Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-640/2023 18.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 Çoban oğlu, X7 və onun nümayəndəsi «Alyans» Vəkil Bürosunun vəkili Nümayəndə1, müdafiəçilər: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X4 oğlunun iştirakları ilə məhkəmənin açıq iclasında xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1ci yaşayış massivi, Göyüş Qarayev küçəsi, ev 3, mənzil 38-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs ona görə ittiham olunur ki, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə külli miqdarda və xüsusilə külli miqdarda təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə faktiki olaraq heç bir fəaliyyət növü ilə məşğul olmadığı, bu sahədə hər hansı peşəkar təcrübəsi və müsbət uğurlarının olmadığı halda əvvəlcədən düşünülmüş şəkildə yaxın tanışı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək özünü nüfuzlu bir hərrac şirkətinin rəhbəri kimi təqdim edib əgər sərmayə olaraq külli miqdarda pul verərsə onu da öz şirkətinə şərik edəcəyini və qoyulan sərmayə hesabına biznesini genişləndirib birlikdə yaxşı gəlir əldə edəcəkləri barədə yalan vəd verməklə onu aldatmış, bu adla Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 N1-ci ilin oktyabr ayının ortasında “Azərbaycan İqtisad Universiteti”ndə 12.500 manat, N1-ci ilin noyabr ayında ünvan 1 ünvanının yanında 27.000 manat, N1-ci ilin dekabr ayında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “Khan” adlı pubda 50.000 manat, N2-ci ilin fevral ayının əvvəlində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Xəlifə” restoranının yanında 22.500 manat, ümumilikdə 112.000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə aldatma yolu ilə alıb ələ keçirərək, aldığı pul vəsaitini vəd etdiyi kimi birgə iş fəaliyyətinə deyil, özünün şəxsi məqsədləri üçün xərcləyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 külli miqdarda, 112.000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə faktiki olaraq heç bir fəaliyyət növü ilə məşğul olmadığı, bu sahədə hər hansı peşəkar təcrübəsi və müsbət uğurlarının olmadığı halda əvvəlcədən düşünülmüş şəkildə yaxın tanışı Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək özünü nüfuzlu bir hərrac şirkətinin rəhbəri kimi təqdim edib əgər sərmayə olaraq külli miqdarda pul verərsə onu da öz şirkətinə şərik edəcəyini və qoyulan sərmayə hesabına biznesini genişləndirib birlikdə yaxşı gəlir əldə edəcəkləri barədə yalan vəd verməklə onu aldatmış, bu adla Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 N2-ci ilin aprel ayında Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “Khan” adlı pubda həmin dövrün məzənnəsi ilə 297.500 manat təşkil edən 175.000 ABŞ dolları pul vəsaitini aldatma yolu ilə alıb ələ keçirərək, aldığı pul vəsaitini vəd etdiyi kimi birgə iş fəaliyyətinə deyil, özünün şəxsi məqsədləri üçün xərcləyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 külli miqdarda, 297.500 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə faktiki olaraq heç bir fəaliyyət növü ilə məşğul olmadığı, bu sahədə hər hansı peşəkar təcrübəsi və müsbət uğurlarının olmadığı halda əvvəlcədən düşünülmüş şəkildə yaxın qohumu X5 etibarından sui-istifadə edərək özünü nüfuzlu bir hərrac şirkətinin rəhbəri kimi təqdim edib əgər sərmayə olaraq külli miqdarda pul verərsə onu da öz şirkətinə şərik edəcəyini və qoyulan sərmayə hesabına biznesini genişləndirib birlikdə yaxşı gəlir əldə edəcəkləri barədə yalan vəd verməklə onu aldatmış, bu adla Təqsirləndirilən şəxs Kaman Əliyevdən N2-ci ilin aprel ayının ortalarında ünvan 3 ünvanında 271.000 manat, N2-ci ilin may ayının ortalarında yenə də həmin ünvanda 437.000 manat, ümumilikdə 708.000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə aldatma yolu ilə alıb ələ keçirərək, aldığı pul vəsaitini vəd etdiyi kimi birgə iş fəaliyyətinə deyil, özünün şəxsi məqsədləri üçün xərcləyib zərər çəkmiş şəxs Kaman Əliyevə xüsusilə külli miqdarda, 708.000 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə faktiki olaraq heç bir fəaliyyət növü ilə məşğul olmadığı, bu sahədə hər hansı peşəkar təcrübəsi və müsbət uğurlarının olmadığı halda əvvəlcədən düşünülmüş şəkildə yaxın tanışı Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək özünü nüfuzlu bir hərrac şirkətinin rəhbəri kimi təqdim edib əgər sərmayə olaraq külli miqdarda pul verərsə onu da öz şirkətinə şərik edəcəyini və qoyulan sərmayə hesabına biznesini genişləndirib birlikdə yaxşı gəlir əldə edəcəkləri barədə yalan vəd verməklə onu aldatmış, bu adla Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 N2-ci ilin may ayının sonunda Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “Khan” adlı pubda 207.000 manat, N2-ci ilin iyun ayının əvvəlində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Ağ şəhər” yaşayış kompleksində 10.000 manat, ümumilikdə 217.000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə aldatma yolu ilə alıb ələ keçirərək, aldığı pul vəsaitini vəd etdiyi kimi birgə iş fəaliyyətinə deyil, özünün şəxsi məqsədləri üçün xərcləyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 külli miqdarda, 217.000 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülən dörd cinayət epizodundan üçünü sonuncunun xx.xx.N1-ci il tarixdən N iyul N2-cı il tarixədək Fövqəladə Hallar Nazirliyində hərbi xidmətdə olduğu dövrdə törətmişdir. Odur ki, cinayət işi ittiham aktı ilə baxılması üçün göndərilərkən iş üzrə məhkəmə aidiyyətinin düzgünlüyünə əməl olunmamışdır. Belə ki, məhkəmənin sorğusuna əsasən FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətindən təqdim olunan 03 aprel N3-cü il tarixli 3-18-16/2-320/N3 saylı arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətində xx.xx.N1-ci il tarixdən xx.xx.N2-ci il tarixədək Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Əlahiddə xüsusi riskli xilasetmə və mühafizə taborunun (9982 saylı hərbi hissə) Qəza xilasetmə və mühafizə bölüyünün Mühafizə taqımının mütəxəssis-mühafizəçi vəzifəsində, gizir rütbəsində həqiqi hərbi xidmətdə olmuş, hərbi hissə komandirinin N iyul N2-ci il tarixli 0309/ş saylı əmrilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnaməninin 156-cı maddəsinin «e» bəndinə əsasən (uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Məhkəmə kollegiyası cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi ilə bağlı məsələni müzakirə edib, cinayət prosesi tərəflərini dinləyib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası CPM-nin 75.2-ci maddəsində nəzərdə tutulur ki, məhkəmə öz icraatına qəbul etdiyi cinayət işinə bu Məcəllənin 74.5 və 74.6-cı maddələrində nəzərdə tutulmuş şərtlərə uyğun başqa məhkəmədə baxılmalı olduğunu məhkəmə baxışı zamanı müəyyən edərsə, işi məhkəmə aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası CPM-nin 69-cu maddəsinə əsasən Ağır cinayətlər məhkəmələri birinci instansiya məhkəməsi qismində fəaliyyət göstərir. Ağır cinayətlər məhkəmələri ağır və xüsusilə ağır cinayətlərə dair işlərə və digər materiallara baxır. Hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Həmin Məcəllənin 74.6-cı maddəsində qeyd edilir ki, cinayət işlərindən biri hərbi məhkəməyə, digəri isə rayon (şəhər) məhkəməsinə, yaxud ağır cinayətlər məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə hərbi məhkəmədə baxılır. Azərbaycan Respublikası CPM-nin 68-ci maddəsinə əsasən: - hərbi məhkəmələr birinci instansiya məhkəməsi qismində fəaliyyət göstərirlər. - hərbi məhkəmələr müharibə və hərbi xidmət əleyhinə olan böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə dair, habelə hərbi qulluqçular tərəfindən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə dair işlərə baxırlar (göstərilən cinayətlər hərbi qulluqçu olmayan şəxsin iştirakı ilə törədilərsə, onun barəsində işə də hərbi məhkəmə tərəfindən baxılır). - hər bir hərbi məhkəməyə yalnız məhkəmənin yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar aiddir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin qüvvədə saxlanılmasını zəruri hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 68, 75, 155 və 321-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilsin.
2. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın.
Hakimlər: 1.(sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova