Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-641/2024 03.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X7, X8 və X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayında naməlum şəraitdə Bakı şəhərinin Nərimanov rayonu ərazisində satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda – 1 (bir) qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Ə.Nəvai küçəsi, ev 61 ünvanda saxlamış, 24 mart 2023-cü il tarixdə saat 21 radələrində yaşadığı ünvanının yaxınlığında Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin Bölmənin Binəqədi rayonu, S.S.Axundov küçəsi, 6 ünvanda yerləşən inzibati binasına aparılaraq üzərində şəxsi axtarış keçirilərkən aparılmış sorğusu zamanı yaşadığı ünvanda 1 (bir) qram narkotik vasitə olan heroin saxladığını etiraf etmiş və polis əməkdaşları tərəfindən qeyd edilən ünvana keçirilmiş baxış zamanı evin yataq otağındakı taxtın döşəyinin altındakı taxta qutunun içərisində şəffaf rəngli polietilen bükümdə kustar üsulla hazırlanmış 1 (bir) qram narkotik vasitə heroin və 1 (bir) ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, 3 ilə yaxındır ki, narkotik vasitə istifadə edir. Əvvəllər bir dəfə - 2022-ci ildə narkotik maddə istifadəçisi kimi Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Binəqədi Rayon Məhkəməsi tərəfindən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin cəzasını çəkib qurtarmışdır. 24 mart 2023-cü il tarixdə saat təxminən 20 radələrində evə bazarlıq etmək üçün həyat yoldaşı Nuridə ilə birlikdə Binəqədi rayonu, Dərnəgül küçəsində, yaşadığı evin yaxınlığındakı marketə gedərkən 3-4 nəfər polis işçiləri onu saxlayıb 5-ci Polis Bölməsinə aparmış, apararkən yolda maşında, sonra da Bölmədə üzərinə baxış keçirilmiş, üst-başı axtarılmış, amma onda heç bir narkotik vasitə aşkar edilməmişdir. Üstündə 18-19 manat pul və bir ədəd də mobil telefon olmuşdur. Bir xeyli sorğu-sualdan sonra doğrusunu danışaraq etiraf etmişdir ki, həqiqətən arabir narkotik vasitə istifadə edir. Bir az da danışandan sonra səmimilik göstərib etiraf etmişdir ki, hazırda evində öz istifadəsi üçün aldığı təxminən 1,2-1,3 qram heroin vardır, həmin heroini bir gün qabaq «Nəriman Nərimanov» metrosu tərəfdə tanımadığı şəxsdən 50 manata öz istifadəsi üçün almışdır, amma həmin heroindən hələ istifadə etməmişdir. Çəkini ona görə dəqiq deyir ki, pulunu da məhz 1 qram üçün ödəmişdir, həm də satan adam demişdir ki, heroinin çəkisinin dəqiq 1 qram olduğuna əmin ola bilər, hər bir halda 1 qramdan az deyil, hətta artıqlamasilə verir, yəni 1,2, ya da 1,3 qram ola bilər. Əslində isə heroin 1 qram olmuşdur. Ona görə də məhkəmədə də ilkin ifadəsində çəkinin təxmini 1,2 qram, ya da 1,3 qram ola biləcəyini demişdir. Bundan sonra polislər onu Bölmədə saxlayıb özləri təxminən axşam saat 21 radələrində yaşadığı evə getmiş, təxminən bir saatdan sonra polislər Bölməyə qayıtmış və bir bükümdə ona məxsus olan narkotik maddəni həqiqətən dediyi yerdən götürüb gətirmişlər. Narkotiki Bölməyə gətirəndən sonra bir daha demişdir ki «bu mənimdir, öz istifadəm üçün almışam». Polislər özləri də evindən gətirdikləri heroini tərəzidə çəkmiş və təxminən 1 qram olduğunu bildirmişlər. Araşdırmanı aparan təhqiqatçı ona bildirmişdir ki, bu çəkiyə görə onun barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi açılacaqdır. Həmin vaxtı polislər Vadim adlı bir şəxsi də saxlayıb Bölməyə gətirmişlər. Ona bildirilmişdir ki, guya saxlanılan Vadimə o narkotik maddə satmışdır. O, Vadimi bir ilə yaxın olar ki tanıdığını, hətta onunla əvvəllər bir-iki dəfə bir yerdə narkotik maddə qəbul etdiyini, amma saxlanılan gün Vadimi görmədiyini, yaxud Vadimə heç nə vermədiyini və satmadığını polislərə bildirmişdir. Bundan sonra hüquqlarını müdafiə etmək üçün vəkil dəvət edilmişdir. Buna qədər hələ heç bir çəkiliş olmamışdır. Vəkilə qədər hədələnmişdir ki, nə yazsalar, ona da qol çəkməlidir. Həmin gün təxminən 23 radələrində indi məhkəmədə də hüquqlarını müdafiə edən vəkil Müdafiəçi ona dövlət vəkili kimi təqdim etmişlər və o da öz razılığını bildirmişdir. Təkbətək görüşü zamanı hadisəni olduğu kimi vəkilə danışaraq evində 1 qram heroin oldunu və bunu etiraf etdiyini, polislərin gedib evdən həmin heroini gətirdiklərini və hazırda heroinin polislərdə olduğunu bildirmişdir. O, təhqiqatçının otağında olarkən şahidi olmuşdur ki, vəkil Müdafiəçi onun barəsində tərtib edilmiş bəzi sənədlərin düzgün olmadığı barədə təhqiqatçıya öz etirazını bildirmişdir. Sonra vəkilin iştirakı ilə o şübhəli kimi dindirilmiş, polislər dedikləri kimi yazıb ona imzalatdırmışlar. Vəkil də ona bildirmişdir ki, «onsuz da özün səmimi etiraf eləmisən, bu vəziyyətdə səni Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutacaqlar və həmin maddə ilə ittiham veriləcəkdir». Vəkil gecə təxminən saat birin yarısı Polis Bölməsindən çıxıb getmiş, vəkil gedəndən sonra təhqiqatçı və başqa polislər şəxsi axtarış videosunu hələ çəkmədiklərini, əvvəlcə onu çəkməli olduqlarını bildirmişlər. Protokolu isə qabaqcadan yazıb hazırlamışlar. Şəxsi axtarışla bağlı videoçəkiliş edilərkən də polislərin dediyi qaydada evdə heroin olmasını bildirmişdir. Şəxsi axtarışla bağlı videoçəkiliş gecə saat təxminən 3-ün yarısı aparılmışdır. Bundan sonra ona bildirilmişdir ki, «gərək evdən gətirdiyimizi təzədən aparıb qoyub videoçəkilişlə götürək». Polis əməkdaşları ona tapşırmışlar ki, evdə aparılacaq videoçəkiliş zamanı onların qabaqcadan dedikləri qaydada danışmalıdır. Bu vaxt ərzində artıq təhqiqatçı evə baxış keçirilməsi ilə bağlı sənədlər yazıb hazırlamış, yalnız evə getmək qalmışdır. Evə çəkilişə getməyə etirazını bildirmiş, amma onu məcburi şəkildə evə aparmışlar. Təxminən gecə saat 3-ə qalmış onu Polis Bölməsindən yaşadığı evə aparmışlar. Onun yaşadığı evdən Polis Bölməsinə qədər olan məsafə avtomobillə təxminən 15-20 dəqiqəlik yoldur. Gecə saat təxminən 03:20-də polislər onu yaşadığı evə gətirmiş, evdə yatanları oyatmış və evə yenidən videokamera ilə baxış keçirəcəklərini bildirmişlər. O buna etiraz etsə də, şillətəpiklə vurulmuş, razı olmasa, onun üçün daha pis olacağı barədə xəbərdarlıq edilmişdir. Məcbur qalıb polislərin dedikləri ilə razılaşmışdır. Artıq gecə yarı olmuş, aləm bir-birinə dəymişdir. Təhqiqatçı çəkilişdən əvvəl ona izah etmişdir ki, videoçəkiliş zamanı narkotiki özü əlinə alsın, tərəzini götürsün və bunların özünə aid olduğunu bir daha təkrarlasın. Həmin evdə onun arvadı, anası, 2 azyaşlı uşağıı və əslən Qəbələdən olan 2 nəfər kirayənişinləri yaşayırlar. Qeyd etdiyi şəxslərin də hamısı həmin vəziyyəti görmüşlər. Polislər özləri ilə gətirdikləri narkotik maddəni ona verib demişlər ki, indi videoçəkiliş aparılacaq, o guya özü evə gəlib narkotik maddəni gizlətdiyi yerdən çıxarıb polislərə təqdim edir. O narazılığını bildirsə də, çəkilişə problem yaradacağı halda barəsində başqa tədbirlər görəcəklərini demişlər və qorxusundan razılaşmışdır. O, narkotik olan bükümü yataq dəstinin altından götürən zaman bükümün yanına tərəzi də qoyulduğunu görmüş, etiraz edib demişdir ki, «axı tərəzi şkafda olub, bunu niyə bura qoyubsunuz?». Yenə çəkilişi dayandırıb polislər ona təzyiq etmiş və məcbur qalıb polislərin dediyi kimi etmişdir. Evdə heç bir protokol yazılmamışdır, hamısını təhqiqatçı əvvəldən yazıb aparmışdır. Hətta çəkiliş bitəndə təhqiqatçı baxışın bitmə vaxtı kimi saat 00:30 olduğunu demiş, həmin an kənarda dayanmış həyat yoldaşı «birin yarısı deyil e, saat dördə işləyib» demişdir. Həyat yoldaşının bu sözləri videoçəkilişə də düşmüşdür. Çəkilişdən sonra onu yenidən Polis Bölməsinə aparmışlar. Səhəri gün onu Bölmədən Binəqədi rayon Polis İdarəsinə aparıb müstəntiqə təhvil vermişlər. Məhkəməyə çıxdığı gün vəkili Müdafiəçi yanına gəlmiş və sənədlərlə tanış olarkən yenə etirazlarını bildirmişdir. Vəkili ona demişdir ki, narkotikin çəkisi ekspert rəyinə görə 7 qram olduğundan Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə ona ağır ittiham verilib. O da öz etirazını bildirmiş, amma heç bir xeyri olmamışdır. Sonralar müstəntiq onu Vadim adlı şəxslə üzləşdirmiş, müstəntiq Vadimi öyrədib onun üzünə durmasını tapşırmışdır. Vadim sonralar özü ona bildirmişdir ki, üzünə durmağa onu məcbur ediblər. O özü üzləşmə zamanı demişdir ki, bu şəxsi tanıyır, hətta əvvəllər bir yerdə narkotik də qəbul etmişlər, lakin saxlanılan gün o Vadimlə bir yerdə olmamış, Vadimə heç nə verməmiş və ya satmamışdır. Vadim özü ona demişdir ki, onun demədiyi sözləri ifadəsinə yazıb imza etdirmişlər. Polislər onun özünə deyiblər ki, Vadimi istifadəçi kimi, onu isə narkotik satan kimi ittiham edəcəklər. Metamfetaminin isə ona heç bir aidiyyəti yoxdur. 26 mart 2023-cü il tarixdə onu həbs etmək üçün Binəqədi Rayon Məhkəməsinə aparmışlar. X12 barəsində sanksiya məsələsinə baxarkən vəkili ona verilən ittihamın əsassız olmasını hakimin diqqətinə çatdırmış və Polis Bölməsi tərəfindən qanunsuz sənədləşmə aparıldığını bildirmişdir. Hakim işi araşdıran zaman məlum olmuşdur ki, vəkilin iştirakı olmadan onun evində axtarış keçirilib və həmçinin narkotik vasitənin çəkisinin çox olması şübhə doğurur. O özü hakimə bildirmişdir ki, narkotikdən arabir istifadə edir, tərəzini isə narkotik istifadə edən zaman və yaxud kimdənsə alan zaman çəkmək üçün istifadə edir ki, çəkidə onu aldatmasınlar, ancaq hadisə günü tərəzi şkafda olmuşdur, yataq dəstinin altında olmamışdır. Hakim külli miqdarda narkotikin ona aidiyyətinin olmadığını müəyyən etdikdən sonra prokurorun 4 ay müddətinə həbslə bağlı verdiyi təqdimatı ev dustaqlığı ilə əvəz edərək onu azad etmişdir. Etdiyi əməlin qanunsuz olduğunu başa düşür, ancaq onun evində 7 qram narkotik maddə olmayıb. Kasıb adamdır, 7 qramı almaq üçün həm də böyük pul lazımdır. Onun buna imkanı da ola bilməzdi. O özü polislərə könüllü etiraf etmişdir ki, evində 1 qram narkotik var, həmin maddəni şəxsi istifadəsi üçün alıb saxlamışdır. Heç vaxt heç kimə narkotik maddə satmamışdır, bir dəfə də istifadəçi kimi cinayət məsuliyyətinə cəlb edilmişdir. O polisdə səmimi etiraf edəndə elə bilmişdir ki, ona kömək ediləcəkdir. Amma tam tərsinə olmuşdur. Hazırkı iş üzrə Vadim özü də məhkəmədə ifadə verərkən onun dediklərini təsdiq etmişdir. Onu da əlavə edir ki, ev dustaqlığında olduğu müddətdə narkotik vasitədən istifadə etməmişdir, ev şəraitində müalicə alır və eyni zamanda ailəsini dolandırmaq üçün mərasim evində ofisiant işləyir. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını, əməlinə görə cəza verilməsini, həm də körpə uşaqlarının olmasını, ağır maddi vəziyyətinin nəzərə alınmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı tam etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə şahid qismində dindirilmiş Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməliyyat müvəkkili Şahid4 göstərdi ki, 24 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satışı və dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəsmiləşdirilərək rəhbərliyə məruzə edilmiş, müvafiq əmrlə əməliyyat qrupu yaradılmışdır. Bununla əlaqədar Təqsirləndirilən şəxs onların tərəfindən saxlanmışdır. Təqsirləndirilən şəxs özlərini təqdim edib onu Polis Bölməsinə dəvət etmişlər. Orxan da etiraz etməyib onlarla gəlmiş və bu barədə Bölmə rəhbərliyinə raportla məruzə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsi və götürmənin aparılması Bölmənin baş təhqiqatçısı polis kapitanı Elvin Bəşirova həvalə olunmuşdur. Müdafiəçi dəvət olunmuş, videoçəkilişdən istifadə edilməklə Orxanın razılığı ilə vəkil iştirak etmədən üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qadağan edilmiş əşya varsa könüllü surətdə təqdim etməsi təklif edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs soruşduqda bildirmişdir ki, narkotik vasitə istifadəçisidir, hazırda yaşadığı ünvanda belə vasitə saxlayır və könüllü təqdim edə bilər, yaşadığı evə baxış keçirilməsinə razıdır. Orxan bu barədə razılıq ərizəsi yazmışdır. Sonra isə Binəqədi rayonu, Ə.Nəvai küçəsi, ev 61 ünvanına onların tərəfindən baxış keçirilmişdir. Baxış zamanı Orxan yataq otağındakı taxtın döşəyinin altından taxta qutunu və elektron tərəzini çıxarıb könüllü təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs həmin qutunu açaraq içərisində olan 02 ədəd bükümləri təqdim etmişdir. Təqsirləndirilən şəxs evində videoçəkiliş aparılan zaman orada X10 və 5-ci Polis Bölməsinin əməliyyat qrupu iştirak etmişdir. O özü isə ancaq çəkiliş aparmışdır. Məhkəmədə Şahid4 ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, o yalnız çəkiliş aparmış, Təqsirləndirilən şəxs həm üzərinə, həm də mənzilinə baxış keçirilməsində iştirak etmiş, Şahid3 çəkilişini də o etmişdir. Amma Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmişdir. X10 çəkiliş üçün onu Bölməyə təxminən saat 22:00-23:00 radələrində dəvət etmişdir. Videoçəkilişin diski cinayət işinin materiallarına əlavə olunmuşdur. Şəxsin üzərinə baxış keçirilən zaman üzərindən heç nə tapılmamş, amma özü evində narkotik vasitə olduğunu dediyindən evinə getmişlər. Təqsirləndirilən şəxs evinə təxminən saat 23:30-da getmişlər. Evə gedəndə ilk olaraq, evdən kənarda nə ilə əlaqədar gəldikləri ilə bağlı çəkiliş etmiş, daha sonra qapını döymüşlər, qapı açıldıqdan sonra birmərtəbəli kimi xatırladığı evə daxil olmuşlar. Şəxsin yataq otağına pilləkənlə qalxmışlar. Evə daxil olarkən saat təxminən 23:00-00:00 arası olmuşdur. Müdafiəçi şəxsin üzərinə axtarış keçirilməsində iştirak etməmişdir. Təqsirləndirilən şəxs özü ərizə yazmışdır ki, müdafiəçinin iştirak etməsini istəmir. Müdafiəçi evə baxış keçirilməsində iştirak etməmişdir. Çəkiliş etdikdən sonra o həmin videonu yaddaş kartı vasitəsilə kompüterə, daha sonra da diskə köçürür. Həmin gün bu işdən əlavə çox işi olduğundan otağına gec gəlmişdir. Diskdə yazılan vaxt videonun kompüterə daxil edilib diskə köçürüldüyü vaxtdır. O, saatları həmişə qarışdırır, ona görə də bəzi məqamlar dəqiq yadında deyil. Məhkəmədə şahid qismində dindirilmiş Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, məlum hadisə ilə əlaqədar Binəqədi rayon Polis İdarəsinə ezam olunaraq 5-ci Polis Bölməsinin ərazisində əməliyyat tədbirləri keçirmişdir. Belə ki, 24 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satışı və dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat rəhbərliyə məruzə edilərək əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs müəyyən edilərək onların tərəfindən saxlanılmış, Bölməyə dəvət edilmiş, şəxsin bu barədə etirazı olmamışdır. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsi və götürmənin aparılması bölmənin baş təhqiqatçısı, polis kapitanı Elvin Bəşirova həvalə olunmuş, sonra videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Təqsirləndirilən şəxs paltarında, ciblərində və ya bədənində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etməsi təklif edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində heç bir əşya və ya predmet olmadığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Ancaq Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitələrin istifadəçisidir, hazırda yaşadığı ünvanda belə vasitə saxlayır və könüllü təqdim edə bilər, yaşadığı evə baxış keçirilməsinə razıdır. Bu barədə ərizə də yazmışdır. Orxanın qeyd etdiyi ünvana baxış keçirilmiş, yataq otağındakı taxtın döşəyinin altından taxta qutunu və elektron tərəzini özü çıxarıb könüllü təqdim etmişdir. Bükümlərin içərilərinə baxdıqda birində qəhvəyi rəngli, digərində ağ kristallardan olan maddələrin olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs soruşduqda o bir bükümdə heroin, digərində isə metamfetamin olduğunu bildirmiş, elektron tərəzidən isə özünün istifadə etdiyini demişdir. Baxış zamanı aşkar edilmiş bükümlər və elektron tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Məhkəmədə Şahid1 ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, Təqsirləndirilən şəxs məlumat əsasında narkotik vasitələrin istifadəsi və satışında şübhəli bilinərək saxlanılıb. Amma Təqsirləndirilən şəxs narkotik vasitələri konkret kimə satması barədə məlumat əldə edə bilməmişlər. X6 tək olmamış, övladı yanında olmuşdur. Təqsirləndirilən şəxs saxladıqları saatı xatırlamır. Özü 6-cı Polis Bölməsində işlədiyindən 5-ci Polis Bölmənin ərazisini tam xatırlamır, ona görə də evin dəqiq yerini göstərə bilməz, amma ev həyət evi idi. Saxlandıqdan sonra Təqsirləndirilən şəxs özünü sakit aparmış, səmimi olmuşdur. Səhv etmirsə, şəxsi axtarışda vəkil də iştirak etmişdir, onun yadında belə qalıb. Bəlkə də ərizə təqdim edib özünün razılığı ilə müdafiəçisiz olub. Təqsirləndirilən şəxs özü etiraf edib bildirmişdir ki, yaşadığı mənzildə narkotik vasitə vardır. Evə baxış keçirilməsində müdafiəçinin iştirakını xatırlamır. Mənzildə ailə üzvlərindən qadın da olub. Təqsirləndirilən şəxs barədə məlumat satış barədə olsa da həmin məlumat öz təsdiqini tapmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 şahidlər Şahid1 və Şahid4 ilə oxşar məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən hər hansı bir əşya aşkar edilməmiş, amma o narkotik vasitələrin istifadəçisi olduğunu, hazırda yaşadığı ünvanda belə vasitə saxladığını və könüllü təqdim edə biləcəyini demişdir. Sonra onun ünvanına baxış keçirilmiş, baxış zamanı Orxan taxta qutunu və elektron tərəzini çıxarıb könüllü təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri kimdən alması, onun cinayət əlaqələrinin aşkara çıxarılması istiqamətində əməliyyat tədbirləri aparılmış, lakin müsbət nəticə əldə olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, hadisə baş verən gün o polis tərəfindən saxlanmış, ondan narkotik vasitə çıxmışdır. Amma həmin gün o Təqsirləndirilən şəxs ilə danışmamış, heç bir alverləri olmamış, görüşməmişlər. Təqsirləndirilən şəxs Dərnəgüldə, o da həmin əraziyə yaxın yerdə yaşayır. Bir-iki ildir ki, Təqsirləndirilən şəxs məhəllə uşağı kimi tanıyır, amma yaxın münasibətləri və dostluqları olmamışdır. Həmin gün yolda getdiyi yerdə polislər ona yaxınlaşıb saxlamış və Bölməyə aparmışlar. Üstündən narkotik çıxmışdır. Özü heroin istifadə edən olmuşdur. Bu əməlinə görə ona görə qolbaq cəzası tətbiq edilmişdir. Təqsirləndirilən şəxs isə Polis Bölməsinə sonradan gətirmişlər. Ondan aşkar edilmiş narkotik vasitəni Təqsirləndirilən şəxs almamış, başqa yerdən almışdır. Məhkəmədə Şahid3 ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, polis əməkdaşları onu 2023-cü ildə tutmuşlar, dəqiq tarixini indi xatırlamır, artıq barəsində məhkəmə hökmü vardır. Tutularkən üzərində aşkar edilmiş narkotik vasitəni 8-ci mikrorayonda yaşayan Samir adlı şəxsdən əldə etmişdir, Samir hazırda vəfat etmişdir. Samirdən həmin narkotik vasitəni 10 manata almışdır. Tutulduğu gün Təqsirləndirilən şəxs ümumiyyətlə görməmişdir, Orxandan narkotik vasitə almamışdır. Müstəntiq onu çağırmış, nələrəsə qol çəkmişdir. Ona deyilmişdir ki, beş dəqiqəlik gəl, qol çəkəcəksən, amma polisdə olması bir saat çəkmişdir. Əvvəllər Təqsirləndirilən şəxs ilə birlikdə narkotik vasitə istifadə etməmişdir. Bir-iki ildir ki tanıdığı Orxanla məhəllə uşağı kimi salamlaşmışlar. Bölmədə heç bir ifadə yazmamışdır, orada «ifadə ilə tanış oldum, oxudum» kimi elə söhbət olmayıb. Amma ikinci dəfə Binəqədi rayon Polis İdarəsinə çağırılanda ona beş dəqiqəlik iş olduğu deyilərək çağırılmış, amma bir neçə saat orada saxlamışlar, sonra da sənədlərə imza etdirmişlər və bildirmişlər ki «heç məhkəməyə getmək lazım deyil, məktub göndərərsən.» İbtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edilib tədqiq olunarkən Şahid3 həmin ifadəni təsdiq etmədi, dindirilərkən o məzmunda bildirmədiyini, Təqsirləndirilən şəxs ilə aralarında ümumiyyətlə danışıq olmadığını və görüşmədiklərini, ümumiyyətlə Orxanın telefon nömrəsini bilmədiyini və Orxanı axtarmadığını, istintaq vaxtı Təqsirləndirilən şəxs ilə üzləşdirilmədiyini, tutulub Bölməyə gətirildikdən sonra Orxanın adının ümumiyyətlə onun yanında çəkilmədiyini, Orxandan heç vaxt narkotik vasitə almadığını, “Orxandan almışam”, “Orxanın da barəsində cinayət işinin araşdırıldığını bilirəm” kimi ifadələri özünün yazmadığını bildirdi, polislərlə mübahisə etməyərək «mənə dedilər ki, qol çək, mən də qol çəkdim» deyə qeyd etdi. Məhkəmədə şahid qismində dindirilmiş X3 göstərdi ki, 5 ildir Təqsirləndirilən şəxsgilin evində kirayədə qalır. Orxanın ailəsində heç vaxt səhv söz-söhbət eşitməmişdir. 24 mart 2023-cü il tarixdə axşam saat 20-21 radələrində Orxan xanımı ilə birlikdə marketə getmişdir. Bir də görmüşlər ki, Orxanın xanımı gəlmiş və Orxanı polislərin yolda tutub apardıqlarını demişdir. Gecə saat 4 radələrində polislər Orxanı da gətirib evdə çəkiliş etmiş, həmin vaxt Orxan döyülmüş vəziyyətdə olmuşdur. Polislər həmin vaxt demişlər ki, Orxan narkotiklə məşğul olur. O, Orxanın narkotiklə məşğul olduğunu görməmişdir. Məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən şahid X3 bildirdi ki, Orxangilin evi 4 otaqdır, otağın birində o kirayədə qalır. Orxan anası, arvadı, 2 uşağı, xəstə xalası ilə həmin evdə yaşayır. Polislər əvvəlcə saat 21 radələrində gəlmiş, evin qapısı həmin vaxt açıq olmuşdur. Orxanın anası polisləri qarşılamış, polislər anasına narahat olmamasını demişlər. Sonra polislər Orxanın otağına daxil olmuşlar. O özü həmin vaxt otağa keçməmişdir. Həyat yoldaşı da polislərin gəldiyini görmüşdür. Otaqda polislərin nə tapdığını görməmişdir. Sonra gecə saat 4-ün yarısı təxminən 10-15 nəfər polis Orxanı da gətirib gəlmiş, həmin vaxt polislərin evdən nə axtarıb tapdığını görməmişdir. Polislər onlara otağa daxil olub baxışda iştirak etməyə icazə verməmişlər. Orxanın anasının ürəyi də getmişdir. Həmin vaxt saata baxdığından vaxt dəqiq yadındadır. Məhkəmədə şahid qismində dindirilmiş X9 göstərdi ki, 24 mart 2023-cü il tarixdə oğlu Orxanı arvadı və uşaqları ilə birlikdə marketə göndərmişdir. Gəlini evə gəlib Orxanı polis əməkdaşlarının yoldan tutub apardıqlarını bildirmişdir. Sonra polis əməkdaşları evinə gəlmiş, onların qarşısına çıxanda polislər onu sinəsindən itələyib yıxmış, evə baxış keçirib getmişlər. Polislər birinci dəfə gələndə Orxan gəlməmişdir. Təxminən 8 nəfər polis gəlib evə daxil olmuş, otağı dağıtmış, heç nə tapmamış, ona da heç nə göstərməmişlər. Gecə saat 4-də polislər Orxanı da əli qandallı gətirib gəlmiş, evin şəklini çəkmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X4 göstərdi ki, 24 mart 2023-cü il tarixdə 6 ildir evli olduğu həyat yoldaşı Orxan, 5 yaşlı qızı və 2 yaşlı oğlu ilə birlikdə axşam saat 20 radələrində evdən çıxıb yaxınlıqdakı marketə getmişlər. Marketə çatmağa az qalmış qəfildən 4-5 polis əməkdaşları gəlmiş, yolda onların, uşaqlarının üst-başını, kolyaskanın içərisini axtarmışlar. Qızının cibindən bir topa rəngli konfet tapmışlar, başqa üstlərindən heç nə tapmamışlar. Polislər Orxanı və uşağın cibindən tapdıqları konfetləri Polis Şöbəsinə aparmışlar, o isə uşaqları ilə birlikdə evə qayıtmışdır. Saat təxminən 20:30 radələrində 8-9 nəfər polis əməkdaşı evə daxil olmuş, qaynanasını itələyib yıxmış, otaqları axtarmış və hər yeri dağıtmışlar. Sonra o özü də Polis Şöbəsinə getmiş, amma Orxanı ona göstərməmişlər. Gecə saat 4 radələrində 8-9 nəfər polis əməkdaşı Orxanı döyülmüş, əlləri qandallı vəziyyətdə evə gətirmişlər. Polislər özləri ilə gətirdikləri qutunun onların otağından çıxdığını bildirmiş və çəkiliş etmişlər. Narkotik olan qutunu polislər gecə saat 4-də gələndə görmüşdür. Qutunu Orxanın yastığının altına qoyub oradan çıxartmışlar. Çəkilişdə də dedilər ki, guya gecə saat birin yarısıdır, o da etiraz edib «gecə saat 4-dür» demişdir. İkinci dəfə gəlib çəkiliş edəndə onu otağa girməyə qoymamışlar, otaqda ancaq Orxan və polislər olmuşdur. İbtidai istintaq zamanı üzləşdirmə istintaq hərəkəti keçirilərkən polis əməkdaşı olan Şahid1 bildirdikləri ilə razılaşmayan Təqsirləndirilən şəxs onun ifadəsini inkar etmiş, heç kiminlə cinayət əlaqəsinə girmədiyini, psixotrop maddə və narkotik vasitə satışı ilə məşğul olmadığını bildirmişdir (cild 1, iş vərəqə 136-138). İbtidai istintaq zamanı üzləşdirmə istintaq hərəkəti keçirilərkən Şahid3 bildirdikləri ilə razılaşmayan Təqsirləndirilən şəxs onun ifadəsini inkar etmiş, tutulduğu gün ona narkotik vasitə satmadığını bildirmişdir (cild 1, iş vərəqə 217-218). Baxış keçirilməsi haqqında 25 mart 2023-cü il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs yataq otağında olan taxtın döşəyinin altında olan taxta qutunu çıxararaq təqdim etmişdir. Taxta qutu açıldıqda içərisində 01 ədəd şəffaf rəngli polietilen bükümdə qəhvəyi rəngli toz şəkilli maddə, 01 ədəd gümüşü ağ rəngli kağıza bükülmüş ağ kristallardan ibarət maddə, 01 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Müvafiq videoçəkiliş aparılaraq disk protokola əlavə olunmuşdur. Protokol kompüterdə tərtib olunmuş, yalnız başlanma saatını göstərən «00:15» və qurtarma saatını ifadə edən «00:30» yazıları əlyazma ilə icra olunmuşdur (cild 1, iş vərəqə 33-34). Məhkəmə-kimyəvi ekspertizasının 25 mart 2023-cü il tarixli 6/1711 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 7,074 qram qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,044 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd elektron tərəzinin üzərində heroin və metamfetamin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyil. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycam Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in Siyahısına (Siyahı İ), metamfetamin - “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in Siyahısına (Siyahı İ) daxildirlər. Tədqiqata sərf edilmiş kütlələr çıxıldıqdan sonra heroinin təmiz çəkisi 6,974 qram, metamfetaminin təmiz çəkisi 0,024 qram təşkil edir (cild 1, iş vərəqə 53-58). Məhkəmə-narkoloji ekspertizasının 27 mart 2023-cü il tarixli 1676 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 133-134). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 29 mart 2023-cü il tarixli 812 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür (cild 1, iş vərəqə 162-165). Cinayət işi üzrə Təqsirləndirilən şəxs saxlanılaraq Binəqədi rayon Polis İdarəsinin 5ci Polis Bölməsinə gətirilib, orada üstünə şəxsi axtarış, habelə evində baxış və götürmə keçirilən zaman çəkilmiş videogörüntülər yazılmış və istintaqa təqdim edilmiş 01 ədəd «DVD» disklərdə olanlara Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin inzibati binasındakı xidməti otaqda Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə baxış keçirilmişdir. DVD diskində 3 ədəd fayllar vardır. Videogörüntünün 1-ci faylı açıldıqda görünür ki, Təqsirləndirilən şəxs qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs bildirir ki, üzərində qadağan olunmuş heç nə yoxdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmışdır, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs soruşduqda bildirmişdir ki, narkotik vasitələrin istifadəçisidir, hazırda yaşadığı ünvanda belə vasitə saxlayır və könüllü təqdim edə bilər. Videogörüntünün 2-ci faylında Təqsirləndirilən şəxs saxlandığı yeri və ünvanı göstərir. Videogörüntünün 3-cü faylından görünür ki, Binəqədi rayonu, Ə.Nəvai küçəsi, ev 61 ünvanına baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yataq otağındakı taxtın döşəyinin altından taxta qutunu və elektron tərəzini çıxarıb könüllü təqdim etmişdir (cild 1, iş vərəqə 213). Təmiz çəkisi 7,074 qram olan qəhvəyi rəngli toz şəkilli maddədən ibarət kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd üst hissəsi ağ, iç hissəsi isə qara rəngdə olan kağız bükümdə təmiz çəkisi 0,044 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində narkotik vastə heroinin və psixotrop maddə metamfetaminin izləri olan 01 ədəd gümüşü rəngli elektron tərəzi, 01 ədəd DVD diski maddi sübut kimi tanınmış, 01 ədəd disk cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 01 ədəd bükümdə 6,974 qram və psixotrop maddə metamfetaminin 01 ədəd bükümdə 0,024 qram qalıq çəkiləri Binəqədi rayon Polis İdarəsinin Maddi sübutları saxlama kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqə 219-220). İbtidai istintaq orqanının 13 iyul 2023-cü il tarixli qərarı ilə “Təqsirləndirilən şəxs ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan şəxsi, həmçinin, külli miqdarda 7,246 qram çəkidə narkotik vasitə heroinin və 0,044 qram çəkidə psixotrop maddə metamfetaminin əldə olunmasının mənbəyinin müəyyən edilməsi məqsədi ilə» Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 209-211). Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il və xx.xx.2022ci il təvəllüdlü iki azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 179-180, 182). Cinayət işinin materiallarına əlavə edilmiş vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayonundan məcburi köçkün kimi qeydiyyatdadır (cild 1, iş vərəqə 181). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hazırkı günədək həmin cəzanın çəkilməsi başa çatmışdır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Həmin hökmün məzmunundan görünür ki, Təqsirləndirilən şəxs 35 manat müqabilində qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda – 1,034 qram kustar üsulla hazırlınmış heroini əldə edib üzərində saxlayaraq daşımış, 24 may 2021-ci il tarixdə Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanaraq həmin Bölməyə aparılmış və orada üzərinə keçirilmiş şəxsi axtarışı zamanı həmin narkotik vasitə aşkar olunaraq götürülmüşdür. (cild 1, iş vərəqə 148-149, 189-197). İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, «…qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən psixotrop maddə metamfetamini və külli miqdarda narkotik vasitə heroini satıb qazanc əldə etmək məqsədi ilə istintaqla şəxsiyyəti müəyyən edilməmiş şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2023-cü ilin mart ayının əvvəllərində naməlum vaxt və şəraitdə Bakı şəhəri, Nərimanov rayonunun ərazisində əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncudan satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 7,246 qram çəkidə narkotik vasitə heroini və 0,044 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib daşıyaraq yaşadığı evində saxlamış, elektron tərəzisindən istifadə etməklə əldə etdiyi narkotik vasitə heroini 02 ədəd bükümlərə bölüb satış üçün hazırlayaraq 24 mart 2023-cü il tarixdə axşam saatlarında yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Ə.Nəvai küçəsi, ev 61 ünvanının yaxınlığında tanışı Şahid3 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,172 qram qəhvəyi rəngli tozşəkilli maddədən ibarət kustar üsulla hazırlanmış narkotik vasitə heroini 10 manata satmış, həmin gün saat 22:55 radələrində yaşadığı qeyd edilən ünvanın yaxınlığında Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 5 ünvanda yerləşən həmin Polis Bölməsinə gətirilib şübhəli şəxs qismində tutularkən yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Ə.Nəvai küçəsi, ev 61 ünvandakı evində narkotik vasitə heroin saxladığını etiraf etdiyindən 25 mart 2023-cü il tarixdə saat 00:15 radələrində öz razılığı ilə polis əməkdaşları tərəfindən qeyd edilən ünvandakı mənzilinə baxış keçirilərək onun yataq otağında olan taxtın döşəyinin altındakı taxta qutunun içərisindən satış üçün hazırladığı, 01 ədəd şəffaf rəngli polietilen bükümdə, xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərə görə bundan əvvəl tanışı Şahid3 satdığı narkotik vasitə heroin ilə eyni tərkibli olan, külli miqdarda təmiz çəkisi 7,074 qram olan qəhvəyi rəngli toz şəkilli maddədən ibarət kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd üst hissəsi ağ, iç hissəsi isə qara rəngdə olan kağız bükümdə təmiz çəkisi 0,044 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində narkotik vastə heroinin və psixotrop maddə metamfetaminin izləri olan 01 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür.» Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə etməsi barədə ibtidai istintaq orqanının gəldiyi nəticəni iş materiallarında olan sübutların hər hansı biri təsdiq etmir. Əslində isə ibtidai istintaq orqanı qabaqcadan əlbir olan bir qrup şəxs xüsusatı ilə bağlı ümumiyyətlə sübuta istinad da etməmişdir. Cinayət işinin materiallarına əsasən bu istiqamətdə ibtidai istintaq orqanının sübut toplamağa yeganə cəhdi Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsi ilə aparılmış zənglər, SMS yazışmaları, danışıq aparmış şəxslərin anket məlumatları, anten dairələrinin götürülməsi ilə bağlı məhkəməyə müraciətidir. Müstəntiq tərəfindən 03 aprel 2023-cü il tarixdə bununla bağlı vəsatət verilmiş, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən eyni tarixdə məhkəməyə təqdimatla müraciət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi 03 aprel 2023-cü il tarixdə vəsatəti təmin edərək müvafiq qərar qəbul etmişdir. Həmin qərar icra edilməsi üçün 10 aprel 2023-cü il tarixli məktubla aidiyyəti mobil operatora – "xxxx" MMC-yə göndərilsə də, sonrakı 3 aydan artıq müddətdə - ibtidai istintaq qurtaranadək heç bir cavab alınmamış və araşdırma aparılmamış, qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törədilməsi ilə bağlı elan edilmiş ittihamın təsdiqi üçün sübut əldə edilməsi istiqamətində heç bir prosessual addım atılmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs kiminləsə qabaqcadan əlbir olmasını nəinki təsdiq, hətta ehtimal etməyə imkan verə biləcək hər hansı sübut mövcud deyildir. Ona görə də məhkəmə bu tövsifedici əlamətlə bağlı əlavə əsaslandırmaya hər hansı zərurət görmür. Digər tərəfdən, Təqsirləndirilən şəxs Şahid3 narkotik vasitə satması ilə bağlı ittiham üzrə məhkəmə qeyd edir ki, bu xüsusatın təsdiqi kimi ibtidai istintaq orqanı Şahid3 ifadəsinə və onların arasında keçirilmiş üzləşdirmə zamanı yenə eyni şəxsin - Şahid3 ifadəsinə əsaslanmışdır. Bu iki sübut növü kimi təqdim olunan xüsusat üzrə məhkəmə qeyd edir ki, hər iki halda Təqsirləndirilən şəxs cinayət törətməsini təsdiq edə biləcək məqam mahiyyət etibarilə yenə Şahid3 ifadəsidir. Həm də hətta üzləşmə zamanı belə Təqsirləndirilən şəxs Şahid3 bildirdiklərini inkar etmiş, qarşı tərəfin düzgün ifadə vermədiyini, istinad edilən tarixdə Şahid3 ümumiyyətlə görmədiyini bildirmişdir. İbtidai istintaqın ilkin mərhələsindən etibarən Hüseynzadə X5 Vadim Sergeyeviçlə bağlı hissədə ardıcıl olaraq, israrlı şəkildə eyni ifadələri vermiş, məhkəmə istintaqı zamanı da eyni məzmunda ifadələr verərək həmin mövqeyində qalmışdır. Məhkəmə, müdafiə tərəfinin Şahid3 polis orqanının təsiri altında olmaqla belə ifadə verməyə məcbur edilməsinə dair mövqeyini yalnız iş üzrə toplanmış sübutların məcmusu üzrə nəzərdən keçirməklə qiymətləndirərək qeyd edir ki, məhkəmə araşdırması zamanı sorğu edilərək əldə olunmuş hökmün surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli hökmü ilə Şahid3 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün məzmunundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin iş üzrə hər hansı şəkildə ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı cəlb olunmamış və ifadəsi alınmamışdır. Yalnız Şahid3 ifadəsi əsasında narkotik vasitəni qeyri-müəyyən şəkildə ifadə edilən «Orxan» adlı şəxsdən 10 manat müqabilində əldə etməsi ilə bağlı qənaətə gəlinmişdir. Amma dəqiq olaraq ifadə edilmişdir ki, Şahid3 24 mart 2023-cü il tarixdə saat 21:30 radələrində saxlanmış, üzərindən aşkar edilmiş narkotik vasitəni isə saxlanmazdan 30 dəqiqə əvvəl əldə etmişdir. Həmin iş üzrə ibtidai istintaqı aparmış eyni istintaq qurumunda - Binəqədi rayon Polis idarəsinin İstintaq Şöbəsində müstəntiq Ramil Qabulov tərəfindən 20 iyun 2023-cü il tarixdə tərtib olunmuş ittiham aktından da müəyyən olunur ki, ibtidai istintaq orqanı Şahid3 üzərindən aşkar olunmuş narkotik vasitəni şəxsiyyəti müəyyən edilməmiş şəxsdən əldə etmişdir. Bununla bərabər, artıq hazırkı iş üzrə icraatın materiallarına Şahid3 üzərinə şəxsi axtarış keçirilməsi protokolu, habelə ilkin təhqiqat sənədlərinin və digər materialların surətləri əlavə edilmiş, hətta məhkəmə-kimyəvi ekspertizası təyin edilməsi barədə 25 mart 2023-cü il tarixli qərarda Təqsirləndirilən şəxs evindən aşkar olunmuş bükümdəki maddənin bu işə hər hansı rəsmi prosessual bağlılığı olmayan Şahid3 aşkar olunmuş bükümdəki maddənin eynilik təşkil edib-etməməsi barədə sual da qoyulmuşdur. Eyni tarixli 6/1711 saylı ekspert rəyində isə bu sual cavablandırılmışdır (cild 1, iş vərəqə 46, 53-56, 170-176). Şahid3 isə hazırkı iş üzrə müstəntiq tərəfindən 05 iyul 2023-cü il tarixdə, yəni sonuncunun barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində cinayət işinə baxılan dövrdə dindirilmişdir (cild 1, iş vərəqə 205-207). Hazırkı iş üzrə məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 isə ifadəsində birmənalı olaraq göstərmişdir ki, məlum hadisənin baş verdiyi gün, yəni saxlandığı 24 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs görməmiş və rastlaşmamış, Təqsirləndirilən şəxs narkotik vasitə almamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitəni 8-ci mikrorayonda yaşayan Samir adlı şəxsdən 10 manat müqabilində əldə etmişdir. Müstəntiq sonradan onu «imza etmək üçün 5 dəqiqəlik» adı ilə polis orqanına dəvət etmiş, amma həmin vaxt polis orqanında bir saat qalmış, heç bir ifadə yazmamış, bununla belə hansısa sənədlərə imza etdirilmiş, həm də «heç məhkəməyə getmək lazım deyil, məktub göndərərsən» deyə bildirilmiş, ümumiyyətlə Təqsirləndirilən şəxs ilə üzləşdirilməmişdir. Bütövlükdə Təqsirləndirilən şəxs yaşadığı ünvandan narkotik vasitə və psixotrop maddə aşkar edilməsi «mexanizm»inin və hallarının ayrıca qiymətləndirilməsi zərurəti nəzərə alınmaqla bərabər, məhkəmə Təqsirləndirilən şəxs Şahid3 narkotik vasitə «satması» israrı ilə bağlı qənaətə gələrkən həm də onu nəzərdə saxlayır ki, Təqsirləndirilən şəxs, şahidlər X3, X9, X1 ifadələrindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən 24 mart 2023-cü il tarixdə saat təxminən 21 radələrində ailə üzvləri – həyat yoldaşı və iki azyaşlı övladları ilə birlikdə yaşadığı evdən çıxıb yaxınlıqdakı mağazaya gedərkən yolda polis əməkdaşları tərəfindən saxlanmışdır. Belə olan halda ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs Şahid3 24 mart 2023-cü il tarixdə saat 21:00 radələrində narkotik vasitə satması və bundan 30 dəqiqə sonra Şahid3 Bakı şəhərinin 7-ci mikrorayonu ərazisində saxlanması, saat 22:55 radələrində isə Təqsirləndirilən şəxs özünün yaşadığı ünvanın yaxınlığında 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanması ilə bağlı israrı əsaslı deyildir. Həm də nəzərə alınmalıdır ki, məhkəmə şahidlərin ifadələrinin əsaslı, inandırıcı olması ilə bağlı qənaətə gələrkən məhkəmədə ifadə verən polis əməkdaşlarından birinin - Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs saxlanarkən sonuncunun yanında həqiqətən övladının olmasını təsdiq etməsini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində isə xx.xx.2019-cu il və xx.xx.2022-ci il təvəllüdlü iki uşağı vardır. Təqsirləndirilən şəxs saxlandıqdan sonra bu yaşda olan uşaqların polis əməkdaşları tərəfindən küçədə tək buraxılması isə hər bir halda ağlabatan, inandırıcı deyil. Yəni, Təqsirləndirilən şəxs saxlandıqdan sonra azyaşlı uşaqlarını həyat yoldaşının evə aparıb getməsi real olaraq məntiqə uyğundur və mövcud sübutlar fonunda mübahisələndirilə bilməz. Belə olan halda şahid X1, habelə təqsirləndirilən şəxsin özünün polis əməkdaşları tərəfindən saxlanma anı və halları ilə bağlı ifadələrinin inandırıcı olması və həqiqəti əks etdirməsi ilə bağlı qənaəti məhkəmə əsaslı hesab edir. Göstərilən xüsusatları da nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs Şahid3 narkotik vasitə satması ilə bağlı ittihamın mövcud sübutlar məcmusu əsasında heç bir halda təsdiqini tapmaması qənaətinə gəlir. Narkotik vasitənin və psixotrop maddənin Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilib götürülməsi xüsusatları ilə bağlı məhkəmə bu qənaətə gəlir ki, həmin hal üzrə ciddi qanun pozuntularına yol verilmişdir. Belə ki, baş vermiş hadisənin məhkəmə istintaqı zamanı müəyyən olunmuş real, həqiqi mənzərəsi ondan ibarətdir ki, Təqsirləndirilən şəxs 24 mart 2023-cü il tarixdə yaşadığı ünvandan 2 azyaşlı uşaqları və həyat yoldaşı ilə ilə birlikdə yaxınlıqdakı mağazaya gedərkən Bakı şəhəri, Binəqədi rayonu, Ə.Nəvai küçəsi, ev 61 ünvanda Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saat təxminən 21 radələrində saxlanılaraq həmin Bölmənin Binəqədi rayonu, S.S.Axundov küçəsi, 6 ünvanda yerləşən inzibati binasına aparılmış, ilkin olaraq Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində müəyyən edilmiş tələblərə əməl edilmədən, müvafiq prosessual sənədləşmə aparılmadan şəxsi axtarışı keçirilmiş və üzərindən hər hansı qanunsuz əşya və predmet aşkar olunmamışdır. Aparılan sorğusu zamanı Təqsirləndirilən şəxs bir gün əvvəl şəxsi istifadəsi üçün 50 manat müqabilində 1 qram heroin əldə etdiyini və onu yaşadığı evdə yataq otağında döşəyin altında saxladığını etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özü 5-ci Polis Bölməsində saxlanılmaqla, bir neçə polis əməkdaşı onun bildirdikləri əsasında yaşadığı ünvana getmiş, müvafiq rəsmi sənədləşmə aparılmadan, Cinayət-Prosessual Məcəllənin tələblərinə əməl etmədən həmin narkotik vasitəni şübhəli şəxsin bildirdiyi yerdən aşkar edib götürərək polis qurumuna aparmışlar. Bundan sonra, yəni artıq faktiki saxlanılması vaxtından 2 saatdan çox keçəndən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuşdur. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi saat 23:35-dən sonra həmin Polis Bölməsinə gəlmiş və şübhəli şəxsə təqdim olunmuşdur. Rəsmi sənədlərlə yanaşı sonradan məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş həmin vəkilin rəsmi mövqeyi bu faktı təkzibedilməz edir və mövcud sübutlar məcmusu məhkəmədə müəyyən edilmiş bu faktın mübahisələndirilməsini istisna edir. Vəkil təqdim olunduqdan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs tutulması saat 23:40-da rəsmiləşdirilmiş, hüquq və vəzifələrin izah edilməsi ilə bağlı protokol tərtib olunmuş və digər sənədləşmələr aparılmışdır. Şübhəli şəxsdən müdafiəçisinin iştirakı olmadan şəxsi axtarış və götürmə aparılmasına etirazı olmaması barədə ərizə alınmışdır. Vəkili Müdafiəçi məhkəmədə rəsmən bildirməsinə görə artıq həmin an üçün polis əməkdaşları şübhəli şəxsin etiraf etdiyi 1 qram çəkidə narkotik vasitənin artıq evdən aşkar olunaraq götürülməsi barədə ona şifahi məlumat vermiş, şübhəli şəxs barəsində aşkar olunmuş narkotik vasitənin çəkisi və mövcud sübutlar əsasında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqib aparıldığı ifadə edilmişdir. Müdafiəçi gecə saat hər bir halda 00:30 radələrindən sonrakı vaxtda, yəni artıq 25 mart 2023-cü il tarixdə 5-ci Polis Bölməsinin inzibati binasını tərk etdikdən sonra saat 02:37 dəqiqədə təhqiqatçı tərəfindən kobud qanun pozuntularına yol verilərək videoçəkilişlə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi rəsmiləşdirilmiş, bundan sonra şübhəli şəxsin etiraf əsasında 1 qram çəkidə olması bildirilən narkotik vasitə heroinin onun yaşadığı mənzildən baxış zamanı götürülməsinin rəsmiləşdirilməsi üçün təhqiqatçı və digər polis əməkdaşları şübhəli şəxs Təqsirləndirilən şəxs əllərinə qandal vurmaqla yaşadığı ünvana aparmış, əvvəlcə saat 03:02 radələrində yaşadığı ünvanın qarşısında saxlandığı yerin müəyyən edilməsi görüntüsü yaradılaraq ilkin çəkiliş edilmiş, bundan sonra saat 03:18 dəqiqədə şübhəli şəxsin yaşadığı Binəqədi rayonu, Ə.Nəvai küçəsi, ev 61 ünvanına daxil olaraq narkotik vasitə, bundan əlavə psixotrop maddə və elektron tərəzi «aşkar olunaraq» götürülmüşdür. Baxış keçirilməsinə dair protokolda onun saat 00:15-dən saat 00:30-dək keçirildiyi qeyd edilmişdir (cild 1, iş vərəqə 33-34). Cinayət işinin materiallarından müəyyən olunur ki, artıq bu qaydada «keçirilmiş baxış»dan sonra aşkar edilmiş maddələr 7,074 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,044 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Baş vermiş hadisənin bu real, həqiqi mənzərəsi, polis orqanı əməkdaşlarının məhz qeyd olunan ardıcıllıqla və vaxtlarda hərəkət etmələri yuxarıda sadalanan sübutlar – çoxsaylı ifadələrlə bərabər həm də aşağıda qeyd olunan təkzibedilməz dəlillərlə təsdiqini tapır: - şübhəli şəxsin hüquqlarını müdafiə etmək üçün dəvət edilmiş vəkil Müdafiəçi təqdim etdiyi orderdə onun tərtib olunma vaxtı «xx.xx.2023, saat 23:35»dir (cild 1, iş vərəqə 15); - şəxsi axtarışın videogörüntüsünün yazıldığı videofaylın yaranma saatı «02:37»dir. Bu texniki dəlil Təqsirləndirilən şəxs onun üzərində videoçəkilişlə şəxsi axtarışın sonradan, müdafiəçisi polis orqanından çıxıb getdikdən sonra rəsmiləşdirilməsinə dair ifadəsinin həqiqiliyini təsdiq edir. Bu məqamla bağlı digər ciddi bir xüsusat da ondan ibarətdir ki, videoçəkiliş izlənilərkən aşkar şəkildə müşahidə olunur ki, cinayət işinin materiallarında olan həmin şəxsi axtarış və götürmə aparılması haqqında protokol (cild 1, iş vərəqə 29-31) şəxsi axtarışı keçirən təhqiqatçının artıq hazır tərtib olunmuş şəkildə əlindədir, həmin protokol şəxsi axtarış başlanmazdan əvvəl tərtib olunub və protokol kamera qarşısında təhqiqatçı tərəfindən bilavasitə oxunur, başlanma saatı və digər məqamlar keçmiş zamanda ifadə olunaraq artıq çəkilişə qədər keçirilmiş prosessal hərəkət kimi səsləndirilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs sorğu zamanı evdə «narkotik vasitə» olması bildirir, neçə növdə, neçə bükümdə, hansı miqdarda və sair xüsusatlarla bağlı ümumiyyətlə hər hansı fikir ifadə olunmur; - Təqsirləndirilən şəxs saxlandığı yerlə bağlı təhqiqatçı və digər polis əməkdaşlarının iştirakı ilə videogörüntünün yazıldığı videofaylın yaranma saatı «03:02»dir. Bu texniki dəlil Təqsirləndirilən şəxs onun yaşadığı evə polis əməkdaşlarının gecə saat 03dən sonra təkrar getmələri ilə bağlı ifadəsində göstərdiklərinin, habelə şahidlər X3, X9, X1 bu xüsusatla bağlı verdikləri ifadələrin həqiqiliyini təsdiq edir; - Təqsirləndirilən şəxs yaşadığı Binəqədi rayonu, Ə.Nəvai küçəsi, ev 61 ünvanına baxış keçirilməsinə dair videogörüntünün yazıldığı videofaylın yaranma saatı «03:18»dir. Bu texniki dəlil Təqsirləndirilən şəxs özünün, habelə şahidlər X3, X9, X1 məlum ünvana polis əməkdaşlarının gecə saat 03-dən sonra təkrar gedib baxış keçirmələri ilə bağlı ifadələrində göstərdiklərinin həqiqiliyini təsdiq edir. Həm də bu videogörüntünün müşahidəsi zamanı iş üzrə məhkəmənin gəldiyi yekun qənaətin tam əsaslı olmasını təsdiq edən ciddi və çoxsaylı məqamlar müəyyən olunur. Belə ki, evə daxil olmazdan əvvəl təhqiqatçının sualına cavab verən Təqsirləndirilən şəxs evdə yoldaşının, 2 uşağının, anasının, xalasının olduğunu bildirir. Hələ giriş qapısı açılmazdan əvvəl evin içərisindən narahatçılıq təəssüratı yaradan səs-küy eşidilir. Əlləri qandallı vəziyyətdə evə daxil olan Təqsirləndirilən şəxs birbaşa yataq otağına keçir, iki körpə uşağın yatdığı taxtın döşəyinə yaxınlaşaraq əlləri qandallı olduğundan döşəyi qaldırmasını təhqiqatçıya təklif edir. Təhqiqatçı döşəyi qaldırandan sonra Təqsirləndirilən şəxs «sürpriz» sözünü işlədir və tərəzini götürərək «bu yox idi» deyir. Təhqiqatçının bununla bağlı ona sual xarakterli müraciətindən sonra Təqsirləndirilən şəxs tərəzini işarə edərək «qıraqda idi də yəni» deyir. Bütün bu proses ərzində aşkar şəkildə müşahidə olunur ki, cinayət işinin materiallarında olan həmin ünvana baxış keçirilməsinə dair kompüterdə tərtib olunmuş protokol hazır vəziyyətdə (cild 1, iş vərəqə 33-34) baxışı keçirən təhqiqatçının əlindədir, sonradan cinayət işinin materiallarına əlavə edilmiş həmin protokol yalnız imzalanmamış vəziyyətdə qabaqcadan – hələ ünvana gedilməmişdən əvvəl kompüterdə yazılmaqla tərtib edilməklə hazır olması aşkar şəkildə görünür. Aşkar görünən həmin protokolda hətta onun tərtib edilmə saatlarının qeyd edilməsi məqsədilə əlyazma ilə əlavə edilməsi üçün saxlanmış qrafaların hələ boş olduğu birbaşa aydın müşahidə olunur. Çəkilişin 03:50 saniyəsində arxa fonda eşidilən ailə üzvləri ilə danışıqlarında Təqsirləndirilən şəxs «…saat 4-də evə gətiriblərsə..» kimi anlaşılan sözləri eşidilir. Aşkar olunanları qablaşdırdıqdan sonra təhqiqatçı əyləşdiyi masadan qalxır, həmin tərtib olunduğu saatları hələ əlavə edilməmiş hazır protokolu əlinə götürür və «baxış yekunlaşdı….saat…nol nol..» sözlərini deyib ani fasilə verib masaya göz gəzdirdikdən sonra «30» radələrində sözünü işlədir. Kənardan həmin anda dərhal arxa fondan «dörddür» kimi eşidilən qadın səsi gəlir. Məhz bu baxış keçirilməsi saatı ilə bağlı səsləndirilən fikirlə əlaqədar Təqsirləndirilən şəxs və onun həyat yoldaşı X4 ifadələrində bildirmişlər ki, baxışın keçirilməsi vaxtı ilə bağlı təhqiqatçının səsləndirdiyi saata etiraz edərək Nuridə Hüseynzadə elə çəkiliş vaxtı saatın artıq 4 olmasına dair fikir bildirmiş və onun həmin bu səsi də videoçəkilişə düşmüşdür; - məhkəmə, videoçəkilişi aparmış şahid - 6-cı Polis Bölməsinin əməliyyat müvəkkili Şahid4 videofaylların yaranma vaxtı ilə bağlı bildirdiklərini inandırıcı hesab etmir. Belə ki, həmin şahid çəkilişi etdikdən sonra videonu yaddaş kartı vasitəsilə kompüterə, daha sonra da diskə köçürdüyünü, həmin gün işi çox olduğundan otağına gec gəlməsi ilə izah etməyə cəhd etsə də, çoxsaylı şahid ifadələri, o cümlədən digər sübutlar məcmusu ilə həqiqiliyi şübhə doğurmayan təqsirləndirilən şəxsin özünün ifadəsi ilə bu hal təkzib olunur. Texniki məlumatların təkzibedilməzliyi də nəzərdə saxlanılmaqla, hətta faylların yaradılma vaxtını ifadə edən «02:37», «03:18» kimi saat vaxtlarının kifayət qədər məsafəli olması ziddiyyətli vəziyyət yaradır. Şəxsi axtarış isə ümumiyyətlə kənar ünvanda deyil, bilavasitə Polis Bölməsinin inzibati binasında keçirilmişdi. Məhkəmə həmin evə baxışla bağlı daha bir məqamı vurğulayaraq qeyd edir ki, sonradan protokola əlyazma ilə əlavə edilmiş saat vaxtlarına əsasən evə baxışın 15 dəqiqə davam etdiyi görünür. Amma videoçəklişə əsasən evə baxış keçirilməsi əvvəlindən sonadək cəmi 4 dəqiqə 55 saniyə davam etmişdir. Bu vaxtın cəmi 1 dəqiqə 40 saniyəsi evə daxil olmağa, əslində hamısı bir yerdə olan narkotik vasitənin, psixotrop maddənin, tərəzinin aşkar olunmasına və şübhəli şəxsin sorğusuna sərf olunmuşdur. Qalan 3 dəqiqə 15 saniyə vaxt ərzində isə təhqiqatçı aşkar olunan predmetlərin qablaşdırılması ilə məşğul olmuşdur; - cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs həyat yoldaşı X1 adından tərtib olunmuş 25 mart 2023-cü il tarixli ərizənin məzmunundan müəyyən olunur ki, şübhəli şəxsin həyat yoldaşı yaşadıqları ünvana baxış keçirilməsinə heç bir etirazının olmaması ilə bağlı mövqeyini bildirmişdir. Amma evə baxış keçirilməsinin videoçəkilişindən aşkar görünür ki, təhqiqatçı və digər polis əməkdaşları evə daxil olmazdan əvvəl Təqsirləndirilən şəxs yalnız evdə kimlərin olmasını soruşmuş, sonra qapını döyərək birbaşa içəri keçərək heç yerdə dayanmadan yataq otağına istiqamətlənmiş və məlum predmetləri götürmüşlər. X1 əvvəlcədən 5-ci Polis Bölməsinə dəvət olunub belə razılığın alınması ilə bağlı isə iş materiallarında hər hansı sübut yoxdur. Belə olan vəziyyətdə həm də heç bir rəsmi qeydiyyatı olmayan bu ərizənin tərtib olunması halları, onu imzalamış şəxsin bu ərizənin mahiyyəti ilə bağlı məlumatlı olub-olmaması sual doğurur. Məhkəmə yekun qənaətə gələrkən nəzərə aldığı daha ciddi bir xüsusat isə ondan ibarətdir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatətə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi 26 mart 2023-cü il tarixli qərarı ilə həmin vəsatəti təmin etməmiş, təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçmişdir. Məhkəmə həmin qərarında birbaşa göstərmişdir ki, vəsatəti vermiş müstəntiq Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməsinin hansı sübutlarla müəyyən olunmasını əsaslandıra bilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs izahat verərək göstərmişdir ki, «…onun evindən aşkar olunmuş narkotikin miqdarı ittihamda göstərildiyi qədər yox, təxminən 1.2-1.3 qram miqdarında olmuşdur. Bölmədə onun üzərində axtarış zamanı heç bir qanunsuz əşyanın aşkar edilmədiyini, vəkil gələnə qədər ona polis əməkdaşları tərəfindən təzyiqlər olduğu üçün evində narkotik vasitənin olmasını etiraf etdiyini, evinə axtarış iki dəfə keçirildiyini, ilk dəfə polis əməkdaşları tərəfindən qanunsuz şəkildə evindən narkotik vasitə götürülərək polis bölməsinə gətirildiyini, daha sonra isə polis əməkdaşları ikinci dəfə özünün iştirakı ilə onun yaşadığı mənzilə formal baxış keçirdiklərini, baxışda vəkili çağırmadıqlarını, əvvəlcədən götürüb Bölməyə gətirdikləri narkotiki yenidən videomüşahidə şəklində guya ilk dəfədir baxış keçirilirmiş kimi aşkar edib götürdüklərini, lakin onun evində 7 qram narkotik vasitə olmadığını, evində olan narkotik vasitə heroinin miqdarının təxminən 1.2-1.3 qram miqdarında olduğunu, onda tərəzinin əvvəllər olduğunu, lakin baxış aparılarkən tərəzinin olmadığını, polis əməkdaşları tərəzini də ora qoyaraq videoçəkilişdə etiraf etməsini tələb etdiklərini bildirmişdir. İkinci dəfə evində baxış xx.xx.2023-cü il tarixdə saat təxminən 03:30 radələrində aparılmışdır.... ». Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi izahatında bildirmişdir ki, “...aparılmış istintaq zamanı kobud prosessual pozuntulara yol verilmiş, ittihamda qeyd olunan 7,074 qram miqdarında narkotik vasitə «heroin» qanunsuz olaraq ittihama əlavə edilmişdir. Bundan başqa təqsirləndirilən şəxsin evindən narkotik vasitələr götürülüb bölməyə gətirilmiş, bölmədə sənədləşmə həyata keçirilmiş, bölmədə baxış protokolunu görərək protokolun nə olduğunu soruşmuş, polis əməkdaşlarından hələ bundan sonra təqsirləndirilən şəxsin evində çəkiliş aparılacağı cavabını almışdır. Həmçinin Təqsirləndirilən şəxs verilmiş ittihamın əsassız olduğunu Təqsirləndirilən şəxs yalnız narkotik vasitə istifadəçisi olduğunu, ona verilmiş ittihamın AR CM-nin 234.1-ci maddəsinə tövsif edilməsinin zəruri olduğunu, baxış istintaq hərəkətində iştirak etmədiyini, ümumiyyətlə dəvət edilmədiyini bildirmişdir. xx.xx.2023-cü il saat 23:30-dan xx.xx.2023-cü il saat 02:00 radələrinə qədər Binəqədi RPİ 5-ci Polis Bölməsində olduğunu, həmin zaman Təqsirləndirilən şəxs bölmədə olduğunu və onun saatda evində iştirakı ilə istintaq hərəkəti keçirilməsinin mümkünsüz olduğunu bildirmişdir». Qərarda qeyd edilmişdir ki, «…iş materiallarında olan bir Compact Diskə baxış keçirilərkən müəyyən olundu ki, həmin CD-də üç ədəd video görüntü mövcuddur. 00718 adlı, yaradılma tarixi xx.xx.2023-cü il, saat 02:37 qeyd edilən, videogörüntü 04 dəqiqə 19 saniyədən ibarət olduğu, təhqiqatçı Bəşirov Elvin və digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib etmişdir. Lakin iş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında protokolda həmin hərəkətlərin xx.xx.2023-cü ilı tarixdə saat 23.45-də başlandığı 23:55-də bitdiyi göstərilmişdir. Elektron diskdə isə həmin videonun yaranma tarixi xx.xx.2023-cü il saat 02:37-dir. Bundan başqa həmin diskdə olan 00721 adlı, yaradılma tarixi xx.xx.2023-cü il, saat 03:02 qeyd edilən, videogörüntü 45 saniyədən ibarət olduğu, təhqiqatçı Bəşirov Elvin və digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlandığı yerə baxış keçirilmişdir. Bundan başqa həmin diskdə olan 00722.MTS adlı, yaradılma tarixi xx.xx.2023-cü il, saat 03:18 qeyd edilən, videogörüntü 04 dəqiqə 33 saniyədən ibarət olduğu, təhqiqatçı Bəşirov Elvin və digər polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsin evində baxış keçirilməsinin əks etdirildiyi müəyyən edildi. Həmin videogörüntüdə Təqsirləndirilən şəxs polis əməkdaşlarına bildirir ki, «əvvəldən dediyimiz kimi narkotik vasitələr burdadır», «surpiriz burdaymış», tərəzini göstərərək «bu burda yox idi əslində nəisə» kimi cümlələr işlədir və polis əməkdaşının ona iradından sonra tərəzinin də orda olduğunu bildirərək həmin qutunun içində olan narkotik vasitələrin adlarını qeyd edir. Baxış protokolunun sonunda təhqiqatçı protokolun tərtib edilib bitmə saatını və dəqiqəsini dəqiqləşdirmədən sadəcə olaraq protokolun saat 00:30-da başa çatmasını bildirir.» (cild 1, iş vərəqə 93-100). İstinad edilən məhkəmə qərarında diqqətçəkən digər məqam isə ondan ibarətdir ki, vəsatətə məhkəmədə baxılan vaxtda təqdim olunmuş cinayət işinin materiallarında olan şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Ə.Nəvai küçəsi, ev 61 ünvanına baxış keçirilməsinə dair protokolda baxışın başlanma-bitmə saatları və dəqiqələrinin əksini tapmadığı müəyyən olunmuşdur. Bu hal məhkəmənin qərarında birbaşa təsbit olunmuşdur. Qeyd olunan xüsusat həm də onu təsdiq edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanına baxış keçirilməsinə dair məlum protokolda həmin prosessual hərəkətin başlanma və bitmə saatı sonralar, hətta şəxsin barəsində qətimkan tədbirinin seçildiyi 26 mart 2023-cü il tarixdən sonra qoyulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124.1.1-ci maddəsinə əsasən sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinə əsasən o cümlədən: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Həmin Məcəllənin 125.5-ci maddəsinə əsasən cinayət-prosessual qanunvericiliyinin tələblərinin ittiham tərəfindən pozulması nəticəsində sübuti əhəmiyyətini itirmiş hesab oluna bilən materialın sübut qismində qəbul edilməsinə müdafiə tərəfinin vəsatəti əsasında yol verilir. Bu halda həmin sübut digər proses iştirakçılarına deyil, yalnız müvafiq şübhəli və ya təqsirləndirilən şəxsə sübut kimi aid olur. Bu materialların sübut kimi qəbul edilməsi onun düzgünlüyünün mübahisə olunmasına mane olmur. Həmin Məcəllənin 125.7-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. Beləliklə, narkotik vasitənin və psixotrop maddənin evə baxış zamanı aşkar olunması ilə bağlı əldə olunmuş sübutlar şəxsin konstitusiya hüquqlarının və azadlıqlarının, habelə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin birbaşa pozulması ilə əldə edilmişdir, həmin pozuntular istinad edilən sübutların həqiqiliyinə birbaşa təsir göstərir. Bu sübutlar həm də şübhəli şəxsin müdafiə hüququnun pozulması ilə əldə edilmişdir. Ona görə də məhkəmə, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Ə.Nəvai küçəsi, ev 61 ünvanına baxış keçirilməsinə dair protokolu Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən hüquqi qüvvəsi olmayan hesab edir və bu sübutun ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilinməməsi qənaətinə gəlir. Bununla bərabər, təqsirləndirilən şəxsin həm ibtidai araşdırma, həm də məhkəmə istintaqı zamanı şəxsi istehlak üçün xeyli miqdarda narkotik vasitəni - 1 qram heroini əldə etməsi ilə bağlı ardıcıl və israrlı etirafını, habelə evdən götürülmüş narkotik vasitənin bu hissəsi ilə bağlı sübut kimi qəbul edilməsinə dair müdafiə tərəfinin mövqeyini nəzərə almaqla məhkəmə bu nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.5-ci maddəsinə əsasən, evə baxış zamanı aşkar olunduğu rəsmiləşdirilmiş narkotik vasitə və psixotrop maddədən yalnız 1 qram narkotik vasitə olan heroinin, habelə elektron tərəzinin təqsirləndirilən şəxsə aid edilməsi ilə bağlı hissədə baxış protokolunun sübut kimi qəbul edilməsi qanuni və əsaslıdır. Məhkəmə bu nəticəyə gələrkən həm də Cinayət-Prosessual Məcəllənin 125.7-ci maddəsini rəhbər tutur və sübut kimi istifadə edilməsi qeyri-mümkün olan evə baxış keçirilməsi protokolundan məhdud istifadə edilmənin mümkünlüyü qənaətinə gəlir. Göstərilənləri də nəzərə almaqla məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Binəqədi rayonu, Ə.Nəvai küçəsi, ev 61 ünvanına baxış keçirilərkən aşkar edilməsi rəsmiləşdirilmiş qalan 6,074 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,044 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminlə bağlı hissədə müvafiq materiallar hazırkı cinayət işindən ayrılaraq, bu cinayət işindən ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ayrlmış ********* nömrəli cinayət işi çərçivəsində müvafiq araşdırma aparılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmiş prokurora göndərilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs aşkar edilməsi sübuta yetirilən 1 qram heroinin də satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını da təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu qənaətə gələrkən məhkəmə həm də polis əməkdaşlarının məhkəmədə verdikləri ifadələrə də əsaslanır. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 bu məqamla bağlı göstərdi ki, Təqsirləndirilən şəxs məlumat əsasında narkotik vasitələrin istifadəsi və satışında şübhəli bilinərək saxlanılmış, amma Təqsirləndirilən şəxs narkotik vasitələri konkret kimə satması barədə məlumat əldə edə bilməmişlər, Təqsirləndirilən şəxs barədə məlumat satış barədə olsa da həmin məlumat öz təsdiqini tapmamışdır. Məhkəmə bu hissədə həm də onu nəzərdə saxlayır ki, şahid - 6-cı Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ibtidai istitntaq zamanı hələ 30 mart 2023-ci il tarixdə təqsirləndirilən şəxsin üzünə qarşı ifadə verib onun Şahid3 10 manata narkotik vasitə satmasını üzünə qarşı bildirmişdir (cild 1, iş vərəqə 136-138). Amma məhkəmə istintaqı zamanı həmin şahid nəinki bu faktı təsdiq etmiş, yuxarıda da qeyd edildiyi kimi ümumiyyətlə Təqsirləndirilən şəxs narkotik vasitələri konkret kimə satması barədə məlumat əldə edə bilmədiklərini, onun satışla məşğul olmasına dair məlumatın təsdiqini tapmadığını qeyd etmişdir. Digər şahid - Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 da Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri kimdən alması, onun cinayət əlaqələrinin aşkara çıxarılması istiqamətində əməliyyat tədbirləri aparıldığını, lakin müsbət nəticə əldə olunmadığını qeyd etmişdir. Göründüyü kimi, faktiki olaraq cəmi 30 dəqiqə fərqlə eyni gündə saxlanılaraq eyni polis qurumuna – 5-ci Polis Bölməsinə aparılmış bu iki şəxsdən birinin digərinə həmin gün narkotik vasitə satmasına dair irəli sürülmüş fərziyyəni həmin əməliyyat tədbirlərini keçirmiş polis əməkdaşları təkzib etmişlər. Bu xüsusat isə məhkəmənin Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə etməsi və Şahid3 narkotik vasitə satması hallarının təsdiq olunmaması ilə bağlı qənaətini bir daha möhkəmləndirir, eyni zamanda, Təqsirləndirilən şəxs və Şahid3 bu xüsusatla bağlı ibtidai araşdırmanın ilkin mərhələsində tərtib olunmuş ifadələrinin sübut kimi qiymətləndirilməsi imkanını istisna edir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrini, aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini yalnız 1 qram heroinə münasibətdə sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni – 1 qram heroini əldə etmə, daşıma və saxlama cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Təqsirləndirilən şəxs özü də ibtidai istintaqın ilkin mərhələsindən etibarən özünün bildirməsinə əsasən evindən götürülmüş narkotik vasitənin - maddi sübut olan 1 qram heroinin mötəbərliyi məsələsini mübahisələndirməmiş, satışla bağlı ittihamı qəbul etməyərək özünü qismən təqsirli bilməklə narkotik vasitəni - 1 qram heroini qanunsuz olaraq əldə etməsini, daşımasını, evində saxlamasını etiraf etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Amma hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə narkotik vasitəni qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə nəzərdə saxlayır ki, iş üzrə yaranmış şübhələr toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X16rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə az ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi eyni əmələ görə təyin edilmiş azadlıqdan məhrum etmə ilə bağlı olmayan növdə cəza onun islah olunması üçün yetərli olmamışdır. Ona görə də Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, əməlindən səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 mart 2023-cü il tarixli qərarı ilə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, əvvəlinin 24 mart 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 18- 19, 69-71). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 24 mart 2023-cü tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 6,974 qram təşkil edən heroinin 1(bir) qramı və 01 ədəd gümüşü rəngli elektron tərəzi məhv edilməli, məhv ediləcək 1 qram heroin çıxıldıqdan sonra yerdə qalacaq qalıq çəkisi 5,974 qram təşkil edən narkotik vasitə heroin və 01 ədəd bükümdə 0,024 qram psixotrop maddə olan metamfetaminlə bağlı yekun qərarın isə aidiyyəti materialların göndəriləcəyi icraat çərçivəsində qəbul edilməli olması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və və yaşadığı evə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 53- 58). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai araşdırma mərhələsində tutulduğu və ev dustaqlığında olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 24 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 6,974 qram təşkil edən heroinin 1 (bir) qramı və 01 ədəd gümüşü rəngli elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və və yaşadığı evə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Maddi sübutları saxlama kamerasına təhvil verilmiş, hazırkı iş üzrə məhv ediləcək 1(bir) qram heroin çıxılmaqla yerdə qalacaq qalıq çəkiləri 5,974 qram təşkil edən narkotik vasitə heroin və 0,024 qram psixotrop maddə metamfetaminlə bağlı yekun qərarın aidiyyəti materialların göndəriləcəyi icraat çərçivəsində qəbul edilməli olması nəzərə alınsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Ə.Nəvai küçəsi, ev 61 ünvanına baxış keçirilərkən aşkar edilməsi rəsmiləşdirilmiş qalan 6,074 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,044 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminlə bağlı hissədə müvafiq materiallar hazırkı cinayət işindən ayrılaraq, bu cinayət işindən ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ayrılmış ********* nömrəli cinayət işi çərçivəsində araşdırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmiş Binəqədi rayon prokuroruna göndərilsin. Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev
Məhkəmə qərarları › İş №1(101)-641/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-641/2024
03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver