. 24 sentyabr 2018-ci il tarixdə, saat təxminən 16 radələrində həmin adamlarla telefonla danışaraq «Qurd Qapısı» kimi tanınan ərazidə görüşməyi planlaşdırmışdır. Daha sonra o, istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsindən Ürfətin ***-***-**-** saylı nömrəsinə zəng vurmuş və Ürfətə narkotik vasitəni ona çatdırmasını xahiş etmişdir. Bundan sonra o, Ürfətlə «20 Yanvar» dairəsinin yanında görüşmüş, onun idarə etdiyi «Az Samand» markalı maşına əyləşmiş, biraz hal əhval tutduqdan sonra, Ürfət və onun maşınında ön oturacaqda əyləşən və Ürfətin tanışı kimi təqdim etdiyi, adını sonradan bildiyi Tiflislə birgə Qızıldaş qəsəbəsinə getmişlər. Orada əsas yoldan ara küçəyə girmiş və maşını sökülmüş vəziyyətdə olan yarımtikili evin yaxınlığında saxlamışdır. Ürfətlə birgə maşından düşüb evə tərəf gedərkən Ürfət ona həmin yerdə gözləməyi tapşırmış və özünün gedib narkotik vasitəni götürüb gələcəyini bildirmişdir. O maşının yanına qayıdıb Tiflislə birgə Ürfəti gözləmiş, bir müddət sonra isə Ürfət əlində göy sellofanla geri qayıtmış və həmin kisəni ona vermişdir. O, yaxınlıqda üzərində taksi işarəsi olan VAZ 2107 markalı maşına oturmuş və sürücüyə onu şəhərə aparmağı sifariş vermişdir. Ürfətlə danışığa görə o, gedib narkotiki həmin adamlara satmalı və bir neçə saata da pulu gətirib ona təhvil verməlidir. Bundan sonra o, şəhərə, «Qara Qarayev» metrostansiyası tərəfə yollanmış, ilk əvvəl evə gedib “malı” evə qoymağı, sonra həmin adamlarla görüşüb vəziyyəti yoxlamağı planlaşdırmış, sakitçilikdirsə, gətirib malı onlara verməyi düşünmüşdür. Ona görə Ürfətə gəlib onu «Qara Qarayev» metrostansiyası tərəfdə gözləməyi tapşırmışdır. Yolda gedərkən həmin malı almaq istəyən Qaqaş ona zəng vurmuş və harada olduğunu soruşmuşdur. O isə öz növbəsində Qızıldaşdan qayıtdığını dedikdə, Qaqaş elə yolüstü görüşüb narkotiki təhvil almağı təklif etmişdir. Ona görə o da taksiylə Səbail rayonu, “Şəki” restoranının qarşısına gəlmişdir. Axşam saat təxminən 8 radələrində o, Qaqaş və sonuncunun yanında olan 2 nəfərlə görüşmüş, sellofan torbada olan narkotiki açıb onlara göstərmək məqsədilə üst sellofandakı bıçağı götürüb onunla sellofanı kəsərək açmışdır. Bundan sonra onlar gömrük əməkdaşları olduqlarını bildirib onu oradan DGK-nın inzibati binasına aparmışlar. Orada həmin sellofan paketə baxış keçirilmiş, torbanın içərisində 863 qram narkotik vasitə tiryək və 1,5 kq qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan əlavə narkotik vasitənin saxlanıldığı sellofan torbanı kəsmək üçün istifadə etdiyi bir ədəd bıçaq da protokolla götürülmüşdür. Daha sonra üzərinə baxış keçirilmiş, lakin üzərində qanunsuz hər hansı əşya aşkar etməmişdir. Daha sonra narkotik vasitəni ona təhvil verən Ürfətin saxlanılması üçün əməkdaşlara məlumat verilmiş və o, Ürfətlə telefon danışığı apararaq onu saat 23:30 radələrində metronun «20 Yanvar» stansiyasına çağırmışdır. Orada Ürfət və onun yanında olan Tiflis əməkdaşlar tərəfindən saxlanılmış və DGK-nın inzibati binasına aparılmışdır (iş vərəqə: cild Vİ, səh. 110-113). Bundan başqa, Şahid19, X24 və X27 və özünün barəsində baxılan cinayət işi üzrə verdiyi və hazırkı məhkəmə baxışı üzrə tədqiq olunan ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə cəzaçəkmə müəssisəsində tanış olmuşdur. Belə ki, Ürfət qanunsuz silah saxlamağa, o isə həm qanunsuz silah saxlamağa və həm də dələduzluğa görə cəza çəkmiş, o, 2018-ci ilin yanvar ayında cəzasının sonu ilə azad olunmuşdur. Qardaşı isə həmin vaxt 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Şahid19 ifadəsinin davamında ona qarşı irəli sürülən ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, azadlıqda olarkən baxılan bu işlə bağlı tutulmazdan 15-20 gün sonra 15 saylı cəzaçəkmə müəssisəsində qardaşı Rövşənlə bərabər cəza çəkən, sonuncunun dostu Gündüz adlı şəxs ona zəng edib Qaqaş adlı bibisi oğlunun olduğunu demiş, onalara “kakos” narkotik vasitəsi tapıb verməyi xahiş etmişdir, əlaqə telefonlarını vermişdir. Qaqaşla telefonla danışdıqda isə o, Rusiyaya işlədiyini demiş, İranlı tanışları olduğu təqdirdə onlardan Rusiyaya göndərmək üçün heroin narkotik vasitəsi tapıb verməyi istəmişdir. O isə yalnız nəşə çəkdiyini bildirmiş, onlar üçün də yalnız çəkmək üçün nəşə tapıb verə biləcəyini demişdir. Özünü Qaqaş kimi təqdim edən şəxs onunla görüşə tanımadığı, kök bədən quruluşlu, narkomana oxşayan başqa bir nəfərlə gəlməmişdir. Özünü Qaqaş kimi təqdim edən və ya onun yanındakılar özlərini Gömrük orqanının əməliyyatçıları kimi deyil, avtoritet kimi aparmış, hətta bir neçə avtoritetlərin adlarını çəkmiş, Rusiyada türmədə yatdıqlarını bildirmişdilər. Məqsədləri onlara Rusiyaya göndərmək üçün herion tapıb vermək olmuşdur. Lakin onun hər hansı bir iranlı ilə tanışlığı olmamış, heç vaxt narkortik vasitələrin alveri ilə məşğul olmamışdır. Ona görə də belə bir işdən imtina etmişdir. Lakin Gündüzün qohumları ona tez-tez zəng etdiklərinə görə cəzaçəkmə müəssisəsinə qardaşına zəng edib Gündüzün qohumlarının onu bezdirdiyini, onlara narkotik maddə tapıb verməyi istədiklərini demişdir. Qardaşı isə 4-5 günlük telefonunu söndürməyi məsləhət bilmişdir. Odur ki, o, telefonunu 4-5 günlük söndürmüşdür. Lakin heç cür alınmamış, hətta özünün bibisi oğlu ona Gündüzün dostlarının “ara uşaqları” olduqlarını demiş, onlara narkotik tapıb verməyi tapşırmışdır. 2018-ci ilin avqust ayında gömrüyün əməliyyatçıları, onun Gündüz kimi tanıdığ şəxs hətta onun 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən qardaşına da zəng etmiş, onlara nəşə tapıb verməyi qardaşına (Şahid19) tapşırmağı xahiş etmişlər. Şahid19 ifadəsinin davamında daha sonra göstərmişdir ki, bundan sonra Qaqaşgillə tez-tez görüşmüş, 15-20 gün biryerdə oturub yeyib-içmiş və hətta bir yerdə nəşə də çəkmişlər. Belə ki, onlar münasibətləri dövründə onun nəşə çəkdiyini bilmiş və ondan nəşə olarsa, onlara da verməyi istəmişdilər. O isə onlara nəşə olmadığını, tapa bilmədiyini demişdir. Bir yerdə olduqları müddətdə əsasən xərcləri onlar çəkmişlər. Bundan sonra onlar 15-20 gün ərzində ona pul tökdüklərini və onun onlara narkotik verəcəyini düşündüklərini bildirmişlər. Həmin ərəfədə onun Rusiyaya gedən bir tanışı ona istifadə etməsi üçün təqribən 200 qram nəşə vermiş, o, istifadə etdiyini etmiş, qalanını isə saxlamışdır. Qaqaşgil israr etdikdə o, onlara özündə 200 qram nəşə olduğunu demiş və həmin nəşəni onlara verə biləcəyini bildirmişdir. Şahid19 ifadəsində göstərmişdir ki, o, Ürfətlə tez-tez görüşmüş onunla münasibət saxlamışdır. Ürüfət də nəşə çəkən olmuşdur. Belə ki, Ürfətin ciyərində şiş xəstəliyi olmuş, xəstəliyi ilə əlaqədar o, tez-tez İrana gedib gəlmişdir. O, Ürfəti də Gündüzün qohumları ilə, yəni Qaqaşgillə tanış etmişdir. Tutulan gün, yəni 24 sentyabr 2018-ci il tarixdə Ürfətlə “20 yanvar” metrostansiyasının yaxınlığında görüşmüş, onu axşam yeyib-içməyə dəvət etmişdir. Həmin vaxt Ürfətin maşınında tanımadığı, lakin adının Tiflis olduğunu sonradan öyrəndiyi daha bir nəfər olmuşdur. Axşam görüşəcəklərinə razılaşdıqdan sonra o da Ürfətin maşınına oturmuş, axşam görüşmək ümidi ilə Qaradağ yolunda bazarın yanında düşüb onlardan ayrılmışdır. Məqsədi, əvvəllər bazarda işlədiyindən tanışları vasitəsi ilə icarəyə konteyner götürüb işlətmək olmuşdur. Həmin gün axşam saat 20-21 radələrində qayıdarkən yolda Qaqaşa zəng etmiş, ona “nəşə çəkmək istəyirsinizsə, gəlin birlikdə çəkək” deyib onları nəşəyə qonaq etmək istəmişdir. Qaqaş nəşənin onun üstündə olub-olmadığını soruşduqda o, təsdiqləmişdir. Belə ki, Rusiyaya gedən tanışının ona verdiyi iki ovuc, təxminən 200 qram nəşə onun üstündə olmuşdur. Belə olduqda Qaqaş ona “Qurd Qapısı” qəbristanlığının yanında olduğunu bildirmiş və həmin yerdə görüşməyi təklif etmişdir. Təqribən yarım saat sonra razılaşılan yerə gedib Qaqaşgili təqribən yarım saat gözləmiş və nəhayət görüşmüşlər. Onlar üç nəfər olmuş, o da maşına oturmuşdur. Dostu Ürfətlə görüşməli olduğunu bildirib, onu da dəvət etməyi təklif etmiş və Ürfətə zəng edib olduqları yerə dəvət etmişdir. Ürfət isə “20 yanvar” metrostansiyasının yaxınlığında həmişə oturduqları kafenin qarşısında olduğunu demiş və onları olduğu yerə dəvət etmişdir. Qaqaşgil Ürfətin yerini öyrəndikdən sonra artıq hüquq-mühafizə orqanının əməkdaşları olduqlarını bildirib onu tutmuşlar. İdarədə olarkən təqribən yarım saat sonra Ürfəti və Tiflis adlı başqa bir tanışlarını ora gətirilmişdir. Şahid19 tədqiq olunan ifadəsində daha sonra göstərmişdir ki, onlar işgəncələrə məruz qoyulmuş, ona həmin narkotik vasitəni Ürfətdən aldığımı deməyi təldəb etmişlər. İşgəncələrə dözə bilməyib, nəşəni tanımadığı İranlıdan aldığımı deyə biləcəyini bildirmiş, lakin tək bu onları qane etməmiş, ona Ürüfətlə və uşaqlarla yeyib içməyə gedərkən nəşəni tanımadığı iranlıdan almağı ifadəsində göstərməyi tələb etmişlər. Tiflis adlı tanışlarına isə narkotiki Ürfət və Elşəndən aldığını demək tapşırılmış, Tiflis də tələb olunan formada ifadə vermiş və yalnız bundan sonra Tiflis buraxılmışdır. Narkotiki Ürfətdən aldığımızı deyəcəyimiz təqdirdə Ürfətin buraxılacağı vəd verilmiş, əks halda isə Ürfətin elə orada da öləcəyi deyilmişdir. Belə ki, Ürfətin xəstə olması barədə artıq əməliyyatçılarda məlumat olmuşdur. Ürfətin buraxılmasından ötrü o, əməliyyatçıların təklifi ilə razılaşıb dedikləri kimi ifadə vermişdir. Daha sonra təqsirləndirilən Şahid19 tədqiq olunan ifadəsində göstərmişdir ki, onda cəmi 200 qram nəşə, yəni marixuana narkotik vasitəsi olmuş, həmin narkotiki özünün istifadəsi üçün saxlamış və gömrük əməkdaşlarına əvəzsiz olaraqverməyi nəzərdə tutmuşdur. Onda və ya Ürfətdə ittihamda göstərilən 1482,691 qram qurudulmuş marixuana və 855 qram tiryək narkotik vasitəsi olmamışdır. Onda olan 200 qram marixuana narkotik vasitəsi küllü miqdar təşkil etmədiyindən ittihamda göstərilən miqdarda narkotik vasitə onlara “yüklənmişdir”. O, Qaradağ rayonunun Qızıldaş qəsəbəsinə getməmiş, oradan hər hansı miqdarda narkotik vasitə götürməmiş, nə Ürfətə və nə də qeyrisinə verməmiş, Ürfətdən narkotik vasitə almamışdır. Heç bir iranlı ilə tanış olmamış, Namiq Əsgərovu və iranlı X4 tanımamış, onları ilk dəfə məhkəmə zalında görüb tanımış, o, tutulduqdan 8 ay sonra Namiqlə iranlı X27 tutulmuşdur. Özünə və Ürfətə verilmiş işgəncələrlə bağlı heç kimə şikayət etməmiş, ifadəsini dəyişməmiş, əsil həqiqəti danışmamış, inanan olmayacağını fikirləşmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilən X13 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisi və eyni zamanda qonşusu olmuş, sonuncu xərçəng xəstəsi olmuşdur. O, özü Rusiya Federasiyasında yaşamış, Rusiyadan gələndən sonra Ürfətin xərçəng xəstsi olduğunu bilmişdir. Bir dəfə söhbət zamanı onun İrana həkimə aparılması məsləhət olunmuş və o, X46 şəhərinə həkimə aparmışdır. Həkimin qəbulunda olmaq üçün onlara 15 gün sonra gəlmələri məsləhət görülmüşdür. Çünki növbədə onlardan əvvəl çox adam həkimin qəbuluna yazılmışdır. Onlar həkimin Firutdin adlı oğlu ilə bir-birinə nömrə vermiş və yenidən Azərbaycana qayıtmışlar. Təxminən 15 gün sonra həkimin oğlu onlara zəng edib Ürfəti gətirməyi demişdir. Onlar da Ürfəti təkrar İrana aparmışlar. Orada həkim Ürfətin ayağının ombasından kəsilməsini məsləhət görmüşdür. Ürfət isə yaşlı olmadığını, gənc olduğunu bildirib, belə bir yaşda ayağının kəsilməsinə etiraz etmiş, hətta Azərbaycanda Onkoloji İtstitutda da onun ayağının kəsilməsinin həkimlər tərəfindən ona məsləhət görüldüyünü bildirmişdir. Ona görə o, ayağının kəsilməsini istəməmiş və onlar qayıdıb Azərbaycana gəlmişlər. Bundan təqribən bir il sonra Ürfətin nənəsinin rəhmətə getdiyinin ikinck günü İrandan həkimin oğlu Firutdindən ona zəng gəlmişdir. Onunla danışdıqda o, bir nəfər tanışının Bakıya getməli olduğunu, lakin oraları tanımadığını deyib, həmin şəxsi qarşılayıb Bakı şəhərinə “20 yanvar”a yola salmağı xahiş etmişdir. O, da həkimin onlara etdiyi yaxşılığa görə etiraz etməmişdir. Sonra o, bu barədə Ürfətə deyəndə, o da İrandan gələn şəxsi qarşılamaq üçün onunla getmək istədiyini bildirmiş, lakin o, razı olmamışdır. Həmin vaxt Ürfət ona kiçik qardaşı Məzahirin maşını ilə getməyi məsləhət görmüş, o da razılaşmışdır. Onlar yola çıxmaq istədikdə Ürfət yas olduğunu, ağlaşmanın onu narahat etdiyini bildirmiş, özünün də onlarla getmək istədiyini demişdir. Razılaşmış və üçü birlikdə yola düşmüş, yanlarında başqa kimsə olmamışdır. Firutdin glən qonağın özünün tanışı olduğunu desə də, həmin şəxsin gəlişinin məqsədini onlara deməmişdir. Astara gömrüyündə İrandan gələn şəxsi qarşılamaq üçün o, özü maşından düşüb getmiş, Ürfətgilə isə maşında gözləmələrini demişdir. Firutdin ona zəng edərkən telefonunun zaryadkasının az olduğunu demiş və hər ehtimala qarşı irandan gələn şəxsin şəklini onun telefonuna göndərmişdir. Onun özünün də telefonunun cərəyan az olduğundan həmin şəxsin şəklini Məzahirin telefonuna göndərmiş, öz telefonunu isə maşında saxlamışdır. İrandan gələn Əskər adlı şəxs ona göndərilən şəkildəki görünüş və geyimdə olmuş, saçları da uzun vəziyyətdə olmuşdur. O, əməliyyat qurulduğunu fikirləşmədən həmin şəxsə yaxınlaşıb İrandan gələn Əskər olub-olmadığını soruşmuşdur. Əks təqdirdə ona yaxınlaşmazmış. O, İranlı ilə görüşəndə isə tutulmuşdur. Onu aparıb əllərini atapleniyaya qandallamış, döymüş və qonağının qarnında “kakos” ya da “heroin” olduğunu bildirmişlər. O, inanmadıqda, həmin malı onqa gətirdiyini demişlər. Lakin Əsgər azərbaycan dilində yazıb oxuya bilmədiyini, bu şəxslərə də narkotik gətirmədiyini bildirmişdir. Sonra isə iranlını həkimə aparmışlar. Şahid qismində dindirilən məhkum Namiq Əsgərzadə ifadəsinin davamında göstərdi ki, nə Ürfətdə, nə də onda iranlının daxili orqanında və yaxud üstündə narkotik olması barədə qabaqcadan məlumatı olmamışdır. Əsgərin qarşılanması ona deyilmiş, o da bu barədə Ürfətə demişdir. Müstəntiqin yazmasına görə isə guya İrandan gələn şəxs onunla telefon əlaqə saxlamışdır. Lakin onun telefonu həmin vaxt artıq sönmüş vəziyyətdə olmuş və buna görə də maşına qoymuşdur. Ürfətin digər işi ilə bağlı isə onun məlumatı olmamışdır. Şahid X18 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun ibtidai istintaq və özünün və qeyrilərinin barəsində baxılan iş üzrə vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun həmin ifadələri elan edilməklə tədqiq olundu. Belə ki, şahid X24 tədqiq olunan həmin ifadələrində göstərmişdir ki, o, əvvəllər Rusiyada yaşamış, sonra Rusiyadan deport olunmuş, Fizulidə yaşamağa başlamışdır. Barəsində xəstəliyi ilə bağlı cinayət işi ayrılmış Təqsirləndirilən şəxs Fizulidə onunla qonşu olmuşdur. 2018-ci ildə gözlənilmədən Ürfətin vəziyyəti ağırlaşmış, müayinə nəticəsində Ürfətdə onkoloji şiş tapılmışdır. İranda yaxşı həkimlər olduğuna görə o, Ürfətlə birlikdə İrana getmiş, 10 gün orada qalmışlar. Ürfət İranda analizlər vermiş, lakin növbədə çox adam olduğundan tez cavab ala bilməmiş, cavab 10 gün sonra veriləcəyindən onlar qayıdıb Azərbaycana gəlmişlər. Bir müddət sonra İrandan zəng gəlmiş, xəstəxanadan Ürfəti İrana dəvət etmişlər. Yenədə o, Ürfətlə İrana getmiş, orada Ürfətə onun ayağının kəsilməli olduğunu demişlər. Lakin Ürfət razı olmamışdır. Onlar İrana ümumilikdə bir neçə dəfə - bir dəfə analiz vermək üçün, bir dəfə müalicəyə, bir dəfə də “Azsamand” markalı maşına detal almağa getmişlər. Həkimlə münasibətləri yarandığından İranda qaldıqları uzun müddəti həkimin oğlunun evində qalmışlar. Hər dəfə qayıdan baş onlar sərhəddə yoxlanılmış, lakin heç nə tapılmamışdır. Şahid Namiq Əsgərzadə tədqiq olounan ifadələrinin davamında göstərdi ki, 06 aprel 2019cu il tarixdə Ürfətin nənəsi rəhmətə getmiş, 08 aprel 2019-cu il tarixdə Ürfət nənəsinin hüzr məclisində olarkən iranlı həkimin oğlu Firudin ona zəng etmiş və İrandan bir nəfər qonağının gələcəyini, həmin şəxsin Astara SNM-də qarşılanmalı olduğunu və həmin qonağın 08 aprel 2019cu il tarixdə saat 23:00 radələrində İrandan Azərbaycana keçəcəyini bildirmiş, onu qarşılamağı xahiş etmişdir. Firutdinin atası həkim işləmiq, o, özü isə atasının xəstələrinin növbəsini tənzimləmişdir. Firutdinin deməsinə görə həmin şəxs özü Bakını tanımışdır. Lakin həkimin oğlu həmin şəxsin Bakıda hara getməli olduğunu ona deməmiş, özünün bildiyini demişdir. Ürfət gələn iranlını qarşılamaq üçün qardaşı Məzahirin maşını ilə getməyi təklif etmişdir. Amma Məzahirin sürücülük vəsiqəsi olmadığından maşını Ürfətin balaca qardaşı idarə etmişdir. Həkim və onun oğlu ilə münasibətləri yaxşı olduğundan onun xahişini yerə sala bilməmişlər. O, və Ürfət Əsgərin qonağını Astara gömrük postunda qarşılamaq üçün Füzuli rayonunun Əhmədbəyli kəndindən kəsə və daşlıq yolla getmiş, hətta yolhaqqı olaraq maşına 40 manat da pul vermişdir. Astara gömrük postuna gəlmiş, orada bir xeyli gözləmiş, lakin gələn olmamışdır. Belə ki, hələ əvvəldən tanıya bilmələri üçün gəlməli olan iranlının, baxılan iş üzrə təqsirləndirilən şəxs Ghanbarının şəkli göndərilmişdir. Qayıtmaq istədikdə İrandan Firutdin zəng etmiş, o da heç kimin gəlmədiyini Firutdinə demişdir. Firutdin ona artıq Ghanbarının gəldiyini və orada gözlədiyini bildirmişdir. Elə həmin vaxt onun telefonumun enerjisi bitdiyindən o, telefonunu cərəyana qoşmuş və sərhəd məntəqəsinə tərəf getmişdir. Ghanbarını qırmızı gödəkçədə görmüş, onun adını ona Əsgər dediklərinə görə o, həmin şəxsə yaxınlaşıb ona “Əsgər sənsən?” deyə soruşmuşdur. Həmin vaxt o, tutulmuşdur. Onu və Ghanbarını tutub apardıqdan sonra Ghanbarıya gedib qarnındakıları çıxartmaq tapşırılmışdır. Bundan sonra Ghanbarinin düz bağırsağında narkotik vasitə keçirdiyini öyrənib bilmişdir. Daha sonra şahid Namiq Əsgərzadə ifadəsinin davamında göstərmişdir ki, o, ilkin izahat və ya ifadə verərkən etirafedici ifadə verməmiş, iranlının telefonla ona zəng edərək Əsgərdə narkotik olduğunu və onu qarşılamaq lazım olduğunu deməsini yazmamışdır. O, izahatını və başqa sənədləri oxumadan imzalamışdır. Belə ki, o, latın qrafikası ilə yazma-oxuma bilməmiş, izahatı yazılı vəziyyətdə ona təqdim olunmuş və “tələsirik tez imzala” sözlərini demiş, Yrfətin qardaşını buraxacaqlarına söz vermişlər. O da oxumadan təqdim olunan sənədləri imzalamışdır. Ghanbarının gətirdiyi narkotik vasitə ilə onun heç bir əlaqəsi olmamış, o, narkotikə görə heç kimlə cinayət əlaqəsinə girməmiş, heç kimə narkotik vasitə satmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı şahid məhkum X5 özü və qeyriləri barəsində məhkəmədə baxılan cinayət işi üzrə ifadəsi elan edilməklə tədqiq olundu. Şahid Asghar Ghanbari tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 1992-ci ildə İİR-in Ərdəbil şəhərində anadan olmuş və ailəlidir. 4 yaşında bir övladı vardır. Həyat yoldaşı ikinci uşağa hamilədir. Bir müddət əvvəl İranda restoranda əyləşdiyi zaman əvvəllər tanıdığı Yaşar Bərği adlı tanışı onunla mobil telefon vasitəsilə əlaqə saxlamış və ona Əsgər adlı tanışının olduğunu, həmin şəxslə qaçaqmalıçılıq yolu ilə narkotik vasitələri İrandan Azərbaycana göndərdiyini, qaçaqmalıçılıq yolu ilə göndəriləcək narkotik vasitəyə görə Əsgərin ona yaxşı pul verəcəyini vəd etmişdir. X25 qonşusudur, onun vasitəsilə Əsgərlə tanış olmuşdur. Əsgər isə Aslandüz şəhərində yaşayır. Həmin vaxt o Yaşardan qaçaqmalçılıq yolu ilə narkotik vasitələrini İrandan Azərbaycana gətirəcəyi halda tutulubtutulmayacağını soruşmuşdur. Yaşar ona tutulmayacağını demişdir. Daha sonra Yaşar onu Əsgərlə görüşdürmüşdür. Bundan sonra o ailəsini fikirləşmiş və qaçaqmalçılıq yolu ilə narkotik vasitələrini İrandan Azərbaycana gətirmək fikrindən daşınmışdır. Lakin pul borcu olduğundan, borcu olduğu şəxsin ondan pulunu tez-tez istədiyindən, həmçinin psixi xəstəliyi ilə əlaqədar sürücülük vəsiqəsi ala bilmədiyindən Yaşarın təklifini qəbul etmiş və Yaşar onunla əlaqə saxladığı zaman pasportunu Yaşara vermişdir. Belə ki, xəstəliyi ilə əlaqədar sürücülük vəsiqəsi ala bilməmiş, lakin yaşar həkimlə danışdığını, ona sürücülük vəsiqəsi alıb verəcəyini söz vermişdir. 08 aprel 2019-cu il tarixdə səhər saatlarında Yaşar onunla əlaqə saxlamış və sənədlərin hazır olduğunu, pasporta viza vurdurduğunu bilirmişdir. Yaşarın kirayə tutduğu oteldə olduqları zaman Əsgər də onların yanına gəlmiş, həmin vaxt Yaşar ona 4 büküm vermiş və həmin bükümlərin içərisində narkotik vasitə olduğunu, çəkisinin 200 qram olduğunu, həmin bükümləri düz bağırsağında gizlətməklə qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirəcəyini demişdir. Bundan sonra o, Yaşarın köməkliyi ilə həmin narkotik vasitə olan bükümləri qatıqla içib udmaq istəmiş, lakin ürəyi bulandığından kola içkisi verilmiş və o, kola ilə birlikdə həmin narkotik vasitə olan bükümləri uda bilmişdir. Bundan sonra Yaşarla Əsgər onu maşına əyləşdirərək İran-Azərbaycan sərhədinə gətirmiş, maşından düşdükdə Yaşarla Əsgər ona sərhədi keçən zaman Azərbaycan tərəfdə onu Namiq adlı şəxsin qarşılayacağını, narkotikin müqabilində ona 1500 manat pul verəcəyini, həmin pulu İranda onlara verdikdən sonra ona 500 manat pul verəcəklərini demişlər. Namiq adlı şəxsin zahiri görkəmi barədə də ona məlumat verilmişdir. X33 ifadəsinin davamında göstərmişdir ki, bundan sonra o, dövlət sərhədini İrandan Azərbaycan istiqamətində keçmək üçün 08 aprel 2019-cu il tarixdə, saat təxminən 22 radələrində “Astara” məntəqəsindən keçməklə Azərbaycana gəlmişdir. “Astara” məntəqəsindən Azərbaycan Respublikası tərəfə keçdikdən sonra sərhədçilər onu saxlamış və «Qəmbərisən?” sualı verildikdə o, təsdiq etmişdir. Bir nəfərin ona salam göndərdiyi deyilmiş, lakin o, həmin şəxsi tanımadığını bildirmişdir. Bundan sonra o, ikinci mərtəbəyə xidməti otaqların birinə aparılmış, orada məmurlar onun üzərini və əl yükünü axtarmağa başlamış və onun üzərindən və əl yükündən qadağan olunmuş predmet aşkar edilməmişdir. Bundan sonra ondan birbaşa narkotiki kimə verəcəyini soruşmuşlar. O, narkotiki etiraf edib Bakıya aparacağını bildirmişdir. Bundan sonra yoxlanılmaq üçün o, buraxılmış, o, sərhəddi keçib maşınların dayandığı yerə gəlmişdir. Orada ona Namiq yaxınlaşmış və “Əsgər sənsən?” deyə soruşmuşdur. O, Əsgər olduğunu demiş və onunla görüşərkən onlar tutulmuşdur. Daha sonra o, yerli xəstəxanaya aparılmış və müayinə zamanı düz bağırsağında yad cism olduğu bilinmiş və həkim düz bağırsağında gizlədilən içərisində narkotik vasitələr olan 4 bükülünü çıxartmışdır. Ən nəhayət, X33 ifadəsinin davamında göstərdi ki, o, özü narkotik vasitədən istifadə etməmiş, lakin tutulmazdan əvvəl bir dəfə eyni üsulla Gürcüstana narkotik vasitə aparmış, lakin tutulmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən DGK-nin Əməliyyat- İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin rəis müavini X21 ifadəsində göstərdi ki, haqqında danışacağı həmin hadisə uzun müddət bundan əvvəl, təxminən 2018 və ya 2019-cu illərdə baş vermişdir. Onlarda Elşən adlı şəxsin barəsində narkotik maddələrin qanunsuz olaraq qaçaqmalçılığı ilə məşğul olması barədə məlumat əldə edilmişdir. Hazırda Elşənin soyadını xatırlamasa da, onun arıq və hündür bir oğlan olduğu yadında qalmışdır. Onların əməkdaşlardan bir nəfər həmin tədbirə şərti alıcı qismində cəlb edilmiş və o özü də həmin əməliyyatda iştirak etmişdir. Elşən saxlanılarkən əlində üzərində qadın şəkli olan bir sellofan paket olmuş, həmin paketin içərisində tiryək və marixuana narkotik vasitələri olmuşdur. Təxminən 1 kq. tiryək, 1 kq. 800 qram, ya da 1 kq. 600 qram marixuana olmuşdur. Belə ki, tərəzi vasitəsi ilə çəksini müəyyən etmişlər. Elşən saxlanılıb idarəyə dəvət ediləndən sonra o, ifadəsində ondan alacağı narkotikə görə şərti alıcıdan alacağı pulu Ürfət adlı şəxsə çatdıracağını demişdir. Bundan sonra onlar əməliyyat qrupu ilə birlikdə Şamaxınka adlanan ərazidə Ürfətin olduğu qara rəngli Füzuli rayon seriyası, yəni 19 seriya ilə olan “Azsamand” markalı avtomobilə yaxınlaşıb onu İdarəyə dəvət etmiş və gətirib idarədə təhqiqatçıya təhvil vermişlər. Ürfəti şəxsən o, dindirməmiş, onu Elşənin təhqiqatçıya verdiyi ifadəsinə əsasən müəyyən edib saxlamışlar. Videokonfransla keçirilən məhkəmə iclasında Təqsirləndirilən şəxs üzünü ekranda tam yaxından görəndən sonra Təqsirləndirilən şəxs maşınına video çəkilişlə keçirilən baxış zamanı, onun öz maşınında, əl əyləcinin aşağısında bükümdə narkotik aşkar etdiklərini xatırlamışdır. Həmmn narkotik vasitə plastik qapağın altında olmuş, lakin çəksi onun yadında qalmamışdır. Ürfət saxlanılandan sonra onun maşınından aşkar olunan narkotiklə, Elşəndən götürülən narkotiklə və yaxut şərti alıcı söhbətləri ilə onun əlaqəsinin olubolmaması barədə nəsə deməsini o, eşitməmişdir. Belə ki, onlar Ürfəti təhqiqata təhvil verəndən sonra artıq onunla bağlı işləri qalmamışdır. Şahid qismində dindirilən Rəfael Əhmədov ifadəsinin davamında göstərdi ki, o, İran vətəndaşı ilə Azərbaycan Respublikasının vətəndaşı Namiq Əsgərzadənin birgə külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığında və qrup şəxs şəklində satışı məqsədilə əldə olunmasında iştirakı ilə bağlı Təqsirləndirilən şəxs verilən ittiham üzrə ikinci epizodda o, iştirak etməmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş DGK-nin Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin əməliyyat müvəkkili Şahid13 ifadəsində hadisənin uzun müddət əvvəl baş verməsi səbəbəindən yalnız yadında qalanları danışa biləcəyini qeyd edib göstərdi ki, əməliyyat tədbiri keçirməklə Badamdar dairəsində birinci tutduqları şəxsdən sellofan paketdə marixunaya oxşar maddə götürülmüş, çəksi yadında qalan qədər kiloyarım olmuş, daha sonra tiryək də müəyyən olunub götürülmüşdür. Saxlanılan şəxs “Şəki” restoranının qarşısına gətirmiş, orada ona verilən suallar nəticəsində tutulan şəxs malı ona Ürfətin gətirdiyini bildirmişdir. Əməliyyat məlumatı birinci şəxsin barəsində açıqlanmış, daha sonra tədbirin davamı olaraq əməliyyat Ürfətin üstündə getmişdir. Onlar da Ürfətin olduğu yeri təyin edib, gedib onu “20 yanvar” tərəfdə, “Şamaxınka” ərazisində saxlamış və DGK-nə aparmışlar. İdarədə də onun üzərinə videoçəkiliş vasitəsi ilə baxış keçirilmiş və bundan sonra o, saxlanılmışdır. Ürfəti maşınından da sellofan bükümdə nəsə aşkar edilmiş, lakin nə aşkar edildiyi yadında qalmamışdır. Əməliyyat müvəkkili Şahid13 ifadəsinin davamında göstərdi ki, o, bundan əvvəlki məhkəmədə verdiyi ifadəsində Ürfətdən əvvəl tutduqları şəxsin adını unutmuşdur. Əvvəl adını unutduğu həmin şəxsi tutmuş, sonra isə Ürfəti tutmuşlar. Tutulan şəxs isə malı ona Ürfətin verdiyini bildirmişdir. Onlar Ürfətdə hansısa xəstəlik olduğunu idarədə bilmişhlər. Belə ki, onlar Ürfətə qandalı taxmaq istədikdə, o, onunla ehtiyyatla rəftar etməyi xahiş etmiş, xəstəliyi olduğunu bildirmişdir. Ürfət onlara qarşı heç bir müqavimət göstərməmiş, onlar da Ürfətə qarşı fiziki təsirlər göstərməmişlər. Ürfət onların keçirdiyi əməliyyat tədbirinə narazıçılıq etməmişdir. Ürfətin saxlanılarkən narkotiklərlə əlaqəsinin olub-olmamasını deməsi onun yadında qalmamışdır. Bundan əvvəlki məhkəmədə doğru ifadə vermişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən DGK-nin Əməliyyat- İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin Əməliyyat-Axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid13 məhkəməyədək icraat mərhələsində, həmçinin Şahid19 və qeyriləri barəsində olan cinayət işi üzrə məhkəmə baxışı mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid13 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, əməliyyat İdarəsinə İİR-dən Azərbaycan Respublikasının gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş narkotik vasitənin “Elşən” adlı şəxs tərəfindən realizə olunacağı barədə əməliyyat məlumatı daxil olmuşdur. DGK-nın əməliyyat müvəkkili Şahid2 məlumatın yoxlanılması üçün «şərti alıcı» qismində cəlb olunmuş, həmçinin əməliyyat qrupu yaradılmışdır Dövlət Gömrük Komitəsinin sədr müavini tərəfındən təsdiq edilən 24 sentyabr 2018-ci il tarixli “əməliyyat qrupu yaradılması və əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərara əsasən əməliyyat qrupu yaradılmışdır. Həmin qərara əsasən o, Əməliyyat İdarəsinin rəis müavini X21, Şahid3, təhqiqat şöbəsinin təhqiqatçısı X26 əməliyyat qrupunun tərkibinə daxil edilmiş, qrupa rəhbərlik Şahid15 həvalə olunmuşdur. Həmin gün təxminən saat 21 radələrində Bakı şəhəri, Səbayıl rayonu, “Şəki” restoranının qarşısında adı sonradan ona məlum olan Şahid19 əlində olan 1 ədəd göy rəngli selofan paketlə birlikdə Şahid2 əyləşdiyi “Jeep” markalı avtomobilə əyləşmişdir. Az bir müddət sonra Şahid2 işarə verərək onları çağırmış, bundan sonra əməliyyatçılar avtomobilə yaxınlaşaraq özlərini təqdim etmiş və Elşən saxlanılaraq DGK-nın inzibati binasına aparılmışdır. DGK-da video çəkiliş tətbiq etməklə Elşəndən götürülən 1 ədəd göy rəngli sellofan torbaya baxış keçirilmiş, baxış zamanı sellofan torbanın içərisində şəffaf sellofana bükülmüş qurudulmuş marixuana və spesifık iyə malik tiryək narkotik vasitəsinə bənzər maddələr aşkar edilmişdir. Həmin maddələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuanaya bənzər maddənin 1512 qram, spesifık iyə malik tiryəkə bənzər maddənin çəkisinin 863 qram olduğu müəyyən olunmuşdur. Qeyd olunan maddələr və Şahid19 həmin sellofan paketi kəsmək üçün üzərində götürdüyü 1 ədəd bıçaq götürülərək polietilen paketə qablaşdırılmışdır. Bununla bağlı protokol tərtib edilmiş və imzalamışdır. Şahid19 verdiyi izahatında narkotik vasitənin satışından əldə olunan vəsaiti “Rüfət” adlı şəxsə çatdırmalı olduğunu bildirmişdir. Daha sonra şahid qismində dindirilən Şahid13 ifadəsinin davamında göstərdi ki, bundan sonra gömrükçülər tərəfindən əməliyyat tədbiri davam etdirilmiş, Şahid19 verdiyi izahatında narkotik vasitənin satışından əldə olunan vəsaiti çatdırmalı olduğu “Rüfət” adlı şəxsin müəyyən edilib saxlanılması üçün Şahid19 özünə məxsus mobil telefonla “Rüfət” adlı şəxsin telefon nömrəsinə zəng edərək narkotik vasitənin satışından əldə edilmiş gəliri ona təhvil vermək adı altında həmin gün saat 23:30-da Bakı şəhəri, «20 yanvar dairəsi» yaxınlığında görüş təyin edilmişdir. Həmin gün saat 23:30 radələrində orada keçirilmiş əməliyyat tədbirləri zamanı şəxsiyyəti sonradan ona məlum olan Təqsirləndirilən şəxs idarə etdiyi qara rəngli, “Az Samand” markalı, **- BJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə birgə saxlanılmışdır. Təqsirləndirilən şəxsla birgə həmin nəqliyyat vasitəsində olmuş sərnişin Şahid6 Heydər oğlu da saxlanılaraq DGK-nın inzibati binasına aparılmışdır. İnzibati binanın həyətində Təqsirləndirilən şəxs idarə etdiyi qara rəngli “AZ Samand” markalı, **-BJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə video görüntüdən istifadə etməklə keçirilmiş yoxlama zamanı nəqliyyat vasitəsinin əl əyləcinin plastik korpusunun altından 1 ədəd sellofan bükümdə qurudulmuş marixuana narkotik vasitəsinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı iş üzrə məhkəməyədək icraat mərhələsində, o cümlədən cinayət işinin ibtidai istintaqı və Şahid19 və qeyriləri barəsində məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2, X14, Şahid3 ibtidai istintaq və məhkəmə baxışı mərhələsində vermiş olduqları şahid ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, şahidlərin hər üçü hazırkı iş üzrə məhkəmə baxışı zamanı şahid kimi dindirilmiş X21 və Şahid13 ilə oxşar məzmunlu ifadələr verib onların ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişlər (cinayət işinin materialları, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 may 2021-ci il tarixli hökmü). Cinayət işi üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Azərbaycan Respublikası DİN BNMİ-nin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərdi ki, 24 sentyabr 2018-ci il tarixdə Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində olan “Şəki” restoranının yaxınlığında birgə əməliyyat tədbiri keçirilmişdir. Dövlət Gömrük Komitəsinin əməkdaşlarından biri “şərti alıcı” qismində iştirak etdiyi üçün, qabaqcadan planlaşdırıldığı kimi, alış-veriş zamanı şəxs avtomobilə əyləşməli və həmin vaxt onlara işarə verməli idi. Şərti alıcı qismində Dövlət Gömrük Komitəsinin Nihad və ya Nahid adlı əməkdaşı iştirak etmişdir. Dediyi qaydada tədbir davam etdirilmiş və “şərti alıcı” narkotik satmalı olan şəxsin maşınına əyləşib onlara işarə verdikdən sonra onlar həmin maşına yaxınlaşıb, narkotiki satan şəxsi saxlamışlar. Bundan sonra onlar saxlanılan şəxsi Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birlikdə həmin komitəyə təhvil vermişlər. İştirak etdikləri əməliyyat tədbiri nəticəsində saxladıqları şəxsi Dövlət Gömrük Komitəsinə aparıb təhvil verdikdən sonra orada onun üzərində keçirilən baxışda iştirak da etmişlər. Lakin uzun muddət keçdiyindən aşkar edilmiş maddənin növü və miqdarı yanında qalmamışdır. Saxladıqları şəxsdən sellofan bükümdə tiryək narkotik vasitəsi aşkar edilməsi təqribi onun yadında qalmışdır. Tiryəkdən başqa narkotik vasitənin başqa növünün olmasını isə xatırlamamışdır. Narkotikin miqdarına gəldikdə isə, dəqiq deyə bilməsə də, lakin təxminən kiloqram, yaxud da kiloqramdan artıq olması kimi yadında qalmışdır. Lakin ibtidai istintaqda və daha sonra birinci məhkəmədə doğru ifadə vermişdir və həmin ifadələrini təsdiq edir. Şahid4 ifadəsinin davamında göstərdi ki, Həmin əməliyyatla bağlı keçirilən digər tədbirlər nəticəsində daha bir neçə şəxsin saxlanılması sonradan onlara məlum olmuşdur. Onlar keçirdikləri əməliyyat zamanı Təqsirləndirilən şəxs görməmişdir. Bildiyinə görə o, və digər şəxslər bu tədbirin davamı olaraq keçirilmiş əməliyyat tədbirləri zamanı saxlanılmışlar. Bildiyinə görə tutulmuş qalan şəxslərin onların saxladıqları şəxslə əlbirliyi olmuş, hətta onların danışıqları da müəyyən edilmişdir. Onların saxladığı şəxs hazırda barəsində cinayət işinə baxılan şəxs deyil, başqa şəxs olmuşdur. Saxladıqları şəxsin adı isə onun yadında qalmamışdır. Saxladığımız şəxs Təqsirləndirilən şəxs adını çəkməmiş, o, narkotiki tanıdığı və ya tanımadığı İran İslam Respublikasının vətəndaşından aldığını bildirmişdir. Şahid4 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq mərhələsində və Namiq Əsgərzadə və qeyriləri barədə məhkəmədə baxılan iş üzrə vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun hazırkı mərhələyədək verilmiş ifadələri elan edilməklə tədqiq olundu. Şahid4 tədqiq olunan həmin ifadələrində göstərmişdir ki, 24 sentyabr 2018-ci il tarixdə o, və İdarənin baş əməliyyat müvəkkili Şahid5 DGK-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Səbayıl rayonu ərazisində külli miqdarda narkotik vasitənin dövriyyədən çıxarılması məqsədi ilə keçirilməli olan əməliyyat tədbirinə cəlb olunmuşlar. Hər iki əməkdaş X17 rəhbərlik etdiyi DGK-nin digər əməkdaşları ilə görüşərək keçiriləcək əməliyyat tədbiri barədə məlumat əldə etmiş, DGK-nin əməkdaşı Şahid2 narkotik vasitənin alqı-satqısında iştirak edəcəyini öyrənmiş və tədbir barədə təlimat almışlar. Onlar və DGK-nin digər əməkdaşları nəqliyyat vasitəsi olaraq cəlb edilmiş “Jeep” markalı avtomaşını müşahidə altına almış və təlimatlanmaya uyğun olaraq həmin gün, saat təxminən 21 radələrində Səbayıl rayonu ərazisində yerləşən “Şəki” restoranının qarşısına getmişlər. Həmin vaxt baxılan iş üzrə təqsirləndirilən şəxs Şahid19 əlində olan l ədəd göy rəngli selofan paketlə birlikdə Şahid2 əyləşdiyi nəqliyyat vasitəsinə əyləşmişdir. Həmin vaxt, o, Şahid19 tanımamış, onunla heç bir münasibəti olmamışdır. Bir neçə dəqiqə sonra Şahid2 müvafıq işarə verdikdən sonra onlar avtonəqliyyat vasitəsinə yaxınlaşmış və özlərini təqdim edib Şahid19 saxlamışlar. Bundan sonra Şahid19 DGK-nin inzibati binasına aparılmış, DGK-də video çəkiliş tətbiq etməklə Elşənin Nihada verdiyi l ədəd göy rəngli sellofan torbaya baxış keçirilmişdir. Baxış zamanı sellofan torbanın içərisində şəffaf sellofana bükülmüş qurudulmuş marixuana və spesifik iyə malik tiryək narkotik vasitəsinə bənzər maddələr aşkar edilmiş, həmin maddələr elektron tərəzidə çəkilmiş və qurudulmuş marixuanaya bənzər maddənin 1512 qram, spesifık iyə malik tiryəkə bənzər maddənin çəkisinin 863 qram olduğu müəyyən olunmuşdur. Qeyd olunan maddələr və Şahid19 üzərində götürdüyü 1 ədəd bıçaq götürülüb polietilen paketdə qablaşdırılmış, bununla bağlı protokol tərtib olunmuş və o da imzalamışdır. Şahid4 ifadəsinin yekununda göstərdi ki, o, Təqsirləndirilən şəxs, iranlı Qənbərinin və Namiq Əsgərzadənin saxlanılmasında və onlardan narkotik vasitə aşkar olunub göbtürülməsi prosesində iştirak etməmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı istər ibtidai istintaq mərhələsində və istərsə də Namiq Əsgərzadə və qeyrilərinin barəində baxılan məhkəmə istintaqı mərhələsində şahid qismində dindirilən Azərbaycan Respublikası DİN BNMİ-nin baş əməliyyat müvəkkili Şahid5 ifadəsi elan edilməklə tədqiq olundu. Şahid5 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 24 sentyabr 2018-ci il tarixdə o, və İdarənin əməliyyat müvəkkili Şahid4 DGK-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Səbayıl rayonu ərazisində külli miqdarda narkotik vasitənin dövriyyədən çıxarılması məqsədi ilə keçirilməli olan əməliyyat tədbirinə cəlb olunmuşlar. Hər iki əməkdaş X17 rəhbərlik etdiyi DGK-nin digər əməkdaşları ilə görüşərək keçiriləcək əməliyyat tədbiri barədə məlumat əldə etmiş, DGK-nin əməkdaşı Şahid2 narkotik vasitənin alqı-satqısında iştirak edəcəyini öyrənmiş və tədbir barədə təlimat almışlar. Onlar və DGK-nin digər əməkdaşları nəqliyyat vasitəsi olaraq cəlb edilmiş “Jeep” markalı avtomaşını müşahidə altına almış və təlimatlanmaya uyğun olaraq həmin gün, saat təxminən 21 radələrində Səbayıl rayonu ərazisində yerləşən “Şəki” restoranının qarşısına getmişlər. Həmin vaxt baxılan iş üzrə təqsirləndirilən şəxs Şahid19 əlində olan l ədəd göy rəngli selofan paketlə birlikdə Şahid2 əyləşdiyi nəqliyyat vasitəsinə əyləşmişdir. Həmin vaxt, o, Şahid19 tanımamış, onunla heç bir münasibəti olmamışdır. Bir neçə dəqiqə sonra Şahid2 müvafıq işarə verdikdən sonra onlar avtonəqliyyat vasitəsinə yaxınlaşmış və özlərini təqdim edib Şahid19 saxlamışlar. Bundan sonra Şahid19 DGK-nin inzibati binasına aparılmış, DGK-də video çəkiliş tətbiq etməklə Elşənin Nihada verdiyi l ədəd göy rəngli sellofan torbaya baxış keçirilmişdir. Baxış zamanı sellofan torbanın içərisində şəffaf sellofana bükülmüş qurudulmuş marixuana və spesifik iyə malik tiryək narkotik vasitəsinə bənzər maddələr aşkar edilmiş, həmin maddələr elektron tərəzidə çəkilmiş və qurudulmuş marixuanaya bənzər maddənin 1512 qram, spesifık iyə malik tiryəkə bənzər maddənin çəkisinin 863 qram olduğu müəyyən olunmuşdur. Qeyd olunan maddələr və Şahid19 üzərində götürdüyü 1 ədəd bıçaq götürülüb polietilen paketdə qablaşdırılmış, bununla bağlı protokol tərtib olunmuş və o da imzalamışdır. Şahid5 ifadəsinin yekununda göstərdi ki, o, Təqsirləndirilən şəxs, iranlı Qənbərinin və Namiq Əsgərzadənin saxlanılmasında və onlardan narkotik vasitə aşkar olunub göbtürülməsi prosesində iştirak etməmişdir(cinayət işinin materialları, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 may 2021-ci il tarixli hökmü). Cinayət işinə məhkəmə baxışı zamanı məhkəməyədək icraat mərhələsində – ibtidai istintaq və Namiq Əsgərzadə və qeyrilərinin barəsində baxılan məhkəmə istintaqı mərhələsində şahid qismində dindirilmiş Şahid12 və ibtidai istintaq mərhələsində şahid qismində dindirilmiş Şahid14 ifadələri elan edilməklə tədqiq olundu. Hər iki şahid tədqiq olunan ifadələrində cinayət təqibi zamanı 24 sentyabr 2018-ci il tarixdə, saat 22:30 radələrində DGK-nin əməkdaşlarının dəvəti ilə bir “Az Samand” markalı, **-BJ-*** nömrəli minik avtomobilinə DGK-nin həyətində baxış keçirilməsində hal şahidi qismində iştirak etmələrini, onlara hüquq və vəzifələrinin izah olunduğunu, onların iştirakı ilə şəxsiyyəti sonradan onlara məlum olan Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi qara rəngli, “Samand” markalı, **-BJ-*** nömrəli minik avtomobilinin yoxlanıldığını, yoxlama zamanı həmin nəqliyyat vasitəsinin əl əyləcinin plastik korpusunun altından 1 ədəd şəffaf rəngli sellofana bükülü 1 ədəd bükümdə qurudulmuş marixuana narkotik vasitəsinə oxşar maddənin aşkar edilərək götürüldüyünü, aşkar edilmiş maddənin tərəzidə çəkildikdən sonra ümumi çəkisinin 2,9 qram olmasının müəyyən edildiyini, Təqsirləndirilən şəxs qeyd olunan maddənin narkotik vasitə olan qurudulmuş marixuana oluğunu etiraf etdiyini, aşkar olunmuş maddənin qablaşdırılaraq götürüldüyünü, sonda protokol tərtib edildiyini, onların protokolla tanış olub protokolu imzaladıqlarını, daha sonra gömrük əməkdaşlarının xahişi ilə Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi yoxlamada hal şahidi qimində iştirak etmələrini, gömrük əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi yoxlama aparıldığını, lakin şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən şəxsi əşyalarından başqa, hər hansı predmet və ya qanunla qadağan edilmiş əşya aşkar edilmədiyini təsdiq etmişlər(cinayət işinin materialları, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 may 2021-ci il tarixli hökmü). Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindlirilən Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir, onunla düşmənçiliyi və ədavəti yoxdur. Ürfətin kiməsə, nəsə satması, nə verməsi barədə onun məlumatı olmamışdır. Hadisə günü Ürfətlə “Qara Qarayev”də axşam üstü görüşmüş, birlikdə rayona getmək istəmişlər. Bakı şəhərində “20 yanvar”da Şamaxınkaya doğru gedərkən Ürfətin “Azsamand” markalı maşınında o, və Ürfətə 3-4 nəfər onlara yaxınlaşaraq onları tutmuş, yolda ikən onların gömrük əməkdaşları olduqlarını öyrənmişlər. Sonra onları Gömrük İdarəsinə aparmışlar. Həmin gün onun tanımadığı Elşən adlı şəxs Ürfətin maşınına minsə də, o, əvvəlcədən Lökbatanda yolda düşmüşdür. Ondan əvvəl isə Ürfətlə Elşənin bir yerldə olduqlarını o, bilməmişdir. Hadiəsə günü o, Ürfət və Elşənin birlikdə Qızıldaş qəsəbəsində olub-olmamalarını o, bilməmişdir. Belə ki, o, oraları yaxşı tanımamışdır. Onlar tutulub aparılandan sonra Elşənin narkotiklə bağlı tutulduğu onlara məlum olmuş, lakin sonuncunun həmin narkotiki haradan əldə etməsini o, bilməmişdir. Şahid6 ifadəsinin davamında göstərdi ki, Ürfət xəstədir, onun səhhətində ciddi problemləri vardır. Ürfət müalicə üçün İrana həkimə getməli olduğundan Elşən ona kömək məqsədi ilə 500 manat verəcəyinə söz verdiyindən onlar Bakıya gəlmiş və başlarına belə bir iş gəlmişdir. Lakin əsl həqiqətə onun bu işlə heç bir əlaqəsi olmamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadələrində də məhkəmədə dediklərini demişdir. Gömrükdə dedikləri kompyuterdə latın qrafikası ilə yazılmış, lakin o, latın hərifləri ilə yaza və oxuya bilməmişdir. Ondan ifadə alınarkən ona təsir və ya təzyiqlər göstərilməmişdir. Məhkəmə baxışı zamanı müəyyən olunan ziddiyyətlərlə bağlı məhkəmədə şahid qismində dindlirilən Şahid6 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi eldan edilməklə tədqiq olundu. Şahid6 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, Müşfiq qəsəbəsindən Sumqayıta gedən yolun üstündə icraəyə götürmək üçün bir obyektlə maraqlanmış, ora gedib baxmaq üçün özünün maşını olmadığından hərməyerlisi və əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs xahiş etmişdir. O, Ürfəti bir ilə yaxın bir müddətdə tanımışdır. Belə ki, Ürfət bir il bundan əvvəl onun yaşadığım Füzuli rayonun Qarabağ kəndinə köçmüşdür. Bu məqsədlə 24 sentyabr 2018-ci il tarixdə gecə saatlarında Ürfətlə birlikdə Füzuli rayonunun Qarabağ kəndindən çıxaraq, səhər saat 5 radələrində Ürfətin idarə etdiyi “AZ Samand” markalı maşınla Müşfiq qəsəbəsində yerləşən obyektin yanma gəlib çatmışlar. Biraz erkən vaxt olduğundan o, maşında ön oturacaqda yatmış, səhər saat 8 radələrində durub obyektə baxmışdır. Həmin obyekti işlədən Maarif adlı şəxslə bir qədər söhbət etdikdən sonra o, tanımadığı bir obyektin sahibinə zəng vurmuş və ondan həmin obyekti icarəyə verib-vermədiyini soruşmuşdur. O, isə həmin obyekti icarəyə vermək niyyətində olmadığını bildirmişdir. Bundan sonra onlar orada nahar etdikdən sonra Ürfətlə Bayıl qəsəbəsinə gəlib maşını avroyuma məntəqəsinə vermişlər. Orada olarkən Ürfət ona özünün bir tanışı olduğunu bildirmiş, biryerdə “20 yanvar” metrosu tərəfə gedib onunla görüşməyi təklif etmişdir. Axşam saat təxminən “20 yanvar” metrosunun yaxınlığına getmiş, orada Ürfətin tanışı olan adını Elşən olararq bildiyi şəxs gələrək Ürfətin avtomobilinə əyləşmişdir. Bir neçə dəqiqə onlar hal-əhval tutduqdan sonra, Ürfət maşını işə salmışdır. O, Ürfətdən hansı istiqamtə getdiklərini soruşduqda Ürfət ona Qızıldaş qəsəbəsinə getdiklərini bildirmişdir. O, Ürfətdən Qızıldaş qəsəbəsinə getmələrinin səbəbini soruşduqda, Ürfət ona Elşənə çatası əmanət olduğunu demiş, onu götürüb qayıdacaqlarını bildirmiş, lakin əmanətin nə olduğunu deməmişdir. Bir saat sonra, artıq hava qaralan ərəfədə onlar Qızıldaş qəsəbəsinə çatmış, Ürfət orada maşınla əsas yoldan ara küçəyə girmiş, söküntü vəziyyətində olan yarımtikili bir evdən bir az aralıda saxlamışdır. Ürfətlə Elşən maşından düşərək həmin yarımtikiliyə getmiş və orada Ürfət həmin yarımtikili evdən bir ədəd göy rəngli sellofan torbanı götürərək Elşənə vermişdir. Elşən isə həmin yarımtikilidən bir az aralıda olan “Lada 2107” markalı maşına əyləşərək oradan uzaqlaşmışdır. Az sonra Ürfət gələrək maşına əyləşmiş və onlar oradan çıxmışlar. Ürfət ona Elşənin bir azdan ona 500 manat pul çatdıracağını demiş, onu gözləyib sonra rayona geri qayldacaqlarını bildirmişdir. O, Ürfətdən torbada nə olduğunu soruşduqda o, heç nə deməmiş, sadəcə həmin torbanı götürdüyü uçuq evin sahibsiz ev olduğunu bildirmişdir. Bir neçə saat sonra Elşən Ürfətə zəng edərək onu “Qura Qarayev” metrosunun yaxınlığına çağırmışdır. O, Ürfətlə birgə oraya getmiş, onlar ora çatdıqda Ürfət mobil telefon vasitəsi ilə Elşənlə danışmışdır. Ürfətlə birlikdə olduğu müddətdə onun çox narahat olduğunu görmüş, lakin narahatlığının hansı səbəbdən olmasını başa düşməmişdir. Ürfət Elşənlə telefonda yenidən danışmış və Elşən Ürfəti “Elmlər Akademiyası” metrostansiyasının yanına gəlməyi təklif etmiş, lakin Ürfət o tərəflərin tıxac olduğunu bildirib, “20 yanvar dairəsi”ndə görüşməyi təklif etmişdir. Onlar “20 yanvar dairəsi”nə getmiş, Ürfət orada Elşənə zəng vuraraq onu gözlədiyini demişdir. Təqribən 20 dəqiqə sonra, mülki geyimli şəxslər onlara yaxınlaşaraq gömrük əməkdaşları olduğunu bildirərək onu və Ürfəti DGK-nin inzibati binasına aparmışlar. Ürfətin Elşənə verdiyi göy rəngli sellofan torbanın içərisində narkotik vasitə olduğunu o, daha sonra öyrənib bilmişdir. Şahid6 tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, o, Təqsirləndirilən şəxs narkotik vasitələrdən onkoloji xəstəliyi ilə əlaqədar istifadə etdiyini bilsə də, amma satışı ilə məşğul olması barədə heç bir məlumatı olmamışdır. Şahid19 tanımamış, onu ilk dəfə Ürfətin maşınında görmüş, Ürfət onu tanışı kimi ona təqdim etmişdir. Lada vaz 2107 markalı maşın ağ rəngli maşın olmuş, həmin maşının üstündə taksi tanınma nişanı olmuşdur. Nömrəsinə fikir verməmiş, onlar oraya çatanda maşın artıq orada olmuşdur. Qaranlıq olduğundan sürücüsünü görməmiş, Ürfətdən maşının kimə məxsus olduğunu soruşduqda isə o, maşının sahibini tanımadığını bildirmişdir. O, özü narkotik vasitələrdən və ya bu qəbildən olan maddələrdən istifadə etməmişdir. DGK əməkdaşları tərəfindən saxlanılarkən hər hansı psixi və ya fiziki zorakılığa məruz qalmamışdır. X13 və qeyriləri barəsində baxılan iş üzrə şahid qismində dindirilən Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarətinin “Astara” sərhəd nəzarəti məntəqəsində sərhəd nəzarəti bölməsinin nəzarətçisi vəzifəsində xidmət edən Şahid11 ifadəsi elan edilməklə tədqiq olundu. Şahid11 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 08 aprel 2019-cu il tarixdə, saat 20:00-dan 09 aprel 2019-cu il saat 09:00-dək “Astara” sərhəd nəzarəti məntəqəsində Azərbaycan Respublikasına gəliş xəttində “Sənədlərin yoxlanılışı” xidmətində xidmətdə olarkən 08 aprel 2019cu il tarixdə saat 22 radələrində növbə rəisi Şahid12 göstərişi ilə o, Azərbaycan Respublikasına gələn İİR vətəndaşı Asghar Ghanbarinin sənədlərini rəsmiləşdirdikdən sonra onun gəlməsi barədə növbə rəisi Şahid12 özünə məruzə etmişdir. Bundan sonra Asghar Ghanbari şəxsi yoxlama otağına dəvət olunmuş, üzərində qadağan edilmiş hər hansı bir predmetin və ya narkotik vasitənin olub-olmaması soruşulmuşdur. X45 üzərində heç bir narkotik vasitənin olmadığını bildirdi. Asghar Ghanbari haqqında əməliyyat məlumatı daxil olduğundan və buna görə şübhə doğurduğundan o, daxili orqanlarının müayinə edilməsi üçün Astara rayon xəstəxanasına aparılmışdır. Asghar Ghanbarinin daxili orqanlarından 4 bükümdə heroinə bənzər narkotik vasitələr həkimin müdaxiləsi ilə çıxarılmış və bundan sonra Asghar Ghanbari saxlanılmışdır. Aşkar olunub götürülən narkotik vasitənin, deməsinə görə, Azərbaycanda kimə çatacağı barədə Asghar Ghanbarinin əvvəlcədən dəqiq məlumatı olmamışdır. Lakin sonradan əməliyyat tədbiri davam etdirilmiş, Asghar Ghanbarini qarşılamaq üçün Namiq adlı Füzuli rayon sakininin Astara SNM-nə gəldiyi müəyyən edilmişdir. Əməliyyat tədbiri keçirilərək X38 SNM-nə gətirilmiş, burada Asghar Ghanbari ilə Namiq adlı şəxs arasında telefon əlaqəsi yaradılmışdır. Asghar Ghanbari ilə Namiq adlı şəxs görüşən zaman sonuncu onlar tərəfindən saxlanılmışdır. Bundan sonra tədbirin davamı zamanı X24 adlı şəxslə birlikdə gələn digər iki şəxs - Füzuli rayon sakinləri Təqsirləndirilən şəxs və X8 rayonu ərazisində saxlanılmışdır. X13 və qeyriləri barəsində baxılan iş üzrə şahid qismində dindirilən DSX-nin Sərhəd Nəzarətinin “Astara” sərhəd nəzarəti məntəqəsində sərhəd nəzarəti bölməsinin əməkdaşarı Şahid18, Şahid16 və Şahid17 ifadələri elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, həmin şahidlər məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ilə oxşar məzmunlu ifadə verib, sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid7 ifadəsində göstərdi ki, hadisənin üstündən çox müddət keçməsi və iş yükümüzün çox olması ilə əlaqədar mən tarixi unutmuş ola bilərəm. Bu işlə bağlı səhv etmirəmsə 2021-ci ilin 28 yanvarında məhkəmədə ifadə vermişəm.uzun muddət keçəmsi ilə əlaqədar təqribi yadında qaldığı kimi, 29 may 2019-cu il tarixində DSX-nin əməkdpaşları tərəfindən İİR-nın əməkdaşı Əsgər Qənbəri saxlanılmışdır. Sonradan Gömrük Məcəlləsinin 64-cü maddəsinə uyğun olaraq Qənbərinin üzərində şəxsi yoxlama aparılmışdır. Şəxsi yoxlama iki nəfər hal şahidinin iştirakı ilə aparılmışdır. Şəxsi yoxlama zamanı İİR-nın vətəndaşının üzərindən qanunla qadağan olunan əşya və predimet aşkar olunmamışdır. Sonradan onun daxili orqanlarına tibbi müayinəsi zərurəti yarandığından o, X20 aparılmışdır. Orada onun daxili orqanlarının müayinəsi zamanı, orada yad cisimlər aşkar olunmuşdur. Sonradan tibbi müdaxilə nəticəsində onun daxili orqanından 4 ədəd büküm aşkar olunmuşdur. Bükümlərə isə baxış keçirilən zaman heroinə bənzər narkotik vasitə olduğu və ümumi çəkisinin 211 qram olduğu müəyyən olunmuşdur. Qəmbərinin tutulmasının Təqsirləndirilən şəxsla nə kimi əlaqəsi olmasını, onların nə kimi bağlılıqlarının olmasının o, bilməmişdir. Həmin əməliyyatla bağlı digər şəxsləri tanımamış və adlarını da bilməmişdir. Məhkəmə baxışı zamanı müəyyən olunan ziddiyyətlərlə bağlı məhkəmədə şahid qismində dindlirilən Şahid7 hazırkı məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri eldan edilməklə tədqiq olundu. Şahid7 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 29 mart 2019-cu il tarixdə SNM-də xidmətdə olarkən Azərbaycan Respublikasına gələn İİR vətəndaşı Asghar Ghanbarinin sənədləri rəsmiləşdirildikdən sonra şəxsi yoxlama otağına dəvət olunmuş, üzərində qadağan edilmiş hər hansı bir əşya və ya narkotik vasitə olub-olmaması soruşulmuşdur. Asghar Ghanbari üzərində heç bir narkotik vasitə olmadığını ona bildirmişdir. X45 daxili orqanlarında narkotik vasitə daşımaqda şübhəli olduğundan o, X20 aparılmışdır. Orada əməkdaşların və hal şahidlərinin iştirakı ilə həkim tərəfindən Asghar Ghanbarinin daxili orqanları müayinə edilmiş və onun düz bağırsağında 4 bükümdə yad cism aşkar edilərək çıxarılmışdır. Ona görə də Asghar Ghanbari saxlanılmışdır. Asghar Ghanbarinin düz bağırsağında aşkar olunan bükümlər bir-bir açılmış və baxış keçirilən zaman həmin bükümlərdə heroinə bənzər narkotik vasitələrin olması müəyyən edilmişdir. Sonradan həkim bükümlərdə olan narkotik vasitələri elektron tərəzi vasitəsi ilə çəkmiş və ümumi çəkisinin 211 qram olduğu müəyyən edilmişdir. Həkim tərəzinin səhv ölçmə ehtimalını diqqətə çatdırmışdır. Aşkar olunan heroin narkotik vasitəsinə bənzər maddələr götürülərək qablaşdırılmış və bu barədə müvafiq protokol tərtib edilmişdir. Tərtib olunan həmin protokol bütün iştirakçılar, o cümlədən hal şahidləri və əməkdaşlar tərəfindən imzalanmışdır. X13 və qeyriləri barəsində məhkəmədə baxılan iş üzrə şahid qismində dindirilən Şahid10 və Şahid8 ifadələri elan edilməklə tədqiq olundu. Şahid10 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 09 aprel 2018-ci il tarixdə o, və iş yoldaşı Şahid8 hal şahidi kimi Astara gömrük postunun inzibati binasına dəvət olunmuşlar. Onlara İİR vətəndaşı Asghar Ghanbarinin daxili orqanlarında narkotik vasitələr gətirməsində şübhəli olduğu bildirilmiş və Ghanbari onların iştirakı ilə X20 aparılmış və orada həkim tərəfindən Ghanbarinin daxili orqanları müayinə edilmiş və onun düz bağırsağında 4 bükümdə yad cism aşkar edilərək çıxarılmışdır. Qeyd olunan bükümlər onların iştirakı ilə açılıb baxılarkən həmin bükümlərdə heroin narkotik vasitəsinə bənzər maddələr olması müəyyən edilmişdir. Sonradan həkim bükümlərdə olan narkotik vasitələri elektron tərəzi vasitəsi ilə çəkmiş və ümumi çəkisinin 211 qram olduğu müəyyən edilmişdir. Bundan sonra narkotik vasitəsinə bənzər maddələr götürülərək qablaşdırılmış və bu barədə müvafiq protokol tərtib edilmişdir. Tərtib olunan həmin protokol bütün iştirakçılar, o cümlədən hal şahidləri tərəfindən imzalanmışdır. İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “Baxış keçirilməsi və götürmə” barədə 24 sentyabr 2018-ci il tarixli protokoldan görünür ki, Şahid19 “Qaqaş” şərti adı ilə alıcı qismində çıxış edən Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsi Əməliyyat Axtarış şöbəsinin əməkdaşı Şahid2 narkotik vasitələr satarkan yaxalanmış və ondan bir ədəd mavi rəngli polietilen torbanın içərisindən şəffaf sellofana bükülmüş, qablaşdırma ilə birlikdə çəkisi 1512 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsinə oxşar bitki mənşəli kütlə və şəffaf sellofana bükülü vəziyyətdə olan müxtəlif ölçülü iri və kiçik həcmli qırıntılardan ibarət, qablaşdırma ilə birlikdə çəkisi 863 qram olan tiyək narkotik vasitəsinə oxşar maddə və narkotik vasitəni nümunə üçün kəsmək məqsədilə cibindən çıxardığı 1 ədəd 260 mm ölçüdə açılıb-bağlanan tiyəli bıçaq aşkar edilərək götürülmüşdür. Tədqiq olunan həmin protokoldan görünür ki, tədbir prosesində Şahid19 izahat verib, aşkar olunan narkotik vasitəni əməliyyat işçisinə satmaq məqsədilə «Rüfət» adlı şəxsdən aldığını və satdıqdan sonra əldə edəcəyi pul vəsaitini «Rüfət» adlı şəxsə verəməli olduğunu bildirmişdir. Daha sonra tədqiq olunan həmin protokoldan görünür ki, «Rüfət» adlı şəxsin ağır xəstəliyi ilə əlaqədar barəsində ayrıca icraatda cinayət işi ayrılmış Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. İstintaq hərəkəti videolentə alınmışdır. Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq edilən təqsirləndirilən şəxs Şahid19 üzərinə baxış keçirilməsi və götürmə istintaq hərəkətinin yükləndiyi bir ədəd CD diskdə olan videogörüntülərdən görünür ki, videogörüntülər “Baxış keçirilməsi və götürmə” barədə 24 sentyabr 2018-ci il tarixli protokola uyğundur, protokolda qeyd olunanlar bir daha təsdiq olunur. Həmçinin işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «video görüntülərə baxış keçirilməsi» barədə 25 sentyabr 2018-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Şahid19 üzərinə baxış keçirilməsi və götürmə istintaq hərəkətinin yükləndiyi bir ədəd CD diskdə olan videogörüntülər tərtib olunan həmin protokola və “Baxış keçirilməsi və götürmə” barədə 24 sentyabr 2018-ci il tarixli protokola uyğundur. Məhkəmə baxışı zamanı tədqiq edilmiş “Nəqliyyat vasitəsinə baxış keçirilməsinə dair” 25 sentyabr 2018-ci il tarixli protokoldan görünür ki, ağır xəstəliyi ilə əlaqədar barəsində ayrıca icraatda cinayət işi ayrılmış Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etdiyi “SAMAND” markalı, **- BJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin salonuna baxış keçirilərkən avtomobilin əl əyləcinin plastik korpusunun altından şəffaf sellofana bükülü vəziyyətdə bir ədəd bükümdə ümumi çəkisi 2,9 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsinə şübhəli maddə aşkar edilərək götürülmüşdür. İstintaq hərəkəti videolentə alınmışdır. Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq edilən Təqsirləndirilən şəxs idarə etdiyi “Azsamand” markalı, **-BJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə baxış keçirilməsi prosesini özündə əks etdirən videogörüntülərlə müəyyən edildi ki, videogörüntülər “Nəqliyyat vasitəsinə baxış keçirilməsinə dair” 25 sentyabr 2018-ci il tarixli protokola uyğundur və protokolda qeyd olunanlar bir daha təsdiq olunur. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «videogörüntülərə baxış keçirilməsi» barədə 25 sentyabr 2018-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Azsamand” markalı, **-BJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə baxış keçirilməsi istintaq hərəkətinin yükləndiyi bir ədəd CD diskdə olan videogörüntülər tərtib olunan həmin protokola və “Nəqliyyat vasitəsinə baxış keçirilməsinə dair” 25 sentyabr 2018-ci il tarixli protokola uyğundur. Məhkəmə baxışı zamanı məhkəmə-bioloji ekspertizasının 11 oktyabr 2018-ci il tarixli, 25712 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülməklə ekspertiza tədqiqatına təqdim edilmiş qəhvəyi rəngli kağız paketdəki 1 ədəd sellofan bükülüdə təmiz çəkisi 2,671 qram və Şahid19 götürülməklə ekspertiza tədqiqatına təqdim edilmiş qəhvəyi rəngli kağız paketdəki 1 ədəd sellofan bükülüdə təmiz çəkisi 1479,98 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi təmiz çəkisi-1482,651 qramdır. İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 12 mart 2019-cu il tarixli, 5638 saylı ekspert rəyindən görünür ki, Şahid19 götürülmüş təmiz çəkisi 1479,93 qram qurudulmuş marixuana ilə Təqsirləndirilən şəxs idarə etdiyi “Samand” markalı nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş 2,621 qram qurudulmuş marixuana narkotik vasitəsi tərkiblərinə görə eynilik təşkil edir. Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə fizikikimyəvi ekspertizasının 16 oktyabr 2018-ci il tarixli, 25713 saylı rəyindən görünür ki, Şahid19 götürülməklə ekspertiza tədqiqatına təqdim edilmiş, üzərində “N 100149 A.R. Dövlət Gömrük Komitəsi” sözləri yazılmış, paketdə təmiz çəkisi 854,9 qram olan tünd qəhvəyi rəngli spesifik tiryək iyli qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Məhkəmə baxışı zamanı tədqiq olunan sərhədkeçmənin yoxlanılması ilə əlaqədar baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs və Şahid19 dövlət sərhədini keçibkeçməməsini müəyyən etmək məqsədi ilə vahid avtomatlaşdırılmış idarəetmə sisteminə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs dəfələrlə gömrük sərhədindən keçməklə İran İslam Respublikasına getmiş və geri qayıtmışdır. Sonuncu dəfə o, 16 sentyabr 2018-ci il tarixdə, saat 03:54-də Biləsuvar istiqamətində gömrük sərhədindən keçməklə İİR-na getmiş, 18 sentyabr 2018-ci il tarixdə, saat 02:55-də Biləsuvar istiqamətində gömrük sərhədindən keçməklə eyni qaydada İİR-dən ölkə ərazisinə geri qayıtmışdır. Lakin keçirilmiş baxışla müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Şahid19ə ölkə sərhədini keçməsi ilə əlaqədar məlumat qeydə alınmamışdır. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan şəxsi axtarış və götürmə barədə 08 aprel 2019-cu il tarixli protokoldan görünür ki, İİR vətəndaşı X5 üzərində şəxsi axtarış aparılan zaman onun üzərində qanunla qadağan olunmuş heç bir predmet aşkar olunmamışdır. Lakin onun daxili orqanlarının müayinədən keçirilməsi zərurəti yarandığından müayinə üçün Astara rayon Mərkəzi Xəstəxanasına aparılmış, orada tibbi müdaxilə nəticəsində onun daxili orqanından – düz bağırsağından şəffaf sellofan bükülmüş 4 ədəd büküm aşkar edilərək çıxarılmışdır. Həmin bükümlərin içərisində açıq qəhvəyi rəngli, heroinə oxşar narkotik vasitə maddələr olduğu məlum olmuşdur. Sonra həmin bükümlər elektron tərəzidə çəkilmiş və 4 ədəd bükümün qablaşdırılmaları ilə birlikdə ümumi çəkisinin 211 qram olduğu müəyyən edilmişdir. İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 09 aprel 2019-cu il tarixli, 9292 №-li rəyindən görünür ki, X3 götürülməklə tədqiqata təqdim edilmiş, üzərində “...İİR vətəndaşı X32 Nouraldin barəsində...” sözləri olan polietilen paketdəki ayrı-ayrılıqda təmiz çəkiləri 34,835 qr., 38,283 qr., 57,984 qr., 34,381 qr. ümumi təmiz çəkisi 165,484 qram olan maddələr küstar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 20 dekabr 2018-ci il tarixli, 2263 saylı məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Lakin Təqsirləndirilən şəxs İİ qrup əlil olması ilə əlaqədar ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs ərazi nakoloji dispanserində qeyiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İİ, səh. 116, 117-118). Məhkəmə baxışı zamanı tədqiq olunan sərhədkeçmənin yoxlanılması ilə əlaqədar baxış keçirilməsi barədə protokoldan görünür ki, X18 dövlət sərhədini keçib-keçməməsini müəyyən etmək məqsədi ilə vahid avtomatlaşdırılmış idarəetmə sisteminə baxış keçirilmiş və müəyyən edilmişdir ki, vətəndaş X24 dəfələrlə gömrük sərhədindən keçməklə İran İslam Respublikasına getmiş və geri qayıtmışdır. Sonuncu dəfə o, 16 sentyabr 2018-ci il tarixdə, saat 03:53-də Biləsuvar istiqamətində gömrük sərhədindən keçməklə İİR-na getmiş, 18 sentyabr 2018-ci il tarixdə saat 02:56-də Biləsuvar istiqamətində gömrük sərhədindən keçməklə eyni qaydada İİR-dən ölkə ərazisinə geri qayıtmışdır. Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan sərhədkeçmənin yoxlanılması ilə əlaqədar baxış keçirilməsi barədə protokoldan görünür ki, X18 dövlət sərhədini keçib-keçməməsini müəyyən etmək məqsədi ilə vahid avtomatlaşdırılmış idarəetmə sisteminə baxış keçirilmiş və müəyyən edilmişdir ki, İİR vətəndaşı X30 dəfələrlə gömrük sərhədindən keçməklə İrandan Azərbaycan Respublikasına gəlmiş və geri qayıtmışdır. Sonuncu dəfə o, 08 aprel 2019-cu il tarixdə, saat 21:53-də Astara istiqamətində gömrük sərhədindən keçməklə İİR-dən ölkə ərazisinə gələrkən saxlanılmışdır. Məhkəmə baxışı zamanı tədqiq olunan müvafiq qərarlardan görünür ki, iş üzrə təqsirləndirilən şəxs Şahid19 aşkar edilərək götürülmüş 855,0 qram tiryək narkotik vasitəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan 854,8 qram hissəsi, 1480,0 qram qurudulmuş marixuana narkotik vasitəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1479,93 qram hissəsi və 1 (bir ədəd) ədəd soyuq silah hesab edilməyən bıçaq, təqsirləndirilən şəxs X1 götürülmüş 165,484 qram heroin narkotik vasitəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan 165,404 qram hissəsi iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası DGK-nin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına saxlanca verilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, “qurudulmuş marixuana” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram, «tiryək» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 50 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, təqsirləndirilən şəxs Şahid19 aşkar edilərək götürülmüş 855,0 qram tiryək, 1480,0 qram qurudulmuş marixuana narkotik vasitələrinin, həmçinin təqsirləndirilən şəxs X1 götürülmüş 165,484 qram heroin narkotik vasitəsinin hər üç növü 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da müəyyən olunan külli miqdarın minimum həddindən qat-qat çoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, baxılan iş üzrə aşkar edilib götürülmüş hər üç növ narkotik vasitənin çəkisinin külli miqdar təşkil etməsi ilə yanaşı narkotik vasitələrin növ müxtəlifliyi, heroin narkotik vasitəsinint külli miqdarda qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə gətirilməsi, təqsirləndirilən şəxslərdən Şahid19 əməliyyat işçisi ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı qanunsuz əlaqəyə daxil olub narkotik vasitələrin satışına cəhd göstərməsi təqsirləndirilən şəxslərin narkotik vasitələri satmaq niyyətində olmasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 may 2021-ci il tarixli hökmü ilə məhkum olunmuş Şahid19 və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni satış niyyəti ilə əldə etmək, saxlamaq və daşımaq cinayətini, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 may 2021-ci il tarixli hökmü ilə məhkum olunmuş X6, X24 və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini satış niyyəti ilə qanunsuz olaraq əldə etmək, saxlamaq, daşımaq məqsədilə narkotik vasitələrin külli miqdarda qaçaqmalçılığı cinayətini törətməsi, yəni Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin qeyd edilən müvafiq maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinin dispozisiyasına görə, narkotik vasitələrin qaçaqmalçılığı cinayətinin obyektiv tərəfini narkotik vasitələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi təşkil edir. Həmin Məcəllənin 206.3.2-ci maddəsində Azərbaycan Respublikası CM-nin 206.1 və 206.2-ci maddələrində nəzərdə tutulan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi nəzərdə tutulur. Baxılan cinayət işi üzrə qaçaqmalçılıq cinayətinin obyektiv tərəfini narkotik vasitə olan tiryəkin İİR ərazisindən Azərbaycan Respublikası ərazisinə gömrük nəzarətindən kənar keçirilməsi ilə bağlı hərəkətlər təşkil edir. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının altıncı bəndində məhkəmələrə tövsiyə olunur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə, həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı qeyri-etirafedici və ziddiyyətli ifadələrini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmələri üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunur və əksinə, onların təqsirliliyini təsdiq edir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və Təqsirləndirilən şəxs ona istinad olunan maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onları cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs hadisə gününə məhkumluğu olmamışdır (iş vərəqə: cild İİ, səh.201-203). Həmçinin məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində 2009, 2011 və 2012-ci il təvəllüdlü 3 nəfər azyaşlı uşaqları vardır və o, yaşadığı yer üzrə müsbət xarakterizə olunur(iş vərəqə: cild İ, səh.219, 220). Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsinin müvafiq tibbi müayinə sənədləri, məhkəmə baxışı zamanı təyin edilməklə keçirilmiş komisyon məhkəmə-tibb ekspertizasının 12 fevral 2020-ci il tarixli, 562/KEŞ nömrəli və əlavə komisyon məhkəmə-tibb ekspertizasının 30 aprel 2020-ci il tarixli, 156/KEŞ nömrəli rəyləri ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs “Sağ qasıq nahiyəsinin xondrosarkoma”sı diaqnozu ilə xəstədir, həmin xəstəlik uzun sürən xroniki gedişli onkoloji xəstəliklərə aiddir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ümumi xəstəlikdən İİ qrup əlildir(iş vərəqə: cild İİ, səh.111, 112). Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs himayəsində 3 nəfər azyaşlı uşaqlarının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, onun onkoloji xəstə olması, İİ qrup əlil olması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmalıdır. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs qarşı ittiham irəli sürərkən həmin ittihamın mətnində təqsirləndirilən şəxsin ondan aşkar edilib götürülmüş narkotik vasitələri və psixotrop maddəni satış məqsədilə əldə etmələrini, daşımalarını və saxlamalarını qeyd etməklə yanaşı, həm də eyni əməlin tamah məqsədi ilə törədilməsini ittihama daxil etmişdir. Göstərilən xüsusatla əlaqədar məhkəmə qeyd edir ki, tamah məqsədi bu halda narkotik vasitələrin satış məqsədilə əldə edilməsində ehtiva olunduğundan "cinayətin tamah məqsədilə törədilməsi" əlaməti Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə irəli sürülən ittihamın mətnindən xaric edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun törətmiş olduğu cinayətin ağır cinayətlər kateqoriyasına aid olması nəzərə alınmalı, təqsirləndirilən şəxsin islah olunması, həm onun özü, həm də başqa şəxslər tərəfindən belə cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyası daxilində daxilində, cinayətlərin məcmusuna görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, ədalətli, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələblərinə görə cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-cü maddəsinin tələblərinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs 24 sentyabr 2018-ci ildə şübhəli şəxs qismində tutulmuş, 26 sentyabr 2018-ci il tarixdə onun barəsində Yasamal Rayon Məhkəməsinin qərarına əsasən 24 sentyabr 2018-ci il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Yasamal Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 26 sentyabr 2018-ci il tarixdə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Bundan sonra, məhkum X1 narkotik vasmitə aşkar edilib götürülməsi faktına görə ibtidai istintaq orqanının 09 aprel 2019-cu il tarixli qərarına əsasən ev dustaqlığında olan Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, Səbail Rayon Məhkəməsinin 10 aprel 2019-cu il tarixli qərarına əsasən isə Təqsirləndirilən şəxs barələrində həbs qətimkan tədbiri seçilmiş və sonuncu həmin vaxtdan barəsində məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-158.2.2-ci maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, həmçinin ev dustaqlığında saxlanıldığı …………müddətlər daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ona görə də Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin əvvəli 24 sentyabr 2018ci il tarixdən hesablanmalı, onun cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə və ev dustaqlığında saxlanılma müddəti məhkəmə tərəfindən onlara təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxslərə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onlarn barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Qeyd olunduğu kimi məhkəmə baxışı zamanqı işdə olan ambulator məhkəmə-narkoloji ekspertizanın 20 dekabr 2018-ci il tarixli, 2263 saylı rəyinə əsasən müəyyən edildi ki, Təqsirləndirilən şəxs narkomandır, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Lakin Təqsirləndirilən şəxs İİ qrup əlil olması ona narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbir təyin olunmasını istisna edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli, 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlər tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarının 3.2-ci bəndinə əsasən əlillər və eyni qərarın 3.7-ci bəndinə əsasən 60 yaşından yuxarı olan kişilər barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq oluna bilməz. Məhkəmə iş üzrə maddi sübutlara dair məsələni müzakirə edərkən müəyyən olundu ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 may 2021-ci il tarixli hökmünə əsasən iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, Şahid19 aşkar edilərək götürülmüş 855,0 qram tiryək narkotik vasitəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan 854,8 qram hissəsi, 1480,0 qram qurudulmuş marixuana narkotik vasitəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1479,93 qram hissəsi və 1 (bir ədəd) ədəd soyuq silah hesab edilməyən bıçaq, X1 götürülmüş 165,484 qram heroin narkotik vasitəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan 165,404 qram hissəsi barədə məsələnin Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraatda ayrılmış 1(101)-258/2021 saylı cinayət işi üzrə, yəni hazırda baxılan işdə hüquqi qiymət verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 may 2021-ci il tarixli hökmü ilə məhkum edilmiş Şahid19 aşkar edilərək götürülmüş 855,0 qram tiryək narkotik vasitəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan 854,8 qram hissəsi, 1480,0 qram qurudulmuş marixuana narkotik vasitəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1479,93 qram hissəsi və 1 (bir ədəd) ədəd soyuq silah hesab edilməyən bıçaq, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 may 2021-ci il tarixli hökmü ilə məhkum edilmiş X1 götürülmüş 165,484 qram heroin narkotik vasitəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan 165,404 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə baxılan iş üzrə məhkəmə məsrəflərinə dair məsələni müzakirə edib belə nəticəyə gəlir ki, iş üzrə müəyyən olunan 532,96 (532 manat 96 qəpik) manat məbləğində ekspertiza xərcinin məhkumlar Şahid19, X2 və X18 hər birindən 133,24 (yüz otuz üç manat 24 qəpik) manat olmaqla müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməli olması Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 may 2021-ci il tarixli hökmünə əsasən həll edilmiş, həmin hökm çıxarılarkən Təqsirləndirilən şəxs barəsində ayrıca icraatda cinayət işinin ayrılması nəzərə alınmış, ondan məhkəmə xərcləri tutulmamışdır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, hesablanmış 532,96 (532 manat 96 qəpik) manat məbləğində ekspertiza xərcinin ödənilməmiş qalan 133,24 (yüz otuz üç manat 24 qəpik) manat hissəsi Təqsirləndirilən şəxs aid olunmalı və həmin məbləğdə ekspertiza xərci ondan alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351-354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3 -cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə, Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 24 sentyabr 2018-ci tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması nəzərə alınsın və barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlara dair məsələ aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 may 2021-ci il tarixli hökmü ilə məhkum edilmiş Şahid19 aşkar edilərək götürülmüş 855,0 qram tiryək narkotik vasitəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan 854,8 qram hissəsi, 1480,0 qram qurudulmuş marixuana narkotik vasitəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1479,93 qram hissəsi və 1 (bir ədəd) ədəd soyuq silah hesab edilməyən bıçaq, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 may 2021-ci il tarixli hökmü ilə məhkum edilmiş X1 götürülmüş 165,484 qram heroin narkotik vasitəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan 165,404 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 532,96 (532 manat 96 qəpik) manat məbləğində ekspertiza xərcinin 133,24 (yüz otuz üç manat 24 qəpik) manat hissəsi Təqsirləndirilən şəxs aid edilsin və ondan alınaraq dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar