Məhkəmə qərarları › İş №1(101)-642/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-642/2021

15.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-642/2021 15.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1984-cü ildə Ermənistan Respublikasının Ararat rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli himayəsində üç nəfər azyaşlı uşaqları olan, natamam orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Goranboy rayonu, Veyisli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti ərazisində kirayədə yaşamış, xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, faktiki həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, şəxsiyyəti müəyyənləşdirilməmiş qeyrisindən naməlum vaxtda və naməlum şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda - 8,455 qram təmiz çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində qanunsuz saxlamaqla ünvan 1 ünvanın qarşısına qanunsuz daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bundan sonra: DİN, BMCMİ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 14:35-də həmin ünvanın qarşısında saxlanılaraq qeyd olunan Baş İdarəyə gətirilmiş, orada həmin tarixdə, saat 16:00-dan etibarən keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 03 ədəd şəffaf sellefon bükümlərdə ayrıayrılıqda çəkiləri 2,929 qram, 2,799 qram, 2,727 qram olmaqla, ümumilikdə 8,455 qram təmiz çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs naməlum vaxtda və şəraitdə naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda – ümumi çəkisi 8,455 qram təşkil edən heroin narkotik vasitəsini əldə edərək saxlamış və ünvan 2 ünvanın qarşısınadək qanunsuz daşımış, xx xxxx 2020-ci il tarixdə isə, saat 14:35-də isə o, ünvan 1 ünvanın qarşısında olarkən Azərbaycan Respublikası DİN-nin, BMCMİ-nin əməkdaşları tərəfindən saxlanılaraq BMCMİ-nin inzibati binasına aparılmış və orada saat 16:00 radələrində üzərində şəxsi axtarış aparılması nəticəsində qeyd olunan 8,455 qram heroin narkotik vasitəsi 03 ədəd şəffaf sellefon bükümlərdə, ayrı-ayrılıqda 2,929 qram, 2,799 qram, 2,727 qram çəkilərdə aşkar edilərək ondan götürülmüşdür, yəni Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, tutulmazdan təxminən 8 ay əvvəl heroin narkotik vasitəsindən iyləməklə folqa üzərindən burnuna çəkmək üsulu ilə istifadə etmişdir. Evlidir, himayəsində üç azyaşlı uşaqları vardır. Ailə üzvlərinin xəbəri olmaması üçün o, narkotik vasitədən çox az hallarda, ara-sıra istifadə etmişdir. Narkotik vasitələrin satıcıları ilə tez-tez görüşməməsi, onlarla ünsiyyətdə olmaması məqsədilə şəxsi istifadəsi üçün 10-15 günlük, bəzən də bir aylıq tələbatını ödəmək məqsədilə heroin almışdır. xx xxxx 2020-ci il tarixdə şəxsi işləri ilə əlaqədar Goranboy rayonuna qohumlarına baş çəkmək üçün getməyi planlaşdırdığından tutlmazdan 2-3 gün əvvəl rayonda narkotik vasitə tapa bilməsinin mümkünsüz olduğunu fikirləşib anket məlumatları barədə məlumatlara sahib olmadığı onunla adaş olan Əhməd adlı tanışına 190 manat pul vermiş, ona da mal, yəni heroin alıb gətirməsini tapşırmışdır. Belə ki, adaşı özü də narkotik vasitələrin istifadəçisidir. Əhməd də ona xx xxxx 2020-ci il tarixdə, saat təxminən 14:30 radələrində polis əməkdaşları tərəfindən saxlanılarkən ondan aşkar edilib götürülən 3 büküm heroini alıb gətirmiş, lakin dəqiq kütləsini bilməmişdir. Amma Əhmədin həmin narkotiki konkret olaraq kimdən alıb gətirdiyini bilməmişdir. Ailə üzvlərinin məlumatı olmaması üçün üzərində gizlədib saxlamış və özü ilə rayona aparmağı planlaşdırmışdır. Lakin xx xxxx 2020-ci il tarixdə, saat təxminən 14:30 radələrində şəxsi işləri ilə əlaqədar Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində olarkən BMCMİnin 3 nəfər mülki geyimdə olan əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt 3 büküm heroin onun cibində olmuşdur. Polis əməkdaşlarının tələbinə əsasən özünün anket məlumatlarını demişdir. Bundan sonra polis əməkdaşları ona külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və onu özləri ilə BMCMİ-yə aparmışlar. Baş İdarədə ona vəkil təqdim olunmuş, qanunsuz olaraq külli miqdarda narkotik vasitə, psixotrop maddə əldə etmə, özündə saxlayaraq daşıma, istifadə və satışı ilə məşğul olmaqda şübhəli bilindiyini üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı onun özünün razılığı ilə videoçəkilişdən istifadə edilmişdir. Ona üzərində qanunsuz əşya saxladığı təqdirdə könüllü olaraq təqdim etməsi təklif olunduğundan o, əynində olan göy rəngli cins materiallı şalvarının sağ yan cibindən özünün istifadəsi üçün alıb saxladığı 03 ədəd bükümdə heroini çıxarıb təqdim etmişdir. Bundan sonra şalvarının bütün cibləri, hətta ayaqqabılarının içi yoxlanılmış, başqa qanunsuz əşya aşkar olunmamışdır. Şəxsi axtarış zamanı üzərindən 27,60 manat pul aşkar olunmuşdur ki, həmin məbləğdə pul onun özünə qaytarılmışdır. Üzərindən aşkar edilmiş bükümlərdəki narkotik vasitələrə baxılmış, ekspertiza tədqiqatına təqdim olunması üçün onun iştirakı ilə qablaşdırılaraq möhürlənmiş və bütün iştirakçılar, o cümlədən onun özü tərəfindən qablaşdırmaların üzəri imzalanmış və videoçəkiliş dayandırılmışdır. Yekunda onun üzərində şəxsi axtarış aparılması və narkotik vasitənin götürülməsi barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, o, ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla razılaşmır. Belə ki, o, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, bu barədə heç kəslə sövdələşməmiş, heç kimə pay belə verməmişdir. Tutduğu əmələ görə səmimi peşiman olmuşdur və məhkəmədən nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində tutulmazdan 2-3 gün əvvəl kirayədə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti ərazisində yerləşən evin yaxınlığındakı parkda gəzərkən yerdə üç ədəd bükümdə maddələr olduğunu gördüyünü, nəzərini cəlb etdiyindən, həmin bükümlərin içərisində nə olduğunu bilmək üçün onları yerdən götüqdüyünü, bükümlərin içərisinə baxdıqda bükümdəki maddələrin narkotik vasitə olan heroin olduğunu bildiyini, əvvəllər heroin istifadə etdiyindən, nə vaxtsa istifadə edə biləcəyini fikirləşib, həmin narkotik vasitə heroini cibinə qoyduğunu göstərmiş, heç kimə narkotik vasitə satmadığını və ya vermədiyini göstərmişdir (iş vərəqə: səh. 185- 188). İfadələri arasında mövcud olan ziddiyyətlərə aydınlıq gətirən Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, videoçəkiliş müşaiyəti altında şəxsi axtarış aparılarkən özünümüdafiə məqsədi ilə bükümdəki maddələrin nə oduğunu bilmədiyini, ailə üzvlərinin qulağına çatmaması üçün narkotik vasitə olan heroinin istifadəçisi olmadığını bildirmiş, lakin izahat və ifadələr verərkən isə həmin bükümləri 2 gün əvvəl yaşadığı evin yaxınlığındakı parkdan tapıb üzərində gəzdirdiyini, əvvəllər istifadə etdiyi üçün tapdığı bükümlərdəki maddələrin heroin olduğunu bildiyini və nə vaxsa istifadə edəcəyini demişdir. Belə ki, o, 2010-cu ildə narkotik vasitələrdən istifadə etdiyinə görə məhkum olunmuş və azadlığa çıxdıqdan sonra narkotik vasitələrdən bir daha istifadə etməyəcəyi barədə valideynlərinə və ailə üzvlərinə söz vermişdir. Lakin bu mümkün olmamış və o, ara-sıra istifadə etmişdir. Odur ki, bunu ailə üzvlərindən gizlətmək istəmişdir. Amma məhkəmə baxışı zamanı tam səmimi olmuş və əsil həqiqəti danışmışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin, BMCMİ-nin əməkdaşı – əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, BMCMİ-yə Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, daşıması və satışı ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuş, həmin şəxsin ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün araşdırma aparılmış və həmin şəxsin xx xxxxxx 1984-cü ildə Ermənistan Respublikasının Ararat rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, Goranboy rayonunun Veyisli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti ərazisinə yaxın evlərin birində faktiki kirayədə yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyənləşdirilmişdir. Həmin məlumat və şəxs barədə olan məlumatlar onun tərəfindən raportla İdarənin rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün müvafiq qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə edilmişdir. Həmin qərarın icrası ilə bağlı xx xxxx 2020-ci il tarixdə işlədiyi şöbənin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hazırda baxılan iş üzrə Təqsirləndirilən şəxs həmin gün saat 14:35-də ünvan 1 ünvanın yaxınlığında saxlanılmışdır. Özlərini təqdim etdikdən sonra onun da şəxsiyyəti aydınlaşdırılmış, həqiqətən əməliyyat məlumatında adı keçən şəxs olduğu təsdiqləndikdən sonra o, barəsində qəbul edilmiş qərarla tanış edilmiş və nəzarət altında BMCMİ-yə aparılmışdır. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru Yusif Yusifov tərəfindən Təqsirləndirilən şəxs üzərində sonuncunun özünün razılığı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya sənədlər varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs masaya yaxınlaşaraq əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən üç ədəd şəffaf sellofan bükümü masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs şalvarının ciblərini tam olaraq göstərmiş, ayaqqabılarını çıxardıb göstərmişdir. Təqsirləndirilən şəxs 27,60 manat pul aşkar edilmişdir ki, həmin pul iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra ondan təqdim etdiyi bükümlərin içərisindəkinin nə olduğu soruşulduqda, Təqsirləndirilən şəxs məlumatsız olduğunu bildirmişdir. Bükümlər bir-bir açılmaqla içərisinə baxış keçirilmiş, üç ədəd sellofan bükümlərdəki maddələrin tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik iyli, narkotik vasitə heroinə bənzər maddələr olduğu müəyyən edilmişdir. Şahid1 ifadəsinin davamında göstərdi ki, təhqiqatçının sorğularına cavab olaraq Təqsirləndirilən şəxs bükümdəki maddələri tutulmazdan təxminən iki gün əvvəl kirayə yaşadığı evin yaxınlığındakı parkdan tapdığını və üzərində gəzdirdiyini, bükümlərdəki maddələrin nə olduğunu bilmədiyini, narkotik vasitələrdən istifadə etmədiyini onlara bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş üç ədəd sellofan bükümlərdə olan maddələr müvafiq ekspertizaya təqdim edilməsi üçün sonuncunun özünün iştirakı ilə təhqiqatçı tərəfindən müvafiq qaydada bir ədəd zərfdə qablaşdırılaraq möhürlənmiş və iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzəri bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Daha sonra şəxsi axtarış və götürmə keçirilməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib olunaraq ucadan oxunmuş, iştirakçılar tərəfindən hər hansı şikayət daxil olmadığından tərtib edilmiş protokolu imzalamışlar. Şahid1 ifadəsinin yekununda göstərdi ki, təhqiqatçı tərəfindən sənədləşmələr aparıldıqdan, Təqsirləndirilən şəxs istintaqa verildikdən sonra da sonuncunun ətrafında istər müstəqil və istərsə də istintaq orqanının əməliyyat-istintaq tapşırıqlarına əsasən əməliyyat tədbirləri davam etdirilmiş, lakin onun narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı olan hər hansı konkret sübut onlar tərəfindən əldə olunmamışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin, BMCMİ-nin əməkdaşları, Təqsirləndirilən şəxs ətrafında keçirilən əməliyyat tədbirlərində birbaşa iştirak etmiş əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X2 ilə oxşar məzmunlu ifadələr verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etməklə yanaşı, həmçinin Təqsirləndirilən şəxs ətrafında aparılan sonrakı əməliyyat tədbirləri nəticəsində onun narkotik vasitələrin satışı ilə məşğul olması ilə əlaqədar onlar tərəfindən konkret sübut əldə edə bilmədiklərini göstərdilər. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan şəxsi axtarış və götürmə barədə xx xxxx 2020-ci il tarixli protokolundan görünür ki, Azərbaycan Respublikası DİNnin BMCMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində baxılan iş üzrə Təqsirləndirilən şəxs protokol tərtib olunan tarixdə, saat 14:35də ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq BMCMİ-yə gətirilmiş, orada üzərinə aparılan şəxsi axtarış zamanı onun əynində olmuş göy rəngli cins şalvarının sağ yan cibindən video çəkiliş müşaiyəti altında ümumilikdə 03 (üç) ədəd şəffaf sellofan bükümlərdə xarici görünüşü heroin narkotik vasitəsinə şübhəli maddə aşkar edilərək götürülmüşdür (iş vərəqə: səh. 30-31). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun üzərində aparılan şəxsi axtarış prosesini özündə əks etdirən bir ədəd DVD diskə yüklənmiş videogörüntülərlə müəyyən olundu ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən sonuncunun əynində olan göy rəngli şalvarın sağ yan cibindən 03 ədəd bükümdə naməlum maddə aşakr edilərək götürüldüyü təsdiq olunur və DVD diskə yüklənmiş videogörüntülər şəxsi axtarış aparılması barədə xx xxxx 2020-ci il tarixli protokola uyğundur(cinayət işinə əlavə edilmişdir). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 6/1168 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN-ə məxsus “Zərflər üçün №6” və “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan...” və s. yazılar olan zərfdəki 03 ədəd bükümdə olan tünd qəhvəyi rəngli, toz şəkilli maddə kütlələri kustar üsulla hazırlanmış heroin narkotik vasitəsidir, ayrı-ayrılıqda təmiz çəkiləri 2,929 qram, 2,799 qram və 2,727 qram olmaqla ümumi təmiz çəkisi 8,455 qram təşkil edir. Tədqiq olunan həmin rəydən görünür ki, üzərində ekspertiza tədqiqatı aparılan 03 bükümdəki heroin narkotik vasitələri xarici əlamətlərinə və kimyəvi tərkibinə görə eynilik təşkil edirlər(iş vərəqə: səh. 39-42). İbtidai istintiaq orqanının müvafiq qərarına əsasən Təqsirləndirilən şəxs üzərindən üç ədəd şəffaf sellofan kəsiyinə bükülü vəziyyətdə aşkar edilərək götürülmüş, ümumi təmiz çəkisi 8,455 qram təşkil edən heroin narkotik vasitəsi və şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntülərin yerləşdirildiyi bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatdan sonra qalıq qalmış ümumi təmiz çəkisi 8,395 qram təşkil edən heroin narkotik vasitəsi Azərbaycan Respublikası DİN-nin BMCMİnin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, bir ədəd DVD disk isə cinayət işinin materiallarına tikilmişdir (iş vərəqə: səh. 81-82, 158-164). Bundan başqa, məhkəmə baxışı zamanı elan olunmaqla tədqiq edilən ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 2250 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: səh. 127-128). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan xx xxxx 2020-ci il tarixli, 007- 7069-1220 nömrəli istintaq tapşırığına əməliyyat orqanı tərəfindən verilmiş cavab məktubunun məzmunundan görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olub-olmaması və ya digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxud cinayət əlaqələrinin və ya ondan aşkar edilib götürülən heroin narkotik vasitəsinin əldə olunma mənbəyinin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır, yəni əməliyyat tapşırığında göstərilən məsələlər öz təstiqini tapmamışdır (iş vərəqə: səh. 98). Bundan başqa, məhkəmə baxışı zamanı işdə olmaqla tədqiq olunan “xxxx” MMC, “xxxx” MMC və Azercell Telekom MMC-dən əldə olunmuş rəsmi məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs adına “xxxx” şəbəkəsində hər hansı aktiv nömrə müəyyən edilməmiş, Azercell Telekom MMC-də ********* və “xxxx” MMC-də ********* və ********* saylı mobil nömrələr qeydiyyatdan keçmişdir. X4 MMC-yə aid ********* saylı mobil nömrə 2011-ci ildən aktiv olmamış, digər mobil nömrələrlə şübhəli əlaqələr müəyyən edilməmişdir (iş vərəqə: səh. 112, 113, 114-115, 152). Məhkəməyədək icraat mərhələsində Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” xx xxxx 2020-ci il tarixli qərarı Bakı şəhər Nərimanov rayon Məhkəməsi tərəfindən məhkəmə nəzarəti qaydasında araşdırılmış və bu zaman qanun pozuntusuna yol verilmədiyi müəyyənləşdirilmişdir (iş vərəqə: səh.107-110). İşdə olan demoqrafik məlumatlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 03 ay 19 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx xxxxx 2010-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (iş vərəqə: səh.107-110). Baxılan cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs aşkar olunub götürülən heroin narkotik vasitəsinin mənbəyi müəyyənləşdirilmədiyindən onun barəsində istintaq olunmuş cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraatda ********* saylı başqa bir cinayət işi ayrılmışdır (iş vərəqə: səh. 166-167). Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə etməyə, saxlamağa və daşımağa görə, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmamış, onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Lakin məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq naməlum vaxtda və naməlum mənbədən 03 ədəd şəffaf sellofan kəsiyində olan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2,929 qram, 2,799 qram və 2,727 qram olmaqla ümumi təmiz çəkisi 8,455 qram təşkil edən heroin narkotik vasitəsini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlaması və daşıması təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmaqla o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması barədə Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməkdaşları tərəfindən əməliyyat məlumatı əldə olunmasına baxmayaraq, istər məhkəməyədək icraat və istərsə də məhkəmə baxışı mərhələsində Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşımasını təsdiq edə biləcək konkret sübutlar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı dindirilən hər üç şahid - Azərbaycan Respublikası DİN-nin, BMCMİ-nin Təqsirləndirilən şəxs ətrafında keçirilən əməliyyat tədbirində birbaşa iştirak etmiş əməliyyat müvəkkilləri X2, Şahid2 və Şahid3 ifadələrində Təqsirləndirilən şəxs onun qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə daxil olan əməliyyat məlumatı əsasında saxlamalarına, ondan 03 ədəd şəffaf sellofan kəsiyində olan bükümlərdə, ümumi təmiz çəkisi 8,455 qram təşkil edən heroin narkotik vasitəsi aşkar olunub götürülməsinə baxmayaraq, aparılan əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması, kiməsə narkotik vasitə satması barədə konkret sübutlar əldə edə bilmədiklərini göstərdilər. Məhkəmə baxışı zamanı tədqiq olunan, cinayət işində olan əməliyyat orqanının xx xxxx 2020-ci il tarixli, 007-7069-1220 nömrəli məktubundan (iş vərəqə: səh. 98) da göründüyü kimi baxılan iş üzrə Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olub-olmaması, yaxud cinayət əlaqələrinin və ya ondan aşkar edilib götürülən heroin narkotik vasitəsinin əldə olunma mənbəyinin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilmiş, lakin bunu təsdiq edəcək müsbət nəticə əldə olunmamışdır. Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Göründüyü kimi, əməliyyat-axtarış fəaliyyəti nəticəsində Təqsirləndirilən şəxs barəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanuna uyğun əldə olunmasına və qanuna uyğun təqdim edilməsinə baxmayaraq, həmin materiallar yoxlanılarkən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşımasını təsdiq olunmamışdır. Daha sonra məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs narkotik vasitələri satarkən və ya satmağa cəhd edərkən yaxalanmamış, onun hər hansı istehlakçı və s. cinayətkar şəxslə istər fiziki və ya istərsə də mobil əlaqəsi müəyyənləşdirilməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində verdiyi izahat və ifadələrində ondan 03 ədəd bükümlərdə aşkar olunub götürülən heroin narkotik vasitəsini tapdığını bildirib, özünü müdafiə məqsədilə tapdığı bükülülərdəki maddələrin nə olduğunu bilmədiyini, ailə üzvlərinin qulağına çatmaması üçün narkotik vasitələrdən istifadə etdiyni gizlətdiyini göstərməsinə baxmayaraq, o, məhkəmədəki ifadələrində özünün narkotik vasitələrdən istifadə etdiyini, tutulmazdan bir neçə gün əvvəl rayona getməyi planlaşdırdığını, istifadəsi üçün gərəkli olan narkotik vasitəni rayon ərazisində əldə edə bilməyəcəyini nəzərə alıb, tanışı Əhməd adlı şəxsin vasitəsi ilə 03 ədəd bükümlərdə ondan aşkar olunub götürülən heroin narkotik vasitəsini 190 manat pul müqabilində alıb əldə etdiyini göstərmişdir. Təqsirləndirilən şəxs, həmçinin məhkəmə baxışı zamanı dindirilərkən ifadəsində göstərdi ki, o, narkotik vasitələrin satıcıları ilə tez-tez görüşməməsi, onlarla ünsiyyətdə olmaması məqsədilə tələbatını ödəmək məqsədilə şəxsi istifadəsi üçün 10-15 günlük, bəzən də bir aylıq heroin almışdır. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məcburi məhkəmənarkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 2250 nömrəli rəyindən də göründüyü kimi ekspertiza tədqiqatı zamanı Təqsirləndirilən şəxs spirtli içkilərdən, arabir düşəndə narkotik vasitə heroindən istifadə etdiyini bildirmiş, öz narkoloji anamnezi haqqında tam məlymat verməmiş, narkotik vasitələrdən istifadə etməsini gizlətməyə çalışmışdır. Ekspertlərin qənaətinə görə Təqsirləndirilən şəxs yalan danışmağa meyllidir. Tədqiq olunan həmin rəydən də göründüyü kimi, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edən narkomandır və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilb götürülmüş narkotik vasitələri satış məqsədilə qanunsuz olaraq əldə etməsini, saxlamasını, daşımasını və s. təsdiq edə biləcək, həmçinin onun 03 ədəd bükümdə aşkar edilb götürülmüş heroin narkotik vasitəsini özünün şəxsi istifadəsi üçün əldə edib saxlamasını və eyni məqsədlə daşımasını təkzib edə biləcək hər hansı sübut növü müəyyn edilməmişdir. Məhkəmə baxışı zamanı cinayət işinin materialları araşdırılarkən müəyyən edildi ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlinə görə toplanılmış sübutlara hüquqi qiymət verilərkən təqsirləndirilən şəxsin özünün, şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların rəyləri, maddi sübut və cinayət işinin sair materialları əsas götürülmüş və onun Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetmiş əməl kimi qiymətləndirilmişdir. Lakin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan sübutlar həm məhkəməyədək və həm də məhkəmə icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, əksinə həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli həmin qərarından da göründüyü kimi Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş heroin narkotik vasitəsinin üç ədəd ayrı-ayrı bükümlərdə olması və hətta ümumi təmiz çəkisinin 8,455 qram olmaqla külli miqdar təşkil etməsi təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə etməsi və satmaq niyyətində olması kimi qiymətləndirilməməlidir. Qeyd olunan həmin qərardan da göründüyü kimi, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutların olması zəruridir və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı isçə Təqsirləndirilən şəxs adı çəkilən narkotik vasitəni satış məqsədilə əldə etməsini, eyni məqsədlə saxlaması və daşımasını, satış məqsədilə ayrı-ayrı kiçik bükümlərə ayırmasını, həmçinin hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsini və ya ondan satış məqsədilə hər hansı avadanlıq aşkar edilməsini təsdiq edən heç bir sübut növü müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 234.4-cü maddəsinin mənasına və Ali Məhkəmə Plenumunun xx xxxx 2011-ci il tarixli həmin qərarının on dördüncü bəndindən irəli gələn tövsiyyələrə əsasən məhkəmə qeyd edir ki, narkotik vasitələr və ya psixotrop maddələr yalnız satış məqsədi ilə külli miqdarda əldə edildikdə, saxlanıldıqda, hazırlandıqda, istehsal və emal edildikdə, daşındıqda, göndərildikdə və yaxud satıldıqda təqsirkar şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Lakin baxılan iş üzrə Təqsirləndirilən şəxs ondan aşkar olunub götürülmüş narkotik vasitəni qanunsuz olaraq satış məqsədilə əldə etməsi öz təstiqini tapmamış, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəllənin 234.4.3-cü maddəsi ilə tövsif edərkən fərziyyə və şübhələrə əsaslanmışdır ki, məhkəmə baxışı zamanı bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmamışdır. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən …. hakimlər qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Ən nəhayət, həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə hüquqi tövsifi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının xx xxxx 2005ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrinin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya" əsasən heroin narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Yəni Təqsirləndirilən şəxs götürülən heroin narkotik vasitəsinin ümumi kütləsi külli miqdar olmaqla 8,455 qram təşkil etsə də, həmin miqdar təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə əldə etməsi kimi qiymətləndirilə bilməz və bu miqdar şəxsi istehlak miqdarından artıq miqdar kimi qəbul edilməlidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən heroin narkotik vasitəsinin kütləsinin 8,455 qram olmaqla külli miqdar təşkil etməsi, həmin narkotik vasitənin satış məqsədilə qanunsuz olaraq əldə edilməsi və saxlanılması təsdiq olunmadığından, onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətə tövsifinə öz təsirini göstərə bilməz. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinəyətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1, 221.2.2, 221.3-cü maddələri ilə nəzərdə tutulan az ağır cinayət əməlini törətməyə görə 04 il 06 ay, Sabunçu rayon Məhkəməsinin xx xxxxx 2013-cü tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməyə görə 05 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qəti olaraq 04 il 11 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərarına əsasən onun cəzası 04 il 07 aya endirilmiş və Təqsirləndirilən şəxs xx xxxxxx 2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir (iş vərəqə: səh.95-97, 153- 157). Məhkəmə Təqsirləndirilən şəxs azad olunduğu xx xxxxxx 2016-cı il tarixdən onun yeni – sonuncu törətmiş olduğu cinayət arasında dörd ildən artıq bir müddət keçməsini nəzərə alıb, belə nəticəyə gəlir ki, artıq Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinin tələblərinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs Goranboy rayonunun Veyisli kəndində daimi qeydiyyatdadır, ailəlidir, himayəsində 2009, 2010 və 2017-ci il təvəllüdlü üç nəfər azyaşlı uşaqları vardır (iş vərəqə: səh.111). İstər məhkəmə baxışı zamanı dindirilərkən və istərsə də son sözlə məhkəməyə müraciət edərkən Təqsirləndirilən şəxs tutduğu əmələ görə səmimi peşiman olduğunu bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə və tutduğu əmələ görə səmimi peşimanlığını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun barəsində cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəldi ki, törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi nəzərə alınmalı, sosial ədalətin bərpası, təqsirləndirilən Təqsirləndirilən şəxs islah olunması və həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan sanksiya daxilində, ədalətli və şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan az ağır cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunacağını nəzərə alır və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutuldluğu və barəsində həbs qətimkan tədbirinin seçilməklə məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanıldığı xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs baxılan iş üzrə xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2020-ci il tarixədə müvafiq məhkəmə qərarı əsasında barəsində həbs qətimkan tədbiri seçilmiş və bundan sonra qanuni əsaslarla məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 90 və 90.1.2-ci maddələrinin tələbinə görə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs şübhəli şəxs hesab edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərə alınmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, həmçinin işdə olan ambulator məhkəmə-narkoloji ekspertizanın ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 2250 nömrəli rəyini nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbir təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası işdə olan maddi sübutlarla əlaqədar məsələni müzakirə edib, Təqsirləndirilən şəxs aşkar olunub götürülən heroin narkotik vasitəsinin mənbəyi ilə əlaqədar ayrıca icraatda ********* saylı başqa bir cinayət işi ayrıldığını nəzərə alıvb belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 8,395 qram çəkidə heroin narkotik vasitəsi aşkar edilmiş narkotik vasitənin əldə edilmə mənbəyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icrata ayrılmış ********* nömrəli cinayət işi üzrə maddi sübut qismində Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 129.4-cü maddəsinə əsasən maddi sübutların və iş üzrə götürülmüş digər əşyaların təyinatı məsələsi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərarı ilə həll edilənədək bu əşyalar cinayət prosesini həyata keçirən orqanda saxlanılır. İş üzrə maddi sübut kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntülərin yerləşdirildiyi bir ədəd DVD disk isə baxılan cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 109,90 (yüz doqquz manat 90 qəpik) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, narkotik vasitələrdən sui-istifadə etməsi ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlara dair məsələ aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 8,395 qram çəkidə heroin narkotik vasitəsi həmin narkortik vasitələrin əldə edilmə mənbəyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icrata ayrılmış ********* nömrəli cinayət işi üzrə maddi sübut qismində Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılsın; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntülərin yerləşdirildiyi bir ədəd DVD disk baxılan cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 109,90 (yüz doqquz manat 90 qəpik) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar