Məhkəmə qərarları › İş №1(101)-642/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-642/2020

31.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-642/2020 31.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), X1 və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi: Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx xxxxxxxx 1969-cu ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Cəlilabad şəhəri, N.Nərimanov küçəsi, ev 33-də qeydiyyatda olmaqla Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ev 35 mənzil 12-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə yenidən qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs X8 Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.4.3 və 315.2-ci maddələri ilə təqsirli bilinərək 10 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və xx.xx.2019cu il tarixdə Masallı Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilməsinə baxmayaraq məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda yenidən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan “Ata” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən “Ata” adlı şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda 1010,006 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini satması üçün 2019-cu ilin dekabr ayının sonlarında Cəlilabad şəhərində Təqsirləndirilən şəxs təhvil vermiş, sonuncu satış məqsədilə qanunsuz əldə etdiyi külli miqdarda həmin narkotik vasitəni üzərində saxlayıb daşıyaraq Bakı şəhərinə gətirmiş və heroini hissələrə bölərək ayrı-ayrılıqda təmiz çəkiləri 137,080 qram, 82,297 qram, 86,935 qram, 101,530 qram və 101,315 qram olmaqla, cəmi 509,157 qram çəkidə külli miqdarda narkotik vasitə heroini üzərində, ayrı-ayrılıqda təmiz çəkiləri 125,509 qram, 205,320 qram və 170,020 qram olmaqla, cəmi 500,849 qram çəkidə külli miqdarda narkotik vasitə heroini isə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 35, mənzil 12 ünvanında kirayə yaşadığı mənzilin mətbəxindəki şkafın alt gözündə gizlətməklə saxlamış, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, xx xxxxxx 2020-ci il tarixdə saat 21:00-da ünvan 1 ünvanında yerləşən «Mirvari Plaza» restoranının qarşısında saxlanılaraq Bakı şəhəri, Nərimanov rayonu, Dəmirçizadə küçəsi 7 ünvanında yerləşən BMCMİ-nin inzibati binasına gətirilib orada saat 23:36-dan etibarən barəsində şəxsi axtarış aparılarkən əynindəki qış gödəkcəsinin içərisində sol qoltuqaltı nahiyədə saxladığı dəridən hazırlanmış əl çantasının içərisindəki sellofan torbada beş ədəd şəffaf polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 137,080 qram, 82,297 qram, 86,935 qram, 101,530 qram və 101,315 qram olmaqla, ümumilikdə satış məqsədilə əldə edib saxlamaqla daşıdığı 509,157 qram çəkidə külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə saat 01:02-dən etibarən Təqsirləndirilən şəxs kirayə yaşadığı Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 35, mənzil 12 ünvanında yerləşən yaşayış sahəsinə özünün icazəsi və iştirakı ilə baxış keçirilərkən mənzilin mətbəxindəki şkafın alt gözündən götürüb təqdim etdiyi üzərində “Kontakt Home” yazısı qeyd edilmiş ağ rəngli sellofan torbanın içərisində gizlədilərək saxlanılmış üç ədəd şəffaf polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 125,509 qram, 205,320 qram və 170,020 qram olmaqla, ümumilikdə 500,849 qram çəkidə külli miqdarda narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Cəlilabad şəhərində İran bazarı adlanan yerdə «Ata» adlı şəxsdən 1000 manatdan artıq pul verərək 1 kq heroin əldə etmiş, həmin heroinin təxminən 400 qramını özü istifadə etmiş, polislər onu Bakı şəhərində saxlayan zaman üzərində bir neçə bükümdə olan heroin aşkar edilmiş, qalan hissəsi isə kirayə yaşadığı Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 35, mənzil 12 ünvanında mənzildən mətbəxdəki şkafın alt gözündə aşkar edilərək götürülmüşdür. Yəni, ondan cəm olaraq götürülmüş narkotik vasitənin çəkisi 600 qramdan çox deyildir. Əlavə olaraq bildirir ki, o əvvəllər narkotik vasitələrə görə cəza çəkmişdir. Belə ki, 2010-cu ildə satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib satdığına görə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 9 il 6 ay cəza cəkdikdən sonra azadlığa buraxılmışdır. Uzun illərdir ki, narkotik vasitələrin qəbulu ilə məşğul olmuş, cəzadan azad olunduqda ona dövlət tərəfindən verilmiş 1000 manat pulu heroin almaq üçün saxlamış, 2019-cu ilin dekabr ayının sonlarında Cəlilabad şəhərində İran bazarı adlanan yerə getmiş, bazardakı adamlardan heroinlə maraqlanmış, orada ona «Ata» ləqəbli şəxsin bu işlərlə məşğul oması barədə məlumat vermişlər. «Ata»-nı taparaq onunla razılıq əldə etmiş və özündə olan 1000 manatdan bir az artıq olan pulu ona ödəyərək 1 kq heroin əldə etmişdir. Yuxarıda göstərdiyi kimi təxminən 400 qram heroini siqaretin gümüşü falqasında yandırıb tüstüsünü çəkmək yolu ilə, yaxud toz halında burnuna çəkib iyləmək şəklində qəbul etmişdir. Heroini şəxsi istifadəsi üçün əldə etmişdir, satmaq niyyəti olmamışdır. “Kakos” adlanan narkotik vasitə heroinin 1 qramını 14-15 manatdan almışdır. İbtidai istintaq zamanı göstərmişdir ki, narkotik vasitələri həm Cəlilabad rayonunda, həm də Bakı şəhərində tanımadığı müştərilərə satmışdır. Lakin hal-hazırda həmin ifadələrini təsdiq etmir. xx xxxxxx 2020-ci il tarixdə təxminən günortadan sonra vaxtilə onunla birlikdə 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş Şahid6 ilə zəngləşmiş və Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən «Mirvari Plaza» restoranında görüşüb çörək yeməkləri barədə razılaşmışlar. Görüş yerinə taksi sürücüsü kimi tanıdığı Şahid5 ilə getmişdir. Nə Ceyhunun, nə də ki, Adilin onun üzərində narkotik vasitələrin olması barədə məlumatları olmamış, onlara bu barədə heç nə deməmişdir. Həmin gün axşam saatlarında Adilin idarə etdiyi «Opel» markalı taksi avtomaşını ilə Bakı şəhəri, Xətai rayonundakı «Mirvari Plaza» restoranının yanına gələrək həmin restoranın qarşısında Ceyhunla görüşmüş və onunla söhbət etmişdir. Ceyhunla söhbət etdiyi zaman bir neçə nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş, sonra onlara əməliyyataxtarış tədbirinin həyata keçirilməsi haqqında qərarı göstərib onun külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olmağı barədə məlumat daxil olduğunu demişlər. Polislər ona, Ceyhuna və Adilə onlarla birlikdə Baş X2 İdarəsinə getmələrini bildirmişlər. Polis idarəsində video çəkiliş aparılmaqla üzərində, yəni əynindəki qara rəngli qış gödəkcəsinin içərisində sol qoltuqaltı nahiyyəsində tutub saxladığı qara rəngli dəri materialından hazırlanmış əl çantasının içərisində sellofan torbada beş ədəd bükümlərdə olan narkotik vasitə heroini təqdim etmişdir. Dostu Ceyhun və tanışı Adilin isə üzərlərindən heç nə aşkar olunmamışdır. Bu səbəbdən sonuncular polisdən azad olunmuşlar. Polislər əl çantasının içərisindən aşkar olunmuş bükümlər barədə sorğu sual apararkən bildirmişdir ki, narkotik vasitənin bir hissəsini Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 35, mənzil 12 ünvanında kirayə yaşadığı mənzildə gizlədib saxlamışdır. Sonra polis idarəsində tərtib olunmuş protokolu, həmin protokol ona və müdafiəçisinə ucadan oxunduqdan sonra imzalamışdır. Bu zaman ona qarşı heç bir təzyiq tətbiq olunmamışdır. Bundan sonra polis əməkdaşlarına yaşadığı mənzildə axtarış keçirilməsinə razılığını bildirdiyi ərizə təqdim etmiş və öz razılığı və iştirakı ilə polis əməkdaşları ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 35, mənzil 12 ünvanında yerləşən kirayə yaşadığı mənzilə gəlmişdir. Mənzilə baxış keçirilərkən özü mətbəxdəki şkafın alt gözündən üzərində “Kontakt Home” yazısı olan ağ rəngli sellofan torbanı götürüb polislərə təqdim etmişdir. Həmin sellofan torba açıldıqda içərisində üç ədəd sellofan torbalarda narkotik vasitə heroin aşkar edilmiş, həmin maddələrin narkotik vasitə heroin olduğunu, üzərindən aşkar olunmuş heroinlə birlikdə Cəlilabad rayonunda “Ata” adlı şəxsdən aldığını demişdir. Polis əməkdaşları aşkar olunmuş həmin üç ədəd sellofan torbalardakı narkotik vasitə heroini qablaşdırıb möhürləyərək götürmüş, baxış başa çatdıqdan sonra təhqiqatçı tərəfindən bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, həmin protokolu imzası ilə təsdiq etmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, DİN-nin BMCMİ-nin Banditizm və digər təhlükəli cinayətlərlə mübarizə şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 35, mənzil 12-də yaşayan Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə və əməliyyat qrupunun yaradılması barədə qərarlar qəbul edilmiş, qrupun tərkibinə o, şöbənin xüsusilə mühim işlər üzrə baş əməliyyat müvəkkili Şahid2, baş əməliyyat müvəkkili Şahid3 və əməliyyat müvəkkili Şahid4 daxil olmuşlar. Məlumatda Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən “Mirvari Plaza”nın yanında olduğu göstərildiyi üçün qrupun üzvləri ilə birlikdə qeyd olunan yerə getmiş, həmin yerdə olduqları zaman saat 21:00 radələrində xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsin daha iki nəfərlə birlikdə «Mirvari Plaza»-nın qarşısında dayandıqlarını görərək onlara yaxınlaşıb özlərini təqdim etmiş, bu şəxslərin adını və soyadını soruşduğu zaman onlardan birinin Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması, istifadəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirərək onu və onunla birlikdə olan digər iki şəxsi BMCMİ-yə dəvət etmişlər. Bu şəxslərin hər üçü etiraz etmədən onlarla birlikdə BMCMİ-nin inzibati binasına gəlmiş, orada təhqiqatçı X9 Qubadovu və digər iki nəfəri xidməti iş otağında hər birinə müdafiəçi təqdim etməklə və video çəkiliş aparılmaqla üzərlərinə şəxsi axtarışı aparmış, ilkin olaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, sonuncu könüllü olaraq əlində olan “Sony” və “Kgtel” markalı mobil telefonlarını, əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən ev açarlarını, əynindəki qara rəngli şalvarın sağ yan cibindən 135 manat pulu, əynindəki qara qış gödəkçəsinin içərisində sol qoltuqaltı nahiyyədə saxladığı, içərisində sellofon torba olan bir ədəd qara rəngli dəri materiallı əl çantasını çıxarıb təqdim etmiş və bildirmişdir ki, həmin əl çantasının içərisində olan 5 ədəd sellofan bükülüdə narkotik vasitə olan heroin vardır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini saxlanılmadan təxminən 10 gün əvvəl Cəlilabad şəhərində yerləşən “İran Bazarı” adlanan yerdə işləyən “Ata” adlı şəxsdən bir qramını 14 manatdan aldığını, şəxsi istifadəsi və tanıdığı şəxslərə satmaq məqsədi ilə üzərində saxladığını, narkotik vasitələrin bir hissəsinin isə yaşadığı ünvanda olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılaraq götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzildə axtarışın aparılmasına dair ondan razılıq ərizəsi alınmış və Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə olduğunu bildirdiyindən onun yaşadığı evə baxış keçirilməsi üçün şəxsi axtarışda iştrirak edən polis əməkdaşları, Təqsirləndirilən şəxs və vəkili Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 35, mənzil 12-də ünvanına getmiş, evin qapısını Təqsirləndirilən şəxs açarla özü açmış, birlikdə evin içərisinə daxil olduqda Təqsirləndirilən şəxs mətbəxdə olan şkafın alt gözündən bir ədəd sellofan torbanı çıxararaq həmin torbada heroin olduğunu bildirmiş, həmçinin həmin şkafdan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Axtarışın nəticəsi barədə protokol tərtib edilərək hər bir iştirakçıya ucadan oxunmuş, protokolun düzgünlüyü hər bir iştirakçı tərəfindən imzalanmışdır. İstər üzərinə, istərsə də mənzilinə baxış zamanı Təqsirləndirilən şəxs qarşı hər hansı bir zor və ya təzyiq olunmamışdır. Əlavə olaraq bildirir ki, Təqsirləndirilən şəxsla birlikdə saxlanılmış Ceyhun və Adil adlı şəxslər izahatlarında Təqsirləndirilən şəxs üzərində narkotikin olmasından məlumatsız olduqlarını bildirmiş, həmin şəxslərin üzərindən qanunsuz heç bir əşya aşkar olunmamış, öz növbəsində Təqsirləndirilən şəxs da tanışları Adil və Ceyhun adlı şəxslərin onun törətdiyi əməllərə heç bir aidiyyatı olmadıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş BMCMİ-nin əməkdaşı Şahid2 ifadəsində Şahid1 ifadəsinə oxşar ifadələr verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat tədbiri ilə əlaqədar tanımış, həmin tədbirlərin iştirakçısı olmuş, Təqsirləndirilən şəxs barəsində məlumat Şahid1 daxil olmuş, qrupun tərkibində xx xxxxxx 2020-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Mirvari Plaza”nın yanına getmiş, orada «Mirvari Plaza»-nın qarşısında dayanıb söhbət edən iki nəfər şəxsə yaxınlaşaraq onlara özlərini təqdim etmiş, bu şəxslərdən birinin hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs olduğunu müəyyən edərək yanında olan digər iki nəfər şəxslə birlikdə, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması, istifadəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirərək, BMCMİ-yə dəvət etmişlər. Orada həmin şəxsləri idarənin təhqiqatçısı Hüseyn Mənsimliyə təqdim etmişlər. Təhqiqatçı Təqsirləndirilən şəxs və digər iki nəfəri xidməti iş otağında hər birinə müdafiəçi təqdim etməklə və video çəkiliş aparılmaqla üzərilərinə şəxsi axtarışı aparmış, Təqsirləndirilən şəxs əynindəki qara qış gödəkçəsinin içəri sol qoltuqaltı nahiyyəsindən içərisində sellofon torba olan bir ədəd qara rəngli dəri əl çantasını çıxarıb təqdim etmiş və bildirmişdir ki, həmin əl çantasının içərisində olan 5 ədəd sellofan bükülüdə narkotik vasitə olan heroin var və həmin narkotiki o təxminən 10 gün əvvəl Cəlilabad şəhərində yerləşən “İran Bazarı” adlanan yerdə “Ata” adlı şəxsdən bir qramını 14 manatdan şəxsi istifadəsi və satış məqsədi ilə alıb Bakı şəhərinə gətirmişdir. Hətta Təqsirləndirilən şəxs etiraf etmişdir ki, kirayə yaşadığı mənzildə də narkotikin bir hissəsini gizlətmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılaraq götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzildə axtarışın aparılmasına dair ərizə yazaraq axtarışa etiraz etmədiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları, Təqsirləndirilən şəxs və vəkili Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 35, mənzil 12-də ünvanına getmiş, evin qapısını Təqsirləndirilən şəxs açarla özü açmış, birlikdə evin içərisinə daxil olduqda Təqsirləndirilən şəxs mətbəxdə olan şkafın alt gözündə narkotik vasitə heroin olmasını bildirərək həmin yerdən bir ədəd sellofan torbanı çıxararaq həmin torbada heroin olduğunu bildirmiş, həmçinin həmin şkafdan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Axtarışın nəticəsi barədə protokol tərtib edilərək hər bir iştirakçıya ucadan oxunmuş, protokolun düzgünlüyü hər bir iştirakçı tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxsla birlikdə saxlanılmış Ceyhun və Adil adlı şəxslərin üzərindən təhqiqatçı tərəfindən hər hansı qanunsuz əşya aşkar olunmamış, həmçinin müəyyən olunmuşdur ki, həmin şəxslər Təqsirləndirilən şəxs üzərində narkotikin olmasından məlumatsız olmuşlar. Təqsirləndirilən şəxs da izahatında tanışları Adil və Ceyhun adlı şəxslərin onun törətdiyi əməllərdən xəbərsiz olduqlarını bildirmişdir. İstər üzərinə, istərsə də mənzilinə baxış zamanı Təqsirləndirilən şəxs qarşı hər hansı bir zor və ya təzyiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş BMCMİ-nin əməkdaşı Şahid3 ifadəsində Şahid1 ifadəsinə oxşar ifadələr verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək təqsirləndirilən şəxsi keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanıdığını, onunla heç bir əlavəti, düşmənçiliyi və yaxud qohumluğunun olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması, daha dəqiq desə narkotik vasitələrini əldə edib gəzdirməsi barəsində məlumatı həmkarı Şahid1 almış, o, həmkarları Şahid2 və Şahid4 ilə birlikdə əməliyyat qrupuna daxil olmuşdur. Qrupun tərkibində xx xxxxxx 2020-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Mirvari Plaza”nın yanına getmiş,orada «Mirvari Plaza»-nın qarşısında zahiri əlamətlərinə görə hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs dayanıb başqa bir şəxslə söhbət etdiyini görərək onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs tədbirin keçirilməsinə dair əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında qərarı təqdim edərək onu və onun yanında olan bir şəxsi, həmçinin yaxınlıqdakı maşının yanında olan Ərəstunun digər tanışını BMCMİ-yə dəvət etmişlər. Orada həmin şəxsləri idarənin təhqiqatçısı Hüseyn Mənsimliyə təqdim etmişlər.Təhqiqatçı Təqsirləndirilən şəxs və digər iki nəfəri xidməti iş otağında hər birinə müdafiəçi təqdim etməklə və video çəkiliş aparılmaqla üzərlərinə şəxsi axtarışı aparmış, Təqsirləndirilən şəxs əynindəki qara qış gödəkçəsinin içəri sol qoltuqaltı nahiyyəsindən içərisində sellofon torba olan bir ədəd qara rəngli dəri əl çantasını çıxarıb təqdim etmiş və bildirmişdir ki, həmin əl çantasının içərisində olan 5 ədəd sellofan bükülüdə narkotik vasitə olan heroin var və həmin narkotiki o təxminən 10 gün əvvəl Cəlilabad şəhərində yerləşən “İran Bazarı” adlanan yerdə “Ata” adlı şəxsdən bir qramını 14 manatdan şəxsi istifadəsi və satış məqsədi ilə alıb Bakı şəhərinə gətirmişdir. Hətta Təqsirləndirilən şəxs etiraf etmişdir ki, kirayə yaşadığı Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 35, mənzil 12-də də narkotik vasitəsinin bir hissəsini gizlətmişdir. Təqsirləndirilən şəxsla birlikdə saxlanılmış Ceyhun və Adil adlı şəxslərin üzərindən təhqiqatçı tərəfindən hər hansı qanunsuz əşya aşkar olunmamış, həmçinin müəyyən olunmuşdur ki, həmin şəxslər Təqsirləndirilən şəxs üzərində narkotikin olmasından məlumatsız olmuşlar.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılaraq götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzildə axtarışın aparılmasına dair ərizə yazaraq axtarışa etiraz etmədiyini bildirmiş və polis əməkdaşları Təqsirləndirilən şəxsla birlikdə qeyd olunan ünvana gedərək, evin qapısını Təqsirləndirilən şəxs açarla özü açmış, birlikdə evin içərisinə daxil olduqda Təqsirləndirilən şəxs mətbəxdə olan şkafın alt gözündə narkotik vasitə heroin olmasını bildirərək həmin yerdən bir ədəd sellofan torbanı çıxararaq həmin torbada heroin olduğunu bildirmiş, həmçinin həmin şkafdan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Axtarışın nəticəsi barədə protokol tərtib edilərək hər bir iştirakçıya ucadan oxunmuş, protokolun düzgünlüyü hər bir iştirakçı tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş BMCMİ-nin əməkdaşı Şahid4 ifadəsində Şahid1 ifadəsinə oxşar ifadələr verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması, yəni narkotik vasitələrini əldə edib gəzdirməsi barəsində məlumatı həmkarı Şahid1 tərəfindən aldığını, o və həmkarları Şahid2 və Şahid3la birlikdə əməliyyat qrupuna daxil olmuş və xx xxxxxx 2020-ci il tarixdə qrupun tərkibində ünvan 1 ünvanında yerləşən “Mirvari Plaza”nın yanına getmiş,orada «Mirvari Plaza»-nın qarşısında zahiri əlamətlərinə görə hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs dayanıb başqa bir şəxslə söhbət etdiyini görərək onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs tədbirin keçirilməsinə dair əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında qərarı təqdim edərək onu və onun yanında olan bir şəxsi, həmçinin yaxınlıqdakı maşının yanında olan Ərəstunun digər tanışını BMCMİ-yə dəvət etmişlər. Orada həmin şəxsləri idarənin təhqiqatçısı Hüseyn Mənsimliyə təqdim etmişlər. Təhqiqatçı Təqsirləndirilən şəxs və digər iki nəfəri xidməti iş otağında hər birinə müdafiəçi təqdim etməklə və video çəkiliş aparılmaqla üzərlərinə şəxsi axtarışı aparmış, Təqsirləndirilən şəxs əynindəki qara qış gödəkçəsinin içəri sol qoltuqaltı nahiyyəsindən içərisində sellofon torba olan bir ədəd qara rəngli dəri əl çantasını çıxarıb təqdim etmiş və bildirmişdir ki, həmin əl çantasının içərisində olan 5 ədəd sellofan bükülüdə narkotik vasitə olan heroin var və həmin narkotiki o təxminən 10 gün əvvəl Cəlilabad şəhərində yerləşən “İran Bazarı” adlanan yerdə “Ata” adlı şəxsdən bir qramını 14 manatdan şəxsi istifadəsi və satış məqsədi ilə alıb Bakı şəhərinə gətirmişdir. Hətta Təqsirləndirilən şəxs etiraf etmişdir ki, kirayə yaşadığı Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 35, mənzil 12-də də narkotik vasitəsinin bir hissəsini gizlətmişdir. Təqsirləndirilən şəxsla birlikdə saxlanılmış Ceyhun və Adil adlı şəxslərin üzərindən təhqiqatçı tərəfindən hər hansı qanunsuz əşya aşkar olunmamış, həmçinin müəyyən olunmuşdur ki, həmin şəxslər Təqsirləndirilən şəxs üzərində narkotikin olmasından məlumatsız olmuşlar.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılaraq götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzildə axtarışın aparılmasına dair ərizə yazaraq axtarışa etiraz etmədiyini bildirmiş və polis əməkdaşları Təqsirləndirilən şəxsla birlikdə qeyd olunan ünvana gedərək, evin qapısını Təqsirləndirilən şəxs açarla özü açmış, birlikdə evin içərisinə daxil olduqda Təqsirləndirilən şəxs mətbəxdə olan şkafın alt gözündə narkotik vasitə heroin olmasını bildirərək həmin yerdən bir ədəd sellofan torbanı çıxararaq həmin torbada heroin olduğunu bildirmiş, həmçinin həmin şkafdan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Axtarışın nəticəsi barədə protokol tərtib edilərək hər bir iştirakçıya ucadan oxunmuş, protokolun düzgünlüyü hər bir iştirakçı tərəfndən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, sonuncu ilə birlikdə 12 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkmiş, hər ikisi azadlığa çıxdıqdan sonra münasibətlərini davam etdirmişlər. xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs ona tanımadığı nömrədən zəng edərək yeni il bayramı münasibəti onu təbrik etmiş və söhbət əsnasında görüşmələri barədə razılığa gəlmişlər. xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında Ərəstun zəng edərək onu “Mirvari Plaza” restoranına dəvət etmişdir. Yaşadığı ünvan həmin restoranın yaxınlığında olduğuna görə təxminən 10 dəqiqə ərzində restoranın yanına çatmış, həmin yerə bir neçə dəqiqədən sonra Ərəstun bir taksi maşını ilə gəlmiş, o, Ərəstun və taksi sürücüsü birlikdə həmin “Mirvari Plaza” restorana keçərək orada çörək yemişlər. Elə çörək yedikləri zaman saat təxminən 21:00 radələrində mülki geyimli şəxslər onlara restoranda yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək polis əməkdaşı olduqlarını, Ərəstunun narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda məlumat olduğunu deyərək onlara müvafiq qərarı təqdim etmişlər. Bundan sonra hər üçü polis əməkdaşları ilə birlikdə BMCMİ-nə getmişlər. Orada təhqiqatçı xidməti iş otağında müdafiəçilərin iştirakı ilə ayrı-ayrılıqda üzərlərinə baxış keçirmiş, baxış çəkilişlə aparılmışdır. Şəxsi axtarış aparılan zaman Ərəstun əynindəki gödəkcənin sol qoltuqaltı hissəsindən bir ədəd əl çantasını çıxararaq baxışın iştirakçılarına təqdim edərək içərisindən 5 (beş) ədəd bağlamanı çıxararaq həmin bağlamaların içərisində heroin olduğunu bildirmişdir. Ərəstun həmin heroini təxminən 10 gün əvvəl Cəlilabad şəhərindən tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Hansı qiymətə əldə etdiyini xatırlamır, amma heroinin çəkisi təxminən 400-500 qram olarmış. Tərtib olunmuş protokolu bütün iştirakçılar imza etmiş, o və Şahid5 Təqsirləndirilən şəxs narkotik vasitə olmasını bilmədiklərini bildirmişlər. Belə ki, həmin bağlamanı Ərəstun əynində olan dublyonkanın iç hissəsində gizlətmişdir. Ərəstun özü də polislərə bildirmişdir ki, onun və Şahid5 onda narkotik vasitə olmasından xəbəri olmamışdır. Əlavə etmək istəyir ki, istər saxlanıldığı zaman, istərsə də polis idarəsində Təqsirləndirilən şəxs qarşı heç bir zor və təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, taksi sürücüsü olduğu üçün Təqsirləndirilən şəxs xahişi ilə onu müştəri kimi ayrı-ayrı yerlərə, o cümlədən bir dəfə Cəlilabad şəhərinə aparıb bir ünvanda düşürüb Bakı şəhərinə qayıtmışdır. Onun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasından məlumatı olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında Ərəstun ona zəng edərək “Mirvari Plaza” restoranının yanına gedəcəklərini deyərək çağırmışdır. Ərəstunla birlikdə idarə etdiyi maşınla həmin restoranın qarşısına getmiş, orada Ərəstun Şahid6lə görüşmüş, üçü birlikdə həmin restoranda oturub çörək yeməyə başlamışlar. Məsələ ondadır ki, o, taksi sürücüsü olsa da əvvəllər məhkumluq həyatı yaşadığı üçün, həmçinin Ərəstunun özü də məhkumluq həyatı yaşamış şəxs kimi ona yoldaşcasına yanaşmışdır. Çörək yedikləri vaxt ona məlum olmuşdur ki, Ceyhun da məhkum olunmuş şəxsdir, Ərəstunla birlikdə eyni Cəzaçəkmə Müəssisəsində olmuşdur. Çörək yedikləri zaman saat təxminən 21:00 radələrində mülki geyimli şəxslər onlara restoranda yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək polis əməkdaşı olduqlarını, Ərəstunun narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda məlumat olduğunu deyərək onlara müvafiq qərarı təqdim etmişlər. Bundan sonra hər üçü polis əməkdaşları ilə birlikdə BMCMİ-nə getmişlər. Orada təhqiqatçı xidməti iş otağında müdafiəçilərin iştirakı ilə ayrı-ayrılıqda üzərlərinə baxış keçirmiş, baxış çəkilişlə aparılmışdır. Şəxsi axtarış aparılan zaman Ərəstun əynindəki gödəkcənin sol qoltuqaltı hissəsindən bir ədəd əl çantasını çıxararaq baxışın iştirakçılarına təqdim edərək içərisindən 5 (beş) ədəd bağlamanı çıxararaq həmin bağlamaların içərisində heroin olduğunu bildirmişdir. Ərəstun həmin heroini təxminən 10 gün əvvəl Cəlilabad şəhərindən tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Hansı qiymətə əldə etdiyini xatırlamır, amma heroinin çəkisi təxminən yarım kiloqrama yaxın olardı. Tərtib olunmuş protokolu bütün iştirakçılar imza etmiş, o və Şahid6 Təqsirləndirilən şəxs narkotik vasitə olmasını bilmədiklərini bildirmişlər. Belə ki, həmin bağlamanı Ərəstun əynində olan dublyonkanın iç hissəsində gizlətmişdir. Ərəstun özü də polislərə bildirmişdir ki, onun və Şahid6 onda narkotik vasitə olmasından xəbəri olmamışdır. Təqsirləndirilən şəxs saxlanıldığı zaman, həmçinin polis idarəsində ona qarşı heç bir zor və təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin Banditizm və digər təhlükəli cinayətlərlə mübarizə şöbəsinin baş əməliyyat müvəkkilinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin rəisinə ünvanlanan xx.xx.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 35, mənzil 12 ünvanında kirayə yaşayan Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə etməsi, saxlanılması, daşıması və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2020-ciil tarixli raportdan müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saxlanılaraq Baş idarəyə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, polis əməkdaşlarının təklifinə əsasən Təqsirləndirilən şəxs əlindəki “Sony” və “Kgtel” markalı mobil telefonları, cib dəsmalını, əynindəki qara rəngli qış gödəkcəsinin sol yan cibindən ev açarlarını, əynindəki qara rəngli parça materialı şalvarının sağ yan cibindən 135 manat kağız pulu, əynindəki qara rəngli qış gödəkcəsinin içərisində sol qoltuqaltı nahiyəsində saxladığı, içərisində sellofan torba olan bir ədəd qara rəngli dəri materialdan hazırlanmış əl çantanı təqdim etmişdir. Əl çantasının içərisindəki sellofan torbanı açdıqda oradan sellofan torbanın içərisində 5 ədəd sellofan bükülüyə qablaşdırılmış halda narkotik vasitə heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs əl çantasının içərisində olan bir ədəd alışqanı, özünə məxsus şəxsiyyət vəsiqəsini, bir ədəd “Bakı kart” nəqliyyat kartını, dəmir sikkələrdən ibarət 1 manat 40 qəpik metal pulu da təqdim etmişdir. Əl çantasının içərisindən aşkar olunmuş bükümlər barədə sorğu zamanı Təqsirləndirilən şəxs əl çantanın içərisindən aşkar olunmuş 5 bükülüdə qəhvəyi rəngli toz şəkilli maddələrin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni təxminən 10 gün əvvəl Cəlilabad şəhərində yerləşən “İran bazarı” deyilən yerdə üzdən tanıdığı “Ata” adlı şəxsdən 1 qramını 14 manata öz istifadəsi və tanışlarına satmaq məqsədilə bir hissəsini üzərində saxladığını, bir hissəsini isə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 35, mənzil 12 ünvanında kirayə yaşadığı mənzidə saxladığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs kirayə yaşadığı Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 35, mənzil 12 ünvanında yerləşən yaşayış sahəsinə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilərkən sonuncu mənzilin mətbəxindəki şkafın alt gözündən üzərində “Kontakt Home” yazısı qeyd edilmiş ağ rəngli sellofan torbanı təqdim etmişdir. Torbanın içərisində gizlədilərək saxlanılmış üç ədəd şəffaf polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 125,509 qram, 205,320 qram və 170,020 qram olmaqla, ümumilikdə 500,849 qram çəkidə külli miqdarda narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» xx.xx.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2020-cu il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 690 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” yazısı olan bağlamada, 5 (beş) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 137,080 qr, 82,297 qr, 86,935 qr, 101,530 qr, 101,315 qr ümumi təmiz çəkisi 509,157 qr olan qəhəyi rəngli tozşəkilli maddə xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş...” yazısı olan bağlamada, 3 (üç) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 125,509 qr, 205,320qr, 170,020 qr, ümumi təmiz çəkisi 500,849 qr olan qəhvəyi rəngli tozşəkilli maddə xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan-heroinin izləri vardır. Vət. Təqsirləndirilən şəxs yaşadığı ünvandan və üzərindən ümumi 8(səkkiz) ədəd bükümdə olan heroinin ümumi təmiz çəkisi 1010 (1kq 10qr) təşkil edir və həmin heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eynidirlər. Elektron tərəzinin üzərində heroin iz şəklində olduğu üçün 8 ədəd bükümlərdə olan heroinlərin eyni olub-olmamasını müəyyən etmək mümkün olmadı. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 144 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə metamfetamindən suiistifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks təsiri yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixatrik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 175 saylı rəyindən müəyyən olunur ki, 1. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur.

2. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək istidarında olmuşdur. buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir.

3. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» Publik hüquqi şəxsin 734 saylı, xx.xx.20220-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs arxiv məlumatına əsasən həmin xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış «X5» Publik Hüquqi şəxsin xx/xx-2926 saylı, xx.xx.22020-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Narkoloji Mərkəzdə müalicə olmayıb, lakin onlarda olan məlumata əsasən o, 2010-cu il tarixdən qeydiyyatdadır. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2020ci il tarixli qərardan müəyyən olunur ki, tədqiqatdan sonra qalıq çəkisi 1009,776 qram qalmış narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi saxlanılması üçün BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, iki ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2020-ci il tarixli qəbzdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məzsus iki ədəd “Sony” və “Kgtel” markalı mobil telefonlar müdafiəçisi X6 işlək vəziyyətdə təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan və hökmlərin surətlərindən müəyyən olunur ki, o, əvvələr dəfələrlə məhkum olunmuş, sonuncu dəfə isə X8 Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3 və 315.2-ci maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Masallı rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki məhkumluqları ödənilmiş, lakin X8 Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə bağlı məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.2 və 83.3.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi mövcuddur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 №-li qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusuilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən, cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Bu halda, cəza, CM-in 65.3-cü maddəsi ilə müəyyən edilmiş qaydalar nəzərə alınmaqla təyin edilir, bu şərtlə ki, CM-in 65.2-ci maddəsinə görə, belə cəzaların təyinini istisna edən əsaslar olmasın. Cinayətlərin və ya hökmlərin məcmuyu üzrə qəti cəza isə, müvafiq olaraq, CM-in 66 və 67-ci maddələrinə uyğun olaraq təyin edilir. Belə ki, Masallı rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə X8 Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən cəzasının çəkilməmiş qalan 01 il 10 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdən sonra cəzanın çəkilməmiş hissəsi ərzində qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6-cı maddəsinə görə cəzanın çəkilməmiş hissəsində məhkum qəsdən cinayət törətdikdə, məhkəmə ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Hökmlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi beş ildən çox ola bilməz. Eyni zamanda məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə barəsində ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilir. Belə olan halda Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edildikdə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbləri tətbiq edilməklə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Eyni zamanda məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə metamfetamindən suiistifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi məcburi tədbirlər tətbiq edilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün və şahidlərin ifadələri, istintaq protokolları, məhkəmə ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəlləri ilə tövsif etmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxslərin hökmün təsviriəsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxslərin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxlərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın bu şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alır. Cinayət işində olan və Təqsirləndirilən şəxs xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunmur. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirəni halları müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməllərində cinayətlərin təhlükəli residivin olmasını onun məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu andan xx xxxxxx 2020-ci il tarixdən hesablamalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” x xxxx 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, tədqiqatdan sonra təmiz çəkisi 1009,776 qram qalmış narkotik vasitə heroin məhv edilməli və 01 ədəd elektron tərəzi məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş iki ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs məzsus iki ədəd “Sony” və “Kgtel” markalı mobil telefonların müdafiəçisi X6 işlək vəziyyətdə təhvil verilməsi nəzərə alınmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 150 AZN (yüz əlli manat) pul Bakı şəhər 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilsin. Təqsirləndirilən şəxs X8 Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə təyin olunmuş 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 il 10 gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, tədqiqatdan sonra təmiz çəkisi 1009,776 qram qalmış narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş iki ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məzsus iki ədəd “Sony” və “Kgtel” markalı mobil telefonların müdafiəçisi X6 təhvil verilməsi nəzərə alınsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 150 AZN (yüz əlli manat) pul Bakı şəhər 2 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar