Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-641/2020 15.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1, Dövlət ittihamçısı3 və Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs-mülki iddiaçılar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, X12, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, zərərçəkmiş şəxs-mülki iddiaçıların nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası 11 saylı vəkil bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunub, xx xxxx 2009-cu ildə cəzasını çəkib qurtarmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(101)-317/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-607/2020 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(101)-317/2020 saylı hökmü dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri, Xətai rayonu, məhəllə 2944, 105 saylı evdə qeydiyyatda olmaqla, ünvan 1 mənzil 97 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə Türkiyə Respublikası vətəndaşı X40 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi, Kürdəxanı- Məhəmmədi yolunun yaxınlığında yerləşən “xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyən vaxt öz qulluq mövqeyindən istifadə etməklə 2012-ci ilin sonlarından 2014-cü ilin yay aylarına qədər olan müddət ərzində Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək, Zərərçəkmiş şəxs3 məxsus ümumi dəyəri 469.825 manat olan iri buynuzlu heyvanları Cəmiyyətin Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi, Kürdəxanı-Məhəmmədi yolunun yaxınlığında yerləşən fermasına gətizdirib, heyvanların pulunu və əldə ediləcək gəlirdən 20 faiz qazanc verəcəyi ilə bağlı yalan vəd verib aldadaraq, heyvanları bir müddət saxlayıb kökəltdikdən sonra sataraq əldə olunan pulu ələ keçirməklə zərərçəkmiş şəxsə külli miqdar hesab edilən 469.825 (dörd yüz altmış doqquz min səkkiz yüz iyirmi beş) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə X40 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi, Kürdəxanı-Məhəmmədi yolunun yaxınlığında yerləşən “xxxxxxxxxx“ Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyən vaxt öz qulluq mövqeyindən istifadə etməklə 2013-cü ilin yanvar ayının sonlarında Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edərək, Zərərçəkmiş şəxs7 məxsus ümumi dəyəri 293.000 manat olan iri buynuzlu heyvanları qeyd olunan Cəmiyyətə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi, Kürdəxanı-Məhəmmədi yolunun yaxınlığında yerləşən fermaya gətizdirib, heyvanların pulunu və əldə ediləcək gəlirdən 20 faiz qazanc verəcəyi ilə bağlı yalan vəd verib aldadaraq, heyvanları bir müddət saxlayıb kökəltdikdən sonra sataraq əldə olunan pulu ələ keçirməklə zərərçəkmiş şəxsə külli miqdar hesab edilən 293.000 (iki yüz doxsan üç min) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə X40 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi, Kürdəxanı-Məhəmmədi yolunun yaxınlığında yerləşən “xxxxxxxxxx'' Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyən vaxt öz qulluq mövqeyindən istifadə etməklə 2013-cü ilin yay aylarında Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edərək, Zərərçəkmiş şəxs7 məxsus ümumi dəyəri 25.000 manat olan dəvə və xırda buynuzlu heyvanları qeyd olunan Cəmiyyətə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi, Kürdəxanı-Məhəmmədi yolunun yaxınlığında yerləşən fermaya gətizdirib, heyvanların pulunu və əldə ediləcək gəlirdən 20 faiz qazanc verəcəyi ilə bağlı yalan vəd verib aldadaraq, heyvanları bir müddət saxlayıb kökəltdikdən sonra sataraq əldə olunan pulu ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda 25.000 (iyirmi beş min) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə X40 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi, Kürdəxanı-Məhəmmədi yolunun yaxınlığında yerləşən “xxxxxxxxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyən vaxtda öz qulluq mövqeyindən istifadə etməklə 2013-cü ilin iyul ayında Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, ona məxsus cəmi dəyəri 305.442 manat olan iri buynuzlu heyvanları hissə- hissə, ayrı-ayrı vaxtlarda qeyd olunan Cəmiyyətin Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi, Kürdəxanı-Məhəmmədi yolunun yaxınlığında yerləşən fermasına gətizdirib, heyvanların pulunu və əldə ediləcək gəlirdən 20 faiz qazanc verəcəyi ilə bağlı yalan vəd verib aldadaraq, heyvanları bir müddət saxlayıb kökəltdikdən sonra sataraq əldə olunan pulu ələ keçirməklə zərərçəkmiş şəxsə külli miqdar hesab edilən 305.442 (üç yüz beş min dörd yüz qırx iki) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə X40 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi, Kürdəxanı-Məhəmmədi yolunun yaxınlığında yerləşən “xxxxxxxxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyən vaxt öz qulluq mövqeyindən istifadə etməklə 2013-cü ilin dekabr ayının axırlarında Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, ondan öz fəaliyyətini genişləndirmək və bundan sonra gələn gəlirin 20 faizinə şərik olmaq adı ilə 413.000 manat nəğd pulunu alıb ələ keçirməklə zərərçəkmiş şəxsə külli miqdar hesab edilən 413.000 (dörd yüz on üç min) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə X40 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi, Kürdəxanı-Məhəmmədi yolunun yaxınlığında yerləşən "xxxxxxxxxx'' Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyən vaxt öz qulluq mövqeyindən İstifadə etməklə 2014-cü ilin oktyabr ayından 2015-ci ilin aprel ayına kimi olan müddət ərzində ayrı-ayrı vaxtlarlarda hissə-hissə vahid niyyətlə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək, Zərərçəkmiş şəxs4 məxsus ümumi dəyəri 200.000 manat olan iri buynuzlu heyvanları qeyd olunan Cəmiyyətin Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi, Kürdəxanı-Məhəmmədi yolunun yaxınlığında yerləşən fermasına gətizdirib, heyvanların pulunu və əldə ediləcək gəlirdən 20 faiz qazanc verəcəyi ilə bağlı yalan vəd verib aldadaraq, heyvanları bir müddət saxlayıb kökəltdikdən sonra sataraq əldə olunan pulu ələ keçirməklə zərərçəkmiş şəxsə külli miqdar hesab edilən 200.000 (iki yüz min) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə X40 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi, Kürdəxanı-Məhəmmədi yolunun yaxınlığında yerləşən “xxxxxxxxxx'’ Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyən vaxt öz qulluq mövqeyindən istifadə etməklə 2015-ci ilin fevral ayından iyun ayına kimi olan müddət ərzində Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edərək, pulu sonradan verməsi adı ilə vəd verib aldadaraq Zərərçəkmiş şəxs9 ümumi dəyəri 2836 manat olan boyat çörəyi Cəmiyyətin Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi, Kürdəxanı- Məhəmmədi yolunun yaxınlığında yerləşən fermasına gətizdirib, saxlanılan heyvanları yedizdirib, özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxsə 2836 (iki min səkkiz yüz otuz altı) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o. təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə X40 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi, Kürdəxanı-Məhəmmədi yolunun yaxınlığında yerləşən "xxxxxxxxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyən vaxt öz qulluq mövqeyindən istifadə etməklə 2013-cü ilin mart-aprel ayından 2015-ci ilin yanvar-fevral ayına qədər olan müddətdə Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edərək. Zərərçəkmiş şəxs8 məxsus ümumi dəyəri həmin vaxtın məzənnəsi ilə 576.450 (beş yüz yetmiş altı min dörd yüz əlli) manat təşkil edən 549.000 ABŞ dollar olan iri buynuzlu heyvanları qeyd olunan Cəmiyyətin Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi, Kürdəxanı-Məhəmmədi yolunun yaxınlığında yerləşən fermasına gətizdirib, heyvanların pulunu və əldə ediləcək gəlirdən 20 faiz qazanc verəcəyi ilə bağlı yalan vəd verib aldadaraq, heyvanları bir müddət saxlayıb kökəltdikdən sonra sataraq əldə olunan pulu ələ keçirməklə zərərçəkmiş şəxsə külli miqdar hesab edilən 576.450 (beş yüz yetmiş altı min dörd yüz əlli) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə X40 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi, Kürdəxanı-Məhəmmədi yolunun yaxınlığında yerləşən “xxxxxxxxxx’' Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyən vaxt öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, pulu sonradan verməsi adı ilə vəd verib aldadaraq Zərərçəkmiş şəxs1 2015-ci ilin yanvar ayından iyun ayının 12-dək ümumi dəyəri 31.850 manat olan 200 ton kəpək, 50 ton arpa və 1 ton 200 kiloqram qarğıdalını Cəmiyyətin Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi, Kürdəxanı- Məhəmmədi yolunun yaxınlığında yerləşən fermasına gətizdirib, orada saxlanılan heyvanlara yedizdirib, özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdar hesab edilən 31.850 (otuz bir min səkkiz yüz əlli) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə X40 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi, Kürdəxanı-Məhəmmədi yolunun yaxınlığında yerləşən “xxxxxxxxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyən vaxt öz qulluq mövqeyindən istifadə etməklə 2015-ci ilin aprel ayında Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edərək, Zərərçəkmiş şəxs6 məxsus ümumi dəyəri 37.000 manat olan iri buynuzlu heyvanları qeyd olunan Cəmiyyətin Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi, Kürdəxanı-Məhəmmədi yolunun yaxınlığında yerləşən fermasına gətizdirib, heyvanların pulunu və əldə ediləcək gəlirdən 20 faiz qazanc verəcəyi ilə bağlı yalan vəd verib aldadaraq, heyvanları bir müddət saxlayıb kökəltdikdən sonra sataraq əldə olunan pulu ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdar hesab edilən 37.000 (otuz yeddi min) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə X40 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Bakı şəhəri, Sabunçu rayonu. Məhəmmədi qəsəbəsi, Kürdəxanı-Məhəmmədi yolunun yaxınlığında yerləşən “xxxxxxxxxx'' Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyən vaxt öz qulluq mövqeyindən istifadə etməklə 2015-ci ilin may ayında X7 etibarından suiistifadə edərək, İsabala Əliyevə məxsus ümumi dəyəri 40781 manat olan iri buynuzlu heyvanları qeyd olunan Cəmiyyətin Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi, Kürdəxanı-Məhəmmədi yolunun yaxınlığında yerləşən fermasına gətizdirib, heyvanların pulunu və əldə ediləcək gəlirdən 20 faiz qazanc verəcəyi ilə bağlı yalan vəd verib aldadaraq, heyvanları bir müddət saxlayıb kökəltdikdən sonra sataraq əldə olunan pulu ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdar hesab edilən 40.781 (qırx min yeddi yüz səksən bir) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Türkiyə Respublikası vətəndaşı olan X35 2000-ci ildə “Erikson” şirkətində işləyən zaman tanımışdır. Onunla münasibətləri yaxşı olmuşdur. O, 2001-ci il tarixdə “Erikson” şirkətindən işdən çıxmış və “VİER” adlı özəl şirkət qurmuşdur. Həmin şirkətin fəaliyyəti “xxxxxxxx” ASC-nin əhatə dairəsini genişləndirmək işlərini yerinə yetirməkdən ibarət olmuşdur. 2010cu ildə südçülük və heyvandarlıq biznesi qurmağı planlaşdırmış və bu barədə X36 da deyib, ona da birlikdə südçülük və heyvandarlıq işini görməyi təklif etmişdir. X18 təklifini qəbul etmişdir. Bundan sonra onlar məşğul olacaqları bizneslə bağlı işlər görməyə başlamışlar. İlk əvvəl “xxxxxxxxxx" adlı Məhdud Məsuliyyətli Cəmiyyəti yaratmışlar. Cəmiyyətin direktoru o, təsisçisi isə X24muşdur. Bundan sonra südçülük və heyvandarlıq biznesi qurmaq məqsədi ilə Məhəmmədi kəndində 5 hektar ərazini sənədləri ilə birlikdə 400.000 manata almış və həmin pulu o, özü hissə-hissə yeri satan şəxsə vermiş və bundan sonra onlar həmin ərazidə maldarlıq işi ilə məşğul olmağa başlamışlar. Həmin ərəfədə onlar işlərini genişləndirmək üçün südçülük işini ət kəsim satışına dəyişərək fəaliyyətlərini davam etdirmişlər. X27 razılaşmalarına görə “xxxxxxxxxx” MMC-dən əldə etdikləri gəlir ikisinin arasında bərabər şəkildə bölünməliymiş. Bundan sonra onlar iri buynuzlu heyvanlar alıb kökəldərək satışına başlamışlar. Şahid1 “xxxxxxxxxx” MMC-də kassir kimi işə qəbul edilmiş, bir müddət sonra isə nəzarətçi vəzifəsinə keçirilmişdir. Lakin, X28 tapşırığı ilə “xxxxxxxxxx” MMC-nin VÖEN-ni Şahid1 adına qeydiyyatdan keçirib, MMC-nin vergi ödəyicisi kimi onu göstərmişlər. Şahid1 Cem Selçukun sözü ilə vergidə də müqavilə bağlamışdır. Şahid1 vergi borcu olmamış, həmin vergi borcu Cem Selçukun olmuşdur. X29 “X21” adı ilə fəaliyyət göstərən MMC yaratmasını bilmişdir. Onun “X21” adı ilə fəaliyyət göstərən MMC ilə heç bir şərikliyi və həmin şirkətə aidiyyəti olmamışdır. X30 birlikdə “xxxxxxxxxx” MMC-ni qurmuşlar və adları qeyd olunan şəxslərdən pulları və mal qaraları onlardan hər ikisi birlikdə götürmüşlər. Ona elan edilmiş ittihamla əlaqədar, onda olan ittiham aktından istifadə edərək aşağıdakıları göstərmişdir: 1.X27 birlikdə işlərini dahada böyütmək üçün onlara əlavə pul lazım olduğundan 2010-cu il tarixdə Zərərçəkmiş şəxs3 İslam oğlunu işlərinə şərik qoşmuşlar. Zərərçəkmiş şəxs3la aralarında olan razılaşmaya görə Zərərçəkmiş şəxs3 öz hesabına iribuynuzlu heyvanlar alaraq fermaya gətirməli və həmin heyvanlar fermada kökəldilərək satılmalıymış. Heyvanların kökəldilərək satışından əldə edəcəkləri gəlirin isə 20 faizini Zərərçəkmiş şəxs3 verməliymişlər. Bu razılaşmadan sonra Zərərçəkmiş şəxs3 təqribən 2011-ci ilin ortalarında fermaya 56 ədəd iribuynuzlu heyvan gətirmişdir. Həmin heyvanların bir ədədini 2500 manatdan hesablayaraq pulunu nəğd şəkildə ona ödəmişlər. Gətirilən heyvanları isə kökəltməyə vermişlər. Onlar Zərərçəkmiş şəxs3 yenidən iribuynuzlu heyvan gətirilməsini xahiş etmişlər, lakin onun əvvəl gətirdiyi heyvanların satışından əldə edilən gəlirin 20 faizi Zərərçəkmiş şəxs3 ödənilməmişdir. Onlar əldə edilən gəlirin 20 faizini yaxın zamanlarda Ələsgərə ödəyəcəklərini demişlər. Bundan sonra Zərərçəkmiş şəxs3 yenidən 100 ədəd iri buynuzlu heyvanlar gətirərək fermaya təhvil vermişdir. Həmin heyvanlara görə ümumilikdə 150.000 manat pulu Zərərçəkmiş şəxs3 ödəmişlər. Həmin heyvanların gəlirindən əldə olunmuş pul da həmin vaxt Ələsgərə verilməmişdir. Zərərçəkmiş şəxs3la aralarında etibar olduğundan o, yenidən 50 ədəd iri buynuzlu heyvanı gətirərək fermaya təhvil vermişdir. Həmin heyvanların bir ədədini 1200 manata almışlar. Bundan sonra 2-3 ay fərqlə Zərərçəkmiş şəxs3 ümumi dəyəri 150.000 manat olan 100 baş, ümumi dəyəri 141.825 manat olan 93 baş və ümumi dəyəri 118.000 manat olan 100 baş iri buynuzlu heyvanları gətirərək fermaya vermişdir. Həmin heyvanları fermaya verdikdən sonra Zərərçəkmiş şəxs3 heyvanların alışı ilə əlaqədar olaraq 469.825 manat borcları yaranmışdır. 2.Bundan başqa 2013-cü ilin yanvar ayının sonlarında Zərərçəkmiş şəxs7 məxsus ümumi dəyəri 293.000 manat olan iri buynuzlu heyvanlar fermaya gətirilmiş və heyvanların satışından əldə olunmuş pulu və əldə ediləcək gəlirdən 20 faiz qazancın ona veriləcəyi vəd olunsa da həmin pulu Zərərçəkmiş şəxs7 verə bilməmişlər və ona 293.000 manat borcları yaranmışdır. Həmçinin 2013-cü ilin yay aylarında Zərərçəkmiş şəxs7 ümumi dəyəri 25.000 manat olan dəvə və xırda buynuzlu heyvanları da fermaya gətizdirmişdir. Həmin heyvanların nə pulunu, nə də əldə ediləcək gəlirdən 20 faiz qazancı Qaşqaya verə bilməmişlər. Ümumilikdə Zərərçəkmiş şəxs7 318.000 manat borcları yaranmış və həmin pulu Qaşqaya verə bilməmişlər.
3. Bundan başqa 2013-cü ilin iyul ayında Zərərçəkmiş şəxs2 da ümumi dəyəri 305.442 manat olan iri buynuzlu heyvanları hissə-hissə ayrı-ayrı vaxtlarda fermaya gətizdirmişdir. Həmin heyvanların pulunu və əldə ediləcək gəlirdən 20 faiz qazanc verəcəklərini Elşada vəd etsələr də həmin heyvanları bir müddət saxlayıb kökəldib satdıqdan sonra zərərçəkmiş şəxsə 305.442 manat məbləğində pulu verə bilməmişlər. Həmçinin, Zərərçəkmiş şəxs2 fermaya sərmayə qoyaraq oranın ümumi gəlirinin 20 faizinə şərik olmaq təklif olunmuşdur. Bu təklif əsasında Zərərçəkmiş şəxs2 ona və X36 413.000 manat pul vermişdir. Zərərçəkmiş şəxs2 verdiyi pul fermanın inkişafına xərclənmişdir. Lakin, ona vəd olunan gəlirin 20 faizi də Elşada ödənilməmişdir.
4. Bundan başqa Zərərçəkmiş şəxs4 2014-cü ilin oktyabr ayından 2015-ci ilin aprel ayına kimi olan müddət ərzində ayrı-ayrı vaxtlarda hissə-hissə ümumi dəyəri 200.000 manat olan 87 ədəd iri buynuzlu heyvan vermişdir. Heyvanların pulunu və əldə ediləcək gəlirdən 20 faiz qazanc verəcəklərini vəd versələr də heyvanları bir müddət saxlayıb kökəltdikdən sonra satılmış, lakin, 200.000 manat Gəraya qaytarılmamışdır.
5. Bundan başqa 2015-ci ilin fevral ayından iyun ayına kimi olan müddət ərzində Zərərçəkmiş şəxs9 heyvanların yemlənməsi üçün ümumi dəyəri 2836 manat olan boyat çörəyi fermaya vermiş, lakin, həmin məbləğdə pul Zərərçəkmiş şəxs9 verilməmişdir.
6. Bundan başqa Zərərçəkmiş şəxs8 2013-cü ilin mart-aprel aylarından 2015-ci ilin yanvar-fevral aylarına qədər ümumi dəyəri 549.000 ABŞ dolları məbləğində 662 ədəd iri buynuzlu heyvanı fermaya təhvil vermişdir. Onun təhvil verdiyi heyvanlar kökəldilərək satılmışdır. Lakin, nə heyvnaların alınmasına çəkilən xərclər, nə də ki, əldə edilən gəlirin 20 faizi Zərərçəkmiş şəxs8 ödənilməmişdir. 7.Bundan başqa Zərərçəkmiş şəxs1 2015-ci ilin yanvar ayından iyun ayına qədər olan müddətdə şirkətə 200 ton kəpək, 50 ton arpa və 1 ton 200 kiloqram qarğıdalı vermişdir. Verdiyi yemlərin ümumi dəyəri 31.848 manat olmuşdur. Lakin, Zərərçəkmiş şəxs1 hər dəfə yem verdikdən sonra onun verdiyi yemin pulu ona verilməmişdir. Zərərçəkmiş şəxs1 olan borc 31.848 manata qədər qalxdığından o daha fermaya yem verməkdən imtina etmişdir. 8.Zərərçəkmiş şəxs6 fermaya heyvan gətirməsini, gətirdiyi heyvanların pulunu bir ay ərzində ödəyəcəklərini vəd etmişlər. Onların vədləri əsasında Zərərçəkmiş şəxs6 fermaya ümumi dəyəri 37.000 manat olan 24 baş iri buynuzlu heyvan gətirmişdir. Lakin, sonradan heyvanların pulunu Zərərçəkmiş şəxs6 ödəməmişlər.
9. Zərərçəkmiş şəxs X12 özünə məxsus ümumi dəyəri 40.781 manat olan iri buynuzlu heyvanları fermaya təhvil vermiş, heyvanların pulunu və əldə ediləcək gəlirdən 20 faiz qazanc verəcəklərini ona vəd etmişlər. Lakin, heyvanları bir müddət saxlayıb kökəltdikdən sonra sataraq İ.Əliyevə məxsus 40.781 manat pulu ona qaytara bilməmişlər. Bütün bu zərəçəkmiş şəxslərin pullarının onlara qaytarıla bilməməsinin səbəbi o olmuşdur ki, 2015-ci ilin iyun ayında o, şəriki X30 söhbət etmiş və ona “xxxxxxxxxx” MMCnin şəxslərə, eləcədə dövlətə borcları yarandığını və həmin borcları qaytarmaq lazım olduğunu bildirmişdir. Həmin zaman onlar hesablamışlar və yaratdıqları biznesin əmlakla birlikdə dəyərinin 16000000 (on altı milyon) manat təşkil etdiyini bildirmişdir. Bu zaman o, Cem Ersoya şirkəti satışa çıxarmağı və həm dövlətə, həm də vətəndaşlara olan borcları qaytarmağı təklif etmişdir. Bundan başqa Cem Ersoya şirkəti ya Cemin, ya da onun adına keçirməsini təklif etmişdir. Bu zaman Cem Ersoy şirkəti öz adına keçirdib şirkətin dövlətə və vətəndaşlara olan borcunu qaytaracağını, oradan onun 3.000.000 (üç milyon) payını da verəcəyini bildirmişdir. O, Cem Ersoyla razılaşmış və 2015-ci ilin iyun ayında “xxxxxxxxxx” MMC-ni onun adına keçirmişlər. Şirkət Cemin adına keçməmişdən öncə Cem tərəfindən ona təzyiqlər olmuşdur. Onun üstünə idmançı şəxslər, yəni, “Riad” Mühafizə İdarəsinin əməkdaşlarını göndərmişdir. Onu ailəsi ilə hədələmişdir. O da ailəsinə görə şirkətin onun adına olmasına razılaşmışdır. Şirkət Cemin adına olandan sonra Cem bütün pulları götürmüş və ona verəcəyi ******* manat pulu, eləcədə şirkətə sərmayə qoyan şəxslərin də pullarını verməmişdir. Bundan sonra o Cemlə görüşə bilməmişdir. Cem onunla görüşməkdən yayınmağa başlamışdır. Yalnız onunla telefon əlaqəsi saxlayaraq pulunu, eləcədə sərmayə qoyan şəxslərin pullarını ödəməsini demişdir. Lakin, Cem hər dəfə ona pulu verəcəyini bildirsə də, onun, vətəndaşların və dövlətin borcunu ödəməkdən yayınmışdır. Sonradan isə ölkədən çıxıb getmişdir. O, zərərçəkmiş şəxslərin pullarını qaytamaq iqtidarında deyil. Əməlindən peşmandır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, «xxxxxxxxxx» MMC-nin həm təsisçisi, həm də direktoru olmuşdur. Lakin, X42 qeyrirəsmi olaraq 2015-ci ilə kimi onun şəriki olmuşdur. Lakin, onun qohumu Olgun Altunun şirkəti yaradan zaman rəsmi təsisçi kimi şirkətdə payı olmuş, onun adından isə Cem Ersoy çıxış etmişdir. O, ona görə özünü təqsirli bilir ki, zərərçəkmiş şəxslərdən malları o, X27 birlikdə alsa da zərərçəkmiş şəxslər onu tanımışlar. X41 isə çıxıb getmiş, zərərçəkmiş şəxslər də pullarını yalnız ondan tələb edirlər. Cem Ersoyun “xxxxxx” ASC ilə iş görməsindən də məlumatı olmuş, lakin, o, bu işdə Cem Ersoyla işləməmişdir. Onların qurduğu MMC-nin borcları yarananda Cem ona “xxxxxx” ASC-dən alacaqları olduğunu, həmin pulları alıb borcları bağlayacağını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, Məhəmmədi qəsəbəsində yerləşən heyvan bazarında yem satışını həyata keçirir. Yemləri “Karmen” fabrikindən alıb üzərinə müəyyən məbləğdə pul qoyaraq satışını təşkil edir. 2013-cü ilin təqribən may-iyun aylarında mütəmadi olaraq heyvan bazarından heyvan alan Cem Ersoy, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs3la tanış olmuşdur. Onlarla tanış olduqdan sonra Cem Ersoy və Təqsirləndirilən şəxs Məhəmmədi qəsəbəsində yerləşən “xxxxxxxxxx” şirkətinin sahibləri olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs və Cem Ersoy ona birlikdə işləməyi təklif edərək gündəlik onların şirkətinə yem verməyini təklif etmişlər. O, Təqsirləndirilən şəxs və Cem Ersoyla razılaşmış və bundan sonra 2015-ci ilin yanvar ayına qədər mütəmadi olaraq həmin şirkətə kəpək, arpa, qarğıdalı verməyə başlamışdır. 2015-ci ilin yanvar ayınadək verdiyi yemlərin pullarını nəğd şəkildə almışdır. 2015-ci ilin aprel ayında onlara yem apardığı zaman Viləş və Cem bundan sonra verəcəyi yemlərin pullarını bir ay ərzində ödəyəcəklərini bildirmişlər. Onların əvvəlcə verdiyi yemlərin pullarını nağd şəkildə verdiklərindən aralarında etibar yarandığı üçün razılaşmışdır. Bu minvalla 2015-ci ilin iyun ayının 12-nə qədər onlara yemlər vermişdir. 2015-ci ilin iyun ayının 12-də onların işçisi Sərdar adlı şəxs verdiyi yemin hesabatını aparmışdır. Bu zaman 2015-ci ilin yanvar ayından iyun ayının 12-dək ümumilikdə şirkətə 200 ton kəpək, 50 ton arpa və 1 ton 200 kiloqram qarğıdalının verildiyi, lakin, pulunun ödənilmədiyi müəyyən edilmişdir. Bunu müəyyən etdikdən sonra Təqsirləndirilən şəxs və Cem Ersoyla görüşərək pulun ödənilməyəcəyi halda yem verməyəcəyini demişdir. Təqsirləndirilən şəxs və Cem Ersoy yem verməkdə davam etməyi xahiş edərək tez bir zamanda pulu ödəyəcəklərini bildirmişlər. Lakin, o, onlar pulu ödəmədikləri üçün yem verməyi dayandırmışdır. Bu hadisədən bir müddət sonra isə Təqsirləndirilən şəxs və Cem Ersoyun bir çox insanları aldadaraq heyvanlarını aldıqlarını, pullarını ödəməyərək qaçdıqlarını öyrənmişdir. Bunu öyrəndikdən sonra ərizə ilə müraciət edərək onların etdikləri hərəkətlərdən şikayət etmişdir. Həm təqsirləndirilən şəxs, həm də Cem Ersoy pulu ona verəcəklərinə söz vermişlər. Cem Ersoyun hazırda harada olmasını bilmir və pulunu təqsirləndirilən şəxsdən tələb edir. Ona ümumilikdə 31.850 manat maddi ziyan dəymişdir. Dəymiş maddi ziyanı tələb edir. Mülki iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 1998-ci il tarixindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Onun sahibkarlıq fəaliyyəti əsasən fərdi şəxslərdən iri buynuzlu heyvan alaraq onları Şəki rayonunda yerləşən fərdi evinin həyətində saxlayaraq kökəldib satmaqdan ibarət olmuşdur. 2013-cü ilin iyun ayının əvvəllərində tanışı iş üzrə Zərərçəkmiş şəxs7la görüşüb söhbət edərkən söhbət əsnasında Qaşqay ona Məhəmmədi qəsəbəsində yerləşən “xxxxxxxxxx” şirkəti ilə birlikdə iş gördüyünü, yəni, iri buynuzlu heyvan alaraq “xxxxxxxxxx” şirkətinə verdiyini, şirkətdə həmin heyvanı kökəldərək satdıqlarını, gələn gəlirin 20 faizini ona verdiklərini bildirmişdir. Zərərçəkmiş şəxs7 heyvanların alınmasına çəkilən xərcin hansı qaydada ödənilməsini soruşduqda o, heyvanların alınmasına çəkilən xərcin “xxxxxxxxxx” Şirkəti tərəfindən kökəldilib satıldıqdan sonra ona tam ödənildiyini, əldə edilən gəlirin isə 20 faizini ona verdiklərini bildirmişdir. Bundan sonra o da həmin şirkətlə işləmək istədiyini bildirib, bu işdə ona köməklik etməsini xahiş etmişdir. Bir neçə gün sonra Qaşqay onu “xxxxxxxxxx” şirkətinə apararaq şirkətdə Təqsirləndirilən şəxs və Cem Ersoyla görüşdürmüşdür. Görüş zamanı Təqsirləndirilən şəxs və Cem Ersoy iri buynuzlu heyvan alaraq şirkətə gətirməyini, gətirilən heyvanların pulunu nəğd şəkildə ödəyəcəklərini, daha sonra kökəldilərək satıldıqdan sonra isə satışdan əldə edilən gəlirin 20 faizini ona verəcəklərini bildirmişlər. O, Viləş və Cemlə razılaşıb, bu danışıqdan bir neçə gün sonra 20 baş iri buynuzlu dananı “xxxxxxxxxx” şirkətinə vermişdir. Onlar həmin 20 baş iri buynuzlu dananın pulunu hesablayaraq ona təxminən 21.500 manat pul ödəmişlər. Danaları kökəldib satdıqdan sonra əldə edilən gəlirin 20 faizinidə ona ödəyəcəklərini bildirmişlər. Bundan təqribən bir həftə sonra 11 baş iri buynuzlu dana gətirərək yenidən “xxxxxxxxxx” şirkətinə təhvil vermişdir. Şirkət tərəfindən ona 11 baş dananın pulunu, yəni, 9740 manat pul ödənilmişdir. Onlar ümumilikdə 31 baş iri buynuzlu heyvanı kökəltdikdən sonra əlavə 20 faiz ödəniləcəyini bildirmişlər. Bundan təqribən 1 ay sonra Təqsirləndirilən şəxs və Cem Ersoy onunla görüşərək xeyli sayda heyvana ehtiyaclarının olduğunu bildirmişlər. O, bacardığı qədər iri buynuzlu heyvan alaraq şirkətə verəcəyini bildirib, bir neçə gün sonra Bərdə rayonunda yerləşən heyvan bazarına gedərək oradan ümumilikdə 213 ədəd iri buynuzlu heyvan alaraq Bakı şəhərinə gətirib “xxxxxxxxxx” şirkətinə təhvil vermişdir. Orada heyvanların qiymətləndirilməsi aparılmış və dəyərlərinin 305,442 manat olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs və Cem Ersoy heyvanları kökəldərək satdıqdan sonra həm onların dəyəri olan 305.442 manatı, həm də həmin heyvanların, eyni zamanda əvvəllər verdiyi 31 baş iri buynuzlu heyvanların satışından əldə ediləcək məbləğin 20 faizini ödəyəcəklərini bildirmişlər. O, onlara inandığı üçün razılaşmışdır. 213 baş iri buynuzlu heyvanları “xxxxxxxxxx” şirkətinə təhvil verdikdən bir müddət sonra Cem Ersoy və Təqsirləndirilən şəxs ona zəng edərək onu şirkətə dəvət etmişlər. O, şirkətə getmiş və Cem Ersoy və Təqsirləndirilən şəxsla söhbət əsnasında Təqsirləndirilən şəxs və Cem Ersoy fermanın ərazisində olan yarımtikililərin tikintisinə maddi cəhətdən köməklik etməyini xahiş edərək, gələcəkdə tikinti başa çatdıqdan sonra fermanın fəaliyyətindən əldə ediləcək gəlirin 20 faizini də ona verəcəklərini bildirmişlər. O, Cem və Viləşin təklifi ilə razılaşmış və hazırda əlində pulu olmadığını, bir neçə günə əlaqə saxlayacağını bildirmişdir. Bundan sonra Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən obyektini satmağı planlaşdırmışdır. Təqribən 2013-cü ilin dekabr ayının əvvəllərində qeyri-yaşayış sahəsini 700.000 manata satmışdır. Obyekti satdıqdan sonra həmin pulun bir hissəsini öz ehtiyaclarına xərcləmiş və qalan 413.000 manat pulu Zərərçəkmiş şəxs7la birlikdə “xxxxxxxxxx” şirkətinə gedib, 413.000 manat pulu Təqsirləndirilən şəxsla Cem Ersoya vermişdir. Onlar tez bir zamanda işə başlayacaqlarını, iş yekunlaşdıqdan sonra firmanın gəlirinin 20 faizini bir daha ona verəcəklərini bildirmişlər. Bu hadisədən bir müddət sonra Təqsirləndirilən şəxs və Cem Ersoyla əlaqə saxlayaraq işlərin nə yerdə olduğunu, eyni zamanda onlara verdiyi iri buynuzlu heyvanların saxlanılmasının nə yerdə olduğunu soruşduqda, Viləş və Cem Ersoy isə hər dəfə bir bəhanə ilə vaxtı uzatmağa başlayaraq işlərin tezliklə düzələcəyini bildirmişlər. Təqsirləndirilən şəxs və Cem Ersoy 2015-ci ilin təqribən iyul ayına qədər vaxtı uzatmışlar. 2015-ci ilin iyul ayının sonlarında isə Cem Ersoyun və Təqsirləndirilən şəxs bir çox insanları aldadaraq heyvanlarını ələ keçirdiklərini öyrənmişlər. Onunla bütün söhbətlərdə təqsirləndirilən şəxslə Cem Ersoy bir yerdə olmuşlar. Ona ümumilikdə 718,442 manat məbləğində maddi ziyan dəymişdir. Dəymiş maddi ziyanı təqsirləndirilən şəxsdən və Cem Ersoydan tələb edir. Mülki iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, yaşadığı Ağcabədi rayonunda heyvandarlıqla məşğul olur. Bəzi rayonlardan heyvan alıb Ağcabədi rayonuna gətirib həmin heyvanları kökəldərək heyvan bazarlarında satmışdır. 2014-cü ilin mart ayının əvvəllərində yaxın qohumu iş üzrə zərərçəkmiş şəxs X8 vasitəsi ilə Təqsirləndirilən şəxsla tanış olmuşdur. Söhbət əsnasında Viləş onun heyvandarlıqla məşğul olduğunu bilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs heyvanları tək-tək satmaq əvəzinə bir dəfəlik gətirərək fermaya təhvil verməyi, pulunu isə nəğd şəkildə almağı ona təklif etmişdir. O, Təqsirləndirilən şəxs dediyi təklifin sərfəli olduğunu düşünüb onunla razılaşmışdır. 2014cü ilin təqribən iyun ayının əvvəllərində Təqsirləndirilən şəxs Ağcabədi rayonuna yük avtomobili göndərmişdir. 44 baş iri buynuzlu heyvanları yük avtomobilinə yükləyib Bakı şəhərinə - Məhəmmədi qəsəbəsində yerləşən “xxxxxxxxxx” şirkətinə gətirmişdir. Şirkətdə heyvanlar çəkilib, qiyməti hesablanaraq ona ümumilikdə- təqribən 55.000 manat pul ödəmişlər. Rayona getdikdən bir müddət sonra Təqsirləndirilən şəxs onun yaşadığı evə gəlib, fermaya xeyli sayda heyvan lazım olduğunu, ona daha sərfəli təklifinin olduğunu və fermaya heyvan verməyi, heyvanları kəsərək satacaqlarını, əldə edilən gəlirindən 20 faizini ona verəcəklərini bildirmişdir. Təqsirləndirilən şəxs heyvanların pulunu əldə ediləcək gəlirə görə ona ödəniləcək 20 faizlə birlikdə verəcəyini demişdir. O, Viləşlə razılaşmışdır. Təqsirləndirilən şəxs getdikdən bir müddət sonra o, “xxxxxxxxxx” şirkətinə 40 baş iri buynuzlu heyvan gətirmişdir. Heyvanları təhvil verdiyi zaman Təqsirləndirilən şəxs şəriki X27 tanış olmuşdur. X41 Təqsirləndirilən şəxsla birlikdə heyvanlara baxmışlar və əldə edəcəkləri gəlirin 20 faizini də ona verəcəklərinə söz vermişlər. Bu minvalla o, 2014-cü ilin oktyabr ayına qədər ümumilikdə 47 baş iri buynuzlu heyvan vermişdir. Sonuncu dəfə 24 baş iri buynuzlu heyvan apardığı zamanı hesabat aparılmış və fermaya ümumilikdə 87 baş iri buynuzlu heyvan verdiyi, heyvanların qiymətinin 200.000 manat olduğu müəyyən edilmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs və X41 heyvanların pulundan əlavə əldə ediləcək gəlirin 20 faizini də ona verəcəklərini demişlər. Bundan sonra dəfələrlə Bakı şəhərinə gələrək Təqsirləndirilən şəxsla, eyni zamanda X27 görüşmüşdür. Hər dəfə onlar satışın tezliklə həyata keçiriləcəyini bildirmiş və hər dəfə bir bəhanə ilə vaxtı uzatmağa başlamışlar. Sonradan isə onlarla əlaqə saxlamaq və görüşmək istəsə də bu mümkün olmamışdır. O, Təqsirləndirilən şəxs və Cemin bir çox insanları aldadaraq heyvanlarını ələ keçirdiklərini öyrənib, şikayət ərizəsi yazaraq Sabunçu Rayon Polis İdarəsinə müraciət etmişdir. Ona ümumilikdə 200.000 manat məbləğində maddi ziyan dəymişdir. Dəymiş maddi ziyanı təqsirləndirilən şəxsdən tələb edir. Mülki iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, o, Ukrayna Respublikasının vətəndaşıdır və Ukrayna Respublikasının Odessa şəhərində yaşayır. Əvvəllər Bakı şəhərində yaşayarkən heyvandarlıqla məşğul olmuşdur. Belə ki, iri buynuzlu heyvanlar alaraq Ağcabədi rayonunda yaşayan qohumu Zərərçəkmiş şəxs4 baxması üçün vermişdir. Zərərçəkmiş şəxs4 də həmin heyvanları özünə məxsus olan heyvanlarla birlikdə kökəldərək satışını təşkil etmişdir. 2014-cü ilin təqribən yanvar ayında “xxxxxxxxxx” şirkətinin direktorları Təqsirləndirilən şəxs və Cem Ersoyla tanış olmuşdur. Söhbət əsnasında Viləş və Cem onun heyvandarlıqla məşğul olduğunu bilmişlər və həmin heyvanları rəhbərləri olduqları “xxxxxxxxxx” şirkətinə verməyi təklif edib, heyvanları onların fermasına təhvil verəndən sonra heyvanların pulunu nəğd şəkildə ödəyəcəklərini bildirmişlər. Bir müddət sonra Cem Ersoy və Təqsirləndirilən şəxsla “xxxxxxxxxx” şirkətində görüşmüş və dəfələrlə görəcəyi işi müzakirə etmişlər. 2014-cü ilin təqribən fevral ayında o, Təqsirləndirilən şəxs və Cem Ersoyla razılaşmışdır. Bir neçə gün sonra 27 baş iri buynuzlu heyvanı “xxxxxxxxxx” şirkətinə təhvil vermişdir. Təhvil verdiyi zaman heyvanların qiymətləndirilməsi aparılmış və ona ümumi olaraq 51.000 manat pul ödənilmişdir. 2015-ci ilin mart ayında Təqsirləndirilən şəxs və Cem Ersoy yenidən iri buynuzlu heyvan göndərməyini xahiş etmişdir. O, bundan sonra qohumu Zərərçəkmiş şəxs4 zəng edib ona məxsus olan 23 baş iri buynuzlu heyvanları “xxxxxxxxxx” şirkətinə göndərməyini xahiş etmişdir. Zərərçəkmiş şəxs4 baxdığı 23 baş iri buynuzlu heyvanları “xxxxxxxxxx” şirkətinə göndərmişdir. Heyvanlar “xxxxxxxxxx” şirkətinə təhvil verildikdən sonra qiymətləndirmə aparılmış və 40781 manat qiymət qoyulmuşdur. Zərərçəkmiş şəxs4 heyvanları təhvil verdikdən sonra ona zəng edib, Təqsirləndirilən şəxsla, Cem Ersoyun pulu bir müddət sonra verəcəyini bildirmişdir. O, etiraz etməmiş və bu hadisədən sonra Cem Ersoy və Təqsirləndirilən şəxsla dəfələrlə danışsa da, onlar hər dəfə bir bəhanə ilə vaxtı uzadaraq pulu verəcəklərini bildirmişlər. 2015-ci ilin iyun ayında yenidən Cem Ersoy və Təqsirləndirilən şəxsla görüşmək istəsə də, buna nail ola bilməmişdir. Sonradan isə Təqsirləndirilən şəxs və Cem Ersoyun bir çox insanları, eyni zamanda qohumu Zərərçəkmiş şəxs4 da aldadaraq heyvanlarını, pullarını ələ keçirdiyini öyrənmişdir. Ona ümumilikdə 40.781 manat maddi ziyan dəymişdir. Dəymiş maddi ziyanı Təqsirləndirilən şəxs tələb edir. Cem Ersoyla heç cür əlaqə saxlaya bilmir, pulunu da təqsirləndirilən şəxsdən tələb edir. Xahiş edir ki, mülki iddiası təmin olunsun. Məhkəmə iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, əvvəllər Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nərimanov küçəsi ev 58-də yaşamışdır. Orada yaşadığı dövrdə evinin həyətyanı sahəsində iri buynuzlu heyvanlar alaraq saxlayıb kökəltdikdən sonra müxtəlif şəxslərə satmışdır. 2015-ci ilin təqribən aprel ayının əvvəllərində 20 ilə yaxın müddətdə tanıdığı, iş üzrə Zərərçəkmiş şəxs3 ilə görüşərkən söhbət əsnasında Zərərçəkmiş şəxs3 “xxxxxxxxxx” şirkəti ilə işlədiyini bildirmişdir. Ələsgər ona həyətində baxdığı heyvanları “xxxxxxxxxx” şirkətinə satmağı təklif edib, həmin şirkətin heyvanları alaraq kökəldib satdığını bildirmişdir. Bundan sonra o, Ələsgərdən şirkət rəhbərliyi ilə danışaraq ona məlumat verməsini xahiş etmişdir. Bir neçə gün sonra Ələsgər ona zəng edib şirkət rəhbərliyinin onunla görüşmək istədiyini bildirib, onu “xxxxxxxxxx” şirkətinin Məhəmmədi kəndində yerləşən fermasına dəvət etmişdir. O, fermaya gedib orada özlərini “xxxxxxxxxx” şirkətinin rəhbərləri kimi təqdim edən X40 və Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Görüş zamanı Cem Ersoy və Təqsirləndirilən şəxs neçə baş heyvanının olmasını soruşmuşlar. Onun həyətində 24 baş iri buynuzlu heyvanının olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs və Cem Ersoy heyvanları qiymətləndirmiş və 24 baş iri buynuzlu heyvana 37.000 manat pul ödəyəcəklərini bildirmişlər. O, onlara heyvanları verəcəyi halda pulu hansı müddətdə ödəyəcəklərini soruşduqda həm Cem Ersoy, həm də Təqsirləndirilən şəxs bir ay ərzində pulu ödəyəcəklərini bildirmişlər. O, razılaşmış və bu danışıqdan bir neçə gün sonra o, 24 baş iri buynuzlu heyvanları tanımadığı bir yük avtomobilinə yükləyərək “xxxxxxxxxx” şirkətinin fermasına təhvil vermişdir. Təhvil verdikdən sonra Təqsirləndirilən şəxs və Cem Ersoyla təkrar görüşmüşdür. Onlar bir daha bir ay ərzində ona pulu götürə biləcəyini bildirmişlər. Bu hadisədən bir müddət sonra “xxxxxxxxxx” şirkətinin rəhbərləri Təqsirləndirilən şəxs və Cem Ersoyun bir çox insanları aldadaraq heyvanlarını ələ keçirdiklərini, pullarını isə ödəməyərək qaçdıqlarını öyrənib, o da bu barədə ərizə ilə müraciət etmişdir. Onunla aparılan söhbətlərdə təqsirləndirilən şəxslə birlikdə Cem Ersoy da iştirak etmişdir. Cem Ersoyun hazırda harada olmasını bilmir. Ona 37.000 manat maddi ziyan dəymişdir. Dəymiş maddi ziyanı təqsirləndirilən şəxsdən tələb edir. Xahiş edir ki, mülki iddiası təmin olunsun. Məhkəmə iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, o, uzun müddətdir iri buynuzlu heyvanlar alaraq Tərtər rayonunun Əskipara kəndində yerləşən evində kökəldərək satışını təşkil etməklə məşğul olmuşdur. Heyvanları əsasən Məhəmmədi qəsəbəsində yerləşən heyvan bazarından almışdır. 2013-cü ilin əvvəllərində heyvan almaq üçün Məhəmmədidəki heyvan bazarında heyvan alarkən orada iş üzrə Zərərçəkmiş şəxs3 ilə tanış olmuşdur. Ələsgərə heyvan almaq istədiyini bildirdikdə o, satılıq heyvanlarının olduğunu demişdir. O, Ələsgərə heyvanlara baxmaq istədiyini bildirdiyi üçün Ələsgər onu “xxxxxxxxxx” şirkətinə aparmışdır. “xxxxxxxxxx” şirkətində Ələsgər ona heyvanları göstərmiş və daha sonra əlində satılıq heyvan olduğu halda onları şirkətə satmağı məsləhət görmüşdür. Bundan sonra o, “xxxxxxxxxx” şirkətindən 98 baş iri buynuzlu heyvan alaraq Tərtər rayonu, Əskipara kəndində olan fermada saxlamışdır. Bir müddət orada heyvanlara baxsa da heyvanlarda kökəlmə olmadığından az xeyir götürmüşdür. Bundan sonra o, Ələsgərlə görüşərkən Ələsgər heyvan alıb saxlamaqdansa “xxxxxxxxxx” şirkəti ilə danışaraq onlarla birlikdə iş görməyi təklif etmişdir. O, “xxxxxxxxxx” şirkətinin fəaliyyətinin konkret nədən ibarət olmasını Ələsgərdən soruşduqda Ələsgər şirkətin işinin konkret olaraq Ukrayna Respublikasından iri buynuzlu heyvanlar gətirərək fermada kökəltdikdən sonra satışını təşkil etdiklərini bildirmişdir. Ələsgərin danışdıqları onda maraq oyatdığı üçün Ələsgər onu “xxxxxxxxxx” şirkətinə apararaq orada o, Təqsirləndirilən şəxs, X41 və Mustafa Uzunquşlaqla tanış olmuşdur. Onlarla söhbət əsnasında Təqsirləndirilən şəxs və Cem Selçukun “xxxxxxxxxx” şirkətinin rəhbərləri olduğunu öyrənmişdir. Söhbət zamanı onlar Ukrayna Respublikasından iri buynuzlu heyvan gətirməyi, fermada kökəltdikdən sonra satmağı təklif etmişlər. Təqsirləndirilən şəxs və X41 işi görmək üçün 500.000 manat pul lazım olduğunu, həmin pula heyvanların alınacağını, alınmış heyvanların fermada kökəldiləcəyini, daha sonra isə satılacağını bildirmişlər. Heyvanları kökəldib satdıqdan sonra isə əldə edilən gəlirin 20 faizini ona verəcəklərini demişlər. Heyvanları kökəldib satıldıqdan sonra əldə edilən gəlirin 20 faizi ilə bərabər heyvanların alınmasına çəkəcəyi xərcidə verəcəklərini bildirmişlər. O, fermaya baxarkən fermada böyük işlərin görüldüyünü görüb, bundan sonra onların dediklərinə tam olaraq inanmışdır. Təqsirləndirilən şəxs və Cem Selçuk onun verəcəyi pula tam olaraq cavabdeh olduqlarını bildirmişlər. Onların danışıqlarından sonra onda onlara qarşı tam inam yaranmışdır. 2013-cü ilin yanvar ayının sonlarında 300.000 manat pul götürərək “xxxxxxxxxx” şirkətinə gəlmişdir. Orada Təqsirləndirilən şəxs və Cem Selçukla görüşmüş və həmin vaxt mühasib Sərdar və Ələsgərdə orada olmuşlar. Ələsgərin, eyni zamanda Sərdarın yanında Təqsirləndirilən şəxs və Cem Selçuka 300.000 manat pul vermişdir. Və 5 gün ərzində qalan 200.000 manat puluda verəcəyini bildirmişdir. Təqribən 5 gün sonra, yəni, 2013-cü ilin yanvar ayının 25-30-da o, yenidən “xxxxxxxxxx” şirkətinə gəlmişdir. Orada yenidən Ələsgərin yanında Cem və Viləşə 200.000 manat pul vermişdir. Onlar tez bir zamanda heyvanları gətirəcəklərini demişlər. Bu danışıqlarından az müddət sonra onlar Ukrayna Respublikasının Nikolayev və Xerson vilayətlərindən 330 ədəd iri buynuzlu heyvanlar alaraq fermaya gətirmişlər. Heyvanlar gəldikdən sonra Viləş və Cem onu fermaya çağırıb gətirdikləri heyvanları ona göstərmişlər və heyvanları bir müddət saxlayaraq kökəltdikdən sonra satacaqlarını, satışdan əldə edilən gəlirin 20 faizini ona verəcəklərini, heyvanların alınmasına çəkilən xərcin isə xx xxxxxxxx 2013-cü il tarixədək tam şəkildə ödəniləcəyini bildirmişlər. 2013-cü ilin yay aylarına qədər Cem və Viləş ona 207.000 manat pul ödəmişlər. Həmin pul ödənildikdən sonra Viləş və Cemin ona heyvanların alınmasına çəkdiyi xərcdən 293.000 manat verəcəkləri qalmışdır. Cem və Viləş isə heyvanların alınmasına çəkilən xərcdən qalan 293.000 manatı əldə ediləcək gəlirin 20 faizi ilə birlikdə xx xxxxxxxx 2013-cü il tarixədək ödəyəcəklərini bildirmişlər. 2013-cü ilin yay aylarında Cem və Viləşlə görüşdüyü zaman onlar Astarxandan 20 ədəd dəvə və 100 baş quzu gətirmək istədiklərini bildirərək maddi cəhətdən onlara kömək etməyini xahiş etmişlər. Həmin 20 ədəd dəvə və 100 ədəd quzunun alqı-satqısından əldə ediləcək gəlirin 20 faizini ona ödəyəcəklərini bildirmişlər. Və 20 ədəd dəvə və 100 ədəd quzu gətirmək üçün 30.000 manat pul lazım olduğunu demişlər. Bir neçə gün sonra o, 25.000 manat pul götürərək “xxxxxxxxxx” şirkətinə gəlmiş və orada Zərərçəkmiş şəxs3 iştirakı ilə Cem Selçuka və Təqsirləndirilən şəxs pulu vermişdir. Onlar tez bir zamanda 20 ədəd dəvəni, 100 ədəd quzunu gətirəcəklərini bildirmişlər. Həmçinin Viləş və Cem xx xxxxxxxx 2013-cü il tarixinədək aralarında olan bütün hesabatları bağlayacaqlarını bildirmişlər. xx xxxxxxxx 2013-cü il tarixi bitdikdən sonra o, Viləş və Cemlə görüşmüşdür. Onlar fermada olan 235 ədəd iri buynuzlu heyvanın dabaq xəstəliyinə tutularaq tələf olduqlarını, bu səbəbdən pula ehtiyacları yarandığı üçün dəvələri və quzuları satdıqlarını bildirmişlər. O, eyni anda 235 ədəd heyvanın tələf olmasının real olmadığını bildirmişdir. Lakin, Viləş və Cem onlardan asılı olmayan səbəblərdən heyvanların tələf olduğunu bildirmişlər. O, tələf olmuş heyvanları harada basdırdıqlarını soruşub, basdırdıqları yeri göstərmələrini tələb etmişdir. Viləş və Cem heyvanları çöllük ərazidə yandıraraq basdırdıqlarını bildirmişlər. O, onların yalan danışdığını hiss etdiyi üçün şikayət edəcəyini dedikdə Viləş və Cem Ukrayna Respublikasından ikinci hissə heyvanların gəldiyini, heyvanlar gəldikdən sonra təqribən iki ay ərzində ya pulu, ya da həmin pulun qarşılığında heyvanlar verəcəklərini bildirərək gözləməyini xahiş etmişlər. O, 2013-cü ilin noyabr ayının 30-dək gözləyəcəyini bildirmişdir. xx xxxxxx 2013-cü il tarixində Viləş və Cemlə görüşdükdə, onların müxtəlif bəhanələr gətirdiklərini görmüşdür. Viləş və Cem Ukrayna Respublikasından gələn ikinci hissə heyvanların satışından əldə edilmiş pullara “Ford- Stokovoz” , “Fiat Doblo” və müxtəlif markalı avtomobillər aldıqlarını bildirmişlər. Yenə də növbəti dəfə heyvan gətirəcəklərini, gətirdikləri heyvanları sataraq ona ödənilməli olan pulu ödəyəcəklərini bildirmişlər. Cem və Viləş əlavə 100-200 min manat arası pul verməyini, həmin pula da yenidən heyvan gətirərək sataraq artıqlaması ilə pulları qaytarmağı təklif etmişlər. Lakin bu dəfə o, onların təklifini qəbul etməmişdir. Bundan sonra tam olaraq Cem və Viləşin onu aldatdıqlarına tam əmin olmuşdur. Sonradan isə onların bir çox insanları aldadaraq heyvanlarını və pullarını ələ keçirdiyini öyrənib, şikayət ərizəsi yazaraq müxtəlif instansiyalara müraciət etmişdir. Onunla söhbətdə təqsirləndirilən şəxslə birlikdə Cem Selçuk da iştirak etmiş və onun pulunu qaytaracaqlarına hər ikisi söz vermişdir. Ona ümumilikdə 318.000 manat məbləğində maddi ziyan dəymişdir. Dəymiş maddi ziyanı Təqsirləndirilən şəxs tələb edir. Mülki iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, o, uzun müddət heyvandarlıqla məşğul olmuşdur. Belə ki, Ukrayna Respublikasından heyvanlar gətirərək Bərdə rayonunda yerləşən heyvan bazarında satışını həyata keçirmişdir. 2012-ci ildə Bərdə rayonunun heyvan bazarında olduğu zaman Türkiyə Respublikası vətəndaşı Mustafa Uzunquşlaqla tanış olmuşdur. Onunla münasibətləri yarandıqdan sonra Mustafa ona Bakı şəhərində yerləşən “xxxxxxxxxx” şirkəti ilə işləməyi təklif etdikdə, o, Mustafadan “xxxxxxxxxx” şirkətinin fəaliyyətinin nədən ibarət olduğunu və hansı qaydada işləyəcəyini soruşduqda Mustafa “xxxxxxxxxx” şirkətinin direktorları Viləş və Cem adlı sahiblərinin olduğunu, onu Viləş və Cemlə tanış edəcəyini və tanış olduqdan sonra işləməyin qaydalarını müzakirə edəcəyini bildirmişdir. Bundan sonra o, Mustafa ilə razılaşıb 2012-ci ilin təqribən iyun-iyul aylarında Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsində yerləşən “xxxxxxxxxx” şirkətinin rəhbərləri Cem və Təqsirləndirilən şəxsla tanış olmuşdur. Viləş və Cem ona Ukrayna Respublikasından iribuynuzlu heyvan gətirməyi təklif etdikdə, o, onlarla razılaşıb bir müddət sonra Ukrayna Respublikasının Jitomir vilayətinə gedərək oradan 227 baş iri buynuzlu heyvan alaraq 4 ədəd yük avtomaşınına yükləyib Bakı şəhərinə gətirib Viləş və Cemə vermişdir. Onlar heyvanların dəyərini tam şəkildə ödəmişlər. Bundan sonra Viləş və Cem onu “xxxxxxxxxx” şirkətinə dəvət etmişlər. Ona Ukrayna Respublikasından yenidən heyvan gətirməyi təklif edərək, yol xərci olaraq heyvanların hər kiloqramına görə 15 qəpik pul ödəyəcəklərini bildirmişlər. O, Viləş və Cemlə razılaşaraq yenidən Ukrayna Respublikasına gedib oradan 62 baş “Şaroliya” parodasında iri buynuzlu heyvan gətirmişdir. Cem və Viləş heyvanların qiyməti olan 54.000 manatı və əlavə olaraq yol xərci 2700 manat pul ödəmişlər. Bundan sonra Viləş və Cemlə 2013-cü il tarixədək bu qaydada işləmişlər. İşlədikləri müddətdə aralarında heç bir zaman narazılıq olmamışdır. 2013-cü ilin mart-aprel aylarında Viləş və Cemlə görüşərkən onlar yenidən Ukrayna Respublikasından iri buynuzlu heyvan gətirməyi, həmin heyvanları fermada saxlayaraq kökəltməyi, daha sonra satmağı, satdıqları zaman gələn gəlirin 20 faizini ona verəcəklərini bildirmişlər. Heyvanların pullarını isə kökəldib satdıqdan sonra verəcəklərini bildirdi. O, Viləş və Cemlə razılaşmış və bundan sonra Ukrayna Respublikasının Jitomir və Luçski vilayətindən iri buynuzlu heyvanlar gətirməyə başlamışdır. 2015-ci ilin yanvar-fevral aylarına qədər ümumilikdə 549.000 ABŞ dolları məbləğində, 662 ədəd iri buynuzlu heyvan gətirmişdir. Həmin heyvanları 2013-cü ilin mart-aprel aylarından 2015-ci ilin yanvar-fevral aylarına qədər olan müddət ərzində “xxxxxxxxxx” şirkətinə təhvil vermişdir. Hər dəfə o, şirkətə heyvan gətirərək təhvil verdiyi zaman Cem və Viləşdən nə vaxt pulu verəcəklərini soruşduqda onlar hər dəfə bir bəhanə ilə tezliklə hər şeyin yaxşı olacağını, onlara verdiyi malları satacaqlarını və ikiqat xeyir qazanacaqlarını bildirmişlər. O, Viləş və Cemə inandığı üçün sonuncu dəfə 2015-ci ilin yanvar-fevral ayları ərzində yenidən Ukrayna Respublikasından iri buynuzlu heyvan gətirərək şirkətdə Cem və Viləşə təhvil vermişdir. Təhvil verdikdən sonra Viləş və Cemlə hesabat aparmışlar və bu zaman Viləş və Cemə ümumilikdə 549.000 ABŞ dolları məbləğində iri buynuzlu heyvan verdiyi müəyyən olunmuşdur. Məbləğin həddən artıq çox olduğunu görüb onlardan pullarını ödəmələrini tələb etmişdir. Bu zaman Viləş və Cem yaxın vaxtlarda heyvanları satacaqlarını, həm heyvanların pulunu, həm də əldə ediləcək gəlirin 20 faizini ödəyəcəklərini bildirsələr də, o, hər dəfə maraqlandıqda onlar bir bəhanə gətirərək pulu ödəcəyəklərini demişlər. 2015-ci ilin iyun ayında o, “xxxxxxxxxx” şirkətinə gəlib orada Cem və Viləşlə görüşmüşdür. Bu zaman Cem onu fermadan qovub, ona iribuynuzlu heyvan verməyini sübut edə bilməyəcəyini bildirmişdir. Cemin onu nə üçün fermadan qovduğunu bilmir. Bundan bir neçə gün sonra isə Viləş və Cemin xeyli sayda insanları aldadaraq heyvanlarını ələ keçirdiklərini öyrənib ərizə yazaraq müxtəlif instansiyalara müraciət etmişdir. Onunla söhbətdə həm təqsirləndirilən şəxs, həm də X41 işirak etmişlər. Hər ikisi ona pul verəcəklərini vəd etmişlər. Ona hazırda ümumilikdə 549.000 ABŞ dolları məbləğində maddi ziyan dəymişdir. Maddi ziyanı Təqsirləndirilən şəxs tələb edir. Mülki iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, heyvandarlıqla məşğul olur. Azərbaycan Respublikasının müxtəlif rayonlarından iribuynuzlu heyvan alaraq Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsində yerləşən mal bazarında satışını təşkil etmişdir. 2011-ci il tarixində heyvan bazarında Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Belə ki, bir neçə dəfə Təqsirləndirilən şəxs ondan iri buynuzlu heyvan almışdır. Bundan sonra Təqsirləndirilən şəxsla münasibətləri yaranmışdır. Söhbət əsnasında Təqsirləndirilən şəxs Kürdəxanı-Məhəmmədi ərazisində ferma tikmək üçün boş torpaq sahəsi axtardığını bildirmişdir. O, Viləşə satılıq torpaq sahəsinin olması ilə maraqlanıb ona deyəcəyini bildirmişdir. Bundan sonra o, tanışlarından satılıq torpaq sahəsi olub-olmaması ilə maraqlanmışdır. Məhəmmədi qəsəbəsi ərazisində 40 hektar torpaq sahəsinin satıldığını öyrənib, Təqsirləndirilən şəxs zəng edərək bu barədə məlumat vermişdir. Bir neçə gün sonra Viləş Türkiyə Respublikası vətəndaşı olduğunu bildirdiyi X42 adlı şəxslə onun yanına gəlmişdir. Onlar həmin torpaq sahəsində böyük ferma tikəcəklərini bildirərək birlikdə işləməyi ona təklif etmişlər. Yəni, Viləşlə Cem ona fermada işləyən şəxslərə nəzarət edəcəyini, gələn gəlirin 20 faizini də ona verəcəklərini bildirmişlər. O, Viləş və Cemlə razılaşmış və bir müddət sonra həmin torpaq sahəsində heyvanların saxlanılması, kökəldilməsi, satışı üçün yerlər tikilmişdir. Ferma işlək vəziyyətə gəldikdən sonra Cem Ersoy və Təqsirləndirilən şəxs onu yanlarına çağıraraq fermaya heyvan gətirməyi təklif etmişlər. Heyvan alacağı halda, həmin heyvanlara baxaraq kökəldib satacaqlarını, əldə edilən gəlirin 20 faizini də əlavə olaraq ona verəcəklərini bildirmişlər. Heyvanların alınmasına çəkəcəyi xərci isə nəğd şəkildə ödəyəcəklərini demişlər. O, buna etiraz etməmişdir. 2011-ci ilin ortalarında 56 ədəd iri buynuzlu heyvan alaraq fermaya gətirmiş və gətirdiyi 56 ədəd iri buynuzlu heyvana görə ona nəğd şəkildə 140.000 manat pul ödənilmişdir. Bundan bir il sonra yenidən fermaya 100 ədəd iri buynuzlu heyvan gətirmişdir. Həmin heyvanlarında qiymətləndirilməsi aparılmış və bir ədədinin qiyməti 1500 manatdan hesablanaraq 150.000 manat pul ödənilmişdir. 100 baş iri buynuzlu heyvanı verdikdən sonra əvvəllər verdiyi 56 ədəd heyvanın kökəldilərək satışından əldə edilmiş gəlirin və 100 ədəd iri buynuzlu heyvanın satışından əldə ediləcək gəlirin 20 faizini ümumilikdə 156 ədəd iri buynuzlu heyvanın kökəldilərək satışından əldə edilmiş gəlirin 20 faizini tezliklə ödəyəcəklərini bildirmişlər. Aralarında etibar və inam olduğu üçün o, onlara inanmışdır. Bu hadisədən bir müddət sonra Cem Ersoy və Təqsirləndirilən şəxs yenidən fermaya iri buynuzlu heyvan gətirməyini xahiş edib, gəlirəcəyi iri buynuzlu heyvanların pullarını əldə ediləcək gəlirin 20 faizi ilə birlikdə ödəyəcəklərini demişlər. İlk əvvəl 50 ədəd iri buynuzlu heyvan gətirmiş və onların qiymətləndirilməsi aparılaraq bir ədədi 1200 manatdan hesablanmışdır. Daha sonra 100 ədəd iri buynuzlu heyvan gətirdikdə onların bir ədədi 1500 manatdan hesablanmışdır. Bundan bir müddət sonra 93 ədəd iri buynuzlu heyvan gətirmişdir. Həmin heyvanların bir ədədi isə 1525 manatdan hesablanmışdır. Sonuncu dəfə isə fermaya 100 ədəd iri buynuzlu heyvan gətirdikdə, onların qiymətləndirilməsi aparılaraq bir ədədi 1180 manatdan hesablanmışdır. Bundan sonra hesabat aparıldıqda, onun fermaya ümumilikdə 469.825 manat dəyərində iribuynuzlu heyvan verdiyi məlum olmuşdur. O, heyvanların pullarını və əldə ediləcək gəlirin 20 faizini nə vaxt verəcəkləri ilə bağlı Cem Ersoy və Təqsirləndirilən şəxsla söhbət etdikdə onlar ilin sonunadək heyvanların pullarını ödəyəcəklərini bildirmişlər. Lakin hər dəfə ilin sonu gəldikdə onlar bəhanə gətirərək tezliklə pulları ödəyəcəklərini desələr də, hər dəfə dedikləri vaxt gələndə bəhanələr deyərək pulu verməkdən yayınmağa başlamışlar. 2015ci ilin təqribən iyun ayında Cem Ersoy və Təqsirləndirilən şəxs şirkətdən qaçdıqlarını öyrənmişdir. Bunu öyrəndikdən sonra onların bir çox insanları, eləcə də onun şirkətə investor kimi gətirdiyi bir neçə şəxsin pullarını mənimsəyərək qaçdıqlarını öyrənmişdir. Cem Ersoyun hazırda harada olmasını bilmir. Bu səbəbdən onların barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Ona ümumilikdə 469.825 manat maddi ziyan dəymişdir. Dəymiş maddi ziyanı təqsirləndirilən şəxsdən tələb edir. Mülki iddiasının təmin edilməsini xahiş edir. İş üzrə zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs9 məhkəməyə teleqramla müraciət edərək, səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasına gələ bilmədiyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilməsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs9 ifadəsindən görünür ki, o, təqribən 10- 15 il olarki Günəşli, Bakıxanov, Binə qəsəbələrində yerləşən çörək zavodlarından köhnə çörəkləri 16 qəpikdən alaraq heyvandarlıqla məşğul olan şəxslərə 18 qəpikdən satır. 2014-cü ilin əvvəllərində həmkəndlisi Zərərçəkmiş şəxs3 ona zəng edib, Məhəmmədi qəsəbəsində yerləşən “xxxxxxxxxx” şirkətinə köhnə çörək lazım olduğunu bildirmişdir. O, heç bir problem olmadığını bildirdikdən sonra Ələsgər onu fermaya çağırmışdır. Fermaya gəldikdən sonra Ələsgər onu “xxxxxxxxxx” şirkətinin direktorları Təqsirləndirilən şəxs və X30 tanış etmişdir. Ondan gündəlik köhnə çörək verməsini xahiş etmişlər. O, gündəlik nə qədər çörək verəcəyini soruşmuşdur. Viləş və Cem gündəlik nə qədər çörək əldə etsə hamısını onlara verməyini xahiş etmişdir. Bundan sonra o, Viləş və Cemə çörəyin 1 ədədini 18 qəpikdən verəcəyini demişdir. Onlar qiymətdə problemin olmadığını bildirmiş və həmin günün səhərindən o, “xxxxxxxxxx” şirkətinə çörək verməyə başlamışdır. 2015-ci ilin fevral ayına qədər o, “xxxxxxxxxx” şirkətinə çörəyi verdikdən bir neçə gün sonra pulu ödənilmişdir. Bu səbəbdən aralarında heç bir narazılıq və ya münaqişə olmamışdır. 2015ci ilin fevral ayından iyun ayının əvvəlinədək o, “xxxxxxxxxx” şirkətinə ümumilikdə 17.000 ədəd köhnə çörək vermişdir. Sonuncu dəfə çörək verdiyi zaman hesabat aparılmış və şirkətin ona 2836 manat pul verməli olduğu müəyyən edilmişdir. Bundan sonra Viləş və Cemə pulu ödəmələrini xahiş etmişdir. Viləş və Cem ona tezliklə pulun ödəniləcəyini demişdir. Bir neçə gün keçdikdən sonra o, pulunu almaq üçün şirkətə gedib, orada Cem və Viləşlə görüşmək istəmişdir. Ancaq Viləş və Cem onu qəbul etməyib bir daha şirkətə gəlməməyi tapşırmışlar. Bu hadisədən bir neçə gün sonra isə Cem və Viləşin bir çox insanlardan heyvan və yem götürərək ələ keçirdiklərini öyrənmişdir. Bunu öyrəndikdən sonra şikayət etmək qərarına gəlmiş və Viləşlə Cemdən şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2011-ci ildən 2015-ci ilə kimi olan müddət ərzində “xxxxxxxxxx” MMC-də fəhlə işləmişdir. Həmin MMC-nin rəhbəri X29 və onun şəriki Təqsirləndirilən şəxs göstərişi ilə hərdənbir mühasib vəzifəsini də icra etmişdir. Belə ki, X19 adına VÖEN açıb, bəzi rəsmi sənədləri imza etməyini, mal qəbul etməyini və digər işlərlə bağlı sənədləri imzalamağını tapşırmışdır. O, X37 sənədləşmə işlərindən başı çıxmadığını bildirib problem yaranmaması üçün tədbir görməsini xahiş etmişdir. Cem Ersoy isə narahat olmamağını, problem yaranacağı halda özünün həll edəcəyini demişdir. Bundan sonra o, Cem Ersoyun göstərişi ilə bəzi rəsmi sənədləri imzalayıb, malı qəbul edirərək, MMC-dən malları göndərmişdir. Cem Ersoyun göstərişi ilə Zərərçəkmiş şəxs7 adına Ukrayna Respublikasından gələn heyvanları qəbul edib, həmin heyvanları fermaya təhvil vermişdir. Sənədlərə imza etsə də, işin real gedişatından xəbəri olmamışdır. İşin real gedişinə X41 və onun təyin etdiyi şəxslər nəzarət etmişlər. Sonradan onun adına vergi borcları da yarandığı ona məlum olmuşdur. Lakin, onun bu barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanımış və aralarında dostluq münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs 2008-ci ildən “VİER” şirkətindən direktor olmuşdur. Viləşin vasitəsi ilə X27 tanış olmuşdur. X38 Təqsirləndirilən şəxs dostu və şəriki kimi tanımışdır. 2013-cü il tarixində Təqsirləndirilən şəxs və Cem Selçukun yaratdıqları “xxxxxxxxxx” şirkətinə mühasib kimi işə düzəlmişdir. İşi “xxxxxxxxxx” MMC-yə gələn yem və heyvanları qəbul etmək, onları saymaq və ya çəkmək, daha sonra MMC-nin sahibləri Cem və Viləşə məlumat verməkdən ibarət olmuşdur. Şirkəti həm Təqsirləndirilən şəxs, həm də X41 idarə etmişlər. 2014-cü ilin sonlarında Təqsirləndirilən şəxsla Cem Ersoyun münasibətləri pisləşmiş və bu səbəbdən Təqsirləndirilən şəxs şirkətə gəlməmiş və Cem Ersoy tək olaraq oranı idarə etməyə başlamışdır. Cem Ersoy özü şirkətdə olmadığı vaxtlarda isə şirkətdə işləyən qohumları və yaxın adamları X16 Altun işlərə nəzarət etmişdir. Cem özü olmadığı müddətdə şirkətlə bağlı işləri Bülənt Karakuşa və Olgun Altuna demişlər. 2015-ci ildə X41 iclas keçirib, bütün işçilərə artıq heç kimin sözlərinə qulaq asmamağı, MMC-nin rəhbərinin tək özünün olduğunu, hesabatların yalnız onun özünə, Bülənt Karakuşa və Olgun Altuna verilməsini bildirmişdir. Həmçinin, həmin ərəfədə cəmiyyətə iri buynuzlu heyvan gətirən şəxslərə, o cümlədən Qaşqay X3rı tanımadığını bildirib, işçilərə onları şirkətə buraxmamağı tapşırmışdır. Sonradan isə insanlar pullarını və heyvanlarını tələb etdikdə X41 isə həmin ərəfədə malları və pulları tək Təqsirləndirilən şəxs aldığını bildirmişdir. O, X27 işləyə bilməyəcəyini görüb işdən çıxmışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı elan olunaraq araşdırılmış Şahid3 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanımış və onunla dost münasibəti olmuşdur. Təqribən 2-3 il əvvəl Təqsirləndirilən şəxs X36l birlikdə ferma açmışlar və qazancını iki hissəyə öz aralarında bölmüşlər. O, Təqsirləndirilən şəxs yaxın adamı kimi fermada tikinti işlərinə baxmışdır. Orada işləməyə başladığı müddətdə X28 yaxın qohumu Altun adlı şəxslə tanış olmuşdur. Təqribən 2014-2015-ci illər ərzində bir çox insanlar fermaya heyvanlar gətirərək təhvil vermişlər. Çox vaxt heyvanları X41 özü qəbul etmişdir. Lakin, Təqsirləndirilən şəxs bütün bunlardan xəbəri olmuşdur. Sonradan isə bir çox insanlarla Təqsirləndirilən şəxs və Cem Selçuk arasında verdikləri heyvanların pullarının ödənilməsi ilə bağlı mübahisələr olduğunu eşitmişdir. X14 yanında şikayətçilərin pulunu ödəyəcəyi ilə bağlı vədlər verdiyini eşitmişdir. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslər-mülki iddiaçıların və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 204-cü vərəqəsində olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarışın kserosurətindən görünür ki, “xxxxxxxxxx” MMC-nin hüquqi ünvanı AZ1122, ünvan 2 Nizamnamə kapitalı 20 manat. X32 Ersoy nizamnamə kapitalının 100 faizinə sahibdir. Cinayət işinin 1-ci cild 208-ci vərəqəsində olan “xxxxxxxxxx” MMC-nin xx xxxxxxxx 2015-ci il tarixli qərarının və cinayət işinin 1-ci cild 209-cu vərəqəsində olan “xxxxxxxxxx” MMC-nin xx.xx.2015-ci il tarixli, 07/K saylı əmrinin kserosurətlərindən görünür ki, “xxxxxxxxxx” MMC-nin direktoru vəzifəsinə X28 təyin olunması rəsmiləşdirilmişdir. Cinayət işinin 1-ci cild 210-213-cü vərəqələrində olan “xxxxxxxxxx” MMC-nin Nizamnaməsinin kserosurətindən görünür ki, cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər. Cınayət işinin 2-ci cild 179-cu vərəqəsində olan xx xxxxx 2016-cı il tarixli “xxxxxxxxxx” MMC-nin İQD-01 saylı əmrindən görünür ki, Karakus Bülent xx xxxxx 2016cı il tarixdən ştat cədvəlinə uyğun olaraq “xxxxxxxxxx” MMC-nin təsisçisi X41 tərəfindən direktor vəzifəsinə işə qəbul edilmişdir. Cinayət işinin 2-ci cild 181-ci vərəqəsində olan xx.xx.2015-ci il tarixli Aktdan görünür ki, “xxxxxxxxxx” MMC-də olan 50% hissəni Təqsirləndirilən şəxs verdiyi icazə ilə X36 vermişdir. “xxxxxxxxxx” MMC-nin “Bank Standart” a olan kredit borcundan başqa heç kimə borcu yoxdur. Cinayət işinin 3-cü cild 209-210-cu vərəqələrində olan “xxxxxxxxxx” MMC-nin təsisçiləri – Təqsirləndirilən şəxs və Olgun Altun ilə ikinci Tərəf X41 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli ilkin razılaşmadan görünür ki, təsisçilər “xxxxxxxxxx” MMC-dəki paylarını, o cümlədən MMC-nin adına olan və ya adında olmayıb, amma faktiki istifadəsində olan bütün daşınar və daşınmaz əmlakı X28 adına özgəninkiləşdirmək barədə ilkin razılaşmaya gəlmişlər. Cinayət işinin 3-cü cild 211-212-ci vərəqələrində olan “xxxxxxxxxx” MMC-nin xx xxxx 2015-ci il tarixli Pay alqı-satqı müqaviləsinə əsasən Təqsirləndirilən şəxs “xxxxxxxxxx” MMC-də ona məxsus 50%-dən ibarət payı, Altun Olgun “xxxxxxxxxx” MMC-də ona məxsus 50%-dən ibarət payı X39 satmışlar. Cinayət işinin 1-ci cild 224-225-ci vərəqələrində olan Sabunçu RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Elməddin Paşayevin xx xxxxxx 2016-cı il tarixli şübhəli şəxsə ittiham elan edilməsi üçün axtarış elan edilməsi və tutulması haqqında qərardan görünür ki, xxxxxxxxxx MMC-nin təsisçisi X39 ittiham elan edilməsi üçün barəsində axtarış elan edilmişdir. Cinayət işinin 2-ci cild 4-5-ci vərəqələrində olan xx xxxxxx 2016-cı il tarixli tutma haqqında protokoldan görünür ki, X40 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 2-ci cild 31-ci vərəqəsində olan Sabunçu RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Elməddin Paşayevin xx xxxx 2016-cı il tarixli şübhəli şəxsin MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş X40 şübhəli şəxs statusundan çıxarılaraq, Sabunçu RPİnin MSY-dən azad edilmişdir. Cinayət işinin 4-cü cild 27-32-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sərhədkeçmə altsistemində olan məlumatlar haqqında çıxarışdan görünür ki, X40 2013-2016-cı illər ərzində müxtəlif vaxtlarda İstanbul, Dubay, Moskva, Kiyev, Doha, Paris, Minsk istiqamətində Azərbaycan Respublikasının sərhəddindən keçmiş, sonuncu dəfə isə xx xxxxx 2016-cı il tarixdə İstanbul istiqamətində sərhəddən keçib getmişdir. Cinayət işinin 2-ci cild 72-73-cü vərəqələrində olan Sabunçu RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Elməddin Paşayevin xx xxx 2016-cı il tarixli təqsirləndirilən şəxsə ittiham elan edilməsi üçün axtarış elan edilməsi və tutulması haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə “xxxxxxxxxx” MMC-nin təsisçisi X39 ittiham elan edilməsi üçün barəsində axtarış elan edilmişdir. Cinayət işinin 1-ci cild 197-198-ci vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 5(008)-05/2016 saylı qərarına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yerləşən “xxxxxxxxxx” MMC-də axtarış aparılması istintaq hərəkəti aparılması qərara alınmışdır. Cinayət işinin 1-ci cild 199-203-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2016-cı il tarixli axtarış və götürmə haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, “xxxxxxxxxx” MMC-nin Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən inzibati ərazisində axtarış aparılmış və fermada 83 baş qoyun, 125 baş buzov, 13 baş dəvə və 01 baş dəvə balası, eyni zamanda MMC-yə məxsus sənədlərin surətləri aşkar edilmişdir. “xxxxxxxxxx” MMC-yə məxsus sənədlərin surətləri götürülərək cinayət işinə əlavə edilmiş, qoyunlar, buzovlar, dəvələr və dəvə balası isə məsul saxlanc üçün fermada saxlanılmışdır. Cinayət işinin 2-ci cild 75-82-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxx 2016-cı il tarixli götürmə haqqında protokoldan görünür ki, “xxxxxxxxxx” MMC-nin Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən ərazisindən iş üzrə maddi sübut əhəmiyyəti kəsb edən 13 baş dəvə və 01 baş dəvə balası, 125 baş iribuynuzlu mal (dana), 83 baş qoyun götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Cinayət işinin 2-ci cild 83-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxx 2016-cı il tarixli Aktdan görünür ki, “xxxxxxxxxx” MMC-nin Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxam qəsəbəsində yerləşən inzibati ərazisində yerləşən fermadan götürülmüş 83 baş qoyun, 125 baş buzov, 13 baş dəvə və 01 baş dəvə balası məsul saxlanc üçün iş üzrə Zərərçəkmiş şəxs7 verilmiş və Zərərçəkmiş şəxs7 həmin heyvanları Məhəmmədi kəndi ərazisində yerləşən onun nəzarəti altında olan fermada saxlayacağını bildirmişdir. Cinayət işinin 2-ci cild 102-104-cü vərəqələrində olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 5(008)-38/2016 saylı qərarına əsasən Kürdəxanı qəsəbəsi ərazisində yerləşən “xxxxxxxxxx” MMC-nə məxsus əmlaka həbs qoyulmuşdur. Cinayət işinin 2-ci cild 105-109-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxx 2016-cı il tarixli Əmlakın siyahıya alınması haqqında protokoldan görünür ki, Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 5(008)-38/2016 saylı qərarı əsasında “xxxxxxxxxx” MMC-nin Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən inzibati ərazisində olan mal tövlələri, yem anbarı, ot anbarı, kəsimxana binası, yemvermə aparatı, ərazidə olan digər obyektlər və içərisində olan digər avadanlıqlar sayılaraq siyahıya alınmışdır. Cinayət işinin 2-ci cild 124-cü vərəqəsində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən daxil olmuş xx xxxxxx 2016-cı il tarixli, **********51 №-li məktubdan görünür ki, Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 5(008)-38/2016 nömrəli qərarına əsasən «xxxxxxxxxx» MMC-yə məxsus torpaq sahələri və qeyri-yaşayış binasının üzərinə həbs qoyulmuşdur. Cinayət işinin 9-cu cild 193-198-ci vərəqələrində olan Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 5(008)-117/2017 №-li qərarına əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə zərərçəkmiş-mülki iddiaçı Zərərçəkmiş şəxs7 mülki tələbinin bir hissəsinin təmin edilməsi məqsədi ilə “xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçiləri X40 və Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanla bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən çıxarılmış xx xxxxxxx 2017-ci il tarixli, 2(004)-1636/2017 saylı qətnaməsinə əsasən cavabdeh “xxxxxxxxxx” MMC-dən Təqsirləndirilən şəxs və X22 müştərək qaydada Zərərçəkmiş şəxs7 xeyrinə 1.150,942 (bir milyon bir yüz əlli min doqquz yüz qırx iki) manat pulun tutulması ilə əlaqədar olaraq “xxxxxxxxxx” MMC-yə məxsus olmaqla adına qeydiyyatdan keçən və üzərinə məhdudiyyət qoyulmuş 2014-cü il buraxılışlı, **-JK-*** qeydiyyat nişanlı, “Hundai FU00” yük markalı, “Furqon soyuducu” soyuducu tipli, mühərrik nömrəsi D4CBE571554, ban nömrəsi KMFZCX7KAFU 127334 olan, ağ rəngli, 2014-cü il buraxılışlı, **-JC-*** qeydiyyat nişanlı, “Ford Cargo” yük markalı, Yəhərli Dartıcı tipli, şassi nömrəsi NMOKCXTP6KEU90029 olan, qırmızı rəngli və **-ZX- *** qeydiyyat nişanlı, “İMSAİL ŞEN YARİMQOŞQU” markalı, Furqon tipli, şassi nömrəsi ZEJCBA31 UEM005222 olan, qırmızı rəngli avtomaşınların üzərinə qoyulmuş həbs götürülmüş, həmin avtomaşınların zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs7 dəymiş ziyan ödənilərək, həmin avtomaşınlar onun adına keçirilmişdir. Cinayət işinin 9-cu cild 212-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2017-ci il tarixli, 29889 №-li ekspert rəyindən görünür ki, 2014-cü il buraxılışlı, “Ford Cargo” markalı **-LO-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcının 2017-ci ilin noyabr ayına orta bazar qiymətinin təxminən 18000,0 manat müəyyən edilir; 2014-cü il buraxılışlı, “İsmayıl Şen” markalı **-ZD-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun 2017-ci ilin noyabr ayına orta bazar qiyməti təxminən 20.000 manat müəyyən edilir; 2014-cü il buraxılışlı “Hyundai H 100” markalı **-MD-*** dövlət qeydiyyat nişanlı furqon soyuducunun 2017-ci ilin noyabr ayına orta bazar qiyməti təxminən 7000,0 manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 92-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2016-c; il tarixli, 12155 №-li ekspert rəyindən görünür ki, təqdim olunan iri və xırdabuynuzlu heyvanların nəzəri hesablama yolu ilə ümumi qiyməti təxminən 59.000 manat müəyyən olunur. Belə ki, ət çıxarı təxminən 9-10 kq olan 83 baş qoyunun 1 ədədinin qiyməti 54 manatdan hesablanmaqla ümumi qiyməti 4482 manat; ət çıxarı təxminən 40-50 kq olan 125 baş buzovun 1 ədədinin qiyməti 180 manatdan hesablanmaqla ümumi qiyməti 28.125 manat; ət çıxarı təxminən 100 kq olan 13 baş dəvənin 1 ədədinin qiyməti 2000 manatdan hesablanmaqla ümumi qiyməti 26.000 manat və 1 baş bala dəvənin qiyməti 400 manat müəyyən edilmişdir. Cinayət işinin 4-cü cild 24-26-cı vərəqələrində olan Sərhədkeçmə altsistemində olan məlumatlar haqqında çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 2013-2014-cü illər ərzində müxtəlif vaxtlarda İstanbul, Tbilisi, Budapeşt istiqamətində Azərbaycan Respublikasının sərhəddindən keçmişdir. Cinayət işinin 11-ci cild 179-183-cü vərəqələrində olan Sabunçu RPİ-bib İŞ-nin baş müstəntiqi, polis kapitanı X4 xx xxxxxx 2020-ci il tarixli cinayət işi materiallarından digər cinayət işinin ayrılması barədə qərarından görünür ki, ********* nömrəli cinayət işindən X41 barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2 və 213.2-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Cinayət işinin 11-ci cild 134-177-ci vərəqələrində olan Sabunçu RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis kapitanı X4 xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərarından görünür ki, X41 barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2 və 213.2-ci maddələri ilə hazırki cinayət işindən başqa cinayət işi ayrılmış, ********* nömrəli cinayət işində olan zəruri sənədlərin surətləri həmin cinayət işinə əlavə edilmiş və Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarı ilə X33 rəhbəri və təsisçisi olduğu «xxxxxxxxxx» MMC-yə məxsus olan əmlaka həbs qoyulması və həmin əmlaklara dair hüquqi qiymət verilməsi ilə bağlı məsələlərin ayrılmış cinayət işində araşdırılması qərara alınmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs-mülki iddiaçıların, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif olunmuş, o həmin maddədə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, plenumun qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmək və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 1-ci cild 56-57-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və X1 daxil olmuş xx.xx.2016-cı il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunub, xx xxxx 2009-cu ildə cəzasını çəkib qurtarmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(101)-317/2020 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-607/2020 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(101)-317/2020 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Hazırki əməlləri Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(101)-317/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməzdən əvvəl törətmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(101)-317/2020 saylı hökmündən əvvəl törətdiyindən Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi tətbiq edilməli və həmin maddə ilə müəyyən edilmiş cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində göstərilmişdir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarının 17-ci bəndində göstərilmişdir ki, məhkumun təqsirli bilindiyi cinayətlərin bir hissəsi birinci hökm çıxarılanadək, digər hissəsinin isə həmin hökm çıxarıldıqdan sonra törətdiyi müəyyən olunduqda ikinci hökm üzrə cəza ilk növbədə birinci hökm çıxarılanadək törədilmiş cinayətlərin məcmusu üzrə, sonra CM-nin 66.5-ci maddəsində müəyyən edilən qaydada təyin edilir, daha sonra birinci hökm çıxarılandan sonra törədilən cinayətlər üzrə cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(101)-317/2020 saylı hökmü ilə təyin edilmiş 07 il azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək cəza ilə qismən toplanmaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs hazırda ittiham edildiyi cinayəti Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(101)-317/2020 saylı hökmündən qabaq törətdiyindən onun əməli cinayətlərin residivini yaratmır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. ...Hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X15 vardır. Bundan başqa, məhkəmə çıxışlarında zərərçəkmiş şəxslərin nümayəndəsi Nümayəndə və məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs aşağı həddə cəza verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, əməlinietirafetməkləsəmimipeşmançılıqçəkməsiniAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar.Çünki məhkəmədətəyinediləcəkcəzanınnövünümüzakirəedərkənonaazadlıqdanməhrumetməcəz asınanisbətənyüngülcəzatəyinetməküçünəsaslarmüəyyənedilmədi. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən,qəsdən törədilmiş ağır cinayətlərə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq xx xxxx 2019-cu il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 10-cu cild 126-cı vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 10-cu cild 128-131-ci vərəqələrində olan Qax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 4(024)-11/2019 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Məhkəmə kollegiyası həmçinin zərərçəkmiş şəxs-mülki iddiaçılar tərəfindən verilmiş mülki iddiaların əsaslığını araşdırmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1 maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2 maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1 maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2 maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3 maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. İbtidai istintaq dövründə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, X12, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9 Təqsirləndirilən şəxs qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iddia tələbi ilə ibtidai istintaq orqanına müraciət etmiş və mülki iddialarını məhkəməyədək icraat zamanı və məhkəmə baxışında müdafiə etmişlər. Belə ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 31,850 manat, Zərərçəkmiş şəxs2 718,442 manat, Zərərçəkmiş şəxs3 469,825 manat, Zərərçəkmiş şəxs4 200.000 manat, X12 40,781 manat, Zərərçəkmiş şəxs6 37.000 manat, Zərərçəkmiş şəxs7 318.000 manat, Zərərçəkmiş şəxs8 549.000 manat və Zərərçəkmiş şəxs9 2836 manatın Təqsirləndirilən şəxs tutulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Qeydetməklazımdırki, təqsirləndirilənşəxs Təqsirləndirilən şəxs halhazırdaaxtarışdaolan X41 iləşərikliişləmişvə xx xxxx 2015-ci il tarixdə «Pay alqı-satqı müqaviləsi»nə əsasən Təqsirləndirilən şəxs “xxxxxxxxxx” MMC-də özünə məxsus payı X39 satmışdır. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X13, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3 Seyid-İslam oğlu məhkəmədə verdikləri ifadələrində bildirmişlər ki, onlar pul və heyvanı həm X36, həm də Təqsirləndirilən şəxs vermişlər, hal-hazırda Cem Selçukun harada olmasını bilmədikləri üçün dəymiş maddi ziyanı Təqsirləndirilən şəxs tələb edirlər. Digər Zərərçəkmiş şəxs2 ona 718.442 manat dəymişmaddiziyanı Təqsirləndirilən şəxsla CemSelçuka vermiş və ona dəymiş maddi ziyanı Təqsirləndirilən şəxs, həm də X23 tələb etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs9 məhkəməyə teleqramla müraciət edərək istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini və istintaqaverdiyiifadəsinəəsasən ona dəymiş maddi ziyanı Təqsirləndirilən şəxs və X2 bildirmişdir. Cinayət işinin materiallarından da görünür ki, X40 xx xxxxxx 2016-cı il tarixdə şübhəli şəxs qismində tutulmuş, daha sonra Sabunçu RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Elməddin Paşayev xx xxxx 2016-cı il tarixdə X40 şübhəli şəxs statusundan çıxarılaraq, Sabunçu RPİ-nin MSY-dən azad etmişdir. Lakin, daha sonra Sabunçu RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Elməddin Paşayevin xx xxx 2016-cı il tarixli təqsirləndirilən şəxsə ittiham elan edilməsi üçün axtarış elan edilməsi və tutulması haqqında qərar qəbul edərək ********* saylı cinayət işi üzrə “xxxxxxxxxx” MMC-nin təsisçisi X39 ittiham elan edilməsi üçün barəsində axtarış elan edilmişdir. (cild 2 iş.v 72- 73).Həttacinayət işinin 11-ci cild 134-177-ci vərəqələrində olan Sabunçu RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi X4 xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərarından görünür ki, X41 barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2 və 213.2-ci maddələri ilə hazırki cinayət işindən başqa cinayət işi ayrılmış, Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarı ilə X33 rəhbəri və təsisçisi olduğu «xxxxxxxxxx» MMC -yə məxsus olan əmlaka həbs qoyulması və həmin əmlaklara dair hüquqi qiymət verilməsi ilə bağlı məsələlərin ayrılmış cinayət işində araşdırılması qərara alınmışdır. Göründüyükimi, cinayətin digəriştirakçısı xx xxxx 2015-ciiltarixdən«xxxxxxxxxx» MMC faktikirəhbəriolan, məhkəməyədəkicraatzamanıhansısanaməlumsəbəblərəəsasəntutularaq, azadlığaburaxılmışvəAzərbaycanRespublikasısərəhədinikeçdikdənsonraaxtarışaverilmiş X41 məsuliyyətdənkənardaqalmışdır. Bununlabelə,Təqsirləndirilən şəxs əməlləri nəticəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, X12, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9 maddi ziyan vurulması məhkəmə istintaqında sübuta yetirilmişdir. Məhkəmə kollegiyası işin faktiki hallarına və yuxarıda qeyd olunan araşdırılmış sübutlara, mülki iddia ilə bağlı halların qiymətləndirilməsini tənzimləyən qanunvericiliyin tələblərinə istinad edib hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, X12, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9 mülki iddiaları təmin olunmalı, dəymiş maddi ziyanla əlaqədar Təqsirləndirilən şəxs 31.850 manat alınaraq Zərərçəkmiş şəxs1, 718.442 manat alınaraq Zərərçəkmiş şəxs2, 200.000 manat alınaraq Zərərçəkmiş şəxs4, 40.781 manat alınaraq zərərçəkmiş şəxs X10, 37.000 manat alınaraq Zərərçəkmiş şəxs6, 318.000 manat Zərərçəkmiş şəxs7, 549.000 manat alınaraq Zərərçəkmiş şəxs8, 469.825 manat Zərərçəkmiş şəxs3 və 2836 manat Zərərçəkmiş şəxs9 ödənilməlidir. Cinayət işinin 9-cu cild 214-cü vərəqəsində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən daxil olmuş xx xxxxxx 2018-ci il tarixli, **********56 №-li məktubdan görünür ki, “xxxxxxxxxx” MMC-nin adına Bakı şəhərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakı müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Bundan başqa, Sabunçu RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis kapitanı X4 xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərarına əsasən X33 rəhbəri və təsisçisi olduğu «xxxxxxxxxx» MMC-yə məxsus olan əmlaka həbs qoyulması və həmin əmlaklara dair hüquqi qiymət verilməsi ilə bağlı məsələyə X41 barəsində ayrılmış ********* nömrəli cinayət işində yekün qərar qəbul olunması qərara alınmışdır. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 07 il müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Zərərçəkmiş şəxs-mülki iddiaçıların mülki iddiaları təmin olunsun, Təqsirləndirilən şəxs 31.850 manat alınaraq Zərərçəkmiş şəxs1, 718.442 manat alınaraq Zərərçəkmiş şəxs2, 200.000 manat alınaraq Zərərçəkmiş şəxs4, 40.781 manat alınaraq zərərçəkmiş şəxs X10, 37.000 manat alınaraq Zərərçəkmiş şəxs6, 318.000 manat Zərərçəkmiş şəxs7, 549.000 manat alınaraq Zərərçəkmiş şəxs8, 469.825 manat Zərərçəkmiş şəxs3 və 2836 manat Zərərçəkmiş şəxs9 ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.