Məhkəmə qərarları › İş №1(101)-640/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-640/2021

01.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-640/2021 01.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi və Azərbaycan-rus dillərinin tərcüməçisi X3 iştirakları ilə, xx.xx.1978-ci ildə Quba rayonunun Rustov kəndində andan olmuş, Qazaxıstan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkumluğu olmayan, Qazaxıstan Respublikası, Okmarinsk rayonu, Dejavensk şəhəri, Neftbaza qəsəbəsi, ev 9, mənzil 2 ünvanında qeydiyyatda olmaqla hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən əldə etdiyi çətənə (kannabis) bitkisi toxumlarını, həmin bitkiləri külli miqdarda kultivasiya etmək məqsədilə xx xxx 2020-ci il tarixdə yaşadığı Xaçmaz rayonu, Müşkür kəndində yerləşən fərdi evin həyətyanı torpaq sahəsində əkmiş və əkdiyi həmin toxumlardan əmələ gəlmiş külli miqdarda 41 (qırx bir) ədəd çətənə (kannabis) bitkilərinə xx xxxx 2020-ci il tarixədək olan müddət ərzində aqrotexniki qaydada qulluq göstərərək onları kultivasiya etmiş, Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx xxxx 2020-ci il tarixdə saat 17 radələrində onun həyətyanı torpaq sahəsinə baxış keçirilən zaman 41 (qırx bir) ədəd, yaş vəziyyətdə ümumi xalis çəkisi 43,781 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, Xaçmaz rayonu, Müşkür kəndində arvadı Adilə və qızı Nərmin ilə birlikdə yaşamışdır. Heç bir yerdə işləməmişdir. 2012-ci ildə yaşadığı evin həyətyanı sahəsini bölərək digər bir ev tikmişlər. Hal-hazırda hər iki evin həyətyanı sahəsini sonradan tikdikləri yardımçı tikili olan talvar ayırır. 2020-ci ilin yanvar ayının ortalarında Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yeni tikilən binalarda fəhlə kimi işləyərkən binalardan birinin həyətindən bir ədəd sellofan büküm tapmışdır. Əvvəllər nəşədən, yəni narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyinə görə tapdığı bükümün içərisindəki narkotik tərkibli çətənə bitkisinin toxumlarını tanımış və bu toxumları özündə saxlayaraq 2020-ci ilin mart ayında yaşdığı evə gətirmişdir ki, əkərək özü üçün çəkməyə nəşə əldə edər. xx xxx 2020-ci il tarixdə həmin çətənə toxumlarından yetişdirmək məqsədilə köhnə evə məxsus həyətyanı torpaq sahəsinin evin arxa tərəfinə düşən hissəsində torpaqda basdıraraq əkmişdir. Əkilən toxumların sayı 39 ədəd olmuşdur. 2 ədəd qalmış toxumu orada yer olmadığı üçün yeni tikdiyi evin həyətyanı bağ sahəsində əkmişdir. Əkdiyi toxumların torpağını su verərək nəm halına gətirmişdir ki, toxumlar cücərib inkişaf etsin. Bir neçə gün sonra əkdiyi toxumlardan əmələ gələn ümumilikdə 41 (qırx bir) ədəd narkotik tərkibli çətənə bitkisinin şitillərinə nəzarət edərək onların necə böyüməsinə baxmağa başlamışdır. Əkdiyi həmin çətənə bitkilərinə peyin və su verərək, diblərini yumşaldaraq və alaq otlarından təmizləyərək qulluq göstərmişdir ki, onlar tez və yaxşı inkişaf etsin. xx xxxx 2020-ci il tarixdə, saat 17 radələrində yaşadığı ünvana gələn Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları ona bildirmişlər ki, yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli çətənə bitkilərinin əkilməsi barədə polisə məlumat daxil olmuş və bu məlumatın yoxlanılmasından ötrü onlar tərəfindən həyətyanı torpaq sahəsinə baxış keçirilməsi zərurəti yaranmışdır. O, polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməyərək onları həyətlərinə dəvət etmişdir. Özünü Xaçmaz rayon Polis Şöbəsinin təhqiqatçısı kimi təqdim edən Əhməd adlı polis əməkdaşı tərəfindən baxışda iştirak etmək üçün dəvət edilmiş aqronom-mütəxəssisə qanunvericilikdə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildikdən sonra həm yeni, həm də köhnə evin həyətyanı torpaq sahəsinə videoçəkiliş aparılmaqla baxış keçirməyə başlanmışdır. Əvvəlcə köhnə evin həyətyanı torpaq sahəsinə baxış keçirilmiş və baxış zamanı köhnə evə məxsus həyətyanı torpaq sahəsinin həmin evin arxa tərəfinə düşən hissəsində onun əkdiyi narkotik tərkibli çətənə bitkiləri aşkar edilmişdir. O, bu bitkilərin 39 (otuz doqquz) ədəd olmaqla narkotik tərkibli çətənə bitkiləri olduğunu, onları öz şəxsi istifadəsi üçün nəşə, yəni qurudulmuş marixuana əldə etmək məqsədilə özü tək əkib qulluq göstərərək yetişdirdiyini və bu barədə heç kimin xəbəri olmadığını, həmçinin həmin bitkilərədən əlavə 2 (iki) ədəd də yeni evin həyətyanı bağ sahəsində əkdiyini bildirmişdir. Aqronom-mütəxəssis həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, onlara aqrotexniki qaydada qulluq göstərildiyini, yəni diblərinin yumşaldıldığını, su verilərək nəm halına gətirildiyini və alaq otlarından təmizləndiyini, onların əkildiyi torpaqda peyin olmasını, bu torpaqda narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi üçün tam əlverişli münbit şəraitin olmasını bildirmişdir. Həmin bitkilərin hamısı bir-bir kökündən çıxarılaraq sayılmış və onların ümumilikdə 39 (otuz doqquz) ədəd olması müəyyən edilmişdir. Bundan sonra yeni evin həyətyanı bağ sahəsinə baxış keçirilərək onun əkdiyi 2 (iki) ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilmişdir ki, o, bu bitkilərin də narkotik tərkibli çətənə bitkiləri olduğunu və öz şəxsi istifadəsi üçün əkdiyini bildirmişdir. Aqronom-mütəxəssis həmin iki ədəd bitkinin narkotik tərkibli çətənə bitkiləri olduğunu və onlara aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Hər iki həyətyanı sahədən aşkar edilmiş 39 və 2 ədəd olmaqla ümumilikdə 41 (qırx bir) ədəd narkotik tərkibli çətənə bitkisi təhqiqatçı tərəfindən kağız zərfədə qablaşdırılaraq möhürlənib maddi sübut kimi götürülmüşdür. O da daxil olmaqla bütün iştirakçılar qablaşdırmanın üzərinə imza edərək tamlığını təsdiq etmişlər. Təhqiqatçı tərəfindən baxış keçirilməsi və həmin bitkilərin aşkar edilərək maddi sübut kimi götürülüb qablaşdırılması barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, protokolun məzmunu olduğu kimi yazıldığı üçün o da daxil olmaqla bütün iştirakçılar protokola imza edərək düzgünlüyünü təsdiq etmişlər. Etdiyi cinayət əməlindən çox peşmandır. Şahid1 məhkəmədə ifadəsində göstərdi ki, o, Xaçmaz RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləməklə polis kapitanı rütbəsindədir. Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Müşkür kəndində yerləşən evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə Xaçmaz RPŞ-yə daxil olmuş məlumatı raport yazaraq rəhbərliyə məruzə etmişdir. Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmiş və bu qərar işlədiyi şöbənin rəisi tərəfindən təsdiq edildikdən sonra müvafiq tədbirlərin keçirilməsindən ötrü ondan, işlədiyi bölmənin rəisi, polis polkovnik-leytenantı X2, Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili, polis leytenantı Şahid2, həmçinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X4 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsinə keçiriləcək baxışda iştirak etmək üçün dəvət edilmiş aqronom-mütəxəssis ilə birlikdə xx xxxx 2020-ci il tarixdə, saat 17 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvana gəlmişlər. Təqsirləndirilən şəxs izah etmişlər ki, yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli çətənə bitkilərinin əkilməsi barədə polisə məlumat daxil olmuş və bu məlumatın yoxlanılmasından ötrü onun həyətyanı torpaq sahəsinə baxış keçirilməsi zərurəti yaranmışdır. Təqsirləndirilən şəxs baxış keçirilməsinə etiraz etməyərək onları həyətinə dəvət etmişdir. Onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsini bölərək digər bir ev tikmişdir. Hər iki evin həyətyanı sahəsini yardımçı tikili olan talvar ayırır. X7 tərəfindən baxışda iştirak etmək üçün dəvət edilmiş aqronommütəxəssisə qanunvericilikdə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildikdən sonra həm yeni, həm də köhnə evin həyətyanı torpaq sahəsinə videoçəkiliş aparılmaqla baxış keçirməyə başlanmışdır. Əvvəlcə köhnə evin həyətyanı torpaq sahəsinə baxış keçirilmiş və baxış zamanı köhnə evə məxsus həyətyanı torpaq sahəsinin həmin evin arxa tərəfinə düşən hissəsində narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərin əkilməsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs bu bitkilərin 39 (otuz doqquz) ədəd olmaqla narkotik tərkibli çətənə bitkiləri olduğunu, onları öz şəxsi istifadəsi üçün nəşə, yəni qurudulmuş marixuana əldə etmək məqsədilə özü tək əkib qulluq göstərərək yetişdirdiyini və bu barədə heç kimin xəbəri olmadığını, həmçinin həmin bitkilərədən əlavə 2 (iki) ədəd də yeni evin həyətyanı bağ sahəsində əkdiyini bildirmişdir. Aqronom-mütəxəssis həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, onlara aqrotexniki qaydada qulluq göstərildiyini, yəni diblərinin yumşaldıldığını, su verilərək nəm halına gətirildiyini və alaq otlarından təmizləndiyini, onların əkildiyi torpaqda peyin olmasını, bu torpaqda narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi üçün tam əlverişli münbit şəraitin olmasını bildirmişdir. Həmin bitkilərin hamısı bir-bir kökündən çıxarılaraq sayılmış və onların ümumilikdə 39 (otuz doqquz) ədəd olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs məxsus yeni evin həyətyanı bağ sahəsinə baxış keçirilərək 2 (iki) ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərin əkilməsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs 2 (iki) ədəd bitkinin də narkotik tərkibli çətənə bitkiləri olduğunu və öz şəxsi istifadəsi üçün əkdiyini bildirmişdir. Aqronom-mütəxəssis həmin iki ədəd bitkinin narkotik tərkibli çətənə bitkiləri olduğunu və onlara aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Hər iki həyətyanı sahədən aşkar edilmiş 39 və 2 ədəd olmaqla ümumilikdə 41 (qırx bir) ədəd narkotik tərkibli çətənəyə oxşar bitki təhqiqatçı tərəfindən kağız zərfə qablaşdırılaraq möhürlənib maddi sübut kimi götürülmüşdür. O da daxil olmaqla bütün iştirakçılar qablaşdırmanın üzərinə imza edərək tamlığını təsdiq etmişlər. Təhqiqatçı tərəfindən baxış keçirilməsi və həmin bitkilərin aşkar edilərək maddi sübut kimi götürülüb qablaşdırılması barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, protokolun məzmunu olduğu kimi yazıldığı üçün o da daxil olmaqla bütün iştirakçılar protokola imza edərək düzgünlüyünü təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək, həmin faktla bağlı Şahid1 göstərdiyi halları tam təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə daxil olmuş məlumat əsasında aqronom-mütəxəssisin iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Müşkür kəndində yerləşən evin həyətyanı sahəsinə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, qeyd olunan ünvanda həyətyanı sahədə yerləşən istixananın içərisindən əkilib yetişdirilməklə kultivasiya edilmiş cəmi 41 ədəd tərkibində narkotik maddələr olan çətənəyə oxşar bitkilər aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 17-18). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2020-ci il tarixli aqronomik rəydən görünür ki, Təqsirləndirilən şəxs məxsus həyətyanı sahəyə baxış keçirilən zaman aşkar edilmiş narkotik xassəli çətənəyə oxşar cəmi 41 ədəd bitkilər suvarılmış, onlara aqrotexniki qaydada qulluq edilmişdir (cild 1, iş vərəqi 19). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü diskə baxış keçirilməsi barədə xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs baxış keçirilməsinə etiraz etməyərək polis əməkdaşlarını həyətinə dəvət etmiş, baxış zamanı köhnə evə məxsus həyətyanı torpaq sahəsinin həmin evin arxa tərəfinə düşən hissəsində 39 (otuz doqquz) narkotik tərkibli çətənə bitkilərinin əkilməsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs bu bitkilərin narkotik tərkibli çətənə bitkiləri olmasını, onları öz şəxsi istifadəsi üçün nəşə, yəni qurudulmuş marixuana əldə etmək məqsədilə özü tək əkib qulluq göstərərək yetişdirməsini və bu barədə heç kimin xəbəri olmadığını, həmçinin həmin bitkilərədən əlavə 2 (iki) ədəd də digər evin həyətyanı bağ sahəsində əkdiyini bildirmişdir. Digər evin həyətyanı bağ sahəsinə baxış keçirilmiş və orada 2 (iki) ədəd narkotik tərkibli çətənə bitkilərinin əkilməsi aşkar edilmişdir. Aqronom-mütəxəssis həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olmasını, onlara aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Həmin bitkilərin hamısı bir-bir kökündən çıxarılaraq sayılmış və onların ümumilikdə 41 (qırx bir) ədəd olması müəyyən edilmişdir. Bitkilər təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür (iş vərəqi 67-68). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 7/297 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs.....” yazıları və imzalar olan bir ədəd kağız paketdəki sayı 41 (qırx bir) ədəd yaş vəziyyətdə ümumi çəkisi 43,781 qram olan bitki nümunələri əkib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Tədqiqatın dəyəri 69,82 (altmış doqquz manat səksən iki qəpik) manat təşkil edir (cild 1, iş vərəqi 52-54). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 2524 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparalarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 143- 144). İşdə olan maddi sübut hesab etmə haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs kultivasiya etdiyi onun həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 41 ədəd, ümumi çəkisi 43,781 qram olan narkotik tərkibli çətənə bitkiləri maddi sübut kimi tanınmış və tədqiqatdan sonrakı qalıq – 42,961 qram olan narkotik tərkibli çətənə bitkiləri saxlanmasından ötrü Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir (cild 1, iş vərəqi 97-98, 204). İşdə olan maddi sübut hesab etmə haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü 1 ədəd disk madd maddi sübut hesab edilərək iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 69). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Rüspublikası Apellyasiya Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarı ilə hökm dəyişdirilərək cəzanın müddəti 4 (dörd) ilə endirilmiş, xx.xx.2008-ci ildə cəzasının sonu ilə azad edilmişdir (cild 1, iş vərəqi 156-157). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Lakin həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs cəzasının sonu ilə azad edildiyi tarixdən 2 ildən çox vaxt keçdiyindən, qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Cinayət işi materallarına əlavə edilmiş xasiyyətnamədən, arayışdan və sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci ildə X5 ilə evlənmiş, onun himayəsində 2010-cu il təvəllüdlü Nərmin adlı azyaşlı övladı var. Qeydiyyat yeri üzrə müsbət xarakterizə olunur (cild 1, iş vərəqi 159-160). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.6cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 19-cu bəndində məhkəmələrə izah edilir ki, Azərbaycan Respublikası CM-in 237-ci maddəsində nəzərdə tutulmuş cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İİİ Siyahıya əsasən qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərdən çətənə növlü bitkilərin 16 ədədi və ondan yuxarı miqdarı külli miqdar hesab olunur. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, əməlindən peşman olmasını, qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci ildə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz Rayon Məhkəməsi tərəfindən barəsində xx.xx.2020-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 43, 92-93, 127-128, 148-149). Qeyd edilən müddəaları nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 42,961 qram olan 41 (qırx bir) ədəd narkotik tərkibli çətənə bitkiləri məhv edilməli, video görüntülər olan 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 69,82 (altmış doqquz manat səksən iki qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Xaçmaz RPŞnin maddi sübutların saxlanma otağında saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 42,961 qram olan 41 (qırx bir) ədəd narkotik tərkibli çətənə bitkiləri məhv edilsin, video görüntülər olan 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 69,82 (altmış doqquz manat səksən iki qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əli Məmmədov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar