Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-64/2024 31.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakı ilə 7 iyul 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1 və 120.2.1, 12.1 və 120.2.5 və 12.1 və 228.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikası hüdudlarından kənarda sifarişlə əlaqədar qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənarda qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə etməklə saxlayaraq daşıyıb gəzdirmə cinayət əməllərini törətmişdir: belə ki, o, Rusiya Federasiyası ərazisində yaşayan Azərbaycan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs bir neçə dəfə iştirak etdiyi müxtəlif məclislərdə 18 avqust 2016-cı il tarixdə Türkiyə Respublikası ərazisində kriminal aləmdə “Rövşən Lənkəranski” ləqəbi ilə tanınan pərəstiş etdiyi X11 qətlə yetirilməsindən sonra həmin qətlin özü tərəfindən icra olunması barədə məlumatlar bildirdiyi üçün Zərərçəkmiş şəxs bu əməllərinə görə qisas alıb onu qəsdən öldürmək məqsədilə istintaqa şəxsiyyətləri dəqiq məlum olmayan Rövşən Canıyevə yaxın münasibətləri olan şəxslərlə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşmiş, cinayətin törədilməsində şəxsiyyətləri məlum olmayan sifarişçinin (sifarişçilərin) tapşırığı əsasında əvvəl cinayəti törədəcəyi hadisə yerini və şəraiti nəzarətə götürmək, bunun üçün maliyyə dəstəyi əldə edib bir müddət Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşamaq, cinayətin törədilməsi üçün odlu silah əldə etmək və dərhal sonra hüquq-mühafizə orqanları tərəfindən yaxalanmadan hadisə yerindən uzaqlaşmaq məqsədilə avtomobillə təchiz olunmaq kimi cinayətkar niyyətin həyata keçirilməsinə yönəlmiş mühüm təşkilatı vəziyyətlə yerində tanış olmaq və cinayətkar məqsədinə nail olmaq məqsədilə C00783190 nömrəli Azərbaycan Respublikası ümumvətəndaş pasportu ilə xx.xx.2017-ci il tarixdə saat 17:00-da Bakı-Moskva aviareysi ilə Moskva şəhərinə, oradan isə xx.xx.2017-ci il tarixdə saat 02:58-də Moskva-Sankt- Peterburq aviareysi ilə “Domodedovo” hava limanından Sankt-Peterburq şəhəri, Pulkovskoye şosse, ev № 41, liter 3 “A” ünvanında yerləşən “Pulkovo” hava limanına uçmuş, sifarişçinin (sifarişçilərin) tapşırığı və təlimatları əsasında həmin şəhərdə yaşayan əslən Masallı rayonundan olan Rusiya Federasiyasının vətəndaşı Şahid2 ilə əlaqə saxlayıb görüşmüş, sonuncu xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək onun Sankt-Peterburq şəhərində qalmasını təmin etmək məqsədilə xx.xx.2017-ci il tarixdə saat 04:45-də öz adına 4015 seriyalı 362346 nömrəli pasport əsasında Sankt-Peterburq şəhəri, Lenin prospekti, ev 81, korpus 1 ünvanında yerləşən “Na Brestskom” otelində nömrə (otaq) rəsmiləşdirməklə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək həmin oteldə qaldığı müddətə görə ödənişi nağd şəkildə, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək qaldığı müddətə görə isə xx.xx.2017-ci il tarixdə saat 20:24-də “Sberbank” Publik Səhmdar Cəmiyyətində adına olan ********************3 hesab nömrəli bank kartından nağdsız şəkildə ödəmiş, Rusiya Federasiyası ərazisində yaşayan Şahid13 “Sberbank” Publik Səhmdar Cəmiyyətində adına olan ******************** hesab nömrəli bank kartından Şahid2 “Sberbank” PSC-də adına olan ******************** hesab nömrəli bank kartına xx.xx.2017-ci il tarixdə 49.500 rubl məbləğində, xx.xx.2017-ci il tarixdə isə eyni qaydada “Sberbak” PCS-nin “Kolibri” təcili pul köçürmə yolu ilə Şahid2 adına 230.000 rubl məbləğində, habelə xx.xx.2017-ci il tarixdə Şahid13 tərəfindən Şahid14 adına olan “Sberbank” PSC-yə məxsus bank kartından Şahid2 adına olan ******************** hesab nömrəli bank kartına 60.000 rubl məbləğində, ümumilikdə 339.500 rubl (10.151,05 manat) məbləğində köçürülmüş pul vəsaitini xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddət ərzində Şahid2 Sankt-Peterburq şəhərində qəbul edib, hüquq mühafizə orqanları tərəfindən gələcəkdə ifşa olunmalarının qarşısını almaq, törədəcəyi cinayəti pərdələmək məqsədilə özü üçün cinayətlə heç bir əlaqəsi olmayan özbək əsilli X19 adına +7-***-***-**- ** saylı nömrə və **********86270 İMEİ kodlu mobil telefon, Şahid2la əlaqə saxlaması üçün isə sonuncuya cinayətlə heç bir əlaqəsi olmayan özbək əsilli Firudin Nodirovun adına +7- ***-***-**-** saylı nömrə və **********57790 İMEİ kodlu mobil telefon aparatının istintaqa məlum olmayan şəraitdə alınmasını təmin etmiş, daha sonra xx.xx.2017-ci il tarixdə Şahid2 idarə etdiyi “BMW” markalı, P735TC77 dövlət qeydiyyat nişanlı avtomobillə cinayətkar plana uyğun olaraq Zərərçəkmiş şəxs yaşadığı Sankt-Peterburq şəhəri, Lenin prospekti, 2 №-li korpus, 148 №-li evin yerləşdiyi əraziyə gedib qətlin törədilməsi üçün ərazinin kəşfiyyatını aparmış, Zərərçəkmiş şəxs qəsdən öldürülməsi üçün əlverişli yerin onun yaşadığı binanın qarşısı olduğunu müəyyənləşdirmiş və onu izləmək üçün Şahid2 köməkliyi ilə 95.000 rubl (2.840,50 manat) ödəməklə Şahid6 mülkiyyətində olan “VAZ 21103” markalı, «K660CH47» dövlət qeydiyyat nişanlı tünd bənövşəyi rəngli avtomobili gələcəkdə ifşa olunmaması məqsədilə heç bir rəsmiləşdirmə aparmadan əldə edib avtomobilin şüşələrini xüsusilə vasitə ilə tündləşdirmiş və xx.xx.2017-ci il tarixdə Sankt- Peterburq şəhərini tərk edib Moskva şəhərinə, oradan isə xx.xx.2017-ci il tarixdə saat 14:33-də Moskva-Bakı aviareysi ilə Bakı şəhərinə uçmuş, orada cinayətin törədilməsi üsulları, yeri və zamanı barədə sifarişçi (sifarişçiləri) ilə müzakirələr aparıb aldığı təlimatlardan sonra cinayətkar planın davamı və almış olduğu sifarışı icra etmək məqsədilə xx.xx.2017-ci il tarixdə saat 05:55-də Bakı-İstanbul aviareysi ilə İstanbul şəhərinə, oradan isə həmin gün saat 14:15-də «401-TK» aviareysi ilə Türkiyə Respublikasının İstanbul şəhərindən Sankt-Peterburq şəhərinin “Pulkovo” hava limanına uçmuş, hava limanında onu qarşılayan Şahid2la və cinayətin digər iştirakçıları ilə danışıqlar aparmaq məqsədilə yenidən özünə cinayətlə heç bir əlaqəsi olmayan özbək əsilli X14 adına +7-***-***-**-** mobil nömrə və **********29420 İMEİ kodlu mobil telefon aparatı, Şahid2 üçün isə cinayətlə heç bir əlaqəsi olmayan özbək əsilli X15 adına +7-***- ***-**-** mobil nömrə və **********87940 İMEİ kodlu mobil telefon aparatının alınmasını təmin etmiş, habelə Zərərçəkmiş şəxs qətlinə yönəlmiş niyyətini həyata keçirmək üçün xx.xx.2017-ci il tarixdən xx.xx.2017 tarixədək Rusiya Federasiyasının ərazisində olan müddət ərzində istintaqa məlum olmayan şəraitdə və şəxsdən (şəxslərdən) döyüş sursatı hesab edilən “Makarov” , “İJ-70” və “Steçkin” tipli avtomatik tapançalar, “PP-90” tipli tapança-pulemyot, “MA-PP-91” ov karabini və digər silahlarda istifadə üçün nəzərdə tutulmuş 6 ədəddən az olmayan 9x18 çaplı patron və həmin patronların istifadə olunması üçün, üzərində kustar üsulla dəyişiklik edilmiş MP-654K, İJ-79 (MP-79), MP-371 və ya lülə kanalında analoji xüsusiyyətli düzəlişləri olan odlu silahlardan birini və döyüş sursatı hesab edilən patronları qanunsuz əldə edib özündə saxlayaraq istifadə etdiyi “VAZ 21103” markalı «K660CH47» dövlət qeydiyyat nişanlı avtomobildə daşıyıb gəzdirmiş, idarə etdiyi “VAZ 21103” markalı «K660CH47» dövlət qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2017-ci il tarixdə saat 17:15-dən gec olmayaraq Sankt-Peterburq şəhəri, Lenin prospekti, 2 №-li korpus, 148 №-li evin yanına gələrək qeyd olunan evin 6 №-li girişinin qarşısına gələrək, Zərərçəkmiş şəxs qəsdən öldürülməsi ilə bağlı əvvəlcədən aldığı sifarişi həyata keçirmək məqsədilə avtomobilin salonunda sonuncunun gəlməsini gözləmiş, cinayəti törətdikdən sonra vaxtında və çevik hərəkət edərək Rusiya Federasiyası ərazisini tərk etmək məqsədilə istifadəsində olan +7-***-***-**-** saylı mobil telefon nömrəsi vasitəsi ilə Şahid2 Sankt-Peterburq şəhərində yaşayan uzaq qohumu Şahid3 istifadəsində olan +7-***-***-**- ** saylı mobil nömrə ilə xx.xx.2017-ci il tarixdə saat 22:10-da əlaqə saxlayıb sonuncunun onu 15.000 rubl pul müqabilində Belarus Respublikasına aparması barədə əvvəlcədən Şahid2la aralarında olan razılığa əsasən cinayəti törədəcəyi yerə yaxın yerdə onu gözləməsini demiş, həmin tarixdə saat 22:07-dən 22:21-dək olan müddət ərzində Zərərçəkmiş şəxs tək gəldiyini görüb ətrafda keç kimin olmadığından əmin olaraq dərhal avtomobildən enib, binanın girişinin qarşısında, Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədilə ona arxadan yaxınlaşıb üzərində olan, döyüşə hazır vəziyyətə gətirdiyi yivli odlu silahdan ardıcıl olaraq bədəninin müxtəlif nahiyələrinə 6 dəfə atəş açaraq ona başın sağ təpə, sol gicgah, sol qulaqyanı çeynəmə sahələri, sol qulaq seyvanının orta üçdə bir, gövdənin arxa səthinin sol yarısının yuxarı üçdə bir, gövdənin arxa səthinin sol yarısının yuxarı üçdə bir, döş qəfəsinin arxa səthinin sol yarısının orta üçdə bir, göbək nahiyəsinin sol yarısı, qarının sağ yan, qarının göbək, qarın nahiyəsinin sol yan, sol sağrı nahiyəsinin aşağı üçdə bir, sağ bud nahiyəsinin arxa səthinin yuxarı üçdə bir sahələrinin yaraları xəsarətləri ilə nəticələnən, cəmi 14 ədəd bədən xəsarətlərin yetirilməsi nəticəsində onun ölümünə səbəb olan baş beyin toxumasının, onun sütun şöbəsinin hissəvi dağılması, kəskin qanitirmə və hava emboliyası ilə kəskinləşən baş, gövdə və aşağı ətrafların çoxsaylı odlu silah yaralar olmaqla, ümumillikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, eləcə də sağ budun ön səthinin yuxarı üçdə birinin sıyrığı kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikası hüdudlarından kənarda sifarişlə əlaqədar qisas niyyətilə Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmiş, Azərbaycan Respublikasının hüdudlarından kənarda qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə etməklə saxlayaraq daşıyıb gəzdirmə cinayət əməllərini törətmiş, daha sonra isə idarə etdiyi avtomobilə oturararaq hadisə yerindən qaçıb Şahid3 idarə etdiyi avtomobillə xx.xx.2017-ci il tarixdə Belarus Respublikası ərazisinə keçdikdən sonra həmin gün saat 22:24-də Minsk-Bakı aviareysi ilə Bakı şəhərinə qayıtmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1 və 120.2.1, 12.1 və 120.2.5 və 12.1 və 228.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Təqsirləndirilən şəxs məhkəmə zamanı özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1 və 120.2.1, 12.1 və 120.2.5 və 12.1 və 228.2.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki bazarda mühafizəçi işləmiş, mərhum Zərərçəkmiş şəxs həmin bazarda işləyən şəxs kimi və kriminal aləmdə «Lotu Quli» kimi tanınan şəxsin adamı kimi tanımışdır; özü isə heç vaxt hər hansı kriminal qruplaşmanın üzvü olmamışdır, hadisə baş verən gün, yəni Zərərçəkmiş şəxs öldürülən gün Azərbaycan milliyyətindən olan şəxslər polis tərəfindən Sankt-Peterburq şəhərində kütləvi olaraq saxlanılmağa başlanıldığından, o da tutulacağından qorxub oradan Azərbaycana qaçmaq qərarına gəlmiş, tanışı Nazimə zəng edərək onu götürüb aparmasını xahiş etmiş, Nazim Moskva şəhərində olduğunu, onu başqa adam gəlib avtomoobili ilə aparacağını demiş, bundan sonra Ramin adlı şəxs gələrək taksi kimi onu Sankt-Peterburq şəhərindən Belarusiyanın Minsk şəhərinə aparımış, oradan isə təyyarə ilə Bakıya gəlmişdir; Zərərçəkmiş şəxs öldürməmiş, Zərərçəkmiş şəxs öldürülməsi ilə heç bir əlaqəsi olmamış, Zərərçəkmiş şəxs bir-biri ilə düşmənçilik edən iki cinayətkar qrupun qarşıdurması nəticəsində öldürülmüş və günahı da onun üzərinə atmaq istəmişlər. Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxşı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində özünü ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1 və 120.2.1, 12.1 və 120.2.5 və 12.1 və 228.2.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, valideyinləri ailə daxili narazılıqlarla bağlı boşandıqdan sonra anası Səfaqət İsmayılovanın yaşadığı ünvan 2 ünvanında yerləşən evdə yaşamışdır. ünvan 3nfini bitirdikdən sonra təhsilini gecə məktəbində davam etdirməklə tam orta təhsil almışdır. 2004-cü ildən 2011-ci ilədək yunanroma güləşi ilə məşğul olmuş, 2012-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə gedərək, 2014-cü ilin aprel ayında hərbi xidmətdən təxris olunmuşdur. Bundan sonra Bakı şəhərində müxtəlif yerlərdə mühafizəçi işləmişdir. 2015-ci ildə ilk dəfə Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhərinə gedərək, orada meyvə-tərəvəz bazarında mühafizəçi işləmişdir. 2016-cı ildən başlayaraq Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən “Apraksin dvor” adlanan bazarda mühafizəçi işləmişdir. 2017-ci ilin noyabr ayında Türkiyə Respublikasının İstanbul şəhərində cinayətkar mütəşəkkil dəstənin üzv şübhəsi ilə hüquq-mühafizə orqanları tərəfindən həbs edilərək cinayət məsuliyyətinə cəlb olunmuşdur. Həbsdən çıxdıqdan sonra Türkiyə Respublikasının İstanbul şəhərində üzərində qanunsuz silah gəzdirdiyi üçün hüquq-mühafizə orqanları tərəfindən tutulmuş və bir neçə ay həbsdə qaldıqdan sonra məhkəmənin qərarı ilə azadlığa buraxılıb Azərbaycana deportasiya olunmuşdur. 2021-ci ilin fevral ayında o, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar tutulmuş, Nərimanov rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Zərərçəkmiş şəxs 2016-cı ildə Sankt-Peterburq şəhəri “Apraksin dvor” adlanan bazarda işlədiyi vaxtdan tanımışdır. Zərərçəkmiş şəxs kriminal aləmdə “Lotu Quli” kimi tanınan mərhum Nadir Səlifovun yaxın adamı olub “Apraksin dvor” adanan bazarda alverçilərdən haqq yığmış və dolayı yollarla bazara nəzarət etmişdir. Hadisədən əvvəl Zərərçəkmiş şəxs ilə arasında heç bir narazılıq, mübahisə, ədavət və ya düşmənçilik olmamış, görüşdükləri vaxt salamlaşmışlar. Zərərçəkmiş şəxs Rusiya Federasiyasında adam oğurluğu cinayəti törətdiyinə görə axtarışda olduğunu, kriminal aləmlə bağlılığı olduğunu bilmişdir. Şahid2 2017-ci ildə Sankt-Peterbuq şəhərində işlədiyi zaman tanımışdır. Şahid2 əslən Masallı rayonundan olmaqla uzun müddət Rusiya Federasiyasında yaşamış və oranın vətəndaşlığını qəbul etmişdir. Lakin Şahid2 tanısa da onunla elə də yaxın dostluq münasibətləri olmamışdır. Onun dəqiq Rusiyada hansı işlə məşğul olduğunu bilmir. xx.xx.2017-ci il tarixdə işləmək üçün Bakı-Moskva aviareysi ilə Rusiya Federasiyasının Moskva şəhərinə getmiş, orada bir gün qaldıqdan sonra, yəni xx.xx.2017-ci il tarixdə Moskva-Sankt-Peterbuq aviareysi ilə Sankt-Peterbuq şəhərinə uçmuşdur. Bundan sonra sonra Sankt-Peterbuq şəhəri, Lenin prospektində kirayə mənzildə yaşamışdır. 2017-ci ildə istifadəsində qara rəngli “VAZ 2107” markalı dövlət qeydiyyat nişanlı avtomobil olmuş, istifadəsində başqa avtomobil olmamışdır. 2017-ci ilin aprel ayının 28-də Sankt-Peterburq şəhəri, Lenin prospektində Zərərçəkmiş şəxs naməlum şəxs tərəfindən odlu silahdan açılmış atəş nəticəsində qətlə yetirilmişdir. Həmin hadisənin təfərrüatlarını bilmir. Bildiyi qədəri, həmin gün Zərərçəkmiş şəxs yaşadığı binanın qarşısında atışma baş vermiş, atışma zamanı Zərərçəkmiş şəxs aldığı güllə yaralarından hadisə yerində ölmüşdür. Həmin vaxt polis əməkdaşları cinayəti törətmiş şəxsi yaxalamaq üçün “Apraksin dvor” bazarında axtarış aparıb Samir, Tərlan və adını bilmədiyi digər şəxləri saxlamışlar. Polis əməkdaşları azərbaycan millətindən olan şəxsləri əsaslı-əsassız polis bölməsinə aparıb müxtəlif məbləğdə pullarını aldıqları üçün o, törətmədiyi cinayətə görə tutulacağından qorxduğu üçün Sankt-Peterburq şəhərini tərk etmək qərarına gəlmişdir. Bu məqsədlə tanışı Şahid2 müraciət edərək xahiş etmişdir ki, Belarusiya Respublikasına getmək üçün yaxşı tanıdığı və inandığı sürücü tapsın. Nazim onun xahişinə əsasən fərdi qaydada taksi sürücülüyü ilə məşğul olan qohumu Şahid3 tapmışdır. Şahid3 onu Belarusiya Respublikasına aparmağa razılıq verdikdən sonra Şahid2 Şahid3 hazırda xatırlamadığı mobil nömrəsini ona verərək getmək istədiyi vaxt həmin nömrə ilə əlaqə saxlamağını demişdir. Şahid3la gedecəyi barədə əvvəlcədən danışdığı üçün xx.xx.2017-ci il tarixdə axşam saatlarında o, “Apraksin dvor” adlanan bazarın yaxınlığında Şahid2la görüşərək onun idarə etdiyi markasını xatırlamadığı avtomobili ilə Belarusiya Respublikasının Minsk şəhərinə getmiş və bunun qarşılığında Şahid3 200 ABŞ dolları pul vermiş, eləcə də onun avtomobilinə benzin vurdurmuşdur. Bundan sonra o, təyyarəyə bilet almış və xx.xx.2017-ci il tarixdə Minsk-Bakı aviareysi ilə uçmuşdur. Bakı şəhərində özünə sürücülük vəsiqəsi alarkən Rusiya Federasiyasında CMin 105-ci maddəsi ilə axtarışda olduğunu bilmiş, bu səbəbdən sürücülük vəsiqəsinin verilməsindən ona imtina olunmuşdur. Bundan sonra o, Daxili İşlər Nazirliyinə müraciət edərək köməklik göstərilməsini xahiş etmişdir. Bununla bağlı toplanmış sənədlər Bakı şəhəri, Səbail rayon prokurorluğuna göndərilmişdir. Səbail rayon prokurorluğunda aparılmış araşdırmanın nəticəsinə dair qərarın surəti ona təqdim olunmuşdur. Azərbaycanda olduğu zaman sosial şəbəkələrdən bilmişdir ki, Zərərçəkmiş şəxs qətlə yetirilməsi faktına görə istintaqı aparılan cinayət işi üzrə Şahid2 Sankt-Peterbuq şəhərində şübhəli şəxs qismində tutulmuşdur. Sosial şəbəkələrdən əldə etdiyi məlumatlara əsasən Nazim Rusiyada verdiyi ifadəsində bildirmişdir ki, guya Zərərçəkmiş şəxs adlı şəxsi o, güllələyərək öldürmüş, bunun üçün qabaqcadan hazırlıq işləri görmüş, guya o, Nazimin köməyi ilə avtomobil, mobil telefon, nömrə və tapança əldə etmişdir. Bundan başqa, Şahid2 ifadəsində bildirmişdir ki, guya o, onunla kriminal aləmdə “Rövşən Lənkəranski” kimi tanınan Rövşən Canıyevin qardaşı Namiq Canıyevin sürücüsü Şahid17 vasitəsilə tanış olmuşdur. Şahid2 dedikləri yalan və uydurma xarakterli sözlər olmaqla cinayəti törətmiş kriminal qrupların üzvlərinin cinayət məsuliyyətindən kənarda qalmasına yönəlmişdir (23-cü cild 154-157, 226-229 və 26-cı cild iş vərəqi 164-167). Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, ibtidai istintaq zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş X8 ifadəsində göstərmişdir ki, o, 28 sentyabr 2012-ci il tarixdən etibarən Sankt-Peterburq şəhərində həyat yoldaşı X32, qızı X36 ilə birlikdə yaşayır. Sankt-Peterburq şəhərində qohumlarından yalnız doğma qardaşı Zərərçəkmiş şəxs yaşamışdır. 02 dekabr 2016-cı il tarixdə o, Azərbaycana gedərək, orada xx.xx.2017-ci il tarixə kimi qalmışdır. Həmin gün Zərərçəkmiş şəxs onu hava limanına yola salmış və o, onu həmin vaxt sonuncu dəfə görmüşdür. Azərbaycana gələrkən atasına məxsus Biləsuvar rayonu, Günəşli kəndində yerləşən evdə yaşamışdır. Azərbaycanda olduğu vaxt Zərərçəkmiş şəxs Azərbaycanda olmamış, ona məlum olduğu qədər Cabir, onu Azərbaycana yola saldıqdan sonra Ukraynada olmuş, lakin onun orada nə qədər qaldığını və nə işlə məşğul olduğunu bilməmişdir. Güman edir ki, qardaşı Cabir orada uzun müddət qalmamış, dostları ilə istirahət etmişdir. Onun dostlarının adını bilmir. xx.xx.2017-ci il tarixdə Sankt-Peterburq şəhərinə qayıdan zaman ona məlum olmuşdur ki, qardaşı Zərərçəkmiş şəxs Sankt-Peterburq şəhərindədir. Qardaşı Zərərçəkmiş şəxs ilə yalnız telefon vasitəsilə danışmışdır, onun evinə qonaq kimi heç vaxt gəlməmiş və xx.xx.2016-cı il tarixdən onunla ümumiyyətlə görüşməmişdir. Qardaşı Zərərçəkmiş şəxs sözlərindən ona məlum olmuşdur ki, o, Sankt-Peterburq şəhərinə müalicə məqsədi ilə gəlmişdir. O, bu barədə ona heç nə deməmişdir. Qardaşının dediyinə görə onun ağciyərləri ilə bağlı problemləri olmuşdur. Bu xəstəlik onun Azərbaycan Respublikasında azadlıqdan məhrum edilərək həbsxanada cəza çəkdiyi zaman yaranmışdır. Zərərçəkmiş şəxs iki dəfə məhkum olunmuşdur. Bildiyi qədəri, birinci dəfə qardaşı 2003-cü ildə əlbəyaxa dava etdiyinə görə məhkum olunmuşdur. Həmin hadisə ilə bağlı konkret nəsə bilmir. Cabir həbsxanada təxminən 5 il cəza çəkmiş, altı ay azadlıqda qaldıqdan sonra Biləsuvar rayonunda həmkəndlisinin kafesinə gələn qonağın özünü ədəbsiz aparmasına görə onun qarnına bir dəfə bıçaq zərbəsi vurub ağır xəsarət yetirdiyi üçün məhkəmə hökmünə əsasən həmin həbsxanaya qaytarılmışdır. Bundan sonra Cabir həbsxanada altı il cəza çəkmiş və 2014-cü ildə azadlığa buraxılmışdır. Azadlığa çıxdıqdan sonra qardaşı Cabir kənddə məişət-təsərrüfat işləri ilə məşğul olmuşdur. Cabir heç vaxt iri biznes işləri ilə məşğul olmamışdır. Zərərçəkmiş şəxs onun həyat yoldaşına söyləmişdir ki, çəza çəkdiyi koloniyaya bir daha qayıtmayacaq. Zərərçəkmiş şəxs nə Azərbaycanda, nə də Rusiyada həkim-narkoloq və həkim-psixiatrın qeydiyyatında olmamışdır. Zərərçəkmiş şəxs məktəbdə həmişə əla qiymətlər almış, Azərbaycanda təxminən üç il hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra əkin-biçin işləri ilə məşğul olmuş, atasına kömək etmişdir. Zərərçəkmiş şəxs hər hansı bir kriminal qruplaşmanın üzvü olub-olmaması haqqında heç bir məlumatı yoxdur. xx.xx.2017-ci il tarixdə qardaşı Cabirlə telefonla danışan zaman ona guya meyvə-tərəvəz bazasında çalışdığını demişdir. Zərərçəkmiş şəxs cəza çəkdiyi zaman və azadlığa buraxıldıqdan sonra, o cümlədən Rusiyada olduğu zaman kiminləsə münaqişədə olub-olmaması barədə heç bir məlumatı yoxdur. Zərərçəkmiş şəxs yalnız müsbət tərəfdən xarakterizə edə bilər, onun heç bir mənfi cəhətləri olmamışdır. Kənddə Zərərçəkmiş şəxs haqqında hər kəs müsbət fikir söyləyir, mehriban, tərbiyəli, mədəni və yaxşı insan olmuşdur. xx.xx.2017-ci il tarixdə qardaşı Cabir qətlə yetirilmişdir. xx.xx.2017-ci il tarixdə qardaşının meyitini həyatı yoldaşı Famil ilə birlikdə Biləsuvar rayonuna gətirmiş və orada qardaşı dəfn olunmuşdur (14-cü cild iş vərəqi 7-10). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma oğludur. X20 2016-cı ildə, Bəhruz Həsənov isə 2019-cu ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları üçün Azərbaycan Respublikası CM-in 234-cü maddəsinin müvafiq bəndləri ilə cinayət məsuliyyətinə cəlb edilərək azadlıqdan məhrum edilmişlər. Zərərçəkmiş şəxs 1981-ci ildə Biləsuvar rayonu, Günəşli kəndində yerləşən Günəşli kənd natamam orta məktəbinə getmiş və həmin məktəb 9-illik olduğu üçün 1989-cu ildə təhsilini Ağayrı kəndində yerləşən Ağayrı tam orta məktəbində davam etmiş, 1991-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 1995-ci ildə Cabir hərbi xidmətə getmiş və 1998-ci ilə kimi Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmətdə olmuşdur. Cabir 1998-ci ildə hərbi xidmətdən qayıdandan sonra bir müddət kənddə əkin əkərək təsərrüfatla məşğul olmuş və 2001-ci ildə Bakı şəhərinə gedərək, orada “Vosmoy kilometr” adlanan bazarda meyvə-tərəvəz satmağa başlamışdır. Təxminən 2002-ci ildə Cabir Bakı şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün həbs edilərək 5 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cabir 2007-ci ildə cəzasını tam başa vuraraq azadlığa buraxıldıqdan sonra yaşadıqları evə, Günəşli kəndində, qayıtmışdır. O, evə qayıdandan sonra yenidən əkin əkərək təsərrüfatla məşğul olmağa başlamışdır. Bundan təxminən 4 ay sonra 2008-ci ildə Cabir Günəşli kəndində yerləşən yeməkxanada həmkəndlisi X33 ilə arasında yaranmış şəxsi münaqişə zəmnində masanın üzərində olan mətbəx bıçağını götürüb Ələddin Əzimova bir bıçaq zərbəsi vuraraq xəsarət yetirdiyi üçün 6 il azadlıqdan məhrum edilmişdir. Zərərçəkmiş şəxs 2014-cü ildə azadlığa buraxıldıqdan sonra yenidən evə qayıdaraq əkin əkib təsərrüfatla məşğul olmağa başlamış və 2015-ci ildə artıq burada qala bilmədiyini, Rusiya Federasiyasına getmək istədiyini bildirdikdən bir müddət sonra həmin ilin may ayının 1-də Rusiyaya getmişdir. Cabir ilk dəfə evdən gedən zaman hara və kimin yanına gedəcəyini onlara bildirməmişdir. Cabir Rusiya Federasiyasına gedəndən təxminən 20 gün sonra həmin vaxt onun istifadəsində olan, lakin sonradan itirdiyi və hazırda nömrəsini xatırlamadığı mobil telefonuna zəng edərək Odessa şəhərində olduğunu, ondan narahat olmamasını və hər şeyin yaxşı olduğunu bildirmişdir. Bundan təxminən 4 ay sonra Cabir onun həmin mobil telefon nömrəsinə zəng edərək Rusiya Federasiyası Sankt-Peterbuq şəhərində olduğunu və orada müyvə-tərəvəz satdığını bildirmişdir. Cabir 2017-ci ilin aprel ayının 28-ə kimin həmin şəhərdə yaşayaraq işləmiş və dəfələrlə onunla telefon əlaqəsi saxlayaraq hal-əhvalını soruşmuşdur. 2017-ci ilin aprel ayının 28-də yaşadığı evdə olan zaman hazırda Rusiya Federasiyası Sankt- Peterbuq şəhərində yaşayan qızı Gülqız Həsənova onun mobil telefonuna zəng edərək oğlu Cabirin həmin gün naməlum şəxs tərəfindən odlu silahdan açılmış atəş nəticəsində öldürüldüyünü bildirmişdir. Bundan beş gün sonra may ayının 3-də Cabirin meyiti qızı Gülqız Həsənova və kürəkəni X32 tərəfindən Azərbaycana yaşadığı evə gətirilmiş və onun meyitini Günəşli kənd qəbristanlığında apararaq orada dəfn etmişlər. O, sonradan qızı Gülqız Həsənovadan hadisənin necə, hansı səbəbdən baş verdiyini və kimin tərəfindən törədildiyini soruşduqda ona bildirmişdir ki, işi aparan müstəntiqin dediyinə görə Cabiri əvvəllər onunla bir yerdə qalan azərbaycanlı Təqsirləndirilən şəxs öldürmüşdür. Buna səbəb öz aralarında apardıqları kriminal söz-söhbətlər (razborkalar) olmuşdur. Lakin Cabirin konkret olaraq harada, hansı şəraitdə və kimin tərəfindən nə məqsədlə öldürülməsi ilə bağlı dəqiq heç bir məlumatı yoxdur (25-ci cild iş vərəqi 137-141). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş X12 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir (25-ci cild iş vərəqi 148-152). Rusiya Federasiyası İstintaq Komitəsinin Sankt-Peterburq şəhəri üzrə İstintaq idarəsinin ikinci istintaq şöbəsində 31 may 2017-ci il tarixdə şübhəli şəxs qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 1993-cü ildə daimi yaşamaq üçün Rusiya Federasiyasına köçmüş, 1996- 1997-ci illərdə Rusiya vətəndaşlığını almışdır. Ailəsini dolandırmaq üçün meyvə-tərəvəz məhsullarının tədarükü və satışı ilə məşğuldur. 2016-cı ildə tanışı Şahid17 onu Azərbaycanda Təqsirləndirilən şəxs ilə tanış etmişdir. 2017-ci ilin aprel ayının əvvəllərində Əfqan ona zəng etmiş və bir neçə gündən sonra Sankt-Peterburq şəhəri «Pulkovo» hava limanında Təqsirləndirilən şəxs qarşılamağını xahiş etmişdir. O, xx.xx.2017-ci il tarixdə Təqsirləndirilən şəxs öz avtomobili ilə “Pulkovo” hava limanında qarşılamış, sonuncu onu Sankt-Peterburq şəhəri, Lenin prospekti, 148 №-li evin yanına aparmasını xahiş etmiş və həmin evdə tanışının yaşadığını demişdir. O, Kubinskaya küçəsi tərəfindən həmin evə yaxınlaşan zaman Təqsirləndirilən şəxs avtomobildən tanışının yaşadığı mənzilin pəncərələrinə baxmış, pəncərələrdə işıq yanmadığı üçün kafeyə yollanmışlar. Kafedə Təqsirləndirilən şəxs ona ucuz avtomobil, əlaqə üçün iki mobil telefon və odlu döyüş tapançası əldə etməsini xahiş etmişdir. O, bunların ona nə üçün lazım olduğunu soruşmamış, lakin anlamışdır ki, Təqsirləndirilən şəxs kimisə öldürmək istəyir. Həmin söhbətdən sonra o, Təqsirləndirilən şəxs Brestskiy bulvar ilə Lenin prospektinin kəsişməsində yerləşən otelə aparmış, orada öz adına nömrə tutmuş və pulunu ödəmişdir. Ertəsi gün o, Təqsirləndirilən şəxs arxasınca otelə gəlmiş, bundan sonra onlar «Yunona» bazarına yollanmışlar, orada o, Camalın xahişi ilə iki mobil telefon, eləcə də naməlum şəxslərin adına rəsmiləşdirilmiş sim-kartlar almışdır. Bu telefonları bir-biri ilə əlaqə saxlamaq üçün əldə etmişlər. Avtomobil almaq üçün onlar avtobazara getmiş, orada o, tanışı Sərvan Quliyev ilə rastlaşmış, sonuncu ona xəbər vermişdir ki, onun “VAZ” markalı avtomobili satan tanışı var. Danışıqlardan sonra 95.000 rubl məbləğində bənövşəyi rəngdə “VAZ 21103” markalı avtomobili almağa razılaşmış, sonra ticarət mərkəzinin yanında görüşmüşlər. Orada o, 95.000 rubl pul müqabilində bənövşəyi rəngdə “VAZ 21103” markalı avtomobili almışdır. Bundan sonra Təqsirləndirilən şəxs ilə birlikdə avtomobilin şüşələrini tündləşdirmək üçün «Yunona» adlanan bazara getmişlər. Bir neçə gün sonra Təqsirləndirilən şəxs ona zəng edərək təcili Bakı şəhərinə getməli olduğunu, anasının xəstələndiyini demişdir. Təxminən bir həftə sonra o, yenidən Təqsirləndirilən şəxs Sankt- Peterburq şəhərinin hava limanında qarşılamışdır. Təqsirləndirilən şəxs onu Sankt- Peterburq şəhəri Lenin prospektində “VAZ 21103” markalı avtomobili saxladığı əraziyə aparmışdır. Yolda olarkən Camal ona bir neçə gün sonra onu Belarusiyaya apara biləcək taksi sürücüsü tapmağını xahiş etmiş, buna görə o, fərdi qaydada taksi sürücülüyü ilə məşğul olan qohumu Şahid3 zəng edərək razılığını almışdır. xx.xx.2017-ci il tarixdə təxminən saat 23:30-da Təqsirləndirilən şəxs «Yunona» bazarında aldığı mobil telefon nömrəsinə zəng edərək Sankt-Peterburq şəhəri, Geroyev prospekti ilə Lenin prospektinin kəsişməsində olduğunu, Belarusiyaya getmək üçün təcili taksi sürücüsünün gəlməsini demişdir. Bundan sonra o, Şahid3 zəng edərək Təqsirləndirilən şəxs Belorusiyaya aparmasını, Camalın onu Geroyev prospekti ilə Lenin prospektinin kəsişməsində gözləyəcəyini demişdir. Daha sonra o, Təqsirləndirilən şəxs zəng edib ona Şahid3 gəldiyini söyləmişdir. Bir müddət sonra o, yenidən Şahid3 zəng etmiş və ondan Təqsirləndirilən şəxs götürüb-götürmədiyini soruşduqda ona müsbət cavab vermiş və artıq Belorusiya istiqamətində hərəkət etdiklərini bildirmişdir (3-cü cild iş vərəqi 156-167). Rusiya Federasiyası İstintaq Komitəsinin Sankt-Peterbuq şəhəri üzrə İstintaq idarəsinin ikinci istintaq şöbəsində 13 sentyabr 2017-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid17lə tanışlıqdan sonra onun kriminal aləmlə əlaqələrinin olduğunu öyrənmişdir. Əfqan onu Sankt-Peterburq şəhərində yaşayan və kriminal aləmlə əlaqəsi olan həmyerliləri ilə tanış etmək istəmişdir. O, qorxduğu üçün tanışlıqdan imtina etmiş, çünki belə insanlarla heç vaxt əlaqəsi olmamış, ailə üzvlərinə görə narahat olmuşdur. 2017-ci ilin aprel ayının ilk günlərində Əfqan ona zəng vuraraq Sankt-Peterburq şəhərinin hava limanında bir nəfər şəxsi qarşılamağı, onu mənzil, mobil telefon, avtomobil və digər vasitələrlə təmin etməsini xahiş etmişdir. O, Əfqandan həmin şəxsin kim olduğunu və nə üçün Sankt-Peterbuq şəhərinə gəldiyini soruşmuşdur. Əfqan ona həmin şəxsin oraya bir nəfər şəxsi “cəzalandırmaq” üçün gəldiyini, digər məsələlərinin həmin şəxsin ona izah edəcəyini demişdir. O, Əfqana kimisə “cəzalandırmağa” gələn şəxsə kömək etməyəcəyini dedikdə Əfqan səsinin tonunu dəyişmiş və ondan tələb etməyə başlamışdır ki, göstərişlərini icra etsin. O, Əfqan ilə mübahisə etməyə başladıqda Əfqan onun valideynlərinə zərər vuracağı ilə hədə-qorxu gəlmişdir. O, yaşlı valideynlərinə görə çox qorxmuş və onun təklifinə razılıq verib, tələblərini yerinə yetirməyə məcbur qalmışdır. Əfqan ona demişdir ki, həmin işləri həyata keçirmək üçün ona 340.000 rubl pul verəcəkdir. Bu pulları o, Moskvada bir nəfər tanımadığı şəxsdən almalı olduğundan Əfqan həmin şəxsin hazırda xatırlamadığı adını və mobil nömrəsini ona vermişdir. O, həmin vaxt Moskva şəhərində olmadığından və Əfqanın dediyi şəxslə şəxsən görüşə bilmədiyindən Moskva şəhərində yaşayan tanışı Şahid13 həmin şəxslə görüşüb pulu götürməsini və ona göndərməsini xahiş etmişdir. Elçin pulu götürdükdən sonra onun kartına 60.000 rubl, bank köçürmə yolu ilə ona 230.000 rubl pul göndərmişdir. Bundan bir neçə gündən sonra, yəni xx.xx.2017-ci il tarixdə onun telefonuna Təqsirləndirilən şəxs zəng vuraraq 1-1,5 saat sonra aeroporta gələcəyini demişdir. Bu zaman o, idarə etdiyi “BMW X5” markalı avtomobili ilə Pulkovo hava limanına gedib Camalı qarşılamış, özünü “Dadaş” kimi təqdim edən Camal avtomobili Lenin prospekti 148 nömrəli evin yanına sürməsini, həmin evdə tanışı ilə 3 ay ərzində qaldığını, ola bilsin ki, onunla birlikdə qalacağını demişdir. Onlar qeyd olunan ünvana gəldikdən sonra Camal avtomobilin içərisindən həmin mənzildə işığın yanıb-yanmadığına baxmış, işıqlar yanmadığı üçün Camal ilə Sankt-Peterburq şəhərində yerləşən “Tokio Siti” kafesində suşi bara getmiş, orada yemək yeyib söhbət etmişlər. O, Camal üçün kirayə mənzil tuta bilmədiyindən onu Brest küçəsində yerləşən otelə aparmışdır. Onun Rusiya Federasiyasının pasportu olduğuna görə otelin inzibatçısı sənədləşməni tez aparmaq üçün onun pasportunu istəmişdir. Bundan sonra o, Camalı otelə qoyub evə getmişdir. Ertəsi gün Camal ona avtomobil və mobil telefon lazım olduğunu dediyi üçün “Yunona” bazarında əvvəlcə mobil telefonlar və nömrələr almışlar. Bundan sonra onlar “Avtovo” maşın bazarına getmişlər, lakin orada heç nə tapmamışlar. Həmin gün və ya səhərisi Sərvan adlı tanışı ilə rastlaşmış və ondan kiminsə avtomobil satıb-satmadığını soruşmuşdur. Sərvan ona təxminən 100.000 rubl civarında yaxşı vəziyyətdə “VAZ 2110” markalı avtomobilin satıldığını demişdir. O, avtomobilə baxdıqdan sonra onu bəyənmiş və Sərvandan avtomobilin sahibi ilə danışmasını xahiş etmişdir. Sərvan onun yanında avtomobilin sahibi ilə danışmış, 95.000 rub pula almağa razılaşmışlar. Əfqan ona mütəmadi olaraq zəng vurub işin gedişatı ilə maraqlanmışdır. O, Əfqana Camal üçün avtomobili 120.000 rubl pula aldığını, hərçənd bu maşına görə 95.000 rubl pul xərcləmiş, 25.000 rubl pulu isə özünə saxlamışdır. Əfqan ona tapşırmışdır ki, avtomobilin bütün şüşələrini tündləşdirsin. O, avtomobilin şüşələrini tündləşdirmək üçün Sərvandan xahiş etmişdir ki, avtomobili “Yunona” bazarına aparsın. Sərvan onun xahişini yerinə yetirmişdir. Bütün bu əşyaları Əfqanın ona göndərdiyi pulla ödəmişdir. Bundan sonra onlar birlikdə yemək yemiş, avtomobilin yanına qayıtmış, avtomobilin şüşələrinin tündləşdirilməsinə görə pul ödəmişdir. O, Əfqana Camal üçün avtomboil aldığını dedikdən sonra Əfqan ona Camalı “alət”lə təmin etməsini tapşırmış, o, Camaldan hansı “alət” haqqında söhbət getdiyini soruşduqda ona “bu alət-tapançadır”-deyə cavab vermişdir. O, tapança haqqında razılaşmanın olmadığını və bu xahişi yerinə yetirə bilməyəcəyini dedikdə Camal onun yanında Əfqana zəng vurmuşdur. Bir qədər keçdikdən sonra Əfqan ona zəng vuraraq Camala 150.000 rubl məbləğində pul verməsini demiş, həmin vaxt anlamışdır ki, bu pul tapançanın alınması üçündür. Ertəsi gün axşam saat 21 radələrində Camal ona zəng vuraraq təcili olaraq Bakı şəhərinə qayıtmalı olduğunu, anasının möhkəm xəstələndiyini demişdir. Bakı-Sankt-Peterburq aviareysi həmin gün artıq olmadığı üçün o, Camalı idarə etdiyi avtomobili ilə Moskva şəhərinə aparmışdır. Buna görə Camal ona 300 ABŞ dolları pul vermişdir. Bundan bir neçə gün sonra Əfqan ona zəng vuraraq Camalı yenidən qarşılamağını demişdir. O, imtina etdikdə Əfqan ona yenidən hədə-qorxu gəlmişdir. O, buna görə çox qorxmuş və məcbur qalaraq razılaşmışdır. Bir neçə gündən sonra Camal ona zəng vuraraq demişdir ki, hava limanında onu qarşılasın. O, evdən onu qarşılamağa getmiş, görüşdükdən sonra Camalı “VAZ 21103” markalı avtomobilin yanına aparmışdır. Ertəsi gün o, şəxsi işləri ilə bağlı təyyarə ilə Moskva şəhərinə uçmuş, orada olan zaman Camal zəng vurub ona demişdir ki, Belorusiyaya getmək üçün avtomobil lazımdır. O, fərdi qaydada taksi sürücülüyü ilə məşğul olan qohumu Şahid3 zəng vurub danışmış, sonuncu 15.000 rubl müqabilində Camalı apara biləcəyini demişdir. 28 aprel 2017-ci il tarixdə Moskva şəhərində olmuşdur. Təxminən saat 23:30 radələrində Camal onun mobil telefonuna zəng edərək təcili olaraq Belorusiyaya getməli olduğunu, hazırda Qeroyev prospekti ilə Lenin prospektinin kəsişməsində olduğunu demişdir. O, Raminə zəng vurub vaxt itirmədən tanışını Belorusiya Respublikasına aparmalı olduğunu, həmin şəxsin Qeroyev prospekti ilə Lenin prospektinin kəsişməsində gözlədiyini bildirmişdir. Raminə görə həyacanlı olduğu üçün mütəmadi olaraq ona zəng vurub harada olduğunu soruşmuşdur. Bundan sonra o, Camalla görüşməmişdir. Əfqan daimi ona nəzarət etmiş və onun tapşırıqlarını necə yerinə yetirib-yetirmədiyini öyrənmişdir. O, bu adamlara əslində kömək etmək istəməmiş, Camal əvvəlcədən onun xoşuna gəlməmiş, lakin Əfqan ona hədə-qorxu gəldiyi üçün məcbur qalaraq razılaşmışdır. 28 aprel 2017-ci il tarixdə Lenin prospektində baş vermiş qətl hadisəsi haqqında təsadüfən xəbərlərdən öyrənmişdir. Həmin vaxt da hadisənin Camal tərəfindən törədildiyini fikirləşmiş və bu fikir onu çox qorxutmuşdur. O, anlayır ki, Əfqanın tələblərindən imtina edə bilərdi, lakin bunu edə bilməmişdir (13-cü cildiş vərəqi 231-240). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, əsl adı Ramin olsa da çoxları onu “Roma” deyə çağırır. Ailəsini dolandırmaq üçün fərdi qaydada taksi sürücülüyü ilə məşğuldur. O, sərnişin daşıma ilə təxminən 2010-cu ildən etibarən məşğul olur. Onun əvvəllər istifadəsində qara rəngli “Hyundai Accent” markalı 969 dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Həmin avtomobili təxminən iki həftə əvvəl “Avtovo” metrostansiyasının yaxınlığında yerləşən maşın bazarında satmışdır. Həmin avtomobili satdıqdan sonra “VAZ 2113” markalı 482 dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Təxminən 26-27 aprel 2017-ci il tarixdə təxminən saat 16 radələrində xalası oğlu Şahid2 onun **********7 saylı mobil nömrəsinə zəng vuraraq sonradan adını bildiyi Təqsirləndirilən şəxs Sankt-Peterburq şəhərindən Belorusiyanın Minsk şəhərinə aparmasını xahiş etmişdir. O, yolda 5000 rubl pul sərf edəcəyini bildiyi üçün Şahid2 ümumillikdə 15.000 rubl pula Camalı apara biləcəyini dedikdə Nazim ona məlumat verəcəyini söyləmişdir. Nazim onun xahişi haqqında heç kimə heç nə deməməsini xahiş etmişdir. 28 aprel 2017-ci il tarixdə, günün ikinci yarısında o, Sani adlı tanışının oğlunun sünnət məclisində iştirak etmişdir. Təxminən saat 22 radələrində Nazim ona yenidən zəng vuraraq harada olduğunu, onun Sankt-Peterburq şəhərinin cənub-qərb rayonuna getməli olduğunu və Belorusiyaya yollanacaq şəxsin özü ona zəng vuracağını demişdir. Bu söhbətdən sonra o, dərhal kafedən çıxmış, avtomobil tutmuş və Staçek prospekti, ev 83 ünvanında, “Çayxana” kafesinin yaxınlığında öz avtomobilini saxladığı yerə getmişdir. O, avtomobilin yanına gedərkən onun mobil telefonuna tanımadığı nömrədən zəng gəlmişdir. O, telefona cavab verdikdə həmin şəxs ondan soruşmuşdur ki, Romadır?”. O, bəli deyə cavab vermişdir. Həmin şəxs Nazimin ona zəng vurub-vurmadığını soruşduqda ona bir daha “bəli” deyə cavab vermişdir. Bundan sonra həmin şəxs ona demişdir ki, onu şəhərin Lenin prospekti ev 53 ünvanında gözləyəcəkdir. O, avtomobilini götürdükdən sonra qeyd edilən yerə getmişdir. O, artıq anlamışdır ki, Belorusiyaya aparacağı şəxs məhz odur. O, avtomobili Lenin prospekti ev 53 ünvanında avtobus dayanacağının yanında saxlamış, qəza işıqlarını yandırmış və Nazimə zəng vuraraq deyilən yerdə dayandığını, lakin heç kimin olmadığını demişdir. Bu zaman arxa güzgüdə bir nəfər şəxsin avtomobilinə tərəf qaçdığını görmüşdür. O, Nazimə: “Dayan, kimsə qaçır”,- demişdir. Bundan sonra gənc oğlan qapını açaraq ona: “Roma? Sən Nazimdən gəlmisən?” - soruşduqda ona “bəli” deyə cavab vermişdir. Bu zaman o, Nazimlə telefon danışığını saxlamış və daha sonra telefon dəstəyini həmin oğlana ötürmüşdür. O, telefonla bir qədər Nazimlə danışmışdır. Söhbət təqribən bu məzmunda olmuşdur: “Bəli, qardaş, çox sağ ol, biz görüşdük, hər şey yaxşıdır, sağ ol”. Onun yanında avtomobilə əyləşən oğlan özünü ona Camal kimi təqdim etmişdir. Camal qabaq sərnişin oturacaqda əyləşmişdir. Camal təxminən 20-25 yaşında, arıq bədən quruluşlu və ortaboylu olmuşdur. Onun qısa tünd rəngli saçları olmuşdur. Camalın əynində tünd rəngdə gödəkcə, tünd rəngdə cins şalvar olmuşdur. Onlar yola düşən kimi Camaldan dərhal ödəniş etməsini xahiş etmiş, çünki onun benzin doldurmağa pulu olmamışdır. Camal razı olmuş, lakin demişdir ki, üstündə yalnız ABŞ dolları vardır. Camal cibindən pulu çıxardaraq ona iki yüz dollar və iki min rubl pul vermişdir. O, öz cins şalvarının cibindən pulları çıxaran zaman görmüşdür ki, Camalın cibində 600-800 ABŞ dolları pul vardır. Həmçinin, görmüşdür ki, onun cibində başqa ölkənin, Türkiyənin və İrana məxsus əskinaslar vardır, çünki əskinazların üzərində ərəblərin şəkli olmuşdur. Camal qulaqcıq taxaraq musiqi dinləmişdir. Bütün yol boyu Şahid2 durmadan ona zəng edərək Camalla maraqlanmışdır. Nazimin və Camalın davranışlarından belə başa düşmüdşür ki, onlar nə isə törətmişdirlər və nədənsə ehtiyat edirlər, lakin qorxduğu üçün onlardan heç nə soruşmamışdır. Onlar Lenin prospekti ev 53 ünvanından aralandıqdan sonra dairəvi avtomobil yolu tərəf getmişlər. Bundan sonra onlar Kiyevsk şossesi ilə getmiş və daha sonra federal şosse vasitəsilə Pskov şəhərinə doğru hərəkət etmişlər. Pskov şəhərindən yola çıxaraq Sebej, Opoçka yaşayış məntəqələrinə tərəfə hərəkət etmişlər. Sebej rayonunda o, ödənişli yolla getmiş və daha sonra Belorusiyanın Polosk şəhəri ilə hərəkət etmişdir. Bu şəhərdə onlar artıq 29 aprel 2017-ci ildə səhər saatlarında olmuşlar və avtovağzala getmişlər. Orada Camal Bakı şəhərinə qədər aviabilet almaq istəmişdir. Camal rus dilində yaxşı danışa bilmədiyi üçün onlar birlikdə aviakassaya getmiş, orada onlara demişlər ki, biletlər artıq yoxdur, lakin Minsk şəhərində biletlər almaq mümkündür. Bundan dərhal sonra onlar Polosk şəhərindən Minsk şəhərindəki hava limanına getmişlər. Hava limanına gələn zaman o, ödənişli dayanacağa girməmiş, çünki şəhərin hərəkət sxemini başa düşməmişdir. O, avtomobili hava limanında yanacaq doldurma stansiyasında saxlamışdır. Camal ondan xahiş etmişdir ki, ona bilet almaqda kömək etsin. O, Camala demişdir ki, ora özü getsin və izah etmişdir ki, o kassaya yaxınlaşan zaman orada Azərbaycana dönən azərbaycanlılar olacaqdır və onlardan yardım istəyə bilər. O, hava limanına getmək istəməmiş, çünki, maşını heç bir yerdə saxlaya bilməmişdir. Camal onun fikrini anlamış və getmişdir. Onlar əvvəlcədən razılığa gəlmişlər ki, əgər Camal bilet ala bilməsə ona zəng edəcəkdir və bundan sonra onu Vitebsk şəhərinə aparmalı idi, çünki orada da hava limanı olmuşdur. Təqribən 15-20 dəqiqədən sonra Camal xatırlamadığı nömrədən ona zəng vuraraq hər şeyin yaxşı olduğunu, bilet aldığını bildirmişdir. Bundan sonra o, həmin marşrutla evə qayıtmış, Sankt-Peterburq şəhərinə elə həmin gün, yəni xx.xx.2017-ci il tarixdə gecə saatlarında qayıtmışdır. Zərərçəkmiş şəxs qəsdən öldürülməsi hadisəsi ilə bağlı heç bir məlumatı yoxdur. 2017-ci ilin noyabr ayının əvvəllində internetdən öyrənmişdir ki, Türkiyədə qanuni oğru “Lotu Qulinin” qətlini törətməyə hazırlaşan 11 nəfər saxlanılmışdır. Həmin xəbərdə saxlanılan şəxslərin fotoşəkilləri dərc olunmuş və onların arasında 28-29 aprel 2017-ci il tarixdə Belarusiyaya apardığı Camalın fotoşəkli olmuşdur. Həmçinin, “youtube” kanalında saxlanılan şəxslər ilə bağlı video izləmişdir. Həmin videoda hüquq-mühafizə orqanlarının əməkdaşlarının Camalı digər saxlanılan şəxslərlə birlikdə məhkəməyə apardıqları görünür (14-cü cild iş vərəqi 22-30). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş X24 ifadəsində göstərmişdir ki, təxminən 2007-ci ildə ailəsini dolandırmaq məqsədilə Sankt-Peterburq şəhərinə köçmüşdür. O, fərdi qaydada taksi sürücülüyü ilə məşğul olmaqla qazanc əldə edir, əvvəllər isə Sankt-Peterburq şəhəri, Staçek prospekti, ev 83 ünvanında yerləşən kafedə qeyri-rəsmi aşpaz-ofisinat işləmişdir. Təqribən 2017-ci ilin mart ayında Yura kimi çağırdığı tanışı Şahid5 ona zəng vurub demişdir ki, istifadəsində olan “VAZ 21103” markalı avtomobili satmaq istəyir. Yura ilə bir vaxtlar çalışdığı kafedə görüşməzdən 3 gün əvvəl 2017-ci ilin mart ayında, təxminən saat 23 radələrində kafeyə tanışı Şahid2 gəlmişdir. Görüşdükləri zaman Nazim ona demişdir ki, ona təcili olaraq ucuz avtomobil lazımdır və bu barədə tanışlarından maraqlanmasını xahiş etmişdir. Nazim 100.000 rubl məbləğində abtomobili almağa hazır olmuşdur. Nazim ona demişdir ki, aldığı avtomobili sənədləşdirməyə ehtiyac olmasın və bu avtomobili sonra aşkar etmək də mümkün olmasın. O, bunun səbəbini soruşmuş, çünki Nazimin hərəkətləri onda şübhəli oyatmışdır. Nazim ona: “Avtomobil mənə bir «iş» üçün lazımdır ki, onu sonra tapmasınlar”,- demişdir. O, anlamışdır ki, bu avtomobil qanunla icazə verilməyən hər hansı bir hərəkətin, hətta cinayətin yerinə yetirilməsi üçün lazımdır. O, avtomobili tapmağa razılıq vermişdir. Nazim ilə görüşdükdən 4-5 gün sonra 2017-ci ilin mart-aprel aylarında o, bir zamanlar işlədiyi kafedə olan zaman Yuradan avtomobili 100.000 rubl məbləğində satmağa hazır olub-olmamasını soruşmuşdur. Bu zaman o, Yuraya izah etmişdir ki, avtomobilin alıcısı avtomobili öz adına sənədləşdirmək istəmir. Yura dediklərimə təəcüblənmiş, ona demişdir ki, alıcı sadəcə olaraq bunu müəyyən səbəbdən etmək istəmir. Həmin vaxt Yura fikirləşərək razı olmuş və avtomobilin açarını ona vermişdir. Yura ona bir komplekt açar vermiş, ikinci komplekt avtomobilin saxlanc yerində olmuşdur. Orada avtomobilin sənədləri də olmuşdur. Yuranın avtomobili - “VAZ 21103 markalıdır, tünd-göy rəngdə olmuş, Sankt-Peterburq şəhərində Staçek prospekti ilə Mosrskaya pexota küçəsinin kəsişməsində dayanacaqda saxlanılmışdır. Həmin gün təxminən saat 11-12 radələrində o, həmin avtomobil ilə Sankt-Peterburq şəhəri, Marşal Kazakov küçəsində evinin yaxınlığında yerləşən “Veqa” mağazasına getmişdir. O, qeyd olunan mağazanın binasına yaxınlaşan zaman mağazanın qarşısında Nazimin dayanıb siqaret çəkdiyini görmüşdür. O, Nazimlə görüşən zaman ona həmin avtomobili göstərmiş və Nazim dərhal ona 5000 rubl əskinaslardan ibarət 95000 rubl pul vemişdir. Avtomobilin alqı-satqısı ilə bağlı yarana biləcək bütün anlaşılmazlıqları aradan qaldırmaq üçün görüş zamanı Nazimin yanında Yuranın istifadəsində olan 8-***-***-**-** telefon nömrəsinə zəng vuraraq Nazimin avtomobilə görə yalnız 95.000 rubl pul verməyə hazır olduğunu dedikdə Yura heç bir etiraz etməmişdir. Daha sonra Nazim ona demişdir ki, “VAZ 21103” markalı avtomobili Sankt- Peterburq şəhərində yerləşən “Yunona” adlanan bazara aparmaq lazımdır. O, avtomobili həmin yerə apardıqdan sonra Sankt-Peterburq şəhəri, Staçek prospekti-83 ünvanda yerləşən işlədiyi kafeyə geri qayıtmış, burada Yuraya 95.000 rubl pulu vermişdir. Həmin vaxtdan sonra Nazimi bir daha görməmişdir. xx.xx.2017 ci ildə Sankt-Peterburq şəhəri, Lenin prospekti 2 korpus, ev 148 ünvanında baş vermiş qətl hadisəsi ilə bağlı heç bir məlumatı yoxdur (14-cü cild iş vərəqi 44-48). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 1997-ci ildən etibarən arvadı Şahid6 ilə Sankt-Peterburq şəhərində yaşayır. Tərqibən 2017-ci ilin fevral ayının axırlarında mart ayının əvvəllərində fərdi qaydada taksi sürücülüyü ilə məşğul olmaq üçün “Avtovo” metrostansiyasının yaxınlığında yerləşən maşın bazarında Vaqif Qarayev adlı şəxsdən “badımcan” rəngli “Vaz 21103” markalı avtomobil almışdır. Həmin avtomobilin qeydiyyat nişanları 47, rəqəmləri isə 660 olmuş, seriya və tam nömrəsini xatırlamır. Vaqif Qarayev avtomobilin mülkiyyətçisi olduğu üçün alqı-satqı müqaviləsi bağlamışlar. Alıcı kimi müqavilədə o deyil, vətəndaş nikahında olduğu Şahid6 göstərilmişdir. O, avtomobili 80.000 rubl qiymətə almışdır. Aldığı avtomobil dövlət yol polisi idarəsində qeydiyyata alınmamışdır. Maşını aldıqdan sonra 2017-ci ilin aprel ayına qədər onu idarə etmiş, fərdi qaydada sərnişin daşıma fəaliyyəti ilə məşğul olmuşdur. 2017-ci ilin aprel ayında həmin avtomobili satmaq qərarına gəlmiş, çünki avtomobil tez-tez xarab olurdu. Bu məqsədlə o, həmin avtomobili tanışlarına almağı təklif etmişdir. Tanışlarının arasında Sərvan Quliyev olmuşdur. Sərvan Sankt-Peterburq şəhəri, Staçek prospekti, ev 83, və ya ev 85 ünvanında yerləşən “Çayxana” kafesində aşbaz işləyir. O, həmin kafeyə tez-tez gəlib-getdiyi üçün 2017-ci ilin aprel ayının günlərinin birində “Çayxana” kafesində Sarvan ilə görüşmüdşür. O, ona avtomobili almağı təklif etmiş və bu təklif onu maraqlandırmışdır. Həmin gün Sərvan istifadəsində olan 8-***-***-**-** saylı nömrədən ona zəng edərək avtomobili almağa razılıq vermişdir. Ertəsi gün onlar “Çayxana” kafesində görüşmüş və alqı-satqı müqaviləsi tərtib etmədən avtomobili 95.000 rubl pula Sərvana satmışdır. Sərvan avtomobilin sonradan sənədləşdirilməsi üçün Şahid6 pasportunu istədiyi üçün ona vermişdir. Həmçinin avtomobilə aid bütün sənədləri ona vermişdir. Sərvan ona demişdir ki, avtomobili tanışı üçün alır, lakin avtomobili konkret olaraq kimə aldığını deməmiş və ona maraqlı olmadığı bu barədə Sərvandan heç bir şey soruşmamışdır. Alqı-satqıdan sonra Sərvan avtomobili sürüb “Çayxana” kafesinə tərəf getmişdir. Həmin vaxtdan sonra o, həmin avtomobili bir daha görməmişdir.“VAZ 21103” markalı avtomobili alan və satan zaman onun şüşələrinin tonirovkası olmamışdır (14-cü cild iş vərəqi 53-55). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid6 Şahid5 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir (14-cü cild iş vərəqi 85-88). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid7 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun Arif adlı qohumunun tanışıdır. Təxminən 2017-ci ilin yanvar ayının əvvəllərində Arif ona zəng vuraraq Zərərçəkmiş şəxs üçün həkim və mənzil tapmasını xahiş etmişdir. Cabirin onkoloji xəstəlik olan ağciyərlərin xərçəngi olmuşdur. Cabir Sankt-Peterburq şəhərinə məhz xəstəliyini müalicə etmək üçün gəlmişdir. 2017-ci ilin yanvar ayının əvvəllərində o, Zərərçəkmiş şəxsla görüşdükdən sonra ona anasına məxsus Sankt-Peterburq şəhəri, Lenin prospekti, ev 148, korpus 2, mənzil 58 ünvanında yerləşən mənzildə yaşamağı təklif etmişdir. O, 2017-ci ilin yanvar ayına qədər ailəsi ilə birlikdə həmin ünvanda yaşamış, 2017-ci ilin yanvar ayında isə Sankt-Peterburq şəhəri, Dunayski prospekt, ev 7, korpus 7, mənzil 128 ünvanında yerləşən digər mənzilə köçmüşdür. 2017-ci ilin yanvar ayından hadisəyə qədər Zərərçəkmiş şəxs həmin ünvanda yaşamışdır. Zərərçəkmiş şəxs Rusiyaya gələndən sonra heç bir yerdə işləməmiş, müalicə almaq üçün müxtəlif tibb müəssisələrinə gedib müalicəsi ilə bağlı tibbi prosedurlar keçmişdir. 2017-ci ilin fevral və mart aylarında Cabirə 40.000 və 80.000 rubl məbləğində borca pul vermişdir. Hadisədən əvvəl təxminən 3 həftə əvvəl Zərərçəkmiş şəxsla birlikdə onun tanışı Şahid8 yaşamışdır. 28 aprel 2017-ci il tarixdə təxminən saat 19:00 radələrində o, “Apraksin dvor” bazarının ərazisində yerləşən “28 korpus” kafesinə getmişdir. Zərərçəkmiş şəxs kafenin içərisində masanın arxasında tanımadığı iki nəfər azərbaycan millətindən olan kişi ilə əyləşmişdir. O, qohumları ilə birlikdə kafedə olmuş, onlarla şəxsi mövzuda söhbət edərək çay içmişdir. Təxminən saat 21:30 radələrində kafedən getmək istəyən zaman Zərərçəkmiş şəxs ona yaxınlaşaraq onu evə aparmasını xahiş etmişdir. O, razılıq verdikdən sonra Zərərçəkmiş şəxs dövlət qeydiyyat nişanını xatırlamadığı ağ rəngli “Audi A6” markalı avtomobilin ön sərnişin oturacağına əyləşmişdir. O, Zərərçəkmiş şəxs Sankt-Peterburq şəhəri, Lenin prospekti, ev 148, korpus 2 ünvanına qədər aparmışdır. Yolda olarkən Cabir ona öz müalicəsi və gəlini barədə danışmış, gəlinin toy etmək istədiyini və bunun üçün Azərbaycana getməli olduğunu demiş, Zərərçəkmiş şəxsla hər hansı digər mövzu haqqında müzakirə aparmamışdır. 28 aprel 2017-ci il tarixdə təxminən saat 22:05 radələrində o, idarə etdiyi avtomobili ilə Sankt-Peterburq şəhərində Kubinskaya küçəsində yerləşən 68 və 66 saylı evlərin arasına dönərək hərəkət etmiş, saat 22:07 dəqiqədə Lenin prospekti, 148 nömrəli evin, 2-ci korpusunun, 6 saylı girişinə 10 metr qalmış ərazidə, yəni evin tinində Cabiri avtomobildən düşürtmüşdür. Cabir avtomobildən düşdükdən sonra evin giriş blokuna tərəf piyada hərəkət etməyə başlamışdır. O isə avtomobili döndərərək hərəkət etdirmiş, Kubinskaya küçəsində yerləşən 68 və 66 saylı evlərin arası ilə hərəkət edərək Kubinskaya küçəsində yerləşən 66 saylı evin tininə yaxınlaşan zaman iki dəfə güllə səsi eşitmişdir. O, əyləci basıb başını Lenin prospekti, ev 148, korpus 2 istiqamətində çevirmiş, evin qarşısında olan kolların arasından üç dəfə atəş açıldığını görmüşdür. O, bundan sonra qorxduğu üçün avtomobili hərəkət etdirmiş və daha hər hansı atəş səsi eşitməmişdir. Avtomobildə olarkən iki dəfə Zərərçəkmiş şəxs zəng vursa da mobil telefonun dəstəyini qaldırmamışdır. Bundan sonra Cabir ilə birlikdə yaşayan Şahid8 zəng vuraraq Cabirin mənzilə qalxıb-qalxmadığını soruşmuşdur. Emil ona Cabirin öldürüldüyünü demişdir. O, Emildən nə üçün bu qənaətə gəldiyini soruşduqda ona atəş səslərini eşitdiyini, pəncərədən həyətə baxdığını, Cabirin meyitinin arxası üstə torpağın üzərində uzanıqlı vəziyyətdə olduğunu demişdir. O, dəstəyi asmış, daha sonra “112” xüsusi xidməti vasitəsilə təcili yardım və polis çağırmışdır. Həmin vaxt saat 22:12 dəqiqə olardı. O, qətl hadisənin baş verdiyi yerə getməkdən qorxmuş və buna görə də avtomobili ilə Sankt- Peterburq şəhəri Lenin prospekti, ev 148, korpus 2 evinin yaxınlığında yerləşən ərazidə hərəkət etmişdir. Təxminən saat 22:30-da ona Rusiya DİN-nin Sankt-Peterburq şəhəri, Moskovski rayonu üzrə polis idarəsinin 29 nömrəli polis bölməsinin Marat adlı əməliyyat müvəkkili zəng vuraraq hadisə yerində olduğunu və oraya gəlməsini xahiş etmişdir. O, oraya gələn zaman 6 saylı blokun qarşısında Zərərçəkmiş şəxs meyitini arxası üstə uzanıqlı vəziyyətdə olduğunu, üzərində çoxsaylı odlu silah yaraları görmüş, onun başı bintlə sarınmış və asfaltın üzərində qan gölməçəsi olmuşdur (14-cü cild iş vərəqi 64-69). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 2017-ci ilin aprel ayının ortalarından atası Ramizin Sankt-Peterburq şəhəri, Lenin prospekti, ev 148, korpus 2, mənzil 58 ünvanında yerləşən Samir adlı tanışının mənzilində yaşayır. Həmin mənzildə o, Cabir adlı şəxslə qalmış, mənzildə başqa heç kim yaşamamışdır. Sonuncu dəfə o, Cabiri xx.xx.2017-ci il tarixdə təxminən saat 10:30 radələrində məşqə gedən zaman evdə görmüşdür. xx.xx.2017-ci il tarixdə təxminən saat 11:00 radələrində o, Sankt-Peterburq şəhəri, Lenin prospekti, ev 148, korpus 2, mənzil 58 ünvanına gəlmişdir. Bu zaman Cabir evdə olmamışdır. Daha sonra saat 11:30 radələrində evdən çıxmış və Sankt-Peterburq şəhəri, Zastavskaya küçəsi, ev 15 ünvanında yerləşən idman klubuna getmiş, orada saat 15:00 radələrinə qədər olmuşdur. Bundan sonra saat 15:30 radələrində evə qayıtmışdır. Cabir evdə olmamışdır. Saat 22:15 dəqiqədə domofon səsini eşitmiş, bundan sonra qapını açmaq üçün düyməni basmış və mətbəxə qayıtmışdır. O, mətbəxə daxil olan zaman güllə səsinə oxşayan təxminən 6 dəfə şaqqıltı səsi eşitmişdir. O, nə baş verdiyini öyrənmək üçün pəncərəyə tərəf qaçmış, zalın pəncərəsini açmış və Cabiri al-qanın içərisində 6 saylı giriş blokunun qarşısında uzanıqlı vəziyyətdə görmüşdür. O, qorxduğu üçün pəncərəni bağlamış, çömbəlmiş və pəncərədən həyətə baxmışdır. O, görmüşdür ki, onların evin həyətində, məhz Kubinskiya küçəsi, ev 68, 6 blokun yanında, böyük ağacın gövdəsinin arxasında (bu ağac Lenin prospekti, 148 nömrəli evin, 2-ci korpusunun, 6 saylı giriş ilə üzbəüz təxminən 10-15 metr aralı məsafədə yerləşir) iki kişi əyləşmiş və onlar qara paltar geyinmişdir. Onların paltarında hər hansı bir yazı və ya xüsusi nişanlar olmamışdır. Onların əllərində heç nə görməmiş, çünki hava qaranlıq olmuşdur. Daha sonra o, Kubinskaya küçəsi, ev 68 binanın yanına qara rəngli, pəncərələri plyonka ilə örtülmüş və təkərlərində qara diskləri olan, dövlət nömrəsi 606 olan, “İnfiniti” markalı avtomobilin yaxınlaşdığını görmüşdür. Ağacın yanında olan iki kişi avtomobilə yaxınlaşaraq arxa oturacaqda əyləşmiş və bundan sonra avtomobil yüksək sürətlə həyətdən çıxmağa başlamışdır. Bütün baş verənlər cəmi 1 dəqiqə ərzində baş vermişdir. Daha sonra o, sürətlə əynini dəyişmiş və aşağı düşmüşdür. Blokdan çıxanda Cabirin meyitinin yanında birinci mərtəbədə yaşayan qadının dayandığını görmüşdür. Onlar söhbət etməyə başlamış və təxminən 5-10 dəqiqədən sonra Sankt-Peterburq şəhəri, Kubinskaya küçəsi, 68 və 66 evin arasından böyük sürətlə həmin “İnfiniti” markalı avtomobil keçmişdir. Bu avtomobil bir neçə dəqiqəlik Sankt-Peterburq şəhəri, Kubinskaya küçəsi, 68 saylı evin yanında dayanmış və bundan sonra yenidən böyük sürətlə Lenin prospekti, ev 150, korpus 2 tərəfə sürətlə hərəkət etməyə başlayıb gözdən itmişdir. Daha sonra təcili yardım həkimləri və polis əməkdaşları gəlmişlər; Şahid8 əlavə dindirilərkən ifadəsində göstərmişdir ki, əvvəlki ifadəsində “VAZ” markalı avtomobillə qara rəngli “İnfiniti” markalı avtomobili səhv salmış, çünki avtomobilin nömrəsini, demək olar ki, düzgün qeyd etmişdir. Həmin an o, çox qorxmuş, böyük sarsıntı keçirərək stres içində olmuşdur. Yəqin ki, avtomobilləri ona görə səhv salmış, çünki əvvəllər oxşar vəziyyədə olmamışdır. Həmçinin, iki kişi barəsində danışanda da nəyi isə səhv salmış, çünki maşına yalnız bir qatil əyləşmişdir. Ola bilsin ki, o, əvvəlcədən nəyi isə düzgün qeyd etməmiş, çünki, daimi onu görməsinlər deyə pəncərəinin altına əyilmiş və ola bilsin ki, həmin anda nəyi isə görməmiş və ya gördüklərini düzgün anlamamışdır (14-cü cild iş vərəqi 70-80). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Sankt-Peterburq şəhəri, Lenin prospekti, ev 148, korpus 2, mənzil 55, blok 6 ünvanında 3-cü mərtəbədə yaşayır. Mərhum Zərərçəkmiş şəxs Lenin prospekti, 148 nömrəli evin, 2-ci korpusunun, 58 nömrəli mənzilin sakini kimi tanıyır. Cabir dördüncü mərtəbədə yaşamışdır. xx.xx.2017-ci il tarixdə saat 17:15 radələrində evdən çıxmış, o, yaşadığı evin blokundan çıxan zaman 6 saylı girişin yaxınlığında üzü Lenin prospektinə tərəf bənövşəyi rəngli “VAZ 21103” markalı “K660CH47” dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşdür. Həmin avtomobilin yanında “Reno Laquna” markalı avtomobil dayanmışdır. O, “VAZ 21103” markalı avtomobilə diqqət yetirmiş, belə ki bu avtomobilin sağ qapısından siqaret tüstüsü qalxmışdır. O, blokun yanında dayanmış və 2 ədəd “göy vinston” siqareti çəkmiş, kötükləri isə yerə atmışdır. Avtomobil bütünlüklə tonirovka“ olunmuşdur. Avtomobilin arxa şüşələri ön şüşələrindən fərqli olaraq daha çox “tonirovka” olunmuşdur. Bundan sonra o, piyada Sankt-Peterburq şəhəri, Lenin prospekti, ev 148, korpus 2, mənzil 148 ünvanına tərəf hərəkət etmişdir. Avtomobilin yanından keçən zaman sürücü oturacağında bir nəfər kişinin əyləşdiyini görmüşdür. Həmin şəxs kürsünü arxaya tərəf çəkməklə yarımuzanıqlı vəziyyətdə olmuş, buna görə də həmin şəxsin üzünü görə bilməmişdir. Həmin gün hava günəşli olmuş, avtomobilin şüşələri “tonirovka” olmasına baxmayaraq salonu aydın şəkildə görünmüşdür. Həmin şəxs əllərini qarnı üstündə tutmuş və onun əlində qara rəngli siqaret qutusu olmuşdur. Avtomobildə daha keç kim olmamışdır. Bundan sonra o, işlərinin dalınca getmişdir. Həmin gün saat 21:50 radələrində evə qayıdan zaman həmin avtomobili eyni yerdə görmüşdür. Avromobilin mühərriki işlək vəziyyətdə olmuşdur. Həmin vaxt hava artıq qaranlıq olmuş və buna görə də nə baş verdiyini görməmişdir. “VAZ 2110” markalı avtomobil ilə üzbəüz “Lada Qranta” markalı M133YE178 dövlət qeydiyyat nişanlı avtomobil dayanmışdır. O, pilləkənlə evə qalxmış, blokun işığını yandırıb yaşadığı mənzilə daxil olmuş, əynini dəyişmiş və mətbəxdə şam yeməyi yemişdir. Mətbəxin pəncərələri evin həyətinə açılır və pəncərədən blokun yanında dayanan “VAZ 2110” markalı avtomobili görmüşdür. Ertəsi gün, yəni 29 aprel 2017-ci il tarixdə uzun müddət tıxacda qalmamaq üün saat 05:00 radələrində həyat yoldaşı ilə birlikdə evdən çıxıb bağa getməli idi. O, “VAZ 2110” markalı avtomobilə diqqət yetirmiş, çünki bu avtomobili əvvəllər həyətində heç vaxt görməmiş və kiminsə bütün günü avtomobildə oturması ona şübhəli gəlmişdir. O, elə zənn etmişdir ki, bu oğrudur və sakinlərdən birinin bağa getməsini gözləyir. O, şam yeməyi zamanı həyat yoldaşına demişdir ki, əgər “VAZ 2110” markalı avtomobil səhər saat 05 radələrinə qədər həyətdə dayanarsa, o zaman onlar bağ evinə getməyəcəklər. Çünki, o, evdə qalan əmlakına görə narahat olmuşdur. Saat 22:15 radələrində evdə olan zaman ən azı 5 atəş səsi eşitmişdir. Həmin vaxt həyat yoldaşına yerə uzanmasını demiş, çünki onun həyatına görə narahat olmuşdur. Onun həyat yoldaşı pəncərənin yanında oturmuş, jalüzi aşağı düşdüyündən küçədə nə baş verdiyini görməmişdir. Həyat yoldaşı döşəməyə uzanmış, o, isə yataq otağına qaçmış, çünki orada da pəncərələr həyətə baxmışdır. Atəşlərin açılmasından təxminən 10-15 dəqiqədə sonra o, pəncərəyə baxanda görmüşdür ki, “VAZ 21103” markalı avtomobil sürətlə hərəkətə başlamış və hərəkətdə olan zaman yolun kənarında dayanmış vəziyyətdə olan “Lada Qranta” avtomobili sürtüb keçmişdir. Bundan sonra həmin avtomobil Lenin prospekti istiqamətinə doğru hərəkət etmişdir. Bu həmin “VAZ 21103” markalı “K660CH47” dövlət qeydiyyat nişanlı, bənövşəyi rəngdə avtomobil olmuşdur. Təxminən iki dəqiqə sonra saatda baxanda saat 22.15 dəqiqə göstərmişdir. Bundan sonra hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları gəlmişlər. O, bənövşəyi rəngdə “VAZ 21103” markalı avtomobili bir daha həyətdə görməmişdir (14-cü cild iş vərəqi 89-92). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid10 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs Lenin prospekti, 148 nömrəli evin, 2-ci korpusunun, 58 nömrəli mənzilin sakini kimi tanıyır. Belə ki, dəfələrlə onu binanın həyətində görmüşdür. Cabirin avtomobili olmamışdır. xx.xx.2017-ci il tarixdə saat 22:00 radələrində ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs yaşadığı binanın qarşısında qətlə yetirilmişdir. xx.xx.2017-ci il tarixdə saat 20 radələrində ona məxsus idarə etdiyi “Kraysler Sebrinq” markalı, “A292BM178” dövlət qeydiyyat nişanlı avtomobili ilə işdən çıxaraq evə getmiş, saat 20:20 dəqiqədən gec olmayaraq evə çatmışdır. O, avtomobilini Lenin prospekti, ev 148, korpus 2 ünvanında öz evinin yaxınlığında saxlamış, bundan sonra yaşadığı binanın giriş blokuna tərəf piyada gedərkən “VAZ 2110” markalı avtomobil görmüş, avtomobil tünd-göy və ya bönövşəyi rəngdə olmuş, ön və arxa şüşələri demək olar ki, yüz faiz tonnaj (tonirovka) olunmuşdur. Avtomobilin pəncərələri bağlı vəziyyətdə olmuşdur. Avtomobil üzü Lenin prospekti, 148 nömrəli evin, 2ci korpusunun həyət yoluna tərəf olmaqla zibil konteynerin yanında dayanmışdır. Avtomobildə qafqaz milliyyətindən olan şəxs əyləşmiş və əynində kapüşonlu tünd gödəkcə olmuşdur. Həmin şəxsin sifətini yaxşı görə bilməmişdir. Həmin şəxs avtomobildə sürücü kürsüsündə tək əyləşmişdir. Avtomobil köhnə olmuş, aşağı hissəsində qara rəngli zolaq olmuşdur. Sözügedən avtomobilin bu tip marka və modelli avtomobillərdən digər fərqləri olmamışdır. O, bu avtomobilə diqqət yetirmiş, çünki o yerli avtomobil olmamış və əvvəllər onu evin həyətində görməmiş, çünki binanın həyətində dayanan bütün avtomobilləri demək olar ki, tanıyır. O, “VAZ 21103” markalı avtomobilin yanından keçərkən sürücü kürsüsündə oturan şəxsin diqqətlə evin keçidinə tərəf baxdığını görmüş, bu isə onun diqqətini cəlb etmişdir. Həmin şəxsin diqqəti telefonda olmamış və onun mobil telefondan istifadə etdiyini görməmişdir. Bundan sonra o, bloka daxil olub evə qalxmışdır. Həmin gün o, küçəyə çıxmamış və həmin avtomobilin həyətdə dayanıb-dayanmadığına fikir verməmişdir. xx.xx.2017-ci il tarixdə saat 10:30-dan saat 10:45-dək evdən çıxmış və öz avtomobili ilə Lenin prospekti, ev 148, korpus 2 ünvanına dostu Oleq Roqaçovun yanına getmişdir ki, əşyaları avtomobilə yığmaqda ona kömək etsin, çünki onun anası köçürmüş. Evdən çıxan zaman “VAZ 21103” markalı avtomobili görməmişdir. O, dostunun yanına gedib-gəldikdən sonra saat 12:22 dəqiqədə həyat yoldaşına zəng vurub danışmış, təxminən qeyd olunan vaxtda evə yaxınlaşdıqdan sonra yenidən evin yanında “VAZ 21103” markalı avtomobili görmüş, avtomobildə qafqaz millətindən olan həmin oğlan oturmuşdur. Avtomobil yenə zibil konteynerinin yanında dayanmışdır. Avtomobildə əyləşən şəxs evin blokuna tərəf diqqətlə baxmağa davam etmişdir. O, bloka daxil olub evə qalxmışdır. Evdə o, 7 dəqiqədən artıq olmamış və bundan sonra həyat yoldaşının yanına işə getmişdir. Evdən çıxan zaman “VAZ - 2110” markalı avtomobil həmin yerdə zibil konteynerinin yanında dayanmışdır və həmin oğlan maşında əyləşərək evin blokuna tərəf baxmağa davam etmişdir. Həyat yoldaşının iş yerində saat 17:00-dək olmuş, saat 18:00dək isə evə qayıtmışdır. O, evə çatan zaman görmüşdür ki, “VAZ 21103” markalı avtomobil yerini dəyimiş, artıq Lenin prospekti, 148 nömrəli evin, 2-ci korpusunun, 6 saylı girişinin qarşısında dayanmışdır. Avtomobilin ön tərəfi Lenin prospektinə tərəf olmaqla Kubinski küçəsinə paralel vəziyyətdə dayanmışdır. Avtomobilin içərisində əvvəl gördüyü şəxs olmuş, yenə də binanın içərisinə kimin girib-çıxmasına diqqətlə baxmışdır. Bundan sonra o, evə getmiş və pəncərədən baxıb həmin avtomobili izləməmişdir. İndiyə qədər bu avtomobili həyətdə görməmişdir. xx.xx.2017-ci il tarixdə saat 22:10 radələrində o, evin küçəsindən azı 5 dəfə atəş səsi eşitmişdir. Əvvəlcədən düşünmüşdür ki, bu atəşfəşanlıqdır və buna görə də heç pəncərəyə baxmamışdır. Təqribən saat 23:10 radələrində küçəyə çıxanda çoxlu sayda polis və təcili tibbi yardım əməkdaşların, eləcə də Leninski prospekti, 148 nömrəli evin 6 saylı girişinin yanında Zərərçəkmiş şəxs meyitini görmüşdür. O, polis əməkdaşlarından burada nə baş verdiyini soruşduqda ona demişlər ki, Zərərçəkmiş şəxs qətlə yetirmişlər (14-cü cild iş vərəqi 93-98). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Sankt-Peterburq şəhəri, Kubinskaya küçəsi, ev 68, mənzil 51 ünvanında Lenin prospektində yerləşən 148 nömrəli bina ilə üzbəüz yaşayır. Onun mənzilin pəncərələri bu binaya baxır. Onun 6 saylı blokunun qapısı qeyd olunan binanın 6 saylı blokunun qapısına baxır. Bu evlər arasındakı məsafə təxminən 30-40 metrdir. 28 aprel 2017-ci il tarixdə o, bütün günü evdə olmuşdur. Axşam saatlarında yatmış və təxminən saat 22 radələrində yuxudan oyanmışdır. O, birinci mərtəbədə yaşayır və mətbəxin pəncərəsində ərazaqların soyudulması üçün nəzərdə tutulmuş metal yeşik vardır. O, yeşikdən sərin su götürmək üçün pəncərəni açan zaman təxminən 4 dəfə atəş səsləri eşitmiş, lakin buna diqqət yetirməmiş, çünki uşaqlar həyətdə tez-tez fişəng partladırlar. O, suyu stəkana doldurmaq istəyəndə 6 saylı blokun qapısından bir nəfər kişinin uzaqlaşdığını, həmin blokun yanında dayanan tünd rəngli avtomobilə əyləşdiyini, Lenin prospektinə doğru hərəkət etdiyini görmüşdür. Həmin avtomobil yaxınlıqda dayanan digər avtombili sürtüb keçmişdir. Təqribən 10-15 dəqiqədən sonra 6 saylı blokun yanında təcili tibbi yardım avtomobili və polis əməkdaşlarını görmüşdür. O, küçəyə çıxmamış, həmin gecə onun yanına polis əməkdaşları gəlmiş və onlarlar barədə danışmışdır. Dəqiq deyə bilər ki, blokdan 1 kişi uzaqlaşmış və qara rəngli maşına əyləşib getmişdir. Polis əməkdaşlarından ona məlum olmuşdur ki, qətl hadisəsi törədilmişdir (14cü cild iş vərəqi 99-102). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid12 ifadəsində göstərmişdir ki, 2016-cı ilin noyabr ayından 2017-ci ilin avqust ayına kimi Sankt-Peterburq şəhəri, Lenin prospekti, ev 81, korpus 1 ünvanında yerləşən “Na Brestskom” adlanan mini-oteldə inzibatçı çalışmışdır. O, sutkalıq qrafikə əsasən işləmiş, bir sutka işləmiş, 3 sutka istirahət etmişdir. Onun iş günü saat 09.30 dəqiqədə başlanıb növbəti gün qeyd olunan vaxtda başa çatmışdır. Oteldə yer tutmaq üçün vətəndaş otelə müraciət edərək pasportunu təqdim edir, bundan sonra şəxsin pasport məlumatları kompüterə daxil edilərək anket tərtib olunur və oraya şəxsin anket məlumatları daxil edilir, anketdə şəxsin otelə gəldiyi və çıxdığı vaxt qeyd olunur. Daha sonra vətəndaş otelin xidmətlərini ödəyir. Anket şəxsin oteldə qaldığı müddət ərzində saxlanılır, daha sonra inzibatçı tərəfindən şirkətin ofisinə ötürülür. Əgər daxil olan insan Rusiya Federasiyasının vətəndaşıdırsa və Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə qeydiyyata alınmışdırsa, o zaman onun qaldığı yer üzrə qeydiyyat aparılmır. Əgər şəxs Rusiyanın digər sibyektlərindən gəlmişdirsə, o zaman otelin inzibatçısı məlumatları federal miqrasiya xidmətinə göndərir və burada şəxs avtomatik olaraq yaşadığı yer üzrə qeydiyyata alınır. Əgər gələn şəxs digər dövlətin vətəndaşıdırsa, o zaman inzibatçı pasportun, vizanın, miqrasiya kartının əslini və digər sənədlərin surətini çıxarır, skan edir və bundan sonra federal miqrasiya xidmətinə göndərilir. Beləliklə, onlar həm Rusiya vətəndaşlarını, həm də digər dövlətlərin vətəndaşlarını yerləşdirə bilərlər və xarici vətəndaşların sənədlərinin tərtib olunmasında heç bir çətinlik yoxdur. “Na Brestkom” otelində olan məlumatlara əsasən Şahid2 xx.xx.2017-ci il tarixdə saat 04:45 dəqiqədə həmin oteldə yer tutmuşdur. Həmin gün o, növbədə olmalı E.A.Xayrulinanın yerinə işləmişdir. O, sənədləri tərtib etmiş və nömrənin açarını vermişdir. Həmin gündən uzun müddət keçdiyindən nə Şahid2, nədə ki, Təqsirləndirilən şəxs xatırlamır. Əgər Şahid2 nömrəni öz adına almışdırsa deməli ona oteldə qalacağını demişdir. Ola bilsin ki, Nazim bundan sonra oteli sadəcə tərk etmiş və orada Təqsirləndirilən şəxs yaşamışdır. Əgər oteldə Təqsirləndirilən şəxs yaşayırdısa, o zaman o, bunu başa düşməmiş, çünki onun üçün bütün qafqazlılar eyni sifətdədir. Onlar Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs adına otel nömrəsini asanlıqla sənədləşdirə bilərdilər və onun vətəndaşlığı maneə ola bilməzdi. Düşünür ki, onlar bunu bilə-bilə etmişlər ki, oteldə Təqsirləndirilən şəxs haqqında məlumatlar qalmasın (14-cü cild iş vərəqi 111-115). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş X47 Şahid12 ifadəsinə və işin fatiki hallarına uyğun ifadə vıermşidir (14-cü cild iş vərəqi 128-130). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid13 oğlu ifadəsində göstərmişdir ki, həyat yoldaşı ilə birlikdə Moskva şəhəri, Stavropolsakaya küçəsi, ev 32, mənzil 196 ünvanında yaşayır. Özü əslən Masallı rayonunun Bədəlan kəndindəndir. 09 mart 2018-ci il tarixdə o, Bakı şəhərinə “Novruz” bayramını qeyd etməyə getmişdir. Onun istifadəsində 8-***-***-**-** və 8-***-***- **-** saylı mobil nömrələr vardır. Şahid2 həmkəndlisi kimi tanıyır. Nazim Sankt-Peterbuq şəhərində yaşayır, meyvə ticarəti ilə məşğuldur. Nazimim qardaşı Nicat onun sinif yoldaşıdır. Sankt-Peterburq şəhərinə gələn zaman adətən Nazimlə kafedə görüşmüş, eləcə də Nazim Moskva şəhərinə gələndə görüşmüşlər. 2017-ci ildə Nazimin istifadəsində ağ rəngli “BMW X5” markalı avtomobil olmuşdur. xx.xx.2017-ci il tarixdə öz bank kartından Şahid2 kartına 49.500 rubl, xx.xx.2017-ci il tarixdə “Kolibri” təcili pul köçürmə yolu ilə Şahid2 adına 230.000 rubl pul göndərmişdir. Bundan əlavə, xx.xx.2017-ci il tarixdə həmkəndlisi Şahid14 məxsus bank kartından Şahid2 hesabına 60.000 rubl pul göndərmişdir. Lakin həmin pulu kimdən aldığını və hansı şəraitdə köçürdüyünü xatırlamır. Yəqin ki, Nazim xahiş etdiyi üçün pulu ona göndərmişdir. Nazim dediyi kimi ola bilsin ki, həmin pulu tanımadığı şəxsdən alıb Nazimə göndərmişdir. Göndərdiyi pulun hansı məqsədlər üçün nəzərdə tutuduğunu bilməmişdir. Nazim bu barədə ona heç nə deməmişdir. Zərərçəkmiş şəxs 28 aprel 2017-ci il tarixdə öldürülməsi hadisəsi ilə bağlı hər hansı məlumatı yoxdur. Şahid2 qohumlarından öyrənmişdir ki, o, hasınsa cinayətdə əlbir olduğu üçün saxlanılmışdır. Bu cinayətə onun heç bir aidiyyatı yoxdur (14-cü cild iş vərəqi 139-142). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid14 Şahid13 ifadəsinə və işin fatiki hallarına uyğun ifadə vermişdir (14-cü cild iş vərəqi 149-152). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş X28 ifadəsində göstərmişdir ki, təxminən 10 il əvvəl o, “Bilayn” mobil operatoruna məxsus 8-***-***-**-** saylı mobil nömrədən istifadə edir. Həmçinin o, “Tele-2” mobil operatoruna məxsus 8-***-***-**-** saylı mobil nömrədən təxminən 2 ildir ki, istifadə edir. O, heç vaxt adına 8-***-***-**-** saylı nömrəsini 2017-ci ildə sənədləşdirməmiş, çünki 2017-ci ildə artıq iki il olmuşdur ki pasportunda qeydiyyatda olduğu ünvanı dəyişmişdir. Düşünür ki, 2017-ci ildə kimsə köhnə pasport məlumatlarından istifadə edərək mobil nömrəni onun adına sənədləşdirmişdir. Həmin nömrənin kimin tərəfindən və necə adına sənədləşdirilməsi haqqında heç bir məlumatı yoxdur. Şahid2 tanımır, ümumiyyətlə azərbaycanlılar arasında heç bir tanışları yoxdur (14-cü cild iş vərəqi 171-173). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş X39 ifadəsində göstərmişdir ki, Şahid2 onun qayınatasıdır. 2017-ci ildə istifadəsində “Bilayn” mobil operatoruna məxsus 8-***-***-**-** saylı mobil nömrə olmuşdur. İstintaq zamanı ondan götürülmüş “Samsung” markalı mobil telefon cihazına baxış keçirilmişdir. Baxış zamanı telefonun yaddaşında Bilayn mobil operatoruna məxsus 8-***-***-**-** saylı mobil nömrənin fotoşəkili aşkar olunmuşdur. O, heç vaxt həmin nömrədən istifadə etməmişdir. Bu fotoşəkli Şahid2 ona görə göndərmişdir ki, o, həmin nömrəyə kontur yükləsin. Bu nömrədən Şahid2 özü istifadə etmişdir (14-cü cild iş vərəqi 102-106). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid15 ifadəsində göstərmişdir ki, o, Sankt-Peterburq şəhəri, Lenin prospekti, ev 148, korpus 2, mənzil 50, blok 5 ünvanında yaşayır. xx.xx.2017-ci il tarixdə saat 17:00 radələrində ona qızı X29 zəng vuraraq demişdir ki, onun “KİA Sportage” markalı M405YP98 dövlət qeydiyyat nişanlı avtomobilin içərisində quraşdırılmış kamera qurğusunun yaddaşında olan görüntülərlə polis əməkdaşları maraqlanırlar. Həmin vaxt o, işdə olmuş və qızına “Unut!”-deyə cavab vermiş və vidalaşmışlar. Bundan sonra onun böyük qızı X21 “Fontanki” saytında Sankt-Peterburq şəhəri, Lenin prospekti, ev 148, korpus 2 ünvanında Azərbaycan vətəndaşının qətli ilə bağlı məqalə oxumuşdur. Qızı bu barədə ona danışmış və təxminən 5 dəqiqə sonra mənzilin domofonuna polis əməkdaşları zəng vurmuş, o, onlara qapını açmış və onlar mənzilə qalxmışlar. Polis əməkdaşları 148 nömrəli evin 2-ci korpusunun yanında qətl hadisəsinin baş verdiyini bildirib onun avtomobilində quraşdırılmış videoregistratorda olan görüntülərə baxmaq istədiklərini söyləmişlər. Bundan sonra, polis əməkdaşları ilə birlikdə avotmobilinə tərəf düşmüş və onlara kamera görüntülərini göstərmişdir. Onlar video görüntüyə baxdıqdan sonra bildirmişlər ki, o, həmin görüntüləri təqdim etmək üçün istintaq şöbəsinə gəlməlidir. Kamera qurğusunun yaddaşında olan video görüntünü təqdim etməyə hazırdır. xx.xx.2017-ci il tarixdə saat 09:30 radələrində o, avtomobili ilə yaşadığı Lenin prospekt 150 nömrəli evin, 2-ci korpusunun, 5-ci blokundan çıxmışdır. Lenin prospekti, 148 ilə 150 nömrəli evlərinin tinində zibil qutusu yerləşmiş və orada onun videoregistratoru bənövşəyi rəngdə “VAZ2110” markalı avtomobili çəkmişdir. O, bu avtomobili xatırlamır və ona diqqət yetirməmiş, həmin avtomobili daha görməmişdir (14-cü cild iş vərəqi 192-194). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid16 ifadəsində göstərmişdir ki, 2003-cü ildən etibarən DİO-da xidmət edir. 2007-ci ildən hazıradək Rusiya DİN-in Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə Baş İdarəsinin 2 saylı şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayoru rütbəsindədir. xx.xx.2017-ci il tarixdə Sankt-Peterburq şəhəri, Lenin prospekti, ev 148, korpus 2, 6 saylı blokun qarşısında Zərərçəkmiş şəxs güllələnmişdir. Hadisə yerində güllələr və gilizlər aşkar olumuşdur. Binanın sakinləri bildirmişlər ki, qətl hadisəsindən bir-iki gün əvvəl binanın yaxınlığında bənövşəyi rəngdə “VAZ 21103” markalı K660CH47 dövlət qeydiyyat nişanlı avtomobil durmuş, qətli törətmiş bir nəfər şəxs isə həmin avtomobilə əyləşərək hadisə yerindən qaçmışdır. Qətlin sifarişlə törədilməsi ehtimal edildiyindən kompleks əməliyyat-axtarı tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs Sankt- Peterburq şəhəri, Lenin prospekti, ev 148, korpus 2, mənzil 58 ünvanında yaşamış, həmin mənzili ona “Lotu Quli” kimi tanınan qanuni oğru Nadir Səlifovun qohumu Şahid7 vermişdir. Nadir Səlifov son 20 il ərzində Azərbaycan Respublikasında cəza çəkmişdir. Həmçinin müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs Sankt-Peterburq şəhərində özünü Qulinin adamı kimi qələmə vermişdir. Son illər ərzində “Lotu Quli” ilə kriminal aləmdə “Rövşən Lənkəranski” kimi tanınan Rövşən Canıyev arasında münaqişə olmuş, sonuncu 2016-cı ilin avqust ayında Türkiyədə killerlər tərəfindən qətlə yetirilmişdir. Həmin cinayət hazıradək açılmamışdır. Rövşən Lənkəranskinin ölümündə onun yaxın adamları “Lotu Quli”ni və onun tərəfdaşlarını günahlandırmışlar. Rövşən Lənkəranskinin qətlindən sonra son illər ərzində müxtəlif ölkələrin ərazisində bir sıra sifariş qətli törədilmiş və bu qətllərin nəticəsində “Lotu Quli” ilə münasibətdə olan adamlar öldürülmüş, bununla da Rövşən Canıyevin qətlinə görə “Lotu Quli”dən intiqam alınmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs 2017-ci ildən Sankt- Peterburq şəhərində yaşamış, “Apraksin dvor” adlanan bazarında spirtli içki və narkotik vasitələrin təsiri altında “Rövşən Lənkəranskinin” qətlində iştirak etdiyini demişdir. Beləliklə, onlar belə bir qənaətə gəlmişlər ki, zərərçəkmiş Zərərçəkmiş şəxs qisas niyyətilə Rövşən Lənkəranskinin adamları tərəfindən qətlə yetirilmişdir. Hadisə yerində mərhum Zərərçəkmiş şəxs telefonunda xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs məxsus pasportunun fotoşəkli aşkar olunaraq götürülmüşdür. Müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə Bakı şəhərindən Moskva şəhərinin “Domodedovo” hava limanına, oradan da Sankt-Peterburq şəhərinin “Pulkovo” hava limanına uçub gəlmiş və orada Şahid2 ilə görüşmüşdür. Şahid2 mülkiyyətində “BMW X5” markalı P735TC77 dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Əməliyyat-axtarış tədbirləri ilə müəyyən olunmuşdur ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2017ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs +7-***-***-**-** saylı, Şahid2 isə +7-***-***-**-** saylı mobil nömrələr istifadə etmişlər. Bu zaman danışıqlar onların bir-biriləri ilə, eləcə də, Azərbaycan Respublikasında qeydiyyata alınan abunəçilər arasında olmuşdur. Şahid2 qeyd olunan nömrəni **********57790 saylı İMEİ terminalında istifadə etmiş, həmin İMEİ kodda əvvəllər Şahid2 kürəkəni Şahin Rzayevin +7-***-***-**-** saylı mobil nömrəsi istifadə olunmuşdur. 13-xx.xx.2017-ci il tarixlərdə Şahid2 özünə məxsus “BMW” markalı avtomobili ilə Təqsirləndirilən şəxs Moskva şəhərinə aparmış, sonuncu oradan Azərbaycan Respublikasına uçmuşdur. xx.xx.2017-ci il tarixdə Təqsirləndirilən şəxs 401-TK aviareysi ilə Türkiyənin İstanbul şəhərindən Sankt-Peterburq şəhərinin “Pulkovo” hava limanına uçub gəlmişdir. xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində + 7-***-***-**-** saylı, Şahid2 istifadəsində isə + 7-***- ***-**-** saylı mobil nömrələr olmuşdur. Bu zaman danışıqlar onların bir-biriləri ilə, eləcə də, Azərbaycan Respublikasında qeydiyyata alınan abunəçilər arasında olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə saat 22:10 dəqiqədə yalnız Şahid3 istifadəsində olan +7-***-***-**-** saylı mobil ilə əlaqə yaratmış, həmin bağlantıdan sonra Şahid2 istifadəsində olan +7-***-***-**-** nömrə ilə Şahid3 arasında mütəmadi telefon danışıqları aparılmışdır. Təqsirləndirilən şəxs istifadəsində olmuş +7-***-***-**-** saylı mobil nömrəsi xx.xx.2017-ci il tarixdə saat 14:12-dən xx.xx.2017-ci il tarixdə saat 18:45dək, xx.xx.2017-ci il tarixdə saat 10:47-dən xx.xx.2017-ci il tarixdə saat 22:11-dək olan müddət ərzində Sankt-Peterburq şəhəri, Lenin prospekti, ev 160 baza stansiyasının, yəni cinayətin törədildiyi yeri əhatə edən zonasında qeydə alınmışdır. Şahid3 +7-***-***-**-** saylı mobil nömrədən aparılmış danışıqlar təhlil olunarkən müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixdə saat 23:00 radələrində o, Təqsirləndirilən şəxs Qeroyev prospektindən götürmüş və bundan sonra onun nömrəsi Leninqrad vilayəti, Qatçinki rayonu, Divenski qəsəbəsi baza stansiyasının fəaliyyəti zonasında qeydə alınmışdır. Qeyd olunan vaxtdan sonra Şahid3 telefon nömrəsi Sankt-Peterburq və Leninqrad vilayətinin ərazisində yerləşən baza stansiyalarının fəaliyyəti zonasında xx.xx.2017-ci il tarixdə saat 00:09-dək qədər qeydə alınmışdır. Keçirilmiş genişmiqyaslı əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Şahid2 qətlin törədilməsi üçün Təqsirləndirilən şəxs rabitə, nəqliyyat, silah və digər zəruri vasitələrlə təmin etmişdir. Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə Sankt-Peterburq şəhəri, Lenin prospekti, ev 148, korpus 2 ünvanında bənövşəyi rəngli “VAZ 21103” markalı “K660CH47” dövlət qeydiyyat nişanlı avtomobildə olaraq saat 17:15 radələrindən saat 22:10 radələrinə kimi zərərçəkmişin yaşadığı binanın müşahidəsini aparmış, Zərərçəkmiş şəxs gəldikdən sonra üzərində olan 9 mm kalibrli tapançadan ona 5 dəfədən az olmayaraq atəş açmışdır. Qətli törətdikdən sonra Təqsirləndirilən şəxs Lenin prospekti, ev 55, korpus 2 ünvanına getmiş və «VAZ- 21103» markalı avtomobili orada saxlamışdır. Hadisə yerindən Təqsirləndirilən şəxs Şahid3 zəng vurmuş, sonuncu isə xx.xx.2017-ci il tarixdə avtomobili ilə Təqsirləndirilən şəxs Belorusiya Respublikasına aparmışdır. Həmin gün saat 22:24-də Təqsirləndirilən şəxs Minsk Milli hava limanından Bakı şəhərinə uçmuşdur. Rusiya Federasiyası İstintaq Komitəsinin Sankt-Peterburq şəhəri üzrə Baş istintaq idarəsinin əməkdaşları ilə birlikdə keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Şahid2 şübhəli şəxs tutulması barədə qərar qəbul olunmuşdur. xx.xx.2017-ci il tarixdə 2 saylı şöbəsinin baş əməliyyat müvəkkilləri D.V.Qromov, K.İ.Suldin ilə birlikdə Sankt - Peterburq şəhəri və Leninqrad vilayəti üzrə Rosqvardiyanın “Qranit” Bİ-nin SOBR döyüşçülərinin dəstəyi ilə Şahid2 saat 07:05-də saxlanılmışdır. Bundan dərhal sonra Şahid2 Rusiya DİN-in Sankt-Peterburq şəhəri və Leninrad vilayəti üzrə Baş idarəsinin inzibati binasına gətirilmişdir. Bundan sonra Şahid2 dindirmiş və sonuncu tərtib edilmiş izahatı imzalamışdır. Sorgu-sual zamanı Şahid2 bildirmişdir ki, o, 2017-ci ilin aprel ayının ilk günlərində Əfqan adlı tanışının xahişi ilə Sankt-Peterburq şəhərinin hava limanında Camalı qarşılamış, kafedə birlikdə olan zaman Camal ondan mobil telefon, avtomobil və silah tapmaqda kömək etməsini xahiş etmiş, anlamışdır ki, Camal kimisə öldürmək istəyir. Həmin gün o, Camalı mehmanxanada yerləşdirmiş, otağı öz pasportu ilə sənədləşdirmişdir. Növbəti gün “Yunona” adlanan bazarda onlar mobil telefonlar və sim-kartları almış, nömrələri naməlum şəxslərin adlarına sənədləşdirilmişlər. Daha sonra tanışı Sərvan vasitəsilə Şahid2 “Kontinent” ticarət mərkəzinin yanında 95.000 rubl məbləğində “VAZ” markalı avtomobil almış, həmin gün və ya ertəsi gün onlar avtomobilin şüşəsinin tündləşdirilməsini (tonirovka) aparmış, bundan bir neçə gün sonra o, Camala 2010-cu ildə tapdığı tapançanı patronları ilə birlikdə 150.000 rubl məbləğində satmış, bir neçə gündən sonra Camalı öz avtomobili ilə Moskva şəhərinə aparmış, təxminən bir həftə sonra Camal yenidən Sankt-Peterbuq şəhərinə gəldikdən sonra onu qarşılamış, onu Lenin prospektində dayanmış əvvəllər əldə etdiyi “VAZ” avtomobilin yanına aparmışdır. Yolda olarkən Camal ondan Belorusiya Respublikasına getmək üçün taksi sürücüsü tapmasını xahiş etmiş, bundan sonra o, tanışı Şahid3 zəng vurmuş və sonuncu da 15.000 rubl pul müqabilində onu Belorusiya Respublikasına aparmağa razılıq vermişdir. xx.xx.2017-ci ildə ona Camal zəng vuraraq təcili Belorusiyaya getməli olduğunu demiş, bundan sonra Şahid3 ilə zəngləşmiş və sonuncu Camalı Belorusiyaya aparmışdır. Şahid2 izahat verdikdən sonra Rusiya Federasiyası İstintaq Komitəsinin Sankt-Peterburq şəhəri üzrə Baş istintaq idarəsinin baş müstəntiqi ədliyyə mayoru V.V.Mazurenko, tərcüməçi və müdafiəçi gəlmişlər. Onların iştirakı ilə Şahid2 şübhəli şəxs qismində dindirilən zaman bildirmişdir, o həqiqətən özünü “Dadaş” kimi təqdim edən Camal Həsnova kömək etmiş, ona mobil telefon, sim-kart və avtomobil almaqda kömək etmiş, mehmanxanada yerləşdirmiş, otağı öz adına sənədləşdirmiş, lakin ifadələrini dəyişmiş, silahı və partonları Təqsirləndirilən şəxs satdığını təkzib etmişdir. Bunu Şahid2 törədilmiş cinayətdə öz rolunu azaltmaq və məsuliyətdən yaxa qurtarmaq məqsədi ilə etmişdir. Tanınma istintaq hərəkəti zamanı Şahid2 fotoşəkil üzrə Təqsirləndirilən şəxs tanımışdır. Həmin gün Şahid2 ifadəsi yerində yoxlanılmış, istintaq hərəkəti zamanı Şahid2 mobil telefonu, sim-kartı və “VAZ 21103” markalı avtomobili harada əldə etdiyini, “Dadaşı” hansı mehmanxanada yerləşdirdiyini əyani göstərmişdir. xx.xx.2017-ci il tarixdə Sankt-Peterburq şəhəri Oktyabrski rayon məhkəməsi tərəfindən Şahid2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Şahid2 şübhəli şəxs kimi tutularkən və onun iştirakı ilə aparılmış istintaq hərəkətləri zamanı ona qarşı heç kim fiziki zorakılıq və psixi təsir göstərməmiş, işgəncəyə məruz qalmamışdır. İfadənin yerində yoxlanılması zamanı çəkilmiş video görüntüdən görünür ki, Nazim özünü yaxşı hiss edir, gülür və baş verənlər haqqında könüllü ifadə verir. Beləliklə, Şahid2 ifadəsində saxlandığı gün ona qarşı zor tətbiq olunması ilə bağlı qeyd etdikləri yalan sözlər olmaqla özünü müdafiə etmək və məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıyır (15-ci cild iş vərəqi 42-46). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Rusiya DİN-nin Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə Baş İdarəsinin 2 saylı şöbəsinin əməliyyat müvəkkiləri X40, X22, X16 və X6 Şahid16 ifadəsinə və işin fatiki hallarına uyğün ifadələr vermişlər (15-ci cild iş vərəqi 47-60). Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid17 ifadə verərək göstərmşidr ki, Nüsrət Davudovu tanımış, Rusiya Federasiyasına kiminsə adına pul köçürməmiş, pul köçürülməsi üçün tapşırıq da verməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid17 ifadəsində göstərmişdir ki, həbs edilməmişdən əvvəl özünə məxsus “Mercedes Benz” markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə fərdi qaydada taksi sürücülüyü ilə məşğul olmuşdur. Oğlu Murad 2016-cı ildə Fariz adlı şəxsi qətlə yetirdiyinə görə Lənkəran Ağır cinayətlər məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və hazırda 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. 17 fevral 2021-ci il tarixdə o, Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “Neon” şadlıq sarayının həyətində olarkən “Bandotdel”in əməkdaşları tərəfindən tutulmuşdur. Bundan sonra istintaq aparılmış və Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 17 fevral 2021-ci il tarixdə “Neon” şadlıq sarayında olarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları onu şübhəli şəxs kimi saxlamışlar. Sonradan ona məlum olmuşdur ki, polis əməkdaşları həmin gün onunla yanaşı Təqsirləndirilən şəxs, Azər Şıxıyev və Aydın Aydınlı adlı şəxsləri tutmuşlar. O, Təqsirləndirilən şəxs, Azər Şıxıyev və Aydın Aydınlı adlı şəxsləri tanımır, onlarla heç bir münasibəti yoxdur. Həmin şəxslər çox güman ki, restorana müştəri kimi gəlmişlər. Tutulmamışdan öncə onlarla heç bir görüşləri və söhbətləri olmamışdır. Zərərçəkmiş şəxs, Şahid2, Şahid13 Mövsüm oğlu və Şahid14 tanımır, onlarla heç bir münasibəti olmamışdır. X25 tanıyır. Belə ki, Namiq Canıyev kriminal aləmdə “Rövşən Lənkəranski” kimi tanının mərhum Rövşən Canıyevin doğma qardaşıdır. Namiq Canıyev da onun kimi əslən Lənkəran rayonundan olsa da Bakı şəhərində yaşayır. O, Namiq ilə Lənkəran şəhərində eyni küçədə, yəni Ş.Xiyabanı küçəsində yaşayırlar. Qonşu kimi münasibətləri yaxşıdır. Namiqin əvvəllər “Keşlə” gömrük postunun rəisi işlədiyini, polkovnik rütbəsində olduğunu bilir. X38 nə işlə məşğul olduğunu, kimlərlə əlaqə saxladığını bilmir. O, heç vaxt Namiq Canıyevin sürücüsü işləməmiş, ümumiyyətlə Namiq Canıyevlə yaxın münasibəti, əlaqələri, iş birliyi olmamışdır. Zərərçəkmiş şəxs xx.xx.2017-ci il tarixdə Rusiya Federasiyası Sankt- Peterburq şəhəri, Lenin prospekti, 148 nömrəli evin 2-ci korpusunun 6 saylı girişinin qarşısında odlu silahdan açılmış atəşlər nəticəsində qəsdən öldürülməsi barədə heç bir məlumatı yoxdur. 2017-ci ilin aprel ayında Rusiya Federasiyasına heç kimə hər hansı bir formada pul vəsaiti göndərməmişdir. O, heç vaxt Şahid2 zəng edib ona Sankt-Peterburq şəhərində “Pulkovo” hava limanında Təqsirləndirilən şəxs qarşılamağı, şəhərdə qalması üçün ona mənzil tapmağı, eləcə də onu avtomobil, mobil nömrə və digər vasitələrlə təmin etməsini xahiş etməmiş, bunun üçün ona 340.000 rubl pul göndərməmişdir. O, Şahid2 adlı şəxsi tanımır. Zərərçəkmiş şəxs öldürülməsində onun heç bir iştirakı və ya əlaqəsi yoxdur. Həmin şəxsin kim(lər) tərəfindən qətlə yetirildiyini bilmir (24-cü cild iş vərəqi 138-142). Məhkəmə zamanı iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan xx.xx.2017-ci il tarixli tanınma protokolundan görünür ki, Təqsirləndirilən şəxs tanınma üçün Şahid2 təqdim edilmişdir. Şahid2 ona təqdim olunan fotoşəkillər arasından Təqsirləndirilən şəxs tanımış, məhz 2017-ci ilin aprel ayının 8-də onu Sankt- Peterbuq şəhərinin “Pulkovo” hava limanında qarşıladığını, onu “Na Brestskom” otelində yerləşdirdiyini, sonradan tanışı Sərvan Quliyev vasitəsilə ona bənövşəyi rəngli “VAZ 21103” markalı avtomobil və digər vasitələrlə təmin etdiyini, qohumu Şahid3 müraciət edərək Təqsirləndirilən şəxs Belarusiya Respublikasına aparmasını xahiş etdiyini bildirmişdir (cild 13 iş vərəqi 168-172). İşdə olan xx.xx.2017-ci il tarixli tanınma protokolundan və ona əlavə edilmş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs tanınma üçün Şahid3 təqdim edilmiş, sonuncu ona təqdim olunan fotoşəkillər arasından Təqsirləndirilən şəxs tanımış, məhz onu Belorusiyanın Minsk şəhərinə aparmaq üçün 2017-ci ilin aprel ayının 28-dən 29-a keçən gecə Sankt-Peterbuq şəhəri Lenin prospekti 55 ünvanında idarə etdiyi avtomobili ilə götürdüyünü, Minsk şəhərində Bakı şəhərinə uçmaq üçün özünə aviabilet aldığını və daşıma haqqı kimi ondan 200 ABŞ dolları və 2000 rubl pul aldığını göstərmişdir (14-cü cild iş vərəqi 31-34). Belə ki, məhkəmə-tibb ekspertizası üzrə 23 iyun 2017-ci il tarixli 238/2471-2 nömrəli ekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: yaralar (14) (1-14 kimi işarələnmiş yaralar): başın sağ təpə sahəsinin 1 nömrəli yarası; sol gicgah sahəsinin 2 nömrəli yarası; sol qulaqyanı çeynəmə sahəsinin 3 nömrəli yarası; sol qulaq seyvanın orta üçdə bir sahəsinin 4 nömrəli yarası; gövdənin arxa səthinin sol yarısının yuxarı 1/3 hissəsinin 5 nömrəli yarası; gövdənin arxa səthinin sol yarısının yuxarı 1/3 hissəsinin 6 nömrəli yarası; döş qəfəsinin arxa səthinin sol yarısının orta 1/3 hissəsinin 7 nömrəli yarası; göbək nahiyəsinin sol yarısının hissəsinin 8 nömrəli yarası; qarın nahiyyəsinin sağ yan sahəsinin 9 nömrəli yarası; qarının göbək nahiyyəsinin 10 nömrəli yarası, qarın nahiyəsinin sol yan nahiyyəsinin 11 nömrəli yarası, sol sağrı nahiyəsinin aşağı 1/3 hissəsinin 12 nömrəli yarası; sağ bud nahiyəsinin arxa səthinin yuxarı 1/3 hissəsinin 13 nömrəli yarası; sağ budun arxa səthinin yuxarı 1/3 hissəsinin 14 nömrəli yarası. 1,5,7,11,13 nömrəli yaralar giriş odlu silah yaralarıdır, bu yaraların dairəvi formada olması, yaraların mərkəzində qeyri-düz kənarlı defektin olması, defektin ətrafında sirkulyar kəmərlərin olması, yara divarlarını xaricdən içəriyə biçilməsi, yaranın kənarlarında liflərin olması ilə təsdiqlənir, yaralardan çıxan xəttli yara kanalları olması ilə, onların birinin uc hissəsində (1 nömərli yaradan) odlu silah-güllə aşkar edilib. 6,8,9,10,14 nömrəli yaralar çıxış yaralarıdır, bu da tədqiqatın cavabları və yaraların morfologiyası ilə təsdiq edilir. Belə ki, 6 nömrəli yara düzxəttli yara kanalı ilə 5 nömrəli odlu silah yarası ilə birləşir. 6 nömrəli yara deşikvari formalı idi, toxumanın defekti yox idi, yaranın kənarları ərplənməyib. 6 nömrəli yaranın yuxarıda göstərilən morfologiyası onun iki tərəfə keçən, odlu silahdan olduğunu təsdiqləyir. 8 nömrəli yara düzxəttli yara kanalı ilə 7 nömrəli odlu silah yarası ilə birləşir. Yara deşikvari formalı idi, toxumanın defekti yox idi. 8 nömrəli yaranın yuxarıda göstərilən morfologiyası onun iki tərəfə keçən, odlu silahdan olduğunu təsdiqləyir. 9 və 10 nömrəli yaralar düzxəttli yara kanalı ilə 11 nömrəli odlu silah yarası ilə birləşir. Yaralar P-şəkilli formadadır. 9 və 10 nömrəli kateqoriyası onların çıxış xüsusyyətini təsdiq edir. 14 nömrəli yara düzxəttli yara kanalı 13 nömrəli odlu yara ilə birləşir. Yara kənarları ərpsiz olan toxuma defekti görünüşlüdür. 14 nömrəli yaranın toxuma defekti onun çıxış xüsusiyyətlərinə zidd deyil və bud toxumalarından keçən yara kanalının bir qədər uzunluğu ilə izah oluna bilər. 2,3,12 nömrəli yaralar toxunub keçən yaralardır, bunu dəridə səthi zədələr olmaqla, onların uzun-oval forması təsdiqləyir. Bütün müəyyən edilmiş odlu silah yaraları odlu silahdan kompakt odlu silah-güllə nəticəsində əmələ gəliblər, bu da yaraların odlu silah xüsusiyyətləri ilə, onların formaları, ölçüləri ilə və həmçinin meyitin tədqiqatı zamanı 1 nömərli kanaldan yara kanalın uc hissəsində güllənin olması ilə təsdiqlənir. Tədqiqat zamanı 5 ədəd giriş yara (1,5,7,11,13) və üç toxunub keçən yara (2,3,12) aşkarlanmışdır. 2,3 və 4 toxunub keçən yaralar başın qonşu sahələrində, bir düz xəttin üstündə yerləşir və bir atəş nəticəsində əmələ gələ bilərdilər. 12 nömrəli toxunub keçən yara 13 və 14 nömrəli girən yaralar ilə bir düz parça üstündə yerləşir. Meyitin bədən səthində aşkar edilmiş odlu silah yaraları 6 atəş nəticəsində əmələ gəlmişdir. 1 nömrəli yaranın tədqiqatı zamanı mərkəzi defektdən başqa, iki əlavə defekt müəyyən olunmuşdur. Beləliklə, yara dairəsində güllənin vuran təsirindən başqa, dərinin cırılma şəkildə barıt qazların təsiri müəyyən edilmişdir. Bundan əlavə, kontakt metalloqrafiya metodu ilə tədqiqat zamanı 1 nömərli yara sahəsində, sürmənin yığılması üçün xas olan qırmızı rəngli rəngləmə izləri müəyyən olunmuşdur. Yaranın mikroskopiyası zamanı yaranın divarlarında və işıq gələn yerində və həmçinin yanaşı olan saçlarda his izləri müəyyən edilmişdir. Bütün bunlar belə qənaətə gəlməyə imkan verir ki, atəş yaxın məsafədən açılmışdır. Digər odlu silah yaraları sahəsində yaxın atəş əlamətləri aşkar olunmamışdır.Yara kanalların istiqaməti nəzərə alındıqda, meyitin üzərində müəyyən edilmiş odlu silah xəsarətləri atəşlərin aşağıdakı istiqamətləri ilə yaranmışdır: 1№-li yarayuxarıdan aşağı, soldan sağa 10 dərəcə bucaq altında; 5,6 №-li yaralar(iki tərəfə keçən yara kanalı ilə)-arxadan önə, aşağıdan yuxarı 10 dərəcə bucaq altında və soldan sağa 5 dərəcə bucaq altında; 12 nömrəli yara (keçən)-13 və 14 yaralar(iki tərəfə keçən yara kanalı ilə)- soldan sağa, yuxarıdan aşağı 20 dərəcə bucaq altında və 5 dərəcə bucaq altında arxadan önə. 2,3,4 nömrəli yaraların toxunub keçən yara olduğuna görə və onların giriş yaraların morfoloji xüsusiyyətləri olmadığına görə, onlar ya arxadan önə, aşağıdan yuxarı 15 dərəcəyə yaxın bucaq altında və 10 dərəcəyə yaxın bucaq altında soldan sağa və ya öndən arxaya, 15 dərəcəyə yaxın bucaq altında yuxarıdan aşağı və 10 dərəcəyə yaxın bucaq altında sağdan sola istiqaməti olan atəşlə yarana bilərdilər. 7 nömrəli girən yara və 8 nömrəli odlu silah yarası arasında olan yara kanalın, bədən daxilində bucaq altında birləşmiş iki düzxəttli parçası olduğundan, atəşin istiqaməti, 7 nömrəli girən yaradan yayılan yara kanalın düzxəttli parçasının istiqamətinə uyğu idi: arxadan önə, yuxarıdan aşağı 15 dərəcə bucaq altında və soldan sağa 5 dərəcə bucaq altında. Giriş odlu silah 11 nömrəli yara və 9 nömrəli iki tərəfə çıxan yara ilə yara kanalın horizontal müstəvisinin istiqaməti qövsvari olduğundan, (bədəndən köndələn çəkilmiş müstəvi), 9, 10 və 11 nömrəli yaraları yetirən zaman atəşin istiqaməti, 11 nömrəli giriş yaradan yayımlanan yara kanalın istiqamətinə uyğun olmuşdur: arxadan önə, aşağıdan yuxarı 5 dərəcəyə yaxın bucaq altında və soldan sağa 70 dərəcəyə yaxın bucaq altında. 1-14 nömrəli yaralar odlu silahdan yetirildiynə görə, onlar insanın ayaqqablı ayağı və ya əli ilə, həmçinin öz boyu hündürlüyündən yıxılma nəticəsində yetirilə bilməz. Meyit üzərində aşkar edilmiş bütün odlu silah xəsarətləri həyatıdır, bunu isə yara kanallarında olan qansızmalar təsdiq edir. Meyit üzərində aşkar edilmiş bütün odlu silah xəsarətləri, iltihab prosesi toxumaların adi reaksiyası ilə getməsi şərti ilə ölümündən təxminən 1 saatdan qabaq çox olmayan istənilən müddətdə yarana bilərdi. Bunu qansızmalarda reaktiv hüceyrə dəyişiliklərin olmaması, yara kanalların çalarları göstərir. Bütün odlu silah xəsarətləri birlikdə sağlamlığa ağır zərər yetirmiş, çünki kəskin qanaxma ilə müşayiət olunurdu, bu da tibbi meyarlarla həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər kimi tövsif olunur. Baş beynin sütunun qismən dağılması ilə müşayiət olunan 1 nömrəli yara xəsarəti yetirildikdən sonra zərərçəkmiş hərəkət edə bilməzdi. Qalan xəsarətlərin yetirilməsi zərərçıkmiş tərəfindən hərəkətlərin edilmsini istisna etmir. Odlu silahdan olan xəsarətlərin yetirilmə ardıcıllğına göstərən əlamətlər meyitin üzərində aşkar olunmamışdır. -sağ budun ön səthinin yuxarı 1/3 hissəsinin sıyrığı, onun zədə yetirən əşyanın yerləşdiyi yerə təsirindən yaranıb, bunu isə bu xəsarətin növü-sıyrıq göstərir. Sıyrıq zədə yetirən əşyanın bir dəfəlik təsiri altında əmələ gələ bilərdi, bunu da qançırın bərabər səthi göstərir. Zədə yetirən əşyanın iz yaradan səthin ölçüləri məhdud olmuş, çünki xəsarətin ölçüsü o yerləşdiyi bədənin səthindən kiçik olmuşdur. Bu sıyrıq zərərçəkmişin ayaq üstə yıxılmadan (öz boyu hündürlüyündən) və üstünlük təşkil edən dayaz iz yaradan səthlə sıyrığın yerləşdiyi sahənin vurulduğu zaman yarana bilməzdi, bunu isə zədə yetirən əşyanın məhdud iz yaradan səthi göstərir. Sıyrıq həyat vaxtı yaranma əlamətlərinə malikdir, ölümündən təxminən 1 saatdan qabaq çox olmayan istənilən müddətdə yarana bilərdi, bunu isə onun zədələnməyən dəri səviyyəsindən aşağıda yerləşən tünd-qırmızı səthi göstərir. Bu xəsarət sağlamlığa zərər yetirməmiş və ölümlə heç bir əlaqəsi yoxdur. Həmin xəsarət insanın hərəkət etməsinə maneə törədə bilməzdi. Yaranın yaranmasını küt əşya ilə əmələ gəlməsini, həmçinin onun zərbədən və/və ya sürtülmədən yaranma mexanizmini nəzərə alaraq, sıyrıq ayaqqablı ayaq zərbəsindən və həmçinin taxta və ya şüşə ilə vurulmasından əmələ gəlməsi istsna deyil. - Sol dirsək xəndəyin qançırları(1): sol bazu önün arxa səthinin bütün 1/3 hissələrin və sol bilək arxasının(1); sol bazu önün ön səthinin orta 1/3 hissəsinin(1); sağ bazu önün ön səthinin orta 1/3 hissəsinin (1) ; 1 və 2 barmaqların əsasında sağ bilək arxasının (1); 4 və 5 barmaqların əsasında sağ bilək arxasının yerləşdiyi yerlərinə zədə yetirən əşyanın təsirindən formalaşıblar, bunu da bu xəsarətlərin növləri–qançırları göstərir. Həmçinin, bəzi qançırların ikitərəfli yerləşməsini nəzərə alaraq, onların sıxma mexanizmi üzrə formalaşma imkanı istisna olunmur. Həmçinin qançırların inyeksiya yolu ilə yetirilməsi istisna edilmirtibbi şpritsin təsirindən, bunu da damarların proyeksiyasında və inyeksiyaların tipik yerlərində yerləşməsi göstərir. Bu xəsarətlər zədə yetirən əşyanın bir dəfəlik təsirindən əmələ gələ bilərdilər, bunu da onların bərabər intensivliyi göstərir. Beləliklə, bu 6 xəsarət zədə yetirən əşyanın 6 az olmayan təsirindən əmələ gəlib,hər xəsarətin zədə yetirəmn əşyanın(əşyaların) hər ayrı təsirindən formalaşması şərti ilə. Bu xəsarətlər sağlamlığa zərər yetirməmiş və ölümlə heç bir əlaqəsi yoxdur. Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyin toxumasının, onun sütun şöbəsinin qismən dağlması, kəsin qanitirmə və hava emboliyası ilə kəskinləşən baş, gövdə və aşağ ətrafların çoxsaylı odlu silah yaralarıdır. Meyit üzərində aşkar edilmiş odlu silah yaraları ilə baş vermiş ölüm arasında birbaşa səbəbli əlaqə vardır. Ölüm 28 aprel 2017-ci il tarixində saat 21:00-dan saat 23:00-dək baş vermişdir. Meyitin üzərində aşkarlanmış bütün odlu yaralar ölümündən 1 saatdan əvvəl çox olmayan müddətdə yarana bilərdi. Məhkəmə-kimyəvi tədqiqat zamanı meyitin toxumalarında narkotik maddələr: kokain, metilekqonin, norkokain, kokaetilen və həmçinin amfetamin psixotrop maddə aşkar olunmuşdur (17-ci cildiş vərəqi 8-66). İşdə olan əlavə məhkəmə-tibb ekspertizası üzrə 13 iyul 2017-ci il tarixli 334/238/2471-2 nömrəli ekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı çoxsaylı xəsatərlər aşkar olunmuşdur. Ölümün səbəbi beynin və onun sütun şöbəsinin qismən dağılması, qan itkisi və hava emboliyası ilə kəskinləşən başın, bədənin, ayaqların çoxsaylı odlu silah yaralarıdır. Ölümün baş verməsi və meyitin üzərində aşkar olunmuş güllə yaraları arasında birbaşa səbəbli əlaqə vardır (17-ci cild iş vərəqi 100-106). İşdə olan əlavə məhkəmə-tibb ekspertizası üzrə 19 dekabr 2017-ci il tarixli 558/334/238/2471-2 nömrəli ekspert rəyindən görünür ki, bütün güllə yaraları (№1-14) cəmdə sağlamlığa ağır dərəcəli xəsarət yetirmişlər, ona görə ki kəskin, güclü qan itkisi ilə müşayiət olunmuşlar, bu həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər üzrə dəyərləndirmə üçün tibbi meyardır «(İnsan sağlamlığına yetirilən zərərin ağırlıq dərəcəsinin dəyərləndirmə kriteriyaları haqqında» X41 inkişafı Nazirliyinin xx.xx.2008 tarixli “194n” nömrəli əmrinə əlavə olunmuş qoşmanın 6.2.3-cü bəndləri) (17-ci cild iş vərəqi 73-95). İşdə olan hadisə yerinə baxış keçirilməsi haqqında 29 aprel 2017-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Sankt-Peterburq şəhəri, Lenin prospekti 148 nömrəli evin, 2-ci korpusunun ətraf ərazisidir. Həmin ərazi meydança tipli olub asfalt örtüklüdür və binanın 6 saylı blokunun giriş qapısının önündə yerləşir. Qeyd olunan meydançanın sağında və solunda binanın bütün divarı boyu otlaq zolağı uzanır. 6 saylı blokun giriş qapısı ikiqapılı, dəmir olub, domofon ilə təchiz olunmuşdur. Həmin ərazidə Zərərçəkmiş şəxs meyiti aşkar olunmuşdur. Meyit arxası üstə uzadılmış vəziyyətdə olmaqla binanın 6 saylı giriş blokunun qarşısındadır. Meyitin başın ənsə nahiyəsi otlaq zolağına tərəf olmaqla asfalt meydançasının kənarından 45 sm aralı məsafədə, 6 saylı blokun giriş qapısından 1,7 metr aralı məsafədə yerləşir. Meyitin sağ əli bədən boyu olmaqla dirsək oynağında yarıbükülü vəziyyətdədir. Sol əl uzadılmış vəziyyətdə olmaqla bədəndən 45 dərəcə aralıdır. Aşağı ətraflar düzdür, 60 dərəcə bucaq altında aralıdır. Meyitin ayaqları 6 saylı giriş blokuna tərəf olmaqla sol ayaq asfalt meydançasının kənarından 40 sm və giriş qapısından 80 sm aralı məsafədə yerləşir. Meyitin əynində: qara gödəkçə, qırmızı rəngli köynək, ağ rəngli qolsuz mayka, belində kəməri olan göy rəngli cins şalvar, “Domino” markalı tursik, boz-qara rəngli bir cüt corab və bir cüt qara rəngli ayaqqabı olmuşdur. Meyit kişi tipli olub düzgün bədən quruluşlu, kafi qidalıdır. Meyitin xarici müayinə zamanı baş, gövdə və aşağı ətraflarında çoxsaylı yaralar aşkar edilmişdir. Çöl tərəfdən qapının açılmayan hissəsində arakəsmədən 48 sm və 4 sm hündürlükdə taxta üzlükdə, diametri 0,9 sm təşkil edən dairəvi zədə aşkar edilmişdir. Bundan başqa, xarici tərəfdən 48 sm aralı məsafədə və 95 sm hündürlükdə xarici tərəfdən taxta üzlüyün analoji zədələnməsi aşkar edilmişdir. Həmçinin, 6 saylı blokun qapısından 35 sm aralı məsafədə və divardan 85 sm hündürlükdə diameri 3,5 x 2 sm təşkil edən zədə aşkar olunmuşdur. Meyitin əynində olan gödəkcədə, maykada, köynəkdə, tumanda və cins şalvarda deşilmiş dəliklər vardır. Hadisə yerinə baxış zamanı 6 ədəd giliz, 3 ədəd güllə, qana bənzər nümunələr, meyitin dırnaq kəsikləri, siqaret kötükləri və ayaqqabı izi aşkar edilərək götürülmüşdür. Həmçinin, baxış zamanı meyitin əynində olan gödəkçənin sağ cibində Xamud Həsənovun adına P4252380 nömrəli Azərbaycan pasportu, 3 ədəd Samsung modelli mobil telefon və digər əşyalar aşkar edilmişdir. Hadisə yerinə baxış zamanı 6 saylı blokun girişindən solda yerləşən “Lada” markalı “M133UE178” dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön qanadında 15x6 sm ölçüdə və avtomobilin ön bamperinin sağ hissəsində 35x20 sm ölçüdə zədə izləri aşkar edilmişdir. Həmin avtomobil iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, bu barədə müvafiq protokol tərtib edilərək fotocədvəllə birlikdə cinayət işi materiallarına əlavə edilmişdir (12-ci cild iş vərəqi 54-61). İşdə olan 03 may 2017-ci il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin daxili müayinə zamanı aşkar edilmiş 2 ədəd güllə RF İstintaq Komitəsinin Sankt-Peterbuq şəhəri Baş İstintaq idarəsinin Moskva rayonu üzrə istintaq şöbəsinin müstəntiqi A.Q.Qraçyov tərəfindən müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür (16-cı cild iş vərəqi 43-44). İşdə olan 03 may 2017-ci il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, mərhum Zərərçəkmiş şəxs əynində olmuş paltarlar RF İstintaq Komitəsinin Sankt- Peterbuq şəhəri Baş İstintaq idarəsinin Moskva rayonu üzrə istintaq şöbəsinin müstəntiqi A.Q.Qraçyov tərəfindən müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür (16-cı cild iş vərəqi 46-47). İşdə olan 11 may 2017-ci il tarixli bönövşəyi rəngli “VAZ 21103” markalı K660CH47 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi haqqında protokoldan görünür ki, qeyd olunan avtomobil Sankt-Peterburq şəhəri, Lenin prospekti, 55 nömrəli evin 2-ci korpusundan 17 metr aralı yerdə aşkar edilmişdir. Avtomobil bönövşəyi rəngdə olub dörd qapılıdır. Avtomobilin ön şüşəsi istisna olunmaqla bütün şüşələri tündləşdirilmiş, ön şüşədə 10-15 sm uzunluğunda plyonka vardır. Avtomobilin banında sürtünmə və cızıqlar şəklində zədələr vardır. Həmin avtomobil iş üçün əhəmiyyət kəsb etdiyindən əlavə baxış keçirilməsi üçün Sankt-Peterburq şəhəri, Trefolev küçəsi, mənzil 42 ünvanmda yerləşən Rusiya DİNnin Leninqrad vilayəti və Sankt-Peterburq şəhəri üzrə kriminalistik mərkəzinə göndərilmiş, bu barədə müvafiq protokol tərtib edilərək fotocədvəllə birlikdə cinayət işi materiallarına əlavə edilmişdir (16-cı cild iş vərəqi 61). İşdə olan 11 may 2017-ci il tarixli bönövşəyi rəngli “VAZ 21103” markalı K660CH47 dövlət qeydiyyat nişanlı avtomobilə əlavə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, baxış zamanı avtomobilin sürücü qapısının xarici dəstəyinin, ön sərnişin qapısının xarici dəstəyinin, arxa sol qapının xarici dəstəyinin, arxa sağ qapının xarici dəstəyinin daxili səthlərindən “FLOQSwab” polimer daşıyıcıları vasitəsilə nümunələr götürülmüşdür. Avtomobilin salonuna baxış zamanı qapını açan dəstək (ön sərnişin), ön sərnişin qapısının şüşə qaldırıcılarından, saxlanc yerinin dəstəyi, təhlükəsizlik kəməri və ön sərnişin kürsüsünün fiksatoru, elektrik yükləmə qurğusu və sərnişinin ön tərəfdəki yerin döşəməsindən tapılmış “Active” qabının ağzından (qorlışko), sərnişinin ön tərəfdəki yerin döşəməsindən tapılmış “Byikal” qabının ağzından, saxlanc yerindən çıxarılmış “Hitechlar Adapter” yazısı ilə qutudan, saxlanc yerindən çıxarılmış iki elektrik yükləmə naqilindən, sürücü kürsüsünün başlığından, sükanın çarxının üzərindən, avtomobilin maqnitofonundan, sürücü qapısının qapağının dəstəyindən, sürücü qapısının şüşə qaldırıcısından, ötürücü qutunun dəstəyindən “FLOQSwab” polimer daşıyıcıları vasitəsilə nümunələr müvafiq qaydada götürülmüşdür. Avtomobilə baxış zamanı onun daxili və xarici səthi tünd və açıq rəngdə kriminalist tozla işlənmiş və bundan sonra sərnişinin ön tərəfdəki yerin döşəməsindən tapılmış “Active” butulkasının üzərində aşkar edilmiş əl-barmaq izləri iki yapışqan lentlə götürülmüşdür. Bundan əlavə, avtomobilə baxış zamanı avtomobilin sağ qapısının cibindən “Spar” paketində olan 9 mm “Mak” patron aşkar olunaraq götürülmüşdür. Həmçinin, bənövşəyi rəngdə “VAZ 2110” markalı “K660CH47RUS” dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı sərnişin oturacağının xalçasında aşkar olunmuş qara rəngdə papaq, sürücü qapısının cibindən ağ rəngdə əlcək müvafi qaydada qablaşdırılmışdır. Daha sonra avtomobilin ön sürücü kürsüsünün çexolundan və ön sərnişin kürsüsünün çexolundan kəsiklər müvafiq qaydada götürülmüş, bu barədə müvafiq protokol tərtib edilərək fotocədvəllə cinayət işinin materiallarına əlavə edilmişdir (16-cı cild iş vərəqi 64-69). İşdə olan 05 iyun 2017-ci il tarixli bönövşəyi rəngli “VAZ 21103” markalı K660CH47 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, baxış zamanı iştirak edən RF DİN Ekspertizakriminalistik idarəsinin eksperti N.A.Rudakov tərəfindən neştər vasitəsilə bönövşəyi rəngli “VAZ 21103” markalı avtomobilin ön buferin sağ hissəsi, ön qanadın sağ hissəsi, ön sərnişin qapısı və arxa qanadın sağ hissəsindən lak-boya örtüyünün nümunələri müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür (16-cı cild iş vərəqi 70-71). İşdə olan 03 may 2017-ci il tarixli “Lada” markalı M133YE178 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi haqqında protokoldan görünür ki, avtomobilin qabaq buferin sağ hissəsində 580mm-230mm ölçüdə, arxa buferin sağ hissəsində 270mm-180mm ölçüdə sürtünmə formasında lak-boya örtüyünün zədələnməsi aşkar edilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, ön buferin sağ tərəfində sürtünmə sahəsində ağ və bənövşəyi rəngli, arxa buferin sağ tərəfində sürtünmə sahəsində göy rəngdə izlər aşkar edilmiş, lak-böyü örütüyündən nümunələr götürülmüş, bu barədə müvafiq protokol tərtib edilərək fotocədvəllə cinayət işinin materiallarına əlavə edilmişdir (16-cı cild iş vərəqi 48- 50). İşdə olan məhkəmə-ballistik ekspertizası üzrə 16 may 2017-ci il tarixli 6/1/1/17/114 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2017-ci il tarixdə Sankt-Peterburq şəhəri, Lenin prospekti, ev 148, korp. 2 ünvanında hadisə yerinə baxış keçirilərkən götürülmüş: - üç güllə Makarov (PM), İJ - 70 və s. Stechkin avtomat tapançası (APS), PP - 90 avtomatları, MA - PP - 91 ov karabinləri və s. tərəfindən hazırlanmış tapançalar üçün 9x18 mm çaplı tapança patronlarının hissələridir. Üç güllənin 9x18 mm kalibrli tapança patronu üçün hazırlanmış tüfəngli odlu silahdan açıla biləcəyi, onun gövdəsinin (lüləsinin) kanalında sağ istiqamətin altı kəsiyinin olduğu böyük ehtimalla, MR - 654K, və ya İJ - 79 (MP - 79), və ya MP - 371, və ya gövdənin (lülənin) kanalının emalının analoji xüsusiyyətli başqa silahdan, tapançalardan kustar şəkildə hazırlandığını göstərir. Bu güllələrin uyğun gəlməyən kalibrli silahlardan atıldığına dair heç bir əlamət yoxdur. Üç güllə eyni silahdan atılmışdır. Güllələrin üzərindəki silahın çuxurunun izlərində əks olunan işarələr müqayisəli tədqiqat üçün yararlıdır; - altı giliz idman - ov silahlarının, Makarov (PM), İJ - 70, S - PM - A və s. tərəfindən hazırlanmış tapançalara, Stechkin avtomat tapançası (APS), PP - 90 pulemyot silahına, MA - PP - 91 ov karabinlərivə s. üçün hazırlanan 9x18 mm kalibrli patronlarının hissələridir. Altı giliz 9x18 mm-lik kalibrli patronlu avtomat dolumlu tapancadan atılmış ola bilər. Bu tapançalar yəqin ki, kustar şəkildə ya MP - 654K, ya da İJ - 79 (MR - 79), ya da MR - 371, ya da iz yaradan hissələrin oxşar quruluşu olan digər silahlardan düzəldilmiş ola bilər. Altı giliz eyni silahdan atılıb. Mərmilərin (gilizlərin) üzərindəki silah hissələrinin izləri müqayisəli tədqiqat və identifikasiya üçün əlverişlidir (17-ci cild iş vərəqi 198-206). İşdə olan məhkəmə-ballistik ekspertizası üzrə 03 iyul 2017-ci il tarixli 6/1/1/17/163 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitindən aşkar edilərək götürülmüş iki ədəd güllə Makarov (PM), İJ-70 və s. konstruksiyalı tapançalar, avtomatik Steçkin tapançası (APS), PP-90 pulemyot tapançaları, MA-PP-91 ovçu karabinləri və s. üçün 9x18 kalibrli tapança patronlarının hissələridir. Güllələr 9x18 mm tapança patronuna uyğun istehsal edilmiş, gövdəsinin kanalında sağ istiqamətli altı yiv kəsiyinin olduğu; böyük ehtimalla, ya MR-654K, ya İJ-79 (MR-79), ya MR-371 tapançalarından, ya da gövdə kanalının emal xüsusiyyətləri analoji olan başqa silahdan əldəqayırma üsulla təkrar hazırlanmış yivli odlu silahdan atıla bilərdi. Güllələr eyni nüsxə silahdan atılıb. Silah gövdəsi kanalının güllələrin üzərindəki izlərdə əks olunmuş əlamətlər müqayisəli tədqiqat və eyniləşdirmə üçün yararlıdır. Güllələr sərt maneədən keçmiş və ya qarşılarına bu cür maneə çıxmışdır (17-ci cild iş vərəqi 212-218). İşdə olan kompleks məhkəmə genetik-daktiloskopik-ballistik ekspertizası üzrə 14 iyul 2017-ci il tarixli 14/G/77-17, 5/G/D/664-17, 6/1/1/17/166 nömrəli rəyində göstərilmişdir ki, “VAZ 21103” markalı avtomobil baxış zamanı aşkar edilərək götürülmüş 9 mm patron kalibr və damğa nişanələrinə görə hadisə yerinə baxış zamanı götürülmüş üç güllə və altı giliz ilə uyğundur (17-ci cild iş vərəqi 225-240). İşdə olan məhkəmə fiziki-kimyəvi ekspertizası üzrə 16 may 2017-ci il tarixli 9/G/F/27- 17 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Lada” markalı M133UE178 dövlət qeydiyyat nişanlı avtomobilin sağdan ön bamperin səthində sürtülmə izləri şəkilndə bənövşəyi rəngli (№ 2) və rəngsiz şəffaf (№ 1) lak-boya materialın qatlanması aşkar edilmişdir. Bu qatlanmalar xarici qatların aşağıdakı ardıcıllıqla; melaminakril bağlayıcı əsasında yerinə yetirilmiş bənövşəyi (alt)-akril-uretan-stinol bağlayıcı əsasında yerinə yetirilmiş rəngsiz şəffaf (lak, üst)- ardıcıllıq qaydası olan lakrəng örtüyü olan əşyanın bucaq altında dinamik mexaniki təsiri nəticəsində yaranıblar; bu qatların yerləşmə qaydası (№1,2 cədvəl 1 bax), aşkar edilmiş morfoloji əlamətləri və keyfiyyət tərkibi nəqliyyat vasitəsinin lakrəng örtüyü üçün xasdır 1) lakrəng materialın qatlanması aşkar edilib. Bu qatlanmalar xarici qatların aşağıdakı ardıcıllıqla melaminakril bağlayıcı əsasında yerinə yetirilmiş bənövşəyi(alt)- akril-uretan-stinol bağlayıcı əsasında yerinə yetirilmiş rəngsiz şəffaf (lak, üst) - ardıcıllıq qaydası olan lakrəng örtüyü olan əşyanın bucaq altında dinamik mexaniki təsiri nəticəsində yaranıblar; bu qatların yerləşmə qaydası (№1,2 cədvəl 1 bax), aşkar edilmiş morfoloji əlamətləri və keyfiyyət tərkibi nəqliyyat vasitəsinin lakrəng örtüyü üçün xasdır. M133UE178 dövlət qeydiyyat nömrəli “Lada” avtomobilin sağdan arxa bamperin səthində xətt istiqaməti sürtülmə izləri şəkilndə mavi rəngli (№ 3) lakrəng materialın qatlanması aşkar edilib. Bu qatlanmalar, mineral hissəsində kalsium olan, alkid bağlayıcı əsasında yerinə yetirilmiş mavi rəngli lakrəng örtüyü olan rənglənmiş əşyanın dimanik mexaniki təsiri nəticəsində yaranıb. Mineral hissəsində, alkid bağlayıcı (QF, PF tipli) əsasında yerinə yetirilmiş lakrəng örtüyü geniş tətbiq sahəsinə malikdir. Əsasən təsərrüfat-məişət təyinatlı işlər üçün (metal və taxta səthlərin rənglənməsi üçün), tikinti təyinatlı (daxili bəzək işləri üçün, polad konstruksiyaların rənglənməsi üçün) və s. istifadə olunurlar (18-ci cild iş vərəqi 10-24). İşdə olan məhkəmə müqayisəli fiziki-kimyəvi ekspertizası üzrə 03 iyul 2017-ci il tarixli 9/G/F/37-17 nömrəli ekspert rəyindən görünür: - “VAZ 21103” markalı K660CH47 dövlət qeydiyyat nişanlı avtomobilin səthində 1,2,4,5 nömrəli sürtülmə şəklində qatlar aşkar olunmuş, onların materialları nəqliyyat vasitəsinin lakrəng örtüyü üçün səciyyəlidir və təbii ki, aşkar edilmiş yuxarıda qeyd edilmiş komponetlərin morfoloji əlamətlərinə, rənginə və molekulyar tərkibə görə birləşməsi üzrə M133UE178 dövlət qeydiyyat nömrəli “Lada” avtomobilin lak-rəng örtüyün üç qatın materialları ilə həmcinsdir; - “Lada” markalı M133UE178 dövlət qeydiyyat nişanlı avtomobilin səthin üzərində 6,7 nömrəlli sürtülmə izləri şəklində qatları aşkar edilib, onların materialları nəqliyyat vasitəsinin lakrəng örtüyü üçün səciyyəlidir və təbii ki, aşkar edilmiş yuxarıda qeyd edilmiş komponetlərin morfoloji əlamətlərinə, rənginə və molekulyar tərkibə görə birləşməsi üzrə “K660CH47” olan VAZ 21103 dövlət qeydiyyat nömrəli avtomobilin lakrəng örtüyüniki xarici qatın materialları ilə həmcinsdir; - həmçinin, aparılmış kompleks tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, “Lada” markalı M133UE178 dövlət qeydiyyat nişanlı sağdan arxa bamperin səthində xətt istiqaməti sürtülmə izləri şəkilndə mavi rəngli (№ 3) lakrəng materialın qatlanması aşkar edilmişdir. Bu qatlanmalar, mineral hissəsində kalsium olan, alkid bağlayıcı əsasında yerinə yetirilmiş mavi rəngli lakrəng örtüyü olan rənglənmiş əşyanın dimanik mexaniki təsiri nəticəsində yaranmış, aşkar edilmiş yuxarıda qeyd edilmiş komponetlərin morfoloji əlamətlərinə, rənginə və molekulyar tərkibə görə birləşməsi üzrə “Lada” markalı M133UE178 dövlət qeydiyyat nişanlı avtomobilin lakrəng örtüyün 8 nömrəli qatın materialları ilə həmcinsdir. Mineral hissəsində, alkid bağlayıcı (QF, PF tipli) əsasında yerinə yetirilmiş lakrəng örtüyü geniş tətbiq sahəsinə malikdir. Əsasən təsərrüfat-məişət təyinatlı işlər üçün (metal və taxta səthlərin rənglənməsi üçün), tikinti təyinatlı (daxili bəzək işləri üçün, polad konstruksiyaların rənglənməsi üçün) və s. istifadə olunurlar; - bu əlamət fərdiləşmə əlamətidir, o belə nəticəyə gələməyə imkan verir ki, “VAZ 21103” markalı K660CH47 dövlət qeydiyyat nişanlı avtomobilin səthində aşkar edilmiş 1 sürtülmə izləri şəklində-5 nömrəli qatlar və “Lada” markalı M133UE178 dövlət qeydiyyat nişanlı avtomobilin sürtülmə izləri şəkilndə 6.8. nömrəli qatlar qeyd edilmiş avtomobillərin dinamik mexaniki kontaktı nəticəsində yarana bilərlərdilər (18-ci cild iş vərəqi 33-61). İşdə olan məhkəmə fiziki-kimyəvi ekspertizası üzrə 15 avqust 2017-ci il tarixli 9/G/F/36-17 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş gödəkçənin, futbolkanın, maykanın, cins və alt paltarın üzərində, gödəkçənin sağ və sol tərəflərində yerləşən və həmçinin gödəkçənin belində (1.1.-1.6 kimi işarələnib); futbolkanın ön səthi üzərində və belində (2.1.-2.6. kimi işarələnib), maykaın öz səthi üzərində və belində (3.1.- 3.6. kimi işarələnib); cinsin arxa səthi üzərində (4.1.-4.3. kimi işarələnib) və alt paltarın ön səthi üzərində (5.1.-5.2. kimi işarələnib) zədələr aşkar olunmuşdur. Qeyd edilmiş zədələr odlu silahdan yaranmışdır. Təqdim edilmiş obyektlərin (gödəkcə, futbolka, mayka, cins və alt paltarı) səthində yaxın məsafədən açılan atəşin əlamətləri aşkar edilməmişdir. Yarıbotinka, corab və əl dəsmalın səthlərində hər hansı zədələr aşkarlanmamışdır (18-ci cild iş vərəqi 70-91). İşdə olan məhkəmə molekulyar-genetik ekspertizası üzrə xx.xx.2017-ci il tarixli 278/2017/255 nömrəli ekspert rəyindən görünür ki, “VAZ 21103” markalı K660CH47 dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı götürülmüş “VAZ 21103” markalı K660CH47 dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı sərnişin kürsüsünün ayaq altında olan butulka ağzından götürülmüş və tədqiqata təqdim olunan nümunələrdə (“Byikal” – boş qab) (obyekt № 1), sürücü kürsüsündən götürülmüş nümunədə (obyekt № 4), sükan çarxından götürmüş nümunədə (obyekt № 5), sürücü qapısının şüşə qaldıran mexanizmindən götürülmüş nümunədə (obyekt № 8), şüşə qaldırandan götürülmüş nümunədə (obyekt № 11), “Active” plastik butulkanın ağızandan götürülmüş nümunələrdə (obyekt № 15), ön sərnişin kürsüsünün ayaq altından götürülmüş nümunədə (obyekt № 20) aşkar olunmuş bioloji mənşəli izlər nümunəsi müqayisəli tədqiqat üçün təqdim olunmayan naməlum kişidən yaranmışdır (18-ci cild iş vərəqi 136-164). İşdə olan məhkəmə-genetik ekspertizası üzrə 17 may 2019-cu il tarixli 106-49/1/19- 116 nömrəli ekspert rəyindən görünür ki, “VAZ 21103” markalı K660CH47 dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı sərnişin kürsüsünün ayaq altında olan butulka ağzından götürülmüş və tədqiqata təqdim olunan nümunələrdə (“Byikal” – boş qab) (obyekt № 1), sürücü kürsüsündən götürülmüş nümunədə (obyekt № 4), sükan çarxından götürmüş nümunədə (obyekt № 5), sürücü qapısının şüşə qaldıran mexanizmindən götürülmüş nümunədə (obyekt № 8), şüşə qaldırandan götürülmüş nümunədə (obyekt № 11), “Active” plastik butulkanın ağızandan götürülmüş nümunələrdə (obyekt № 15), ön sərnişin kürsüsünün ayaq altından götürülmüş nümunədə (obyekt № 20) aşkar olunmuş bioloji mənşəli izlər X4 bioloji oğluna məxsus ola bilər. X4 naməlum şəxsin bioloji anası olması ehtimalı P = 99,9999% təşkil edir. Həmçinin, qeyd edilən nümunələr üzərində olan bioloji mənşəli izlər X4 bioloji oğluna məxsus ola bilər (21-ci cild iş vərəqi 165-182). İşdə olan məhkəmə-genetik ekspertizası üzrə 05 fevral 2022-ci il tarixli 22/111R nömrəli ekspert rəyindən görünür ki, Rusiya Federasiyasında tərtib olunmuş məhkəmə molekulyar-genetik ekspertizasının xx.xx.2017-ci il tarixli 278/2017/255 nömrəli ekspert rəyində Cədvəl №2-də (Tabliüa №2) göstərilən “VAZ 21103” markalı K660CH47 dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı sərnişin kürsüsünün ayaq altında olan butulka ağzından götürülmüş nümunələrdən (“Byikal” – boş qab) (obyekt № 1), sürücü kürsüsündən götürülmüş nümunədən (obyekt № 4), sükan çarxından götürmüş nümunədən (obyekt № 5), sürücü qapısının şüşə qaldıran mexanizmindən götürülmüş nümunədən (obyekt № 8), şüşə qaldırandan götürülmüş nümunədən (obyekt № 11), “Active” plastik butulkanın ağzandan (qorlışko) götürülmüş nümunələrdən (obyekt № 15), ön sərnişin kürsüsünün ayaq altından götürülmüş nümunədən əldə edilmiş DNT profili Təqsirləndirilən şəxs məxsusdur (25-ci cild iş vərəqi 257-261). İşdə olan məhkəmə molekulyar-genetik ekspertizası üzrə xx.xx.2017-ci il tarixli 278/2017/254 nömrəli ekspert rəyindən görünür ki, “VAZ 21103” markalı K660CH47 dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı götürülmüş papaqda (obyekt № 1-5), sürücü kürsüsündən götürülmüş parçada (obyekt № 10, 19), sərnişin oturacağından götürülmüş parçada (obyekt № 21) aşkar olunmuş bioloji mənşəli izlər nümunəsi müqayisəli tədqiqat üçün təqdim olunmayan naməlum kişidən yaranmışdır (18-ci cild iş vərəqi 174-199). İşdə olan məhkəmə-genetik ekspertizası üzrə 17 may 2019-cu il tarixli 106-49/1/19- 115 nömrəli ekspert rəyindən görünür ki, “VAZ 21103” markalı K660CH47 dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı götürülmüş papaqda (obyekt № 1-5), sürücü kürsüsündən götürülmüş parçada (obyekt № 10, 19), sərnişin oturacağından götürülmüş parçada (obyekt № 21) aşkar olunmuş bioloji mənşəli izlər X4 bioloji oğluna məxsus ola bilər. X4 naməlum şəxsin bioloji anası olması ehtimalı P = 99,9999% təşkil edir. Həmçinin, qeyd edilən nümunələr üzərində olan bioloji mənşəli izlər X4 bioloji oğluna məxsus ola bilər (20-ci cild iş vərəqi 183-197). İşdə olan məhkəmə-genetik ekspertizası üzrə 05 fevral 2022-ci il tarixli 22/110R nömrəli ekspert rəyindən görünür ki, Rusiya Federasiyasında tərtib olunmuş məhkəmə molekulyar-genetik ekspertizasının xx.xx.2017-ci il tarixli 278/2017/254 nömrəli ekspert rəyində Cədvəl №2-də (Tablitsa №2) göstərilən “VAZ 21103” markalı K660CH47 dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı götürülmüş papaqdan (obyekt № 1-5), sürücü kürsüsündən götürülmüş parçadan (obyekt № 10, 19), sərnişin oturacağından götürülmüş parçadan əldə edilmiş DNT profili Təqsirləndirilən şəxs məxsusdur (25-ci cild iş vərəqi 250-254). İşdə olan məhkəmə-daktiloskopik ekspertizası üzrə 26 oktyabr 2021-ci il tarixli 3/1730 nömrəli ekspert rəyindən görünür ki, 1 və 2 saylı daktilolentlərin səthindəki əlbarmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin baş barmağından və 2 saylı daktilolentin səthindəki əl-barmaq izi onun sağ əlinin şəhadət barmağından qalmışdır. Qeyd olunan rəylə Təqsirləndirilən şəxs hadisədən əvvəl və sonra idarə etdiyi “VAZ 21103” markalı K660CH47 dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı qabaq sərnişin oturacağının ayaqaltı hissəsində “Aktiv” butulkasının üzərindən götürülmüş əlbarmaq izlərinin Təqsirləndirilən şəxs məxsus olmasını təsdiq edir (24-cü cildiş vərəqi 117- 123). İşdə olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası üzrə 21 dekabr 2021-ci il tarixli 3047 nömrəli ekspert rəyindən görünür ki, yoxlanılan Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixi xəstəliyin əlamətləri qeyd edilməmişdir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Yoxlanılan Təqsirləndirilən şəxs hadisə zamanı öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur, yoxlanılan Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir; Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyacı yoxdur; yoxlanılan Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən öz psixi-emosional vəziyyəti barəsində məlumat vermədiyinə görə onun hansı psixi-emosional vəziyyətdə olmasını, həmin vəziyyəti şərtləndirən amilləri müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə, özündən uydurmağa patoloji meyillilik əlamətləri müşahidə olunmamışdır. Lakin fərdipsixiloji xüsusiyyətlərinə görə özünü psixoloji müdafiə etmək məqsədi ilə situasiyanı öz xeyrinə yönəldərək danışa bilər. Təqsirləndirilən şəxs baş vermiş hadisəni düzgün qavramaq, hadisənin mahiyyətini anlamaq, yadda saxlamaq, yada salmaq və hadisə ilə bağlı düzgün ifadə vermək iqtidarındadır (25-ci cild iş vərəqi 155-160). İşdə olan məhkəmə-narkoloji ekspertizası üzrə 21 dekabr 2021-ci il tarixli 5220 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (25-ci cild iş vərəqi 161-163). İşdə olan 02 may 2017-ci il tarixli baxış protokolundan görünür ki, xx.xx.2017-ci il tarixdə hadisə yerinə baxış keçirilən zamanı mərhum Zərərçəkmiş şəxs meyitinin gödəkçəsinin cibindən götürülmüş «Samsung SM-J105H/DS» marka və modelli mobil telefonuna baxış zamanı telefonun yaddaşında təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pasportunun fotoşəkli aşkar olunmuş, bu barədə müvafiq protokol tərtib edilərək fotocədvəllə birlikdə cinayət işi materiallarına əlavə olunmuşdur (19-cü cild iş vərəqi 14- 26). İşdə olan xx.xx.2017-ci il tarixli baxış protokolundan görünür ki, Şahid15 təqdim etdiyi yaddaş kartına baxış keçirilmiş və müəyyən edilmişdir ki, videogörüntü başlayandan bir 1 dəqiqə sonra Sankt-Peterburq şəhəri Lenin prospekti 148 nömrəli evin, 2-ci korpusunun qarşısında yerləşən zibil konteynerin yanında bönövşəyi rəngdə “VAZ 21103” markalı avtomobilin olması, sürücü oturacağında bir nəfər şəxsin oturması görünür (19-cu cild iş vərəqi 64-66). İşdə olan xx.xx.2017-ci il tarixli baxış protokolundan görünür ki, xx.xx.2017-ci tarixli 52 №-li alqı-satqı müqaviləsinə əsasən satıcı qismində çıxış edən mülkiyyətçi X17 2002-ci il buraxılışlı VİN. XTA **********6818, tünd-bənövşəyi rəngdə, qeydiyyat nömrəsi «K660CH47» olan «VAZ 21103» avtomobilini 55.000 rubl müqabilində Şahid6 satmışdır. “VAZ 21103” markalı avtomobilin pasportunun surətinə əsasən xx.xx.2002-ci il tarixdə avtomobilin mülkiyyətçisi A.S.Ulanov, xx.xx.2016-cı il tarixdə avtomobilin mülkiyyətçisi "xxxx" MMC, xx.xx.2016-cı il tarixdə avtomobilin mülkiyyətçisi Vaqif Qarayev, xx.xx.2017-ci il tarixdən avtomobilin mülkiyyətçisi Şahid6 olmuşdur. Şahid2 istifadəsində olmuş İMEİ-1: 3553xx/xx/900871/7, İMEİ-2: 3553xx/xx/900871/5 kodlu «Samsung» markalı mobil telefon aparatına baxış zamanı telefonun yaddaşında «Afqan» kimi qeyd edilmiş Şahid17 məxsus «+**********09» nömrə, «Elçin Moskva» kimi qeyd edilmiş Şahid13 məxsus «+**********8» nömrə aşkar edilmişdir. Eləcə də, Şahid13 tərəfindən Şahid2 230.000 rubl pulun köçürülməsi haqqında xx.xx.2017-ci il tarixli qəbzin fotoşəkli aşkar olunmuşdur. Bundan başqa, Şahid2 istifadəsində olmuş İMEİ-1:3527xx/xx/805477/9, İMEİ-2: 3527xx/xx/805477/7 kodlu “Samsung” markalı mobil telefon aparatına baxış zamanı telefonun yaddaşında “BeeLine” mobil operatoruna məxsus üzərində +(961) ***-**-** nömrəli sim-kartın və zərfin şəkli aşkar edilmişdir. İstintaq zamanı həmin nömrənin xx.xx.2017-xx.xx.2017-ci il tarixləri aralığında Şahid2 tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Bundan başqa, İMEİ-1: 3592xx/xx/6266108/4, İMEİ-2: 3592xx/xx/6261092 kodlu «Nokia» markalı mobil aparatına baxış zamanı müəyyən olunmuşdur ki, Şahid2 qeyd olunan mobil telefon aparatında +7-***-***-**-** saylı mobil nömrəni istifadə etmiş, həmin nömrə ilə Şahid3 ilə telefon bağlantıları həyata keçirmişdir (19-cu cild iş vərəqi 189- 125). İşdə olan xx.xx.2018-xx.xx.2018-ci il tarixləri aralığında keçirilmiş baxış protokolundan görünür ki, UFED TOUCH xüsusi qurğunun köməyi ilə Şahid2 istifadəsində olmuş «Samsung» markalı mobil telefonunda olan məlumatlara baxış keçirilərkən mobil telefonunun «WhatsApp» mobil tətbiqində ***-***-**-** saylı mobil nömrəsi olan «Afqan» (Şahid17) adlı kontakt aşkar edilmişdir. Müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixdə saat 20:04-də və xx.xx.2017-ci il tarixdə saat 15:52-də «WhatsApp» mobil tətbiqi vasitəsilə «Afqan» adlı kontakt (Şahid17) Şahid2 “+**********79” (həmin nömrəni Təqsirləndirilən şəxs istifadə edib) məzmunlu mesaj göndərmiş, həmçinin Şahid2 ilə «Afqan» arasında telefon əlaqələri olmuşdur. Bundan əlavə Şahid2 «WhatsApp» mobil tətbiqi vasitəsilə Şahid13 ilə əlaqə saxlaması görünür. Belə ki, xx.xx.2017-ci il tarixdə saat 20:48-də Şahid2 «WhatsApp»la adına olan bank kartının şəklini Şahid13 göndərmiş, xx.xx.2017-ci il tarixdə saat 11:32-də Şahid2 öz pasportunun şəklini Şahid13 göndərmiş, xx.xx.2017-ci il tarixdə saat 12:06-da Şahid13 «WhatsApp»la 230.000 rubl pulun köçürülməsi haqqıdna ödənişi təsdiq edən qəbzin şəklini Şahid2 göndərmişdir (19-cu cild iş vərəqi 126-141). İşdə olan xx.xx.2017-ci il tarixli baxış protokolundan görünür ki, həmin gün RF-ın İstintaq Komitəsinin Sankt-Peterbuq şəhəri üzrə Baş İstintaq idarəsinin birinci idarəsinin ikinci istintaq şöbəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi V.V.Mazurenko tərəfindən “haqqın.az” xəbər saytında “Lotu Quli"yə qarşı sui-qəsd. İstanbul polisinin xüsusi əməliyyatı” adlı məqaləyə baxış keçirilmişdir. Baxışla müəyyən olunur ki, 2017-ci ildə noyabrın 3-ə keçən gecə, İstanbul polisi, məşhur azərbaycanlı kriminal avtoritet Nadir Səlifova (Lotu Quli) qarşı sui-qəsd cəhdinin qarşısını alıb. "Lotu Quli"yə sui-qəsd olacağına dair Türkiyə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Bununla bağlı keçirilən əməliyyat nəticəsində, Səlifovun İstanbuldakı evinə hücum təşkil etmək niyyətində olan 11 nəfərdən ibarət qrup İstanbul şəhərinin Bakırköy rayonunda yerləşən "Ömür AVM" ticarət mərkəzində saxlanılıblar. Həmin dəstəyə, ötən il qətlə yetirilən "qanuni oğru" Rövşən Lənkəranskinin qardaşı X34 başçılıq edib. Qrupa Təqsirləndirilən şəxs Tofiq oğlu və digər şəxslər daxil olub (19-cucildiş vərəqi 154-158). İşdə olan xx.xx.2017-ci il tarixli diskə baxış protokolundan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, içərisində xx.xx.2017-ci il tarixli video fayl olan "RARA 29 E24O25 653 5" nömrəli "Verbatim" DVD-R diskə baxış zamanı müəyyən olunmuşdur ki, video görüntü 01 saat 34 dəqiqə 53 saniyədən ibarətdir. Görüntüdə Lenin prospekti ilə Kubinskaya küçəsinin kəsişməsi düşür. Sol yuxarı küncdə “28 aprel 2017 21:00:03”- Leninski prospekti – Kubinsakaya küçəsi” yazısı mövcuddur. Video görüntüyə baxış zamanı saat 22:17:07-də ekranda görünür ki, bənövşəyi rəngdə “VAZ” avtomobili Lenin prospekti ilə “Lenin prospekti” metro stansiyası istiqamətdə hərəkət edir. Bu da Təqsirləndirilən şəxs qətli törətdikdən sonra qeyd olunan avtomobil ilə hərəkət etməsi təsdiq olunur. Bundan əlavə, Sankt-Peterburq şəhəri, Marşal Zaxarov küçəsi, ev 14, korpus № 4, lit. “A” ünvanında quraşdırılmış videomüşahidə kamerasına baxış zamanı müəyyən edilmişdir ki, həmin video görüntü 15 dəqiqədən ibarətdir. Görüntüdə yaşayış binasının həyəti görünür. Sol yuxarı küncdə “28 aprel 2017 22:20:00”, sağ aşağı küncdə isə “glavniy vxod” yazısı vardır. Video görüntüyə baxış zamanı saat 22:29:22-də ekranda görünür ki, uzaqda bir nəfər şəxs piyada hərəkət edir; (istintaq zamanı həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir). Bundan əlavə, Sankt-Peterburq şəhəri, Lenin prospekti, ev № 55, korpus № 2 ünvanda quraşdırılmış videomüşahidə kamerasına baxış zamanı müəyyən edilmişdir ki, kamera görüntüsü 14 dəqiqə 58 saniyədən ibarətdir. Görüntüyə binanın həyəti düşür. Sağ yuxarı küncdə “2017-04-28 22:20:00” yazısı vardır. Video görüntüyə baxış zamanı saat 22:25:53-də şüşələri tündləşdirilmiş bənövşəyi rəngdə “VAZ” markalı avtomobilin hərəkət edərək binanın həyətinə daxil olması görünür. Həmin görüntü ilə Təqsirləndirilən şəxs qətli törətdikdən sonra idarə etdiyi “VAZ 21103” markalı avtomobil ilə Lenin prospekti ev 55 ünvanına gəlməsi tam təsdiq olunur. Video görüntüyə baxış zamanı saat 22:27:20-də Təqsirləndirilən şəxs hərəkət etməsi görünür. Telefon məlumatlarına baxış protokolu ilə müyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixdə saat 22:27də Təqsirləndirilən şəxs istifadəsində olan 7-***-***-**-** saylı mobil nömrə ilə Şahid2 istifadəsində olan 7-***-***-**-** saylı telefon nömrəsinə zəng edilərək 47 saniyə danışıq aparılmış və qeyd olunan danışıq zamanı Təqsirləndirilən şəxs “Sankt-Peterburq şəh., Lenin prospekti, ev 53” adlı antendə qeydə alınmışdır. Bundan əlavə, Sankt-Peterburq şəhəri, Lenin prospekti, ev № 55, korpus № 3 ünvanında quraşdırılmış videomüşahidə kamerasına baxış zamanı müəyyən edilmişdir ki, kamera görüntüsü 20 dəqiqə 56 saniyədən ibarətdir. Görüntüdə binanın həyəti düşür. Sağ yuxarı küncdə “2017-04-28 22:20:00”, sol aşağı küncdə “İP CAM1” yazısı vardır. Video görüntüyə baxış zamanı saat 22:25:55-də bənövşəyi rəngdə “VAZ” markalı avtomobilin hərəkət edərək səkinin kənarında dayanması və avtomobilin içərisindən Təqsirləndirilən şəxs düşərək piyada hərəkət etməsi görünür. Həmin görüntü ilə Təqsirləndirilən şəxs qətli törətdikdən sonra Lenin prospekti ev 55 ünvanına gəlməsi və avtomobili orada saxlaması tam təsdiq olunur (20-ci cild iş vərəqi 32-51). İşdə olan telefon məlumatlarına baxış protokolundan görünür ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş 7-***-***-**-** saylı mobil nömrə ilə Şahid2 istifadəsində olmuş 7-***-***-**-** saylı mobil telefonu arasında mütəmadi olaraq zəng olunaraq qarşılıqlı danışıq aparılmışdır. 7- ***-***-**-** saylı mobil nömrə qeyd edilən vaxt ərzində **********86270 İMEİ kodlu mobil telefon istifadə olunmuşdur. Telefon danışıqların təhlili göstərir ki, xx.xx.2017-ci il tarixdə saat 15:07-də Təqsirləndirilən şəxs istifadəsində olan 7-***-***-**-** saylı mobil nömrədən Şahid17 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng vurmaqla aralarında 80 saniyə müddətində danışıq aparılmışdır. Telefon danışıqların təhlili davam etdirilərkən müəyyən edildi ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş 7-***-***-**-** saylı mobil nömrə ilə Şahid2 istifadəsində olmuş 7-***-***-**-** saylı mobil telefonu arasında mütəmadi olaraq zəng olunaraq qarşılıqlı danışıq aparılmışdır. 7- ***-***-**-** saylı mobil nömrə qeyd edilən vaxt ərzində **********29420 İMEİ kodlu mobil telefon istifadə olunmuşdur. Telefon məlumatlarına baxış protokolundan görünür ki, xx.xx.2017-ci il tarixdə saat 22:10-da Təqsirləndirilən şəxs 7-***-***-**-** saylı mobil nömrə ilə Şahid3 istifadəsində olan 7-***-***-**-** saylı telefon nömrəsinə zəng edilərək 23 saniyə danışıq aparılmış və qeyd olunan danışıq zamanı Təqsirləndirilən şəxs hadisə yerini əhatə edən “Sankt- Peterbuq şəh., Lenin pr-ti, ev 160” adlı antendə qeydə alınmışdır. Həmin məlumat Şahid3 istifadəsində olan 7-***-***-**-** saylı telefon nömrəsinə də baxış keçirilən zamanı aşkar edilmişdir. Bu taksi sürücüsü Şahid3 ifadəsində göstərdiyi hadisə günü axşam saatlarında Təqsirləndirilən şəxs ona məxsus mobil nömrəyə zəng etməsi barədə xüsusatı təsdiq edir. Həmçinin telefon danışıqlarından görünür ki, Şahid2 istifadəsində olan 7-***-***-**-** saylı mobil nömrə ilə Şahid3 istifadəsində olan 7-***-***-**-** saylı telefon nömrə arasında xx.xx.2017-ci il tarixdən saat 14:26-dan xx.xx.2017-ci il tarixdə saat 16:09-dək çoxsaylı danışıqlar aparılmışdır.Telefon danışıqların təhlili davam etdirilərkən müəyyən edilmişdir ki, xx.xx.2017-xx.xx.2017 və xx.xx.2017-xx.xx.2017-ci il tarixləri aralığında Təqsirləndirilən şəxs Rusiya Federasiyasının ərazisində istifadəsində olmuş **********8675 nömrəli İMEİ kodlu mobil telefon aparatını "xxxx" mobil operatoruna məxsus ***-***-**-** saylı mobil nömrə altında istifadə etmişdir. Həmin müddət ərzində Təqsirləndirilən şəxs ilə Şahid2 arasında qarşılıqlı danışıqlar aparılmışdır. Baxış zamanı xx.xx.2017-xx.xx.2017 və xx.xx.2017-xx.xx.2017-ci il tarixləri aralığında Təqsirləndirilən şəxs tərəfindən ***-***-**-** saylı mobil nömrə müəyyən olunmayan abunəçilər ilə (məlumatlar əks olunmamışdır) GPRS əlaqəsi yaratması görünür. Bundan əlavə müəyyən edilmişdir ki, Şahid2 kürəkəni X39 xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək **********57790 İMEİ kodda +7-***-***-**-** saylı mobil nömrədən istifadə etmişdir. xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Şahid2 istifadəsində olan +7-***-***-**-** saylı mobil nömrə həmin İMEİ kodda istifadə edilmişdir (15-ci cild iş vərəqi 153-175). İşdə olan xx.xx.2022-ci il tarixli telefon məlumatlarına baxış protokolundan görünür ki, xx.xx.2017-ci il tarixdə saat 13:35:28-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** saylı mobil nömrədən Şahid17 ifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng vurmaqla aralarında 11 saniyə müddətində danışıq aparlmışdır. Həmin zəng "Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, 63 saylı bina ilə üzbəüz «2403-cü məhəllə» adlı antendə qeydə alınmışdır. Həmin nömrələr arasında başqa danışıq qeydə alınmamışdır.Telefon danışıqlarının təhlili davam etdirilərkən müəyyən edilir ki, xx.xx.2017ci il tarixdə saat 15:38-dən xx.xx.2018-ci il tarixdə saat 19:56-dək Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şahid17 istifadəsində olan ***-***-**-** saylı mobil telefonu arasında 8 dəfə zəng olunaraq qarşılıqlı danışıq aparılmışdır (25-ci cild iş vərəqi 231). İşdə olan «Rozısk-Magistral» PTK MB-nin xx.xx.2018 tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə 3356-S7 aviareysi ilə Bakı şəhəri Heydər Əliyev adına hava limanından Moskva şəhərinin “Domodedovo” hava limanına gəlmişdir; xx.xx.2017-ci il tarixdə Təqsirləndirilən şəxs 37-S7 aviareysi ilə Moskva şəhərinin “Domodedovo” hava limanından Sankt-Peterburq şəhərinin “Pulkovo” hava limanına gəlmişdir; xx.xx.2017-ci il tarixdə Təqsirləndirilən şəxs 1854-SU aviareysi ilə Moskva şəhərinin “Şeremetyevo2» hava limanından Bakı şəhəri Heydər Əliyev adına hava limanına uçmuşdur; xx.xx.2017-ci il tarixdə Təqsirləndirilən şəxs 401-TK aviareysi ilə Türkiyə Respublikasının İstanbul şəhərindən Sankt-Peterburqun “Pulkovo” hava limanına uçmuşdur (15-ci cild iş vərəqi 100-101). İşdə olan Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən çıxarılmış sərhəd keçmə hesabatından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə saat 17:00-da Bakı-Moskva aviareysi ilə ölkədən çıxmış, xx.xx.2017-ci il tarixdə saat 14:33-də Moskva-Bakı aviareysi ilə ölkəyə gəlmiş, xx.xx.2017-ci il tarixdə saat 05:55də Bakı-İstanbul aviareysi ilə ölkədən çıxmış və xx.xx.2017-ci il tarixdə saat 03:48-də Minsk-Bakı aviareysi ilə ölkəyə gəlmişdir (23-cü cild iş vərəqi 194). İşdə olan "xxxx" MMC-dən alınmış xx.xx.2021-ci il tarixli BKC/LGL-22831/21 nömrəli məktubundan görünür ki, ***-***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs, ***-***-**-** saylı mobil nömrə Şahid17, ***-***-**-** saylı mobil nömrə isə X13 (Şahid17 oğlu) adınadır (25-ci cild iş vərəqi 82-83). İşdə olan «Sberbank» PSC-nin «Sberbank onlayn» əməliyyatı üzrə qəbzin surətindən görünür ki, Şahid13 xx.xx.2017-ci il tarixdə saat 21:48:20-də Şahid2 kartına 49.000 rubl məbləğində pul göndərmişdir (14-cü cild iş vərəqi 143-146) İşdə olan «Sberbank» PSC-nin müştərisi Şahid14 şəxsi hesabından çıxarışdan görünür ki, onun kartından xx.xx.2017-ci il tarixdə Şahid2 kartına 60.000 rubl məbləğində pul köçürülmüşdür (14-cü cild iş vərəqi 153-161). İşdə olan xx.xx.2017 tarixli qəbzin surətindən görünür ki, Şahid13 xx.xx.2017-ci il tarixdə «Sberbank» PSC-nin «Kolibri» pul köçürülməsi ilə Şahid2 230.000 rubl məbləğində pul köçürmüşdür (19-cu cild iş vərəqi 89-125). İşdə olan Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2021-ci il tarixli, 4/2843 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs qətlə yetirilən Zərərçəkmiş şəxs ilə tanış olmuş, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək və xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixə qədər RF-nın Sankt-Peterbuq şəhərində olarkən sonuncu ilə birlikdə eyni ünvanda yaşamış, onun himayəsi altında olmuşdur. Mərhum Zərərçəkmiş şəxs kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan “qanuni oğru” Nadir Səlifovun tərəfdarı və sonuncunun rəhbərlik etdiyi kriminal qruplaşmanın üzvü olmuşdur. Təqsirləndirilən şəxs isə qətlə yetirilmiş, kriminal mühitdə “Rövşən Lənkəranski” ləqəbi ilə tanınan Rövşən Canıyevin tərəfdaşı olmuş, lakin bunu gizlətməklə Zərərçəkmiş şəxs etimadını qazana bilmişdir. Təqsirləndirilən şəxs cinayətin törədilməsində Şahid2 köməklik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qətli törətmək üçün növbəti dəfə Sankt- Peterburq şəhərinə gələrkən “yaxın münasibətlərdə” olmasına baxmayaraq, Zərərçəkmiş şəxs xəbərsiz gəlmiş, Şahid2 ona yaşamaq üçün mənzil kirayələmiş, yaşıl rəngli avtomobilin alınmasında, qətldə istifadə olunan silahın əldə edilməsində köməklik göstərmişdir. Şahid2 qeyd olunanları Şahid17 tapşırığına əsasən etmişdir. Əməliyyat məlumatlarına əsasən, Təqsirləndirilən şəxs Cabir X3 və X1 və təhriki əsasında qətlə yetirmişdir. Həmin dövrdə Namiq Canıyevin sürücüsü işləyən Şahid17 isə qətlin törədilməsi üçün lazım olan silah və nəqliyyat vasitəsinin əldə edilməsində Təqsirləndirilən şəxs Şahid2 vasitəsilə köməklik göstərmişdir. Təqsirləndirilən şəxs qətlin törədilməsi üçün külli miqdarda pul vəsaiti söz verilmiş, vəsaitin bir hissəsi ona ödənilsə də, qalan hissəsi ödənilməmişdir. Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə Moskva şəhərinə gələrək buradan Sankt-Peterburq şəhərinə gedərkən orada Zaur Əhmədovla görüşmüş, törədəcəyi qətl hadisəsinin detallarını onunla müzakirə etmişdir. Əməliyyat məlumatlarına əsasən, Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2017-ci il tarixdə Bakı şəhərindən təyyarə ilə İstanbul şəhərinə, oradan isə həmin gün Sankt-Peterbuq şəhərinə getmişdir. Qətl hadisəsini törədəcəyi barədə qəti qərar qəbul etdiyindən, Təqsirləndirilən şəxs şübhə doğurmamaq məqsədilə Sankt-Peterburq şəhərinə məhz qeyd edilən marşrutla getmişdir. xx.xx.2017-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qətlə yetirdikdən dərhal sonra Şahid2 vasitəsilə əldə etdiyi taksi ilə Minsk şəhərinə gəlmişdir. Taksi sürücüsü Ramin adlı şəxs olmuşdur. xx.xx.2017-ci il tarixdə isə Təqsirləndirilən şəxs Minsk-Bakı aviareysi ilə Bakı şəhərinə qayıtmışdır (24-cü cild iş vərəqi 211-214). İşdə olan Respublika Psixiatriya xəstəxanasının xx.xx.2021-ci il tarixli 7485 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv mlumatlarına görə həmin xəstəxanada müalicədə olmamışdır (23-cü cild iş vərəqi 52). İşdə olan Azərbaycan Respublikası DİN-in tələbnaməsindən və məhkəmə hökmlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə Türkiyə Respublikasının Bakırköy 6 X53 tərəfindən mütəşəkkil cinayətkar dəstəyə üzv şübhəsi ilə həbs edilərək Maltepe 3NL tipli qapa cəza infaz qurumuna yerləşdirilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(005)-324/2021-ci il nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli 1(103)-1655/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4 və 9.2.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının müddəti 6 ay azaldılaraq, üzərində 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (23-cü cild iş vərəqi 196-201, 24-cü cilod iş vərəqi 54-64, 25-ci cild iş vərəqi 97-10 və 276-291). İşdə olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, “VimpelCom” PSC-dən daxil olmuş telefon danışıqlarının əks olunduğu bir ədəd “6L 13 W20 X B 915” nömrəli “TDK” CD-R disk; "xxxx" ASC-dən daxil olmuş telefon danışıqlarının əks olunduğu bir ədəd "LH31** UJ ***73114 D4" nömrəli "Verbatim" CD-R disk; "MegaFon" PSC-nin Şimal-Qərb filialından daxil olmuş telefon danışıqlarının əks olunduğu bir ədəd "6183 156 LC 17:08" nömrəli "Verbatim" CD-R disk; “Mobil Telesistemləri” PSC-dən daxil olmuş telefon danışıqlarının əks olunduğu kağız daşıyıcı; 28 fevral 2017-ci il tarixli 52 nömrəli alqı-satqı müqaviləsinin surəti; “VAZ 21103” markalı “K660CH47” dövlət qeydiyyat nişanlı avtomobilə məxsus pasportunun surəti; qara rəngli korpusu olan bir ədəd "SAMSUNG SM-J 120F/DS" modelli mobil telefon; qara rəngli korpusu olan bir ədəd “Nokia 107” modelli mobil telefon; “SAMSUNG CT-E1200” modelli bir ədəd mobil telefon; “Pulkovo” hava limanından götürülmüş içərisində 25 aprel 2017-ci il tarixli 10 ədəd video fayl olan "HL D 6** UL ***32067 A5" nömrəli "Verbatim" CD-RW diski; içərisində xx.xx.2017-ci il tarixli video fayl olan "RARA 29 E24O25 653 5" nömrəli "Verbatim" DVD-R diski; Sankt- Peterburq şəhəri, Marşal Zaxarov küçəsi, ev 14, korpus № 4, lit. “A”, Sankt-Peterburq şəhəri, Lenin prospekti, ev № 55, korpus № 2, lit. "A", Sankt-Peterburq şəhəri, Lenin prospekti, № 55, korpus № 3, lit. "A" ünvanlarda quraşdırılmış müşahidə kameralarındakı video götüntüləri özündə əks etdirən bir ədəd "Kingston DT E9 64 GB" nömrəli fleş kart; “Oqni zaliva” MKD-də quraşdırılmış müşahidə kameralarından götürülmüş içərisində videofayllar olan bir ədəd CD-disk; “VAZ 21103” markalı K660CN47 dövlət qeydiyyat nişalı avtomobildən götürülmüş lak-boya qaşıntıları; “Lada” markalı M133YE178 dövlət qeydiyyat nişanllı avtomobildən götürülmüş lak-boya qaşıntıları; mərhum Zərərçəkmiş şəxs məxsus paltarlar: gödəkçə, cins şalvar, köynək, mayka, tursik, corab, ayaqqabı, cib dəsmalı; 29 aprel 2017-ci il tarixdə Sankt-Peterburq şəhəri, Lenin prospekti, ev № 148, korpus № 2 ünvanında hadisə yerinə baxış zamanı götürülmüş gips qabında bərkidilmiş ayaqqabı altlığının alt hissəsinin izi; 11 may 2017-ci il tarixdə Sankt-Peterburq, Trefolev küçəsi, ev 42 ünvanında “VAZ 21103” markalı “K660CN47” dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı aşkar edilərək götürülmüş papaq və əlcək; 11 may 2017-ci il tarixdə Sankt-Peterburq şəhəri, Trefolev küçəsi, ev 42 ünvanında “VAZ 21103” markalı “K660CN47” dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı qabaq sərnişin oturacağının üzlüyündən (yuxarı və aşağı hissələr) götürülmüş 2 ədəd kəsik; 11 may 2017-ci il tarixdə Sankt-Peterburq şəhəri, Trefolev küçəsi, ev nömrəsi 42 ünvanında “VAZ 21103” markalı “K660CN47” dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı sürücü oturacağının üzlüyündən (yuxarı və aşağı hissələr) götürülmüş 2 ədəd kəsik; xx.xx.2017-ci il tarixdə Sankt-Peterburq şəhəri, Yekaterininski prospekti, ev 10 ünvanında X5 Müəssisəsində "BSME"-də Zərərçəkmiş şəxs meyitindən götürülmüş 2 güllə; 29 aprel 2017-ci il tarixdə Sankt-Peterburq şəhəri, Lenin prospekti, ev 148, korpus 2 ünvanında hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş 3 ədəd giliz; 11 may 2017-ci il tarixdə Sankt-Peterburq şəhəri, Trefolev küçəsi, ev 42 ünvanında “VAZ 21103” markalı K660CH47 dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş bir ədəd giliz; 29 aprel 2017-ci il tarixdə Sankt-Peterburq şəhəri, Lenin prospekti, ev 48, korpus 2 ünvanında hadisə yerinə baxış keçirilən zamanı Zərərçəkmiş şəxs meyitindən götürülmüş dırnaq kəsikləri; xx.xx.2017-ci il tarixdə “VAZ 21103” markalı K660CH47 dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı qabaq sərnişin oturacağının ayaqaltı hissəsində olan “Aktiv” butulkasının üzərində aşkar edilərək götürülmüş üzərində əl-barmaq izləri olan iki ədəd yapışqan lent; 29 aprel 2017-ci ildə Sankt-Peterburq, Lenin prospekti, ev 148, korpus 2, mən.58 ünvanında yaşayış yerinə baxış keçirilərkən götürülmüş üzərində əl-barmaq izləri olan 9 ədəd yapışqan lent; xx.xx.2017-ci il tarixdə Sankt-Peterburq şəhəri, Lenin prospekti, ev 148, korpus 2 ünvanında hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş “KENT”, “Camel”, “Winston” markalı siqaretlərə məxsus kötüklər; xx.xx.2017-ci il tarixdə Sankt-Peterburq, Lenin prospekti, ev 148, korpus 2 ünvanında hadisə yerinə baxış zamanı Zərərçəkmiş şəxs meyitinin baş nahiyəsinin yanından götürülmüş üzərində qan ləkələri olan cuna tamponu; 11 may 2017-ci il tarixdə “VAZ 21103” markalı K660CH47 dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı qabaq sətnişin oturacağının astanasında aşkar edilərək götürülmüş üzərində qan ləkələri olan sınaq şüşəsində taxta aplikatoru olan tampon-zond; 31 may 2017-ci il tarixdə Şahid2 ifadəsinin yerində yoxlanılmasını əks etdirən video görüntü olan bir ədəd SD kart; Şahid2 götürülmüş yanaq-epiteli qaşıntısı (ağız suyu nümunəsi); Şahid2 götürülmüş daktiloskopik kart; “VAZ 21103” markalı K660CH47 dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş içərisində nümunələr olan zərf; əşyalara baxış keçirilməsi haqqında xx.xx.2017-ci il tarixli protokola əlavə edilmiş bir ədəd CD disk; əşyalara baxış keçirilməsi haqqında xx.xx.2017-ci il tarixli protokola əlavə edilmiş bir ədəd DVD disk; xx.xx.2018-xx.xx.2018-ci il tarixləri aralığında əşyalara baxış keçirilməsi haqqında protokola əlavə edilmiş bir ədəd DVD disk; X2 götürülmüş içərisində qan və yanaq-epiteli qaşıntısı (ağız suyu) olan zərf, Təqsirləndirilən şəxs məxsus daktilokart cinayət təqibi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübutlar kimi tanınmışlar. Təqsirləndirilən şəxs məxsus daktilokart cinayət işində, digər maddi sübutlar isə Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutlar otagında saxlanılır (26-cı cild iş vərəqi 34- 106). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 12.1 və 120.2.1, 12.1 və 120.2.5 və 12.1 və 228.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürməməsi, heç bir krniminal qruplaşmanın üzvü olmaması, hadisə baş verən gün Zərərçəkmiş şəxs öldürüldüyü yerdə olmaması barədə ibtidai istintaq və məhkəmə zamanı verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs dindirilərkən, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs öldürülməsi ilə bağlı hadisədən sonrakı günlər polis əməkdaşları Sankt-Peterburq şəhərindəki bazarda işləyən azərbaycanlıları tutmağa başlamışlar, məhz bu səbəbdən də Sankt-Peterburq şəhərini tərk etmişdir. Lakin işin materiallarından, o cümlədən Təqsirləndirilən şəxs öz ifadəsindən, şahid qismində dindirilmiş Şahid3n ifadəsindən görünür ki, sonuncu idarə etdiyi avtomobillə Təqsirləndirilən şəxs Sankt-Peterburq şəhərindən Rusiya Federasiyasının sərhəddini keçməklə Belarus Respublikasına 2017-ci ilin aprel ayının 28-dən 29-a keçən gecə, yəni hədisənin növbəti günü (günləri) deyil, hadisədən dərhal sonra aparmışdır; Təqsirləndirilən şəxs Sankt-Peterburq şəhərini məhz 2017-ci ilin aprel ayının 28-dən 29-a keçən gecə tərk etməsi, həmçinin Şahid2 ifadələri, işə əlavə edilmiş mobil telefon danışıqları və anten məlumatları, o cümlədən Şahid2la Şahid3 və Təqsirləndirilən şəxs arasında olan telefon danışıqları və cinayət işinin digər materialları ilə təsdiq olunmuşdur. Belə ki, Rusiya Federasiyası İstintaq Komitəsinin Sankt-Peterburq şəhəri üzrə Baş İstintaq idarəsində şübhəli şəxs qismində dindirilmiş Şahid2 ifadəsində 2017-ci il aprel ayının əvvəllərində tanışı Şahid17 xahişi ilə Sankt-Peterbuq şəhərinin «Pulkovo» aeroportunda Təqsirləndirilən şəxs qarşıladığını, sonuncunun ondan ucuz avtomobil, əlaqə üçün iki mobil telefon və odlu döyüş tapançası əldə etməsini dediyini, o, bunların ona nə üçün lazım olduğunu soruşmadığını, lakin Təqsirləndirilən şəxs kimisə öldürmək istədiyini anladığını, Şahid17 ona göndərdiyi pulla Təqsirləndirilən şəxs “Na Brestsom” otelində yerləşdirdiyini, daha sonra «Yunona» bazarında naməlum şəxslərin adına rəsmiləşdirilmiş SİM-kartlar və mobil telefon aldığını, tanışı Sərvan Quliyev vasitəsilə ucuz qiymətə bönövşəyi rəngdə «VAZ-21103» markalı avtomobil aldığını, Təqsirləndirilən şəxs Azərbaycana qayıtdığı üçün xx.xx.2017-ci il tarixdə onu yenidən “Pulkovo” aeroportunda qarşıladığını, sonuncunun xahişi ilə uzaq qohumu Şahid3 ilə danışaraq Təqsirləndirilən şəxs Belorusiyaya aparmasını xahiş etdiyini, Şahid3 xx.xx.2017-ci il tarixdə Təqsirləndirilən şəxs Belarusiyaya apardığını, sonuncularla yol boyu telefon əlaqısi saxlamasını göstərmişdir. Şahid2 təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində Şahid17 təhdidlərindən sonra 2017-ci ilin aprel ayının 8-də özünü “Dadaş” kimi təqdim edən Təqsirləndirilən şəxs “Pulkovo” hava limanında qarşıladığını, onu Lenin prospektində yerləşən “Na Brestskom” otelində yerləşdirdiyini, Təqsirləndirilən şəxs bənövşəyi rəngdə “VAZ 21103” markalı avtomobil, mobil nömrə və telefonla təmin etdiyini, Şahid17 tələbi ilə odlu silahın alınması üçün ona əvvəlcədən göndərilmiş pulla Təqsirləndirilən şəxs 150000 rubl pul verdiyini göstərmişdir. İstintaq zamanı təqsirləndirilən şəxs Şahid2 istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə xx.xx.2017-ci il tarixdə onun ifadəsi yerində yoxlanılmış və bu zaman onun əvvəllər haqqında ifadə verdiyi hadisə yeri, hadisənin baş vermə şəraiti, hadisə yerinin xüsusiyyətləri və digər istintaq materialları ilə uyğunluq təşkil etməklə, onun ifadəsinin düzgünlüyü bir daha təsdiqlənmişdir. xx.xx.2017-ci il tarixli tanınma protokolundan da görünür ki, Təqsirləndirilən şəxs oğu tanınma üçün Şahid2 təqdim edilmişdir. Şahid2 ona təqdim olunan fotoşəkillər arasından Təqsirləndirilən şəxs tanımışdır. Bundan başqa Təqsirləndirilən şəxs Moskva şəhərindən Sankt-Peterbuq şəhərinə gələrkən sifarişçinin (sifarişçilərin) təlimatları əsasında həmin şəhərdə Şahid2la əlaqə saxlayıb görüşmüş, sonuncu Təqsirləndirilən şəxs Sankt-Peterbuq şəhərində qalmasını təmin etmək üçün 08 aprel 2017-ci il tarixdə saat 04:45-də Lenin prospekti, ev 81 korpus 1 ünvanında yerləşən “Na Brestskom” otelində ona məxsus Rusiya Federasiyası pasportundan istifadə edərək öz adına nömrə (otaq) rəsmiləşdirmişdir. Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşı, yəni əcnəbi olduğu üçün oteldə olan nömrəni məhz Rusiya Federasiyasının vətəndaşı olduğuna görə öz adına rəsmiləşdirmişdir. Həmin xüsusat məhkəmə zamanı tədqiq edilən sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, “Na Brestskom” otelinin inzibatçısı Şahid12 şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, Şahid2 xx.xx.2017-ci il tarixdə saat 04:45 dəqiqədə həmin oteldə yer tutmuşdur. Əgər Şahid2 nömrəni öz adına almışdırsa deməli ona oteldə qalacağını demişdir. Ola bilsin ki, Nazim bundan sonra oteli sadəcə tərk etmiş və orada Camala Həsənov yaşamışdır. Əgər oteldə Təqsirləndirilən şəxs yaşayırdısa, o zaman o, bunu başa düşməmiş, çünki onun üçün bütün qafqazlılar eyni sifətdədir. Onlar mehmanxanada həm Rusiya vətəndaşlarını, həm də digər dövlətlərin vətəndaşlarını yerləşdirə bilərlər və xarici vətəndaşların sənədlərinin tərtib olunmasında heç bir çətinlik yoxdur. Yəni onlar Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs adına otel nömrəsini asanlıqla sənədləşdirə bilərdilər və onun vətəndaşlığı maneə ola bilməzdi. Yuxarıda göstərilən hallar sübut edir ki, Təqsirləndirilən şəxs hüquq-mühafizə orqanları tərəfindən gələcəkdə ifşa olunmaması və oteldə özü haqqında məlumatların qalmaması üçün nömrəni (otağı) öz adına deyil, məhz Şahid2 adına rəsmiləşdirilməsinə nail olmuşdur. Bundan başqa, Şahid2 istintaqa verdiyi ifadələrindən görünür ki, o, Təqsirləndirilən şəxs “Pulkovo” hava limanında qarşıladıqdan sonra sonuncunun xahişi ilə onu tanışının yaşadığı Sankt-Peterbuq şəhəri, Lenin prospekti, 148 nömrəli evin yanına aparmış, tanışının mənzilində işıqların yanmadığını görən Təqsirləndirilən şəxs ona oradan getməsini demişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs yaşadığı Sankt-Peterbuq şəhəri, Lenin prospekti ev 148, korpus 2 ünvanına getməyi qətlin törədilməsi üçün ərazinin kəşfiyyatının aparmasını təsdiq edir. Məhkəmə zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs qəsdən öldürülməsi üçün əlverişli yerin onun yaşadığı binanın qarşısı olduğunu müəyyən etdikdən sonra Şahid2 vasitəsilə heç bir rəsmiləşdirmə aparmadan 95.000 rubl məbləğində Şahid6 Birisovnanın mülkiyyətində olan bənövşəyi rəngli “VAZ 21103” markalı K660CH47 dövlət qeydiyyat nişanlı avtomobili almış və gələcəkdə ifşa olunmaması məqsədilə avtomobilin bütün şüşələrini xüsusi vasitə ilə tündləşdirmişdir. Belə ki, Şahid2 istintaqa verdiyi ifadələrindən görünür ki, o, 2017-ci ilin aprel ayının əvvəllərində tanışı Sərvan Quliyev vasitəsilə Şahid5 95.000 rubl məbləğində “VAZ 21103” markalı K660CH47 dövlət qeydiyyat nişanlı avtomobil almış, daha sonra “Yunona” adlanan bazarda avtomobilin şüşələrini tündləşdirmiş, həmin avtomobil Təqsirləndirilən şəxs istifadəsində olmuşdur. İş üzrə şahid qismində dindirilmiş X24 da ifadəsində təsdiq etmişdir ki, təqribən 2017ci ilin mart ayında tanışı Yura (Şahid5) ona zəng vurub özünə məxsus “VAZ 21103” markalı avtomobili satmaq istədiyini demişdir. Daha sonra Şahid2la görüşən zaman sonuncunun ucuz, təxminən 100.000 rubl qiymətində avtomobil almaq istədiyini öyrənmişdir. Nazim ona demişdir ki, avtomobili alan zaman hər hansı bir sənədləşmə aparmağa ehtiyac olmasın və bu avtomobili sonra aşkar etmək də mümkün olmasın. O, bunun səbəbini soruşmuş, çünki, Nazimin bu hərəkəti ona şübhəli gəlmişdir. Nazim ona: “Avtomobil mənə bir «iş» üçün lazımdır ki, onu sonra tapmasınlar”,- demişdir. O, anlamışdır ki, bu avtomobil qanunla icazə verilməyən hər hansı bir hərəkətin, hətta cinayətin yerinə yetirilməsi üçün lazımdır. Bir qədər vaxt sonra, o, həmin avtomobili 95.000 rubl pula Naim Nüsrətova satmış və pulu Şahid5 vermişdir. İstintaq zamanı Şahid2 ilə şahid X24 arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı Sərvan Quliyev bir daha Şahid2 2017-ci ilin aprel ayının əvvəllərində Şahid2 sənədsiz avtomobil almaq üçün ona müraciət etdiyini, tanışı Şahid5 məxsus bənövşəyi rəngli “VAZ 21103” markalı K660CH47 dövlət qeydiyyat nişanlı avtomobili 95.000 rubl pul müqabilində Nazimə satıldığını göstərmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində 2017-ci ilin aprel ayında arvadı Şahid6 adına olan, lakin faktiki onun sahibliyində və istifadəsində olan “VAZ 21103” markalı K660CH47 dövlət qeydiyyat nişanlı avtomobili Sərvan Quliyevə satdığını, avtomobili satdığı zaman şüşələrində “tonirovka” olmadığını təsdiq etmişdir. Qeyd edilən avtomobilin texniki pasportundan da görünür ki, avtomobilin sonuncu sahibi Şahid6 olmuşdur. Təqsirləndirilən şəxs “VAZ 21103” markalı K660CH47 dövlət qeydiyyat nişanlı avtomobili sənədsiz əldə etməsi və daha sonra avtomobilin şüşələrini xüsusi vasitələrlə tünləşdirilməsini təmin etməsi gələcəkdə hüquq-mühafizə orqanları tərəfindən ifşa olunmaması üçün etdiyini tədiq edir. Məhkəmə zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 08 aprel 2017-ci il tarixdən 13 aprel 2017-ci il tarixədək Sankt-Petertbuq şəhərində qaldığı müddət ərzində törədəcəyi cinayəti pərdələmək və gələcəkdə hüquq-mühafizə orqanları tərəfindən ifşa olunmasının qarşısını almaq məqsədilə özbək əsilli X19 adına olan +7-***-***-**-** saylı mobil nömrədən istifadə etmişdir. Qeyd edilən vaxt ərzində Təqsirləndirilən şəxs Şahid2la özbək əsilli Firudin Nodirovun adına olan +7-***-***-**-** nömrəli mobil nömrə ilə əlaqə saxlamışdır. Belə ki, xx.xx.2017-ci il tarixli baxış protokolundan görünür ki, X39 xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək **********57790 İMEİ kodda +7-***-***-**-** saylı mobil nömrədən istifadə etmişdir. xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Şahid2 istifadəsində olan +7-***-***-**-** saylı mobil nömrə həmin İMEİ kodda istifadə edilmişdir. Şahin Rzayev şahid qimsində dindirilərkən ifadəsində göstərmişdir ki, 2017-ci ildə istifadəsində “BeeLine” mobil operatoruna məxsus 8-***-***-**-** saylı mobil nömrə olmuşdur. İstintaq zamanı ondan götürülmüş “Samsung” markalı mobil telefon cihazına baxış keçirilmişdir. Baxış zamanı telefonun yaddaşında Bilayn mobil operatoruna məxsus 8-***-***-**-** saylı mobil nömrənin fotoşəkli aşkar olunmuşdur. O, heç vaxt həmin nömrədən istifadə etməmişdir. Bu fotoşəkli Şahid2 ona görə göndərmişdir ki, o, həmin nömrəyə kontur yükləsin. Bu nömrədən Şahid2 özü istifadə etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Sankt-Peterbuq şəhərində qaldığı müddət ərzində özbək əsilli X14 adına +7-***-***-**-** saylı, Şahid2 isə X15 adına olan +7-***-***-**-** saylı mobil nömrələrdən istifadə etmişlər. Təlefon danışıqların təhlili göstərir ki, qeyd olunan mobil nömrələr yalnız həmin tarixlərdə aktiv olmuş, Təqsirləndirilən şəxs ilə Şahid2 arasında xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək 42, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək isə 19 dəfə telefon danışığı olmuşdur. 8-***-***-**-** saylı mobil nömrənin Təqsirləndirilən şəxs istifadəsində olması sonuncunun xx.xx.2017-ci il tarixdə saat 22:10-da Şahid3 məxsus 8- ***-***-**-** saylı mobil nömrəyə etdiyi zəng ilə təsdiqini tapır. Bundan əlavə, Şahid2 Şahid3la əlaqə saxlamaq üçün X23 adına 8-***-***-**-** saylı mobil telefon nömrəsi əldə etmişdir. Şahid qismində dindirilmiş Andrey İqoşin 8-***-***-**-** saylı mobil nömrədən heç vaxt istifadə etmədiyini göstərmişdir. Həmin nömrələrin cinayətlə heç bir əlaqəsi olmayan şəxslərin adlarına rəsmiləşdirilməsi, Nazim Nüsrərtovun istifadəsində daimi 7-***-***-**-** saylı mobil nörmənin olmasına baxmayaraq yuxarıda göstərilən tarixlərdə Təqsirləndirilən şəxs ilə danışmaq üçün başqa nömrələr və mobil telefonlardan istifadə etməsi qətl hadisəsinin planlaşdırıldığını təsdiq edir. Bundan əlavə, məhkəmə zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs “VAZ 21103” markalı K660CH47 dövlət qeydiyyat nişanlı avtomobil ilə 27-28 aprel 2017-ci il tarixdə zərərçəkmiş Zərərçəkmiş şəxs yaşadığı Sankt-Peterbuq şəhəri, Lenin prospekti, 148 nömrəli evin, 2 nömrəli korpusun, 6 saylı giriş blokuna gələrək əlverişli yer seçib sonuncunu gözləmiş, xx.xx.2017-ci il tarixdə saat 22:07-dən saat 22:21-dək olan müddət ərzində Zərərçəkmiş şəxs tək gəldiyini görüb ətrafda heç kim olmadığından əmin olaraq avtomobildən enib, 6 saylı giriş blokunun qarşısında üzərində olan odlu silahdan Zərərçəkmiş şəxs 5 dəfədən az olmayan atəş açmış, daha sonra “VAZ 21103” markalı avtomobilin sükan arxasına keçərək hadisə yerini tərk etmək istəyən zaman yolun kənarında dayanmış “Lada” markalı avtomobili zədələmiş, daha sonra hadisə yerindən uzaqlaşaraq avtomobili Lenin prospekti ev 55 ünvanında saxlamış, əvvəlcədən danışdığı Şahid3la Belorusiyaya getmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs yaşadığı Sankt-Peterbuq şəhəri Lenin prospekti ev 148, korpus 2 ünvanına gedib qətlin törədilməsi üçün əvvəlcədən alınmış “VAZ 21103” markalı avtomobilin içərisində zərərçəkmiş Zərərçəkmiş şəxs gözləməsi və həmin cinayəti törətməsi iş üzrə toplanmış mötəbər sübutlarla kifayət qədər təsdiq olunur. Belə ki, Şahid9 ifadəsindən görünür ki, o, 28 aprel 2017-ci il tarixdə saat 17:00-dan saat 21:50-dək Sankt-Peterbuq şəhəri Lenin prospekti ev 148, korpus 2 ünvanında əvvəllər görmədiyi bənövşəyi rəngli “VAZ 21103” markalı K660CH47 dövlət qeydiyyat nişanlı avtomobili binanın həyətində görmüş və içərisində bir nəfər şəxsin oturaraq diqqətlə 148 nömrəli evin 6 saylı giriş blokuna tərəf baxmışdır. Həmin gün təxminən saat 22:10 radələrində yaşadığı evdə olan zaman atəş səsləri eşitmiş, atəş açıldıqdan sonra o, pəncərəyə baxanda görmüşdür ki, “VAZ 21103” markalı avtomobil sürətlə hərəkətə başlayıb yolun kənarında dayanmış “Lada Qranta” avtomobili sürtüb keçmişdir. Bundan sonra həmin avtomobil Lenin prospekti istiqamətinə doğru hərəkət etmişdir. Bu həmin “VAZ 21103” markalı “K660CH47” dövlət qeydiyyat nişanlı bənövşəyi rəngdə avtomobil olmuşdur. Şahid qismində dindirilmiş Şahid10 də ifadəsində hadisədən əvvəl Lenin prospekti 148 nömrəli evin 2-ci korpsunun yaxınlığında əvvəllər görmədiyi bənövşəyi rəngdə “VAZ 21103” markalı avtomobilin dayandığını və sükan arxasında qafqaz millətində olan tanımadığı şəxsin diqqətlə 148 nömrəli binanın 6 saylı giriş blokuna tərəf baxdığını təsdiq etmişdir. xx.xx.2017-ci il tarixli baxış protokolundan görünür ki, Şahid15 avtomoblində quraşdırılmış kamerasının yaddaşında olan video görüntüyə baxış zamanı Lenin prospekti 148 nömrəli evin, 2-ci korpusunun qarşısında yerləşən zibil konteynerin yanında bönövşəyi rəngdə “VAZ 21103” markalı avtomobilin olması, sürücü oturacağında bir nəfər şəxsin oturması görünür. Bundan başqa, şahid qimsində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 28 aprel 2017-ci il tarixdə saat 22:10 radələrində atəş səsləri eşidən zaman pəncərədən küçəyə baxdıqda bir nəfər şəxsin “VAZ 21103” markalı avtomobilə əyləşməsini, hadisə yerindən uzaqlaşan zaman həyətdə yolun kənarında dayanmış “Lada” markalı avtomobilə dəyib keçməsini bildirmişdir. Şahid qimsində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, 28 aprel 2017-ci il tarixdə o, bütün günü evdə olmuşdur. Axşam saatlarında yatmış və təxminən saat 22 radələrində yuxudan oyanmışdır. O, mətbəxin pəncərəsində ərzaqların soyudulması üçün nəzərdə tutulmuş metal yeşikdən sərin su götürmək üçün pəncərəni açan zaman təxminən 4 dəfə atəş səsi eşitmiş, lakin buna diqqət yetirməmiş, çünki uşaqlar həyətdə tez-tez fişəng partladırlar. O, suyu stəkana doldurmaq istəyəndə 6 saylı blokun qapısından bir nəfər kişinin uzaqlaşdığını, 6 saylı blokunun yanında dayanan tündə rəngli avtomobilə əyləşdiyini, Lenin prospektinə doğru hərəkət etdiyini, həmin avtomobilin yaxınlıqda dayanan digər avtombili sürtüb keçdiyini görmüşdür. İstintaq zamanı “Lada” markalı M133UE178 dövlət qeydiyyat nişanlı və “VAZ 21103” markalı, K660CH47 dövlət qeydiyyat nişanlı avtomobillərə baxış keçirilmiş, zədələnmiş yerlərdən müqayisəli tədqiqat üçün lak-boya nümunələri götürülmüşdür. İş üzrə təyin edilmiş məhkəmə müqayisəli fiziki-kimyəvi ekspertizasının 03 iyul 2017ci il tarixli, 9/G/F/37-17 nömrəli rəyindən görünür ki “VAZ 21103” markalı K660CH47 dövlət qeydiyyat nişanlı avtomobilin səthində aşkar edilmiş lak-böya nümunələri morfoloji əlamətlərinə, rənginə və molekulyar tərkibə görə “Lada” markalı M133UE178 dövlət qeydiyyat nişanlı avtomobil səthində aşkar edilmiş lak-boya nümunələri ilə həmcinsdir. Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21103” markalı avtomobil baxış zamanı aşkar edilərək götürülmüş 9 mm patron iş üzrə təyin edilmiş məhkəmə-ballistik ekspertizasının xx.xx.2017-ci il tarixli, 14G/77-17, 5/G/D/664-17, 6/1/1/17/166 nömrəli rəyinə əsasən kalibr və damğa nişanələrinə görə hadisə yerinə baxış zamanı götürülmüş üç güllə və altı giliz ilə uyğundur. Şahid2 istintaqa verdiyi ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs Belorusiyaya getmək üçün ondan tanıdığı taksi sürücüsü tapmasını xahiş etmiş, buna görə o, fərdi qaydada taksi sürücülüyü ilə gəaliyyət göstərən qohumu Şahid3 müraciət etmiş, sonuncu 15.000 rubl müqabilində Təqsirləndirilən şəxs Belorusiyaya aparmasına razılaşmışdır. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində 2017-ci ilin aprel ayında Nazim Nüsərtovun ona zəng etdiyini və 2017-ci ilin aprel ayının 28-dən 29-a keçən gecə Təqsirləndirilən şəxs aparmasını təsdiq etmişdir. Tanınma protokolundan görünür ki, Təqsirləndirilən şəxs oğu tanınma üçün Şahid3 təqdim edilmişdir; Şahid2 ona təqdim olunan fotoşəkillər arasından Təqsirləndirilən şəxs tanımışdır. Telefon məlumatlarına baxış zamanı telefon istifadəçilərinin antena dairəsi ilə o da öz təsdiqini tapır ki, iş üzrə Təqsirləndirilən şəxs Sankt-Peterburq şəhəri, Lenin prospekti ev 148, korpus 2 ünvanında yəni hadisənin baş vermiş olduğu yerdə olmuşdur. Belə ki, telefon məlumatlarına baxış protokolundan görünür ki, xx.xx.2017-ci il tarixdə saat 22:10-da Təqsirləndirilən şəxs istifadəsində olan 8-***-***-**-** saylı mobil nömrədən Şahid3 məxsus 8-***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edilərək 23 saniyə danışıq aparılmış və qeyd olunan danışıq zamanı Təqsirləndirilən şəxs hadisə yerini əhatə edən “Sankt-Peterbuq şəhəri, Lenin prospekti, ev 160” adlı antendə qeydə alınmışdır. Bu 8-***-***-**-** saylı mobil nömrənin Təqsirləndirilən şəxs istifadəsində olması, sonuncunun hadisənin baş verdiyi saatda hadisə yerində olması və qətli törətdikdən sonra ölkəni tərk etmək məqsədilə Şahid3 zəng etməsi barədə xüsusatı təsdiq edir. Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs izləmək üçün hadisədən əvvəl və sonra bönövşəyi rəngdə “VAZ 21103” markalı avtomobildən istifadə etməsi iş üzrə keçirilmiş ekspertiza rəyləri ilə də təsdiq olunur: Belə ki, məhkəmə-genetik ekspertizasının 05 fevral 2022-ci il tarixli 22/111R nömrəli rəyindən görünür ki, “VAZ 21103” markalı K660CH47 dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı sərnişin kürsüsünün ayaq altında olan butulka ağzından (“Baykal” – boş qab) (obyekt № 1), sürücü kürsüsündən (obyekt № 4), sükan çarxından (obyekt № 5), sürücü qapısının şüşə qaldıran mexanizmindən (obyekt № 8), şüşə qaldırandan (obyekt № 11), “Active” plastik butulkanın ağzından (obyekt № 15) və ön sərnişin kürsüsünün ayaq altından götürülmüş nümunələrdən (obyekt № 20) əldə edilmiş DNT profili Təqsirləndirilən şəxs məxsusdur. Həmçinin, iş üzrə təyin edilmiş məhkəmə-genetik ekspertizasının 05 fevral 2022-ci il tarixli 22/110R nömrəli rəyindən də görünür ki, “VAZ 21103” markalı K660CH47 dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı götürülmüş papaq (obyekt № 1-5), sürücü kürsüsündən götürülmüş parça (obyekt № 10, 19) və sərnişin oturacağından götürülmüş parçadan (obyekt № 21) əldə edilmiş DNT profili Təqsirləndirilən şəxs məxsusdur. Bundan əlavə, məhkəmə-daktiloskopik ekspertizasının 26 oktyabr 2021-ci il tarixli, 3/1730 nömrəli rəyindən də görünür ki, “VAZ 21103” markalı K660CH47 dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı qabaq sərnişin oturacağının ayaqaltı hissəsində “Aktiv” butulkasının üzərindən götürülmüş əl-barmaq izləri Təqsirləndirilən şəxs məxsusdur. Bundan başqa, kamera görüntülərinə baxış zamanı Təqsirləndirilən şəxs qətli törətdikdən sonra idarə etdiyi “VAZ 21103” markalı K660CH47 dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkət edərək avtomobili Lenin prospekti ev 55 ünvanında saxlaması, avtomobildən düşərək Sankt-Peterbuq şəhəri prospekt Qeroyev istiqamətində hərəkət edərək taksi sürücüsü Şahid3 onu gözlədiyi yerə getməsi təsdiq olunur. Təqsirləndirilən şəxs qismində dindirilərkən RF-nın Sankt-Peterburq şəhərində yaşadığı müddət ərzində istifadəsində bənövşəyi rəngdə “VAZ 21103” markalı K660CH47 dövlət qeydiyyat nişanlı avtomobilin olmadığını göstərsə də məhkəmə-daktiloskopik və məhkəmə-genetik ekspertizalarının rəyləri ilə tanış olarkən həmin avtomobili Rusiyada idarə etdiyi üçün ona məxsus bioloji mənşəli nümunələr və əl-barmaq izlərinin orada qaldığını göstərmişdir. Göstərilən hallar bir daha sübut edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə zamanı özünü müdafiə xarakterli ifadə vermiş, cinayətin onun tərəfindən törədildiyini təsdiq edən mötəbər və təkzibolunmaz sübutlara əks dəlillər gətirə bilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ifadələrində Zərərçəkmiş şəxs odlu silahdan atəş açaraq qəsdən öldürməməsi, tutulacağından qorxduğu üçün Sankt-Peterburq şəhərindən hadisənin növbəti günündən sonra (azərbaycanlılar tutulmağa başlanıldıqdan sonra) Belorusiyaya qaçması, mərhum Zərərçəkmiş şəxs kriminal qruplaşmanın üzvləri arasında pul üstündə yaranmış zamanı naməlum şəxslər tərəfindən öldürülməsi iş üzrə toplanmış kifayət qədər mötəbər sübutlarla təkzib edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 12.1 və 120.2.1, 12.1 və 120.2.5 və 12.1 və 228.2.1-ci maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 120.2.1 və 120.2.5-ci maddələrinin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası və ya ömürlk azadlıqdan məhrum etmə cəzası və həmin Məcəllənin 228.2.1-ci maddəsinin sanksiyasında üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs Camal Həsəovun cinayət əməllərini nəzərdə tutan Rusiya Federasiyasının Cinayət Məcədlləsinin 105-ci maddəsinin «j» və «z» bəndləri ilə səkkiz ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası və ya ömürlük azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 222-ci maddəsinin 3-cü hissəsinin «a» bəndində isə altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, Azərbaycan Respublikası Cinayət Məcəlləsi əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. X7 iştirakçısı olan dövlətlərin «Mülki, ailə və cinayət işləri üzrə hüquq münasibətləri və hüquqi yardım haqqında» 22 yanvar 1993-cü il tarixli Minsk konvensiyasına əsasən X9 üzvə ölən ölkələr cinayət işləri üzrə bir-birilərinə hüquqi fardım etmək barədə razılığa gəlmişər. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 120.2.1 və 120.2.5-ci maddələri xüsusilə ağır cinayətlər kateqoriyasına, həmin Məcəllənin 228.2.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, Azərbaycan Respublikası CM-in 15.5-ci maddəsinə əsasən qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.1.11 və 59.1.12-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hal olsa da təqsirləndirildiyi Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında ömürlük azadlıqdan mərum etmə cəzası nəzərdə tutulduğundan Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, Cinayət Məcəlləsinin 60.2-ci maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 5-ci bəndində göstərilmişdir ki, Qəsdən adam öldürmə cinayəti CM-nin 120.2.1-ci maddəsi ilə tövsif edilməli olduğu hallarda nəzərə almaq lazımdır ki, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) anlayışları CM-nin 34-cü maddəsində şərh edilmişdir. Adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur. Qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayətlərdə qabaqcadan əlbir olan cinayətin icraçısı (icraçıları) ilə birlikdə digər iştirakçılar cinayətin təşkilatçıları, təhrikçiləri və köməkçiləri qismində çıxış edə bilərlər. Belə şəxslərin əməlləri cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olmaqla CM-nin 32-ci maddəsinə istinad edilməklə 120.2.1-ci maddəsi ilə tövsif edilməlidir. Bir və ya bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş iki və ya daha çox şəxsdən ibarət olan sabit cinayətkar qrup tərəfindən törədilən cinayət mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayət hesab olunur. Belə qruplar bir qayda olaraq cinayəti diqqətlə planlaşdırdıqlarına, əvvəlcədən cinayətin alətlərini hazırladıqlarına, qrup iştirakçıları arasında rol bölgüsü apardıqlarına görə iştirakçıların hamısı cinayət hadisəsindəki rollarından asılı olmayaraq cinayətin icraçıları hesab olunurlar və onların əməlləri tövsif edilərkən CM-nin 32-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsi məqsədilə yaradılmış sabit mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) qəsdən adam öldürmə cinayəti törətdikdə bu cinayətin iştirakçılarının əməlləri CM-nin 120.2.1-ci maddəsi ilə yanaşı 218-ci maddəsi ilə də tövsif edilməlidir. Həmin Polenmum qərarının 9-cü bəndinə əsasən təqsirkarın əməli tamah məqsədilə qəsdən adam öldürmə kimi (120.2.5-ci maddə) o vaxt tövsif edilə bilər ki, bu əməl təqsirkarın özü və başqası üçün hər hansı maddi mənfəət (pul, əmlak, mənzil sahəsinə hüquq və s.) əldə etmək və ya maddi xərclərdən (borc qaytarmaqdan, aliment verməkdən və s.) yaxa qurtarmaq, yaxud sair tamah niyyətilə edilmiş olsun. Cinayətin icraçısının maddi və ya digər mükafat alması ilə şərtləndirilən qəsdən adam öldürmə sifarişlə adam öldürmə kimi tövsif edilməlidir. Əməlin sifarişlə qəsdən adam öldürmə kimi tövsif edilməsində qətli sifariş edənin və cinayətin icraçısının rəhbər tutduqları motivin hər hansı rolu yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzər tutulan cəzasını yüngülləşdirən halın olmasını, Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzər tutulan cəzasını ağırlaşdıran halın olmamasını, o cümlədən təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1 və 120.2.1, 12.1 və 120.2.5 və 12.1 və 228.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının (Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 105-ci maddəsinin «j» və «z» bəndlərində və həmin Məcəllənin 222-ci maddəsinin 3-cü hissəsinin «a» bəndində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının müddətləri (hədləri) nəzərə alınmaqla) təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini təsbit edən Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, həbsdə olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 12 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli qərarı ilə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş hökmlə təyin edilmiş cəza ilə tam toplamaq yolu ilə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasının Təqsirləndirilən şəxs tərəfindən tam çəkilməsi nəzərə alınaraq təyin edlmiş cəzadan çıxılmaqla üzərində qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələblərinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ciddi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halın olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 12.1 və 120.2.1, 12.1 və 120.2.5 və 12.1 və 228.2.1-ci maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının (Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 105-ci maddəsinin «j» və «z» bəndlərində və həmin Məcəllənin 222-ci maddəsinin 3-cü hissəsinin «a» bəndində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının müddətləri (hədləri) nəzərə alınmaqla) təyin edilməsini, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları tam toplamaq yolu ilə cəza təyin etməyi, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli qərarı ilə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş hökmlə təyin edilmiş cəza ilə tam toplamaq yolu ilə ona azadlıqdan məhrum etmə cəzası təyin etməyi, təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasının Təqsirləndirilən şəxs tərəfindən tam çəkilməsi nəzərə alınaraq təyin edlmiş cəzadan çıxılmaqla üzərində qəti cəza təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzasının başlanğıcının 12 oktyabr 2021-ci il tarixdən hesablanmasını və Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin maddi sübutlar otağında saxlanılan VAZ 21103” markalı K660CN47 dövlət qeydiyyat nişalı avtomobildən götürülmüş lak-boya qaşıntıları; “Lada” markalı M133YE178 dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş lak-boya qaşıntıları; mərhum Zərərçəkmiş şəxs məxsus paltarlar - gödəkçə, cins şalvar, köynək, mayka, tursik, corab, ayaqqabı, cib dəsmalı; 29 aprel 2017-ci il tarixdə Sankt-Peterburq şəhəri, Lenin prospekti, ev № 148, korpus № 2 ünvanında hadisə yerinə baxış zamanı götürülmüş gips qabında bərkidilmiş ayaqqabı altlığının alt hissəsinin izi; 11 may 2017-ci il tarixdə Sankt-Peterburq, Trefolev küçəsi, ev 42 ünvanında “VAZ 21103” markalı “K660CN47” dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı aşkar edilərək götürülmüş papaq və əlcək; 11 may 2017-ci il tarixdə Sankt-Peterburq şəhəri, Trefolev küçəsi, ev 42 ünvanında “VAZ 21103” markalı, “K660CN47” dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı qabaq sərnişin oturacağının üzlüyündən (yuxarı və aşağı hissələr) götürülmüş 2 ədəd kəsik; 11 may 2017-ci il tarixdə Sankt-Peterburq şəhəri, Trefolev küçəsi, ev nömrəsi 42 ünvanında “VAZ 21103” markalı “K660CN47” dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı sürücü oturacağının üzlüyündən (yuxarı və aşağı hissələr) götürülmüş 2 ədəd kəsik; xx.xx.2017-ci il tarixdə Sankt-Peterburq şəhəri, Yekaterininski prospekti, ev 10 ünvanında X5 Müəssisəsində "BSME"-də Zərərçəkmiş şəxs meyitindən götürülmüş 2 güllə; 29 aprel 2017-ci il tarixdə Sankt-Peterburq şəhəri, Lenin prospekti, ev 148, korpus 2 ünvanında hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş 3 ədəd giliz; 11 may 2017-ci il tarixdə Sankt-Peterburq şəhəri, Trefolev küçəsi, ev 42 ünvanında “VAZ 21103” markalı, K660CH47 dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş bir ədəd giliz; 29 aprel 2017-ci il tarixdə Sankt-Peterburq şəhəri, Lenin prospekti, ev 48, korpus 2 ünvanında hadisə yerinə baxış keçirilən zamanı Zərərçəkmiş şəxs meyitindən götürülmüş dırnaq kəsikləri; xx.xx.2017-ci il tarixdə “VAZ 21103” markalı, K660CH47 dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı qabaq sərnişin oturacağının ayaqaltı hissəsində olan “Aktiv” butulkasının üzərində aşkar edilərək götürülmüş üzərində əl-barmaq izləri olan iki ədəd yapışqan lent; 29 aprel 2017-ci ildə Sankt-Peterburq, Lenin prospekti, ev 148, korpus 2, mən.58 ünvanında yaşayış yerinə baxış keçirilərkən götürülmüş üzərində əl-barmaq izləri olan 9 ədəd yapışqan lent; xx.xx.2017-ci il tarixdə Sankt-Peterburq şəhəri, Lenin prospekti, ev 148, korpus 2 ünvanında hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş “KENT”, “Camel”, “Winston” markalı siqaretlərə məxsus kötüklər; xx.xx.2017-ci il tarixdə Sankt-Peterburq, Lenin prospekti, ev 148, korpus 2 ünvanında hadisə yerinə baxış zamanı Zərərçəkmiş şəxs meyitinin baş nahiyəsinin yanından götürülmüş üzərində qana ləkələri olan cuna tamponu; 11 may 2017-ci il tarixdə “VAZ 21103” markalı, K660CH47 dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı qabaq sətnişin oturacağının astanasında aşkar edilərək götürülmüş üzərində qan ləkələri olan sınaq şüşəsində taxta aplikatoru olan tampon-zond; Şahid2 götürülmüş yanaq-epiteli qaşıntısı (ağız suyu nümunəsi); “VAZ 21103” markalı, K660CH47 dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş içərisində nümunələr olan zərf və X2 götürülmüş içərisində qan və yanaq-epiteli qaşıntısı (ağız suyu) olan zərf məhv edilməli; “VimpelCom” PSC-dən daxil olmuş telefon danışıqlarının əks olunduğu bir ədəd “6L 13 W20 X B 915” nömrəli “TDK” CD-R disk; "xxxx" ASC-dən daxil olmuş telefon danışıqlarının əks olunduğu bir ədəd "LH31** UJ ***73114 D4" nömrəli "Verbatim" CD-R disk; "MegaFon" PSC-nin Şimal-Qərb filialından daxil olmuş telefon danışıqlarının əks olunduğu bir ədəd "6183 156 LC 17:08" nömrəli "Verbatim" CD-R disk; “Mobil Telesistemləri” PSC-dən daxil olmuş telefon danışıqlarının əks olunduğu kağız daşıyıcı; 28 fevral 2017-ci il tarixli, 52 nömrəli alqı-satqı müqaviləsinin surəti; “VAZ 21103” markalı, “K660CH47” dövlət qeydiyyat nişanlı avtomobilə məxsus pasportunun surəti; qara rəngli korpusu olan bir ədəd "SAMSUNG SM-J 120F/DS" modelli mobil telefon; qara rəngli korpusu olan bir ədəd “Nokia 107” modelli mobil telefon; “SAMSUNG CT-E1200” modelli bir ədəd mobil telefon; “Pulkovo” hava limanından götürülmüş içərisində 25 aprel 2017-ci il tarixli 10 ədəd video fayl olan "HL D 6** UL ***32067 A5" nömrəli "Verbatim" CD-RW diski; içərisində xx.xx.2017-ci il tarixli video fayl olan "RARA 29 E24O25 653 5" nömrəli "Verbatim" DVD-R diski; Sankt-Peterburq şəhəri, Marşal Zaxarov küçəsi, ev 14, korpus № 4, lit. “A”, Sankt-Peterburq şəhəri, Lenin prospekti, ev № 55, korpus № 2, lit. "A", Sankt- Peterburq şəhəri, Lenin prospekti, № 55, korpus № 3, lit. "A" ünvanlarda quraşdırılmış müşahidə kameralarındakı video götüntüləri özündə əks etdirən bir ədəd "Kingston DT E9 64 GB" nömrəli fleş kart; “Oqni zaliva” MKD-də quraşdırılmış müşahidə kameralarından götürülmüş içərisində video-fayllar olan bir ədəd CD-disk, 31 may 2017-ci il tarixdə Şahid2 ifadəsinin yerində yoxlanılmasını əks etdirən içərisində video görüntü olan bir ədəd SD kart, Şahid2 götürülmüş daktiloskopik kart, əşyalara baxış keçirilməsi haqqında xx.xx.2017-ci il tarixli protokola əlavə edilmiş bir ədəd CD disk; əşyalara baxış keçirilməsi haqqında xx.xx.2017-ci il tarixli protokola əlavə edilmiş bir ədəd DVD disk; xx.xx.2018xx.xx.2018-ci il tarixləri aralığında əşyalara baxış keçirilməsi haqqında protokola əlavə edilmiş bir ədəd DVD disk və Təqsirləndirilən şəxs məxsus daktilokart cinayət işinin materiallarında saxlanılmalıdır; İş üzrə ekspertiza xərcinin və mülki iddianın olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1 və 120.2.1, 12.1 və 120.2.5 və 12.1 və 228.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 12.1 və 120.2.1, 12.1 və 120.2.5 maddələri ilə 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 12.1 və 228.2.1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli qərarı ilə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş hökmlə təyin edilmiş cəza ilə tam toplamaq yolu ilə ona 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasının Təqsirləndirilən şəxs tərəfindən tam çəkilməsi nəzərə alınaraq təyin edlmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 12 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin maddi sübutlar otağında saxlanılan VAZ 21103” markalı K660CN47 dövlət qeydiyyat nişalı avtomobildən götürülmüş lak-boya qaşıntıları; “Lada” markalı M133YE178 dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş lak-boya qaşıntıları; mərhum Zərərçəkmiş şəxs məxsus paltarlar - gödəkçə, cins şalvar, köynək, mayka, tursik, corab, ayaqqabı, cib dəsmalı; 29 aprel 2017-ci il tarixdə Sankt-Peterburq şəhəri, Lenin prospekti, ev № 148, korpus № 2 ünvanında hadisə yerinə baxış zamanı götürülmüş gips qabında bərkidilmiş ayaqqabı altlığının alt hissəsinin izi; 11 may 2017-ci il tarixdə Sankt-Peterburq, Trefolev küçəsi, ev 42 ünvanında “VAZ 21103” markalı “K660CN47” dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı aşkar edilərək götürülmüş papaq və əlcək; 11 may 2017-ci il tarixdə Sankt-Peterburq şəhəri, Trefolev küçəsi, ev 42 ünvanında “VAZ 21103” markalı, “K660CN47” dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı qabaq sərnişin oturacağının üzlüyündən (yuxarı və aşağı hissələr) götürülmüş 2 ədəd kəsik; 11 may 2017-ci il tarixdə Sankt-Peterburq şəhəri, Trefolev küçəsi, ev nömrəsi 42 ünvanında “VAZ 21103” markalı “K660CN47” dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı sürücü oturacağının üzlüyündən (yuxarı və aşağı hissələr) götürülmüş 2 ədəd kəsik; xx.xx.2017-ci il tarixdə Sankt-Peterburq şəhəri, Yekaterininski prospekti, ev 10 ünvanında X5 Müəssisəsində "BSME"-də Zərərçəkmiş şəxs meyitindən götürülmüş 2 güllə; 29 aprel 2017-ci il tarixdə Sankt-Peterburq şəhəri, Lenin prospekti, ev 148, korpus 2 ünvanında hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş 3 ədəd giliz; 11 may 2017-ci il tarixdə Sankt-Peterburq şəhəri, Trefolev küçəsi, ev 42 ünvanında “VAZ 21103” markalı, K660CH47 dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş bir ədəd giliz; 29 aprel 2017-ci il tarixdə Sankt-Peterburq şəhəri, Lenin prospekti, ev 48, korpus 2 ünvanında hadisə yerinə baxış keçirilən zamanı Zərərçəkmiş şəxs meyitindən götürülmüş dırnaq kəsikləri; xx.xx.2017-ci il tarixdə “VAZ 21103” markalı, K660CH47 dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı qabaq sərnişin oturacağının ayaqaltı hissəsində olan “Aktiv” butulkasının üzərində aşkar edilərək götürülmüş üzərində əl-barmaq izləri olan iki ədəd yapışqan lent; 29 aprel 2017-ci ildə Sankt-Peterburq, Lenin prospekti, ev 148, korpus 2, mən.58 ünvanında yaşayış yerinə baxış keçirilərkən götürülmüş üzərində əl-barmaq izləri olan 9 ədəd yapışqan lent; xx.xx.2017-ci il tarixdə Sankt-Peterburq şəhəri, Lenin prospekti, ev 148, korpus 2 ünvanında hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş “KENT”, “Camel”, “Winston” markalı siqaretlərə məxsus kötüklər; xx.xx.2017-ci il tarixdə Sankt-Peterburq, Lenin prospekti, ev 148, korpus 2 ünvanında hadisə yerinə baxış zamanı Zərərçəkmiş şəxs meyitinin baş nahiyəsinin yanından götürülmüş üzərində qana ləkələri olan cuna tamponu; 11 may 2017-ci il tarixdə “VAZ 21103” markalı, K660CH47 dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı qabaq sətnişin oturacağının astanasında aşkar edilərək götürülmüş üzərində qan ləkələri olan sınaq şüşəsində taxta aplikatoru olan tampon-zond; Şahid2 götürülmüş yanaq-epiteli qaşıntısı (ağız suyu nümunəsi); “VAZ 21103” markalı, K660CH47 dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş içərisində nümunələr olan zərf və X2 götürülmüş içərisində qan və yanaq-epiteli qaşıntısı (ağız suyu) olan zərf məhv edilsin; “VimpelCom” PSC-dən daxil olmuş telefon danışıqlarının əks olunduğu bir ədəd “6L 13 W20 X B 915” nömrəli “TDK” CD-R disk; "xxxx" ASC-dən daxil olmuş telefon danışıqlarının əks olunduğu bir ədəd "LH31** UJ ***73114 D4" nömrəli "Verbatim" CD-R disk; "MegaFon" PSC-nin Şimal-Qərb filialından daxil olmuş telefon danışıqlarının əks olunduğu bir ədəd "6183 156 LC 17:08" nömrəli "Verbatim" CD-R disk; “Mobil Telesistemləri” PSC-dən daxil olmuş telefon danışıqlarının əks olunduğu kağız daşıyıcı; 28 fevral 2017-ci il tarixli, 52 nömrəli alqı-satqı müqaviləsinin surəti; “VAZ 21103” markalı, “K660CH47” dövlət qeydiyyat nişanlı avtomobilə məxsus pasportunun surəti; qara rəngli korpusu olan bir ədəd "SAMSUNG SM-J 120F/DS" modelli mobil telefon; qara rəngli korpusu olan bir ədəd “Nokia 107” modelli mobil telefon; “SAMSUNG CT-E1200” modelli bir ədəd mobil telefon; “Pulkovo” hava limanından götürülmüş içərisində 25 aprel 2017-ci il tarixli 10 ədəd video fayl olan "HL D 6** UL ***32067 A5" nömrəli "Verbatim" CD-RW diski; içərisində xx.xx.2017-ci il tarixli video fayl olan "RARA 29 E24O25 653 5" nömrəli "Verbatim" DVD-R diski; Sankt-Peterburq şəhəri, Marşal Zaxarov küçəsi, ev 14, korpus № 4, lit. “A”, Sankt-Peterburq şəhəri, Lenin prospekti, ev № 55, korpus № 2, lit. "A", Sankt- Peterburq şəhəri, Lenin prospekti, № 55, korpus № 3, lit. "A" ünvanlarda quraşdırılmış müşahidə kameralarındakı video götüntüləri özündə əks etdirən bir ədəd "Kingston DT E9 64 GB" nömrəli fleş kart; “Oqni zaliva” MKD-də quraşdırılmış müşahidə kameralarından götürülmüş içərisində video-fayllar olan bir ədəd CD-disk, 31 may 2017-ci il tarixdə Şahid2 ifadəsinin yerində yoxlanılmasını əks etdirən içərisində video görüntü olan bir ədəd SD kart, Şahid2 götürülmüş daktiloskopik kart, əşyalara baxış keçirilməsi haqqında xx.xx.2017-ci il tarixli protokola əlavə edilmiş bir ədəd CD disk; əşyalara baxış keçirilməsi haqqında xx.xx.2017-ci il tarixli protokola əlavə edilmiş bir ədəd DVD disk; xx.xx.2018xx.xx.2018-ci il tarixləri aralığında əşyalara baxış keçirilməsi haqqında protokola əlavə edilmiş bir ədəd DVD disk və Təqsirləndirilən şəxs məxsus daktilokart cinayət işinin materiallarında saxlanılsın; İş üzrə ekspertiza xərcinin və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev
Məhkəmə qərarları › İş №1(101)-64/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-64/2024
31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver