Məhkəmə qərarları › İş №1(101)-640/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-640/2025

27.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-640/2025 27.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X4 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Bakı şəhəri “Zəfər” Vəkil Bürosunun vəkili Nümayəndə, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, psixoloq – X2, müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1983-cü il tarixdə Neftçala rayonunun Aşağı Surra kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixi hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinmiş , həmin Məcəllənin 66.2, 66.5-ci maddələrinə əsasən Abşeron Rayon məhkəməsinin 07 fevral 2019-cu il tarixli hökmü ilə ona Cinayət Məcəllənin 234.1-ci maddəsi ilə təyin edilmiş 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası həmin hökmlə təyin edilmiş cəza ilə qismən toplanması yolu ilə üzərində 1 il 6 ay nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, məhkumluğu qanunla nəzərdə tutulan qaydada ödənilməmiş və götürülməmiş, Neftçala rayonunun Aşağı Surra kəndində qeydiyyatda olan və faktiki ünvan 1 ünvanında yaşamış, barəsində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 mart 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.6-cı, 134-cü, 149.2.4-cü, 150.2-1.1-ci və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qəsdən sağlamlığa ağır və az ağır zərərvurmaya səbəb olmayan işgəncə verməklə müşayiət olunan mütəmadi olaraq döyərək və sair zorakı hərəkətlərlə güclü fiziki ağrılar verməklə vahid niyyətlə əzab vermiş, hədənin icra ediləcəyi üçün real əsaslarla təkrarən zərərçəkmiş şəxsləri vahid niyyətlə öldürməklə hədələmiş, zərərçəkmiş şəxsə qarşı zor tətbiq etmə, zərərçəkmiş şəxsi öldürmə hədəsi ilə xüsusi amansızlıqla köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmaqla zərərçəkmiş şəxsi zorlamış, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə zor tətbiq etmək hədəsilə ona qarşı təkrarən vahid niyyətlə seksual xarakterli hərəkətlər etmiş, qanunsuz olaraq soyuq silahı əldə etməklə gəzdirmişdir. Belə ki, o, 5 noyabr 2021-ci il tarixdən 28 mart 2024-cü il tarixədək olan müddətdə mənbədən bir ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, kəsici tərəfi hər iki üzdən itilənmiş qatlana bilən, üzərində “STAİNLESS STEEL.U.S.A” yazıları olan açıq vəziyyətdə ümumi uzunluğu 274 mm olan, tiyəsi bozumtul-parıltılı rəngli materialdan hazırlanmış soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını əldə edərək üzərində mütəmadi olaraq gəzdirmiş, 23 yanvar 2008-ci il tarixdə rəsmi nikaha girdiyi arvadı Zərərçəkmiş şəxs1 və övladları ilə birgə yaşadıqları ünvan 1 ünvanındakı mənzildə 5 noyabr 2021-ci il tarixdən başlanmaqla 28 mart 2024-cü il tarixədək olan müddətdə qəsdən mütəmadi olaraq, arvadı Zərərçəkmiş şəxs1 guya ona xəyanət etməsini bəhanə edərək, yumruq və təpik zərbələri ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə vuraraq və işgəncə verməklə mütəmadi olaraq döyməklə və digər zorakı hərəkətlərlə ona güclü fiziki ağrılarla müşayiət olunan əzab verib, sonuncu dəfə isə 28 mart 2024-cü il tarixdə səhər saatlarında eyni cinayətkar niyyətlə həmin mənzildə yenə Zərərçəkmiş şəxs1 guya ona xəyanət etməsini bəhanə edib yumruq və təpik zərbələri ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə vuraraq, habelə üzərində gəzdirdiyi soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı ilə sonuncuya güclü fiziki ağrılarla müşayiət olunan işgəncələr verərək dərəcələrinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən başın təpə nahiyəsinin dərialtı hematoması, hər iki dodağın selikli qişasının əzilmiş yaraları, sağ əlin ovuc səthinin İ barmağının və sol əlin İ barmağının əsas falanqasının kəsilmiş yaraları, sağ bud nahiyəsinin yuxarı 1/3-nin arxa səthinin deşilmiş - kəsilmiş yarası və həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən boyun nahiyəsinin, sol bazu, sol yanaq, döş qəfəsinin ön səthinin, bel nahiyəsinin və sağ bud nahiyələrinin qançırları, sağ əlin ovuc səthinin İİ barmağının, sağ əlin ovuc səthinin İİİ barmağının, sol əlin İİ barmağının əsas falanqasının, sağ bud nahiyəsinin, sağ diz oynağı nahiyəsinin arxa səthinin səthi kəsilmiş yaraları, bel nahiyəsinin sol yarısının səthi kəsilmiş yarası xəsarətləri yetirərək vahid niyyətlə əzab verib, bundan bilavasitə sonra Zərərçəkmiş şəxs1 mənzilin yataq otağında zor tətbiq etməklə, habelə üzərində gəzdirdiyi soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını əlində ona doğrultmaqla nümayiş etdirib otaqdan meyitinin çıxacağı, bıçağın sümüyünə dəyəcək həddə bədənini kəsəcəyi ilə, yəni öldürmə və ya sağlamlığına ağır zərər vurma hədəsi ilə onu istəklərinə boyun əyməyə məcbur edib Günel Mehdiyevəm saldığı köməksiz vəziyyətdən istifadə edərək öz cinsi istəyini azğın formada təmin etməsində ifadə olunan alçaq niyyətlə həmin mənzilin yataq otağında yerləşən çarpayı üzərində Zərərçəkmiş şəxs1 əynində olan paltarları qeyd olunan bıçaqla kəsərək çıxarıb, tələbi ilə sonuncu ayaqlarını bir-birindən ayırdıqdan sonra həmin hissəyə keçərək özünün gərginləşmiş xarici cinsiyyət üzvünü sonuncunun uşaqlıq yoluna zorla yeritməklə yalvarışlarına məhəl qoymadan ardıcıl şəkildə cinsi ehtirasını təmin edərək xüsusi amansızlıqla Zərərçəkmiş şəxs1 zorlamış, bundan sonra, sonuncunu saldığı köməksiz vəziyyətdən istifadə edərək azğınlaşmış cinsi ehtirasını digər formada təmin etmək məqsədilə soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını əlində ona doğrultmaqla nümayiş etdirib icra edilməsinə real əsaslarla onu öldürməklə, habelə zor tətbiq etmə hədəsi ilə Zərərçəkmiş şəxs1 döşəmə üzərində üzü ona tərəf olmaqla dizləri üstə dayanmağa məcbur edərək gərginləşmiş xarici cinsiyyət üzvünü zorla bir neçə dəfə Zərərçəkmiş şəxs1 ağız boşluğuna yeritmiş, ardınca isə sonuncunu arxası ona tərəf olmaqla ayaqüstə dayanaraq qarşıya əyilmiş vəziyyətə gətirdikdən sonra gərginləşmiş cinsiyyət üzvünü zorla, bu hərəkətlərini bitirmə barədə yalvarışlarına məhəl qoymadan alçaldıcı formada xüsusi amansızlıqla Zərərçəkmiş şəxs1 anal dəliyinə ardıcıl şəkildə yeridərək cinsi ehtirasını təmin etməklə sonuncuya qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa, o, təkrarən, 2023-cü ilin noyabr ayının əvvəllərindən 28 mart 2024-cü il tarixədək olan müddət ərzində ailəsi ilə birgə yaşadığı ünvan 1 ünvanında yerləşən mənzildə ata-övlad münasibətləri səbəbindən ondan asılı vəziyyətdə olmaqla onun üçün aşkar surətdə yetkinlik yaşına çatmamış - xx.xx.2008-ci il təvəllüdlü doğma qızı Zərərçəkmiş şəxs2 münasibətdə dəfələrlə təkrarlamaqla öz cinsi istəyini seksual xarakterli zorakılıq hərəkətləri ilə azğın formada təmin etməsində ifadə olunan alçaq niyyətlə həmin mənzildə Zərərçəkmiş şəxs2 ilə təklikdə qalmalarına nail olduqdan sonra yaratmış olduğu fürsətdən istifadə edərək sonuncunun ata-övlad münasibətlərindən formalaşmış tabeçilik zehnindən və fiziki cəhətdən güclü olmasının yaratdığı şüuraltı zəiflik təsirindən istifadə edərək Zərərçəkmiş şəxs2 göstərəcəyi müqaviməti əvvəlcədən sındırmaqla sonuncunu köməksiz vəziyyətə gətirdikdən sonra zor tətbiq etmə hədəsilə Zərərçəkmiş şəxs2 qucağında oturmağa məcbur edərək sonuncunun qulaq və sinə nahiyələrinə nəfəsini verməklə, boğaz və dodaq nahiyələrindən ehtiraslı şəkildə davamlı öpərək, ardınca isə sonuncunun əynindəki köynəyi bədəninin tam açılmasına nail olmaqla yuxarıya qədər qaldırıb Zərərçəkmiş şəxs2 sinəsinə və döşlərinə əli ilə toxunub sıxmaqla, sonra isə həmin nahiyələrindən dəfələrlə öpərək sonuncuya münasibətdə təkrarən vahid niyyətlə seksual xarakterli zorakılıq hərəkətləri etmiş, ardınca isə baş verənlərin gizliliyini qorumaq, məsuliyyətdən kənar qalmaqla özünün alçaq istəklərini dəfələrlə həyata keçirməsinə şərait yaratmaq məqsədilə təkrarən 2023-cü ilin noyabr ayının əvvəllərindən 28 mart 2024-cü il tarixədək olan müddət ərzində həmin mənzildə icra edilməsi üçün real əsaslarla, yəni üzərində gəzdirdiyi zavod üsulu ilə istehsal edilmiş soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını aşkar surətdə nümayiş etdirməklə Zərərçəkmiş şəxs2 boğazına dirəyərək törətdiyi azğın hərəkətlər barədə kiməsə məlumat verməsi halında onun başını kəsəcəyini bildirməklə sonuncunu vahid niyyətlə öldürməklə hədələmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə elan edilmiş ittihamı qəbul etsə də,digər ittihamlarla özünü təqsirli bilmir. O, daş kəsimi yerində işləmişdir. Səhər saat 07:00-də işdən evə gəlib yatmışdır. Arvadı ilə mübahisəsi səhər saat 8-ə işləmiş olmuşdur. Polis əməkdaşları onu saat 11-12 radələrində Polis Bölməsinə aparmışlar. Polis əməkdaşları onu evdən çağıraraq Polis Bölməsində hansısa sənədi imzalamalı olduğunu, arvadının döydüyünu bildirmişlər. Müstəntiq ona “sənə Cinayət Məcəlləsinin 133.1-ci maddəsilə ittiham irəli sürürəm” demişdir. Sonrakı hadisələrdən xəbəri yoxdur. Qızı Zəhranın adına 110 ədəd şirkət açıldığı üçün arvadını döymüşdür. Arvadını bir dəfə döymüşdür, döydüyü günü xatırlamır. O, arvadına iki sillə vurmuşdur. Arvadını döyərkən dərman qəbul etdiyi üçün özündə olmamışdır.O, ağır işdə işlədiyinə və bədəni ağrıdığına görə hadisə günündən bir gün qabaq gecə işdə dərman qəbul etmişdir. Dərmanı ona Seymur adlı şəxs almışdır. Əvvəllər onların ailəsində münaqişə olmamış, arvadı ondan harasa şikayət etməmişdir. Arvadının ona qarşı nə üçün bu məzmunda ifadə verməyinin səbəbini bilmir. İttiham aktında qeyd olunan bıçaq ona aid deyil, həmin bıçaqdan xəbəri yoxdur. O, qızına qarşı seksual xarakterli hərəkətlər etməmişdir. Mobil telefondakı video yazılardan xəbəri yoxdur. Qızı Zəhranın ona qarşı qeyd olunan ifadələri verməsinə səbəb ona xalaları tərəfindən təzyiq olunmasıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafedici ifadələrini, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxslərin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, yeni ailə həyatı qurarkən Elsevərlə münasibətləri normal olmuşdur. Sonralar Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Təqsirləndirilən şəxs narkotik vasitəyə görə saxlanıldıqdan bir müddət sonra avtomobillə adam vurduğu üçün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Elsevər şiddətə meyilli bir insan olmuşdur, lakin azadlığa çıxdıqdan sonra bir müddət onlara normal münasibət göstərsə də yenidən agressivləşmişdir. Hətta anası da Elsevərə “yola getmirsinizsə boşanın” demişdir. Hadisə günü o, işə getməyə hazırlaşarkən Elsevər ona zəng edərək dayısının gələcəyini, buna görə də çay hazırlamağını tapşırmışdır. Gecikəcəyini qeyd etsə də Elsevər özü onu işə aparacağını bildirmişdir. O, “Azərmətbuat” yayımda xəzinədar işləyir. Elsevər evə gəldikdən sonra kiçik qızı dərsə getmək üçün evdən çıxmışdır. Bu zaman Elsevər qapını üç yerdən də bağlamışdır. Elsevər əlində bıçaqla yataq otağına daxil olmuş və guya qızının adına VÖEN açdığını, işlədiyi yerin sədr müavini olan İlham adlı şəxslə münasibətlərinin olduğunu bildirmişdir. Elsevər ona bıçaqla hücum edən zaman bıçağı əli ilə tutmuş, həmin vaxt bıçaq onun əlini kəsmişdir. O, qapı istiqamətinə gedib qapının qıfıllarını açmağa çalışmış, həmin zaman Elsevər onun ayaqlarını kəsmişdir. Bundan sonra Elsevər ona qeyri-etik hərəkətlər edib həmin hərəkətləri mobil telefon vasitəsilə videoya çəkmişdir. Elsevər iradəsi ziddinə onunla cinsi əlaqədə olmuşdur.O, boşanmağa çalışsa da Elsevər onu ölümlə hədələmişdir. Xatırlamadığı tarixdə Elsevər uşaqlara aldığı “fanta” içkisinin içinə narkotik vasitə qatıb onlara içirtmiş, uşaqlarının hər ikisi özlərini itirmişlər. Təcili tibbi yardım gəldikdən və uşaqları xəstəxanaya çatdırdıqdan sonra həkimlər uşaqların nə üçün özlərində olmadığını bilməmişlər. Elsevər sübut qalmasın deyə “fanta” içkisinin dibində olan suyu yerə tökmüşdür. Qızı Zəhraya mübasibətdə seksual xarakterli zorakılıq hərəkətlərinin edilməsi ilə bağlı bildirir ki, Zəhra Elsevərin onun boğazına öz nəfəsini verdiyini demişdir. Elsevər qızı Zəhraya mobil telefon müqabilində ittiham aktında göstərilən hərəkətləri etməyi təklif etmişdir. Elsevərin son zamanlar cibində narkotik vasitələrin olduğunu müşaiyət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, məktəb açılanda atası ona “telefon istəyirsənsə mən dediklərimi eləməlisən” demişdir. Atası onun boynundan öpüb paltarını soyunmağını tələb etmişdir. Atası tutulana qədər barəsində seksual xarakterli zorakılıq hərəkətlərini davam etmişdir. Atası bu hərəkətləri ancaq o, evdə tək olan zaman etmişdir. Atası ona xalasının lüt şəkillərini çəkməyini xahiş etsə də o, bu hərəkətləri etməmişdir. Bir dəfə atası onlara “fanta” və cipsi almışdır. Atası həmin suyun içinə nə isə qatdığına görə o və bacısı huşsuz vəziyyətdə xəstəxanaya çatdırılmışlar. Atasının ona qarşı bu hərəkətləri neçə dəfə etməsini bilmir. Lakin həmin hərəkətlər 2023-cü ilin sentyabr ayından mart ayına qədər davamlı olaraq edilmişdir. Atası həmişə onlara qarşı şiddət göstərmişdir. O, evdə tək qalmamaq üçün hazırlıq adı ilə nənəsigilə getmişdir. Bu hadisələri vaxtında anasına deməməyinin səbəbi atasının bu barədə kiməsə məlumat verəcəyi təqdirdə bıçağı ilə onu öldürməklə hədələməsi olmuşdur. Bu hadisələri anasına atası tutulmamışdan əvvəl demişdir. Hadisə günü o, dərsdən evə gələrkən anasının üzünün qan olduğunu görmüşdür. Anası ona avtoqəza nəticəsində yaralandığını bildirmişdir. Atası onlara sevgi göstərməmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Zərərçəkmiş şəxs2 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs atası, Zərərçəkmiş şəxs1 isə anasıdır. Qarşılıqlı münasibətləri uzun müddətdir ki, pis olmuş, birlikdə yaşadıqları günlər ərzində axşamlar anası Zərərçəkmiş şəxs1 qışqırıq səslərini eşitmiş, səhərlər isə yenə də qışqırıq səslərinə oyanmışlar. Anasından bunun nə məsələ olmasını soruşanda Təqsirləndirilən şəxs ondan pul istəməsini, vermədikdə isə onu döyüb incitməsini demişdir. Təqsirləndirilən şəxs dəfələrlə anası Zərərçəkmiş şəxs1 döymüş, üzünə şillə vurmuş, hətta bir neçə dəfə Zərərçəkmiş şəxs1 çarpayıya uzadıb boğmasını da görmüş, həmin vaxtlar da Şahid1 və o, qışqırdığına görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 rahat buraxmışdır. Təqsirləndirilən şəxs həbs olunduğu günədək dəfələrlə işdən gələndən sonra münaqişə yaradıb Zərərçəkmiş şəxs1 döymüşdür. Yaşadıqları evdə yatdığı otaqda döşəkçəsinin altında tiyəsi gümüşü rəngli, sapı qəhvəyi rəngli, uzunluğu təxminən 20 sm ölçüdə olan açılıb-qatlanan bıçaq saxlamış, dəfələrlə həmin bıçaqla onları hədələyib qorxutmuşdur ki, dediyini etsinlər. 2023-cü ilin noyabr ayının əvvəllərində evdə atası Təqsirləndirilən şəxslə təklikdə olan zaman, saat 3 radələrində sonuncu onu yanına çağırıb telefonunu istəməsini soruşmuş, öz telefonunun ona işlətməyə verəcəyini demiş, lakin qarşılığında onun dediklərini etməyə məcbur olmasını bildirmişdir. O da razılaşmış, ancaq Təqsirləndirilən şəxs niyyətinin nə olmasını bilməmişdir. Təqsirləndirilən şəxs onu qucağında otuzdurub qulaq nahiyəsi və sinəsinə nəfəsini vermiş, boğaz və dodağından tüpürcəkli öpüşlə öpmüşdür. Təqsirləndirilən şəxs ona əynindəki köynəyini çıxarmağı tələb etsə də çıxarmamış, ancaq özü zorla əynindəki köynəyi başından çıxarmadan yuxarıya qədər qaldırıb əli ilə sinəsini oynatmış, sinəsindən öpmüşdür. Təqsirləndirilən şəxs onu döyüb incidəcəyindən qorxduğu üçün sadəcə özünü ondan kənara çəkməklə mane ola bilmiş, ona qarşı digər formada müqavimət göstərə bilməmişdir. Bir neçə dəfə əli ilə onu itələməyə çalışmış, ancaq əlinə vurub aşağı salmış, ona da əsəbi-əsəbi baxmışdır. Qorxduğu üçün başqa cür müqavimət göstərə bilməmiş, Təqsirləndirilən şəxs qucağından durub getmək istəyəndə saçından tutub onu özünə çəkmişdir ki, tərpənə bilməsin. Təqsirləndirilən şəxs bu kimi hərəkətləri edən zaman ona “gedib İlahə xalangildə qalarsan, xalanın, xalan qızı Fatimənin lüt şəkillərini çəkib mənə at, xalanı şantaj eliyib pulunu alım” sözlərini demiş, ona qarşı iyrənc hərəkətlərini etdikdən sonra özünə məxsus dəstəyi qəhvəyi, kəsən yeri gümüşü rəngli açılıb-bağlanan bıçağın ucunu boğazına dirəyib “əgər aramızda olanları kiməsə, yəni, anana, xalalarına desən başını kəsəcəm” sözləri ilə onu öldürməklə hədələmişdir. Qorxduğu üçün Təqsirləndirilən şəxs iyrənc hərəkətlərini anası və xalasına deməmişdir. Bundan sonra demək olar ki, anası Zərərçəkmiş şəxs1 evdə olmadığı günlərdə, dərsdən gəldiyi vaxtlarda tək olduğu hallarda Təqsirləndirilən şəxs onu divara dirəyib öpmüş, köynəyini qaldırıb sinəsindən, boğaz nahiyələri və dodağından öpmüşdür. Onun bu hərəkətləri 2023-cü ilin noyabr ayından başlamaqla, həbs olunduğu günlərədək, 2024-cü ilin mart ayınadək davam etmişdir. 2023-cü ilin dekabr ayının ortalarında Təqsirləndirilən şəxs həmin hərəkətləri barədə anası Zərərçəkmiş şəxs1 danışmış, bundan sonra Zərərçəkmiş şəxs1 tədbirlər görməyə başlamış, evdə olduğu vaxtlarda tez-tez ev telefonuna zəng edib onunla maraqlanmış, evdən səhər eyni vaxtlarda birgə çıxmışlar. Buna baxmayaraq Təqsirləndirilən şəxs onunla tək qalan kimi yenə öz hərəkətlərinə davam etmişdir. Təqsirləndirilən şəxs hərəkətləri səbəbindən evdən qaçmaq istəmiş, ondan qorxduğu üçün ona qarşı çıxa bilməmişdir. Sonuncu dəfə isə 2024-cü ilin mart ayının təxminən 24-25-də evdə olduqları zaman Təqsirləndirilən şəxs yenə münaqişə yaratmış, Zərərçəkmiş şəxs1 boğmuş, bir neçə dəfə şillə ilə zərbə vurmuşdur. 26 mart 2024-cü il tarixdə saat 13 radələrində dərsdən evə qayıtmış, yenə evdə Təqsirləndirilən şəxslə tək qalmış, sonuncu fürsətdən istifadə edərək qulaq və boğazına nəfəsini vermiş, boynun, boğazından öpmüş, dili ilə boyun boğazını, sinəsini yalamış, zorla köynəyini boğazına qədər qaldırıb sinəsindən, sinəliyin yuxarı yerindən öpmüş, əli ilə döşlərinə toxunub sıxmışdır. 28 mart 2024-cü il tarixdə səhər saatlarında dərsdən evə gələndə bacısı Şahid1 ağlamasını görmüş, nə baş verdiyini soruşanda Zərərçəkmiş şəxs1 ona qəza keçirməsini demişdir. Zərərçəkmiş şəxs1 rənginin ağarmasını, vəziyyətinin çox pis olmasını, qol, ayaq və digər nahiyələrində kəsik izləri olmasını, kəsiklərdə qan görünsə də üzərinə maz çəkilməsini görmüş, ona yalan demələrini başa düşmüşdür. Zəng edərək bu barədə xalasına məlumat vermiş, evdən çıxıb xalası İlahənin evinə getmiş, hadisə barəsində danışmış, polis şöbəsinə hadisə barədə məlumat verilmiş, Təqsirləndirilən şəxs aparmışlar. Təqsirləndirilən şəxs onunla heç vaxt təbii və ya qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. Sadəcə dodaq, boyun boğaz və sinəsinə əli ilə toxunmuş, öpmüş və dilini toxundurmuşdur. Heç vaxt şalvar və ya yubkasını çıxarmamış, çıxarmağa məcbur etməmiş, ancaq göbəkdən yuxarı nahiyələrinə toxunmuşdur. Təqsirləndirilən şəxs bir neçə dəfə müxtəlif bəhanələrlə onu və bacısı Şahid1 döymüş, ancaq üstündən uzun müddət keçdiyindən bədənində heç bir xəsarət yoxdur. Təqsirləndirilən şəxs onu öpən və digər bu kimi hərəkətlərə yol verəndə döyməmiş, ancaq bıçaqla hədələmişdir (cild 2, iş vərəqə 141-145). Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, Zərərçəkmiş şəxs1 anasıdır. O, qızı Ülkərlə əlaqə saxlayan zaman sonuncu Günelə baş çəkdiyini,onun pis vəziyyətdə olduğunu ona bildirmişdir. O, Günelin yanına getdikdə Günelin vəziyyətinin pis olduğunu, bədənində bıçaq xəsarətlərinin, hətta evin içində topa-topa saç qırıntılarının olduğunu da görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, hadisə günü öz evində olarkən bacısının qızı Zəhra ona zəng edərək Günelin vəziyyətinin pis olduğunu, atası Elsevərin Günelə bıçaqla xəsarət yetirdiyini, hadisə barəsində kiməsə məlumat verəcəyi təqdirdə ölümlə hədələdiyini demiş və ona polisə məlumat verməyini istəmişdir. O, evdən çıxıb bacısının evinə gedən zaman yolda “102” xidmətinə məlumat vermişdir. Elsevərin öz qızından xalasının lüt şəkillərini istəməsi barədə məlumatlar ona bu hadisədən sonra məlum olmuşdur. Günelin ailəsində həmişə mübahisələr olmuş, hətta bir dəfə Elsevərin Günelin üzərinə balta ilə hücum etdiyini eşitmişdir. Elsevər həmçinin narkotik vasitə istifadəçisidir. Elsevərin öz qızına ittihamda qeyd olunan hərəkətləri etməsinin şahidi olmasa da həmin hadisə barədə eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxs onun atasıdır. Atası usta işləyir. Həbsdən azad edildiyi vaxtdan evdə olduğu müddət ərzində bıçaqla gəzib hər kəsi təhdid etmiş, onlara pis rəftar göstərmişdir. Hətta atası “Fanta” suyunun içinə dərman atıb onları zəhərləmişdir. Atasının bacısı Zəhraya nəsə etməsini müşahidə etməsə də son zamanlar Zəhraya qarşı olan münasibətində dəyişiklik hiss etmişdir. Hadisə günü o, evə qayıdan zaman anasının otağının qapısı bağlı olmuşdur. Qapı açıldıqdan sonra anasının otaqda saçını daradığını və yerdə topa şəkildə saçın olduğunu görmüşdür. O, anasına qapının üzərində qan ləkəsinin olduğunu dedikdə atası anasından əvvəl gələrək qanı silməyə başlamışdır. Anasının bədəninin göy, dodağının partlaq vəziyyətdə olmasını müşaiyət etmişdir. O, anasından nə baş verdiyini soruşduqda anası avtoqəza keçirdiyini bildirmişdir. Atası anasının yaralarına çəkmək üçün onu maz almaq məqsədilə aptekə göndərmiş, özü isə anası tərəfindən hadisə barəsində hər hansı şəxsə məlumat verilməsinin qarşısını almaq məqsədilə sonuncunun yanından çəkilməmişdir. Atası yatdıqdan sonra onlar polisə məlumat vermişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. 28 mart 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinə müraciət edərək bildirmişdir ki, əri Təqsirləndirilən şəxs uzun illərdir ki, mütəmadi olaraq onu döyüb xəsarət yetirir, çox zaman ona xəsarəti bıçaqla yetirir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 09:00 radələrində yaşadıqları evdə onu cinsi əlaqəyə məcbur etdikdə o, imtina etmiş, mütəmadi olaraq üzərində gəzdirdiyi bıçaqla onun hər iki əlinin iç nahiyəsinə, bədəninin müxtəlif nahiyələrinə bıçaqla, sifətinə sillə və yumruqla vuraraq xəsarətlər yetirmiş, əynindəki paltarları məcbur soyundurub cinsi əlaqədə olmuş və etdiyi hərəkətləri mobil telefonla çəkərək qeydə almışdır (cild 1, iş vərəqə 5). Cinayət işi materiallarına əlavə edilmiş AZ-İ 377865 nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2008-ci il tarixdə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 arasında nikah bağlanmışdır (cild 1, iş vərəqə 6). Cinayət işi materiallarına əlavə edilmiş 74 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 xx.xx.2008-ci ildə doğulmuşdur, atası Təqsirləndirilən şəxs, anası isə Zərərçəkmiş şəxs1dır (cild 2, iş vərəqə 10). 03 sentyabr 2024-cü il tarixli “zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması” haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ifadəsində bildirdiyi bütün halları ardıcıllıqla hadisə yerində göstərmiş və onun ifadəsinin yerində yoxlanılması zamanı əvvəllər verdiyi sərbəst ifadələr arasında iş üzrə əhəmiyyətli hər hansı ziddiyyət aşkar edilməmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 2, iş vərəqə 56-60). 29 mart 2024-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlərdən başın təpə nahiyəsinin dərialtı hematoması, boyun nahiyəsinin, sol bazu, sol yanaq, döş qəfəsinin ön səthinin, bel nahiyəsinin və sağ bud nahiyələrinin qançırları, hər iki dodağın selikli qişasının əzilmiş yaraları bərk küt əşya (əşyalar) əsirindən, sağ əlin ovuc səthinin İ barmağının və sol əlin İ barmağın əsas falanqasının kəsilmiş yaraları, sağ əlin ovuc səthinin İİ barmağının, sağ əlin ovuc səthinin İİİ barmağının, sol əlin İİ barmağının əsas falanqasının, sağ bud nahiyəsinin, sağ diz oynağı nahiyəsinin arxa səthinin səthi kəsilmiş yaraları, sağ bud nahiyəsinin yuxarı 1/3-nin arxa səthinin deşilmiş - kəsilmiş yarası, bel nahiyəsinin sol yarısının səthi kəsilmiş yarası isə iti uca və ya kənara malik əşya (alət) təsirindən müayinədən bir günə qədər əvvəl törənmişlər, xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə başın təpə nahiyəsinin dərialtı hematoması, hər iki dodağın selikli qişasının əzilmiş yaraları, sağ əlin ovuc səthinin İ barmağının və sol əlin İ barmağın əsas falanqasının kəsilmiş yaraları, sağ bud nahiyəsinin yuxarı 1/3-nin arxa səthinin deşilmiş kəsilmiş yarası həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir, boyun nahiyəsinin, sol bazu, sol yanaq, döş qəfəsinin ön səthinin, bel nahiyəsinin və sağ bud nahiyələrinin qançırları, sağ əlin ovuc səthinin İİ barmağının, sağ əlin ovuc səthinin İİİ barmağının, sağ bud nahiyəsinin, sağ diz oynağı nahiyəsinin arxa səthinin səthi kəsilmiş yaraları, bel nahiyəsinin sol yarısının səthi kəsilmiş yarası isə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir.Həmin xəsarətlərin şəxsin özü tərəfindən tərəfindən, eləcə də yıxılma nəticəsində əmələ gəlməsi inandırıcı deyil (cild 1, iş vərəqə 68-70). Baxış keçirilməsi haqqında 08 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefona baxış zamanı telefonun “qalereya” hissəsində çılpaq vəziyyətdə kişi və qadın arasında dialoqlar olan videogörüntülər özü əksini tapmışdır. Həmin videogörüntülərdə kişi cinsindən olan şəxsin qadın cinsindən olan şəxsi bıçaqla hədələməsi, həmin hədə ilə onunla zorla cinsi əlaqədə olması, döşəmə üzərində üzü ona tərəf olmaqla dizləri üstə dayanmağa məcbur edərək gərginləşmiş xarici cinsiyyət üzvünü zorla bir neçə dəfə qadın cinsindən olan şəxsin ağız boşluğuna , ardınca isə sonuncunu arxası ona tərəf olmaqla ayaqüstə dayanaraq qarşıya əyilmiş vəziyyətə gətirdikdən sonra gərginləşmiş cinsiyyət üzvünü zorla, bu hərəkətlərini bitirmə barədə yalvarışlarına məhəl qoymadan alçaldıcı formada sonuncunun anal dəliyinə ardıcıl şəkildə yeritməsi müşayiət edilir (cild 1, iş vərəqə 154-156). 24 may 2024-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 arxa keçəcək nahiyəsində xəsarət və xəsarət izi vizual olaraq müəyyən olunmamışdır, qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmişdir. Qeyri-təbii yolla cinsi əlaqə zamanı arxa keçəcək nahiyəsində xəsarət və ya xəsarət izi aşkar olunmadığından müddət haqqında fikir söyləmək mümkün olmamışdır (cild 1, iş vərəqə 159-161). 31 may 2024-cü il tarixli məhkəmə ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir (cild 1, iş vərəqə 189-191). 22 avqust 2024-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - başın təpə nahiyəsinin dərialtı hematoması, boyun nahiyəsinin, sol bazu, sol yanaq, döş qəfəsinin ön səthinin, bel nahiyəsinin və sağ bud nahiyələrinin qançırları, hər iki dodağın selikli qişasının əzilmiş yaraları, sağ əlin ovuc səthinin İ barmağının və sol əlin İ barmağın əsas falanqasının kəsilmiş yaraları, sağ əlin ovuc səthinin İİ barmağının, sağ əlin ovuc səthinin İİİ barmağının, sol əlin İİ barmağının əsas falanqasının, sağ bud nahiyəsinin, sağ diz oynağı nahiyəsinin arxa səthinin səthi kəsilmiş yaraları, sağ bud nahiyəsinin yuxarı 1/3nin arxa səthinin deşilmiş - kəsilmiş yarası, bel nahiyəsinin sol yarısının səthi kəsilmiş yarası. Göstərilən xəsarətlərdən başın təpə nahiyəsinin dərialtı hematoması, boyun nahiyəsinin, sol bazu, sol yanaq, döş qəfəsinin ön səthinin, bel nahiyəsinin və sağ bud nahiyələrinin qançırları, hər iki dodağın selikli qişasının əzilmiş yaraları bərk küt əşya (əşyalar) təsirindən, sağ əlin ovuc səthinin İ barmağının və sol əlin İ barmağın əsas falanqasının kəsilmiş yaraları, sağ əlin ovuc səthinin İİ barmağının, sağ əlin ovuc səthinin İİİ barmağının, sol əlin İİ barmağının əsas falanqasının, sağ bud nahiyəsinin, sağ diz oynağı nahiyəsinin arxa səthinin səthi kəsilmiş yaraları, sağ bud nahiyəsinin yuxarı 1/3-nin arxa səthinin deşilmiş - kəsilmiş yarası, bel nahiyəsinin sol yarısının səthi kəsilmiş yarası isə iti uca və ya kənara malik əşya (alət) təsirindən müayinədən bir günə qədər əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə başın təpə nahiyəsinin dərialtı hematoması, hər iki dodağın selikli qişasının əzilmiş yaraları, sağ əlin ovuc səthinin İ barmağının və sol əlin İ barmağın əsas falanqasının kəsilmiş yaraları, sağ bud nahiyəsinin yuxarı 1/3-nin arxa səthinin deşilmiş - kəsilmiş yarası həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir, boyun nahiyəsinin, sol bazu, sol yanaq, döş qəfəsinin ön səthinin, bel nahiyəsinin və sağ bud nahiyələrinin qançırları, sağ əlin ovuc səthinin İİ barmağının, sağ əlin ovuc səthinin İİİ barmağının, sol əlin İİ barmağının əsas falanqasının, sağ bud nahiyəsinin, sağ diz oynağı nahiyəsinin arxa səthinin səthi kəsilmiş yaraları, bel nahiyəsinin sol yarısının səthi kəsilmiş yarası isə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər şəxsin özü tərəfindən yetirilməsi, eləcə də yıxılma nəticəsində əmələ gəlməsi inandırıcı deyildir. Zərərçəkmiş şəxs1 bədən səthində yuxarıda qeyd olunan xəsarətlərin kəsilmiş yaralar ekspertizaya təqdim edilmiş bıçaq və ya ona oxşar xüsusiyyətli bıçaqla törənmələri inkar edilmir. Zərərçəkmiş şəxs1 bədən səthində göstərilən xəsarətlərin yara kanalı olmadığından zərərçəkmiş xəsarət alan zaman onun hansı vəziyyətdə olması barədə dəqiq fikir söyləmək fikir olmasa da, belə güman etmək olar ki, xəsarət yetirən şəxs zərərçəkmişin ön və bir qədər sağa meyilli olması istisna olunmur (cild 2, iş vərəqə 61-65). 16 avqust 2024-cü il tarixli kompleks stasionar məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Bunu hal-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin şöbədə müayinədə olduğu müddət ərzində şöbədaxili rejimə ümumən tabe olması, geyiminə və təmizliyinə fikir verməsi, ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində öz şəxsiyyətinə, zamana və məkana bələdliyinin qənaətbəxş səviyyədə saxlanılması, söz ünsiyyəti zamanı söhbətə həvəslə və fəal şəkildə qoşulması, ona verilən suallara yubanmadan və məzmunlu cavablar verməsi, onları mahiyyətinə uyğun şəkildə və əsasən ətraflı cavablandırması, kifayət qədər anlaşıqlı ifadələr işlətməsi, aparılan sorğu-sual gedişatında kəskin produktiv psixopatoloji simptomatika müəyyən edilməməsi, mnestikkoqnitiv funksiyalarında kobud pozuntu olmaması, anamnestik məlumatları xronoloji ardıcıllıqla çatdırması, intellektual pozuntular qeyd olunmaması, əhvali-ruhiyyə fonunun sabit olması, hal-hazırda psixi vəziyyəti ilə əlaqədar özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etməməsi, davranışını şəraitə uyğun olaraq tənzimləyə bilməsi, özünü müdafiə etməyə çalışması, aparılan ekspertizanın gedişinə və onun ola biləcək nəticələrinə maraq göstərməsi və s.) sübut edir. Təqsirləndirilən şəxs idrak prossesləri, əqli- intellektual imkanları normaya uyğundur. Müayinə zamanı əhvali-ruhiyyə fonunun stabil olması, verilən suallara təfərrüatlı cavablar verməsi, cavablarının əsasən özünümüdafiə xarakteri daşıması, həmçinin sualları öz maraqlarına uyğun tərzdə yönəldərək cavablandırması, sorğu-sual gedişatında emosional dəyişkənliyinin (özünümüdafiə reaksiyaları) özünü büruzə verməsi müşahidə edilir. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları adekvat qavrayaraq bu barədə düzgün məlumat verə biləcəyi, ümumilikdə psixoloji durumunun norma səviyyəsində olması müəyyən edilir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqh hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hər hansı psixi pozuntudan əziyyət çəkmədiyindən və törətdiyi cinayət əməlinə münasibətdə anlaqlı hesab edildiyindən onun barəsində məcburi müalicə tədbirlərinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Hal-hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs istintaq zamanı özünə xəsarətlər yetirdiyini söyləsə də, davranışını şəraitə uyğun olaraq tənzimləyə bildiyi, hərəkətlərinin mahiyyətini dərk etdiyi qeyd olunur. Həmin xəsarətləri psixi xəstəliklə əlaqədar deyil, istintaq gedişinə etiraz olaraq məqsədli şəkildə etdiyi aşkar olunur. Təqsirləndirilən şəxs kobudluq, öz maraqlarını üstün tutmaq, eqoizm, özünü müdafiə etməyə meyillilik, inadkarlıq, ətrafdakı insanlarda özü barəsində müsbət fikir yaratmağa can atmaq, laqeydlik, təkəbbürlülük və sair. kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (cild 2, iş vərəqə 67-73). 29 mart 2024-cü il tarixli “narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında” 988 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı sidikdə MET(+) aşkar edilmişdir. MTDİ(-), MOP(-), THC(-), TML(-), PGB(-) aşkar edilməmişdir (cild 1, iş vərəqə 39). 12 sentyabr 2024-cü il tarixli məhkəmə-trasoloji və kompleks məhkəmə-lifli ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd qırmızı rəngli köynəyin səthi tünd qəhvəyi rəngli qanaoxşar maddəyə batmış vəziyyətdədir. Köynəyin səthi adi gözlə təbii işıq altında tədqiq edildikdə üzərində aşağıdakı zədələrin olması müəyyən edilmişdir. Köynəyin sol boğazlıq hissəsində 250 mm ölçüdə zədə vardır. Tədqiqata təqdim edilmiş bir ədəd açıq sarı rəngli büstqalterin üzərində hər hansı bir trasoloji zədə aşkar edilməmişdir. Tədqiqata təqdim edilmiş köynəyin üzərində olan zədə fiziki qüvvənin təsirindən yaranan dartılıb cırılma zədəsidir (cild 2, iş vərəqə 74-77). 12 sentyabr 2024-cü il tarixli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1 geyim əşyalarının və tədqiqata təqdim edilən bıçağın səthləri üzərində kənar liflərin mikrohissəcikləri vardır.Tədqiqata təqdim edilmiş bıçağın üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqat obyekti olan bıçaq üzərində öncədən tədqiqat aparıldığından lifli materiallardan təşkil olunmuş tədqiqat obyektlərində digər tədqiqatlar aparılan zaman onların üzərində olan kənar lif mikrohissəcikləri tədqiqat zamanı itə, yerini dəyişə və başqası ilə əvəz oluna bilər (cild 2, iş vərəqə 78-82). 18 sentyabr 2024-cü il tarixli kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs2 əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici aləmə yönəlməsi). Zərərçəkmiş şəxs2 ona qarşı törədilən əməl zamanı hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Zərərçəkmiş şəxs2 hazırki psixi vəziyyətinə görə məhkəmə və istintaq hərəkətlərinin aparılmasında iştirak etmək, prosessual hüquq və vəzifələrini şəxsən yerinə yetirmək iqtidarındadır. Zərərçəkmiş şəxs2 bu iş üzrə prossesual fəaliyyət qabiliyyətlidir. Zərərçəkmiş şəxs2 əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğun olmaqla, ünsiyyətçillik, adaptivlik, konfliktə və mübahisəyə meyilli olmamaq və sair. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs2 əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Zərərçəkmiş şəxs2 yaş xüsusiyyətləri, intellektual inkişafı və əqli psixi inkişafı nəzərə almaqla o, yaranmış şəraitin mahiyyətini, öz hərəkətlərinin mənasını tam dərk etmək, özünü müdafiə etmək, müqavimət göstərmək, öz hərəkətlərini idarə etmək və ona qarşı edilən hərəkətlərin, həmçinin seksual xarakterli əməllərin mənasını, iş üçün əhəmiyyətli olan halları və mümkün nəticələri düzgün qavramaq, həmçinin onlar barəsində doğru və dolğun ifadə vermək iqtidarındadır. Zərərçəkmiş şəxs2 fərdi-psixi xüsusiyyətlərində yalan danışmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müəyyən edilməmişdir (cild 2, iş vərəqə 91-94). 25 sentyabr 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərara əsasən Zərərçəkmiş şəxs1 götürülmüş bir ədəd gümüşü rəngli açılıb-qatlanan bıçaq, bir ədəd qırmızı rəngli köynək, bir ədəd sarımtıl rəngli busqalter, bir ədəd “Samsung” markalı mobil telefon maddi sübut hesab olunmuşdur (cild 2, iş vərəqə 95-130). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs nə arvadına, nə qızına qarşı ittiham aktında göstərilən hərəkətlərə yol vermədiyinə, ittiham aktında qeyd olunan bıçağın ona aid olmadığına, həmin bıçaqdan, həmçinin mobil telefondakı video yazılardan xəbəri olmadığına dair məhkəmə iclasında verdiyi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla cinayət işinin materialları, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu, işin faktiki halları ilə tam təkzib olunur. Belə ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı, 134-cü, 149.2.4-cü və 150-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməsini inkar etsə də cinayət işi materiallarında olan Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A41” markalı mobil telefonda olan videogörüntülərə baxış keçirilərkən Təqsirləndirilən şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs1 lüt vəziyyətdə bıçaqla qorxudub, xəsarət yetirərək həm ona münasibətdə seksual xarakterli zorakılıq etməsi, öldürməklə hədələməsi, həm də zorlamasına dair videogörüntülər öz əksini tapmışdır. Həmin diskə təqsirləndirilən şəxsin iştirakı ilə baxılmış, sonuncu həmin görüntüdə olan lüt, kişi cinsində olan şəxsin özü olduğunu bildirmişdir. Bundan başqa videogörüntüyə baxış keçirilərkən Təqsirləndirilən şəxs tərəfindən hadisə zamanı istifadə edilmiş qəhvəyi rəngli dəstəyi olan, gümüşü rəngli açılıb qatlanan bıçağın fotoşəkli çəkilmiş və həmin şəkildəki bıçaq ilə Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilərək ballistik məhkəmə ekspertizasına tədqiq edilməsi üçün verilən bıçağın xarici görünüş xüsusiyyətləri üst-üstə düşmüşdür. Zəhra Mehdiyevaya dair seksual xarakterli zorakılıq hərəkətlərinin edilməməsi barədə təqsirləndirilən şəxsin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs barəsində təyin edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli rəyi ilə onun fərdi-psixi xüsusiyyətlərində yalan danışmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müəyyən edilməmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.6cı, 134-cü, 149.2.4-cü, 150.2-1.1-ci və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən az ağır, Cinayət Məcəlləsinin 134-cü və 228.4-cü maddəsində maddəsində nəzərdə tutulan əməllər böyük ictimai təhlükə törətməyən, Cinayət Məcəlləsinin 149.2.4-cü maddəsində nəzərdə tutulan əməl ağır, Cinayət Məcəlləsinin 150.2-1.1-ci maddəsində nəzərdə tutulan əməl xüsusilə ağır cinayətdir. Qeyd olunan əməllər təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir və başa çatmış cinayətlərdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.6-cı, 134-cü, 149.2.4-cü, 150.2-1.1-ci və 228.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs barəsində cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 01 aprel 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 07 fevral 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinmiş, Cinayət Məcəlləsinin 66.3, 66.2ci maddələrinə əsasən Abşeron Rayon Məhkəməsinin yuxarıda göstərilən hökmü ilə təyin edilmiş cəza hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanması yolu ilə üzərində 1 il 6 ay nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir (cild 1, iş vərəqə 114-115). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdən sonra məhkumluğu ödənilmiş hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət Məcəlləsinin 83.4-1-ci maddəsinə əsasən əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Təqsirləndirilən şəxs cəzadan azad olunandan sonra məhkumluğun götürülməsi üçün zəruri olan iki il müddət keçmədiyinə görə onun barəsində məhkumluq ödənilməmiş hesab edilməlidir. Bu hal isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivini yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi əlamətinin olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən barəsində cəzasını ağırlaşdıran hal kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzasını ağırlaşdıran halların müəyyən edilməsini, törətdiyi cinayətlərin xarakteri və ictimai təlükəliliyini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla 133.2.6-cı, 134-cü, 149.2.4-cü, 150.2-1.1-ci və 228.4-cü maddələrinin sanksiyasının həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 29-30), Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 mart 2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 28 mart 2024-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 104-105). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 28 mart 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir.Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Qaradağ rayon prokurorluğunda saxlanılan bir ədəd gümüşü rəngli açılıb-qatlanan bıçaq, bir ədəd qırmızı rəngli köynək, bir ədəd sarımtıl rəngli busqalter məhv edilməli, bir ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 217 (iki yüz on yeddi) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 191, cild 2, iş vərəqə 75, 79). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Belə ki, təqsirləndirilən şəxsin hüquqularının müdafiəsi dövlət büdcəsi vəsaiti hesabına məhkəməyə qədər icraat dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X6, məhkəmə zamanı Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla dövlət büdcəsinin vəsaiti hesabına ibtdai istintaq mərhələsində göstərilmiş 8 iş saatı həcmində hüquqi yardımla bağlı X3 işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına 48 (qırx səkkiz) manat, məhkəmə mərhələsində göstərilmiş 48 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi işlədiyi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.6-cı, 134-cü, 149.2.4-cü, 150.2-1.1-ci və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 149.2.4-cü maddəsi ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 150.2-1.1-ci maddəsi ilə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti olaraq 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 28 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs 217 (iki yüz on yeddi) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübutlar: - Qaradağ rayon prokurorluğunda saxlanılan bir ədəd gümüşü rəngli açılıb-qatlanan bıçaq, bir ədəd qırmızı rəngli köynək, bir ədəd sarımtıl rəngli busqalter məhv edilsin; - Qaradağ rayon prokurorluğunda saxlanılan bir ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın. İbtidai istintaq mərhələsində göstərilmiş 8 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına X3 işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına 48 (qırx səkkiz) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş 48 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar